text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Ali təhsilli Vətən müharibəsi iştirakçısı orta məktəbdə xadimə vəzifəsinə təyin olunub. “Salyan rayonunun Kəribəyli kənd sakini, ADPU-nun Psixologiya ixtisası üzrə məzunu olan İbrahim Hüseynov Salyan-Şirvan Regional İdarəsinin rəisi Sənan Məsimlinin əmri ilə Qarabağlı kənd 1 saylı tam orta məktəbinə xadimə vəzifəsinə t...
publikaz_normalized
“Zəlzələ olmuşdu, mən Yazıçılar Birliyinə üzv seçiləndə vəlvələ oldu. İndi isə şou-biznesdə, sənətdə sünamidir. Müğənnilər hərfləri düzgün, yerində tələffüz edə bilmir. Əsas da “Ç” və “K” hərfləri çatışmır. Oxumaqları da yoxdur, üstəlik də gələcək nəsli pozurlar. Çünki mahnı, musiqi böyük qüvvədir. Sənəti uçurumdan qor...
publikaz_normalized
erməni hərbçilərinə təlim keçməyəcəyik":"Avropa İttifaqı İrəvanla hərbi təlimlər keçirmək və erməni hərbçilərinə təlim vermək niyyətində deyil. Aİ Ermənistanla birgə hərbi təlimlər keçirmək imkanını nəzərdən keçirmir. Aİ hərbi ittifaq deyil, siyasi və iqtisadi birlikdir", - Stano bildirib. O qeyd edib ki, Avropa İttifa...
publikaz_normalized
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
publikaz_normalized
Amerika onsuz da bunu edəcək” deyəcəyimiz vaxt bitdi":"Almaniyanın yeni Baş Qərargah rəisi Karsten Breuer bildirib ki, Almaniya ordusu hazırkı vəziyyətdə nə Almaniyanı, nə də NATO ölkələrini müdafiə etmək gücünə malik deyil. O qeyd edib ki, təkcə alman ordusu deyil, alman cəmiyyəti də çalışmalıdır ki, yenidən döyüşəcək...
publikaz_normalized
Gəncədə toyda düşən mübahisə zəminində 4 nəfərə bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Qeyd edək ki, dekabrın 9-da Gəncədə toy mərasimində mübahisə düşüb. Nəticədə Göygöl rayon sakini, 1972-ci il təvəllüdlü Kəpəz Əliquliyev, 1983-cü il təvəllüdlü Akif Rüstəmov və 1992-ci il təvəllüdlü Musayev Əli...
publikaz_normalized
Miçotakis ona hansı istəyini çatdırıb?":"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 6 ildən sonra ötən cümə axşamı Afina səfəri və 7 ildən sonra Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının (YDİK) yenidən toplanmasının əks-sədalarıAfinada davam edir. Yunan mediasında iki ölkə arasındakı münasibətlərdə müsbət...
publikaz_normalized
Qəzzadakı soyqırımı saxta uydurmalarla təhrif etməyə çalışan İsrail mətbuatının yalanı üzə çıxıb. İsrail ordusunun Qəzzada alt paltarında saxladığı kişilərin “HƏMAS təslim olur” deyərək yayılan görüntüləri ölkədə çaşqınlıq yaradıb. Təl-Əvivdə yerləşən “Yediot Aharonot” qəzeti fotodakı insanların HƏMAS üzvləri deyil, Fə...
publikaz_normalized
Amerikaya məxsus F-16 qırıcı təyyarəsi bazar ertəsi səhər Cənubi Koreyada təlim zamanı qəzaya uğrayıb. Qeyd olunur ki, dekabrın 11-də səhər saatlarında ABŞ qüvvələrinin Cənubi Koreyadakı (USFK) F-16 qırıcısı Qunsan şəhəri (Collabuk-do əyaləti) yaxınlığında təlim zamanı qəzaya uğrayıb. Cənubi Koreya və Amerika tərəfləri...
publikaz_normalized
Busted Coverage"in dünyanın ən seksual idmançısı kimi tanıdığı atlet Alise Şmidt "Instagram"də yeni fotolarını yayımlayıb. İdmançı ağ dar top və enli qara şalvarda şəkil çəkdirib. Cənubi Afrika Respublikasının paytaxtı Keyptaunda təlim-məşq toplanışında olan almaniyalı idmançı dekabrın günəşli günlərindən həzz aldığını...
publikaz_normalized
Məşhur türkiyəli oriental rəqqasə Didem Kınalı küçənin ortasında soyğunçuluğa məruz qalıb. Rəqqasə iddia edib ki, iti ilə bayıra çıxdığı zaman bir nəfər onun əlindən telefonunu alıb qaçıb. Hazırda məsələ ilə əlaqədar yerli polis araşdırma aparır. Müğənni telefonunun 70 min türk lirəsi dəyərində olduğunu bildirib. Qeyd ...
publikaz_normalized
separatçılar bu təşkilatlara müraciət etdilər":"Qarabağdan Ermənistana qaçan separatçılar Azərbaycana qarşı ərazi iddialarını aktivləşdirib. Dünən – 10 dekabrda isə bu iddialarını beynəlxalq müstəvidə qaldırmağa cəhd ediblər. Ermənistan mediasının məlumatına görə, separatçı fəaliyyətlə məşğul olmuş “siyasi partiya”, “q...
publikaz_normalized
Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb. Ona FIFA referi köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Qarşılaşmanın VAR hakimi Alper Ulusoy (Türkiyə), AVAR isə Abdulkadir Bitigen (Türkiyə) olacaq. Qeyd edək ki, görüş d...
publikaz_normalized
Bakıda evlərdən 2 milyon manatlıq oğurluq etməkdə ittiham olunan Cavid Süleymanov və Əhməd Əhmədovun barəsindəki hökmdən yenidən kassasiya şikayəti verilib. Məhkəmənin ilkin hazırlıq iclası dekabrın 13-nə təyin edilib. İttihama görə, Əhməd Əhmədov və Cavid Süleymanov Səhiyyə Nazirliyinin sabiq baş infeksionisti, Azərba...
publikaz_normalized
Azərbaycan İlahiyyat İnstitutu publik hüquqi şəxsin yanında “Bakı İlahiyyat Kolleci” publik hüquqi şəxs yaradılıb. Qərarla Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə bu Qərarın 2.1-ci bəndində qeyd edilənlər istisna olunmaqla, “Publik hüquqi şəxslər haqqında” qanunun 8.2-ci maddəsi ilə publik hüquqi şəxsin təsisçisinin ...
publikaz_normalized
Nazirlər Kabineti “Azərbaycan Respublikasının gömrük ərazisinə qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların idxalı qaydası, həmin məhsul, material və məmulatlar gömrük ərazisinə gətirilməzdən əvvəl göndərilən elektron bildirişin forması və təqdim edilmə müddətləri, qida və...
publikaz_normalized
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, habelə DTX və ya Xarici Kəşfiyyat Xidmətində (XKX) həqiqi hərbi xidmətdən buraxılıb həmin orqanın ehtiyatına keçirilməmiş və ya hərbi qeydiyyatından çıxarılmış hərbi vəzifəlilər yaşayış yeri və ya olduğu yer üzrə SHXÇDX-nin yerl...
publikaz_normalized
Əməkdar artist Cavanşir Məmmədov gənc müğənniləri tənqid atəşinə tutub. “Firuzə İbadovanın öz kimi gözəl sənəti var. Uzun illər onunla birgə çalışmış, mahnılar yazdırmış və oxumuşuq. Dəfələrlə toylarda stolun üstünə gətirib telefon nömrəsi qoyublar, amma Firuzə xanım ona əl vurmayıb. Sonradan mənə deyib ki, ora nömrə q...
publikaz_normalized
Üzr istədilər":"Karabükdə qurumağa başlayan 350 illik çinar kimyəvi maddələrlə dəyişdirilərək heykələ çevrilib. Bu arada məscidin həyətindəki 350 illik 4 çinardan birinin kökü kanalizasiya xəttinə görə kəsilib. Safranbolu Mədəniyyət və Turizm Vəqfi bəzi kimyəvi maddələrdən istifadə edərək ağacın çürüməsinin qarşısını a...
publikaz_normalized
Sankt-Peterburqda polis Özbəkistandan olan iki yeniyetməni “Əbədi məşəli” söndürməkdə şübhəli bilərək saxlayıb. Nəşrin məlumatına görə, dekabrın 10-da axşam saatlarında məktəblilər Lenin prospektində yerləşən “Əbədi məşəl”in yanında qartopu oynayıblar. İddialara görə, alovun üzərinə qar topası düşüb. Həmin gün saxlanıl...
publikaz_normalized
Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya işgüzar səfəri, iştirak etdiyi tədbirlər və keçirdiyi görüşlər yerli mətbuatın diqqət mərkəzindədir. “Novosti”, “Index”, “NSPM”, “Informer”, “Opstina Sokolac” kimi saytların yaydığı materiallarda Prezident İlham Əliyevin mərasimi dostluq və strateji tərəfdaşlığın sübutu ad...
publikaz_normalized
Nazirlər Kabineti “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sığortaedənlər (sığortaolunanlar) tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması şərtləri, subsidiyaların ödənilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nı təsdiq ...
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Bakıda qanunsuz tilkililəri söküb. Bildirilib ki, Bakı şəhəri, Xəzər rayonunun Qala və Buzovna qəsəbələri ərazilərində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib. FHN-in Tikintidə ...
publikaz_normalized
ən çətin mərhələ qarşıdadır":"Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun mütəxəssisləri Natalya Smorodinskaya və Danil Katukov sanksiyalar fonunda Rusiya iqtisadiyyatının İranla müqayisədə daha güclü olduğunu bildiriblər. Xüsusilə, bu, Qərbin tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərin strukturuna və onlara q...
publikaz_normalized
Dekabrın 9-da saat 21 radələrində Masallıda iki gəncin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb. Belə ki, İslam işlədiyi marketdən çıxaraq tanışı İsa ilə birgə yolu keçərkən Türkoba kənd sakini Qorxmaz Hüseynov idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə onları vurub. Nəticədə hər iki gə...
publikaz_normalized
Aktrisa Ülviyyə Əliyeva yeni vəfat edən anası Zemfira Məmmədəliyeva ilə bağlı paylaşım edib. Aktrisa həmin görüntülərə "Canım anam" şərhini də əlavə edib. Xatırladaq ki, Zemfira Məmmədəliyeva Azərbaycanın ilk qadın təyyarə bələdçisidir. Ülviyyə müsahibələrindən birində Məmmədəliyevanın onun bibisi olduğunu, uşaq yaşlar...
publikaz_normalized
Açıq söhbət olub":"Ukrayna prezidenti Vladimir Zelenski Argentinanın yeni seçilmiş prezidentinin andiçmə mərasimi zamanı Macarıstanın baş naziri Viktor Orbanla görüşüb. İnaqurasiya ərəfəsində mən Macarıstanın Baş naziri Orbanla mümkün qədər açıq danışdım. Bu, bizim Avropa işlərimizlə bağlı aydın söhbət etdik”, - Zelens...
publikaz_normalized
O gecə körpəni də, ananı da itirirdik":"Məşhur aktyor Murad Yıldırımın həyat yoldaşı İman Elbani doğuş zamanı ölümlə üzləşib. O, həmin gecəni həyatının həm ən qaranlıq, həm də ən aydın gecəsi kimi təsvir edib. Bunu bu günə qədər heç danışmadım. Həm İmanı, həm də körpəmizi az qala itirirdik. Bəli, həkimlər qızımız Miray...
publikaz_normalized
Avroviziya" təmsilçilərimizdən olan Aysel Adıgözəlzadə (Teymurzadə) sosial mediada paylaşım edib. Qeyd edək ki, Aysel Xalq artisti Murad Adıgözəlzadə ilə ailəlidir.
publikaz_normalized
Müharibə hər yerdə güclənir və hazırda planetdə 183 regional silahlı münaqişə ocağı var. Məlumata görə, bu, son 30 ilin rekordudur. Yeni araşdırma göstərir ki, münaqişələrin intensivliyi ildən-ilə artır: son araşdırma zamanı bəlli olub ki, qurbanların sayı 14%, zorakılıq hadisələri isə 28% artıb.
publikaz_normalized
Azərbaycanda 8-ci sinif şagirdini ərə verirlər. Qeyd edək ki, hər iki tərəfin bu evliliyi razılıqla qarşıladığı bildirilib. Kürdəmir rayon sakinləri adıçəkilən kənddə belə hadisələrin tez-tez baş verdiyini, azyaşlı qızların evləndirildiyini bildirilər: Burda 8-9-cu sinif şagirdi olan qızların nişanlamnası adi hal alıb"...
publikaz_normalized
Ordu bu 5 istiqamətdə çətin vəziyyətə düşüb":"Ukrayna Silahlı Qüvvələri (AFU) şərqdə beş istiqamətdə çətin vəziyyətdədir. Onun sözlərinə görə, hazırda aktiv döyüş əməliyyatlarının aparıldığı Kupyanski, Krasnolimanski, Artemovski, Maryinski və Avdeyevski istiqamətlərində Ukrayna Silahlı Qüvvələri üçün gərgin vəziyyət ya...
publikaz_normalized
Müğənni Aysun İsmayılova yeni sevgilisi ilə harada evlənəcəyini açıqlayıb. “Biz qərar aldıq ki, nikahımız Parisdə olsun. Bakıda ancaq xanımların olduğu böyük xına məclisi edim”, - deyə, ifaçı bildirib. Qeyd edək ki, Aysunun sevgilisi vəkildir.
publikaz_normalized
Qərbi Azərbaycan İcması Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyana cavab bəyanatı yayıb. Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan bir-birini əvəz edən gülünc açıqlamalar verir. Daşnak və irqçi düşüncəli V.Oskanyan reallıqlardan tamamilə uzaq düşüb və özünün uydurduğu paralel dünyada gün keç...
publikaz_normalized
Ukraynada 100 illik plan işə düşəcək - kəşfiyyatının şok məlumatı":"Qərb Ukrayna prezidenti Vladimir Zelenskini devirməyi planlaşdırır. Narişkin hesab edir ki, Qərb Zelenskinin Moskva ilə müharibədə barışmaz mövqeyindən yorulub. “Xarici kəşfiyyat xidməti mötəbər məlumatlar əldə edib ki, Qərbin aparıcı ölkələrinin yüksə...
publikaz_normalized
Prodüser İosif Priqojin xəstəxanaya yerləşdirilib. Daha əvvəl “Arqumenty i faktı” nəşri prodüserin özünün sözlərinə istinadən Priqojinin xəstəxanada olduğunu yazmışdı. “Bu, gözlənilməz xəstəxanaya yerləşdirmədir, səbəbləri hələ mənə məlum deyil”, - agentliyin həmsöhbəti bildirib.
publikaz_normalized
Qalıq yanacaqlardan qaz emissiyalarının əhəmiyyətli dərəcədə azaldılmasına dair geniş elmi konsensus olsa da, Rusiya 2022-ci ildə neft və kömür hasilatını məhdud dərəcədə artırıb. Hazırda Rusiyanın tullantılarının səviyyəsi 1990-cı ildəki səviyyədən təxminən 30 faiz aşağıdır. Rusiyanın diqqətini Ukraynaya qarşı müharib...
publikaz_normalized
Mingəçevir rayonunda dəmir yolundan relsi oğurlayan şəxslər saxlanılıb. Bildirilib ki, Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dekabrın 10-da Mingəçevir şəhər dəmir yolu stansiyası ərazisindən 810 metr rels, rels yanlıqları, rels altlıqları və cala...
publikaz_normalized
Qızılcadan qorunmaq üçün...":"Səhiyyə Nazirliyi qızılcadan qorunmağın yollarını açıqlayıb. O bildirib ki, qızılca əsasən körpə və azyaşlı uşaqlar arasında yayılan bir xəstəlikdir: Xüsusi müalicəsi olmasa da, uşağın immun sistemini gücləndirmək, simptomları yüngülləşdirmək, ağırlaşmaları aradan qaldırmaq mümkündür. Qızı...
publikaz_normalized
Unibank biznes müştəriləri üçün yeni və çox sərfəli xidmət yaradıb. “Unibank”ın UPOS xidmətinə qoşulan sahibkarlar, POS-terminal cihazı almayacaq. Çünki UPOS- ödənişləri mobil telefon vasitəsilə qəbul etmək üçün yaradılan POS-terminal xidmətidir. UPOS-a qoşulmaq da çox asandır. Xidmətə istənilən vaxt qoşula bilərsiniz....
publikaz_normalized
Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. Qərarla Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti gələn il aprelin 2-si saat 06:00-dək uzadılıb. Bundan öncəki qərarla həmin müddət 2024-cü il yanvarın 2-dək nəzərdə tutulmuşdu.
publikaz_normalized
Bunu mütləq etmək lazımdır":"Azərbaycanda sosial müavinətlərin təyin olunması və verilməsi hüquqi əsaslarla tənzimlənir. Sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə və "DOST" mərkəzlərinə müraciət edə bilər. Müavi...
publikaz_normalized
belələrinə görə pozğunluq... - Afətdən Vəfaya sərt sözlər":"Xəbər verdiyimiz kimi, müğənni Vəfa Şərifova iş adamı Famil Xəlilovdan ayrılıb. "Həmin Zaur" verilişində qonaq olan ifaçı aparıcı Zaur Kamalın suallarını cavablayıb. Onsuz da nikahınız yox idi" - deyən Zaura müğənni "Nikah var idi, dini kəbinimiz var idi, ikis...
publikaz_normalized
Barselona"nın qələbəsi də...":"“Barselona”nın baş məşqçisi Xavi komandasının "Jirona" ilə oyunda (2:4) məğlubiyyətini şərh edib. “Jirona”nın etdikləri böyük nailiyyətdir. Onlar bizdən daha yaxşı idilər. İndi turnir cədvəlində 7 xal qabaqdadırlar və buna layiqdirlər. Oyun bərabər keçdi, hər şeyi xırda detallar həll etdi...
publikaz_normalized
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 11,3 % artaraq 921,1 manat təşkil edib. Bu il noyabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 729,4 min nəfər olub, onlardan 896,9 min nəfəri iqtisadiyya...
publikaz_normalized
Hacıqabul rayon Abdulabad kənd N.Rüstəmov adına tam orta məktəbin müəllimi, 26 yaşlı Süsən Zeynalova qəfil vəfat edib. Bildirilib ki, S.Zeynalova bir müddət əvvəl Abdulabad kənd məktəbində təyinat əsasında coğrafiya fənni üzrə müəllim işləyib.
publikaz_normalized
Azərbaycanın sülh təkliflərində hansı şərtlər var?":"Prezident İlham Əliyevin “Qarabağ: Nailiyyətlər və çətinliklər” forumunda dünyanın aparıcı düşüncə mərkəzlərini təmsil edən 60-dan artıq şəxsin qarşısında Ermənistanla sülhün şərtlərini də açıqlamışdı . O şərtlər nələri ehtiva edir, danışıqların perspektivinə necə tə...
publikaz_normalized
Birinci Qarabağ müharibəsi veteranı, Bakı şəhər 67 nömrəli tam orta məktəbin Gənclərin Çağrışaqədərki Hazırlığı üzrə Hərbi Rəhbəri Oktay Əsgər oğlu Əhmədov qəfil dünyasını dəyişib. Qeyd edək ki, O.Əhmədov 1991-2002-ci illərdə Ordu sıralarında xidmət edib. O, Xocavənd rayonu Qaradağlı kəndində, Ağdam rayonunda, Daşaltı ...
publikaz_normalized
“Əl-İttihad”ın ulduz hücumçusu Kərim Benzema xəyalındakı ən yaxşı heyəti açıqlayıb. Benzema daha çox həmyerlilərinə və braziliyalı futbolçulara üstünlük verib. Dani Alves, Pepe, Serxio Ramos, Marselo;" "Yarımmüdafiəçilər: Klod Makelele, Pol Poqba, Zinəddin Zidan, Ronaldinyo;" "Hücumçular: Ronaldo Nazario, Kərim Benzema...
publikaz_normalized
Bakıda restoranlardan birinin qarşısında dava düşüb. Həmin anın görüntüləri kameraya düşüb. Ətraflı RTV-nin materialında izləyə bilərsiniz:
publikaz_normalized
Onun-bunun paltarını, dalını...":"Dünya görüşü “plintus”dan aşağı olanlar hər mövzuda kiçik beyinləri yorub, fikir bildirməsələr daha sanballı görünə bilərlər. Ay nə bilim “müğənni sənəti ilə sevilsin, geyimi ilə deyil kimi” boş fikirləri özünüzə saxlayın. Ən sevilən, məşhur, toylarınızın, tədbirlərinizin tacı olanlar ...
publikaz_normalized
Oğurlanıb, yoxsa...":"FİA-nın ilin yekunlarıyla bağlı Bakıda keçirdiyi qala gecənin mükafatçılarından biri Lyuis Hemilton olub. Bu xəbər həm Azərbaycan, həm də dünya mediasında böyük səs-küyə səbəb olub. Nəsirli bununla bağlı sosial şəbəkə hesabında açıqlama yayıb və Hemiltonun mükafatı ona verdiyini söyləyib. "Ancaq b...
publikaz_normalized
Dekabrın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə çiskinli olacağı, axşam isə arabir yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 8-11° isti olacaq...
publikaz_normalized
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlətimizin başçısı Gürcüstanın Baş naziri ilə mütəmadi görüşlərinin, o cümlədən Azərbaycan Prezidentinin dəvəti ilə İrakli Qaribaşvilinin fəxri qonaq qismi...
publikaz_normalized
model aşpaz":"Yunan parlamentinin pərdə arxasında tez-tez danışılan adlardan biri də Konstantina Miçotakisdir. Baş nazir Kiriakos Miçotakisin qohumu olan Konstantina siyasətçi deyil, parlamentin 300 yerlik mətbəxinin aşpazıdır. Onun xarici görünüşü isə modelləri xatırladır. Hətta onun Fransadakı məktəbindəki dostlarını...
publikaz_normalized
Prezident İlham Əliyev Bakı şəhərinin Qaradağ rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Maliyyə Nazirliyi Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti isə Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
publikaz_normalized
Koalisiyaya bu iki ölkə rəhbərlik edəcək":"Böyük Britaniya və Norveç Ukraynanın dəniz imkanlarını dəstəkləmək üçün yeni koalisiyaya rəhbərlik edəcək. Böyük Britaniya Norveçlə birlikdə Ukraynanın dənizdə fəaliyyət qabiliyyətini gücləndirmək üçün gəmilər və nəqliyyat vasitələri ilə təmin edəcək yeni dəniz imkanları koali...
publikaz_normalized
Azərbaycanın Zəngəzur dəhlizini arxa plana keçirməsinə baxmayaraq, Ermənistanda bu layihə ilə bağlı qorxular davam edir. “Azərbaycan Zəngəzur dəhlizi mövzusunu gündəmdən çıxarsa da, əslində daim diqqət mərkəzindədir. Fikrimcə, sadəcə dəhliz terminindən imtina edilib, lakin dəhliz mahiyyəti qalır. İstisna etmirəm ki, Er...
publikaz_normalized
Prezident İlham Əliyev Yardımlı rayonunun Masallı‒Yardımlı (44 km)‒Sırıq‒Əfçədulan‒Horavar‒Əngövül‒Zəngələ‒Vərov‒Keçələkəran avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Maliyyə Nazirliyi Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir. İqtisadiyyat Nazirliyi Sərəncamın...
publikaz_normalized
Müğənni Hadisə növbəti konsertindəki çıxışları ilə maqazin gündəmini zəbt edib. Səhnəyə qara bodidə çıxan Hadisə həm ifaları, həm də rəqsləri ilə qonaqlara unudulmaz gecə yaşadıb. Konsertdən fotoları instaqramda bölüşən məşhur "Norm Ender nə deyirdi? Gəlin uşaqları pistdən götürək? Müğənni səhnədə əvvəlcə qırmızı yubka...
publikaz_normalized
“44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfər, ərazi bütövlüyümüzün bərpası və bu il sentyabrda keçirilən antiterror tədbirləri nəticəsində suverenliyimizin tam təmin olunması müstəqil ölkəmizin daha da inkişafı və güclənməsi, beynəlxalq müstəvidə mövqelərinin möhkəmlənməsi üçün yeni imkanlar açıb. Eyni zamanda,...
publikaz_normalized
Xalq artisti Aygün Kazımova səhnə aldığı toyda hər zaman olduğu kimi izdiham yaradıb. Bu zaman şəkil çəkdirmək istəyənlər divanın saçlarını çəkib. Aygün Kazımova həmin an “Saçlarımı niyə yolursunuz?! Mən nə dedim?” sözlərini mikrofona deyib. Lentə alınan kadrlar sosial mediada paylaşılıb. Xalq artistinin zarafatla söz ...
publikaz_normalized
2023-cü il noyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1729,4 min nəfər olub. Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, onlardan 896,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 832,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdla işləyənlərin 19,1...
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən ictimai iaşə obyektində yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsind...
publikaz_normalized
Lənkəran Şəhər Rayonlararası Psixiatriya Xəstəxanasının keçmiş şöbə müdiri Nəsrəddin Nuriyevin məhkəməsi başa çatıb. Məhkəmənin hökmü ilə ona 2 il rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası verilib. Onun cəzası 1 il sınaq müddəti təyin edilməklə şərti...
publikaz_normalized
Afra Saraçoğlu Türkiyədə böyük reytinqlər toplayan "Yalı çapkını" serialından qovula bilər. Afra serialdakı tərəf müqabili, sevgilisi Mert Ramazan Dəmirlə ayrıldıqlarını bildirərkən fərqinə varmadan növbəti bölümlər barədə poiler verib. O, jurnalistin üzüyünü niyə taxmadığı ilə bağlı sualına "Seyranın üzüyüdür, o da çı...
publikaz_normalized
İşsizlikdən sığorta haqqında” qanuna edilən dəyişikliklər pozitiv xarakterli dəyişikliklərdir və işsiz qalan şəxslərin sığorta ödənişləri almasını həm asanlaşdıracaq, həm də onların dairəsini genişləndirəcək. O qeyd edib ki, mövcud qanunvericiliyə görə, yalnız üç halda işsizlikdən sığorta ödənişi edilirdi. Müəssisələr ...
publikaz_normalized
Ukraynanın məşhur aktyoru Andrey Pavlenko Rusiya ordusu ilə döyüşlərdə həlak olub. A.Pavlenkonun hansı şəraitdə öldüyü açıqlanmayıb. Qeyd edək ki, A.Pavlenko 70-ə yaxın film və serialda, o cümlədən “Pis-yaxşı polis”, “Taleyin ipləri”, “Qadın həkimi”, “Evə gedən yol” kimi ekran əsərlərində rol alıb.
publikaz_normalized
Azərbaycan Respublikası Təhsil İnstitutuna direktor müavini təyin olunub. Əmrlə bu vəzifəyə Fuad Qarayev təyinat alıb.
publikaz_normalized
Bakıda və Abşeron yarımadasında dekabrın 12-dən 14-ü səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi 12-si gündüz arabir 15-18 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enərək, gecə saatlarında 3-6 dərəcə isti, gündüz saatlarınd...
publikaz_normalized
Astrologiyada həmişə ilin ayları kimi 12 bürc məlum olub: Qoç, Buğa, Əkizlər, Xərçəng, Şir, Qız, Tərəzi, Əqrəb, Oxatan, Oğlaq, Dolça və Balıqlar. Lakin son günlər sosial şəbəkələrdə bu siyahıya yeni “İlan” bürcünün əlavə olunması ilə bağlı məlumatlar yayılır. Onun sözlərinə görə qalaktikada bizə məlum olan və olmayan 8...
publikaz_normalized
NATO-ya girmir, körpü olur":"Fransanın keçmiş lideri Nikolya Sarkozi Ukraynanın NATO-ya daxil edilməsinin əleyhinə olduğunu bildirib. Onun qiymətləndirməsinə görə, Ukrayna Rusiya Federasiyası ilə Avropa arasında körpü rolunu oynamalıdır. Sarkozi xatırladıb ki, o, prezidentliyi dövründə (2007-2012) Ukrayna və Gürcüstanı...
publikaz_normalized
yeni minimum qeydə alındı":"Bu gündən etibarən türk lirəsi yeni minimuma düşüb. Hərracların açılışında türk valyutası 1 dollar üçün 28,95 lirə səviyyəsində qiymətləndirilib. Minimum olaraq məzənnə bir dollar üçün 29,01 lirəyə düşüb. Xatırladaq ki, yayın əvvəlində dollar təxminən 21 lirə, ilin əvvəlində isə 13,5 lirə id...
publikaz_normalized
Messi Ronaldonun göz yaşı tökdüyü gündə...":"Lionel Messi həyat yoldaşı Antonella Rokutso və oğlanaları ilə Mərakeşə tətilə yollanıb. Şəkillər həqiqətən klassik tətil fotolarını xatırladır. Yalnız bir detal sual doğurur. Leo Mərakeş millisinin DÇ-2022-nin 1/4 finalında Ronaldonun Portuqaliyasını 1:0 hesabı ilə məğlub e...
publikaz_normalized
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin sahibkarlarla növbəti görüşü Lənkəran şəhərində keçiriləcək. Aksiya Qəni Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzinin qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” dekabrın 13-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq....
publikaz_normalized
NATO qüvvələri birbaşa uçuş zolağına enəcəklər":"Son bir neçə gün ərzində naməlum şəxslər Moskvanın “Şeremetyevo” hava limanına zəng edərək, guya terror aktları, fövqəladə hallar və xarici müdaxilələrin hazırlandığı haqda məlumat veriblər. Teleqram kanalı yazır ki, əsas şübhəlilər “Ukraynalı telefon fırıldaqçıları” hes...
publikaz_normalized
“Bayern” ciddi itki ilə üzləşib. Bu barədə “Sport1” məlumat yayıb. 28 yaşlı alman vinger "Ayntraxt"la qarşılaşmada (1:5) meydanda cəmi 5 dəqiqə keçirə bilib. Mənbənin sözlərinə görə, "Bayern" 2-3 ay Qnabrinin xidmətindən yararlana bilməyəcək. Cari mövsüm Qnabri Münhen klubunun heyətində bütün turnirlərdə 11 oyun keçiri...
publikaz_normalized
Türkiyədə baş tutan toyların birində gəlinin geyimi xeyli müzakirələrə səbəb olub. Əlində dəsmalla yallı gedən gəlinin açıq-saçıq paltarı kranla çəkiliş zamanı daha da ortaya çıxıb. Həmin görüntüləri təqdim edirik:(milli.az)"
publikaz_normalized
Vanna otağına girib özümə qapanıram ki...":"Harpers' Bazaar Arabia" jurnalının dekabr sayında üz qabığının qəhrəmanı olan brazilyalı model Adriana Lima üzünə kosmetoloji müdaxilələr etdirdiyi iddialarına cavab verib. Onlar sənədli filmlərin, jurnalların üz qabığının qəhrəmanlarına çevrildilər, podiumlarda gəzdilər və r...
publikaz_normalized
“Azerçay” Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası çərçivəsində ölkəmizin çay mədəniyyətinin tanıdılmasına davam edir. Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ...
publikaz_normalized
Xəzər dənizində 3.4 maqnitudalı zəlzələ olub. Zəlzələ saat 13:46-da, 47 km dərinlikdə baş verib.
publikaz_normalized
NATO Ukraynaya görə Rusiyaya qarşı genişmiqyaslı müharibəyə girə bilər. Keçmiş müşavirin sözlərinə görə, Ukrayna Rusiya prezidenti Vladimir Putinin təsir dairəsindədir, ona görə də ABŞ ora gedib ona hədə-qorxu gələndə “o elədiyini edib”. Ekspert Amerika lideri Co Baydenin saxta bəhanə uyduraraq Rusiyaya qarşı NATO müha...
publikaz_normalized
Polis əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin ölkə ərazisində topdan satışının qarşısının alınması istiqamətində əməliyyat keçirilib. Həmin ünvanda həyata keçirilən tədbir nəticəsində pirotexniki vasitələrin topdansatışını təşkil edən 1985-ci il təvəllüdlü İlham Zakiroğlu saxlan...
publikaz_normalized
Məşhur brendlərin reklam siması Rosie Huntington Whiteley sosial şəbəkədəki paylaşımları ilə diqqət çəkir. İddialı və cəsur pozaları ilə sensasiyaya çevrilən məşhur model bu dəfə son pozaları ilə sosial medianı silkələyib. Sosial media hesabında iddialı və cəsarətli paylaşımları ilə məşhurlaşan britaniyalı modelin son ...
publikaz_normalized
Məşhur iş adamından şok xəbərdarlıq":"Britaniyanın mikroprosessor istehsalçısı “Arm Holdings” şirkətinin rəhbəri Rene Haas süni intellektin inkişafı kontekstində əsas qorxusunun onun insan üzərində nəzarəti ələ keçirə bilməsi olduğunu bildirib. O, “sistemi söndürməyin” yolunu axtarmağa çağırıb. “Yaxın gələcəkdə insanla...
publikaz_normalized
Xalq artisti Yaşar Nurinin illər öncə Dövlət Televiziyasının efirində canlı olaraq səsləndirdiyi "Kim bilir" mahnısı yenidən gündəmə gəlib. Xalq artistinin bu addımı atmasındakı məqsəd, ölməz sənətkarın xatirəsini qorumaq və onun bu ifasını gələcək nəsillərə miras qoymaqdır. Xatırladaq ki, "Kim bilir" mahnısının sözlər...
publikaz_normalized
600 min dollar və...":"Türkiyə hakimiyyəti yaşayış icazəsi almaq üçün daşınmaz əmlakın minimum qiymətini artırmağı planlaşdırır. Yeni qaydalara görə, ev alarkən ölkə vətəndaşlığını almaq üçün tələb olunan minimum məbləğ 600 min dollar olacaq. Dəyişikliklər 2024-cü ildə qüvvəyə minəcək. Xatırladaq ki, 2017-ci ildə ölkəd...
publikaz_normalized
Ukrayna bölmələri Dnepr çayının sol sahilindəki mövqelərini tamamilə tərk edə bilər. Onun sözlərinə görə, Kiyev mediası çoxlu sayda itkilər olduğuna görə Dnepr çayının sol sahilini saxlamağın mənasızlığından danışmağa başlayıb. Görünür, tezliklə bu istiqamətdən kütləvi geri çəkilmə olacaq" deyə Rudenko yazıb. Hərbi ana...
publikaz_normalized
Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Azərbaycan Respublikası və Oman Sultanlığı Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin 5-ci raundunda iştirak etmək məqsədilə dekabrın 10-da Oman Sultanlığında səfərdə olub. Məsləhətləşmələr zamanı siyasi, iqtisadi-ticarət, enerji, humanitar, parlamentlərar...
publikaz_normalized
İrəvanda Əliyevi dəstəklədilər - FOTO":"Ermənistan üçün Qarabağa görə qisas almaq məhvə aparan yol deməkdir. Paşinyanın deputatı qeyd edib ki, Ermənistanın qisas almaq fikri yoxdur: “Sülh müqaviləsi haqda düşünən xalq qisas haqqında düşünməməlidir. Sülh müqaviləsi də qisas olmayacağı anamına gəlir, əks halda sülhdən sö...
publikaz_normalized
“Kapital Bank” ASC Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Mərkəzi Bankı və “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyi arasında olan həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi istiqamətindəki əməkdaşlıq memorandumu çərçivəsində daha 9 vətəndaşa dəstək göstərib. N...
publikaz_normalized
İstanbulun Bağdat küçəsində hər gün yarıçılpaq gəzərək Türkiyədə gündəm olan sosial media fenomeni və model Melisa Aydınalp bu dəfə yeni pankartla küçəyə çıxıb. Qeyd edək ki, Aydınalp küçədə yarıçılpaq gəzərkən ətrafdakıların qəzəbinə tuş gəlib. Onlar modelin pankartını cıraraq gərginliyi artırıblar. Çimərlik geyimində...
publikaz_normalized
Oğlumun nə vaxt qayıdacağı ilə bağlı heç bir məlumatım yoxdur. “Səhərdən ora-bura zəng edirəm ki, hardan məlumat ala bilərəm. Nə vaxt gələcəyi ilə bağlı bizə heç bir məlumat verilməyib. Mən də hamı kimi mediada olan məlumatları izləyirəm. Hüseynlə sonuncu dəfə noyabrın 23-ü danışmışıq”, - anası bildirib. Qeyd edək ki, ...
publikaz_normalized
bu şərtlərlə":"Vəziyyətin normallaşacağı təqdirdə Finlandiya Rusiya Federasiyası ilə sərhədi mərhələli şəkildə açmağa hazır olacaq. Nəzarət məntəqələrində işin bərpası üçün şərtləri Finlandiya Xarici İşlər Nazirliyinin rəhbəri Elina Valtonen elan edib. Valtonenin sözlərinə görə, orada hələ də insanların olmasına baxmay...
publikaz_normalized
Bəs sarı metal Azərbaycanda neçəyə olacaq?":"Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,29% artaraq, 1 888,5 ABŞ dollarına bərabər olub. Son zamanlar dünya bazarında qızılın qiyməti maksimum həddə çatıb. Bəs dünyadakı bahalaşma və tələbatın artması fonunda Azərbaycan bazarında qızılın qiy...
publikaz_normalized
Gələn aydan etibarən pensiyaların indeksasiyası və artırılması gözlənilir. O qeyd edib ki, artıq son ayların statistikası göstərir ki, Azərbaycanda nominal orta aylıq əməkhaqqı 2023-cü ilin geridə qalan aylarında təxminən 11-11,2 faiz artıb. Bu isə ondan xəbər verir ki, gələn aydan etibarən əmək pensiyaları orta hesabl...
publikaz_normalized
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Brüsseldə Aİ-nin Şərq Tərəfdaşlığı proqramı çəçivəsində Avropa İttifaqı (Aİ) Şurası Prezidentinin xarici siyasət üzrə baş müşaviri Simon Mordue ilə görüşüb. Bildirilib ki, qarşılıqlı əməkdaşlığı, həmçinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasını...
publikaz_normalized
Model Fernanda Kampos Neymarla San Pauloda lüks mənzildə gecələdiyini iddia edir. Onun sözlərinə görə, bu, iyun ayında Braziliyada qeyd olunan sevgililər günündən əvvəl baş verib. Fernanda Neymarın Bruna Biankardi ilə ayrıldığına düşünüb. Ona görə də onunla ünsiyyətə başlayıb. Ertəsi gün o, Biankardi və Neymarın birlik...
publikaz_normalized
Barselona"nın sabiq hücumçusu Luiz Suares maraqlı açıqlama verib. Üç mövsüm ərzində - 2014-cü ildən 2017-ci ilə qədər bir yerdə çıxış edən və MSN adlandırılan trionun daha ünsiyyətdə olmamasının səbəbini Suares belə izah edib: “Bizim ümumi qrupumuz var idi. Daim nömrələrini dəyişirlər, ona görə də ümumi söhbəti itirdik...
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Gəncə, Şimal-qərb və Şimal Regional Dövlət Yanğın Nəzarəti idarələrinin xidməti ərazilərində ağacəkmə aksiyaları keçirilib. Belə ki, Gəncə şəhərində Heydər Əliyev park-kompleksində, Qəbələ şəhərində yerləşən...
publikaz_normalized