text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın Qazax rayonu ilə Ermənistanın İcevan rayonunun sərhədində əsir mübadiləsi həyata keçirilib. Azərbaycanda saxlanılan 32 erməni hərbçi qarşı tərəfə verilib. Həmçinin Ermənistanda saxlanılan 2 əsgərimiz geri qaytarılıb. " " " " " " " " " " " " " | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Xaçmaz rayonu, Xudat şəhəri ərazisində bir sıra fərdi yaşayış evləri və ictimai iaşə obyeklərinin subasmaya məruz qalması ilə bağlı məlumatlar daxil olub. Bununla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Xaçmaz Rayo... | publikaz_normalized |
Gəzirəm səssiz, kimsəsiz asfalt küçələri addım-addım. Ağlımdan ağla gəlməyən fikirlər keçir qatar-qatar. Gah dünyanın ən xoşbəxtiyəm, gah da ən bədbəxti. "Xəyallarım yarışa girib arzularımdakı gün-güzəranın, həyatın rəsmini cızmaq üçün. Ayrı vaxt səs-küydən bezən küçələrin bu tənha anının ləzzətini yaşayıram tənhalığı ... | publikaz_normalized |
Qardaşımı qan içində gördüm":"Paytaxtda sifarişlə qətl törətməkdə təqsirləndirilən mütəşəkkil dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Onun sözlərinə görə, təqsirləndirilən şəxs keçmiş gəlni olub: Axşam mərhum oğlum zəng etdi ki, hamınız hazırlaşın, sizi aparacam "Şaurma"ya. Həmin vaxt həyat yoldaşı... | publikaz_normalized |
Regionlar üzrə pensiyaların dekabrın 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək. | publikaz_normalized |
Müğənni Zamiq Hüseynov "İcazə ver" adlı nəğməyə çəkdirdiyi klipini təqdim edib. Ekran işinin rejissorluğu yenə də Emin Muradova həvalə olunub. Klipdə iki sevən gəncin duyğusal eşqi və anları əks olunub. Zamiq sadə süjet xəttinə məxsus bu işinin də kifayət qədər uğurlu olacağının əminliyini bildirib. Qeyd edək ki, pop u... | publikaz_normalized |
Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumunun iştirakçıları Azərbaycan könüllüləri adından Prezident İlham Əliyevə müraciət ünvanlayıb. Möhtərəm cənab Prezident," "Müzəffər Ali Baş Komandan! Sizin rəhbərliyiniz altında aparılan uğurlu siyasətin məntiqi nəticəsi olaraq Azərbaycan Respublikası Cənubi Qafqazın lider dö... | publikaz_normalized |
Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək. | publikaz_normalized |
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Çinin Kənd Təsərrüfatı və Kənd İşləri Nazirliyi ilə keçirilən görüşlər, həmçinin işçi qaydada aparılan tədbirlər nəticəsində quş əti və digər quşçuluq məhsullarının bu ölkəyə ixracına icazə əldə olunub. Agentlik Çinin müvafiq qurumu ilə aparılan əməkdaşlıq çərçivəsində bu... | publikaz_normalized |
Almaniya 2024-cü il üçün Ukraynaya silah tədarükü və maliyyə yardımına görə 8 milyard avro ayırıb. Qeyd edilib ki, Almaniyada olan ukraynalı qaçqınlara yardım üçün daha 6 milyon avrodan çox vəsait ayrılacaq. “Əgər cəbhədəki vəziyyət pisləşərsə, digər tərəfdarlar Ukraynaya yardımı azaldarsa və ya Almaniya ilə Avropaya q... | publikaz_normalized |
Azərbaycan millisinin üzvü Dadaş Dadaşbəyli Qətərin paytaxtı Dohada keçirilən Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının II Qran-pri turnirinin qalibi olub. Dadaşbəyli birdənqaldırmada 176 kq-ı ram edib və bu hərəkətdə birinci olub. Təkanlaqaldırmada isə 212 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə gümüş medala sahib... | publikaz_normalized |
Moldova Respublikasının Prezidenti Maya Sandu bu gün Moldovada diplomatik fəaliyyətini başa vuran Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovu qəbul edib. Həmçinin, Prezident sentyabrın 15-də “Azərbaycan Hava Yolları” QSC-nin Bakı ilə Kişineu arasında birbaşa reyslərin açılmasını da alqışlayıb. Maya Sandu Kişineu və ... | publikaz_normalized |
Hacıqabulda bələdiyyə sədri barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb. Bildirilib ki, Hacıqabul Rayon Polis Şöbəsinin və 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının ətraf mühitin mühafizəsinin gücləndirilməsi və sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısını... | publikaz_normalized |
Son zamanlar Gürcüstan-Rusiya sərhədində yerləşən “Yuxarı Lars” gömrük-sərhəd buraxılış məntəqəsində hava şəraiti ilə əlaqədar olaraq yük nəqliyyat vasitələrinin hərəkətində fasilələrin yaranması müşahidə edilir. Həmin nəqliyyat vasitələrinin alternativ variant kimi ölkəmizin Gürcüstanla sərhədindəki “Qırmızı körpü” gö... | publikaz_normalized |
Qarabağ" yaxşı və xarakterli komandadır. Norveçli mütəxəssis bu qarşılaşmanın onlar üçün sonuncu olduğunu xatırladıb: Bizim məqsədimiz qrup mərhələsinə vəsiqə qazanmaq idi. Klub tarixinin ən yaxşı mövsümüdür. İlk dəfə qrupa vəsiqə qazandıq və bir sıra futbolçularımızı yüksək qiymətə satdıq”. O, Azərbaycan təmsilçisinin... | publikaz_normalized |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC tərəfindən Hacı Zeynalabdin Tağıyevin 200 illiyinə həsr olunan poçt markası dövriyyəyə buraxılıb. Bildirilib ki, buraxılış bir markadan ibarət blok şəklində hazırlanıb. Markanın üzərində Hacı Zeynalabdin Tağıyevin fotosu həkk olunu... | publikaz_normalized |
Son aylarda digər ölkələrdən gətirilmə hadisələrlə əlaqəli qızılcaya yoluxma halları Azərbaycanın müxtəlif regionlarında infeksiyanın yerli yayılmasına səbəb olub. Hazırda virus əsasən uşaqlar, şagirdlər və tələbələr arasında yayılır. Belə ki, ötən aylarda Şəki şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada kütlə... | publikaz_normalized |
İstanbul rəhbərliyi şəxsi avtomobillər üçün şəhərin tarixi mərkəzinə girişi ödənişli etmək niyyətindədir. Səlahiyyətlilər bununla tıxaclar və havanın çirklənməsi ilə bağlı problemləri həll etmək ümidindədir. Plana görə, avtomobil sahibləri tarixi mərkəzə giriş üçün Eminönü ərazisində yerləşəcək köşklərdə ödəniş etməli ... | publikaz_normalized |
Danimakra Ukraynaya 1 milyard avro yardım ayıracaq. Yardım paketi sabah ölkə parlamentinə təqdim olunacaq. Buraya Ukraynanın hazırda ehtiyac duyduğu şeylər daxildir: | publikaz_normalized |
Uelsin birinci naziri Mark Dreykford istefa verdiyini açıqlayıb. Mətbuat konfransında çıxış edən Dreykford hələ 2018-ci ildə seçildiyi zaman vəzifədə beş il keçirməyə qərar verdiyini və qeyd olunan müddətin başa çatmaqda olduğunu bildirib. Birinci nazir xələfi seçilənə qədər üzərinə düşən vəzifələri tam şəkildə yerinə ... | publikaz_normalized |
Jurnalist Hafiz Babalı saxlanılıb. O, “Abzas media” ilə bağlı iş üzrə cinayət məsuliyyətinə cəlb edilib. Qeyd edilib ki, istintaq hərəkətləri aparılır. Xatırladaq ki, daha öncə sözügedən saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eyni zamanda direktor müavini Məhəmməd Kekalov qaçaqmalçılıq ittiha... | publikaz_normalized |
Böyük Britaniyanın Baş naziri Rişi Sunak Dauninq-stritdəki iqamətgahının qapısını aça bilməyib. Sunak Niderland Baş naziri Mark Rutte ilə görüşü zamanı içəri girmək istəsə də, qapı bağlı olub. Baş nazirlər təhlükəsizlik işçiləri qapını açana qədər çaşqınlıq içində binaya girmək üçün bir yol tapmağa çalışıblar. İngiltər... | publikaz_normalized |
Nüvə zərbəsinə hazırlıq başladı":"Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti kimyəvi, bioloji, radiasiya və ya nüvə təhlükəsi zamanı 2024-2026-cı illər üçün milli planı təsdiqləyib. “Şura üzvləri kimyəvi, bioloji, radiasiya və nüvə təhlükələrinin azaldılması üzrə milli strategiya və müvafiq tədbirlər planı çərçivəsində ... | publikaz_normalized |
Cəlilabadda örüş sahəsindən tapança aşkarlanıb. Qeyd olunan tədbirlər nəticəsində rayon sakini N.Abdullayev Günəşli kəndinin ərazisindəki örüş sahəsindən tapdığı 1 ədəd “Valter” tipli tapança və 5 ədəd patronu könüllü olaraq Cəlilabad RPŞ-yə təqdim edib. Bundan əlavə, Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz s... | publikaz_normalized |
Ermənistanın maliyyə naziri Vahe Hovhannisyanın açıqladığı məlumat beynəlxalq strukturların təhlilidir. Ermənistan hakimiyyətinin Azərbaycan və Türkiyəyə dəmir yolu xətlərinin bərpası xərcləri ilə bağlı hesablamaları son iki ildə kəskin şəkildə dəyişib. Maliyyə naziri hələ 2021-ci ildə beynəlxalq strukturların apardığı... | publikaz_normalized |
Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov ilə Türkiyənin xarici işlər nazirinin müavini Yasin Əkrəm Serim arasında Cenevrədə görüş keçirilib. “Biz hər zaman qardaş Azərbaycanı dəstəkləyirik. Bölgəmizdə firavanlıq və əmin-amanlıq naminə “Bir millət, iki dövlət” şüarı altında birgə fəaliyyətimizi davam ... | publikaz_normalized |
Polşanın Baş naziri Donald Tusk Polşanın beş xüsusi xidmət orqanının hər birinin rəhbərlərinin işdən çıxarılmasına göstəriş verib. Tuskun bu qərarını parlamentin kəşfiyyat xidmətləri üzrə komissiyası dəstəkləyib. Qeyd edək ki, bu gün səhər saatlarında Polşa Prezidenti Anjey Duda Tuskun andiçməsini qəbul edib. Onun ardı... | publikaz_normalized |
Qarşılamaq üçün 50 bayraq hazırlamışıq - VİDEO":"Qazax-İcevan sərhədində (Bala Cəfərli kəndində) Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmaya əsasən, saxlanılmış hərbçilərin mübadiləsi baş tutub. Hərbçilərimiz Hüseyn Axundov və Aqşin Bəbirov azad olunublar. Baku TV-nin əməkdaşı Hüseyn Axundovun ailəsində o... | publikaz_normalized |
Bu gün Qazax-İcevan sərhədində (Bala Cəfərli kəndində) Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmaya əsasən, saxlanılmış hərbçilərin mübadiləsi baş tutub. "Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı bu ilin dekabrın 7-də birgə məluma... | publikaz_normalized |
Yuxum bu gün çin oldu - VİDEO":"Allahım o günü mənə nəsib etdi, övladıma qovuşdum. D.Bəbirova Aqşin və Hüseyn arasında fərq qoymadığını, hər gün onların azad edilməsi üçün dualar etdiyini deyib: “Hüseynə ömürlük həbs cəzasının verildiyini eşitdiyimiz gün biz Şəlalə xanımla olan-qalan sağlamlığımızı da itirdik. Bir gün ... | publikaz_normalized |
Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Rusiyadakı diplomatik korpusun duayeni qismində Yaponiyanın Rusiya Federasiyasına yeni təyin olunmuş səfiri Akira Mutonu qəbul edib. P.Bülbüloğlu həmkarına uğurla həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri və nəticədə Azərbaycan Res... | publikaz_normalized |
NATO-nun hərbi strukturunun 2024-cü il üçün büdcəsi 2023-cü illə müqayisədə 12 % artaraq 2,03 milyard avroya çatıb. Təşkilatın büdcəsinin üçüncü əsas komponenti olan NATO Müdafiə İnvestisiya Proqramı, ayrı-ayrı üzv ölkələrə deyil, təşkilata məxsus olan komanda və idarəetmə obyektlərinin tikintisi xərclərini özündə əks ... | publikaz_normalized |
Yeni istiqamətlər...":"Azərbaycanın milli aviadaşıyıcısı AZAL kommersiya əməkdaşlığı çərçivəsində Çinin “Hainan Airlines” aviaşirkəti ilə xüsusi proreyt sazişi imzalayıb. Saziş çərçivəsində AZAL sərnişinləri Pekin vasitəsilə “Hainan Airlines” aviaşirkətinin Çində həyata keçirdiyi 28 istiqamətə çıxış əldə edirlər. Bunda... | publikaz_normalized |
Səkkiz ay bizə 800 il oldu - VİDEO":"Ömürlük həbs qərarının verilməsinin üzərindən 24 saat keçməmiş Hüseynin azadlıq xəbərini alanda qanad açıb uçurdum”. O, övladının erməni əsarətindən azad olunmasına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Hər dəfə Hüseynlə Aqşinin videolarına baxanda, məktublarını oxu... | publikaz_normalized |
İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianla Səudiyyə Ərəbistanı xarici işlər naziri Feysal bin Fərhan əs-Səud arasında görş baş tutub. Nazirlər ikitərəfli və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. | publikaz_normalized |
Yüz illərdir bizimlə yol gələn kəlağayının nə yaşından, nə də rənglərinin sehrindən məlumatlıyıq. Qədim zamanlardan bu örpək Azərbaycan xanımının gözəlliyinə şuxluq, bənzərsizlik qatır. İndiyədək İsmayıllı kəlağayısı deyəndə Basqal yada düşürdüsə, bundan sonra Qarakolluğun da adı çəkiləcək. Üç il ərzində burada əsl ist... | publikaz_normalized |
Mən həssasam, son dərəcə dindaram. Mən bu həyatı sevirəm, gözəl qadınları sevirəm. Bu həyat bir çox insanlar kimi mənim də xoşuma gəlir. Kadırov həmçinin, 2024-cü ilin sonunda məzuniyyətə çıxmağı planlaşdırdığını da açıqlayıb. | publikaz_normalized |
Oktyabrın 7-dən Qəzza zolağında öldürülən jurnalistlərin sayı 89-a çatıb. Qeyd edək ki, Qəzzadakı Səhiyyə Nazirliyi İsrail-HƏMAS münaqişəsində 18 608 nəfərin öldüyünü, 50 594 nəfərin isə yaralandığını açıqlayıb. | publikaz_normalized |
Onun gücü hansı bürclərə təsir edəcək?":"Dekabrın ortalarında ilin son yeni ayı görünəcək. "Ayın səthi Günəş işığını əks etdirir, insan fəaliyyətinə və rifahına təsir göstərir. Hesab olunur ki, yeni ayın görünməsi zamanı günəş işığının azalması nəticəsində bir insan güc itkisi, apatiya, tənbəllik və rifahın pisləşməsi ... | publikaz_normalized |
Bütün dost-tanış, hamı qapımıza yığışıb. Gözümüz yoldadır, balamızın gəlişini gözləyirik. Bunu əsirlikdən azad olunan Aqşin Bəbirovun atası Qabil Bəbirov Baku TV-yə sevincini bölüşərkən bildirib. “Sevincimizin həddi-hüdudu yoxdur. Prezidentimizə təşəkkür edirəm. Oğlumuzu düşmən əsirliyində qoymayacağını, gec-tez balamı... | publikaz_normalized |
Bu gün sərhəddə əsirlərin dəyişdirilməsindən sonra Azərbaycanın təhvil verdiyi 32 erməni xəstəxanaya yerləşdirilib. Bildirilib ki, hərbi polis əməkdaşları geri qaytarılan hərbi əsirlərin valideynlərini siyahı ilə bir-bir xəstəxanaya buraxırlar. | publikaz_normalized |
Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülh üçün “fürsət qapısı” açılıb. “Bizim gözləntilərimiz ondan ibarətdir ki, Ermənistan digər ölkələrlə deyil, qonşuları ilə əməkdaşlıq mövqeyindən çıxış edəcək", - deyə Gülər bildirib. | publikaz_normalized |
ABŞ Azərbaycan ilə Ermənistan arasında saxlanılan hərbçilərin dəyişdirilməsini alqışlayır. Biz bu addımı təşviq edirik və hər iki hökumətlə müzakirələr aparmışıq. Əvvəllər həbs edilmiş azərbaycanlıların və ermənilərin geri qaytarılmasını, həmçinin tərəflər arasında əlavə etimad tədbirlərinin müzakirə olunduğu barədə xə... | publikaz_normalized |
Təəssüf ki, qızılca infeksiyasından tam müdafiə yoxdur. Sadəcə immuniteti gücləndirən tibbi prosedur mövcuddur. Qızılca infeksiyasına yoluxan uşaqların müalicəsi ilk növbədə simptomların aradan qaldırılmasına, fəsadların qarşısının almasına, düzgün istirahət və maye qəbulunun təmin edilməsinə yönəlməlidir. Onun sözləri... | publikaz_normalized |
“Tesla” və “SpaceX” şirkətlərinin, eləcə də “X” sosial şəbəkəsinin sahibi İlon Mask Texas ştatının Ostin şəhərində universitet açmağı planlaşdırır. Bildirilir ki, əvvəlcə təbiət elmləri, texnologiya, mühəndislik və riyaziyyat təmayüllü məktəb açılacaq. Sonra ən yüksək səviyyədə təhsilə həsr olunmuş universitet yaradıla... | publikaz_normalized |
Bərdə Rayon Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən narkotiklərlə mübarizə istiqamətində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Qarayusifli kənd sakini İsrəfilov Seymur Allahverən oğlu saxlanılıb, həmin şəxsin yaşadığı evə baxış zamanı 3 kiloqrama yaxın narkotik vasitə olan... | publikaz_normalized |
Xəbər verdiyimiz kimi bu gün Qazax-İcevan sərhədində (Bala Cəfərli kəndində) Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmaya əsasən, saxlanılmış hərbçilərin mübadiləsi baş tutub. Həmin görüntüləri təqdim edirik: | publikaz_normalized |
Son zamanlar Türkiyədə sosial media fenomenləri çirkli pulların yuyulması səbəbilə həbs olunurlar. Bu məsələ Azərbaycan blogerlərinin də bahalı həyatlarını gündəmə gətirib. Hətta bir çox ailələr blogerlərin həyat tərzini yaşaya bilmədiklərinə görə dağılır. Araşdırmalar göstərir ki, qadınların çoxu bloger cütlüklərin də... | publikaz_normalized |
2023-cü ilin ən yaxşı VİDEOLARI":"Qısa videolara baxmaq və yaratmaq üçün aparıcı platforma olan TikTok 2023-cü ilin nəticələrinə yekun vurub və Azərbaycanın ən diqqət çəkən videolarının, tanınmış yaradıcılarının və əsas hitlərinin siyahısını hazırlayıb. 2023-cü ildə Azərbaycandakı icmamız yaradıcılığı və həyatdan parla... | publikaz_normalized |
Maraqlarınızı başqalarının mənafelərinə qurban verməyin":"Belə əsəbi vəziyyətdən qaçıb qurtulmaq istəyəcəksiniz. Daşınmaz əmlakla bağlı əməliyyatları planlaşdırmayın, həyata keçirməyə cəhd göstərməyin. Günün ikinci yarısında bir çox problemlər həllini avtomatik tapacaq. Ətrafınızdakı insanlar sizə irad tutacaqlar, tənq... | publikaz_normalized |
Ermənistan müdafiə naziri Suren Papikyanın Yunanıstana səfər edib . O, Yunanıstanda bir sıra görüşlər keçirəcək. Qeyd edək ki, Papikyan bundan əvvəl Kiprdə səfərdə olub. | publikaz_normalized |
Xəbər verdiyimiz kimi, bu gün Qazax-İcevan sərhədində (Bala Cəfərli kəndində) Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmaya əsasən, saxlanılmış hərbçilərin mübadiləsi baş tutub. Onlar müayinə olunduqdan sonra ailələrinə təhvil veriləcəklər. | publikaz_normalized |
Azərbaycanın FİFA referisi Əliyar Ağayev UEFA Çempionlar Liqasının oyununu idarə edib. 36 yaşlı hakimə Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirib. Qarşılaşmanın VAR hakimi Alper Ulusoy (Türkiyə), AVAR isə Abdulkadir Bitigen (Türkiyə) olub. Ə.Ağayev "Mançester... | publikaz_normalized |
Şirvan şəhərində 12 yaşlı yeniyetmə qızılca xəstəliyindən ölüb. O, həkimlərin səyinə baxmayaraq, xəstəxanada ölüb. Faktla bağlı araşdırma aparılır. | publikaz_normalized |
Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun Vaşinqtonda görüşü 2024-cü ilin yanvarında keçiriləcək. Hazırda bizim imzalanmaq üçün hazır olan yekun və razılaşdırılmış sülh müqaviləsi layihəsi yoxdur. Ümid edirik ki, yanvarda keçiriləcək XİN səviyyəsində Azərbaycanın da razılaşd... | publikaz_normalized |
“Espanyol”un keçmiş futbolçusu Maias Varqas maraqlı açıqlama verib. “İki-üç ay Messinin köynəyinin yanında yatdım, o, yastığımın yanında idi. Ona qarşı oynadım və biz formaları dəyişdik. Anam dedi ki, icazə verin, onu yuyum.. Mən ona köynəyə toxunmamasını tapşırdım”, – deyə hazırda Çinin “Şanxay” klubunda çıxış edən Va... | publikaz_normalized |
Beynəlxalq Atletika Federasiyası (World Athletics) 2023-cü ilin ən yaxşı idmançılarının adını açıqlayıb. İlin ən yaxşı idmançısı dayaqla tullanma üzrə isveçli Armand Duplantis seçilib. İlin ən yaxşı qadın atleti isə üç təkanla tullanma növünün kraliçası, venesuelalı Yulimar Roxas olub. Qaçış növləri üzrə Keniyadan Feyt... | publikaz_normalized |
22 milyon dolları mənimsədi":"ABŞ Milli Futbol Liqasının “Ceksonvil Yaquars” klubunun keçmiş maliyyə planlaşdırma meneceri Amil Patel klub vəsaitlərini mənimsəməkdə günahlandırılır. Bu ilin fevral ayında Patel onun qumar fəaliyyətini, xüsusən də “DraftKings” və “FanDuel” kimi internet saytlarında müntəzəm idman mərclər... | publikaz_normalized |
Bakının qaytardığı ermənilər... - VİDEO":"İrəvanda Azərbaycanın təhvil verdiyi və xəstəxanaya yerləşdirilən 32 erməni əsirinin ailələri ilə polislər arasında qarşıdurma yaşanıb. Qeyd edək ki, bu gün Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməs... | publikaz_normalized |
Çox təəssüf olsun ki, Azərbaycan kinosu 1990-cı ildən çox zəifləyib. Çünki əvvəlki kimi yaradıcı heyət - bəstəkarlar, operatorlar, rejissorlar yoxdur. Nəvələrinə filmlərdə canlandırdığı Murad, Cəlal, Sirac obrazlarının adlarını verən aktyor küçədə də insanların ona belə müraciət etdiklərini bildirib: “Küçədə gedəndə mə... | publikaz_normalized |
İsrailin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) səfiri Gilad Erdan təşkilatın iclasında nümayişkaranə şəkildə HƏMAS radikal hərəkatının mərkəzi ofisinin telefon nömrəsi olan plakat qaldırıb. Bunu əks etdirən videonu səfir öz “X” sosial şəbəkə hesabında paylaşıb. Qeyd edək ki, BMT-nin Baş Assambleyası dekabrın 12-də M... | publikaz_normalized |
Əməkdar artist Gülüstan Əliyeva bir neçə gün öncə ağır qəza keçirib. Nəticədə isə zəncirvari qəza baş verib. Avtomobil tamamilə sıradan çıxsa da, sənətçi xəsarət almayıb. Sözügedən kadrları təqdim edirik: | publikaz_normalized |
Oktyabrda Ermənistanın dövlət borcu 11 milyard 116 milyon dollar təşkil edib. Qeyd edilir ki, ölkədə iqtisadi artım templəri aşağı düşür. Müəllif vurğulayıb ki, Rusiya-Ukrayna münaqişəsinin yaratdığı xarici amillərin təsiri ilə Ermənistanın əvvəlki iki ildə qeydə alınmış yüksək iqtisadi artımının qısamüddətli xarakter ... | publikaz_normalized |
Tərtər rayonu, Sarıcalı kənd orta məktəbinin Coğrafiya müəllimi, 1985-ci il təvəllüdlü Elmin Məmmədov vəfat edib. E.Məmmədov 4 uşaq atası olub. Onun atası Asif Məmmədov isə Birinci Qarabağ müharibəsi şəhididir. A.Məmmədov 1992-ci ildə şəhid olub. | publikaz_normalized |
Mən bu cahana sığmazam" serialına yeni aktrisa daxil olacaq. O, layihədə azərbaycanlı "Əmiraslan Qardaşov"u canlandıran Ozan Akbabanın tərəf müqabili olacaq. Aktrisa "Gülcan Barka" obrazına həyat verəcək. | publikaz_normalized |
HƏMAS hərəkatı İsrailin təcavüzünə son qoyacaq istənilən ideyanı müzakirə etməyə hazırdır. “Biz təsdiq edirik ki, təcavüzün dayandırılmasına gətirib çıxaracaq, İordan çayının qərb sahilində və Qəzza zolağında asayişin bərpası üçün qapı açacaq hər hansı ideya və ya təşəbbüsləri müzakirə etməyə hazırıq”, - deyə Haniyə bi... | publikaz_normalized |
bu əlamətlər qızılca xəstəliyinə aid deyil":"Son vaxtlar xüsusilə azyaşlı uşaqlar arasında burun axması, öskürək, yüksək hərarət müşahidə olunur. Bu əlamətləri tam olaraq qızılca xəstəliyi ilə əlaqələndirmək doğrudurmu? “Bu, hazırda fəallaşan respirator xəstəlikləri, qrip virusu, adena viruslar, koronavirusun omikron ş... | publikaz_normalized |
Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiya hərbçilərinin son bir ildə xüsusi əməliyyat zamanı (Ukraynaya müdaxilə– red.) heç bir uğur əldə etmədiyi iddiaları həqiqətə uyğun deyil. Peskov Ukrayna Silahlı Qüvvələrinin (AFU) sürətlə mövqelərini itirdiyinə diqqət çəkib və bunun qaçılmaz bir proses olduğunu da vurğulayı... | publikaz_normalized |
Dövlət Departamenti Polşaya 224 milyon dollar dəyərində hərbi rabitə avadanlığının və lazımi maddi-texniki təchizatın verilməsini təsdiqləyib. Məlumata görə, Polşa hakimiyyəti ABŞ-dan avadanlıq, o cümlədən şəbəkə radiostansiyaları, SAASM qoruyucu modulu olan GPS qəbulediciləri, həmçinin köməkçi avadanlıq və ehtiyat his... | publikaz_normalized |
Xalq artisti Brilliant Dadaşova və müğənni Samir Bağırov uzun müddət sonra birgə səhnəyə çıxıblar. Qeyd edilib ki, onlar AzTV-nin Yeni il çəkilişində yer alıblar. Həmçinin, sənətçilər illər öncə təqdim etdikləri “Geri verərmi” duetlərini birgə oxuyublar. Həmin kadrları təqdim edirik: " " " "A post shared by Brilliant D... | publikaz_normalized |
PSJ və "Porto" növbəti mərhələdə":"UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub. E, F, G və H qruplarında buna qədər “Atletiko”, “Latsio”, “Borussiya” (Dortmund), “Mançester Siti”, “Leyptsiq” və “Barselona” 1/8 finala vəsiqəni təmin etmişdilər. Son matçların ardından “Portu” və PSJ də onlara qoşulublar. Bun... | publikaz_normalized |
Bu gün Laçının daha 86 sakini Bakıdan doğma şəhərə yola salınıblar. Onlar Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobupark-3” yaşayış kompleksindən yola salınıblar. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində... | publikaz_normalized |
Dölün ifraz etdiyi GDF15 hormonu hamilə qadınlarda ürəkbulanma və qusmaya səbəb olur ki, bu da bəzi hallarda qadının və gələcək körpənin həyatı üçün təhlükə yarada bilər. Hamiləlikdən əvvəl qadınlara bu hormonun vurulması ürəkbulanmanı azalda bilər. Qadınların 80%-i hamiləliyin bəzi mərhələsində ürəkbulanma və qusmadan... | publikaz_normalized |
İsrailin Baş naziri Binyamin Netanyahu Qəzza zolağında hərbi əməliyyatları davam etdirəcəklərini bildirib. İsrailin cənubundakı hərbi qərargahı ziyarət edən Baş nazir Qəzza zolağında hücumlarını davam etdirən ordunun rəsmiləri ilə telefonla danışıb. Son əsgərə qədər davam etməyinizi istəyirəm. Biz sonadək, qələbəyə qəd... | publikaz_normalized |
Bakının Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yaşayan Müşviq Məmmədovun hər iki oğlu hərbi xidmətdədir. Dekabr ayının altısında, axşam saatlarında qapısı döyülərək, “mən N saylı hərbi hissədə qulluq edən oğlunuzun komandirlərindən biriyəm. Övladınız ağır xəstə olduğu üçün gəlmişəm” deyərək ondan pul tələb edilib. Eyni ... | publikaz_normalized |
Bakının bir sıra yollarında tıxac yaranıb. Hal-hazırda yollardakı vəziyyət: Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;" "2. Ziya Bünyadov prospekti, Olimpiya stadionunun qarşısından "20 Yanvar" metro stansiyası istiqamətində;" "3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;" "4.... | publikaz_normalized |
Türkiyənin xarici işlər naziri Hakan Fidanın Azərbaycana gəlişi indiki dövrdə əhəmiyyətlidir, biz strateji müttəfiqik, Şuşa Bəyannaməsi daimi məsləhətləşməni diktə edir. Onun sözlərinə görə, ciddi hadisələr baş verib, Azərbaycanla Ermənistan arasında birbaşa rabitə formalaşıb, əsirlər dəyişdirilib, inam atmosferinin gü... | publikaz_normalized |
Saat 6:30 radələrində Bakı Metropoliteninin "Memar Əcəmi" stansiyasında 60-70 yaş arası qadın sərnişin qəfil stansiya yoluna düşüb. Təcili tibbi yardım xidməti dəvət olunub. Metropolitenin stansiya növbətçisi və polis əməkdaşı hərəkətsiz vəziyyətdə olan sərnişini stansiya yolundan çıxarıblar. Təcili tibbi yardım person... | publikaz_normalized |
ABŞ-li Tom Kruz Rusiya Dövlət Dumasının keçmiş deputatı Rinat Xairovun qızı Elsina ilə görüşür. “Onlar bir-birindən ayrılmırdılar. Açıq-aydın cütlük olduqları görünürdü”, - deyə tədbir iştirakçılarından biri bildirib. | publikaz_normalized |
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdaram. Onun sayəsində biz bu gün evimizdəyik. Hərbi əsirlikdə olanda ilk olaraq Vətənim, sonra isə anam üçün darıxırdım. Allah Prezidentimizi qorusun”, - H.Axundov deyib. O, qeyd edib ki, hər zaman Azərbaycan dövlətinə arxalanıb: Tezliklə azad ... | publikaz_normalized |
ABŞ televiziyasında xəbər aparıcısı canlı yayımda səhvən ABŞ Prezidenti Co Baydeni Ukrayna prezidenti adlandırıb. Verilişin həmin fraqmenti dərhal internetdə yayılıb. “Ukrayna Prezidenti Co Baydenlə mətbuat konfransında... Co Bayden bildirib ki...”, - deyə aparıcı çaşıb və dərhal öz səhvini düzəldib. | publikaz_normalized |
Azərbaycanın Xalq rəssamı, məşhur heykəltaraş Natiq Əliyev İtaliyanın məşhur “Della Stella D’İtalia” Ordeni və diplomu ilə təltif olunub. Natiq Əliyev öz əsərləri ilə dünya heykəltaraşlıq sənətinə töhvələr verib. O yaradıcılığında İtaliya heykəltaraşlıq məktəbinin ənənələrindən daim istifadə edib və bununla bizim üçün ... | publikaz_normalized |
Azərbaycanın Xalq artisti Ramiz Məlik vəfat edib. Onun xərçəng xəstəliyindən dünyasını dəyişdiyi bildirilir. | publikaz_normalized |
Polşada parlament dəhlizində Hanukki şamlarını söndürən Seym deputatı Qrzeqorz Braun üçün ianə toplanması elan edilib. Qrzeqorz Braun parlament binasında olarkən Hanukka şamlarını yanğınsöndürən balonu ilə söndürüb və bu şamların yandırılmasını “şeytani” adlandırıb. Bundan əvvəl parlamentin spikeri Şimon Holovnia Braun... | publikaz_normalized |
09:10" "Azərbaycan və Ermənistanın razılaşmasına əsasən dünən hərbçilərin dəyişdirilməsi başa çatdı. Bu dəyişdirilmədən sonra Azərbaycanda əsas müzakirə mövzularından biri Ermənistanda nə qədər əsirimizin qalmasıdır. Eyni müzakirə Ermənistanda da aparılır, onlar Azərbaycanda saxlanılan erməni hərbçilərin sayını dəqiqlə... | publikaz_normalized |
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin edilib. | publikaz_normalized |
Bir çox avropalı siyasətçilər Ukraynanın Aİ liderlərinin əksəriyyətinin həyatında əsas prioritet olmaqdan çıxdığını özəl olaraq etiraf edirlər. Məlumatda bildirilir ki, avropalı rəsmilər öz aralarında Ukraynanı vəsaitlərin axıdıldığı “qara dəlik” adlandırırlar. Rəsmi dəstəyə baxmayaraq, bir sıra Avropa rəsmiləri Ukrayn... | publikaz_normalized |
“Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsində sonuncu matçına çıxacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunu Albaniyadan olan hakimlər briqadası idarə edəcək. “Hakken” keçirdiyi bütün oyunlardan məğlub ayrılıb. “Qarabağ” səfərdə 1:0 hesabı ilə məğlub etdiyi bu rəqibə doğma meydanda da qali... | publikaz_normalized |
Müsiqi duyumu zəif olan müyyən bir kütlə də elə bilir ki, onlar "babat" oxuyanlardır". Sənətçi o cür bayağı mahnı ifaçılarının təbliğ olunmasının səbəblərini açıqlayıb: Bayağı mahnılar həmişə olub, yenə də olacaq. Elə mahnıların efirdə təbliğatına gəlincə, özəl kanallardır, müğənni qonorarını ödəyir və çıxıb mahnısını ... | publikaz_normalized |
Püşkatma nə vaxtdır?":"UEFA Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulub. Qitənin bir nömrəli klub turnirinin bu mərhələsinə 8 ölkənin təmsilçisi yüksəlib. Yalnız İspaniya klublarının hamısı qrup mərhələsini uğurla başa vurub. Top-5" liqalardan Bundesliqa 3 və Seriya A 3, Premyer Liqa 2, Liqa1 isə 1 komanda ilə ... | publikaz_normalized |
Bu günün valyuta məzənnələri açıqlanıb. Rusiya rublu 0.0190 manatadək, Avro 1.8527 manatadək bahalaşıb. Valyuta" "Məzənnə" "1 ABŞ dolları" "1,7000" "1 Avro" "1,8527" "1 Rusiya rublu" "0,0190" "1 Avstraliya dolları" "1,1406" "1 Argentina pesosu" "0,0021" "1 Belarus rublu" "0,5161" "1 Braziliya rialı" "0,3456" "1 BƏƏ dir... | publikaz_normalized |
ABŞ-ın keçmiş prezidenti Donald Tramp yeni virtual kartları satışa çıxarıb. 47 kart aldığınız zaman onun həbsxanada poza verdiyi kostyumdan bir parça əldə edə bilərsiniz. Bir NFT kartını 99 dollara almaq olar. 47 kart satın aldığınız zaman onun həbs edilərkən geyindiyi kostyumun bir parçasını əldə etmiş olursunz. Digər... | publikaz_normalized |
“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki mümkün rəqibləri müəyyənləşib. Siyahıda “Milan” (İtaliya), “Qalatasaray” (Türkiyə), “Lans” (Fransa), “Braqa” (Portuqaliya), “Benfika” (Portuqaliya), “Feyenoord” (Niderland), “Yanq Boyz” (İsveçrə) və “Şaxtyor” (Donetsk, Ukrayna) var. Adını qeyd etdiyimiz komandalardan... | publikaz_normalized |
Ermənistanın baş naziri Nikol Paşinyan növbədənkənar parlament seçkilərinin keçirilməsi qərarına gəlib. Qəzet qeyd edir ki, Azərbaycan Qarabağda tam qələbə qazandıqdan sonra Paşinyan Ermənistan daxilində gərginliyi azaltmaq məqsədilə növbədənkənar seçkilərə getmək niyyətindədir: “Paşinyan bununla bir neçə məsələni eyni... | publikaz_normalized |
Ölkənin pul vahidi bir gündə dəyərinin yarısını itirdi":"Argentinanın yeni populist prezidenti Xavyer Miley üçrəqəmli inflyasiyanı azaltmaq üçün şok müdaxilələrə başlayıb. Argentina pul vahidi peso bir gündə öz dəyərini 50 faizdən çox itirib. Radikal tədbirlər" "Belə ki, Argentina pul vahidi peso ötən gün 50 faizdən ço... | publikaz_normalized |
Bəs siz pendiri kola ilə qarışdırıb...":"Pendirdən hazırlanan kola sosial şəbəkələrdə böyük marağa səbəb olub. Bu məşhur kokteyli hazırlamaq üçün bir stəkan kolaya bir dilim pendir əlavə edərək yaxşı qarışdırmaq lazımdır. İçkidən istifadə edənlər deyirlər ki, onun dadı vanil ətirli Coca-Cola dadına bənzəyir. Bu, çox da... | publikaz_normalized |
C qrupundan hansı komandalar "sağ çıxacaq"?":"Bu gün Avropa Liqasında qrup mərhələsinin son turunun oyunları keçiriləcək. Bundan başqa, E və H qrupnlarında ikinci yer uğrunda amansız mübarizə gedəcək. qrup mərhələsi, 6-cı tur" "14 dekabr" "A qrupu" "00:00. “Vest Hem” (İngiltərə) – “Frayburq” (Almaniya) 00:00. “Olimpiak... | publikaz_normalized |
ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) məlumatına görə, 2023-cü ildə Arktikada orta yay temperaturu regionda rekord həddə çatıb. “Keçən il ərzində Arktikada orta aşağı hava temperaturu 1900-cü ildən bəri altıncı ən isti olub, 20 dərəcə Fahrenheit (mənfi 7 dərəcə Selsi). Arktikada orta yay temperaturu 43... | publikaz_normalized |
Mədəniyyət Nazirliyi Xalq atisti Ramiz Məlikin vəfatı lə bağlı nekroloq yayıb. Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli teatr və kino aktyoru, Xalq artisti, Dövlət mükafatı laureatı, "Şöhrət" ordenli Ramiz Məlik 14 dekabr 2023-cü il tarixində vəfat edib. Ramiz Ağarza oğlu Məlik 1943-cü il avqustun 4-də Bak... | publikaz_normalized |
Yüksək səviyyəli görüşlər başladı":"Çin və ABŞ iki dövlət arasında hərbi təmasların bərpasının detallarını yüksək səviyyədə müzakirə ediblər. Görüş, qeyd edildiyi kimi, noyabrın ortalarında APEC sammiti çərçivəsində Çin sədri Si Cinpin və ABŞ prezidenti Co Bayden arasında danışıqlardan əvvəl baş tutub. Sonra iki ölkəni... | publikaz_normalized |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.