text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Bu gün Avropa Konfrans Liqasında qrup mərhələsinə yekun vurulacaq. C qrupun da millimizin üzvü Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su “Ballkani” ilə üz-üzə gələcək. Qrupun digər matçı - “Viktoriya” – “Astana” qarşılaşması heç-heçə bitərsə, "Dinamo"ya Kosovo təmsilçisi ilə görüşdə 1 xal da kifayət edəcək.... | publikaz_normalized |
Gün ərzində nə qədər naringi yeyilə biləcəyi insanın fərdi həssaslığından asılıdır. “Tibbdə hər hansı meyvə növünün istehlakı üçün ciddi kəmiyyət norması yoxdur, lakin ümumilikdə lif istehlakı ilə bağlı tövsiyələr var. Gündə ən azı 400 q meyvə-tərəvəz və ya 5-6 porsiya yemək tövsiyə olunur”, - deyə həkim izah edib. Hək... | publikaz_normalized |
Euronews" telekanalına verdiyi müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev regional əməkdaşlıq amilinin ölkəmizin xarici siyasətinin əsasında duran vacib baza prinsiplərindən biri olduğunu vurğulayıb. Hazırda Azərbaycan bir çox nüfuzlu beynəlxalq oyunçu tərəfindən etibarlı tərəfdaş hesab edilir. Bu əməkdaşlığın re... | publikaz_normalized |
İsrailin Qəzzaya hərbi müdaxiləsi zamanı mülki vətəndaşların itkiləri artdıqca, atəşkəslə bağlı beynəlxalq təzyiqlər də artır. Hətta İsrailin ən böyük müttəfiqi olan ABŞ da İsrailin baş naziri Netanyahu və hökumətini açıq şəkildə tənqid etməyə başlayıb. Bayden xəbərdarlıq etdi" "ABŞ prezidenti Co Bayden Vaşinqtonda keç... | publikaz_normalized |
Bu gün Azərbaycan Premyer Liqasında 17-ci tura start veriləcək. Qarşılaşma saat 15:30-da başlayacaq. Qeyd edək ki, turun digər matçları 3 fərqli gündə keçiriləcək. Dekabrın 15-də "Səbail" "Qəbələ"ni, "Araz Naxçıvan" isə "Sabah"ı qəbul edəcək. Bir gün sonra "Turan Tovuz" doğma meydanda "Zirə"ylə münasibətlərinə aydınlıq... | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında bir nəfər azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-nin Bakı Regional Mərkəzinin x... | publikaz_normalized |
Masallı rayonunun Şərəfə kəndinin genişlənən hissəsində aparılan qazlaşma işləri ilə tanışlıq məqsədilə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin Lənkəran RQİİ-nin rəhbər şəxsləri və Masallı Rayon İcra Hakimiyyətinin başçısı sözügedən əraziyə baxış keçiriblər. Noyabrın əvvəlindən başlanan tikinti-quraşdırma işlərinin d... | publikaz_normalized |
Biz də bu qırğına şərikik":"Yəhudi əsilli ABŞ senatoru Berni Sanders ABŞ prezidenti Co Baydenə ünvanladığı məktubda onu İsrailə veriləcəyi gözlənilən 10,1 milyard dollarlıq hərbi yardımdan imtina etməyə çağırıb. Sanders, "İsrailin hərbi əməliyyatı müasir tariximizin ən qaranlıq səhifələrindən biri kimi yadda qalacaq" d... | publikaz_normalized |
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 14-ü saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv olub, dağlıq ərazilərdə qar yağıb. Sumqayıtda 11 mm, Bakı, Maştağa, Pirallah... | publikaz_normalized |
Bu səbəbdən":"“Qalatasaray” futbolçusu Anxelinyonun xidmətindən imtina edir. Bu barədə “Sabah" qəzeti məlumat yayıb. Bildirlir ki, "Leypsiq"dən icarəyə götürülən 26 yaşlı oyunçu cari mövsüm 19 qarşılaşmada meydana çıxıb. Klublar arasında anlaşmaya əsasən, Anxelinyo mövsüm ərzində ən azı 20 matçda meydana çıxsa, "Qalata... | publikaz_normalized |
Paytaxt restoranlarının birində...":"Hazırda həbsdə olan Rəşad Dağlının oğlu Yusifin ad günü olub. Meyxanaçı Pərviz Bülbülə də orada olub. O, məclisdən görüntüləri sosial şəbəkə hesabında paylaşıb. Xatırladaq ki, tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirova (Rəşad Dağlı) Bakı Ağır Cinayətlər Məhkə... | publikaz_normalized |
Paşinyan növbə ilə...":"Bu günlərdə Ermənistan ökumətində gərgin vəziyyət hökm sürür. “Fakt budur ki, ilin sonunda bütün nazirliklər builki fəaliyyətə yekun vurmalı və Nikol Paşinyan növbə ilə nazirliklərə baş çəkməlidir ki, nazirlər ona gördüyü işlər barədə hesabat təqdim etsinlər. İcra hakimiyyətindəki mənbələrimizin... | publikaz_normalized |
Azərbaycanın Xalq artisti Ramiz Məliklə vida mərasimi bu gün Heydər məscidində keçiriləcək. Vida mərasimindən sonra mərhum II Fəxri xiyabanda torpağa tapşırılacaq. | publikaz_normalized |
52 illik sirri ölüm yatağında qızına açdı":"Bankı soyaraq 52 il ABŞ polisindən qaçmağı bacaran Tomas Rendelin hekayəsi qızı Eşli Rendelin podkasta qatılması ilə yenidən gündəmə gəlib. 1969-cu ilin yanvarında Ted Konrad məmur işlədiyi bankdan 215 min dollar götürüb və yoxa çıxıb. Bu pul inflyasiya nəzərə alındıqda, bu g... | publikaz_normalized |
Ali Məhkəmədə ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin ailə üzvləri və onunla birgə tutulan birgə məhkum edilmiş "Portos”MMC-nin direktoru Nadir Məmmədovun barəsindəki hökmdən verilən kassasiya şirkəti üzrə məhkəmə iclası başa çatı... | publikaz_normalized |
Vladimir Putinin seçki qərargahının “Qostinıy Dvor”da yerləşməsi planlaşdırılır. Kremlin Putinin seçki qərargahının yeri ilə bağlı qərar verməsi barədə məlumatı nəşrə Moskva meriyasına yaxın həmsöhbət təsdiqləyib . Qəzetin mənbələri iddia edir ki, qərargah rəsmi olaraq dekabrın sonunda açılacaq. Nəşrin Mərkəzi Seçki Ko... | publikaz_normalized |
Həm sosial şəbəkələrdə, həm də Azərbaycan mətbuatında +18 başlıqların daha çox diqqət çəkməsi reallıqdır. Erotik başlıqlı xəbərlər daha çox oxunur, videolar daha artıq izlənir. Hətta sıradan bir xəbər başlığında bircə erotik kəlmənin işlənməsi baxış, yaxud oxu sayını qat-qat artırır. Bu nə ilə bağlıdır, hansı psixoloji... | publikaz_normalized |
Abşeron rayonunda bankomatdan pul çıxaranlara “yardım” edən şəxslər saxlanılıblar. Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı bank kartlarından oğurluq edən Sumqayıt şəhər sakinləri əvvəllər məhkum olunmuş 1997-ci il təvəllüdlü Babək Cəfərzadə və 1978-ci il tə... | publikaz_normalized |
“Azərbaycan anklavların qaytarılması tələbindən əl çəkməyəcək və İrəvanın boğazını sona qədər sıxacaq”. Onun sözlərinə görə, azərbaycanlılar geri qayıdıb bu kəndlərdə yaşayacaq. “Mən artıq onların çıxışlarından pronozlaşdırıram ki, Azərbaycan gələcəkdə yeni bir komponent əlavə edəcək – qayıdan azərbaycanlıların təhükəs... | publikaz_normalized |
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit havanın nə vaxtadək davam edəcəyi açıqlanıb. Bildirilib ki, yağıntılı hava şəraiti dekabrın 14-ü axşamadək davam edəcək. Dekabrın 15-də hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. | publikaz_normalized |
Hər şeyə hazırıq - Azərbaycanın Qərb rayonları Naxçıvanla, Qazax Tavuşla...":"Ermənistan regionda kommunikasiyaların açılması üçün təsirli və konkret addımlar atmağa hazırdır. “30 ildən artıqdır ki, Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri bağlıdır və bu gün biz çox danışırıq və regionda nəqliyyat kommunikasiyal... | publikaz_normalized |
Xoşqədəm Hidayətqızının itən 2 itindən biri tapılıb. İti tapan isə vaxtilə “Səni axtarıram” verilişinin Rusiyadakı axtarışlarına yardım edən qadın olub: Bu səhər mənə zəng gəldi, gördüm tanımadığım nömrədir, amma açdım. İtlərə görə tanımadığım nömrələri də açıram. Xanım dedi ki, itinizi tapmışam, bizim həyətdədir”. Qey... | publikaz_normalized |
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Mərakeş Krallığına rəsmi səfərə gedib. Rabat Beynəlxalq Hava Limanında nümayəndə heyətini Mərakeş Krallığının Nümayəndələr Palatasının sədri Raşid Talbi El Alami, Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov və digər rəsmi şəxslər qarşıla... | publikaz_normalized |
Adı hər il başqa bir gözəllə hallanan və evlənməməyə and içən 49 yaşlı aktyor Leonardo Di Kaprio ötən gün Londonun "Chiltern Firehouse" gecə klubunda supermodel Keyt Mossun kiçik bacısı Lotti Mossla görüntülənib. Qeyd olunub ki, 49 yaşlı Di Kaprio və 25 yaşlı Lotti kluba bir neçə dəqiqə fərqlə gəlib və birlikdə vaxt ke... | publikaz_normalized |
50 il bir sənət məbədində işləmək, yaşa dolmaq – qocalmaq yox ha - məhz yaşa dolmaq hər sənətkara nəsib olmur. O insanlarla ki ünsiyyətdə olmuşam, o əsərlər üzərində ki karifey sənətkarlarla çalışmışam… Xoşbəxtliyimiz onda idi ki, Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov, Məlik Dadaşov kimi korifey müəllimlərimiz... | publikaz_normalized |
Fasiləsiz olaraq izləyicilərini yeni layihələri ilə sevindirən Xalq artisti Röya Ayxan ilin son günlərinin olmasına baxmayaraq, yenə boş dayanmayıb. Dəmir büstqalter və kürk geyinən artistin obrazını iri buynuzlar tamamlayıb. Sənətçinin instaqramda paylaşdığı görüntüləri böyük marağa səbəb olub. Your browser doesn't su... | publikaz_normalized |
Xalq artisti Emin Ağalarovun ad günü olub. Alyona Eminlə birlikdə olan videosunu sosial şəbəkə hesabında yayımlayaraq, "Ad günün mübarək, Emin" sözlərini yazıb. Qeyd edək ki, Emin və Alyona cütlüyünün bu evlilikdən Afina adlı qızı dünyaya gəlib. | publikaz_normalized |
Mərhələli şəkildə ambulator müalicədə resept əsasında yazılan bəzi dərman vasitələrini sığorta hesabına qarşılamağı nəzərdə tuturuq. O qeyd edib ki, hazırda həmin layihəyə aidiyyəti qurumlara göndərilib: İlk il ürək-damar sistemi xəstəlikləri, 2-ci il həzm sistemi, növbəti ildə isə tənəffüs sistemi xəstəlikləri üçün də... | publikaz_normalized |
“Cəlilabad rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin müraciəti əsasında rentgen kabinetində keçirilmiş yoxlama tədbirləri zamanı radiasiya təhlükəsizliyi tələblərinin pozulmasına dair faktlar aşkarlanıb. Qeyd edilib ki, Nazirliyin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə ... | publikaz_normalized |
Xəbər verdiyimiz kimi dünən Qazax-İcevan sərhədində Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmaya əsasən, saxlanılmış hərbçilərin mübadiləsi baş tutub. O, ermənilərin ona işgəncə verdiyini bildirib. | publikaz_normalized |
Onları kim tanış edib? - FOTOLAR":“İnter”in ulduzu Lautaro Martinezin cazibədar həyat yoldaşı Aqustina Qandolfo ilə tanış olun. Martinez kimi Aqustina da Argentinadandır. 29 yaşlı bu xanım məşhur model və reklam simasıdır. Aqustina modelliyə başlamazdan əvvəl həvəskar səviyyədə voleybol oynayıb. Martinez və Qandolfo 20... | publikaz_normalized |
Türkiyənin hüquq-mühafizə orqanları İstanbulda beynəlxalq yükdaşımaları ilə məşğul olan Albaniya pasportlu iş adamı Dionis Şahollini həbs edib. Araşdırma zamanı o da məlum olub ki, Şahollinin üzərində Həmzət İsmayılovun adına Rusiya Federasiyası vətəndaşının pasportu olub. Türkiyə prokurorluğunun müəyyən etdiyi kimi, s... | publikaz_normalized |
Xaricdə fəaliyyət göstərən 102 həkim dövlət tibb müəssisələrində işə cəlb olunub. Onun sözlərinə görə, bu gün özəl xəstəxanalarda çalışan həkimlərdən dövlət tibb müəssisələrində çalışmaq üçün müraciət edənlər də var. | publikaz_normalized |
Cari ilin yanvar-noyabr ayları ərzində qanunsuz dövriyyədən götürülmüş 6 ton 719 kq 031,413 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 269 milyon 290 min AZN kimi qiymətləndirilir. Məlumata görə, cari ilin yanvar-noyabr ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik v... | publikaz_normalized |
Ağır çəkidə keçmiş dünya çempionları Entoni Coşua və Deontay Uaylder döyüş keçirmək üçün müqavilə imzalayıb. Mənbənin məlumatına görə, döyüşün 2024-cü il mayın 9-da Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılır. Artıq tərəflər görüşün qonorarı ilə bağlı razılığa gəliblər. Lakin superdöyüşün əsas şərti odur ki, hər ... | publikaz_normalized |
Fransada mindən çox insana HİV, hepatit B və C test müayinəsindən keçmək tövsiyə olunub. “1145 xəstəyə Çerburqdakı stomatoloji klinikada zəif sterilizasiyaya görə, HİV və hepatit B və C testlərindən keçmək tövsiyə olunub”, - hesabatda bildirilib. Diş həkimi müvəqqəti olaraq işindən uzaqlaşdırılıb. Yerli səhiyyə qurumu ... | publikaz_normalized |
Sıfır nöqtəsidir":"Əsirlərin mübadiləsi İrəvanla Bakı arasında münasibətlərdə “sıfır nöqtə” hesab oluna bilər. “Bundan sonra biz heç olmasa cəhd edə bilərik ki, bütün sonrakı xəbərlər Ermənistan və Azərbaycan arasında sülh sazişinin bağlanması ehtimalını artırsın”, - Paşinyan bildirib. Əsir mübadiləsi dekabrın 13-də Az... | publikaz_normalized |
Yaxın aylarda Füzuli rayonuna daha 846 ailənin köçürülməsi planlaşdırılır. O qeyd edib ki, indiyə qədər Füzuli şəhərinə 358 ailə, Tərtər rayonunun Talış kəndinə 20 ailə köçürülüb. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair dövlət proqramına əsasən geniş miqyaslı bərpa və quruculuq işləri aparılır", - deyə F.Ha... | publikaz_normalized |
Tam orta təhsilli gizir və miçmanlara “Kiçik leytenant” hərbi rütbəsi veriləcək. Qüvvədə olan qanuna görə, gizir və miçman vəzifələrində beş il və daha çox xidmət etmiş zabit vəzifəsinə təyin edilmiş orta ixtisas və ya natamam ali təhsilli gizir və miçmanlara hərbi hazırlıq keçdikdən və müəyyən edilmiş qaydada imtahan ... | publikaz_normalized |
Barselona"nın vingeri Lamin Yamal Çempionlar Liqasında yeni rekorda imza atıb. Lamin oyunun 35-ci dəqiqəsində Ferran Torresin vurduğu qolun ötürməsini verib. Bununla da Yamal Çempionlar Liqası tarixində qol ötürməsi verən ilk 16 yaşlı (16 yaş 153 gün) futbolçu olub. Qeyd edək ki, ötən gecə "Barselona" "Antverpen"ə uduz... | publikaz_normalized |
Əl çəkə bilmirsiniz" - VİDEO":"Bir neçə gün əvvəl bir toyda idik, bəy və gəlin çox xoşbəxt görünürdülər. Amma bir məqama toxunmaq istəyirəm. Bu toyda bəyin anası oğul haqqında 5-6 dəfə fərqli-fərqli mahnıları qoyub, tək oğlu ilə rəqs edib onunla qucaqlaşıb ağlayırdı. Çünki orada əyləşən kiminsə qızıdır. O, bu gündən gö... | publikaz_normalized |
Dünyanın ən böyük hipersəs təyyarəsi bu ilin sonuna qədər havaya qalxa bilər. Qeyd olunur ki, ana təyyarə “Roc”dan ayrıldıqdan sonra “Talon-A” cihazı okeana sıçrayaraq uçuşunu davam etdirməlidir. 2024-cü ilə planlaşdırılan ikinci sınaq uçuşu zamanı “Talon-A” eniş zolağına enməlidir. Nəşr qeyd edir ki, ABŞ Müdafiə Nazir... | publikaz_normalized |
Azərbaycanlı müğənni Safurə Əliyeva İstanbuldakı evinin görüntüsünü paylaşıb. Qeyd edək ki, müğənni ailə qurduqdan sonra İstanbula köçüb və sənətdən uzaqlaşıb.(Metbuat.az )" " " " " " | publikaz_normalized |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 14-də Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib. Dövlət başçıları və digər səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların əməkdaşlığımızın daha da möhkəmlənməsi işinə töhfə verdiyi bildirildi. Söhbət zamanı əlaqələrimizin bundan son... | publikaz_normalized |
Bu gün ölkə ərazisində havanın yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq. Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəc... | publikaz_normalized |
Xaviyə qarşı çıxırlar":"Barselona"nın düşərgəsində qəribə hadisələr baş verir. İspaniya mətbuatının yazdığına görə, onlar Xavinin tez-tez komandaya istirahət günləri verməsini anlamırlar. Keçən mövsüm oyunçular uğurlu matçlardan sonra istirahət günləri alırdılar ki, bu da normal idi. Lakin cari mövsümdə uğursuz çıxışa ... | publikaz_normalized |
12 yaşlı iqlim fəalı Liçipriya Kanqucam BMT-nin İqlim Dəyişikliyi Konfransı COP28-də "Fosil yanacağa son verin, planetimizi və gələcəyimizi xilas edin" şüarı ilə gündəm yaratdı. “Hökumətlər bu gün iqlim böhranının ən önəmli qüvvəsi olan kömür, neft və qazı mərhələli şəkildə ləğv etmək üçün birlikdə işləməlidir. Bu gün ... | publikaz_normalized |
Zelenskini inandırmalıdır ki...":"Pentaqon general-leytenant Antonio Aqutonu Ukraynaya göndərib. Brayanın sözlərinə görə, bu amerikalı general Ukrayna ordusunun “kölgə komandiri” olacaq və faktiki olaraq quru ordusunun komandiri Aleksandr Sirskinin üstündə dayanacaq. Məqalədə deyilir ki, Aquto Ukrayna Silahlı Qüvvələri... | publikaz_normalized |
Bursalı bir qadın boşanma məhkəməsinə gəlin maşını kimi bəzədiyi avtomobillə gedib. Prospekt və küçələri gəzən Gülşah A "Yol boyu insanlar siqnal çaldılar, video çəkdilər, alqışladılar, təbrik etdilər və kortej təşkil etdilər. Bu qədər böyüyəcəyini düşünməzdim" deyib. İki uşaq anası Gülşah A maşının arxasına "Osman, cə... | publikaz_normalized |
Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda hazırda 1 103 avtomobil gözləyir. Məlumata görə, bu ötən günə nisbətən gözləyən avtomobillərin sayında 287 nəqliyyat vasitəsi azalması deməkdir. Qurumun açıqlamasında deyilir ki, gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcı... | publikaz_normalized |
Nazirlər Kabineti cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının yaradılması, onun İş Qaydasının təsdiq edilməsi və “Cinayət yolu ilə əldə edilmi... | publikaz_normalized |
“Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 15 dekabr saat 11:00-da başlayacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (bloger) bu tədbirə dəvətlidir. | publikaz_normalized |
Azərbaycanın Xalq artisti Ramiz Məlik dəfn olunub. ***" "Azərbaycanın Xalq artisti Ramiz Məlik ilə vida mərasimi başa çatıb. Mərasimə aktyorun ailəsi, yaxınları, sənət dünyasından olan dostları qatılıb. Mərasimdən sonra Xalq artistinin nəşi 2-ci Fəxri Xiyabanda dəfn olunacaq. Qeyd edək ki, Azərbaycan teatr və kino akty... | publikaz_normalized |
Azərbaycanda qum yatağı hərracda start qiymətindən 20 dəfə baha satılıb. Bildirilib ki, Yevlax rayonunda yerləşən “Qaraoğlan” qum yatağının istifadəyə verilməsi üzrə 22 noyabr tarixində keçirilən hərracda investorlar arasında sağlam rəqabət nəticəsində son təklif ilkin start qiymətindən (42.560 manat) 20 dəfəyədək çox ... | publikaz_normalized |
30 vakansiya":"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində gömrük təmsilçiliyi üzrə 30 (otuz) vakant mütəxəssis vəzifəsinin tutulması məqsədilə müsabiqə elan edilir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsabiqədə iştirak edə bilməz. Vakant vəzifəni... | publikaz_normalized |
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında geniş tərkibdə görüş keçirilib. Bildirilib ki, Azərbaycan-Türkiyə arasında qardaşlıq, dostluq və həmrəyliyə əsaslanan ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivləri müzakirə olunub. ***" "Azərbaycan R... | publikaz_normalized |
Onda Ukrayna ilə sülh olacaq":"Rusiya öz məqsədlərinə çatdıqda Ukrayna ilə sülh olacaq. “Xüsusi hərbi əməliyyatın məqsədləri dəyişməz olaraq qalır. Bunlara denazifikasiya, demilitarizasiya və Ukraynanın neytral statusu daxildir. Müasir Ukraynanın qəhrəmanları Kiyevdə ayaqda alqışlanan keçmiş SS əsgəri Stepan Banderadır... | publikaz_normalized |
Kiberdələduzlar “Azərpoçt”un müştərilərini, eləcə də, digər vətəndaşları hədəfə alıblar. Bildirilib ki, son zamanlar vətəndaşlara “Azərpoçt”un adından kütləvi şəkildə saxta mesajlar göndərilir: Həmin mesajlarda vətəndaşların bağlamasının ölkəyə daxil olduğu, amma guya ev ünvanının natamamlığı səbəbindən mənzilə çatdırı... | publikaz_normalized |
Azərbaycanın aparıcı mobil operatoru “Azercell Telekom” MMC GSMA təşkilatının aktiv üzvü olaraq İqlim Fəaliyyətində iştirakını qürurla elan edir. “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə uyğun olaraq Azercell mobil sənayeni sıfır karbon emissiyasına yaxınlaşdırmaq istiqamətində çalışacaq.... | publikaz_normalized |
Xəbər verdiyimiz kimi ölkənin birinci bankı Kapital Bank Yeni ilə özəl nağd kredit kampaniyasına start verib. 2023-cü ilin 30 dekabr tarixinədək davam edəcək kampaniya çərçivəsində nağd kredit əldə edən hər 100-cü müştəriyə kredit ödənişi üçün 100₼ məbləğ hədiyyə ediləcək. Kampaniyadan yararlanmaq üçün həm onlayn mürac... | publikaz_normalized |
Türkiyə Böyük Millət Məclisinin deputatı, müxalif “Səadət” partiyasının üzvü Hasan Bitmez vəfat edib. Bildirilib ki, bütün cəhdlərə rəğmən, onun həyatını xilas etmək mümkün olmayıb. Bitmez dünən parlamentdə çıxışı zamanı qəfil yıxılıb və huşunu itirib. Xatırladaq ki, o, 1969-cu ildə Giresundə anadan olub. | publikaz_normalized |
Neftçi"nin futbolçusu Yuri Matias Avropa Liqasının qrup mərhələsinin son turunda bu gün "Hakken"lə qarşılaşacaq "Qarabağ" barədə danışıb. Bu gün “Qarabağ”ın qələbə qazanmasını istəyirəm. Çünki bu qələbə Azərbaycan futbolu üçün mühüm əhəmiyyət kəsb edir. Qarabağ"ın çox yaxşı heyəti var. Ona görə də bizimlə hansı heyətdə... | publikaz_normalized |
“Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların və birgə işçi görüşlərin təşkilin... | publikaz_normalized |
Prezident İlham Əliyev Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək. | publikaz_normalized |
Səsi, sənəti, ölməz musiqiləri onu hər gün bizə xatırladır desək yanılmaram. Kim bilir, hər gün neçə-neçə insan istər evdə, istər yol gedəndə, istər avtomobilində, istərsə də işdə "Nazəndə sevgilim", "Ayrılıq", “Gecələr”, “Sənə də qalmaz”, “Küçələrə su səpmişəm” kimi ölməz musiqiləri dinləyir... Rəşid Behbudov ölərkən ... | publikaz_normalized |
o piylər bədəndə yağ kimi yığılmır, əksinə...":"Yağlar bədəndə xəstəliklərə səbəb olan hormonlar istehsal edir. Bunlar beyində damar tıxanması, katarakt, insult, infarkt kimi bir çox xəstəliyə səbəb olur. Yağ yemədiyiniz üçün, şəkər yeyirsiniz. Şəkər isə karbohidratlara çevrilir. Onlar bədəndə yağ kimi saxlanılır. Ona ... | publikaz_normalized |
Prezident İlham Əliyev Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb. Fərmana əsasən, 2024–2025-ci tədris ilindən başlayaraq təhsil almaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki ali təhsi... | publikaz_normalized |
Azərbaycan bütün dünyanın diqqət mərkəzində olacaq":"“Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi artıq bir ənənəyə çevrilib. Paytaxtımız Bakı şəhəri növbəti il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyi edəcək. Deputat bildir... | publikaz_normalized |
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xalq artisti Ramiz Məlikin dəfn mərasiminə əklil göndərib. Mərhum II Fəxri xiyabanda dəfn olunacaq. Qeyd edək ki, R.Məlik 80 yaşında dünyasını dəyişib. Ramiz Məlikov 4 avqust 1943-cü ildə Bakıda doğulub. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dö... | publikaz_normalized |
Hər şeydən çox klubun büdcəsi xoşbəxtdir":"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandasının cari Çempionlar Liqasındakı nəticələri haqqında danışıb. “Bəli, altı matçda altı qələbə qazanmağı bacardığımız üçün şadam. Amma hər şeydən çox baş direktor və klub büdcəsi xoşbəxtdir”. “Mançester Siti” qrupda birinci y... | publikaz_normalized |
Bakıda hipermarketdə silahlı insidentlə bağlı təqsirləndirilən Azər Məmmədov, Dəyanət Qüdrətov, İbrahim İbrahimov, Səbuhi Qurbanov, Babək İsgəndərov və Rövşən İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. O bildirib ki, onunla birgə müttəhimlər kürsüsündə əyləşənlərin heç birini tanımayıb: ”Ustayam, beş-altı ... | publikaz_normalized |
2024–2025-ci tədris ilindən başlayaraq təhsil almaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki ali təhsil müəssisəsinin bakalavriat səviyyəsinə, o cümlədən bakalavriat səviyyəsinin hazırlıq kursuna (bundan sonra – ali təhsil müəssisəsi) və hərbi ... | publikaz_normalized |
Rusiyanın 74 yaşlı xalq artisti Boris Şerbakov xərçəng xəstəliyinə qalib gəlib. Mənbənin sözlərinə görə, bu ilin fevralında həkimlər aktyorun böyrəyində bədxassəli şiş aşkar ediblər, bundan sonra Şerbakov ağır cərrahiyyə əməliyyatı keçirib, bu zaman şiş və zədələnmiş orqan çıxarılıb. Altı ay ərzində kino ulduzu reabili... | publikaz_normalized |
Napoli" ilə yeni müqavilə imzaladıqdan sonra hücumçu Viktor Osimhen İtaliya klubunun tarixində ən çox maaş alan futbolçu olacaq. Mənbənin sözlərinə görə, yeni müqavilə 2026-cı ilin iyun ayının sonuna kimi qüvvədə olacaq. Sözləşməyə uyğun olaraq sərbəstqalma maddəsi 130 milyon avro təşkil edəcək. Yeni anlaşma 2024-cü il... | publikaz_normalized |
Hərbi kolleclərin fəaliyyətinin təşkili üçün Müdafiə Nazirliyinə 2 milyon manat ayrılıb. Fərmana əsasən, hərbi kolleclərin fəaliyyətinin təşkili və zəruri infrastrukturun yaradılması məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Müdafiə Nazirliyinə ilki... | publikaz_normalized |
qayda təsdiqləndi":"Azərbaycan və Ermənistan arasında komissiyaların iclaslarının və birgə işçi görüşlərin yekunları üzrə protokolların tərtib olunması qaydası məlum olub. Qaydalara əsasən, iclasların və birgə işçi görüşlərin yekunları üzrə yazılı formada iki əsl nüsxədə rus və ya razılaşma ilə ingilis dillərində proto... | publikaz_normalized |
Keçmiş həyat yoldaşı Eşqin Cəlilov müğənni Aysun İsmayılovanın evlənməsi barədə danışıb. Eşqin Cəlilov instagramda açdığı canlı yayımda Aysunun evlənməsi ilə bağlı gələn suallara aqressiv cavab verib: “Onsuz nə vaxtsa evlənəcəkdi. Bu məni maraqlandıran mövzu deyil. Ailə qurur, pis bir şey etmir”. Bir izləyicinin “Rəqsə... | publikaz_normalized |
bu xərcin 15 %-ni dövlət qarşılayacaq":"İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına güzəştli şərtlərlə ev alan zabilərin kreditinin 15 %-ni dövlət qarşılayacaq. Sənədə əsasən, 2024-2025-ci tədris ilindən başlayaraq ali təhsil müəssisəsinə və hərbi kolleclərə daxil olan kursantlar həmin təhsil müəssisələrindən m... | publikaz_normalized |
Həyatımızın hər sahəsində görünməyə başlayan süni intellekt texnologiyasının yaratdığı model Aitana Lopez sosial şəbəkələrdə sürətlə populyarlaşmağa davam edir. İspaniyada fəaliyyət göstərən bir agentlik real modellər və influenserlərlə işləmək əvəzinə süni intellektdən istifadə edərək öz sosial media fenomenlərini yar... | publikaz_normalized |
Kriştiano Ronaldo Səudiyyə Ərəbistanını kəşf etməyə davam edir. “Əl-Nəsr”də çıxış edən futbolçu sevgilisi Corcina Rodriqeslə birlikdə istirahətə yollanıb. Portuqaliyalı Əl-Ula oazisinə səfər edib. Və təəssüratlarını sosial şəbəkədə izləyicilərilə paylaşıb. "Səudiyyə Ərəbistanında YUNESKO-nun Ümumdünya İrs Siyahısına da... | publikaz_normalized |
Ölkəmizdə işgüzar səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan Ulu Öndərin məzarını, “Türk şəhidliyi” abidəsini və Şəhidlər xiyabanını ziyarət edib. Sonra şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsi ziyarət edilib, abidə önünə əklil qoyulub, gül dəstələri düzülüb. Azərbaycanın müst... | publikaz_normalized |
Ermənistanın baş naziri Nikol Paşinyan regionda kommunikasiyaların açılması istiqamətində fəal addımlar atmağa hazır olduqlarını bildirib və Azərbaycanla dəmiryolu əlaqəsi üzrə istiqamətləri açıqlayıb. - Qazaxı Tavuşla birləşdirəcək şimal marşrutu: bu, keçmiş Qazax-İcevan dəmir yolunu özündə birləşdirir; - Azərbaycanın... | publikaz_normalized |
İnfluenser Arifə Məmmədova (Baylar Soylar) həyat yoldaşı ilə tətil fotolarını paylaşıb. İzləyicilərdən biri “Nə yaxşı burada “Camaatın anası-bacısı var” şərhini yazan yoxdur”, - deyə, rəy bildirib. Arifə isə “İzləyicilərimiz kimə nə yazmaq lazımdır, gözəl bilirlər” sözləri ilə cavab verib. Qeyd edək ki, cütlüyün iki öv... | publikaz_normalized |
Xəzər dənizində (İran) zəlzələ qeydə alınıb. Zəlzələ Lənkəran, Lerik ərazisində 3 baldan artıq hiss olunub. ***" "Azərbaycan ərazisində zəlzələ qeydə alınıb. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, təkanların maqnitudası 4.5 olub. | publikaz_normalized |
“Azərbaycan-Türkiyə müttəfiqliyi bölgədə sabitliyin qorunmasının əsas faktorudur”. Onun sözlərinə görə, münaqişədən sonra Ermənistanla normallaşma əlaqələrinin yaranmasında tarixi fürsət var: “Region ölkələri arasında münasibətlər qurulmalıdır. Ermənistan tərəfi də eyni yanaşma ilə addımlar atacaq və belə olan təqdirdə... | publikaz_normalized |
Türkiyənin Ədliyyə Nazirliyinin binasında çəkilən fotolar qalmaqal yaradıb. Sosial şəbəkələrdə yayılan fotolar qalmaqala səbəb olub. Məsələ ilə bağlı nazir Yılmaz Tunç açıqlama verib. O bildirib ki vəkil Buket Nurşah Tekışık və həmin otağın sahibi barədə araşdırma aparılır.(milli.az)" | publikaz_normalized |
“Noyabrın sonunda Ermənistan tərəfindən aldığımız sülh sazişi üzrə şərtlərlə bağlı Azərbaycan tərəfi öz mövqeyini formalaşdırır”. Onun sözlərinə görə, yaxın zamanlarda onlar qarşı tərəfə təqdim ediləcək. “Mən buradan çağırış etmək istəyirəm ki, Azərbaycanla Türkiyənin bölgədə dayanıqlı sülh və təhlükəsizliyin təmin edi... | publikaz_normalized |
Vətən müharibəsi iştirakçısı Sənan Rəhimov vəfat edib. Məlumata görə, onun bu yaxınlarda toyunun olacağı gözlənilirmiş. Qeyd edək ki, Rəhimov Sənan İmran oğlu Vətən müharibəsində göstərdiyi şücaətlərə görə Füzulinin, Cəbrayılın, Qubadlının azad olunmasına görə medalları və "Cəsur döyüşçü" medalı ilə təltif olunub. | publikaz_normalized |
Xalq artisti Zeynəb Xanlarova uzun müddətdən sonra səhnəyə çıxıb. Həmin buraxılış bayram gecəsi yayımlanacaq. | publikaz_normalized |
Azərbaycana qarşı istifadə edirlər":"1945-ci ildə İran Azərbaycanında milli hökumət elan edilməsinin 78-ci ildönümü Azərbaycanda gündəm olmasa da, İran nəşrləri mövzuya geniş yer ayırıblar. Kavə Bayat adlı müəllif yazır ki, Azərbaycan Demokrat Firqəsi hansısa formada yerli muxtariyyət istəyirdi və Sovet İttifaqından də... | publikaz_normalized |
Cənubi Koreya 2 Çin və 4 Rusiya təyyarəsinin Koreya Hava Hücumundan Müdafiə və Kimlik Bölgəsinə daxil olduğunu və bölgəyə döyüş təyyarələri göndərdiklərini açıqlayıb. Beynəlxalq hüquqda müəyyən edilməyən və heç bir beynəlxalq orqan tərəfindən idarə olunmayan Hava Hücumundan Müdafiə və İdentifikasiya Zonası (ADIZ) ümumi... | publikaz_normalized |
Ermənistan rəsmilərinin son günlər sülh müqaviləsinin imzalanması üçün “3 prinsipə riayət olunması”, “qoşunların sərhəddən geri çəkilməsi”, “beynəlxalq qarant mexanizmi” barədə dedikləri fikirlər bu ölkənin sülh müqaviləsinin imzalanmasında maraqlı olmadığını, müxtəlif süni maneələrlə prosesi yubatdığını göstərir. Görü... | publikaz_normalized |
Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarının yekunlarına əsasən Ermənistanla sərhədlərin açılıb-açılmamasına qərar veriləcək. Qeyd etdiyimiz kimi biz bu məsələ ilə əlaqədar Azərbaycana dəstək vermişik və verəcəyik", - o bildirib. | publikaz_normalized |
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın sərhəddən hər iki ölkənin qoşunlarının çəkilməsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. “Tam sərhəd üzrə razılıq olmayan bir zamanda qoşunların sərhəddən çəkilərsə orada nələrin baş verə biləcəyinə kim zəmanət verə bilər? Bu təklif Azərbaycan tə... | publikaz_normalized |
Bir oturuma 10 yumurta yeyirmiş":"Rusiya prezidenti Vladimir Putinin ilin yekunlarına dair mətbuat konfransı maraqlı məqamlarla yadda qalıb. Yumurtanın bahalaşması ilə bağlı sualı cavablandıran Putin qeyd edib ki, o, səhər yeməyində sevərək omlet yeyir. “Bir vaxtlar mən, səhər yeməyində düz on yumurta yeyirdim”, - deyə... | publikaz_normalized |
Bəli, yumurta qabığı ən ucuz başa gələn kalsium mənbəyidir. 1 qram qabıqda 400 mq kalsium var, bu miqdar, orta yaşlı uşağın gündəlik tələbatı üçün yetərlidir. Faydalı olsa da, bir sıra səbəblərdən tövsiyə olunmur. Nabat Ağayeva-Əlibəyova deyib. Həkim qeyd edib ki, ev şəraitində yumurta qabığını qurudaraq üyütmək və ist... | publikaz_normalized |
Yoxdursa, məhkəmə də yoxdur":"Emmanuel Makron özü Vladimir Putinlə münasibətlərinə son qoyub. Putinin sözlərinə görə, Makronla aralarında yaxşı və işgüzar münasibətlər olub. “Mən Fransada da olmuşam, cənab Makron Rusiyaya gəldi. İstər ikitərəfli, istərsə də beynəlxalq münasibətlərlə bağlı çox aktiv gündəliyimiz var idi... | publikaz_normalized |
Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektinin 9-cu km-də ("Gənclik" parkının qarşısı, Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar 15 dekabr saat 08:00-dan 19 dekabr saat 22:00-dək işlərin aparıldığı zolaqlar üzrə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırıla... | publikaz_normalized |
millət vəkilləri onu döydü":"Hindistan parlamenti tarixinin ən fəal günlərindən birini yaşadı. 13 dekabr 2001-ci ildə Hindistan parlamentinə silahlı şəxslər tərəfindən hücum edilmişdi. Dəhşətli hadisədən 22 il sonra parlamentdə yenidən təhlükəsizlik pozuntusu baş verib. Parlamentə rəngli tüstü bombası atan şəxs deputat... | publikaz_normalized |
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə qazandırmaqda davam edir. Belə ki, istifadəçilər “QR ilə ödə” stikerini gördükləri istənilən yerdə Birbank tətbiqinin “QR” hissəsindən ödəniş edə, üstəlik 3%-dək keşbek qazana bilərlər. "Bunun üçün istifadəçi ödəniş zamanı ilk olaraq kassirə ödənişi QR-kod ilə edəcəyini ... | publikaz_normalized |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.