text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
“Mançester Siti”nin yarımmüdafiəçisi Cek Qrilişin ailəsi Premyer Liqanın son turunda keçirilən “Everton”la oyun zamanı insidentlə üzləşib. Bu barədə "The Sun" məlumat yayıb. Futbolçunun valideynləri, nənəsi, iki bacısı, qardaşı və nişanlısı televizorda matça baxarkən itlər hürüb. Qohumlar çaxnaşma düyməsini basmağı bac...
publikaz_normalized
Azərbaycan Gənclər Fondu və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin dəstəyi, Türk Mədəniyyəti və İrsi Fondu və “İRƏLİ” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Turan” Etno-Folklor Ansamblı və “Zəfər” qrupu ilə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan “İRƏLİ” İctimai Birliyinin Layihələrlə iş üzrə katibi ...
publikaz_normalized
Müğənni Rəqsanə İsmayılova tənqidlə üzləşib. Görüntülərini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşən Rəqsanənin bu addımı birmənalı qarşılanmayıb, sosial şəbəkə istifadəçiləri onu qınayıblar: Bir az mədəniyyətin olsun, ağzını marçıldatma!", "Bu sizə yaraşmadı, uşaq-muşaqdan hərəkət öyrənirsiniz", "Yeyin, nuş ols...
publikaz_normalized
İran hakimiyyəti İsraillə əlaqəli təxribat qrupunun on üzvündən dördünə qarşı ölüm hökmünü icra edib. “İsrail kəşfiyyat xidməti “Mossad” zabitlərinin rəhbərliyi altında öz əməlləri ilə ölkənin təhlükəsizliyini pozmağa cəhd edən sionist rejimlə əlaqəli təxribat qrupunun dörd üzvü bu gün səhər edam edilib”, - aentlik məh...
publikaz_normalized
Nepal hökuməti tərəfindən açıqlanan hesabatda 72 nəfərin öldüyü təyyarə qəzasının təfərrüatları məlum olub. Qəzaya səbəb həm insan səhvi, həm də diqqətsizlik olub. Pilotların uçuş zamanı "elektrik enerjisini təsadüfən kəsməsi" qəzaya səbəb olaraq bildirilib. Hesabatda həmçinin, təyyarəyə lazımi texniki qulluq göstərild...
publikaz_normalized
Uşağa görə əlavəni məhdudiyyət qoyulmadan işsiz kimi qeydiyyata alınan bütün sığortaolunanlar alacaq. Qeyd edək ki, qanuna əsasən, minimum sığorta ödənişi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur. Hazırda qüvvədə olan qanuna əsasən, himayəsində 18 yaşa...
publikaz_normalized
Yanvarda kimlər sevimli olacaq, kimlər çətin sınaqlarla üzləşəcək?":"Yeni ilin gəlişinə artıq saatlar salıb. Bu saatlarda hamımız bütün neqativ xəbərləri özümüzdən uzaqlaşdırmağa çalışaraq gələn illə bağlı böyük planlar və xəyallar qurmaqla məşğul oluruq. Bu məsələdə astroloqların köməyi danılmazdır. Ulduz falını aylar...
publikaz_normalized
Şabran rayonunda fəaliyyət göstərən “Yeni Qalaltı Hotel Company” MMC-yə məxsus pul vəsaitlərinin mənimsənilməsi faktı bağlı rayon prokurorluğunda aparılmış cinayət işinin ibtidai istintaqı tamamlanıb. Seyfəddin Cəfərli və Ehtiram İbrəhimov Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsilə təqsirləndi...
publikaz_normalized
16:55" "Bu gün Cəlilabad rayonun Uzuntəpə kəndi ərazisindən keçən su kanalında 2016 və 2019-cu il təvəllüdlü 2 azyaşlı uşağın meyiti aşkar olunub. Bildirilib ki, faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
publikaz_normalized
Uzun müddətdir ki, Multipl Skleroz (MS və ya dağınıq skleroz) xəstəliyi ilə mübarizə aparan müğənni Sərdar Ortaç bir ayağını itirə bilər. Jurnalistlərin suallarını cavablandıran ulduz qeyd edib ki, dağınıq skleroz çox ciddi xəstəlikdir. Zaman-zaman yeriməkdə çətinlik çəkən ifaçı vəziyyəti ilə bağlı bunları deyib: Ayaqq...
publikaz_normalized
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədr müavini, Ukrayna Azərbaycanlıları Radasının icraçı direktoru Elşad İbraimov alimlik dərəcəsi alıb. Qeyd edək ki, E.İbrahimov həm də Ukrayna Kikboksinq Federasiyasının vitse-prezidentidir.
publikaz_normalized
Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda hazırda 230 avtomobil gözləyir. Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Astara” gömrük postunda 0, “Biləsuvar” gömrük postunda 35, “Mazımqara” gömrük postunda 44, “Samur” gömrük pos...
publikaz_normalized
Sumqayıtda 38 500 abonentə qazın verilişində məhdudiyyət yaranacaq. Bildirilib ki, Sumqayıt şəhəri, "Şəhər-4" orta təzyiqli qaz kəmərində qaz sızmalarının aradan qaldırılması ilə əlaqədar olaraq dekabrın 30-da saat 10:00-dan etibarən işlər yekunlaşana qədər Sumqayıt şəhərinin Corat bağları, Novxanı bağları, Saray bağla...
publikaz_normalized
İstehlak bazarına nəzarət və bayram günlərində əhalinin təhlükəsiz qida məhsulları ilə təmin olunması məqsədilə ölkədə fəaliyyət göstərən bir çox ticarət şəbəkəsində satışı həyata keçirilən Yeni il hədiyyə qutuları ilə bağlı monitorinq aparılıb. Bildirilib ki, monitorinqlər çərçivəsində bu vaxtadək 299 sahibkarlıq suby...
publikaz_normalized
Azərbaycanın atletika üzrə əməkdar məşqçisi, qaçış yarışlarının rekordçusu Nikolay Pavlov dünyasını dəyişib. Sabiq idmançı 69 yaşında vəfat edib. Qeyd edək ki, Nikolay Pavlov 1972-ci ildə gənclər arasında 3 min metr məsafəyə qaçışda 9 dəqiqə 23 saniyə nəticə ilə rekordçu olub.
publikaz_normalized
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Nəzəri fizika kafedrasının professoru Azər Əhmədov vəfat edib. Əhmədov 2007-2022-ci illərdə Nəzəri fizika kafedrasında dosent, 2022-ci ildən isə professor vəzifəsində çalışıb.
publikaz_normalized
“İpək Yolu Sığorta” ASC Azərbaycana məxsus sərnişin təyyərəsinin zədələnmiş mühərrikinə görə 431 min manatdan çox sığorta ödənişi verib. Belə ki, aviaşirkətə məxsus sığortalı təyyarə ötən il Naxçıvan-Bakı reysi üzrə uçuş həyata keçirərkən onun mühərrikinə yad cisim düşüb və mühərrik zədələnib. Araşdırmalar və qiymətlən...
publikaz_normalized
“Yaşıl” iqtisadiyyata keçid və “yaşıl” enerji təchizatçısına çevrilmək Azərbaycanın iqtisadi siyasətinin prioritetlərindəndir. Dövlət başçısının müvafiq sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu istiqamətdə təşəbbüsləri stimullaşdıracaq. Bildirilib ki, Prezident İlham Əliy...
publikaz_normalized
SOCAR-ın “Azəriqaz” İB yanında İctimai Şuranın yeni seçilmiş üzvləri ilə Birliyin baş direktoru Ruslan Əliyev arasında görüş keçirilib. Şəffaflığın təmin olunmasına xidmət edəcək Şuraya hər cür dəstək veriləcəyi də müzakirə olunan məsələlərdən olub. Daha sonra “Azəriqaz” İB yanında İctimai Şuranın yeni seçilmiş üzvləri...
publikaz_normalized
Azərbaycan Ordusunun Baş Qərargahı, Müdafiə Nazirliyinin baş idarə, idarə, xidmət və müstəqil şöbələri, eləcə də bütün qoşun növləri və xüsusi təyinatlı təhsil müəssisələrində 2023-cü ilin yekunları ilə əlaqədar iclaslar keçirilib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Ordu qarşısında qoyduğu t...
publikaz_normalized
Sabah İran və Azərbaycan arasında Astarada yeni sərhəd keçid məntəqəsinin açılışı olacaq. Onun sözlərinə görə, yeni sərhəd keçid məntəqəsinin açılışı ilə əlaqədar təşkil olunacaq tədbirə iki ölkə rəsmiləri qatılacaqlar. Amani deyib ki, ilk mərhələdə yeni sərhəd keçid məntəqəsindən boş yük maşınlarının keçidi təşkil olu...
publikaz_normalized
Biləsuvar rayonunda xəsarətlə nəticələnən iki yol qəzası baş verib. Belə ki, “Mercedes” markalı minik avtomobilinin aşması nəticəsində sürücü, 1967-ci il təvəllüdlü Asif Qasımov müxtəlif bədən xəsarətləri alıb. Daha bir qəza isə Biləsuvar şəhəri ərazisində qeydə alınıb. Motosiklet “Niva” markalı minik avtomobilinə çırp...
publikaz_normalized
ölənlər var - YENİLƏNDİ":"Ukraynanın kütləvi raket hücumu nəticəsində ölənlərin sayı 23-ə çatıb. Qeyd olunub ki, 134 nəfər yaralanıb. Məlumata görə, həmçinin bir neçə rayonda elektrik enerjisi kəsilib. Bildirilib ki, xilasedicilər axtarış-xilasetmə işlərini davam etdirirlər. Türk sözügedən hücumu pisləyib. X X X" "Rusi...
publikaz_normalized
Rusiyaya məxsus raket Polşa hava məkanına daxil olub. “Hər şey Rusiya raketinin Polşa ərazisinə uçduğunu göstərir. O, izlənildi, sonra bizim ərazimizi tərk etdi. Dəqiqləşdirilmə üçün axtarışlar aparırıq", - deyə Kukula bildirib. Qeyd edək ki, Polşa Silahlı Qüvvələri cümə günü səhər saatlarında naməlum hava obyektinin U...
publikaz_normalized
Rusiyanın dövlət başçısı, prezidentliyə namizəd Vladimir Putinin rəsmi saytı (www.putin2024.ru) xaricdən DdoS hücumlara məruz qalıb. Bildirilib ki, hücumun qarşısının alınması ilə bağlı tədbirlər görülür. Qeyd edək ki, bu gün sözügedən saytın fəaliyyətə başlaması ilə bağlı məlumat yayılmışdı.
publikaz_normalized
Tərtər rayonunda pirotexniki vasitələrin satışını təşkil edən şəxslər müəyyən edilib. Bildirilib ki, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində pirotexniki vasitələrin satışını təşkil edən şəxslər müəyyən edilib. Həmin ṣəxslərdən aşkarlanan vasitələr götürülüb. Onların barəsində İnzi...
publikaz_normalized
Sabirabadın Məmişli kəndində 32 yaşlı kişi ilə nişanlandırılan 12 yaşlı qızcığaz danışıb. 12 yaşlı qız verilişin aparıcısı Lalə Azərtaşa bildirib ki, nişanlandığı şəxsi yaxşı biri kimi tanıyır və beş il sonra toyları olacaq. L.Azərtaşın qızcığaza ünvanladığı “beş il sonra Kərimin 37 yaşı olacaq. Bəs onda necə?” sualına...
publikaz_normalized
Bu gün Daxili İşlər Nazirliyində Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında şəhidlik zirvəsinə ucalmış əməkdaşların ailə üzvlərinə, həmçinin qarşıya qoyulan tapşırıqların icrasında fərqləndiklərinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş bir qrup əməkdaşa dövlət mükafatlarının təqdi...
publikaz_normalized
Pulumu vermədilər":"İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağına qarşı təxribat törədən erməni dizayner Aram Nikolyan İctimai Televiziyanın baş stilisti vəzifəsindən qovulub və dövlət layihələrinə çıxışdan da məhrum edilib. Aram törətdiyi təxribata görə peşman olmad...
publikaz_normalized
Azərbaycanda fəaliyyət göstərən mobil rabitə opratorlarının bu il əldə etdiyi gəlir açıqlanıb. Xidmətlərdən əldə edilən gəlirin 37,3 faizi və ya 1055,6 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb. Qeyd edək ki, bu gün Azərbaycanda üç mobil rabitə operatoru fəaliyyət göstərir və onların abunəçilərinin sayı...
publikaz_normalized
Planetin ən zəngin 500 adamının ümumi sərvəti 2023-cü ildə 1,5 trilyon dollar artıb. Reytinqdə birinci yeri yenidən amerikalı milyarder İlon Mask tutub. “Tesla Inc” şirkətinin rəhbərinin xalis sərvəti bu il 95,4 milyard dollar artaraq 232,393 milyard dollara çatıb. Buna şirkətin səhmlərinin dəyərinin 105% (iki dəfədən ...
publikaz_normalized
Mühasirəyə alıblar - VİDEO":"İranın Zahidan şəhərinə təhlükəsizlik qüvvələri yeridilib. Məlumata görə, Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində etnik bəluclar cümə namazından sonra sünni din xadimi Mövləvi Əbdülhəmidin çağırışı ilə məscidi sakit şəkildə tərk etsələr də, təhlükəsizlik qüvvələri şəhərin ətrafını...
publikaz_normalized
İslam İnqilabı Keşikçiləri Korpusunun ən azı 11 yüksək rütbəli zabiti cümə gecəsi İsrailin Dəməşq Beynəlxalq Hava Limanına endirdiyi hava zərbəsi nəticəsində həlak olub. Bildirilir ki, hücum nəticəsində SEPAH qüvvələrinin Suriyanın şərqindəki komandiri Nurat Rəşid yaralanıb. Xatırladaq ki, dekabrın 25-də SEPAH generalı...
publikaz_normalized
2023-cü ilin yanvar-noyabr aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 63,2 milyard manat olmaqla 2022- ci ilin yanvar-noyabr aylarına nisbətən müqayisəli qiymətlərlə 5,6 faiz artıb. Bildirilib ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəf...
publikaz_normalized
Türkiyə hərb sənayesində daha bir möhtəşəm uğura imza atıb. Belə ki, Hərbi Dəniz Qüvvələri Şərqi Aralıq dənizi sahillərində “TCG Preveza” sualtı qayığı tərəfindən “Akya”nın sınaq atışı həyata keçirilib. Hədəfin vurulduğu anlar ölkənin Müdafiə Sənayesi Nazirliyinin sosial media hesabından paylaşılıb. “TCG Preveza” sualt...
publikaz_normalized
Türkiyə Futbol Federasiyası (TFF) "Qalatasaray" və "Fənərbağça" komandaları arasında oynanılması planlaşdırılan ölkə Superkuboku ilə bağlı açıqlama yayıb. Qeyd edək ki, TFF Səudiyyə Ərəbistanı dövlətiylə Superkubokun bu ölkədə keçirilməsiylə 5 illik müqavilə bağlayıb. X X X" "Bu gün Türkiyə Superkubokunda "Qalatasaray"...
publikaz_normalized
Ukrayna Prezidenti Vladimir Zelenski qızğın döyüşlərin davam etdiyi Avdeyevka şəhərinə gəlib. O, burada hərbçilərlə cəbhədəki vəziyyəti, onların ehtiyaclarını müzakirə edib. Zelenski həmçinin hərbçiləri mükafatlandırıb
publikaz_normalized
Yaponiya mübahisəli Takesima adaları yaxınlığında hərbi təlimlər keçirdiyinə görə Cənubi Koreyaya etiraz notası göndərib. Məlumata görə, Cənubi Koreyanın Yaponiyadakı səfirliyinin nümayəndəsinə bu cür hərəkətlərin tamamilə yolverilməz və son dərəcə təəssüf doğurduğu bildirilib. Qeyd edək ki, bundan əvvəl “Yonhap” infor...
publikaz_normalized
Azərbaycanın Əfqanıstanda səfirliyi 2024-cü ildən yenidən fəaliyyətə başlayacaq. O bildirib ki, Taliban paytaxt Kabili ələ keçirməmişdən əvvəl Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyət göstərirdi: “Azərbaycan Əfqanıstanın keçmiş hakimiyyətləri ilə sıx əməkdaşlıq edir, bu ölkəyə maliyyə dəstəyi verir, humanitar yardıml...
publikaz_normalized
Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki buraxılışında aparıcı Arzu Kəlbi Vətən müharibəsi qazisi Rəvan Əzizovu ziyarət edib. Murovdağ uğrunda döyüşlərdə iştirak edən Rəvan Əzizov qazilik hekayəsindən bəhs edib. O müharibənin ilk günlərindən döyüşlərdə iştirak et...
publikaz_normalized
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən sakinlərin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər keçirilib. Həmin şəxslərdən müxtəlif növ pirotexniki vasitələr, partlayıcı və tezalışan maddələr aşkar olunaraq ...
publikaz_normalized
Dünyanın 50-dən çox ölkəsində bütün televiziya reytinqlərini üstələmiş dünyaca məşhur musiqi layihəsi artıq Azərbaycan teleməkanında da yayımlanır. 2015-ci ildə Cənubi Koreya teleməkanında ərsəyə gələn layihə əvvəlcə Cənub-Şərqi Asiya ölkələrində, daha sonra bütün dünyada populyarlıq qazanıb. Şou MBC lisenziyası ilə pl...
publikaz_normalized
2023-cü ilin yanvar-noyabr ayları ərzində əhali sektorunda təbii qazla təmin olunan 1 408 688 abonent 12 qəpik tariflə (ümumi abonentlərin 55,6%-i), 932 368 abonent 20 qəpik tariflə (ümumi abonentlərin 36,8%-i) və 192 554 abonent 25 qəpik tariflə (ümumi abonentləin 7,6%-i) təbii qazdan istifadə edib. Qurum rəsmisi cari...
publikaz_normalized
Sürücü öldü":"Xocavənd rayonunda yük avtomobili aşıb, 44 yaşlı sürücü ölüb. Abşeron rayon sakini Həsənov Adil Qardaşxan oğlu idarə etdiyi "Hova" markalı 99-XU-742 nömrə nişanlı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirib. Sürücü 1979-cu il təvəllüdlü A.Həsənov hadisə yerində ölüb. DİN-in Mətbuat Xidmətin...
publikaz_normalized
Azarkeşlər aksiyaya başladı":"Məlum olduğu kimi, Türkiyə Superkuboku çərçivəsində "Qalatasaray" - "Fənərbağça" matçı Səudiuyyə Ərəbistanında keçirilməli idi. Ancaq bu ölkənin siyasi tələbləri əsasında görüş baş tutmayıb. Fanatlar görüşün Bakıda keçirilməsiylə bağlı paylaşımlar etməyə başlayıblar. Türkiyə klublarının hə...
publikaz_normalized
Cəlilabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, gecə saatlarında "Mersedes" markalı nəqliyyat vasitəsi piyadanı vuraraq öldürüb. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad Rayon Şöbəsinə təhvil verilib. Hazırda ölən şəxs...
publikaz_normalized
yaralılar var - VİDEO":"Sumqayıt şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. “Toyota Prius”, “Mercedes” və “Nissan” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Xəsarət alanlar Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
publikaz_normalized
Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) üzrə tranzit müddətinin 2024-cü ildə 18-23 gündən 14-18 günə, o cümlədən Qazaxıstan ərazisində 6 gündən 5 günə endirilməsi planlaşdırılır. Daha əvvəl bu marşrut üzrə malların çatdırılma müddəti 38-53 gün arasında dəyişirdi. 2023-cü ilin ilk 9 ...
publikaz_normalized
“Fənərbaxça” rəsmi internet saytında “Qalatasaray” və Türkiyə Futbol Federasiyasının imzaladığı açıqlamanı yayıb. “Cümhuriyyətimizin və Türkiyə Futbol Federasiyasının 100 illik yubileyini xaricdə qeyd etmək üçün klublarımızla türk futbolunun, klublarımızın marka dəyərinin artırılmasına töhfə verəcək şəkildə iş təşkil e...
publikaz_normalized
Forumlardan birində zibilxanaya atılan “Mercedes-Benz”in qeyri-adi konseptli avtomobilinin fotoları yayımlanıb. Bu qeyri-adi avtomobil 2020-ci ildə nümayiş etdirilib və potensial sürücünün “Mercedes-Benz S-Class” və EQS üçün MBUX sistemini qiymətləndirməsi üçün hazırlanıb. Konsept açıq şəkildə ictimai yollarda sürmək ü...
publikaz_normalized
Sabirabadda 12 yaşlı qızla nişanlanan 32 yaşlı kişi danışıb. “İki ildir o ailəni tanıyıram. Daha sonra anama dedim və üzük apardıq. Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) və Rayon İcra Hakimiyyəti 12 yaşda məcburi nişanlandırılan qızı nəzarətə götürüb. Xatırladaq ki, bir neçə gün öncə 12 yaşlı qızın nişan görüntülə...
publikaz_normalized
Təbii ki, 12 yaşlı qız valideynlərinin arzusu ilə nişanlanıb. Burada hüquqa və milli əxlaqa zidd nəsə axtarmaq düzgün deyil. S.Vəkilov bildirib ki, əgər söhbət nikaha girməkdən gedirsə, nikah yaşı (18 yaş) Ailə Məcəlləsi ilə tənzimlənir: “Əgər nikaha daxil olmursa, 12 yaşlı qızın nişanlanmasında hüquqi, milli və əxlaqi...
publikaz_normalized
Ailənizdə kiçik fikir ayrılıqları mümkündür":"Günün emosional fonu yetərincə uğurludur. Qarşınıza genişmiqyaslı məqsədlər qoymasanız da, zəhmət çəkməli, çalışmalısınız. Saatlarınızı məhsuldar keçirməyə çalışın. Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Axşam saatları maraqlı tanışlıqlar vəd edir. Dürüs...
publikaz_normalized
“Transfermarkt” 2023-cü il sonunda transfer dəyərini ən çox itirən futbolçuların reytinqini təqdim edib. O, 40 milyon avo dəyər itirib. İkinci yerdə “Mançester Yunayted”in braziliyalı cinah oyunçusu Antoni qərarlaşıb. Onun transfer qiyməti də eyni məbləğdə düşüb. 2023-cü ildə ən çox dəyər itirən 10 futbolçu: Sadio Mane...
publikaz_normalized
“Rubin” bizimlə…":"Rusiyanın Kazan şəhərinin “Rubin” komandası ağdamlıların qapıçısı Andrey Lunyevlə maraqlanır. “Rubin” Lunyevlə bağlı bizimlə əlaqə saxlamayıb. Biz onu buraxmağı planlaşdırmırıq”, – deyə funksioner “Sport Ekspress”ə bildirib . Bu mövsüm 32 yaşlı Andrey “Qarabağ”ın heyətində 15 oyun keçirib və 14 qol b...
publikaz_normalized
Rekord məbləğ":Nüfuzlu “Australian Open” tennis turnirinin təşkilatçıları yarış üçün rekord hesab edilən mükafat fondunu açıqlayıb. Fərdi iştirakçıların yarışında qaliblər təxminən 3.15 milyon dollar qazanacaqlar.
publikaz_normalized
Cəmi 4 ay idi gəlmişdi":"“Mançester Yunayted”lə 2017-ci ildə Avropa Liqasının qalibi olmuş müdafiəçi Erik Bayi “Beşiktaş”dan ayrılıb. Qeyd edək ki, Beyi bu il sentyabrın əvvəlində “Marsel”dən “Beşiktaş”a keçib. Bundan sonra İstanbulda çıxış etdiyi dörd ay ərzində o, “qartallar”ın heyətində bütün turnirlərdə (537 dəqiqə...
publikaz_normalized
“Barselona”nın baş məşqçisi Xavi komandaya yeni qoşulan braziliyalı hücumçu Vitor Rokeni olduqca isti qarşılayıb. “Barselona” hələ yayda “Atletiko Paranaense”dən 18 yaşlı Rokeni transfer etdiyini açıqlasa da, müqavilədə göstərilən razılaşmaya əsasən, hücumçu təqvim ilinin sonuna qədər Braziliya komandasında çıxış etməl...
publikaz_normalized
Qəzza zolağında aparılan döyüşlər nəticəsində həlak olanların sayı 21 507 nəfərə çatıb. Qeyd edilir ki, oktyabrın 7-dən indiyədək 55 915 nəfər xəsarət alıb. Bu rəqəmlərə son 24 saat ərzində 187 ölüm daxildir. Lakin statistika mülki şəxslərlə silahlı qruplaşmaların üzvləri arasında fərq qoymur. Öz növbəsində, BMT-nin Fə...
publikaz_normalized
NATO Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində səyləri dəstəkləyir. O bildirib ki, Alyans Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində həm Avropa İttifaqının, həm ABŞ-ın, eləcə də Azərbaycan və Ermənistanın ikitərəfli qaydada atdığı addımları dəstəkləyir....
publikaz_normalized
14 nəfər öldü":Cənubi Afrikanın şərqində Ladysmith şəhəri yaxınlığında yağışın səbəb olduğu daşqın qurbanlarının sayı 14-ə çatıb. Yerli hakimiyyət orqanları yaxın 24 saat ərzində daşqın qurbanlarının sayının arta biləcəyini istisna etmirlər. Çünki sinoptiklər Cənubi Afrikanın bu hissəsində həftənin əvvəlindən yağan güc...
publikaz_normalized
Biz Ukraynanı dəstəkləməyə və yüzlərlə hava hücumundan müdafiə raketləri verməyə davam edəcəyik. “Bu məqsədlə biz bu gün Rusiya pilotsuz təyyarələrini və raketlərini heyrətamiz dəqiqliklə vura bilən yüzlərlə hava hücumundan müdafiə raketini göndəririk. Bu da Britaniyanın daha əvvəl Ukraynaya tədarük edilmiş hava hücumu...
publikaz_normalized
Dərhal girovları azad edin!":"BMT-nin baş katibi Antoniu Quterreş Qəzza zolağında münaqişə səbəbindən Yaxın Şərqdə artan gərginlikdən narahatdır və bütün tərəfləri regionda gərginliyin azaldılması üçün təcili addımlar atmağa çağırır. Quterreş bütün region üçün dağıdıcı nəticələrə səbəb ola biləcək münaqişənin daha da g...
publikaz_normalized
Qazi Mustafa Kamal Atatürk ölkəmizin qurucu lideri və ortaq dəyəridir. Atatürk mövzusunda həssaslıq göstərən bütün vətəndaşlarımıza təşəkkür edirəm. Qeyd edək ki, bu gün Ər-Riyadda keçirilməsi nəzərdə tutulan "Qalatasaray"-"Fənərbağça" final matçının Atatürkün pankartına və İstiqlal marşının oxunmasına qoyulan qadağaya...
publikaz_normalized
“Sülh ilk növbədə Bakı və İrəvanın məsuliyyətidir” - VİDEO":"Ötən il Cənubi Qafqaz üçün toqquşmalar, siyasi mübahisələr və mürəkkəb geosiyasət mövzuları ili olub. Verilişin budəfəki qonaqları Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev, Beynəlxalq Mün...
publikaz_normalized
Rusiya vətəndaşlarının Prezident Vladimir Putinə etimadı daha 3 faiz artıb və 80%-ə çatıb. Belə ki, sorğu iştirakçılarının 80%-i “Prezident Putinə güvənirsinizmi” sualına, 77,1%-i isə “Prezidentin işindən razısınızmı” sualına müsbət cavab verib.
publikaz_normalized
Yeni il süfrəsində çox insanın süfrəsinə layiq bildiyi delikates kürü bir çox hallarda zərərli ola bilər. “Qırmızı kürüdə çox miqdarda duz var. Sutkada 20 qramdan artıq yemək olmaz. Çox yedikdə ürək-damarlara zərərdir. Qırmızı kürüyə allergiya da çox rast gəlinir. Çox yedikdə xüsusən uşaqlarda ürəkbulanma, qusma, qıcqı...
publikaz_normalized
ATV televiziyasında yayımlanan "Xəbərin olsun" proqramında bürclər üçün 2024-cü ilin proqnozu açıqlanıb. O, növbəti ildə hansı bürclərin uğur əldə edəcəyindən bəhs edib.
publikaz_normalized
2023-cü ilin əvvəlində yaradılan “Chameleon” çox təkmilləşdirilib, hətta onun hazırlanmasında süni zəkadan istifadə olunur. Virus PİN kodları, eləcə də digər parolları ələ keçirmək üçün barmaq izi və ya üz tanıma funksiyasından istifadə imkanına malikdir. Bəs zərərli təminat proqramlarından və viruslardan necə qoruna b...
publikaz_normalized
Rusiyaya yumurta idxalına rüsumlar 2024-cü il yanvarın 1-dən iyunun 30-dək ləğv ediləcək. Bildirilib ki, bu qərar 1,2 milyard yumurtanın idxalına imkan verəcək və kəskin bahalaşan qiymətləri sabitləşdirəcək. Belə ki, ötən ay Rusiyada yumurta illik ifadədə 40 faizdən çox bahalaşıb. Qeyd edək ki, Rusiya hökumət ölkədə ya...
publikaz_normalized
Azərbaycan xanlarının erməni vandalizminə məruz qalan məzarlarının gönrütüləri yayımlanıb. Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın sarayının yerləşdiyi “İmarət” kompleksi erməni vandalları tərəfindən darmadağın edilib.
publikaz_normalized
Bakıda tarixi yaşayış binası rənglənib. Bu addımı atan şəxs Nigar İbrahimova adlı sahibkardır. Xanım mövzu ilə bağlı açıqlamasında bildirib ki, bina aidiyyəti qurumlara məlumat verildikdən sonra rənglənib. Aidiyyəti qurumdan isə bildirilib ki, mövzu ilə bağlı müraciət edilsə də, razılıq əldə edilməyib.
publikaz_normalized
Xəbər verdiyimiz kimi, dünən Səudiyyə Ərəbistanında oynanılması planlaşdırılan “Fənərbaxça” – “Qalatasaray” Superkubok final matçı ləğv edilib. Qeyd edək ki, futbolçulara “Atatürk” yazılı köynəkləri geyinərək isinmə hərəkətlərinə icazə verilmədiyi üçün final matçı təxirə salınıb.
publikaz_normalized
Xalq artisti Azər Zeynalovun oğlu İsmayıl Zeynalovun toyudur. "Paytaxt restoranlarının birində keçirilən məclisə incəsənət nümayəndələri də dəvət olunub. Qeyd edək ki, cütlüyün nikahı dekabrın 18-də olub.
publikaz_normalized
Beyin çox həssas bir orqandır və demək olar ki, hər şeydən təsirlənir. Nevroloq qeyd edib ki, düzgün işləməyən beyin, düzgün işləməyən bədən deməkdir. Bu səbəbdən beynimizi zədələyən səbəbləri nəzərdən keçirib dəyişdirməli və ya aradan qaldırmalıyıq. O, beyinə zərər verən, onu təhdid edən 15 səbəbi açıqlayıb. Fiziki tr...
publikaz_normalized
Hansı xəstəliklərin dərmanıdır? - FOTO":"Təzyiqdən şəkər xəstəliyinə, ürək xəstəliklərindən mövsümi xəstəliklərə qədər bir çox sağlamlıq problemlərinin dərmanı olan qurudulmuş xırnik şəfa mənbəyidir. Koray Özkılıçın sözlərinə görə, qurudulmuş cənnət xurması (xırnik) lif baxımından çox zəngin olduğu üçün pəhriz yeməklər...
publikaz_normalized
Rəsmi açıqlamalar və proseslərin inkişafı deməyə əsas verir ki, Azərbaycanın cari dövrdə növbəti hədəfi hələ də Ermənistan işğalında qalan 8 kəndin azad edilməsi olacaq. Onun sözlərinə görə, Kərki və Qazaxın Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara, Xeyrimli, Sofulu, Yuxarı Əskipara və Bərxudarlı kəndlərinin qaytarı...
publikaz_normalized
Cənubi Koreyanın KAIST Universitetindən və DGIST Elm və Texnologiya İnstitutundan olan mühəndislər qrupu süni intellekt texnologiyalarının köməyi ilə dil reseptorlarının imkanlarını imitasiya edən süni dad sensoru hazırlayıblar. Komanda duzluluğun, turşməzəliyin, acılığın və şirinliyin miqdarını ölçmək üçün dörd ayrı ö...
publikaz_normalized
Birmingem Universiteti (Böyük Britaniya) və Massaçusets Texnologiya İnstitutundan (ABŞ) beynəlxalq tədqiqatçılar qrupu atmosferdəki CO2 (karbon dioksid) səviyyəsinin ölçülməsinə əsaslanaraq, yaşayış üçün əlverişli planetləri aşkar etmək üçün yeni üsul hazırlayıblar. Alimlər izah ediblər ki, nəzəri astronomik anlayış ol...
publikaz_normalized
Azərbaycan Mərkəzi Bankının yeni qəbul etdiyi qərarla, fiziki şəxslər valyutadəyişmə məntəqəsində şəxsiyyət vəsiqəsi təqdim etmədən 500 ABŞ dolları ala biləcəklər. Bəs, bir vətəndaş gün ərzində müxtəlif məntəqələrdən şəxsiyyət vəsiqəsi təqdim etmədən, ayrı-ayrılıqda 500 dollar dəyərində valyuta dəyişə bilərmi? Məlum ol...
publikaz_normalized
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;" "2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;" "3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qə...
publikaz_normalized
Sabahdan - dekabrın 31-dən Azərbaycanda bir həftə ardıcıl iş olmayacaq. Belə ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 1 və 2 yanvar isə Yeni il bayramıdır. Bu il 30 dekabr şənbə, 2023-cü ilin 31 dekabr və 2024-cü ilin 7 yanvar tarixləri bazar günlərinə təsadüf edir. Gələn il yanvarın 6-sı şənbə gününə...
publikaz_normalized
Türkiyənin “Fatih Karagümrük” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı futbolçu ilə yarım mövsümlük müqavilə imzalanıb. Bertolaççi bu ilin yayında İstanbul klubundan ayrılaraq İtaliya B Seriyasına yuvarlanan “Kremoneze” ilə müqavilə bağlamışdı. O, daha öncə ...
publikaz_normalized
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,01 ABŞ dolları, yaxud 1,22 % azalaraq 81,86 ABŞ dolları təşkil edib. Dünənki hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 77,04 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel ne...
publikaz_normalized
Mingəçevir şəhərində ümumi sahəsi 24 m² olan dəmir və taxta konstruksiyadan ibarət 3 otaqlı vaqon tipli evin 1 otağında döşəmə 4 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
publikaz_normalized
Zelenski onunla görüşə bilər":"Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə telefon danışığının təfərrüatlarını açıqlayıb. Rəsmi vurğulayıb ki, hər iki tərəf Zelenski ilə Orban arasında görüş təşkil etmək üzərində işləyir. “Ukrayna prezidenti Vladimir Zelenski ...
publikaz_normalized
Bakı şəhəri Yasamal rayonunda 30 yaşlı Bayramov Nicat Ağanemət oğlu evinin hamam otağında çimərkən ölüb. Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.
publikaz_normalized
Ara qarışdı":"Türkiyənin Ərzurum şəhərinin hakimi Kürdüstan Fəhlə Partiyası ilə əlaqədə ittiham olunan qadına bir ay müddətinə sosial şəbəkələrdəki səhifələrində Türkiyə dövlət bayrağının şəklini dərc etməyi tapşırıb. Yerli Cinayət Məcəlləsinə görə, qadını 5 ilə qədər həbs gözləyir. İşə baxan hakim qadının azadlığa bur...
publikaz_normalized
İran Rusiyanı regiondan sıxışdırıb çıxarmaq üçün kəskin addımlar atmayacaq. Bu addım İranın İrəvanla Bakı arasında əlaqələrin qurulmasının qarantı kimi ehtimal olunan status sayıla bilər. O hesab edir ki, nə qədər ki, Rusiya regionda var, Tehran belə addımlar atmayacaq, xüsusən də İranla Rusiya Federasiyası arasında mü...
publikaz_normalized
Planetin ən zəngin 500 adamının ümumi sərvəti 2023-cü ildə 1,5 trilyon dollar olub. Maskın bu il sərvəti "Tesla" səhmlərinin dəyərinin 105% artması (ikiqat) sayəsində 95,4 milyard dollar artaraq 232,3 milyard dollar olub. Nəticədə o, bir il əvvəl reytinqdə birinci yeri tutan fransız milyarder Bernard Arnonu geridə qoyu...
publikaz_normalized
Başa çatmaqda olan 2023-cü il, əvvəlki ildən demək olar ki, fərqlənmədi. Ukraynada müharibə davam etdi, Sakit Okeanda gərginlik səngimədi. Yalnız Yaxın Şərqdə HƏMAS-la İsrail arasında ənənəvi müharibə qızışdı və bu, ilin ən yaddaqalan hadisəsi oldu. "Bəs 2024-cü ildə dünyanı nə gözləyir? Dünya sülhə, yoxsa siyasi, iqti...
publikaz_normalized
Fransa casus şəbəkəsinin Azərbaycanda ifşası Emmanuel Makronun Cənubi Qafqazdakı geosiyasi çabalarına ağır zərbədir. Yerli tarixin və bölgədəki reallıqların inkarı üzərində qurulmuş siyasətdən fərqli aqibəti gözləmək əbəs olardı. Avropanın Qərbindən Asiya ilə sərhəd olan bölgəsinə uzanan aqressiv siyasətin mövcud taraz...
publikaz_normalized
Qüvvəyə minən hər qanun həyatımız üçün əhəmiyyətlidir. Maraqlıdır, 2024-cü ildə qüvvəyə minəcək qanunlar hansılardır? “Kaspi” qəzeti 2024-cü ildə qüvvəyə minəcək qanun layihələrini və onların mahiyyətini araşdırıb. Dövlət büdcəsi" "Dövlətin hüdudlarında yaşayan hər kəsi maraqlandıran əsas məqam dövlət büdcəsidir. Prezi...
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir. Aşkar edilmiş pozuntularla əlaqədar Agentlik tər...
publikaz_normalized
İlon Mask 2023-cü ildə 95,4 milyard dollar qazanıb. Agentliyin qeyd etdiyi kimi, Mask “SpaceX” və “Tesla” şirkətləri sayəsində dünyanın 500 ən varlı adamı siyahısına başçılıq etməyə davam edir. “Bloomberg”in məlumatına görə, 500 ən varlı adamın ümumi sərvəti 2023-cü ildə 1,5 trilyon dollar artıb. “Amazon”un yaradıcısı ...
publikaz_normalized
Ukraynanın hava hücumundan müdafiə sistemləri X22/32 raketləri ilə təchiz edilmiş Rusiyanın Tu-22M3 bombardmançılarına çata bilmir. ABŞ- dan olan ekspert qeyd edib ki, Ukraynanın bir zenit-raket kompleksi var ki, Rusiyanın raketdaşıyıcılarını vura bilər. O, sovet S-200 kompleksini nəzərdə tutduğuna aydınlıq gətirib. La...
publikaz_normalized
Bu il yaddaşımızda həm də bahalaşma ilə qalacaq. İnflyasiyanın ən çox zərbə vurduğu sahələrdən biri də daşınmaz əmlak bazarı və mənzil kirayəsi sektorudur. Vətəndaşlar da, ekspertlər də mənzil qiymətlərindən şikayətçidirlər. Bəs 2024-cü ildə bu sahədə bizi nə gözləyir? Ev sahibi olmaq istəyən şəxslərin bu il üzü güləcə...
publikaz_normalized
daha bir ştatda seçki qadağası aldı":"2024-cü il də keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasından namizədliyini açıqlayan və ölkənin müxtəlif bölgələrində seçki mitinqlərinə başlayan keçmiş prezident Donald Tramp son 10 gündə ikinci zərbəni alıb. Kolorado ştatının ali məhkəməsi tərəfindən qəbul edilə...
publikaz_normalized
Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində TƏBİB-in tabeliyindəki Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Qeyri-iş günlərində xidməti nəzarətdə saxlamaq üçün məsul şəxslərdən ibarət növbətçilik yaradılacaq, həkim briqadalarının sayı xidməti ştata ...
publikaz_normalized
Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurası yaradılıb. Şura “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2001-ci il 2 av...
publikaz_normalized