text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
daha üç il rüsum olmayacaq":"Azərbaycana idxal edilən bəzi məhsullar 2026-cı il dekabrın 31-də qədər üç il müddətinə gömrük rüsumundan azad edilib. Dəyişikliyə əsasən, daha üç il gömrük rüsumundan azad edilən məhsullara aşağıdakılar daxildir: Bəzi tərəvəz bitkilərinin toxumları, maya kulturaları, çörəkçilik mayaları, h...
publikaz_normalized
Bolqarıstanın "yumor paytaxtı" Qabrovo şəhəri Yeni ili dekabrın 30-da qeyd edəcək. Qeyri-standart bayram tarixi şəhər sakinləri üçün ənənə halını alıb. Bələdiyyə bu qərarı sənətçilərin Yeni il ərəfəsində istədikləri "inanılmaz ödənişlər"ə görə verib. Şənbə günü yerli vaxtla saat 19:00-da Qabrovo şəhərinin mərkəzi meyda...
publikaz_normalized
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə şəxsi heyəti təbrik edib. “Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər! Sizi 31 Dekabr - Dünya Azərbaycanlıla...
publikaz_normalized
İsrail Hərbi Hava Qüvvələri Suriyanın Hələb beynəlxalq hava limanının kənarında, eyniadlı şəhərətrafı ərazilərə raket zərbələri endirib. Bildirilib ki, İsrail Hərbi Hava Qüvvələrinin hücumu Aralıq dənizindən həyata keçirilib. Qırıcılar Hələb beynəlxalq hava limanında iranyönlü silahlı birləşmələrin mövqelərinə raket zə...
publikaz_normalized
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bədən tərbiyəsi və idman sahəsində həyata keçirilən məqsədyönlü dövlət siyasəti nəticəsində bu gün Azərbaycan idmanı yüksək inkişaf səviyyəsinə çatıb. Azərbaycan idmançılarının nüfuzlu beynəlxalq idman y...
publikaz_normalized
Türkiyədə özəl təyyarə qəza enişi edib. Məlumata görə, İstanbulun Atatürk Hava Limanından havaya qalxan şəxsi təyyarə Diyarbəkir hava limanına enərkən uçuş-enmə zolağından çıxıb. Hadisə yerinə aidiyyatı qurumlar cəlb olunub. Hadisənin digər təfərrüatları açıqlanmayıb.
publikaz_normalized
Honq-Konqda keçirilən randomizə edilmiş nəzarətli sınaq, SIM01 eksperimental dərmanının uzun müddət davam edən COVID xəstəliyinin və ya post-Covid sindromunun çoxsaylı simptomlarını yüngülləşdirdiyini müəyyən edib. Publik.az xəbər verir ki, araşdırmanın nəticələri "The Lancet Infectioushoods" jurnalında dərc olunub. SI...
publikaz_normalized
Elə gözəl imtahan verib ki...":"Xalq artistləri Faiq Ağayev və Zülfiyyə Xanbabayeva 22 il sonra barışıb. Faiq deyib ki, Xanbabayevaya barışıq addımını o atıb: O siyahıdan bir insanla yarım il əvvəl konsertlərin birində görüşüb danışdıq. O dönəmdə bir xəbər yayıldı ki, Dəniz adlı bir abituriyent İngiltərənin universitet...
publikaz_normalized
ikinci hissənin ilk tizeri yayımlandı - VİDEO":"Ceyhun Hidayətlinin eyni adlı əsəri əsasında çəkilən, Azərbaycanda böyük maraqla qarşılanan və izlənmə rekordları qıran "Əqrəb mövsümü" serialının yeni ildə yayımlanacaq ikinci hissəsinin ilk tizeri təqdim edilib. O qedy edib ki, serialın ikinci hissəsi "Əqrəb mövsümü 2 d...
publikaz_normalized
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması məqsədilə növbəti tədbir keçirilib. Obyektə baxış keçirilərkən 4601 ədəd müxtəlif növ pirotexniki vasitə aşkar olunaraq götürülüb. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (İstehsalı və ya satılmas...
publikaz_normalized
İndoneziyanın Papua əyalətində 6,2 bal gücündə zəlzələ qeydə alınıb. Təbii fəlakətin episentri təxminən 134 min insanın yaşadığı Cayapura şəhərindən 179 km cənub-qərbdə olub. Zəlzələnin ocağı 46 km dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.
publikaz_normalized
16 nəfər təxliyə edildi - VİDEO":“112” qaynar telefon xəttinə Gəncə şəhərinin Atatürk prospektində yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin opera...
publikaz_normalized
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2002-ci il təvəllüdlü Əsədov Elvin Səyavuş oğlu saxlanılıb. Qeyd olunub ki, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib. xxx" "23:56" "Bakıda 40 yaşlı kişi qətlə yetirilib. Cinayət əməlini törətməkdə şübhəli bilinə...
publikaz_normalized
“Barselona”sı 2024-cü ilin yayında “Mançester Yunayted”in qalmaqallı hücumçusu Meyson Qrinvudu almaq istəyir. Mənbə qeyd edir ki, ispan nəhəngi 22 yaşlı futbolçu üçün 40 milyon funt-sterlinq təklif etməyə, həmçinin ona uzun müddətdir Lionel Messiyə məxsus olan əfsanəvi 10 nömrəni verməyə hazırdır. “Barselona”nın heyəti...
publikaz_normalized
Restoranlar artıq Yeni il bayramı ab-havasında bəzədilib. Adminstratorlar deyirlər ki, xüsusilə 31-i dekabr günü tələb yüksək olduğundan əvvəlcədən rezervasiya ilə qonaqları qəbul edəcəklər. Bəzi məkanlarda rezervasiya ilə yanaşı depozit tələbi də var. Bakıdakı restoranların birində adminstratorluqla məşğul olan Səbuhi...
publikaz_normalized
Bu gün 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Təbii ki, azərbaycanlılar arasında birlik və həmrəylik hər zaman müşahidə olunub. Bu bayramın qeyd edilməsi isə artıq bütün dünya azərbaycanlıları üçün zərurətə və mənəvi ehtiyaca çevrilib. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dek...
publikaz_normalized
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni illə bağlı paylaşım edib. Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy, dünya azərbaycanlılarını hər zaman Vətənimizə olan ən nu...
publikaz_normalized
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar Azərbaycanda 7 gün iş olmayacaq. Bu il 30 dekabr şənbə, 2023-cü ilin 31 dekabr və 2024-cü ilin 7 yanvar tarixləri bazar günlərinə təsadüf edir. Gələn il yanvarın 6-sı isə şənbə gününə təsadüf etdiyi üçün Yeni ildə bir həftə - 31 dekab...
publikaz_normalized
ilin son günündə bizi nə gözləyir?":"Səbrli, eyni zamanda nikbin olun. Boş söhbətlər, mübahisələr və müzakirələrə vaxt ayırmayın. Əks təqdirdə münasibətlərin aydınlaşdırılması gərginləşəcək, münaqişə yaranacaq. Problemlər, maraqlar və niyyətlərin qovuşuğu indi informasiya, məlumatlardan yararlanma müstəvisindədir. Əlaq...
publikaz_normalized
Xəbər verdiyimiz kimi, ötən gün "İctimai TV"də yayımlanan "Maska" şousunun növbəti buraxılışı baş tutub. Nigar "Alov" obrazı altında çıxış edən məşhuru analiz edərkən "aksent" sözünü tələffüz etməkdə çətinlik çəkib. Müğənninin iştirakçı ilə bağlı səsləndirdiyi "Aksent hiss edirəm" sözlərinə qarşılıq olaraq C.Rəhimov is...
publikaz_normalized
82 yaşlı qadının...":"Xaçmaz şəhərində 82 yaşlı qadının hamam otağında meyiti tapılıb. Belə ki, 1941-ci il təvəllüdlü Şərifova Məleykə Arzuman qızının meyiti yaşadığı mənzilin hamam otağında aşkar olunub. Onun dəm qazından öldüyü ehtimal edilir. M.Şərifovanın meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə - T...
publikaz_normalized
“Yataq otağında” və “Maykl Kleyton” filmlərindəki rollarına görə iki dəfə “Oskar”a namizəd olan britaniyalı aktyor Tom Uilkinson 75 yaşında vəfat edib. Tom Uilkinson “Aşiq Şekspir” (1998) dramında və “Batman başlayır” (2005) adlı döyüş filmində oynadıqdan sonra dünyaca məşhur olub. Aktyor 1948-ci ildə İngiltərənin şima...
publikaz_normalized
Bakının Sabunçu rayonunda gənc oğlana çoxsaylı bıçaq zərbələri vurulub. Belə ki, 2003-cü il təvəllüdlü Qiyas Süleymanov dava zamanı dostu tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin müxtəlif yerlərində 6 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnoz...
publikaz_normalized
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilməli olan Türkiyə Superkubokunun “Qalatasaray” – “Fənərbağça” final oyunu üçün Azərbaycan sosial şəbəkələrində kampaniya başladılıb. Azərbaycan əsilli türkiyəli siyasətçi Sinan Oğanın Xankəndidə oyunun keçirilməsi ilə bağlı təklifindən sonra sosial media fəalları qardaş...
publikaz_normalized
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" və Portuqaliya millisinin hücumçusu Kriştian Ronaldo 2023-cü ilin bombardiri olub. Bu göstəricidə o, hər biri 52 qol vuran "Bavariya"nın ingilis hücumçusu Harri Keyni və PSJ-nin fransız hücumçusu Kilian Mbappeni geridə qoyub. Ronaldo 30 dekabr 2022-ci ildə “Əl-Nəsr”ə keçib. Futbolçunun ...
publikaz_normalized
Ukrayna Silahlı Qüvvələrinin Belqorodu atəşə tutması nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb. Çox təəssüf ki, ölənlərin sayı 21 nəfərə çatıb, onlardan üçü uşaqdır", - deyə vilayət rəhbəri yazıb. Qladkov qeyd edib ki, 110 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan 17-si azyaşlıdır. 30 nəfərin vəziyyəti ...
publikaz_normalized
Dərhal dayandırılmalıdır":"BMT baş katibinin köməkçisi Xalid Hiari Təhlükəsizlik Şurasının Belqorod üzrə iclasında tərəfləri məskunlaşan ərazilərə, mülki obyektlərə və mülki şəxslərə hücum etməməyə çağırıb. Biz həm Ukraynada, həm də Rusiya Federasiyasında şəhər, qəsəbə və kəndlərə edilən bütün hücumları birmənalı şəkil...
publikaz_normalized
2 ölkə Şengen zonasına qismən qoşuldu":"Avropa İttifaqı Şurası 2024-cü ilin martından etibarən Şengen ölkələri, Rumıniya və Bolqarıstan arasında pasport nəzarətini ləğv etmək barədə rəsmi qərar qəbul edib. Aİ Şurası Şengen zonasını Bolqarıstan və Rumıniyaya genişləndirmək qərarına gəlib" "Bildirilir ki, yenilik yalnız ...
publikaz_normalized
Zaman" verilişinin məşhur aparıcısı, Rusiya Sovet Federativ Sosialist Respublikası əməkdar artisti Qalina Zimenkova 82 yaşında vəfat edib. Zimenkova 20 ildən çox SSRİ Mərkəzi Televiziyasında diktor olub. O, həmçinin "Mavi işıqlar", "Moskva yaxınlığında görüşlər" və "Həmişə günəş olsun" kimi digər məşhur proqramların ap...
publikaz_normalized
Türkiyənin Bursa vilayətinin Gürsu rayonunda şəhid mayor Anar Novruzov adına park salınacaq. Bildirilib ki, parkın yaradılması ilə bağlı Gürsu Bələdiyyəsinin Məclisi tərəfindən qərar qəbul edilib. Dərnək sədri yaxın zamanlarda bir neçə digər qəhrəmanlarımızın adlarının əbədiləşdirilməsi üçün yeni layihələrin imzalanmas...
publikaz_normalized
“Nəsibə xanım 36 yaşında ailə həyatı qurub. 38 yaşında isə övlad sahibi olub. Mən, əslində, onun nəticəsi ola biləcək yaşda idim. Nəsibə xanım xəstə yatağına düşəndə 16 yaşım var idi. Mən özümü tanıyanda ki, kiminlə yaşayıram və mənim yanımda olan insan kimdir, artıq bu zaman Nəsibə xanım şam kimi əriyib gedirdi. Həyat...
publikaz_normalized
“İsrailin Qəzza zolağında HƏMAS-a qarşı hərbi əməliyyatı bütün məqsədlərə çatana qədər çox aylar davam edəcək”. Onun sözlərinə görə, İsrail əməliyyatlarda əhəmiyyətli uğur qazanıb, xüsusən də Qəzza zolağında səkkiz mindən çox HƏMAS terrorçusu məhv edilib: “Qələbənin əldə edilməsi daha çox vaxt tələb edir. Müharibə hələ...
publikaz_normalized
Serbiyada inqilab mümkün deyil":"“Serbiyada inqilab və ya hakimiyyətin zorakılıqla ələ keçirilməsi mümkün deyil və dekabrın 30-da bəzi seçki məntəqələrində təkrar səsvermənin nəticələrinə görə ölkə xalqı hakim koalisiyaya dəstəyini açıq şəkildə ifadə edib”. “İnqilablar olmayacaq, hakimiyyətin zorakılıqla ələ keçirilməs...
publikaz_normalized
Məşhur "Meşədə "Yolka" doğuldu" mahnısının yaradılmasının təfərrüatlarını açıqlanıb. O bildirib ki, Şairə Raisa Kudaşevanın şeiri ilk dəfə 1905-ci ildə bioloq Leonid Bekman tərəfindən musiqiyə bəstələnib. Həmin mahnını Bekman qızı Vera üçün bəstələyib. Bəstəni bioloqun həyat yoldaşı, məşhur pianoçu və Moskva Konservato...
publikaz_normalized
Ötən 2023-cü il bir çox hadisələri ilə, həmçinin kino industriyasında ekranlara çıxan yeni filmləri ilə yadda qaldı. Filmlər yaş və zövq kateqoriyalarına görə müxtəlif olsalar da, onlardan ən çox baxılanları və ən çox gəlir gətirənləri diqqətimizi daha çox çəkdi. “Barbie” filmi 2023-cü ilin ən çox gəlir gətirən filmidi...
publikaz_normalized
UFC döyüşçüsü Konor Makqreqor geri qayıdır. “Döyüş tariximi və rəqibimi 2024-cü ilin Yeni il günü elan edəcəyəm” – deyə o, bildirib. Konor Makqreqor MMA-də 28 döyüş keçirib və 22 qələbə qazanıb. O, 2021-ci ilin yayından amerikalı Dastin Puoyre ilə döyüşdə ciddi zədələndikdən sonra fasilə vermək məcburiyyətində qalıb.
publikaz_normalized
Araşdırmalar sübut edib ki, böyük şəhər və paytaxtda yaşayanlar böyük stress altında yaşayır və bu yükə orqanizmin gücü tab gətirə bilmir. Şəhər müasir şərtləri ilə cəlbedicidir, amma əvəzində sağlamlığını qurban verməlisən. Avtomobil, qazlar və tıxaclar – hər gün stresi artırır, daşırır, sinir sistemini daim qıcıqland...
publikaz_normalized
Böyük Britaniyanın baş naziri Rişi Sunak yeni il müraciətində Ukraynaya məhəl qoymayıb. Sunak diqqətini ölkənin daxili işlərinə və gələcəyə dair öz baxışlarına yönəldib. Baş nazir hərbçilərə, həkimlərə və alimlərə də təşəkkür edib. Ötənilki müraciətdə Sunakın çıxışında Ukraynadakı münaqişəyə toxunulub. Sonra Britaniya ...
publikaz_normalized
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar dekabrın 31-dən yanvarın 5-dək “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq. Bildirilib ki, yanvarın 6-dan etibarən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
publikaz_normalized
Təbrizin “Səhənd” stadionunda keçirilən futbol oyununda Güney Azərbaycanın “Traktor” milli futbol komandasının azarkeşləri ana dilində təhsilə icazə verilməsi tələbi ilə şüarlar səsləndiriblər. Azarkeşlər bir neçə dəqiqə dayanmadan “Yaşasın Azərbaycan!”, “Türk dilində məktəb olmalıdır hər kəsə!” şüarları səsləndiriblər...
publikaz_normalized
Buna icazə verə bilmərik":"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanında oynanılması planlaşdırılan Superkubok finalının ləğvi ilə bağlı ilk dəfə danışıb. İdmanı gündəlik siyasətin iştahına çevirmək yanlışdır. Bu ölkənin qurucusu Atatürkdür. Hadisənin kontekstdən çıxarılaraq şou və təxribat materialı k...
publikaz_normalized
Biabırçılıqdır..." - FOTO/VİDEO":"Xalq artisti Röya Ayxanın oğlu Hüseynin Azərbaycan dilində səlist danışa bilməməsi gündəm olub. Xalq artistinin oğlu çıxışı zamanı Azərbaycan dilində danışmaqda çətinlik çəkib. Onun rus dilində danışması sosial mediada da tənqid olunub. Sözügedən görüntüləri təqdim edirik:
publikaz_normalized
Ukrayna Silahlı Qüvvələrinin Belqoroda endirdiyi zərbə nəticəsində həlak olanların sayı 22 nəfərə çatıb. Rusiya Federasiyası BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. Bildirib ki, Kiyev nə qədər çox təhlükə yaratsa, Rusiya bir o qədər sərt hərəkət edəcək. “Xüsusi hərbi əməliyyatımızın vəzifələrindən biri Rus...
publikaz_normalized
ABŞ-ın keçmiş Prezidenti Donald Trampın prezident seçkilərində iştirakdan mümkün uzaqlaşdırılması ölkəni parçalayacaq. O bildirib ki, belə bir addım ABŞ-ı məhv edə bilər," "O, Trampın xaric edilməsinə şübhə ilə yanaşdığını bildirib: Düşünürəm ki, on milyonlarla insan ona səs vermək istəyir. Onun namizəd olmasına imkan ...
publikaz_normalized
Antequera kəndində (Bohol əyaləti, Filippin) 48 yaşlı Boljulio Aleria ona hücum edən üç metrlik pitonu öldürüb. Bu zaman Aleriya motosikletlə kəndin içərisindən keçirmiş. “Asiaone” xəbər verir ki, o, yolda piton görüb və ona toxunmamaq qərarına gəlib. Lakin o, qəfildən hücum edib. Kişinin sözlərinə görə, ilan onu motos...
publikaz_normalized
Gəncədə piyadanın ölümü ilə nəticələn ağır yol qəzası baş verib. Belə ki, hərəkətdə olan “Hyundai” markalı minik maşını 1976-ci il təvəllüdlü Abdulayev İlkini vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb. Faktla bağlı araşdırma aparılır.
publikaz_normalized
Elə söyüşlər eşitdi ki...":"Ruslara təslim olmuş Ukrayna Silahlı Qüvvələrinin (AFU) əsgərinə ailəsi ilə telefonla əlaqə saxlamağa icazə verilib. Lakin arvad ərinin sağ qalmasından narazı olub və onu nalayiq sözlərlə söyüb. Ukrayna Silahlı Qüvvələrinin əsgəri həyat yoldaşına izah etməyə çalışıb ki, onun bölməsi əlavə qü...
publikaz_normalized
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər keçirilib. Bərbərxanadan müxtəlif növ pirotexniki vasitələr aşkar olunaraq götürülüb. Şöbənin Qabaqçöl Polis Bölməsinin əməkdaşları tərəfindən də bu istiqamətdə keçirilmiş tədbirlər nəticəs...
publikaz_normalized
Sabahdan buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə ediləcək. Qanuna əsasən, buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin ...
publikaz_normalized
Baş Dövlət Yol Polisi İdarəsi Bayramla əlaqədar hərəkət iştirakçılarına müraciət edib. “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə bütün yol hərəkəti iştirakçılarını ürəkdən təbrik edir, bayram günlərinin xoş əhvali-ruhiyyə ilə keçirilməsi üçün hər kəsi küçə və yollarda təhlük...
publikaz_normalized
Dünya əhalisi keçən il 75 milyon artıb və Yeni il günü 8 milyardı keçəcək. Büronun məlumatına görə, 2024-cü ilin əvvəlinə dünyada hər saniyədə 4,3 doğum və 2 ölüm gözlənilir. İl ərzində ABŞ əhalisinin artım tempi 0,53% təşkil edib ki, bu da dünya sürətinin demək olar ki, yarısıdır. Ümumilikdə ölkə 1,7 milyon nəfər artı...
publikaz_normalized
Yeni il bayramı ilə əlaqədar insanların kütləvi şəkildə müxtəlif məkanlarda, o cümlədən restoran və şənlik zallarında, evlərdə toplanması, bayramın əsas simvolu olan küknar ağaclarının quraşdırılaraq işıqlandırılması və digər hallar yanğın təhlükəsini artırır. Qeyd olunanları nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi bi...
publikaz_normalized
Qırğızıstan prezidenti Sadır Japarov qar bəbirinin respublikanın milli rəmzi kimi tanınması haqqında fərman imzalayıb. Qeyd olunur ki, qar bəbiri Beynəlxalq Təbiəti Mühafizə İttifaqının qırmızı siyahısına daxil edilib. Dövlət başçısının fərmanına əsasən, hökumətə qar bəbirin sayının və onun ekosisteminin mühafizəsi üçü...
publikaz_normalized
ABŞ Rusiya ilə münasibətləri sona qədər pozmaqdan qorxur. Onun sözlərinə görə, eyni zamanda, Vaşinqton Moskvanın maraqlarına hörmət etməyə də hazır deyil. “Ağ Ev hələ də münasibətdən qalan hər şeyi məhv etməkdən ehtiyatlansa da, amerikalılar açıq şəkildə qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması əsa...
publikaz_normalized
Türkiyənin Mardinin Nusaybin ərazisində həyata keçirilən “Qəhrəmanlar-39” əməliyyatında 1-i yaşıl, 1-i boz kateqoriyalı 3 separatçı terror təşkilatı üzvü zərərsizləşdirilib. Nusaybin rayonunun Bağok kənd adlanan ərazisində həyata keçirilən əməliyyatın təfərrüatlarını barədə nazir açıqlama verib. Məlumata görə, Jandarma...
publikaz_normalized
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.
publikaz_normalized
İsrail təcrid olunmalıdır":"İordaniya Futbol Assosiasiyası bəyanat yayaraq, dünya idman ictimaiyyətini “Qəzzada fələstinlilərə qarşı təcavüzü” dayandırmaq üçün İsrailə qarşı tədbir görməyə çağırıb. Qeyd edək ki, JFA-nın prezidenti FİFA-nın vitse-prezidenti və İordaniyanın keçmiş kralı Hüseyn bin Talalın oğlanlarından b...
publikaz_normalized
“Real”ın baş məşqçisi Karlo Ançelotti müqaviləni niyə uzatmaq qərarına gəldiyini açıqlayıb. “Mən Florentino Peresi ailə başçısı və futbolda heç kimin əldə edə bilmədiyi bir insan hesab edirəm. O, hələ də çox motivasiyalıdır, çünki uşaqlıqdan klubun ən böyük azarkeşi olub və bu, ona bu formaya xüsusi sevgi bəsləməyə imk...
publikaz_normalized
Ermənistanın "Vətənin gücü" partiyasının lideri Tiqran Arzakantsyan İrəvanın “Zvartnots” hava limanında saxlanılıb. Saytın məlumatına görə, hadisə dekabrın 29-da təxminən saat 07:30 radələrində Dubaya uçan təyyarəyə minməzdən əvvəl baş verib. Axtarış zamanı Arzakantsyanın əl yükündən 16 ədəd patron aşkar edilib. Hadisə...
publikaz_normalized
İraqda türkiyəli diplomat Osman Kösenin qətlə yetirildiyi cinayətin iştirakçısı PKK-çı Renas Derik kod adlı Cəmil Akar Milli Kəşfiyyat Təşkilatı (MİT) və Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında həyata keçirdiyi birgə hava əməliyyatı nəticəsində zərərsizləşdirilib. Qeyd edək, Cəmil Akar 2014-cü ilin sonlarında qan...
publikaz_normalized
Kiyev “Dinamo”sunun sabiq baş məşqçisi Mirça Luçesku ” Şaxtyor”da işlədiyi müddətdə gənc braziliyalıların inkişafından danışıb. “Mənim üçün futbolçular dost idi. Tamamilə fərqli münasibətimiz var idi. Həyatımı doldururlar, çünki mənimlə keçirdikləri vaxtı xatırlayırlar. Ağıllı adamlar həmişə hər şeyi dərhal başa düşürl...
publikaz_normalized
Mandarini qeyri-məhdud miqdarda yemək təhlükəli ola bilər. O qeyd edib ki, mandarinin tərkibində həddindən artıq miqdarda olan salisilik turşu dərinin qaşınmasına və qızarmasına səbəb ola bilər. Bundan əlavə, sitrus meyvələri güclü allergiya yaradır. “Bədəninizin bu xüsusiyyətini bilirsinizsə, risk etməməlisiniz”, - o ...
publikaz_normalized
Yanvarın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-8° isti, gündüz 11-16° isti olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Qərb küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək. Havanın...
publikaz_normalized
Şimali Koreya lideri Kim Çen In bildirib ki, o, artıq Koreya Respublikası ilə birləşməyi mümkün hesab etmir. “Partiyamız Koreyalararası uzunmüddətli münasibətlərə nəzər salaraq belə qənaətə gəlib ki, “udma yolu ilə birləşmə” və “sistem vahidliyi” yaradan Koreya Respublikası ilə birləşməyə nail olmaq heç vaxt mümkün olm...
publikaz_normalized
“Heydər Əliyev İli” çərçivəsində Abşeron rayonunda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə şəhid övladları üçün bayram şənliyi keçirilib. İştirakçılar əvvəlcə Xırdalan şəhərində Ulu Öndərin adını daşıyan parkda abidəsinin önünə tər güllər düzərək xatirəsini dərin ehtiramla yad edi...
publikaz_normalized
Bu mövsüm “Roma”da icarə əsasında çıxış edən PSJ-nin yarımmüdafiəçisi Renato Sançeş tezliklə Türkiyənin “Qalatasaray” klubunun futbolçusu ola bilər. Mənbənin sözlərinə görə, ilkin mərhələdə portuqaliyalı futbolçu PSJ-yə qayıdacaq, çünki Roma klubu artıq onun xidmətində maraqlı deyil. Daha sonra Paris klubu onun satışı ...
publikaz_normalized
İndiyədək Azərbaycandan Avropaya Trans-Adriatik Boru Xətti (TAP) vasitəsilə 31 mlrd kubmetrdən çox qaz tədarük olunub. “Azərbaycanın TAP vasitəsilə Avropaya qaz ixracına başlamasından üç il ötür. Bu müddətdə TAP-la Avropaya 31 mlrd kubmetrdən çox qaz tədarük olunub. Bu il Avropaya qısa və uzunmüddətli müqavilələr üzrə ...
publikaz_normalized
Britaniyanın ölkəmizdəki səfiri Ferqus Old hər kəsi qarşıdan gələn yeni il münasibətilə Azərbaycan dilində təbrik edib. O, bu il həm faciəli hadisələrlə, həm də təəccüblü anlara şahid olduğumuza baxmayaraq, ili nikbinliklə başa vurduğunu bildirib. Səfir həmçinin bu il ölkələrimiz arasında ortaq maraqlar üzrə əməkdaşlığ...
publikaz_normalized
22 qat Böyük Dəbilqə çempionu, dünyanın bir sabiq nömrəsi Rafael Nadal uzun fasilədən sonra kortlara qayıdır. O, ABŞ-ın açıq çempionatının (2020) qalibi, avstriyalı Dominik Timlə üz-üzə gələcək. Nadal Brisbendə (DÇ) demək olar ki, bir illik fasilədən sonra ilk rəsmi matçına çıxacaq. 37 yaşlı ispaniyalı ötən mövsümü dem...
publikaz_normalized
“Mançester Yunayted”in mətbuat xidməti sosial şəbəkədə bu gün, dekabrın 31-də 82 yaşı tamam olan “qırmızı şeytanlar”ın əfsanəvi keçmiş baş məşqçisi Ser Aleks Ferqyusonu ad günü münasibətilə təbrik edib. “Hər birimiz Ser Aleks Ferqyusonu sevirik. Ad günün mübarək Ser Aleks!” – “Mançester Yunayted” sosial şəbəkəsində yaz...
publikaz_normalized
Onun zədəsi gec sağalacaq":"“Real”ın müdafiəçisi David Alaba, çarpaz bağın yırtılmasından əlavə, menisk və qığırdaqlarını da zədələyib. Mənbənin sözlərinə görə, qığırdaqları bərpa etməyə çalışmaq, toxumalara qan axınını sürətləndirmək üçün mikropunkturlar edilib. Bu səbəbdən Alabanın sağalması bir az uzun çəksə də, fut...
publikaz_normalized
Türkiyədə çirkli pulların yuyulmasında ittiham olunaraq saxlanılan məşhur fenomen Dilan Polat Psixi və Əsəb Xəstəlikləri Xəstəxanasına yerləşdirilib. Müayinələrdən sonra o, yenidən Silivridəki Mərmərə Qapalı Cəza Müəssisəsinə aparılıb. Xatırladaq ki, Türkiyədə son zamanlar sosial media fenomenlərindən polisə çoxsaylı ş...
publikaz_normalized
yollarda görünüş məsafəsi məhdudlaşacaq":"Dağlıq və dağətəyi rayonların magistral yollarında görmə məsafəsi məhdudlaşacaq. Belə ki, yanvarın birindən gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 m-dək məhdudl...
publikaz_normalized
Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Mərkəzi Seçki Komissiyasına (MSK) təyin edilmiş məşvərətçi səs hüquqlu üzvü təsdiq edilib. Onun sözlərinə görə, Milli Məclisin deputatı Kamal Cəfərov məşvərətçi səs hüquqlu üzv olmaq üçün müraciət edib. Müzakirələrdən sonra məsələ səsə qoyularaq təsdiq edilib. Xatırladaq ki, M...
publikaz_normalized
Mərkəzi Seçki Komissiyası (MSK) daha bir şəxsin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. Müzakirələrdən sonra namizədliyi özü tərəfindən irəli sürülən Əvəz Bəbirxan oğlu Temirxanın namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Bununla da preziden...
publikaz_normalized
Suriyanın şimal-şərqindəki Həsəkə əyalətində ABŞ hərbi bazası dronla hücuma uğrayıb. “Rumeylandakı Amerika hərbi bazasına dron hücum edib”, – telekanal bildirib. Qeyd edək ki, ümumilikdə ABŞ-nin Suriyadakı 24 hərbi bazası və dörd məntəqəsi var.
publikaz_normalized
Müğənni Günay İbrahimli paylaşımı ilə diqqət çəkib. İfaçı əlindən tutan kişinin isə üzünü gizli saxlayıb. O, 10 ildir birlikdə olduqlarını vurğulayıb. Günay paylaşımına “10-cu Yeni ilimiz” şərhini yazıb.
publikaz_normalized
Müğənni Ayan Babakişiyeva özünə Yeni il hədiyyəsi edib. Ayan zinət əşyası ilə paylaşım edərək "Yeni ilə işıltılı girək" sözlərini yazıb.
publikaz_normalized
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan Ordusunu təbrik edib. General-polkovnik 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini ürəkdən təbrik edib, möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, Vətə...
publikaz_normalized
Azərbaycanlı kikboksçu Tulin Ələkbərovanın sevgilisi tərəfindən döyüldüyü yerdən görüntülər yayılıb. Həmin görüntüləri təqdim edirik:
publikaz_normalized
ABŞ Milli Xərçəng araşdırma mərkəzinin ekspertləri 20 illik tədqiqatın nəticələrini paylaşıb. 400 könüllü üzərində aparılan araşdırma hansı sıyığın xərçəng əleyhinə təsir etdiyini öyrənib. Səhərlər sıyıq yeməyi sevənlərdə xəstəliklərə qarşı müqavimət, davamlılıq daha çoxdur, bu adamlar daha az xərçəng olur və daha uzun...
publikaz_normalized
Müğənni Xatirə İslam ailəsi ilə istirahətə yollanıb. Bakurianidə dincələn Xatirə fotolarını sosial şəbəkədə bölüşüb.
publikaz_normalized
Bu il oktyabrın 7-də Fələstinin radikal HƏMAS hərəkatı ilə İsrail arasında münaqişənin kəskinləşməsindən sonra Qəzza zolağında ölənlərin sayı 21 822 nəfərə çatıb. Həmin dövrdə 56 451 nəfər xəsarət alıb. Səhiyyə Nazirliyinin verilənlərinə görə, təkcə son 24 saat ərzində azı 150 nəfər ölüb, 286 nəfər isə yaralanıb.
publikaz_normalized
Belarus Teleqraf Agentliyinin (BelTA) saytı haker hücumuna uğrayıb. Bildirilib ki, təqribən saat 13:50-də (Bakı vaxtı ilə saat 14:50-də) saytda hökumət əleyhinə yazılar yerləşdirilib. Həmçinin hakerlərin yerləşdirdiyi yazıda iddia edilib ki, saytın domen kontrollerləri zədələnib və 90 GB verilən (daxili sənədlər, mühas...
publikaz_normalized
sabah...":Sabah üçün tibbi-meteoroloji proqnoz açıqlanıb.
publikaz_normalized
Bakı Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü və Yeni ili qeyd edir. Artıq paytaxtın bir çox yerlərində kiçikdən-böyüyə hər kəsi görmək mümkündür. Bayram ab-havalı şəhərimizdən fotoları təqdim edirik:
publikaz_normalized
İsraildə yeni xarici işlər naziri təyin edilib. Belə ki, bu vəzifəyə Energetika Nazirliyinin rəhbəri olan İsrail Katz təyinat alıb. Qeyd edək ki, indiyədək sözügedən nazirliyə Eli Koen rəhbərlik edib.
publikaz_normalized
Avstraliyanın Monaş Universitetinin tədqiqat qrupu gündəlik 100 mq aspirin qəbulunun 2-ci tip diabetin inkişaf riskini azaltmağa kömək etdiyini müəyyən edib. Tədqiqatın müəllifləri təxminən beş il ərzində yaşı 65-dən yuxarı olan 16 mindən çox qocanı müşahidə ediblər. Onlar iki bərabər qrupa bölünüblər: birincisi gündəl...
publikaz_normalized
Türkiyə Superkubokunun “Qalatasaray” – “Fənərbağça” matçına VİP qonaq qismində dəvət alanlar Səudiyyə Ərəbistanından vaxtında ayrıla bilməyib. Nəticədə sərnişinlər təyyarənin qalxması üçün təxminən beş saat gözləməli olublar. Qeyd edək ki, Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan Türkiyə Superkuboku baş tutmay...
publikaz_normalized
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən bayram günlərində Şuşa şəhərinə və Suqovuşan qəsəbəsinə səfər edən şəxslərin təhlükəsizliyi məqsədilə zəruri tədbirlər davam etdirilir, bütün xüsuslar nəzarətdə saxlanılır. Bildirilib ki, gedişinə icazə verilən bütün vətəndaşların və turistlərin sərbəst keçidi təmin edil...
publikaz_normalized
Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə idarəsinə yeni rəis təyin edilib. İdarənin rəisi Tahir Quliyev isə işdən azad edilib. Bununla bağlı Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov əmr imzalayıb. Mahmudov daha öncə Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə idarəsinin rəis müavini işləyib.
publikaz_normalized
“2014-cü ilin ilk günündən bir sıra sosial ödənişlərdə yeni artımlar hesablanacaq. yanvar ayından başlayaraq, indeksasiya sisteminə uyğun olaraq pensiyalarda artımların hesablanması həyata keçiriləcək”. Deputatın sözlərinə görə, 2024-cü ildə əmək pensiyalarındakı artım məhz 2023-cü ilin orta aylıq əməkhaqqına edilən ar...
publikaz_normalized
Gərməçataq kənd yolu istifadəyə verilib. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli kəndin sakinləri ilə görüşüb, onları yeni yolun istifadəyə verilməsi, həmçinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib. Fuad Nəcəfli ...
publikaz_normalized
Birləşmiş Millətlər Təşkilatı Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni İl münasibətilə təbrik edir. 2024-cü il hər birini üçün sülh və sevgi dolu olsun!
publikaz_normalized
“Open AI” şirkətinin süni intellekt çat-botu olan “ChatGPT” qurucuları ilin sonunda 1,6 milyard dollar gəlir əldə ediblər. Bildirilib ki, “ChatGPT”nin nəzərəçarpacaq kommersiya uğuru şirkətə mənfəətin 1,3 milyard dollar qiymətləndirildiyi oktyabr ayı ilə müqayisədə gəlirini 300 milyon dollar artırmağa imkan verib.
publikaz_normalized
Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsində yerləşən restoranda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. xxx" "16:25" "Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsində y...
publikaz_normalized
İkinci Çeçenistan müharibəsində iştirak etmiş Rusiya Qəhrəmanı Yevgeni Buşmelev Sverdlovsk vilayətində bədbəxt hadisə nəticəsində həlak olub. Qəza dekabrın 30-da Serovski traktında baş verib. Mitsubishi Lancer" markalı avtomobilin sürücüsü qarşıdan gələn zolağa çıxıb və orada Buşmelevin idarə etdiyi "VAZ" markalı avtom...
publikaz_normalized
Laçın şəhərində "Gilabi Ceramics" Yaradıcılıq Mərkəzinin və "İslimi" Xalçaçılıq mərkəzinin açılışı olub. Mərasim iştirakçıları mərkəzdə yaradılan şəraitlə tanış olublar. Qeyd edək ki, "Gilabi Ceramics" Mərkəzidə bir vaxtlar Laçında hazırlanan müxtəlif əl işləri yenidən ərsəyə gətiriləcək, həm də sakinlər iş yerləri ilə...
publikaz_normalized
son 20 gün ərzində...":"Azərbaycanda son 20 gün ərzində (11-31 dekabr) koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı açıqlanıb. COVID-19-a yoluxan 102 nəfər sağalıb. Həftə ərzində analiz cavabı müsbət çıxan 2 nəfər ölüb. İndiyədək ölkədə ümumilikdə 834 305 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onla...
publikaz_normalized
Britaniyanın Azərbaycandakı keçmiş səfiri Ceyms Şarp Azərbaycan xalqını Yeni il bayramı münasibətilə təbrik edib. “Yeni iliniz mübarək”, - Britaniyanın Azərbaycandakı keçmiş səfiri paylaşımında vurğulayıb. Qeyd edək ki, sabiq səfir paylaşımını Azərbaycan dilində edib.
publikaz_normalized