text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
DSX rəisi, general-polkovnik Elçin Quliyevin gənclər və idman nazirinin müavini Mariana Toteva Vasileva ilə rəqsi gündəm olub. DSX rəisinin və nazir müavinin rəqsi maraqla qarşılanıb, minlərlə bəyənmə və şərh alıb. Qeyd edək ki, videodakı şəxslərin Yeni illə bağlı restoranların birində şənlik etdiyi ehtimal olunur. Bol... | publikaz_normalized |
Türkiyənin Bursa şəhərində restoran sahibi Turan Döneri öldürən qazaxıstanlı sevgilisi İrina Franzen Dönerin onu ən yaxın dostu ilə aldatdığını bildirib. İrina Franzen və Turan Döner daha sonra birlikdə kirayədə yaşamağa başlayıblar. Franzen avqustun 8-də ailəsini görməyə getdiyi Qazaxıstandan Bursaya qayıdıb. Eyni evi... | publikaz_normalized |
Gecə yarısından sonra Yeni il süfrəsinə oturmaq orqanizm üçün zərərlidir. “Bir çox ailələrdə bu ənənə nəsildən-nəslə ötürülür: 31 dekabr yemək bişirməyə həsr edilir, bütün gün demək olar ki, heç nə yeyilmir, Yeni il süfrəsinə gecə yarısına yaxın oturulur və saat 12-dən dərhal sonra yeməyə başlanılır. Ancaq bayram yeməy... | publikaz_normalized |
“Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 29 dekabr saat 11:00-da başlayacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir. | publikaz_normalized |
Bu il İrandakı səfirliyimizə hücum münasibətlərdə gərginlik yaratmışdı. O bildirib ki, sonradan təmaslar nəticəsində bu gərginliyi yumşaltmaq mümkün olub. Nazirin sözlərinə görə, bu il Azərbaycan bir sıra Avropa dövlətləri ilə əlaqələri xüsusi dinamikaya malik olub. | publikaz_normalized |
Bu gün saat 15:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit, güclü küləkli hava şəraiti davam edir. "Bildirilir ki, Şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 30 m/s, Zaqatala rayonunun yüksək dağlıq ərazilərində (Əlibəy) 40 m/s, Şəkidə 25 m/s, İsmayıllı, Ağdamda 22 m/s, Göyçayda 21 m... | publikaz_normalized |
Rusiyanın Baş naziri Mixail Mişustin ilə azərbaycanlı həmkarı Əli Əsədov arasında telefon danışığı olub. Hökumət başçıları Rusiya-Azərbaycan ticarət-iqtisadi əməkdaşlığının cari məsələlərini nəzərdən keçiriblər: “Sənaye və nəqliyyat sahəsində qarşılıqlı fəaliyyətin inkişafına xüsusi diqqət yetirilib”. Hökumət başçıları... | publikaz_normalized |
Növbədənkənar Prezident seçkiləri ilə bağlı olaraq Azərbaycan Xarici İşlər Nazirliyi işini davam etdirir. O bildirib ki, proses artıq başlayıb: Xarici ekspertlər artıq ölkəyə dəvət olunub. Həmçinin xarici media nümayəndələrinin ölkəmizə səfəri gözlənilir". Nazirin sözlərinə görə, seçkilərin şəffaf keçirilməsi üçün bütü... | publikaz_normalized |
Pərvizi bilmək olmur - VİDEO":"Biz Pərvizlə Həsənağanın klubunda tanış olmuşuq. Ondan sonra dostluq edirdik, sonra isə evləndik. O, bildirib ki, həyat yoldaşı onun üçün xüsusi bir trek hazırlayıb və kompazisiya yaxın vaxtlarda dinləyicilərin ixtiyarına veriləcək. Bildiyimə görə, ya Yeni İl ərəfəsində çıxmalıdır, ya da ... | publikaz_normalized |
1 ay olmayacaq":"Mançester Yunayted"in qapıçısı Andre Onana 2024-cü ildə Afrika Millətlər Kubokunda iştirak etmək üçün Kamerun milli komandasına çağırılıb. “Qırmızı şeytanlar” bir aya yaxın müddətdə əsas qapıçısının xidmətindən yararlana bilməyəcək. Ehtiyat qapıçı Altay Bayındır mankunianlıların qapısındakı yerini tuta... | publikaz_normalized |
Moskvada Vladimir Mayakovskinin abidəsi yanında Rusiya əleyhinə şeirlər oxuyan Artem Kamardin nifrət hissi oyatmaq ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun həmkarı Kqor Ştovban isə 5,5 il həbs cəzası alıb. Məhkəmə prosesində iştirak edən jurnalistlərin sözlərinə görə, Kamardinin həyat yoldaşı özünü ço... | publikaz_normalized |
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan separatçı Samvel Şahramanyanla görüşüb. Onun sözlərinə görə, Şahramanyan erməi xalqına xeyir verəcək: “Fikrimcə, Şahramanyan xalqımızı rüsvay etməyəcək və birtərəfli olan ləğvetmə qərarını (separatçı rejimin ləğv edilməsi-red) aradan qaldıracaq”. Sərkisyan Azərbaycana qarşı... | publikaz_normalized |
Xəbərdarlıq edildi ki...":"Separatçıların sonuncu başçısı Samvel Şahramanyanın avtomobilini İrəvanda saxlayıblar. Bildirilir ki, mühafizəçilər və konvoyun müşayiəti ilə getdiyi üçün onu polis patrul əməkdaşları saxlayıblar. Şaxramanyana məlumat veriblər ki, qanuna görə onun konvoyda hərəkət etmək hüququ yoxdur. ER Daxi... | publikaz_normalized |
Azərbaycanda fəaliyyət göstərən bir sıra media və QHT-lərin xaricdən maliyyələşməsi və əks-dövlət fəaliyyəti ilə bağlı ortaya çıxan faktlar bu prosesin nə qədər dərin və əhatəli olduğu barədə deyilənləri təsdiqləyir. Bu prosesin təşkilatçıları qanunları kobud şəkildə pozmaq, beynəlxalq qanunvericiliyin yaratdığı imkanl... | publikaz_normalized |
Tərtər işi" ilə bağlı təqsirləndirilən İntiqam Məmmədov, Rahib Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidova hökm oxunub. Hökmə əsasən, İntiqam Məmmədov 6 il 6 ay, Rahib Məmmədov 6 il 6 ay, Ziya Kazımov 9 il 6 ay və Ülvi Rəşidov 9 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Xatırladaq ki, prokuror Ziya Kazımovun 12 il 6 a... | publikaz_normalized |
İranda səfirliyimizin bağlanmasının konkret səbəbləri var. Bu hücum və təhlükəsizliklə bağlıdır. İnsanların həyat və təhlükəsizliyinə ciddi risk vardı”. Onun sözlərinə görə, İran tərəfi ilə bu məsələ daim müzakirə mövzusudur: “Gözləntimiz bundan sonra odur ki, bu cinayəti törədən şəxs cəzalandırılmalı və səfirliyimizin... | publikaz_normalized |
Prezident İlham Əliyev bir qrup vəkilin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Hüseynov Əli Meybulla oğlu" "Hüseynov Turqay İmanqulu oğlu" "Hüseynova Esmira Hüseyn qızı" "Qasımov Telman Abiəli oğlu" "Quliyev Azər Şahbala oğlu" "Məmmədova Leyla Polad qızı" "Mustafayev Muxtar Nağı oğlu" "Nəhmət... | publikaz_normalized |
Molla rejimi erməni konsulluğunu niyə Təbrizə gətirir?":"Rəsmi İrəvan gələn il Təbrizdə Baş konsulluq açacaq. İranın xarici işlər naziri Hüseyn Abdullahian İrəvana səfəri zamanı buna razılıq verdiklərini elan etdi. Ermənistan konsulluğunun Təbrizdə - Azərbaycan şəhərində açılmasının konsulluq xidmətləri ilə əlaqəsinin ... | publikaz_normalized |
Fransanın Azərbaycandakı səfirliyinin iki diplomatik statusa malik əməkdaşını “prsona-non grata” elan edilməzdən əvvəl Fransa səfirliyinə nota göndərilib və məsələlərin araşdırılması zərurəti vurğulanıb. O bildirib ki, Fransa tərəfi günahsızlıqlarında əmin idisə, araşdırma apara bilərdilər: “Ancaq buna getmədilər və sə... | publikaz_normalized |
Prezident İlham Əliyev “Elektroenergetika haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Bu qanun yanvarın 1-dən qüvvəyə minir. | publikaz_normalized |
Prezident İlham Əliyev “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 5 dekabr 2023-cü il tarixli qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə fərman imzalayıb. - Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, vergi ödəyicisinin riskli vergi ödəyicilərinin ... | publikaz_normalized |
İnzibati və yardımçı vəzifələrin təsnifat toplusuna dəyişiklik edilib. Dəyişikliklə Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini dövlət orqanlarında inzibati vəzifələr siyahısına daxil edilib. | publikaz_normalized |
Prezident İlham Əliyev Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının fəaliyyətinin təkmilləşdirilməsi, bəzi fərmanlarında və sərəncamında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Mükafat hər cüt ildə 28 may — Müstəqillik Günü ərəfəsində komissiyanın qərarı ilə dövlət büdcə... | publikaz_normalized |
Azərbaycanın beynəlxalq axtarışa verdiyi, vəzifə saxtakarlığında təqsirləndirilən Fuad Kərimovun məhkəməsi başalayır. Qeyd edək ki, Baş Prokurorluğun vəsatəti əsasında Ukrayna Baş Prokurorunun Ofisi tərəfindən “Ekstradisiya haqqında” 13.12.1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Re... | publikaz_normalized |
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov görüşlərdə Ermənistanın işğalı altındakı 8 kəndlə bağlı müzakirələr aparıldığını bildirib. Nazir deyib ki, bu məsələ ilə bağlı rəsmi İrəvanın da müəyyən iddiaları var: Biz konkret yaşayış məntəqələrindən danışırıq. Bu yaşayış məntəqələrinin kimə aid olmasında kimsədə şüb... | publikaz_normalized |
Azərbaycan Qəzzaya yardım üçün 2 milyon dollar vəsait ayırıb. Onun sözlərinə görə, Azərbaycan humanitar məsələlərə xüsusi diqqət göstərib: “Türkiyədəki zəlzələdə, eləcə də Ukraynaya göstərilən yardım Azərbaycanın humanitar siyasətinə nümunədir. Bununla yanaşı, Azərbaycan Qəzzaya yardım üçün 2 milyon dollar vəsait ayırı... | publikaz_normalized |
Ailə qurduqdan sonra müğənnilik karyerası ilə vidalaşan Aysel Adıgözəlzadə Yeni il bayramı münasibətiylə Gülüstan Sarayında ənənəvi olaraq hər il təşkil olunmuş şənlikdə çıxış edib. O, uşaqlar üçün "Yeni İl" mahnısını səsləndirib. Qeyd edək ki, sözügedən tədbir Heydər Əliyev Fondu tərəfindən Dünya Azərbaycanlılarının H... | publikaz_normalized |
SOCAR-ın "Azəriqaz" İB-nin "Səyyar qəbul otağı" Zərdab rayonunda təşkil olunub. Gəlmə kəndində keçirilən aksiyanı giriş sözü ilə Tərtər RQİİ-nin baş mühəndisi açıq elan etdikdən sonra mikrofon önünə sakinlər çıxıb. "Açıq mikrofon"a qatılan 30-a yaxın abonent qaz təchizatında hər hansı bir problemlə rastlaşmadıqları üçü... | publikaz_normalized |
Naxçıvan Dövlət Filarmoniyasının direktoru vəzifəsindən azad edilib. Məlumata görə, Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini Həsən Seyidovun əmri ilə Naxçıvan Dövlət Filarmoniyasının direktoru Ülvi Rüfət oğlu Əhmədov vəzifəsindən azad olunub. | publikaz_normalized |
Hindistanla Ermənistan arasında silah satışı istiqamətində müqavilə məsələsindən biz xəbərdarıq, bunlar çox diqqətlə izlənilir. Bizim Hindistandan olan tərəf müqabilləri ilə münasibətimiz var. O bildirib ki, Hindistan silah satışını Azərbaycan, Türkiyə ilə bağlı mövqeyi ilə heç vaxt uzlaşdırmayıb: “Onlar qeyd ediblər k... | publikaz_normalized |
300-dən artıq vakansiya var":"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Vakansiya Bankında hazırda işğaldan azad edilmiş ərazilər üzrə 300-dən artıq vakant iş yeri var. Böyük Qayıdış proqramı çərçivəsində bu ərazilərdə həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işlər... | publikaz_normalized |
Yaxın günlərdə Xankəndi şəhərində bir neçə binanın yenidən qurulmasına başlanılacaq. Onun sözlərinə görə, antiterror əməliyyatından sonra minalardan təmizlənmiş digər ərazilərdə də tikinti-quruculuq işlərinə başlanılıb. | publikaz_normalized |
Xarici işlər naziri Ceyhun Bayramov ABŞ ilə yaranmış gərginliyin səbəbkarının Azərbaycan olmadığını bəyan edib. Onun sözlərinə görə, ABŞ ilə Azərbaycan arasındakı münasibətlərlə bağlı Bakının mövqeyi aydın ifadə olunub: O vaxtdan bəri biz müsbət tendensiyanın şahidi olduq". Nazir Azərbaycanın ABŞ ilə münasibətlərin ink... | publikaz_normalized |
Yaxın vaxtlarda Kəlbəcər, Şuşa və Qubadlı şəhərlərinin Baş Planları təsdiq ediləcək. Həmin şəhərlərin razılaşdırma sənədlərinin hazırlanması yekunlaşmaq üzrədir", - deyə o əlavə edib. | publikaz_normalized |
Azərbaycan Əfqanıstanla diplomatik münasibətləri bərpa edir". | publikaz_normalized |
Bakının Yasamal rayonunda sərxoş vəziyyətdə olan şəxsə qarşı soyğunçuluq edən iki nəfər saxlanılıb. Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə paytaxt sakini olan bir nəfər müraciət edərək rayon ərazisində tanımadığı iki nəfərin onun sərxoş vəziyyətdə olmasından istifadə edib mobil telefonunu s... | publikaz_normalized |
Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda hazırda 278 avtomobil gözləyir. Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Astara” gömrük postunda 0, “Biləsuvar” gömrük postunda 45, “Mazımqara” gömrük postunda 47, “Samur” gömrük pos... | publikaz_normalized |
Rusiya müharibənin 673-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 563 təyyarəsi, 262 helikopteri, 10 154 PUA-sı, 442 zenit-raket kompleksi, 14 355 tank və digər zirehli texnikası, 1 189 reaktiv yaylım atəş sistemi, 7 550 artilleriya və mi... | publikaz_normalized |
Latviyada "Yandex" ilə əlaqəli bütün saytlara giriş bloklanıb. Belə ki, Latviya Milli Elektron Media Şurası belə bir qərar verib. Şura sədri İvars Abolins bunu təsdiqləyib. Qeyd edək ki, "Yandex" Rusiya mənşəli axtarış platformasıdır. | publikaz_normalized |
Türkiyənin yeni hücum pilotsuz uçuş aparatı (PUA) ANKA-3 ilk uçuşunu uğurla həyata keçirib. Ümid edirəm ki, təyyarəmiz qabaqcıl texnologiyası, dizaynı və performansı ilə müdafiə qabiliyyətimizi gücləndirəcək", - Türkiyə lideri qeyd edib. ANKA-3 gizli texnologiyalardan istifadə etməklə “uçan qanad” dizaynına uyğun olara... | publikaz_normalized |
30 dekabr tarixindən etibarən daha bir neçə marşrut xətti nağdsız ödənişə keçir. Bildirilib ki, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini Pirşağı qəsəbəsi ilə əlaqələndirən 173A və 173B nömərli şəhərətrafı, eləcə də Sabunçu və Yeni Günəşli qəsəbələrini əlaqələndirən 55 nömrəli şəhərdaxili müntəzəm marşrutlar nağdsız ödəni... | publikaz_normalized |
Qazaxıstanın paytaxtı Astana Beynəlxalq Hava Limanında həyəcan siqnalı elan edilib və sərnişinlərdən aviasiya təhlükəsizliyi qaydalarına əməl etmələri xahiş olunur. “Sərnişinlərdən şəxsi əşyalarına diqqət etmələrini, uşaq və yeniyetmələri nəzarətsiz qoymamalarını, aviasiya təhlükəsizliyi qaydalarına ciddi əməl etmələri... | publikaz_normalized |
“Sumqayıt” QTM-dən ayrılan “Şəhər-4” orta təzyiqli qaz xəttində görüləcək təmir işləri ilə əlaqədar 29.12.2023-cü il tarixdə saat 10:00-dan etibarən işlər başa çatanadək adıçəkilən qaz xəttindən qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir işləri aparılan müddətdə Sumqayıt şəhərinin (Novruz, Təzə və Köhnə Cora... | publikaz_normalized |
Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımın məbləği açılanıb. Ümumilikdə, Azərbaycan tərəfindən Ukraynaya göstərilmiş humanitar, eləcə də bərpa və yenidənqurma məqsədli yardımın məbləği 57 milyon manatdan artıq (təxminən 34 milyon ABŞ dolları) təşkil edir ki, bunun yarıya qədəri cari il ərzində həyata keçirili... | publikaz_normalized |
Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn formatda iclası keçirilib. İclasda Audiovizual Şuraya 26 dekabr 2023-cü il tarixdə aparılmış monitorinq zamanı “Space TV” kanalının efirində aşkarlanmış qanun pozuntusu faktı müzakirə olunub. Bununla da, “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 13.2-ci m... | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyi (FHN) və Elm və Təhsil Nazirliyinin (ETN) birgə təşkilatçılığı ilə keçirilmiş “Fövqəladə hallar uşaqların gözü ilə” XI Respublika uşaq yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Müsabiqənin keçirilməsində məqsəd ictimaiyyətin diqqətinin fövqəladə hallarla bağlı... | publikaz_normalized |
“Radiotezliklərin müddətli ayrılmasına keçid ilə əlaqədar olaraq, radiotezlik istifadəçilərinə vurulan zərərə görə kompensasiyanın verilməsi şərtləri və mexanizmi təsdiq edilib. Şərtlər və mexanizmlər haqda ətraflı linkdən baxa bilərsiz. | publikaz_normalized |
Son 5 il ərzində həyata keçirilən çoxmiqyaslı və çoxşaxəli sosial islahat proqramları çərçivəsində Azərbaycanda minimum əməkhaqqı 2,7 dəfə artıb. Nazir bildirib ki, qeyd edilən dövrdə orta əməkhaqqı 80 %-dək, median əməkhaqqı 2,2 dəfə, əməkhaqqı fondu isə 2,7 dəfə artıb. Azərbaycan dövlətinin siyasətində məşğulluq ana ... | publikaz_normalized |
Ölkə ərazisində əhalinin təbii qaza olan tələbatının tam ödənilməsi, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, qaz kəmərlərinin və avadanlıqların yenidən qurulması istiqamətində genişmiqyaslı işlər görülür. Bu məqsədlə sözügedən kənddə tədbir təşkil olunub. Tədbirdə SOCAR-ın "Azəriqaz" İB-nin məsul şəxsləri, ... | publikaz_normalized |
Xəzər dənizində 3.1 maqnitudalı zəlzələ baş verib. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Nardaran stansiyasından 20 km şimalda Xəzər dənizində zəlzələ qeydə alınıb. | publikaz_normalized |
Amerika Azərbaycan Cəmiyyətinin üzvü, Nyu-York şəhər meriyasında protokol departamentinin rəhbəri Rəna Abbasova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə" "Cənab Prezident. Sizə doğum gününüz münasibətilə səmimi ... | publikaz_normalized |
Yeni Azərbaycan Partiyası (YAP) Prezident seçkilərində müşahidə aparacaq şəxslərini müəyyənləşdirib. Belə ki, iclasda səsvermə gününədək dairə seçki komissiyalarında, səsvermə günü Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparacaq şəxslərin, eləcə də səsvermə günü məntəqə seçki komissiyalarında müşahidə apa... | publikaz_normalized |
Gərək diqqət edəm, bir az çaşırlar":"Əməkdar artist Könül Kərimova açıqlaması ilə diqqət çəkib. “Elə verilişlər var ki, getmirəm. Hiss edirəm ki, o proqramlarda olsam, hörmətsiz olaram. Verilişin formatı mənə uyğun deyil. Amma mənim o verilişlərə yoxdur. Maqazin verilişləri var ki, müsahibə alırlar. O qədər yanlış sual... | publikaz_normalized |
“Son beş ildə Azərbaycanda ünvanlı sosial yardımın aylıq məbləği üç dəfə artıb”. Nazir bildirib ki, bu dövr ərzində Azərbaycanda minimum pensiyalar 2,5 dəfə, orta pensiyalar 2,1 dəfə, sosial müavinət və təqaüdlər beş dəfə, ünvanlı sosial yardımın aylıq məbləği isə üç dəfə artıb: “Bunlar çox böyük və əhatəli proqramlard... | publikaz_normalized |
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 28-i saat 19:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit, güclü küləkli hava şəraiti müşahidə olunub. Şimal-qərb küləyinin maksimal sürəti arabir Şəkidə 32 m/s, Mingəçevirdə 27 m/s, Naftalanda 24 m/s, İsmayıllıda 22 m/s, ... | publikaz_normalized |
2023-cü il ərzində Azərbaycan Hökuməti tərəfindən vətəndaşlarımızın repatriasiyası, xarici ölkələrdə baş vermiş hərbi münaqişə, təbii fəlakət və digər böhran halları ilə əlaqədar təxliyəsi istiqamətində fəaliyyət həyata keçirilib. Qeyd olunub ki, Türkiyədə baş vermiş zəlzələ nəticəsində 661 nəfər Azərbaycan vətəndaşı v... | publikaz_normalized |
dostunu razı salıb ki, qardaşını zəhərləsin, sonra...":"Rus qadın Labytnangidəki mənzilini əlindən almaq üçün qardaşına sui-qəsd hazırlayıb. Cinayəti törədən qadın evin miras qalacağı ümidi ilə içki içən dostunu ziyafət zamanı qardaşını zəhərləməyə razı salıb. Kömək müqabilində o, ona bu mənzildə yaşamaq hüququnu verəc... | publikaz_normalized |
Azərbaycanla qonşu Gürcüstanda əlverişsiz hava şəraiti hökm sürür. Xüsusən paytaxt Tbilisidə qasırğa tüğyan edir. Dağıstanda da çovğun fəsadlarla nəticələnib. Belə ki, Mahaçqalada 15-25 m/s-ə çatan güclü külək evin damını uçurub və elektrik xəttinə aşıb. Yol-nəqliyyat hadisələri də artıb. Xatırladaq ki, ölkəmizdə də əl... | publikaz_normalized |
Türk lirəsi hazırda 0,2% ucuzlaşaraq 1 ABŞ dolları üçün 29,47-dən ticarət olunur. Bakı vaxtı ilə saat 20:46-a olan məlumata görə, türk valyutası enməyə başlayıb və bir ABŞ dolları üçün 29,4 lirəyə çatıb. Ucuzlaşma Türkiyə hökumətinin 2023-cü il üçün minimum əmək haqqını əhəmiyyətli dərəcədə - 49% artıraraq 17 002 lirəy... | publikaz_normalized |
Əfsanəvi funksioner Herb Kel vəfat edib. Kel 1985-ci ildə MBA təmsilçisinin “Miluoki Baks”ın səhmlərinin böyük hissəsini 18 milyon dollara satın alıb. “Senator Kel əziz dostumuz və görkəmli dövlət qulluqçularımızdan biri idi. ABŞ Senatında onilliklərə həsr olunmuş xidmətə əlavə olaraq, o, təxminən 30 il ərzində “Miluok... | publikaz_normalized |
İrandan maliyyə alan "husi"lərdən xilas olmaq üçün respublikanın özünü vurmaq lazımdır". Siyasətçinin fikrincə, İran olmadan husilər olmayacaq: Mən altı aydır ki, İranı vurmağa çağırıram. Onların neft yataqları var və onların inqilab keşikçilərinin qərargahı kosmosdan görünür. Qraham həmçinin bildirib ki, o, Pentaqonun... | publikaz_normalized |
Masallı rayonunun Hüseynhacılı kəndinin ərazisində meşə dolayının yaxınlığında silah-sursat tapılması barədə polisə məlumat daxil olub. Fakt üzrə araşdırma aparılır. | publikaz_normalized |
ucuz maşınlar satışa çıxarılır - CƏDVƏL":"Azərbaycanda bir neçə dövlət qurumunun balansında olan bəzi avtomobillər hərrac yolu ilə satışa çıxarılır. Hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı aşağıdakı kimidir: | publikaz_normalized |
Müğənnilər - Təranə Qumral və Musa Musayev eşqlərini bir-birilərinə yenidən etiraf ediblər. Qumral kişilərin nazı ilə oynamağın vacibliyindən danışıb: Qadınlar gərək kişiləri yola versin. Yeməyinə, içməyinə diqqət yetirməlidirlər. Bizim heç vaxt ayrılığımız olmayıb. Bizim ayrılığımız Sevgimi (qızı – red) hazırlığa apar... | publikaz_normalized |
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) gələn il fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini izləyəcək müşahidəçilərinin sayı məlum olub. Bildirilib ki, ATƏT/DTİHB-nin uzunmüddətli missiyasının tərkibi 26 nəfərdən ibarət olacaq. Qurum 250 nəfərdən ibarət isə qıs... | publikaz_normalized |
“Təsir dairəsi” verilişində 12 yaşlı qızın nişan görüntüləri yayımlanıb. Ailəsi əvvəlcə övladının nişanı olduğunu danıb. Görüntülərin qızın ad günündə lentə alındığı bildirilib. “Yalandan bəyin 29 yaşı olduğunu demişdilər. Qızla aralarında 20 yaş fərq var. Oğlanın adı Kərimdir”, - deyə L.Azərtaş bildirib. Həmin görüntü... | publikaz_normalized |
İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, inflyasiya Mərkəzi Bankın 6%-lik hədəfindən daha aşağı olacaq. Manatın dollara olan 1.70-lik məzənnəsinin yeni ildə necə olacağı ilə bağlı proqnoz da verilib. Daha ətraflı "Xəzər Xəbər"in süjetində: | publikaz_normalized |
Amerika avtomobil nəhəngi "Tesla" öz elektrik avtomobillərindən birinin yeni nəslini buraxacaq. Model "Y"nin yenilənmiş versiyasının buraxılması barədə məlumatı jurnalistlərə şirkətdəki anonim mənbələr açıqlayıb. Onların sözlərinə görə, 2024-cü ildə korporasiya avtomobilin yeni nəslini təqdim edəcək. İnsayderlər buraxı... | publikaz_normalized |
Ermənistan hakimiyyəti separatçıların mövcudluğunu davam etdirməsi məsələsində ikiliyanaşma sərgiləyir: separatçı rejimin ləğvi ilə bağlı qərardan imtina edən Şahramanyanı “vurur”, bu qərarın qüvvədə olmadığını dilə gətirən Samvel Babayana heç nə etmir, əksinə ona “qucaq” açır; Bu, rəsmi İrəvanın hazırki mərhələdə qond... | publikaz_normalized |
Yeni ildən dərhal sonra..." - FOTO":"Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi Yeni ildən dərhal sonra imzalana bilər. Ermənistanın baş naziri Nikol Paşinyan iki günlük səfərlə Rusiyaya gedib və səfər zamanı MDB-nin Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammitində Azərbaycan prezidenti İlham Əliyevlə əl sıxıb.... | publikaz_normalized |
“Astrologiyada orta əsrlərdən bəri belə bir qənaət var ki, əjdaha ilində başlayan münaqişələr hər zaman uzunömürlü olur. Bu ildə başlayan müharibələrin demək olar ki, hamısına məhz əjdaha ilində son qoyulub”. “Birinci Qarabağ müharibəsi məhz 1988-ci ilin fevralında, əjdaha ilinin ilk günlərində başlamışdı. Növbəti ilin... | publikaz_normalized |
düşünülməmiş qərarın sonu pis ola bilər":"Bədxahlarınızla rəqibləriniz sizə qarşı yeni, məkrli plan qurublar. Yaxşı bələd olmadığınız insanlardan biri etimadınızdan sui-istifadə etməyə çalışacaq. Sadəlövhlük edərək "saf" qərarlar verməyin. Saatlar keçdikcə peşəkar fəaliyyətinizlə bağlı maraqlı təkliflər alacaqsınız. Da... | publikaz_normalized |
Banqladeşdə bu il denqe qızdırmasından ölənlərin sayı 1701 nəfərə çatıb. Son 24 saat ərzində xəstəlik nəticəsində 2 nəfər ölüb, 100-dən çox insan xəstəxanaya yerləşdirilib, denqe xəstələrinin ümumi sayı isə demək olar ki, 870 nəfərdir. Bu il virusa yoluxanların ümumi sayı 320 mini keçib. Virus daşıyan ağcaqanadların ak... | publikaz_normalized |
12 nəfər yaralandı":"Türkiyədə yol qəzası baş verib. Məlumata əsasən, idaretməni itirən mikroavtobus sürücüsü yol kənarındakı səddə çırpılaraq aşıb. Qəza nəticəsində 12 nəfər yaralanıb. Yaralılar Afyonkarahisar Sağlamlıq Elmləri Universitetinin xəstəxanasında və Afyonkarahisar Dövlət Xəstəxanasına çatdırılıb. | publikaz_normalized |
Goranboyda bıçaqlanma hadisəsi baş verib. Xəstə dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır. | publikaz_normalized |
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dekabrın 28-də SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində pianoçu Ruslan Ağababayevin “Ürəkdən-ürəyə” adlı konserti keçirilib. ABŞ-da tanınmış pianoçu və bəstəkar olan Ruslan Ağababayev konsertdə müxtəlif kompozisiyalarını səsləndirib. Əməkdar artist... | publikaz_normalized |
gənc oğlan anasını içki puluna görə...":Hindistanda gənc oğlan spirtli içki almaq üçün ona pul verməkdən imtina edən anası ilə pis rəftar edib. Cinayət Maharaştra ştatının Latur şəhəri yaxınlığında baş verib. Dekabrın 26-da axşam saatlarında Satala kəndinin 23 yaşlı sakini Dhyaneşvar anasından spirtli içki üçün pul ist... | publikaz_normalized |
Qadınları reytinqinizə yem edirsiz" - FOTO":"Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı və dizayner Aynur Xəlilova arasında qalmaqal yaşanıb. Bu insanın ətrafında onu istəyən kimsə varsa, bildirsin ki, Azərbaycanda savadlı fərqindəliyi olan, verilişində reytinq yığmaq üçün etdiklərinin fərqində olan bir kütlə də var. Tək ə... | publikaz_normalized |
Parisin Orli hava limanına enən təyyarənin alt qatının boşluğunda çətinliklə sağ qalan kişi tapılıb. Təyyarə Əlcəzairin Oran şəhərindən havaya qalxıb. Qaçan 20 yaşlı gənc ağır hipotermiya vəziyyətində tapılıb. Oxşar hallar aviasiya tarixində dəfələrlə baş verib. 2017-ci ildə bir yeniyetmənin Nigeriyanın Laqos şəhərinin... | publikaz_normalized |
Xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında hələ də Ermənistan işğalında qalan 8 kəndlə (Kərki kəndi v Qazaxın 7 kəndi) bağlı rəsmi səviyyədə yeni hesab ediləcək açıqlama verdi. 8 kəndin qaytarılmasına delimitasiya çərçivəsində baxılacağını deyən Bayramov bu kəndlərdən dördünün anklav... | publikaz_normalized |
2024-cü ilin birinci rübündə Rusiya ilə valyuta sazişi imzalanacaq". O bildirilib ki, bu, hər iki tərəfə rial və rublla ticarətə imkan verəcək. Rusiyaya ixracımızın həcmi idxaldan azdır. Bizim yaxşı tədbirlərimizdən biri də odur ki, gələn ilin birinci rübündə İranla Rusiya arasında valyuta sazişi imzalanacaq, yəni rubl... | publikaz_normalized |
“L’Equipe” nəşri dünyanın ən yaxşı idmançılarının adlarını açıqlayıb. Amerikalı gimnast Simon Bils isə geridə qoyduğumuz ilin ən yaxşı qadın idmançısı olub. “Çempionlar çempionu” adlanan mükafat “L’Equipe” nəşri tərəfindən 1946-cı ildən verilir. Bu, Cokoviçin ikinci qələbəsidir. O, ilk dəfə 2021-ci ildə Fransa nəşri tə... | publikaz_normalized |
Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda aparılan yaştəyini tədqiqatlarında yeni nəticələr əldə edilib. Tədqiqatlar zamanı o, Cəlilabad rayonunda aşkar olunmuş Xudutəpə qədim yaşayış məskənindən götürülmüş diş nümunəsinin təxminə, eramızdan əvvəl 6225-ci ilə aid olduğunu təyin edib. Sözügedən tədqi... | publikaz_normalized |
Demişdi ki, sənə əl qaldırsam, məni öldür" - FOTO":"Türkiyədə sevgilisini öldürən qadın məhkəmədə özünü müdafiə üçün dediyi sözlərlə hər kəsi təəccübləndirib. Belə ki, qazaxıstanlı İrina Franzen türkiyəli sevgilisinin ona - “bir daha sənə əl qaldırsam, məni öldürərsən”, - dediyini bildirib. Hadisə Bursa şəhərində baş v... | publikaz_normalized |
Fransız sahibkar Fransuaza Bettancur Meyers dünyanın 100 milyard dollardan çox sərvəti olan ilk qadını olub. O, “Lancome”, “Yves Saint Laurent”, “Biotherm”, “Garnier” və s. onlarla məşhur brendin daxil olduğu “L'Oréal” imperiyasının varisidir. Məlumata görə, dekabrın 28-də onun sərvəti 100,2 milyard dollara yüksəlib. B... | publikaz_normalized |
Bakıda “WhatsApp”la qadınları fahişəliyə cəlb edən qadına hökm oxunub. "Vüsalə hər dəfə 50 və 100 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə müvafiq olaraq 220 və 320 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək, müxtəlif qadınları tamah niyyəti ilə fahişəliyə cəlb edi... | publikaz_normalized |
Pakistan Yeni ili Fələstinlə həmrəy olaraq qeyd etməkdən imtina edib. Pakistan xalqı qəm içindədir. Buna görə də Pakistan hökuməti vəziyyəti nəzərə alaraq, Yeni illə bağlı bütün şənlikləri qadağan etmək qərarına gəlib", - deyə siyaşətçi bildirib. Baş nazir həmçinin vurğulayıb ki, Pakistan Qəzza zolağına iki partiya hum... | publikaz_normalized |
Dekabrın 28-də futbol üzrə İngiltərə Premyer Liqasında əvvəlki turlardan təxirə salınmış iki oyun keçirilib. Günün digər oyunu isə daha məhsuldar olub. “Brayton” öz meydanında “Tottenhem”i 4:2 hesabı ilə üstələyib. Beləliklə, 19 turdan sonra “Liverpul” 42 xalla turnir cədvəlinə başçılıq edir. Ondan 2 xal geri qalan “Ar... | publikaz_normalized |
Rusiya müddəti uzada bilərmi? - Video":"Xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında Qarabağdakı Rusiya sülhməramlılarının nə vaxt çıxacağını açıqlayıb. Nazir bildirib ki, liderlər səviyyəsində imzalanan üçtərəfli bəyanat var və orada sülhməramlıların Qarabağda qalma müddəti 2025-ci il... | publikaz_normalized |
Ostin təsdiq edib ki...":"ABŞ-ın müdafiə naziri Lloyd Ostin və onun israilli həmkarı Yoav Qalant telefon danışığında Qəzza zolağında vəziyyətin sabitləşdirilməsinə yönəlmiş tədbirlərə hazırlığı müzakirə ediblər. P.Rayder qeyd edib ki, L.Ostin və Y.Qalant "İsrailin Qəzzada hərbi kampaniyası və genişmiqyaslı hərbi əməliy... | publikaz_normalized |
Arxası ona tərəf olan pişiyə toxunaraq onu bərk qorxudan at, sonra gülməyə başlayıb. Həmin anlar təsadüfən qeydə alınıb. | publikaz_normalized |
Disney" personajı "Mickey Mous" 1 yanvar 2024-cü il tarixindən ictimai mülkiyyətə çevriləcək. Nəşrin məlumatına görə, dünyanın hər yerindən rejissorlar, ssenaristlər və rəssamlar "Mikki Maus" obrazından pulsuz istifadə edə biləcəklər. Ancaq bu, yalnız 1928-ci ildə "Steamboat Willie" qısametrajlı filmində ağ və qara rən... | publikaz_normalized |
Ukraynanın Xarkov, Lvov və Çerkassı şəhərlərində partlayışlar baş verib. Xarkovun rəhbəri İqor Terexovun sözlərinə görə, şəhərdə azı altı partlayış baş verib. Lvov meri Andrey Sadovıy bildirib ki, şəhərdə partlayış baş verib. Onun sözlərinə görə, şəhərə yaxınlaşan daha iki hava hədəfi müşahidə edilib. Qeyd olunur ki, L... | publikaz_normalized |
Keçmişdə iki dəfə "gözəllik kraliçası" seçilən Alondra Merkado Kamposun evindən çoxlu sayda silah və sursat tapılıb. O, silah qaçaqmalçılığı kimi qanunsuz fəaliyyətlərə görə həbs olunub. Miss Boliviya Mundo 2020" və "Miss Charm Boliviya 2023" ün qalibi ola 22 yaşlı Alondra Merkado Kampos Benidəki Trinidad Qadın Həbsxan... | publikaz_normalized |
Bakının bir sıra yollarında tıxac yaranıb. Hal-hazırda yollardakı vəziyyət: Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;" "2. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;" "3. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;"... | publikaz_normalized |
Quba Rayon Polis Şöbəsinin Qonaqkənd Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Onlar əvvəllər məhkum olunmuş Sumqayıt şəhər sakinləri İsmət Süleymanov və Vüsal Məstiyevdir. Həmin şəxslər qrup şəklində Quba rayonuna əvvəlcədən planlaşdırılmış yerə gələr... | publikaz_normalized |
Ötən gün Əməkdar artist Manana Çaparidzenin 45 yaşı tamam olub. Görüntülərdə həmkarlarının Mananaya sürprizi əks olunub. Həmin görüntüləri təqdim edirik: Your browser doesn't support video. | publikaz_normalized |
2024-cü ildə hər kəs gözəl və parlaq görünmək istəyir. Buna ən yaxşı nə kömək edəcək? Kütləvi bilərziklər" " "Kütləvi dəmir bilərziklər dəbdə olacaq. Onlar sərt manjetlər və ya böyük kristallarla tennis zinət əşyaları taxmağı təklif eolunur. Çox qatlı boyunbağı" " "Dekorasiya təsvirin əsas vurğusu ola bilər. Üstəlik, k... | publikaz_normalized |
Tottenhem"in qapıçısı Uqo Lyoris karyerasını okeanın o tayında davam etdirməyə yaxındır. Tərəflər danışıqların yekun mərhələsindədir. Bu barədə "X" sosial şəbəkəsində jurnalist Fabritsio Romano məlumat verib. Mənbənin məlumatına görə, “Tottenhem” artıq 37 yaşlı qolkiperin Amerika klubuna transferinə razılıq verib. Daha... | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq. Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən, vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilmə... | publikaz_normalized |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.