text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Bu il ölkə ərazisində geniş rezonans doğuran qətllər, yol-nəqliyyat hadisələri və səs-küylü məhkəmə prosesləri qeydə alınıb. Daxili İşlər Nazirliyi (DİN) və Prokurorluq üzrə qeydə alınmış 26 min 778 cinayətin üstünün 88,6 faizi açılıb. Baş Prokurorluqla birgə görülmüş tədbirlərlə keçmiş illərdən bağlı qalmış 336, o cüm... | publikaz_normalized |
Burkina-Faso Keçid Milli Assambleyası ingilis və fransız dillərini işçi dillər kimi müəyyən edən və milli dillərə rəsmi status verən konstitusiya dəyişikliyini qəbul edib. Düzəliş nəticəsində fransız dili rəsmi dil statusunu milli dillərin xeyrinə itirir, ingilis dili isə Burkina Faso administrasiyasında işçi statusu q... | publikaz_normalized |
İspaniyanın hüquq-mühafizə orqanlarının əməkdaşları beş yaşlı övladlarını Saxara səhrasında ritual qətl törətmək üçün ölkədən çıxarmağa cəhd edən fransız cütlüyü həbs edib. Bildirilir ki, cütlük ruhi xəstəlikdən əziyyət çəkirmiş və övladının zəlil olduğuna inandıqları üçün öldürməyi planlaşdırıblar. Onlara qarşı həbs q... | publikaz_normalized |
Yaşı 40-ı ötən insan necə sağlam qala bilər? Roqov yüksək və aşağı intensivlik arasında alternativ olan yüksək intensivlikli interval məşqlərini seçməyi tövsiyə edib. Məsələn, məşqləri bir dəqiqə yüksək sürətlə yerinə yetirin, bundan sonra bir dəqiqə dincəlməli və ya məşqləri yavaş-yavaş yerinə yetirməlisiniz. Həkim bi... | publikaz_normalized |
“Bu günə qədər olduğumuz kimi, bundan sonra da can qardaşlarımızın yanında olacağıq”. Nazir bildirib ki, Türkiyə ilə Azərbaycanın əlaqəsi sarsılmazdır: “Türkiyə və Azərbaycan arasında qardaşlıq bağı var. Bu sarsılmaz qardaşlıq bağı Qafqazdakı problemlərin həlli üçün önəmli qapı açıb”. | publikaz_normalized |
Çində 5,3 bal gücündə zəlzələ qeydə alınıb. Dağıntı və tələfat barədə məlumat verilməyib. | publikaz_normalized |
Şirvan şəhərində ümumi sahəsi 60 kvadratmetr olan birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. | publikaz_normalized |
ciddi təlatümlər baş verə bilər, marta qədər...":"Bu qədim biliyə görə, dünyamız müəyyən dövrlərdə işləyir və qarşıdakı illərdə bizi dramatik dəyişikliklər gözləyir. Bu böyük dövrədə hər ilin öz adı və məqsədi var. Bununla belə, artıq keçid prosesləri gedir və bizi hansı dəyişikliklərin gözlədiyini öyrənə bilərik. 2023... | publikaz_normalized |
komanda rəhbərləri 10-luğu müəyyənləşdirdi":"İlin sonunda Formula 1 komandalarının rəhbərləri 2023-cü il mövsümünün ən yaxşı pilotu üçün sorğuda iştirak ediblər. Gözlənildiyi kimi, birinci yeri 19 yarışda qalib gələn çempion Maks Ferstappen tutub. İkinci yerdə “Aston Martin”dən Fernando Alonso qərarlaşıb. İlk üçlüyü is... | publikaz_normalized |
“Arbrota”nın baş məşqçisi qapıçı Əli Adamsı hücumçu mövqeyində oynatmağa məcbur olub. “Arbrota” sifariş ərizəsinə cəmisi 3 meydan oyunçusu daxil etmişdi. Onların hər üçü ikinci hissənin əvvəlində meydana daxil olmuşdu. Müdafiəçi Aaron Stil zədələnəndə qonaqların baş məşqçisi Cim Makintayr Əlini meydana buraxmaq məcburi... | publikaz_normalized |
Yeni Zelandiyalı UFC döyüşçüsü Den Huker rusiyalı Arman Tsarukyana qarşı mümkün döyüşdən danışıb. “Bəli, bəlkə Armanla döyüşəcəm. O, sadəcə məni əsəbiləşdirir”, Huker deyib. Arman Tsarukyan MMA -da 24 döyüş keçirib və 21 qələbə qazanıb. Dan Huker 35 döyüşdə 23 qələbə qazanıb. | publikaz_normalized |
kimin üzü güləcək, kimlər "qan ağlayacaq"? - PROQNOZ":"Donald Tramp ABŞ prezidenti olmayacaq və İlon Maskın "X" sosial şəbəkəsi müflis olacaq. Qəzet Qərbin Ukraynaya yardımının davam edəcəyini, lakin Ukrayna Silahlı Qüvvələrinin heç bir uğur əldə edə bilməyəcəyini də proqnozlaşdırıb. Materialda deyilir ki, keçmiş prezi... | publikaz_normalized |
30 min sərnişin qapalı qaldı":"İngiltərədə Temza çayının altındakı dəmir yolu tunelində baş verən daşqın nəticəsində qatarların hərəkəti dayandırılıb. Təzyiq xüsusilə İngiltərəni Kontinental Avropaya birləşdirən xətlərə təsir edib və bu səbəbdən də Yeni il şənlikləri üçün Fransa başda olmaqla digər Avropa ölkələrinə ge... | publikaz_normalized |
Bakının Xətai rayonunda pirotexniki vasitələrin satışını təşkil edən 3 nəfər saxlanılıb. Onlardan ümumilikdə 500 ədəd yüksək səs effektləri ilə təchiz olunan müxtəlif növ pirotexniki vasitə aşkar edilib. Həmin şəxslər barəsində qanunauyğun tədbirlər görülüb. Polis əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışını... | publikaz_normalized |
Saat 20:05 radələrində ADY-yə məxsus sərnişin qatarı Bakıxanov-Sabunçu sahəsində hərəkətdə olarkən naməlum şəxs dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib. ADY bir daha piyadaları kritik təhlükəli zona hesab olunan dəmir yolu xətlərini yalnız müəyyən olunmuş yer və keçidlərdən istifadə etməklə ... | publikaz_normalized |
Müğənni Zamiq Hüseynovun ilin son günlərinə təsadüf edən anşlaqlı konsertləri reallaşıb. Gecədə xüsusilə maraqlı anlar yaşanıb. Bu zaman gənc mahnı sədaları altında sevgilisinə evlilik təklifi edib. Xoş anlar gələn qonaqların marağına səbəb olub, gecəyə xüsusi rəng qatıb. Zamiq sözügedən görüntünü instaqram səhifəsində... | publikaz_normalized |
Kiyev 2023-cü ildə Qərb tərəfdaşlarından 42,5 milyard dollar alıb, bu məbləğin yalnız dörddə biri qrant şəklində verilib. “2023-cü ildə beynəlxalq tərəfdaşlarla 300-dən çox işçi görüşü keçirildi. Biz Ukraynanın büdcə ehtiyacları üçün 42,5 milyard dollar topladıq, bunun 25 faizi qrant dəstəyi olub", - nazir öz feysbuk s... | publikaz_normalized |
Türkiyənin Hakkari vilayətinin Yüksekova rayonunda 4,5 bal gücündə zəlzələ baş verib. Zəlzələ ocağı yerin 2,52 km dərinliyində qeydə alınıb. Təbii fəlakət nəticəsində dağıntılar qeydə alınmayıb. | publikaz_normalized |
Rullo daha böyük Contini cinayət ailəsinin bir hissəsi olan Contini dəstəsinə rəhbərlik edirdi. "O, 2023-cü il sentyabrın 26-da Neapol prokurorluğunun qərarı ilə axtarışa verilib. "Rullo dekabrın 15-dən İspaniyanın Alikante şəhərindəki "El Plantio Golf Resort"da qalırdı. | publikaz_normalized |
onlar üçün də əlçatan olacaq":"ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) birjada ticarət edilən fond emitentlərindən dekabrın 29-dək kriptovalyuta ETF tətbiqlərində son dəyişikliklər etmələrini tələb edir. O, belə bir addımın kriptovalyuta dünyasında çox vacib olacağına inanır. Onun fikrincə, "Bitcoin"ə investis... | publikaz_normalized |
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Azərbaycan xalqını Yeni il münasibətilə təbrik edib. Sizə cansağlığı, xoşbəxtlik və bol sevgi arzu edirəm! " "Official page of Leyla Aliyeva (@leyla999)'in paylaştığı bir gönderi" "Ombudsman: Başlıbel sakinləri kütləvi ş... | publikaz_normalized |
Artıq dovşan ili də keçmişdə qaldı. 2023-cü ildə bir sıra yeni təyinatlar, həmçinin bəzi vəzifələrdə mühüm dəyişikliklər edildi. Kimisi məmurluq həyatı ilə birdəfəlik vidalaşdı, kimisi də daha yüksək vəzifəyə təyinat alaraq ictimai siyasi sahədəki fəaliyyətini davam etdirdi. Baku" TV cari ildə ölkənin siyasi həyatındak... | publikaz_normalized |
Danimarka kraliçası II Marqret Yeni il günü taxtdan imtina etmək niyyətində olduğunu açıqlayıb. O, 2024-cü il yanvarın 14-də oğlu Frederikin lehinə taxtdan imtina bəyanatını oxumaq niyyətindədir. 2023-cü ilin fevral ayında Danimarka kraliçası II Marqret səhhətindəki problemlərə görə Norveçdəki tətilini ləğv edib. II Ma... | publikaz_normalized |
Sumqayıtda mənzildən meyit aşkarlanıb. 112" qaynar telefon xəttinə Sumqayıt şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsind... | publikaz_normalized |
Argentina Prezidenti Xavyer Mileinin teatr tamaşasında səhnədə sevgilisi Fatimə Floresi öpməsi ölkədə geniş böhrana səbəb olub. Toplumun bir qismi hesab edir ki, dövlət başçısı şəxsi həyatına hörmətlə yanaşmalıdır. Digər qismi isə ictimai xadim olan dövlət başçılarının daha təmkinli olmalarını qeyd ediblər. Həmin anın ... | publikaz_normalized |
bayram günü "Şaxta baba" öldü":"Belə ki, şənlikdə şaxta baba obrazında çıxış edən rayonun Sincan kənd sakini, 1949-cu il təvəllüdlü Şahin Məhəmməd oğlu İsmayılovun halı anidən pisləşib. O, Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib. Qeyd edək ki, 74 yaşlı Ş.İsmayılov əvvəllər mədəniyyət sah... | publikaz_normalized |
Oktyabrın 7-dən bəri Qəzza zolağında 21,8 mindən çox insan həlak olub. Məlumata əsasən, son 24 saat ərzində Qəzza zolağında 150-dən çox insan həlak olub, daha 286 nəfər yaralanıb. Yaralıların ümumi sayı 56,4 min nəfəri ötüb. | publikaz_normalized |
Prezident İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına müraciət edib. 2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş vermişdir. Ancaq bu hadisələrin arasında dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır.... | publikaz_normalized |
Dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır":"2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş vermişdir. Ancaq bu hadisələrin arasında dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqına... | publikaz_normalized |
2024-cü ildə Xocalı və Xankəndi sakinləri öz evlərinə qayıdacaqlar":"2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar. Bu müjdəni mən bu gün onlara vermək istəyirəm və bildirmək istəyirəm ki, il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncam... | publikaz_normalized |
Sentyabrın 19-da başlamış və cəmi bir gün, ondan da az davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələnmişdir. Dövlət başçısı qeyd edib ki, separatçı rejim çökmüş, bizim qarşımızda diz çökmüş, ağ bayraq qaldırmış, təslim olmuş, torpaqlarımızdan əbədi olaraq çıxarılmış və tarixin zibilxanas... | publikaz_normalized |
Bu gün Qərbdə ikili standartlar hökm sürür. Azərbaycan xalqı bunu yaxşı bilir və eyni zamanda, yaxşı bilir ki, biz bütün təzyiqlərə, bütün hədə-qorxulara, əsassız ittihamlara baxmayaraq bildiyimizi edəcəyik. Necə ki, etmişik, bundan sonra da edəcəyik". “Ermənistan rəhbərliyi də bu tarixi dərslərdən nəticə çıxarmalıdır ... | publikaz_normalized |
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə möhtəşəm bayram atəşfəşanlığı keçirilib. Qeyd edək ki, Yeni il münasibətilə Dənizkənarı Milli Park, paytaxtın digər parkları və mərkəzi küçələri bayramsayağı... | publikaz_normalized |
tələsik heç nə söyləməyin":"Qənaətcil davranın, əlavə gəlir mənbələri əldə etməyə çalışın. Həddən artıq yağlı yeməyin, fastfuddan uzaq durun. Günün ikinci yarısında dostlar və yaxınlarla ünsiyyət müsbət emosiyalar bəxş edəcək. Maliyyə məsələləri ünsiyyətə mənfi təsir etməməlidir. Borcları qaytarın, kredit ödənişlərini ... | publikaz_normalized |
Bakının bir sıra yollarında məhdudiyyət tətbiq edildi":"Bakının bir sıra yollarında avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib. Səbail rayonu, Mikayıl Useynov prospekti, Azneft dairəsi, Xətai rayonu, Babək prospekti, mərkəz, Mikayıl Müşfiq küçəsi ilə Parlament prospektinin kəsişməsində, Xətai rayonu, Afiyəddin... | publikaz_normalized |
Birliyimiz gücümüzdür" - VİDEO":"Türkiyənin Azərbaycandakı Səfirliyi ölkəmizdəki diplomatik fəaliyyəti və ikitərəfli əməkdaşlıqla bağlı paylaşım edib. “Cümhuriyyətimizin 100 illiyi və xarici siyasətimizin əsasının qoyulmasının 500 illiyi ilə bağlı qardaş Azərbaycanda diplomatik fəaliyyətimizi Şuşa Bəyannaməsinin prinsi... | publikaz_normalized |
Bu il Azərbaycanda “Heydər Əliyev İli” elan edilmişdir. Ulu Öndərin 100 illiyi ölkə üzrə qeyd edildi. Mən mənim üçün bu əziz günü - atamın doğum gününü Şuşada keçirdim. Şuşanın mərkəzi meydanında Azərbaycan xalqına müraciət edərək öz ürək sözlərimi bildirdim və dedim ki, Ulu Öndərin xatirəsinə ən böyük hörmət əlaməti b... | publikaz_normalized |
Xəbər verdiyimiz kimi, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvəl... | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində yerləşən sexdə yanğın olması barədə ilkin məlumat daxil olub. Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. | publikaz_normalized |
Azərbaycanda 2024-cü ilin ilk körpəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikada dünyaya gəlib. Doğulan körpə ananın ilk hamiləliyi olub. İyirmi dörd yaşlı Göyçay sakini Sünel Rəsulzadə uşaqlıqda çapıq diaqnozu ilə təcili olaraq qeysəriyyə əməliyyatına qəbul edilib. Əməliyyat uğurla icra olunub, hazırda ana... | publikaz_normalized |
18 yaşlı gənc və 15 yaşlı yeniyetmə...":"Tərtərdə 18 yaşlı gənc qətlə yetirilib, saxlanılan var. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, 2009-cu il təvəllüdlü Fuad Quliyev saxlanılıb. İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib. | publikaz_normalized |
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı Laçının əsl sahibləri – doğma yurdlarına qayıtmış sakinlər tərəfindən qeyd edilib. Otuz bir illik yurd həsrətindən sonra doğma torpaqlarına qayıdan laçınlıların bayram sevinci şəhərdə atəşfəşanlıqla müşahidə olunub. Bayram ərəfəsində təşkil edilən konsert pro... | publikaz_normalized |
İsrailin ölkəmizdəki səfirliyi Azərbaycan xalqını 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib. “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə hər birinizi təbrik edirik! Qoy bu yeni il hər birimiz üçün firavanlıq, əmin-amanlıq və sülh gətirsi... | publikaz_normalized |
Braziliya OPEC+ Əməkdaşlıq Xartiyasına qoşulub. Ölkənin hakimiyyət orqanlarının hələlik alyansın neft hasilatını azaltmaq səylərini dəstəkləmək fikrində olmadığı aydınlaşdırılır. Bundan əvvəl Braziliya prezidenti Luiz İnasio Lula da Silva bildirib ki, ölkə OPEC+-da yalnız müşahidəçi qismində iştirak etməyə çalışır və h... | publikaz_normalized |
sakinlər avtomobillərində gecələyəcəklər":"Türkiyə sakinləri üç zəlzələdən sonra panikaya düşüb və Yeni il gecəsini avtomobillərində keçirməyi planlaşdırırlar. Bildirilib ki, ölkənin cənub-şərqindəki Hakkari vilayətində ardıcıl təkanların davam etdiyi bölgələrdə yanacaqdoldurma məntəqələrində sıx növbələr yaranıb. İnsa... | publikaz_normalized |
Bu gündən GUAM-a sədrlik Ukraynadan Azərbaycana keçib. İclasda, həmçinin Ukraynanın GUAM-da sədrliyinin yekunlarını və Azərbaycan sədrliyinin prioritetlərini nəzərdən keçirib. Qeyd edək ki, Ukraynanın 2023-cü ildə sədrliyi dövründə GUAM-a üzv dövlətlərin suverenliyi və ərazi bütövlüyü, yeni iqtisadi imkanların yaradılm... | publikaz_normalized |
həyat yoldaşını öldürüb?":"Velosiped üzrə şosse və trek üzrə keçmiş dünya çempionu Roan Dennis həyat yoldaşının ölümünə səbəb olmaqda şübhəli bilinərək həbs edilib. Avstraliya polisi Dennisin idarə etdiyi avtomobilin Melissa Hoskinsi vurduğunu bildirib. Həyat yoldaşı xəstəxanaya aparılıb. O, aldığı xəsarətlərdən orada ... | publikaz_normalized |
Keçmiş sevgililər - Ebru Gündeş və Krem Alışık, "O Səs Türkiyə"nin Yeni illə bağlı xüsusi proqramında duyğusal anlar yaşayıblar. Bildirilib ki, Alışık, Ebru Gündeşe baxaraq "Gitme Aklım Kalır Sende" mahnısını ifa edib. İfa zamanı keçmiş cütlüyün birbirinə baxışları olay olub. Alışık, daha sonra münsiflər heyətindən məh... | publikaz_normalized |
Başqalarına kömək etmək insanı daha xoşbəxt edir. İnsan həm də mərhəmət və daxili dincliyi inkişaf etdirməyə çalışmalıdır. Çünki yer üzündə sülh ruhda olarsa, qurula bilər". Onun fikrincə, insanlar yaşamaq üçün bir-birlərinə güvənməli olan sosial heyvanlardır ki, bu da başqalarının xeyrinə işləməyi tələb edir. O vurğul... | publikaz_normalized |
Xətai rayonunda binaların birində baş verən yanğınla əlaqədar 01 yanvar 2024-cü il tarixində saat 00:21 radələrində məlumat daxil olub. Müvafiq təhlükəsizlik tədbirləri görülüb, xəsarət alan yoxdur. | publikaz_normalized |
Bu günü çoxdan gözləyirdim" - VİDEO":"Aparıcı Çinarə Əliyeva ana olacaq. Videosunu paylaşan Çinarə bildirib ki, bir müddətdir hamiləliyini açıqlamaq istəyib: Mən bu günü çoxdan gözləyirdim”. Qeyd edək ki, Çinarə həkim Ruslan Rəsulla evlidir. " "Çinarə Əliyeva (@cinara_official)'in paylaştığı bir gönderi" "Azərbaycanlı ... | publikaz_normalized |
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Şuşada atəşfəşanlıq olub. Atəşfəşanlıq Qarabağın, qədim Şuşanın səmasını al-əlvan rəngə boyayıb. | publikaz_normalized |
İsrailin Nazirlər Kabineti ölkənin xarici işlər nazirinin dəyişdirilməsini təsdiqləyib. Bu barədə dekabrın 31-də hökumətin mətbuat xidməti məlumat yayıb. Öz növbəsində Koen Katsı enerji naziri vəzifəsində əvəz edəcək. Bildirilir ki, bu təyinatlar ölkə parlamenti Knesset tərəfindən təsdiqlənməlidir. | publikaz_normalized |
Türkiyənin Hakkari vilayətinin Yüksekova rayonunda baş verən 3 ardıcıl zəlzələ nəticəsində 28 evdə və tövlədə çatlar yaranıb. Məlumata görə, 3.5, 4.4 və 4,5 maqnitudada zəlzələlər bir sıra fəsadlar törədib. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən vətəndaşlara dəyən maddi zərərin hesablanması üzrə komissiya yaradıl... | publikaz_normalized |
Vergi Məcəlləsində edilmiş dəyişikliklər nəticəsində bu ildən Azərbaycanda tibb müəssisələrinə vergi güzəşti tətbiq olunub. Səhiyyə sahəsi üzrə əməliyyatların şəffaflaşdırılması və vergi yükünün optimallaşdırılması məqsədilə tibb müəssisələrinə və özəl tibbi praktika ilə məşğul olan şəxslərə ƏDV üzrə güzəştlər verilib.... | publikaz_normalized |
Şimali Koreya lideri Kim Çen In qarşıdurma baş verəcəyi təqdirdə ABŞ və Cənubi Koreyanı paytaxtları - Vaşinqton və Seulun məhv ediləcəyi ilə hədələyib. Əgər opponentlər hərbi qarşıdurmanı seçsələr, o zaman ən kiçik tərəddüd etmədən sarsıdıcı zərbə vurulmalı, düşmənin paytaxtları və hərbi quldur dəstəsi super güclü vasi... | publikaz_normalized |
Silah-sursat oğurladı, Netanyahu ilə...":"Təl-Əviv Rayon Məhkəməsi israilli Roy Yifraça özünü əsgər kimi təqdim etməkdə və Qəzzada silah və sursat oğurlamaqda ittiham edib. Qeyd olunur ki, 35 yaşlı şəxs özünü hərbi elitanın xüsusi təyinatlı dəstəsinin üzvü kimi göstərib. O, Qəzzada döyüş bölgəsində olub, silah-sursat, ... | publikaz_normalized |
“X” sosial şəbəkəsi su qiymətinə düşüb":"Milyarder İlon Mask “Twitter” sosial şəbəkəsini satın alandan bəri şirkətin qiyməti 71% ucuzlaşıb. Noyabrın sonundakı açıqlamalara əsaslanaraq, “Fidelity” hesab edir ki, “X” sosial şəbəkəsi (əvvəllər Twitter) hazırda satın alındığı vaxtdan 71,5% ucuzdur. Eyni zamanda, “Fidelity”... | publikaz_normalized |
2023-cü ildə “Forbes” siyahısında olan 21 milyarder ölüb. Onların doqquzunun ABŞ vətəndaşı olduğu, üç milyarderin Hindistanda, ikisinin Malayziyada öldüyü dəqiqləşib. 21 ölüm hadisəsindən yalnız bir sahibkar qadındır (Çin əczaçılıq şirkəti WuXi AppTec Zhao Ning-in həmtəsisçisi). Onun 56 yaşı var idi və son 20 ildə xərç... | publikaz_normalized |
2024-cü ilin payızında növbəti prezident seçkilərinin keçiriləcəyi ABŞ-da Rusiya prezidenti Vladimir Putinə qarşıdakı ildə ən böyük hədiyyə - Donald Trampın prezident seçilməsi təqdim edə bilər. “Putin artıq 2024-cü ildə onu çatacaq bonusu səbirsizliklə gözləyir: ABŞ-da prezident seçkiləri”, - materialda deyilir. Həmçi... | publikaz_normalized |
Uqandanı üç Olimpiadada təmsil etmiş atlet Bencamin Kiplaqat Keniyada bıçaqlanaraq qətlə yetirilib. 2012-ci ildə London Olimpiadasında 3000 metr məsafəyə maneələrlə qaçış yarışının yarımfinalçısı olan 34 yaşlı idmançı atletlər üçün təlim mərkəzində - Keniyanın Eldoret qəsəbəsi yaxınlığında avtomobildə boynundan və sinə... | publikaz_normalized |
Bu məsələdə Rusiyaya uduzmuşuq":"Ukrayna artıq informasiya müharibəsində Rusiyaya uduzub. “Sosioloji sorğu göstərir ki, Kiyev hakimiyyəti Ukraynanın gələcəyinə inamını, həm Ukrayna daxilində, həm də onun hüdudlarından kənarda qələbəyə inamını itirir”, - ekspert qeyd edib. Onun sözlərinə görə, rəy sorğuları insanların t... | publikaz_normalized |
Regiondakı qonşularımızla...":"Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa Yeni il müraciəti edib. “Mən son illərdə yaşadığınız ağrılara görə hər birinizdən üzr istəmək istəyirəm. Sizdən əvvəl hər hansı bir cinayət törətdiyim üçün və ya bir anlıq olsa da sizin qarşınızda hansısa məsuliyyəti və ya öhdəliyi unutduğum üç... | publikaz_normalized |
Qəzzalıları Misirə sürgün etmək planını gizlətməyən İsrailin baş naziri Binyamin Netanyahu “Səlahəddin oxu”nun (Filadelfiya oxu) - Misirlə Qəzza zolağı arasındakı sərhəd zolağının İsrailin nəzarəti altında olmasının lazım olduğunu bildirib. Amma o da bildirilir ki, İsrail hakimiyyətində fikir ayrılığıvar. Belə ki, İsra... | publikaz_normalized |
FİFA-nı məhkəməyə verin":"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola oyun təqviminin genişləndirilməsinə görə FİFA-nı məhkəməyə vermək ideyasını dəstəkləyib. “Yalnız oyunçular hər şeyi dəyişə bilər. Artıq bir neçə dəfə demişəm ki, oyunlar həddindən artıq çoxdur. Problem ondadır ki, yayda cəmi üç həftəlik məzuniyyəti... | publikaz_normalized |
“Real” bu gün ona rəsmi təklif göndərəcək":"Bu gün, yanvarın 1-də “Real” PSJ-nin ulduzu Kilian Mbappeyə rəsmi təklif göndərəcək . Xatırladaq ki, daha əvvəl mətbuatda “Real Madrid”in 25 yaşlı hücumçuya “Los Blancos”a keçmək istəsə, 2024-cü ilin yanvar ayının ortalarına qədər onlarla müqavilə imzalamalı olduğu haqda xəbə... | publikaz_normalized |
Dünya ölkələri 2024-cü ilə qədəm qoydu. Yeni ili ilk qarşılayan ölkə Yeni Zelandiya olub. "Gecə yarısı şəhərin simvollarından olan “Sky Tower”də atəşfəşanlıq təşkil olunub. Yeni Zelandiya ilə yanaşı Okeaniya ölkələri Kiribati, Tonqa və Samoa da yeni ili coşqu ilə qarşılayıb. "Yeni Zelandiyadan 2 saat sonra Avstraliya d... | publikaz_normalized |
Bu gündən aksiz dərəcələri artırılır. Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, gələn il yanvarın 1-dən aksiz dərəcəsi siqarillanın (nazik siqarlar) hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəz... | publikaz_normalized |
Husilərə qarşı hazırıq":"Britaniyanın müdafiə naziri Qrant Şapps ölkəsinin Qırmızı dənizdəki gəmilərə hücumlarına görə husilərə qarşı birbaşa hərəkətə keçməyə hazır olduğunu bildirib. Məqalədə İngiltərə Kral Donanmasının dekabr ayında Qırmızı dənizdə ticarət gəmilərini hədəf aldığı şübhəli bilinən pilotsuz təyyarəni ra... | publikaz_normalized |
Mən kiməm?":"Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, hər bir ukraynalı gec-tez qaçqın statusu ilə ölkəsi qarşısında borcunu yerinə yetirmək istəyi arasında seçim etməlidir. Dövlət başçısı qeyd edib ki, 2022-ci il fevralın 24-də respublika vətəndaşları müxtəlif qərarlar qəbul ediblər. Kimisi ölkədə qalıb, ya d... | publikaz_normalized |
yeni qanun qüvvəyə minir":"Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət satınalmaları haqqında” yeni qanun bu gündən qüvvəyə minir. Yeni qanunda satınalmanın yalnız portal vasitəsilə həyata keçirilməsi, təkliflərin cəlb edilməsi barədə elanların portalda yerləşdirilməsi, məxfi məlumatlarla əlaqəli satınalmaların və bu... | publikaz_normalized |
Gizli səfərin ŞOK TƏFƏRRÜATLARI":"İsrail müharibə bitdikdən sonra Qəzza zolağından olan fələstinli qaçqınları qəbul etməyə Qərb ölkələrini razı salmaq üçün Britaniyanın keçmiş baş naziri Toni Bleyri vasitəçi kimi təyin etməyi planlaşdırır. Publik.az xəbər verir ki, bunu İsrailin “Kanal 12” telekanalı iddia edib. Bildir... | publikaz_normalized |
Bakıda Yeni il gecəsi kafedə bayram süfrəsi arxasında əyləşən tanışların mübahisəsi dəhşətli cinayətlə bitib. Hadisə ötən gün saat 23 radələrində paytaxtın Binəqədi rayonun, Biləcəri qəsəbəsində, dəmiryolu stansiyası yaxınlığındakı kafedə baş verib. Binəqədi Rayon Prokurorluğunun məlumatına əsasən, 22 yaşlı Arif Bəhərç... | publikaz_normalized |
Bunu et, müharibə bitsin":"Livandakı “Hizbullah” Hərəkatının baş katibinin müavini Naim Kasım bəyan edib ki, İsrail və Livan arasında müharibə dayanması üçün Qəzzada müharibə dayandırılmalıdır. O qeyd edib ki, İsrail nə bu müharibədə, nə də digər müharibədə qələbə qazana bilməyəcək: “Livandakı müharibənin dayanması üçü... | publikaz_normalized |
“Israeled“":"Populyar onlayn lüğət Urban Dictionary “Israeled” sözünü lüğətə əlavə edib. Sözün lüğətdəki mənası kimsənin başqasına məxsus bir şeyi özünə məxsus olduğunu iddia edərək ələ keçirməsi kimi yazılıb. “Kimsə sizin haqqınızda bir şey paylaşmağınızı xahiş edir, daha sonra sizi uzaqlaşdırmaq üçün dava edir”. Nümu... | publikaz_normalized |
Süni intellekt öz "qardaş"ını yaratdı":"ABŞ alimləri süni intellektin insan müdaxiləsi olmadan digər süni intellekt sistemlərini istehsal edə biləcək səviyyəyə çatdığını açıqlayıb: “Qardaşın qardaşını inkişaf etdirməsi kimi”. “Aizip” əməkdaşı Yan Sun “Fox News”a deyib ki, “Biz kiçik modellər yaratmaq üçün qabaqcıl iri ... | publikaz_normalized |
Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqlarında seçki məntəqələri yaradılır. Bildirilib ki, növbədənkənar Prezident seçkiləri ilə bağlı xarici ölkələrdə olan Azərbaycan vətəndaşlarının seçki hüquqlarının təmin edilməsi məqsədilə Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqlarında hazırl... | publikaz_normalized |
Ağdaş rayonunda zəlzələ olub. | publikaz_normalized |
Bu gündən sərnişin və yük daşınma qaydalarının pozulmasına görə yeni cərimələr qüvvəyə minir. - Buraxılış kartı olmadan və ya avtomobil nəqliyyatı ilə sərnişin və yük daşıma qaydalarını pozmaqla taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə 40 manat məbləğində cərimə olunacaq. - Buraxılış kartı olmadan və ya ... | publikaz_normalized |
Rusiyadan ittiham":"Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbi, Serbiyanın hazırkı lideri Aleksandr Vuçiçin seçkilərdəki uğurundan narazı olduğu üçün Serbiya vətəndaşlarını çevrilişə sövq etmək cəhdində ittiham edib. “Belqradda baş verənlər hakimiyyətin qeyri-qanuni zəbtini təşkil etmək üçün növbəti cəhddir", - ... | publikaz_normalized |
Ana olacağam - FOTO":"Dünya tennisinin 17 nömrəsi Petra Kvitova yayda ilk övladını dünyaya gətirəcəyini açıqlayıb. “2024-cü ilin ilk günündə sizə “Yeni iliniz mübarək olsun” deyirəm və Jiri ilə bu yay uşaq sahibi olacağımız haqqında xoş xəbəri çatdırmaq istəyirəm!”, - Kvitova sosial şəbəkələrdə yazıb. Qeyd edək ki, Jir... | publikaz_normalized |
Əlbəttə, sevgi də yadıma düşür. Sevgi nəinki insanı, bütün dünyanı yaşadır. Pop diva Əməkdar artist Dilarə Əliyevanın sevgi ilə bağlı suallarını cavablandırıb. Ölkənin əsas ulduzu aparıcının "Aygün xanım, qar yağsa qartopu oynamaq istədiyiniz biri var" sualına belə cavab verib: Sevənlərim, elçi daşında oturanlarım çoxd... | publikaz_normalized |
Azərbaycan Prezidenti İlham Əliyev Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudesə təbrik məktubu ünvanlayıb. Hörmətli cənab Prezident," "Kuba Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Biz Az... | publikaz_normalized |
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar elan edilmiş ardıcıl bir neçə qeyri-iş günü ərzində vətəndaşlar avtonəqliyyat vasitələrini, əsasən binaların həyətyanı sahələrində və ya ətrafında park edirlər. Müşahidələrə, habelə həyata keçirilən yanğın-xilasetmə əməliyyatlarının ümumi təhlilin... | publikaz_normalized |
Bazar ertəsi, yanvarın 1-dən Rusiyada orduya çağırış sisteminə dəyişikliklər qüvvəyə minib. Aşağı yaş həddi dəyişməz qalıb - 18 yaş. Daha əvvəl Rusiya Federasiyasının müdafiə nazirinin müavini Nikolay Pankov bildirib ki, 2023-cü ildə 27 yaşı tamam olan vətəndaşlar 2024-cü ildə hərbi xidmətə çağırılmayacaq və ehtiyata g... | publikaz_normalized |
hərəkətdə olan maşın yandı":Gəncədə yanğın hadisəsi baş verib. Hərəkətdə olan "OPEL" markalı minik maşınında anidən yanğın olub. Dərhal hadisə yerinə FHN-nın Gəncə şəhər Yanğından mühafizə idarəsinin yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Avtomobil yanğın söndürənlər tərəfindən söndürülüb. Yanğın z... | publikaz_normalized |
Azərbaycanda 2024-cü il üzrə kişilərin və qadınların pensiya yaşı məlum olub. 1 iyul 2024 - 30 iyun 2025-ci il tarixində isə kişilərin pensiya yaşı 65 il, qadınlar üzrə 64 il olacaq. Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq... | publikaz_normalized |
Böyük Britaniya rəqəmsal sərhədə keçid layihəsi çərçivəsində 2025-ci ilə qədər 6 ərəb ölkəsinə viza verib. İngiltərənin e-hökumət tətbiqinin immiqrasiya bölməsindəki məlumata görə, Səudiyyə Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Oman, Bəhreyn və İordaniya vətəndaşları viza imtiyazına sahib olacaqlar. Böyük Brit... | publikaz_normalized |
Trabzonspor"un kapitanı Uğurcan Çakır yay aylarında olduğu kimi qış transfer dönəmində də gündəmdədir. “Calciomercato”nun xəbərinə görə, Rui Patrisionun yerinə 3 namizəd müəyyənləşdirən paytaxt təmsilçisinin siyahısında Uğurcan Çakır da var. 2,5 ildir heyətdə olan 35 yaşlı Rui Patrisio ilə vidalaşmağa hazırlaşan "Roma"... | publikaz_normalized |
Bakıda və Abşeron yarımadasında yanvarın 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 4-8° isti, gündüz 10-15° isti olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi rayonlarda arabir duman.Mülayim qərb küləyi... | publikaz_normalized |
“Kanal 13” internet televiziyasının aparıcısı Rüfət Muradlı yanvarın 1-də həbsdən azad edilib. Xatırladaq ki, R.Muradlı İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə məsuliyyətə cəlb edilmişdi. Xətai Raon Məhkəməsinin 2 dekabr 2023-cü il tarixli qə... | publikaz_normalized |
Salyan Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vəlihə Abdullayeva vəfat edib. Qeyd edək ki, Vəlihə Böyükağa qızı Abdullayeva 1949-cu ilin yanvarın 1-də dünyaya gəlib. O, 1971-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu və 1987-ci ildə isə Bakı Ali Partiya Məktəbini bitirib. 1971-ci ildən Salyan Rayon Maliyyə şöbəsi... | publikaz_normalized |
Sunami xəbərdarlığı":"Yaponiya yeni ildə zəlzələ xəbəri ilə oyanıb. Zəlzələdən dərhalsonra sunami xəbərdarlığı edilib. USGS ölkənin şimal-şərq hissəsində baş verən zəlzələnin 7,4 bal gücündə olduğunu açıqlayıb. Noto yarımadasında 5 metrlik sunami gözlənilir. ABŞ-ın AP xəbər agentliyi zəlzələnin maqnitudasının 7,5 bal o... | publikaz_normalized |
Rusiyada Yeni il ərəfəsində əziz bir arzunu kağıza yazmaq, yandırmaq, külünü bir stəkan şampan şərabına tökmək və sonra içmək adətdir. Bütün bunlar ilin son dəqiqəsində - zənglər diqqəti çəkən zaman edilməlidir. Əgər bu ənənə kiməsə qəribə gəlirsə, sizi əmin edirik ki, dünyada daha ekstravaqant Yeni il adətləri var. Nə... | publikaz_normalized |
Fələstinə möhtəşəm dəstək yürüşü - Video":"Bu gün İstanbulda Fələstinə dəstək yürüşü keçirilib. Səhər saatlarında başlayan tədbir Galata körpüsündə başa çatıb. Yürüş zamanı Fələstinə dəstək şüarları səsləndirilib. Eyni zamanda, yürüş zamanı PKK təşkilatı tərəfindən törədilən terrorlar qınanılıb. Çox sayda insanın iştir... | publikaz_normalized |
Malikanəsi qarət edilən futbolçudan emosional paylaşım":"Mançester Siti"nin yarımmüdafiəçisi Cek Qriliş sosial şəbəkələrdə evinin qarət oluması ilə bağlı emosional paylaşım edib. “Bir neçə gün əvvəl evimdə baş verən oğurluqdan necə məyus olduğumu izah edə bilmirəm. Ailə mənim üçün dünya deməkdir, onları təhlükəsiz saxl... | publikaz_normalized |
Ötən gün tanınmış müğənni Afət Fərmanqızı doğum gününü qeyd edib. Həm yeni ili qarşılayırıq, həm Dünya azərbaycanlılarının həmrəyliyi gününü qeyd edirik, həm də mənim doğum günümdür. 45 yaşım tamam olur, yaşımı deməkdən utanmıram. Həyat yoldaşım bildi ki, bu gün konsertimdi, təyyarədə-yolda olacam, ona görə məni dünənd... | publikaz_normalized |
İranın Əlborz vilayətində “silahlı soyğunçuluq” ittihamı ilə mühakimə olunan 5 nəfər edam edilib. Xəbərdə sözügedən şəxslərin odlu və soyuq silahlardan istifadə etdikləri, ölkənin müxtəlif yerlərində yük maşınlarının yolunu kəsərək, ümumilikdə 14 quldurluq hadisəsi törətdiyi bildirilir. Bildirilib ki, məhkəmə prosesi b... | publikaz_normalized |
Sağlam bir həyat üçün hansı qidanın və necə istehlak edilməli olduğunu bilmək vacibdir. Qaynama zamanı edilən kritik, lakin bilinməyən bir səhv ciddi zərər verə bilər. Zülalla zəngin sağlam qida olan yumurtanın ən sağlam istehlakı onları qaynadıb yeməkdir. Qaynadılmış yumurta istehlakı idmanla məşğul olanlar üçün xüsus... | publikaz_normalized |
Daha 30-a yaxın ölkə...":"30-a yaxın ölkə “bu və ya digər formada ” BRİKS assosiasiyasına qoşulmağa hazırdır. Ümumiyyətlə, Rusiya BRİKS çərçivəsində üç əsas sahədə tərəfdaşlıq əməkdaşlığının bütün spektrini inkişaf etdirmək üçün səylərini davam etdirəcək: siyasət və təhlükəsizlik, iqtisadiyyat və maliyyə, mədəni və hum... | publikaz_normalized |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.