text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Ərəb plitəsi Şərqi Anadolunu sıxdığı üçün...":"Hakkaridə dünən baş verən ardıcıl zəlzələlərdən sonra seysmoloqu Prof. Naci Görür bölgədəki 2 şəhərə diqqət çəkərək əhəmiyyətli xəbərdarlıqlar edib. Gecə saat 01.28-də Çimenlidə 3,8 bal gücündə zəlzələ baş verib. Seysmoloq bildirib ki, Yüksekovada 4,7, sonra 4,6 bal gücünd... | publikaz_normalized |
ABŞ-ın İsrailə dəstək məqsədilə göndərdiyi “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisini yaxın günlərdə geri çəkəcəyi iddia edilib. Sözügedən rəsmilər qeyd ediblər ki, “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisi və onu müşayiət edən kreyserlər və hücum gəmiləri Şərqi Aralıq dənizini “yaxın günlərdə” tərk edərək, Virciniy... | publikaz_normalized |
Bura gəlin":"“Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo məşhur futbolçuları Səudiyyə Ərəbistanının Pro Liqasına keçməyə çağırıb. “2024-cü ildə 2023-cü ildə olduğu kimi eyni şeyi etməyə çalışacağam. Heç kimin inanmadığı bir vaxtda bura gəlməyə qərar verdiyim üçün xoşbəxtəm. İndi ən önəmlisi çempio... | publikaz_normalized |
Qaçın":"Saxalin adasında sunami təhlükəsi ilə əlaqədar həyəcan elan edilib, bəzi ərazilərdə xəbərdarlıq sistemi işə salınıb, əhali təhlükəsiz zonalara təxliyə edilib. Mətbuat xidməti, qərb sahillərinin təhlükəli olduğunu bildirib. Tatar boğazının sahilyanı hissəsində yaşayan hər kəsə təhlükə zonasını tərk edərək daha y... | publikaz_normalized |
Ukraynalı qaçqınları ora göndər":"Almaniyada müxalifət böyük itkiləri ödəmək üçün qaçqınların Ukraynaya göndərilməsini təklif edib. Nəşrin yazdığına görə, alman müxalifəti qaçqınların evlərinə qayıtması üçün tədbirlər görmək üçün kansler Olaf Şoltsa getdikcə daha çox təzyiq göstərir. Siyasətçilər hesab edirlər ki, indi... | publikaz_normalized |
Daxili İşlər Nazirliyi (DİN) növbəti dəfə vətəndaşları qanunsuz saxlanılan odlu silahları könüllü təhvil verməyə çağırıb. Bir daha vətəndaşlara müraciət edirik ki, qanunsuz saxlanılan odlu silahlar könüllü təhvil verilməlidir. Vətəndaşlar əmin olsunlar ki, hər bir qanunsuz saxlanılan odlu silah təhlükə mənbəyidir, hans... | publikaz_normalized |
745 avtomobil yandırılıb – Nazir sevinir":"Fransanın daxili işlər naziri Cerald Darmanin Yeni il ərəfəsində ölkədə baş verən iğtişaşların miqyasını açıqlayıb. Qorxulu rəqəmlərə baxmayaraq, Daxili İşlər Nazirliyinin rəisi məmnundur. O qeyd edib ki, ötən illə müqayisədə 10 faiz az - 745 avtomobil yandırılıb. Ölkə üzrə hə... | publikaz_normalized |
Bu gündən Azərbaycanda vergilərin az ödənilməsinə və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyası artırılıb. Dəyişikliklərə əsasən, sanksiyanın məbləği sözügedən hallar təqvim ili ərzində ilk dəfə baş verdikdə əmtəəsiz əməliyyatların dəyərinin 10 %-i qədər, 2-ci dəfə baş verdikdə əmtəəsiz əməliyyatların dəyərin... | publikaz_normalized |
Turizmdə aktiv bir il keçirən Antalya dekabr ayında hava yolu ilə gələn turist sayında rekord qırıb. Yeni il həftəsi 23-30 dekabr tarixlərində Antalyada iki hava limanına gələn turist sayında rekordu qırıb. İl Mədəniyyət və Turizm Müdirliyinin məlumatlarına görə, Aralıq dənizinin ən əhəmiyyətli turizm mərkəzlərindən bi... | publikaz_normalized |
Ankaranın planında dəyişiklik yoxdur":"Türkiyədə qaz qovşağı layihəsinin həyata keçirilməsi planlarında heç bir dəyişiklik yoxdur. Rusiya baş nazirinin müavini Aleksandr Novak daha əvvəl ümid etdiyini bildirib ki, 2024-cü ildə bu layihənin icrasına başlanılacaq. 2024-cü il üçün planlarda heç bir dəyişiklik yoxdur. Layi... | publikaz_normalized |
Saatlıda canavarlar kəndə hücum edərək 14 baş xırdabuynuzlu heyvanı parçalayıb. Belə ki, bir neçə canavar kənd sakini İlham Şirəliyevə məxsus təsərrüfata hücum edib. Nəticədə 14 baş xırdabuynuzlu heyvan tələf olub, 8 baş heyvan isə yaralanıb. Dərhal müvafiq qurumlara məlumat verilib. Əraziyə baytarlar dəvət edilib. Yar... | publikaz_normalized |
Liverpul"un hücumçusu Məhəmməd Salah Premyer Liqada təqvim ilini 24 qol və 15 məhsuldar ötürmə ilə başa vurub. Salah 20 ildə bu uğura imza atan ilk Premyer Liqa oyunçusu olub. Sonuncu dəfə 2003-cü ildə 25 qol vuran və 19 məhsuldar ötürmə verən Tyerri Anri belə statistika ilə öyünüb. Bu mövsüm 31 yaşlı Salah Premyer Liq... | publikaz_normalized |
Yanvarın 1-dən Gürcüstan hakimiyyəti 2013-cü ildən əvvəl istehsal olunmuş avtomobillərin qeydiyyatına qadağa qoyub. Bu qərar avtomobillər üçün Avro-5 standartının tətbiqi ilə əlaqədar və havanın çirklənməsi ilə mübarizə çərçivəsində qəbul edilib. Yenilik Gürcüstanda artıq qeydiyyatda olan, 2013-cü ildən əvvəl istehsal ... | publikaz_normalized |
Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunus əmək qanunlarını pozduğuna görə Dəkkə məhkəməsi tərəfindən altı ay həbs cəzasına məhkum edilib. Eyni həbs müddəti Yunusun təsis etdiyi “Grameen Telecom” şirkətinin rəhbəri Əşrəful Həsən də analoji cəzaya məruz qalıb. Yunus və digər şirkət məmurlarına qarşı iş 2021-ci ildə Zav... | publikaz_normalized |
Bu gündən Azərbaycana gələn və ya xaricə gedən şəxslər şəxsi istifadə üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş reseptə yazılan dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər. Qanuna əsasən, klinik protokollara əsasən xəstələrin müalicəsi üçün zəruri hesab olu... | publikaz_normalized |
Sənətə olan bu sevgi təmənnasız sevgidir. Əlimdə satmağa nəsə olanda sevinirəm ki, satacam layihə oluram. Ünvanıma atılan daşları toplayıb, ev tikirəm". Müğənni şou-biznes nümayəndələrinə səslənib: Deməsinlər şou-biznes yoxdur. Kazımova Rusiyanın Xalq artisti Filipp Kirkorvun ona zəng etməsindən danışıb: Filipplə hər z... | publikaz_normalized |
Bu ildən Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 3 il müddətinə ƏDV-dən azad edilib. Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilib. Bu güzəştin müddəti 2027-ci il yanvarın 1-nə kimi uzadılıb. Qeyd edək ki, Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəy... | publikaz_normalized |
ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. “Mən cəmi bir neçə həftə əvvəl Azərbaycana gəldim. Lakin Azərbaycanın zəngin mədəniyyəti, ləziz təamları və Azərbaycan xalqının isti münasibəti məni artıq valeh edib. Mən sizin ölkən... | publikaz_normalized |
Bakının bir küçəsində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib. Bildirilib ki, Cavanşir körpüsünün üzərində, "Azneft" dairəsində sıxlığın qarşısını almaq məqsədilə Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində fasilələrlə məhdudiyyət tətbiq edilir. Sürücülərdən nəzərə almaları xahiş edilir", - məlumatda qeyd olu... | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub. Qeyd olu... | publikaz_normalized |
Astroloqlar Yeni ilin ilk ayının ən şanslı bürclərini açıqlayıb. Buğa" "Buğa bürcləri üçün şans qapıları açılacaq. Onların ev və maşın almaq şansları daha çox olacaq. Buğaların üzü yanvarda eşqdən çox puldan yana güləcək. Oğlaq" "2024-cü ilin ilk 3 ayı Oğlaqlar üçün son dərəcə yaxşı keçəcək. Böyük məbləğdə pul qazanmaq... | publikaz_normalized |
yüzlərlə nişan geri qaytarıldı":"Daxili İşlər Nazirliyi ölkədə yüzlərlə nişanı ləğv edib. O, ölkədə ilk dəfə bu addımın atıldığını vurğulayıb: 2024-cü ilin ilk günü bu məlumatla paylaşmağı özümə borc bilirəm. Azyaşlı övladını məcburi ərə verməyə çalışan atanın həbsi dönüş yaratdı. Azərbaycan Respublikasının Daxili İşlə... | publikaz_normalized |
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq, “İneos”un direktorlar şurasına sədrlik edən milyarder Cim Ratkliffin klubdakı 25%-lik payı alması fonunda “qırmızı şeytanları” böhrandan çıxarmaq üçün düzgün məşqçi olub-olmaması ilə bağlı sualı cavablandırıb. “Əlbəttə ki, onlar (INEOS ) məni tanıyırlar və bilirlər ki, ... | publikaz_normalized |
Çinin yerli istehsalı olan ən iri kruiz gəmisi “Adora sehrli şəhər” ilk kommersiya səfərinə başlayıb. Göyərtəsində 3 mindən çox sərnişin olan gəmi bir həftə ərzində Cənubi Koreyanın Cecu adasına, Yaponiyanın Naqasaki və Fukuoka şəhərlərinə baş çəkəcək. Sərnişinlərin rahat səyahəti və mənalı istirahəti üçün gəmidə müxtə... | publikaz_normalized |
Kosovo vətəndaşları Şengen bölgəsinə vizasız səyahət etmək hüququ qazandıqdan sonra ilk səfərlərə başlayıblar. Baş nazir Kurti çıxışında 2024-cü ildən vizasız səyahət imkanının qüvvəyə minməsi ilə Kosovoya edilən ədalətsizliyin aradan qaldırıldığını bildirib: “Uzun müddət gözlədik, bir çox imkanlardan məhrum olduq, ona... | publikaz_normalized |
“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyev tarixin ən böyük yerli qapıçısının kim olması ilə bağlı fikirlərini bildirib. “Akinfeyev həqiqətən də rus futbolunun əfsanəsi, bütün ağlasığmaz rekordları qırmış bir insandır. O, böyük hörmətə layiqdir və böyüklərlə bərabərdir. Amma Yaşin dünyada “Qızıl top”u qazanan yeganə q... | publikaz_normalized |
Bu ildən Azərbaycanda yem və yem əlavələrinin satışı üzrə dövriyyələr daha 3 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilib. Azərbaycanda siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələrə tətbiq edilən ƏDV-dən azadetmənin müddəti 2027-ci il yanvarın 1-nə kimi d... | publikaz_normalized |
Artıq yanvarın 1-i, 2024-cü ildəyik. Hər kəs Yeni il bayramını qeyd edir. İstirahət və tətil günlərində rahatlığını düşünən hər kəs şəhərə şəxsi avtomobili ilə çıxır. Sürücüləri isə bir məsələ düşündürür, bayram günlərində avtomobil dayanacaqları pulsuz olacaqmı? Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat... | publikaz_normalized |
2024-cü il yanvarın 1-nə olan məlumata görə, Rusiyanın genişmiqyaslı hərbi təcavüzü nəticəsində Ukraynada 514 uşaq həlak olub. Qeyd olunub ki, müharibə zamanı 1172 uşaq müxtəlif xəsarət alıb. Zərər çəkən uşaqların müəyyən edilməsi üçün döyüş yerlərində, müvəqqəti tutulmuş və azad edilmiş ərazilərdə işlər davam etdirili... | publikaz_normalized |
121 nəfər saxlanıldı":"Türkiyədə Yeni il gecəsi Ankara, İstanbul və İzmirdə qeyri-qanuni mühacirlərə qarşı keçirilən “Kalkan-6” əməliyyatı və yoxlamalar zamanı 121 qeyri-qanuni mühacir tutulub. İstanbulda 20 stasionar və 32 mobil olmaqla 52 Mobil Miqrasiya Nöqtəsində 156 mütəxəssis çalışıb. Bağcılar, Bakırköy, Beşiktaş... | publikaz_normalized |
Vəkil Zaur Məmmədov intihar edib. Onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə Vəkillər Kollegiyasının qarşısında qeydə alınıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb ediliblər. Qeyd edək ki, Zaur Məmmədov Salyan Rayon Bürosunda fəaliyyət göstərirdi. | publikaz_normalized |
Bu ildən Azərbaycanda zərgərlik məmulatlarının istehsalında istifadə olunan dəzgahların, avadanlıqların və qurğuların idxalı daha üç il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilib. Dəyişikliyə əsasən, Azərbaycanda qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi mə... | publikaz_normalized |
“Napoli” rəhbərliyi komandanın lideri, 22 yaşlı gürcü cinah oyunçusu Xviça Kvaratsxeliya üçün yeni müqavilə hazırlayır. Bildirilir ki, Kvaratsxeliyanın məvacibində ciddi artımolacaq. Gürcü hazırda ilə 1,5 milyon avro alır. Daha əvvəl “Napoli” maaşı ildə 10 milyon avroya yüksələn Viktor Osimhenlə müqaviləni uzadıb. Bu m... | publikaz_normalized |
Tehranda telekommunikasiya sahəsində çalışmış təqaüdçülər müavinətlərinin yetərsiz olması səbəbilə etiraz aksiyası keçiriblər. “Azad İran” “Telegram” kanalı xəbər verir ki, narazı təqaüdçülər səriştəsiz hökumət rəsmilərini istefa verməyə səsləyiblər. | publikaz_normalized |
Kaliforniya ştatının Los-Anceles şəhərinin mərkəzində Yeni il şənliyi zamanı baş verən atışma nəticəsində azı iki nəfər ölüb, üç nəfər yaralanıb. Qeyd olunub ki, xəsarət alan üç nəfərdən birinin vəziyyəti ağırdır. Şübhəlilər barədə hələ ki, məlumat yoxdur. | publikaz_normalized |
Yaponiya Milli Meteorologiya İdarəsi səhvən maqnitudası 7-dən çox olan yeni güclü zəlzələ barədə elan veriblər. Hazırda səhv məlumatların dərcinə nəyin səbəb olduğu göstərilmir. Ümumilikdə, bazar ertəsi Yaponiyanın bu bölgəsində 7,6 bal gücündə zəlzələ də daxil olmaqla, müxtəlif maqnitudalı 40-dan çox zəlzələ baş verib... | publikaz_normalized |
BMT-nin Malidəki on illik sabitləşmə üzrə çoxölçülü kompleks missiyasını (MINUSMA) rəsmən başa çatdırıb. Malidə 10 ildən çox xidmət edərkən 311 sülhməramlı ölüb, 700-dən çoxu yaralanıb. BMT-nin baş katibi Antonio Quterreşin sözlərinə görə, Malidə 10 ildən çox xidmət edərkən 311 sülhməramlı ölüb, 700-dən çoxu yaralanıb.... | publikaz_normalized |
Lvov Futbol Assosiasiyasının rəhbəri Aleksandr Şevçenko UAF-ın birinci vitse-prezidentlərindən biri vəzifəsinə təyinat alacaq. Mənbə bildirir ki, digər iddiaçı məşhur iş adamıdır. Xatırladaq ki, UAF prezidenti postuna yeganə namizəd Andrey Şevçenko Kiyevə gəlməlidir. O, yanvarın 10-da köməkçiləri ilə bağlı qərar verəcə... | publikaz_normalized |
Populyar tərəvəz düşünüləndən daha faydalıdır. Alimlər yerkökündə güclü antixərçəng təsiri aşkarlayıblar. Adətən kökdə olan beta karotini orqanizmə faydalı hesab edirlər. Amma beta karotinin xərçəngə təsiri sübut olunmayıb. Düzdür onun ürəyə, sümüklərə, gözə faydası var. Lakin kökdə olan digər aktiv maddı – poliasetile... | publikaz_normalized |
Anar Bağırovdan reaksiya":"Xəbər verdiyimiz kimi, vəkil Zaur Məmmədov Vəkillər Kollegiyasının yanında özünü yandırıb. Qurumun sədri Anar Bağırov hadisə haqda danışarkən bunları deyib: “Vəkil Zaur Məmmədovun Vəkillər Kollegiyası ilə hər hansı problemi olmayıb. Onun niyə belə bir addım atması bizi də təəccübləndirdi. Had... | publikaz_normalized |
İranın “Əlborz” hərbi gəmisi Babül-Məndəb boğazından keçərək Qırmızı dənizə daxil olub. İranın hərbi gəmiləri 2009-cu ildən gəmilərin təhlükəsizliyini təmin etmək üçün bölgədə fəaliyyət göstərir. Yəməndə İranın dəstəklədiyi husilər son həftələrdə Qırmızı dənizdə 20-dən çox gəmiyə hücum edib. İran husilərin müstəqil hər... | publikaz_normalized |
yaralılar var":"Cəlilabad rayonunda ağır yol qəzasında xəsarət alanların kimliyi məlum olub. İki avtomobilin toqquşması nəticəsində 1947-ci il təvəllüdlü Püstəxanım Məmmədova, 1981-ci il təvəllüdlü Kamil Mirələmov, 2004-cü il təvəllüdlü Abidin Baloğlanov və 2002-ci il təvəllüdlü Röyal Ağaquliyeva xəsarət alıb. Faktla b... | publikaz_normalized |
Xalq artisti Brilliant Dadaşova və müğənni Samir Bağırovun AzTV-dəki çıxışı gündəm olub. Belə ki, onlar duet oxuduqları zaman bir-birilərini dodaqlarından öpüblər. | publikaz_normalized |
İrəvanda Ermənistan Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidmətinin keçmiş rəisi, general-mayor Edik Barseqyana məxsus “Renessans” mehmanxana və restoran kompleksi qarət edilib. Hadisə dekabrın 29-da baş verib. Səhər saat 07:00 radələrində Şenqavit rayon polis şöbəsinə kompleksin mühafizə xidmətinin 41 yaşlı əməkdaş... | publikaz_normalized |
Rusiya prezidenti Vladimir Putin bildirib ki, Moskva Ukrayna münaqişəsinə tez bir zamanda son qoymaq istəyir. "“Biz münaqişəni mümkün qədər tez bitirmək istəyirik, ancaq öz şərtlərimizlə”, - Putin Vişnevski Hərbi Hospitalında hərbçilərlə görüşü zamanı deyib. "“Bizim sonsuz döyüşmək istəyimiz yoxdur, lakin mövqelərimizd... | publikaz_normalized |
Yeni il gecəsi Sankt-Peterburqun mərkəzi hissəsində üç minə yaxın xarici vətəndaş saxlanılıb. "Miqrantlar polis bölmələrinə aparılıb. Məlum olub ki, saxlanılanların 600-dən çoxu miqrasiya qanunvericiliyinin müxtəlif pozuntuları ilə Rusiyada olub. "Onlara qarşı inzibati protokollar tərtib edilib, 100-dən çox şəxsin ölkə... | publikaz_normalized |
Hüquqları “Mançester Yunayted”ə məxsus olan “Xetafe”nin hücumçusu Meyson Qrinvud “Atletiko”ya keçə bilər. Daha əvvəl forvardla “Barselona”, “Real Sosyedad” və “Valensiya”nın maraqlandığı bildirilirdi. Qrinvud bütün yarışlarda 15 matçda 5 qol vurub və 4 məhsuldar ötürmə edib. | publikaz_normalized |
Avropa İttifaqı 1999-cu il yanvarın 1-də vahid Avropa valyutasının dövriyyəyə buraxılmasını qeyd edir. Bu 11 üzv ölkə avronu yalnız 2002-ci ildə qəbul edib, lakin 1999-cu il yanvarın 1-də rəsmi olaraq vahid valyuta ittifaqı yaradılıb. O vaxtdan bəri başqa dövlətlər də bu birliyə qoşulub və indi avrozonaya 20 ölkə daxil... | publikaz_normalized |
Bakıda Heydər Əliyev adına İdman-Konsert Kompleksində yerləşən buz meydançasında izdiham yaşanıb. Bayram tətili fürsətindən yararlanaraq burada kiçikdən-böyüyə hər kəsi görmək mümkündür. Həmin görüntüləri təqdim edirik: | publikaz_normalized |
İsrailin Ali Məhkəməsi məhkəmə islahatları çərçivəsində Nazirlər Kabinetinin qərarlarına yenidən baxmaq səlahiyyətlərini məhdudlaşdıran qanunu ləğv edib. 2023-cü ilin yayında Benyamin Netanyahu hökumətinin məhkəmə islahatları çərçivəsində təsdiqlənmiş ilk qanunun ləğvi barədə qərar Ali Məhkəmə kollegiyasındakı 15 hakim... | publikaz_normalized |
Ölən və yaralılar var":"Belə ki, “VAZ 2107” markalı avtomobillə “Ford Fusion” markalı minik avtomobili toqquşub. Nəticədə “VAZ 2107” markalı avtomobilin sürücüsü Eldəniz Məmmədov dünyasını dəyişib, daha iki nəfər yaralanıb. Xəsarət alanlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. DİN-in mətbuat xidmətinin Bə... | publikaz_normalized |
Bakıda vəkilin intihar etməsi faktı ilə bağlı cinayət işi açılıb. Vurğulanıb ki, Vəkil Zaur Məmmədovun yanvarın 1-də saat 19 radələrində intihar etməsi faktı üzrə Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanaraq təxirəsalınmaz istintaq tədbirl... | publikaz_normalized |
Xaçmaz rayonunda uçqun baş verib. Yaxınlıqda yaşayan sakinlərin sözlərinə görə, vəziyyət gündən-günə ağırlaşır. Təhlükənin qarşısı alınmasa, evlər uça bilər. Hadisə baş verən əraziyə Xaçmaz Rayon İcra Hakimiyyəti və Suvarma Sistemləri İdarəsinin əməkdaşları baxış keçiriblər. Hazırda çayda məcra tənzimləmə işləri aparıl... | publikaz_normalized |
“Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo anasına doğum günü üçün bahalı hədiyyə edib. Ronaldo anasına “Porsche” markalı avtomobil hədiyyə edib. Ronaldonun anası bu hədiyyəni görərkən o qədər təsirlənib ki, göz yaşlarını saxlaya bilməyib. | publikaz_normalized |
İsrail Knesseti İsrail Katsın xarici işlər naziri vəzifəsinə təyin edilməsini təsdiq edib. Qeyd edək ki, 68 yaşlı Kats 1998-ci ildən Likud Partiya bileti ilə Knessetə seçilib və əvvəllər müxtəlif nazir vəzifələrində, o cümlədən 2019-2020-ci illərdə İsrail Xarici İşlər Nazirliyinə rəhbərlik edib. | publikaz_normalized |
Almaniyada Yeni il gecəsi pirotexniki vasitələrdən istifadə nəticəsində 3 nəfər ölüb. Nəşrin məlumatına görə, ölüm halları Bavariya, Reynland-Pfalz və Saksoniya federal əyalətlərində qeydə alınıb. Ümumiyyətlə, Almaniyada hüquq-mühafizə orqanlarının qeyd etdiyi kimi, Yeni il gecəsi əvvəlki illərlə müqayisədə nisbətən sa... | publikaz_normalized |
“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyev yerli yol polisi ilə bağlı problemlərdən şikayətlənib. -Artıq yerli yol polisləri tərəfindən tutulubsunuz? -Üstəlik, hətta bir dəfə məni polis idarəsinə aparmışdılar. Ailəmi ticarət mərkəzinə aparıb bazaya getdim. – Əsas küçələrdən birində sakitcə maşınla gedirdim. Mən onları... | publikaz_normalized |
BƏƏ-də Yeni il atəşfəşanlığı iki dünya rekordu qıraraq, suda və səmada ən uzun atəşfəşanlıq xətti kimi Ginnesin Rekordlar Kitabına düşüb. Publik.az xəbər verir ki, Yeni il şousunun keçirilmə yeri Əl-Mərcan süni arxipelaqı ilə Əl-Həmra ərazisi (Rəs əl-Xaymə əmirliyi) arasındakı 4,5 km uzunluğunda sahil olub. Yeni il şou... | publikaz_normalized |
münaqişə yarana bilər":"Maneələr və sədlər sizə mane olmamalıdır. Xırdalıqlar sizi işdən ayırmamalıdır. Telefon zəngləri, tanımadığınız insanların müraciətləri fikrinizi dağıtmasın. Dürüst motivasiyanın olmaması bədbinlik yaratmamalıdır. Günün ikinci yarısında bu amilləri ifrat müşküllər kimi qəbul etsəniz, durum ağırl... | publikaz_normalized |
NASAMS sistemləri...":"Kanadanın Baş naziri Castin Trüdo ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı baş tutub. “Mən Castinə Ukrayna səmasının mühafizəsinin gücləndirilməsinə kömək etmək istəyinə, xüsusən də onlar üçün əlavə NASAMS sistemləri və raketlərin tədarükünə görə minnətdaram ”-deyə, o b... | publikaz_normalized |
Evlilikdən bir neçə il sonra cütlüklər cinsi münasibətdə problem yarandığının fərqinə varır. Bunun səbəblərini araşdırmadan bir-birini günahlandıranlar da olur, aşkar və ya gizli çıxış yolu, məsləhət axtaranlar da. Koqnitiv nevrologiya, seks terapiyası və psixoterapiya üzrə mütəxəssislərinin sözlərinə görə, bu problemi... | publikaz_normalized |
2023-cü ildə 21 milyarder dünyasını dəyişib. Ölən milyarderlər içərisində yalnız biri qadın olub – Çində əczaçılıq şirkətinin həmtəsisçisi Çjao Nin 56 yaşında xərçəngdən dünyasını dəyişin. 2023-cü ildə məşhur misirli milyarder, şahzadə Diananın sevgilisi Dodi əl-Fayedin atası 94 yaşlı Məhəmməd əl-Fayed də ölüb. Qeyd ed... | publikaz_normalized |
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür. P.Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub, sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. O, He... | publikaz_normalized |
Prezident İlham Əliyev Yeni il müraciətində bu il ərzində Xocalı və Xankəndi sakinlərinin öz evlərinə qayıdacaqlarını bildirdi. Bu, erməni separatizminin ləğvi və suverenliyimizin bərpasından sonra Xankəndi məsələsində son mərhələ olacaq. Çünki ermənilər istəməsə belə, bölgədə maraqları olan tərəflər onların Xankəndiyə... | publikaz_normalized |
10 min manat...":"Xəbər verdiyimiz kimi, Bakıda Vəkillər Kollegiyasının inzibati binasının yanında Salyan Vəkil bürosunun üzvü Məmmədov Zaur İsa oğlu üzərinə tezalışan maddə tökərək özünü yandırıb. Hazırda prokurorluq orqanların əməkdaşları hadisə yerini müayinə edir. Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdı... | publikaz_normalized |
Estoniyada eynicinsli cütlüklərin nikah üçün müraciət etmək hüququ təmin ediləcək. Qeyd olunub ki, parlamentin müvafiq qərarı ilə Ailə qanunvericiliyinə nikahın iki şəxs arasında olmasını müəyyən edən və nikahın kişi ilə qadın arasında olması qaydasını ləğv edən dəyişikliklər qüvvəyə minib. Artıq ölkənin Nikah Qeydiyya... | publikaz_normalized |
Sumqayıtda Yeni ilin ilk günü dünyaya gələn uşaqlardan biri də şəhid Ramil Rəhimovun qız övladıdır. Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Ramil Rəhimov 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş antiterror əməliyyatı zamanı şəhid olub. Ətraflı Baku TV-nin süjetində: | publikaz_normalized |
Bu gün Natiq Qasımovun doğum günüdür. N.Qasımov 1971-ci ildə Azərbaycan Respublikası, Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində anadan olub. Ermənistan silahlı birləşmələrinin Azərbaycan Respublikasının suveren ərazilərinə hücumu ilə bağlı 1991-ci ildə könüllü olaraq Ağdam rayonunda təşkil edilmiş “Qaradağ şahinləri” ta... | publikaz_normalized |
Gürcüstan parlamenti “2024-cü ildə Gürcüstanın Müdafiə Qüvvələrinin sayının müəyyən edilməsi haqqında” yeni qərar qəbul edib. Qəbul edilmiş qərara əsasən, ölkənin Müdafiə Qüvvələrinin sayı 37 min nəfərdən çox olmayacaq. Bu məhdudiyyət Gürcüstan Müdafiə Nazirliyinin hərbi qulluqçularına, ehtiyatda olanlara və müvəqqəti ... | publikaz_normalized |
“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyev Azərbaycanda və Rusiyada əsas malların qiymətlərini müqayisə edib. -Qiymətlər və həyat standartları baxımından Azərbaycan Rusiyadan çoxmu fərqlənir? -Hazırda Rusiyada ərzaq qiymətlərinin necə olduğunu bilmirəm, amma eşitdim ki, onlar xeyli bahalaşıb. Ona görə də başa düşürəm ... | publikaz_normalized |
Yaponiyanın mərkəzi hissəsində baş verən güclü zəlzələlər nəticəsində İşikava prefekturasında azı 4 nəfər ölüb. Daha əvvəl dağılmış yaşayış binalarının dağıntıları altında iki nəfərin ölü vəziyyətdə tapıldığı bildirilirdi. İşikava və digər prefekturalarda azı 30 nəfər xəsarət alıb. | publikaz_normalized |
Erməni Qriqoryan kilsəsinin rəhbəri, bütün ermənilərin katolikosi II Qareginin Yeni il müraciəti Ermənistanın İctimai Televiziyasında yayımlanmadı. Bu, Ermənistanın müstəqilliyindən bəri baş verən ilk hadisədir və xüsusilə iki səbəbdən qaynaqlanır: Birincisi, Paşinyan hakimiyyəti ilə erməni kilsəsi arasındakı qarşıdurm... | publikaz_normalized |
İsveçrənin müdafiə, ictimai mühafizə və idman departamentinin rəhbəri Viola Amqerd bir il müddətinə ölkə prezidenti vəzifəsinin icrasına başlayıb. O, 2023-cü ilə qədər vəzifədə olan Alen Bersetdən sonra prezident vəzifəsini icra edəcək. Qeyd edək ki, İsveçrə prezidentinin real səlahiyyətləri yoxdur. Hər il yanvarın 1-d... | publikaz_normalized |
Xəsarət alanlar var":"Amerikada sürət qatarı relsdən çıxaraq alovlanıb, xəsarət alanlar var. Qeyd olunub ki, San-Fransisko şəhərində Orinda stansiyası yaxınlığında yüksək sürətli qatar relsdən çıxaraq alovlanıb, ən azı 9 nəfər yaralanıb. Digər sərnişinlər təxliyə edilib və yanğın söndürülüb. Zərərçəkənlər yüngül xəsarə... | publikaz_normalized |
Xəbər verdiyimiz kimi, Cənubi Koreyanın aparıcı müxalif partiya lideri Li Çje Myun Busana səfəri zamanı hücuma məruz qalıb. "xxx" "08:00" "Cənubi Koreyanın aparıcı müxalif “Toburo” Demokratik Partiyasının lideri Li Çje Myun Busana səfəri zamanı hücuma məruz qalıb. Qeyd olunub ki, mətbuat konfransı zamanı naməlum şəxs s... | publikaz_normalized |
Amerikalı multimilyarder İlon Mask cari ilin əvvəlkilərdən daha pis olacağını söyləyib. Mask, sosial şəbəkə istifadəçisinin “dörd illik dəlilikdən” sonra hansı ili səbirsizliklə gözləyə biləcəyimizlə bağlı sualına belə cavab verib: 2024-cü il daha dəlisov olacaq”. “Bloomberg”in məlumatına görə, Mask 2023-cü ildə 95,4 m... | publikaz_normalized |
İsrail rəhbərliyi Fələstinin radikal HƏMAS hərəkatının girovların azad edilməsi ilə bağlı yeni təklifini rədd edib. Ötən bazar günü HƏMAS nümayəndələri Qətər və Misirdəki vasitəçilərlə girovların üç mərhələdə azad edilməsini nəzərdə tutan yeni razılaşma təklifi irəli sürüblər. Onların hər birində bir aydan çox davam ed... | publikaz_normalized |
Yaponiyada baş verən zəlzələ qurbanlarının sayı 24-ə çatıb. Məlumata görə, azı 50 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ən ağır vəziyyət İşikava prefekturasındadır. Orada 200-dən çox ev yanıb, 50-dən çox bina uçub. dünən Yaponiyanın qərbindəki İsikava prefekturasında dalbadal güclü zəlzələlər baş verib, yealt... | publikaz_normalized |
Göyçay rayonunda yanğın hadisəsi baş verib. Hadisə rayonun Çaxırlı kəndində qeydə alınıb. Belə ki, Çaxırlı kəndində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən sö... | publikaz_normalized |
Xankəndi üçün məhz 2024...":"Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə xalqa müraciəti müstəqilliyimizin bərpasından sonra Azərbaycan tarixində bir ilk idi, çünki dövlət başçısı ilk dəfə ərazi bütövlüyü və suverenliyi tam təmin edilmiş ölkənin xalqına müraciət edirdi. ... | publikaz_normalized |
Krım körpüsü dağıdılacaq, Rusiyanın daxilində...":"Ukrayna prezidenti Vladimir Zelenski 2024-cü ildə Rusiya ilə münaqişənin əsas istiqamətlərini müəyyən edib. O, dövlət və cəmiyyətin üzləşdiyi bir sıra problemlərə də toxunub. Siyasətçinin sözlərinə görə, qarşıdurmanın mərkəzi Qara dəniz və Krımdakı hədəflər olacaq. Mat... | publikaz_normalized |
Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo braziliyalı müğənni Luan Santanaya dəbdəbəli, bahalı hədiyyə edib. Luan Santana, Kriştiano Ronaldo tərəfindən anası - Dolores Aveyronun ad günündə çıxış etmək üçün dəvət edilib. Futbolçu təxminən 75 min avro dəyərində lüks “Rolex” saatını ona hədiyyə edib. Bilirsiniz ki, bu mənim ... | publikaz_normalized |
“Həyat yoldaşım mənə arxayındır, çünki aramızda..." - VİDEO":"Deyirlər ki, insan ailə qurandan sonra dəyişir. Amma mən bunu özümə aid etməzdim. Ailə qursam da elə həminki Səidəyəm". "Sənətçi bildirib ki, həyat yoldaşı onun səhnə fəaliyyətinə sərhəd çəkməyib: Həyat yoldaşım məni sənət baxımından sıxmır. Qarşıma hər-hans... | publikaz_normalized |
Bataqlıqdayıq, məqsədə çatmayacağıq":"İsrailin Qəzzaya hücumuna ölkə daxilində də reaksiyalar artır. O, İsrail mətbuatındakı məqaləsində vəziyyəti “Qəzzada getdikcə daha çox palçığa batırıq” cümləsi ilə ümumiləşdirib. Keçmiş general vurğulayıb ki, şərtlər İsrail ordusunun məqsədlərinə çatmasının mümkün olmayacağını gös... | publikaz_normalized |
Dövlət Dumasının energetika komitəsi sədrinin birinci müavini İqor Ananskix 2022-ci ildə zədələnmiş “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərinin mümkün taleyi barədə danışıb. O, layihələrin 2024-cü ildə öz işini bərpa edəcəyinə şübhə etdiyini bildirib. “Mən görürəm ki, təbii ki, layihəni bərpa etmək daha sərfəlidi... | publikaz_normalized |
Belarus hökuməti elan edib ki, yeni kartof anbarının tikintisinə vəsait ayrılacaq. “Geoinformation System”s dövlət qurumunun rəhbərlik etdiyi məsafədən müşahidə layihəsi Hindistan, Qazaxıstan, Rusiya, Venesuela və Vyetnam kimi ölkələrlə əməkdaşlıqda peyk şəbəkəsi yaratmaq məqsədi daşıyırdı. Belarusun ən böyük müttəfiqi... | publikaz_normalized |
Əlbəttə ki...":"Çin prezidenti Si Cinpinin xalqa yeni ilə müraciəti edib. O, müraciətində Tayvanla bağlı da mesaj verib. Çin, əlbəttə ki, yenidən birləşəcək. Tayvan boğazının hər iki tərəfindəki çinlilər bu ortaq məqsədə sadiq olmalı və birlikdə mübarizə aparmalıdırlar. Bu birləşmə Çin millətinin oyanış qələbəsi olacaq... | publikaz_normalized |
“Con Doe 36” kodu ilə":"ABŞ-da yetkinlik yaşına çatmayan qızları cinsi əlaqəyə və fahişəliyə məcbur etmək, təcavüz, zorlama və insan alveri ittihamı ilə mühakimə olunan, daha sonra həbsxanada intihar edən Ceffri Epşteyn işinə cəlb edilən şəxslərin adlarının ictimaiyyətlə açıqlanmasına qərar verilib. Yanvarın 1-dən etib... | publikaz_normalized |
3 ölü, 29 yaralı - VİDEO":"Türkiyədə sərnişin avtobusu aşıb. Pubika.az "Ahaber.com"a istinadən xəbər verir ki, hadisə Malatya şəhərində baş verib. İlkin məlumata görə, hadisə nəticəsində 3 nəfər öüb, 29 nəfər isə yaralanıb. Avtobusun “Medine Turizm”ə məxsus olduğu bildirilir. | publikaz_normalized |
Dünyanın gözü İstanbulda keçirilən “Şəhidlərimizə rəhmət, Fələstinə dəstək, İsrailə lənət” mitinqdə olub. On minlərlə insanın iştirak etdiyi yürüş beynəlxalq mətbuatda da manşetlərə səbəb olub. “Türkiyədə İsrail əleyhinə nümayişlərdə iştirak edənlərin sayı artır”, - deyə məlumatda bildirilir. Pəncə-Qıfıl əməliyyatında ... | publikaz_normalized |
Şok səbəb - FOTO":"Slovakiyanın Kaveçanı şəhəri yaxınlığındakı Koşitse zooparkında qonur ayı balası 10 gündür ağacdan enmir. Tərbiyəçilər bunu onun utancaqlığı və insanlara inamsızlığı ilə əlaqələndirirlər. Zooparka digər müəssisələrdən də tərbiyəçilər dəvət olunub. Amma hələ ki, ayını ağacdan endirmək mümkün olmayıb. | publikaz_normalized |
“Barselona”nın polşalı hücumçusu Robert Levandovski həyat yoldaşı Anna Levandovska yeni il ərəfəsində rəqs gecələrindən birində iştirak edib. Qız açıq gümüş paltarda görünüb. Leva isə pencəksiz klassik kostyum geyinib. Partiya Yeni il bayramına həsr olunub. " "Xatırladaq ki, ümumilikdə bu mövsüm Levandovski “Barselona”... | publikaz_normalized |
Yanvarın 1-də ölkə ərazisində qeydə alınan 26, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 3, o cümlədən, borclu şəxs qismində axtarışda olan 1 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narko... | publikaz_normalized |
Evlilikləri, uşaqları, həyatları ilə tez-tez danışılan məşhur aktyor Burak Özçivit və həyat yoldaşı, aktrisa Fahriye Evcen bu dəfə qazancları ilə gündəmə gəlib. Qeyd edək ki, cütlük 2017-ci ildə ailə həyatı qurub. | publikaz_normalized |
2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 2 milyard 20 milyon 200 min manatlıq məhsul istehsal edilib. Qeyd edilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə rezin və plastik kütlə məmulatlarının istehsalı 20... | publikaz_normalized |
9,1 bal gücündə zəlzələ gəlir":"Yaponiyada baş verən 7,6 bal gücündə zəlzələ ölkədə gözlənilən 9,1 bal gücündə zəlzələnin yaxınlaşması kimi şərh edilib. Zəlzələ ilə bağlı sunami xəbərdarlığı edilib. İndiyədək əldə edilən məlumata görə, zəlzələdə onlarla insan həyatını itirib. Bununla belə, ölü sayının artacağı ilə bağl... | publikaz_normalized |
Ara qarışdı":"Fransa Vətənpərvərləri Partiyasının rəhbəri Florian Filippot Fransa prezidenti Emmanuel Makronu ittiham edib. O, bu barədə sosial şəbəkədə yazıb. Filippo bildirib ki, Makron Fransa bayrağını arxa plana keçirib. “Fransa bayrağı digər bayraqlar arasında çox arxa planda yerləşdirilib. Digər şeylər arasında m... | publikaz_normalized |
Fələstinli əsirlərin yeməyini azaltmayan məmur işdən çıxarıldı":"İsrailin Milli təhlükəsizlik naziri İtamar Ben-Qvir fələstinli məhbusların yeməklərini azaltmayan həbsxana rəsmisi ilə müqavilə müddətini uzatmayacağını açıqlayıb. Nazir fələstinli məhbuslara verilən gündəlik menyunu göstərən görüntünü də paylaşıb. O isra... | publikaz_normalized |
Almaniya bu il 124 625 viza verib. Bu vizaların çoxunun Türkiyədən gələn ailə üzvlərinə verilməsi diqqət çəkib. 2022-ci ildə ailə birləşməsi vizalarının sayı 117 000 olub. 124 625 vizadan yalnız 10 570-i qaçqın kimi tanınan şəxslərin ailə üzvlərinə, 12 067-si əlavə müdafiə hüququ olan şəxslərə və 254-ü sığınacaq hüququ... | publikaz_normalized |
Bu sahələri seçənlər isə...":"Hər 5 işçidən 3-nün yaxın 10 ildə iş yerlərini tamamilə süni intellektə verəcəyi iddia edilib. Bəzi peşələr tamamilə yox olacaq. Hesabatda qeyd olunub ki, süni intellektin təsiri nəzərə alınsa, avtomatlaşdırma riski yüksək olan peşələr məşğulluğun təxminən 27 faizini təşkil edir. Hesabatda... | publikaz_normalized |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.