text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev “Egemen Qazaxıstan” qəzetinə müsahibəsində 2026-cı ildə keçiriləcək prezident seçkilərində iştirak etməyəcəyini bildirib. “Bundan sonra hər kəs istədiyini edə və Konstitusiyaya dəyişiklik edə bilməyəcək”, - prezident bildirib. Onun fikrincə, Konstitusiyanın prezidentin bir müd...
publikaz_normalized
Sovet diplomatı, SSRİ-nin Afrika ölkələrində səfiri işləmiş Georgi Ter-Qazaryants ölüb. Bu barədə “SHOT” teleqram kanalı məlumat yayıb. Mənbənin məlumatına görə, Ter-Qazaryants dekabrın 31-də, Yeni ilə bir neçə saat qalmış vəfat edib. Onun meyitini mənzildə 61 yaşlı qızı tapıb. Ter-Qazaryantsinin cəsədində zorakılıq iz...
publikaz_normalized
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları yanvarın 2-də vətəndaşlardan qanunsuz saxlanılan 2 avtomat, 2 ov tüfəngi müsadirə ediblər. Polis əməkdaşları bundan başqa 2 patron darağı və 37 ədəd müxtəlif çaplı patron aşkar edib. Həmçinin, ötən gün polis əməkdaşlarına respublikanın ayrı-ayrı rayonlarından 3 ədəd müxtəlif ...
publikaz_normalized
Yanvarın 1-də saat 12 radələrində paytaxtın Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində yerləşən avtomobillərin təmiri sexindən “Hunday” markalı avtomobil qaçırılıb. Bildirilib ki, Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı Rayon Polis İdarəsi 32-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış t...
publikaz_normalized
ABŞ-ın hazırkı prezidenti Co Bayden seçicilərin dəstəyini itirməyə davam edir. Sorğu göstərib ki, qaradərili seçicilər arasında Baydenin dəstəyi 2020-ci ildə keçirilən prezident seçkilərində zamanı həmin qrup arasında 92%-dən 63%-ə düşüb. Latın amerikalılar arasında dəstək 59%-dən 34%-ə enib. Bayden həmçinin 35 yaşdan ...
publikaz_normalized
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" hesabında məlumat yaydığı məlumata əsasən, Azərbaycanın İnterpol xətti ilə qırmızı bülletenlə beynəlxalq axtarışa verdiyi şəxs Türkiyədə saxlanılıb. Qeyd olunub ki, onlar çirkli pulların yuyulması, immiqrant qaçaqmalçılığı, narkotik ticarəti, rüşvət, insan alveri, oğurlu...
publikaz_normalized
Almaniya kansleri Olaf Şolts postunu vaxtından əvvəl tərk edə bilər. Bildirilib ki, Şoltsu bu yaxınlarda ən populyar alman siyasətçilərinin reytinqinə başçılıq edən müdafiə naziri Boris Pistorius əvəzləyə bilər. “Kanslerin vaxtından əvvəl istefasına səbəb "Wirecard" və onun rəhbəri Yan Marsalek (hazırda Moskvada gizlən...
publikaz_normalized
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,37 ABŞ dolları, yaxud 1,7 % azalaraq 80,19 ABŞ dolları təşkil edib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 75,94 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta...
publikaz_normalized
Baş rollarda Özcan Dəniz və Özgü Namalın oynadığı "Qızıl Qönçələr" serialı ətrafında qalmaqal səngimək bilmir. Bundan sonra FOX TV və serialın prodüser şirkəti "Gold Film" RTÜK-ün cəzasına qarşı çıxaraq əks iddia qaldırıb və məhkəməyə müraciət edib. Məhkəmə gələn bazar ertəsinə qədər “icranın dayandırılması” qərarını v...
publikaz_normalized
PSJ-nin prezidenti Naser Əl-Xəlaifiyə qarşı iyul ayında aparılan istintaqın təfərrüatları məlum olub. “Mediapart”ın məlumatına görə, iyul ayında Qətərdə lobbiçinin oğurlanması ilə bağlı polisin Nasser Əl-Xəlaifiyə qarşı keçirdiyi əməliyyat zamanı PSJ prezidenti bir saat şəxsi təyyarəsində gizlənib. Qətərin yüksək rütbə...
publikaz_normalized
Qətərlə Yaxın Şərqdəki ən böyük hərbi hava bazası Əl Udeyddən istifadəyə dair müqaviləni Birləşmiş Ştatların gizli şəkildə daha 10 il uzatdığı məlum olub. Qətərin paytaxtı Dohanın cənub-qərbindəki səhrada yerləşən Əl-Udeyd aviabazası ABŞ-ın Yaxın Şərqdəki ən böyük hərbi obyekti hesab olunur və 10 mindən çox hərbçi yerl...
publikaz_normalized
Xalq artisti Brillinat Dadaşova ilə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyevin yeganə övladları Cahad Hacıyevlə bayramlaşması gündəm olub. Xalq artisti ilə teatr direktoru oğullarının yanaqlarından öpərək onu növbə ilə təbrik ediblər. Videoda Brilliant Dadaşovanın oğluna "Olar ayağımın alt...
publikaz_normalized
“Əl-İttihad”ın hücumçusu Kərim Benzema Səudiyyə klubunu tərk edə bilər. Bildirilir ki, Fransalı forvard “Lyon”a qayıda bilər. Fransa klubunun rəhbərliyi artıq transfer üzərində işləyir. Benzema daha əvvəl karyerasını yetirməsi olduğu bu klubda (2005-2009) bitirmək istədiyini bildirmişdi. Qeyd edək ki, Kərim Benzema 202...
publikaz_normalized
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) nəqliyyat vasitələrinin qaçırılması ilə bağlı sürücülərə müraciət edib. Bildirilib ki, nəqliyyat vasitələrinin qaçırılması ilə bağlı cinayətlərin qarşısının alınması və açılması istiqamətində Daxili İşlər Nazirliyi, o cümlədən Dövlət Yol Polisi ötən il ərzində də bir sıra zəruri tə...
publikaz_normalized
“Ümid edirik ki, danışıqların növbəti mərhələsi tezliklə baş tutacaq”":"Bakı yaxın vaxtlarda Azərbaycan və Ermənistan rəsmiləri arasında sülh sazişi layihəsi üzrə danışıqların növbəti mərhələsinin keçiriləcəyinə ümid edir. Onun sözlərinə görə, kommunikasiyaların açılması Azərbaycan və Ermənistan arasında bütün sülh pro...
publikaz_normalized
Sabah havanın əsasən yağmursuz keçəcəyi, temperaturun 15 dərəcə isti olacağı gözlənilir. Qeyd edilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq. ...
publikaz_normalized
Bakının Binəqədi rayonunda evdən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb. Bildirilib ki, Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 1-də rayon ərazisindəki evlərin birindən 5000 manat, 2000 ABŞ dolları, 100 avro pul, 8000 manat dəyərində q...
publikaz_normalized
Azərbaycanın Qarabağ regionunda Ermənistanın işğalı illərində yerləşdirilən mina və törədilən dağıntılar keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” proqramının tam şəkildə həyata keçirilməsinə maneə yaradır. Onun sözlərinə görə, sözügedən dövlət proqramının icrasına başlamazdan əvvəl Qar...
publikaz_normalized
Dövlət Sərhəd Xidməti (DSX) Sahil Mühafizəsinin Cənub regional şöbəsinin Kələdəhnə sahil nəzarəti bölməsinə 2 nəfər heyət üzvü olan “KƏ-245” bort nömrəli plastmas tipli qayığın mühərrikində yaranmış nasazlıq səbəbindən dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Daxil olmuş məlumat əsasında qayığın...
publikaz_normalized
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında 2024-cü il üçün birgə tədbirlər planı imzalanıb. Plana əsasən, Müdafiə Nazirliyinin tabeliyindəki qoşun (qüvvə) növü, birlik, birləşmə və hərbi hissələrdə, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində cari...
publikaz_normalized
Alimlər həvəskar tədqiqatçı, arxeoloq, Misirşünar Houard Karterin rəhbərliyi altında Tutanxamonun məzarını kəşf edən dəstənin ölüm səbəbini illər sonra açıqlayıb. Publik.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Karter Tutanxamonun məzarını 3 yanvar 1924-cü ildə məzarı açıb. Ekspedisiyanın spronsorluğunu ...
publikaz_normalized
Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində MDB-dən müşahidəçilər missiyasına qurumun Baş katib Sergey Lebedev rəhbərlik edəcək. Qeyd edək ki, bu il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
publikaz_normalized
Rusiya Prezidenti Vladimir Putinin yaxın günlərdə qlobal təhlükəsizliklə əlaqədar sensasion bəyanatlar verəcəyi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Yox, saxta xəbərlərdir”, – Peskov jurnalistin müvafiq sualını cavablandırıb. Qeyd edək ki, ötən gün "Politdjoystik" Teleqram kanalında Putinin qlobal təhlükəsi...
publikaz_normalized
Türkiyənin Antalya şəhərində Elit kateqoriyalı və 1-ci dərəcəli hakim və köməkçi hakimlər üçün təlim-məşq toplanışı keçiriləcək. Toplanışda iştirak edəcək hakimlərin siyahısını diqqətinizə çatdırırıq: İslam Məmmədov" "Referi köməkçiləri:
publikaz_normalized
“Shokki Mokki” “Məktəbim” şagirdləri üçün Yeni il tədbiri təşkil edib. Şənlikdə 100-dən çox uşaq üçün əyləncəli şou proqram, boyama masterklasları və maraqlı səhnəciklər qurulub. Tədbirə müxtəlif dövlət qurumlarının və təşkilatların rəsmi nümayəndələri qonaq qismində qatılaraq, uşaqların sevincini bölüşüblər. Qeyd edək...
publikaz_normalized
Köynəyimin düymələrini qopardı, sonra...":"Məşhur müğənni Kibariyə 13 yaşında çıxış etdiyi restoranda təcavüzə məruz qalmaq təhlükəsi ilə üzləşdiyini etiraf edib. Müğənni bildirib ki, Muğlada çıxış etdiyi restoranda bir nəfər ona aşiq olub: Ad vermək istəmirəm, mənə aşiq olmuşdu, köynəyimin düymlərini qoparı yaxamı açd...
publikaz_normalized
Fransanın Paris şəhərində fəaliyyət göstərən Azərbaycan Evi ölkənin Evian-lö Bən şəhər bələdiyyə şurasının “Azərbaycan Bağı” ilə bağlı qərarı və parkda yerləşən Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsi ətrafında yaranmış təhlükə ilə bağlı müraciətlə çıxış edib. Qeyd edilib ki, Azərbaycan Evinin rəhbəri Mirvari F...
publikaz_normalized
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-ı dövlət borcunun 34 trilyon dolları ötməsi münasibətiylə təbrik edib. “ABŞ-ın dövlət borcu 34 trilyon dolları keçib. Yeni iliniz mübarək!", - diplomat yazıb. Məlumat üçün bildirək ki, ötən gün ABŞ Maliyyə Nazirliyi ölkənin milli borcunun ilk dəfə o...
publikaz_normalized
Əfqanıstanda 5,9 bal gücündə zəlzələ olub. Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb. Dağıntı və itki barədə heç bir məlumat verilməyib. Xatırladaq ki, keçən il oktyabrın əvvələrində Əfqanıstanda baş verən zəlzələdə qurbanların sayı 2400-ü keçmişdi.
publikaz_normalized
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib. Qeyd olunub ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, bu gün ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi gözlənilir. Yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yolların...
publikaz_normalized
Müğənni Zemfira Parisi ikinci vətəni adlandırıb. “Yaxşı yaşayıram, yaxşı görünürəm. Yeni iliniz mübarək”, – Zemfira yazıb. Müğənni dünyanın müxtəlif yerlərində çoxlu konsertlər verəcəyini vəd edib, həmçinin yeni albom barədə izləyicilərinə müjdə verib. Artistin sözlərinə görə, hazırda albomun dizaynı üzərində iş gedir....
publikaz_normalized
Müjdəni Prezidentdən aldılar - VİDEO":"Faciə ilə xatırlanan Xocalının doğma övladları yurdlarına qayıtmağı səbirsizliklə gözləyirlər. Xocalıya qayıdış ağrılı olsa da, o günü səbirsizliklə gözləyirlər. Yeganə Əbdülova deyir ki, ilk köç müjdəsini Ali Baş Komandan İlham Əliyevdən alıb: “Biz artıq Xocalıya qayıdış üçün imz...
publikaz_normalized
Saat 15:00-a olan məlumata əsasən, hazırda ölkə ərazisində küləkli hava müşahidə olunur. Onun sözlərinə görə, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 20 m/s, Şamaxı, Qobustan, Naftalan Altıağacda isə 18 m/s çatır. Neft Daşlarında stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,6 metrdir. Hazırda ...
publikaz_normalized
İranın Kirman vilayətində baş verən partlayışlar nəticəsində yaralıların sayı 211 nəfərə çatıb. Ölənlərin sayı 103 nəfər təşkil edir. Qeyd edək ki, terror aktı ilə əlaqədar 4 yanvar ölkədə matəm elan edilib. Yanvarın 3-də İranın İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) generalı Qasim Süleymaninin dəfn olunduğu qəbi...
publikaz_normalized
Yeni İli sevgilisi Hakan Sabancı ilə birlikdə qeyd edən aktrisa Hande Erçel tətil üçün Baliyə gedib. O, hovuda yaşıl bikinidə pozalar verib. L’Officiel Plus"un ynavar nömrəsinin üz qabığına çəkilən aktrisa müsahibəsində özü haqqında danışıb. O, güclü qadın olduğunu vurğulayıb. Kənardan göründüyüm kimi kövrək və sadəlöv...
publikaz_normalized
Qazaxıstanın peyk və internet televiziya operatoru TVCOM bir neçə Rusiya telekanalını yayım cədvəlindən çıxarıb. Bildirilib ki, operator MDB-nin Birinci Kanalı, "Поехали", "Дом кино", "Карусель", "Бобер", "О! və başqa kanalların yayımını dayandıracaq. Şirkətdən verilən məlumata görə, bu qərar efirdə informasiya gündəmi...
publikaz_normalized
“Птицы" Zorakılıq Qurbanlarına Yardım Fondunun direktoru, psixoloq Natalya Nikiforova Moslenta.ru-ya münasibətlərdə cütlüklərin yol verdiyi ümumi səhvdən danışıb. “Yaxşı, gözəl və varlı olmaq sevilmək üçün kifayət deyil. Bizim ​​sevməyimiz üçün onun belə olması kifayət deyil. Bu sxem heç kimin xeyrinə olmayıb”, - Nikif...
publikaz_normalized
2 günə çıxmalıdırlar":"Çirkli pulların yuyulmasında ittiham olan Dilan və Engin Polat cütlüyü azadlığa buraxıla bilər. “Aramızda qalsın” verilişinə qonaq olan cütlüyün vəkili Hüseyn Kaya bildirib ki, yeni təyin olunan prokuror dərhal ittiham aktı hazırlamalı və Polat cütlüyünü azadlığa buraxmalıdır. Dosya hazırdır, yen...
publikaz_normalized
Çempionlar Liqası tarixində oynamış ən aşağı büdcəli klubların adları məlum olub. Siyahı dərc edilərkən klubların tarixi, iqtisadi vəziyyəti, azarkeş bazası, sözügedən komandanın oyunlarına gələn fanat sayı nəzərə alınıb. Tərtib olunan siyahıda Azərbaycan təmsilçisi “Qarabağ”ın adı yer alıb. “Viktoriya” (Plzen, Çexiya)...
publikaz_normalized
Moskva və Kiyev arasında danışıqlar 2024-cü ilin ən vacib hadisəsinə çevrilə bilər. Jurnalın müəllifləri 2024-cü ildə baş verə biləcək ən mühüm danışıqların siyahısını tərtib edib. Digər məsələlərlə yanaşı, onlar Rusiya və Ukrayna arasında 2024-cü ildə baş tuta biləcək danışıqları qeyd ediblər. Bildirilib ki, Rusiya-Uk...
publikaz_normalized
Yaşınızdan və genetikanızdan asılı olmayaraq gənc görünə və özünüzü cavan hiss edə bilərsiniz. Qocalma prosesini ləngitməyin yollarından danışan ekspert bildirib ki," "Elm aydındır: hansı genetik mirasla üzləşməyimizdən asılı olmayaraq, həyatımızda sadə dəyişikliklər etməklə gələcəyimizi yaxşılaşdırmaq qüdrətimiz var. ...
publikaz_normalized
Türkiyəli məşhur müğənni Demet Akalın xəstəxanaya yerləşdirilib. Məşhur müğənni xəstəxanadan fotosunu paylaşaraq səs telində yaranan kistdən əməliyyat olunduğunu açıqlayıb. 51 yaşlı müğənni hazırda özünü yaxşı hiss etdiyini və evə buraxıldığını vurğulayıb.
publikaz_normalized
Naxçıvan Muxtar Respublikasında bayram günlərində zəhərlənmə halları qeydə alınıb. Onlardan dördü bir ailənin üzvləridir və salatdan zəhərləniblər. Digər zəhərlənmələr xiyar turşusu, qarışıq qida, istidə qalmış ət yeməyindən olub. Xəstələrdən ikisinə stasionar, altısına isə ilkin yardım edildikdən sonra ambulator müali...
publikaz_normalized
Lənkəranda qaraj və içərisindəki maşın yanıb. Bildirilib ki, Lənkəran şəhərinin Boladı kəndində ümumi sahəsi 30 kvadratmetr olan qarajın dam örtüyünün yanar konstruksiyaları və içərisində dayanan “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğı...
publikaz_normalized
Bakıda və Abşeron yarımadasında yanvarın 4-5-i gündüz saatlarında cənub-qərb küləyinin 15-18 m/s, bəzi yerlərdə arabir 20-23 m/s, 6-da gecə və səhər isə şimal-qərb küləyinin qısa müddətə 15-20 m/s, yarımadanın bəzi yerlərində arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Azərbaycanın rayonlarında yanvarın 5-i əsasən qər...
publikaz_normalized
Baş Dövlət Yol Polisi İdarəsi avtonəqliyyat vasitələri ilə səfərdə olan sürücülərə müraciət edib. Hazırda davam edən qeyri-iş günlərində doğmalarını ziyarət etmək, istirahət və ya əyləncə məqsədilə respublikanın ayrı-ayrı şəhər və rayonlarına avtomobillə səfər edənlərin sayının artması, xüsusilə rekreasiya əhəmiyyətli ...
publikaz_normalized
ABŞ dövlət katibi Antoni Blinken Türkiyəyə səfər edəcək. O, Blinkenin şənbə günü Türkiyədə olacağını deyib. Hakan Fidan səfərin təfərrüatlarını açıqlamayıb. Türkiyənin xarici siyasət idarəsinin rəhbəri regionda qüvvələr nisbəti dəyişməyə başladıqca, siyasi münasibətlərin də dəyişəcəyinə inandığını deyib: “Qəzzada baş v...
publikaz_normalized
İranın cənub-şərqində yerləşən Kerman vilayətində törədilən partlayış ilə bağlı araşdırma aparılır. O qeyd edib ki, faktlar təsdiqlənən kimi insanlara məlumat veriləcək. Şayiələrə fikir verməməlidirlər”, - nazir deyib. Nazirin sözlərinə görə, ilk partlayış saat 15:00-da, ikinci partlayış isə insanlar köməyə toplaşanda ...
publikaz_normalized
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranda bu gün baş verən terror aktlarında həyatını itirənlərə görə ölkə xalqına başsağlığı verib. “İranın Kirman vilayətində törədilən mənfur terror aktları bizi dərindən kədərləndirdi. Hücumlarda həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirəm. Dos...
publikaz_normalized
İsveçin şimalındakı Norrbotten bölgəsində temperatur mənfi 43,6 dərəcə olub. Bu, 1888-ci ildə ölçmələr başlayandan bəri ən aşağı temperaturdur", - meteoroloq Viktor Berqman SVT televiziyasına müsahibəsində deyib. Qeyd edilib ki, soyuq hava ilə əlaqədar krallığın şimalındakı bir neçə yerdə qatar və avtobus marşrutları l...
publikaz_normalized
Ermənilərin Azərbaycan ərazisindən keçid imkanını necəsə məhdudlaşdırmaq fikrimiz yoxdur”. E.Əmirbəyov Naxçıvanda və ya Azərbaycanın əsas hissəsində yaşayan Azərbaycan vətəndaşlarının bu ərazidən maneəsiz keçə bilmələri üçün Azərbaycanın Ermənistan tərəfi ilə Zəngəzur dəhlizinin bərpası barədə danışıqlara başladığını q...
publikaz_normalized
İranın cənub-şərqindəki Kirman vilayətində baş verən partlayışlarda Qızıl Aypara Cəmiyyətinin üç əməkdaşı həlak olub. “Kirmanda terror aktı qurbanlarına kömək üçün partlayış yerinə göndərilən 3 xilasedici ikinci partlayış zamanı həlak olub”, - məlumatda bildirilir. Qeyd edək ki, İranın Kirman vilayətində baş verən part...
publikaz_normalized
Gəmisində faciə baş verib?":"Braziliya mətbuatı ötən ilin sonlarında məşhur futbolçu Neymarın təşkil etdiyi kruiz gəmisində baş verən faciədən yazır. Amma şənliyin sonu faciə ilə bitib. Braziliyalı yutuber Karlos Alberto Mota Kandreva özünü dənizə atıb. O, bunu sevgilisi ilə mübahisə etdikdən sonra gəmnin 18-ci mərtəbə...
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şabran rayonu, Çayqaraqaşlı kəndində traktorun idarəetməni itirərək kanala aşması barədə məlumat daxil olub. Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub. Həyata keçirilmiş xilasetmə tədbiri nəticəsi...
publikaz_normalized
İranın Kirman şəhərində baş verən terror aktı ilə əlaqədar ölkədə matəm elan edilib. Qeyd edək ki, SEPAH-ın Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin Kirmandakı məqbərəsinə aparan küçədə terror hücumu nəticəsində partlayış baş verib.
publikaz_normalized
Ölənlər var":"Nigeriyanın şimal-şərqində silahlıların hücumu nəticəsində azı 15 nəfər həlak olub. Məlumata görə, silahlılar Yeni il günü Borno əyalətinin iki kəndinə hücum ediblər. Şahidlərin sözlərinə görə, onlar bir neçə yük avtomobilində olub və Nigeriya ordusunun formasını geyiniblər. Hücuma görə radikal qruplardan...
publikaz_normalized
Rusiya Türkiyədən 316,8 min ədəd yumurta idxal edib. Bildirilib ki, Türkiyədən yumurtanın ilk partiyası Rusiyaya idxal edilib. Qeyd edək ki, Rusiyada toyuq yumurtası ilə bağlı problem yaşanır. Ölkədə ötən ilin sonundan yumurtanın qiyməti kəskin bahalaşıb. Belə ki, ərzaq mağazalarında yumurtanın 10 ədədinin qiyməti 120 ...
publikaz_normalized
Şahbuz rayonu ərazisində, Kiçik Qafqaz dağlarında yerləşən, dillər əzbəri olan Batabat yaylağı ilin bütün fəslində özünəməxsus gözəlliyi ilə seçilir. Batabat yaylağının qış mənzərələri müxtəlif çalarlarının ahəngidir. Yay aylarında min bir rəngə çalan dağ yamacları, çəmənlər, meşələr indi bəyaz qarla örtülüb. Qeyd edək...
publikaz_normalized
Azərbaycanın Xarici İşlər Nazirliyi İrana başsağlığı verib. İranın Kirman əyalətində törədilən terror aktı nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq. Azərbaycan terrorizmdən çox əziyyət çəkən ölkə kimi onun bütün forma və təzahürlərini pisləyir...
publikaz_normalized
Neftçalada 27 yaşlı kişi intihar edib. Onun hansı səbəbdən bu addımı atdığı məlum deyil. Ş.Əyyubov tibbi ekspertizadan sonra doğulduğu Lerik rayonuna göndərilib. Faktla bağlı araşdırma aparılır.
publikaz_normalized
Fransanın Evian-lö Bən şəhər meriyasının “Azərbaycan Parkı” adı ilə bağlı şəhərdəki bütün lövhələrin yığışdırılmasına dair qərarı bu ölkədə yaşayan Azərbaycan icmasını hiddətləndirib. Nəzərə çatdırılıb ki, məhz həmin xartiyaya əsasən 2017-ci ildə bu şəhərdə “Azərbaycan Parkı” açılıb və parkda dünya qadınlarının azadlıq...
publikaz_normalized
Türkiyə və Azərbaycan həm kədərli, həm də sevincli gündə biryerdədir. O qeyd edib ki, strateji müttəfiqliyi möhkəmləndirmək və əməkdaşlığı dərinləşdirmək üçün birgə səylər uğurla davam edir. Xüsusilə müdafiə sənayesi və hərbi əməkdaşlıq sahələrində sarsılmaz həmrəyliyimizi daha yüksək səviyyələrə çatdırmaq üçün davamlı...
publikaz_normalized
Saat 15:00-a olan məlumata əsasən, hazırda ölkə ərazisində küləkli hava müşahidə olunur. Onun sözlərinə görə, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 20 m/s, Şamaxı, Qobustan, Naftalan Altıağacda isə 18 m/s çatır. Neft Daşlarında stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,6 metrdir. Hazırda ...
publikaz_normalized
Gəncə terrorunda valideynlərini itirən Sevil Əliyevanın toyudur. Qeyd edək ki, ötən ilin dekabrında Sevil və Talış cütlüyünün nikah mərasimi olub. Sevilin ailə qurduğu gənc onu dağıntılar altından çıxaran sinif yoldaşıdır. Xatırladaq ki, 2020-ci il oktyabrın 11-də Gəncəyə atılan raket nəticəsində hər iki valideynini it...
publikaz_normalized
Sifətini dağıdacağam - VİDEO":"Ağır çəkidə WBC kəmərinin sahibi Tayson Fyuri (34-0-1, 24 KO) qaçış məşqindən sonra qısa bir video paylaşaraq WBA, WBO, IBO və IBF çempionu Aleksandr Usikə (21-0, 14 KO) mesaj göndərib. Dovşan Usikin üzünü dağıdacağam. Faydasız bir axmaq”, – Fyuri deyib. Daha əvvəl Usik Fyurinin onu niyə ...
publikaz_normalized
Böyük Britaniyada “Ferrari Roma”nın sürücüsü yaş yolda idarəetməni itirərək, xəndəyə çırpılıb. Sürücü yalnız yüngül xəsarətlər alıb, lakin fotoşəkillərdən avtomobilə çox ciddi ziyan dəydiyi görünür. Hadisənin dekabrın 31-də baş verdiyi bildirilir. Qəzaya uğramış “Ferrari Roma”nın qiymətinin indiki məzənnə ilə 186 min f...
publikaz_normalized
Kirman şəhərində SEPAH generalı Qasım Süleymaninin ölümünün ildönümü ilə əlaqədar matəm yürüşləri zamanı baş verən terror aktının təşkilatçıları və icraçıları İranın təhlükəsizlik qüvvələri və hüquq-mühafizə orqanları tərəfindən müəyyən edilərək, öz cinayətlərinə uyğun cəzalandırılacaqlar. O, Kirmanda “antiiran cinayət...
publikaz_normalized
Yanvarın 2-i, axşam saatlarında Xaçmazda ağır yol-nəqliyyat hadisəsinin baş verməsi barədə yayılan məlumat təsdiqini tapmayıb. Qəza nəticəsində xəsarət alan şəxslərin olduğunu deyərək kömək istəyib. Qısa vaxt sonra deyilən əraziyə operativ qruplar cəlb edilib. Ərazidə aparılan müşahidələr və yoxlamalar zamanı heç bir q...
publikaz_normalized
Zaqatalada beşotaqlı fərdi yaşayış evi yanıb. Bildirilib ki, yanğın hadisəsi axşam saatlarında rayonun Yeni Suvagil kəndində, kənd sakini Aydın Məmməd oğlu Ramazanova məxsus, ümumi sahəsi 150 kvadratmetr olan kürsülü beş otaqdan ibarət fərdi yaşayış evində baş verib. Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Zaqatala ...
publikaz_normalized
Şübhə etməyin, o, yenə qol vuracaq":"“Liverpul”un baş məşqçisi Yurgen Klopp oyunçuları – hücumçu Darvin Nunes və vinger Məhəmməd Salah barədə danışıb. “Nunezdən narahat olmayın, o, yaxşıdır. Darvin daha çox qol vuracaq, buna şübhə yoxdur. Onun “Nyukasl”la oyunda asistinə daha yaxşı baxın. Məni narahat edən yeganə şey f...
publikaz_normalized
Azərbaycanın əməkdar cüdo məşqçisi Viktor Kuznetsov vəfat edib. Ölkəmizin ilk cüdo məşqçilərindən olan Viktor Kuznetsov 1946-cı ildə anadan olub. Onun tələbələri SSRİ birinciliklərində, Azərbaycan çempionatlarında və beynəlxalq yarışlarda müxtəlif mükafatlar əldə ediblər. Kuznetsov Rusiyada qadınlardan ibarət yığmanın ...
publikaz_normalized
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın şimalında keçirdiyi əməliyyat zamanı Kürdüstan Fəhlə Partiyasının (PKK) liderlərindən birini məhv edib. Türkiyə kəşfiyyatı uzun müddətdir ki, İraq və Suriyada terror fəaliyyətlərində iştirak edən yaraqlının hərəkətlərini izləyib və o, İraq şəhərlərindən birinə daxil ola...
publikaz_normalized
Son günlər sosial şəbəkələrdə Fransanın Evian-le Bən şəhərində 2017-ci ildə ucaldılmış Azərbaycan şairi Xurşidbanu Natəvanın heykəlinin tezliklə götürüləcəyi ilə bağlı məlumatlar işıqlandırılır. Heykəlin mühafizəsi məqsədilə sonradan üzərinə qoruyucu örtük sarılıb. Qeyd edək ki, Fransanın son zamanlar kəskin şəkildə gü...
publikaz_normalized
BMT-nin Baş katibi Antoniu Quterreş İranın Kirman əyalətində qəbiristanlıq yaxınlığında törədilən terror aktını pisləyib. Baş katib Antoniu Quterreş günahkarların tezliklə məsuliyyətə cəlb olunmasını istəyib. Qeyd edək ki, İranın İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) generalı Qasim Süleymaninin dəfn olunduğu qəb...
publikaz_normalized
Kapital bazarının inkişafı istiqamətində görülən tədbirlərin davamı olaraq 2023-cü il fevralın 1-dən etibarən beş il müddətində kütləvi təklif edilmiş, tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividendlər və faiz gəlirləri gəlir vergisindən azad olunub. Bildirilib ki, 2023-cü ildən b...
publikaz_normalized
Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının üzvləri (husilər) Fransanın CMA CGM şirkətinin “Tage” ticarət gəmisinə hücum ediblər. “Yəmən Hərbi Dəniz Qüvvələri işğal olunmuş Fələstinin limanlarından birinə gedən CMA CGM “Tage” gəmisinə qarşı məqsədyönlü əməliyyat keçirib”, - Saria izah edib. Onun sözlərinə görə, ekipaj Yə...
publikaz_normalized
Cavab çox ağır olacaq!":"İran millətinin şər və cinayətkar düşmənləri daha bir fəlakət yaradaraq, Kirmanda şəhid məzarlarının ətirli havasında çoxlu sayda əziz insanı şəhid etdilər. Xamenei bildirib ki, cinayətkarlar xalqın öz böyük sərkərdəsi Qasım Süleymaninin məqbərəsini ziyarət etmək sevgisinə və həvəsinə dözə bilm...
publikaz_normalized
Rusiyanın Ukrayna şəhərlərinə kütləvi hava hücumlarına cavab olaraq Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək. İclasda Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə imkanlarının gücləndirilməsini müzakirə ediləcək. D.Kuleba qeyd edib ki, Alyans Kiyevin Ukrayna-NATO Şurasının fövqəladə iclasının keçiril...
publikaz_normalized
Yanvarın 3-də Ukrayna 230 nəfəri Rusiya əsirliyindən azad edib. İki yüzdən çox əsgərimiz və mülki vətəndaşımız Rusiya əsirliyindən geri qaytarılıb. Buraya əsgərlər, çavuşlar, zabitlər, Silahlı Qüvvələrin, Milli Qvardiyanın, Hərbi Dəniz Donanmasının əsgərləri, sərhədçilər daxildir. Əsirlikdən azad olunanların bəziləri M...
publikaz_normalized
Azərbaycanlı futbolçu Vüsal İsgəndərli karyerasını Türkiyədə davam etdirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İsgəndərli I Liqa təmsilçisi ilə 1,5 illik müqavilə imzalayıb. “Boluspor” çempionatda 17 turdan 22 xalla 10-cu sıradadır.
publikaz_normalized
İranın Qasım Süleymaninin anım mərasimində baş verən partlayışlardan xarici düşmən obrazını gücləndirmək və ictimai rəyi rejim ətrafında birləşdirmək üçün istifadə edəcəyi bəllidir. Bu baxımdan, baş verən partlayışın arxasında xarici oyunçuların olması versiyası ilə yanaşı, rejim daxili qüvvələrin ola biləcəyi də istis...
publikaz_normalized
Xəzər dənizində zəlzələ olub. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yeraltı təkanların gücü 3,3 maqnitudada olub. Zəlzələ olcağı yerin 11 kilometr dəriniyində yerləşib. Bu cür hiss edilməyəcək zəlzələlər tez-tez olur. Bu arada qonşu Gürcüstanda da 4,3 bal gücündə zəlzələ baş verib...
publikaz_normalized
qaba və kobud olmayın, aqressivlik etməyin":"Məziyyətlərinizdən rəqibləri üstələmək üçün yararlanın. İşdə rəhbərlikdə özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın. Bəzi ideyalarınız dəstəklənə bilər. Günün ikinci yarısında qaba və kobud olmayın, aqressivlik etməyin. Yaşam arealında yeniliklər, yaxınlarınızla münasibə...
publikaz_normalized
“Xəbərim yox idi, indi bildim” - VİDEO":"Taksi sürücüləri ilə bağlı hazırladığım verilişin ən çox baxılanlar sırasında olduğundan xəbərim yox idi. Bloger bildirib ki, 20 ildir televiziya sahəsində çalışır: “O demək deyil ki, mən ancaq narkomanları çəkməliyəm. Mən bloger kimi fəaliyyət göstərirəmsə, çalışıram izləyicilə...
publikaz_normalized
Onlar iddialı və çalışqan olurlar":"İş və təhsil həyatında bəzi insanlar iddialı, qətiyyətli xarakterləri ilə diqqət çəkirlər. Onlar kifayət qədər məsuliyyətli olurlar və daim ən yaxşısı üçün çalışırlar. Hətta işlərini şəxsi həyatlarından üstün tuturlar. Astrologiyada zəhmətkeşliyi ilə diqqət çəkən bürclər var. Oğlaq b...
publikaz_normalized
Sahibkarlar bildiriblər ki, bir neçə il öncə də ucuzlaşma müşahidə olunub. Belə ki, maya dəyəri 10 manata olan balıq, dörd manata təklif edilib. Ətraflı “Xəzər Xəbər”in süjetində:
publikaz_normalized
Tikiliyə ziyan dəydi - VİDEO":"“Aztelekom” MMC yə məxsus qüllə küləyin təsirindən aşaraq tikilinin üzərinə düşüb. Orada elektronika avadanlıqlarının təmiri ilə məşğul olan kənd sakini Yalçın Babayev deyib ki, bir həftə əvvəl qüllənin aşması nəticəsində tikilinin içərisindəki avadanlıqlar da yararsız hala düşüb. Lakin h...
publikaz_normalized
Zaqatalada mikroavtobusla "Niva" markalı avtomobil toqquşub. Hadisə zamanı Muğanlı kənd sakinləri - 1994-cü il təvəllüdlü Yusif Bayram oğlu Əliyev, 1987-ci il təvəllüdlü Səxavət Qəhrəman oğlu Qurbanov və 2014-cü il təvəllüdlü Ziya Saleh oğlu Dəmirov xəsarət alıblar. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdır...
publikaz_normalized
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis hökumətdə kiçik dəyişikliklər edib. Onun sözlərinə görə, xarici işlər, milli müdafiə, iqtisadiyyat və maliyyə nazirləri vəzifələrini qoruyub saxlayıblar. Əsas dəyişiklik polis və kəşfiyyat orqanlarının tabe olduğu idarəyə - Vətəndaşların Müdafiəsi Nazirliyinə aiddir. Onun yen...
publikaz_normalized
Türkiyədə yaşayan model Günay Musayeva Yeni ili Kolumbiyada qarşılayıb. O, sosial şəbəkədə fotolarını paylaşaraq "Yeni ili burada özəl insanlarla qarşılamaq xoş oldu" sözlərini yazıb.
publikaz_normalized
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Fransa Xarici İşlər Nazirliyinin Belqoroda hücumla bağlı sözlərini sərt şəkildə tənqid edib. Qurbağa yeyənlər bizimlə döyüşüblər”, - deyə o, “Telegram”da yazıb. Medvedev Fransa Xarici İşlər Nazirliyinin kassetli sursatlardan istifadə etməklə Belqo...
publikaz_normalized
Müğənni Emil Bədəlov sosial şəbəkədə qızı ilə bağlı paylaşım edib. Mənim ağıllı, gözəl qızım ad günün mübarək olsun Səadətim. Ailəmizin ilki, səadəti, nuru, atan səninlə nəfəs alır. 11 yaşın mübarək" şərhini yazıb. Qeyd edək ki, Xalq artisti Firuz Əliyevin qızı Xanımla ailəli olan Emilin Zeynəb adlı daha bir qızı var. ...
publikaz_normalized
Ali məktəblərə qəbul zamanı bəzi ixtisaslar üzrə keçid ballarının enəcəyi gözlənilir. Təhsil məsələləri üzrə mütəxəssis Vüsal Kərimli bildirib ki, bu il bəzi ixtisaslar üzrə plan yerlərinin artırılması nəzərdə tutulub. Bu da keçid ballarına təsirsiz ötüşməyəcək. Yeni universitetlərin və ya filialların açılması da öz nö...
publikaz_normalized
Müğənni Xatun Əliyeva Məkkəyə Həcc ziyarətinə yollanıb. O, Məscidül-Həramdan çəkdiyi görüntüləri izləyiciləri ilə bölüşüb.
publikaz_normalized
İmam ağır yaralandı":"Nyu-Cersi ştatının Nyuark şəhərində məscid yaxınlığında baş verən atışma nəticəsində dini müəssisənin imamı ağır yaralanıb. Bildirilir ki, adı açıqlanmayan imam xəstəxanaya yerləşdirilib və vəziyyəti son dərəcə ağırdır. Polis hadisə ilə bağlı araşdırma aparır.
publikaz_normalized
Rəqqasə Rəna Ağamuradovanın (Renka) davulçusuna saxta pul verilib. Rəqqasə saxta pul verən şəxsi qınayıb: “Səhnədə saxta pulu qatlayıb verirsiniz, qızların yanında özünüzü göstərirsiniz. Bu uşaq da evinə çörək aparır, həvəslənir.
publikaz_normalized
Fransanın “Lyon” klubunun qadınlardan ibarət komandasının futbolçuları – yarımmüdafiəçi Danielle van De Donk və müdafiyəElye Karpenter 2024-cü ilin ilk günlərində nişanlandıqlarını açıqlayıb. O, paylaşıma “ömürlük adamım” sözlərini yazıb. Futbolçular arasında 9 yaş fərq var. Ellinin 23, Danielin isə 32 yaşı var. Karpen...
publikaz_normalized
Kiçik Robert Kennedi ABŞ prezidentliyinə namizədliyini irəli sürmək üçün Yuta ştatında lazımi sayda imza toplayıb. Beləliklə, ABŞ-da 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcək yeni namizəd müəyyənləşib. Yanvarın 3-də kiçik Kennedinin 50 ştatın hamısında səsvermə bülleteni ilə bağlı planlarını açıqla...
publikaz_normalized
Qış transfer pəncərəsi zamanı Səudiyyə Ərəbistanı çempionatına çox sayda transfer baş tutmayacaq. Onun sözlərinə görə, ərəb klubları ötən yay transfer büdcəsinin böyük hissəsini xərcləyib. Ümumilikdə Səudiyyə Ərəbistanı dövləti 2030-cu ilə qədər futbolun inkişafı üçün liqa klublarına 17 milyard funt-sterlinq ayırıb. Bu...
publikaz_normalized
“Latsio”nun yarımmüdafiəçisi Felipe Andersonun klubla müqaviləsi mövsümün sonunda başa çatır. Oyunçu ildə 4 milyon avro maaş və bonuslar tələb etdiyi halda, “Latsio”nun təklifi yalnız 3,5 milyon və 0,5 milyon bonus təklif edir. Yaranmış vəziyyətdən istifadə edən 30 yaşlı yarımmüdafiənin agentləri onun xidmətini “Yuvent...
publikaz_normalized