text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
“Mançester Yunayted” qapıçısı Andre Onanın Kamerun millisinin düşərgəsinə gedişini təxirə salmaq niyyətindədir. Mənbənin məlumatına görə, “qırmızı şeytanlar”ın rəhbərliyi qolkiperin İngiltərə Premyer Liqasının 21-ci turunun “Tottenhem”lə oyununda iştirak etməsində maraqlıdır. Hazırda mankunianlıların nümayəndələri Kame...
publikaz_normalized
Ukrayna Milli Olimpiya Komitəsinin (MOK) prezidenti Vadim Qutsayt Beynəlxalq Olimpiya Komitəsinin (BOK) həmrəylik fondundan ayırdığı puldan imtina etdiyini açıqlayıb. Qutsayt bildirib ki, Ukrayna, Rusiya idmançıları yarışdan kənarlaşdırılarkən vəsait alıb, lakin onlar qayıtdıqdan sonra ölkə fonddan pul götürməyi düzgün...
publikaz_normalized
İspaniya La Liqasının 19-cu turunda lider “Real Madrid” “Malyorka”nı qəbul edib. 78-ci Antonio Rüdiger topu qonaqların qapısına göndərib - 1:0. Hazırda İspaniya Primerasında keçirilən 19 matçdan sonra “Real Madrid” 48 xalla liderdir. “Malyorka” isə 18 xalla 14-cü yerdədir.
publikaz_normalized
Ekstrasens, psixoloq, “Ekstrasenslər döyüşü”nün qalibi Mehdi İbrahimi Vəfa Rusiya və Azərbaycanla bağlı 2024 proqnozlarını “Moskva-Bakı” ilə bölüşüb. - 2024-cü ildə Rusiya və Azərbaycanda iqtisadi vəziyyət necə olacaq? - 2024-cü ildə Rusiyada iqtisadi vəziyyət normallaşacaq. Bəzi ölkələr ilin sonuna kimi Rusiyaya sanks...
publikaz_normalized
Məşhur aktyor Alen Delonun oğlu Entoni Delon bacısı Anuşkanı atasının koqnitiv (idrak) pozğunluğu ilə bağlı məlumatı ailədən gizlətməkdə günahlandırıb. “Bacım heç vaxt qardaşıma (aktyorun kiçik oğlu Alen-Fabien -red) və mənə məlumat vermədi ki, 2019-2022-ci illər ərzində atamla İsveçrədə klinikaya səfər zamanı beş koqn...
publikaz_normalized
Rusiya Federasiyasının Çuvaşıstan Respublikasında yanğından sonra 9 nəfər - üç uşaq və altı böyük xəstəxanaya yerləşdirilib. “Rusiya Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri gələnə qədər sakinləri təxliyə edə biliblər, lakin yanıq xəsarəti alıblar və tüstüdən zəhərləniblər. Doqquz nəfər xəstəxanaya yerləşdirili...
publikaz_normalized
“Köçəri həyat yaşayırdım”":"Əməkdar artist Lalə Məmmədova Prezident İlham Əliyev tərəfindən ona bağışlanan şəhərin mərkəzindəki 3 otaqlı evdən söz açıb. Lalə Prezidentə dərin minnətdarlığını bu sözlərlə ifadə edib: “Bu, həyatımda çox böyük işıqlı səhifədir. Bu haqda nə qədər danışsam azdır. Dövlət başçısı mənim kiçik y...
publikaz_normalized
Sumqayıtda 61 yaşlı kişinin meyiti aşkarlanıb. Şəhər sakini, 1963-cü il təvəllüdlü Baxşəliyev Əlixan Ələmdar oğlunun üzərində zorakılıq əlamətləri olmayan meyiti yaşadığı evdə aşkarlanıb. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.
publikaz_normalized
Cənubi Koreyada ilin simvolu olan əjdaha görüntüsü "peyda" olub. Bu maraqlı görüntünü yaratmaq üçün iki mindən çox dron havaya qalxıb. Ayı yeyən əjdaha" görüntüsü sosial şəbəkələrdə maraqla qarşılanıb.
publikaz_normalized
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı iki kibrit qutusunda qablaşdırılmış narkotik vasitə olan marixuana aşkar edilib. Əməliyyat tədbirlər...
publikaz_normalized
ABŞ Dövlət Departamenti İranda baş vermiş partlayışlarda ABŞ və İsrailin əli olmadığını açıqlayıb. O qeyd edib ki, İranın Kirman əyalətində qəbiristanlıq yaxınlığında baş verən partlayışlara görə İsrailin məsuliyyət daşıması üçün heç bir səbəb görmür: ABŞ heç bir şəkildə bu işdə iştirak etmir. İkincisi, İsrailin partla...
publikaz_normalized
“Arsenal”ın futbolçusu Məhəmməd Elneni klubunu dəyişə bilər. Mənbənin məlumatına görə, Elneni qış transfer pəncərəsində London klubundan ayrılmağa yaxındır. Türkiyənin bir neçə təsmilçisi yarımmüdafiəçini heyətinə qatmaqda maraqlıdır. Onların arasında “Beşiktaş” və “Trabzonspor” da var. Artıq hər iki klub Məhəmmədə tək...
publikaz_normalized
“Barselona”nın baş məşqçisi Xaviyə “komandanızda hansı futbolçunu görmək istəryərdiniz - Erlinq Haaland və ya Kilian Mbappe” sualına cavab verib. İndi hər ikisinin “Barselona”ya qoşulmasını təsəvvür edə bilmərik. Təəssüf ki, bu futbolçuları ala bilmirik. Onları alacaq qədər pulumuz yoxdur. Sahib olduğum futbolçulardan ...
publikaz_normalized
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları ötən gün cinayət törətməkdə şübhəli bilinən 21 nəfəri saxlayıb. Bildirilib ki, yanvarın 3-də ölkə ərazisində qeydə alınan 32, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə ...
publikaz_normalized
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsini oxuculara təqdim edirik: - Qüdrət bəy, İranda Süleymaninin anım mərasimində baş vermiş terror hadisəsi barədə fikirləriniz necədir? - Siyasi motivlərlə günahsız insanların öldürülməsi insan vəhşiliy...
publikaz_normalized
Moskvanın üç rayonu işıqsız və istiliksiz qalıb. İlkin məlumata görə, fövqəladə hadisə Vısokovoltnıy proezd yarımstansiyasında baş vermiş yanğın nəticəsində baş verib. Bibirevo, Altufyevo və Otradnoe rayonlarının sakinləri evlərində işıq və istilik olmadığını bildirirlər. Mash Telegram" kanalı aydınlaşdırır ki, şaxta f...
publikaz_normalized
Polis əməkdaşları ötən gün vətəndaşlardan qanunsuz saxlanılan 1 avtomat, 3 tüfəng aşkar edərək götürüb. Bildirilib ki, yanvarın 3-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd avtomat silahı, 3 ədəd müxtəlif markalı tüfəng və 27 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürü...
publikaz_normalized
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,88 ABŞ dolları, yaxud 2,3 % artaraq 82,07 ABŞ dolları təşkil edib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 78,81 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta ...
publikaz_normalized
ABŞ noyabrda keçiriləcək prezident seçkilərinə hazırlaşır. Namizədlərin biri də ABŞ-ın keçmiş prezidenti Donald Trampdır. Lakin, Kolorado ştatında onun seçkilərdə iştirakına mane olan qərar qəbul edilib. Trampın vəkilləri iddia edirlər ki, heç bir ştat məhkəməsi prezidentliyə namizəd olan şəxsin səsverməyə çıxmasına ma...
publikaz_normalized
Onu azərbaycanlı əvəzləyəcək":"Norveçli şahmatçı Maqnus Karlsen "İddiaçılar Turniri - 2024"ün iştirakçıları siyahısına salınmasından danışıb. Dəvət üçün təşəkkür edirəm, sadəcə indi heç yarışın iştirakçısı olmaq istəmirəm" - deyə Karlsen sosial şəbəkə hesabında yazıb. Bundan əvvəl Karlsenin iştirakdan imtina etdiyi bar...
publikaz_normalized
Dağıstanın Xasavyurt şəhərində azərbaycanlı qadın qadın iş adamı olan 37 yaşlı ərini dəmir plintusla ölənədək döyüb, sonra da guya "gecənin bir aləmində evə jəlmiş qonaqların ərinə hücum etdiyini" deyib. Ərim Cabir Dubaydan qayıtmışdı. Ailəliklə onun qayıdışını qeyd edəndə qəflətən evə iki naməlum şəxs soxuldu. Onlar C...
publikaz_normalized
Baş məşqçisini oğurlayırlar":"“Jirona”nın baş məşqçisi Mişel Anxel “Nyukasl”a rəhbərlik edə bilər. Mənbənin sözlərinə görə, “sağsağanlar”ın rəhbərliyi hazırkı çalışdırıcı Eddi Hau vəzifəsindən azad edib, 48 yaşlı ispan mütəxəsissi bu posta təyin etmək variantını ciddi şəkildə nəzərdən keçirirlər. Mişel iki ildir “Jiron...
publikaz_normalized
Moskvada yanvarın 3-dən 4-nə keçən gecə qış başlayandan bəri ən soyuq hava qeydə alınıb. “Moskvada şaxtalar pik həddə çatıb - VDNKh baza meteoroloji stansiyasında havanın minimal temperaturu mənfi 26,4 dərəcə, Balçuqda mənfi 24,8 dərəcə, Tuşinoda mənfi 27,1 dərəcə olub. Səhər saat 8-ə kimi paytaxtda şaxta mənfi 26,9 də...
publikaz_normalized
xəsarət alanlar var":"Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var. VAZ2107" markalı avtomobillə, " HONDA" markalı maşın toqquşub. İlkin məlumata görə, qəza zamanı iki sürücülər Natiq Budaqov və Xəyal adlı şəxs xəsarət alıb. Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb. Faktla bağlı araşdır...
publikaz_normalized
2023-cü ildə Azərbaycanda 99 nəfərə elmlər doktoru elmi dərəcəsi verilib. Elmi dərəcələrin 5-i riyaziyyat, 5-i fizika, 7-si texnika elmləri, 7-si iqtisad elmləri, 9-u tarix üzrə, 11-i tibb elmləri, 32-si filologiya elmləri və başqa sahələr üzrə verilib.
publikaz_normalized
40 yaşında kişiyə zorla 17 yaşlı qızı ərə veriblər. O da gedib toylardan birində başqa kişiyə qoşulub, qaçıb. Hələ, deyilənə görə, qaçarkən evdən 5 minlik qızıl da aparıb. Haqq edib, əlinin içindən gəlib. O, bir neçə gün öncə yaşanan hadisəyə sərt reaksiya verib: Sən bunun gəncliyini oğurlamısan ee. Ən gözəl yaşında sə...
publikaz_normalized
Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər zamanı silah-sursat aşkar edilib. Bildirilib ki, Polis əməkdaşları tərəfindən 7 avtomat, 2 əl qumbarası, müxtəlif çaplı patronlar və digər sursatlar aşkar edilərək götürülüb.
publikaz_normalized
Roma"nın baş məşqçisi Jose Mourinyo Braziliya milli komandasının növbəti məşqçisi ola biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Xatırladaq ki, bundan əvvəl mətbuatda Karlo Ançelottinin 2024-cü ilin yayında “Real”dan ayrılacağı və pentakampionlara rəhbərlik edəcəyi ilə bağlı aktiv xəbərlər yayılmışdı. 202...
publikaz_normalized
Çoxunun yaşı 60-dan yuxarı olan 1167 Rusiya vətəndaşı Latviyadan deportasiya olunmaqla hədələnib. Eyni sayda kişi və qadının ölkədən çıxarılması planlaşdırılır. Daha 46 nəfər daha əvvəl ölkəni tərk edib. Latviyadan deportasiya İmmiqrasiya Qanununa edilən dəyişikliklərin tələblərinə əməl etməyən vətəndaşları təhdid edir...
publikaz_normalized
İspaniyada "cin girdiyini" düşündükləri beş yaşlı uşaqlarını öldürməyi planlaşdıran fransız cütlük həbs olunub. Məhkəmə tərəfindən həbs edilən cütlüyün 5 yaşlı uşağının səhhətinin yaxşı olduğu, uşaq baxım evində saxlandığı bildirilib.
publikaz_normalized
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-8° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 755 mm...
publikaz_normalized
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yanvarın 6-sı gündüzədək ayrı-ayrı yerlərdə güclü külək əsəcəyi, bir sıra rayonlarda hava şəraitinin yağıntılı keçəcəyi və qar yağacağı proqnozlaşdırılır. Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq d...
publikaz_normalized
Günah hökumətdədir?":"“Yuventus”un keçmiş qapıçısı Canluici Buffon maraqlı açıqlama verib. Stadionlar və verilişlər bu cür reklamlarla doludur. Hökumət qumar oyunlarını təşviq edir. Futbolçu futbola mərc edirsə, ədalətli şəkildə cəzalandırılmalıdır. Bir dəfəyə 1 milyon avro xərcləyən hər kəs axmaqdır, amma qumar aludəç...
publikaz_normalized
Adanada polisin saxladığı taksidə oyuncaq ayının içərisindən 1825 ədəd narkotik həb tapılıb. Ziyapaşa rayonunda təqib edilən taksi polis qrupları tərəfindən saxlanılıb. Axtarış edən qruplar suriyalı müştəri Mahmud Yasinin yanındaki oyuncaq ayının sərt olmasından şübhələniblər. Polis oyuncağın içərisindən 1825 ədəd nark...
publikaz_normalized
Aparıcı Xoşqədəm Hidayətqızı növbəti açıqlaması ilə gündəmə səs salıb. Haqqımda çıxan pis və ya yaxşı xəbərimdə milyonlarla "baxış" toplayır. Artıq Türkiyədə də adım reytinqlidir. Mənim adımı çəkərək yox, öz adınızla reytinq qazanın. Hansı yerə gedirəmsə, ayağımla reytinq, ruzi və böyük uğurlar aparıram. Çünki bunu All...
publikaz_normalized
İsrail Xarici İşlər Nazirliyinin (XİN) yeni rəhbəri İsrael Katz Ukrayna ilə münasibətləri gücləndirməyə ümid etdiyini bildirib. Diplomat nazir vəzifəsinə təyin olunması münasibətilə ukraynalı həmkarı Dmitri Kulebanın ona ünvanladığı təbrikdən sitat gətirib: Mən sizinlə işləməyi və ölkələrimiz və xalqlarımız arasında əl...
publikaz_normalized
yanvarın 5-i və 6-sı...":"Yanvarın 5-i və 6-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Onun sözlərinə görə, yanvarın 6-sı səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. “Mülayim cənub qərb küləyi 6-da arabir güclənən şimal-qərb...
publikaz_normalized
Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrasının təmin edilməsi ilə əlaqədar müdafiə naziri general-p...
publikaz_normalized
Bunu deyən axmaqdır":"“Barselona”nın yarımmüdafiəçisi Pedri maraqlı açıqlama verib. “Ronaldonun pis olduğunu söyləyən hər kəs axmaqdır və futbol haqqında heç nə bilmir” – deyə Pedri bildirib. Xatırladaq ki, Ronaldo 54 qol vuraraq 2023-cü ilin bombardiri olub.
publikaz_normalized
ABŞ-ın artıq Ukraynaya hərbi və iqtisadi dəstək vermək üçün pulu qalmayıb. Amerika administrasiyasının nümayəndəsinin sözlərinə görə, prezident Co Bayden bu yaxınlarda vəsaitin ayrılması ilə bağlı son sənədlər paketini imzalayıb. Bizə ehtiyacınız var ki, Ukraynaya dəstək verməyə davam edək”, - Kirbi bildirib. Vaşinqton...
publikaz_normalized
Almaniyada Gelzenkirxen polisi bir neçə dəfə dönər sifariş verdiyi və sonra onu almadığı iddia edilən naməlum şəxsə qarşı istintaq başladıb. 48 yaşlı köşk sahibi Gelzenkirxendəki köşkündə şübhəlinin bir neçə dəfə dönər sifariş edib sonradan onu almamasından narahat olub. Bildirilir ki, müştəri əvvəlcə qonşu supermarket...
publikaz_normalized
Görün nə qədər maaş alacaq":"Xorvatiyanın “Hayduk” klubunun idman direktoru Mindauqas Nikolitius hücumçu Nikola Kaliniçin transfer olduğunu açıqlayıb. “Nikola bir məqsədlə qayıdır – 19 ildən sonra “Hayduk”un titul qazanmasına kömək etmək üçün”, - deyə Mindauqas “The Guardian”a açıqlamasında deyib. Hazırda Xorvatiya çem...
publikaz_normalized
Türkiyədə benzinin bir litrinin satış qiyməti 2 lirə 30 quruş, dizelin bir litrinin satış qiyməti isə 2 lirə 17 quruş artıb. Dizelin qiyməti isə İstanbulda 39,35, Ankarada 39,95, İzmirdə 40,22 lirəyə yüksəlib.
publikaz_normalized
Yaponiyanın qərbindəki İşikava əyalətində baş verən zəlzələlərdə həyatını itirənlərin sayı 82-yə yüksəlib. Bölgədə baş verən zəlzələlərdə 82 nəfərin həyatını itirdiyi, 300-dən çox yaralının bölgə daxilində müalicə olunduğu açıqlanıb. Ştat üzrə 165 məktəb və obyektdə qismən ziyan aşkar edilərkən, 30 mindən çox insanın m...
publikaz_normalized
Azərbaycanda müğənninin külli miqdarda pulu oğurlanıb. Bu barədə müğənni özü ATV kanalında yayımlanan "Rəngarəng" verilişinin efirində məlumat verib. Müğənninin sözünə görə,onun pulunu oğurlayan şəxs yeni tanış olduğu adam olub. O,həmçinin hadisə ilə bağlı polisə müraciət etmədiyini də bildirib.
publikaz_normalized
ABŞ və İsraildən belə “qisas” alacaqlar":"İranda Kirman partlayışından sonra ali dini lider Əli Xamanei “qisas” əmri verib. Nəşrin iddiasına görə, Xamenei cavab tədbirlərinin İsrailə və ABŞ bazalarına qarşı “proksi qüvvələr” (Yəməndə husilər, Livanda Hizbullah, Suriyada silahlı dəstələr-red) hücumları ilə məhdudlaşdırı...
publikaz_normalized
məhbus hakimi döydü - Video":"ABŞ-da 30 yaşlı məhbus hökm elan olunarkən hakimə hücum edib. Qarşıdurma zamanı polis əməkdaşlarından biri yaralanıb, hakim isə yüngül xəsarət alıb. Hücum edən şəxsin yenidən məhkəməyə çıxarılacağı bildirilib.
publikaz_normalized
TARİX BƏLLİDİR":"Kiyevin xahişi ilə yanvarın 10-da Ukrayna - NATO Şurasının iclası keçiriləcək. Onun sözlərinə görə, Ukrayna hakimiyyəti Şuranı Rusiyanın raket zərbələri və PUA hücumlarının intensivləşməsi fonunda çağırır. Görüş, Uaytin aydınlaşdırdığı kimi, Brüsseldə səfirlər səviyyəsində keçiriləcək. Ukrayna Xarici İ...
publikaz_normalized
PSJ-nin prezidenti ilə nəyi razılaşıb?":"PSJ-nin hücumçusu Kİlian Mbappe klubdakı gələcəyi ilə bağlı sualı cavablandırıb. “Gələcəyimlə bağlı hələ qərar verməmişəm. Heç kim klubdaxili vəziyyətimdən danışmır. Qərarımı verməmişəm, amma prezidentimiz Nassir Əl-Xelaifi ilə razılaşmamız var. Bu o deməkdir ki, bütün tərəfləri...
publikaz_normalized
Təxminən 200 yük maşını qar daşınıraraq Sarıqamış Hərəkatının 109-cu ildönümü ilə bağlı anım tədbirlərində sərgilənəcək qar heykəllərində son tamamlama işləri aparılır. Heykəllərin inşasında iştirak edən müəllim Muhammet Hanifi Zengin deyib ki, heykəllər demək olar ki, hazırdır.
publikaz_normalized
CBC telekanalının İrəvan səmasında dronla çəkiliş aparması Ermənistanda “Azərbaycan dronları başımızın üzərində gəzir” müzakirələrinə səbəb olub. “Nyus.am” yazır ki, dron çəkilişinin aparılması iki halda mümkün ola bilər: ya Azərbaycan dronları həqiqətən də İrəvan səmasında uçuşlar həyata keçirib, ya da burada “vasitəç...
publikaz_normalized
35 ildir...":"Türkiyəli məşhur müğənni Serdar Ortaç TRT 1-də yayımlanan “Alişan ile Hayata Gülümsə” verilişinin qonağı olub. Müğənni “Səni ən çox kədərləndirən nədir? Ölümlər və qumar oynamaq məni məhv etdi. Bir qazanırsansa, iki itirirsən. İtirdiklərini geri qazanmaq üçün illərin gedir. İnsan ancaq öz peşəsindən qazan...
publikaz_normalized
Müğənni Günel Zeynalovanın Yeni İl gecəsi İstanbulda restoranların birindəki çıxışı maraqlı anlarla yadda qalıb. Zeynalova 4 yaşlı Rəhmanla birgə “Kırmızı balık” və “Unutamadım” mahnılarını səsləndirib. " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " "Публикация от ...
publikaz_normalized
Bu ölkə NATO qoşunlarının Ukraynaya daxil olmasına icazə verdi":"Britaniya ordusunun istefada olan polkovniki Hamiş de Bretton-Qordon Ukrayna Silahlı Qüvvələrinin (AFU) cəbhədə daha böyük problemlərlə üzləşəcəyi təqdirdə Rusiya ilə müharibə üçün NATO qoşunlarının Ukrayna ərazisinə daxil olmasına icazə verib. O vurğulay...
publikaz_normalized
Belarus lideri Aleksandr Lukaşenko istefada olan prezident üçün dövlət başçısı və onun ailəsinə toxunulmazlıq, habelə dövlət əmlakının təminatla ayrılması kimi öhdəlikləri özündə əks etdirən düzəlişlər haqqında qanunu imzalayıb. “Bundan əlavə, səlahiyyətlərini icra etməyi dayandıran Belarus prezidentinin statusu müəyyə...
publikaz_normalized
Zeynəb xanım haqda pis və artıq-əskik danışanlar kar və kor kütlədir. Eşşəyin iki arpasını bölə bilməyən kütlədir. Onlar kimdir ki, cavanlığında yox, hələ yeniyetmə vaxtında sənətə gəlib, əfsanə adını daşıyan insan haqda o sözləri desinlər?! İnsanları qaranlıq quyuya sürükləyən kütlələrdir. Yazırlar ki, Zeynəb xanım 31...
publikaz_normalized
Sübhaninin iddiaları":"İranın Ermənistandakı səfiri Mehdi Sübhani yenə Azərbaycana qarşı çıxış edib. Biz regionda sərhəd dəyişikliyinin əleyhinəyik. Sərhədlərin dəyişdirilməsi bizim üçün “qırmızı xətdir”. Ermənistan ərazisində ekstraterritorial dəhliz məsələsi beynəlxalq hüquqa, ölkələrin ərazi bütövlüyü və suverenliyi...
publikaz_normalized
4,8 milyona çatdı":"Keçən il Kapadokiyadakı muzeyləri 4 milyon 826 min 662 yerli və xarici turistin ziyarət etməsi nəticədində ötən illərin rekordu qırılıb. O, Kapadokiya əyalətinin hər il milyonlarla yerli və xarici qonağı qəbul etdiyini, bu baxımdan şəhərin ölkənin tanıdılmasına və iqtisadiyyatına mühüm töhfə verdiyi...
publikaz_normalized
Orduda narazılıqlar artır - "The Washington Post" yazır":"Dnepr çayı ərazisində davam edən əməliyyatlarda ağır itkilər və nəticənin olmaması səbəbindən Ukrayna Silahlı Qüvvələrində (AFU) narazılıq artır. Biz sadəcə olaraq insanları itiririk, amma nəticə yoxdur”, - nəşr Ukrayna Silahlı Qüvvələrinin dəniz piyadalarından ...
publikaz_normalized
“Mançester Yunayted”in yeni sahibi olan “İneos” kampaniyası komandanın baş məşqçisini Erik ten Haqla bağlı qərar verib. Bu barədə ESPN məlumat yayıb. Mənbənin məlumatına görə, lakin o, zəif nəticələrə görə vaxtından əvvəl qovula bilər. Baş direktor Yan-Klod Blan müştərilərə “qırmızı şeytanlar”a rəhbərlik etməyə hazır o...
publikaz_normalized
realdır, ya qurama?":"Sosial media platformalarında azərbaycanlı istifadəçilər tərəfindən paylaşılan bir şəkil geniş müzakirələrə səbəb olub. Sözügedən şəkil Azərbaycan ordusunun mənsubunun Şuşə qalası qarşısında bir qıza evlilik təklif etməsini əks etdirir. müzakirələrə səbəb olan fotonun real olub-olmadığını araşdırı...
publikaz_normalized
Barselona" yeni transferi Vitor Rokeni La Liqada qeydiyyatdan keçirib. 18 yaşlı hücumçu La Liqanın 19-cu turunda "Las Palmas"la bu gün saat 00:30-da keçiriləcək oyun üçün heyətə daxil edilib. Qeyd edək ki, braziliyalı futbolçu "Barselona" ilə 2031-ci ilin iyununa kimi müqavilə imzalayıb.
publikaz_normalized
İstanbulda içərisində şagirdlərin olduğu avtobus naməlum şəxs tərəfindən qaçırılıb. Şagirdləri məktəbə aparan avtobus işıqforda dayanarkən bir nəfər sürücüyə arxa təkərinin partladığını bildirib. O, təkəri yoxlamaq üçün avtomobildən düşən zaman naməlum şəxs sükana əyləşərək avtomobili qaçırıb. Sürücü avtomobilin arxası...
publikaz_normalized
Bölgəmiz “qan çanağı”na dönəcək?":"Beynəlxalq Böhran Qrupu 2024-cü il ərzində gözlənilən 10 münaqişə haqqında geniş hesabat dərc edib. Ehtimal edilən münaqişələr siyahısına Azərbaycanla Ermənistan arasında gərginlik də əlavə edilib. Bu ehtimal Azərbaycanın guya münaqişəsinin davam etdirilməsində maraqlı ola biləcəyi ha...
publikaz_normalized
İranın Kirman şəhərində baş verən partlayışın arxasında kimlərin dayandığı müəmma olaraq qalır. Rəsmi Tehran hadisənin araşdırıldığını, günahkarların cəzalandırılacağını bəyan edib. İsrailə qarşı müəyyən iddialar səsləndirilsə də, partlayışla bağlı rəsmi açıqlamada Təl-Əvivin adı konkret çəkilmir. Baş verənlərin İsrail...
publikaz_normalized
Cəlilabadda dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulmuş gənc qız vəfat edib. Belə ki, 2023-cü il dekabrın 30-da rayonun Sabirabad kənd sakini 31.10.2002-ci il təvəllüdlü (cinsi qadın) vətəndaş Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə ağır vəziyyətdə hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş ...
publikaz_normalized
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibə verib. - Cənab Hacıyev, “Reuters” agentliyinin dekabrın 19-da verdiyi məlumata görə, siz demisiniz ki, Ermənistanla Azərbaycan arasın...
publikaz_normalized
Yanvarın 4-ü Laçın rayonunda, çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Həsən Ümid oğlu İsmayılov və Səxavət Fərasət oğlu Axundov həlak olub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə Nazirliyinin rəhbərliyi bədbəxt hadis...
publikaz_normalized
Laçında hərbçilərin avtoqəzaya düşməsi ilə bağlı cinayət işi açılıb. Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351.3-cü (Döyüş və ya xüsusi təyinatlı nəqliyyat vasitələrini, yaxud hərbi texnikanı idarəetmə və istismar qaydalarının pozulması ehtiyatsızlıqdan iki və ya daha çox ...
publikaz_normalized
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu gün Laçında həlak olan hərbçilərə şəhid statusunun verilməsi ilə bağlı məsələyə aydınlıq gətirib. Laçında həlak olan hərbi qulluqçular - Həsən İsmayılov və Səxavət Axundova xidmət vaxtı həlak olmalarını təsdiq edən rəsmi arayış təqdim olunduqdan sonra şəhidlik...
publikaz_normalized
Laçında avtoqəzaya düşərək yaralanan hərbçilər Xankəndi və Bərdəyə aparılıb. Onlardan 2-si həlak olub, 2-si ağır vəziyyətdə Xankəndi xəstəxanasına yerləşdirilib. Digər xəsarət alanlar isə Bərdə Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Xatırladaq ki, yanvarın 4-ü Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyy...
publikaz_normalized
Siz 450 manat qazandınız - FOTO":"İnsanların saflığından istifadə edərək onların pulunu mənimsəyən dələduzların sayı getdikcə artmaqdadır. Bu qədər xəbərdarlıqlara baxmayaraq nə onların sayı azalır, nə də onlara inananların. Bu gün sosial şəbəkələrdə dələduzluğun yeni növü meydana çıxıb və insanların kartında olan bütü...
publikaz_normalized
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29-un prezidenti təyin edilib. “Bu il Azərbaycan COP29 konfransına ev sahibliyi edir. COP29-un prezidenti Muxtar Babayevə və COP29-un aparıcı müzakirəçisi Yalçın Rəfiyevə fəaliyyətlərində uğurlar arzulayırıq. Biz COP28-in tarixi uğuruna əsaslanmaq və 1,...
publikaz_normalized
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin azərbaycanlı həkimi təltif edib. Bu barədə Sərəncam Rusiya Prezidentinin rəsmi internet səhifəsində yerləşdirilib. Ruslan Bayramov həkim ailəsində dünyaya göz açıb. Onun babası Əmir Bayramov Gürcüstanın azərbaycanlılar yaşayan Kvemo-Kartli diyarının Marneuli rayonunun Qa...
publikaz_normalized
Astara rayonunun Şiyəkəran kənd sakini Yunis Qulamov uzun illərdir Səfəvilər dövlətinin qurucusu Şah İsmayıl ordusunun bayrağının başlıq hissəsini qoruyub saxlayır. Yunis Qulamov AZƏRTAC-a bildirib ki, bu döyüş bayrağının başlığı ona ulu babasından yadigar qalıb. O, ulu babalarından yadigar qalan bu dəyərli tapıntının ...
publikaz_normalized
klaviaturaya belə düymə əlavə edilir":"“Microsoft” şirkəti “Windows 11” əməliyyat sistemi əsasında fərdi kompüterlərinin klaviaturasını dəyişərək "süni intellekt açarı" olan "Copilot"u əlavə edəcək. Bu gün biz irəliyə doğru növbəti mühüm addım atmaqdan və "Windows 11" ilə işləyən kompüterlərə "Copilot" açarını təqdim e...
publikaz_normalized
2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək məqsədilə Azərbaycan Respublikasının qərb rayonları ilə onun Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinə zəmanət vermək ba...
publikaz_normalized
Aşiq olduğumuzu anladığımız zaman ilk işimiz bu həqiqəti etiraf etməkdir. Ancaq sonra özümüzün nə istədiyimizi başa düşməliyik". Qarşılıqlılıq və yaxınlıq arzulamaq tamamilə təbii və normaldır. Utanılası heç nə yoxdur, daha az utanmaq lazımdır", - deyə mütəxəssis bildirib. Həmsöhbətin fikrincə, ən doğrusu bəyəndiyiniz ...
publikaz_normalized
“Neftçi” klubu heyətini yeni basketbolçu ilə gücləndirib. 20 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisinin də üzvü olan oyunçunun son klubu Türkiyə təmsilçisi “Darüşşafaka Lassa” olub. Onunla mövsümün sonunadək müqavilə imzalanıb. Qeyd edək ki, “Neftçi” ölkə çempionatında 9 turdan sonra 15 xalla dördüncü pillə...
publikaz_normalized
Xəbər verdiyimiz kimi, bu gün Cəlilabad rayon sakini Sevil Cabbar qızı İbayeva dəqiqləşdirilməmiş pnevmoniyadan vəfat edib. Bildirilib ki, mərhum universitetin Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə IV kurs tələbəsi olub. Sevilin fotosunu təqdim edirik:
publikaz_normalized
Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, “Toyota Prius” markalı avtomobilin sürücüsü sükana nəzarəti itirib və nəqliyyat vasitəsi aşıb. Qəza zamanı ölən və ya xəsarət alanların olub-olmaması ilə bağlı məlumat yoxdur. Qəza yerindən görüntüləri təqdim edirik:
publikaz_normalized
İŞİD terror təşkilatı İranda törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. Qeyd edək ki, İran mənbələrinin məlumatına görə, yanvarın 3-də ölkənin Kirman şəhərində iki partlayış nəticəsində 103 nəfər ölüb, 211 nəfər yaralanıb. Ölənlər arasında şəxsiyyəti müəyyənləşdirilənlərin sayı 84 nəfərdir.
publikaz_normalized
Bədənim ağrılara tab gətirmir" - FOTO":"“Miss Azerbaijan-2019” model yarışmasının qalibi Səmra Hüseynova dəhşətli ağrılardan əziyyət çəkir. “Mən sağalmaq istəyirəm, keyidilmək deyil” , - deyə imdad diləyən Səmra onu sevənləri kədərləndirib: “Artıq məcbur qaldım çünki çarə tapılmır. 10 ildən çoxdur bədən ağrılarım var. ...
publikaz_normalized
ABŞ şiə üsyançıları tərəfindən İraqdakı Amerika hərbi bazalarına hücumların təşkilatçısı olduğu iddia edilən "Hizbullah ən-Nucaba" liderini vurub. Polis və milis mənbələri bildiriblər ki, raketlər Nucabanın qərargahında olan avtomobilə dəyib və yerli qrupun komandiri və onun köməkçilərindən biri də daxil olmaqla, dörd ...
publikaz_normalized
həbsdən müharibəyə getdi, geri dönəndə...":"Qırğızıstanın Narın Vilayət Məhkəməsi Beknazar Boruquluulunu "Waqner" PMC-nin tərkibində Ukraynada müharibədə iştirak etdiyinə görə 5 il müddətinə azadlıqdan məhrum edib. Qeyd edilib ki, “Waqner” PMC-nin tərkibində Ukraynada döyüşmüş 27 yaşlı Narın vilayəti saki, 2023-cü ilin...
publikaz_normalized
Xəbər verdiyimiz kimi, bu gün Laçında hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində iki hərbi qulluqçumuz - Gəncə sakini gizir İsmayılov Həsən Ümid oğlu və Xaçmaz rayonu Sayad kənd sakini əsgər Axundov Səxavət Fərasət oğlu həlak olub.
publikaz_normalized
Qarabağ” qış transfer pəncərəsində ilk futbolçu keçidini gerçəkləşdirib. Azərbaycan millisinin 28 yaşlı yarımmüdafiəçisi ilə 3,5 illik müqavilə imzalanıb. O, 2020-2023-cü illərdə “Sabah”ın formasını geyinib. İsayev bunadək Rusiyada “Yenisey” (2014-16, 2017-18) və “”Zenit-2” (2016-18), ölkəmizdə “Sumqayıt”da (2018-20) ç...
publikaz_normalized
ABŞ-ın Ayova ştatında məktəbdə atışma baş verib. Ölən və yaralananlar barədə məlumat verilmir. Qeyd edək ki, bu məktəbdə 1,7 minə yaxın şagird təhsil alır.
publikaz_normalized
Zülmlər onun gəlişi ilə başa çatacaq":"Əgər məşhur riyaziyyatçı və fizikin şəxsiyyəti haqqında biliklər onun başına almanın uğursuz enməsi hekayəsi ilə məhdudlaşırsa, onda biz təəccüblənməyə tələsirik, çünki onun fəaliyyətinin çox yönlü olması heyrətamizdir. Görkəmli alim, görünür, həyatın demək olar ki, bütün sahələri...
publikaz_normalized
Gəncədə yanğın hadisəsi baş verib. Belə ki "BMW" markalı minik avtomobili hərəkətdə olan zaman anidən yanmağa başlayıb. Dərhal hadisə yerinə FHN-nin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlər tərəfindən yanğın söndürülüb, avtomobilin qalan his...
publikaz_normalized
Türkiyədə 141 siyasi partiya fəaliyyət göstərir. Bunların arasında ölkənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) 11 milyon 41 min 464 nəfərlə ən çox üzvü olan siyasi partiyadır. Türkiyənin siyasi partiyalarının üzv sayına görə açıqlanan siyahısında Cümhuriyyət Xalq Partiyası (CHP) 1 milyon 428 800 nəfərlə ikinci...
publikaz_normalized
Azərbaycan Ordusunun yanvarın 4-də Laçında avtomobil qəzasında həlak olan hərbçisi Həsən İsmayılovla Gəncədə vida mərasimi keçirilir. Mərasim başa çatdıqdan sonra mərhum Şəhidlər xiyabanında dəfn olunacaq. ***" "Dünən Laçın rayonunda yol qəzası zamanı həlak olan iki hərbiçimizdən biri Həsən İsmayılov bu gün Gəncə şəhər...
publikaz_normalized
Fiziki şəxslər banklarda olan depozit gəlirlərini vergidən tam azad edə bilərlər. Fiziki şəxslərin hər bir bankda milli valyutada 18 ay və daha çox vaxtda yerləşdirdikləri əmanətlər üzrə faiz gəlirləri vergidən tamamilə azad olunacaq. Bu müddətdən az dövrdə bankda saxlanan əmanətlər üzrə isə aylıq 200 manat gəlir vergi...
publikaz_normalized
“Qapqara” verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki buraxılışının qonağı Xalq artisti Röya Ayxan olub. “10 yaşımda blokda, məktəbdə konsertlər verirdim. Anamla atam buna görə dava edirdi. Anam atama həmişə deyirdi ki, qızın sənə oxşayıb, müğənni olmaq istəyir. Mən uşaqlıqdan bilirdim ki, kim olacağam”...
publikaz_normalized
Türkiyənin məşhur aktrisası Ayla Alqan 87 yaşında beyin qanaması nəticəsində dünyasını dəyişib. 2022-ci ildə Prezidentin Mədəniyyət və İncəsənət Böyük Mükafatına layiq görülən Alqan "Ah Güzel İstanbul" filmi və "Kurtlar Vadisi Pusu" serialındakı "Anadolu hoca" obrazı ilə insanların ürəyində yer tapıb. O, bir çox teatrl...
publikaz_normalized
Türkiyənin “Sivasspor” klubunun futbolçusu Yunus Emre Konak karyerasını İngiltərədə davam etdirəcək. Bu barədə insayder Ertan Süzgün məlumat yayıb. Premyer Liqa təmsilçisi gənc futbolçu üçün Sivas təmsilçisinə 5 milyon avro və əlavə bonuslar ödəyəcək. Qeyd edək ki, Yunus Emre Konak “Sivasspor”un yetirməsidir. Müdafiəçi...
publikaz_normalized
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı, Türkiyə Müharibə Qaziləri Dərnəyinin dəvəti ilə bir qrup Vətən müharibəsi iştirakçısı Mersində rəsmi və hərbyönümlü şəxslərlə görüşüb. Qardaş ölkənin rəsmi şəxsləri Azərbaycanın qazilərini salamlayaraq, onları Türkiyədə görməkdən məmn...
publikaz_normalized
Naxçıvanda bir ailənin dörd üzvü salatdan zəhərlənib. Bildirilib ki, bayram günlərində muxtar respublikada səkkiz zəhərlənmə halı qeydə alınıb. Bənzər vəziyyət Cəlilabadda da olub. Həkim, dietoloq-terapevt Ləman Süleymanova “Xəzər Xəbər”ə deyir ki, bayram günlərində qidalanmada yol verdiyimiz bəzi səhvlər ciddi fəsadla...
publikaz_normalized
Yaqub Zurufçunun həyat yoldaşı olmaq da asan deyildi" - FOTO":"Biri var şəxsiyyətin özünü sevəsən, biri də var o sevginin özünü də sevəsən. Bu sözləri hər zaman deyirəm ki, onu sevmək qəhrəmanlıq deyil, o elə sevilməli şəxsiyyətdir. Şərəf duyuram ki, onun xanımıyam”. "“Yaqub bəylə daha öncə birlikdə çalışdığımıza görə ...
publikaz_normalized
depressiyaya qapıla bilərsiniz":"Məlumatlar ilk baxışda önəmsiz təsir bağışlaya bilər - amma ilkin təəssüratlara aldanmayın. Özünüzə əmin deyilsinizsə, bədgümanlığınız varsa, yeni işə və ya layihəyə başlamayın. Günün ikinci yarısında məsuliyyətli davranın, diqqətli və sayıq olun. İşlərinizdə uğur qazanmaq üçün qətiyyət...
publikaz_normalized