text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların götürülməsi və vətəndaşlar tərəfindən könüllü təhvil verilməsi məqsədilə əməliyyat-profilaktiki tədbirlər davam etdirilir. | publikaz_normalized |
Əməkdar artist Gülbahar Şükürlü vəfat edib. Qeyd edək ki, 62 yaşlı qarmon ustası uzun sürən xərçəng xəstəliyindən əziyyət çəkirdi. | publikaz_normalized |
Gələn həftə ittiham irəli sürüləcək":"Yanvar ayında Milad tətilindən qayıtdıqdan sonra ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Co Baydenin oğlu Hunteri ABŞ Konqresinə hörmətsizlikdə ittiham edən qətnaməyə səsverməyə başlamaq niyyətindədir. Qeyd olunur ki, dövlət başçısının oğlu ötən ilin dekabrında ifadə verməy... | publikaz_normalized |
“Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç Rusiya klublarına yeni il arzularını çatdırıb. O, Rusiya komandalarına 2024-cü ildə beynəlxalq arenaya qayıtmağı arzulayıb. “Rusiya futbolunun 2024-cü ildə Avropaya qayıtmasını arzulayıram. Belə ki, Rusiya millisi yenidən Dünya və Avropa çempionatlarının seçmə mərhələsində, klub... | publikaz_normalized |
2013-cü ildə sevgilisi Reeva Steenkampı öldürməkdə təqsirli bilinən cənubi afrikalı paraqaçışçı Oskar Pistorius məhkəmənin qərarı ilə azad edilib. Mənbənin sözlərinə görə, Pistorius hazırda evindədir və özünü qapayıb. Sabiq idmançı şərti olaraq azadlığa buraxılıb. Altıqat paralimpiya çempionu Pistorius 2013-cü il fevra... | publikaz_normalized |
“Nottingem Forest”in futbolçususu, Daha əvvəl “Çelsi”də çıxış etmiş Kallum Hadson-Odoy adının milyarder Ceffri Epşteynin insan alveri işində hallanmasına münasibət bildirib. “Mən bir müddətdir ki, sosial şəbəkələrdə yayılan bu hekayəni izləyirəm və absurd olduğu üçün bu barədə şərh yazmaq fikrində deyiləm. Mən hadisələ... | publikaz_normalized |
Bu oyunu da pozacağıq":"Səudiyyə Ərəbistanında yaşanan “Super Kubok böhranı” ilə bağlı Türkiyə və ölkənin maraqlarına qarşı gizli əməliyyat, təxribat cəhdi var. “Ölkəmizi müxtəlif təxribatlarla regiondakı tərəfdaşlarından, çox güclü tarixi, dini, insani, iqtisadi və ticari əlaqələri olan qardaş ölkələrdən ayırmaq cəhdl... | publikaz_normalized |
yaralılar var":"Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, VAZ 2107 markalı minik avtomobili yolun kənarında, dayanmış vəziyyətdə olan “Qazel” markalı yük avtomobilinə çırpılıb. Hadisə nəticəsində Cəlilabad rayon sakinləri olan iki nəfər xəsarət alıb. Onlardan biri - 1997-ci il təvəllüdlü Musayev Fə... | publikaz_normalized |
Mədəniyyət Nazirliyi tanınmış qarmon ifaçısı Gülbahar Şükürlünün vəfatı ilə bağlı nekroloq yayıb. “Əməkdar artist tanınmış qarmon ifaçısı Gülbahar Şükürlü vəfat edib. Mədəniyyət Nazirliyinin kollektivi sənətkarın vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. | publikaz_normalized |
Finlandiya hökuməti 2025-ci ildən etibarən Rusiyadan mayeləşdirilmiş qazın idxalını qadağan etmək niyyətindədir. “Konkret bir tarix vəd etmək istəmirəm, amma gələn il qadağanın tətbiq ediləcəyi bir vəziyyətdə olacağıq. Finlandiyaya mayeləşdirilmiş qaz idxalı kiçik həcmdədir, lakin məsələ prinsipialdır”, - nazir bildiri... | publikaz_normalized |
Ermənistan və İrana dəstək":"Blinken Azərbaycanı “dini etiqad azadlığının ciddi şəkildə pozulmasına görə xüsusi nəzarət altında olan ölkələr siyahısına” daxil etdiklərini bəyan edib. ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının (USCIRF) 2023-cü il hesabatında da Azərbaycan iki iddia ilə ittiham olunur: - Qarabağda xristi... | publikaz_normalized |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı olub. Bildirilib ki, tərəflər başda Rusiya-Ukrayna müharibəsi olmaqla regional və qlobal məsələləri müzakirə ediblər. Danışıq zamanı Türkiyənin dövlət başçısı bildirib ki, “Türkiyə həm Ukraynada, həm də Fələstin to... | publikaz_normalized |
Əfqanıstanda 5,1 maqnitudalı zəlzələ olub. Seysmohadisənin episentri əhalisi təqribən 161 min nəfər olan Kunduz şəhərindən 116 km uzaqlıqda yerləşib. Zəlzələnin ocağı 60 km dərinlikdə olub. Dağıntı və ya tələfat barədə məlumat verilməyib. | publikaz_normalized |
Bu oyunda debüt edə bilər":"“Real”ın baş məşqçisi Karlo Ançelotti bildirib ki, komandaya ötən yay qoşulan, lakin zədə səbəbindən “kral klubu”nda bir dənə də olsun oyuna çıxmayan 18 yaşlı hücumameyilli yarımmüdafiəçi Arda Gülər 1/16 final matçında meydana çıxa bilər. Oyun yanvarın 6-da keçiriləcək. Jurnalist Fabrizio ... | publikaz_normalized |
Xəbər verdiyimiz kimi, Laçın rayonunda çətin relyefli dağlıq ərazidə ötən gün hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində şəhid olan hərbçimiz İsmayılov Həsən bu gün Gəncədə dəfn edilib. Pulika.az-ın məlumatına görə, dəfn mərasimində şəhidin yaxınları, şəhər ictimaiyyəti və hərbçilər iştirak edib. İyirmi sə... | publikaz_normalized |
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı ilə NATO-nun Avropadakı ali baş komandanı və ABŞ-nin Avropa Komandanlığının baş komandanı general Kristofer Kavoli arasında telefon danışığı olub. Zalujnı amerikalı generalı cəbhədəki durum barədə bilgiləndirdiyini açıqlayıb: “Əməliyyat və strateji vəziyyət sərt... | publikaz_normalized |
“Tottenhem”in qapıçısı Qulielmo Vikario həmyerlisi, italyan model Antonella Fiordelisi ilə münasibətdədir. “Corriere dello Sport”un məlumatına görə, Antonella yeni il günü Londondan fotolar paylaşıb. “Tauer Bridc”in önündə şəkil çəkdirib. " " " "25 yaşlı italyan gözəl eyni zamanda influenserdir “İnstaqram”da 1,5 milyon... | publikaz_normalized |
Yevlaxın Quşçu kəndində 16 yaşlı gənc intihar edib. Onun meyiti rayonun Mərkəzi Xəstəxanasının morquna yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. | publikaz_normalized |
Ticarət gəmilərinə hücumların tez-tez baş verdiyi Qırmızı dənizdəki durum ABŞ-də enerji qiymətlərinin artmasına səbəb olmur. “Biz vəziyyəti çox diqqətlə izləyirik, ancaq yetərincə zəngin neft ehtiyatlarımız var və biz heç bir effekt görmürük. Enerji qiymətləri sabitdir”, – o deyib. Yellenin sözlərinə görə, Qırmızı dəni... | publikaz_normalized |
Ona kömək etsəniz, münasibətlərdə nikbinlik bərqərar olacaq":"Qüvvənizə və potensialınıza inansanız, yaxşı nəticələr əldə edə bilərsinz. Ünvanınıza çoxsaylı tənqidlər səslənəcək. Belə tənqidləri qulaqardına vurun, gərəkli bildiyiniz kimi hərəkət edin. Günün ikinci yarısında yeni sifariş və ya maraqlı təklif istisna dey... | publikaz_normalized |
Yanvarın 5-də saat 23 radələrində Füzuli rayonu, Kürmahmudlu kəndi ərazisində 2003-cü il təvəllüdlü Azər Allahverdiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılan araşdırma zamanı 2005-ci il təvəllüdlü Nemət Bayramlının aralarında yaranmış mübahisə zamanı Azər Allahverdiyevə kəsici-deşici alə... | publikaz_normalized |
Tanınmış influenser və aparıcı Səma Abıyevanın paylaşımı müzakirələrə səbəb olub. Belə ki, izləyiciləri bu postuna görə Səmanı tənqid atəşinə tutublar. Bütün bunların fonunda isə Abıyevanın aparıcı həyat yoldaşı Tural Yusifov xanımın paylaşımına alov və ürəkli emoji şərhini yazıb. Bəzi istifadəçilərin Turala reaksiyası... | publikaz_normalized |
Hər 100 qram kakao tozunun tərkibində 8 qram üyüdülmüş tarakan ola bilər. O bildirib ki, şokoladlar müxtəlif firmalarda hazırlansa da xammal olaraq kakao tozu eyni yerlərdən gəlir: Kakao Afrika, Amerika kimi ölkələrdə yetişdirilir. Kakao dənələri bir yerə yığıldığı zaman aralarına fərqli həşəratlar da qarışa bilir. Hət... | publikaz_normalized |
Azərbaycanın Hindistandakı səfiri Elçin Hüseynli Hindistan Prezidenti Draupadi Murmaya etimadnamə təqdim edib. “Bu gün Hindistanın möhtərəm Prezidenti Draupadi Murmaya etimadnamə məktubunu təqdim etmək şərəfinə nail oldum. Azərbaycanın Hindistandakı səfiri kimi ölkəmə xidmət etməkdən və qarşılıqlı əlaqələrin inkişafı ü... | publikaz_normalized |
İranın Kerman şəhərində törədilən partlayışla bağlı yeni görüntülər ortaya çıxıb. İran partlayışı törədən terrorçulardan birinin şəklini yayımlayıb. Xatırladaq ki, 2024-cü il yanvarın 3-də İranın Kerman şəhərində İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin dəfn olund... | publikaz_normalized |
Qafqazda ən böyük reabilitasiya-terapiya mərkəzinin açılması nəzərdə tutulur. O, həmçinin ürək, qan-damar sistemində olan xəstəliklərdən də danışıb. Daha ətraflı aşağıdakı videoda: | publikaz_normalized |
Beş yaşdan kiçik olan uşaqlara xarici dil öyrədilməsi onlarda ünsiyyət problemi yarada bilər. Psixoloq Gülnar Orucova deyir ki, çox kiçik yaşda iki dili eyni anda öyrənən uşaqlar gələcəkdə ünsiyyət problemləri yaşayır. Mütəxəssislərin fikrincə, uşaqların müəyyən yaşdan sonra xarici dil öyrənməsində dostluq əlaqələri da... | publikaz_normalized |
Bəzi evlərdə və obyektlərin bir küncündə olan müddəti başa çatmış qaz balonları təhlükəli sayılır. Xüsusən də köhnə balonların. Kommunal xidmətlər üzrə ekspert Nüsrət Qasımov deyir ki, hazırda istifadədə olan qaz balonlarının böyük hissəsi sovet dönəmindən qalıb. Onların da nəinki istismar müddəti başa çatıb, hətta ist... | publikaz_normalized |
Bakıda yerləşən şadlıq saraylarından birinin həyətində arvadını bıçaqlayan kişiyə hökm oxunub. 9 may 2023-cü il tarixdə, saat 23:00 radələrində şadlıq sarayının arxasında rəsmi nikahda olduğu həyat yoldaşı Vüsaləni sosial şəbəkələrdən tanışlıq məqsədilə istifadə etməsinə görə aralarında yaranmış mübahisə zamanı bıçaqla... | publikaz_normalized |
İsrail Müdafiə Qüvvələri (İMQ) hücumlara cavab olaraq Livana zərbələr endirib. “Bu gün səhər saatlarında Livandan İsrail ərazisi istiqamətində çoxsaylı atışlar qeydə alınıb. SAXAL atəş mənbələrinə zərbələr endirib”, – məlumatda deyilib. Bundan əlavə, cümə günü İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı Livanın Blida b... | publikaz_normalized |
Dünyada düyünün qiyməti son 15 ildə ən yüksək səviyyəyə qalxıb. Buna yüksək tələbat və təchizatla bağlı problemlər səbəb olub. Maraqlıdır qiymət artımı yerli bazara necə təsir edib? Bazarda düyünün ən ucuzunun qiyməti 2 manatdan başlayır, 8-10 manat arasında dəyişir. Əvvəlki illərlə müqayisədə xaricdəın gətirlən düyünü... | publikaz_normalized |
Boliviyanın hüquq-mühafizə orqanları ölkə tarixində ən böyük miqdarda - 8,7 ton kokaini müsadirə edib. “Biz Boliviya xalqına və beynəlxalq ictimaiyyətə bildiririk ki, Niderlanda göndəriləcək 8,7 ton kokaini müsadirə etdik”, – deyə dövlət başçısı yazıb. Onun qeyd etdiyinə görə, bu, Boliviya tarixində ən böyük narkotik m... | publikaz_normalized |
Cəlilabadda fermerlər min bir əziyyətlə becərdikləri məhsulun pulunu ala bilmirlər. Təsərrufat sahibləri iddia edir ki, ötən mövsüm istixana şəraitində becərdikləri kartofu İqbal adlı bir şəxsə satıblar. Onların sözünə görə, bu satışda həmin alıcıya Vüsal adlı bir həmkəndliləri vasitəçi olub. Amma, sonra söz verən alıc... | publikaz_normalized |
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Qebreyesus koronavirusla bağlı xəbərdarlıq edib. ÜST direktoru maska taxmağı və COVID-19-a qarşı peyvənd olunmağı bərpa etməyə çağırıb. COVID-19, qrip və digər patogenlərin yaratdığı tənəffüs yoluxucu xəstəliklərin sayı bir neçə həftədir ki, bir çox ölkədə artmaqdadır... | publikaz_normalized |
Bakıda daimi qeydiyyatı olmayanların pul müqabilində öz evində qeydiyyata salınması ilə bağlı sosial şəbəkədə elan yayılıb. Bəs görəsən, bu məsələ qanunvericilikdə necə tənzimlənir? Bir evə qeydiyyata düşməklə bağlı hansısa məhdudiyyət varmı? Vəkil Hikmət Əliyev məsələ ilə bağlı bildirib ki, mülkiyyətçi öz yaşayış sahə... | publikaz_normalized |
“Qərbi Azərbaycan mətbəxinin təqdimatının təşkili ilə bağlı xidmətlərin satın alınması” adlı tenderlə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir. Bildirilib ki, milli kulinariyamızın təbliğinin bir hissəsi kimi 2023-cü ilin dekabrın 30-da elan edilən “Qərbi Azərbaycan mətbəxinin təqdimatının təşk... | publikaz_normalized |
Sürücü yoxdur, amma avtomobil özü-özünü idarə edir. Sürücü sükan arxasında yox, sərnişin yerində əyləşərək nəqliyyat vasitəsini avtomatik rejimdə idarə edir. Ən son müasir model avtomobilin hətta sükanı belə müdaxilə edilmədən sağa və ya sola dönür. Görüntüləri izləyən yol hərəkəti qaydaları üzrə ekspert Yasin Mustafay... | publikaz_normalized |
Qırmızı dənizdən daşımaların azalması konteyner qiymətlərinin artmasına səbəb olub. Qiymətlərin dəyişməsinə səbəb Qəzzada baş verən hadisələrə və Qırmızı dənizdə ABŞ hərbi dəniz qüvvələri ilə Husilərin arasındakı döyüşlərə görə gəmilərin daha uzun marşrutlara üstünlük verməsi olub. Asiyadan Aralıq dənizinə yüklərin daş... | publikaz_normalized |
Kolumbiyanın sabiq xarici işlər naziri Mariya Angela Olgin Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş tərəfindən Kipr üzrə şəxsi nümayəndə təyin edilib. Bəyanatda Türk tərəfinin şəxsi nümayəndənin mandatının adada iki tərəf arasında yeni rəsmi həll danışıqlarının başlanması ilə bağlı ümumi fikir... | publikaz_normalized |
Yaponiyanın Honsyu adasının qərb sahillərində 5,3 bal gücündə zəlzələ baş verib. Məlumata görə, zəlzələ yerin 38 kilometr dərinliyində qeydə alınıb. Tələfat və dağıntılar barədə məlumat verilməyib. | publikaz_normalized |
Türkiyə çempionatında XIX tura start verilib. “Beşiktaş” turu məğlubiyyətlə başa vurub. Türkiyə Super Liqası XIX tur 5 dekabr" "Antalyaspor – Alanyaspor 0:0" "Beşiktaş – Kasımpaşa 1:3 Qollar: Semih Kılıçsoy, 45+2 – Da Kosta, 41. 83" "Qaziantep – Pendikspor 2:2 Qollar: E.Yardımçı, 80" "6 dekabr 14:30 Rizəspor – Hatayspo... | publikaz_normalized |
“Qarabağ” qıs fasiləsindən sonra ilk təlim-məşq toplanışına start verib. Ağdam təmsilçisi hazırlıqları Bakıda keçəcək. Klub yanvarın 15-də “Zirə” ilə yoxlama oyunu keçirəcək. | publikaz_normalized |
Dortmund “Borussiya”sı hücumçu Ceydon Sançonu 29 milyon avroya almaq hüququna sahib olacaq. İngilis futbolçu 2023/2024 mövsümünün sonuna qədər icarə əsasında “Borussiyta”da çıxış etməlidir. Mənbənin məlumatına görə, Dortmund klubu Ceydonun maaşının yarısından azını ödəyəcək. Xatırladaq ki, Sanço avqustun sonunda komand... | publikaz_normalized |
Yenə qadınları tənqid etdi":"Sabiq ingilis futbolçu, hazırda “Bristol Rovers”in baş məşqçisi Co Barton FA Kubokunun 1/32 finalında keçirilən “Kristal Pelas” – “Everton” (0:0) matçına görə qadın ekspert Eni Alukonu tənqid edib. “Everton” oyunu haqda danışması, onu ən aşağı səviyyəyə qaldırdı”, – Barton sosial media X-də... | publikaz_normalized |
Polşa Avropa dövlətləri arasında müdafiə xərclərinə görə NATO ölkələri arasında liderdir. Materialda bildirilir ki, Şimali Atlantika Alyansı üzvlərdən ÜDM-in ən azı 2%-ni müdafiəyə xərcləmələrini tələb edir, lakin qitənin ümumi sayından yalnız 10 ölkə bu məqsədə nail olur. Araşdırmaya görə, Polşa ÜDM-in 3,9%-ni hərbi x... | publikaz_normalized |
ABŞ-nin müdafiə naziri Lloyd Ostin planlı tibbi prosedurdan sonra ağırlaşmalarla xəstəxanaya yerləşdirilib. “Yanvarın 1-də axşam müdafiə naziri III Lloyd C. Ostin son planlı tibbi prosedurdan sonrakı ağırlaşmalar səbəbindən Valter Rid Milli Hərbi Tibb Mərkəzinə yerləşdirilib”, – məlumatda deyilib. Pentaqon Ostinin sağa... | publikaz_normalized |
Namazı tərk edib içki içən bərbər anasına görə adam öldürüb. Söhbət əsnasında Fəxri Süleymanın anası Nərgiz müəllimənin də səhhəti ilə maraqlanır, ona hər şeyin yaxşı olacağını deyir. Bu vaxt çayxanaya orta yaşlarda və ailəli olan Vüqar adlı şəxs daxil olur. O, Fəxri və Süleymanın oturduğu masaya yaxınlaşır. Fəxri Süle... | publikaz_normalized |
Yaponiyada zəlzələlər nəticəsində ölənlərin sayı 100-ə çatıb. Məlumata görə, 500-ə yaxın insan yaralanıb. Qurbanların və xəsarət alanların əksəriyyəti davam edən zəlzələlərin episentrində olan və təbii fəlakətdən ən çox zərər çəkən İsikava prefekturasının sakinləridir. | publikaz_normalized |
İraqın Bəsrə şəhərində İran rejiminə bağlı yaraqlılar arasında dava düşüb. Məlumata görə, Bəsrə şəhərində Qasım Süleymaninin ölümünün ildönümündə Həşdi-Şəəbi qruplaşmasının qolları olan “Əsaib əhlulhəqq” və “Kətaibu İmam Əli” qruplaşmaları arasında dava olub. | publikaz_normalized |
Rusiyanın İrkutsk vilayətinin Nijneudinsk şəhərində Şaxta baba bölgə sakinlərini təbrik etmək üçün maşın oğurlayıb. Məlumata görə, oğurlanan avtomobilin sahibi mağazaların birinin yaxınlığında Şaxta baba geyimində oğlanı görüb və onu gedəcəyi yerə qədər aparmağı təklif edib ki, şəhər sakinlərini təbrik edə bilsin. Yold... | publikaz_normalized |
4 yaralı":"Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 521 saylı marşrutda olan sərnişinlər 1986-cı il təvəllüdlü Məmmədova Elmina Məhəmməd qızı, 1973-cü il təvəllüdlü Adıyeva Vəfa Qardaşxan qızı, 2007-ci il təvəllüdlü Məmmədli Sevda Zaur qızı və 1998-ci il təvəllüdlü Atakişiyeva Türkan Atakişi qızı xəsa... | publikaz_normalized |
Aparıcı Aytən Səfərova görünüşündə dəyişiklik edib. | publikaz_normalized |
Oğlan övladına ata diqqət yetirsə, yaxşıdır. Oğlum ata və onun dostları ilə kişi kimi böyüyür". Sənətçi övladı Hüseyndən danışıb. "Fatimə mahnı oxuması ilə bağlı suallara "Yeganə rəqqasəyəm ki, "do, re, mi" bilmirəm, amma oxuyuram" cavabını verib. | publikaz_normalized |
Amerika diyetoloqlar assosiasiyası yüksək arterial təzyiqdən əziyyət çəkən insanlara hər gün lobya yeməyi tövsiyə edirlər. Həll olunmayan qidalı liflərlə zəngin olan lobya orqanizmdən artıq xolesterini xaric etməyə kömək edir. Nəticədə damarlarda yığılan xolesterin azalır, damarların vəziyyəti yaxşılaşır və bu da yüksə... | publikaz_normalized |
Yanvarın 6-da saat 07 radələrində Binəqədi rayonu Binəqədi qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Göstərilən müdaxilələrə baxmayraq qadın hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. | publikaz_normalized |
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə göndərilən narkotik vasitələri onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təşkil edən edən narkokuryerlər saxlanılıb. Şəxsi axtarış zamanı onların üzərində daşıdığı idman çantasından 4 kilo... | publikaz_normalized |
Qisasın vaxtını və yerini...":"İran prezidenti İbrahim Rəisi cümə günü İranın Kirman şəhərində törədilən terror aktının qisasının alınma vaxtını və yerini İran silahlı qüvvələrinin təyin edəcəyini bildirib. Yanvarın 3-də ölkənin cənubundakı Kirman şəhərində törədilən hücumda həlak olan 89 nəfərin dəfn mərasimində çıxış... | publikaz_normalized |
10 yaşlı qızını da apardı":"Şimali Koreya lideri Kim Çen In ballistik raketlər üçün mobil raket buraxılış qurğuları istehsal edən zavoda baş çəkib. Onu qızı Kim Çju-e və partiya üzvləri müşayiət edib. Səfər zamanı Şimali Koreya lideri istehsalın gedişi ilə tanış olub və zavodda istehsal olunan iri reaktiv daşıyıcı rake... | publikaz_normalized |
Qışda aşağı temperatur və viruslar orqanizmimizə mənfi təsir göstərir, günəş işığının olmaması səbəbindən dəri piy mübadiləsini tənzimləyən, dərinin, saçın və dırnaqların sağlam olmasını təmin edən D3 vitamininin aktiv formasının istehsalı dayanır. Bununla belə, bəzi qidalar var ki, ilin bu vaxtında immun sisteminizi d... | publikaz_normalized |
Rusiya ordusu bütün istiqamətlərdə hücuma keçdi":"Rusiya ordusu Avdeyevkaya bütün istiqamətlərdə hücuma keçib. Rusiya baharının hərbi müxbirləri” Telegram kanalı məlumat yayıb. Hücum kütləvi artilleriya zərbələri ilə müşayiət olunur. Hərbi ekspert Andrey Koşkinin daha əvvəl izah etdiyi kimi, Avdeyevkaya hücumun yeni mə... | publikaz_normalized |
Yanvarın 6-sı saat 9:00-a olan məlumata əsasən yanvarın 5-i gündüz qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb. Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 25-28 m/s, bəzi yerlərdə arabir 31 m/s, Daşkəsəndə 23 m/s, Altıağac, Gö... | publikaz_normalized |
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bayram günlərində bölgələrə səfər etmiş sürücülərə müraciət edib. Müraciətdə qeyd olunub ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar müəyyən edilmiş qeyri-iş günlərində ölkənin müxtəlif bölgələrinə səfər etmiş əhalinin daimi yaşayış yer... | publikaz_normalized |
Ronaldonun sevgilisinin yeni FOTOSU gündəm oldu":"“Əl-Nəsr”in ulduz hücumçusu Kriştiano Ronaldonun həyat yoldaşı Corcina Rodriges sosial şəbəkələrdə yeni şəkil paylaşıb. Corcino bu fotonun fonunda əlini uzadıb. Ronaldonun "Əl-Nəsr"lə müqaviləsi 2025-ci ilə qədərdir. Xatırladaq ki, Ronaldo 2023-cü ildə 54 qolla dünyanın... | publikaz_normalized |
Azərbaycan ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti yanvarın 6-sı günün ikinci yarısınadək davam edəcək. Yanvarın 7-8-də hava şəraiti əsasən yağmursuz keçəcək. Qeyd edək ki, yanvarın 5-i gündüz qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə arabir yağı... | publikaz_normalized |
Alaska Airlines"a məxsus sərnişin təyyarəsi uçuş zamanı pəncərəsi və gövdəsinin bir hissəsi qırıldıqdan sonra Oreqon ştatının Portlend şəhərində təcili eniş edib. Təyyarənin Kaliforniyaya uçduğu, lakin yarım saat sonra hava limanına qayıtmaq məcburiyyətində qaldığı qeyd olunub. Təyyarədə 174 sərnişin və altı ekipaj üzv... | publikaz_normalized |
Saksoniya sakinləri Almaniya kansleri Olaf Şoltsu bölgəyə rezin çəkmələrlə gəldiyinə görə fitə basıblar. Nəşrin yazdığına görə, kanslerin onların problemi ilə bağlı siyasi məqamlar ortaya qoymağa çalışması insanların xoşuna gəlməyib. Saksoniya torpaqları artıq bir neçə gündür ki, su altında qalıb. Şolts əvvəllər Aşağı ... | publikaz_normalized |
Hollivud aktyoru Kristian Oliver, həmçinin onun iki qızı və pilot Karib dənizində şəxsi təyyarənin qəzaya uğraması nəticəsində həlak olublar. Qeyd olunur ki, Oliverin 51, qızlarının 10 və 12 yaşı var idi. Oliver Almaniyada anadan olub, lakin demək olar ki, bütün həyatını ABŞ-da keçirib. O, "Yaxşı Alman", "Sürətli Yarış... | publikaz_normalized |
Trampın yalan bəyanatları Kapitoliyə hücuma səbəb oldu":"Vaşinqtonda, 6 yanvar 2021-ci ildə baş verən Kapitoliyə hücumun səbəbi Donald Trampın zəngləri və yalan ifadələri olub. “Donald Trampın yalanları ucbatından 140-a yaxın polis əməkdaşı yaralandı, onun yalanları əhalini Vaşinqtona gətirdi”, - Bayden deyib. Qarşıdur... | publikaz_normalized |
Bakının Suraxanı rayonunda müxtəlif evlərdən 1500 manat pul, 4000 manat dəyərində qızıl-zinət, 400 manat dəyərində gümüş və geyim, sənədlər, bank kartları, parfümeriya əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlində şübhəli bilinənlər Bakı şə... | publikaz_normalized |
2024-cü ildə Azərbaycan Ordusunda hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması məqsədilə Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında birgə tədbirlər planı imzalanıb. Plana müvafiq olaraq cari ildə nəzərdə tutulan birgə tədbirlərin icra vaxtı, keçir... | publikaz_normalized |
ABŞ-ın keçmiş prezidenti Donald Trampın sözlərinə görə, o və tərəfdarları “güc yolu ilə” bütün planetdə sülhü bərpa etmək niyyətindədilər. O, bildirib 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində qalib gələrsə, üçüncü dünya müharibəsinin qarşısını ala bilər. Tramp bildirib ki, o, Amerika dövlətinin hazırkı rə... | publikaz_normalized |
Xankəndi şəhərində polis əməkdaşları döyüş silah-sursatları aşkarlayıb. Şəhər ərazisində 2 ədəd “AKS-74”, 1 ədəd “AK-74M”, 4 ədəd “AK-47”, 1 ədəd “AK-103”, 4 ədəd “AKMS”, 5 ədəd “AK-74” markalı avtomat silah, 2 ədəd “TOZ” markalı ov tüfəngi, 1 ədəd “APS” markalı tapança, 2 ədəd “Makarov” markalı tapança, 6 ədəd qumbara... | publikaz_normalized |
Türkiyədə çəkdirdiyi "Bilmək olmaz" adlı klipində model Marian Draqan ilə səmimi görüntüləri ilə gündəm yaradan Xalq artisti izləyicilərini təəccübləndirməyə davam edir. Belə ki, dəmir tor arxasında poza verən ulduz qarnı açıq köynək geyinərək göbəyindəki günəş formalı döyməsini nümayiş etdirib. Qeyd edək ki, Kazımovan... | publikaz_normalized |
Livana qayıtmaqdan xoşbəxtəm":"Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell Beyrutda əhəmiyyətli görüşlər keçirək. Jozep qeyd edib ki, görüşlərin mövzusu Qəzza müharibəsinin Livan və bölgəyə təsiri ilə bağlı olacaq. Bu çətin anlarda dəstək göstərmək üçün Livana q... | publikaz_normalized |
Keçən il 190 nəfərə dosent elmi adı verilib. Həmin müddət ərzində ən çox filologiya elmləri üzrə dosent elmi adı alanlar olub. Belə ki, həmin rəqəm 36 olub. Qeyd edək ki, keçən il 99 nəfərə elmlər doktoru, 526 nəfərə isə fəlsəfə doktoru elmi dərəcəsi verilib. | publikaz_normalized |
Braziliya millisinin sabiq baş məşqçisi Mario Zaqallo 93 yaşında dünyasını dəyişib. 1998-ci ildə onun rəhbərlik etdiyi “sarı-yaşıllar” finalda fransızlara 0:3 hesabı ilə uduzaraq mundialın gümüş mükafatçısı olub. Bundan əlavə, Zaqallo oyunçu kimi ikiqat dünya çempionu olub (1958, 1962). | publikaz_normalized |
Azərbaycanda daha bir uşaq qızılcadan ölüb. Belə ki, Şəki rayonu Qayabaşı kənd sakini 2017-ci il təvəllüdlü Y. Məmişov müalicə aldığı xəstəxanada ölüb. Onun xəstəxanada qızılcadan müalicə olunduğu bildirilib. | publikaz_normalized |
Bakıda və Abşeron yarımadasında yanvarın 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Qeyd olunub ki, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi axşama doğru yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu gecə 4-7° i... | publikaz_normalized |
Azərbaycanın Əməkdar artisti, tanınmış qarmon ifaçısı Gülbahar Şükürlü dəfn edilib. Mərasimdə incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak ediblər. 12:53" "***" "Əməkdar artist, qarmon ifaçısı Gülbahar Şükürlü ilə vida mərasimi başa çatıb. Mərhum qarmon ifaçısı Buzovna qəsəbəsində, hə... | publikaz_normalized |
Son günlər Zeynəb Xanlarovanın AzTV-nin Yeni il konsertindəki çıxışı sosial şəbəkələrdə tənqid edilərək, müzakirə obyektinə çevrilib. Həmin cahillərə demək istəyirəm ki, Zeynəb xanımın illər öncə verdiyi müsahibəyə diqqətlə qulaq asın. Sizin intellektual səviyyəniz dünya şöhrətli sənətkarın sənətini müzakirə edə biləcə... | publikaz_normalized |
Türkiyədən get!":"Türkiyədə Ana Vətən Partiyası ABŞ dövlət katibi Antoni Blinkenin ölkəyə səfərinə etiraz olaraq aksiya keçirməyi planlaşdırır. “Dünyanın ən böyük terror dövləti, ABŞ-ın nümayəndəsi Blinken, Türkiyədən get!” - mesajda qeyd olunub. Bildirilib ki, aksiya İstanbulda Üsküdar meydanında saat 14:00-da baş tut... | publikaz_normalized |
Yanvarın 5-də ölkə ərazisində qeydə alınan 32, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. Narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 18 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən ... | publikaz_normalized |
Rusiya Federasiyası ilə münaqişədə sülhə nail olmaq üçün Ukraynanın bölünməsini qaçılmazdır. Jurnalistlərin fikrincə, ABŞ siyasətçiləri başa düşürlər ki, sülh sazişi Ukraynanın bölünməsini tələb edir. Ukrayna prezidenti Vladimir Zelenskinin etirazına və rus qoşunlarının azad etdiyi əraziləri qaytarmaq istəyinə baxmayar... | publikaz_normalized |
Donbass Rusiyanın sənaye mərkəzi olacaq":"Donetsk Xalq Respublikasının rəhbəri Denis Puşilin Donbassın Rusiyanın sənaye mərkəzi olacağını bildirib. Biz Donbassı Rusiyanın sənayenin mərkəzi olduğu dövrə qaytarmağı hədəfləyirik. Bizim buna heç bir şübhəmiz yoxdur, amma burada görüləsi işlər var və biz buna hazırıq. Odur ... | publikaz_normalized |
Xəbər verdiyimi kimi, ABŞ dövlət katibi Antoni Blinken Türkiyədə səfərdədir. Qeyd edək ki, Antoni Blinkenin daha 4 Yaxın Şərq ölkələrinə səfəri gözlənilir. | publikaz_normalized |
Tezliklə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Türk dünyasının tanınmış yazıçı-dramaturqu Tuncer Çüçenoğlunun "Matroşka" pyesi əsasında "Qadınım" tamaşasının premyerası olacaq. Musiqili melodram kimi hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Prezident mükafatçısı İradə Gözəlovadır. Türk retro musiqilərinin ... | publikaz_normalized |
Azərbaycana qarşı birləşməliyik":"Bütün ermənilərin katolikosu II Qaregin yenə də müharibə çağırışı edib, Azərbaycana qarşı ərazi iddiası irəli sürüb. “XXI əsrdə xalqımız yenidən itkilər verdi və yeni sınaqlara məruz qaldı, təəssüflər olsun ki, mürəkkəb geosiyasi hadisələr, eləcə də xeyirxahlıq, ədalət və həqiqət yolun... | publikaz_normalized |
ABŞ-ın hazırkı prezidenti Co Baydenin siyasəti demək olar ki, bütün aspektlərdə uğursuzdur. “Co Bayden demək olar ki, hər şeydə uğursuz oldu... Onlar (Demokratlar partiyası - Red.) Co Baydenin sərhəd böhranının uğursuzluğunu dilə gətirməyəcəklər. Narkotik böhranı haqqında danışmayacaqlar. Onlar Co Baydenin inflyasiyası... | publikaz_normalized |
Baş rollarda Mert Ramazan Dəmir, Afra Saraçoğlu, Çetin Tekindor və başqalarının oynadığı "Yalı çapkını" serialı ətrafında böhran yaşanır. Buna səbəb Afra Saraçoğlunun layihədən getməsi və seriala aktrisa Hande Erçelin gətirilməsi ilə bağlı yayılan iddialardır. Lakin layihənin 12 Yanvar Cümə günü yayımlanacaq bölümün ik... | publikaz_normalized |
Almaniya hakimiyyəti Ukrayna vətəndaşlarını Ukrayna Silahlı Qüvvələrinə və Kiyevə təhvil verməkdən imtina edib. O, bunu Almaniya qanunvericiliyi ilə izah edib. Buşman əlavə edib ki, o, Ukrayna tərəfinin başqa ölkələrdə olan kişiləri vətənlərinə qaytarmaq istəyini anlayır. Bununla belə, nazirlik rəhbəri vurğulayıb ki, h... | publikaz_normalized |
Rusiyada uşaq sağlamlıq düşərgəsində 11 yaşlı uşaq bıçaqla müəllimi yaralayıb. Nəşrin mənbəsinin sözlərinə görə, müəllim oğlanın əlindən bıçağı ala bilib. Lakin onun əllərinə xəsarət yetirdiyi qeyd edilib. Bildirilib ki, uşaq psixi xəstəlikdən əziyyət çəkir və PND-də qeydiyyatdadır. Hadisədən sonra uşaq xəstəxanaya yer... | publikaz_normalized |
TƏBİB Şəkidə 6 yaşlı uşağın ölüm səbəbini açıqlayıb. Qeyd olunub ki, hər iki uşaqla bağlı yanvarın 3-ü saat 15:16 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsinə müraciət edilib, daxil olarkən Məmişov Yusif İsmayıl oğlunun vəziyyəti ağır olub, ətraflı laborator, diaqnostik müayinələr aparılıb, xəs... | publikaz_normalized |
Ölən var":"Bayram günlərində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə şübhəsi ilə bağlı 56 müraciət olub. Müraciət edənlərdən 37-si alkoqol, 11-i dərman, 4-ü sirkə turşusu, 2-si dəm qazı, 1-i botulizm, 1-i isə pestisiddən zəhərlənib. Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Həkimlərin səyl... | publikaz_normalized |
2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasından namizədliyini irəli sürən Vivek Ramasvami ölkənin NATO-dan çıxarılmasını tklif edib. Ramasvami açıq şəkildə etiraf edib ki, prezident seçiləndən sonra onun ölkəsini Alyansdan çıxarması da gözlənilir. Qeyd olunub ki, prezidentliyə namiz... | publikaz_normalized |
Azərbaycan Xarici İşlər Nazirliyi Yaponiyaya başsağlığı verib. “Yaponiyanın Noto yarımadasında baş verən zəlzələ nəticəsində qeydə alınan insan tələfatı və dağıntılar bizi dərindən kədərləndirir. Bu faciədə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirik”, - nazi... | publikaz_normalized |
Bundan yaxşısı ola bilməz":"“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan yüksək səviyyədə qalmaq üçün futbolçularına kimləri nümunə göstərdiyini açıqlayıb. Publika.a xəbər verir ki, Zidan Formula 1-də baş verənlərin onun təəccübləndirdiyini etiraf edib. “Mən oyunçularla söhbət edəndə onlara tez-tez Formula 1-dən nümunələ... | publikaz_normalized |
Bakıda güclü külək yaşayış binasının damını uçurub. Dərhal əraziyə cəlb edilən FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri xüsusi texnikanın köməkliyi ilə dam örtüyünün asılı vəziyyətdə qalmış hissəsini kəsib götürərək təhlükəni aradan qaldırıblar. | publikaz_normalized |
Cəfərinin tərkibində rekord miqdarda C vitamini, həmçinin sümüklər və qan dövranının yaxşı işləməsini təmin edən nadir K vitamini var. Göyərti ürək-damar xəstəliklərinin qarşısını almağa kömək edən və hamilə qadınlar üçün tamamilə zəruri olan fol turşusu (vitamin B9) ilə zəngindir. Fol turşusu dölün sinir borusunun for... | publikaz_normalized |
Türkiyə xarici işlər naziri Hakan Fidanla ABŞ dövlət katibi Antoni Blinkenin müzakirə etdikləri məsələlər açıqlanıb. Bildirilib ki, tərəflər ikitərəfli və regional məsələlər barədə danışıblar. H.Fidan və A.Blinken həmçinin Qəzzadakı son durum, İsveçin NATO-ya üzvlüyü haqqında fikir mübadiləsi aparıblar. Qeyd edək ki, A... | publikaz_normalized |
Lion “Olimpik”i heyətini yeni futbolçularla gücləndirib. Onların hər ikisi Braziliyanın “Botafoqo” klubundan transfer edilib. Hər iki futbolçu ilə 4,5 illik müqavilə imzalanıb. Fransızlar bu iki transfer üçün 7 milyon avrodan çox xərcə düşüblər. | publikaz_normalized |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.