text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Mərkəzi Seçki Komissiyası (MSK) Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliyini qeydə alıb. Beləliklə prezidentliyə namizədliyi qeydə alınanların sayı 3-ə çatıb. MSK-nın 2023-cü il dekabrın 30-da keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin prezidentliyə namizədliyi qeydə a...
publikaz_normalized
Yeni Zelandiyanın ən gənc deputatı Hana-Ravhiti Maipi-Klark parlamentdəki ilk çıxışına Haka rəqsi ilə başlayıb. Onun bu rəqsi sosial mediada böyük marağa səbəb olub. Qeyd edək ki, Yeni Zelandiyada döyüş rəqsi kimi tanınan “Haka” rəqsi döyüşlərdən əvvəl döyüşçülərin gücünü göstərmək və düşməni qorxutmaq üçün edilir. Hak...
publikaz_normalized
Azərbaycan Premyer Liqasında XIX turun oyun cədvəli məlum olub. Azərbaycan Premyer Liqası XIX tur" "21 yanvar (bazar)" "“Sabah” – “Neftçi” “Bank Respublika Arena”, 16:00" "22 yanvar (bazar ertəsi)" "“Kəpəz” – “Turan Tovuz” Qəbələ şəhər stadionu, 17:30" "“Səbail” – “Zirə” “ASCO Arena”, 15:00" "23 yanvar (çərşənbə axşamı...
publikaz_normalized
Dünyanın ən gözəl 100 stadionu açıqlanıb. Belə ki, Bakı Olimpiya Stadionu (BOS) ən yaxşı 100 arena sırasına düşə bilib. 70 minə yaxın tamaşaçı tutumuna malik olan stadion 41-ci pillədə göstərilib. Ən yaxşı arena isə Argentinadakı “La Bombonera” seçilib. Braziliyanın məşhur “Marakana” stadionu ikinci pillədə göstərilib....
publikaz_normalized
Ehtiyatlı olun!":"Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi saxta “Whatsapp” tətbiqlərinin yaratdığı təhlükə barədə vətəndaşları yenidən xəbərdar edib. Belə ki, saxta “Pink Whatsapp”, “Whatsapp+” kimi rəsmi vendor tərəfindən təqdim edilməyən tətbiqlər o...
publikaz_normalized
Azərbaycanın xaricdə olan 37 nümayəndəliyində 49 seçki məntəqəsi yaradılıb. O bildirib ki, həmin məntəqələrdə xaricdə yaşayan soydaşlarımız səs verə biləcəklər. Qeyd edək ki, sabah növbədənkənar prezident seçkiləri ilə əlaqədar xarici ölkələrdə seçki məntəqələrinin yaradılması üçün ayrılan müddət başa çatır. Seçki Məcə...
publikaz_normalized
72 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib":"Fevralın 7-də Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün indiyə qədər 19 ölkədən 72 beynəlxalq müşahidəçi müraciət edib və hamısı da müsbət qarşılanıb. MSK sədri bildirib ki, ATƏT-in Demokratik Təsisat və İnsan Haqları bürosu (DTİHB) prezident se...
publikaz_normalized
Koronavirus pandemiyasının ilk dalğası zamanı malyariya əleyhinə hidroksiklorokin dərmanının qəbul edilməsi Belçika, İspaniya, Fransa, İtaliya, ABŞ və Türkiyədə 16,9 minə yaxın xəstənin ölüm səbəbi ola bilər. Onların araşdırması "Biomedicine & Pharmacotherapy" jurnalında dərc olunub. Bu dərmanların qəbulunun effektivli...
publikaz_normalized
O, Fransada layiq olduğu hörməti görmədi":"Lionel Messinin PSJ-dən ayrılaraq “İnter Mayami”yə keçməsindən təxminən altı ay ötüb. 14 matçda 11 qol və 5 məhsuldar ötürmə bunu sübut edir. Messinin PSJ-dəki keçmiş komanda yoldaşı Kilian Mbappe Leonun Parisdə oynayarkən lazımi səviyyədə hörmət görmədiyini etiraf edib. “Mess...
publikaz_normalized
İsrail əsgərləri Fələstinin Həmas qruplaşması ilə təxminən üç aya yaxın davam edən müharibədə 30 xəstəxananı sıradan çıxarıb. Onun sözlərinə görə, Qəzza zolağında ölən və itkin düşənlərin sayı 29 722 nəfərdir. Onların da 10 minini uşaq, 7 minini isə qadınlar təşkil edir. Rəsmi mənbələr həmçinin bəyan edib ki, İsrail or...
publikaz_normalized
Müğənni Katya Lelin qonorarı 4 dəfə artıb. Şəxsi konsert üçün Lelin orta qonorarı 900 min rubldan (təxminən 17 min manat) dörd milyona (təxminən 74 min manat) yüksəlib. Nəşr qeyd edib ki, bayramlardan sonra qiymət ensə də, üç milyonu keçməyəcək. Sənətçinin çıxışları üçün qiymətlər müraciətlərin sayına görə müəyyən edil...
publikaz_normalized
Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının Kompüter elmləri ixtisasının III kurs tələbəsi Qasımov Sənan Mahir oğlu dəm qazından boğularaq ölüb. BDU rəhbərliyi tələbənin faciəli vəfatına görə başsağlığı verib.
publikaz_normalized
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Xalq rəssamı Sakit Məmmədovun qalereya və emalatxanasını ziyarət edib. Səfir görüş çərçivəsində apardıqları müzakirələrə də diqqət çəkib: Qarabağnamə, dörd fəsil, Tomris və başqaları... Onun möhtəşəm əsərləri ilə tanış olduq. Söhbətimizdə Xalq rəssamının TÜRKSOY-un tərkibind...
publikaz_normalized
Naxçıvanda dəm qazından 3 nəfər zəhərlənib. Belə ki, şəhər sakinləri 1977-ci il təvəllüdlü Rəsulova Ruhiyyə Hacı qızı və qızları 2000-ci il təvəllüdlü Mirzəyeva Jalə Vüqar qızı və 2011-ci təvəllüdlü Mirzəyeva Fidan Vüqar qızı evdə dəm qazından zəhərləniblər. Onlar təcili olaraq Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiri...
publikaz_normalized
Paytaxtın Xətai rayonunda yol keçidlərinin birində vətəndaşların hərəkətinə təhlükə yaradan "Toyota Prius" markalı, 77-XY-496 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Novruzov Rəsul Rövşən oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Sürücü barəsində toplanmış materiallar baxılması üçün...
publikaz_normalized
Bakının bir sıra yollarında tıxac yaranıb. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;" "2. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;" "3. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;" "4. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;" "6. T...
publikaz_normalized
Ağsuda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxslər saxlanılıb. Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılaraq istintaqa təhvil verilib. Tədbirlərlə rayon sakinləri - Natiq Nuriyev və Zamiq Müs...
publikaz_normalized
“Neftçi” komandası futbolçusu Aaron Olanare ilə yollarını ayırıb. Qeyd edək ki, Olanare mövsümün əvvəlindən paytaxt təmsilçisində çıxış edirdi.
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yuxarı Şirvan kanalının Göyçay rayonunun Ulaşlı Şıxlı kəndi ərazisindən keçən hissəsində suyun üzündə naməlum qadın meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti sudan çıxarılaraq aidiyyəti üz...
publikaz_normalized
ABŞ Dövlət katibi Antoni Bilnken Türkiyənin xarici işlər naziri Hakan Fidanla Azərbaycan və Ermənistan arasında normallaşma prosesini müzakirə edib. Bununla yanaşı, hər iki ölkənin baş diplomatları Rusiya və Ukraynada istehsal olunan ərzaq məhsullarının dünya bazarlarına təhlükəsiz şəkildə çatdırılması ətrafında fikir ...
publikaz_normalized
Pxenyan yenidən qərb sahilindən Sarı dənizə doğru təxminən 60 mərmi atıb. Məlumata görə, söhbət sahil artilleriyasından gedir. Mərmilər Seulun faktiki dəniz sərhədi hesab etdiyi bufer zonaya düşüb.
publikaz_normalized
Aparıcı və bloger Anastasiya İvleyevanın qalmaqallı gecəsinə çılpaq gələn rusiyalı rep ifaçısı Vasio (əsl adı Nikolay Vasilyev) yenidən saxlanılıb. Bildirilib ki, Moskvanın Lefortovo Məhkəməsi xırda xuliqanlıq cinayəti törədən şəxsə qarşı polis əməkdaşına müqavimət göstərməklə bağlı protokol tərtib edib. Qeyd olunur ki...
publikaz_normalized
Türkiyənin Antalya şəhərinin Bələk bölgəsində təlim-məşq toplanışında olan “Neftçi” klubu ilk yoxlama oyununu keçirib. Matç Türkiyənin I Liqa təmsilçisinin 3:1 hesablı qələbəsi ilə bitib. Neftçi"nin heyətində 10-cu dəqiqədə Rəhman Hacıyev fərqlənib. Ağ-qaralar" yanvarın 14-dək davam edəcək toplanış çərçivəsində daha bi...
publikaz_normalized
İranın cənubundakı Şiraz şəhəri yaxınlığında partlayış baş verib. Partlayışın səbəbi məlum deyil, lakin Şiraz hava limanının məlumatına görə, bölgədə heç bir sərnişin təyyarəsi və ya helikopter qəzası qeydə alınmayıb. Partlayışla bağlı araşdırma aparılır", - deyə Qulami bildirib.
publikaz_normalized
Bəzən inhalyasiya zamanı narahatlıq hipotermi, ağır fiziki iş və ya gərgin məşqdən sonra baş verir. Sinə ağrısının əsas səbəbi qan dövranı sistemi xəstəlikləri, infarkt, işemiyadır. Əzələ-skelet sisteminin patologiyaları - artroz, torakal bölgənin osteokondrozu - ağrının görünüşünü təhrik edə bilər. Sinə və ağciyərlərd...
publikaz_normalized
Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümbətova Türkiyənin paytaxtı Ankara şəhərində vəfat edib. xxx" "20:48" "Bəzi sosial şəbəkə hesablarında Azərbaycanın Əməkdar artisti Aygün Hümmətovanın (Bəylər) vəfatı barədə xəbərlər yayılıb. Mədəniyyət Nazirlyindən "Report"a bildirilib ki, onun haqqında yayılan ölüm x...
publikaz_normalized
İtaliyanın ali məhkəməsi dünya futbolunun əfsanəsi Dieqo Maradonanı vergidən yayınma ittihamından azad edib və argentinalı ilə vergi orqanları arasında 30 illik məhkəmə çəkişməsinə son qoyub. Maradona 1985-1990-cı illər arasında imic hüquqlarından istifadə üçün “Napoli”dən ödənişlər alarkən hüquqi xərclərdən yayınmaq ü...
publikaz_normalized
“Zirə” yeni futbolçu ilə anlaşıb. İyirmi yeddi yaşlı braziliyalı hücumçu ilə 1,5+1 illik müqavilə imzalanıb. Qeyd edək ki, braziliyalı futbolçu karyerası ərzində ölkəsinin “Foz do İqausu”, “Kaskavel”, “Ypiranqa”, “Parana”, “Sianorçe” klublarının şərəfini qoruyub. Ölkəmizdə “Qəbələ”də də çıxış etmiş Utziq son olaraq Cən...
publikaz_normalized
Almaniyanın Münhen şəhərində qripə yoluxma hallarının artması səbəbindən Robert Koç İnstitutu bütün şəhərdə qrip epidemiyası elan edib. Belə ki, ilk təqvim həftəsində qripə yoluxma hallarının sayı 155 olub. Robert Koç İnstitutu yeni epidemiyanın əlamətlərini də açıqlayıb. Məlumata görə, yeni xəstəlik qrip, yüksək hərar...
publikaz_normalized
Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen 2024-cü ili demokratiya üçün əsas il hesab edib. AK rəhbəri xatırladıb ki, bu il ABŞ-da prezident və Avropa Parlamentinə seçkilər keçiriləcək. Onun sözlərinə görə, AK açıq, azad demokratiyaların üstünlük təşkil etməsi üçün hər şeyi edəcək. Bundestaqda Xristian Sosia...
publikaz_normalized
Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub. Yaralı xəstəxanaya çatdırılıb. Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı araşdırılır. Faktla bağlı araşdırma aparılır.
publikaz_normalized
Qar yağacaq, qərb küləyi sürətlənəcək":"Yanvar ayının bəzi günlərində hava şəraiti mülayim, bəzi günlərində isə soyuq keçir. Bir neçə gündür ki, ölkə ərazisində mülayim hava şəraiti müşahidə olunurdu. Lakin yanvarın 6-sı gecə və səhər saatlarında Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi arabir güclənib. Yanvar...
publikaz_normalized
Ərdoğan Blinkenlə nədən danışıb?":"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ dövlət katibi Antoni Blinkenlə görüşündə müzakirə olunan məsələlər açıqlanıb. Təxminən 1,5 saat davam edən görüşdə Qəzzadakı vəziyyət, İsveçin NATO-ya üzvlük prosesi və F-16-ların satışı müzakirə edilib. “Dövlət katibi münaqişənin genişlən...
publikaz_normalized
ölənlər var":"İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubunda yerləşən "Hizbullah" hərbi bazalarına raket zərbələri endirib. Məlumata görə, İsrail qırıcıları Əl-Şərqiyyə və Kautariya əs-Sayyad bölgələrindəki hədəfləri hədəfə alıblar. Bu ərazilər Səidə və Nəbatiyyə şəhərləri arasında yerləşir. Hizbullah" hərəkatının "T...
publikaz_normalized
Yayılan qeyri-rəsmi məlumata görə əməkdar artist Aygün Bəylər dünyasını dəyişib. Yarım saat əvvəl danışmışam, gecə saat 3-4 arası bizim xəstəxanada olacaq”, - deyə bildirib. Qeyd edək ki, əməkdar artist Çingiz Əhmədov Aygün Bəylərin ölüm xəbərini Axşam.az-a təsdiqləmişdi.
publikaz_normalized
Əməkdar artist Kübra Əliyeva ad günü ilə bağlı paylaşım edib. Nəvəsi və nəticəsi K.Əliyevaya sürpriz ediblər. Aktrisa həmin anların görüntüsünü paylaşaraq: “Nəvəm Zəhra, nəticəm Ayla, nə gözəl. Allah hər kəsə qismət eləsin!” - sözlərini yazıb. Həmin görüntüləri təqdim edirik: " "Kubra Aliyeva (@kubra_aliyeva)'in paylaş...
publikaz_normalized
Müğənni Vəfa Şərifovaya həyat yoldaşı iş adamı Famil Xəlilov daha bir lüks mənzil bağışlayıb. Sənətçi bildirib ki, küsülü olduğu həyat yoldaşı onu əfv etməsi üçün daha bir ev alıb. Bu anda isə proqramın aparıcısı Elcan Rəsulov "Evi hansı şəhərdə alıb? sualına Vəfa "Demirik, çünki göz, nəfis bizim evimizi yıxır" qısa ca...
publikaz_normalized
Prosesə başlamağa hazıram":"Missuri ştatının dövlət katibi Cey Eşkroft ABŞ prezidenti Co Baydeni demokratların praymerizlərində iştirakdan kənarlaşdırmaqla hədələyib. Ali məhkəmə Baydenin rəqibi Donald Trampın adını Kolorado və Men ştatlarında Respublikaçıların seçki bülleteninə qaytarmasa, Eşkroft prosesə başlamağa ha...
publikaz_normalized
Altı nəfər erməni qapını qırdı, sonra..." - VİDEO":"Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında Vedibasar mahalının, Vedi (Ararat) rayonunun Xalisa kəndi haqqında xüsusi buraxılış hazırlanıb. Bildirilib ki, Xalisa İrəvan quberniyasının eyniadlı qəza...
publikaz_normalized
Aygün Bəylərin rəsmi "Instagram" hesabında də sənətçinin vəziyyəti ilə bağlı paylaşım edilib.
publikaz_normalized
Bir neçə saatdır bəzi banklara məxsus kart əməliyyatlarında problem yaranıb. Müştərilər bildirir ki, kartlar işləmir, heç bir əməliyyat həyata keçirmək mümkün deyil. “Azərikard” prosessinq mərkəzinin xidmət göstərdiyi bankların ATM-lərindən, POS-terminallarından və mobil tətbiqlərindən istifadə zamanı məhdudiyyətlər ya...
publikaz_normalized
Polşa hökuməti Ukrayna ilə sərhədi bağlamaq üçün fermerlərlə müqavilə imzalayıb. Razılaşma kənd təsərrüfatı naziri Çeslav Sikerski və Medıke sərhədində etiraz edən fermerlər tərəfindən təsdiqlənib. Məmur onların bütün tələblərini təmin edəcəyinə - qarğıdalı üçün subsidiyaların başlanmasına, kreditlərin artırılmasına və...
publikaz_normalized
Bakı İrəvandan nələri tələb edə bilər?":"Erməni katolikosu II Qaregin İrəvanın əsas kilsəsində keçirilən mərasimində bəyan edib ki, “(qondarma) “artsax” bizim üçün heç vaxt keçmişə çevrilməyəcək”. Paşinyan hakimiyyəti bu mövqeyi paylaşmır. Qareginin Yeni il günü müraciətinin İctimai Tv-də yayımlanmasına icazə verilməmə...
publikaz_normalized
sizi yoldan çıxarmaq istəyəcəklər":"Yardıma və ya sadəcə, dəstəyə ehtiyacınız var. Mürəkkəb problemlər və maneələr yaranacaq. Onları çözmək üçün ənənəvi fəaliyyət sxemlərinə riayət edin. Təlimatları və qaydaları qulaqardına vurmayın. Günün ikinci yarısında alış-veriş etmək olar. Texnika alarkən ehtiyatlı olun. Şəxsi mü...
publikaz_normalized
Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümmətova (Bəylər) haqqında yayılan ölüm xəbərinə aydınlıq gətirilib. O, Əməkdar artistin Türkiyə saatı ilə 03:00 radələrində (Bakı vaxtı ilə 04:00) Bakıya gətiriləcəyini qeyd edib: “Aygün xanım rəhmətə getməyib. Onu süni nəfəs aparatına qoşublar. Bizə bildiriblər ki, 03...
publikaz_normalized
ölən və yaralananlar var":Yanvarın 6-sı saat 21 radələrində Qəbələ rayonunun Böyük Əmili kəndi ərazisində “Mercedes” markalı avtomobilin sürücüsü Rafael Əzizovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı ağaca çırpılıb və yanıb.
publikaz_normalized
Egey dənizində Rusiyaya gedən ikinci tanker Türkiyəyə aparılıb. İspaniyadan gələn 185 metr uzunluğundakı "İlyas" tankerinin Gökçeada adası yaxınlığında Çanaqqala boğazında mühərrikində nasazlıq yarandığı dəqiqləşib. Panama bayraqlı tanker təhlükəsiz şəkildə Bozcaada estakadasına aparılıb. Gəmilərin hərəkəti pozulmayıb....
publikaz_normalized
Azərbaycanın Mədəniyyət Nazirliyi Əməkdar artist Aygün Hümmətovanın vəfatı ilə əlaqədar mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib. “Bir qədər əvvəl Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümmətova (Bəylər) Türkiyənin paytaxtı Ankara şəhərində vəfat edib. Mədəniyyət Nazirliyinin kollektivi və mədəniyyə...
publikaz_normalized
Qəzza zolağında Fələstinin radikal HƏMAS qruplaşması tamamilə məhv edilənə qədər ölkə hərbi əməliyyatları dayandırmayacaq". Onun sözlərinə görə, İDF-yə hökumət tərəfindən girovları geri qaytarmaq və Qəzzanın artıq ölkə üçün təhlükə olmamasını təmin etmək əmri verilib. Bütün bu məqsədlərə çatana qədər müharibəni dayandı...
publikaz_normalized
Qaregin hər kəsi Azərbaycanla müharibəyə çağırır":"Ermənistanda kilsə və hakimiyyətin qarşıdurması açıq müstəviyə keçir. Və bu qarşıdurmada əsas motiv Qarabağ məsələsidir. Qareginin Yeni il müraciəti son 30 ildə ilk dəfə Ermənistan İctimai Tv-sində yayımlanmadı. Bunun əsas səbəbi də katolikosun müraciətində Qarabağ idd...
publikaz_normalized
Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında PKK-ya məxsus 15 hədəfi məhv edib. Hava əməliyyatı Metina, Qara, Hakurk və Qəndil bölgələrində həyata keçirilib. Bundan əvvəl Türkiyə kəşfiyyatı Süleymaniyyə şəhərində PKK-nın liderlərindən biri İslam Cehanferini zərərsizləşdirib. O, İraq və Suriyada terror təşkilatının tər...
publikaz_normalized
“Porto”nun hücumçusu Evanilson yanvarda “Mançester Yunayted”ə keçə bilər. “Qırmızı şeytanlar”ın nümayəndələri hazırsda 24 yaşlı futbolçu ilə müqavilə imzalamaq imkanlarını araşdırır. Qeyd olunur ki, braziliyalı forvardla “Arsenal” və “İnter” kimi komandalar da maraqlanır. Evanilson 2020-ci ildən “Porto”da çıxış edir. B...
publikaz_normalized
ABŞ-ın keçmiş prezidenti Barak Obama daha bir eks-prezident Donald Trampın ölkədə hakimiyyətə qayıdışı ehtimalından narahatdır. Qeyd edək ki, Obama və Bayden Demokratlar Partiyasını, Tramp isə Respublikaçılar Partiyasını təmsil edir. Nəşrin yazdığına görə, Obama və Bayden birbaşa olaraq seçki kampaniyasının yenidən qur...
publikaz_normalized
Xalq artisti Aygün Kazımovanın fotoları yayılıb. Sözü gedən fotoları təqdim edirik:
publikaz_normalized
Çinin Baş Mülki Aviasiya İdarəsi 2024-cü ildə ABŞ-a birbaşa uçuşların sayını artırmağı planlaşdırır. Biz 2024-cü ildə Çin ilə ABŞ arasında birbaşa uçuşların sayını əhəmiyyətli dərəcədə artırmaq üçün çalışacağıq", - deyə qeyd olunub. Rəsmi məlumatlara görə, hazırda Çin və ABŞ arasında müntəzəm birbaşa sərnişin reyslərin...
publikaz_normalized
Mərhum Xalq artisti Rəşid Behbudov və ailəsinin arxiv fotosu yayılıb. Ceyran xanım, Rəşid Məcid oğlu, Rəşidə Rəşid, Ənvər Məcid oğlu və Nəcibə xanım Məcid qızı. Tbilisi, 1982-ci il”, - deyə, K.
publikaz_normalized
Avropa Şurasının prezidenti Şarl Mişel Avropa Parlamentinə (AP) seçkilərdə iştirak edəcəyini və vəzifəsini vaxtından əvvəl tərk edəcəyini bildirib. Mişelin mandatı 2024-cü ilin noyabr ayının sonunda başa çatır, lakin o, yayda vəzifəsini tərk etmək qərarına gəlib. Onun sözlərinə görə, Avropa İttifaqı Şurasının sədri vəz...
publikaz_normalized
İranda məcburi hicab tələbinin əleyhdarlarından olan Röya Heşmətinin şallaq cəzasına məhkum edilməsi sosial şəbəkələrdə geniş əks-səda doğurub. Tehran sakini olan Röya Heşməti daha öncə bu barədə “Facebook” hesabında paylaşım edib. O, paylaşımında məcburi hicab qaydalarına riayət etmədiyi üçün 74 şallaq zərbəsinə məhku...
publikaz_normalized
Türkiyədə Malatya və Manisa vilayətlərində 4 bal gücündə yeraltı təkanlar qeydə alınıb. Məlumatda bildirilib ki, Malatyada baş verən zəlzələ şəhər mərkəzindən 31 km məsafədə, 9 km dərinlikdə qeydə alınıb. Manisada isə qeydə alınan təkanların ocağı mərkəzdən 45 km uzaqlıqda yerləşib. Zəlzələnin episentri 12 km dərinlikd...
publikaz_normalized
ölənlər var":İstanbulda ağır yol-nəqliyyat hadisəsi olub. Hadisə nəticəsində dörd nəfər ölüb. Qəzanın baş vermə səbəbləri araşdırılır.
publikaz_normalized
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 2024-cü ilin Yeni il bayramı ilə əlaqədar Azərbaycanda 7 günlük bayram tətili başa çatıb. Bu il yanvarın 6-sı isə şənbə gününə təsadüf etdiyi üçün Yeni ildə bir həftə - 31 dekabr 2023-cü il 1, 2, 3, 4, 5 və 6 yanvar 2024-cü il qeyri-iş günü olub. Yeni ilin ilk iş...
publikaz_normalized
Türkiyəli müğənni Ebru Polat “Instagram”ın səhvən ona 21 milyon 686 min dollar (təxminən 38 milyon manat) göndərdiyini açıqlayıb. “Dostlar, şoka düşəcəksiniz, dünən gecə çox maraqlı bir şey oldu. “Instagram” məni bir gündə, bir günlük “Forbes” siyahısına saldı. Hesabıma təxminən 600 milyon türk lirəsi göndərdi. Təbii k...
publikaz_normalized
Xəstəxanaya yerləşdirilən Pentaqonun rəhbəri Lloyd Ostin səhhətindən danışıb. Onun sözlərinə görə, sağalır və tezliklə Pentaqona dönəcəyini gözləyir. O əlavə edib ki, səhhətində yaranan problemləri daha yaxşı ictimaiyyətə çatdıra bilər. Mən medianın şəffaflıqla bağlı narahatlığını da başa düşürəm və etiraf edirəm ki, i...
publikaz_normalized
Qalatasaray"ın ulduzu Torreira ilə aktrisa Devrim Özkanın sosial şəbəkədə bir-birini izləmədən çıxarması ayrılıq dedi-qodularına səbəb olub. Ötən gün isə cütlük birlikdə çəkdirdikləri bütün şəkilləri də siliblər. Torreira bir müddət idi ki, məşhur aktyor Devrim Özkanla sevgili idi.
publikaz_normalized
Bu gün vəfat edən Əməkdar artist Aygün Bəylərin son konsertinin də, oradan əldə ediləcək gəlirin köçürüləcəyi yerin də adı yaşamaq, YAŞATmaqla bağlı idi. "Müxtəlif dönəmlərdə bir sıra çətinliklərlə üzləşən ifaçı solo konsertinə "Yaxşı ki, varsan! adını verməklə həyata tutunmağa çalışsa da, amansız xəstəlik buna imkan v...
publikaz_normalized
Bakının bir sıra yollarında tıxac yaranıb. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;" "2. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.
publikaz_normalized
Braziliya prezidenti Lula da Silva sosial şəbəkədə əfsanəvi braziliyalı futbolçu və məşqçi Mario Zaqallonun vəfatına münasibət bildirib. Publika az xəbər verir ki, prezident ölkə daxilində matəm elan edib. Əbədi Mario Xorxe Lobo Zaqallonun xatirəsinə ölkədə üç günlük rəsmi matəm elan edilib", - deyə prezident yazıb. Za...
publikaz_normalized
Rusiya bu il...":"Rusiya prezidenti Vladimir Putin ölkə ordusunu o qədər gücləndirib ki, bu il Ukrayna münaqişəsində qalib gələ biləcək. General “Ukrayna ordusunun hazırkı mövqeyi Rusiyanın nəhayət 2024-cü ildə üstünlüyü əldə etməsinin səbəbi ola bilərmi?” sualına belə cavab verib: Ukraynalı generalların açıqlamaları h...
publikaz_normalized
Xəbər verdiyimiz kimi, Əməkdar artist Aygün Bəylər ötən gecə vəfat edib. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, müğənni Ankaraya müalicə üçün getmişdi. Aygün Hümmətova (Bəylər) 22 avqust 1975-ci ildə Bakıda anadan olub. İlk musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məkt...
publikaz_normalized
Pul yoxdur, başınıza çarə qılın":"Səudiyyə Ərəbistanı klubları bu qış transfer pəncərəsi zamanı əvvəlki kimi aktiv ola bilməyəcəklər. Ölkənin 4 ən böyük klubunu - "Əl-Hilal", "Əl-Nəsr", "Əl-İttihad" və "Əl-Əhli"ni maliyyələşdirən məhz PİF-dir. Klublar transfer əməliyyatları həyata keçirmək hüququna malik olacaqlar, lak...
publikaz_normalized
Yanvarın 6-da Rusiya Federasiyasının əməkdar artisti, kinorejissor Oleq Ryabokon 85 yaşında Sankt-Peterburqda vəfat edib. Nəşr qeyd edir ki, Ryabokon tamaşaçılara ilk növbədə 1983-cü ildə çəkilmiş “Əlibaba və qırx quldur” filmindən tanışdır. Rejissor eyni zamanda Nikolay Karaçentsov üçün “Bir nəfər hamı üçün!” televizi...
publikaz_normalized
Bu nəhəng balıq 788 min dollara satıldı":"2024-cü ilin ilk iş günündə Tokionun ən böyük balıq bazarında nəhəng mavi tuna balığı 114,2 milyon yenə (788 440 dollar) satılıb. Alış-veriş Yapon Yeni il ənənəsinə çevrilmiş balıq auksionunda baş tutub. 238 kiloqram (525 funt) ağırlığında olan balığı, cümə günü dəniz məhsullar...
publikaz_normalized
Türkiyənin "TV100" telekanalında yayımlanan "Cansu Canan Özgen ile özgür ifade" analitik xəbərlər verilişində gözlənilməz hadisə yaşanıb. Proqramın gedişatında aparıcının nəfəs ala bilmədiyi ortaya çıxıb. Qonaqlar Cansuya başını yuxarı qaldırıb su içməyi məsləhət görsələr də aparıcı öskürməkdə davam edib. Bundan sonra ...
publikaz_normalized
məşhur redaktorun və sabiq ərinin meyitləri tapıldı":"Kuban dövlət televiziya və radio yayımı şirkətinin internet qrupunun rəhbəri Zoya Konovalova dünyasını dəyişib. Rusiya mətbuatı xəbər verir ki, faktla bağlı Rusiya Federasiyası İstintaq Komitəsinin Krasnodar diyarının Krasnodar şəhərinin Qərb bölgəsi üzrə İstintaq İ...
publikaz_normalized
Çin sirri" nə vəd edir?":"İqtisad elmləri namizədi Nikolay Kulbaka deyir ki, 2024-cü ildə dünya iqtisadiyyatı inertial ssenari üzrə inkişaf edəcək. İqtisadçının sözlərinə əsasən qlobal inflyasiya baş verməyəcək , hazırda güclü inflyasiya ehtimalı aşağıdır. “ Yəqin ki, biz böyük ehtimalla, inertial inkişaf ssenarisini d...
publikaz_normalized
İranın Kirman şəhərində baş vermiş terror aktı ilə əlaqədər 32 nəfər həbs olunub. Bildirilib ki, tədbirlər davam edir. Qeyd edək ki, yanvarın 3-də Kirman şəhərində iki partlayış törədilib. Nəticədə 103 nəfər ölüb, 211 nəfər yaralanıb. İndiyədək ölənlərdən 84 nəfərin şəxsiyyəti müəyyənləşdirilib. Məlumata görə, partlayı...
publikaz_normalized
ATV çox vacib və çox maraqlı bir layihəyə start verib. O, bildirib ki, Xalq artisti Fəxrəddin Manafov aparıcılıq edəcək: Aparıcı Fəxrəddin müəllim Manafov, ideya müəllifi və rejissoru Ələkbər Tağızadə, ilk müsahib Akademik Dram teatrının bədii rəhbəri Mehriban xanım Ələkbərzadədir. İlk göstəriləcək tamaşa Mehdi Məmmədo...
publikaz_normalized
Mümkün deyil":"İsrailin baş naziri Benyamin Netanyahu şənbə günü, yanvarın 6-da bir daha bildirib ki, Qəzza zolağında Fələstinin HƏMAS hərəkatı tamamilə aradan qaldırılmayana qədər hərbi əməliyyatları dayandırmayacaq. “Mənim rəhbərlik etdiyim hökumət İsrail ordusuna HƏMAS-ı məhv etmək, girovlarımızı geri qaytarmaq və Q...
publikaz_normalized
Bu günün valyuta məzənnələri açıqlanıb. Rusiya rublu ucuzlaşaraq 0.0187 manat, türk lirəsi 0.0571 manat, avro isə 1.8602 manat təşkil edib.
publikaz_normalized
Rusiya Müəlliflər Cəmiyyəti (RAO) müğənni Filipp Kirkorovu məhkəməyə verib. Nəşrin məlumatına görə, iddianın məbləği iki milyon rubl təşkil edir. Müəllif hüquqları cəmiyyətinin sənətçiyə qarşı iddiasının səbəbi hələlik məlum deyil. Həmçinin, nəşrin məlumatına görə, RAO müəssisənin istifadə etdiyi musiqi əsərlərinə görə...
publikaz_normalized
Çelsi'nin yayda böyük ümidlərlə transfer etdiyi yarımmüdafiəçi Kristofer Nkunku yenidən zədələnib. “Biz ona təzyiq etmək istəmirik, çünki bilirik ki, uzun zədədən sonra geri qayıtmaq və çıxış etmək həmişə çətin olur. Yarışlardan 6 ay uzaq qaldıqdan sonra həmişə çətin olur. Son məşqdən sonra budunda problem yaranıb. İnd...
publikaz_normalized
19 milyarder bu tarixdə dünyaya gəlib":"Bəzən var-dövlətin ailədən gələn böyük zəhmət nəticəsində əldə edildiyi məlum olsa da, araşdırmalar zamanı dünyanın ən zəngin 500 milyarderinin 4 faizinin ortaq cəhətlərinin olduğu ortaya çıxıb. Milyarderlərin ortaq cəhətləri tapmaq üçün mütəxəssislər hər bir insanın həyatını və ...
publikaz_normalized
Qazaxıstanın Almatı şəhəri yaxınlığında 4,6 maqnitudalı zəlzələ baş verib. Zəlzələnin episentri Almatıdan 55 kilometr şərqdə, 10 kilometr dərinlikdə yerləşib.
publikaz_normalized
Mənə yaxın gəlmə!" - VİDEO":"Tanınmış aparıcı İlkin Həsəni ilə influenser Ayselin ayrıldığı iddia olunur. Həmçinin Ayselin instaqramda hekayə bölümündə paylaşımları diqqət çəkib. Mən sənin fərqindəyəm, Aysel. Son zamanlarda duyduğum ən gözəl cümləsən sən... Özümə bu cümləni qurmadığım çox uzun zaman olub. Bütün səhvlər...
publikaz_normalized
Başqalarının bədəni, sənin səsin, danışığın çılpaq idi":"İnsanın necə həyat keçirdiyini bilmək istəyirsənsə, onun necə öldüyünə bax. Aygün Bəylər sənətinə, gözəl səsinə layiq şəkildə əsl müğənni kimi oxudu, son imtahanını, son borcunu da sevənlərinə gəldiyi yerdə, səhnədə verdi və getdi. İndiyə qədər belə gözəl və düzg...
publikaz_normalized
Təcili çıxış qapısı havada partladı":"Göyərtəsində 174 sərnişin olan təyyarənin təcili çıxış qapısı 16 min fut yüksəklikdə partlayıb. Sərnişinlər yaşadıqları dəhşəti ABŞ mətbuatına danışıb. Havaya qalxdıqdan az sonra 16 min fut yüksəklikdə təcili çıxış qapısı partlayan "Alaska Airlines" şirkətinə məxsus Boeing 737-MAX ...
publikaz_normalized
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 1998-ci il təvəllüdlü Rəhimli Saday Nəriman oğlu idarə etdiyi "Mercedes 190" markalı avtomaşınla yolu keçən 1963-cü il təvəllüdlü Kərimova Səyyarə Misir qızını vurub. Nəticədə piyada hadisə yerində ölüb. Faktla bağlı Binəqədi RPİ-də cinayət işi ba...
publikaz_normalized
Give me Sport" nəşri futbol tarixinin ən pis transferlərinin reytinqini tərtib edib. Xatırladaq ki, cədvəldə yer alan bəzi futbolçular artıq peşəkar karyeralarını başa vurublar. Tarixin ən pis 11 transferi: Filippe Kautinyo - "Liverpul"dan "Barselona"ya (yanvar 2019 - 121,5 milyon funt sterlinq). Antuan Qrizmann - "Atl...
publikaz_normalized
Bayram günlərində 3 nəfərin meyiti aşkarlandı":"Bayram günlərində 5-i azyaşlı olmaqla 33 nəfər xilas edilib, 16 nəfər təxliyə olunub, 2 nəfər tüstüdən zəhərlənib, 3 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Bildirilib ki, nazirliyin aidiyyəti qurumları tərəfindən bayramlarla əlaqədar qeyri-iş günləri...
publikaz_normalized
Bu tarixdə...":"İsrail mediası İsrail ordusuna bağlı bir kəşfiyyat birliyinin HƏMAS-ın hücumundan əvvəl ordunun və siyasi dairələrin yüksək rütbəli şəxslərinə 4 dəfə xəbərdarlıq etdiyini yazıb. Xəbərdə deyilir ki, sözügedən idarəçi sentyabrın sonunda hərbi və siyasi iyerarxiyadakı bütün yüksək səviyyəli qərarvericilərə...
publikaz_normalized
Uşağın halına biganə qalmadı - VİDEO":"Kral Kubokunda "Arandina" ilə bütün oyunu (3:1) ehtiyat oyunçular skamyasında keçirən "Real"ın yarımmüdafiəçisi Cud Bellinqem maraqlı jest edib. 20 yaşlı futbolçu buna görə yerindən qalxmalı olub. Buna topdaşıyan uşağın yerini tərk etməyə icazə verilməməsidir. Bu mövsüm Bellinqhem...
publikaz_normalized
Rəsmilər hadisə yerinə gedə bilmirlər":"Meksikanın Guerrero əyalətində kiçik bir qəsəbəyə pilotsuz təyyarələrlə hücum edildiyi iddia edilib. Velazquez bildirib ki, əhalinin dronlarla hücuma məruz qaldığını öyrənib, lakin qısa müddətdən sonra əlaqə kəsilib. Səlahiyyətlilərin hələ də bölgəyə çata bilmədiyini vurğulayan V...
publikaz_normalized
Yanvarın 6-da vətəndaşlardan ümumilikdə 7 silah götürülüb. Bildirilib ki, ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd avtomat, 2 qumbara, 1 qumbara alışdırıcısı, 2 patron darağı, 192 ədəd müxtəlif çaplı patron və 12 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər. Həmçinin polis əmə...
publikaz_normalized
Görün siçanlarda nəyi inkişaf etdirib":"Yapon alimləri dünyanın ən məşhur içkilərindən birinin daha bir faydalı xüsusiyyətini aşkar ediblər. Qeyd olunub ki, Tsukuba Universitetinin tədqiqatçıları siçanlar üzərində bir araşdırma aparıblar. 30 gün ərzində heyvanlara qəhvə, fenugreek və yapon turpunda olan triqonelin madd...
publikaz_normalized
Bakıda dörd nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Elşad Kəlbəliyevin barəsindəki hökmdən verilən kassasiya protesti üzrə məhkəmə iclasının vaxtı məlum olub. Şikayət hakim Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq. Qeyd edək ki, cinayət materiallarında göstərilib ki, 14 iyun 2021-ci il tarixində saat 00:20 ...
publikaz_normalized
Neptun və Uranın əsl rəngləri bəlli oldu":"Alimlər yeni bir araşdırma ilə Neptun və Uranın yaşılımtıl mavinin oxşar çalarları olduğunu aşkar ediblər. 1980-ci illərdə aparılan bir kosmos araşdırmasından əldə edilən görüntülər Neptunun tünd mavi, Uranın isə yaşıl olduğunu göstərib. Ancaq bu araşdırma hər iki planetin yaş...
publikaz_normalized
İstər COVID-19, istərsə də soyuqdəymə olsun, uzunmüddətli xəstəlikdən sağalmaq sağlamlığınıza xüsusi diqqət tələb edən kifayət qədər mürəkkəb prosesdir. Və əsas diqqət düzgün qidalanmaya yönəldilməlidir. O, hansı qidaların müalicəyə effektiv təsir göstərməsindən və tez sağalmağınıza kömək edəcəyindən danışıb. Mütəxəssi...
publikaz_normalized
Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında 2024-cü il üçün birgə tədbirlər planı imzalanıb. Birgə tədbirlər planına əsasən Azərbaycan Ordusunda dini radikalizmə qarşı mübarizəyə dair keçiriləcək tədbirlərin yeri, icra vaxtı və icraya məsul şəxslər müəyyən olunub. Tədbirlərin Müdafiə Nazirliy...
publikaz_normalized
Tanınmış telejurnalist, ATV-nin "Bizimləsən" və "Zaurla Günaydın" verilişlərinin aparıcısı Zaur Baxşəliyevin müəllifi olduğu proqramarın bağlanacağına dair açıqlaması müzakirəsiz ötüşmədi. Bunu Zaurun "bayram zarafatı" kimi qəbul edənlər də oldu. ATV-də məsul vəzifə tutan şəxslərdən biri saytımıza açıqlamasında bu xəbə...
publikaz_normalized
Amerikalı milyarder Cefri Epşteynin işi ilə bağlı yeni açıqlanan fayllarda intihar edən rus əsilli model Ruslana Korşunovanın Epşteyn adasına getdiyi müəyyən edilib. Sözügedən sənədlərdə 2008-ci ildə intihar edən rus əsilli model Korşunovanın ölümündən 2 il əvvəl Epşteynin təyyarəsi ilə "Kiçik St. James" adlı adaya get...
publikaz_normalized