text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Başqalarına görə yaşamaq sizi...":"Təkcə filmləri deyil, həm də "İsgəndərə yeni namə" tamaşasında İsgəndər, "Mənəm mənəm"də isə Nəsimi kimi obrazları ilə məşhurlaşan aktyor Ziya Ağa xoşbəxtliyin sirrini bölüşüb. O hesab edir ki, həyat başqalarının nə deyəcəyini düşünmək üçün çox qısadır. Yalnız başqalarının fikrini, dü...
publikaz_normalized
Azərbaycanda film istehsalı üçün vergi güzəştlərinin tətbiqinə başlanılıb. “Vergi Məcəlləsi”nə edilən dəyişikliklərə əsasən, ölkəmizdə qeydiyyatdan keçən və filmin istehsalını, habelə dublyajını həyata keçirən kinematoqrafiya müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi bu il yanvarın 1-də...
publikaz_normalized
Xalq artisti Röyalə Nəcəfova (Röya Ayxan) mərhum Əməkdar artisti Aygün Hümmətova (Bəylər) ilə bağlı paylaşım edib. Müğənni Aygün Bəylərin ifasını paylaşaraq yazıb: Bütün Aygün Bəylər sevərlərinə, ailəsinə başsağlığı diləyirəm. Xatırladaq ki, illər öncə Xalq artisti Röya Ayxan ilə Əməkdar artisti Aygün Bəylər arasında q...
publikaz_normalized
Seçkilərə az qalmış Bayden 3-cü dünya müharibəsini başladacaq":"ABŞ prezidenti Co Bayden ölkədəki seçkilərə on ay qalmış III Dünya Müharibəsini başlatmağa və Amerikanı məhv etməyə qadirdir. Siyasətçinin fikrincə, Bayden və komandasının üzvləri heç kimlə düzgün davranmır, nəticədə III Dünya Müharibəsi ilə nəticələnmək r...
publikaz_normalized
Güzgüyə tez-tez baxmaq olmaz":"Birinci Kanalın ulduzu Yekaterina Andreyeva cavanlıq sirrini bölüşüb. “Məndən tez-tez məşq zamanı nə içdiyim, ümumiyyətlə içki içib-içmədiyimi soruşurlar. Mən spirtli içki içmirəm, amma qarabaşaq çayı içirəm. Təxminən 90 dərəcə xüsusi qaynar suda kiçik bir çaynikdə dəmlənməlidir. Səhər ço...
publikaz_normalized
Yeni doğulan uşağıma görə içmişdim":"Xəbər verdiyimiz kimi, bu ilin 3 yanvar tarixində Bakıda 77-MF-774 dövlət qeydiyyat nişanlı "Range Rover" markalı avtomobilin sürücüsü içkili vəziyyətdə yolun əks istiqaməti ilə hərəkət etdiyi üçün həbs edilib. O deyib ki, 3 yanvar 2024-ci il tarixdə "Range Rover" markalı avtomobili...
publikaz_normalized
Yeganə ümidimiz...":İsrailin paytaxtı Təl-Əvivdə minlərlə insan toplaşaraq baş nazir Binyamin Netanyahunun vəzifədən uzaqlaşdırılması və erkən seçkilərin keçirilməsi tələbi ilə nümayiş keçirib. Nümayişin keçirildiyi Həbimə meydanında quraşdırılan nəhəng ekranda “İndi yeganə ümidimiz seçkilərdir” şüarı diqqət çəkib. İsr...
publikaz_normalized
Səbəb odur ki...":"Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) sərnişin təyyarəsi ilə baş vermiş son insidentdən sonra araşdırmanın nəticələrinə qədər Boeing 737 MAX 9 təyyarələrinin uçuşunu dayandırıb. EASA, ABŞ Federal Aviasiya Administrasiyasından (FAA) 171 Boeing 737 MAX 9 təyyarəsinin uçuş zamanı g...
publikaz_normalized
Bu gün axşam 81-ci dəfə keçirilən "Qızıl Qlobus" kino mükafatlarının təqdimat mərasimi keçiriləcək. Hər zaman olduğu kimi, bu dəfə də dünya ulduzları gecəyə ən dəbdəbəli libaslarda təşrif buyuracaq və valehedici gözəllikləri ilə göz qamaşdıracaqlar. Onlar arasında 1962-ci ildə mərasimə qara libası ilə damğa vuran Meril...
publikaz_normalized
Millimizin üzvü necə seçilib? - FOTOLAR":"Qadınlar arasında keçirilən Rusiya Superliqasında mövsümlərarası fasilədir. Bu çempionatda iştirak edən "zəriflər" müxtəlif formada istirahət edirlər. Zenit"inin futbolçuları istirahətə yüksək əhval-ruhiyyədə yollanıblar. Çünki onlar 2023-cü il mövsümünün çempionu olublar. Qızı...
publikaz_normalized
Azərbaycanda bu il Novruz çərşənbələri fevral ayından başlayacaq. Onun sözlərinə görə, bu il Novruz bayramının ilk çərşənbəsi olan - Su çərşənbəsi fevralın 27-si tarixinə təsadüf edəcək: “Od çərşənbəsi isə martın 5-i qeyd ediləcək. Martın 12-də Yel çərşənbəsi olacaq. Novruzun ilaxır çərşənbəsi olan Torpaq çərşənbəsi is...
publikaz_normalized
İngilis aktyor Oliver Mellorun 37 yaşlı model xanımının çılpaq şəkilləri yayılıb. Hamilə halda kamera qarşısına keçən modelin çılpaq fotosessiyası kəskin tənqid edilib. Qeyd edək ki, çılpaq şəkillərini "Only fans"da satan model xəstəliyini mülicə etmək üçün lazım olan məbləği toplaya bilib.(milli.az)
publikaz_normalized
ABŞ-ın Ohayo ştatının qubernatoru Mike DeVine mətbuat konfransında yetkinlik yaşına çatmayan gənclər üçün cinsiyyət dəyişdirmə əməliyyatlarının qadağan edildiyini açıqlayıb. Qubernator çıxışında bu qərarın həm gənclər, həm də valideynlər üçün verildiyini diqqətə çatdırıb: “İnanıram ki, uşaqlar üçün bu mühüm tibbi qərar...
publikaz_normalized
Kanadanın baş naziri Castin Trüdonun təyyarəsi Yamayka səfəri zamanı xarab olub. Bildirilib ki, problemi həll etmək üçün təmir heyəti ilə ikinci təyyarə göndərilib. Trüdo ailəsi ilə birlikdə Karib dənizində istirahət edirdi. Təhlükəsizlik səbəbiylə hərbi təyyarə ilə getməli olan baş nazir dekabrın 26-da Yamaykaya uçub....
publikaz_normalized
Mərkəzi Seçki Komissiyası (MSK) Daxili İşlər Nazirliyi (DİN) ilə birgə “Polis əməkdaşları üçün yaddaş kitabçası” hazırlayıb. Bildirilib ki, 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Prezident seçkiləri ilə əlaqədar müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi proqramı ardıcıl və sistemli şəkildə...
publikaz_normalized
Utancvericidir":"Şotlandiyanın Regional Baş Naziri Həmzə Yusif bildirib ki, Britaniya hökumətinin Qəzzada dərhal atəşkəs çağırışlarını dəfələrlə rədd etməsi “utancvericidir”. O, İngiltərə hökumətini "İsrailin Qəzzada minlərlə uşağın ölümünə səbəb olan hücumlarına son qoyulmasını tələb etmək üçün" mövqeyindən istifadə e...
publikaz_normalized
Bakı küçələrində..." - VİDEO":"Xəbər verdiyimiz kimi, 48 yaşlı Əməkdar artist Aygün Bəylər ötən gecə uzun müddət əziyyət çəkdiyi xərçəng xəstəliyindən Ankarada vəfat edib. Əməkdar artist Cavanşir Quliyev də Aygün Bəylərin ölümündən sarsıldığını gizlətməyib və tanışlıqlarını yada salıb. Səni yağışlı bir gündə Bakı küçəl...
publikaz_normalized
Aygün Bəylərin nəşi Azərbaycana yola salınmayıb. Səfirlikdən qeyd edilib ki, əməkdar artistin nəşi bu gün Mədəniyyət Nazirliyinin xətti ilə Azərbaycana yola salınacaq. Xatırladaq ki, uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkən Azərbaycan Respublikasının əməkdar artisti Aygün Hümbətova (Bəylər) Türkiyənin paytaxtı...
publikaz_normalized
​Rusiya prezidenti Vladimir Putin Yelizavetanın ikonasını Nyu-Yorkdan necə qaytardığını danışıb. Dövlət başçısı izah edib ki, bu ikona ona ABŞ-dakı xarici kilsənin primatı tərəfindən hədiyyə edilib. “Onu bura gətirdim, evə qoydum və onun evinə qayıtdığını dərhal anlamadım. Axı bura onun evidir, burada yaşayırdı. Sonra ...
publikaz_normalized
Bakı ərazisində torpaq bazarı getdikcə kiçilməkdədir. Tikintilər aparıldıqca boş torpaq əraziləri azalır. O bildirib ki, torpaq bazarının azalması qiymətlərə də təsirsiz ötüşmür. İndi Bakının kəndlərində də belə bir sotu 3-4 min manatdan aşağı torpaq sahəsi tapmaq mümkün deyil”, deyə o qeyd edib. Ekspertin sözlərinə gö...
publikaz_normalized
Narahat olmayın":"“Bəli, mən İddiaçılar turnirində oynamaq fikrində deyiləm, bu barədə heç narahat olmayın”. Xatırladaq ki, Namizədlər Turnirinin iştirakçılarının siyahısına Yan Nepomniyaşi (Rusiya), Rameşbabu Praqnanandha (Hindistan), Fabiano Karuana (ABŞ), Vidit Santoş Qucrati (Hindistan), Hikaru Nakamura (ABŞ), Quke...
publikaz_normalized
Ölüm xəbərini eşitdim, pis hala düşdüm". O hələ də bu xəbəri qəbul etmədiyini bildirib: A.Qasımov sonda dəfn və vida mərasimi ilə bağlı heç bir məlumatı olmadığını əlavə edib. Xatırladaq ki, Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümmətova (Bəylər) Türkiyənin paytaxtı Ankara şəhərində, xəstəxanada vəfat edib....
publikaz_normalized
Qərbin məkrli planı":"Ermənistanda kilsə və hakimiyyətin qarşıdurması açıq müstəviyə keçir. Və bu qarşıdurmada əsas motiv Qarabağ məsələsidir. II Qaregin Ermənistanın daxili parçalanma təhlükəsi ilə üzləşdiyini bildirib. İddia edib ki, Qarabağı da buna görə “itiriblər”. Və bütün erməniləri Azərbaycana qarşı mübarizəyə ...
publikaz_normalized
Bu gün havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın t...
publikaz_normalized
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Milad bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib. Milad bayramı münasibətilə Azərbaycanın xristian icmasını səmimi-qəlbdən təbrik edir, bütün həmvətənlərimizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram".
publikaz_normalized
“Zirə”nin ukraynalı hücumçusu Vladislav Kulaç klubdan ayrılması və azad agent statusu alması barədə "Transfermarkt" və xəbər saytlarında yayılan məlumatlara münasibət bildirib. O, yayılan informasiyaları təkzib edib: “Zirə” ilə müqaviləm 2023/2024 mövsümünün sonuna qədər qüvvədədir. Hazırda “Zirə”nin futbolçusuyam. Baş...
publikaz_normalized
LondonWorld" nəşri Premyer Liqa klublarının son üç mövsümdə maliyyə uğurlarının reytinqini hazırlayıb. Ən çox gəlir əldə edən komanda 67,1 milyon funt-sterlinqlə "Liverpul" olub. 46,3 milyon funluq müsbət saldoyla "Şeffild Yunayted" ikinci pillə qədərlaşıb. İlk üçlüy"ü "Bernli" (31,9 milyon funt) qapayıb. Eyni dövr üçü...
publikaz_normalized
Keçən il Rozaya təklif etdim ki, evlənək və köçüb başqa ölkədə hər şeyə sıfırdan başlayaq. O, canlı yayımda Zərgərliyə olan sevgisindən danışıb: 24 il əvvəl Roza xanımı çox sevirdim. Bir-birimizi sevirdik, böyük məhəbbətimiz olmuşdu. Elə indi də ölməsəm də sevirəm. Təklif etdim ki, gedək Türkiyədə həyatımızı sıfırdan q...
publikaz_normalized
Hizbullah" lideri ilə görüşdü":"Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell dünən İranın dəstəklədiyi "Hizbullah" silahlı qruplaşmasının liderlərindən olan Məhəmməd Raad ilə görüşüb. Borrelin qrup nümayəndəsi ilə görüşü Livanın İsrail və HƏMAS arasında müharibəyə cəlb ed...
publikaz_normalized
Cəlilabadda vəfat edən şəxsin yaxınlarına başsağlığı verməyə gələn şəxs evin somavarını oğurlayıb. Saxlanılan şəxs məhkəmə ifadəsində bildirib ki, Gülnarə İbayevanın vəfat etmiş ərinin yas mərasimində iştrak edə bilmədiyi üçün axşam saatlarında onların yaşadığı ünvana gedib. Ev sahibinə yas mərasiminə gələ bilmədiyini ...
publikaz_normalized
Rusiya ordusu Ukrayna şəhərlərini bombalamaqda davam edir. Həmin an xəstəxanada həkimlər əməliyyat masasında olublar. Sosial şəbəkədə həkimlər əməliyyat aparan zaman xəstəxananın vurulması anının videosu yayılıb. Dəhşətli kadrları təqdim edirik:
publikaz_normalized
13:27" "Bu günlərdə Ermənistanın baş naziri Paşinyan Zəngəzur dəhlizi ilə bağlı müsbət mesajlar səsləndirib. O vurğulayıb ki, ilk dəfə belə bir təşəbbüs irəli sürüləndə Ermənistan tərəfi bu layihənin Ermənistana faydasından danışsa da, mənfi reaksiya verib. Nazirin sözlərinə görə, Türkiyə dəhliz layihəsini 2029-cu ilə ...
publikaz_normalized
Sosial şəbəkələrdə "Barselona"nın prezidenti Xuan Laportayla bağlı maraqlı video yayımlanıb. SOCAR-ın investisiyalar və marketinq üzrə vitse-prezidentinin müavini vəzifəsində çalışan Adnan Əhmədzadə də tədbir iştirakçıları sırasında olub. Videoda Laportanın "Azərbaycan" mahnısından qısa hissə oxuduğu əks olunub.
publikaz_normalized
Bakıda “Mahal” MTK tərəfindən inşa edilmiş 17 mərtəbəli binanın fasadı qopub. Belə ki, dünən axşam binanın üzlüyü qoparaq avtomobillərin üzərinə düşüb. Xeyli sayda avtomobilin zərər gördüyü deyilir. Məsələ ilə bağlı MTK-nın özünü təqdim etməyən nümayəndəsi bildirib ki, yüngül hadisə baş verib. Onun sözlərinə görə, bina...
publikaz_normalized
Azərbaycan Respublikası prezidentliyinə namizədliyi qeydə alınan Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzi (STM) İdarə Heyətinin sədri vəzifəsi üzrə vəzifələrinin icrasını dayandırıb. Qeyd olunub ki, Mərkəzi Seçki Komissiyasının yanvarın 6-dakı qərarı ilə 2024-cü il fevralın 7-nə təyin edilən növbədənkənar Azərbaycan Respu...
publikaz_normalized
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası prezidentliyinə namizədliyi qeydə alınan Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri vəzifəsi üzrə vəzifələrinin icrasını dayandırıb. Mərkəzdən bildirilib ki, STM-in sədri vəzifəsi mərkəzin İdarə Heyətinin üzvü Elşad Mirbəşir oğluna həvalə edilib.
publikaz_normalized
Mossad"a məlumatı bu məbləğə ötürürmüşlər":"Əksəriyyəti suriyalı və fələstinli olan MOSSAD casusu olduqları iddia edilən şübhəlilərin İsrailə öz vətəndaşları haqqında məlumatları 100-200 dollara satdıqları məlum olub. Məlumat toplayacaq şəxslər şübhə doğurmamaq üçün Fələstin və Suriya vətəndaşları arasından seçilib. Pu...
publikaz_normalized
Kim kimi izləyir?":"Hərbi mənbələrdən verilən məlumata görə, kosmosda olan hər kəs bir-birinə qarşı casusluq etməyə və kəşfiyyat aparmağa başlayıb. NATO peykləri Rusiyanı, Rusiya kəşfiyyat peykləri NATO-nu, Çinin müşahidə balonları ABŞ-ı, ABŞ peykləri Çinlə yanaşı Fransanı da müşahidə edir. Məqsəd rəqəmsal məlumatları ...
publikaz_normalized
Türkiyənin Mərmərə regionundakı Kırklareli vilayətinin ən böyük şəhəri və rayonu olan Lüləburqazda dəhşətli hadisə yaşanıb. Baş verən hadisə orta məktəbdə şagirdin nəfəs borusunda yemək ilişib. Uşaq boğulmaq təhlükəsi ilə üzləşərkən ingilis dili müəllimi Rezzan Çelik şagirdini xilas edib. Xilasetmə anı təhlükəsizlik ka...
publikaz_normalized
“Aygün Bəylər konsertdə çox stres keçirdi, ağrıları oldu”. O qeyd edib ki, mərhumun nəşi hələ Bakıya gətirilməyib: “Aygün Heydər Əliyev Fondu sayəsində Türkiyəyə getmişdi. Gecə saat 3-də şəxsi təyyarə ilə yola düşəcəkdilər. Təyyarə gözləyirdi, sənədləri tam hazır deyildi. İndi isə artıq sənədlər tam hazırdır. Gözləyiri...
publikaz_normalized
Muxtar Bahadur oğlu Babayev Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının Prezidenti müəyyən edilib. Azərbaycan Respublikas...
publikaz_normalized
Rusiyada azərbaycanlı kriminal avtoritet güllələnib. Mərhum qanuni oğru “Rövşən Lənkəranski”nin adamı hesab edilən, hazırda isə “Rufo Gənciniski”nin ətrafında olan “Cavid Astaralı” avtomobilində silahlı hücuma məruz qalıb. Yayılan görüntülərdə məlum olur ki, bir neçə şəxs ayrı-ayrı nöqtələrdən “Cavid Astaralı”nın hərək...
publikaz_normalized
Qızılcaya yoluxan şəxslə kontaktda olan hamilə qadınlar təcili şəkildə həkimə müraciət etməli, 72 saat ərzində hamiləyə qızılca əleyhinə immunoqlobulin yeridilməlidir. O bildirib ki, bu, həm virusa yoluxmanın qarşısını alır, həm də yoluxma baş verərsə, onun yüngül keçməsinə şərait yaradır. X.Mirzəyevanın sözlərinə görə...
publikaz_normalized
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qəhrəman oğlu Qurbanlı 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə təltif olunub. Qeyd edək ki, bu gün M.Qurbanlının 70 yaşı tamam olur.
publikaz_normalized
“Aygünün əvəzində onları aramızdan təmizləyərdim” - VİDEO":"Ölüm xəbərini hava limanında eşitdim, göz yaşlarımı saxlaya bilmədim. Ətrafda mənə baxan insanlar belə vecimə deyildi. Bağırmaq, üsyan etmək istəyirdim. Səsi, sənəti, isməti, ləyaqəti… Əgər o şans mənə verilsəydi, bu cür böyük sənətkarların yerinə sənətdən baş...
publikaz_normalized
Artıq 2024-cü ilin birinci həftəsi başa çatıb. Mağaza və bazarlarda bir sıra məhsullarda bahalaşmalar müşahidə olunur. Bu bahalaşmaların süni qiymət artımı yoxsa təbii artım olduğu məlum deyil. Xüsusilə ət və ət məhsullarında, eləcə də tərəvəzlərdə bahalaşmaların olduğu bildirilir. Son 10-15 ili monitorinq etsək, ərzaq...
publikaz_normalized
Bizim üzərimizdə məşq edəcəklər, sağ qalmalıyıq":"Belarus prezidenti Aleksandr Lukaşenko Milad günü Minsk yaxınlığındakı kilsəyə gəlib. Onlar bizim üzərimizdə məşq edəcəklər. Biz isə sağ qalmalıyıq", - deyə Lukaşenko 2025-ci ildə Belarusda keçiriləcək prezident seçkiləri öncəsi yaranacaq duruma işarə edib. O, hər kəsi ...
publikaz_normalized
Mədəniyyət Nazirliyi ötən gün Ankarada dünyasını dəyişən Əməkdar artist Aygün Bəylərin uzun müddət onkoloji xəstəlikdən müalicə olunduğunu bildirib. Qeyd olunub ki, Əməkdar artistin səhhəti ilə əlaqədar məsələlər ötən müddət ərzində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Fond tərəfində...
publikaz_normalized
Anti-İsraili boykotu bizi çökdürüb":"McDonald's"ın baş direktoru Chris Kempczinski Yaxın Şərqdə anti-İsrail boykotunun satışlarına ciddi təsir etdiyini söyləyib. Qəzza müharibəsi başladıqdan sonra "McDonald's" və "Starbucks" da daxil olmaqla bir sıra brendlər İsraillə əlaqəli olduqları iddiası ilə boykot kampaniyaların...
publikaz_normalized
30 yaşlı aktrisa Hande Erçel bir müddətdir sevgili olduğu 32 yaşlı biznesmen Hakan Sabancı ilə ailə qurmağa hazırlaşır. Onlar toyu yayda etməyi planlaşdırırlar. Hətta indidən toyun keçiriləcəyi məkan və yaşayacaqları evin axtarışlarına çıxıblar. Məlumat üçün bildirək ki, Hakan Sabancı "Densa Denizcilik Holding" idarə h...
publikaz_normalized
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabenin etimadnaməsini qəbul edib. Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi. Səfir Katsuya Vatanabe Yaponiyanın İmperatoru Əlahəzrət Naruhitonun Yaponiya-Azərbayca...
publikaz_normalized
Ermənistan mediası Azərbaycan ordusunun dekabrın 31-də Sotk (Zod) istiqamətində (Kəlbəcərin Söyüdlü kəndi) atəş açdığı iddiasını irəli sürüb. Nəşr iddia edir ki, hadisə dekabrın 31-i saat 22:00-da baş verib. “Əldə etdiyimiz məlumata görə, təxminən iki ay yarım əvvəl Azərbaycan kəşfiyyatı “Sotk” mədəninə də daxil olub”,...
publikaz_normalized
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də Lüksemburq Böyük Hersoqluğunun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Alain de Muyserin etimadnaməsini qəbul edib. Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi. Səfir Alain de Muyser Lüksemburqun Azərbaycanda akkreditə edilən ilk ...
publikaz_normalized
Molekulyar qırıcılar":"ABŞ-da elm adamları nanotexnologiya sayəsində yan təsirləri az olan xərçəng müalicəsi hazırlayıblar. MHJ metodunda tibbi görüntüləmə prosedurlarında istifadə edilən bənzər maddə bədənə vurulur. Bu maddə bədənin dərinliklərinə yayılaraq siqnallar sayəsində xərçəngi məhv edir. Araşdırmanın aparıcı ...
publikaz_normalized
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də Peru Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sezar Auqusto de las Kasas Diasın etimadnaməsini qəbul edib. Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi. Sezar Auqusto de las Kasas Dias Peru Prezidentinin salamlarını ...
publikaz_normalized
AZAL onlardan istifadə edir?":"Məlum olduğu kimi kimi Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) Boeing 737 MAX 9 sərnişin təyyarələrinin istismarının müvəqqəti dayandırılmasını təsdiqləyib. Bəs Azərbaycanda durum necədir, bu model təyyarələrin xidmətindən istifadə edilirmi? AZAL- dan sorğumuza cavab o...
publikaz_normalized
Şabranda tələbə dəm qazından boğulub. Onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, 2 gün əvvəl BDU-nun tələbəsi də dəm qazından vəfat etmişdi.
publikaz_normalized
Azərbaycan Mərkəzi Bankının (AMB) Hüquq departamentinin direktoru Rəna Məlikova vəzifəsindən azad olunaraq qurumun baş direktoru təyin olunub. Məlumata görə, onun əvvəlki vəzifəsinə hələ ki, təyinat olmayıb. Bundan başqa, indiyə qədər AMB sədrinin müşavirləri olan Rəşad Məmmədov və Şahin Məmmədzadə də baş direktor təyi...
publikaz_normalized
Öz ordunuzu yaradın":"İtaliyanın xarici işlər naziri Antonio Tajani bildirib ki, Avropa İttifaqı sülhün qorunmasında və münaqişələrin qarşısının alınmasında rol oynaya biləcək vahid ordusunu yaratmalıdır. Nazir qeyd edib ki, Avropanın müdafiə sahəsində daha sıx əməkdaşlığı Silvio Berluskoninin ölümündən sonra rəhbərlik...
publikaz_normalized
Bəzi şəbəkə yazılarında ATV-nin ən reytinqli proqramlarından olan “Bizimləsən” və “Zaurla Günaydın” verilişlərinin guya bağlanacağı barədə əsassız iddialar irəli sürülür və hətta bu məlumatın telekanaldan hansısa məsul vəzifə tutan mücərrəd şəxsin təsdiqlədiyi qeyd edilir. O, bu xəbərin həqiqəti əks etdirmədiyini bildi...
publikaz_normalized
“Elm və Təfəkkür Universiteti”nin prorektorunun öldürülməsində təqsirləndirilən şəxslər - Dəyanət Quliyev, Samir Quliyev və Müşfiq Atakişiyevin cinayət işi üzrə məhkəməsi başlayıb. Daha sonra təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, Müşfiq Atakişiyev Elm və Təhsil Nazirliyinin İqtisa...
publikaz_normalized
Abşeron rayonu, Masazır qəsəbəsində eyvandan yıxılan 15 yaşlı Ayan Aslanovanın vəziyyəti ağır, stabil olaraq qiymətləndirilir. Qeyd olunub ki, onun vəziyyətində müsbət dinamika müşahidə edilir: “Pasiyentdə əlavə oksigen dəstəyinə ehtiyac yoxdur. Pasiyentin hemodinamikası stabildir, zəruri tədbirlər görülməkdə davam edi...
publikaz_normalized
15 milyon manat...":"Müdafiə nazirinin sabiq müavini, Maddi-Texniki Təminat Baş İdarəsinin keçmiş rəisi, mərhum general-leytenant Fuad Məmmədov, iki şirkət əməkdaşı - Fuad Şeydabəyov və Azər Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. İttihama görə, mərhum general Fuad Məmmədov iki nəfər şirkət rəsmisi - Fuad ...
publikaz_normalized
Növbəti həftə (8, 9, 11 və 12 yanvar tarixləri) saat 11:00-dan 12:00-dək 4 rayonda "Azəriqaz" İB-nin “Açıq mikrofon” aksiyası keçiriləcək. Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.
publikaz_normalized
Rusiya sülhməramlı kontingenti “Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonu” ərazisindəki 18 müşahidə məntəqəsində tapşırıqları yerinə yetirməkdə davam edir. “Rusiya sülhməramlı kontingentinin məsuliyyət daşıdığı ərazidə atəşkəs rejiminin pozulması qeydə alınmayıb. Mülki əhaliyə münasibətdə təhlükəsizliyin və hu...
publikaz_normalized
Mağazalarda palto çeşidləri o qədər çoxdur ki, bu qədər seçim arasından birini seçmək asan deyil. Zamşa" " "Payız və qış aylarında dəri əşyaları populyarlığının zirvəsində idi. Amma yaz aylarında zamşa bu materialın ciddi rəqibi olacaq. Söhbət təkcə aksesuar və ayaqqabılardan deyil, həm də üst geyimlərdən gedir. Zamşa ...
publikaz_normalized
2024-cü il ali təhsil müəssisələrinə qəbul imtahanlarının əhatə dairəsinə görə əvvəlki illərdən fərqlənəcək. O qeyd edib ki, Dövlət Proqramı çərçivəsində ali təhsil müəssisələrinə qəbulda plan yerləri artacaq. Bu il universitetlərin qəbul plan yeri 60 mindən çox olacaq. Bu, universitetə qəbul olanların sayına müsbət tə...
publikaz_normalized
sülh müqaviləsi, yoxsa yeni müharibə?":"“İrəvan və Bakıdan gələn nikbin açıqlamalara baxmayaraq, 2023-cü ildə çoxdan gözlənilən sülh müqaviləsi imzalanmadı. Cənubi Qafqazın iki əzəli düşməni arasında münasibətlərin normallaşması həmişəkindən daha yaxın görünsə də, hələ də kifayət qədər maneələr və problemlər var. “Dipl...
publikaz_normalized
Paşinyan hansı addımı atmalıdır?":"Ermənistanda kilsə və hakimiyyətin qarşıdurması açıq müstəviyə keçir. Və bu qarşıdurmada əsas motiv Qarabağ məsələsidir. II Qaregin Ermənistanın daxili parçalanma təhlükəsi ilə üzləşdiyini bildirib. İddia edib ki, Qarabağı da buna görə “itiriblər”. Və bütün erməniləri Azərbaycana qarş...
publikaz_normalized
Cənazə Suraxanıda mənim evimə gətiriləcək. Amma çəkiliş üçün mediaya icazə verilməyəcək. Bacım həmişə özünü hörmətli aparıb, istərdim ki, dəfni də elə olsun”. O, başsağlığı üçün qapılarının hamının üzünə açıq olduğunu qeyd edib.
publikaz_normalized
Ürəyim gedir" - VİDEO":"53 yaşlı məşhur aktyor Halit Ergenç həyat yoldaşı Bergüzar Korelin yeni imicindən danışıb. Mükəmməl oldu, yaxşı oldu, ürəyim gedir. Bergüzar hər halı ilə qəbulumdur. Saçlarının rəngini layihə üçün etdirdi, o layihə yaxşı alınır, bir az izlədim və çox həyəcanlandım. Məncə, çox bəyəniləcək və gözə...
publikaz_normalized
Müğənni Xuraman Şuşaşlının “Özümə hər dəfə deyirəm ki, uşağı paylaşmayacağam, heç nə bölüşməyəcəyəm. Paylaşan kimi, evdə bir şey baş verir. Məryəm çox tez nəzərə gəlir" fikirləri xeyli müzakirələrə səbəb oldu, bəziləri bu düşüncənin xurafat olduğunu iddia etdi. Bəs görəsən, həqiqətən gözə-nəzərə gəlmək anlayışı varmı? ...
publikaz_normalized
Azərbaycan Tibb Universitetinin II Müalicə-profilaktika fakültəsinin 3-cü kurs tələbəsi Musayeva Aytən İlkin qızı vəfat edib. Məlumata görə, A.Musayeva iki gün öncə yüksək temperaturla xəstəxanaya yerləşdirilib. Onun sepsis (kəskin iltihab) infeksiyasından vəfat etdiyi bildirilib.
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
publikaz_normalized
Əməkdar artist Aygün Hümmətovanın (Bəylər) nəşi Suraxanı rayonundakı ata evinə gətirilib. Qeyd edək ki, Aygün Bəylərlə vida mərasimi sabah keçiriləcək. xxx" "18:23" "Əməkdar artist Aygün Hümmətovanın (Bəylər) nəşi Suraxanı qəbiristanlığındakı məscidə gətirilib. xxx" "17:37" "Ötən gün Ankarada müalicə olunduğu xəstəxana...
publikaz_normalized
10 yanvar saat 17:00-dan etibarən 2023-2024-cü tədris ilinin I yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi müvəqqəti dayandırılacaq. Qeyd edilib ki, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq XI sinif üzrə yerdəyişmə prosesi 10 yanvar 2024-cü il tarixindən tədris ilinin ...
publikaz_normalized
Bayram günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar dekabrın 28-dən yanvarın 7-nə kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Ümumilikdə isə bayram ərəfəsində və bayram günlərində 268...
publikaz_normalized
Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva Aygün Bəylərin qızı ilə bağlı addım atmaq qərarına gəlib. Aynişan paylaşımında qeyd edib: “Aygün xanımın qızına dəstək olmalıyıq, yaşı azdır. İzləyicilərindən biri ona mərhumun 14 yaşlı qızı üçün bank hesabı açmağı və pul yığmağı təklif edib. Bloger həmin mesajı ...
publikaz_normalized
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Tunisin Sidi-Bu-Zid vilayətində dabaq, Moldovanın Ştefan-Voda, Drokiya, Rezina rayonlarında, Polşanın Dolnoslask Nijnesilezsk inzibati ərazisində, Amerika Birləşmiş Ştatlarının Pensilvaniya ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb....
publikaz_normalized
İnter Mayami"nin hücumçusu Lionel Messinin Fort Lauderdeyldə (Florida, ABŞ ) qonşusu olan Patrik Bet-David futbolçunun gəlişinin onun əmlakının qiymətinə necə təsir etdiyini danışıb. Onun dediyinə görə, evinin dəyəri 25 milyon dollar artıb və hazırda 45 milyondur. “Messi bu əraziyə köçdü və indi hamı burada yaşamaq ist...
publikaz_normalized
Rusiya Prezidenti Vladimir Putin "Arzu ağacı" ümumrusiya xeyriyyə aksiyası çərçivəsində Baykal gölünü ziyarət etmək arzusunda olan səkkiz yaşlı Kristinanın arzusunu yerinə yetirib. Qeyd olunur ki, qız Yujno-Saxalinskdə yaşayır, sağlamlıq vəziyyətinə baxmayaraq əla qiymətlərlə oxuyur və idman aerobikası ilə məşğul olur....
publikaz_normalized
yaralılar var - FOTO":Xaçmazda zəncirvari avtomobil qəzası baş verib. Qəza zamanı iki nəfər xəsarət alıb. Qəzaya uğrayan "VAZ 2107" sonradan yolun kənarında dayanan başqa bir minik avtomobilinə də çırpılıb. Hadisə zamanı xəsarət alan iki nəfər təcili tibbi yardım maşını ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. ...
publikaz_normalized
Futbol üzrə Türkiyə Superliqasında XIX turun oyunları davam edir. Günün ilk matçında “Sivasspor” səfərdə “Kayserispor”a 3:1 hesabı ilə qalib gəlib. Digər qarşılaşmada isə çempionluğa iddialı “Fənərbağça” rəqib meydanında “İstanbulspor”u darmadağın edib – 5:1. Qonaqların heyətində qollardan dördünü Cengiz Ünder vurub. D...
publikaz_normalized
Samux və Xızı rayonlarına yeni prokuror təyin olunub. Bu təyinata qədər Xəyalə Aslanova Azərbaycan Respublikasının Baş Prоkurоrluğunun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idərisinin рrоkuroru vəzifəsində çalışıb. Bundan başqa, Baş proku...
publikaz_normalized
Yanvarın 22-dən 26-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası keçiriləcək. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri də qış sessiyasında iştirak edəcəklər. Sessiya çərçivəsində Yaxın Şərqdəki hadisələr - HƏMAS-ın İsrailə hücumu, İsrailin cavab tədbirləri, Avropada cəzaçəkmə mü...
publikaz_normalized
Yanvarın 7-də Baş Prokurorluqda 2023-cü ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. Azərbaycan Respublikasının bütün ölkə ərazisi üzrə suverenliyinin bərpa edildiyini diqqətə çatdıran Baş prokuror 2023-cü ildə ardıcıl hərb...
publikaz_normalized
tramvay xətləri və... - FOTO / BAŞ PLAN":"Bakı şəhərinin izahlı Baş planı təqdim olunub. Bakının izahlı baş planı Arxitektura Komitəsinin saytına yüklənib. ŞƏHƏRDAXİLİ HİBRİD YAŞIL DƏHLİZLƏR - 28 MAY DƏHLİZİ (STRATEJİ LAYİHƏ)" "Təklif olunan 28 May Dəhlizi layihəsinə əsasən, istismardan çıxarılmış dəmir yolu xətlərinin...
publikaz_normalized
Azərbaycanda son bir ildə vəfat edən üç tanınmış sima – Məşədi Dadaş məscidinin imamı Hacı Şahin Həsənli, deputat Qənirə Paşayeva və əməkdar artist Aygün Bəylərin ölümündə qəribə məqam üzə çıxıb. Belə ki, 1974-cü il təvəllüdlü Hacı Şahin Həsənli və 1975-ci il təvəllüdlü deputat Qənirə Paşayeva 2023-cü ildə – 48 yaşları...
publikaz_normalized
İTV Xəbərin" çəkiliş qrupu bu dəfə Laçın rayonunun Alxaslı kəndinə yollanıb. Həmin görüntüləri təqdim edirik:
publikaz_normalized
Onsuz dövlət olmayacaq":"Belarus Prezidenti Aleksandr Lukaşenko kənd həyatının qorunub saxlanmasının vacibliyini bəyan edib və kənd təsərrüfatının ölkə üçün əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, kəndsiz dövlət olmayacaq: Hətta bu kənd kilsəsində kənd haqqında iki kəlmə demək istəyirəm. Görürsünüz ki, bu çətin g...
publikaz_normalized
Mərhum Əməkdar artist Aygün Hümmətova (Bəylər) ilə vida mərasiminin keçiriləcəyi yer açıqlanıb. Mərhum oradan Suraxanı qəbrstanlığına yola salınacaq.
publikaz_normalized
Bakıda adambaşına 8 m2 yaşıllığın (şəhər səviyyəsində) təmin edilməsi planlaşdırılır. Qeyd edilib ki, beynəlxalq meyarlara əsasən, yaşıllıqlarla təminat normaları adambaşına 5-15 m2 arasında dəyişir. Bu isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2018-ci il 5 yanvar tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “...
publikaz_normalized
Bakı metrosunda ölüm hadisəsi baş verib. Belə ki, sərnişin 1957-ci il təvəllüdlü Həqiqət Rabil oğlu Quliyevin stansiyada olarkən qəfildən halı pisləşib. Təcili yardım gələnə qədər onun artıq dünyasını dəyişdiyi məlum olub. Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov faktı təsdiq edib. Qeyd edək ki, H.Q...
publikaz_normalized
ABŞ-ın Cənubi Florida ştatının Fort Lauderdeyl şəhərini torando vurub. Təbiət hadisəsi elektrik xətlərinə, sahilə bağlanmış qayıq və yaxtalara ziyan vurub. Şəhər rəhbərliyi təbii fəlakətdən dəyən zərəri minimal hesab edir, sakinlərdən xəsarət alan olmadığını qeyd edir. Şahidlərin yayımladığı videolarda çoxlu sayda qayı...
publikaz_normalized
25 il keçdikdən sonra...":"2040-cı ilədək gözlənilən əhali artımını nəzərə alaraq, qəbiristanlıq ərazilərin təqribən 130 ha genişləndirilməsi və şəhər üzrə qəbiristanlıqların ümumi sahəsinin təqribən 832 hektara çatdırılması tələb olunacaq. Qeyd edilib ki, qəbiristanlıqlar üçün ayrılmalı ərazi sahəsi ilə bağlı qiymətlə...
publikaz_normalized
bu ölkə neftin qiymətini aşağı salır":"Səudiyyə Ərəbistanının dövlət şirkəti "Saudi Aramco" fevral ayında bütün bölgələrdə əsas ərəb yüngül neftinin tədarükü qiymətlərini aşağı salacaq. Beləliklə, Asiyaya tədarükün qiymətləri bir barel üçün 1,5-2 dollar azalıb. Şimal-qərbi Avropa, Aralıq dənizi və Şimali Amerika üçün d...
publikaz_normalized
Ya öləcəm, ya da…":"Cənubi Afrikalı MMA döyüşçüsü Drikus du Plessis maraqlı açıqlama verib. “Mənim təkmilləşdirilmiş versiyamı görəcəksiniz. Məşqçilərimə, komandama və bu düşərgədə iştirak edən hər kəsə sonsuz minnətdaram. Bu gün biz mənə və həmişə yanımda olanlara və bütün ölkəmə məxsus olanı geri almaq üçün yola düşü...
publikaz_normalized
Bakıda 2040-cı ilədək əhalinin 2,88 – 3,17 mln. nəfər arasında dəyişəcəyi proqnoz edilir. Ölkə əhalisinin 2045-2050-ci illər arasında azalmağa başlayacağı gözlənilir. Eyni tendensiyanın Bakı şəhərində də müşahidə olunacağı gözlənilir. Bakı şəhərinin əhali proqnozunun çox yüksək həddə verilməsi planlaşdırmanın qeyri-rea...
publikaz_normalized
Yaponiyanın xarici işlər naziri Yoko Kamikava Ukraynaya səfəri zamanı zirzəmidə brifinq keçirib. Mətbuat konfransında Ukraynanın xarici işlər naziri Dmitri Kuleba da iştirak edib. Kanalın yayımladığı kadrlardan görünür ki, nazirlər elektrik lövhələrinin qarşısında oturublar, üzərinə isə "Gərginlik altında!
publikaz_normalized
Livanla müharibəyə başlasa...":"İsrail Livana qarşı genişmiqyaslı əməliyyata başlasa, Yaxın Şərq münaqişəsində qalib gəlməkdə çətinlik çəkəcək. Nəşrin məlumatına görə, Amerika prezidenti Co Bayden administrasiyasının nümayəndələri şəxsi söhbətlərində İsrail hakimiyyətini Livanla sərhəddə eskalasiyaya qarşı dəfələrlə xə...
publikaz_normalized