text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
ABŞ-ın Müdafiə naziri Lloyd Ostin xəstəxanadan buraxılıb və artıq vəzifəsinin icrasına başlayıb. Açıqlamaya görə, o, sağalma mərhələsindədir və artıq saat 17:00-dan öz vəzifələrini yerinə yetirməyə başlayıb. "Onun müavini Kathlin Hicks, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Çarlz Braun, Ağ Ev və Konqres...
publikaz_normalized
İsrail bu şəhərdən əhalini təxliyə edəcək":"İsrail hərbçiləri hücum əməliyyatı başlamazdan əvvəl Rafahdan dinc əhalini təxliyə edəcək. “Hücuma başlamazdan əvvəl Qəzza zolağının cənubundakı mülki insanları Rafahdan təxliyə etmək üçün çalışacaqıq. Bilirik ki, mülki insanların olduğu bu ərazidə döyüşmək bizim üçün çətin o...
publikaz_normalized
Aktyor Vüsal Murtuzəliyev bacısı Əməkdar artist Dilarə Əliyevanın verilişində qonaq olub. Mən tam səmimi deyim, tamaşaçılar da eşitsin. Onsuz da səni tanıyan tanıyır. Bir kəlməynən bu sualın cavabını verirəm. Mənim də yoldaşım, qardaşımın da yoldaşı dünyanın ən xoşbəxt gəlinləridirlər ki, onların Dilarə kimi baldızı va...
publikaz_normalized
Moskva siqnallar göndərir, ABŞ isə işarə tapa bilmir":"Birləşmiş Ştatlar Ukrayna üzrə sülh danışıqları ilə bağlı Rusiya ilə əlaqə saxlamayıb. Qeyd edilib ki, Ukraynanın özü olmadan Ukraynanın gələcəyini həll etməyəcəklər. “Rusiya düşünə bilər ki, bu müharibəyə son qoymağın yolu Vaşinqtondan keçir. Bu, əlbəttə ki, doğru...
publikaz_normalized
Xəbər verdiyimiz kimi, fevralın 12-də Ermənistan tərəfi növbəti dəfə təxribata əl atıb. Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb. “Qafqazinfo” xəbər verir ki, İctimai Televiziya Zəngilan rayonunda təxribatın törədildiyi əraziyə yaxın yerdən süjet yayım...
publikaz_normalized
Çilidə 6,1 bal gücündə zəlzələ qeydə alınıb. Qeyd olunub ki, yeraltı təkanların episentri 154 min insanın yaşadığı La Serena şəhərindən 123 km şimal-qərbdə, ocağı isə 30 km dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.
publikaz_normalized
Elvin möcüzə nəticəsində sağ qaldı":"Sumqayıt şəhərində özünü 5-ci mərtəbədən atan şəxs sağ qalıb. Belə ki, Sumqayıt şəhər sakini, 2003-cü il təvəllüdlü Mürvətov Elvin Vüqar oğlu yaşadığı mənzilin eyvanından özünü ataraq intihara cəhd edib. Binanın 5-ci mərtəbəsindən düşməsinə baxmayaraq, o sağ qalıb. Yaralı dərhal xəs...
publikaz_normalized
13 fevral tarixində Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borelin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə birgə mətbuat konfransı zamanı Azərbaycan əleyhinə əsassız iddialarını pisləyir və rədd edirik. Ali nümayəndə Cozef Borelin hərbi təcavüz törətmiş...
publikaz_normalized
O muzdlular Azərbaycan hərbçilərinin həyatına təhdiddir":"Avropa İttifaqının ali nümayəndəsi Cozed Borelin silahlı qüvvələrin geri çəkilməsi barədə heç bir praktiki əhəmiyyətə malik olmayan təklifi təəssüf doğurur. Qeyd olunub ki, “Avropa İttifaqı Missiyası himayəsi” altında yerləşdirilmiş muzdlular Azərbaycan hərbçilə...
publikaz_normalized
Bakının 16 küçə və prospektində sıxlıq müşahidə olunur. Hal-hazırda yollardakı vəziyyət: Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində;" "2. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;" "3. Binəqədi şosesi, "Azadlıq Prospekti" metrostansiyası istiqamətində;" "4. Bakı-...
publikaz_normalized
Böyük cinayətkar şəbəkə ifşa olundu":"Bakıda 5 nəfərin ölümü ilə nəticələnən dəhşətli qətl hadisəsi baş verib. Məlum olub ki, qətli törədən şəxs ailənin üzvlərindən biri olub. 25 yaşlı şəxs bacısını, onun 5 yaşlı qızını öldürdükdən sonra atasını, anasını və 9 yaşlı qardaşını da amansızlıqla öldürüb. Yaxınlarının verdiy...
publikaz_normalized
İndoneziya hakimiyyəti fevralın 14-dən etibarən Baliyə gələn xarici turistlər üçün 150,000 İndoneziya rupisi (təxminən 10 dollar) məbləğində rüsum tətbiq edib. İndoneziyanın digər bölgələrindən daxili reyslər və ya bərə ilə gələn turistlər də vergi ödəməlidirlər. Ödəniş uşaqlar da daxil olmaqla, səyahət edənlərin bütün...
publikaz_normalized
Bayden koqnitiv testdən keçməli, nazir istefa verməlidir":"Amerikalı iş adamı, "SpaceX" və "Tesla" şirkətlərinin qurucusu İlon Mask öz "X" səhifəsində ölkənin Daxili Təhlükəsizlik Departamentinin (DHS) rəhbəri Alejandro Mayorkası qeyri-qanuni miqrasiyaya göz yummaqda ittiham edib və onu istefaya çağırıb. Sahibkar qeyd ...
publikaz_normalized
Bəhreyn səhmdarların ümumi məbləği 47 milyon rubldan çox olan vəsaitini mənimsəməkdə ittiham olunan Cəmil Temirxanovu Moskvaya ekstradisiya edib. Müstəntiqlər həmin şəxsə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsi ilə cinayət işi açıblar. 2023-cü ilin dekabrında Rusiya krallıqda fırıldaqçının saxlanm...
publikaz_normalized
Paytaxtın Xətai və Sabunçu rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Xətai rayonu üzrə Gəncə prospekti, N.Tusi, A.Qurban, X.Məmmədov və M.Hadi küçələrinin, Sabunçu rayonu üzrə isə Bakıxanov qəsəbəsinin R.Axundzadə, İnşaatçılar, Ə.Cəfərov, A.Mustafayev, ...
publikaz_normalized
Yeni baş nazir sələfini casusluqda ittiham etdi":"Polşanın Baş naziri Tusk sələfi Moravieckini "Pegasus" casus proqramından qeyri-qanuni istifadə etməkdə ittiham edib. Tusk “Pegasus”un qanuni və qeyri-qanuni olaraq alındığını və istifadə edildiyini təsdiqləyən dəlillərin olduğunu qeyd edib. 2023-cü ilin oktyabrında seç...
publikaz_normalized
Maskı belə küsdürüblər":"Ukraynanın keçmiş sosial siyasət naziri Andrey Reva bildirib ki, ukraynalılar amerikalı iş adamı İlon Maska göstərdiyi köməyə görə təşəkkür etmək əvəzinə, onu qınayıblar. “Mask Ukraynanın yox, Amerika Birləşmiş Ştatlarının vətəndaşıdır. Sənə heç bir borcum yoxdur", - Reva qeyd edib. O aydınlaşd...
publikaz_normalized
Bakı Şəhəri Baş Dövlət Yol Polisi İdarəsi velosiped sürənlərə müraciət edib. Bildirilib ki, velosipedçilərin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması, onların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində Bakı şəhər DYP İdarəsi tərfindən mütəmadi olaraq nəzarət-profil...
publikaz_normalized
Ankara əmin olmaq istəyir ki...":"Türkiyə Niderlandın baş naziri Mark Ruttenin NATO baş katibi vəzifəsinə namizədliyinin təsdiqi üçün bir sıra tələblər irəli sürür. Daha əvvəl “Politico” qəzeti adı çəkilməyən yüksək səviyyəli Avropa rəsmilərinə istinadən yazıb ki, Rutte NATO baş katibi postunun favoritlərindən biridir ...
publikaz_normalized
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları davam edir. Bayern" Romada "Latsio"nun qonağı olacaq. PSJ isə evdə "Real Sosyedad"ı qəbul edəcək. Hər iki oyun saat 00:00-da başlayacaq. Qeyd edək ki, bu komandalar arasında cavab oyunları martın 5-də keçiriləcək. Çempionlar Liqası, 1/8 final: ilk oyunlar 14...
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsi, ev...
publikaz_normalized
Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində “Mançester Siti” səfərdə “Kopenhagen”ə 3:1 hesabı ilə qalib gəlib. Publlika.az xəbər verir ki, bundan əvvəl “şəhərlilər” qrup mərhələsində “Srvena Zvezda” (3:1, 3:2), “Leypsiq” (3:1, 3:2) və “Yanq Boyz”a (3:1, 3:0) qalib gəlib. “Mançester Siti” Çempionl...
publikaz_normalized
Müsəlmanlar ayağa qalxdı":"Belçikadakı müsəlmanlar Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) halal ət kəsimi qadağasının dini etiqad azadlığını məhdudlaşdırmadığına dair qərarına reaksiya veriblər. Açıqlamada AİHM-nin ilk dəfə olaraq din azadlığı ilə heyvanların rifahı arasında tarazlıq qurmalı olduğunu etiraf etdiyi ...
publikaz_normalized
Xalamın köhnə ətəyində AzTV-yə gələndə..." - VİDEO":"Aparıcı Aytən Səfərova acı xatirələrindən efirdə söz açıb. Xalasının köhnə ətəyini geyindiyini söyləyən Aytən, orada qızlar içində ən pis geyinən olduğunu dilə gətirib: 17-18 yaşım vardı, AzTV-yə xalamın köhnə ətəyində gəldim. Orada ən pis geyinən qızlardan biri mən ...
publikaz_normalized
Azərbaycan Mərkəzi Bankının bu günə olan valyuta məzənnələri açıqlanıb. Avro isə 1.8213 manata kimi ucuzlaşıb.
publikaz_normalized
Benzema yenə kənarda qaldı":"Əl-İttihad"ın hücumçusu Kərim Benzemanın adı komandanın Asiya Çempionlar Liqasının 1/16 finalı çərçivəsində “Navbahor” (Özbəkistan) ilə matç üçün iştirak ərizəsinə salınmayıb. Lakin bunun futbolçu ilə baş məşqçi Marselo Qalyardo arasında son vaxtlar baş vermiş münaqişə ilə bağlı ola biləcəy...
publikaz_normalized
Cozep Borrell gərginlik yaratmağa çalışır":"Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell açıq qərəz nümayiş etdirməklə Azərbaycan və Ermənistan arasında sülh perspektivlərinə gərginlik yaratmağa çalışır. Qeyd olunub ki, ali nümayəndə fevralın 13-də Aİ-Ermənistan T...
publikaz_normalized
Ağ ayıların nəsli kəsilə bilər":"Arktika dənizinin buzlarının əriməsi nəticəsində qütb ayıları aclıqla üzləşirlər. İkonik Arktika növləri adətən dənizdəki buzlaqlarda tutduqları halqalı suitilərlə qidalanırlar. Ancaq istiləşən dünyada buzlar əridikcə, bir çox ayı sahildə daha çox vaxt keçirir, quş yumurtaları, giləmeyv...
publikaz_normalized
2 milyard dollarlıq rəsm əsərləri Putinə qaldı":"Sovet və rus yazıçısı, tarixçisi və sənətşünası Nina Moleva 99 yaşında vəfat edib. Nina Moleva Yazıçılar Birliyinin və Rəssamlar İttifaqının üzvü, tarix elmləri doktoru və sənət elmləri namizədi, professor olub. Nina Moleva rus rəssamları haqqında bir sıra monoqrafiyalar...
publikaz_normalized
Bu ölkələrdə müdafiə xərcləri fantastik həddə artıb":"NATO-ya üzv ölkələrin 2014-cü ildə müdafiə xərclərinin 2023-cü ildəki ilə müqayisəsi onu göstərir ki, demək olar ki, bütün ölkələr müdafiə üçün daha çox pul ayırır. Xərclərdə ən böyük yüksəliş Polşanın payına düşüb. 2014-cü ildə müdafiə xərcləri ÜDM-in 1,9 faizini t...
publikaz_normalized
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə olub. Həmin şəxslər 2015-ci il təvəllüdlü R.Quluyev, 2015-ci il təvəllüdlü C.Cəlilov, 2015-ci il təvəllüdlü Z.Nadirova, 2015-ci il İ.Məmmədova, 2020-ci il R.Məmmədov, 2014-cü il təvəllüdlü A.Məmmədli, 2017-ci il təvəllüdlü B.Məmmədli, 2018-ci il təvəllüdlü Ö.Məmmədli, 2013-cü il təv...
publikaz_normalized
Ölkənin birinci bankı Kapital Bank depozit faizlərini 10%-dək artırıb. Nağd pulunu sərfəli və güvənilir sərmayəyə çevirmək istəyənlər, Kapital Bankın ən yaxın filialına yaxınlaşmaqla, AZN valyutası ilə depozitlərdə 6 aylıq müddətə illik 10% depozit faizi əldə edirlər. Depozit üçün minimum 500 manat olmaqla istənilən qə...
publikaz_normalized
ABŞ Rusiya prezidenti Vladimir Putinin münaqişənin dondurulması üçün Ukraynada atəşkəs təklifini rədd edib. Agentliyin yazdığı kimi, danışıqların uğursuzluğu dünyanın iki ən böyük nüvə dövlətinin bir-birindən nə qədər uzaqda qaldığını göstərir. Eyni zamanda, amerikalı mənbə hər hansı qeyri-rəsmi təmaslar barədə məlumat...
publikaz_normalized
ABŞ Konqresində keçirilən səsvermə 150 ​​ildən sonra bir ilkə səbəb olub. Parlament bir nazirin vəzifəsindən azad edilməsini tələb edərək, onun impiçment edilməsi barədə qərar qəbul edib. 213 səsə qarşı 214 səslə Mayorkasın impiçment edilməsi qərara alınıb. Daxili Təhlükəsizlik Katibi Mayorkas ölkənin cənub sərhədində ...
publikaz_normalized
Azərbaycan keçən il 19-20 sentyabrda həyata keçirdiyi antiterror əməliyyatından sonra 173 nəfərin meyitini taparaq Ermənistana təhvil verib. Qeyd olunub ki, Dövlət Komissiyası Ermənistanın eyniadlı qurumunun hərbi əməliyyatlarda itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi sahəsində əməkdaşlığa hazır olması barədə...
publikaz_normalized
Birinci Qarabağ müharibəsində itkin düşmüş 54 azərbaycanlının taleyi Azərbaycan cəmiyyətini ötən müddət ərzində daha çox narahat edib. Belə ki, 1998-2001-ci illərdə daxil olmuş məlumatlara əsasən, birinci Qarabağ müharibəsi zamanı əsir-girov götürülmüş həmin 54 Azərbaycan vətəndaşına Ermənistandakı və vaxtilə işğal alt...
publikaz_normalized
Bütün ölkələrin maraqları...":"Çin Xalq Respublikasının BMT-dəki daimi nümayəndəsi Zhang Jun ABŞ-ı Ukrayna Silahlı Qüvvələrinə silah tədarükünü dayandırmağa və davamlı sülhün əldə edilməsi naminə dialoqa başlamaq üçün səy göstərməyə çağırıb. “Qərb ölkələri atəşə yanacaq tökməyi və beynəlxalq ictimaiyyətin diplomatik sə...
publikaz_normalized
Qazaxıstan hakimiyyəti digər ölkələrdən olan pedofil, ekstremist və terrorçuların ölkəyə girişini qadağan edəcək. “Qazaxıstan Respublikasının bəzi qanunvericilik aktlarına əhalinin miqrasiyası və cəza sistemi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı dəyişikliklər və əlavələr edilməsi haqqında” qanun layi...
publikaz_normalized
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası (Dövlət Komissiyası) itkin düşmüş soydaşlarımızın dəfn yerlərinin axtarışı prosesinə kütləvi məzarlıqların yerləri barədə kifayət qədər məlumatlara malik və 1994-cü ilədək Ermənistan tərəfindən döyüş əməliyyatlar...
publikaz_normalized
Sudan Respublikasının Suveren Keçid Şurasının sədri, general-leytenant Abdel Fattah Al-Burhan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibəti ilə Sizi Sudan höküməti, sudan xalqı və şəxsən öz adımdan səmimi q...
publikaz_normalized
Bu şəxslər işdən çıxarıla bilməz":"Rusiya prezidenti Vladimir Putin 16 yaşından kiçik uşaqları olan tək valideynlərin işdən çıxarılmasını qadağan edən qanunu imzalayıb. Beləliklə, bundan sonra yaş həddi iki il artırılır. Uşaqlar, bir qayda olaraq, 16 yaşa qədər əsas ümumi təhsil alırlar. Nəticə etibarilə, yeni normalar...
publikaz_normalized
“Tottenhem”in və Cənubi Koreya millisinin yarımmüdafiəçisi Son Hın-Minin sağ əlinin orta barmağını son matçlarda xüsusi şəkildə bağladığı müşahidə edilir. Cənubi koreyalı gənc oyunçular stolüstü tennis oynamaq üçün axşam yeməyini tez tərk etmək istəyiblər. Bu, kapitan olan Sonun xoşuna gəlməyib. O, PSJ-nin yarımmüdafiə...
publikaz_normalized
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Brüsseldə verdiyi son açıqlamalar növbəti riyakarlıq nümunəsidir. Qeyd olunub ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Brüsseldə verdiyi son açıqlamalar növbəti riyakarlıq nümunəsidir. “Yeni sərhəd xətti yaratmaq lazım deyil” deyən erməni nazir nədənsə “u...
publikaz_normalized
Şaurma yemək prostat xərçəngi riskini azaldır. Mütəxəssislərin sözlərinə görə şaurma prostat, infarkt, insult və diabet riskini azaldır. Həkimlər şaurmanın tərkibindəki maddələrin çoxlu faydalı xüsusiyyətlərə malik olduğunu bildiriblər. Qandelmanın sözlərinə görə, tomat pastasının tərkibində prostat xərçənginin inkişaf...
publikaz_normalized
“Mançester Siti” Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Kopenhagen”i məğlub etməklə (3:1) rekorda imza atıb. Bu, İngiltərə komandasının turnir tarixindəki ən uzun seriyasıdır. Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 6-da Mançesterdə baş tutacaq.
publikaz_normalized
İranın Şəhrikord və Borucen şəhərləri arasındakı magistral qaz kəmərində partlayış və ardınca yanğın baş verib. Tələfat barədə məlumat yoxdur. “Dəhşətli partlayış səsi və onun yaratdığı yanğın ölkənin magistral qaz kəmərində baş verib. Hələlik itkilər barədə xəbər yoxdur”, - məlumatda deyilir. Borucen bələdiyyə başçısı...
publikaz_normalized
Əmlakları müsadirə olunacaq":"Rusiya prezidenti Vladimir Putin Rusiya Silahlı Qüvvələri haqqında saxta məlumatlara görə əmlakın müsadirə edilməsi haqqında qanun imzalayıb. Dövlət Dumasının sədri Vyaçeslav Volodinin “əclaflar haqqında qanun” adlandırdığı sənəd cinayət və cinayət-prosessual məcəllələrə dəyişikliklər edir...
publikaz_normalized
Ötən güm oğlu tərəfindən öldürülən 52 yaşlı Mehman Əhmədov barədə yeni faktlar məlum olub. Məlumata görə, onun sonuncu iş yeri Azərbaycan Dəmir Yolları QSC olub. Mehman Əhmədov 2022-ci ilə kimi Azərbaycan Dəmir Yolları QSC-də çalışıb. Amma KİV-də iddia edildiyi kimi İnfranstruktur departamentinin rəisi deyil, həmin dep...
publikaz_normalized
Bakıda 4 yaşlı uşaq anası tərəfindən küçəyə atılıb. Yasamal RPİ-nin 26-cı polis bölməsinin əməkdaşları tərəfindən gecə saatlarında küçədən tapılan azyaşlı “Azərbaycan Uşaqlar Birliyi” Uşaq Sığınacağına yerləşdirilib. Onun sözlərinə görə, hazırda aidiyyəti dövlət qurumları tərəfindən uşaqla bağlı araşdırma aparılır: “Az...
publikaz_normalized
Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib. Mərasim iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi hərarətlə qarşıladılar. Ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Heydər oğlu Əliyevin andiçmə məras...
publikaz_normalized
Multi milyarder Ceff Bezos "Amazon"dakı səhmlərinin çoxunu satıb və satışların ümumi dəyəri 4 milyard dolları ötüb. Şirkətin Direktorlar Şurasının sədri olan Bezos "Amazon" səhmlərini sonuncu dəfə 2021-ci ildə satıb. 12 milyon səhmin ilk satışı cümə günü tənzimləyici sənədlərdə elan edilib. Bezosun keçən il Vaşinqton ş...
publikaz_normalized
Özünə həyat yoldaşı tapa bilmir":"Şimali İrlandiyanın Nyukasl şəhərindən olan kişi 180 uşağı olmasına baxmayaraq, tənhalıqdan şikayətlənib. Özünü “Lonely Joe” adlandıran 52 yaşlı kişi partnyoru ilə uşaq sahibi olmaqda çətinlik çəkən qadınların hamilə qalmasına kömək edir. Bunun üçün o, ya birbaşa o xanımlarla cinsi əla...
publikaz_normalized
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Real" "Leypsiq"i minimal hesabla məğlub edib. Ancaq onun komanda yoldaşı, qapıçı Andrey Lunin əla oyun keçirib. 9 seyv edən ukraynalı qolkiper 9,2 bal toplayıb. Oyundan sonra Brahim paltardəyişmə otağında Luninə jest edib. O, matçın ən yaxşı oyunçusu mükafa...
publikaz_normalized
Nazirlər Kabineti istefa verib. Konstitusiyanın 116-cı maddəsində nəzərdə tutulan bütün zəruri addımlar yerinə yetirilib. Nazirlər Kabineti bu gün istefa verəcək. Konstitusiyanın 103-cü maddəsinin II hissəsinə əsasən, and içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır...
publikaz_normalized
ABŞ və Qərb ölkələrinin...":"Ermənistan-Azərbaycan sərhədində yüksək münaqişə potensialı qalmaqdadır. Onun sözlərinə görə, ayrı-ayrı dövlətlər bu vəziyyətdən Xəzərin ehtiyatlarına və Mərkəzi Asiyaya birbaşa çıxış əldə etmək üçün istifadə edirlər. “Ayrı-ayrı dövlətlər tərəfindən Cənubi Qafqazda öz mövqelərini möhkəmlənd...
publikaz_normalized
Sosial mediada bir qrup şəxsin küçədə etiraz etdiyini əks etdirən görüntülər yayılıb. Etirazçılar ətrafdakı maşınlara zərər vurublar. Onların qaçqın olduğu bildirilir. Qeyd edək ki, "Genoa" radiosu qaçqınların yaratdığı etirazların görüntülərini “Pakistana bənzəyir, amma İngiltərədir” ifadəsi ilə paylaşıb.
publikaz_normalized
Ukraynada axtarışda olan və Serbiyada həbsdən azad edilən Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) keçmiş generalı Andrey Naumov G7 ölkələrindən birindən siyasi sığınacaq istəyib. Mən G7-nin aparıcı ölkələrindən birinə siyasi sığınacaq üçün müraciət etmişəm”. O, Ukraynada ədalətli mühakimə olacağına inandığı zaman ölkəyə...
publikaz_normalized
Bakıda fəaliyyət göstərən məşhur restoranlar "Sevgililər günü" kimi qeyd olunan 14 fevral tarixinə xüsusi olaraq hazırlaşıblar. Restoranların hər birində təklif olunan menyular, şou-proqramlar və ifa edən sənətçilər fərqli olduğu kimi qiymətlər də müxtəlifdir. Belə ki, qiymətlər dəvət olunan sənətçiyə, təklif olunan me...
publikaz_normalized
“Bayern”nın baş məşqçisi Tomas Tuxel “Barselona”ya rəhbərlik edə bilər. Bu, mövsümün sonunda reallaşa bilər. Çünki Tuxel Münhen klubunda işləri yaxşı getmir. Vəziyyət belə davam edərsə, mütəxəssis qovula bilər.
publikaz_normalized
Qızılgüllər dünyada ən məşhur və gözəl çiçəklərdir. Lakin onu hədiyyə etmək gözəl olduğu qədər də risklidir. Bildirilib ki, ABŞ-da satılan güllərin 80 faizi xaricdən, əksəriyyəti Kolumbiya və Ekvadordan gətirilir. Təzə qalmaları üçün çiçəklər soyuducu yük maşınları ilə hava limanlarına daşınır. Hava limanında onları Ma...
publikaz_normalized
Bakıda ata-anası, qardaşı, bacısı və onun azyaşlı qızını öldürməkdə şübhəli bilinən Əhməd Əhmədovun avtomobilinin görüntüləri yayılıb. Lakin o, həmin maşınla taksi fəaliyyəti ilə məşğul olub. Xatırladaq ki, ötən gün Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı...
publikaz_normalized
Fevralın 15-də...":"Azərbaycan üzrə pensiyaların fevralın 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək. Pensiyalar 11,2 faiz indeksləşdirmə əsasında artırılmış məbləğlə veriləcək. Artım bu ilin əvvəlindən tətbiq olunur və...
publikaz_normalized
Müğənni Vera Brejnevanın Bişkekdə konserti ləğv edilib. Konsert proqramının keçirilməli olduğu məkanın təşkilatçıları konsertin “texniki səbəblərdən” keçirilməyəcəyini bildiriblər. Alınan biletlərin pulunun geri qaytarılacağı deyilib. Qeyd edək ki, Qırğızıstanda belə konsertlərin ləğv edilməsi ilk dəfə deyil. Əvvəllər ...
publikaz_normalized
30-35 yaşdan sonra cinsi aktivlik əhəmiyyətli dərəcədə azalır və insanlar libidolarını artırmaq yollarının axtarışına çıxırlar. Bir çoxu dəniz məhsulları yeməyə başlayır və ya gözəl effekti vəd edən "sehrli" həblərə (pəhriz əlavələrinə) müraciət edirlər. Əksər dərmanlar və qida əlavələri qaraciyərdə "emal" olunur. Hədd...
publikaz_normalized
“El Nino” bu xəstəlikləri gətirəcək":"Böyük Britaniya və ABŞ alimlərinin birgə araşdırması göstərib ki, "El Nino” səbəbiylə temperatur və yağış rejimlərindəki dəyişikliklər göz xəstəliklərinin yoluxuculuğunu artıra bilər. Tədqiqatda “El Nino” hava hadisəsinin ABŞ-ın cənubunda, Orta Asiya və Cənubi Amerikada həddindən a...
publikaz_normalized
Barselona"nın baş məşqçisi Xavi La Liqada "Qranada" ilə heç-heçədən (3:3) sonra futbolçularla uzun-uzadı söhbət edib. Mənbənin sözlərinə görə, matçdan bir gün sonra kataloniyalılar bərpa məşqi keçirib, bundan sonra Xavi futbolçular və məşqçilər heyəti ilə bir saatlıq söhbət edib. Xavinin səhvləri müzakirə etmək əvəzinə...
publikaz_normalized
Tısbağa aslanla kəllə-kəlləyə gəldi - VİDEO":"Sosial mediada aslanın su içməsinə icazə verməyən tısbağanın görüntüsü hər kəsi təəccübləndirib. Aslanın su içməsinə qəzəblənən tısbağa cəsarəti ilə hər kəsi, hətta aslanı da təəccübləndirib. Görüntülər izlənmə rekordu qırıb. Sözügedən video mediada “özü kiçik, cəsarəti böy...
publikaz_normalized
“Kurtlar Vadisi” yeni adla rəqəmsal platformada yayımlanacaq. Layihənin Acun Ilıcalının sahibi olduğu "Exxen" kanalında yayımlanacağı iddia edilib. Baş rol ifaçılarından olan Necati Şaşmaz isə yeni serialda "Polat Alemdar" obrazını canlandırmağa davam edəcək. Yayım tarixi hələ müəyyən edilməsə də, “Kurtlar Vadisi Kaos”...
publikaz_normalized
Böyük Britaniya vətəndaşı Qrir Kristofer (Greer Christopher) hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilən Elnarə Nəsrəddinova və Yasəmənin Məmmədovaya hökm oxunub. Hökmə əsasən, Elnarə Məmmədova 11 il müddətinə azadlıqdan məhrum edilib. Yasəmən Nəsrəddinova isə 2 il müddətinə azadlıqdan məhrum edilərək məhkəm...
publikaz_normalized
Ailəsi ilə bura qaçıb - VİDEO":"İsrail ordusu HƏMAS lideri Yəhya Sinvarın ailəsi ilə birlikdə yeraltı tunellərdə irəlilədiyini iddia edən görüntülər yayımlayıb. İsrail ordusunun sözçüsü Daniel Haqari mətbuat konfransında paylaşdıqları videonun oktyabrın 10-da lentə alındığını iddia edib. Haqari videonu jurnalistlərlə p...
publikaz_normalized
Xalq artisti Röya Ayxan 2024-cü ildə ilk layihəsini təqdim edib. Mahnının söz və musiqisi FARİD AQA-ya məxsusdur. Estrada ulduzu klipini bu dəfə də türkiyəli rejissor Orçun Mutluya həvalə edib. Röya Ayxan 7 obrazda kamera qarşısına keçib. Mutlu buna qədər sənətçinin “Ummadığım anda”, “Afaki”, “Tez gəl” kliplərini çəkib...
publikaz_normalized
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin "Leyptsiq"lə oyunu "Real"ın futbolçusu (1:0) Vinisius Junior üçün əlamətdar olub. Vini ötən gecə bunu 23 yaş 216 günlüyündə yaşayıb. Buna daha erkən yaşda Lionel Messi (23 yaş 166 gün), Kilian Mbappe (22 yaş 339 gün), Sesk Fabreqas (22 yaş 331 gün) və İker Kasilyas (22 y...
publikaz_normalized
Fevralın 15-nə Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlər...
publikaz_normalized
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə 5-ci dəfə bir turda orta hesabla ən azı 3 qol vurulub. “Qarabağ” – “Sabah” (3:3), “Kəpəz” – “Səbail” (1:4), “Turan Tovuz” – “Qəbələ” (2:1) və “Araz-Naxçıvan” – “Neftçi” (1:0) oyunlarında qol qeydə alınıbsa, “Zirə” – “Sumqayıt” qarşılaşması 0:0 hesabı ilə yekunlaşıb. Beş...
publikaz_normalized
“Shokki Mokki” Bakıda və bölgələrdə uşaqların təhsil və inkişafına töhfə verməkdə davam edir. "Belə ki, adıçəkilən marka UAFA təşkilatı ilə birgə “Məktəbim” layihəsi çərçivəsində bölgələrdə yaradılmış məktəbəqədər təhsil ocaqlarının sayını artırır. Mütəmadi olaraq, marka və təşkilat tərəfindən xanım sahibkarların xüsus...
publikaz_normalized
Milyonlarla insan COVİD-19-dan sağaldıqdan sonra belə uzun müddət onun simptomları ilə mübarizə aparmalı olur. Araşdırmanın nəticələrinə görə, hamilə ikən COVİD-19 olan hər 10 nəfərdən 1-də uzunmüddətli simptomlar özünü göstərib. Amerika Milli Sağlamlıq İnstitutlarının Bərpa Təşəbbüsünün məlumatlarına görə, hamilə olan...
publikaz_normalized
Estoniya etiraf edib ki, tezliklə Rusiya ilə sərhədini bağlayacaq. Mətndə qeyd olunur ki, Rusiya hakimiyyəti “son həftələr ərzində” ölkəyə daxil olmaq imkanı olmayan əcnəbiləri Rusiya-Estoniya sərhədinə göndərir. Buna görə də polis deyir ki, Estoniya “milli təhlükəsizlik və ictimai asayiş baxımından” sərhədi bağlaya bi...
publikaz_normalized
Dərhal dayandırın":"Paltar yuyarkən istifadə etdiyimiz sürətli yuma üsullarından bəziləri paltarları zədələyir və ilkin görünüşünü itirməsinə səbəb olur. Paltaryuyan maşında paltar yuyarkən ən çox yayılmış səhvlərdən biri dəsmal və paltarın birlikdə yuyulmasıdır. Dəsmallar daha qalın və tüklü olduğundan, yuyulduqda pal...
publikaz_normalized
Xəbərdarlıq edildi":"Yunanıstanda həmcinslərin nikahını təsdiqləyən qanun layihəsi hökumətlə Pravoslav Kilsəsi arasında ziddiyyətlərə səbəb olub. Eyni zamanda artıq uşaq sahibi olan və ya uşaq sahibi olmaq istəyən həmcins cütlüklər üçün bir çox hüquqi maneələri aradan qaldıracaq. Lakin bu plan pravoslav kilsəsinin sərt...
publikaz_normalized
Banan dadlı ekzotik meyvə olmaqla yanaşı, həm də çox qiymətli qida mənbəyidir. Mütəxəssisin sözlərinə görə, bananın tərkibində gündəlik kaliumun 9 faizi var. Buna görə də, meyvə ürək-damar sisteminin fəaliyyətinə müsbət təsir göstərir, qan təzyiqini normallaşdırmağa kömək edir və bədəni bütün gün enerji ilə təmin edir....
publikaz_normalized
UEFA-nın prezidenti Aleksander Çeferin İlham Əliyevi Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib. Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Avropa futbol ictimaiyyəti adından ürəkdən təbrik edirəm. Seçkilərdə yenidən qazandığınız inamlı qələbə Azərbaycan xalqın...
publikaz_normalized
Poliqon "ətçəkən maşın"a çevrildi":"Hərbi müxbir Aleksandr Kots fevralın 13-də Rusiya hərbçilərinin Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan Selidovo poliqonuna endirdiyi zərbənin təfərrüatlarını açıqlayıb. Kots, sığınacaqda olmayan hər kəs üçün bunun ölüm hökmü olduğunu söyləyib. Hərbi müxbir deyib ki, "İsgəndər"...
publikaz_normalized
Müğənni Nura Suri Sevgililər Günü ərəfəsində “Sevgimiz dənizdir” adlı klipi üçün təqdimat mərasimi keçirib. Nura söz və musiqisi Saybuya aid mahnı üçün Xəyal Səlimovun kamerası qarşısına keçib. Klipdə onun tərəf müqabili aktyor Rüfət Nəzər olub. Sənətçilər iki sevgilini canlandırıblar. Fotosessiyanı isə fotoqraf Kamran...
publikaz_normalized
Oğlu tərəfindən qətlə yetirilən Mehman Əhməd oğlu Əhmədovla ad, soyad və ata adımız üst-üstə düşür, amma o, mən deyiləm. O, övladı tərəfindən qətlə yetirilən şəxslə heç bir əlaqəsi olmadığını bildirib: “Bəli, mən də Mehman Əhməd oğlu Əhmədovam, amma həmin şəxs deyiləm. İnformasiya düzgün verilməyib. Sadəcə, "Google"də ...
publikaz_normalized
Fevralın 14-də andiçmə mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım birinci xanım Fəxri xiyabana gəlib müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad ediblər. Sonra Prezident...
publikaz_normalized
Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanını ziyarət ediblər. Prezident İlham Əliyev və ailə üzvləri paytaxt Bakının mənzərəsini seyr ediblər.
publikaz_normalized
Bir çox məşhurların arıqlamaq üçün istifadə etdiyi 2-ci tip şəkərli diabetin müalicəsində qəbul edilən "Ozempic" (semaqlutid) sağlamlıq üçün böyük risk daşıyır. O bildirib ki, onu qəbul etdikdən sonra ağır nəticələrlə qarşılaşa bilərsiniz, odur ki, bu dərmandan tamamilə imtina etmək daha yaxşıdır. Bu dərman 2-ci tip şə...
publikaz_normalized
Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra fevralın 15-dən ölkə ərazisində havanın dəyişəcəyi gözlənilir. Bakıda və Abşeron yarımadasında fevralın 15-i günün ikinci yarısından 17-si gündüzədək havanın arabir küləkli olacağı, şimal-qərb küləyinin 15-20 m/s, 15-i axşam və 16-sı gecə arabir 23-28 m/s-dək güclə...
publikaz_normalized
Xəbər verdiyimiz kimi, Azərbaycanda Fəlakət obrazı ilə tanınıb məşhurlaşan aktyor Elşən Orucov Türkiyənin ATV telekanalında yayımlanan "Ben Bu Cihana Sığmazam" serialında rol alıb. Həmin müsahibəni təqdim edirik: - Elşən bəy, necə oldu ki, Türkiyədə “Mən bu cahana sığmazam” serialının çəkilişinə getdiniz? Özünüz müraci...
publikaz_normalized
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Binəqədi Tibb Mərkəzinə direktor təyin edilib. Bu gün TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Müşfiq Mirzəyevi kollektivə təqdim edib. Qeyd edək ki, M.Mirzəyev bundan əvvəl Mərkəzi Dəmiryol Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.
publikaz_normalized
2023-cü ilin yanvar-noyabr aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 169,3 manat olub. Bildirilir ki, orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 9,5 % çoxdur. Xatırladaq ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkh...
publikaz_normalized
Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan vəzifəsini tərk edib. Kerobyan əlavə edib ki, bu üç il ərzində o, həftədə ən azı altı gün, orta hesabla səhər saat 8-dən axşam 9-a kimi işləyib və bütün müddət ərzində 15-16 gün məzuniyyətə çıxıb. “Mən işimdə hər gün Ermənistanı güclü etmək məqsədi ilə çalışdım, qətiyyətli...
publikaz_normalized
Sevgi günü və ya bayramı kimi qeyd edilən 14 Fevrala münasibət fərqli olsa da, gənclər və ruhən gənc qalanlar bu əlamətdar hadisəni qeyd etməyi sevir. Bir-birinə gül-çiçək və müxtəlif hədiyyələr alaraq romantik axşam yeməyinə gedirlər. Bu tarix bizə həm də dünyanın ən məşhur cütlük və ailələrini xatırladır. Məsələn, mə...
publikaz_normalized
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurasının birgə bəyanat yayıb. “Media haqqında” Azərbaycan Respublikası Qanununa görə yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin qanuni nümayəndələrinin razılığı olmadan media subye...
publikaz_normalized
Azərbaycanın əsas planı budur - Regionda Ermənistan olmamalıdır":"Baş verənləri dəyərləndirməyə çalışsaq, müharibənin bitmədiyini bildirməliyik. Bunu əvvəllər də demişəm, indi də deyirəm. Bilirsinizmi Azərbaycan hansı problemi qoyub? Çox sadə bir problem qoyub ki, diplomatiya və güc yolu ilə Ermənistandan maksimumu alm...
publikaz_normalized
Xəbər verdiyimiz kimi, ötən gün Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəl...
publikaz_normalized
Ötən gün Bakıda 5 nəfər ailə üzvünün qətlində şübhəli bilinən Əhməd Əhmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il...
publikaz_normalized
Ötən gün Xətai rayonunda 25 yaşlı Əhməd Əhmədov tərəfindən amansızlıqla qətlə yetirilən ailə üzvləri bu gün dəfn olunub. Xatırladaq ki, ötən gün Xətai rayonunda 1972-ci il təvəllüdlü Əhmədov Mehman Əhməd oğlunun, 1977-ci il təvəllüdlü Əhmədova Pikə Bədəl qızının və 2015-ci il təvəllüdlü Əhmədov Məhəmməd Mehman oğlunun ...
publikaz_normalized
Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında Sərəncam verib. Dövlət başçısının imzaladığı sənədə əsasən, hökumətin yeni tərkibi formalaşdırılanadək Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi kabinetin əvvəlki tərkibinə həvalə edilib.
publikaz_normalized
Ordumuz tədbir gördü - Rəsmi":"Fevralın 14-ü saat 12:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstibulaq yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kvadrokopterlə kəşfiyyat uçuşları həyata ke...
publikaz_normalized