text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Rusiya Federasiyası Daxili İşlər Nazirliyi (DİN) keçmiş futbolçu və bloger Yevgeni Savini axtarışa verib. Əvvəllər Savin RF Silahlı Qüvvələrini gözdən saldığına görə artıq məsuliyyətə cəlb edilmiş və 50 min rubl cərimə ödəmişdi. Qanun pozuntusunun təkrar törədildiyi təqdirdə cinayət işi başlanır və idmançını 5 ilə qədə... | publikaz_normalized |
Filmlərin çəkilməsi üçün keçirilən kastinqlərdən danışacağıq. Görəsən kastinq aktyora daha çox nə üçün lazımdır? Sənətçi deyir ki, o illərdə kastinqlər tamam başqa cür keçirilirdi: Mənim yadımdadır, əvvəlcə foto kastinqi olurdu. Obrazın kostyumlarını verirdilər, qrimini edirdilər. Deyirdilər ki, belə bax, belə fikirləş... | publikaz_normalized |
Onkoloqlar insanın xarakteri, davranışı,hiss və emosiyalarının xərçəngə tutulmaqda rol oynadığını müşahidə edib. Birincisi tərs, inadkar və səhvini görməyən, başqalarını günahkar bilənlər. Ölsəm də bunu etməyəcəm, mən buna razı olmaram, yalnız mən öləndən sonra sözlərini tez-tez deyənlər. Nə həyatı, nə özləri ilə barış... | publikaz_normalized |
Aparıcılar Vüsalə Əlizadə ilə Zaur Nəbioğlu arasında qalmaqal yaşanıb. Zaur aparıcısı olduğu verilişdə Vüsalənin ünvanına sərt sözlər deyib: Verilişinizin 4 buraxılışını mənə və aparıcısı olduğum "Rəngarəng səhər" proqramına həsr etmisiniz. Mənim heç kimlə şəxsi problemim yoxdur. Səhər verilişləri içində reytinqdə reko... | publikaz_normalized |
O bildirib ki, tam qələbə Rəfahda güclü hərəkatın həyata keçirilməsini də nəzərdə tutur. Baş nazir qeyd edib ki, bu hərəkat yalnız mülki əhalinin bölgədən çıxarılmasından sonra baş tutacaq.(Oxu.az) | publikaz_normalized |
Fransanın şimalındakı Pa-de-Kale departamentinin Benifonten kommunasında bıçaqla silahlanmış şəxs polis əməkdaşlarına hücum edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları silahdan istifadə edərək, təcavüzkarı yaralayıb. Yaralı polis zabiti və hücum edən şəxs xəstəxanaya çatdırılıb.(Trend.az) | publikaz_normalized |
Amerika administrasiyası hazırda İranda uranın 60% zənginləşdirilməsi istiqamətində görülən işləri hərbi xarakterli hesab edir. “Bizim qiymətləndirməmiz ondan ibarətdir ki, onların fəaliyyətini dinc xarakterli hesab etmək olmaz. Plan diplomatik həll üçün səy göstərməyə davam etməkdir", - o bildirib. | publikaz_normalized |
uzun müddətə sıradan çıxdı":"“Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnold qeyri-müəyyən müddətə sıradan çıxıb. Arnoldun fevralın 25-də “Uembli”də keçiriləcəyi “Çesli” ilə Liqa kubokunun finalını buraxacağı artıq dəqiqdir. Bu mövsüm İngiltərə millisinin üzvü “qırmızılar”ın heyətində 25 oyun keçirib, 2 qol vurub və 9... | publikaz_normalized |
Mütəxəssislərdən ciddi xəbərdarlıq - VİDEO":"Sosial şəbəkələrdə qiyməti 5 manatdan başlayan xalçalar reklam olunur. Lakin bu xalçaların hansı materialdan hazırlandığı və keyfiyyəti barədə məlumat verilmir. “Normal keyfiyyətdə olan xalçaların qiyməti 80 manatdan başlayır. Sosial şəbəkələrdə reklam olunan həmin xalçalar ... | publikaz_normalized |
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi tarixi uğura imza atıb":"Yunan-Roma güləşi üzrə Azərbaycan millisi tarixi uğura imza atıb. Yunan-Roma güləşi üzrə Azərbaycan millisindən tarixi uğur! Yığma komandamız Azərbaycan güləşi tarixində ilk dəfə Avropa Çempionatında 3 qızıl medal qazanmağa nail olub. Rumıniyanın paytax... | publikaz_normalized |
Rusiyanın Samara vilayətinin rəhbərliyi miqrantlara təhsil və nəqliyyat xidmətlərinin göstərilməsi sahəsində işləməyi qadağan edib. Məhdudiyyətlər işə qəbul agentliklərinə də təsir edəcək. “Qərar dərc edildiyi gündən 10 gün sonra, yəni 2024-cü il fevralın 24-dən qüvvəyə minir”, - mətbuat xidmətinin yaydığı məlumatda de... | publikaz_normalized |
Yeni tanışlıq, maraqlı insanlarla görüş olacaq":"Publika.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. Qoç - Emosional fon əlverişli deyil. Ən kiçik və xırda məsələyə görə əhvalınızı pozmayın. Ünsiyyətdə o qədər də xoş olmayan insanlarla ... | publikaz_normalized |
Panama-Kolumbiya sərhədi yaxınlığında qayığın batması nəticəsində azı dörd nəfər ölüb, səkkiz nəfər itkin düşüb. Belə ki, bir qrup miqrant Karib dənizində batmış qayıqla Kolumbiyadan Panamaya keçməyə cəhd edib. Milli Sərhəd Mühafizəsi 14 nəfəri xilas edə bilib. Sağ qalanların sözlərinə görə, gəmi əlverişsiz hava şərait... | publikaz_normalized |
Ötən il ərzində ölkədə 82,3 min yeni iş yerləri açılıb. Yeni açılmış iş yerlərinin 79,7 faizi Bakı şəhərinin, 1,3 faizi Naxçıvan Muxtar Respublikasının, 19,0 faizi digər regionların, o cümlədən 3,6 faizi Abşeron-Xızı, 2,4 faizi Quba-Xaçmaz, 1,9 faizi Gəncə-Daşkəsən, 1,8 faizi Şəki-Zaqatala, 1,7 faizi Şirvan-Salyan, 1,6... | publikaz_normalized |
Buxarest məhkəməsi Rumıniya gömrük administrasiyasının bir sıra yüksək vəzifəli məmurları barəsində həbs qətimkan tədbiri seçib. Rumıniyanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli İdarəsinin prokurorları onları iş adamlarından, xüsusən də çinlilərdən pul və mal şəklində rüşvət almaq üçün şəbəkə yaratmaqda ittiham edir.... | publikaz_normalized |
“Hədiyyənin əvəzini yataqda ödəmək lazım gəlir”":"Müğənni Yuliana Karaulova sevmədiyi insanlardan bahalı hədiyyə qəbul etməməyi tövsiyə edib. Bahalı hədiyyələr qəbul etməyi düzgün hesab etmirəm. Həyat yoldaşımla münasibətimdən əvvəl belə hallarım olub. Mən borca düşəcəyimi hiss edirdim, kişilər hədiyyəni boş yerə vermi... | publikaz_normalized |
Uolton ailəsi "Forbes" jurnalının hazırladığı ABŞ-nin ən zəngin ailələri reytinqində birinci yeri tutub. Reytinqdə ikinci yeri 117 milyard dollar sərvətlə Mars ailəsi tutub. Sülalə Virciniya ştatının Maklin şəhərində yerləşən dünyanın ən böyük qənnadı şirkəti "Mars"ın sahibidir. Şirkət "M&Ms", "Snickers", "Ben's Origin... | publikaz_normalized |
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə mübarizə başa çatıb. Belə ki, 3 qızıl, 2 gümüş və 1 bürünc medal əldə edən yığmamız medalların əyarına görə, Avropa çempionatlarında ən yaxşı nəticəsinə imza atıb. Komandamız ilk dəfə bir qitə birinciliyində 3 qızıl medal qazanıb. Baş... | publikaz_normalized |
Rusiya Prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsonu “təhlükəli insan” adlandırıb. Rusiya liderinin sözlərinə görə, o, Karlsondan sərt suallar gözləyirdi ki, ona eyni ruhda cavab verə bilsin. Bununla belə, jurnalist səbirli olub və onu dinləyib. Siyasətçi həmçinin əlavə edib ki, jurnalist planını ciddi ş... | publikaz_normalized |
Türkiyəli müğənni Tarkanın sosial şəbəkədə sərxoş halda onu təhqir edən həmkarı Sərdar Ortaca cavabı gecikməyib. Tarkan “var-dövlətini itirəndə ağlını da itirib, yazıq” sözlərini yazıb. | publikaz_normalized |
Dərimiz bizim güzgümüzdür - desək yanılmarıq. Hər bir insanın dərisinə baxıb sağlamlığı haqqında yetərincə məlumat yığmaq mümkündür. Əgər dərinizdə solğunluq, quruluq, tük tökülməsi əlamətləri varsa heç bir təlaşa düşməzdən əvvəl gündə 2-3 litr çiy su içməyə başlayın. Bunu 2-3 həftə etdikdən sonra dəri əlamətlərinə bax... | publikaz_normalized |
NATO Ukrayna hərbçilərinin təlimi və təhsili üçün mərkəz yaratmağı planlaşdırır. Məlumata görə, Avropa İttifaqının missiyasını və bəzi Qərb ölkələrinin proqramlarını tamamlayacaq yeni layihə Ukrayna hərbçilərinə həm də strategiya və müdafiə idarəçiliyini öyrətmək üçün nəzərdə tutulub. Məqsəd Ukraynaya qüvvələrini NATO ... | publikaz_normalized |
“Braqa” kimi biz də qalib gələ bilərik”":"“Qarabağ”ın futbolçusu Julio Romao Avropa Liqası pley-off mərhələsinin “Braqa” ilə matçından öncə baş tutan mətbuat konfransında iştirak edib. Baş məşqçimiz qeyd etdi ki, bizi sabah çox çətin və ciddi mübarizə gözləyir. Komandamızda Portuqaliya təcrübəsi olan bir neçə futbolçu ... | publikaz_normalized |
Hollivud aktyoru Tom Kruz bu dəfə sevgilisini gizlətməyib. Bir neçə aydır adı rusiyalı deputatın qızı Elsina Xayrova ilə hallanan aktyor onunla sevgili olduğunu təsdiqləyib. Qeyd edək ki, aktyor üç dəfə ailəli olub. Üçüncü həyat yoldaşı Keti Holmsdan isə ötən il boşanıb. | publikaz_normalized |
Donuz orqanlarının meymuna köçürülməsi uğurlu olarsa, transplantasiyada yeni era başlaya bilər. Məhz bu donuzun orqanları insana köçürülmək üçün uyğundur. Klinik sınaqlar əvvəlcə meymunlar üzərində aparılacaq. Donuz orqanlarının insana köçürülməsinin tam təhlükəsizlik məsələləri müzakirə olunur. Tibbdə 2 dəfə donuz orq... | publikaz_normalized |
Rusiya Amerika xalqının seçəcəyi istənilən ABŞ prezidenti ilə işləməyə hazırdır. Lakin Bayden daha yaxşı olardı. Kreml rəhbəri jurnalistin “Hansı siyasətçi Rusiya üçün daha yaxşıdır – Co Bayden, yoxsa Donald Tramp?” sualına “Bayden” cavabını verib. “O, daha təcrübəli, proqnozlaşdırıla bilən, köhnə formasiyanın siyasətç... | publikaz_normalized |
Kibertəhlükəsizlik üzrə mütəxəssisləri XLoader adlı Android virusun daha təkmilləşdirilmiş təhlükəli versiyasını aşkar ediblər. XLoader adlı viruslar sinifi 2015-ci ildən mövcuddur və onlar Roaming Mantis adlı haker qruplaşması tərəfindən hazırlanır. Virusun yeni təkmilləşdirilmiş versiyası əvvəlki versiyalar kimi mətn... | publikaz_normalized |
Bakıda tıxac yaranan yolların adları açıqlanıb. Hal-hazırda yollardakı vəziyyət: Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;" "2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;" "3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;" "4. Mikayıl Əliyev küçəsi,... | publikaz_normalized |
Qusara avtomat satmağa gələn Bakı sakini yaxalanıb. Həmin şəxsin üzərindən Qusar rayonuna satmaq məqsədilə gətirdiyi 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd patron darağı və 30 ədəd güllə aşkar edilərək götürülüb. Faktla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Rahib Nuriyevin barəsində hə... | publikaz_normalized |
Ermənistanı arxayın salan onun himayədarlarıdır":"Azərbaycanla Ermənistan arasında sonuncu müharibənin bitməsindən artıq dörd il keçməsinə baxmayaraq İrəvan hələ də sülh sazişinə imza atmaqdan yayınır. Qeyd olunub ki, Ermənistanı arxayın salan onun himayədarlarıdır. Bir tərəfdən Fransa, digər tərəfdən AŞPA kimi Avropa ... | publikaz_normalized |
Bir nəfərlə əlaqə yoxdur - VİDEO":"Moskvanın Puşkinskaya meydanında “"İzvestiya Hall"da” baş verən yanğında “Residence” barı və “Lookin Rooms” gecə klubu yanıb. O, binanın içərisində ola bilər. Hazırda yanğınsöndürənlər hadisə yerindədir. Məlumata görə, alov genişlənməkdə davam edir. Mash Telegram kanalı aydınlaşdırır ... | publikaz_normalized |
İlham Əliyevin irəliyə doğru baxışı onilliklər öncə yalnız xəyal edilə bilən hadisələri bu gün reallığa çevirməyə imkan verib. Proqramın qonağı olan ekspertlər dövlət başçısının uzaqgörən siyasətini xüsusi olaraq vurğulayıblar. Bu baxımdan məhz türk dövlətlərinin Qərb-Şərq ticarətində aparıcı rolu öz üzərilərinə götürm... | publikaz_normalized |
Kliçko əhaliyə xəbərdarlıq etdi":"Kiyevdə iki güclü partlayış səsi eşidilib. Məlumatı Ukrayna paytaxtının meri Vitali Kliçko da təsdiqləyib. Hava hücumundan müdafiə sistemi işləyir”, - deyə o yazıb. Mer həmçinin vətəndaşları sığınacaqlarını tərk etməməyə çağırıb. Cümə axşamı, fevralın 15-nə keçən gecə Ukrayna hakimiyyə... | publikaz_normalized |
TikTok" bu problemə qarşı mübarizəyə başlayır":"Siyasi dezinformasiya iddiaları ilə gündəmə gələn "TikTok" bu vəziyyətə çarə tapmaq qərarına gəlib. İyun ayında keçiriləcək Avropa Parlamenti seçkiləri öncəsi təhlükəsizliyini təmin etmək üçün dezinformasiya xarakterli hesabatlar dərc ediləcək. Tətbiq avropalıları seçki p... | publikaz_normalized |
Ermənistan hakimiyyəti Parisdəki səfirlik üçün 23 milyon avro dəyərində bina almağı planlaşdırır. Bina Parisin 16-cı kvartalında yerləşir və tarixi dəyərə malikdir. O, Fransanın keçmiş prezidenti Valeri Jiskar d'Estenə məxsus olub. Xarici İşlər Nazirliyi binanın real dəyərinin xeyli yüksək olduğunu iddia edir. Bütün əm... | publikaz_normalized |
“Dünyanın ağciyəri” məhv olur":"Daily Mail" qəzetinin məlumatına görə, elm adamları yeni araşdırmada Amazon meşələrinin təxminən yarısının 2050-ci ilə qədər yox olmaq təhlükəsi ilə üzləşdiyini bildiriblər. Onlar 2050-ci ilə qədər tropik meşələrin 47 faizinin məhv ola biləcəyini düşünürlər. Ekosistemi əsasən yağışdan as... | publikaz_normalized |
Bir gündə 2 unikal nailiyyət":"“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo AFC Çempionlar Liqasının 1/8 mərhələsinin “Əl-Feyha” klubu ilə oyununda (1:0) iştirak edib. Matçın yeganə qolunu 81-ci dəqiqədə portuqaliyalı superulduz vurub. Asiya Çempionlar Liqasına təsadüf edən matç Ronaldonun klub səviyyəsində 1000-ci görüşü o... | publikaz_normalized |
Ötən gün bir ailənin üzvlərinin qətlə yetirilmə anları lentə alınıb. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Belə ki, fevralın 13-də baş vermiş ağır cinayəti qonşu qapının gözlüyündən lentə alıb. Cinayətkarın əməlini törədən zaman heç bir kömək etməyə çalışmayan, sadəcə, qətl anını lentə alan qonşunun hərəkəti... | publikaz_normalized |
Bayern"in yarımmüdafiəçisi Tomas Müller Çempionlar Liqasında karyerasında 150-ci matçında iştirak edib. O, yalnız Rayan Giqqz (151), Kərim Benzema (152), Xavi (157), Lionel Messi (163), İker Kasilyas (181) və Kriştiano Ronaldodan (187) geri qalır. Hazırda Müllerin nəticəsinə ən yaxın oyunçu "Real"da çıxış edən həmyerli... | publikaz_normalized |
ÇL-də bunu bacaran ilk futbolçu oldu":"PSJ-nin futbolçusu Kilian Mbappe Çempionlar Liqasının 1/8 final mərhələsinin "Real Sosyedad"la ilk oyununda (2:0) fərqlənərək komandasının qələbəsində pay sahibi olub. Bu barədə "Opta" məlumat yayıb. San Sebastyan klubunun qapısına vurduğu qol 25 yaşlı forvardın Çempionlar Liqasın... | publikaz_normalized |
Şeyx" oteldə hərəmxana yaradıb":"Özünü Mehdi elan edən Mustafa Çabuk gənc qızları hədəf alıb. Bu qalmaqallı iddia bir ananın qızını ATV -də yayımlanan Esra Erolun proqramında axtarması ilə üzə çıxıb. O, hədislərdəki Mehdinin dünyaya nazil olduğunu, Çanaqqalaya gəldiyini və gedib onu görmək istədiyini deyib. Anası bu ha... | publikaz_normalized |
Nə baş verib?":"Bayern" azarkeşlərin irqçi davranışını pisləyən bəyanat yayıb. “Sosial mediada Upamekanoya qarşı yönələn irqçi şərhlər iyrəncdir. Bayern" bunu ən sərt şəkildə pisləyir. Kim belə şərhlər yazsa, klubumuzun azarkeşi deyil. Biz səni dəstəkləyəcəyik, Upa!” - deyə klubun açıqlamasında bildirilir. Qeyd edək ki... | publikaz_normalized |
Bacı ilə qardaş niyə düşmən imiş?":"Tükürpədici qətlin törədilməsində şübhəli bilinən Əhməd Əhmədovla bağlı daha bir sensassion detal üzə çıxıb. Belə ki, Əhmədin valideynləri Rusiyadan qayıdan qızları Elmiraya Suraxanı rayonu, Günəşli qəsəbəsində ev bağışlayıb. Bu hadisədən sonra Əhməd ilə ailə üzvləri arasında mübahis... | publikaz_normalized |
Əfsanəvi ingilis futbolçu və hazırda məşqçi kimi fəaliyyət göstərən Ueyn Runi boksda debüt edə bilər. Bu barədə “Mirror” məlumat yayıb. Mənbənin sözlərinə görə, Runi məşhur amerikalı bloger və boksçu Loqan Pol ilə rinqdə döyüşə bilər. 38 yaşlı Ueyn Runi İngiltərə millisində 120 oyuna çıxıb və 53 qol vurub. O, yanvarda ... | publikaz_normalized |
Azərbaycan Mərkəzi Bankının bu günə olan valyuta məzənnələri açıqlanıb. Avro isə 1.8236 manata kimi bahalaşıb. | publikaz_normalized |
xərçəngin peyvəndi HAZIRDIR":"Rusiya prezidenti Vladimir Putin ölkəsində xərçəng müalicəsi araşdırmalarının davam etdiyini bildirib. O, Rusiyada son beş ildə 500-dən çox xərçəng müalicə mərkəzinin açıldığını diqqətə çatdırıb: Ölkədə diaqnostika, müalicə və reabilitasiya ilə bağlı yüksək standartlar qurulub. Bunun nətic... | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda azyaşlının evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil o... | publikaz_normalized |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) tabeliyindəki Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ictimaiyyətlə əlaqələr şöbəsinə yeni müdir təyin olunub. O, bundan əvvəl "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin (AzTV) əməkdaşı olub və yeni vəzifəsində Sa... | publikaz_normalized |
Rusiya kosmosa nüvə bombası yerləşdirmək istəyir. Telekanal bildirir ki, bunu Amerika kəşfiyyatının məlumatları sübut edir. Məlumata görə, mənbələr Rusiyanın kosmosa nüvə silahı buraxmaq istədiyini bildirir. Söhbət onun peyklərə qarşı mümkün istifadəsindən gedir. Fevralın 15-də ABŞ Konqresi “milli təhlükəsizliyə ciddi ... | publikaz_normalized |
Maska" şousunun qalibi Dilarə Kazımova qalibiyyətdən sonra yaşadığı anları sosial media hesabında paylaşıb. Hər zaman inanın" şərhini yazıb. Qeyd edək ki, müğənni şouda Canavar maskası altında çıxış edirdi. Həmin görüntüləri təqdim edirik: | publikaz_normalized |
ABŞ Maliyyə Nazirliyi 3 fiziki və 4 qurumu Amerika malları və texnologiyalarının İrana ixracına görə sanksiyalar siyahısına daxil edib. “Bu gün ABŞ Xəzinədarlığının Xarici Aktivlərə Nəzarət İdarəsi İran Mərkəzi Bankı da daxil olmaqla, 20-dən çox ABŞ şirkətinin İrandakı son istehlakçılara mal və texnologiyanın qeyri-qan... | publikaz_normalized |
ABŞ-da böyük çaxnaşma - Ölkə milli təhlükəsizlik təhdidi ilə üz-üzə":"ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsi ABŞ-ın ciddi milli təhlükəsizlik təhdidi ilə üz-üzə olması ilə bağlı bəyanat verib. Bu gün Kəşfiyyat Komitəsi Konqresin bütün üzvlərinə bu ciddi milli təhlükəsizlik təhdidi barədə məlumat verdi. Mən pre... | publikaz_normalized |
Bu ölkə tutdu":"2023-cü ilin sonunda Yaponiya nominal ÜDM-ə görə dünyada üçüncü iqtisadiyyat olaraq yerini Almaniyaya verdi. Yaponiya Nazirlər Kabinetinin məlumatına görə, ötən il inflyasiyaya düzəliş edilmədən ölkənin nominal ÜDM-i 591,48 trilyon yen (təxminən 4,21 trilyon dollar) təşkil edib. Bununla belə, Almaniyanı... | publikaz_normalized |
Əvəzində görün nə aldı":"Ekvador silahlı qüvvələri ABŞ-a Rusiya-Sovet istehsalı olan silah və hərbi texnikanın təhvil verilməsinə dair razılaşmanın bir hissəsi olaraq, Vaşinqtondan açıqlanmayan sayda UH-60A/L Black Hawk çoxməqsədli nəqliyyat helikopterləri alacaq. Nəşrin məlumatına görə, ölkə ordusunun texniki xidmətlə... | publikaz_normalized |
Ağdam rayonunda bir sıra türbə, körpü, məscid və hamamlar dövlət mühafizəsinə götürüləcək. İclasda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin işğaldan azad olunan ərazilərdə apardığı monitorinq və inventarlaşma işləri nəticəsində aşkar olunmuş obyektlər müzakirə olun... | publikaz_normalized |
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, qarşıdakı günlərdə ölkə ərazisində temperaturun 5-10 dərəcə aşağı enəcəyi, külək, yağış, sulu qar və qarla müşahidə olunacaq əlverişsiz hav... | publikaz_normalized |
6 nəfər...":Türkiyənin İmralı adasının cənub-qərbində Mərmərə dənizində 69 metr uzunluğunda yük gəmisi batıb. Bursa valisi Mahmud Dəmirtaş Türkiyə vətəndaşı olduğu güman edilən 6 nəfərlik heyətin xilas edilməsi üçün səylərin intensiv şəkildə davam etdiyini qeyd edib. Dəmirtaş gəminin batdığı ərazidə dalğaların hündürlü... | publikaz_normalized |
İnfluenser Nagehan Abdullayeva "Sevgililər günü" ilə bağlı fotosessiya etdirib. Nagehan posta "Sevgililər gününüz mübarək" şərhini qeyd edib. | publikaz_normalized |
Onu skripka kimi...":"Donald Trampın oğlu kiçik Donald Tramp Rusiya prezidenti Vladimir Putinin Co Bayden haqqında dediklərinə münasibət bildirib. Trampın sözlərinə görə, Putin Baydeni ABŞ prezidenti kimi görmək istəyir, çünki “onu skripka kimi çala bilərsən”. Xatırladaq ki, Putin daha əvvəl demişdi ki, Baydeni ABŞ-ın ... | publikaz_normalized |
Ukraynaya daha əvvəl hücum etməliydik":"Rusiya prezidenti Vladimir Putin Ukraynaya daha tez hücum etmədiklərinə görə təəssüfləndiyini bildirib. Putin çərşənbə günü axşam saatlarında "Rossiya 1" telekanalının aparıcısı Pavel Zarubinə müsahibəsində Ukraynadakı müharibənin gedişatını şərh edib. “Təəssüf edə biləcəyimiz ye... | publikaz_normalized |
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar ayında qiymətlər 2023-cü ilin eyni ayına nisbətən 1,7 faiz artıb. İnflyasiya səviyyəsi qida məhsulları, içkilər və tütün məmulatları üzrə 0,7 faiz, qeyri-qida məhsulları üzrə 1,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 3,2 faiz olub. Onun ... | publikaz_normalized |
Azərbaycan Prezidenti İlham Əliyev Milli Aviasiya Akademiyasının (MAA) rektoru, akademik Arif Paşayevə 90 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb. Sizi 90 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Görkəmli nəslin nümayəndəsi və ailə dəyərlərini uca tutan şəxsiyyət kimi Sizin alicənablıq... | publikaz_normalized |
Vəkillər Kollegiyasının üzvünün qanunsuz əməlləri ifşa edilib. Araşdırma zamanı Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsilə baxılan cinayət işi üzrə təqsirləndirilən şəxsin müqavilə əsasında müdafiəçisi qismində iştirak edən Misir Şahquliyevin öz h... | publikaz_normalized |
Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçə təbrik məktubu göndərib. Serbiyanın milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Sizin qətiyyətli liderliyiniz sayəsində dost Serbiya hərtərəfli inkişaf edir və böy... | publikaz_normalized |
Xankəndidə xeyli silah-sursat aşkarlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 14-də Xankəndi şəhəri ərazisində 8 ədəd müxtəlif markalı avtomat, 3 tapança, 10 ədəd qumbara, 7 alışdırıcı, 1 tüfəng, 60 ədəd patron darağı, 4 060 ədəd müxtəlif çaplı patron və digər sursat aşkar olunaraq götürülüb. | publikaz_normalized |
Müğənni Rəqsanə İsmayılova qızı Aysun İsmayılovanın ikinci dəfə ailə qurduğu şəxsin adını açıqlayıb. Xoşbəxt ol, qızım, bütün qızlar gəlin köçsün. Allah səni sevincli, xoşbəxt həyatında ana olmağı nəsib etsin. Aysun İsmayılova və Ramil Vəliyev, Allah sizi bir yastıqda qocaltsın". Qeyd edək ki, Aysun İsmayılova ötən gün... | publikaz_normalized |
Azərbaycanda 32 minə yaxın müəllimin əməkhaqqına əlavələr ödənilir. Qeyd olunub ki, ümumi təhsil müəssisələrinin direktorlarının aylıq əməkhaqqına şagird sayından asılı olaraq əlavələr tətbiq edilir: Əməkhaqqına əlavələrin tətbiq edildiyi direktorların rəhbərlik etdiyi müəssisələrdəki şagird sayı ölkədəki bütün şagirdə... | publikaz_normalized |
Rusiya moldovalı iş adamı və müxalif siyasətçi İlan Şorun ölkədə olduğunu təsdiqləyib və onu ekstradisiya etməkdən imtina edib. “Bu gün mən rusiyalı həmkarlarımdan Şorun Rusiya Federasiyası ərazisində olmasını təsdiqləyən məktub aldım. Lakin Moskva onu Moldovaya ekstradisiya etməkdən imtina edir. Rusiya hakimiyyəti kon... | publikaz_normalized |
Bu gündən Türkiyədə zəlzələdən zərər çəkmiş vilayətlərdə Ailə və Gənclər Fonduna evlilik krediti ilə bağlı müraciətlər başlayır. Fonddan 48 ay ödəmə və 2 il güzəşt müddəti ilə 150 min lirə kredit dəstəyi veriləcək. Gənc cütlüklər nikahdan əvvəl və sonra məcburi təlim və məsləhət xidmətləri alacaqlar. Öz biznesini qur... | publikaz_normalized |
Bu prosesə hazır olmaq lazımdır":"Donald Trampın prezident seçkilərində mümkün qələbəsi Avropa İttifaqını Türkiyə ilə Avropaya inteqrasiya prosesini intensivləşdirmək istiqamətində münasibətlərə yenidən baxmağa sövq edə bilər. “Trampın NATO-nun gələcəyi ilə bağlı son mübahisəli bəyanatlarını nəzərə alsaq, onun ABŞ prez... | publikaz_normalized |
Üzərində “Bu, sənə hədiyyəmdir, Valentin” yazılan uşaq tabutu İrkutsk vilayətindən olan vəkil Anna Onisyukun evinə göndərilib. Naməlum şəxslər fevralın 15-nə keçən gecə vəkilin evinə adı çəkilən hədiyyəni göndəriblər. Bu barədə İrkutsk vilayətinin sakini qubernatorun kanalında yazıb və polisə zəng edib. Hüquq-mühafizə ... | publikaz_normalized |
TƏBİB-in tabeliyindəki Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan bir sıra tibb müəssisələrinin adları dəyişdirilib. Qeyd olunub ki, 10-dan çox tibb müəssisəsinin adı bundan sonrakı fəaliyyət istiqamətinə əsasən yenidən formalaşdırılıb. | publikaz_normalized |
Bakıda “Bravo” hipermarketin qarşısında silahlı insidentlə bağlı təqsirləndirilən Azər Məmmədov, Dəyanət Qüdrətov, İbrahim İbrahimov, Səbuhi Qurbanov, Babək İsgəndərov və Rövşən İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Azad Məcidov iclasa gecikən vəkillərə xəbərdarlıq edib. O, məhkəmə iclasının təy... | publikaz_normalized |
Saatlı rayonunda zəlzələ olub. | publikaz_normalized |
yenə də bu şərti irəli sürdü":"“Azərbaycanla sərhədlərin yenidən qurulması məsələsində Ermənistanın mövqeyi çox konstruktivdir. İrəvan bu yenidənqurmadan sonra qoşunların sərhəd xəttindən qarşılıqlı şəkildə çıxarılmasına hazırdır”. “Qoşunların bugünkü mövqelərindən uzaqlaşması üçün sərhədi “yerdə” və xəritədə təkrarlam... | publikaz_normalized |
Onları görəndə qaçın!":"Bir sıra bürclər var ki, onlar sevilmirlər. Əkizlər bu siyahının başındadır. Onlar hər şeyi planlaşdıraraq görən və zəif insanlardan istifadə etməyi sevən bürcüdür. Asan hirslənir və gərginlik yaradırlar. Əkizlər çox danışan təbiətə və əyləncəli bir xasiyyətə malikdir və ətrafdakı insanları asan... | publikaz_normalized |
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri də uzunluğu 75,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolun və yol üzərində tunellərin inşası davam etdirilir. Məlumata görə, AAYDA yolun müəyyən hissələrində qazma-dolğu işləri icra edir,... | publikaz_normalized |
Səhvən vurduğu pişikdən üzr istəyən şəxsin görüntüləri sosial mediada izlənmə rekordu qırıb. Sonra pişiyi qucağına alıb onu əzizləyərək üzr istəyib. Bu anlar təhlükəsizlik kamerasına düşüb. Həmin görüntüləri təqdim edirik: | publikaz_normalized |
Bakı şəhər Səbail rayonu 51 saylı orta məktəbin 8-ci sinif şagirdi qızılcadan vəfat edib. Qeyd edək ki, son vaxtlar ölkədə azyaşlı və yeniyetmələr arasında qızılca xəstəliyinin ağır keçməsi halları kəskin artıb və xeyli uşaq vəfat edib. | publikaz_normalized |
buradan hücuma keçəcəklər - ŞOK PLAN":"Avropanın müdafiə nazirləri tez-tez “Rusiya ilə müharibəyə hazır olmalıyıq” xəbərdarlığı etsə də, NATO-nun mümkün münaqişəyə necə hazırlaşdığına dair təfərrüat da ortaya çıxıb. Baltikyanı ölkələrdə səngərlər quran NATO Rusiyanı Suvalki dəhlizində artilleriya mərmiləri ilə qarşılam... | publikaz_normalized |
Prezident andiçmədə elə bir söz işlətdi ki...":"Prezident İlham Əliyevin andiçmə mərasimində çıxışı 10 yanvar 2024-cü ildə yerli mediaya müsahibəsindəki yol xəritəsinin incəliklərinin və dəqiq müəyyən edilmiş prioritet istiqamətlərin elanı baxımından olduqca mühümdür. Politoloq bildirib ki, çıxış andiçmə mərasimi üçün ... | publikaz_normalized |
Dövlət İmtahan Mərkəzi (DİM) bu il keçirilməsi nəzərdə tutulan ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanları, sənəd qəbulu tarixləri, magistraturaya qəbul imtahanının II cəhdi, rezidenturaya qəbul, dövlət qulluğuna qəbul, eləcə də digər imtahan və tədbrilərin tarixlərini açıqlayıb. Ali təhsil müə... | publikaz_normalized |
Niderlandın keçmiş Baş naziri Dris van Aqt və həyat yoldaşı Yevgeniya fevralın 5-də, ikisi də eyni gündə evtanaziya ilə vəfat ediblər. Siyasətçinin qohumlarından biri, rejissor Cerard Cokmanın dediyinə görə, van Aqt xəstə idi, 2019-cu ildə baş verən beyin qanamasından sağala bilmirdi, həyat yoldaşı isə xərçəngdən əziyy... | publikaz_normalized |
Ötən il Azərbaycanda 127 uaşağa Şahin adı qoyulub. Bundan başqa, ötən il uşaqlara qoyulan adlar arasında digər canlılara məxsus isimlər də yer alıb. Belə ki, 352 uşağa Ahu, 195-nə Aslan, 16-na Maral, 15-nə Ceyran, 1-nə isə Bəbir adı verilib. Qeyd edək ki, 2023-cü ildə oğlan uşaqlarına ən çox Uğur, qız uşaqlarına isə Zə... | publikaz_normalized |
Şagird və işçilər təxliyə edildi":"Biləsuvar şəhər 4 nömrəli tam orta məktəbin binasında yanğın baş verib. Bildirilib ki, bu gün saat 10:45 radələrində məktəb binasının ikinci mərtəbəsində elektrikpaylayıcıda qısqapanma nəticəsində baş vermiş yanğın zamanı şagirdlər və işçi heyət məktəbin təxliyə manqası tərəfindən təx... | publikaz_normalized |
Taktikanı dəyişdik, sürprizlər olacaq":"Ukraynanın Ankaradakı səfiri Vasili Bodnar CNN TÜRK-ün müxbiri Büşra Arslantaşla Rusiya ilə müharibənin 3-cü ilinə girmək üzrə olduğu bir vaxtda cəbhədə baş verənlər, növbəti proseslə bağlı proqnozlar və Türkiyə ilə münasibətlər barədə danışıb. “Təəssüf ki, müharibə dəhşətli bir ... | publikaz_normalized |
“Qarabağ” bu gün UEFA Avropa Liqasının pley-off mərhələsində ilk matçına çıxacaq. Təmsilçimiz Portuqaliyada “Braqa”nın qonağı olacaq. Bu görüşə komandalar ciddi itkilərlə çıxacaq. Ağdam təmsilçisinin liderlərindən biri olan Kevin Medina ötən ilin sonlarında aldığı zədəni hələ də sağalda bilməyib. Onun bir həftə sonra B... | publikaz_normalized |
Xalq artisti Miri Yusifin xanımı, influenser Nərgiz Mirbabayeva özəl kadrlarını izləyiciləri ilə paylaşıb. Əslində bu fotosessiya 2022-ci ildə çəkilib. Amma mən onu çox sevirəm və istədim ki, səhifəmdə də olsun. Həm də özəl günü nəzərə alaraq paylaşmaq istədim. Sevib-seviləcəyimiz gözəl günlərin çox olması diləyi ilə. ... | publikaz_normalized |
Gədəbəy rayonunda 32 yaşlı həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirən rayonun Şəkərbəy kənd sakini 1990-cı il təvəllüdlü Elməddin Mayor oğlu Abdullayevə hökm oxunub. Məlum olub ki, E.Abdullayev heç bir səbəb olmadan yaşadığı evin həyətindəki tövlədə həyat yoldaşına balta ilə hücum edib. Belə ki, 32 yaşlı Könül A... | publikaz_normalized |
Cəlilabad rayonunda yetkinlik yaşına çatmayan 14 yaşlı qızla cinsi əlaqədə olan Aşıqabad kənd sakini, 2006-cı il təvəllüdlü Adışirin Şirinova cinayət işi açılıb. Məlum olub ki, Adışirin yaşadığı kənddə qonşuluqda yaşayan 2009-cu il təvəllüdlü Mələk (şərti) ilə sevgi münasibətində olub. O, qıza mobil telefon da alıb. La... | publikaz_normalized |
Belə başlayıb":"Tanzaniyadan olan 80 yaşlı qadın özündən 56 yaş kiçik olan taksi sürücüsü ilə eşq yaşayır. Bildirilir ki, 24 yaşlı Corc və 80 yaşlı Ketrin Tomasın Dar əs-Salam şəhərində qadının motosiklet taksisinin xidmətindən istifadə etdiyi zaman tanış olduğu dəqiqləşib. Təqaüdçü altı milyon Tanzaniya şillinqi olan ... | publikaz_normalized |
Ərdoğan Misirə bu planla gedib":"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Misirin paytaxtı Qahirəyə səfəri dünya mətbuatında geniş işıqlandırılıb. “Ərdoğan-Sisi görüşündən sonra Türkiyə nə əldə etdi?” sualına cavab axtaran Yunanıstanın "Ethnos" qəzeti Ərdoğanın Şərqi Aralıq dənizi planı ilə bağlı “İqlim çox uyğundur” ... | publikaz_normalized |
Fevralın 16-da Bakıya və rayonlara qar yağacaq. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi, səhər saatlarında yağışın qısa müddətə sulu qarla qarışıq yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi axşama doğru zəifləyəcək. H... | publikaz_normalized |
Kanada ilə Rusiya arasında qalmaqal":"İki ilə yaxındır ki, Kanada Rusiyanın “Volqa-Dnepr” şirkətinə məxsus AN-124 Ruslan təyyarəsini sanksiyalar səbəbindən vətəninə buraxmır. Rusiya tərəfi bunu təyyarə qaçırma adlandırır və ədalət uğrunda mübarizəni davam etdirir. RİA Novosti ilə söhbətində Stepanov bildirib ki, bu tər... | publikaz_normalized |
Bakı-Quba-Rusiya sərhədi ödənişli avtomobil yolunda avtomobili yüksək sürətlə idarə edən qadın saxlanılıb. Avtomobil saxlanılaraq müvəqqəti duracağa salınıb. Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev bildirib ki, sürücü Əsmət Roman qızı Axundzadə yol hərəkəti qaydalarını kobud şəkildə p... | publikaz_normalized |
ölən və yaralanan var - VİDEO":"ABŞ-da Missuri ştatında ciddi insident yaşanıb. Union stansiyasının yaxınlığında parada silahlı hücum təşkil edilib. Hadisə nəticəsində çox sayıda şəxsin vurulduğu bildirilir. Kanzas Fövqəladə Hallar İdarəsinin açıqlamasına görə, silahlı hücum nəticəsində 1 nəfər həlak olub, 14 nəfər yar... | publikaz_normalized |
İnsanlar unudurlar ki...":"Orada pasport şöbəsi bağlandıqdan sonra “Basarkeçər təslim edilir” deyən insanlar unudurlar ki, orada və başqa şəhər və kəndlərdə xəstəxanalar, məktəblər, yollar tikilir. Yəni Basarkeçərdə (Vardenis) və başqa yerlərdə xəstəxanalar, su kəmərləri, yollar çəkməyimizə əhəmiyyət vermirlər. Onda gə... | publikaz_normalized |
ABŞ-ın növbəti hiyləsi nəyə hesablanıb?":"Rusiyanın kosmosa nüvə silahı yerləşdirmək planları ilə bağlı şayiələr Vaşinqtonun hiyləsidir. “Bu barədə heç bir şərh verə bilmərəm. Gəlin hər hansı məlumatın olub-olmayacağına baxmaq onların brifinqini gözləyək. Ancaq açıq-aydın görünür ki, Ağ Ev fırıldaqçılıqla Konqresi pul ... | publikaz_normalized |
Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ Universitetinin fəaliyyətinin təşkili üçün maliyyə vəsaiti ayrılması haqqında Sərəncam imzalayıb. Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. | publikaz_normalized |
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Serbiyanı Milli Günü münasibətilə təbrik edib. Milli Günü münasibətilə strateji tərəfdaşımız Serbiya Respublikasına və onun xalqına ürəkdən təbriklərimizi çatdırırıq. Biz birlikdə tərəfdaşlığımızı müəyyən edən dərin dostluğu və qarşılıqlı hörməti qeyd edirik", - paylaşımda vurğul... | publikaz_normalized |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.