text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Müğənni Mətanət Əsədovanın səhhətində problem yaranıb. O bildirib ki, arıqlamaq istəyi onun səhhətində problemlər yaradıb: İstəyirəm ki, artıq çəkilərdən xilas olum, arıqlayım. Amma bunu edəndə yatağa düşürəm, zəifləyirəm və immunitetim aşağı düşür. İki ay 20 gün evdə xəstə yatdım. İstəyirdim ki, sağalım, amma yenidən ...
publikaz_normalized
Amma özü ortada yoxdur":"Amsterdam məhkəməsi "Spartak"ın hücumçusu Kvinsi Promesi narkotik qaçaqmalçılığı ittihamı ilə təqsirli bilib. Bu barədə “De Telegraaf” nəşri məlumat yayıb. Promes 1370 kq ağırlığında külli miqdarda kokainin qaçaqmalçılığında iştirak etdiyinə görə bu cəzaya məruz qalıb. Niderland prokurorluğu on...
publikaz_normalized
Mançester Siti"nin müdafiəçisi Yoşko Qvardiol sıradan çıxıb. Qvardiol topuq bağından zədə alıb, o, bu səbəbdən 2-3 həftə oynaya bilməyəcək", - deyə "şəhərlilər"in baş məşqçisi Pep Qvardiola bldirib. Xorvatiya millisinin üzvü bu mövsüm "Mançester Siti"nin heyətində 29 matçda iştirak edib, 1 məhsuldar ötürmə verib.
publikaz_normalized
Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Cavanşir Quliyevin səhhəti getdikcə yaxşılaşır. “Əməliyyatdan sonra hazırda həkim nəzarəti altındadır, növbəti əməliyyat gözlənilmir. Vəziyyəti getdikcə yaxşılaşır”, - o bildirib. Qeyd edək ki, Cavanşir Quliyev bir müddət öncə beyninə qaz sızması səbəbindən İstanbulda xəstəxa...
publikaz_normalized
Bakıda 5 ailə üzvünü öldürməkdə şübhəli bilinən şəxsin həbs olunma görüntüləri yayılıb. Qətlin səbəbi haqda isə danışmır. Qeyd edək ki, bu gün Xətai Rayon Məhkəməsində hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən iclasda Əhməd Əhmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
publikaz_normalized
Kiçik memyunların özlərindən böyük meynunları əsəbləşdirmək üçün etdikləri hərəkətlər sosial mediada gündəm olub. Almaniyanın Konstanz şəhərindəki Maks Plank Heyvan Davranışı İnstitutunun həkimi İzabelle Laumer görüntülərlə bağlı açıqlama verib: Onların niyə bunu etdiklərini deyə bilmərik. Biz sadəcə onların qəsdən qıc...
publikaz_normalized
Keçən il ölkə üzrə əhalinin sayı 53 625 nəfər və ya 0,5 faiz artaraq, bu ilin yanvar ayının 1-inə olan məlumata görə 10 180 770 nəfərə çatıb. Qeyd olunub ki, əhalinin 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Bu ilin əvvəlinə əhalinin 4,6 faizi Naxçıva...
publikaz_normalized
Boşanmaların sayı artıb, nikahlar azalıb":"Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri keçən il ərzində ölkədə 54 200 nikaha daxilolma və 21 688 boşanma halları qeydə alıb. Qeyd olunub ki, 2022-ci illə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,1-dən 5,3-ə düşüb, boşanmaların sayı isə 1,...
publikaz_normalized
Aktrisa Viktoriya Ostrovskaya 86 yaşında vəfat edib. Onun ölümü barədə məlumatı teleaparıcı Andrey Malaxov verib. O, aktrisanın ölüm səbəbini açıqlamayıb. Ostrovskayanın populyarlığına onun "Brilyant əl" filmindəki rolu və orada dediyi "Tsiqel-tsiqel, ay-lyu-lyu! O, uzun müddət rejissor Leonid Qaydayın köməkçisi olub. ...
publikaz_normalized
Avrasiya Yəhudi Konqresinin prezidenti Mixail Mirilaşvili Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. İcazə verin, Avrasiya Yəhudi Konqresi adından və şəxsən öz adımdan Sizi prezident seçkilərində inamlı qələbəniz münasibətilə təbrik edim. Azərbaycan vətəndaşlarının geniş dəstəyi Sizin dövlət başçısı...
publikaz_normalized
Tanınmış aparıcı İlkin Həsəniyə həyat yoldaşı, influenser Aysel 14 Fevral Sevgililər gününə gül hədiyyə edib. Deməli, xarici səhifələrdə xanımların bəylərə buket hədiyyə etdiyini görüb "mən də edim" dedim. İlkinin ilk reaksiyasına baxsaq, bizim bəyləri bu hədiyyəyə alışdırmaq lazımdır. Sevdiyinə gül hədiyyə etmənin cin...
publikaz_normalized
Bu ölkənin sərhədində vəziyyət gərgindir":"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Tacikistanın cənub sərhədlərində İslam Dövləti yaraqlılarının sayında artım müşahidə edir. “Mərkəzi Asiya regionunda sabitliyə əsas təhlükə İslam Dövləti, Əl-Qaidə və digər beynəlxalq terror və ekstremist təşkilatlardan gəlir”, - de...
publikaz_normalized
Kutaisi-Barselona reysi ilə uçan təyyarə Kutaisi Beynəlxalq Hava Limanına qayıtmağa məcbur olub. Məlumat Kutaisi Beynəlxalq Hava Limanı tərəfindən yayılıb. “Kutaisi-Barselona reysi havaya qalxdıqdan bir neçə dəqiqə sonra yenidən Kutaisi Beynəlxalq Hava Limanına enib. Səbəb isə aviaşirkətin göyərtəsində partlayıcının ol...
publikaz_normalized
Ötən il Azərbaycanda 3410-u əkiz, 147-si üçəm, 4-ü isə dördəm doğulub. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz təşkil edib. Bildirilib ki, 2023-cü ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 112620 doğulan körpə qeydə alı...
publikaz_normalized
Biz sevgini sirr, tapmaca, efemer və insan şüurunun nəzarətindən kənar bir şey kimi qəbul etməyə öyrəşmişik. Bununla belə, psixiatrların və fizioloqların bu məsələdə fərqli fikirləri var. Bunu alimlərin sevgi ilə bağlı apardığı bir neçə araşdırması da təsdiq edir. Sevgi immuniteti aşağı salır" "Hamı bilir ki, sevgi bey...
publikaz_normalized
“Məni təhqir edənləri...” - VİDEO":"“Mənə sosial şəbəkədə təhqir yazanda pis olmuram, çünki onu 5 qat artıq söyürəm”. Pərvin ona sosial şəbəkədə təhqir yazanları söydüyünü söyləyib: “Mən ailəmi, özümü, anamı, atamı, bacımı və qardaşımı küçədən tapmamışam ki, kimsə durduğu yerdə gəlib mənim əzizimi, yaxınımı söysün, mən...
publikaz_normalized
Analitik Ekspertiza Mərkəzi Azərbaycanda fəaliyyət göstərən dərman idxalı ilə məşğul olan şirkətlərə xəbərdarlıq edib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmas...
publikaz_normalized
Rusiya Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən ciddi narahatdır və tərəfləri deeskalasiya üçün addımlar atmağa çağırır. Biz Bakı və İrəvanı təmkin nümayiş etdirməyə, gərginliyi azaltmaq üçün addımlar atmağa və vəziyyətin daha da pisləşməsinə səbəb ola biləcək hər hansı hərəkətlərdən çəkinməyə çağı...
publikaz_normalized
Bakı ilə İrəvanı yaxınlaşdırmağa çalışacağıq":"ABŞ bundan sonra da Ermənistan və Azərbaycanın mövqelərini yaxınlaşdırmağa çalışacaq. Amerikalı diplomat bildirib ki, hazırkı gərginlik diplomatik səylərin artırılmasının vacibliyindən xəbər verir. Mən son zamanlar hansısa konkret hərəkətlər barədə spekulyasiya etmək istəm...
publikaz_normalized
Futbol və karnaval - Onları nə birləşdirir?":"“Bu, alına biləcək ən böyük kreditlərdən, hörmət əlamətlərindən biridir. Braziliyalı üçün samba paradı Dünya Kuboku ilə eynidir”. Bu sözləri Braziliya futbounun əfsanəsi ölkəsində keçirilən ənənəvi Karnaval şousu barədə danışarkən deyib. Braziliyalılar qədər şənlik etməyi ç...
publikaz_normalized
Siqareti bu yaşda atsanız...":"40 yaşından əvvəl siqareti tərgitən insanlar bu pis vərdişi olmayan insanlar qədər yaşaya bilərlər. Onların araşdırmalarının nəticələri "NEJM Evidence" jurnalında dərc olunub. Mütəxəssislər ABŞ, Britaniya, Kanada və Norveçin bir milyon yarım sakininin məlumatlarını təhlil edərək müəyyən e...
publikaz_normalized
Paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində baş verən yanğın söndürülüb. Belə ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən yanğın tam söndürülüb. Qeyd edək ki, yanğın ikimərtəbəli obyektdə baş verib. Hər mərtəbəsi 80 kvadratmetr olan tikilinin birinci mərtəbəsi avtoyuma, ikinci mər...
publikaz_normalized
Ana da, həkimlər də şokda":"Rusiyada 34 yaşlı qadın fevralın 13-də saat 13.00 radələrində 13-cü övladını dünyaya gətirib. Uşaq doğulan zaman həkimləri heyrətləndirən doğum tarixi və saatı olub. Qadın etiraf edib ki, onlar mövhumatçı olmasalar da rəqəmlərin gücünə inanırlar. Bundan başqa, ananın digər övladlarının doğum...
publikaz_normalized
Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. O bildirib ki, onun günahsızlıöımgec-tez məhkəmə tərəfindən sübuta yetiriləcək: “Əsl cinayətkarı tapa bilmirlərsə, tapmaq istəmirlərsə, o demək deyil ki, ki...
publikaz_normalized
Ötən gün Bakıda ailəsinin 5 üzvünü baltalayaraq öldürməkdə şübhəli bilinən 25 yaşlı Əhməd Əhmədovun görüntüləri yayılıb. Publika az xəbər verir ki, Əhməd Əhmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Xatırladaq ki, ötən gün Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovun, 1977-ci il ...
publikaz_normalized
Son zamanlar sosial mediada canlı yayımlarda izləyiciləri ilə ünsiyyətdə olan türkiyəli müğənni Serdar Ortaç bu dəfə söyüş söyməsi ilə gündəmə gəlib. Ortaç bu yaxınlarda İnstaqramda səhərə qədər sərxoş halda canlı yayıma çıxıb. O, söyüş söyməyə başlayanda evdə işləyən qadın ona müdaxilə edib. Müğənni bu yaxınlarda TikT...
publikaz_normalized
Əziz xalqımı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün qorunması üçün əlimdən gələni əsirgəməyəcəyəm. Dövlət başçısı prezident seçkilərində ona yenidən böyük etimad və dəstək göstərən Azərbaycan xalqına dərin təşəkkürünü ifadə edib.
publikaz_normalized
2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Dövlət başçısı həmçinin bildirib: “Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq”.
publikaz_normalized
Müharibədən keçən dövr ərzində biz öz prinsipial mövqeyimizi bütün məsələlərdə göstərmişdik. Bildirilmişdi ki, Ermənistanın üzərinə götürdükləri bütün öhdəliklər yerinə yetirilməlidir. Ancaq vaxt keçdikcə yenidən bizə qarşı ərazi iddialarının irəli sürüldüyünü, onların yenidən çirkin əməllərindən əl çəkmək istəmədiklər...
publikaz_normalized
“Liverpul”un hücumçusu Məhəmməd Salahın zədəsi sağalıb. Həkimlər onun meydana çıxmasında hansısa maneə görmürlər. “Qırımzılar”ın lideri Premyer Liqanın 25-ci turunun fevralın 17-də “Brentford”la keçiriləcək oyununda komandasına kömək edə biləcək. Qeyd edək ki, Məhəmməd Salah Afrika Millətlər Kubokunun qrup mərhələsində...
publikaz_normalized
Görün necə aldadılmışıq...":"Satışda yerli istehsal məhsullarının üstünlük təşkil etdiyi sahələrdən biri də yağ sektorudur. Gündəlik qida rasionumuzda müxtəlif mənşəli yağlardan istifadə etmək sağlamlığımız üçün əsas şərtlərdən biridir. Dünyada səhiyyənin inkişaf etməsinə baxmayaraq, müasir elm bir neçə xəstəliyin qarş...
publikaz_normalized
Azərbaycanın xarici işlər naziri səlahiyyətlərini icra edən Ceyhun Bayramov fevralın 14-də Rusiya xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevlə görüşdə Bakı və İrəvan arasında sülh prosesini müzakirə edib. Görüşdə Azərbaycan və Ermənistan arasınd...
publikaz_normalized
Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq. İndiyədək qarşıya qoyulan bütün vəzifələrin icra edildidiyini xatırladan dövlət başçısı qeyd edib: “Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir. Güclü Azərbaycan bizim həmişə hədəfimi...
publikaz_normalized
Xankəndidə qutuya atdığım bülleten...":"Xankəndidə verdiyim səs, o qutuya atdığım bülleten sadəcə olaraq bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi.
publikaz_normalized
Ermənistanın nə qədər havadarları olsa da, heç kim bizi dayandıra bilməz. “Bizim Ermənistan ərazisinə iddiamız yoxdur, ancaq onlar da öz iddialarını geri döndərməlidirlər. Bizdən əsassız iddialarla şantaj dili ilə danışmaq onlara baha başa gələcək və onu yəqin ki, hər kəs görür”, - deyə dövlət başçısı vurğulayıb.
publikaz_normalized
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Sizə uğurlar, qar...
publikaz_normalized
Ordu quruculuğu prosesi davam etdiriləcək. Dövlət büdcəmizdə ən böyük xərclərin hərbi xərclər, eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı xərclərin olduğunu xatırladan Prezident ölkəmizin çox güclü hərbi sənaye kompleksi yaratdığını, artıq bunun birinci mərhələsinin başa çatdığını, ikinci mərhələnin is...
publikaz_normalized
Bizim Ordumuz təlimlərdə yox, paradlarda yox, döyüş meydanında öz gücünü göstərmişdir. Ermənistan və ona hərbi cəhətdən dəstək verənlər bilməlidirlər ki, bizi heç nə dayandıra bilməz. “Əgər bizə qarşı ərazi iddialarına son qoyulmazsa, əgər Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, təbii ki, sülh müqavilə...
publikaz_normalized
Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin yaradılması ilə bağlı addımlar atacağıq. Azərbaycan xalqının həmrəyliyinin əsas uğurlarımızdan biri olduğunu deyən dövlətimizin başçısı əlavə edib: “İkinci Qarabağ müharibəsindəki parlaq Qələbə bir daha onu göstərdi ki, Azərbaycan xalqı böyük xalqdır. ...Bu Qələbəd...
publikaz_normalized
Bu gün iqtisadi sahədə aparılan islahatlar artıq Azərbaycanda tamamilə yeni bir investisiya iqlimi yaratmışdır. Dövlətimizin başçısı qeyd edib ki, əgər əvvəlki illərdə investisiyalar daha çox neft-qaz sahəsinə qoyulurdusa, bu gün qeyri-neft sektoruna qoyulan sərmayə milyardlarla dollar səviyyəsindədir. “Əldə edilmiş ra...
publikaz_normalized
Turizm layihələri qeyri-neft sektoruna böyük dəstək verəcək":"Qarabağ və Şərqi Zəngəzur bizim iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaq. Dövlətimizin başçısı diqqətə çatdırıb ki, o bölgələrdə həm kənd təsərrüfatı, həm bərpaolunan enerji ilə bağlı layihələr, turizm layihələri qeyri-neft sektoruna böyük dəstək...
publikaz_normalized
Sosial sahədə vacib məsələlərdən biri şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsidir. Bu kateqoriyadan olan insanlara dövlət tərəfindən 14 min 800 fərdi ev və ya mənzil verilmişdir. “Bu kateqoriyadan olan insanların 100 faiz evlərlə təmin edilməsi prosesi sürətlə gedir, o cümlədən bu il və gələn il bu iş...
publikaz_normalized
Bu gün istər sənaye inkişafı sahəsində, istər hərbi sənaye kompleksi sahəsində və ümumiyyətlə, hərbi sahədə texnoloji inkişaf və üstünlük böyük əhəmiyyət daşıyır. İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatı zamanı bunu hər kəsin gördüyünü deyən dövlətimizin başçısı qeyd edib: “Təbii ki, Qələbəmizin əsas amili Azər...
publikaz_normalized
Neft hasilatının sabitləşməsi istiqamətində işlər gedir":"Ənənəvi yanacaq növləri - neft-qaz sahəsində işlər davam etdiriləcək. Neft hasilatının sabitləşməsi istiqamətində işlər gedir, hesab edirəm ki, yaxın gələcəkdə nəticələr olacaq. “Bizə sabit neft hasilatı lazımdır və biz investorlar qarşısında bu vəzifəni qoymuşu...
publikaz_normalized
Sonra deyirdilər ki, Azərbaycanda qaz yoxdur":"Gələcəkdə bizim ixrac coğrafiyamız artacaq, təbii ki, Avropa istiqaməti üzrə. Bu yaxınlarda bizim yeni resurs bazamız işə salınıb. “Şahdəniz” yatağından sonra ikinci resurs bazamız “Abşeron” qaz-kondensat yatağından ilk qaz çıxarılıb və yəqin ki, biz yaxın gələcəkdə bu yat...
publikaz_normalized
Təbii ki, biz nəqliyyat sahəsində işləri davam etdirəcəyik. Bu gün Azərbaycan dünya miqyasında nəqliyyat mərkəzi kimi qəbul edilir. Bizə həm Qərbdən, həm Şərqdən, həm Şimaldan, həm Cənubdan müraciətlər daxil olur. Azərbaycan ərazisində bütün nəqliyyat infrastrukturunun işlək vəziyyətdə olduğunu vurğulayan dövlət başçıs...
publikaz_normalized
Biz heç kimdən heç nə xahiş etmirik":"Biz heç kimdən heç nə xahiş etmirik. Mən 20 ildən çoxdur ki, prezidentəm, bu günə qədər heç kimdən heç nə xahiş etməmişəm, çünki buna ehtiyac da olmayıb. Azərbaycanın özünü tam təmin edən ölkə olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: “Biz ikitərəfli formatda əməkdaşlığın ...
publikaz_normalized
Gedin öz işinizlə məşğul olun":"Fevralın 14-də keçirilən andiçmə mərasimində söylədiyi nitqində Prezident İlham Əliyev Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etmək, həmçinin iki ölkə arasında vasitəçilik etmək istəyənlərə də mesaj göndərib, bizə bu məsələdə vasitəçinin lazım olmadığını bəyan edib. “Yerindən dur...
publikaz_normalized
Omanın Sultanı Heytəm bin Tariq Al Səid Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq duyuram. Sizin yeni prezidentlik dövrünüzdə xalqlarımızın rifahı naminə ikitərəfli münasibətlərim...
publikaz_normalized
Fevral ayının 14-də Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Respublika Neyrocərrahiyyə Xəstəxanasında Azərbaycan-Ermənistan şərti dövlət sərhədində Zəngilan rayonu ərazisində Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində yaralanmış əsgər Xəlilzadə Pərviz Ağakişi oğlunu ziyarət edib, müali...
publikaz_normalized
Bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir":"Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Dövlətimizin başçısı bildirib: “Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadi...
publikaz_normalized
Biz bu yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq":"Biz bu yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq. Əgər əvvəlki dövrdə bizim xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ demək olar ki, gündəlikdə durmur. Dövlət...
publikaz_normalized
Dünyada islamofobiyaya qarşı mübarizədə ön sıralarda olmalıyıq. Neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanında olmalıyıq. Neokolonializmi və o eybəcər tarixdən qalan amili tamamilə Yer üzündən silmək üçün öz dəstəyimizi göstərdiyimizi və göstərəcəyimizi bildirən dövlətimizin başçısı vurğulayıb: “Bunu neokoloni...
publikaz_normalized
Azərbaycanın Ermənistan ərazisinə iddiası yoxdur":"Bəzi Avropa İttifaqı (Aİ) rəsmilərinin Azərbaycanın ekspansionizmi ilə bağlı iddiaları əsassızdır. E.Əmirbəyov vurğulayıb ki, Azərbaycanın Ermənistan ərazisinə iddiası yoxdur. Prezidentin nümayəndəsi qeyd edib ki, Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraz...
publikaz_normalized
Dünya Kikboksinq Təşkilatları Assosiasiyasının prezidenti Roy Beyker Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Bu gün Azərbaycan dünyada surətlə inkişaf edərək öz vətəndaşları üçün böyük imka...
publikaz_normalized
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yaxın vaxtlarda Ermənistana səfər edəcək. “Görüş zamanı Qazaxıstan prezidentinin Ermənistana gözlənilən səfəri ərəfəsində hazırlıq məsələləri müzakirə olunub”, - nazirliyin mətbuat xidmətindən bildirilib. Bildirilir ki, bir sıra infrastruktur və regionlararası əməkdaşlıq məsəl...
publikaz_normalized
Bekkerin iddiası":"Böyük Dəbilqə turnirlərinin altıqat qalibi, dünyanın sabiq bir nömrəli tennisçisi Boris Bekker “Real Madrid”in alman futbolçusu Toni Kroos haqda danışıb. “Bildiyiniz kimi, mən futbolu sevirəm! “Real Madrid”in “RB Leipziq”lə oyununa baxdım. Toni Kroosun oyunundan həzz aldım! Artıq bir müddətdir ki, dü...
publikaz_normalized
Azərbaycanda Ələt Azad İqtisadi Zonasının inkişaf perspektivlərinə və İqtisadi Zona ilə bağlı yaradılmış İşçi Qrupun fəaliyyətinə dair yol xəritəsinin hazırlanması barədə müzakirələr aparılıb. Belə ki, İqtisadi Zona ilə bağlı yaradılmış İşçi Qrupun birinci iclası keçirilib. İclasda iqtisadiyyat nazirinin səlahiyyətləri...
publikaz_normalized
Təminat gözləyirik":"Moskva İrəvanda yaxşı tanınan erməni tərəfdaşlarından müvafiq ikitərəfli təminat alacağını gözləyir. “Ermənistanın BCM-nin Roma Nizamnaməsinə qoşulması ikitərəfli münasibətlərə ən yaxşı təsir göstərmir, İrəvanı Qərbin BCM üzrə diktə etdiyi öhdəliklər və Rusiya ilə siyasi dialoq, Avrasiya inteqrasiy...
publikaz_normalized
Rusiya xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev hazırda Bakıdadır. Qeyd edilib ki, onun azərbaycanlı tərəfdaşlarla görüşlər keçirməsi, bu görüşlərdə sülh sazişi mövzusu da daxil olmaqla, müxtəlif məsələlərin müzakirəsi planlaşdırılır. Zaxarova...
publikaz_normalized
Prostat xərçəngindən 99% sağalmaq mümkündür, əgər şiş vaxtında aşkar olunarsa. “Birinci və ikinci mərhələdə bu xərçəng 97% sağalır. Xəstəliyi vaxtında dəqiq müəyyən etmək üçün PSA analizi vacibdir.Hər bir kişi 40 yaşdan sonra bu antigen analizini verməlidir. Normal miqdarı 4-10 nq-ml olmalıdır. Əgər yüksək olarsa, əlav...
publikaz_normalized
Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Hörmətli İlham Heydər oğlu. Sizi Azərbaycan Respublikasının Prezidenti seçkilərində qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Bu qələbə əhalinin rifahının yüksəlməsinə, sosial təminatı...
publikaz_normalized
Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 21-22-də Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək G20 ölkələrinin xarici işlər nazirlərinin görüşünə qatılacaq. Bildirilib ki, bundan əvvəl o, fevralın 16-da Moskvada “Müasir neokolonializm təcrübələrinə qarşı mübarizə” mövzusunda beynəlxalq forumda iştirak ...
publikaz_normalized
Dünən Xətai rayonunda əvvəlcə bacısı və onun körpə qızını, daha sonra ata-anası və 9 yaşlı qardaşını amansızlıqla öldürməkdə şübhəli bilinən 25 yaşlı Əhməd Əhmədov barəsində çoxsaylı iddialar səsləndirilir. Bununla bağlı RTV araşdırma aparıb. Daha ətraflı videomaterialda izləyə bilərsiniz:
publikaz_normalized
Almaniya 2024-cü ildə Ukraynaya ötən ilə nisbətən 3-4 dəfə çox artilleriya mərmisi göndərəcək.
publikaz_normalized
Bu işçilərlə bağlı qərar təsdiq edildi":"Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyinin kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətini həyata keçirən işçilərinin xüsusi geyim forması, fərqlənmə nişanlarının təsviri və təchizat normasının və kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətinin həyata keçirilməsi ...
publikaz_normalized
2021-ci ilin fevralın 14-də təməli qoyulmuş Horadiz – Ağbənd dəmir yolu xəttinin tikinti işlərinin 48 %-i tamamlanıb. Məlumata görə, ADY-nin işçi qatarları sözügedən dəmir yolu xəttinin Həkəri stansiyasına kimi hərəkət edə bilirlər. Ox üzrə uzunluğu 110,4 km olan dəmir yolu xətti üzrə 9 stansiya, dəmir yollarının ən uz...
publikaz_normalized
Kran suyu tərkibində çox miqdarda duz, ağır metal olduğu üçün içməyə və yemək üçün yararlı deyil. “Müntəzəm olaraq, hər gün kran suyu içmək böyrək və qaraciyərin işini poza bilər. Məsələn, bu suda dəmir çoxdur. Biz bilmirik, o evə qədər hansı borulardan keçir. Ola bilər hətta qurğuşun var.Zamanla bu maddələr orqanizmdə...
publikaz_normalized
Bizə pul yox, istirahət lazımdır":"“Mançester Siti”nin müdafiəçisi Ruben Dias gərgin matç təqvimi haqda danışıb. “Bu, mürəkkəb cavab tələb edən sualdır. Bizim idmanımızda ən yaxşı oyunçular açıq şəkildə ən az istirahət edirlər, lakin bizim işimiz uyğunlaşmaq, mümkün qədər peşəkarcasına hərəkət etmək və sadəcə qarşıda o...
publikaz_normalized
ABŞ hərbçiləri növbəti dəfə Yəmən ərazisinə zərbələr endirib. Qeyd olunub ki, zərbələrin hədəfi "Ənsar Allah" hərəkatının gəmi əleyhinə qanadlı raketi olub. Bundan başqa, CENTCOM fevralın 13-də Yəmən ərazisindən Ədən istiqamətində ballistik raketin buraxıldığını bildirib. Qeyd edək ki, "Ənsar Allah" hərəkatı İsrail Qəz...
publikaz_normalized
Sağlam insanın gündəlik çorək norması 2-3 dilimdir. Bir şərtlə ki, çörək tam taxıldan, kəpəkli və faydalı qatqılı olsun. “Əgər insanda piylənmə, insulin dirənci, şəkərli diabet varsa, ağ çörək, ümumiyyətlə, emal edilmiş undan imtina etməlidir. Kəpəkli çörək isə mədə-bağırsaq xəstəliyi olanlara olmaz. Tam taxıldan, dənə...
publikaz_normalized
Baqdasaryan ŞOK DETALLAR AÇIQLADI":"“Borrelin təmsil olunduğu Qərb Ermənistan hakimiyyətinin təhriki ilə Azərbaycanı qınadı, Rusiya isə qınamadı, dərin narahatlığını bildirdi”. O bildirib ki, Zəngəzur dəhlizinə eyni zamanda Rusiya, Türkiyə və Qərbin təmsil olunduğu hər bir maraqlı tərəf nəzarət etməyə çalışır. “Qərb, K...
publikaz_normalized
Türkiyənin Antalya şəhərində ötən gün başlayan və bir nəfərin ölümünə səbəb olan sel daşqınından əvvəl güclü ildırım çaxıb. İldırım park edilmiş iş maşınlarının arasına düşüb, lakin xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb. Xatırladaq ki, Antalyada ötən gün gecə saatlarında güclənən leysan bir çox bölgədə ...
publikaz_normalized
“Sabah heç nə həll edilməyəcək”":"“Braqa”nın futbolçusu Paulo Oliveyra Avropa Liqası pley-off mərhələsinin “Qarabağ”la matçından öncə keçirilən mətbuat konfransında iştirak edib. 32 yaşlı mərkəz müdafiəçisi məsuliyyətli və ciddi olmalı olduqlarını bildirib: “Nəticələrə və növbəti oyunlara görə yaşayırıq. “Qarabağ” çemp...
publikaz_normalized
“Avtovaz” Azərbaycanda “Lada” avtomobillərinin irimiqyaslı yığılmasını təşkil etmək üçün danışıqlar aparır. Avtovaz”ın nümayəndə heyəti bu günlərdə Azərbaycandadır və danışıqlar aparırıq. Onlar gələcək tərəfdaşlarımızın istehsal imkanlarına baxırlar. Ümid edirəm ki, yazda müsbət xəbərlər olacaq", - Sokolov bildirib. Qe...
publikaz_normalized
Fransanın eks-prezidenti Nikola Sarkoziyə 6 ay müddətinə həbs cəzası verilib. O, 2012-ci il seçkiqabağı kampaniyasının maliyyələşdirilməsi işində ittiham olunur.
publikaz_normalized
Paşinyan özü yaxşı bilir ki,...":"Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov Ermənistanın Baş Naziri Nikol Paşinyanın Londonda dərc olunan "The Telegraph" qəzetinə" verdiyi müsahibədə səsləndirilən iddialara cavab verib. Qeyd olunub ki, Nikol Paşinyan Cənubi Qafqazın...
publikaz_normalized
Argentinanın bir sıra əyalətlərində Denge (Danq) qızdırması aşkar edilib. Argentinada ünumilikdə 39 544 danq qızdırması halı qeydə alınıb, onlardan 29-u ölümcül olub. Danq qızdırmasının ağcaqanad dişləməsi ilə yoluxduğu bildirilir. Xəstəlik Argentina bölgələrinin yarıdan çoxunda aşkar edilib. Jurnalistlərin sözlərinə g...
publikaz_normalized
Amerikalı Con çiy toyuq əti eksperimenti aparır. O, halı xarab olana qədər eksperimenti davam etdirəcək. Eksperimentdə məqsəd çiy ətin yeyilib-yeyilməməsini sübut etməkdir. O, toyuq ətini güvəndiyi fermadan alır, soya sousu və suşidə istifadə olunan vasabi ilə yeyir. Bu ikisi ilə çox dadlı alınır. Eksperimenti 100 günə...
publikaz_normalized
ABŞ-nin keçmiş prezidenti Donald Tramp ölkənin indiki lideri Co Baydenin əsas problemini açıqlayıb. “Bayden çox yaşlı deyil, o, çox bacarıqsızdır”, - deyə Tramp qeyd edib.
publikaz_normalized
Rusiyanın paytaxtı Moskvada taksi sürücüsü sevdiyi qıza maraqlı evlilik təklifi edib. Taksi sürücüsü qızdan onunla evlənməsini xahiş edib. Qız sevgilisinin təklifi ilə razılaşıb və maşınların siqnalları altında “hə” cavabı verib. Qızın müsbət cavabından sonra avtomobillərində əyləşən taksi sürücüləri eyni vaxtda siqnal...
publikaz_normalized
“Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin vaxtı hələ müəyyən edilməyib, lakin onun yaxın gələcəkdə - Rusiyadakı prezident seçkisinə qədər baş tutacağı istisna edilmir”. “Biz bu səfərə hazırlaşırıq, tarixlər hələ müəyyən edilməyib. Biz onun yaxın gələcəkdə baş tutacağını gözləyirik. Biz istisna etmirik ki,...
publikaz_normalized
“Əl-Müstəqbəl” sünni hərəkatının yüzlərlə tərəfdarı Livanın paytaxtı Beyrutun mərkəzində keçirilən mitinqdə liderləri, keçmiş baş nazir Səəd Həririnin hakimiyyətə qayıtmasını tələb ediblər. “Leysan yağışına baxmayaraq, yüzlərlə nümayişçi şəhərin mərkəzinə toplaşıb. Onlar şüarlar səsləndirərək keçmiş baş naziri siyasi f...
publikaz_normalized
Onları hansı cəza gözləyir?":"Elə bir dövrdə yaşayırıq ki, həyatımızı internetsiz, hətta sosial şəbəkələrsiz təsəvvür etmək olmur. Son dövrlər sosial platformalarda, xüsusilə "Tik-tok"da milli dəyərlərə zidd, qeyri-etik davranışlar sərgilənir. "Ekspertlər bu cür azyaşlıların gələcəyinin təhlükəli ola biləcəyi barədə xə...
publikaz_normalized
etiraz...":"Özbəkistanın Moskvadakı səfiri Batırcan Əsədov Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Məlumatda bildirilib ki, Özbəkistanın Jurnalistika Universitetinin rektoru Şirzad Qüdrətxocayevin təhqiramiz bəyanatlarına görə Rusiya Xarici İşlər Nazirliyində etiraz edilib. Moskva Özbəkistan Xarici İşlər Nazirliyind...
publikaz_normalized
ABŞ son aylarda Tayvana son 30 ildə ən böyük silah və hərbi texnika tədarükü ilə bağlı sazişləri təsdiqləyib. “Tayvan boğazında sülhü və sabitliyi qorumaq məqsədilə son 30 ilin ən böyük silah tədarükü ilə bağlı sazişi təsdiqləyərək, Tayvanın özünümüdafiə imkanlarını gücləndirmək üçün onlarla sıx əməkdaşlıq edirik”, - B...
publikaz_normalized
Nə vaxt qayıdır?":"“Liverpul”un hücumçusu Məhəmməd Salah zədəsini sağaldıb. Həkimlər onun meydana çıxmasında hansısa maneə görmürlər. “Qırımzılar”ın lideri Premyer Liqanın 25-ci turunun fevralın 17-də “Brentford”la keçiriləcək oyununda komandasına kömək edə biləcək. Qeyd edək ki, Məhəmməd Salah Afrika Millətlər Kubokun...
publikaz_normalized
Qışda bədəndə ağrılar, sanki sümüklərin sızıldaması kimi ağrı hipotermiyadan ola bilər. Uzun müddət davam edən hipotermiya immunitet sistemini zəif, orqanizmi infeksiyalara və iltihablara qarşı daha həssas edir. Soyuq aylarda bədən istilik saxlamaq üçün qan damarlarını sıxaraq reaksiya verir. Soyuq dəridə, əzələlərdə v...
publikaz_normalized
Respublikaçıların rəhbərlik etdiyi Nümayəndələr Palatası əksər respublikaçı senatorların etiraz etdiyi və sərhədimizin təhlükəsizliyi üçün heç bir iş görməyən xarici yardım qanun layihəsini qəbul etməyə məcbur edilə bilməz. Qeyd edək ki, Ağ Ev təşəbbüsün demokratların çoxluq təşkil etdiyi Senat tərəfindən təsdiqlənməsi...
publikaz_normalized
Türkiyənin Ərzincan şəhərinin İliç rayonunda qızıl mədəninin yerləşdiyi ərazidə torpaq sürüşməsinin yeni görüntüləri ortaya çıxıb. Qeyd edək ki, təbii fəlakət dünən baş verib. Təxminən 10 milyon kubmetr torpaq sahəsi saniyədə 10 metr sürətlə 800 metr əraziyə yayılıb. İlkin məlumatlara görə, doqquz işçi itkin düşüb. İşç...
publikaz_normalized
Sərhəddəki son insidentlə bağlı müxtəlif suallarla yanaşı belə bir sualla da üzləşdim: “Erməni hərbçinin snayper atəşinə görə qarşı tərəfə zərbə endirmək vacib idimi, bu danışıqlar prosesinə zərbə vurmadımı?” Sual həm də belə əsaslandılırdı ki, Ermənistan Müdafiə Nazirliyi atəşin erməni hərbçisi tərəfindən açıldığını e...
publikaz_normalized
Müğənni Aysun İsmayılova ailə qurduğunu açıqlayıb. Şəxsi həyatımla gündəmə gəlmək istəmirdim. Bir neçə ay öncə ailə həyatı qurmağıma baxmayaraq, paylaşım etməmişdim. Lakin kommentariya ve direktə çoxlu sayda sual daxil olduğundan bu xoşbəxtliyimi bütün sevənlərimlə Sevgililər günündə bölüşmək istədim. Xoşbəxtlik sakitl...
publikaz_normalized
Lobya vitamin və minerallarla zəngindir. Eyni zamanda insan orqanizmi üçün çox faydalıdır. Həmin faydaları təqdim edirik: Tərkibində K vitamini olduğu üçün D vitamininin mənimsənilməsini təmin edir. Sümüklərdən kalsiumun yuyulub getməsinin qarşısını alır. Lifli qida olduğu üçün bağırsaqları təmizləyir, qəbizliyə qarşıd...
publikaz_normalized
“Haber Global” telekanalında Azərbaycan Prezidenti İlham Əliyevin andiçmə mərasiminə aid süjet yayımlanıb. “Seçkilərdən 92,12 % səslə zəfərlə çıxan Prezident İlham Əliyev Azərbaycanın Milli Məclisində and içib və beşinci dövrünə qədəm qoyub”, – süjetdə qeyd olunub. Bildirilib ki, andiçmə mərasimini yüksək səviyyəli qon...
publikaz_normalized
Dünya artıq illərdir utopik ideya adlandırdığı kişisiz uşaq dünyaya gətirmə ideyasına yaxınlaşmaqdadır. 2 ay ərzində eksperimentdə yenidoğulmuş siçan balalarının toxumasından götürülmüş hissəcikdən yetişkin cinsiyyət hüceyrələri yetişdirilib. Faktiki olaraq, spermatozoidlərin alınması üçün yetkin siçanlardan istifadə o...
publikaz_normalized
Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Türkiyəyə səfər edəcək. Xarici siyasət idarəsinin mətbuat xidməti bildirib ki, macar diplomatın səfəri fevralın 15-də baş tutacaq. Siyarto türkiyəli həmkarı Hakan Fidanla görüşəcək, Türkiyə – Macarıstan İqtisadi və Ticari Birgə Komitəsinin birin...
publikaz_normalized
Göyçay rayonunun Qaraməryəm kəndində “ВАЗ” markalı minik avtomobilinin salonu və idarəetmə lövhəsi yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
publikaz_normalized
Axtalanmış fransız xoruzunun əsas məqsədi...":"Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Fransa prezidenti Emmanuel Makronun Ukraynaya baş tutmayan səfərini şərh edib. “Fransız xoruzunun əsas məqsədi əvvəlcə ucadan banlamaqdır” – deyə keçmiş Rusiya prezidenti “X” sosial şəbəkəsində yazıb. Onun sözləri...
publikaz_normalized
Rusiya prezidenti Vladimir Putin fevralın 14-nə təsadüf edən Sevgililər Gününü qeyd etmir. Kreml spikeri jurnalistlərin Vladimir Putinin Sevgililər Gününü qeyd edib-etməməsi ilə bağlı sualına mənfi cavab verib. Dmitri Peskov detalları açıqlamaqdan yayınıb. Vladimir Putin pravoslav xristianların bayramlarını qeyd edir. ...
publikaz_normalized
Rusiya Ukrayna ətrafında vəziyyətin ölkənin maraqları və reallıqları nəzərə alınmaqla siyasi və diplomatik yolla nizamlanmasına açıqdır. “Rusiya Prezidenti Vladimir Putinin Taker Karlsonla müsahibəsində vurğuladığı kimi, biz qanuni maraqlarımızı və mövcud reallıqlarımızı nəzərə almaqla siyasi və diplomatik nizamlanmaya...
publikaz_normalized