text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Kəlbəcərdə ən müasir standartlara uyğun yeni məktəb binası tikilir. Qeyd olunub ki, Kəlbəcər şəhərində 960 şagird yerlik məktəb binasında tikinti işləri sürətlə davam edir. Ötən ilin may ayında Prezident İlham Əliyev tərəfindən təməli qoyulan məktəb binası ən müasir standartlara uyğun inşa olunur. 41 sinif otağından ib... | publikaz_normalized |
Bakının Yasamal rayonunda yerləşən 3 saylı “ASAN xidmət" mərkəzi zəruri təmir-bərpa işləri ilə əlaqədar martın 1-dən bir ay müddətinə bağlanacaq. Bildirilib ki, hazır sənədlərini 3 saylı “ASAN xidmət” mərkəzindən əldə etməli olan vətəndaşlardan martın 1-dən etibarən 7 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət etmələr... | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 88 ünvanında yerləşən doqquzmərtəbəli və Nizami rayonu, Qara Qarayev prospekti, 105 ünvanında yerləşən onyeddimərtəbəli yaşayış binalarının liftlərində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil ol... | publikaz_normalized |
İspaniya müstəqillik referendumuna icazə verəcək":"İspaniyanın baş naziri Pedro Sançesin Kataloniyanın müstəqillik hərəkatını dayandırmaq cəhdlərinə baxmayaraq, Kataloniya hökumətinin başçısı Pere Araqones bildirib ki, onun son məqsədi öz müqəddəratını təyinetmə ilə bağlı referenduma icazə almaqdır. “Bizə dedilər ki, K... | publikaz_normalized |
Müğənni Doğuş Xoşqədəm Hidayətqızı ilə aparıcısı olduğu "Günaydın Azərbaycan" verilişində xanımından gileylənib. Onların bu dialoqu insanların marağına səbəb olub. | publikaz_normalized |
İsveçrənin Sürix şəhərində bələdiyyə işçiləri kompüter nasazlığına görə fevral ayı üçün maaşlarını iki dəfə alıblar. Sürixin maliyyə qurumu məlumatların işlənməsi zamanı texniki səhvə görə işçilərin iki dəfə maaş aldığını izah edib. Bu, insanların əlavə 175 milyon İsveçrə frankı (200 milyon dollar) alması ilə nəticələn... | publikaz_normalized |
Gizli plan üzə çıxdı":"“Liverpul”un mövsümün sonunda komandanı tərk edəcəyi dəqiqləşən baş məşqçi Yurgen Kloppla necə vidalaşacağı məlum olub. Mənbənin sözlərinə görə, azarkeşlər və klub rəhbərliyi Kloppu ehtiramla yola salmaq və qazanılan uğurlar görə təşəkkür etmək üçün mövsümün sonunda şəhərdə üstü açıq avtobusda pa... | publikaz_normalized |
Türkiyəli müğənni Hadisə yeni münasibətə başlayıb. Hadisə özündən 10 yaş kiçik olan Mərdlə Etilerdə səmimi görüntülənib. Dodaq-dodağa olan cütlük qucaqlaşaraq rəqs edib. Qeyd edək ki, Hadisə ötən il iş adamı Mehmet Dinçerlerlə ailə qurub və qısa vaxt sonra boşanıb. | publikaz_normalized |
Ermənistanın baş naziri Nikol Paşinyanın hakim partiyanın deputatları ilə keçirdiyi qapalı iclasın təfərrüatları haqda məlumat yayılıb. “Görüşün əvvəlində Paşinyan Əliyevlə Qərb platformasında təmasların bərpasının müsbət hal olduğunu deyib. Münxendə razılıq əldə edildiyini, XİN rəhbərlərinin də görüşəcəyini bildirib. ... | publikaz_normalized |
Almaniyanın sol təmayüllü terror qruplaşması olan Qırmızı Ordu Fraksiyasının keçmiş üzvü Daniela Klette Berlində saxlanılıb. Prokuror Koray Freudenberqin sözlərinə görə, 65 yaşlı qadın fevralın 26-da nəzarətə götürülüb. Onun saxlanma şəraiti ilə bağlı ətraflı məlumat verilmir. Klettenin qonşusunun verdiyi məlumata görə... | publikaz_normalized |
Fevralın 27-nə keçən gecə Yevlax rayon Nərimanabad kəndində 62 yaşlı Zöhrə Səfərova yaşadığı evdə dəm qazından boğularaq vəfat edib. Z.Səfərovadan xəbər ala bilməyən yaxınları onun yaşadığı evə gediblər və vəfat etdiyini görüblər. İlkin ehtimala görə, Z.Səfərova otaqda quraşdırılmış qazla işləyən qızdırıcı qurğudan ayr... | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində fəaliyyətini davam etdirir. Yoxlama zamanı avtokranın istismar müddətinin bitdiyi, texniki nəzarətin təşkili üzrə ... | publikaz_normalized |
SSRİ hökumətinin keçmiş rəhbəri, Rusiyanın dövlət xadimi Nikolay Rıjkov 95 yaşında vəfat edib. “Heyrətamiz və parlaq bir insan dünyasını dəyişdi - Nikolay İvanoviç Rıjkov. Bənzərsiz taleyi olan insan və böyük miqyaslı dövlət xadimi”, - deyə Matvienko qeyd edib. Nikolay Rıjkov 1985-1991-ci illərdə SSRİ Nazirlər Sovetini... | publikaz_normalized |
Futbol üzrə Azərbaycan kubokunun finalının keçiriləcəyi məkan bəlli olub. Uzun fasilədən yenidən inşa olunaraq istifadəyə verilən Mehdi Hüseynzadə adına şəhər stadionu həlledici qarşılaşmanı qəbul etməyə hazırdır. Arenada artıq Azərbaycan Premyer Liqasının 2 oyunu keçirilib. Müasir görkəmli idman qurğusundakı çatışmazl... | publikaz_normalized |
COP29 dünya ölkələrinin yekdil qərarı ilə Bakıda keçiriləcək. problemlər və yeni çağırışlar” mövzusunda dinləmədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov deyib. Sədr bildirib ki, dünyada baş verən qlobal iqlim dəyişikliklərinin su ehtiyatlarına mənfi təsiri getdikcə artmaqdadır: “Azərbaycan s... | publikaz_normalized |
Novruz bayramının ilk çərşənbəsi - Su çərşənbəsi ilə əlaqədar rayon ərazisində iməclik-abadlıq tədbirlərinə başlanılıb. Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ilk olaraq rayon ərazisində şəhid ailələrinin, qazilərin və digər imtiyazlı şəxslərin yaşadığı yeni yaşayış massivində iməclik keçirilib. Bundan əl... | publikaz_normalized |
Kolbasalar ət məhsulu hesab edilsə də, bu, heç də belə deyil. Çünki əksər kolbasa məhsullarının tərkibində ət çox az miqdarda olur. "Maraqlıdır, görəsən, keyfiyyətli kolbasanı necə ayırd etmək olar? “Açıq rəngdə, çəhrayıya çalan rəng olmalıdır. Onun hazırlanmasında 70 faiz ət, 30 faiz isə köməkçi maddələrdən istifadə e... | publikaz_normalized |
Hazırkı Amerika administrasiyasının immiqrasiya siyasəti ABŞ-ı dünyanın hər yerindən gələn ən təhlükəli cinayətkarların sığınacağına çevirib. “Şəxsiyyət vəsiqəsindən qurtulmaq, cənub sərhədini keçmək və “sığınacaq” tələb etmək bacarığı Amerikanı dünyanın ən təhlükəli cinayətkarları üçün sığınacağa çevirib”. Qeyri-qanun... | publikaz_normalized |
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2 8103 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen hava limanı) reysini yerinə yetirən hava gəmisinin kapitanı təyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən Ankaradakı beynəlxalq hava limanına enmək qərarına gəlib. Məlumata görə, təyyarə yerli vaxtla saat 10:39-da Ankarada e... | publikaz_normalized |
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, taksi kimi fəaliyyət göstərən "Renault" markalı avtomobilin sürücüsünün sükan arxasında halı qəfil pisləşib. Nəticədə idarəetməni itirərək yolun kənarında dayanan "Ford" və "Mersedes" markalı avtomobillərə çırpılıb. Hadisə şahidlərinin sözlərinə görə,... | publikaz_normalized |
Moskvada bir neçə şəxs dostunun sevgilisi ilə tanış olan 17 yaşlı oğlana təcavüz ediblər. Moskvadakı universitetlərdən birinin 2-ci kurs tələbəsi olan 17 yaşlı oğlan gənc qızla tanış olduqdan sonra onunla görüşmək qərarına gəlib. Onlar elə həmin gün axşam saatlarında metro yaxınlığında görüş barədə razılığa gəliblər. C... | publikaz_normalized |
Türkiyədə model bələdiyyə sədrliyinə namizədliyini irəli sürüb. Bu barədə modelin özü sosial şəbəkədə məlumat verib. Qeyd edək ki, seçkilərin mart ayının 31-də keçirilməsi nəzərdə tutulub. | publikaz_normalized |
Putin buna hazırlaşır - Satanovskidən şok açıqlama":"Rusiya prezidenti Vladimir Putin Amerika mərkəzli dünyanın dağılmasına hazırlaşır. Onun sözlərinə görə, Putin yaxşı başa düşür ki, ABŞ daxilində yığılmış problemlər və ziddiyyətlər bu ölkənin hegemon statusunu saxlamasına imkan verməyəcək və tezliklə sıradan bir regi... | publikaz_normalized |
“Braqa” ilə oyundan sonra hamı sevinirmiş, o isə...":"“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyev Avropa Liqasının “Braqa” ilə cavab oyunundan (2:3) sonra Azərbaycan klubunun paltardəyişmə otağında baş verənləri danışıb. “Müsbət emosiyalar, sevinc - bayram ab-havası. İçəri çoxlu müxtəlif insanlar gəldi. Amma şəxsən mən... | publikaz_normalized |
Uzunmüddətli və sabit sülhə...":"Vaşinqton Azərbaycan və Ermənistanı uzunmüddətli və sabit sülhə nail olmağa çağırmaqda davam edir. Hazırda mediaya konkret açıqlamalar verə bilmərəm, lakin biz tərəflərin davamlı sülh razılaşması əldə etmək səylərini dəstəkləməyə davam edirik", - Miller deyib. Xatırladaq ki, Azərbaycan ... | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İsmayıllı rayonu, Qurbanəfəndi kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “SHACMAN” və “İSUZU” ma... | publikaz_normalized |
Bu gün səhər saatlarında iki Azərbaycan hərbçisi Teğ kəndi yaxınlığında sərhədi keçib, onlardan biri tutulub, digəri isə qaçıb. Gecə atışma da olub, hazırda vəziyyət sakitdir", - Arakelyan “Facebook” səhifəsində yazıb. | publikaz_normalized |
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) səhhətində ciddi problemlər olan sürücülərə müraciət edib. Bildirilib ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, təəssüf ki, hələ də səhhətində ciddi problemlər olduğunu bildiyi halda sükan arxasına əyləşən sürücülərə rast gəlinir. Belə ki, car... | publikaz_normalized |
Xəbər verdiyimiz kimi, bu gün Ağstafa rayon İcra hakimiyyətinin başçısı Seymur Orucovun toyudur. "O, tanınmış telejurnalist Alidə Mustafayeva ilə izdivaca girir. Rəfiqələrinin saytımıza bildirdiyinə görə, bu, 37 yaşlı Alidə Mustafayevanın ilk evliliyidir. Vaxtilə ATV və İTV telekanallarında çalışan jurnalist işlədiyi k... | publikaz_normalized |
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı alman iş adamları ilə ötən il Berlində, bu yaxınlarda isə Münxendə keçirdiyi görüşlərini məmnunluqla xatırlayaraq, indi də böyük nümayəndə heyətin... | publikaz_normalized |
Fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. Qeyd olunub ki, hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal başlanılan axtarış tədbirləri davam etdirilir. H... | publikaz_normalized |
Gürcüstan hakimiyyəti narkotik vasitələrin satışından əldə edilən gəlirlərin yuyulmasında təqsirli bilinərək axtarışa verilən Ermənistan vətəndaşını İrəvana təhvil verib. Bildirilib ki, “Telegram” sosial şəbəkəsi vasitəsilə müxtəlif növ narkotik vasitələrin satışından əldə edilən təxminən 3 milyon dollar leqallaşdırılı... | publikaz_normalized |
Ürəyi dayanan şəxs həftələr sonra ayıldı":"Britaniya sakini sevginin gücü sayəsində 40 dəqiqəlik ürək dayanmasından sonra ayılaraq həkimləri təəccübləndirib. Kişi qəfil huşunu itirəndə onun sevgilisi, 27 yaşlı Rebekka Holms dərhal təcili yardım çağırıb. Həkimlər gənci müayinə edib və məyusedici proqnoz veriblər. Həkiml... | publikaz_normalized |
Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən 5 rayona prokuror təyin olunub. Məlumata görə, İmişli rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Valeh Səmədov, İsmayıllı rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Tural Yusifov, Şamaxı rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Müşfiq Səfərov, Zə... | publikaz_normalized |
İrandan Azərbaycana 43 kiloqrama yaxın narkotik keçirilməsinin qarşısı alınıb. Fevral ayının 26-da saat 19:40-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçi... | publikaz_normalized |
Bakıda və Abşeron yarımadasında fevralın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80%, gündüz 50-60... | publikaz_normalized |
Cəmi 39 il ömür sürmüş argentinalı Ernesto Çe Gevara marksist-inqilabçı və siyasətçi Fidel Kastro ilə birlikdə Kuba inqilab hərəkatının rəhbərlərindən olmuşdur. Argentinalılar üçün xarakterik müraciət forması olan və “yoldaş”, “dost” mənalarında işlənən adındakı “Çe” hissəciyi ona Kuba partizanları tərəfindən verilmişd... | publikaz_normalized |
alt paltarı geyinməyi unutdu - FOTO":"Qalmaqallı və “dəli” adlandırılan reper Kanye Uestin həyat yoldaşı Bianca Censori bu dəfə parisliləri şoka salıb. O bu dəfə alt paltarı geyinməyib. 46 yaşlı Kanye təhlükəsizlik qrupu ilə birlikdə yarıçılpaq həyat yoldaşını müşayiət edib. Biancadan fərqli olaraq, Kanye bir cüt spand... | publikaz_normalized |
Casuslar var" deyə bilərsiniz - MÜSAHİBƏ":"Qarabağ"ın rusiyalı qolkiperi Andrey Lunyev Rusiya mətbuatına - "Championat.com" saytına müsahibə verib. Eyni zamanda, Azərbaycandakı karyerası ilə bağlı məqamlara da toxunub. Müsahibəni ixtisarla təqdim edirik: - "Braqa" ilə oyundakı kimi triller görmüşdünüz? Avropa Liqasında... | publikaz_normalized |
“Fövqəladə hallar könüllüləri” proqramına qeydiyyat başlanıb. Proqrama qoşulmaq üçün təhsil səviyyəsindən asılı olmayaraq, 18-30 yaş arası şəxslər müraciət edə bilər. İlkin qeydiyyat və müsahibə mərhələlərini uğurla başa vurmuş iştirakçılar nəzəri və təcrübi biliklər qazanmaq üçün Azərbaycan Respublikası Fövqəladə Hall... | publikaz_normalized |
Azərbaycanda işgüzar səfərdə olan Türkiyənin milli müdafiə nazirinin müavini Şuay Alpayın rəhbərlik etdiyi nümayəndə heyəti Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət ediblər. Əvvəlcə hərbi institutun qərargahı qarşısında ucaldılan xalqımızın Ümummilli Lideri H... | publikaz_normalized |
Hamarkameraten"in mərkəz yarımmüdafiəçisi Arkanc Defriqnan Mondu 19 yaşında vəfat edib. Futbolçunun meyiti yaşadığı mənzildə tapılıb. Ancaq onun ölüm səbəbi açıqlanmayıb. Qeyd edək ki, Mondu "Hamarkameraten"in ikinci komandasında çıxış edib. 2023-cü il mövsümündə futbolçu Norveçin səviyyəcə dördüncü divizionunda 3 oyun... | publikaz_normalized |
Ali Məhkəmə sabiq deputat Hüseyn Abdullayevin cinayət işi üzrə qərar qəbul edib. Zərərçəkmiş tərəfdən verilən şikayət təmin olunmayıb. Qeyd edək ki, zərərçəkmiş E.Bağırov 2008-ci ildə H.Abdullayevin atasından etibarnamə əsasında daşınmaz əmlak alıb. Məhkəmənin qərarı ilə sabiq deputatın cinayət işi üzrə həmin əmlaka hə... | publikaz_normalized |
Fevralın 28-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev ədliyyə naziri Fərid Əhmədovu kollektivə təqdim edib. Qeyd edib ki, Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilmiş ardıcıl və məqsədyönlü hüquqi islahatlar nəticəsində Azərbaycan ədliyyəsi beynəlxalq norma və prinsiplərə uyğun ... | publikaz_normalized |
FİFA işə qarışdı":"FİFA Özbəkistanın “Bunyodkor” klubuna xəbərdarlıq edib. Qərara əsasən, klub 30 gün ərzində braziliyalılar - Rivaldo və Denilsona 9,2 milyon avro məbləğində borcu ödəməlidir. Bundan əlavə kluba əlavə cərimələr və prosesin ödənişləri üzrə qəbzlər göndərilib. 1 ay ərzində ödənişlər edilməsə, kluba qarşı... | publikaz_normalized |
Azərbaycan əsgəri saxlanılıb":"Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycan hərbçilərinin sərhədi keçməsi xəbərini təsdiqləyib. “Fevralın 28-də saat 05:15 radələrində Sünik rayonunun Teğ icmasının sərhəd bölməsində AKM markalı avtomatla silahlanmış Azərbaycan Silahlı Qüvvələrinin əsgəri təmas xəttini keçib. O, Müd... | publikaz_normalized |
Ukrayna prezidenti Vladimir Zelenski Albaniyaya səfərinin məqsədini açıqlayıb. Ukrayna liderinin sözlərinə görə, bu gün o, Albaniyanın baş naziri Edi Rama ilə görüşərək müdafiə və siyasi əməkdaşlıq üzrə danışıqlar aparacaq. Zelenskinin sözlərinə görə, görüş zamanı “sülh formulunu” dəstəkləmək və təhlükəsizlik sazişləri... | publikaz_normalized |
Azərbaycan və Ermənistan XİN rəhbərləri Ceyhun Bayramov və Ararat Mirzoyan sülh müqaviləsi layihəsi ətrafında müzakirələr aparacaqlar. Məlumata əsasən, nazirlərin görüşü Almaniya XİN-in Borsiq villasında keçirilir. "13:26" "Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görü... | publikaz_normalized |
Boks üzrə Olimpiya çempionu, Kiyev meri Vitali Kliçkonun kiçik qardaşı Vladimir Kliçko Ukrayna ordusunun cəbhədəki perspektivlərini hədsiz pessimist qiymətləndirməsi ilə ukraynalıları şoka salıb. Kiyev merinin qardaşı vurğulayıb ki, Qərb silah və sursat şəklində yardım göndərməsə, “bu, domino effekti kimi davam edəcək”... | publikaz_normalized |
Ermənistanı qorxuya salan xəbərdarlıq":"“Qərbin köməyi ilə Qarabağ məsələsini həll edən Azərbaycan Rusiyanın köməyi ilə Zəngəzur dəhlizi məsələsinə də həll edəcək. Ermənistan hakimiyyəti də Azərbaycanın bütün tələblərini qəbul edir”. Kiviryan qeyd edib ki, Qərbin Cənubi Qafqaza girməyəcəyi bəllidir. “Ermənistanın Azərb... | publikaz_normalized |
Qayıtsanız...":"Rusiya silahlı qüvvələrini tənqid edən rus ulduzları ölkəyə qayıtmaq qərarına gəlsələr, qanun çərçivəsində cavab verəcəklər. “Xaricə gedib Rusiya Silahlı Qüvvələrinin hərəkətlərini gözdən salan şou-biznes nümayəndələrinin mövqeyi yəqin ki, onların yerləşdikləri ölkələrin siyasətinə xoş gəlmək istəyi ilə... | publikaz_normalized |
Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində Ermənistanın Teg rayonuna keçən əsgər Ruslan Pənahov haqqında bəzi təfərrüatlar məlum olub. O, ötən ilin iyul ayında hərbi xidmətə yollanıb. Qardaşının verdiyi məlumata görə, ailə Şəmkir şəhərində qalır. Ruslan valideyni ilə ... | publikaz_normalized |
Müğənni Aybəniz Bəhramqızının xanəndə Tacir Şahmalıoğlu ilə sevgili olduğunu açıqlaması ciddi müzakirələrə səbəb oldu. Yaşlı qadın Tacir Şahmalıoğlu ilə yaranan tanışlığından danışıb, illər öncə bir yerdə çəkilmiş fotolarını nümayiş etdirib. Onun iddialarına görə, boşandıqdan sonra T.Şahmalıoğlunun ailəsi onlara elçi g... | publikaz_normalized |
Koreya Prezidenti Yun Sok Yol Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Koreya Respublikasının hökuməti və xalqı adından səmimi-qəlbdən təbrik edirəm. Uzaqgörənliyiniz və liderliyiniz sayəsində Azərbaycan Respublikasının dav... | publikaz_normalized |
Plastik cərrah Timur Haydarovun “IQ Plastique” klinikasında prodüser və iş adamı Pyotr Qavrilovun ölümündən sonra axtarış başlayıb. Rusiya İstintaq Komitəsi adı çəkilən müəssisədə 35 yaşlı ulduzun mədəkiçiltmə əməliyyatından 10 gün sonra dünyasını dəyişməsindən sonra araşdırma təşkil edib. Qeyd olunur ki, idarənin rəis... | publikaz_normalized |
dünyanı kim idarə edəcək?":"Rotşildlər ailəsinin aparıcı üzvü Ceykob Rotşildın ölümü ailə ilə bağlı hazırlanan ssenariləri yenidən gündəmə gətirib. Əsrlər boyu böyük bir sərvətə sahib olan Rotşild ailəsinin son dörd nəslə rəhbərlik edən ən yaşlı üzvü Ceykob Rotşild 87 yaşında vəfat edib. Yəhudi inancına mənsub olan ail... | publikaz_normalized |
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin Moskvaya gələcək HƏMAS və FƏTH nümayəndə heyətləri ilə görüşmək fikrində olmadığını bildirib. Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, Rusiya daxili parçalanmanın aradan qaldırılması üçün gələcəkdə bütün aparıcı fraksiyal... | publikaz_normalized |
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. Xəbəri yeni eşidən Eldəniz Pənahov oğluna görə narahatlığını ifadə edib: Yeddi aydır ki, Laçınd... | publikaz_normalized |
Bu peşələr sıradan çıxır, işsiz qalacaqsız":"Bütün dünyada olduğu kimi, ölkəmizdə də süni intellekt olduqca sürətlə inkişaf edir. Bəziləri iddia edir ki, artıq bir müddət sonra bəzi sahələr üzrə insan əməyinə ehtiyac qalmayacaq. Bu da ali təhsil almaq istəyənlərin ixtisas seçimində çətinlik yaşamasına səbəb olur. Bəs a... | publikaz_normalized |
Tarixin uzaq məsafədən ikinci atışı - VİDEO":"Klivlend"in hücumçusu Maks Strus "Dallas"la görüşün (121:119) son saniyələrində möhtəşəm atış reallaşdırıb. Strus MBA tarixində uzun məsafədən atışla bağlı göstəricidə ikinci sırada qərarlaşıb. Rekord Devonte Qrehemə (18,6 metr) məxsusdur. O, 2021-ci ilin dekabrında "Oklaho... | publikaz_normalized |
Son günlər ölkəmizdə yetkinlik yaşına çatmayan qızların ərə verilməsinə cəhd halları müşahidə olunur. Aidiyyəti qurumlar hər belə haldan xəbər tutan kimi dərhal toy mərasiminin keçirilməsinin qarşısını alır və məsələyə qanunvericiliyə uyğun şəkildə tədbir görülür. Yetkinlik yaşına çatmamış qız övladlarını ərə verən val... | publikaz_normalized |
Dövlət İmtahan Mərkəzi (DİM) martın 3-də buraxılış imtahanı keçirəcək. Qeyd olunub ki, imtahan Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Pirallahı, Yasamal rayonlarında, Abşeron, Gəncə - 1, Goranboy, Göygöl, Naftalan, Şəmkir, Gədəbəy, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Ucar, İsmayıllı, Kürdəmir, Ağsu, Zərdab... | publikaz_normalized |
Mançester Siti"nin hücumçusu Erlinq Haaland tezliklə 3,2 milyon avro xərcləyəcəyi fərdiləşdirilmiş "Mercedes AMG One" avtomobilinin sahibi olacaq. Lakin onun yeni avtomobili xüsusi olacaq. Fərdiləşdirilmiş maşın güclü mühərriklərlə təchiz olunub və 1000 at gücü ilə maksimal sürət həddi 352 km/saata qədərdir. Bu "superk... | publikaz_normalized |
Əsir düşən əsgərimizə görə nə tələb edə bilər?":"Ermənistan yolu azaraq sərhədi keçən və saxlanılan əsgərimizdən Bakıda həbs olunan erməni hərbçilərin qaytarılması üçün istifadə edə bilər. Ötən ilin dekabrında Aqşin Bəbirov və Hüseyn Axundova qarşılıq 32 ermənini aldılar, hətta “əllərini gücləndirmək üçün” H.Axundovun ... | publikaz_normalized |
Prezidentin zəngi mənə yüksək motivasiya verdi" - VİDEO":"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin "Anadolu" dövlət agentliyinə müsahibə verib. O qeyd edib ki, komandanı qəbul edərkən "Qarabağ" klubunun sahibi Abdolbari Gozal ona "Mən Heydər Əliyevə bu komandanı Avropada tanıtdıracağıma söz vermişəm" sözlərin... | publikaz_normalized |
Kreml “Wired” nəşrinin ABŞ xüsusi xidmət orqanlarının Rusiya prezidenti Vladimir Putini yaxın ətrafının telefonları vasitəsilə izləmək cəhdləri ilə bağlı dərc etdiyi məlumatlarla tanış deyil. Onun sözlərinə görə, Rusiya xüsusi xidmət orqanları dövlət başçısının təhlükəsizliyini təmin etmək üçün lazım olan hər şeyi edir... | publikaz_normalized |
Rəisə yeni maşın almaq üçün...":"Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Şahid maşın alqı-satqısı ilə məşğul olduğunu, Almaniyadan avtomobil gətirdiyi deyib: Bizim salondan bir neçə dəfə avtomobil a... | publikaz_normalized |
Hüquq və İnsan Haqları İnstitutunun (İnstitut) və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin birgə təşəbbüsü ilə fevralın 28-də jurnalistlər üçün “Media və insan hüquqları” mövzusunda təlim keçirilib. Sədr insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində İnstitutun gördüyü işlərin mütəmadi olaraq mətbua... | publikaz_normalized |
Aktrisa Nəzakət Məmmədova verdiyi qalmaqallı açıqlama ilə diqqət çəkib. Aktrisanı "ağ yuyub, qara sərən" Məmmədova onun psxiloji problemləri olduğunu iddia edib. | publikaz_normalized |
Yaxın vaxtlarda 1-2 erməni əsgəri... - VİDEO":"“Azərbaycan Silahlı Qüvvələrinin gənc əsgəri Ruslan Eldəniz oğlu Pənahov fevralın 28-də səhər saat 05:15 radələrində yolu azaraq səhvən qarşı tərəfə keçib. Son məlumata görə, Sünik rayonunun Tex icmasının sərhəd hissəsində saxlanılan əsgərimiz Gorus istiqamətinə aparılıb. ... | publikaz_normalized |
Hesablama Palatasının 2023-cü ilin İş planına əsasən Gəncə Şəhər Birləşmiş Xəstəxanasında həyata keçirdiyi audit nəticəsində nöqsanlar aşkar edilib. Məlumata görə, audit dövlət vəsaitinin və digər dövlət əmlakının istifadə olunmasının hüquqi aktlara uyğunluğunun qiymətləndirilməsi məqsədi daşıyıb. Məlum olub ki, 2021-2... | publikaz_normalized |
Azərbaycanda benzin bahalaşacaq?":"Rusiyanın Baş naziri Mixail Mişustin 2024-cü il martın 1-dən benzin ixracına qadağa qoyub. Məlumata görə, qadağa altı aylıq dövrü əhatə edəcək. Müvəqqəti ixrac qadağası Avrasiya İqtisadi İttifaqı ölkələrinə, Monqolustan və Özbəkistana tədarükün razılaşdırılmış həcmlərinə təsir etməyəc... | publikaz_normalized |
Hələ də...":"İspaniyanın qadınlardan ibartə milli komandasının futbolçusu Cennifer Hermoso sükutu pozub. Bunu heç vaxt başa düşə bilməyəcəyəm. Həmin hadisə məni çox incitdi və hələ də incidir. Bu vəziyyət məni çox dəyişdi, məni daha güclü qız etdi. - deyə Hermoso AS nəşrinə açıqlama verib. Qeyd edək ki, Rubiales RFEF p... | publikaz_normalized |
belə yeməyin!":"Pomidor və xiyarı birlikdə yemək orqanizmə mənfi təsir göstərir. Pomidor və xiyar müxtəlif vaxtlarda həzmə daxil olur. Fərqli həzm müddətinə malik qidaların birlikdə istehlakı bədəni, mədə və bağırsaqları yorur. Tez həzm olunan xiyar və yavaş həzm olunan pomidor bir araya gələndə bağırsaqlar baş verənlə... | publikaz_normalized |
Hesablama Palatasının 2023-cü ilin İş planına əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində həyata keçirdiyi audit nəticəsində nöqsanlar aşkar edilib. Məlumata görə, audit həyata keçirilmiş dövlət satınalmalarının hüquqi aktlara uyğunluğunun qiymətləndirilməsi məqsədi daşıyıb, 1 yanvar 2022-ci il tarixindən 31 d... | publikaz_normalized |
Bu məsələdə Ermənistana kömək edəcəyik!":"Yunanıstan Ermənistanı Qərbə yaxınlaşdırmaq və keçmiş Sovet İttifaqı ölkəsini digər ölkələrlə ittifaqa daxil etmək üçün kömək edir. Məlumata görə, Yunanıstanın baş naziri bildirib ki, Rusiya ilə sıx ticarət və hərbi əlaqələri olan Ermənistan son illərdə bir neçə dəfə Azərbaycan... | publikaz_normalized |
Rusiya Xarici işlər naziri Sergey Lavrov Anadolu Diplomatik Forumunda iştirak etmək üçün martın 1-2-də Türkiyəyə səfər edəcək. Səfər zamanı Lavrov türkiyəli həmkarı Hakan Fidan ilə danışıqlar aparacaq. Zaxarova bildirib ki, nazirlər qarşılıqlı maraq doğuran məsələlər və bir sıra digər mövzular üzrə ikitərəfli əməkdaşlı... | publikaz_normalized |
Ölkənin birinci bankı Kapital Bank-ın dəstəyi ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Respublika Fənn Olimpiadası keçirilir. Ötən gün olimpiadanın yarımfinal mərhələsi yekunlaşıb. Bu mərhəldə Rayon (şəhər) mərhələsini geridə qoyan 10 997 şagird iştirak edib. Onlar biliklərini riyaziyyat, fizika, ... | publikaz_normalized |
“Unibank” öz kart müştəriləri üçün daha bir yenilik edib. İndi kart sahibləri kartı bankomata daxil etmədən də, balansa pul yükləyə bilərlər. Bunun üçün sadəcə UTM-də uyğun seçimi edib, kartın on altı rəqəmini qeyd edərək, pulu toplu şəkildə çox rahatlıqla karta yükləyə bilərsiniz. 16 rəqəmin köməyi ilə UTM-lərdən bütü... | publikaz_normalized |
Pekindən Londona uçan təyyarədə gözlənilməz qəza vəziyyəti yaranıb. Uçuş zamanı göyərtəsində sərnişinlərin olduğu "British Airways"ə məxsus təyyarənin mühərriki hava limanına enməzdən bir müddət əvvəl sıradan çıxıb. Mənbənin sözlərinə görə, pilotlar təyyarəni təhlükəsiz şəkildə London Hava Limanına endirməyə nail olubl... | publikaz_normalized |
28 fevral-5 mart 2024-cü il tarixlərində Birbank Cashback Mastercard taksit kartını onlayn olaraq əldə edən müştərilər 1 aprel 2024-cü il tarixinədək “Gül”, “Parfumeriya” və “Kosmetika” kateqoriyaları üzrə ilk birdəfəlik 50 AZN və üzəri nağdsız əməliyyatları həyata keçirərək 20 AZN qazanacaqlar. Qazanılan məbləğ ödəniş... | publikaz_normalized |
Keçən il ərzində normativlərə uyğun fəaliyyət göstərməyən 93 obyektin səlahiyyətli nümayəndəsi barəsində protokol tərtib edilərək qanunamüvafiq tədbir görülüb. Qeyd olunub ki, həmin müddətdə Bakı, Sumqayıt və Gəncə şəhərlərində keçirilən monitorinq və səyyar laboratoriya vasitəsilə aparılan ölçmə işləri zamanı ötən il ... | publikaz_normalized |
Dünən danışdım onunla, dedi ki... - VİDEO":"Bu gün səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. R.Pənahovun anası bildirib ki, oğlu ilə dünən danışıb: O, keçən ilin iyulu... | publikaz_normalized |
Xəbər verdiyimiz kimi, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov bu gün ikinci dəfə ailə həyatı qurur. Məmur uzun müddət ATV və İTV-də fəaliyyət göstərən tanınmış aparıcı Alidə Mustafayeva ilə izdivaca girir. Seymur Orucovun eks həyat yoldaşı Çeşmi Hacıyevanın atası, sabiq deputat Şəmsəddin Hacıyev nəvələ... | publikaz_normalized |
Almaniya Fransadan fərqli olaraq sülh prosesində neytrallıq nümayiş etdirir. Prezident İlham Əliyev keçən il Berlinə səfəri zamanı Almaniya kansleri ilə görüşündə əlaqələrimizin geniş gündəliyinə daxil olan məsələlərinin, o cümlədən iqtisadi əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu qeyd edib. Eyni zamanda, kansler ... | publikaz_normalized |
30 illik bir müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya – həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Və biz öz torpaqlarımızı azad etməyə başlayanda bu üç ölkə bizə təzyiqlər göstərməyə başladı. Dövlət başçısı vurğulayıb ki, həmin ölkələrin hər biri Azərbaycanı öz yolunda... | publikaz_normalized |
Prezident İlham Əliyev Azərbaycanın Ermənistana hücum etmək planının olmadığını bəyan edib. Dövlət başçısı qeyd edib ki, Cozef Borrelin qeyri-adekvat bəyanatları Azərbaycan tərəfini çox məyus edib. “Əvvəla, onun bu bəyanatları heç bir reallığı əks etdirmir və beynəlxalq hüququn normalarına ziddir. İkincisi, Azərbaycan ... | publikaz_normalized |
Əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları AŞPA-da bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik. Dövlət başçısının sözlərinə görə, Azərbaycan öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan n... | publikaz_normalized |
Məşhur rusiyalı biznesmen və prodüser Pyotr Qavrilov mədəkiçiltmə əməliyyatından sonra dünyasını dəyişib. "Ayın 20-də Pyotr təcili yardım çağırıb və döş qəfəsində, qarında ağrılardan, nəfəs darlığından şikayətlənib. Lakin o, xəstəxanaya yerləşdirilməkdən imtina edib. Sonradan ağrılar güclənib, Qavrilov komaya düşüb və ... | publikaz_normalized |
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Bakının Qaradağ rayonunda sudan qanunsuz istifadə halları aşkarlayıb. Məlumata görə, Prezident İlham Əliyevin təsdiqlədiyi "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planı"na uyğun olaraq içməli sudan qanunsuz istifadənin aşkarlanması, su itkiləri... | publikaz_normalized |
Fransa hökumətinin istifadə etdiyi üsul qlobal konsensus üçün yaxşı heç nə vəd etmir. Məktubda bildirilib ki, Loyalistlər və İttifaq iştirakçıları CCAT-a (Yerlərdə fəaliyyətin koordinasiyası Bölməsi) qarşı şikayət ünvanlayıblar və ötən çərşənbə günü Noumeadakı səfərbərlikdən sonra fevralın 22-də verdikləri bəyanatların... | publikaz_normalized |
Yevgeni Priqojin “Vaqner” özəl hərbi şirkətinə (PMC) işə qəbul zamanı məhbuslara ayda 100 min rubl vəd edirmiş. Lüter qeyd edib ki, razılaşmaya baxmayaraq, döyüşçülərə verilən ödənişlər iş adamının vəd etdiyindən fərqli olub. Konkret olaraq, Priqojinin sözləri belə idi: Uşaqlar, bir seçim var - altı aylıq müqavilə, büt... | publikaz_normalized |
Studiyanı tərk etdi - VİDEO":"Əməkdar artist Mehriban Xanlarova efirdə əsəbiləşərək, studiyanı tərk edib. Davaya səbəb sözügedən verilişə pənah gətirən şikayətçinin aktrisaya "Sənin haqqında olan məsələləri açıb, danışaram" deməsi olub. Xanlarova bu sözlərdən sonra əsəbiləşərək, od püskürüb: Mən gizli qalan məqamları a... | publikaz_normalized |
Science" jurnalında dərc olunan məqalədə göllərdəki suyun miqdarının 28 ildə 53 faiz azaldığı bildirilib. Bir vaxtlar Türkiyənin beşinci ən böyük şirin su gölü olan Akşehir gölü qış aylarında tamamilə quruyub və gölməçəyə çevrilib. Beyşehir gölü 26 metrdən 6 metrə, Eğirdir gölü 14 metrdən 5 metrə enib. Üsküdar Universi... | publikaz_normalized |
Almaniyaya işgüzar səfəri çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbok ilə görüşüb. Bildirilib ki, nazirlər ölkələr arasında bir sıra sahələrdə əlaqələrin inkişaf perspektivləri, o cümlədən Azərbaycan-Ermənistan normallaşma prosesi ətrafında fikir mübadiləsi aparıblar. ... | publikaz_normalized |
Real"la müqavilə imzalayıb?":"PSJ-nin hücumçusu Kilian Mbappe Yelisey sarayındakı rəsmi şam yeməyində mövsümün sonunda "Real"a keçməyə razı olduğu barədə yayılan informasiyaları təkzib edib. Tədbir Qətər Əmiri Təmim bin Həməd Al Taninin Fransaya dövlət səfəri münasibətilə ötən axşam təşkil olunub. Ziyafətdə Mbappe Fran... | publikaz_normalized |
Almaniyanın xarici işlər naziri Annalena Berbok gün ərzində Berlində danışıqlara gəlmiş erməni və azərbaycanlı həmkarları Ararat Mirzoyan və Ceyhun Bayramovla görüş keçirəcək. “Tədbir çərçivəsində Berbok ikitərəfli danışıqlar üçün hər iki xarici işlər naziri ilə görüşəcək, üçtərəfli danışıqlar da planlaşdırılır. Nazir ... | publikaz_normalized |
Ceyhun Bayramov Azərbaycan və Ermənistan XİN başçıları arasında sülh sazişi layihəsi üzrə danışıqların növbəti raunduna ev sahibliyi etdiyi üçün Almaniya tərəfinə və nazir Annalena Berboka təşəkkür edib. Bu, Azərbaycanın sülhə sadiqliyini bir daha bəyan etməsi üçün yaxşı fürsət idi",-deyə C.Bayramov əlavə edib. | publikaz_normalized |
Kuba Prezidenti Migel Dias-Kanel Bermudes Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Fürsətdən istifadə edərək, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin Siz... | publikaz_normalized |
Qarabağ Universitetində proqram rəhbəri vəzifəsi üzrə vakansiya elan edilib. Qeyd olunub ki, tələblərə cavab verən namizədlər müraciətlərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Vakansiya üzrə son müraciət tarixi 15 mart 2024-cü ildir. Namizədlər ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış o... | publikaz_normalized |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.