text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Hazırlıq başladı":"İsrail ordusu Livanın cənubunda “Hizbullah”ı sərhəddən geri çəkmək üçün əməliyyata başlaya bilər. Nəşrin həmsöhbətlərindən birinin sözlərinə görə, ölkənin şimalındakı evlərini tərk edən israillilərin əksəriyyəti “Hizbullah” təhlükəsi aradan qalxana qədər geri qayıtmaq istəmir. Bu vəziyyət İsrail ordu... | publikaz_normalized |
ABŞ-ın keçmiş prezidenti Donald Tramp gələn həftə Macarıstanın baş naziri Viktor Orbanı Floridadakı Mar-a-Laqo malikanəsində qəbul etməyə hazırlaşır. Mənbənin sözlərinə görə, görüşün martın 8-də baş tutacağı gözlənilir. Agentlik hesab edir ki, belə bir addım keçmiş prezidentin hakimiyyətə qayıtması perspektivi ilə bağl... | publikaz_normalized |
Kaxaber Sxadadze Azərbaycan çempionatlarının tarixinə yüksək dəstədə üç fərqli klubda çalışan ilk legioner baş məşqçi kimi düşüb. Onun "siftə"si “Qarabağ”la 23-cü turdan təxirə salınmış matça təsadüf edib - 0:4. O, 3204 gündən sonra Premyer Liqaya qayıtmaqla bu rekorda imza atıb. Sxadadzenin “İnter”dəki son matçı 2015-... | publikaz_normalized |
görün necə yaşayırlar... - Şok fotolar yayıldı":"Türkiyədə 15 iyul hadisələrində hakimiyyəti zorla ələ keçirməyə çalışan terrorçu qrupun hərbi çevriliş cəhdindən əvvəl Fətullah Gülənə yaxın insanların hamısı ABŞ-a qaçıblar. FETÖ-nün gizli həyat sürən qondarma liderlərinin dəbdəbə içində yaşadıqları ortaya çıxıb. FETÖ l... | publikaz_normalized |
“Xanımlığına hörmət et, özünü yığışdır” - VİDEO":"“Bax, sənə buradan deyirəm, sən kimsən? Mən tərbiyəliyəm deyib, yekə-yekə məqalələr yazırsınız... Sənətçi ad çəkmədən onun haqda sosial şəbəkədə xoşagəlməz statuslar və postlar paylaşan həmcinsinə sərt şəkildə xəbərdarlıq ünvanlayıb: “Tərbiyəli xanım, tərbiyəli qadın öz... | publikaz_normalized |
Barselona"nın prezidenti Xuan Laporta baş məşqçi Xavinin hazırkı çətin keçid dövründə daha bir mövsüm komandada qalmasını istəyir. Barsa" La Liqa və ya Çempionlar Liqasını qazansa belə, Xavi komandada qalmayacaq. Mütəxəssisin artıq digər komandalardan təklifləri var. Lakin o, mövsüm bitdikdən sonra komandadan ayrılan v... | publikaz_normalized |
Azərbaycandan kənarda sülhməramlı əməliyyatlarda həlak olan hərbçilərə şəhid statusunun verilməsi təklif olunur. Məruzədə Azərbaycanın sülhməramlı kontingentinin tərkibində onun ərazisindən kənarda aparılan sülhməramlı əməliyyatlarda iştirak edərkən həlak olan və ya ölmüş elan edilən hərbi qulluqçulara şəhid statusunun... | publikaz_normalized |
Təklif verildi":"Azərbaycanda əsgərlərə 20 günlük məzuniyyətin verilməsi təklif edilir. Belə ki, Ombudsman tərəfindən “Hərbi qulluqçuların statusu haqqında” qanunun 11-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına bir dəfə verilən qısa müddətli 10 günlük məzuniyyətin, hər birinin müddətinin 10 ... | publikaz_normalized |
“Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün məbləğinin artırılması təklif olunur. Qeyd olunub ki, müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün məbləğinin artırılması təklif edilir. Xatırladaq... | publikaz_normalized |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın yeni seçilmiş Prezidenti Tamaş Şuyoka təbrik məktubu ünvanlayıb. Hörmətli cənab Şuyok," "Macarıstanın Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Macarıstan Azərbaycanın yaxın dostu və etibarlı tərəfdaşıdır. Qarşılıql... | publikaz_normalized |
3 ildən artıq...":"Üç ildən artıq davam edən əmək müqaviləsi müddətsiz hesab oluna bilər. Belə ki, Ombudsman tərəfindən Əmək Məcəlləsinin 45-ci maddəsinin (əmək müqaviləsinin müddəti) 5-ci bəndində “5 ildən” sözlərinin “3 ildən” sözləri ilə əvəz edilməsi təklif olunur. Qeyd edək ki, hazırkı qanunvericiliyə görə müddətl... | publikaz_normalized |
Azərbaycanda 3 yaşınadək uşağa qulluğa görə müavinətin əmək fəaliyyəti ilə məşğul olmayan şəxslərə də şamil edilməsi təklif edilir. Məruzədə əhalinin, xüsusilə aztəminatlı ailələrin və həssas qrupların real ehtiyacları nəzərə alınaraq minimum istehlak səbətinin tərkibindəki ərzaq məhsullarının miqdarının (həcminin) art... | publikaz_normalized |
Yunanıstan da yaradacaq":"Yunanıstan Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin “Ünsiyyət Modeli”nin uğurundan ilhamlanaraq Dezinformasiya ilə Mübarizə Mərkəzinə bənzər bölmə yaradacaq. Bildirilib ki, dezinformasiya təkcə daxili siyasətdə deyil, həm də xarici siyasətdə problem yaradır. Xəbərdə bir ... | publikaz_normalized |
Almaniya ABŞ İHA-sını hədəf aldı":"Almaniya Hərbi Dəniz Qüvvələri Yəmən sahillərində ABŞ-ın MQ-9 Reaper İHA-sını iki dəfə hədəfə alıb. Bildirilir ki, Qırmızı dənizdə xidmətdə olan "Hessen" freqatı radar sistemləri ilə gəmidə fəaliyyət göstərən İHA-nı səhvən düşmən silahı kimi təsbit edib. “Hessen” İHA-ya 2 SM2 raketi a... | publikaz_normalized |
Rusiyanın Saxa (Yakutiya) Respublikasının hakimiyyət orqanları regionda sərnişin taksilərində, sərnişin daşımalarında və yükdaşımalarda əcnəbi vətəndaşların işə götürülməsini qadağan edib. Normativ hüquqi aktlar portalında dərc olunan sənəd 2024-cü ildə miqrantların anbar sənayesində və köməkçi nəqliyyat fəaliyyətində,... | publikaz_normalized |
Köç edən məcburi köçkünlərin mənzillərinin müvəqqəti olaraq yataqxanalarda yaşayanlara verilməsi təklif olunur. Ombudsman hazırda yataqxana və qəzalı binalarda yaşayan məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə onların işğaldan azad edilmiş ərazilərə köçürülən keçmiş məcburi köçkünlər tərə... | publikaz_normalized |
Barselona" "Mançester Siti"nin hücumçusu Erlinq Haalandın mümkün transferinə görə hərəkətə keçib. Mənbənin sözlərinə görə, kataloniya klubunun idman direktoru Deko norveçlinin agentləri ilə futbolçunun "Barselona"ya mümkün transferini müzakirə edib. Bu keçidin mümkünlüyünü qiymətləndirmək üçün Haalandın ailəsi və ətraf... | publikaz_normalized |
Bakıda daha bir ərazidə istismar müddətini başa vurmuş binaların söküntüsünə başlanılacaq. Bildirilib ki, pilot layihə çərçivəsində sözügedən binalar söküldükdən sonra yerində hündürmərtəbəli binalar inşa olunacaq. Artıq tikinti işlərini aparan şirkət rəsmiləri ilə sakinlər arasında danışıqların aparıldığı vurğulanır. ... | publikaz_normalized |
Moskvada 67 yaşlı kişi çağırışına gələn təcili tibb yardımın feldşerinə atəş açıb. Təcili tibbi yardım briqadası yanıq xəsarəti alan təqaüdçünü xəstəxanaya aparıb. Feldşer xəstənin sarğısını dəyişmək üçün fikrini yayındıran zaman xəstə onu tapança ilə vurub. Zərərçəkənin həmkarları dərhal silahı onun əlindən alaraq pol... | publikaz_normalized |
Aprelin 1-dən iyunun 28-dək Ermənistanda ehtiyatda olan hərbçilərin növbəti təlim-məşq toplanışı keçiriləcək. Ehtiyatda olan hərbçilər qrup halında çağırılaraq buraxılacaqlar. Həmişə olduğu kimi, onların hər biri 25 təqvim günündən çox olmayan müddətə çağırılır. Bildirilir ki, ehtiyatda olan hərbçilərin hazırlıq düşərg... | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasına 2024/2025-cI tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edilir. Bildirilib ki, akademiyada “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” və “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir. Təhsil dövlət... | publikaz_normalized |
Ombudsman Səbinə Əliyeva dövlət ali və orta ixtisas təhsili müəssisələrində dövlət sifarişli yerlərin sayının artırılmasını və tələbə yataqxanalarının tikilməsini təklif edib. Məruzədə qeyd edilib ki, ehtiyaca uyğun olaraq, yeni tələbə yataqxanalarının inşa edilməsi istiqamətində aparılan işlərin davam etdirilməsi önəm... | publikaz_normalized |
“Ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayı yenidən artmağa başlayıb. Bu ilin ilk ayında ölkəmizə 165,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 39,3 faiz çox tursit gəlib. Gələnlərin 27,5 faizi Rusiya, 19,8 faizi Türkiyə, 9,7 faizi İran, 6,1 faizi Hindistan, 4,9 faizi Gürcüstan, 3,5 faizi Səudiyyə... | publikaz_normalized |
Qərbin psixoz planı, yoxsa...":"Bu gün Qərbin informasiya proqramı cəmiyyətdə hərbi-siyasi psixozu artırmaq üçün nəzərdə tutulub. Senator Almaniyanın “Bild” jurnalında dərc olunan Rusiyanın NATO-ya hücumunun nəzəri ssenarisini şərh edib. “Bu məqalə bu psixozun böyüdüyünü bir daha təsdiqləyir. O, ictimai rəyi bu istiqam... | publikaz_normalized |
Dünyaca məşhur müğənni Aleksandr Rıbakın Bakı konsertindən maraqlı məqamlar üzə çıxıb. Belə ki, o, 100 dollar qarşılığında heyranları ilə kulisdə görüşüb və söhbət edib. Bundan başqa, sözügedən görüşlər səbəbi ilə Rıbak 1 saat media nümayəndələrini gözlədib. Öncədən müsahibə olacağı elan edilsə də, bu baş tutmayıb. Apa... | publikaz_normalized |
Mart ayında hava şəraitində tez-tez dəyişiklik müşahidə olunacaq. Bildirilib ki, martda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur. Mart ... | publikaz_normalized |
İnter Mayami"də çıxış edən Lionel Messinin şəxsi mühafizəçisi Yassin Çuekonun nə qədər məvacib aldığı açıqlanıb. Çueko müştərisini sözün əsl mənasında hər yerdə izləyir. Matçlar zamanı bir saniyə belə dayanmır. Daim kənarda hərəkət edir və Leonun hərəkətlərini izləyir. Hətta Messinin təhlükə altında olduğunu düşündüyü ... | publikaz_normalized |
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Yevlax rayon qeydiyyat şöbəsinin sabiq rəisi Elşən Quliyevin qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbiri nəticəsində cinayət işi başlanıb. İstintaq zamanı Elşən Quliyevin qeyd edilən vəzifədə işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaq... | publikaz_normalized |
Təsirli səbəb":"İnter Mayami" klubunun sahiblərindən biri olan Devid Bekhem maraqlı açıqlama verib. “Mən Messinin təqaüdə çıxdıqdan sonra Mayamidə yaşamasını, klubda çalışmasını istəyirəm. Lakin Leo mənə dedi ki, o, yalnız bir variantı nəzərdən keçirir - "Kamp Nou" yaxınlığında yaşamaq. “Barselona”nı onun qədər sevən f... | publikaz_normalized |
Ötən gün Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və tanınmış aparıcı Alidə Mustafayevanın toyu baş tutub. Mustafayevanın həmkarları sosial şəbəkələrdə fotolar paylaşıb. Maraqlıdır ki, qonaqlar yalnız öz şəkillərini paylaşıb. Əldə etdiyimiz məlumata görə, cütlük qonaqlara onların şəkillərini yaymağı qada... | publikaz_normalized |
Etibarlı tərəfdaşdır, regionun lideridir":"Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi Konfransı bu il Azərbaycanda keçiriləcək. Avropa İttifaqına yaxın media qurumları Bakının həm BMT, həm də Avropa İttifaqının gözündə yaşıl enerji mərkəzinə çevrildiyini vurğulayır. Avropa İttifaqına yaxınlığı ilə tanınan... | publikaz_normalized |
Gənc alimlərə ev verməkdənsə, onlara elə maaş vermək lazımdır ki, evi özləri ala bilsin". Nazir bildirib ki, gənclərə səlahiyyət vermək daha önəmlidir: Bizim məzunlarımız xaricdə təhsil alıb ölkəyə qayıtmağa başlayıblar. Onları qaytarıb hansısa texniki işi gördürəcəyiksə, bu lazım deyil. Onlara müvafiq işlər verilməlid... | publikaz_normalized |
Dani Alvesin günahkar bilindiyi zorlama qalmaqalı onun dünyadakı, xüsusən də vətəni Braziliyadakı nüfuzuna çox təsir edib. Abidənin üzərinə naməlum şəxslər boya töküblər. Həmçinin qeyd edilir ki, şəhərin bəzi sakinləri əfsanəvi futbolçuya 4 il həbs cəzası verildikdən sonra heykəlin sökülməsini tələb edirlər. Qeyd edək ... | publikaz_normalized |
Müğənni Nəfəs bu dəfə seçdiyi səhnə geyimi ilə gündəmə gəlib. Görənlər "sanki "vodalazdır", "paltar geyindiyi yerdə güzgü olmayıb", "həkimin əl işini necə göstərsin" kimi rəylərlə münasibət bildiriblər. Sözügedən görüntüləri təqdim edirik: | publikaz_normalized |
Nazirlər Kabineti 12 oktyabr 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron notariat” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edib. Qərara əsasən, bundan sonra notariusun və yaxud xüsusi notariusun köməkçisinin, Azərbaycan konsulluqlarının səlahiyyətli vəzifəli şəxslərinin və notariat ofisləri olmay... | publikaz_normalized |
Hər gün dava olurmuş":"Türkiyənin Adana şəhərində bir çayxana sahibi, çayxanasına gələn müştərilərin dava salmasından sonra siyasətdən danışmağı qadağan edib. Qaydaların yazıldığı kağızları divara asan Akkurt müştərilərə siyasət, xüsusilə din, dil və irq mövzuları müzakirə etməyi, söyüş söyməyi qadağan edib. O, jurnali... | publikaz_normalized |
Ukrayna niyə indiki vəziyyətdədir?":"Ukrayna Baş Kəşfiyyat İdarəsinin (GUR) rəhbəri Kirill Budanov Ukrayna Silahlı Qüvvələrinin (AFU) keçmiş baş komandanı Valeri Zalujnının buraxdığı səhvləri açıqlayıb. Budanov bildirib ki, o, Ukrayna prezidenti Vladimir Zelenskinin Zalujnını vəzifədən azad etmək qərarını dəstəkləyir. ... | publikaz_normalized |
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 2023-cü ilin may ayından etibarən korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində kompleks tədbirlər, o cümlədən normativ hüquqi bazanın təkmilləşdirilməsi sahəsində müvafiq işlər görülüb. Qanunvericiliyin tələblərini pozmuş vəzifə... | publikaz_normalized |
Mart ayının 1-də Azərbaycanda havanın yağmursuz keçəcəyi gözlənilir. Bildirilib ki,Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Havanın temperaturu gecə 0-3° isti, gündüz 6-9° isti ... | publikaz_normalized |
Bu bürclər üçün 2024-cü ilin mart ayı ilin ən uğurlu ayı olacaq. Əkizlər" "Karyeranızı aktiv şəkildə quracaqsınız. İşləriniz rəhbərlər və həmkarlar tərəfindən diqqət çəkəcək. Dəstəyiniz yaxınlarınız üçün vacibdir. Maddi durumunuz yaxşılaşacaq. Xərçəng" "Yeni imkanlar və perspektivlər sizin üçün açıqdır. Ən vacib və mar... | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Bakıda qanunsuz tikililəri söküb. Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa edilmiş tikililər sök... | publikaz_normalized |
“Niyə bu qədər aptek, onkoloji xəstə var?”":"“Azərbaycanda qida zəhərlənməsi 700 dəfə azaldılıb. “Ölkədə niyə bu qədər aptek var? Niyə bu qədər onkoloji xəstə var? Uzunömürlülük cədvəlində Azərbaycan 190 ölkədə arasında 115-dən geridədir. Bütün bunlar istehlakçı hüquqlarının pozulması ilə bağlıdır. Heç bir səviyyədə bu... | publikaz_normalized |
Yeni ildə..." - VİDEO":Bir müddət öncə Azərbaycanı lərzəyə gətirən cinayətin qurbanı olan ailənin daha bir görüntüsü yayılıb. Bayram təbriki edən atanın bu anları izləyənləri duyğulandırıb. | publikaz_normalized |
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 2023-cü ilin may ayından etibarən korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində kompleks tədbirlər, o cümlədən normativ hüquqi bazanın təkmilləşdirilməsi sahəsində müvafiq işlər görülüb. 2023-cü ildə 15 fakt üzrə 22 nəfər, 2024-c... | publikaz_normalized |
Polis mayoru Anar Qafarov Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti İdarəsinin Media və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi təyin edilib. | publikaz_normalized |
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında Berlində Borsiq villasında sülh müqaviləsi layihəsi üzrə danışıqların ikinci günü başlayıb. Qeyd edək ki, tərəflər arasında danışıqlar fevralın 28-də başlayıb. The second day of negotiations between the Foreign Min... | publikaz_normalized |
ABŞ müasir tarixin ən aqressiv dövlətidir. O vurğulayıb ki, Amerika dövlətinin bütün mövcudluğu ərzində gücdən istifadə etməklə suveren ölkələrə qarşı 800-dən çox aksiya təşkil edilib. Bundan əlavə, ABŞ 100-dən çox silahlı münaqişədə fəal iştirak edib. Rusiya Təhlükəsizlik Şurasının katibi həmçinin əlavə edib ki, Vaşin... | publikaz_normalized |
Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıtda avtomobil yollarının əsaslı təmirinə 8,1 milyon manat vəsaitin ayrılması ilə bağlı sərəncam imzalayıb. | publikaz_normalized |
Qanuni prosedur, yoxsa şəxsi həyata müdaxilə?":"Ofislərdə əməkdaşların kamera nəzarəti altında işlədilməsi, demək olar ki, 8-9 saat ərzində onların hər bir hərəkətinin müşahidə edilməsi müzakirə mövzusuna çevrilib. “TikTok”da bu barədə yayılan videolarda özünü mütəxəssis kimi tanıdan şəxslər iddia edirlər ki, iş yerlər... | publikaz_normalized |
“Vadinin gümüş zanbağı 2”, “Patriarxların küncündə” və “Deffçonki” seriallarında rolları ilə tanınan rusiyalı aktrisa Daria Qonçarova 53 yaşında vəfat edib. Aktrisanın ölüm səbəbi açıqlanmayıb. | publikaz_normalized |
Ölkənin birinci bankı Kapital Bank nağd kredit almaq istəyən müştərilər üçün sərfəli fürsətlər yaradır. Belə ki, bankdan ilk dəfə gündəlik təlabat krediti əldə edənlər hər 2000 AZN üçün 51 manatdan başlayaraq aylıq ödəniş edəcəklər. İllik 10.9 %-dan başlayan şərtlərlə maksimum 50 000 manatadək təqdim edilən kredit 59 a... | publikaz_normalized |
Bir vaxtlar “Forbes”in siyahısına daxil edilmiş ABŞ-ın “Veeam Software” və “Object First” İT şirkətlərinin təsisçiləri Andrey Baronov və Ratmir Timaşev Rusiya Federasiyası vətəndaşlığından imtina ediblər. Nəşrin məlumatına görə, onlar Ukraynada müharibə başlayandan iki il ərzində Rusiya pasportlarını təhvil verən "Forb... | publikaz_normalized |
8 min 658 il müddətinə azadlıqdan məhrum edilən Adnan Oktarın həbsxanada çoxlu gənc qadın vəkillə görüşdüyü iddialarından sonra barəsində tədbir görülüb. Türkiyə Ədliyyə Nazirliyi məsələ ilə bağlı araşdırmalara başlayıb. Məlumata görə, 8 min 658 il həbs cəzası alan Adnan Oktar fəaliyyətini həbsxanada davam etdirərək və... | publikaz_normalized |
Anasız pişiyin meymuna sığındığı zaman meymunun onu balalarından ayırmadığı, ona da öz balaları kimi baxdığı anlar kameralara düşüb. Bu cür hadisələr çox vaxt heyvanların birlikdə yaşadığı müxtəlif mühitlərdə baş verə bilər. Məsələn, zooparklarda və ya heyvan sığınacaqlarında eyni mühitdə müxtəlif növ heyvanlara rast g... | publikaz_normalized |
Hamilədir...":"Türkiyəli məşhur müğənni Ebru Gündəş haqqında yeni iddia ortaya atılıb. Tayyar Işıksaçan "Haberet" yutub kanalında bu sözləri deyib: Ebrunun bu qədər erkən evliliyi dostlarını təəccübləndirdi. Onun Ramazan bayramından sonra evlənəcəyini gözləyirdik. Aldığım məlumata görə, evliliyin bu qədər ani olmasının... | publikaz_normalized |
Müğənni Vəfa Şərifova ARB televiziyasında yayımlanan "Həmin Zaur" verilişində şəxsi həyatı haqqında danışıb. O qədər dediniz, artıq üzüm utandı, heç nə istəmədim", - deyə cavab verib. Qeyd edək ki, Vəfa Şərifova iş adamı Famil Xəlilovla sevgilidir. Müğənni bir müddət əvvəl sevgilisinin onunla barışması üçün Dubayda mən... | publikaz_normalized |
Avropa Parlamentinin Azərbaycana sanksiyaların tətbiq edilməsi çağırışını özündə əks etdirən iki qətnamə qəbul etməsi bu qurumun illərdir ölkəmizlə bağlı sərgilədiyi qərəzli mövqeyi fonunda təəccüblü deyil. Lakin burada iki məqam xüsusilə diqqətçəkəndir: birincisi, son dövrlər Qərbdə Azərbaycana sanksiyaların tətbiq ed... | publikaz_normalized |
Bayer"in futbolçusu Viktor Bonifeys Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"a qarşı oynaya bilməyəcək. 23 yaşlı hücumçu ötən ay zədələnib və hələ də komandaya qoşulmayıb. Viktorun aprel ayınadək yaşıl meydanlara qayıtmayacağı bildirilir. Bu da o deməkdir ki, Bonifeys "Qarabağ"la hər iki oyunu buraxacaq. Digər ... | publikaz_normalized |
Faciəli olacaq":"NATO qoşunlarının Ukraynaya göndərilməsinin nəticələri faciəli olacaq. O, qonşu ölkənin ərazisində olan xarici hərbçiləri “mümkün işğalçılar” adlandırıb. “Onlar NATO-nun hərbi kontingentlərinin Ukraynaya göndərilməsinin mümkünlüyü barədə danışmağa başladılar. Vaxtilə öz kontingentini ölkəmizin ərazisin... | publikaz_normalized |
Aktrisa Pərvin Abıyeva uzun müddət sonra çəkiliş meydançalarına qayıtmaq qərarına gəlib. O bildirib ki, bir müddətdir davam edən fasiləni dayandırmaq istəyir: “Açığı bir müddət dincəlmək istədim, özümə istirahət verdim. Amma bir az uzun çəkdi deyəsən. Razılaşdığım, razılaşmadığım da var. Ona görə dəqiq bir şey deyə bil... | publikaz_normalized |
FİFA 2025-ci ildə keçiriləcək klublararası dünya çempionatında iştirak edəcək komandaların qismən siyahısını açıqlayıb. Yarışda 7 klub əvəzinə 32 komanda iştirak edəcək. Hazırda yeni formatlı turnirdə iştirak edəcək 19 klub məlumdur. 2023-cü ildə klublararası dünya çempionatının qalibi finalda Braziliyanın “Fluminense”... | publikaz_normalized |
Ermənistan 1 aprel-28 iyun tarixlərində ehtiyatda olan hərbi qulluqçuları təlimə çağırır: ümumilikdə 4799 nəfər təlimə cəlb olunacaq, onlardan 4353 nəfəri sıravi və kiçik rütbəli zabit, 144 nəfəri böyük rütbəli zabitdir, 302 nəfəri isə motoatıcı və rabitə korpusunun, o cümlədən, kəşfiyyat, mühəndislik və raket artiller... | publikaz_normalized |
Bakı şəhərinin 2040-cı ilə qədər inkişafına dair Baş planında Heydər Əliyev Beynəlxalq Aeroportuna və Xırdalan şəhərində metro xəttinin çəkilməsi yoxdur. Paytaxtın inkişafı ilə bağlı 2040-cı ilə qədərki planlar metro stansiyalarının sayının artırılmasını nəzərdə tutur, amma hava limanı və Xırdalan istiqamətində metro x... | publikaz_normalized |
Azərbaycan Milli Məclisi Avropa Parlamentinin fevralın 28-də “Ümumi təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsi” ilə bağlı qəbul etdiyi illik hesabatda əksini tapmış qərəzli, birtərəfli, beynəlxalq hüquq və ədalət anlayışları baxımından etinasız, laqeyd fikirləri kəskin şəkildə qınayır və buna qətiyyətlə et... | publikaz_normalized |
Türkiyə Təhsil Nazirliyi tərəfindən xaricdə təyinat alacaq müəllimlərin test imtahanı üçün mərhum millət vəkili Qənirə Paşayeva ilə bağlı sual tərtib olunub. Türkiyədə çoxsaylı tədbirlərdə iştirak edən, Türk dünyası ilə bağlı çoxsaylı yazı və çıxışları olan Qənirə Paşayeva millət vəkili vəzifəsi ilə yanaşı, Milli Məcli... | publikaz_normalized |
Atası anasını qətlə yetiribmiş":"Masallı rayonunda gənc qızın ərə verilməsi barədə bir neçə təfərrüat məlum olub. Babasının himayəsində olan F.H. Bakı şəhərində yaşayan 27 yaşlı kişiyə ərə verilib. Toy mərasimi fevral ayında paytaxtda keçirilib. Masallı rayonuna babasının yanındadır. Digər əldə etdiyimiz məlumata görə,... | publikaz_normalized |
Sevgilisinin keçmiş ərini öldürmək üçün killer tutan Rusiyanın Tula şəhərinin sakini barəsində cinayət işi açılıb. İstintaqa məlum olduğu kimi, 34 yaşlı kişi sevgilisinin keçmiş ərindən qurtulmaq üçün plan hazırlayıb. O, qətli törətməyə razı olan şəxsi bir milyon rubla tutub. Bu plandan xəbər tutan asayiş keşikçiləri h... | publikaz_normalized |
Son vaxtlar şagirdlərlə bağlı neqativ hallar baş verməsi barədə məlumatlar yayılır. Nazirlik olaraq baş verən hadisələrin səbəblərini öyrənməyə çalışırıq. Nazirin sözlərinə görə, valideyn etinasızlığı, ailə-məişət problemləri, sosial şəbəkələrdəki mənfi trendlər şagirdlər arasında neqativ hadisələrin baş verməsinə zəmi... | publikaz_normalized |
Qızılca ilə bağlı çox suallar olur. Elm və Təhsil Nazirliyini bu məsələ ilə bağlı maraqlandıran məktəblərin fəaliyyətidir. Onun sözlərinə görə, xəstəliklə əlaqəli məktəblərin fəaliyyətinin dayandırılması və onlayn rejimə keçirilməsi məqsədəuyğun deyil: Son aylar ərzində yoluxmanı izləyirik, müvafiq dövlət qurumları ilə... | publikaz_normalized |
Ölən var":"Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yanğın olub. Bildirilib ki, ümumi sahəsi 150 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Bitişik evlər yanğından mühaf... | publikaz_normalized |
Avropada buna öyrəşmişik":"Səudiyyə Ərəbistanı Pro Liqasının 21-ci turunun “Əl-Şabab”la oyununda (3:2) rəqib azarkeşlərə nalayiq jest edən “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo sükutu pozub. “Ər-Riyadiya” saytına danışan 39 yaşlı futbolçu davranışında səhv görmədiyini deyib: Mən bütün klublara hörmət edirəm. Qoldan s... | publikaz_normalized |
29 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Almaniyaya işgüzar səfəri çərçivəsində Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyinin dövlət katibi Tomas Bager ilə görüşüb. Tərəflər Azərbaycanla Almaniya arasında münasibətlərin əhəmiyyətini vurğulayıb, münasib... | publikaz_normalized |
Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. İclas Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə baş tutub. Məhkəmədə şahidlər dindirilib. Tofiq Həsənovun vəkili Ələkbər Cəfərov vəsatət qaldırıb. Ha... | publikaz_normalized |
İrəvan Rusiyanın 102-ci hərbi bazasının çıxarılmasını müzakirə etmir. Lakin mövcud təhlükəsizlik arxitekturası işləmir. O, həmçinin əlavə edib ki, Ermənistan hakimiyyəti heç vaxt NATO-da olmaq imkanını müzakirə etməyib, əksinə, Aİ ilə münasibətləri gücləndirir: “Ermənistan Avropa İttifaqına üzvlüyə namizəd olmaq imkanl... | publikaz_normalized |
Şüvələnda iki qız arasında baş verən hadisə ilə bağlı cinayət işi aparılır. “Burada müəllimləri, məktəbləri qınamaqda heç bir fayda və nümunəvi davranış görmürəm. Gözləntimiz odur ki, müəllimlərə qarşı hörmətsizlik edilməsin. Müəllimlərə qarşı hörmətsizlik yolverilməzdir. Yeniyetmələr arasında cinayət halları yalnız bi... | publikaz_normalized |
Dopinqə görə":"İtaliya Milli Antidopinq Tribunalı (NADO Italia) qadağan olunmuş maddələrdən istifadə etdiyinə görə "Yuventus"un və Fransa yığmasının yarımmüdafiəçisi Pol Poqbanı 4 il müddətinə diskvalifikasiya edib. Onda testosteron metabolitləri aşkar edilib. Təkrar test də ilkin nəticəni təsdiqləyib. Poqba sentyabrda... | publikaz_normalized |
ABŞ ordusu mümkün böyük müharibəyə hazırlaşır. Bu məqsədlə 24 min boş və aidiyyəti olmayan vəzifələr bağlanır, hava hücumundan müdafiə bölmələri, pilotsuz uçuş aparatları, 5 yeni əməliyyat qrupu kimi tələb olunan vəzifələrə 7 500 hərbçinin cəlb edilməsi planlaşdırılır. “Biz terrorizm və qiyamla mübarizədən uzaqlaşırıq.... | publikaz_normalized |
Ölkəmizə qarşı müddəaların əks olunduğu "Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi haqqında illik hesabatı" qətiyyətlə pisləyir və rədd edirik. O qeyd edib ki, Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının tərkib hissəsi olan, bütün faktların təhrif olunduğu, böhtan xarakterli və tamamilə əsass... | publikaz_normalized |
Yaxın 5 ildə Qarabağ Universitetində tələbə sayının 5 min nəfərə çatdırılması planlaşdırılır. Onun sözlərinə görə, 6 fakültə - pedaqoji, mühəndislik, iqtisadiyyat, incəsənət, humanitar və sosial, beynəlxalq münasibətlər üzrə yeni tədris ilində ilkin mərhələdə 1 000 tələbə qəbulu olacaq. Nazir bildirib ki, əməkhaqqının ... | publikaz_normalized |
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı ofisi Azərbaycan hərbçisinin saxlanılması ilə bağlı aidiyyəti orqanlarla konfidensial ikitərəfli dialoq apardığını açıqlayıb. | publikaz_normalized |
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində dəniz səviyyəsindən 1867 metr yüksəklikdə yerləşən “Sım” sərhəd zastavası təmir edilərək istifadəyə verilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilmə... | publikaz_normalized |
Türkiyə-Azərbaycan Universitetində tədris prosesinə ilkin mərhələdə Türkiyədən Orta Doğu Teknik Universiteti, İstanbul Teknik Universiteti və Haccettepe Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunacaqlar. Nazir bildirib ki, növbəti tədris ilindən universitetdə ilk olaraq texn... | publikaz_normalized |
Bakı metrosunda gedişhaqqının artırılması barədə müzakirələr aparılmır. O, eyni zamanda bu il Bakıya yeni metro vaqonlarının gətiriləcəyini deyib: Yeni vaqonların alınması üçün müqavilələr imzalanıb. Onların gətirilməsi üçün işlər görülür. Hədəfimiz 65 yeni vaqonun Bakıya gətirilməsidir". | publikaz_normalized |
6 nömrəli tam orta məktəbdə ikinci sinifdə oxuyan şagirdin valideyni iddia edirdi ki, 13 yaşlı uşaq onu cinsi qısnamaya məruz qoyub. Bu məsələ ilə bağlı işlər aparıldı və nəticədə heç bir sübut olmadı. Nazir bildirib ki, qanun hər şeydən üstündür: Əgər kiminsə aqressiv emosiyaları varsa, onu məktəbdən, təhsildən çıxmam... | publikaz_normalized |
Naxçıvan Universiteti fəaliyyətini dayandıracaq. O bildirib ki, Naxçıvan Universitetinin tələbələri bu tədris ilinin sonuna qədər təhsilini davam etdirəcək. Məzunlar diplomlarını Naxçıvan Universitetinin məzunu olaraq alacaqlar. | publikaz_normalized |
Qorxudurlar ki...":"“Avropa Parlamentinin kəşfiyyat və təhlükəsizlik üzrə məsul sədrinin Makronun təxribatı altında Azərbaycanla bağlı dediyi sözlər həqiqəti əks etdirmir”. Onun sözlərinə görə, Azərbaycan 44 günlük müharibədən sonrakı bütün dövrlər də daxil olmaqla, sülh, sabitlik və əmin-amanlıq üçün yüksək səy göstər... | publikaz_normalized |
Laçın şəhəri və Zabux kəndinə köçürülən sakinlər mina təhlükəsi barədə məlumatlandırılıb. Qeyd edilib ki, növbəti mərhələdə Laçın şəhəri və Zabux kəndinə köçən 24 ailə üçün ANAMA nümayəndələri tərəfindən mina və partlamamış hərbi sursatlarla əlaqədar maarifləndirmə təlimləri təşkil edilib. | publikaz_normalized |
Dövlət Gömrük Komitəsi xarici ticarət iştirakçıları üçün Hökumət Ödəniş Portalına alternativ olacaq ödəniş əməliyyatı tətbiq edib. Məlumata görə, xarici ticarət iştirakçıları yanvardan fəaliyyətini dayandırmış Portal üzərindən həyata keçirdikləri ödəniş əməliyyatlarını “Elektron hesab səhifəsi”ndə və “Elektron gömrük ö... | publikaz_normalized |
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib. Bildirilib ki, səfər çərçivəsində Ceyhun Bayramovun Antalya Diplomatiya Forumunda iştirakı, “Türk dünyasında institusionallaşma: 21-ci əsrdə Türk Dövlətləri Təşkilatı” panelində çıxışı, eləcə də çoxsaylı ikitərəfli görüşlərinin keçirilməsi n... | publikaz_normalized |
Azərbaycanın bu il yanvarın 1-nə 6 461,2 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 87,9 %-i elə dollarda olub. Məlumata görə, borcun tərkibində avro 5,4 %, yapon yeni 2,9 %, digər valyutalar 0,5 %, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) isə 3,3 % paya malik olub. Dəyişkən faiz dərəcəsi... | publikaz_normalized |
Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşovun birinci müavini Möhübbət Babayev vəzifədən azad olunub. Hazırda Lənkəran ŞİH başçısının birinci müavini ilə yanaşı başçının müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsi də boşdur. Qeyd edək ki, M.Babayev 2017-ci ildə icra başçısının birinci müavi... | publikaz_normalized |
Bakının bəzi yollarında tıxac yaranıb. Bildirilib ki, aşağıdakı yollarda nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb: Neftçilər prospekti, “Azneft” dairəsi istiqamətində;" "2. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;" "3. Ziya Bünyadov prospekti, hər iki istiqamətdə;... | publikaz_normalized |
Bakıya qarşı qərarın sifarişi haradan verilib?":"Avropa Parlamenti (AP) Avropa İttifaqını Azərbaycana qarşı sanksiyalar tətbiq etməsi üçün iki qətnamə qəbul edib. Qətnamələrdə əksini tapan tələblər gülünc olduğu qədər, irrasionaldır. AP istəyir ki, Azərbaycanla imzalanan Strateji Enerji Tərəfdaşlığı üzrə Anlaşma Memora... | publikaz_normalized |
Bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır. Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (ra... | publikaz_normalized |
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Bu yaxınlarda yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə İsrail xalqı adından ən səmimi təbriklərimi çatdırıram. Onilliklər ərzində xalqlarımız ortaq məqsəd və maraqlara əsasl... | publikaz_normalized |
Xalq artisti Natiq Şirinov rəhbərlik etdiyi "Natiq" ritm qrupunun toy qiymətlərini açıqlayıb. Nağara ustası quda olduğu Xalq artisti Alim Qasımovla bərabər el şənliklərinə getdiyini bildirib. Şirinovun çıxışı üçün fantastik qonorar tələb etməsi diqqətdən qaçmayıb. Belə ki, qonorar 1500 manatla 45 min manat arasında dəy... | publikaz_normalized |
İsmayıllıda avtomat aşkarlanıb. Belə ki, İsmayıllı Rayon Polis Şöbəsinə Quşencə kəndi ərazisindən silah-sursat tapılması barədə məlumat daxil olub. Əraziyə keçirilən baxış zamanı oradan "Kalaşnikov” avtomatı, daraq və 30 ədəd patron aşkarlanaraq götürülüb. | publikaz_normalized |
Futzal üzrə Yüksək Liqada XIV turun oyunları keçirilib. “Neftçi” İK U-19-u 15:1 hesabı ilə üstələyib. “Baku Fire” isə “Yasamal Bakı”dan güclü olub - 6:3. Birinci pillədə qərarlaşan “Araz-Naxçıvan” bu nəticədən sonra xallarının sayını 37-yə çatdırıb “Baku Fire” 30 xalla ikinci, “Neftçi” İK 29 xalla üçüncü pillədə qərarl... | publikaz_normalized |
Fatmayı bağlarını Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 134 nömrəli marşrut xətti üzrə köhnə və istismar vəziyyəti qənaətbəxş olmayan nəqliyyat vasitələrinin nizamsız fəaliyyəti müşahidə edilib. Publika.z xəbər verir ki, bu AYNA tərəfindən həyata keçirilən təhlil və monitorinq zamanı müşahidə edilib. B... | publikaz_normalized |
Adı açıqlanmayan qüvvələr Ermənistanı zorla İttifaq dövlətinin tərkibinə qatmaq niyyətində idilər, lakin erməni xalqı bu planın qarşısını ala bildi". Ermənistanın Rusiya və Belarusun ittifaq dövlətinə daxil edilməsi üçün böyük plan var", - deyə parlamentari bildirib. O, 2021-ci ildə keçiriləcək növbədənkənar parlament ... | publikaz_normalized |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.