text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə bir nəfərin Bakı şəhərinin Nərimanov rayonu, Azadlıq prospekti 116 ünvanında yerləşən doqquzmərtəbəli binanın eyvanından ətrafa əşyalar atması barədə məlumat daxil olub. Xilasedicilər tərəfindən əməliyyat şəraitinə uyğun olaraq binanın ətrafında təhlükəsizlik t... | publikaz_normalized |
Səbirsizliklə gözlənilən 96-cı "Oskar" mərasimində "Poor things" filmindəki roluna görə "Ən yaxşı aktrisa" mükafatını qazanan Emma Stoun səhnədə çətin anlar yaşayıb. Aktrisa emosional şəkildə çıxış edərkən paltarının cırıldığını etiraf edib. Nə dedim bilmirəm, aman tanrım. Mən bunu inkar edə bilərdim, amma bu anı o qəd... | publikaz_normalized |
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev xalqcebhesi.az saytına müsahibə verib. - Qüdrət bəy, Ermənistanda yeni konstitusiya layihəsinin hazır olmasına dair mətbuatda məlumatlar yayılıb. Ermənistanın yeni konstitusiya qəbul etməsi sülh prosesini sürətləndirə bilərmi? -... | publikaz_normalized |
Serbiyalı tennisçi Novak Cokoviç ATP reytinqinin 1-ci pilləsində karyerasının 416-cı həftəsini keçirib. Cokoviç ilk dəfə 4 iyul 2011-ci ildə ATP reytinqinə başçılıq edib. Ümumilikdə, o, 641 həftə ərzində ATP reytinqində ilk sırada yer alıb. Yəni o, peşəkar karyerasının 65%-də dünyanın bir nömrəli raketka ustası olub. R... | publikaz_normalized |
düşmənin texnikası zərərsizləşdirildi":"Azərbaycan Ordusunun bölmələri Ermənistanın kvadrokopterini zərərsizləşdirib. Qeyd olunub ki, martın 11-i saat 12:10-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Əsrik yaş... | publikaz_normalized |
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev martın 11-də Şəhidlər xiyabanını ziyarət edib. Sonda Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib. | publikaz_normalized |
Bakı Qərbi Azərbaycanı elan edə bilər":"Qarabağda qondarma rejim məhv ediləndən sonra Ermənistana qaçan separatçıların baş qaldırdığı müşahidə edilir və burada əsas müəmmalı məqam Paşinyan hakimiyyətinin onlara qarşı olması, yoxsa dəstəkləməsidir. Separatçılar İrəvana qayıtdıqdan sonra Ermənistan hakimiyyəti onlara qar... | publikaz_normalized |
görün, neçəyə oldu":"Martın 11-də türk lirəsi dollar qarşısında tarixi minimumunu yeniləyib və Amerika valyutasının bir vahidi 32 lirədən yuxarı ticarət olunur. İndiyə qədər gün ərzində məzənnə bir dollar üçün 32,02 lirəyə yüksəlib. Ticarətin əvvəlki bağlanış səviyyəsi 31.93 olub. Avro da lirə qarşısında bütün zamanlar... | publikaz_normalized |
Biz Azərbaycanın tarixi qələbəsinə və ölkənin bütün ərazisində suverenliyini bərpa etməsinə ürəkdən sevinirik. “Biz ticari-iqtisadi, investisiya əməkdaşlığımız, beynəlxalq aləmdə qarşılıqlı fəaliyyətimizlə bağlı sözün əsl mənasında bütün məsələləri ətraflı müzakirə etdik və ümumi nəticələrə gəldik. Qazaxıstan və Azərba... | publikaz_normalized |
Yumruğunu stola vuran kişinin..." - VİDEO":"Müğənni Şəbnəm Tovuzlu maraqlı açıqlaması ilə gündəmə gəlib. Sənətçi yaxşı kişi olmağın düsturunu açıqlayıb. Şəbnəmin səsləndirdiyi fikirlər sosial şəbəkədə gündəm mövzusu olub. Həmin açıqlamanı təqdim edirik: | publikaz_normalized |
Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində keçmiş qayınatası, qayınanası və qaynını qətlə yetirməkdə təqsirləndirilən Nofəl Səfərova hökm oxunub. Hökmə əsasən, Nofəl Səfərov ömürlük azadlıqdan məhrum edilib. Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı Orxan Səmədov da təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məh... | publikaz_normalized |
Əminik ki, dəri gödəkçəsiz yaz obrazı maraqsız olar. Axı, rahat cins şalvar, klassik şalvar, müxtəlif uzunluqda ətəklər və zərif paltarları asanlıqla başqa nə ilə birləşdirə bilərsiniz? Müasir kəsimli dəri gödəkçə yaz qarderobunun əsl xəzinəsidir, çünki o, demək olar ki, istənilən vəziyyətdə sizə kömək edəcək. Ancaq ye... | publikaz_normalized |
Cinsi yolla keçən amansız xəstəliklər...":"Avropada cinsi yolla keçən xəstəliklərə yoluxma halları artıb. “Nəticələr sifilis, qonoreya və xlamidiya hallarının həyəcan verici artımını göstərir", - Avropada xəstəliklərin yayılması ilə bağlı hesabatda deyilir. Bildirilib ki, 2022-ci ildə təsdiqlənmiş cinsi yolla keçən xəs... | publikaz_normalized |
Qazaxıstanın uğurları bizi sevindirir. Prezident Tokayevi və qardaş Qazaxıstan xalqını sosial-iqtisadi inkişafda, innovativ tərəqqidə çox böyük nailiyyətlər münasibətilə təbrik edən dövlət başçısı vurğulayıb: “Qazaxıstanın iqtisadi inkişafı və ümumi daxili məhsulun artması düzgün və düşünülmüş iqtisadi siyasətdən xəbər... | publikaz_normalized |
Qazaxıstan və Azərbaycan iki qardaş dövlətdir. Xalqlarımız ictimai-siyasi formasiyadan asılı olmayaraq, uzun əsrlər boyu sülh, qardaşlıq, əməkdaşlıq şəraitində yaşayır. İki müstəqil dövlət olaraq isə artıq 30 ildən çoxdur ki, həm beynəlxalq strukturlarda, həm də ikitərəfli formatda fəal qarşılıqlı fəaliyyət göstərir. S... | publikaz_normalized |
Azərbaycan Prezidenti İlham Əliyev ümidvar olduğunu bildirib ki, bu proses (Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları - red) sülh sazişinin imzalanması, tariximizin bu ağır və qara səhifəsinin çevrilməsi ilə başa çatacaq. Bu gün regional problematika məsələlərini ətraflı müzakirə etdik. Mən Kasım-Jomart Kemel... | publikaz_normalized |
Xəzər dənizində 3,9 maqnitudalı zəlzələ olub. Mərkəzdən bildirilib ki, zəlzələ Bakı vaxtı ilə 16:53-da qeydə alııb. | publikaz_normalized |
Bu gün Qazaxıstan və Azərbaycan bütün istiqamətlər, o cümlədən tranzit nəqliyyat sahəsində - konnektivliklə bağlı sahədə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi istiqamətində aktiv fəaliyyət göstərirlər. Dövlət başçısı bu əlamətdar hadisə münasibətilə nəqliyyatçıları təbrik edib. Bu gün Qazaxıstan Prezidentinin Azərb... | publikaz_normalized |
Sabah Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olacaq. Qazaxıstan Prezidentinə Qarabağın bərpasında göstərilən qardaş köməyinə, məhz qazax xalqının Azərbaycan xalqına hədiyyəsi və Prezident Tokayevin təşəbbüsü olan Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinə görə təşəkkür... | publikaz_normalized |
2024-cü il üçün hazırlıq planına uyğun olaraq, “Komando başlanğıc kursu”nun növbəti buraxılış mərasimi olub. Qeyd edilib ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respub... | publikaz_normalized |
IBF versiyası üzrə keçmiş Avropa və dünya çempionu Besar Nimani öldürülüb. Xatırladaq ki, boksçu 2013-cü ildə də Bilfeldin mərkəzində mübahisə nəticəsində baş verən atışmada dizindən və budundan yaralanmışdı. | publikaz_normalized |
Vətəndaşlarda qanunsuz olaraq saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Ondan "Kalaşnikov-74" markalı avtomat, 1 ədəd patron darağı və 9 ədəd patron aşkar olunaraq götürülüb. T.Yədayi silahı bir müddət əvvəl əldə etdiyini, laki... | publikaz_normalized |
Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev vəzifəsindən azad edilib. Onun vəzifələrinin icrası İstehsalat Birliyinin baş direktorunun müavini Azər Məmmədova həvalə edib. 2023-cü ilin mart ayındın "Azəriqaz"a direktor müavini postuna gəti... | publikaz_normalized |
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 2024-cü ilin fevral ayı ərzində Bakı şəhəri üzrə 1 planlı və 1 plandankənar, respublikanın digər şəhər və rayonlarında isə 23 planlı və 12 plandankənar olmaqla, ümumilikdə 37 aptekdə yoxlama aparılıb. Yoxlamalar zamanı 4 aptekdə nöqsan aşkarlanıb, 9 adda dərman v... | publikaz_normalized |
Miss Azərbaycan" yarışmasının qalibi Səmra Hüseynova şəxsi həyatı ilə gündəmə gəlib. Paytaxt restoranlarının birində bayram gününü qeyd edən Səmra sevgilisi bərabər sarmaş-dolaş" fotosunu yayımlayıb. Sözügedən fotonu təqdim edirik: | publikaz_normalized |
Özbəkistan Respublikasının axtarışı ilə həbs edilən şəxslər həmin ölkəyə ekstradisiya edilib. Məlumata görə, Özbəkistan Respublikasının vətəndaşları 1989-cu il təvəllüdlü Şodiyev Şaxboz Komil oğlu və 1997-ci il təvəllüdlü Satımboev Şaxboz Akmalxon oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin ... | publikaz_normalized |
İran, Rusiya və Çinin iştirakı ilə “Dəniz təhlükəsizlik kəməri - 2024” hərbi dəniz təlimlərinin əsas mərhələsi martın 12-də başlayır. Məlumata görə, təlimlərin məqsədi regionda təhlükəsizliyi gücləndirmək, beynəlxalq dəniz ticarətini qorumaq, dəniz quldurluğu və terrorizmlə mübarizə, dəniz əməliyyatları sahəsində əməli... | publikaz_normalized |
Quba rayonu, 2-ci Nügədi kəndi istiqamətində istismarda olan orta təzyiqli daşıyıcı qaz kəmərinin yeraltı hissəsində, Ağdaş və Göygöl rayonları ərazisində aşkar edilmiş qaz sızmalarının ləğvi, həmçinin Qusar şəhəri, S.Vurğun küçəsi istiqamətində yeni çəkilmiş polietilen qaz xəttinin daşıyıcı kəmərə qoşulması ilə əlaqəd... | publikaz_normalized |
Sabah Ramazan ayının ikinci günüdür. Allahummə qərribni fihi ila mərzatik. Və cənnibni fihi min səxətikə və nəqimatik. Və vəffiqni fihi liqiraəti ayatik. Birəhmətikə ya ərhəmər-rahimin". İlahi, bu gün məni öz razılığına yaxınlaşdır, qəzəb və intiqamından uzaq et. Sənin ayələrini (Quranı) oxumaqda mənə müvəffəqiyyət ver... | publikaz_normalized |
24 nəfər yaralandı - FOTO":Türkiyənin Ankara şəhərinin Sincan rayonunda sərnişin avtobusu aşıb. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilib. Qəzanın səbəbi açıqlanmayıb. | publikaz_normalized |
Bakı-Tehran xəttində münasibətlərin normallaşması fonunda “İran həqiqətənmi səmimidir” sualları da yaranır və səbəbsiz də deyil. Çünki 44 günlük müharibədə Azərbaycan torpaqlarını azad edərkən, özünü İslam Respublikası adlandıran İran din qardaşlarını yox, din qardaşlarını qətlə yetirən, soyqırımı törədən Ermənistanı d... | publikaz_normalized |
Martın 11-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin şərəfinə dövlət ziyafəti verilib. ***" "19:27" "Bu dəqiqələrdə Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Qaz... | publikaz_normalized |
Biz də (Azərbaycan və Qazaxıstan – red.) Bizi təkcə Xəzər dənizi ayırır. Dövlət başçısı deyib ki, bu gün o da (Xəzər dənizi – red.) əngəl deyil, əksinə, Xəzər təkcə ölkələrimiz arasında yox, həm də bir çox ölkələr arasında körpüdür, Çünki TransXəzər nəqliyyat dəhlizi bu gün öz potensialını tam şəkildə açır. | publikaz_normalized |
Çempionlar Liqasının 1/8 finalında sabah keçiriləcək iki cavab oyununa hakim təyinatları açıqlanıb. 12 mart "Arsenal" - "Portu" Hakimlər: Kleman Turpin, Nikolas Danos, Ervan Finyen, Ruddi Buquet (hamısı Fransa) "Barselona" - "Napoli" Hakimlər: Danni Makkeley, Hessel Steeqstra, Yan de Vries, Allard Lindhout Qeyd edək ki... | publikaz_normalized |
BMT Baş katibi Antonio Quterreş Ramazan ayı ilə bağlı İsrail və HƏMAS-a çağırış edib. “Bu gün Ramazan ayının başlanmasına baxmayaraq, Qəzzada qan tökülməkdə davam edir. Müraciətimin məqsədi silahları susdurmaqla və xilasedici yardımların çatdırılmasına mane olan bütün amilləri aradan qaldırmaqla müqəddəs ayın ruhuna hö... | publikaz_normalized |
Müğənni Şəbnəm Qəhrəmanova "Space Maqazin"-də həmkarı Nəfəsin açıqlamasına cavab verib. Ağzınızdan çıxana yiyəlik edin" deyə, xəbərdarlıq edən Şəbnəmin həmin açıqlamasını təqdim edirik: | publikaz_normalized |
“Qərb Ermənistanı Rusiyaya qarşı alətə çevirmək istəyir”. Qeyd olunub ki, Böyük Britaniya müdafiə nazirinin müavini Ceyms Hippinin sözləri bunu təsdiq edir: “Londonun postsovet məkanında, o cümlədən Cənubi Qafqazda atdığı bütün addımların anti-Rusiya mahiyyətini gizlətməkdən əl çəkməsi bizi artıq təəccübləndirmir. Laki... | publikaz_normalized |
Hollivud aktyoru Nikolas Keyc uzun müddətdən sonra ilk dəfə gənc həyat yoldaşı Riko Şibata ilə ictimaiyyət qarşısına çıxıb. Cütlüyün geyimləri də diqqət çəkib. Xatırladaq ki, Nikolas Keyc ilə Riko Şibata 2019-cu ildə aktyorun Tokioda çəkilişləri zamanı tanış olublar. Onlar 2021-ci ildə evləniblər. Bir il sonra cütlüyün... | publikaz_normalized |
“Azad Azərbaycan” televiziyasının icraçı direktor müavini Fariz Əliyevin kanaldan gedəcəyi iddia olunur. Onun yerinə Nanə Ağamalıyeva keçib. Bu günlərdə verilən qərarla komandaya rəhbərliyi Nanə edəcək. Diqqət çəkən digər məqam isə Fariz Əliyevin instaqramda iş yerinin ATV olduğunu göstərən mətni qaldırmasıdır. Qeyd ed... | publikaz_normalized |
Avroviziya 2024" mahnı yarışmasında dəyişikliklər ediləcək. Belə ki, ilk dəfə olaraq yarımfinalda qızıl beşlik ölkələri – Fransa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya və ev sahibi İsveçin təmsilçiləri öz mahnılarını tam həcmdə ifa edəcəklər. Əvvəllər bu ölkələrin təmsilçiləri bir dəfə finalda çıxış edirdilərsə,... | publikaz_normalized |
Rusiyanın müdafiə naziri Sergey Şoyquya yeni müavin təyin olunub. "Fərmana əsasən, general-leytenant Andrey Bulıqa Rusiya Müdafiə nazirinin maddi-texniki təchizatına məsul müavin təyin edilib. Qeyd edək ki, indiyədək Bulıqa Qərb Hərbi Dairəsinin maddi-texniki təminat üzrə komandirinin müavini vəzifəsində çalışıb. | publikaz_normalized |
Behi alıb, bloka atdılar":"Müğənni Vüqar Muradov dələduzluqla üzləşib. O, telefon nömrələrinin satışı ilə məşğul olan şəxs tərəfindən aldadıldığını qeyd edib. V.Muradovun sözlərinə görə, nömrə satan xanım ondan 50 manat beh aldıqdan sonra müğənnini blok edib. | publikaz_normalized |
Türkiyəli şoumen Cem Yılmazın sosial mediada hedsabındakı son paylaşımı müzakirələrə səbəb olub. Onun mahnı sədaları altında içki içərkən çəkdiyi fotonu məhz Ramazan ayının ilk günündə paylaşması birmənalı qarşılanmayıb. İzləyiciləri şoumeni bu hərəkətinə görə sərt tənqid ediblər. | publikaz_normalized |
Azərbaycanda dövlət səfərində olan Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Milli Məclisə gəlib. Bildirilib ki, qonağı Milli Məclisin sədri Sahibə Qafarova qarşılayıb. Qazaxıstan Prezidenti Milli Məclisin iclas zalı ilə tanış olub. Daha sonra keçirilmiş görüş zamanı Milli Məclisin sədri ali qonağı Azə... | publikaz_normalized |
Rusiyada yeni səfərbərlik elan ediləcəyinə dair sosial şəbəkələrdə məlumatlar yayılıb. Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov yayılan məlumatları təkzib edib. O bildirib ki, sosial şəbəkələrdə yayılan xəbərlər feykdir: Heç bir səfərbərlik planlaşdırılmır”. | publikaz_normalized |
Rusiyanın Kişineudakı səfiri Oleq Vasnetsov Moldova Xarici İşlər Nazirliyinə çağırılıb. Bildirilib ki, buna səbəb martın 17-də Rusiyada keçiriləcək prezident seçkiləri üçün tanınmamış Dnestryanı bölgədə səsvermə məntəqələrinin açılması planları ilə bağlı mətbuatda yayılan məlumatlardır. “Rusiya diplomatı Moldovanın Dne... | publikaz_normalized |
“Atmaca” uğurla sınaqdan keçdi":"Türkiyənin “Atmaca” (“Şahin”) raketi uğurla sınaqdan keçib. TJ-3200 turbojet mühərriki ilə təchiz edilmiş raket hədəfi dəqiqliklə vura bilib. “Türkiyənin hərbi-sənaye kompleksi idxal asılılığından tamamilə imtina etmək məqsədinə yaxınlaşır. Bütün bunlar döyüş meydanında qaydaların dəyiş... | publikaz_normalized |
Ardıcıl olaraq altıncı ildir ki, ABŞ-da neft hasilatı digər ölkələrin hasilat səviyyəsini üstələyir. "“2023-cü ildə hasilat orta hesabla gündə 12,9 milyon barel olub və ABŞ-nin 2019-cu ildə müəyyən edilən əvvəlki qlobal rekordunu (12,3) qırıb”, - deyə hesabatda bildirilib. Qeyd olunub ki, orta aylıq neft hasilatına gəl... | publikaz_normalized |
Heç kəs toya qonarar qarşılığında gəlməmişdi. Toy sahibi tərəfindən orada oxuyan müğənnilərə bir manat belə qonarar verilməyib". Müğənni sözügedən toyda təmannasız oxuduğunu bildirib: Ola bilər ki, kimsə hansısa müğənnini dəvət edib, ona hörmət eləyib, bu ayrı məsələdir. Amma konkret toy sahibindən bir manat da almamış... | publikaz_normalized |
8 ölü, 338 yaralı var":"İranda "Çərşənbə Suri" günləri ilə əlaqədar təşkil edilən şənliklər faciə ilə nəticələnib. Hazırda 11 nəfərin xəstəxananın reanimasiya şöbəsində olduğu bildirilib. Qeyd edək ki, İranda Novruzla bağlı keçirilən şənliklər hər il onlarla insanın ölümünə və yüzlərlə insanın yaralanmasına səbəb olur. | publikaz_normalized |
Sabiq xarici işlər naziri Elmar Məmmədyarov Teleqraf.com-un suallarını cavablandırıb. - Elmar müəllim, Qazaxın anklav olmayan 4 kəndinin boşaldılması ilə bağlı Azərbaycanın tələbi hələ də Ermənistan tərəfindən icra edilməyib. Qarşı tərəf prosesi nə vaxta qədər uzada bilər? Bu halda Bakının hansı addımı atacağı ehtimal ... | publikaz_normalized |
İsrail Fələstinin HƏMAS hərəkatı ilə münaqişədə mütləq qələbə çalmaq üzrədir. “Biz tam qələbə çalmaq yolundayıq. Biz artıq HƏMAS-ın "dördüncü şəxsi"ni aradan qaldırdıq. Birinci, ikinci və üçüncü adamları isə “artıq yoldadır”. Ən sonuncularına qədər gedəcəyik. Onların hamısı ölü adamlardır", - deyə israilli diplomat vur... | publikaz_normalized |
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva müqəddəs Ramazan ayı ilə bağlı paylaşım edib. Həmin paylaşımı təqdim edirik: " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " "Публикация от Official page of L... | publikaz_normalized |
Bakı ilə bağlı tapşırıq":"Rusiyanın Baş naziri Mixail Mişustin müavinlərinə Moskva və Bakı arasındakı danışıqlarda əldə olunmuş razılaşmaların icrasına nəzarət etməyi tapşırıb. M.Mişustin Azərbaycan ərazisindən keçən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafına xüsusi diqqət yetirib. “Həmkarlar, nəzarət etdiy... | publikaz_normalized |
Litvada diplomatik avtomobillər və ölkə üzərindən Rusiyanın Kalininqrad vilayətinə gedib-gələn nəqliyyat vasitələri istisna olmaqla, Rusiya dövlət nömrə nişanlı avtomobillərdən istifadə qadağan edilib. Açıqlamaya görə, martın 11-dən etibarən Rusiya dövlət nömrə nişanlı avtomobillərdən istifadə edənlər qanunvericiliyi p... | publikaz_normalized |
Cüdo üzrə Azərbaycan millisinin Gürcüstan və Türkiyədə keçiriləcək “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb. Yığma həmin yarışa 16 cüdoçu ilə yollanacaq ki, onlardan 5-i qadın, 11-i kişidir. Tbilisidə Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq), Açelya Toprak, Fidan Əlizadə (hər i... | publikaz_normalized |
Diabet qan şəkəri səviyyəsinin çox yüksəlməsinə səbəb olan təhlükəli xəstəlikdir. 1-ci tip diabetə nəyin səbəb olduğu dəqiq bilinməsə də, 2-ci tip diabet çox vaxt artıq çəki və kifayət qədər hərəkət etməmək kimi amillərlə əlaqələndirilir. Bununla belə, diabet həm də irsi xəstəlikdir. Hazırda diabetin müalicəsi yoxdur, ... | publikaz_normalized |
Kofein daha çox qəhvə və çayla əlaqələndirilsə də, bir sıra digər qidaların da tərkibində var. Axşam saatlarında qəhvə içmədiyi halda yuxusuzluqdan əziyyət çəkənlər və problemin həllini tapa bilməyənlər gizli kofein mənbələrinə diqqət yetirməlidirlər. Buna görə qidalanma rejiminizi yenidən nəzərdən keçirməlisiniz. Əvvə... | publikaz_normalized |
Türkiyəli məşhur aktyor Kərəm Alışık özünə yeni avtomobil alıb. Aktyorun ekoloji cəhətdən təmiz elektrik avtomobilinə üstünlük verməsi təqdir edilib. Avtomobilin qiymətinin isə 10 milyon lirə (təxminən 531 min manat) olduğu bildirilib. | publikaz_normalized |
Tokayevin Bakı səfəri üç kontekstdə xüsusilə əhəmiyyətlidir. Birincisi, ikitərəfli münasibətlərin strateji müttəfiqlik səviyyəsinə çatdırılması: Əliyevlə Tokayevin Bakıda səsləndirdiyi fikirlər hər iki tərəfdə bunun üçün siyasi iradənin olduğunu göstərir; İkincisi, Türk Dövlətləri Təşkilatının perspektivinin gücləndiri... | publikaz_normalized |
Ramazan ayında paytaxtın bir çox restoranı müştərilərə müxtəlif qiymətlərdə imsak və iftar menyuları təklif edir. | publikaz_normalized |
Latsio" üç ildir klubu çalışdıran baş məşqçi Maurisio Sarri ilə yolları ayıraraq "Qarabağ"ın əsas çalışdırıcısı Qurban Qurbanovla anlaşmaq istəyir. Qartallar"ın bu transfer üçün "köhlən atlar"la danışıqlar apardığı bildirilir. Azərbaycanın şöhrətli məşqçisi Qurban Qurbanovun "Qarabağ"la müqaviləsi gələn ilin yayında bi... | publikaz_normalized |
Martın 13-də “Birgə” hərəkatı İrəvanda Baş nazirin istefası tələbi ilə mitinq keçirəcək. O, mitinqin saat 18:00-da Azadlıq meydanında baş tutacağını qeyd edib. Baqratyan bildirib ki, Ermənistanda hakimiyyət dəyişikliyi labüdləşir. | publikaz_normalized |
Rusiyanın Əməkdar artisti, 84 yaşlı Oleq Ryabtsov vəfat edib. Aktyorun ölüm səbəbi açıqlanmayıb. Xatırladaq ki, Oleq Ryabtsov "Rus pulu" və "Tayqanın xanımı" kimi məşhur seriallarda canlandırdığı obrazlarla yaddaşlara həkk olunub. | publikaz_normalized |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan arasında telefon danışığı olub. Bildirilib ki, Türkiyə lideri BƏƏ-dən olan həmkarını ad günü münasibətilə təbrik edib. “Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əl Nəhyanı iki ölkə arasında... | publikaz_normalized |
Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur. Bu çərşənbə xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə”, “Külək çərşənbəsi” kimi də tanınır. Yel çərşənbəsi günü evlərdə yenə də bütün çərşənbələrdə olduğu kimi qazanlar qaynamalıdır. Hamı evində olmalı və birlikdə süfrə başına yığışmalıdır... | publikaz_normalized |
Sosial şəbəkələrdə Azərbaycanda terror aktlarının törədiləcəyi ilə bağlı xəbərdarlıqlar yayılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib ki, DİN məsələdən məlumatlıdır, dərhal araşdırmalara başlanılıb. | publikaz_normalized |
Fransa Prezidenti Emmanuel Makron müttəfiqləri ilə gərgin münasibətlərə görə Kiyevə çoxdan planlaşdırılan səfərini ləğv edib. Nəşrə danışan mənbələr Makronun hazır təkliflərlə Ukraynaya gəlmək üçün müttəfiqləri ilə danışıqlara vaxt ayırmaq istədiyini bildirib. | publikaz_normalized |
Darıxmağa vaxt və imkan qalmayacaq":"Rəqiblərlə mübarizədən qalib çıxacaqsınız. Lakin unutmayın ki, itkilər qaçılmazdır. İşdə rəhbərliklə ciddi söhbət, mübahisə, fikir ayrılıqları ola bilər. İş yerini dəyişmək barədə fikirlərin yaranması istisna deyil. Hələlik bu istiqamətdə heç bir konkret addım atmayın. Maraqlı və sə... | publikaz_normalized |
Azərbaycan boksçusu Nicat Hüseynov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. 51 kq çəkidə mübarizə aparan ikiqat Avropa çempionu bu uğura İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirinin 1/4 finalında Rosko Hillə (ABŞ) qalib gəlməklə nail olub. Bu görüşədək dünya çempionatın... | publikaz_normalized |
Astarada ahıl atasını xüsusi amansızlıqla öldürməkdə ittiham edilən 36 yaşlı Rühəngiz Əliyevanın məhkəməsi yekunlaşıb. İstintaq materiallarında deyilir ki, xanım müttəhimin 71 yaşlı atası Qubad Əliyevlə mübahisəsi dəfələrlə “Space TV”də yayımlanan “Gəl Danış” verilişinə çıxmasına görə başlayıb. Kənddə rüsvay olduqların... | publikaz_normalized |
Ukrayna millisinin 34 yaşlı sabiq futbolçusu Yevgeni Konoplyanka karyerasını bitirməyə yaxındır. Konoplyanka “Dnepr”dən olan keçmiş komanda yoldaşı Roman Zozulya ilə birlikdə agentlik şirkəti yaratmaq və ukraynalı futbolçuların Avropa klublarına transferini reallaşdırmaq niyyətindədir. 2024-cü il yanvarın 3-də 34 yaşlı... | publikaz_normalized |
Fransa ordusuna ehtiyacımız yoxdur":"Fransa hərbçiləri Ukraynada ölməyəcək. Ukrayna var olduqca, Fransa ordusu Fransada qalacaq". “Ancaq Putin NATO-nun bu və ya digər ölkəsi ilə münaqişəyə girərsə, o zaman NATO ölkələri öz əsgərlərini, ordularını, döyüş briqadalarını və taborlarını necə və hansı sayda göndərib-göndərmə... | publikaz_normalized |
İranın Kirmanşah ostanının İraqla sərhədyanı bölgəsində 4,2 maqnitudalı zəlzələ olub. Yeraltı təkanların ocağı 10,2 km dərinlikdə olub. | publikaz_normalized |
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevlə görüşüb. Bildirilib ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq və yaxın dostluq münasibətləri, həmçinin müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Ölkələr ar... | publikaz_normalized |
bəzi ərazilər işıqsız qaldı, neft anbarı yandı":Rusiyanın altı bölgəsi dron hücumuna məruz qalıb. Bəzi bölgələrdə elektrik verilişi xətləri sıradan çıxıb. Oryol vilayətində neft bazasında yanacaqla dolu çən alışıb. | publikaz_normalized |
Məşhur türkiyəli mütəxəssis, yerşünas Naci Görür zəlzələ ilə bağlı xəbərdarlıq edib. O, Türkiyədə dünən baş verən zəlzələni əsas gətirərək gələcəkdə bölgəni hansı fəlakətlərin gözlədiyinə diqqət çəkib: “Samsun Taflan sahillərində 4 bal gücündə zəlzələ olub. Bu zəlzələ çox güman ki, sahilə paralel, cənuba doğru uzanan q... | publikaz_normalized |
Aclıq hissini dəf edən qidalar - SİYAHI":"Ramazan ayında oruc tutanlar yeyib-içdiklərinə mütləq diqqət etməlidirlər. Bir stəkan iftardan bir neçə saat sonra, bir stəkan isə imsakda içilməlidir. Süd əsas kalsium və D vitamini qaynağı olduğu üçün aclıq hissini dəf edir. Mütəxəssislər yumurtanın ən keyfiyyətli protein mən... | publikaz_normalized |
üzünüzə şans qapısı açılacaq":"Mart ayında uğur qapısı döyüləcək bürclər məlum olub. Siyahıya liderliyi Xərçəng bürcü edir. Onlar mənəvi olaraq dəyişmək prosesindədirlər. Əgər şansın üzünüzə gülməyini istəyirsinizsə, yaxın bildiyiniz insanların dəstəyinə "yox"deməyin" "Əqrəblərin səhətində problem yaransa da, onlar mar... | publikaz_normalized |
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünün dayandırılması ilə bağlı rəsmi müraciət etməyib. İrəvan həqiqətən də bu yaxınlarda KTMT katibliyinin işində iştirak etməyib. Bu, Ermənistanın hazırkı mərhələdəki qərarıdır və biz beynəlxalq təşkilat olaraq suveren dövlətin istənilən qərarına hö... | publikaz_normalized |
Bakıda tıxac yaranan yolların adları açıqlanıb. Hazırda yollardakı vəziyyət: Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;" "2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;" "3. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;" "4. Rəş... | publikaz_normalized |
Amerikalı aktrisa Melissa Coan Hart son görüntüsü ilə gündəm olub. Onun makiyajının axması və saç dibinin boyasının olmaması izləyicilərin diqqətindən yayınmayıb. Onlar aktrisanın baxımsız halına görə pis olublar. Daha sonra onun bu fotosunun bir filmin çəkiliş meydanında lentə alındığı bildirilib. Bəlkə sonra bu fotan... | publikaz_normalized |
“Unibank”ın POS-terminalı smartfonunuza köçürən UPOS xidməti üzrə kampaniyası davam edir. Martın 31-dək davam edən kampaniya çərçivəsində UPOS xidmətinə qoşulan sahibkarlar üçün qoşulma haqqı və əməliyyatlar üzrə komissiyalar 0 faiz təşkil edəcək. UPOS - ödənişləri mobil telefon vasitəsilə qəbul etmək üçün yaradılan PO... | publikaz_normalized |
Qırmızı Ürəklər Fondu və Kapital Bank-ın dəstəyi, “Dance Ability Azərbaycan” İnklüziv Rəqs Şirkətinin təşkilatçılığı ilə “Bütün Vücudlar Danışır” sosial layihəsi üzrə növbəti təlim keçirilib. Su İdman Sarayında baş tutan təlimdə əlilliyi olan şəxslərə “DanceAbility” metodu ilə yeni bacarıqlar öyrədilib. “DanceAbility” ... | publikaz_normalized |
Gəncə şəhərində beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan 2 otaqlı mənzilin mətbəxində mebel 2 m² sahədə, 1 ədəd paltaryuyan maşın və 1 ədəd qaz sobası yanıb. Bildirilib ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. | publikaz_normalized |
Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr” Asiya Çempionlar Liqasındakı çıxışını 1/4 final mərhələsində başa vurub: “Əl-Əyn” bununla yarımfinala yüksəlib. Komandanın rəqibi "Əl-İttihad" - "Əl-Hilal" matçından sonra (ilk oyun - 0:2) müəyyənləşəcək. | publikaz_normalized |
ABŞ-da keçmiş məktəb müəllimi yetkinlik yaşına çatmayan şagirdi ilə cinsi əlaqədə olmaqda ittiham olunub. 38 yaşlı Alyssa Makkommon 23 cinayət, o cümlədən uşağa təcavüz, 5 azyaşlıya qarşı zorakılıq, iki şahidə müdaxilə və digər cinayətlər törətməkdə ittiham olunub. Qadın həmin vaxt 12 yaşında olan məktəblilərdən birinə... | publikaz_normalized |
Bakıda həbsdə olan separatçıların Azərbaycan dövlət televiziyasına müsahibə verməsi Ermənistanı təşvişə salıb. antiterror” adlı sənədli filmdə separatçıların keçmiş “başçısı”, 44 günlük müharibədə hərbi cinayətlər törətmiş Araik Arutyunyan danışacaq. Eyni zamanda, digər separatçıların da etirafları yayımlanacaq. Erməni... | publikaz_normalized |
Onları "Real"da görmək istəyir":"Braziliya millisinin heyətində ikiqat dünya çempionu olmuş, “Real”ın sabiq hücumçusu Ronaldo Nazario maraqlı açıqlama verib. “Real”ın siyasəti dünyanın ən yaxşı oyunçularına sahib olmaqdır. Haaland dünyanın ən yaxşı oyunçularından biridir. O, inanılmaz bir klubda oynayır. Düşünürəm ki, ... | publikaz_normalized |
Qalib “axsaq ördək” oldu, uduzanlar qazandı":"Portuqaliyada sağçı namizəd Luis Monteneqro baş nazir olacaq. Lakin onun quracağı hökumət “axsaq ördək”dir, yəni idarəetmə səlahiyyəti olamayacaq. Digər tərəfdən ifrat sağçı Çeqanın qazandığı səslərin və yerlərin sayı ölkədə narahatlıq yaradıb. Lakin onların hökumət qurmaq ... | publikaz_normalized |
“Onun-bunun ərini oğurlayanı..." - VİDEO":"Aparıcı Tarix Əliyev sosial verilişlərə müğənnilərin dəvət olunmasına münasibət bildirib. “Bu gün yemək bişirən veriliş də müğənni çağırır. Ay balam, yeməyini bişir, otur soğan-kartofdan danış. Ailəsi olmayıb ailə qədri bilməyən, onun-bunun ərini oğurlayanı çağırır, onlar orad... | publikaz_normalized |
İspaniyada nəhənglərin dueli":"UEFA Çempionlar Liqasında 1/8 finalın cavab oyunları davam edir. Gecənin mərkəzi matçı İspaniyada keçiriləcək. Barselona" doğma meydanda "Napoli" ilə üz-üzə gələcək. Neapolda keçirilən ilk qarşılaşmada qalib müəyyənləşmədiyindən (1:1) bu görüşə komandalar eyni şərtlər altında çıxacaqlar. ... | publikaz_normalized |
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə Kirpi (balon) Balığı Ovunun Dəstəklənməsi haqqında Qərarı təsdiqləyib. Qərara əsasən, balıqçılıq iqtisadiyyatını və biomüxtəlifliyi qorumaq üçün “istilaçı” kirpi balığını tutan balıqçılara mükafat veriləcək. Belə ki, onu ovlayan şəxslərə bir balıq üçün 25 lirə, digər növlə... | publikaz_normalized |
Dünən Masallı rayonu, Dadva-2 küçəsində yerləşən fərdi yaşayış evində 1998-ci il təvəllüdlü Aytac Əzimova və onun iki azyaşlı oğlunun dəm qazından zəhərlənərək ölüb. Aytac Əzimova Şirvan şəhərində dəfn olunub. Qeyd edək ki, faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, iki və d... | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramında yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib. Bildirilib ki, aparılan kütləvi maarifləndirmə işlərinə, o cümlədən edilən müraciətlərə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bir sıra hallarda Novruz çərşənbələrində yanğın təhlükəsizliyi qaydalarının pozulma... | publikaz_normalized |
Ermənistanın baş naziri Nikol Paşinyan may ayında Moskvaya gedə bilər. Rəsmi mənbələrə istinadən yayılan məlumata grörə, may ayında Moskvada Avrasiya İqtisadi İttifaqının 10 illiyinə həsr olunmuş sessiya keçiriləcək. Aİİ-yə sədrlik 2024-cü ildə Ermənistana keçdiyi üçün Rəsmi İrəvan sessiyanın təşkilində aparıcı rol oyn... | publikaz_normalized |
Xəbərdarlıq edildi":"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) bəzi erməni elitalarının mövqeyindən qaynaqlanan müəyyən narahatlıqlara baxmayaraq, onlar Ermənistanın siyasi rəhbərliyinin ağlabatan yanaşmasına ümid edirlər. “Gizlətməyəcəyəm ki, Ermənistan elitasında müəyyən hadisələr və hisslər narahatlıq d... | publikaz_normalized |
Rusiyadan reaksiya gəldi":"NATO-nun baş katibi Yens Stoltenberqin Ukrayna Silahlı Qüvvələrinin mümkün təslim olması ilə bağlı sözləri Qərb siyasətində dəyişiklikdən xəbər verir. Senator fikirlərini Telegram kanalında paylaşıb. Parlamentari Şimali Atlantika Alyansının rəhbəri Stoltenberqin Ukraynanın təslim olmasının sü... | publikaz_normalized |
çıxış və səsvermə bu cür olacaq - Yeni qaydalar":"Malmödə keçiriləcək “Avroviziya 2024” mahnı müsabiqəsinin təşkilatçısı olan İsveçin ictimai yayım şirkəti SVT, bu il təqdim edilən iki yeni qaydanı açıqlayıb. Buna uyğun olaraq, adıçəkilən 5 ölkə və İsveç yarımfinalda mahnılarını canlı ifa edəcəklər. Həmin ölkələr mübar... | publikaz_normalized |
Onunla yalnız bir nəfər maraqlanır - Şok detallar":"Bakıda ailəsinin 5 üzvünü vəhşicəsinə qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun işində istintaqın hansı istiqamətdə gedəcəyi hələ ki açıq qalır. Xəbər verildiyi kimi, fevralın 22-də məhkəmə onun barəsində tibbi-psixi ekspertizanın keçirilm... | publikaz_normalized |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.