text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Erməni polemikası barədə bezdirici qeydlər. Başağrısı olmasın, dostlar, bu yazını qələmə almağımın bir neçə səbəbi var. Köhnə kişilər demiş, biriminci səbəb bu mövzu barədə ciddi polemik yazının olmamasından gedir. Və bir müdrik yazıçımızın təbirincə desək, görürəm ki, heç kim yazmır, özüm yazmağa məcburam. Burası belə...
ANL
“İctimai rəyə təsir baxımından qəzetlərin indi də özünəməxsus rolu var”. ZÖHRƏ ƏLİYEVA: “Elektron informasiya vasitələri artdıqca, qəzetlərə bir qədər az önəm verilir, BUNUNLA BELƏ, BİZ YENƏ MƏTBUATLA ƏMƏKDAŞLIĞA CİDDİ DİQQƏT AYIRIRIQ”. Müsahibimiz Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi, Əməkdar mədəniyyət iş...
ANL
Tanınmış jurnalist Məzahir Süleymanzadənin 60 illiyi qeyd edilib. YUBİLEY TƏDBİRİNİ MƏTBUAT ŞURASI İLƏ “DİALOQ AVRASİYA PLATFORMU”NUN AZƏRBAYCAN NÜMAYƏNDƏLİYİ BİRGƏ TƏŞKİL EDİB. Ötən gün Beynəlxalq Mətbuat Mərkəzində tanınmış jurnalist Məzahir Süleymanzadənin 60 illik yubileyi qeyd olunub. Azərbaycan Mətbuat Şurası (MŞ...
ANL
Məqamda yadıma sala biləydi. Müdrik kəlamlar müdriklərə məxsusdur: xalqın içindən çıxan, xalqın adından danışan, xalqlaşan müdriklərə. Hikmətlərilə insanları heyrətləndirən, möcüzələr aləminə uğurlayan müdriklər! Dünya fikir tarixində qoyulmuş belə əbədi izlər sırasında Əbu Turxan hikmətinin də əvəzsiz yeri vardır. “Əb...
ANL
“Folklor Paytaxtı” Masallı. Azərbaycanın “Folklor Paytaxtı” Masallıya infotur təşkil olunub. Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər Xalq Yaradıcılığı Paytaxtları” layihəsi çərçivəsində “Folklor Paytaxtı” nominasiyası bu il Masallı rayonuna verilib. Bu məqsədlə ötən həftə nazirliyin xəttilə növbəti infotu...
ANL
“Payız prospekti” kitabı ilə xeyli üz-üzə, göz-gözə qalandan sonra yaddaşımın. seyrələn dumanı arasından köhnə bir ünvan. göründü, ruhum təzələndi. Şair Əli Nəcəfxanlı ilə tanışlığımın tarixçəsi 1978-ci ildə universitetin jurnalistika fakültəsinə qəbul imtahanları zamanına təsadüf edir. İmtahanqabağı həyəcanımızı “azdı...
ANL
Dünyanı dağıtmaq istəyən kimlərdir? Yer kürəsində həyatın sona çatması ilə bağlı yayılan informasiyalar nədən qaynaqlanır? Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü , “Akademik Yusif Məmmədəliyev adına mükafat”ın laureatı Arif Zəngişalı ilə (Arif Quliyev) söhbətimiz də bu barədədir. – A...
ANL
“İdman” – idman salnaməmiz, idman jurnalistikası məktəbidir. Ötən ilin söhbətidir. “Dəyirmi masa”mız Azərbaycan futbolunun 100 illik yubileyinə həsr olunsa da, sıradan bir tədbir deyildi. Eyni zamanda nəsillərin görüşü idi. Zalda ömür-gününün ən azı 40 ilini idman jurnalistikasına bağlamış məşhur imza sahibləri gənc hə...
ANL
Bu gün Azərbaycan xalqının öz tarixinə, öz tarixi köklərinə böyük marağı var və bu da başadüşüləndir. Müstəqillik əldə etdikdən sonra kənardan heç bir basqıya məruz qalmadan müstəqil Azərbaycan dövlətçiliyi ideologiyası istiqamətində tariximizin yenidən nəzərdən keçirilməsi və bu sahədə mövcud olan nöqsanların, ideoloj...
ANL
Qorxmaz Şıxalıoğlunun şeirləri. Təndir istisi kimi. Üzünü qarsıya yalan. adamın başın kəsələr. Ancaq sən dinməyəsən. Eləcə qara bığını burub, Yanındakı dostuna. Hər nə gəldi, qaraladın, Şeir adına sıraladın. Bir gün unudular adın, Darıxma, atam-qardaşım. Olarmı sənə inanan. Düşdün Sözün qarğışına, Zaman su qatdı aşına....
ANL
Belə bir elmi həqiqətə heç vəchlə laqeyd qalmaq olmaz ki, “XIII-XVI əsrlər Azərbaycan təsəvvüf ədəbiyyatında fəlsəfə və poeziyanın qarşılıqlı münasibəti Mahmud Şəbüstəridən Füzuliyə qədər çox mürəkkəb bir inkişaf yolu keçmişdir. Bu inkişaf özünün ilk iki əsrini poetik fəlsəfədən fəlsəfi poeziyaya doğru (Mahmud Şəbüstər...
ANL
Azəristan ölkəsi. Şeytan növbəti dəfə Azəristan ölkəsinə Məkkə və Mədinəni, Kərbalanı, Məşhədi ziyarət etmiş, eləcə də digər müqəddəs və səcdə edilən dini ocaqlarda olmuş və yüksək dini təhsil almış molla qiyafəsində qayıdır. O müqəddəs yerlərdə maraqlı hər nə vardısa molla Şeytanın ondan xəbəri vardı və bu barədə çox ...
ANL
Anlamaq dərdi, anlatmaq bacarığı. NATİQ MƏMMƏDLİNİN “LƏYAQƏT DÜSTURU” HEKAYƏLƏR KİTABI BARƏDƏ ÖZƏL DÜŞÜNCƏLƏR. Xalq yazıçısı Anar istedadlı qələm dostum Natiq Məmmədlinin “Ləyaqət düsturu” adlı hekayələr toplusuna yazdığı ön sözdə xüsusi olaraq vurğulayır: “Natiqin hekayələrini oxudum, bəri başdan qeyd edim ki, peşman ...
ANL
Gəncliyimin ağsaqqalı. Tələbə yoldaşım Südabə xanım zəng etdi. Beş illik tələbə həyatımı gözlərim önünə gətirməyə çalışdım və heyrət etdim – demək olar ki, hər şey yadımdan çıxmaqdadır: tələbə yoldaşlarımın ad-soyadlarından, sifətlərindən tutmuş yaşadığımız ən önəmli hadisələrədək. Ancaq yadıma düşənlərin hamısından hö...
ANL
Çox hörmətli İsrafil müəllim! 85 illik bir ömür yolunun müəyyən anlarından bəhs edən bu yazının birinci hissəsi çap olunandan sonra oxuculardan aldığım e-maillər bunu göstərdi ki, bizlər hələ də Sizin dəyərinizi verə bilməmişik.Şəxsən Sizinlə tanış olduğum o uzaq Mehri rayonunun Vartanizor kəndindəki işıqlı cöhrəniz 40...
ANL
“İctimai rəyə təsir baxımından qəzetlərin indi də özünəməxsus rolu var”. – Zöhrə xanım, bilirik ki, uzun müddət televiziya və radioda çalışmısınız. Sizin çalışdığınız illərlə müqayisədə yeni yaranmış televiziyalar və mətbuat sahəsi arasındakı mənfi və müsbət cəhətlər nədir? O mənada çətindir ki, mətbuat katibi olaraq b...
ANL
Xalq şairi Zəlimxan Yaquba açıq məktub. Professor Teymur Əhmədovun tərtib etdiyi “Zəlimxan Yaqub” kitab- albomunu diqqətlə vərəqlədim. Həyatı, yaradıcılığı, ictimai fəaliyyəti mənə yaxşı tanış olan böyük şairin tərcümeyi- halını (obrazını!) bir daha bütün miqyası, möhtəşəmliyi ilə təsəvvürümdə canlandırmağa çalışdım. B...
ANL
Mənim qəribə bir şeir oxumaq adətim var. Yadıma düşmür ki, hətta çox sevdiyim bir şairin şeir kitabındakı şeirləri eyni gündə oxuyam. Kitabı əlimə alıb vərəqləyirəm, vərəqdəki şeirə gözucu nəzər yetirirəm və həmin andakı əhval-ruhiyyəmə, ovqatıma uyğun bir şeir gözümə sataşanda dayanıram, daha növbəti vərəqi çevirmirəm...
ANL
Hüseyn Abbaszadəni unutmuruq... Keçən noyabr ayında Xalq yazıçısı, Azərbaycanın Dövlət Mükafatı laureatı Hüseyn Abbaszadənin anadan olmasının 90 ili tamam oldu. Çünki Hüseyn Abbaszadə sağlığında həm Azərbaycanda, həm də keçmiş SSRİ məkanında tanınmış bir yazıçı idi.Onun sağlığında doğma dilimizdə otuzdan çox kitabı çap...
ANL
Gəncədə televiziya yayımının 50 yaşı tamam oldu. Azərbaycanda televiziya 1956-cı ildə fəaliyyətə başlasa da verilişlərin yalnız Bakı və Abşerona deyil, bütün respublika ərazisinə yayımlanması yeni ötürücülərin işə salınmasından asılı idi. Əlbəttə, ilk olaraq ikinci böyük şəhərdə – Gəncədə bu işi həyata keçirmək labüd i...
ANL
Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur. (Əvvəli ötən şənbə saylarımızda). Ona görə ki, Roma “adamın nəyə layiq olduğunu nümayiş etdirmək üçün geniş meydan” idi. Sonra isə yaradıcılığında mühüm yer tutan xristian mövzularına keçdi. O, mərmərdən “Pyeta” – “Xristə yas tutmaq” heykəlini yondu və heykəl indiyədək Müqədd...
ANL
Xatirə xətrinə... “Yaxın qələm dostu haqqında vəfatından sonra söz demək dostu üçün çox ağır olur. Özü də əsərlərilə yaşayan, həmişə sənin gözlərinin qarşısında durub sənə baxan, gülümsəyən bir şair haqqında...”. Belə-belə cümlələri (azacıq fərqli biçimlərdə) nə vaxtsa yaxından-uzaqdan tanımış, dostluq-yoldaşlıq eləmiş...
ANL
Yavər Rzayevə həsr olunmuş “Könlüm keçir Qarabağdan” sərgisi. Dünən Xəzər Universiteti Dünya Məktəbində ABŞ-da yaşayan azərbaycanlı memar, rəssam Yavər Rzayevin yaradıcılığına həsr olunan “Könlüm keçir Qarabağdan” adlı sərgi və ədəbi-bədii gecə təşkil olunub. 525.az-ın məlumatına görə, tədbirin əvvəlində Yavər Rzayevin...
ANL
Siyasətdə təqvim real həyatdakı kimi deyil. Burada hesablama sistemləri çox vaxt adi gözlə görünmür.Milli bayramlar və faciələrin rənglədiyi Azərbaycan tarixinin zaman ölçüsü mənə görə çox şərtidir. Ya xilaskarlıq, ya da xəyanət hadisələri bu xalqı elə yetkinləşdirib ki, indi millət yaşından çox böyük görünür. Yox, bu ...
ANL
Şəfqətimiz əskik olmasın... Ömrüm yarıdan keçib. Mən hələ də ədəbiyyat aləmindəyəm, ədəbiyyat deyilən bir dünyadayam. Hətta qarşılaşdığım hər hansı bir müşkülün də bədii həllini verməyə çalışıram. Bu, ya mənim qanımda var, ya da ədəbiyyat müəllimi olmağımdandır... Hər nədəndirsə, mən bundan məmnunam... “Tarixi-Nadiri y...
ANL
İbtidai sinif müəllimləri üçün təlim kursları yeni mərhələnin tələbi kimi. Ümumi təhsil sistemində həyata keçirilən məzmun islahatları – yeni fənn kurikulumlarının, qiymətləndirmə mexanizmlərinin tətbiqi, fəal təlim metodlarından təlim prosesində səmərəli istifadə pedaqoji kadrların ixtisasının artırılmasını, bu məqsəd...
ANL
“Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində iştirakçılar düzgün və ədalətli şəkildə qiymətləndirilir”. Prezident İlham Əliyevin xüsusi tapşırığı ilə əsaslı şəkildə yenidən qurulmuş dördmərtəbəli 132-134 nömrəli Təhsil Kompleksində həm müəllimlərin yüksək səviyyədə fəaliyyəti, həm də şagirdlərin biliklərin əsaslarına mü...
ANL
Azərbaycan Bəstəkarlar İttifaqının IX qurultayından qeydlər. XX əsr Azərbaycan musiqi mədəniyyəti tarixində keyfiyyətcə yeni bir səhifə açdı. Bu səhifə, ilk növbədə, Avropa anlamlı bəstəkar yaradıcılığının meydana gəlməsi ilə bağlı idi. İlk Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 1908-ci ildə səhnəyə qoyulmuş “Leyli v...
ANL
Mətbuatımızda dəyərli imza – Flora Xəlilzadə. Mənim mənsub olduğum nəslin sırasında yaradıcılığını, ələlxüsus da ictimai həyatın, eləcə də ədəbi ömürlərin ifadəsini daha çox ədəbi qaynaqların araşdırılması və bədii təxəyyülün təsviri ilə işıqlandırmağa meydan açan publisist yazılarını müntəzəm oxuduğum sənətkarlardan b...
ANL
Moskvadan görkəmli şair-publisist Məmməd Aslana təbrik məktubu. Əziz və hörmətli Məmməd müəllim! Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirik! Sizə uzun ömür, cansağlığı, xoşbəxtlik, səadət arzulayırıq! Siz bizim çox sevdiyimiz, dərin rəğbət bəslədiyimiz adlı-sanlı şairimiz, yazıçımız, gözəl publisistim...
ANL
Günel Anarqızının «Qarabağ hekayələri» audio-kitabı təqdim olundu. Bu gün Yazıçılar Birliyində (AYB) yazıçı- publisist Günel Anarqızının «Qarabağ hekayələri» audio-kitabının təqdimatı keçirilib. Onda Anar müəllim Günelin yaradıcılığa başlaması ilə bağlı həm qürur hissi keçirdiyini, həm də məsuliyyət hiss elədiyini demi...
ANL
İstedada qayğı gərəkdir. Bu gün respublikamızın suverenliyə, iqtisadi müstəqilliyə nail olmasını təmin edə bilən yüksək hazırlıqlı kadrlara malik olması bütün kəskinliyi ilə qarşıda durur. Ona görə də respublikamızın təhsil sisteminin bütün pillələrində – uşaq bağçasından tutmuş ixtisas alana qədər qabiliyyətli və iste...
ANL
Bakıda “Qloballaşma şəraitində kulturoloji innovasiyalar və sosial-mədəni inkişaf” mövzusunda Beynəlxalq konfrans keçirilir. Dekabrın 21-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Qloballaşma şəraitində kulturoloji innovasiyalar və sosial-mədəni inkişaf” mövzusunda Beynəlxalq elmi-nəzəri konf...
ANL
Rəssam Məlik Ağamalovun fərdi sərgisi açılıb. Müasir İncəsənət Muzeyinin, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə Müasir İncəsənət Muzeyində istedadlı rəssam Məlik Ağamalovun fərdi sərgisi açılıb. SalamNews xəbər verir ki, sərginin açılışında mədəniyyət və turizm nazirinin müav...
ANL
Şam kimi əriyən şair. divar saatının əqrəblərindən. döşəmədə laxtalanır. laxtalanır vaxtın qanı. uzun güzgüdə ömrü boşuna umudlarla. yalnızlıqlar sərxoşdu bu axşam. bahar bulud ağac pəncərə. tənhalıq rənglər fırçalar rəsmlər. vaxtın qanı damcı-damcı damır ağ kətana. yaradandan küsmüşəm. Uzun güzgüdə görünən adam şair v...
ANL
Yazıçı Hüseynbala Mirələmovun imzası Azərbaycan oxucusuna yaxşı tanışdır və əsərləri qonşu Rusiya və Türkiyədə də rəğbətlə qarşılanan ədibin yaradıcılıq uğurlarından, bir sənətkar olaraq özünəməxsus xüsusiyyətlərindən danışmaq niyyətindən büsbütün uzağam. Tarixi mövzuda, tarixi şəxsiyyət barədə bədii əsər yazmağın nə q...
ANL
Mətbuatımızda dəyərli imza – Flora Xəlilzadə. Flora Xəlilzadə mövzularını seçəndə bilir ki, ona hansı prizmadan yanaşacaq: Publisist nəzərləri ilə, yaxud yazıçı baxışları ilə. Belə yazıların təqdimatında fərqlilik özünü göstərir. O, ədəbi şəxsiyyətlər haqqında söylədiyi fikirləri həmişə sənətkarların həyata baxışları ü...
ANL
Ankarada Hüseyn Cavidin anadan olmasının 130 illiyi münasibətilə tədbirlər təşkil olunub. Türkdilli Ölkələrin Mədəniyyət Təşkilatında (TÜRKSOY) və Ankaranın Keçiören Bələdiyyəsinin böyük teatr zalında xalqımızın unudulmaz şairi, görkəmli dramaturq Hüseyn Cavidin anadan olmasının 130 illiyi münasibətilə tədbirlər təşkil...
ANL
Bu il Azərbaycanın musiqi ictimaiyyəti ilk qadın bəstəkarımız əməkdar incəsənət xadimi Ağabacı Rzayevanın anadan olmasının 100 illik yubileyini qeyd edir. Uşaglıqdan onu əhatə edən musiqi və musiqicilər mühiti, onun gələcəkdə bütün yaradıcılığına sirayət edib. Ağabacı Rzayevanın babası dövrünün məşhur tar çalanı Mirzə ...
ANL
Nizami Cəfərov: “Yeməklərin keyfiyyəti barədə Tahir Əmiraslanov danışarkən adam heç toya getmək istəmir”. Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərovun Gün.Az-a müsahibəsi: - Nizami müəllim, uzun müddətdən bəri cəmiyyətdə geniş müzakirələrə səbəb olmuş “Mədəniyyət haqqında” yeniləşdirilmi...
ANL
Zamanlara meydan oxuyan əsər. İllərlə gözlədiyim bir xəbəri eşidəndə, sözün düzü, bir qədər təsirləndim. Elə bil, təxminən bir il öncə Azadlıq radiosuna verdiyim müsahibənin gerçəkləşməsi sahəsində atılan ilk addımlardan birini eşitdim. Düzü “Əli və Nino” əsəri ətrafında gedən mübahisələrə rəğmən, çox istəyirdim ki, bu...
ANL
Pedaqoji Universitetində Zahid Xəlilin anadan olmasının 70 illiyi qeyd edilib. Çağdaş uşaq ədəbiyyatımızın tanınmış nümayəndəsi ədəbiyyatşünas, pedaqoq Zahid Xəlilin anadan olmasının 70 illiyi ədib-alimin uzun illərdən bəri çalışdığı Azərbaycan Dövlət Pedaqoji Universitetində təntənə ilə qeyd olundu. Çağdaş uşaq ədəbiy...
ANL
“Sonuncu fateh” Milli Elmlər Akademiyasında təqdim olunub. Ötən gün Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda millət vəkili, yazıçı Hüseynbala Mirələmovun “Sonuncu fateh” kitabının təqdimatı keçirilib. Professor Teymur Kərimli Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində keçirilən bu təqdi...
ANL
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin fakültə və kafedraları uzun illərdi bir növ elmi mərkəz rolunu oynayır, 90 yaşlı bu qocaman elm-sənət ocağında zaman-zaman təhsil alan tələbələri müstəqil həyata, çətin olsa da həm də gözəl, sirli-soraqlı sənət dünyasına inam və arxayınçılıqla yola salır. Doğma ...
ANL
Ədəbiyyat nəzəriyyəsinin elmi-metodoloji aspektləri. Azərbaycan ədəbiyyatşünaslığında M.Rəfilinin “Ədəbiyyat nəzəriyyəsinə giriş” kitabının ədəbiyyat nəzəriyyəsinə dair ilk dərslik olmasına dair fikir formalaşıb. Müəyyən mənada, bu doğrudan da belədir. Bu fikirdə də həqiqət var. Alim “Ədəbiyyatdan iş kitabı”nda ədəbiyy...
ANL
“Beynəlxalq jurnalistikadakı proseslər, tendensiyalar özünü Azərbaycan mediasında da göstərir”. DOSENT VÜQAR ZİFƏROĞLU: “ÖZ QƏRƏZLİ AMBİSİYALARI NAMİNƏ JURNALİSTİKAYA GƏLMİŞ TƏSADÜFİ İNSANLAR MƏTBUATDAN UZAQLAŞDIRILMALIDIR”. Müsahibimiz – istedadlı gənc alim, Bakı Dövlət Universitetinin beynəlxalq jurnalistika kafedras...
ANL
Beş saniyənin hökmü. Bu hekayə İstanbulda Van zəlzələsi ilə bağlı fotosərgiyə baxandan sonra qələmə alınıb. Səmiha Karadumanın ana olmasına bircə ay qalmışdı. Bətnində gəzdirdiyi, canından bir can olan kiçicik varlığı indidən sevə-sevə əzizləyir, dünyaya göz açacağı günü səbirsizliklə gözləyirdi. Nəbzi ciyərparası ilə ...
ANL
Yeddi dünya hökmdarı - Fateh Teymur. Böyük Çingiz xanın nəslindən olması bütün tarixə və tarix araşdıranlara məlumdur. Onu böyük türk tarixi salnamələrində sevənlər də var, sevməyənləri də az deyil. Tarıx təzadlarla doludur, həmin təzadlardan biri də budur ki, bəzən Əmir Teymuru şəxsiyyəti ətrafında mübahisələrdə, onu ...
ANL
“Beynəlxalq jurnalistikadakı proseslər, tendensiyalar özünü Azərbaycan mediasında da göstərir”. Qeyri-peşəkarlığın yaylımasının qarşısının alınmasında peşəkar jurnalistlərin üzərinə böyük bir iş düşür. Bununla bağlı bir sıra tədbirlər həyata keçirilməlidir. Öz şəxsi mənafeyi, qərəzli ambisiyaları naminə jurnalistikaya ...
ANL
YAXUD NEYNƏK, A DƏRDİN ALIM... Gecəli-gündüzlü dünyanın şərhi, onun içinə gömülən sirlərin də açımı belədir: bir var görünənlər, bir də var görünməyənlər... Ancaq bu sadə və primitiv izahla insan yalnız bəhs etdiyi şeylərin səthinə toxunub da keçir, ağlı başına gəldikdə isə, daha dərin mətləbləri anlamağa vaxt çatmır. ...
ANL
Ədəbi-elmi fikir tariximizə dair faydalı tədqiqat. Filologiya üzrə elmlər doktoru, əməkdar elm xadimi Hüseyn Həşimli yeni dövr Azərbaycan ədəbiyyatının unudulmuş şəxsiyyətlərinə, öyrənilməmiş problemlərinə dair bir sıra mühüm araşdırmaların müəllifidir. Bu baxımdan onun respublikamızda və xarici ölkələrdə müxtəlif dill...
ANL
Nalın tarixi möhürləri. Hələ qədimdən dünyada nə qədər insan özünün və özgələrin meydanında at oynadıb qılınc çalıb. Atların qopardığı toz göylərə ucalıb. Deyərdilər ki, Hun imperatoru Atillanın atının keçdiyi torpaqda ot bitməzdi. Rəvayətlərə görə, at Adəm peyğəmbərdən öncə yaranıb. Allah ona at və Burağı göstərib özü...
ANL
Sözlə savaşda. Mənimki beşdən keçib. Gördüm iş-işdən keçib... Təkcə elə bu misralar istedadlı şair Əlizadə Nurinin sözün ilahi sehrinə necə həssas, necə məsuliyyətlə yanaşdığını göstərir. “Sayı çox, sanbalı yox” nəşrlərin yağışdan sonra göbələk kimi ardığı bir zəmanədə o, öz kitablarının müqəddəs kitablarlardan sayca ç...
ANL
Azərbaycan ədəbiyyatında sufizm. Böyük fars şairi, farsdilli qəzəlin dahi yaradıcısı Hafiz Şirazinin özünün “piri – təriqəti” sayaraq qəzəllərinə nəzirələr yazdığı Marağalı Əvhədi (1274-1338) Azərbaycan sufi ədəbiyyatının böyük mütəfəkkirlərindən biridir. Məşhur Marağa rəsədxanasının güclü fəaliyyət göstərdiyi dövrlərd...
ANL
Yenidən Kiyevdə. Kiyev Şəhəri Dövlət Arxivində (KŞDA) apardığım araşdırmalardan yazarkən orada işlərimin yarımçıq qaldığını bildirmişdim. Həmin işi başa vurmaqçün noyabrın 18-də yenidən Kiyevə getməli oldum. İş burasındadır ki, Kiyev də Ankara və İstanbul kimi bizdən iki saat geridədir. Hava limanında pasport qeydiyyat...
ANL
Dünyanın ən ucaboylu karliki. Elə bu zaman Şişman Hənifə qəfildən söhbətə müdaxilə etdi: – O, dünyanın ən ucaboylu karliki idi. Yəni, karliklərin arasında ən ucaboylusu idi. Özü bunu bir dəfə mənə fəxrlə demişdi. Mənim qəribəmə gəlsə də, məclisdəkilər yerlərindəcə dəbərib bir-birilə baxışdılar və başlarını tərpədə-tərp...
ANL
Azəristan ölkəsi. Ac dəstə Allahyarxanın bu sözlərindən sonra qoca şeyxi bir ağızdan salamlayıb alqışladılar: –Geniş və xeyirxah ürəyinə görə qoy Tanrı xeyir-duasını və mərhəmətini səndən əsirgəməsin, həmişə Qadir Allahın əmanətində olasan, ay Allahyarxan! Allahyarxansa onlara dedi: – Fəqət, çörəkli günləriniz gələnə q...
ANL
Gənc Ədiblər Məktəbinin fəal üzvlərindən olan Pərvin “Qar yağacaq” adlı ilk kitabıyla oxucuların görüşünə gəlib. Keçən il bu kitabın (“Qar yağacaq”) “Natəvan” klubunda təqdimatı da keçirildi və müəllif xeyli alqış və təriflər qazandı. Zənn edirəm ki, bu təriflər və alqışlar onu çaşdırmayacaq. Çünki Pərvin Böyük Yolun h...
ANL
Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur. (Əvvəli ötən şənbə saylarımızda). Mikelancelo istər heykəltəraşlıq, istərsə də rəngkarlıq əsərlərində insana, onun zəkasına və əməllərinə əslində bir himn qoşur, insan ruhunun təntənəsini vəsf etməklə hamıya bir nikbinlik bəxş edirdi. Hamıya sevinc, digər ülvi hisslər, ümid b...
ANL
“Qəzənfər müəllimgilin Şuşaya yürüşü”nün beynəlxalq uğuru. ƏSƏRDƏ ƏJDƏR OLUN MÜHARİBƏYƏ, ONUN NƏTİCƏLƏRİNƏ, VƏTƏNPƏRVƏRLİK ANLAYIŞINA, DÖVRÜN VƏ MÜHİTİN QAÇILMAZ REALLIQLARINA ORİJİNAL MÜƏLLİF BAXIŞI XÜSUSİ MARAQ DOĞURUR. Məlum olduğu kimi, dekabrın 21-də Türkiyənin paytaxtı Ankarada İkinci Uluslararası Mahmud Kaşqarlı...
ANL
İtirilmiş il, itirilmiş illüziyalar və itkin insanlar. Sevmədim mən bu uzun illəri. Belə bir takıntım var. Belə illərdə həmişə kimisə itirirəm, atam da belə ildə ayrıldı məndən. Amma həm də ayrılmadı – insanın fiziki yoxluğu ağrılı, acılıdı doğru. Amma canlı ölülərin varlığı, ya da belə deyim, səninçün ölmüş canlının y...
ANL
İbrahim Topçubaşov olduğu kimi. Aşura günü, adətən, küçədə yolboyu ara-sıra gözə dəyən ehsan süfrələri açılır. Qubada bircə evin qarşısında fərqli, hələ heç kimin görmədiyi bir mənzərə var idi: Manqalda kabab bişirdi. Samovar qaynıyırdı. Süfrədə konyak, araq var idi.Yoldan keçənlər süfrəyə dəvət olunurdu... Saatın zəng...
ANL
Kurikulum Azərbaycan təhsilinin gələcəyidir. Ana dilimizə tərcümədə “istiqamət”, “yol” mənasını verən “kurikulum” bu gün ən çox eşitdiyimiz və işlətdiyimiz sözlərdəndir. Onun əhatə etdiyi elmi-metodiki ədəbiyyatlar, təhsil qanunvericiliyi aktları, ən əsası da fəaliyyət sahəsi cəmiyyətin müxtəlif təbəqələri tərəfindən b...
ANL
Azərbaycan rəssamlığında kolorit ustası – Böyükağa Mirzəzadə. Azərbaycan incəsənətinin tərəqqisinə layiqli töhfələr vermiş istedadlı sənətkarlar sırasında onun da adı fəxrlə çəkilir. O, davamlı olaraq nümayiş etdirdiyi sənətinin qüdrəti ilə ölkəmizin sərhədlərindən uzaqlarda da şöhrət qazanıb. Bundan əlavə uzunmüddətli...
ANL
“Naxçıvan Dövlət Universitetinin media ilə əlaqələrini daha da möhkəmləndirməyə çalışırıq”. MEHRİBAN SULTAN: “MAARİFLƏNDİRMƏK FUNKSİYASINI, DƏQİQLİYİ ƏSAS GÖTÜRÜB, ŞABLON XƏBƏRÇİLİKDƏN QAÇIR, ORİJİNAL SƏRLÖVHƏLƏRƏ, ELMİ ŞƏRHLƏRƏ ÜSTÜNLÜK VERİRİK”. Azərbaycan Respublikasının ali məktəblər ailəsinin üzvlərindən biri də N...
ANL
Zirvələr ünvanlı fəlsəfə yolçuluğu. GÖRKƏMLİ FİLOSOF İZZƏT RÜSTƏMOVUN 80 İLLİYİNƏ. Dünya fəlsəfəsinin başlanğıcı hesab edilən Doğu fəlsəfəsinin (və istərsə də Batı fəlsəfəsinin) yaradıcı dühaları həmişə öz mülahizə və fikirlərini təbiətə istinadən izah etmiş və onun fonunda toplumun tarixi, iqtisadi və ictimai-siyasi i...
ANL
Esmira Fuadın “Sözə sevdalılar”ı haqqında düşüncələr. Ədəbiyyatın və sənət əsərinin böyük əhəmiyyəti ondadır ki, o hər zaman ictimai şüura təsir edə bilsin. Zamanın və mühitin yeniləşməsi prosesində xalqın kamilləşməsinə, yeni dəyərlər ənənəsində inkişafına təkan versin. Həyat gerçəkliklərinin ictimai-tarixi-ədəbi mənz...
ANL
Mirzə İbrahimovun 100 illiyilə bağlı inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb. Dünən Təhsil Nazirliyində görkəmli Azərbaycan yazıçısı Mirzə İbrahimovun 100 illik yubileyi ilə əlaqədar şagirdlər arasında keçirilən inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə çıxış edən təhsil ...
ANL
Ötən əsrin 70-ci illərində öz səsi, öz nəfəsi ilə imzasını tanıdan gənc şairlərdən biri də Yunus Novruzov idi. Ədəbiyyata dabanqırma gələn nəsillər arasında həmişə cıdır kimi yarış, bəhsəbəslik olur. Hər qələm götürən öz tay-tuşları ilə və hətta özündən əvvəl – sonra gəlmişlərlə də yarışa çıxır. Beləcə sənət yarışı uzu...
ANL
Şair Sabir Yusifoğlu haqqında yazmaq çoxdankı fikrim idi. Günü-günə sata-sata bu günə gəlib çıxdım. Amma lütfən, mənim bu qeydlərimi bir yubiley tostu kimi qəbul etməyin. Səmimi deyirəm: burada əsla üzgörənlik-zad yoxdur. Sabirin “Dünyanı özümlə aparmıram ki” və “Yaşamağa bəhanə çox” adlı kitablarını oxusanız, istedad ...
ANL
Məhəmməd Seçilmiş: şəxsiyyəti və meracı. Peyğəmbər sevgisi... Nəsil-nəsil, zaman-zaman yaşanan bu sevginin səngiməzliyi-sönməzliyi predmetini təkcə peyğəmbərimizin şəxsiyyət böyüklüyünə olan əlahiddə bir münasibət müəyyənləşdirmir. Məsələn, dünyanın dahilərinə dair Qərbdə keçirilən bəzi “reytinq” sorğularında Məhəmməd ...
ANL
VAHİD QAZİNİN YADDAŞ LƏPİRLƏRİ. Vahid Qazi “Yaddaş ləpirləri” kitabında bir avtoqraf sərgiləyib bəndənizçün: “Səninlə Qarabağa gedəcəyik. Qarabağa gedəcəyik. Heç Qarabağdan ayrılmamışıq da. Cismən Qarabağda ola bilmirik. Ruhumuzsa Qarabağsız qala bilmir. Əgər qala bilsəydi, Vahid Qazi azad dünyanı gəzəndə Qarabağı unud...
ANL
Məhəmməd Əmin Rəsulzadə. Nəşrin redaktorları: prof. Şamil Vəliyev və elmi işçi Samir Mirzəyevdir. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır. (Əvvəli ötən şənbə saylarımızda). İcmali-əhval. Böyük müharibə ara...
ANL
Litva-Azərbaycan əlaqələri tarixindən qoparılmış səhifələr. (Əvvəli ötən şənbə saylarımızda). Əgər yeni quruluşun ilk aylarında Bakıdakı Litva konsulunun özünün şəxsi təhlükəsizliyinin təmin edilməsi və əmlakının toxunulmazlığı məsələsi Xalq xarici işlər komissarlığı səviyyəsində qaldırılırdısa, onda Azərbaycanda yaşay...
ANL
Sözün və qanunun keşiyində. İctimai elmlərin, bədii-publisistik əsərlərin mərkəzi mövzusu insandır, onun toplum içərisində yeri, gerçəkliyə, təbiətə, münasibətləridir. XX əsrin əvvəllərində İnsan təbiətini mövzu obyektinə çevirən, insanlığın mənəvi-əxlaqi köklərini araşdıran antropoloji fəlsəfə (İnsan fəlsəfəsi) adı il...
ANL
Vpervıe eta statya izvestnoqo ukrainskoqo diplomata Ö. Koçubeya napeçatana qazeta “Bakinskiy raboçiy”, v 1992 qodu ona bıla perepeçatana v “Literaturnoy Ukraine”. Vladimir Krilovski, ABŞ-da yaşayan ukraynalı yazar. Azərbaycanda və Ukraynada milli hərəkatın və eyni zamanda Ukraynada şərqşünaslığın təbliği üçün mühakimə ...
ANL
Mirzə Fətəli Axundzadə: Qərb mədəniyyətləri sintezi, yenilik hərəkatları, inqilab və ziddiyyətlər. Mirzə Fətəli Axundzadə haqqında söz. Ədəbiyyat tariximizin və M.F.Axundzadə yaradıcılığının yeni baxışla araşdırılmasında böyük xidmətləri olan rəhmətliklər M.Ə.Rəsulzadənin, M.Rəfilinin, Ə.Sultanlının, M.Cəfərin, C.Cəfər...
ANL
Elçinin folklor dünyasına bir baxış. ƏBƏDİ ABİDƏMİZ, MÜDRİKLİK MƏKTƏBİMİZ. Xalqımız dövlət müstəqilliyi qazandıqdan sonra mənəvi irsimizin yeni elmi düşüncə və yeni metodoloji meyarlarla öyrənilməsi zərurəti ortaya çıxdı. Bu zərurəti ilk duyan yazıçılarımız: Anar, Elçin və Kamal Abdulla oldu. Elçinin “Dədə Qorqud” bəşə...
ANL
Şah tutun altındakı kədər. “Sizin tərəflərdə kollar, ağaclar. O, vəfasız dünyaya gəlişinə heç də peşman deyil, hətta günlərin bir günü bu dünyanı itirəcəyini düşünəndə belə, qəlbi acıyla, hədsiz bir kədərlə dolur. Və gəlişinə peşman olmadığı bu dünyada onun üçün insandan qiymətli heç nə yoxdur. Həyatının bura qədərini ...
ANL
Üz-üzə dayanmış paralel dünyalar. KAMAL ABDULLANIN “UNUTMAĞA KİMSƏ YOX” ROMANI HAQQINDA DÜŞÜNCƏLƏR. Kamal Abdullanın estet, yaradıcı kimi ədəbiyyat meyarları bütün vəzifələrindən, şöhrətindən üstündür. Rabindranat Taqor vaxtı ilə kölgəsini belə qırmaclamaq istəyənlər üçün yazırdı: “O kəs xoşbəxtdir ki, şöhrəti həqiqətd...
ANL
Sözlərin maraqlı açmaları Rafiq Hasanın “İlafa” kitabında. Şair-publisist Rafiq Hasanın “İlafa” adlı kitabı işıq üzü görüb. Kitabın mövzusu və predimeti söz və dilimizdəki ilkin olaraq türk dilindən yaranmış, sonra başqa xalqların dilinə keçmiş sözlərin mənasının səslərə görə açılmasıdır. Kitabda müəllif konkret misall...
ANL
Yaradıcılıq insanın özünüifadəsidir. Özünüifadə insanın əbədi istəyidir. Yalnız istedad, bacarıq və bilik insanın yaradıcılıq imkanlarının gerçəkləşməsinə şərait yaradır. Qədim nağılların, dastanların, bütün folklor nümunələrinin hamısı insanın fərdi istedadının kollektivləşmiş özünüifadəsidir. Yaradıcılıq insanın bütü...
ANL
Ulu Tanrının insana verdiyi ömür payını hərə bir cür yaşayır. Ömür var ki, torpağı göylərə sovuran burulğana bənzəyir, aləmi bir-birinə qataraq iz salıb gedir. Ömür də var ki, taleyin döngəli sərt yollarını cəsarətlə yarıb keçərək yüksəlir, neçə-neçə ömürlərə çıraq tutur, şölə saçır. Belə şərəfli ömür sürmüş şəxsiyyətl...
ANL
Bakıda “Budo ruhu – Yaponiya döyüş sənətinin tarixi” adlı sərgi açılıb. Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət və Turizm Nazirliyi, Yaponiyanın ölkəmizdəki səfirliyi, Yaponiya Fondunun təşəbbüsü ilə “Budo ruhu – Yaponiya döyüş sənətinin tarixi” adlı səyyar sərgi təşkil edilib. APA-nın məluamtına görə, Yaponiya...
ANL
Zəngin şəxsi kitabxanası olan dostum, yazıçı-jurnalist Fariz Çobanoğludan ürəyimə, ruhuma uyğun bir şeir kitabı istədim ki, oxuyub qaytararam. Fariz səhəri gün mənə Mahirə Abdullanın “Həqiqət, Azadlıq, Məhəbbət haqqında” şeirlər kitabını gətirdi. Mahirə xanımın bu kitabı 3 hissədən ibarətdir: Tərk edilmiş yuvalar; Qırm...
ANL
Fucayra Beynəlxalq Monodram Festivalının qəhrəmanı – Qurban İsmayıl!!! Mən özüm bilərəkdən “Qurban İsmayılov” yazmadım. Çünki ərəblər, hətta ərəblərin bütün teatr dünyası, yəni içi Misir, Yəmən, İraq, Livan qarışıq və Fucayra Beynəlxalq Monodram Festivalına Polşadan, Almaniyadan, Litvadan, İsveçrədən, Böyük Britaniyada...
ANL
Qəzetin informasiya siyasəti və jurnalistin fərdi yaradıcılıq prinsipləri. Azərbaycanın müasir KİV sistemi xeyli dərəcədə formalaşmış və dünya təcrübəsinə inteqrasiya etmişdir. İnformasiya texnologiyalarının sürətli inkişafı ilə beynəlxalq aləmdə – müxtəlif ölkələrin işlək lüğət tərkibinə düşmüş “yeni jurnalistika”, “y...
ANL
Rafael Hüseynov: “Siyasət siyasətlə aparılmalıdır”. Müsahibimiz Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, professor Rafael Hüseynovdur. –Rafael müəllim, bildiyiniz kimi , Fransa parlamenti Milli Assambleyası və Senatının bədnam qərarından- uydurma “erməni soyqırımı”nın inkarına görə cəzanı müəyyənləşdirən qər...
ANL
Yüksel Degercan: “TRT öz imkanları ilə sadəcə Türkiyədə deyil, dünyada Azərbaycanın səsi olmağa çalışır”. Yüksel Degercan TRT-nin Bakı bürosunun yeni rəhbəridir. On ildir ki, TRT-də çalışan müsahibim üç il öncə televiziyanın Azərbaycan nümayəndəliyində müxbir kimi fəaliyyətə başlayıb. Onunla söhbətdə TRT-nin keçdiyi yo...
ANL
Tarixi düşüncə və mədəni irs. Bəşər sivilizasiyasının tarixi mövcudluğunu, onun səviyyəsini və təkamül mərhələlərini əks etdirən ən böyük amillərdən biri bədii mədəniyyətdir. Bədii mədəniyyətin, incəsənətin fundamental əsasında SÖZ sənəti dayanır. Ona görə də mədəniyyətin bütün növlərinin və janrlarının tarixi dəyərini...
ANL
Azərbaycan dilçiliyinin hazırkı vəziyyəti və perspektivləri. Azərbaycan dilçiliyi uzun və şərəfli bir yol keçib bugünkü səviyyəsinə çatmışdır. Dilçilyimizin başında duran fədakar alimlərimiz ciddi tədqiqatlar aparmış və özlərinə layiqli nəsil yetişdirmişlər. Dilçiliyimizin canlı təmsilçiləri A.Axundov, T.Hacıyev, Y.Sey...
ANL
İnsan duyğularının, arzularının, təfəkkürünün bədii formada reallaşdığı məkan teatrdır. İncəsənətin canlı, sintetik və kolletiv növü olan teatr bədii yaradıcılığın başqa sahələri kimi gerçəkliyi, insanların daxili aləmini və bir-birinə münasibətlərini əks etdirir. Teatr gerçəkliyin bədii inikasını dramatik vəziyyətlərl...
ANL
Azərbaycanın elmi elitası yeni təqdimatda. Bəzən ilk baxışdan adama sadə görünən kitabların daxili mahiyyətinə varandan sonra hiss edirsən ki, kitab mədəniyyətin, dünyagörüşün çox mühüm artibutlarından biri, bəlkə də birincisidir. Aydın tipoloji xarakterə, aydın təyinatına görə məlumat kitabları da ilk baxışdan sadə ma...
ANL
İkinci Dünya Hərbində sovet xalqlarını təsir dairəsində saxlamaq məqsədi ilə Almaniya dövləti xüsusi təbliğat vasitələrindən məharətlə istifadə edirdi. Müharibənin gedişində və Hitlerin ilk aylardakı qələbələrində isə alman təbliğatının əhəmiyyəti silahın gücündən az olmamışdı. Təbliğat Nazirliyi bu sahədəki işini gücl...
ANL
“Hesab edirəm ki, Türkiyə Böyük Millət Məclisində Xocalı ilə bağlı müəyyən qərarlar qəbul etmək imkanı olacaq”. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Media forum” saytının suallarını cavablandırıb. – Fransada “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb ...
ANL
Qənirə Paşayeva:“Talassemiyalı xəstələrin sayı sürətlə artır”. Müsahibimiz millət vəkili Qənirə Paşayevadır. –Qənirə xanım, parlamentin ötən həftə öz işinə başlayan yaz sessiyasının ilk iclasında cəmiyyətdə geniş müzakirələrə səbəb olmuş “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” qanun layihəsinin yenidə...
ANL
Mətbuat tariximizdəki silinməz imza – Məmmədəli Nasir. XIX əsrin sonları və XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı və mətbuatının öyrənilməsi, eləcə də bu dövrün yaradıcı şəxsiyyətlərinin xalqa, millətə müraciət tribunasına çevrilmiş mətbuatın və bu mətbuat səhifələrindəki klassik irsin tədqiqi də müasir mediologiyan...
ANL
Aristotel yazırdı ki, ədəbiyyat tarixi hadisələri tarixin özündən daha dərin əks etdirir, yəni onun sadəcə təsvirini vermir, eləcə şəklini çəkmir, mahiyyətini göstərir. Görəsən, erməni genosidi haqda qanunun Fransa parlamentində qəbulu yolunda özünü “şəhid” eləyən və tarixbazlıqla məşğul olan Nikola Sarkozi antik yunan...
ANL
Məhəmməd Əmin Rəsulzadə. Nəşrin redaktorları:prof. Şamil Vəliyev və elmi işçi Samir Mirzəyevdir. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır. (Əvvəli ötən şənbə saylarımızda). İcmali-əhval. Bu həftə müharibə ə...
ANL
Jurnalistikanın nəzəri konsepsiyaları. Jurnalistikaya ictimai, elmi maraq yeni tarixin deyil, onun bir ictimai institut kimi formalaşma dövrünün məhsuludur. İlk vaxtlar bir az bəsit görünən nəzəri fikirlər getdikcə öz ümumi qanunauyğunluqlarını taparaq ciddi elmi sahəyə çevrilməyə başlamışdır. Ancaq təkrar görünsə də, ...
ANL