text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Filologiya elmləri doktoru, professor Fəxrəddin Veysəllinin “Ana dili: Azərbaycan dili efirdə” kitabını oxuyarkən. Dilin çox mürəkkəb və sirli hadisə olması hamıya bəllidir. İnsanı digər canlılardan fərqləndirən əsas amil dildir. Dilin yaranması müxtəlif mülahizələrə əsaslanır. Bəziləri dil səriştəsini anadangəlmə hesa...
ANL
Kamal Abdulla: “Ümumiyyətlə danışmaqla Azərbaycan dilində danışmaq eyni şey deyil". Məlum olduğu kimi, Prezident İlham Əliyev “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” sərəncam imzalayıb. Bu Sərəncamdan irəli gələn və...
ANL
Şeyx Əbdül Mahmudbəyov: “Mən sabahımı keçən günlərimə qurban verməzdim, bu, naşükürlük olardı”. “PEŞƏKARLIQLA ÖZFƏALİYYƏTİN FƏRQİNİ HƏR KƏSƏ GÖSTƏRMƏK ÜÇÜN ƏLİMDƏN GƏLƏNİ ETMƏYƏ HAZIRAM”. İllərini Azərbaycan kinosuna sərf edən, bir çox filmdə yaddaqalan rolların yaradıcısı olmuş, tanıtıma ehtiyacı olmayan rejissor, akt...
ANL
“BAKI MƏDƏNİYYƏT, SƏNƏT, MEMARLIQ VƏ TURİZM SAHƏLƏRİNDƏ YENİ SƏRMAYƏLƏRLƏ ÖN PLANA ÇIXMAĞA BAŞLAYIB”. Türk Ədəbiyyatı Vəqfinin başqan vəkili, PROGEM Proje Geliştirme Merkezinin İdarə Heyətinin başçısı Cengiz Özdemir qardaş Türkiyənin tanınmış simalarındandır. Uzun illər Hollandiyada yaşayan Cengiz Özdəmir Türkiyənin ən...
ANL
ADPU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müəllimi. Bu yaxınlarda gənc istedadlı nasir Pərvinin “Qar yağacaq” kitabı işıq üzü görüb.Bu hekayələr müəllifin yaşının gəncliyinə baxmayaraq artıq peşəkar qələm sahibi olmasına dəlalət edir. Mən də bu hekayələrlə bağlı müəyyən təərssüratlarımı oxucularla bölüşmək ist...
ANL
Məhəmməd Əmin Rəsulzadə Yazar: Şirməmməd. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır. (Əvvəli ötən şənbə saylarımızda). Yol ötən müxbir. Bir də gördüm qapı açıldı. Bir qoltuğu dolu dəftər-düftər, şapkası o bi...
ANL
Bədii nəsrimizdə şöhrətin zirvəsində olanlardan, o zirvəni fəth edib dünyadan gedənlərdən bəhs edən maraqlı əsərlər yazılır, o şəxsiyyətlərin layiq olduqları şərəfli ömür yolunun bəzən bütöv, bəzən də ayrı-ayrı məqamları tanış-bilişin, yaxınların xatirələrində yazılı yaddaşa köçürülür. El atası, el-oba ünvanı olan elə ...
ANL
Hüseyn Cavid irsinə diqqət və qayğı: parlaq ənənə davam edir. Yaşadığımız dünyada bir çox qeyri-adi, ağılagəlməz, heç kimin inana bilmədiyi hadisələr baş verib. 30-cu illərin dəhşətli günləri, dünyada qan-qan deyən faşist Almaniyasının məğlubiyyəti, SSRİ adlı məkanın bir an içində dağılması, erməni vəhşilərinin Azərbay...
ANL
Cahid İsmayıloğlu, filologiya üzrə fəlsəfə doktoru. Əli İldırımoğlunun əsərlərini, haqqında yazılanları mətbuatdan oxumuşdum, lakin onun şəxsiyyətinin, simasının canlı şahidi olmamışdım. Xoş bir təsadüf nəticəsində Əli İldırımoğlu ilə yaxından tanış oldum, ünsiyyət qurdum. Əbəs yerə deməyiblər ki, insan ünsiyyətdə olar...
ANL
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Qəşəm Çıraqlının “Bu dünya Tanrıya səcdə yeridir” kitabı çapdan çıxıb. Kitabda şairin son iki ildə qələmə aldığı şeirlər toplanıb. Mövzu rəngarəngliyi, dil və üslub sadəliyi Qəşəm Çıraqlının yaradıcılığının başlıca məziyyətlərindəndir. Odur ki, bu şeirlər oxucuda ruh yüksəkliy...
ANL
Rübai üstündə köklənən könül. Yaltada Tatyana Stepanovna adlı mənşəcə rus qadınla həmsöhbətəm. O, ədəbiyyatçı deyil, ancaq yüksək savada və məlumata malikdir. Moskva ətrafında doğulduğunu, sabiq SSRİ-nin paytaxtında hüquq təhsili aldığını söyləyir, kitab-qəzet gecə-gündüz əlindən düşmür. Tez-tez fars şairi Ömər Xəyyamd...
ANL
Sonuncu dayanacaqdan qayıtdığım gün. Dərnəgül stansiyası!.. Qatar sanki qaranəfəs qaçan adam kimi töyşüyə-töyşüyə özünü güclə saxladı. Yan-yörəmə baxdım. Qalan vaqonlardan düşən üç-beş sərnişin də çıxışlara qalxan pilləkənlərə tərəf tələsirdi. Perronda məndən savayı kimsə qalmamışdı. Heç nəzarətçi qadın da gözə dəymird...
ANL
Ədəbi-bədii mətbuatımızda yeni ünvan – “Əbədi Şirvan” jurnalı. Bu gün Azərbaycan mətbuatının yetərincə çoxlu sayda nəşr orqanlarının sırasına ədəbi-bədii, elmi-kütləvi, publisistik rüblük bir jurnal da qoşuldu. Ədəbiyyatın, sənətin formalaşdığı ilkin dövrlərdən üzü bəri yol gələn ədəbi məclislərin, mənəvi-əxlaqi ənənəl...
ANL
Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan Nizami rayonu yaranma tarixinə görə paytaxtın gənc rayonlarındandır. Hələ Sovetlər Birliyi dönəmindən Azərbaycana rəhbərlik etmiş ümummilli lider Heydər Əliyevin hər zaman öz xalqının mənafey...
ANL
“Kitabın bədii və texniki tərtibatı” işıq üzü görüb. İradə Ələsgərovanın “Kitabın bədii və texniki tərtibatı” adlı kitabı nəşr olunub. Kitabın bədii və texniki tərtibatı mövzusunda Azərbaycan dilində ilk dəfə nəşr olunan bu dərs vəsaitində nəşrin texniki tərtibat xüsusiyyətlərindən söhbət açılıb və bədii tərtibat üsull...
ANL
Əli Həsənov YAP Gənclər Birliyinin “Yay məktəbi”ndə gənclərlə görüşüb. Dünəndən etibarən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin “Yay məktəbi” layihəsinin ikinci həftəsi öz işinə başlayıb. Birliyin mətbuat xidmətindən verilən məlumata görə, layihə çərçivəsində Oğuz rayonuna səfər edən partiyanın fəal gəncləri bir ...
ANL
Mətbuat Şurasında “Açıq cəmiyyət və mətbuat” kitabının təqdimatı olub. Dünən Azərbaycan Mətbuat Şurasında tanınmış publisist, filologiya üzrə fəlsəfə doktoru, “Təfəkkür” Universitetinin jurnalistika kafedrasının professoru Tofiq Yusifovun “Açıq cəmiyyət və mətbuat” kitabının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə ...
ANL
Azərbaycan Milli Mətbuatının 137-ci ildönümü qeyd edildi. İyulun 22-də Milli Mətbuat Günü münasibəti ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və bir qrup media təmsilçisi Fəxri Xiyabana gələrək öncə...
ANL
Mənbəyi sadə el dilinin dərin hikmətindən yaranmış şifahi xalq ədəbiyyatına söykənən Azərbaycan ədəbiyyatı, tarixi boyu şərqdə öz fəlsəfi dərinliyi, güclü hikməti, poetik qüdrəti, qeyri-sağlam mühitə qarşı kəskin və barışmaz mövqeyi, zaman-zaman yeniləşən ruhu, inkişaf dinamikası, çoxjanrlı ədəbi nümunələri və bütün bu...
ANL
“Azərbaycanın təhsil tarixi”: milli təhsil haqqında fundamental əsər. Məlum olduğu kimi, təhsil naziri, professor Misir Mərdanovun “Azərbaycanın təhsil tarixi” kitabı ictimaiyyətə təqdim edilib. Misir Mərdanovun müəllifi olduğu kitab 3 cilddədir və kitabların hazırlanmasına ümummilli lider Heydər Əliyevin tapşırığı ilə...
ANL
Azərbaycan öncülləri və mətbuat azadlığı problemi Qulu Məhərrəmli. Mükəmməl Avropa təhsili almış, bir neçə xarici dil bilən Ə.Ağaoğlu azad mətbuatı azad və qanunlara əsaslanan cəmiyyətlə əlaqələndirirdi. O, adıçəkilən birinci məqaləsində yazırdı: “gündəlik və ya dövri mətbuat yalnız o yerdə mümkündür ki, orada fərdin c...
ANL
Dilimiz Azərbaycanda və dünyada: problemlər, perspektivlər, təkliflər... Qazi Universitetinin professoru. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında...
ANL
Dünyanın qarışdığı bir vaxtda, “bağlarının qırıldığı” (U.Şekspir) çətin zəmanədə H.Cavid eşq və etiqad problemini mərkəzə gətirir, müəmmalarla dolu Şeyx Sənan mövzusuna üz tutur. İndi də ədəbiyyatşünaslıq qarşısında belə bir müəmma dayanır: Şeyx Sənan mövzusu tarixdir, əfsanədir, yoxsa sufizm? “Şeyx Sənan” barəsində mü...
ANL
Elçin İsgəndərzadənin “Qürbət hücrəsində” nələr var... ...Hər açılan səhər özünü yenidən doğulmuş kimi dərddən-sərdən uzaq hiss etməyə çalışsan da, bir də baxırsan, QƏM səndən əvvəl oyanıb. Birdən yadına düşür ki, professor, şair Elçin İsgəndərzadənin elektron poçtla göndərdiyi “Qürbət hücrəsində” adlı kitabı hələ oxum...
ANL
Professor Nəsir Əhmədli: “Qərara gəldim ki, jurnalist olacağam, özü də Həsən bəyin yolu ilə gedəcəyəm”. Nəsir müəllim, bu yaxınlarda Ali Media mükafatına layiq görüldünüz. Mükafatın təqdimat mərasimində deyildiyi kimi, bu, həqiqətənmi çoxillik fəaliyyətinizin bəhrəsidir? – Bu il mənim üçün ikiqat əhəmiyyətlidir. Məndə ...
ANL
“Zülfüqar bəy Hacıbəyov arxivinin təsviri” arxivşünaslığa dəyərli töhfə kimi. Mənbəşünas, tarixçi alim Esmira Cavadovanın yenicə nəşr olunmuş “Zülfüqar bəy Hacıbəyov arxivinin təsviri” (Bakı: Elm və təhsil, 2012) adlı kitabı nəinki musiqiçilərin, sənət adamlarının, eyni zamanda adi oxucuların da diqqətindən kənarda qal...
ANL
Unudulmaz “Səhər görüşləri”. Həmsöhbətimiz əməkdar incəsənət xadimi, “Humay”, “Qızıl Dərviş” mükafatları laureatı Məhərrəm Bədirzadə milli televiziyada ilk səhər proqramı “Səhər görüşləri”ni yada salır. Səhər-səhər tamaşaçı süfrə başında maraqlı proqram izləmək arzusunda idi. 1956-cı il fevralın 14-də yaranan Azərbayca...
ANL
Sözün missiyası insanı dəyişdirmək, daha kamil, daha üstün mərtəbəyə qaldırmaqdır. Urvatdan düşməyən söz isə yazıçının vizit kartıdır. Hər zaman, hər şəraitdə orijinallığını, əsilliyini qoruyub saxlayan və sözünə bərabər olan kişilərdən biridir Seyran Səxavət. Yazıçı Seyran Səxavətlə söhbətləşmək sözün işıqlı, həyalı y...
ANL
Fədakarlıq mücəssəməsi. Elə bil qurub-yaratmaq, mübarizə aparmaq üçün doğulmuşdu. Bu qarqaşalı, narahat dünyada rahatlıq tapmazdı. Həmişə haraya isə tələsirdi... Astagəl, tənbəl, pinti insanları heç xoşlamazdı. Yalançılar və yarımçıq iş görənlər gözünün düşməni idi. Bəzən qar-qat ağır, icrası inanılmaz görünən layihələ...
ANL
Zəki Qazioğlu: "Azərbaycan nə qədər güclənərsə, Şimali Kiprs Türk Cumhuriyyəti də o qədər rahat və güvənlikdə olar". Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının "Qadın klubu"nun budəfəki qonağı Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Azərbaycan nümayəndəliyinin rəhbəri Zəki Qazioğludur. - Zəki bəy, ŞKTC ilə Azərbayc...
ANL
“Mahnılar da qadınlar kimidir: taleyi gətirəni də olur, gətirməyəni də”. XANIM İSMAYILQIZI: “RƏŞAD MƏCİDİN SÖZLƏRİNƏ BƏSTƏLƏDİYİM, AYANIN İFA ETDİYİ “ANLA MƏNİ” MAHNISININ TALEYİ UĞURLU OLDU”. Tanınmış bəstəkar və şairə Xanım İsmayılqızı ilə yeni yaradıcılıq planları barəsində söhbət etdik. Həmsöhbətim bugünlərdə, musi...
ANL
Məhəmməd Əmin Rəsulzadə. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır. Unudulmuş sürgünlər. Kars və Batum ətrafında müharibədən zərər görmüş olan hərbzədələr Bakı cəmiyyəti-xeyriyyəsinin kömək elədigi və bu köm...
ANL
Hədər yaşanmayan ömür. çox maraqlı və sanballı kitabı onun səriştəli qələm sahibi olduğunu bir daha göstərdi. Oxucular və tədqiqatçılar bu zəhmətkeş insanı “Şəkinin gülüş çələngi”, “Saa quzu kəsərəm”, “Şəki lətifələri”, “Şəki gülməcələri” kitablarından yaxşı tanıyırlar. Azərbaycan folklorşünasları arasında adı tez-tez,...
ANL
Bu hekayəti mənə güneyli (iranlı) tanışım danışıb. Arazın o tayındakı Aslandüz rayonunun Katta kəndində yaşayır. Qoca kəndin qırağındakı köhnə çayxananı özünə məskən eləmişdi. Çayxana sahibilə danışmışdı ki, hər gecəsinə on min tümən, yəni bir dollar verəcək. Ona çayxananın arxasındakı otaqda yer eləmişdilər. Əvvəllər ...
ANL
“Göyərçin” jurnalı - Azərbaycan milli uşaq mətbuatının parlaq səhifəsi. 1957-ci ildə Azərbaycan mətbuatında yeni bir ünvanın yaradılmasına - daha bir jurnalın nəşrinə qərar verildi. Uşaqlar üçün nəzərdə tutulan bu mətbu orqanının məqsədi, məramı maarifçilik olacaqdı. Başqa cür desək, yeni jurnal Azərbaycan mətbuatında ...
ANL
Alim, diplomat, vətənpərvər. Doğrudur, müasir dövrümüzdə başlığın tələblərinə tam cavab verən insanların sayı o qədər də çox deyil, lakin şikayətlənməyə ciddi əsasımız yoxdur. Təkzibedilməz faktdır ki, kimin və harada çalışmasından, ixtisasından asılı olmayaraq, mənim fikrimcə, əsas odur ki, hamımız üçün əziz olan Vətə...
ANL
Nizami əsərlərinin nəfis əlyazmalar. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin ədəbi irsi, möhtəşəm “Xəmsə”si dünya ədəbiyyatının nadir incilərindən sayılır. Şairin “Xəmsə”sinin dünyanın müxtəlif əlyazma xəzinələrində saxlanan 500-ə qədər nüsxəsi elm aləminə məlumdur. AMEA Əlyazmalar İnstitutunda Nizami əsərlərinin 25 əl...
ANL
QORQUDŞÜNASLIĞIN BANİSİ F.DİTSİN ƏZİZ XATİRƏSİNƏ HƏSR OLUNMUŞ TƏDBİR. 12 iyul 2012-ci il tarixində Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda dünya şöhrətli yazıçı, alim, ictimai xadim, AMEA-nın müxbir üzvü Kamal Abdullanın “Mifdən Yazıya və yaxud Gizli Dədə Qorqud” kitabının müzakirəsi keçirilib. Geniş oxucu rəğbət...
ANL
“Dünyamızı birlikdə rəngləyək: Azərbaycan Qarabağ rəngləri” sərgisinin təqdimatı keçirildi. Ötən gün Azərbaycan Dillər Universitetində “Dünyamızı birlikdə rəngləyək: Azərbaycan Qarabağ rəngləri” sərgisinin təqdimatı keçirilib. Sərgi “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Azər...
ANL
Səməd Vurğunun təklifi: birbaşa üzvlüyə. Yaddaşımın küncündən. Çoxları kimi mənim də nəğməkar-şair, əməkdar incəsənət xadimi Tofiq Mütəllibovla tanışlığım qiyabi - məşhur “Cücələrim” mahnısının hesabına olub, şəxsi tanışlığımız isə “Azərbaycan gəncləri” qəzeti redaksiyasına gəldiyim günlərə - 1974-cü ilin avqustuna təs...
ANL
Aysəba Umutlu: “Azərbaycan həqiqətlərini nə qədər çox təbliğ etsək, bir o qədər xaricdə tanınarıq”. Xaricdə təhsil alan azərbaycanlı gənclər həm də diaspor işində fəal iştirak edir, Azərbaycan həqiqətlərini yaşadıqları ölkədə yaymağa çalışırlar. Müsahibimiz Londonun City Universitetinin Beynəlxalq siyasət və insan hüqu...
ANL
“Ruhum Qarabağlıdır”. Ruhum ərşə çəkilib, Görmədiyim gündən səni. Gözümün yazı kəsmir, Sənə gəlməyəndən bəri. pərişan, Diriykən ölüyəm, sənsiz Qarabağ. Mənim yaralı atam, Mənim yaralı anam, Qarabağ. Qarabağ haqda yüzlərcə əsərlər yazılıb, filmlər çəkilib. Qarabağın gözəlliyi, onun təbiəti, ağrısı-acısı, başına gələn mü...
ANL
"Təhsil sistemindəki yeniliklərin ictimaiyyətə vaxtında və qərəzsiz çatdırılmasında "525-ci qəzet"in müstəsna rolu var". Pərvinin həmsöhbəti təhsil naziri Misir Mərdanovdur. Pərvin: Misir müəllim, sizinlə müxtəlif mövzularda 10 söhbətimiz arxada qalıb. Hesab edirəm ki, bu aylar ərzində oxucular həyatınız və fəaliyyətin...
ANL
Xəbərsiz ötən Zaman. Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü, “Kaspi” qəzeti və Təhsil Mərkəzinin rəhbəri, görkəmli publisist, dövlət və dövlətçiliyimizin milli-siyasi atributu olan azərbaycançılıq ideologiyasının tanınmış tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevanın yenicə ça...
ANL
Bir hadisələr dünyası, bir biliklər dünyası, bir də söz dünyası var. Əsas vəzifələrdən biri bu dünyalar arasında qarşılıqlı anlaşma, adekvat münasibət qurmaqdır. Söz, anlayış, loqos adi danışıq dilinin əsasını təşkil edir. Məhz buna görədir ki, bir çox filosofların fikrinə görə, adi danışıq dili həqiqi varlığın özüdür....
ANL
Türkiyənin ev sahibliyi etdiyi Uluslararası Xəzər şeir axşamları 1992-ci ildən başlayaraq hər il keçirilməkdədir. Bütün türk dünyasına hesablanan və böyük tarixi missiya daşıyan bu möhtəşəm şeir bayramının bir əhəmiyyəti də bundadır ki, hər növbəti bayram ortaq ədəbi dəyərlərimizi yaradan Müzhəd Dədə, Əhməd Kabaklı, Əh...
ANL
Məhəmməd Əmin Rəsulzadə. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır. (Əvvəli ötən şənbə saylarımızda). Məsələlər. Bakı xəbərlərini oxuyursunuzmu? Qənd məsələsi. Çörək məsələsi. Qəzetəmizin Bakı xəbəri qismini...
ANL
Danışdı mənə. SƏNİ GÖRƏNDƏ. Səni görəndə. döşəməyə sərir onu. Nəyi tapa bilmir bu quşlar? Bu əbədi həsrətin axı kökü nədəndir? itirdikləri vətəndir?! DƏYMƏZ QARA QƏPİYƏ. Otaran kişi, Dəyməz qara qəpiyə. nə qədər öyünsən belə. Axı kiminsə qabağında. sən özün də qoyunsan belə. BİRCƏ DƏFƏ. çox çəkdim. Birinin ruhu inciməd...
ANL
“Hərtərəfli olmaq istəyirsənsə, başqa mədəniyyətləri, başqa dilləri də bilməlisən". "AMMA ƏVVƏLCƏ ÖZ DİLİNƏ, ÖZ MƏDƏNİYYƏTİNƏ SAHİB ÇIXMALISAN”. Pərvinin həmsöhbəti professor Tofiq Məliklidir. Pərvin: Bakıda xoş gördük sizi, Tofiq müəllim. Bilirik ki, uzun illərdir vətəndən kənarda yaşayırsız. Amma aradabir Bakıya da g...
ANL
Mayın 19-da böyük şairimiz RƏSUL RZANIN doğum günü Fəxri Xiyabanda anılarkən ən etibarlı yaradıcı kimi şair Oqtay Rza çox sağlam olmasa da yenə də ordaydı. Təbii ki, çıxış da elədi.Bu anma mərasiminin ən maraqlı anı Anar müəllimin hövsələsinin daralma anı oldu.İki-üç nəfər çıxış eləyəndən sonra anım gününü aparan şair ...
ANL
Yoxluğunun xiffətini çəkdiyim sənətkar. Elə sənətkarlar var ki, ölümü ilə təkcə el-obanın deyil, bütün xalqın qəlbini sızıldadır. Ümumxalq məhəbbəti qazanan, yoxluğu ilə ürəklərə od salan Aşıq Şakir belə sənətkarlardan idi... Keçən əsrin 50-ci illərinin ortaları idi. Yaxşı yadımdadır, hər gün radionun günorta konsertin...
ANL
Anti-İslam təbliğatı və ya faciəli geriyə doğru irəliyə. Nəcib dalğa yayan kəhrəba (electrum) təbiətli mömin dostlara. Böyük Aleksandr tarixdə ən müəmmalı böyük şəxsiyyətlərdən biridir. O, Homerin daim özü ilə gəzdirdiyi “İliada”sındakı qəhrəman döyüşçü Axillesi təqlid etməyə çalışırdı. Faraon kimi isə, o, Misir ənənəl...
ANL
Sevilməyə məhkum şair. Azərbaycan poeziyasında özünəməxsus yer tutan, yaratdığı önəmli əsərlərlə hələ sağlığında ölümsüzlüyə qovuşan, yenilməz ruhlu, əyilməz iradəli böyük şair Məmməd İsmayılın yaradıcılığına oxucular hər zaman xüsusi maraq və məhəbbət göstəriblər. Bu maraq son illərdə daha da güclənib və get-gedə də a...
ANL
Türklərin pravətənləri haqqında, yaxud akademik Mirfatıx Zəkiyevə açıq məktub. Hörmətli akademik Mirfatıx Zəkiyev! Qazaxıstanda dövlət başçısı, Türk Dünyasının liderlərindən biri Nursultan Nazarbayevin təşəbbüsü ilə yaradılmış Türk Akademiyasının ilk (və ən dəyərli!) nəşrlərindən olan bu kitab ənənəvi türkologiyanın bi...
ANL
“Sovet dövründə millətimizə vurulmuş ən ağır zərbə söz sahibi olan ziyalıların repressiyaya məruz qalmasıdır. Pərvinin həmsöhbəti təhsil naziri Misir Mərdanovdur. Bir neçə həftədir “525-ci qəzet”in şənbə saylarında təhsil naziri Misir Mərdanovla müxtəlif mövzularda silsilə söhbətlərimiz oxuculara təqdim olunur. Bu söhb...
ANL
İstedadlı jurnalist, nəcib insan. Ölkəmizdə, onun ayrı-ayrı regionlarında, o cümlədən Ağsuda, Ağsu rayonunun səfalı Pirhəsənli kəndində cəmiyyətimizə, elmimizə, mətbuatımıza böyük fayda vermiş dəyərli ziyalılar, istedadlı qələm sahibləri az yetişməmişdi. Onlardan biri də mənalı ömrünü mətbuatımıza həsr etmiş yazıçı-jur...
ANL
Mirzə Fətəli Axundovun elmi-nəzəri görüşləri. Mirzə Fətəli Axundovun ədəbiyyatımızda yeni bir eranın başlanğıcını qoyan görkəmli bir dramaturq, nasir, tənqidçi və filosof olması qətiyyən şübhə doğurmayan danılmaz həqiqətdir. İndinin özündə də Axundovun zəngin, rəngarəng ədəbi irsindən faydalanmaq, öyrənmək çox vacibdir...
ANL
Mətbuat tariximizdə “Molla Nəsrəddin” jurnalı: milli mədəni nailiyyət kimi. XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan qüdrətli söz ustası, yazıçı-dramaturq C.Məmmədquluzadənin ədəbi-publisist fəaliyyətində “Molla Nəsrəddin” satirik məcmuəsi xüsusi bir səhifə təşkil edir. Ən başlıcası, ona görə ki,...
ANL
Pul alıb adam öldürürlər. Pul alıb iş düzəldirlər. Pul alıb oğrunu doğru, doğrunu oğru eləyirlər. Pul alıb dostdan, əqidədən imtina edirlər. İnsan vicdansız olanda hər əmələ qatlaşır, hər sənədə imza atır. Bəlkə insanı bu tövr davranmağa vadar edən kasıblıqdır? Alfred İll də kasıb deyi: vaxtilə öz sevgisindən süd dükan...
ANL
Naxçıvan: ilkin şəhər mədəniyyətinin. Bəşəriyyətin ən qədim insan məskənlərindən biri olan, planetimizdə ilkin şəhər mədəniyyətinə sahib olmaqla bərabər, onu dünya sivilizasiyasına bəxş edən, Nuh peyğəmbəri məzarının yerləşdiyi ərazi, “Ümumdünya tufanı” ilə əlaqədar əfsanəvi gəmini xatırladan “Gəmiqaya” abidəsinin oldu...
ANL
Dahilər. O günü qatara qalxdım. Onun gözü məni, mənim gözüm onu tutmamışdan qabaq tutmuşdu. Belə olmasaydı, gözümü yayındırardım. Niyəsini izah etməyə nə ehtiyac?! Siz də bəzi tanışları görəndə (çatdırsanız) gözünüzü yayındırırsınız. Səbəb aydındır. Mən onu görəndə o artıq mənə tərəf gəlirdi. Vaqon da, bilirsiniz, uzun...
ANL
Vahid Əzizin poeziya dünyasına bir baxış. Onu hər zaman bütöv şəxsiyyət, yaxşı insan, səmimi dost kimi qəbul etmiş, poetik istedadına da böyük hörmət bəsləmişəm. Lakin bu yaxınlarda onun gənclərlə, daha düzü Sosial Münasibətlər Universitetinin bir neçə yüz tələbəsi ilə keçirilən görüşündə qarşımda yeni bir Vahid Əzizin...
ANL
Kulturologiya obyektivliyi sevən elmdir. 525-ci qəzetin 31 may 2012-ci il tarixli sayında tarix elmləri doktoru, professor Fuad Məmmədovla “Bölgələrdə kulturoloji mərkəzlər açılmalıdır” və “Azərbaycanda “Kulturologiya İnstitutu”, “Kulturologiya Akademiyası” yaradılmalıdır” başlıqları altında müsahibə dərc edilib. Bu ba...
ANL
“Molla Nəsrəddin” jurnalı və dövri mətbuata münasibət məsələsi. Dövri mətbuat. “Azərbaycan mətbuatının şah əsəri” haqqında. “Molla Nəsrəddin” jurnalının birinci sayı 6 aprel 1906-cı il tarixdə Tiflis şəhərində çap olunsa da, dövri mətbuat hələ jurnalın nəşrindən əvvəl Azərbaycanın və Yaxın Şərqin ilk satira dərgisi haq...
ANL
Türk xalqlarının folkloru və ədəbiyyatı haqda dəyərli nəşr. Son dövrlərdə Azərbaycanda Türk xalqlarının müxtəlif problemləri, eləcə də tarixləri, ədəbiyyatları, mədəniyyətləri ilə bağlı aparılan araşdırılmlar nəticəsində çoxlu yazılar mətbuatda dərc ediib. Ancaq təəssüf doğuran odur ki, Sovet dovrünün qadağalarından şi...
ANL
Gülüşləri dodağında donan. Qəribə bir təzad, qəribə bir oxşarlıq. Oxşarlığa bax, ilahi! Səhərisi gün şairimizin doğum günü idi. Görəsən həbsxanada nələr çəkib, mərd, cəsur, uzaqgörən, həssas qəlbli, doğmalarına bağlı şairim? XX əsr Azərbaycan poeziyasını Müşfiqsiz təsəvvür etmək olmaz. Bu gün də bütün nəsillərin, xüsus...
ANL
Məhəmməd Əmin Rəsulzadə. Əsərləri. Üçüncü cild. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır. (Əvvəli ötən şənbə saylarımızda). İkinci məqaləmizdə məktəblərdən gözlənilən məqsəddə də müsəlman əfkari-amməsi ilə ...
ANL
Elçinlə ədəbiyyat söhbəti Akademiyada müzakirə edildi. İyunun 6-da Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda “Elçinlə ədəbiyyat söhbəti. Yaşarın Xalq yazıçısı Elçin ilə müsahibəsi” kitabının müzakirəsi keçirildi. Tədbiri giriş sözü ilə açan filologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü ...
ANL
Oralarda kimlər var: Ömər Ərdəm. Şair Ömər Ərdəm yeni şeir kitabı “Kor”da həyatda qarşılaşdığımız yanlışlıqlara, səhvlərə, bəzən də mücərrədçiliyə uğrayır şeirləriylə. Bu şeirlərin misralarında məna gizlənməklə bərabər,sətiraltı çarpışmalar da diqqəti çəkir.Artıq şeirlərində püxtələşən bir şairin səsini eşitdiyimiz üçü...
ANL
Epik teatrın qığılcımları. “Yaşlı xanımın gəlişi” ilə alovlanan bu qığılcımlar milli teatrın səhnəsində vətəndaş duyğusunun bənzərsiz ifadə vasitəsinə çevrilə bilir. Bu gün Milli Dram Teatrında gedən canlanmanı sezməmək mümkün deyil. Yeni teatr layihələri gerçəkləşdirilir, beynəlxalq əməkdaşlıq genişlənir, qapılar xari...
ANL
Anti-İslam təbliğatı və ya faciəli geriyə doğru irəliyə çağırış. Nəcib dalğa yayan kəhrəba (electrum) təbiətli mömin dostlara. (Əvvəli ötən şənbə saylarımızda). Üçüncü əsrdən başlayaraq Roma dünyası tənəzzül dövrünü yaşamağa başladı. Generallar bir-birilə vətəndaş müharibələri aparırdılar. German tayfaları və Persiya o...
ANL
Ürəyə damanlar və ya gerçəkləşən gümanlar. Bu məqalə Türkiyənin önəmli şairlərindən biri olan Əli Akbaşın “İlin ədəbiyyat adamı” seçilməsi münasibəti ilə hazırlanan kitab üçün Anadolu türkcəsi ilə yazılmışdı. Dostumun Azərbaycanda ilk şeirlər kitabının yayınlanması, Bəxtiyar Vahabzadə adına uluslararası mükafatına layi...
ANL
“İlham Əliyevin prezidentlik dövrü təhsil tariximizdə qızıl dövr kimi qalacaq”. Pərvinin həmsöhbəti təhsil naziri Misir Mərdanovdur. Bir neçə həftədir “525-ci qəzet”in şənbə saylarında təhsil naziri Misir Mərdanovla müxtəlif mövzularda silsilə söhbətlərimiz oxuculara təqdim olunur. Bu söhbətlərin hər birində həmsöhbəti...
ANL
Ürəyə damanlar və ya gerçəkləşən gümanlar. Bu məqalə Türkiyənin önəmli şairlərindən biri olan Əli Akbaşın “İlin ədəbiyyat adamı” seçilməsi münasibəti ilə hazırlanan kitab üçün Anadolu türkcəsi ilə yazılmışdı. Dostumun Azərbaycanda ilk şeirlər kitabının yayınlanması, Bəxtiyar Vahabzadə adına uluslararası mükafatına layi...
ANL
Yazıçı-alim səlahiyyəti ilə... “Elçinlə ədəbiyyat söhbəti” ətrafında mülahizələr. Çağdaş ədəbi mühitdə ənənə şəklini alan “sönük və fərəhsiz prezentasiyalar” şəraitində canlı, peşəkar ədəbiyyat söhbətinin ortaya qoyulması ədəbi həyatımızda vaxtı ilə məşhur olan ədəbi məclislərin ab-havasını yenidən yaratmaq cəhdi təəss...
ANL
KİV-ə Dövlət Dəstəyi Fondu Nizami Rayon İcra Hakimiyyəti ilə birgə konfrans keçirdi. İyunun 11–də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Nizami Rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Yerli icra Hakimiyyəti orqanları ilə kütləvi inf...
ANL
“Teleskop və ya yuxuda və gerçəklikdə uçuşanlar. XIX əsrin sonları XX əsrin əvvələrini Azərbaycan ədəbiyyatının demək olar ki, ən çox yazıçı yetişdirdiyi və ən məhsuldar bəhrə verdiyi, eyni zamanda da ən çox haqsızlığa və qırğına məruz qaldığı bir dövr kimi dəyərləndirmək doğru olar. Lakin bu dövrün həm də ən çox “dano...
ANL
Real həqiqətdən ilahi həqiqətə gedən yol. Klassik ədəbi-bədii irsə tədqiqatçı marağı insanın öz xalqına, millətinə məhəbbətdən doğulur. Füzuli kimi dahi şairdən, onun ilahi söz möcüzələrindən yazmaq üçün ilk növbədə Füzulini yetirən xalqı sevmək lazımdır. Belə bir dəruni sevgi əsl ziyalı, vətənkeş alim, istedadında duy...
ANL
Şumerşünaslığa dəyərli töhfə. Bakı Slavyan Universitetində “Filoloqun kitabxanası-100” seriyasından daha bir kitab işıq üzü görüb. Tanınmış şumeroloq Samuel N.Kramerin “Tarix şumerdə başlayır. Yazılı tarixdə otuz doqquz ilk” kitabı Azərbaycan dilinə tərcümə olunaraq oxuculara təqdim edilib. Bu gün ixtisaslaşmasına ən ç...
ANL
Bəxtiyar Sadıqov Naxçıvan Dövlət Universitetinin qonağı olub. Naxçıvan Dövlət Universitetində “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqovla görüş keçirilib. Görüşdən öncə millət vəkili, tanınmış jurnalist universitetin Jurnalistika və dünya ədəbiyyatı kafedrası, Media Mərkəzi ilə yaxı...
ANL
Susmuş uşağın sözü və ya uzaqlara baxan şair. İnqilab İsaq uzaqlara baxan şairdir! Axı möcüzə deyilən şey uzaqlarda olur. Axı söz özü də yaxında görünsə də çox-çox uzaqlardadır. Elə bizi yaradan Allah yaxın göründüyü qədər də uzaqda deyilmi?! Bu iki bəndlik şeirin son misrası da həmin sözlərlə bitir. Blok deyir ki, ölü...
ANL
Nədir Vətən yanğısı. Adını eşidib üzünü görmədiyi Şuşadan uzaqlarda dünyaya göz açmış, 15 yaşlı Ülkər Tağızadənin yurd istəyinə ithaf edirəm. Məktəbli qızımızın yurda dönmək qətiyyəti duyğulandırdı məni. Vətənpərvərliyi, vətən yanğısı ürəyimə od saldı, içimi yandırdı. Xatirələrin yağışı gözlərimdən axıb-axıb, qələmimə ...
ANL
Bu hadisədən əvvəlki gün dayanmadan yağış yağmışdı.Yağış bu yerlərdə çox əlamətdar hadisə sayılırdı. Ona görə yox ki, buralara yağış yağmırdı. Sadəcə yağışdan sonra səmanı tutan göy qurşağı uğur rəmzi hesab edilirdi. Başa düşmək olmurdu ki, əmin –amanlıq, rahatlıq təzahür etdiyi bir yerin camaatı niyə bu qədər uğur axt...
ANL
Azər Qaraçənli: “Nə qədər yenilik meydana çıxsa da, mətbuatın rolu, nüfuzu azalan deyil. MEDİAFORUM”DA AZƏRBAYCANIN HƏQİQİ MƏNZƏRƏSİNİN GÖRÜNMƏSİNİ, ƏSAS PROBLEMLƏRİNİN BİLİNMƏSİNİ İSTƏYİRİK”. MÜSAHİBİMİZ “MEDİAFORUM” XƏBƏR SAYTININ BAŞ REDAKTORU AZƏR QARAÇƏNLİDİR. Niyə məhz sayt açdınız? İnternet medianın mətbuatdan ü...
ANL
Ulu şəxsiyyət və ustad alim. Sevgili peyğəmbərimiz Həzrəti Məhəmməd (s.a.v) “İnsanların ən xeyirlisi insanlara faydalı olandır” buyurub. İnsan bu dünyada ruh və bədən kimi bir-birindən fərqli iki qüvvəni təmsil etməkdədir. Qəlbin ağla, ruhun bədənə hakim olduqda, yaradılmış olaraq bəndə azad və hürr haqqına sahib olur....
ANL
Ürək çox dərdə dözmür. QARABAĞ AĞRISI ZİYƏDDİN SULTANOV QƏLƏMİNDƏ. Azərbaycanın son vaxtlarda apardığı uğurlu təbliğat siyasəti nəticəsində dünya ictimaiyyətinə məlum oldu ki, Xocalı faciəsi təkcə bir xalqın deyil, bütövlükdə bəşəriyyətə, insanlığa qarşı çevrilmiş ən rəzil, ən dəhşətli bir qətliam faktıdır. İndi dünyan...
ANL
Kədərli şeirlər demə, Zülfiyyə. Bakının mərkəzində – Rəşid Behbudov prospektində yerləşən, elə korifey sənətçimizin adını daşıyan “Mahnı Teatrı”nda təxminən üç il əvvəl keçirilən ədəbi-bədii məclislərin birinin dəvətliləri sırasında mən də var idim. Müxtəlif çıxışçılarla yanaşı bədii qiraətçilər də tez-tez səhnədə yerl...
ANL
Şuşaya məktublar. Sənsiz ölüm yalan oldu. Halım yaman, halım xəstə, Dərdim zildə-səsim pəsdə, Qərənfillər dəstə-dəstə. Şəhid yola salan oldu. Kimdi yağı, biləmmədim, Kimsəylə dərd böləmmədim, Öz evimə gələmmədim, Satan satdı, alan aldı. Mən səndən başlayan yolam, Sənə qayıdacaq balam, Yolu bağlı viran Qalam. İkinci mək...
ANL
Məhəmməd Əmin Rəsulzadə. Nəşrin redaktorları: prof. Şamil Vəliyev və elmi işçi Samir Mirzəyevdir. Əsərləri. Üçüncü cild. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır. (Əvvəli ötən şənbə saylarımızda). Bilirsini...
ANL
Məti OSMANOĞLU. Köhnə dostum Taleh Həmidin şeirləri, ümumən yaradıcılığı və həyat yolu haqqında fikirləşəndə düşüncəmdə yaranan ilk assosiasiya bu olur və içimdə bir təhrik yaranır: Talehin şeirlərini tale işığına tutmaq, yazılarında onun, eləcə də bizim – dünyanın tozlu yolları boyunca yarım əsrdən artıq ayaq döyüb, y...
ANL
“MEDİAFORUM”DA AZƏRBAYCANIN HƏQİQİ MƏNZƏRƏSİNİN GÖRÜNMƏSİNİ, ƏSAS PROBLEMLƏRİNİN BİLİNMƏSİNİ İSTƏYİRİK”. MÜSAHİBİMİZ “MEDİAFORUM” XƏBƏR SAYTININ BAŞ REDAKTORU AZƏR QARAÇƏNLİDİR. Niyə məhz sayt açdınız? İnternet medianın mətbuatdan üstünlüyünü nədə hiss etdiniz? Bir qədər saytın tarixi haqqında... – “Mediaforum” saytı İ...
ANL
O zaman İttifaq adlanan qurum təsis olunarkən tərkibində 93 üzv və üzvlüyə namizəd vardı. İttifaqın ilk sədri Məmməd Kazım Ələkbərli olmuşdur. Sonrakı illərdə quruma Seyfulla Şamilov, Rəsul Rza, Səməd Vurğun, Süleyman Rəhimov, Mirzə İbrahimov, Mehdi Hüseyn, İmran Qasımov, İsmayıl Şıxlı başçılıq etmişlər. İyunun18-də An...
ANL
ŞAİRLƏR. Vətənindən qaçqın. Rusiyada çölü azaddı, özü yaddı, içində ürəyi əsirdi. Ürəyinin içində. Tac eston qızı ilə evləndi. onların bəsi idi. Heç ayrı görmədim onları. ikisi də bir-birinin kölgəsiydi. dünyanın qara niyyətini. Atası Sudanın qarabalası, anası Estoniyanın. qar qızıdı. Rollara paylandı qəlbinin odu, Bir...
ANL
Qalibi olmayan müharibə. “Şah və Sultan” romanı İskəndər Palanın dilimizə tərcümə edilən ilk əsəridir (romanı Azərbaycan dilinə tanınmış yazıçı və istedadlı mütərcim Nəriman Əbdülrəhmanlı çevirib). Ölkəmizdə az tanınan pedaqoq-alim və yazıçının Türkiyədə təxminən əlliyə yaxın kitabı çap olunub. Bu kitabların əksəriyyət...
ANL
Anti-İslam təbliğatı və ya faciəli geriyə doğru irəliyə çağırış Nəcib dalğa yayan kəhrəba (electrum) təbiətli mömin dostlara. (Əvvəli ötən şənbə saylarımızda). İslam birbaşa istiqamətlənmiş və sadə inam idi, Allahın iradəsinə tabe olmaq lüzumunu vurğulayırdı. Məhəmməd peyğəmbər bu dinin köməyi ilə, həm də özünün ona hə...
ANL
Kobo Abeni tərcümə edərkən yazılmış söz. Kobo Abe Tokio Universitetinin tibb fakültəsini bitirmişdi, ancaq yazıçı kimi yüksək qiymətləndirdiyi Anton Çexovdan fərqli olaraq, heç vaxt həkimlik etməmişdi və ədəbiyyat onun bu dünyadakı yeganə missiyası idi. Düzdür, o, dünyada baş verən siyasi proseslərə biganə qalmırdı və ...
ANL
“Müstəqillik dövründə ali təhsil sisteminin beynəlxalq standartlara uyğun hüquqi-normativ bazası yaradılıb”. Pərvinin həmsöhbəti təhsil naziri Misir Mərdanovdur. Bir neçə həftədir “525-ci qəzet”in şənbə saylarında təhsil naziri Misir Mərdanovla müxtəlif mövzularda silsilə söhbətlərimiz oxuculara təqdim olunur. Bu söhbə...
ANL
Amma müəyyən mənada bu sənət sıralamasını tərsinə də düzmək olar. Belə ki, o, ilk öncə musiqiçi kimi sənətə gəlib, yalnız bundan sonra rejissor kimi çalışıb və ardınca filmlərə çəkilib. Tofiqdə musiqiçi qabiliyyəti lap erkən yaşlarından üzə çıxıb. Amma müharibə illərində anası, qardaşı və bacısıyla cəbhəyə yollanan ata...
ANL
XALQ YAZIÇISI İSMAYIL ŞIXLININ ÖMÜR YOLUNA BİR NƏZƏR. Tarixdə elə şəxsiyyətlər var ki, onlar yalnızca bir nəslin qohumu, əqrabası olmurlar, ölməz əməlləri ilə təmsil etdikləri bütöv bir millətin yaxınına, doğmasına, əzizinə çevrilirlər. Yəqin ədəbi baxımdan bu qaçılmaz bir tale diqtəsidir. Amma bu “Sakit Donları”, bu “...
ANL
Nihalənin “İşdə meditasiya”sı işıq üzü görüb. Gənc yazar Nihalənin “İşdə meditasiya” adlı hekayələr kitabı oxuculara təqdim olunub. Müəllifin hekayələri vətənpərvərlik və milli təssübkeşlik motivlərindədir. Doğma yurdun gözəllikləri, əsir torpaqlarımızın yanğıları hekayələrin əsas mövzusudur. Nihalə hekayələrində sevgi...
ANL