text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
VALERİ MARÇENKO AZƏRBAYCANDA və yaxud ABBAS ABDULLA VƏ VALERİ MARÇENKO. K etomu obyazıvaet i tot veçer kotorıy tı sobiraeşsya orqanizovat v Kirovabade. (Valeri ÇIXDI sözünü məhz bizim dildə yazıb. Olduğu kimi saxlayıram və bundan sonrakı məktublarda də heç nəyə toxunulmur). Ya sçitayu eto svoey tvorçiskiy i orqanizator... | ANL |
Şərq-Qərb qovşağında yeniləşmə hərəkatı və ziddiyyətlər. MİRZƏ FƏTƏLİ AXUNDZADƏ HAQQINDA DÜŞÜNCƏLƏR. Antik dövrdən başlamış butün zamanların içində hüceyrə-hüceyrə yetişən, toxuma-toxuma cücərən yeni dövr öz kökünə, mənbəyinə tamam yeni biçim vermiş, dünyanın indiyə qədər bəlli olmayan yeni mənzərəsini çəkmiş, yeni arz... | ANL |
BU NAŞILIQ, YOXSA YANLIŞLIQDIR? Dövlət müstəqilliyimizin bərpasından sonra Hüseyn Cavid irsinin öyrənilməsi, təbliği, xatirəsinin əbədiləşdirilməsi istiqamətində respublikamızda olduqca dəyərli işlər görüldü. Bakıda Cavidin ev-muzeyi, Naxçıvanda Cavidlər məqbərəsi yaradıldı. Həyat və yaradıcılığı ilə bağlı mükəmməl elm... | ANL |
Bu günlərdə “Mütərcim” nəşriyyatında Səlim Babullaoğlunun yazıçı Əjdər Ol haqqında “Sənət əsirliyində” adlı kitabı çıxıb. Kitaba müəllifin yazıçı, şair, dramaturq və tərcüməçi kimi çoxprofilli ədəbi fəaliyyətlə məşğul olan Əjdər Olun yaradıcılığı haqqında 2005-ci ildən bu yana müxtəlif vaxtlarda yazılmış resenziya və t... | ANL |
Elazığ-Bakı mədəniyyət və sənət görüşü. ALMAS İLDIRIMIN İKİNCİ VƏTƏNİNDƏN UNUDULMAZ TƏƏSSÜRATLAR. Nə qar, nə şaxta o yerləri görmək istəyimizin qarşısını ala bilmədi. Fərqli və doğma mədəniyyətlərin, incəsənətlərin, ədəbiyyatların qovuşduğu bu məkanda bizi qar yox, günəşli gün qarşıladı. Sanki Elazığa yaz gəlmişdi... X... | ANL |
Gənc xanəndə Vüsalə Musayeva:“Muğamı ruhumun laylası bilirəm”. “BƏXTİMİZ GƏTİRİB Kİ, MUĞAMIN CANLI ENSİKLOPEDİYASI OLAN USTAD SƏNƏTKARLARLA BİR DÖVRDƏ YAŞAYIR, ONLARIN DƏRSLƏRİNİ, TÖVSİYƏ VƏ NƏSİHƏTLƏRİNİ DİNLƏYİRİK”. Gənc xanəndə Vüsalə Musayeva yeni nəsil muğam ifaçılarımızın ən istedadlı nümayəndələrindən biri kimi ... | ANL |
“Azərbaycan xalçaları” jurnalının ikinci sayı işıq üzü görüb. Mədəni sərvətimiz – xalçalardan bəhs edən “Azərbaycan xalçaları” adlı elmi-bədii jurnalının ikinci sayı nəşr olunub. “Azər-İlmə” xalçaçılıq müəssisəsinin təsis etdiyi “Azərbaycan xalçaları” jurnalında bəşəriyyətin mədəni irsinə çevrilən, milli sərvətimiz ola... | ANL |
Qiymətli tədqiqat əsəri: “Azərbaycan Təhsil Tarixi”. Çoxları Azərbaycan təhsilinin tarixinin əsassız olaraq ən yaxşı halda XIX əsrin ikinci yarısından başlandığını qeyd edirlər. Bəlkə də bu, həmin adamların da nöqsanı deyil. Əslində, Azərbaycan təhsilinin tarixinin dərin araşdırmalara, sistemli təhlilə, real faktlara s... | ANL |
Təhsil Nazirliyinin YUNESKO ilə əməkdaşlığı: nəticələr və perspektivlər. UNESCO BMT-nin ixtisaslaşmış qurumu kimi Təhsil Nazirliyinin uğurla əməkdaşlıq etdiyi tərəfdaşlardan biridir. Bu təşkilatla əməkdaşlıq razılaşdırılan ikitərəfli proqramlar və birgə layihələr vasitəsilə həyata keçirilir. Bu isə o deməkdir ki, UNESC... | ANL |
Gövhər Baxşəliyeva: “İslam aləmində qadınların ali təhsil almalarına ciddi diqqət yetirilməlidir”. Müsahibimiz Milli Məclisin İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqındakı nümayəndə heyətinin rəhbəri, professor Gövhər Baxşəliyevadır. – Yanvarın 26-31-də İndoneziyanın Palembanq şəhərində İslam Əməkdaşlığı Təşkilatı... | ANL |
“Milliləşmə və zənginləşmə prosesi daim getməlidir”. Müsahibimiz Milli Məclisin Mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərovdur. –Nizami müəllim, adlar və soyadlarla bağlı məsələ son günlər yenidən aktuallaşıb. Milli Məclisin Regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov bir müddət öncə sözügedə... | ANL |
Torpağa həsr olunan və torpaq qədər əbədi ömür. Hər bir insanın həyatında onun gələcək taleyinə təsir edəcək əhəmiyyətli məqamlar, dönüş nöqtələri olur. Ali məktəblərə test imtahanlarında topladığım bal Tibb Universitetinə “yetmədi”. Qismət məni BDU-ya gətirdi: biologiya fakültəsinin torpaqşünaslıq ixtisasına. Sözün dü... | ANL |
“Buzovna kəndinin əhvalatları”na ictimai baxış olub. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xalq yazıçısı Elçinin Abşeron mövzusuna həsr olunmuş nəsr əsərləri əsasında səhnələşdirilən “Buzovna kəndinin əhvalatları” tamaşasına ictimai baxışı keçirilib. Xalq yazıçısının “Toyuğun diri qalması” hekayəsi və “Dolça” po... | ANL |
Muzey Mərkəzində “6-cı mikrorayon rəssamları” adlı sərginin açılış mərasimi gerçəkləşib. Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə həyata keçirilən sərgidə Xalq rəssamı Fərhad Xəlilov sərgi haqqında məlumat verərək bildirib ki, belə tədbirlərin keçirilməsində əsas mə... | ANL |
“Media nümayəndələrilə əlaqələrimizi daha da genişləndirmək fikrindəyik”. TÜRKANƏ BƏYLƏRLİ: “ÇALIŞIRIQ Kİ, MEDİA ORQANLARI AMEA NAXÇIVAN BÖLMƏSİNİN FƏALİYYƏTİNİ DƏQİQ, OBYEKTİV VƏ HƏRTƏRƏFLİ ƏKS ETDİRMƏK İMKANI QAZANSIN”. AMEA Naxçıvan Bölməsi müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı olan ümummilli lider Heydə... | ANL |
Rəbiyyət Aslanova: “Şərq susur, məsələlərə seyrçi münasibət bəsləyir və sözsüz ki, o müqəddəs yer də boş qalmır”. Müsahibimiz Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, professor Rəbiyyət Aslanovadır. – Rəbiyyət xanım, bugünlərdə İsveçrə hüquq-mühafizə orqanları həmin ölkədə səfərdə olan və haqlı olaraq uydurma ... | ANL |
Ölkə televiziyasının mərkəzində. Düz 56 il əvvəl – qışın oğlan çağında – Bakı televiziya studiyası ilk dəfə efirə çıxmış və cəmi iki saat ərzində paytaxt sakinlərinə xoş ovqat bəxş etmişdi. O zaman heç kəs təsəvvürünə gətirə bilməzdi ki, kiçicik telestudiya gələcəkdə “Azərbaycan Teleradio Verilişləri” QSC adlı iri medi... | ANL |
Əli Abbasov: “İnkişaf rəqabətin məhsuludur”. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov “İCTnews” elektron xəbər xidmətinə müsahibə verib. Müsahibəni ixtisarla dərc edirik. – Cənab nazir, Azərbaycanda İKT sektorundakı inkişafı necə xarakterizə edərdiniz? – Azərbaycanda İKT sahəsində beynəlxal... | ANL |
Cinayətkarlıq cəmiyyətin məhsuludur. Kölə üzərində ağasının hökmü və iradəsi necədirsə, canlı varlığın da ruhu onun bədəninə hakim olmalı, təfəkkürü instinktinə və psixi inikasına sahib çıxmağı bacarmalı, nəfsinin və iradəsinin ədalətli hakimi, ağası olmalıdır. Belə olarsa cinayətlərə uzanan yol daralacaq. Müəyyən qrup... | ANL |
XXI əsr bəşəriyyətin yeni sivilizasiya dövrüdür. Bu dövrün ən xarakterik xüsusiyyətləri sırasında informasiya azadlığı, insan hüququ, hakimiyyətin fəaliyyətinin şəffaflığı, şəxsiyyətə hörmət, azad seçkilər – bir sözlə, demokratik dəyərlər sistemi dayanır. Bu dəyərlərin formalaşması və onun prinsiplərinin mənimsənilməsi... | ANL |
Qara Qarayevin xatirə gecəsi keçirilib. Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda Qara Qarayevin xatirə gecəsi təşkil edilib. İttifaqın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərasimdə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə böyük bəstəkarın həya... | ANL |
Suğra Bağırzadənin güllərdən yaratdığı kompozisiyaların sərgisi açılıb. Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda, tanınmış sənətkar Suğra Bağırzadənin fərdi sərgisinin açılışı olub. Tədbiri Azərbaycan Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov açaraq, Suğra Bağırzadənin yaradıcılığı haqqında ... | ANL |
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Gəncliyin səsi” festivalı çərçivəsində “Buta” gənclər xorunun konserti keçirilib. Konsertdə Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səslənib. Kollektivi pianoda Emil Əfrasiyab, kontrabasda Ruslan Hüseynov, zərb alətlərində İsgəndər Ələsgəro... | ANL |
Vətən sevgisiylə döyünən şair ürəyi. Aləmlərin Rəbbi olan Allah mənim taleyimi və yaradıcılığımı Moskvada fəaliyyət göstərən”Şəhriyar” ədəbi-mədəni cəmiyyəti ilə bağlayan gündən şair Nəsib Nəbioğlu ilə səmimi münasibətdə olmuşam. Bu səmimiyyət getdikcə dərinləşib və qəlblərimizi daha da yaxınlaşdırıb. Mən Nəsib Nəbioğl... | ANL |
Sıfır nöqtəsində. Stolun üstündə dişə dəyən heç nə yoxuydu. “Lənətə gələsən! İndi onun qarasına deyinirdi. Əslində “Zil Moskva”nın heç bir günahı yoxuydu. Əlini cibinə saldı. Məyusluğu artdı: “Sabah açılsa, qarnımızı doyuzdurardıq. Yəqin qızlar nəsə gətirərlər.” “Qızlar” deyəndə kişi şöbə yoldaşlarını nəzərdə tuturdu. ... | ANL |
Yubiley ərəfəsində. Azərbaycan Dövlət Televiziyasında 40 ildən yuxarı rejissorluq fəaliyyəti ilə məşğul olan, sənətkar ailəsində doğulub boya-başa çatmış, ziyalı valideynlərinin milli-əxlaqi dəyərlərə söykənən tərbiyəsini almış Ramiz Həsənoğlu biri-birindən qiymətli ekran əsərləri yaratmaqla geniş tamaşaçı rəğbəti qaza... | ANL |
Humanitar təfəkkürün inikası. Sosrealizm nəzəri-inzibati qəliblərindən azad olduğu son iyirmi ildə Azərbaycan ədəbiyyatşünaslığı yalnız özündə yox, ümumiyyətlə, milli ictimai fikirdə prinsipial tarixi-elmi-estetik keyfiyyət dəyişikliyi əldə etmək üçün, tədqiqatların iki istiqamətdə aparılmasını tələb edirdi: 1. Azad nə... | ANL |
Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda yazıçı-publisist İradə Tuncayın “Yol romanı” kitabının təqdimat mərasimi keçirilib. Tədbiri AYB-nin katibi, “525-ci qəzet”in Baş redaktoru Rəşad Məcid açaraq, yeni kitabının işıq üzü görməsi münasibətilə İradə Tuncaya Yazıçılar Birliyi rəhbərliyinin təbr... | ANL |
Kinomuzun həqiqi ulduzu – Həsən Məmmədov. Kim ki, bir balaca tanındı, bir neçə dəfə televiziyaya çəkildi dərhal o adamı yazırlar “ulduz”ların siyahısına. Ucaldırlar, şöhrətləndirirlər və haradansa, kimlərsə tapılır ki, bu üzdəniraq “ulduz”ları maliyyələşdirir, arxasında durur, hər cəhətdən onun qəyyumuna çevrilir. Adət... | ANL |
“Bu gün dünəndən başlayır” silsiləsindən. Hacıbaba Bağırov öz tamaşaçısını çox asanlıqla, özü də ürəkdən güldürə bilirdi. Onun gülüş doğuran elementləri qeyri-adi idi və başqa gülüş ustalarına bənzəmirdi. Onu yamsılamaq olardı, amma Hacıbaba Bağırovun gülüş elementlərini axtarıb tapmaq, ona sahib olmaq qeyri-mümkün idi... | ANL |
Məhəmməd Əmin Rəsulzadə. Nəşrin redaktorları:prof. Şamil Vəliyev və elmi işçi. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır. (Əvvəli ötən şənbə saylarımızda). İcmali-əhval. Müharibə meydanları əvvəlki həftələrd... | ANL |
AXŞAMÜSTÜ. Fevralın yeddisinin sanki məşq elədiyi məhşəri bir çovğunda Montin bazarının sağ-soluna burula-burula çox məhşur bir sənətkarın kirayədə qaldığı evi axtarırdıq. Telefonda nişangah verdiyi darvazası qırmızı ev o qədərdi ki... Xəstəliyinin şiddət etdiyini eşidib, Azərbaycan sazının tacidarı Aşıq Ədaləti belə b... | ANL |
VALERİ MARÇENKO AZƏRBAYCANDA və yaxud ABBAS ABDULLA VƏ VALERİ MARÇENKO. Ukraynalı gənc dissident,alim , yazıçı,tərcüməçi və araşdırıcı,Azərbaycan ədəbiyyatının yaxın dostu, 37 yaşında SSRİ lagerlərində yaxalandığı uzun sürən ağır xəstəlikdən sonra vəfat edən Valeri Marçenko haqqında bu KƏDƏRLİ VƏ UNUDULMAYAN HEKAYƏTİN ... | ANL |
Şərq-Qərb qovşağında yeniləşmə hərəkatı və ziddiyyətlər. (MİRZƏ FƏTƏLİ AXUNDZADƏ HAQQINDA DÜŞÜNCƏLƏR). Ədəbiyyat tariximizin və M.F.Axundzadə yaradıcılığının yeni baxışla araşdırılmasında böyük xidmətləri olan rəhmətliklər M.Ə.Rəsulzadənin, M.Rəfilinin, Ə.Sultanlının, M.Cəfərin, C.Cəfərovun, Y.Qarayevin, tələbəm S.Tağı... | ANL |
Yaşımın onda neçə olduğunu dəqiq xatırlamıram. Balaca idim, yaşamağın nə olduğunu hələ yeni öyrənməyə başlamışdım. Qaynar çaydandan , itlərdən bir də hündürlükdən qorxduğum qədər heç nədən qorxmurdum. Nə zaman eyvanın kənarına yaxınlaşsam anam qışqırardı. Düzünü desəm, yıxılmaqdan daha çox anamın cır səsi qorxudurdu mə... | ANL |
Yəqin həyatı maraqlı etmək üçün... Allah yaradılmışın ən alisini iki cinsə bölüb. Gücü kişiyə, zərifliyi qadına bəxş edib. Bəlkə bu, birinin qoruyan digərinin qorunan olmasından ötrü belədir. Amma qadın elə Həvvadan başlayaraq kişiyə sığınsa da, eyni zamanda dəyişdirmək, idarə etmək qabiliyyətini sübuta yetirib. Zaman ... | ANL |
“Yalnız həqiqət”in həqiqəti. Xalq yazıçısı Elçin Jan Pol Sartrın “Yalnız həqiqət” pyesini Azərbaycan dilinə tərcümə edib. Yazıçının bu yaxınlarda kitab halında nəşr olunacaq pyeslə bağlı yazdığı esseni oxucularımıza təqdim edirik. Bu tarixi ona görə belə dəqiq göstərirəm ki, həmin il Moskvanın “İskusstvo” nəşriyyatı Sa... | ANL |
Fədakar alim – monolit şəxsiyyət. Allah ona əbədi narahatlıq bəxş etmişdi. O təkcə iki ayağını yox, həm də iki dayağını gəzdirməli idi. Qollarının altı, əllərinin içi yağır olmuşdu qoltuq ağaclarını daşımaqdan. Onun ağaclarının taqqıltısı harada eşidilməmişdi: ən məsul dövlət idarələrində, nəşriyyatda, Bakının, Tiflisi... | ANL |
TƏDBİRİ “AŞIQ ŞƏMŞİR” MƏDƏNİYYƏT OCAĞI İCTİMAİ BİRLİYİ TƏŞKİL EDİB. Bu günlərdə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi Almaniyanın Kassel şəhərində “2012- ci ilin Azərbaycan gecəsi” adlı tədbir keçirib. Tədbir Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı və ölkəmizin Almaniyadakı səfirliyi elə... | ANL |
“Azadlıq iki üstəgəl ikinin dördə bərabər olduğunu demək haqqıdır. Əgər buna imkan yaradılırsa, qalan hər şey öz yerini tapacaq”. 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası” seriyasından nəşr olunan kitabların tərtibat və poliqrafiya keyfiyyətinə söz yoxdu. Aşağı səviyyəli tərcümələr barədə fikrimi bəzi müəlliflərin özü... | ANL |
Təhsil sahəsində Avropa Şurası ilə əməkdaşlıq: inkişaf üçün münbit zəmin. Azərbaycan təhsil sisteminin beynəlxalq, o cümlədən Avropa təhsil məkanına inteqrasiyası beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində mümkündür. Bununla əlaqədar Təhsil Nazirliyinin fəaliyyətinin əsas istiqamətlərindən biri də məhz beynəlxa... | ANL |
“Korrupsiya ilə mübarizədə vətəndaş institutları da məsuliyyət daşıyır”. “TRANSPRENCY INTERNATİONAL” TƏŞKİLATININ AZƏRBAYCAN MİLLİ BÖLMƏSİ OLAN “ŞƏFFAFLIQ AZƏRBAYCAN” TƏŞKİLATININ İCRAÇI DİREKTORU RƏNA SƏFƏRƏLİYEVANIN MÜSAHİBƏSİ. – Bildiyiniz kimi, Azərbaycan Vergilər Nazirliyi və Beynəlxalq Antikorrupsiya Akademiyası ... | ANL |
Kamran Əliyev: “Azərbaycan korrupsiya ilə mübarizə sahəsində bəzi məsələlərdə Avropa ölkələrinə çatıb, hətta onları keçib”. “KORRUPSİYA HÜQUQPOZMALARININ QARŞISINI CƏRRAHİ TƏDBİRLƏRLƏ ALMAQ MÜMKÜN DEYİL, ƏSAS ÜSUL TƏKMİLLƏŞDİRMƏ YOLUDUR”. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevin... | ANL |
Bu fərziyə doğru olsaydı milyonlarla insan tarixin qızıl səhifələrində yer alardı. Demək bu düşüncə yanlışdır. Fikrimcə, filosof bir sıra üstün keyfiyyətlərə sahib olan, adi insanlardan daha artıq düşünən və həyatı dərk etməyə çalışan insandır. Fəlsəfədə suallar önəmlidir deyirlər, buna mən də qatılıram. Ancaq fəlsəfəd... | ANL |
Moskvada Məmməd İsmayılla görüş keçirildi. Bu dəfə də yola Çanaqqaladan- o qürbətdən, Moskvaya- bu qürbətə tanınmış rus şairi və tərcüməçisi Yuriy Kuznetsovun xatirəsinə həsr olunmuş konfransda iştirak etmək üçün çıxdı. Hər dəfə bir səfərə hazırlaşanda : “gələn dəfə yolum...” və bu tamamlanmayan qırıq cümlə kimi qırıq ... | ANL |
“Buzovna kəndinin əhvalatları” Gənc Tamaşaçılar Teatrının səhnəsində. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xalq yazıçısı Elçinin Abşerondan bəhs edən nəsr əsərlərindən səhnələşdirilmiş “Buzovna kəndinin əhvalatları” tamaşasının premyerası keçirilib. Xalq yazıçısının “Toyuğun diri qalması” hekayəsi və “Dolça” po... | ANL |
Aktyorlar evində Kamran Nəzirlinin “Şeytan işığı” tragikomediyası göstərilib. Abbas Mirzə Şərifzadə adına Aktyorlar Evində yazıçı-dramaturq Kamran Nəzirlinin “Şeytan işığı” tragikomediyası əsasında N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının hazırladığı tamaşa nümayiş etdirilib. Tamaşanın quruluşçu rejissoru Nax... | ANL |
Niyazinin 100 illik yubileyi münasibətilə konsert keçirilib. Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda dünya şöhrətli dirijor, bəstəkar, ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazinin anadan olmasının 100 illiyi münasibətilə Bakı şəhəri Musiqi Məktəbləri müəlliml... | ANL |
“Marketinq və tamaşaçı şəbəkəsinin yaranması”. Dünən Mədəniyyət və Turizm Nazirliyi, Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası (ASSİTEJ) və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının birgə təşkilatçılığı ilə Bakıda ASSİTEJ-in İcra Komitəsinin toplantısı çərçivəsində gənc aktyorlar və teatrşünaslar üçün “Mark... | ANL |
Füzuli poetik sistemində dil. Dil bir xalqın, bir millətin, bir qövmün deyil, bütün bəşəriyyətin yaratdığı ən qiymətli sərvətdir. Dünyada xalqlar, millətlər, etnik qruplar çoxdur, çoxunun dövləti olmasa da, dili var. Dil əslində toplumun varlığı əlamətidir. Həqiqətən də dil bayramı bayramların ən səmimisi, ən doğması v... | ANL |
Azərbaycan məktəblərinin 2-ci sinifləri üçün yazılmış “Ana dili” dərsliyində dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin məşhur “Qız məktəbində” şeirinin başına açılan “oyun” haqqında görkəmli jurnalist-xanım Flora Xəlilzadənin çaldığı həyəcan təbili uzun illərdən bəri Cavid əsərlərinin nəşri ilə məşğul olan bir... | ANL |
Elçin Behbudov: “Bizə işgəncələrlə bağlı daxil olan şikayətlər azalır”. “ELMİRA SÜLEYMANOVA BİR İCTİMAİ TƏŞKİLATIN DA MİLLİ PREVENTİV MEXANİZMDƏ TƏMSİL OLUNMASINA İMKAN VERMİR”. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin fəaliyyətə başlamasının 10 ili tamam olur. Komitənin sədri, hüquq müdafiəçisi Elçin Behbudov bununla ... | ANL |
Qarayazının dəmir ağacları... Yuxarıdan meşələrə baxanda bir görməklə dəmir ağaclarını seçmək, tanımaq mümkündü. Ayrıca bir zolaq kimi meşənin bu başından o başına uzanar. Bu da ən əsası alıb verdiyi nəfəsə, yaratdığı ab-havaya, sonra da yarpaqlarının rənginə, boy-buxununa, görkəminə görədi. Ekoloji ahəngin pozulduğunu... | ANL |
Ağa Laçınlının seçilmiş şeirlər toplusu çapdan çıxıb. Mərhum şair Ağa Laçınlının şeirlərindən ibarət kitab çıxıb. “Sabah” nəşriyyatında 520 səhifədə çap olunmuş kitabda Ağa Laçınlının vaxtilə işıq üzü görmüş şeir kitablarından seçmələr toplanıb. “Sabah” nəşriyyatının çap etdiyi topluda Ağa Laçınlının kitablarından seçm... | ANL |
Xocam Xocalı” və “Aynasında buta” kitablarının təqdimatı keçirilib. Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Beynəlxalq Rəsul Rza, Şahmar Ələkbərzadə mükafatları laureatı, şair Ədalət Əsgəroğlunun “Ərgünəş” nəşriyyatında çapdan çıxmış “Xocam Xocalı” və “Mütərcim” nəşriyyatında çapdan çıxmış “Ay... | ANL |
Xocalı soyqırımının genosid kimi beynəlxalq hüquqi əsasları. Azərbaycan xalqı artıq iki əsrə yaxındır ki, erməni millətçiləri tərəfindən vaxtaşırı, beynəlxalq hüququn ümumtanınmış norma və prinsiplərinin, həmçinin əsas insan hüquq və azadlıqlarının kütləvi şəkildə kobud pozulması, işgəncələr və digər qeyri-insani, insa... | ANL |
Xocalı faciəsi sənət əsərlərində. Bu günlər bəşəriyyət tarixində insanlığa qarşı ermənilər tərəfindən törədilən ağlasığmaz vəhşiliyin – Xocalı faciəsinin 20 ili tamam olur. Bu dəhşətli qətliamın ağrıları bu günə kimi də bizi tərk etməməkdə, düşmən gülləsinə tuş gəlmiş günahsız soydaşlarımızın xatirəsi əziz tutulmaqdadı... | ANL |
Professor Səlahəddin Xəlilovu mən çoxdan tanıyıram. O, Azərbaycan universitetinin rektoru idi. Orda mən müxtəlif tədbirlərdə iştirak edirdim. Hətta mən onların universitetində mühazirə də oxumuşam, dərs də demişəm və bu şəkildə Səlahəddin müəllimlə yaxından tanış olmuşam. Azərbaycanda onun kimi alimlər çox az tapılar. ... | ANL |
“İranın Azərbaycana qarşı yürütdüyü siyasət yaxın qonşuluq və dostluq siyasəti deyil”. QÜDRƏT HƏSƏNQULİYEV: “TAKSİM”DƏ KEÇİRİLƏCƏK AKSİYAYA SİYASİ ÇALAR VERİLMƏSİNİN ƏLEYHİNƏYƏM”. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin APA-ya müsahibəsi. Bu ərəfədə görülən işləri... | ANL |
Əli Hüseynli: “Qarabağ probleminin həllində bəlkə ən ədalətli rolu Rusiya oynaya bilər”. “SOÇİ GÖRÜŞÜNDƏ İMZALANMIŞ BƏYANATDA ZİYALILARIN BU PROSESƏ QATILMASI İLƏ BAĞLI BƏND CİDDİ MÜZAKİRƏYƏ SƏBƏB OLMADI”. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin Modern.az saytına müsahibəsin... | ANL |
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Şaiqin anadan olmasının ildönümü münasibətilə ədibin adını daşıyan 54 saylı orta məktəbin və Abdulla Şaiqin Mənzil Muzeyinin “Yad et məni – Abdulla Şaiqin xatirə gecəsi” adlı birgə tədbiri gerçəkləşəcək. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, anma mərasi... | ANL |
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində kollegiya iclası keçirilib. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin ötən ilin yekunlarına dair kollegiya iclası keçirilib. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 2011-ci ilin ölkədə turizm ili elan olunduğunu bir daha diqqətə çatdırıb və qeyd ed... | ANL |
Onomologiyanın tərkib hissələrindən biri olan antroponimika – şəxs adları, soy adları, famillər, təxəllüslər, ləqəblərdən bəhs edir. Şəxs adlarının və familiyalarının öyrənilməsi təkçə dilçilik üçün deyil, tarix, etnoqrafiya, ədəbiyyatşünaslıq və s. üçün də böyük əhəmiyyətə malikdir. Şəxs adları, müəyyən mənada, tarixi... | ANL |
Finlandiyada uzun müddətdən bəri davam edən prezident seçkisi həyəcanı, coşğusu nəhayət ki, bitdi. Hələ seçkilərdən öncə başlayan həyəcan bütün seçkilər boyunca yüksələn xətlə davam etdi. İnsanlar iş yerlərində, ictimai yerlərdə, dükan-bazarda ancaq seçkini müzakirə edirdilər. Seçki passivliyinə alışdığım üçün bu seçic... | ANL |
Təəccüb və təəssüfün ağrısı. Həyatımızda, ömrümüzdə elə müəmmalı, gözlənilməz hadisələr olur ki, belə olayların “niyə” və “nə üçün” suallarına cavab tapmaq bəzi hallarda müşkilə, əzaba çevrilir desəm, mənə inanın. Xocalı faciəsinin 20 illiyidir və təəssüflə, ürək ağrısı ilə qeyd etməyi vacib bilirəm ki, anamız Qarabağı... | ANL |
Vergilər nazirinin müşaviri: “Azərbaycanda POS-terminalların quraşdırılmasında canlanma müşahidə olunur”. POS-TERMİNALLARIN QEYDİYYATINI SÜRƏTLƏNDİRMƏK ÜÇÜN VERGİ ƏMƏKDAŞLARINA I-PADLAR PAYLANIB. Azərbaycanın vergilər nazirinin müşaviri, baş vergi xidməti müşaviri İlqar Əhmədovun “APA-ECONOMICS”ə müsahibəsi. – Məlum ol... | ANL |
Cavid Qurbanov: “Prezidentin fərmanı vəziyyəti kökündən dəyişdi”. “Azəryolservis” ASC-nin sədri, millət vəkili Cavid Qurbanov hakim Yeni Azərbaycan Partiyasının saytına müsabibə verib. Müsahibəni ixtisarla təqdim edirik. – Cavid müəllim, son illər ərzində Azərbaycanın yol təsərrüfatında həyata keçirilən işlər hansı nai... | ANL |
Küveytdə Xocalı soyqırımıyla bağlı silsilə tədbirlər keçirilir. Xocalı soyqırımının növbəti 20-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyi tərəfindən bir sıra silsilə tədbirlər həyata keçirilir. Həmin tədbirlər çərçivəsində fevralın 20-də Sabah Əl-Səlim məntəqəsinin orta ümumtəhsil... | ANL |
Pakistanda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edildi. Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kompaniyasına dəstək olaraq Pakistan İslam Respublikasının Müasir Dillər Universitetində Xocalı faciəsinin 2-ci ildönümünə həsr edilmiş “Azə... | ANL |
Bu günlərdə şair Rüfət Əhmədzadənin “Sizin ilə gülə-gülə” adlı satirik şeirlərdən ibarət kitabı mərhumun oğlu Zülfüqar Rüfətoğlunun tərtibatı ilə işıq üzü görüb. Kitabın girişində Zülfüqar Rüfətoğlu yazdığı “Ölməyə vaxtı olmayan adam...” yazısında Rüfət Əhmədzadənin həyatından qısa və əsas fraqmentləri qələmə alıb. Məq... | ANL |
Budapeştdə Azərbaycan Mədəniyyəti Günləri keçirilib. Fevralın 21-də Macarıstanın paytaxtı Budapeştdə ELTE Universitetinin Böyük konfrans salonunda “Azərbaycan mədəniyyətinin elmi təqdimatı” mövzusunda Azərbaycan Mədəniyyəti Günləri keçirilib. Azərbaycanın Macarıstandakı səfirliyi ilə Azərbaycan Mədəniyyət və Turizm Naz... | ANL |
“Əsrin faciəsi” M.S.Ordubadinin xatirə muzeyində. M.S.Ordubadinin Xatirə muzeyində Dövlət Din Tarixi muzeyi ilə birgə Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş “Əsrin faciəsi” adlı anım gecəsi keçirilib. Tədbirdə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeçiliyində olan ev-muzeylərinin və Bülbülün Xatirə muze... | ANL |
Elmi dünyagörüşünü, fəlsəfi baxışlarını, Azərbaycandan dünyaya, dünyadan Azərbaycana açdığı pəncərəni, vətəndaşlıq mövqeyini, hadisələrə və insana son dərəcə obyektiv münasibətini heyranlıqla izlədiyim professor Səlahəddin Xəlilovun 60 yaşına bir yazı ərməğan etmək istədim. Bu yazıda Səlahəddin müəllimə böyük hörmətimi... | ANL |
Bu qanlı, sinəsi dağlı sözlər dillənmək havası ilə üsyan edir qəlbimdə. Bu qar havasında, çovğunda Xocalı müsibətim, Şuşa fəryadım, doğma evim- Ağdam dərdim daha artıq üşüdür, titrədir bəzən daşa dönən, bəzən də nanə yarpağı kimi əsən könlümü. Düşünürəm ki, Qarabağ müharibəsi, torpaqlarımızın işğalı ilə bağlı bir şahid... | ANL |
İlahi! dipdiri ölülər var! Orda Ölülər dip-diri! Oyaqdır,Ölülər... Zikkələri,səsləri oyaqdır! Əlavə zınqırov istəmir, onların nə təngizar qulaqları, nə yorğun-arğın-üzgün. bədən hücrələrindən. üzülən zuzələr! Onların sümük xatirəsində, indi yalnız. torpağa əndərilmiş Böyük Hürkü, şaşqın qışqırıqlarının yaddaşı yaşayır!... | ANL |
Xocalı ağrısının səhnə təcəssümü. Artıq 20 ildir ki, Xocalı faciəsi və bu faciənin qurbanları dövlət səviyyəsində, müxtəlif təşkilatlar və teatrlarda yad edilir. Bu il də xalqımızın başına gətirilən bu faciə Xocalı soyqırımı dərin hüznlə xatırlanır. Artıq bununla bağlı tədbirlərə start verilib. Ancaq düzü bu tədbirlər ... | ANL |
İşıqlı alim, müdrik insan. Ötən əsrin səksəninci illərində işıq üzü görmüş “Altı il Dəclə – Fərat sahillərində” adlı kitabın cəmiyyətdə yaratdığı abu-hava indi də gözümün qabağındadır. Yadımdadır, yüz mindən çox tirajla çap olunan bu kitabı əldə eləmək hamıya müəssər ola bilməmişdi. Amma onu Azərbaycan oxucusunun böyük... | ANL |
Məhəmməd Əmin Rəsulzadə. Nəşrin redaktorları: prof. Şamil Vəliyev və elmi işçi Samir Mirzəyevdir. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır. (Əvvəli ötən şənbə saylarımızda). Türkistan üçün mühüm bir arzu. D... | ANL |
Şərq-Qərb qovşağında yeniləşmə hərəkatı və ziddiyyətlər. (MİRZƏ FƏTƏLİ AXUNDZADƏ HAQQINDA DÜŞÜNCƏLƏR). (Əvvəli ötən şənbə saylarımızda). Ədəbiyyat tariximizin və M.F.Axundzadə yaradıcılığının yeni baxışla araşdırılmasında böyük xidmətləri olan rəhmətliklər M.Ə.Rəsulzadənin, M.Rəfilinin, Ə.Sultanlının, M.Cəfərin, C.Cəfə... | ANL |
Əbu Turxanın hikmət dünyası. Din həyatın mənasını bilavasitə təyin edir, dini dəyərlərin isbata ehtiyacı yoxdur. Burada həqiqət hissi təcrübə, məntiqi təfəkkür və ya bədii obraz vasitəsilə deyil, qəlbin nuru, mənəvi işıqlanma ilə açılır. Fəlsəfə ilə dinin məqsədi eynidir, amma birinci idrak, ikinci inam üzərində qərar ... | ANL |
ŞƏRƏFLİ AİLƏNIN SONBEŞİYİ – OKTAY MİR-QASIM. Mən o vaxt televiziya ekranından tamaşaçılara artıq tanış idim. Məni Yuri Qaqarin adına “Pionerlər evi”ndəki dram dərnəyində məşq zamanı görüb bəyənən, Oktay “Azərbaycanfilm”də yenicə istehsalata buraxılmış “Əmək və qızıl gül” adlı məşhur rəqqas Mahmud Esenbayevin (İşxoyevin... | ANL |
Bir sıra Avropa dövlətləri tərəfindən həyata keçirilən ikili siyasət standartlarını açıq-aşkar nümayiş etdirən Fransanın qəbul etdiyi müvafiq qanun layihəsi həmvətənlərimi çox hiddətləndirdi. Prinsip etibarı ilə Azərbaycanlılar bu siyasətə çoxdan alışmışlar. Artıq 20 ildir ki, sivil dünya birliyi Azərbaycana qarşı həya... | ANL |
Azərbaycan təhsilində dərslik siyasəti. Azərbaycanın təhsil sistemində 10 ildən artıq bir müddətdə davamlı və məqsədyönlü şəkildə aparılan islahatlar dövlət müstəqilliyinin mühüm əlamətlərindən biridir. Müstəqillik yeni dövlətçilik ənənələrinin yaranmasına, bütün sahələrdə uzun illər boyu kök salmış stereotiplərə və fə... | ANL |
XOCALIDA BİR GECƏ... Türkiyədə ən nüfuzlu qəzetlərdən biri olan “YENİASYA” (internet saytı www.yeniasya.com.tr bizdə bir çox məqamlarda NURÇULAR adıyla tənqid olunan bir ortamın üstünlük verdiyi,amma heç də qaraguruhçu olmayan bir qəzet) nüfuzlu qəzetlərdən biri hesab olunur.Türkiyədə yaşadığım illərdə bu qəzetdə uzun ... | ANL |
“ÜNS Yaradıcılıq Səhnəsi”ndə müasir Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan “YARAT!” qeyri-kommersiya təşkilatının “012 Bakı Public Art Festivalı”nın təntənəli açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da iştirak ed... | ANL |
Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının Bakı toplantısı yekunlaşıb. Mədəniyyət və Turizm Nazirliyi, Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının (ASSİTEJ) və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının birgə təşkilatçılığı ilə fevralın 20-dən 26-dək Bakıda keçirilən ASSİTEJ-in İcra Komitəsinin t... | ANL |
Bu gün görkəmli şair və publisist Səyavuş Sərxanlının doğum günüdür. Yeddi il bundan əvvəl dünyasını dəyişən istedadlı sənət adamını nə ötən illər, nə ötən günlər bizdən uzaqlaşdıra bilmir. Hər gündə, hər ildə onun yeri görünür, ədəbiyyatımızda və poeziyamızda olduğu kimi. Şairin ömür-gün yoldaşı, AMEA-nın Folklor İnst... | ANL |
Nə bilim, nağıldır dünyanın işi... Elə bu an həmişə yaradıcılığına və şəxsiyyətinə hörmət bəslədiyim, hiylədən, hikkədən uzaq, varını verməkdən çəkinməyən, əlində olanı ehtiyacı olanlardan əsirgəməyən, həmişə üzü gülər, dostdan, eləcə də düşməndən belə (onun düşməni yox idi) köməyini əsirgəməyən, fevralın 28-də 70 yaşı... | ANL |
BAŞ REDAKTOR İNTİQAM QASIMZADƏ: “İL BOYU JURNALIN BİR-BİRİNDƏN MARAQLI, OXUNAQLI NÖMRƏLƏRİNİ HAZIRLAYIB BURAXMAQLA “AZƏRBAYCAN”ın 90 YAŞINI QEYD EDƏCƏYİK”. Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanı olan “Azərbaycan” jurnalının bu yaxınlarda 89 yaşı tamamlandı. 90 illiyinə qədəm qoymuş jurnalın baş redaktoru İntiqam ... | ANL |
Qənirə Paşayeva: “Əgər tarixi qurdalasaq, bizim İrana deyəcək sözümüz daha çoxdur”. Müsahibimiz millət vəkili Qənirə Paşayevadır. –Qənirə xanım, son bir ay ərzində yenidən İran-Azərbaycan münasibətləri kəskin xarakter alıb. İranla münasibətlərin gərginləşməsi, sizcə, hansı tərəfə daha ziyanlıdır və İran öz aqressiv, əs... | ANL |
“Elmə və təhsilə yardım fondu” yaradılıb. Bu yaxınlarda “İrşad” İslam araşdırmaları mərkəzində “Elmə və təhsilə yardım fondu” fəaliyyətinə başlayıb. Müxbirimiz Fondun icraçı direktoru İlhamə İsmayılovaya bir neçə sualla müraciət edib. – Yeni yaradılmış Fondun məqsədi nədədir? Biz bilirik ki, “İrşad” mərkəzi əvvəllər də... | ANL |
Xocalı soyqırımının 20-ci ildönümü Gənc Tamaşaçılar Teatrında qeyd olunub. Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımı qurbanları Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında anılıb. Teatrda yazıçı-publisist Vaqif Əlixanlının “Hardasan, oğul” əsəri əsasında səhnələşdir... | ANL |
Azərbaycan Yaradıcılıq Fondunun “Sönməyən Ulduzlar” teatrının hazırladığı “Deyirlər, toy olacaq” adlı ikihissəli lirik komediyanın nümayişi olub. Xalq artisti Hafiz Fətullayevin həm müəllifi, həm də rejissoru olduğu tamaşada xalq artisti Vaqif Əliyev, əməkdar artistlər Rafiq İbrahimov, Şükufə Musayeva, aktyorlar Lətafə... | ANL |
Moskvada Məmməd İsmayılla görüş keçirildi. Bu dəfə də yola Çanaqqaladan- o qürbətdən, Moskvaya- bu qürbətə tanınmış rus şairi və tərcüməçisi Yuriy Kuznetsovun xatirəsinə həsr olunmuş konfransda iştirak etmək üçün çıxdı. Hər dəfə bir səfərə hazırlaşanda : “gələn dəfə yolum...” və bu tamamlanmayan qırıq cümlə kimi qırıq ... | ANL |
Zirvədəki ünvan: vətəndaşlıq, alimlik və ziyalılıq səlahiyyəti. Keçən əsrin 80-ci illərinin ortalarıydı, Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib, SSRİ Dövlər Xarici Turizm Komitəsində məsul bir vəzifədə çalışırdım. Karl Marks (indiki Oxotnıy ryad) prospekti, ev 16-da yerləşən Komitəylə Azərbaycanın Daimi n... | ANL |
Rafael Hüseynov: “Öz xalqının və torpağının gələcəyi haqqında düşünən dövlət olaraq hərbi cəhətdən güclü olmalıyıq”. Müsahibimiz Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, professor Rafael Hüseynovdur. –Rafael müəllim, bir müddət öncə ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri bildirib k... | ANL |
“Argentina Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”. “RƏSMİ BUENOS-AYRES DƏFƏLƏRLƏ MÜNAQİŞƏNİN BMT QƏTNAMƏLƏRİNƏ UYĞUN NİZAMLANMASINA TƏRƏFDAR OLDUĞUNU BİLDİRİB” MÜSAHİBİMİZ AZƏRBAYCANIN ARGENTİNADAKI SƏFİRİ MƏMMƏD ƏHMƏDZADƏDİR. Habelə, beynəlxalq forumlar çərçivəsində də yüksək səviyyəli görüşlər təşkil edilib ki, ... | ANL |
“Məzunlarımızın xoş sədalarını eşitmək qürur verir”. ŞƏHLA ƏLİYEVA: “YUSİF MÜƏLLİMİN GÖRDÜYÜ İŞLƏR TƏLƏBƏLƏRİN OXUMASI ÜÇÜN HƏR ŞƏRAİTİN YARADILMASINA XİDMƏT EDİR”. Əliyeva Şəhla Qasım qızı Qərbi Azərbaycanda anadan olub. ADPU-nu qırmızı diplomla bitirib. Təhsil aldığı illərdə fakültənin komsomol təşkilatının katibi, i... | ANL |
Ənənə ilə müasirliyin bütövlüyü. RƏSSAM ÜLVİYYƏ HƏMZƏYEVANIN YARADICILIQ PORTRETİ. Əgər Azərbaycan təsviri sənətinin inkişafında XIX əsrin ikinci yarısında Şuşada fəaliyyət göstərən Mir Mövsüm Nəvvab, Usta Qəmbər Qarabaği və Xurşudbanu Natəvanın yaradıcılığı duyulası önəm kəsb edibsə, bir müddət sonra - əsrlərin qovşağ... | ANL |
“Dilimiz, ədəbiyyatımız və kimliyimiz uğrunda” Cavad Heyət mübarizəsi Kateqoriya: Görkəmli cərrah, ədəbiyyatşünas alim Cavad Heyətin “Dilimiz, ədəbiyyatımız və kimliyimiz uğrunda” monumental əsərinin böyük maraqla mütaliəsini başa çatdırdım. Kitabda Türk dilinə, Azərbaycan ədəbiyyatına əhatəli və mükəmməl bir baxış ifa... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.