text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Azərbaycanda sosial proqramlar uğurla icra edilir. Cari ilin birinci rübünün makroiqtisadi göstəriciləri bunu deməyə əsas verir. Azərbaycanda hər bir vətəndaşın mənafeyinə cavab verən, təminatlı gələcəyə etibarlı zəmin yaradan təkmil siyasi kursun davam etdirilməsi bugünkü uğurlarımızı şərtləndirir. Son yeddi ildə icti... | ANL |
Polşa Respublikası Prezidentinin vəzifəsini icra edən Polşa Respublikası Seyminin sədri zati-aliləri cənab Bronislav Komorovskiyə. Hörmətli cənab Bronislav Komorovski! Ölkənizin milli bayramı - Konstitusiya günü münasibətilə Sizə və bütün Polşa xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yet... | ANL |
Bəşəriyyətin üzləşdiyi problemlərin həllinə din xadimləri də töhfə verə bilərlər. Dini liderlərin Bakı sammiti belə bir qənaətə gəldi. Müasir dünyada cərəyan edən siyasi-iqtisadi, ictimai-mədəni proseslər mürəkkəbliyi, bir çox hallarda isə paradoksluğu ilə diqqəti cəlb edir. Elmi-texniki tərəqqinin sürətlənməsi həyatın... | ANL |
Xalqa və dövlətə şərəfli xidmət missiyası. Azərbaycan tarixinin bütöv bir mərhələsi XX əsrin böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin adı xalqın simvoluna, əməlləri isə hünər rəmzinə çevrilmişdir, həyat və fəaliyyəti doğma xalqa və torpağa məhəbbət və sədaqət meyarı olmuşdur. Dövlətçilik ənənəl... | ANL |
Həqiqi müstəqilliyimizin banisi. Minilliklərin sınağından çıxmış təcrübə göstərir ki, fenomenal keyfiyyətlərə, yüksək dövlətçilik və idarəçilik təfəkkürünə malik lideri olmayan xalqlar nəinki müstəqil dövlət yarada bilməmiş, hətta dünya səhnəsindən tamamilə silinmək təhlükəsi ilə üzləşmişlər. Ümummilli lider ilk növbəd... | ANL |
Biologiya təbabət elminin əsasıdır. Respublikada səhiyyənin inkişafı və vətəndaşlarımızın sağlamlığı ümummilli lider Heydər Əliyevin fəaliyyətinin əsas xəttlərindən birini təşkil edirdi. Təhsil, xüsusilə səhiyyə təhsilini daim diqqət mərkəzində saxlayan ulu öndər dəfələrlə Azərbaycan Tibb Universitetində olmuş, onun ma... | ANL |
Dünyanı ağuşuna almış müasir qloballaşma şəraitində inteqrasiya prosesləri qaçılmaz olmuşdur. Bəşəriyyətin qarşılıqlı əlaqələrinin və qarşılıqlı asılılığının artması getdikcə ictimai həyatın bütün sahələrində özünü göstərir. Bu proses müsbət nəticələrlə yanaşı, mənfi fəsadlara da yol açır. Ayrı-ayrı xalqların yeni siya... | ANL |
Prezident İlham Əliyevin 22 aprel 2010-cu il tarixli "1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım edilməsi barədə" sərəncamına əsasən Dövlət Sosia... | ANL |
Azərbaycan Diplomatik Akademiyası Türkiyənin aparıcı ali təhsil müəssisələrinin təcrübəsini öyrənir. Azərbaycanın xarici işlər nazirinin müavini, Diplomatik Akademiyanın rektoru Hafiz Paşayevin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 26-dan 29-dək Türkiyədə səfərdə olmuşdur. Türkiyənin aparıcı təhsil müəssisələrinin ... | ANL |
Son mənzilə. Mayın 1-də milli xoreoqrafiya məktəbinin tanınmış nümayəndəsi, görkəmli rəqs ustası, xalq Artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Əminə Paşa qızı Dilbazi son mənzilə yola salınmışdır. Mərhumun cənazəsi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında matəmsayağı bəzədilmiş postament üzər... | ANL |
Ekoloji maarifləndirmə ekoloji cəmiyyəti formalaşdıran başlıca amildir. "Bu gün ekoloji məsələlərin həlli vacib məsələlərdən biridir. Artıq bütün cəmiyyətdə bu təşəbbüs müsbət qarşılanır və görülən tədbirlər əhali tərəfindən, ictimaiyyət tərəfindən dəstəklənir, ağacəkmə kampaniyası və digər vacib məsələlər xalqın iştir... | ANL |
Azərbaycan beynəlxalq turizmin inkişafına öz töhfəsini verir. XIX əsrin ikinci yarısında Avropada ayrı-ayrı həvəskarların təmsil olunduğu turizm müəyyən təşkilati forma almaq üçün, sözün əsl mənasında, "dağdan-dərədən", "eniş-yoxuşdan" keçib. 1857-ci ildə Londonda, dünyada ilk dəfə olaraq, həvəskarların Dağ Səyahət Bir... | ANL |
Məlahətli səsə, yanıqlı avaza malik olan Şahmalı Kürdoğlu əslində, bütün ömrü boyu qəzavü-qədərin izlədiyi, yaxasından əl çəkmədiyi qarabəxtli bir sənətkar idi. Tanrı ona bənzərsiz səs bağışlasa da, boy-buxunu ilə fərqləndirsə də, çoxundan yaraşıqlı olsa da, bəxtindən yarımadı. İndi ona qulaq asanda bulaq kimi təmiz, d... | ANL |
Azərbaycan Yazıçılar Birliyində Beynəlxalq Rəsul Rza mükafatı laureatı, şair-publisist və tədqiqatçı Teyyub Qurbanın "Həqiqət olduğu kimi" kitabının təqdimatı keçirildi. Eyni zamanda, M.F.Axundov adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Teyyub Qurbanın ötən əsrin 50-ci illərindən bəri ədəbi yar... | ANL |
Bahar təravətli toplu. Sənət və sənətkar barəsində söz açmağın məsuliyyətini duyanların yaratdıqları həmişə sənət əsərinə çevrilib. Oxuculara yenicə təqdim olunan "Mənim könlüm deyir kiE" kitabından aldığım təəssürat belədir: ciddi sənət və məsuliyyətli sənətkarlar haqqında ancaq ciddi yazılar yazılar. Qeyri-ciddiliyin... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccarın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də İran İslam Respublikasının daxili işlər naziri Mustafa Məhəmməd Nəccarın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmiş... | ANL |
"Azərbaycan Respublikası hökuməti və Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyi (TürkPA Katibliyi) arasında yerləşmə haqqında" Sazişin təsdiq edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: "Azərbaycan Respublikası hökuməti və Türkdilli Ölkələrin Pa... | ANL |
“Əməkdar pilot” Azərbaycan Respublikasının fəxri adının təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Yeni aviasiya texnikasının öyrənilməsində, uçuş kadrlarının hazırlanmasında və uçuşların təhlükəsizliyinin təmin olunmasında böyük xidmətləri olan Azərbaycan Respublikasının mülki aviasiya uçuş... | ANL |
“Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” 2008-ci il 4 noyabr tarixli 27 nömrəli Sərəncamının... | ANL |
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 80 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 2010-cu ilin noyabr ayında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yaradılmasının 80 illiyi tamam olur. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akadem... | ANL |
H.S.Zeynalovun Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram: Həsən Sultan oğlu Zeynalov Türkiyə Respublikas... | ANL |
H.S.Zeynalovun Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram: Həsən Sultan oğlu Zeynalov Türkiyə ... | ANL |
S.A.Salahlının Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-... | ANL |
Heydər Əliyev və Azərbaycanın milli təhlükəsizlik siyasəti. XX əsrin sonunda müstəqillik əldə etməsi Azərbaycanın həm dövlət quruluşunda əsaslı dəyişikliklərin həyata keçirilməsini, yeni sosial-iqtisadi və ictimai-siyasi münasibətlərin formalaşmasını şərtləndirdi, həm də ona davamlı olaraq öz təhlükəsizliyinin qayğısın... | ANL |
Milli liderliyini xalqından halallıqla qazanmış rəhbər. Bəşəriyyətin mövcudluq salnaməsi göstərir ki, xalqların taleyində müstəsna rol oynayan böyük liderlər həm də dövlətçilik ideyalarının praktik surətdə gerçəkləşməsinə nail olur, milli tərəqqi üçün dayanıqlı əsasların, inkişaf strategiyasının banisinə çevrilirlər. B... | ANL |
İnkişaf strategiyasının banisi. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 14 iyul 1969-cu il tarixdə keçirilmiş plenumunda ulu öndər Heydər Əliyevin respublika rəhbəri seçilməsi ölkəmizdə iqtisadi və mədəni yüksəlişin əsasını qoymuş, xalqın milli mənlik şüurunun, özünüdərk hissinin güclənməsinə təkan vermişdir... | ANL |
Lənkəranda "Azərbaycan Respublikasının cənub rayonlarında narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin vəziyyəti" mövzusunda konfrans keçirilmişdir. Prezident Administrasiyası və Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Döv... | ANL |
Azərbaycanın və İranın müvafiq qurumları arasında əlaqələrin inkişafı transmilli mütəşəkkil cinayətkarlıq və beynəlxalq terrorizmlə mübarizədə səylərin birləşdirilməsi üçün imkanlar yaradır. Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov mayın 3-də İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccarın ... | ANL |
İranın daxili işlər naziri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdir. Azərbaycanda səfərdə olan İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccarın başçılıq etdiyi nümayəndə heyəti mayın 3-də Fəxri xiyabana gələrək müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər ... | ANL |
Azərbaycan-Türkiyə dostluq münasibətləri hüquqi sahədə də yüksələn xətlə inkişaf edir. Türkiyənin tanınmış hüquqşünas alimləri və qardaş ölkənin Ədliyyə Nazirliyinin məsul əməkdaşları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Əhalinin Dövlət Reyestri Xidmətində olmuşlar. Görüş ümummilli lider Heydər Əliyevin... | ANL |
Ümumdünya Mətbuat Azadlığı günü ilə bağlı "dəyirmi masa". Tədbir Mətbuat Şurası və "Söz Azadlığı və Jurnalist Peşəkarlığı Koalisiyası" (SAJPK) tərəfindən təşkil olunmuşdur. Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov Ümumdünya Mətbuat Azadlığı gününün tarixi barədə məlumat vermişdir. O demişdir ki, Azərb... | ANL |
Konstitusiya Məhkəməsində Böyük Vətən müharibəsi veteranları ilə görüş olmuşdur. Mayın 3-də Konstitusiya Məhkəməsində 1941-1945-ci illər Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 65 illiyi münasibətilə veteranlarla görüş keçirilmişdir. Görüş iştirakçıları əvvəlcə Böyük Vətən müharibəsində həlak olanların xati... | ANL |
Daşkənddə öz işinə başlayan Asiya İnkişaf Bankı Direktorlar Şurasının 43-cü illik iclasında Azərbaycanın iqtisadi uğurları yüksək qiymətləndirilmişdir. Özbəkistanın paytaxtı Daşkənddə Asiya İnkişaf Bankı (AİB) Direktorlar Şurasının 43-cü illik iclası işə başlamışdır. İclasda Azərbaycanı maliyyə naziri Samir Şərifovun r... | ANL |
Ukraynanın Ədliyyə Nazirliyi "Heydər Əliyev adına Ukrayna-Azərbaycan Təhsil, Elm, Mədəniyyət və İdman Mərkəzi" İctimai Birliyini rəsmi qeydiyyata almışdır. Ukraynanın Ədliyyə Nazirliyi "Heydər Əliyev adına Ukrayna-Azərbaycan Təhsil, Elm, Mədəniyyət və İdman Mərkəzi" İctimai Birliyini rəsmi qeydiyyata almışdır. Kiyevdə ... | ANL |
Montana ştatı Dövlət Universitetinin tələbəsi Heydər Əliyev adına illik mükafata layiq görülmüşdür. Montana ştatı (ABŞ) Dövlət Universitetinin tələbəsi Kolin Daniel Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) haqqında kursun əla səviyyədə hazırlanmasına və aparılmasına görə 2010-cu ildə Heydər Əliyev adına mükafat... | ANL |
Dövlət İdarəçilik Akademiyasında ixtisasartırma kurslarının növbəti buraxılışı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) qısamüddətli ixtisasartırma kurslarının növbəti buraxılışı olmuşdur. DİA-dan bildirmişlər ki, "Azərbaycan dövlətçiliyinin hüquqi əsasları və inzib... | ANL |
Heydər Əliyev Fondu "Frederik Şopen ili" layihəsi çərçivəsində silsilə tədbirləri davam etdirir. Heydər Əliyev Fondu "Frederik Şopen ili" layihəsi çərçivəsində dahi bəstəkarın həyat və yaradıcılığına həsr olunan silsilə tədbirləri davam etdirir. Növbəti layihə məşhur polşalı pianoçu Stanislav Deanın Azərbaycanın bölgəl... | ANL |
"Proteinlərin fəza quruluşunun məlumat bankına informasiya axını və onun istifadəsi" mövzusunda elmi seminar. Mayın 3-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunun birgə təşkilatçılığı ilə "Proteinlərin fəza quruluşunun məlumat bankına informas... | ANL |
Parisdə açılmış sərgidə Azərbaycanla bağlı fotolar nümayiş etdirilir. Paris Metropoliteninin Lüksemburq stansiyasında Fransada yaşayan iranlı soydaşımız Reza Deqatinin fotolarından ibarət sərgi təşkil edilmişdir. Nəinki Fransada, habelə dünyanın müxtəlif ölkələrində yaxşı tanınan R.Deqatinin sərgisində fotoqrafın Pekin... | ANL |
Avrasiya İqtisadi Zirvələri -qitələri yaxınlaşdıran forum. Ulu öndər Heydər Əliyev Türkiyənin doqquzuncu Prezidenti Süleyman Dəmirələ həsr etdiyi yazılarından birində belə bir fikir söyləmişdi: "Tale insana həyatda üç nemət bəxş edər: birincisi - ana, ikincisi - millət və xalq, üçüncüsü isə Vətən! Bu nemətləri göz bəbə... | ANL |
Elmdə Əkrəm Cəfər zirvəsi. Azərbaycan ədəbiyyatı tarixində, şərqşünaslıq və dilçilik elmində ustad Əkrəm Cəfər dəst-xəttinin təsdiqlənməsi, bu sahənin korifeylərindən birinə çevrilməsi heç də təsadüfi deyil. Sözün əsl mənasında nazını çəkən, cəfasına dözən, əlində qələm tutduğu vaxtlarda ruhu ilə qoşalaşan Əkrəm Cəfər ... | ANL |
Naxçıvan Dövlət Universitetində xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Rəsul Rzanın anadan olmasının 100 illiyi ilə bağlı elmi konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə açan rektor, akademik İsa Həbibbəyli qeyd etmişdir ki, Rəsul Rza yaradıcılığı timsalında ötən əsrin 60-cı illərinin ədəbiyyatındakı novatorluq, m... | ANL |
Xalq və iqtidar arasında daim güclənməkdə olan sarsılmaz birlik. Ölkə hakimiyyətinin həyata keçirdiyi siyasətə cəmiyyət tərəfindən verilən dəstək Azərbaycanı daha qüdrətli dövlətə çevirir. Sosial-iqtisadi inkişaf tempinə görə son altı ildə dünya lideri statusunu daşıyan Azərbaycan üçün xarakterik cəhətlərdən biri də sü... | ANL |
A.F.Süleymanovun İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılması haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram: Ayxan Firudin oğlu Süleyman... | ANL |
A.F.Süleymanovun Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram: Ayxan Firudin oğlu Süleymanov Türkiyə Respublik... | ANL |
Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan ölkələrin dövlət başçılarının 1941-1945-ci illərin Böyük Vətən müharibəsində Qələbənin 65-ci ildönümü münasibətilə Birliyin üzvü olan dövlətlərin xalqlarına və dünya ictimaiyyətinə müraciəti. Gərginliyinə və amansızlığına görə misli görünməmiş bu müharibədə çoxmillətli sov... | ANL |
Azərbaycan enerji təhlükəsizliyi məsələlərində NATO-nun etibarlı tərəfdaşıdır. Rumıniyanın Azərbaycandakı səfiri, Şimali Atlantika Alyansının (NATO) ölkəmizdəki əlaqələndiricisi Nikolaye Ureke mayın 4-də NATO-nun Bakıda keçirilən konfransında Azərbaycanın Alyansa daxil olmaq imkanları barədə fikirlərini söyləmişdir. Di... | ANL |
Müasir geosiyasi şəraitdə Azərbaycanın diplomatik uğurları. Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən sonra, dövlətçiliyini inkişaf etdirib möhkəmləndirmək üçün tarixi fürsət əldə etmiş oldu. Belə bir şəraitdə milli dövlətçilik prinsiplərinə uyğun olaraq yeni xarici siyasət... | ANL |
Azərbaycan yeni informasiya məkanında ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi prinsiplər əsasında möhkəmlənir. İnformasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı sayəsində yaşadığımız dünyada yeni reallıqlar yaranmış, dövlətlər arasında sərhədlər "silinmiş", xalqlar arasında məsafə xeyli "kiçilmişdir". P... | ANL |
Zamanın fövqündə dayanan lider. Bəşər tarixi göstərir ki, hər hansı ölkənin inkişafında, dünyanın siyasi səhnəsində öz yerini müəyyənləşdirməsində mühüm rol oynayan məqamlardan biri xarizmatik lider amilidir. İstər uzaq keçmişə, istərsə də yaxın dövrə nəzər salmaq kifayət edir ki, lider amilinin dövlətin yaranmasında, ... | ANL |
Moskvada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qloballaşma şəraitində mədəniyyətlərin qarşılıqlı fəaliyyəti" kitabı çapdan çıxmışdır. Moskvada "Qloballaşma şəraitində mədəniyyətlərin qarşılıqlı fəaliyyəti" kitabı çapdan çıxmışdır. Kitab Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin dəstəyi ilə ərsəy... | ANL |
Azərbaycan və İran arasında əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. Mayın 4-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev ölkəmizdə rəsmi səfərdə olan İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildi... | ANL |
Azərbaycan və İranın hüquq-mühafizə orqanları arasında əməkdaşlıq əlaqələrinin inkışaf perspektivləri müzakirə edilmişdir. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən bildirmişlər ki, mayın 4-də milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov ölkəmizdə səfərdə olan ... | ANL |
İran ilə Azərbaycan arasında siyasi və mədəni əlaqələr yüksək səviyyədədir. Dost, qardaş və qonşu ölkələr olan İran ilə Azərbaycan arasında siyasi və mədəni əlaqələr yüksək səviyyədədir. Ölkələrimiz arasındakı münasibətlər çox səmimi və tarixi köklərə malikdir. Bu sözləri ölkəmizdə səfərdə olan İran İslam Respublikasın... | ANL |
Kaliforniyadakı beynəlxalq festivalda Azərbaycanın nailiyyətləri böyük maraq doğurmuşdur. ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərində keçirilən "Beynəlxalq Gün" adlı mədəniyyət festivalında Azərbaycan guşəsi böyük marağa səbəb olmuşdur. Otuz ildən bəri hər yaz mövsümündə keçirilən "Beynəlxalq Gün" Monterey yarımadas... | ANL |
Azərbaycan Ordusu istənilən anda torpaqlarımızı işğaldan azad etməyə hazırdır. Demokratik, hüquqi dövlət quruculuğu və sosial-iqtisadi inkişaf istiqamətində ildən-ilə uğurlarını artıran Azərbaycan Respublikasında ölkənin etibarlı müdafiəsinin təşkil edilməsi, hərbi potensialın gücləndirilməsi, qoşun birləşmələrinin döy... | ANL |
Gədəbəydə turizmin inkişafı üçün hər şərait yaradılır. Rayon mərkəzinə çatmamış məxməri yamacların qoynunda müasir quruluşlu ikimərtəbəli bir bina ucalır. "Kiçik Qafqaz" turizm mərkəzidir. Milli üslubda tikilib, Avropa sayağı bəzədilib. Elə uzaqdan diqqəti cəlb edir. Həyətdə geniş istirahət guşələri, idman-əyləncə yerl... | ANL |
Azərbaycan ilə Belarus arasında iqtisadi sahədə əməkdaşlığı genişləndirmək üçün böyük potensial vardır. Mayın 5-7-də Bakıda keçiriləcək ikinci Belarus milli sərgisinin ekspozisiyasının mərkəzində azərbaycanlı tərəfdaşlarımızla birgə hazırladığımız layihə olacaqdır. Həmin layihə üzərində üç ildir ki, çalışırıq. Bu, Gənc... | ANL |
Böyük maraqların kəsişdiyi məkan. Bu gün informasiya texnologiyaları ixtiyari bir ölkənin coğrafiyası, tarixi, ədəbiyyatı, elmi, mədəniyyəti, siyasi quruluşu, iqtisadi durumu və ağlımıza belə gəlməyən daha nələri barədə dolğun və qədərincə məlumat almağa imkan verir. Lakin insan zehninin yaratdığı ən mükəmməl cihaz bel... | ANL |
Azərbaycan beynəlxalq iqtisadi təşkilatlarda. "Biz beynəlxalq iqtisadi əməkdaşlıq məsələlərinə həmişə öz mövqeyimizdən yanaşmışıq. Ötən əsrin ikinci yarısından etibarən, özünü daha qabarıq şəkildə büruzə verən qloballaşma prosesi dünyanın iqtisadi həyatına da təsirsiz ötüşməyərək bu sahəyə də ciddi nüfuz etməyə başlayı... | ANL |
Daşkənddə Asiya İnkişaf Bankı Direktorlar Şurasının 43-cü illik iclası başa çatmışdır. Tədbirdə Azərbaycanın maliyyə naziri Samir Şərifov çıxış etmişdir. Daşkənddə Asiya İnkişaf Bankı (AİB) Direktorlar Şurasının 43-cü illik iclası başa çatmışdır. Dörd gün davam edən iclasda Azərbaycanı maliyyə naziri Samir Şərifovun rə... | ANL |
"NATO-nun Avropada və strateji məkanda stabilliyin və təhlükəsizliyin təmin olunmasında rolu" mövzusunda konfrans. Mayın 4-də Bakıda "NATO-nun Avropada və strateji məkanda stabilliyin və təhlükəsizliyin təmin olunmasında rolu" mövzusunda konfrans keçirilmişdir. Konfrans Azərbaycan-NATO əməkdaşlığının 16 illiyinə və Aly... | ANL |
Sənətin nəhəng fədaisi. Adı çəkilən kimi yaratdığı obrazlar yada düşür. Bizim nəsil bu bənzərsiz sənətkarı səhnədə görməyib. Quruluş verdiyi tamaşalara da elə çox baxmamışıq. Amma bədii filmlərdə yaratdığı müxtəlif xarakterli, Adil İsgəndərov möhürlü obrazları yaddaşımıza əbədi həkk olunub. Onun iştirak etdiyi filmlər ... | ANL |
Bu, Toğrul Nərimanbəyov yaradıcılığının mənzərəsini əks etdirən ən vacib amillərdir. Toğrul Nərimanbəyov təsviri sənətdə, poeziyada və vokal ifaçılığında öz istedadını bacarıqla nümayiş etdirməkdədir. Xalq rəssamı Toğrul Nərimanbəyov təkcə doğma vətənində deyil, dünyanın əksər ölkələrində tanınır. Paytaxtımızda parlaya... | ANL |
Qız qalası! İşığın kölgəsini geyib qaralmısan, Kürəyini küləyə söykəyib qalmısan. Günəş ətri gəlir səndən, Sən bütün əsrlərin, bəlaların, sirlərin. şahidisən, sönməz ocaqsan. Səni yaradan xalq kimi. Möhkəm dayanmısan, dayanacaqsan. daşa dönmüş qəhrəmanlıq anlarısan. Sən xalqın külü daşa dönmüş qəhrəmanısan. Xəzər sənə ... | ANL |
XX əsrin sonlarında elmi cəhətdən perspektivli bir sahə kimi təsdiqini tapan nanotexnalogiyalar hazırda dünyada müxtəlif istehsal sahələrinə uğurla tətbiq olunur. ARDNŞ də artıq neft-qazçıxarma sənayesində nanotexnologiyaların yaradılması və tətbiqinə başlamışdır. Bu günlərdə isə həyata keçirilən "Qazmada nanotexnologi... | ANL |
Nanotexnologiya neft sənayesində. Son zamanlar elm və texnikanın sürətli inkişafı bəşəriyyət qarşısında dünənə qədər real olmayan problemlərin həll edilməsi üçün geniş imkanlar açır. Hazırda dünya elminin əsas istiqamətlərindən biri sayılan nanotexnologiya yüksək sürətlə inkişaf edir. Nanotexnologiyanın öhdəsindən gəld... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Belarus Respublikası Baş nazirinin müavini, Azərbaycan-Belarus hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq üzrə komissiyanın həmsədri Andrey Kobyokovu qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Belarus Respublikası Baş nazirinin müavini, Azərbaycan-B... | ANL |
Xəzər dənizinin Azərbaycan sektorunda Bahar yatağının və Qum-Dəniz yatağının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Bahar Enerci Limited və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsi... | ANL |
A.S.Şükürovun Azərbaycan Respublikasının Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsində fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram: Ağasəlim Səmədağa ... | ANL |
A.S.Şükürova fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsini rəhbər tutaraq qərara alıram: Ağasəlim Səmədağa oğlu Şükürova fövqəladə və səlahiyyətli səfir diplomatik ... | ANL |
İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. "İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatlarının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 may tarixli 707 nömr... | ANL |
Nazirlər Kabinetində görüş. Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 5-də Baş nazir Artur Rasizadə ölkəmizdə işgüzar səfərdə olan Belarus Respublikası Baş nazirinin müavini, Azərbaycan-Belarus hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq üzrə komissiyanın həmsədri And... | ANL |
İstanbulda Avrasiya Dövlətləri XIII İqtisadi Zirvə Toplantısı işə başlamışdır. Mayın 5-də İstanbul Konqres Mərkəzində dünyanın 40-dan çox ölkəsini təmsil edən nümayəndələrin iştirakı ilə Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkil etdiyi Avrasiya Dövlətləri XIII İqtisadi Zirvə Toplantısı işə başlamışd... | ANL |
Demokratik Konstitusiyanın müəllifi. Nüquqi xüsusiyyətlərindən biri sabitlik olmaqla konstitusiya uzun müddət üçün nəzərdə tutulmuş hüquqi aktdır. Sabitlik dedikdə, hüquqi qaydanın bu və ya digər müddətdə olan vəziyyəti başa düşülür. Sabit sistem nisbətən uzun müddət ərzində oxşar münasibətləri saxlamaq bacarığına mali... | ANL |
Şəxsiyyət ucalığı. Nər bir xalqın tarixən formalaşmış dövlətçilik ənənələrinin konkret dövlət modelində gerçəkləşməsi üçün əlverişli siyasi mühit və iradə ilə yanaşı, güclü liderin də olması mühüm şərtlərdəndir. Tarix göstərir ki, daxilən güclü, vətənpərvər və xarizmatik lideri olmayan xalqın yaranmış real şansdan düzg... | ANL |
Hərbi sənaye kompleksinin banisi. Möhkəm təməl üzərində bərqərar olan müdafiə sənayemiz Silahlı Qüvvələrimizi hərbi sursatla tam təmin etməyə qadirdir. XX əsrdə Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi böyük şəxsiyyət, dünya şöhrətli siyasətçi Heydər Əliyevin bənzərsiz ömür yolu, zəngin ictimai-siyasi fəaliyyəti Azə... | ANL |
Müstəqilliyimiz əbədidir" çoxcildliyinin 29-cu cildi çapdan çıxmışdır. "Bunu dəfələrlə demişəm - Azərbaycanın müstəqilliyi dönməzdir. Azərbaycanda verilmiş bütün bu azadlıqların hamısı dönməzdir. Azərbaycanda mətbuat, fikir azadlığı dönməzdir - burada heç bir şey ola bilməz, heç kəs də bundan narahat olmasın. Bütün baş... | ANL |
Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin wap portalının təqdimatı keçirilmişdir. Mayın 5-də "Park İNN-Azərbaycan" hotelində Heydər Əliyev İrsini Araşdırma Mərkəzi (HƏİAM) ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində yeni layihəsi - wap.aliyevheritage.com ünvanında yayımlanacaq wap portalının təqdimatını keçirmişdir... | ANL |
Ədliyyə Nazirliyinin əməkdaşları Heydər Əliyev Fondunda olmuşlar. Mayın 5-də Ədliyyə Nazirliyinin əməkdaşları Heydər Əliyev Fondu ilə tanış olmuşlar. Ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə bağlı keçirilən tədbirdə qonaqlara fondun fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki... | ANL |
"Azərbaycanşünaslığın aktual problemləri". Bakı Slavyan Universitetində başlamış və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş "Azərbaycanşünaslığın aktual problemləri" mövzusunda konfrans öz işini Naxçıvan Dövlət Universitetində davam etdirmişdir. Konfransın işi... | ANL |
Məhkəmə-Hüquq Şurasının yeni tərkibdə iclası keçirilmişdir. Məhkəmə-Hüquq Şurasının (MHŞ) yeni tərkibdə iclası keçirilmişdir. MHŞ-dan bildirmişlər ki, ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda bir sıra təşkilati məsələlərə baxılmış, o cümlədən Hakimlərin Seçki Komitəsi üzvlərinin səlahiyyət müddət... | ANL |
Bakıda ikinci Belarus milli sərgisi açılmışdır. Mayın 5-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində ikinci Belarus milli sərgisi açılmışdır. Açılış mərasimində Belarus Respublikası Baş nazirinin müavini, Azərbaycan-Belarus hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq üzrə komissiyanın həmsədri Andrey Kobyokov son ... | ANL |
"Yaxşıların yaxşısı" milli mükafatının təqdimat mərasimi. Mayın 5-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Yaxşıların yaxşısı" milli mükafatının təqdimat mərasimi keçirilmişdir. Layihənin müəllifləri "Həftə içi" qəzetinin baş redaktoru Sevinc Seyidova və Nail Naiboğlu qonaqları salamlayaraq bildirmişlər ... | ANL |
YUNESKO-da Bakıda keçiriləcək forumla bağlı işçi qrupun yığıncağı olmuşdur. Parisdə YUNESKO-nun mənzil-iqamətgahında 2011-ci ildə Bakıda keçiriləcək "Ümumdünya mədəniyyətlərarası dialoq forumu"na həsr olunmuş işçi qrupunun toplantısı olmuşdur. YUNESKO, Avropa Şurası və Sivilizasiyalararası Alyansın nümayəndələrinin işt... | ANL |
Fransa mətbuatında "Xəzər dənizi: əsas enerji mənbəyi" məqaləsi dərc edilmişdir. Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı, Qrenobldakı Pyer Mendes Frans (UPMF) Universiteti hüquq fakültəsinin doktoru Fazil Zeynalovun Azərbaycanın neft strategiyasından bəhs edən məqaləsi Fransada 1939-cu ildən çap olunan... | ANL |
"Azərbaycan dünyası" beynəlxalq jurnalının xüsusi buraxılışının təqdimatı olmuşdur. Mayın 5-də "Azərbaycan dünyası" beynəlxalq jurnalının xüsusi buraxılışının təqdimatı olmuşdur. Xüsusi buraxılış Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 65-ci ildönümünə və bu qələbənin qazanılmasında Azərbaycanın oynadığı bö... | ANL |
Konfransda BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov 1941-1945-ci illər Böyük Vətən müharibəsinin bəşəriyyətə ağır bəlalar gətirdiyini bildirmişlər. Bu müharibədə tarixi Qələbənin qazanılmasında Azərb... | ANL |
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında faşizm üzərində Qələbənin 65 illiyi qeyd edilmişdir. Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 65-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəl... | ANL |
Neftçilər faşizm üzərində Qələbənin 65 illiyini qeyd edirlər. Faşizm üzərində Qələbənin 65 illiyi münasibətilə ARDNŞ-nin idarə və müəssisələrində rəngarəng tədbirlərin keçirilməsi planlaşdırılıb. Şirkətin Sosial İnkişaf İdarəsinin nəzdində fəaliyyət göstərən mədəniyyət saraylarında və məktəbəqədər tərbiyə müəssisələrin... | ANL |
Veteranlara qayğı göstərmək hər birimizin borcudur. Hər dəfə o insanları görəndə sevinc, həyəcan, mərhəmət dolu hisslər keçirirəm. Əgər iş otağımda, yaxud hansısa iclas salonundayamsa, mütləq ayağa qalxıram. Həmişə onları məmnunluqla dinləyirəm. Qayğılarını bölüşəndə, ağrı-acılarına (ömrünün doqquzuncu onilliyini yaşay... | ANL |
Qələbəni Berlində qarşıladı. Böyük Vətən müharibəsindən bizi 65 illik zaman kəsiyi ayırır. Azərbaycan da bu savaşdan qalib çıxmaq üçün çox böyük töhfələri vermişdir. İstər canlı insan qüvvəsi ilə, istərsə də təbii sərvətləri ilə Qələbənin qazanılmasında müstəsna rolu olan respublikamız döyüş meydanlarında, arxa cəbhədə... | ANL |
İqtisadi əməkdaşlıq, dialoq və dini tolerantlıq mərkəzi. Dünya dini liderlərinin Bakı sammiti respublikamızda vicdan azadlığının yüksək səviyyədə təmin olunduğunu bir daha təsdiqlədi. Dünya dini liderlərinin bir neçə gün əvvəl keçirilmiş Bakı sammiti son ayların ən mühüm hadisələrindən olmaqla, respublikamızın regionda... | ANL |
Müstəqilliyimiz əbədidir" çoxcildliyinin 30-cu cildi çapdan çıxmışdır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin çoxcildlik əsərlərinin oxuculara təqdim olunan bu cildində Nyu-Yorkda BMT-nin himayəsi altında keçirilən minilliyin zirvə görüşündə dərin məzmunlu çıxışı, GUÖAM dövlət başçıları, ABŞ prezidentləri Bill Kli... | ANL |
Sosial siyasətin Heydər Əliyev modeli. Tarixin istənilən mərhələsini, ictimai-siyasi hadisələri tədqiq edərkən ictimai prosesin iştirakçısı və yaradıcısı olan siyasi liderlərdən, dövrün böyük şəxsiyyətlərindən yan keçmək mümkün olmur. Lakin tarixin özünün də sərt tələbləri, şərtləri mövcuddur. Axı zaman keçdikcə hər bi... | ANL |
Heydər Əliyev və Azərbaycanın elektrik enerjisi sistemi. Digər sahələr kimi, elektroenergetikanın da inkişafında ümummilli lider Heydər Əliyevin xidmətləri böyükdür. Ölkə iqtisadiyyatının, onun sosial həyatının istər ötən əsrin 70-80-ci illərində, istərsə də müstəqillik dövründə dinamik inkişafı bir çox mühüm amillərlə... | ANL |
Heydər Əliyev və Azərbaycanın sahibkarlıq strategiyası. Müstəqilliyimizin ilk illərində, kənar qüvvələrin və təcavüzkar güclərin bütün həmlələrinə baxmayaraq gənc dövlətçiliyimiz ayaq üstə duruş gətirə bildi. Çörəklə sinağa çəkilən millətimiz bütün ehtiyacların fonunda ən müqəddəs dəyərini - azadlığını qoruyub saxladı.... | ANL |
İqtisadi müstəqilliyə etibarlı təminat mexanizmi yaratmış rəhbər. Tarixən milli dövlət hər bir xalqın və etnosun mövcudluğunun ilkin əsası kimi çıxış etmişdir. Eyni təsərrüfat sisteminə, dilə, dinə, milli-mənəvi irsə, adət-ənənəyə və dəyərlərə məxsus insanlar qrupu tarixən konkret məkan və ərazi hüdudlarında milli dövl... | ANL |
Beynəlxalq hüquq məkanına uğurlu inteqrasiyanın banisi. Beynəlxalq hüquq kontekstində müşahidə olunan əsas tendensiyalardan biri də dövlətlərarası münasibətlərin və qloballaşmanın daha sürətli inkişaf yoluna qədəm qoyması, bu proseslərin dünya nizamının müəyyənləşməsində başlıca zəminlər sırasında yer almasıdır. Müasir... | ANL |
Böyük düha, əbədiyaşar şəxsiyyət. Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə Naxçıvan Dövlət Universitetində rəngarəng tədbirlər keçirilir. Burada fəaliyyət göstərən Heydər Əliyev Universitetinin "Heydər Əliyev işi və əməlləri yaşayır" ... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.