text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr edilmiş məktəblilərin inşa müsabiqəsinin qalibləri mükafatlandırılmışlar. Qaliblər Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xarici ölkələrdə səfərdə olacaqlar. Ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ərəf...
ANL
Nərimanov rayonunda ulu öndərin xatirəsi humanist aksiya ilə anıldı. Azərbaycan xalqı ümummilli lideri Heydər Əliyevin doğum günü ərəfəsindədir. Hər il olduğu kimi, bu il də dövlətçiliyimizin banisi, müasir Azərbaycanın qurucusu olan ulu öndərin ildönümü münasibətilə respublikamızın bütün bölgələrində müxtəlif tədbirlə...
ANL
Yaddaşlarda yaşayan lider. Hələ Qubadlıda orta məktəbdə oxuyanda müəllimlərimiz dərsləri daha çox respublikamızın inkişafına, iqtisadiyyatına həsr edərdilər. Bu o zamanlar idi ki, nankor ermənilər hərəkətə gəlmişdilər. Onlar Ermənistanda tez-tez mitinqlər keçirir, Dağlıq Qarabağı işğal etmək üçün plan üzrə irəliləyirdi...
ANL
Nigeriya Federativ Respublikası prezidentinin vəzifəsini icra edən Nigeriya Federativ Respublikasının vitse-prezidenti zati-aliləri cənab Qudlak Conatana. Hörmətli cənab Qudlak Conatan! Nigeriya Federativ Respublikasının Prezidenti, görkəmli dövlət xadimi Umaru Yar'Aduanın vəfatı xəbərindən son dərəcə kədərləndim. Bu a...
ANL
Azərbaycan-İtaliya əlaqələri daha da möhkəmlənir. İtaliya haqqında yazmaq, danışmaq, bu ölkə barədə oxumaq, onu öyrənmək, yəqin ki, hər bir şəxs üçün maraqlıdır. Zənnimcə, çox qədim və zəngin tarixə malik olması, ümumilikdə bu ölkənin dünyanın ən gözəl təbiət guşəsi kimi diqqəti cəlb etməsi, çox qədim abidələrin qorunu...
ANL
Qələbənin 65 illiyi münasibətilə Müdafiə Nazirliyi silsilə tədbirlər həyata keçirir. Faşizm üzərində Qələbənin 65 illik yubileyi münasibətilə mayın 6-da müdafiə naziri, general-polkovnik Səfər Əbiyev müharibə veteranları ilə görüşmüşdür. Görüşdə nazir bildirmişdir ki, qələbənin əldə edilməsində həmvətənlərimiz istər ön...
ANL
Qəhrəmanlığı onlardan öyrənirik. Böyük Vətən müharibəsində Qələbənin 65-ci ildönümünə həsr olunmuş "Cəbhədə və arxa cəbhədə qadınların rolu" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. Konfransı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Respublika Veteranlar Şurası ilə birlikdə təşkil etmişdir. Komitəni...
ANL
İstiqlal Muzeyində Qələbənin 65 illiyinə həsr olunmuş sərgi açılmışdır. Mayın 6-da Azərbaycan İstiqlal Muzeyində Qələbənin 65 illiyinə həsr olunmuş "Tarixin ibrət dərsləri" adlı sərgi açılmışdır. Sərgidə Sovet İttifaqi qəhrəmanları Həzi Aslanovun, Mehdi Hüseynzadənin, Səlahəddin Kazımovun, İsrafil Məmmədovun, Məzahir Q...
ANL
Mehdi Hüseynzadənin həyatının son günləri. Gəncəli Mikayıl Qulubəyov İkinci dünya müharibəsinə Bakı universitetinin diplomu ilə getmişdi. Qayıdanda kənd təsərrüfatı institutunun (indi Aqrar Akademiya adlanır) professoru oldu. Müharibə illərində çox ağır bir yol keçib. Stalinqrad ətrafında yaralanaraq əsir düşüb. Dostla...
ANL
Mənəvi irsimizə ehtiram. Hər bir xalqın qədimliyini sübut edən amillərdən biri də onun mənəvi irsinin möhtəşəmliyi və ululuğu ilə bağlıdır. Bu baxımdan Azərbaycan xalqının xalçaçılıq, dekorativ-tətbiqi sənət nümunələri, müxtəlif ictimai-sosial, məişət mövzulu Qobustan, Kəlbəcər, Naxçıvan qaya rəsmlərinin tarixi eramızd...
ANL
Düşündürən yumor ustası. Satira, yumor, karikatura gülüş doğurduğu qədər də kinayənin ifadəsidir. Bu üsulun - yumşaq kinayənin içərisindəki kəskin yumorun tərbiyəvi əhəmiyyəti barədə dəfələrlə söz açıldığından, məsələyə geniş şəbəkədə toxunmaq fikrindən uzağıq. Satiranın, yumorun hədəfi, əsasən bütün dövrlərdə mövcud o...
ANL
Şuşa qalalar şəhəri, muzeylər məskəni idi. May fəsillərin yaşıl libaslı gözəli, təbiətin gül fəsli, bahar təravətli ayı olsa da, on səkkiz ildir ki, həm də qala qapıları, yeddiqat divarları zaman-zaman yağı düşmənin üzünə bağlı qalan, bir daşına qıyılsa, laçınları qıy salan Laçınla Şuşanın qıy vuran qartalları yox olub...
ANL
Kollektivimiz sevinc içindədir. Dövlət başçısına minnətdarlıq. Ulu öndər Heydər Əliyev həmişə mədəniyyət xadimlərinə, incəsənət və teatr işçilərinə xüsusi diqqət və qayğı ilə yanaşardı. Ümummilli lider çalışardı ki, yaradıcılıq sahəsinin fədakarları problemlər ilə üzləşməsinlər. Daha yaxşı əsərlərin yaradılması üçün te...
ANL
Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbənin qazanılmasına sanballı töhfələr vermişdir. Prezident İlham Əliyev Qələbənin 65-ci ildönümü münasibətilə keçirilən bayram mərasimində iştirak etmişdir. İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 65-ci ildönümü münasibətilə mayın 7-də Bakıda təntənəli mərasim ke...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilmişdir. Müşavirədə Kür çayında suyun səviyyəsinin qalxması ilə bağlı baş verən təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması məsələləri müzakirə olunmuşdur. Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçi...
ANL
Azərbaycanda söz, mətbuat azadlığı bütün demokratik prinsiplərə cavab verir. Azərbaycanda alternativ fikirlərə yer verən müstəqil nəşrlərin fəaliyyətə başlaması ilə ölkə vətəndaşları üçün geniş seçim imkanları təmin olunmuş, media orqanlarının timsalında, demokratiyanın mövcudluq şərtlərindən biri kimi cəmiyyətdəki had...
ANL
İstanbulda Avrasiya Dövlətləri XIII İqtisadi Zirvə Toplantısı başa çatmışdır. Mayın 7-də İstanbul Konqres Mərkəzində dünyanın 40-dan çox ölkəsini təmsil edən nümayəndələrin iştirakı ilə Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkil etdiyi Avrasiya Dövlətləri XIII İqtisadi Zirvə Toplantısı başa çatmışdır...
ANL
Yeni Azərbaycan Partiyası rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilmişdir. Mayın 7-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilmişdir. Müşavirədə çıxı...
ANL
İnkişafın Azərbaycan modeli. 2006-cı ilin aprel ayında Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə "Park inn" hotelində "Azərbaycan dinamik inkişaf yolunda: nəticələr və perspektivlər" mövzusunda konfrans keçirildi. Bir çox tanınmış iqtisadçıların iştirakı ilə keçirilən konfrans Azərbaycanın iqtisadi inkişaf modeli prob...
ANL
Elmi-intellektual inkişafı təmin edən rəhbər. İqtisadi sahədə keçid dövrünü uğurla başa vuraraq sosial-iqtisadi modernləşmənin keyfiyyətcə yeni mərhələsinə qədəm qoyan Azərbaycanın qısa zamanda ictimai həyatın bütün sahələrində əldə etdiyi yüksək nailiyyətlər təbii olaraq siyasi və elmi-fəlsəfi dairələrdə geniş müzakir...
ANL
Azərbaycanın müasir gömrük sisteminin formalaşması ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ölkənin iqtisadi təhlükəsizliyi və daxili bazarının qorunmasında, onun beynəlxalq iqtisadi və ticarət əlaqələrinin genişəndirilməsində müstəsna rol oynayan Azərbaycanın gömrük sistemi xalqımızın ümummilli ...
ANL
Milli liderlik ucalığı. Hər bir xalqın tarix səhnəsindəki yeri və rolu hansısa mürəkkəb siyasi şəraitdə məsuliyyəti üzərinə götürərək onun taleyində misilsiz rol oynamış, mütərəqqi ideyaları, qeyri-adi idarəçilik keyfiyyətləri ilə sabit dövlətçilik ənənələri formalaşdırmış dahi şəxsiyyətlərin fövqəladə missiyası ilə şə...
ANL
İqtisadi tərəqqinin memarı. Ümummilli lider Heydər Əliyevin məqsədyönlü və düşünülmüş siyasəti sayəsində Azərbaycan iqtisadi tənəzzüldən tərəqqi yoluna çıxdı, sabit, demokratik ölkə, etibarlı tərəfdaş imici qazandı və bu mövqeyini illər keçdikcə daha da möhkəmləndirdi. "Biz müstəqil Azərbaycan kimi əzəmətli bir abidəni...
ANL
Dünya xalqları və mədəniyyətləri arasında nizam yaratmaq missiyasını hələ yaradılışın ilkin mərhələsindən əbədi tale kimi qəbul edən türklər bu taleyin cızdığı yolda əsrarəngiz tarix yaratmışlar. Türklərin tarix boyu dünya birliyi ilə fəal münasibətləri Yer üzünün bütün nöqtələrinə səpələnmiş bu əzəmətli xalqın nümayən...
ANL
Həyata keçən arzu. Bütün şəhər bura axışmışdı. Cavanlı, qocalı, uşaqlı, böyüklü hamının əllərində gül-çiçək dəstələri, alqış şüarları yazılmış transporantlar, bayraqlar, şəkillər hava limanına doğru hərəkət edirdi. Bir sözlə, hamı sevimli rəhbərini, xalqının əziz oğlunu hörmətlə qarşılamağa tələsirdi. Təyyarənin yerə e...
ANL
Heydər Əliyev dühası danılmazdır. Mayın 7-də Ali Məhkəmədə ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Ali Məhkəmənin sədri Ramiz Rzayev böyük şəxsiyyət Heydər Əliyev dühasının hamılıqla qəbul olunduğunu qeyd etmiş, böyük siyasət aləmində, dövlətimizin t...
ANL
Dövlət Dəniz Administrasiyasında keçirilən "dəyirmi masa"da Heydər Əliyevin xatirəsinə ehtiram bildirilmişdir. Tədbiri giriş sözü ilə açan Dövlət Dəniz Administrasiyasının rəis müavini Şahlar Məmmədov ümummilli liderin Azərbaycan xalqı qarşısındakı əvəzolunmaz xidmətlərindən danışmış, ulu öndərin keçdiyi çətin və şərəf...
ANL
Milli təhlükəsizlik orqanları ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünü qeyd etmişlər. Mayın 7-də milli təhlükəsizlik naziri Eldar Mahmudov başda olmaqla nazirliyin şəxsi heyəti ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə Fəxri xiyabana gələrək Azərbaycanın təhlükəsizl...
ANL
Ədliyyə işçiləri əbədiyaşar liderin müəyyənləşdirdiyi milli dövlətçilik prinsiplərinə daim sadiq qalacaqlar. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ədliyyə orqanlarında geniş qeyd olunur. Ədliyyə fəaliyyətinin təşəkkülü və inkişafının...
ANL
Xüsusi Dövlət Mühafizə Xidmətinin şəxsi heyəti Heydər Əliyev Fondunda. Xüsusi Dövlət Mühafizə Xidmətinin şəxsi heyəti mayın 7-də Heydər Əliyev Fondunda olmuşdur. Ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə bağlı keçirilən tanışlıq zamanı qonaqlara fondun fəaliyyəti haqqında ətraflı məlumat verildi. Qo...
ANL
Hərbi Prokurorluqda "Heydər Əliyev Azərbaycanda hüquqi dövlət quruculuğunun və Azərbaycanın ən yeni tarixinin yaradıcısıdır" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. Mayın 7-də Azərbaycan Respublikası Hərbi Prokurorluğunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr edilmiş "Heydər Əl...
ANL
Mənalı ömürdən səhifələr. Bu ətirli may günlərində Vətən torpağının ən gözəl güllərindən, çiçəklərindən onun doğum günü şərəfinə dəstə bağlanır. O böyük, müdrik insanla bağlı ürəyimdə nə qədər xoş duyğular, xatirələr var! Qəlbimə yazılan, qəlbimdə yaşayan o şirin, unudulmaz xatirələr məni uzaq-yaxın illərə aparır, düşü...
ANL
"Heydər Əliyev və Azərbaycan elmi" biblioqrafik göstəricisi təqdim edilmişdir. Mayın 7-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında bu qurum tərəfindən hazırlanmış "Heydər Əliyev və Azərbaycan elmi" biblioqrafik göstəricisinin təqdimatı olmuşdur. Bu münasibətlə keçirilən mərasimdə AMEA-nın birinci vitse-prezidenti akademik ...
ANL
Qaçqın və məcburi köçkünlərin inam, ümid ünvanı. Mayın 7-də Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ulu öndərin anadan olmasının 87-ci ildönümü münasibətilə "Heydər Əliyev - qaçqın və məcburi köçkünlər" mövzusunda tədbir və "Qaçqın və məcburi köçkünlərə dövlət qayğısı" kitabının təqdimat mərasimi o...
ANL
"İki sahil" qəzetinin ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə xüsusi buraxılışı nəşr olunmuşdur. Azərbaycan xalqının ümummilli lideri, dövlətimizin xilaskarı və qurucusu Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə "İki sahil" qəzetinin xüsusi buraxılışı işıq üzü görmüşdür...
ANL
Qəhrəmanlar unudulmur. Ölkənin, xalqın tarixini şəxsiyyətlər yaradır. Hər bir şəxs mərdliyin, cəsarətin zirvəsinə yüksəldikdə qəhrəmana çevrilir. İkinci Dünya müharibəsində Azərbaycan xalqının igid oğlu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiyasının general-mayoru Həzi Əhəd oğlu Aslanov da qəhrəmanlıq...
ANL
Veteran güzəranından çox razıdır. Alman faşizmi üzərində qələbənin ildönümü ərəfəsində onu daha çox axtarırlar. Belə günlərdə özü demişkən elə bil ömrünə - ömür calanır. Dəvət olunduğu təhsil ocaqlarında, idarə və müəssisələrdə Böyük Vətən müharibəsi illərindən, döyüşçü dostlarından, komandirlərindən, əsgərlərindən, Be...
ANL
Yarımçıq ömrün hünər dastanı. XIX əsrdə yaşamış Hacı Mamay Əfəndini İlisukənd camaatı yaxşı tanıyır. Bu ilahiyyatçı insanın qəbri kənd qəbiristanlığının ən yüksək yerindədir. İlisulular bu böyük alimə hörmət əlaməti olaraq onun qəbrindən yüksəkdə heç kimi dəfn etməyiblər. İllərdir ki, Hacı Mamay Əfəndinin qəbri bir ziy...
ANL
Cəbhədən cəbhəyə. Kursk ətrafında ağır döyüşlər gedirdi. Briqada komandiri onu yanına çağırıb belə bir tapşırıq verdi: "Leytenant Axundov, qarşıda düşmənin nə qədər texnikasının olması barədə kəşfiyyat aparıb məlumat verməyi sizə həvalə edirəm". Hərbçilər yaxşı bilirlər ki, tankla kəşfiyyat aparmaq ölüm deməkdir. O, al...
ANL
Odlu illərin döyüşçüsü. 86 yaşlı Məmməd Qürbətov Gavran kəndindəndir. Azərbaycanın bolşevik işğalından 4 il sonra dünyaya göz açıb. Ağrılı-acılı uşaqlıq illəri keçirən Məmmədin 17 yaşı tamam olanda dünyanın başının üstünü qara buludlar almışdı. Kəndin bütün say-seçmə igidləri müharibəyə göndərilmişdi. Kənd uşaqların, q...
ANL
Neftiylə döyüşən Bakının "Qəhrəman şəhər" adı daşıması tarixi ədalətin bərpası olardı. Xahiş edirəm, mənim bu məlumatıma inanasınız". Bir gün sonra Stalin cavab teleqramında Bakı haqqında məlumata görə Çörçillə təşəkkür edir və əks-hücumlara hazırlıq aparıldığını bildirir. Əslində Hitlerin məlum bəyanatı hamıya bəlli i...
ANL
Arif Paşayev: "Vətənini azad görmək istəyən hər bir kəs bilməlidir ki, qələbə yalnız onu arzu edənlərin birliyindədir". Milli Aviasiya Akademiyasının rektoru, "Azərbaycan dünyası" beynəlxalq jurnalının Ali Şurasının sədri, akademik Arif Paşayev Böyük Vətən müharibəsində Qələbənin 65 illik yubileyi münasibətilə jurnalın...
ANL
Azərbaycanın Moskvadakı səfirliyində azərbaycanlı veteranlarla görüş keçirilmişdir. Böyük Qələbənin 65 illiyi ərəfəsində Azərbaycanın Moskvadakı səfirliyində Böyük Vətən müharibəsinin Moskvada yaşayan azərbaycanlı veteranlarının səfir Polad Bülbüloğlu ilə görüşü keçirilmişdir. Səfir soydaşlarımızı bu əlamətdar bayram m...
ANL
Biz o şəhərə gedəcəyik. Şuşaya uzanan yollar isə Ağdamdan, Xocalıdan keçir. 1992-ci ilin 8 may gününü Qəbələdə necə qarşıladığım bütün təfərrüatı, danışılanların və eşitdiklərimin dəqiq çərçivəsi və mahiyyəti ilə necə var o cür də yadımdadır. Donmuş xatirələrin soyuğu yəqin ki, heç vaxt canımdan çıxmayacaq. Qohum toyun...
ANL
Güllələnmiş heykəllərin fəryadı. Minlərlə günahsız insanın qanını tökməklə kifayətlənməyən erməni cəlladları cansız heykəlləri də gülləbaran etdilər. Çox qəribədir, düşmən əsirliyindən azad edilmiş, Vətənə, doğmalar arasına gətirilən "yaralı" Xan qızının, Üzeyir bəyin, böyük nəğməkar Bülbülün üzlərində donmuş ifadə elə...
ANL
Milli dəyərlərimizin ensiklopediyası. XX yüzilliyin sonlarından Azərbaycan Respublikası müstəqil, suveren və demokratik bir dövlət kimi dünya dövlətləri sırasına daxil olandan sonra respublika rəhbəri, ümummilli liderimiz Heydər Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində xalqımızın milli-mənəvi və maddi dəyərlər...
ANL
Budapeştdə Avropa Xəbər Agentlikləri Alyansının konfransı işini davam etdirir. Mayın 7-də Budapeştdə "Xəbər agentliklərinin gələcəyi: sosial media, naşirlər və brodkasterlər. Biz birlikdə pul qazana bilərikmi?" mövzusunda konfrans işini davam etdirmişdir. Konfrans Avropa Xəbər Agentlikləri Alyansı (EANA) və Macarıstanı...
ANL
"Heydər Əliyev və inkişafın Azərbaycan modeli". Ümummilli liderin anadan olmasının 87-ci ildönümünə həsr edilmiş konfrans. Yeni Azərbaycan Partiyası mayın 8-də "Gülüstan" sarayında partiyanın yaradıcısı, müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ...
ANL
Mükəmməl qanunvericilik sisteminin banisi. Dünya təcrübəsi göstərir ki, hər bir xalqın yaranmış tarixi imkandan bəhrələnərək öz müstəqil dövlətini qurması, ilk növbədə lider amili ilə bağlı olmaqla onun yaradıcı təfəkkürü, siyasi əzmi, yüksək intellekti, qətiyyəti və dövlətçilik səriştəsi sayəsində gerçəkləşir. Bütövlü...
ANL
Heydər Əliyev və Azərbaycanın müstəqillik məfkurəsi. Hər xalqın dirçəlişi, dünya arenasında öz sözünü deməsi, XXI əsrin sürətlə qloballaşan dinamik strukturuna hansı dərəcədə adaptasiya olunmasından xeyli dərəcədə asılıdır. Bu zaman əsas məsələ millətin bütün təbəqələrinə xitab edən inteqrativ ideyanın, yəni əsl milli ...
ANL
Azərbaycan Prezidentinin Qafqazda atdığı addımlar Birləşmiş Ştatlarda diqqətlə izlənilir. Azərbaycan çox mürəkkəb coğrafi məkanda yerləşən bir dövlətdir. ABŞ və Qərb ölkələri ilə əlaqələri inkişaf etdirməyi, bazar iqtisadiyyatının və demokratiyanın bərqərar olması üçün əzmlə çalışmağı qarşısına məqsəd qoyan Prezident H...
ANL
Davamlı inkişaf strategiyasının müəllifi. Tarixi təcrübə sübut edir ki, hər hansı dövlətin inkişafını, dünya birliyində öz layiqli yerini tuta bilməsini şərtləndirən əsas amillərdən biri də xalqın özünə lider olaraq seçdiyi şəxsin fərdi keyfiyyətləridir. Çünki dövlətin böyük və ya kiçikliyindən, malik olduğu iqtisadi p...
ANL
Milli maraqların təminatçısı. Dirçəliş yolunda olan hər bir xalq çağdaş dünya reallıqlarına uyğun gələcək inkişaf prioritetlərini düzgün müəyyənləşdirmək üçün ilk növbədə, konkret zaman və imkan daxilində keçdiyi mərhələlərin uğurlu nəticələrindən bəhrələnməyə çalışır. Tarixə öz möhürünü vuran liderlər mütərəqqi inkişa...
ANL
Heydər Əliyevin yaratdığı Azərbaycan Konstitusiyasında insan hüquqları. İnsan hüquqları və dövlət hakimiyyətinin məhdudlaşdırılması ideyası bu gün dünyada ictimai inkişaf prosesinə istiqamət verən mühüm ideyalardan biridir. İnsan hüquqları ciddi elmi araşdırmaların predmetinə, daxili siyasətlə bağlı qızğın müzakirə və ...
ANL
Azərbaycanın inkişaf strategiyası: modernləşdirmə xətti. Müstəqil Azərbaycan ildən-ilə güclənir, sürətlə inkişaf edir. Aparılan iqtisadi siyasət sayəsində Azərbaycanın makroiqtisadi inkişafında dayanıqlıq təmin edilib və bir çox dövlətlərin uzun müddət ərzində əldə edə bilmədiyi yüksəliş tempinə nail olunub. Bu gün iqt...
ANL
Heydər Əliyev ideyalarının reallaşdığı daha bir ünvan - Sumqayıt. Cəmiyyətin formalaşmasında və inkişafında şəxsiyyətlərin rolu böyükdür. Tarix sübut edir ki, ümumilikdə hər bir xalqın, ölkənin tarixində güclü şəxsiyyətlər olub. Azərbaycanın müstəqil dövlət kimi formalaşmasında, dünya dövlətləri arasında layiqli yer tu...
ANL
Tarix yaradan insan. Allah dünyanı və insanı yaratdı. Dünyanın tarixini yazan və yaradanlar isə insanlardır. Bu insanların həyatı, taleyi, fəaliyyəti, məqsəd və məramları çox maraqlı, qeyri-adiliklə zəngin olduğu üçün onlar haqqında daha çox öyrənmək, daha çox düşünmək, bəzən də bu şəxsiyyətləri bir-biri ilə müqayisə e...
ANL
Nazirlər Kabinetində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilmişdir. Mayın 7-də Nazirlər Kabineti Aparatının Yeni Azərbaycan Partiyası (YAP) ilk partiya təşkilatı xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ...
ANL
Konstitusiya Məhkəməsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir. Konstitusiya Məhkəməsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir. Tədbirin əvvəlində ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sük...
ANL
Vaşinqtonda Heydər Əliyevin ABŞ səfərlərinə həsr olunmuş fotosərgi açılmışdır. Vaşinqtondakı Azərbaycan Ticarət və Mədəniyyət Palatasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr edilən fotosərginin açılış mərasimi keçirilmişdir. ABŞ-Azərbaycan Ticarət Palatası və ölkəmizin ABŞ-dakı səfirl...
ANL
Heydər Əliyev Fondu öz fəaliyyəti ilə beynəlxalq miqyasda da böyük rəğbət qazanmaqdadır. Müstəqil Azərbaycan dövlətinin qurucusu olan, həyatını xalqına xidmətə həsr edən ümummilli lider Heydər Əliyevi daim qəlblərdə yaşadan, xatirəsini əbədiləşdirən, bu böyük insanın adının hər zaman dərin ehtiramla anılmasına səbəb ol...
ANL
Azərbaycan xalqı faşizm üzərində qələbənin qazanılmasına böyük töhfələr verib. İkinci dünya müharibəsində faşizm üzərində Qələbədən 65 il keçir. Bu qələbənin əldə olunmasında Azərbaycan xalqının da böyük töhfəsi və rolu olub. Çünki xalqımız faşizm üzərində qələbə üçün özünün 600 min oğul və qızını cəbhəyə yola salmışdı...
ANL
Qəhrəman kimi döyüşdü, qəhrəman kimi yaşadı. Jurnalist sənətinin mənə yaxından tanıtdığı maraqlı simalardan, adlı-sanlı insanlardan biri də görkəmli elm xadimi, akademik Ziya Bünyadovdur. Sovet İttifaqı Qəhrəmanı, böyük alim Z.Bünyadov hərtərəfli istedada malik, bənzərsiz, nadir bir şəxsiyyət idi. Ötən əsrin 90-cı illə...
ANL
Böyük Vətən müharibəsi illərində Azərbaycan dəyanəti. Dünya tarixindəki hərbi münaqişələr sırasında insan tələfatına, yüz minlərlə şəhər, qəsəbə və kəndin viranəyə çevrilməsinin miqyasına görə ən dəhşətlisi İkinci dünya müharibəsi olmuşdur. Bu müharibə keçmiş sovetlər birliyinin tarixinə Böyük Vətən müharibəsi kimi dax...
ANL
Ulu öndərin ali hakimiyyətə qayıdışından sonra faşizm üzərində Qələbə yenidən dövlət səviyyəsində qeyd olunmuşdur. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, mayın 8-də nazirlikdə faşizm üzərində Qələbənin 65-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Əvvəlcə ulu öndər Heydər Əliyev...
ANL
Milli Aviasiya Akademiyasında "Cinayət və cinayət prosessual hüquqda problemlər" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. Mayın 7-də "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti və Milli Aviasya Akademiyası ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci və Böyük Vətən müharibəsində Qələbənin 6...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya işgüzar səfəri. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin dəvəti ilə Böyük Vətən müharibəsində Qələbənin 65 illiyinə həsr olunmuş bayram tədbirlərində iştirak etmək üçün mayın 8-də Moskvaya işgüzar səfərə yola düş...
ANL
Azərbaycan Prezidenti hər zaman ölkəmizin vətəndaşlarının yanındadır. Mən əminəm ki, biz bu çətin vəziyyətdən şərəflə çıxacağıq. Azərbaycan dövləti güclü dövlətdir. Bizim çox güclü sosial siyasətimiz vardır. Hər bir məmur, hər bir vəzifəli şəxs elə hesab etməlidir ki, onun evi uçubdur, onun ailəsi evsiz-eşiksiz qalıbdı...
ANL
Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatının diplomu və fəxri döş nişanının təsvirlərinin təsdiq edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. "Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasının tərkibi və Əsasnaməsinin təsdiq edilməsi haqqında...
ANL
Azərbaycan Respublikasının Dövlət Mükafatı Laureatının Diplomunun təsviri. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 may tarixli Sərəncamı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasının Dövlət Mükafatı Laureatının Diplomu parıltılı kağızdan hazırlanır və eni 11 sm, uzunluğu isə 16 sm olan dörd səhifədən iba...
ANL
Azərbaycan Respublikasının Dövlət Mükafatı Laureatının fəxri döş nişanının təsviri. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 may tarixli Sərəncamı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasının Dövlət Mükafatı Laureatının fəxri döş nişanı medal və qəlibdən ibarətdir (eskiz əlavə olunur). Medalın üz tərəfin...
ANL
Avstriyada faşizm üzərində Qələbənin 65-ci ildönümü geniş qeyd edilir. Avstriyanın alman faşizmindən azad edilməsində iştirak etmiş müttəfiq ölkələrin nümayəndələri mayın 7-də Vyana mərkəzi qəbiristanlığında İkinci dünya müharibəsində həlak olmuş əsgərlərin xatirəsinə ucaldılmış abidə önünə əklil qoymuş, onların xatirə...
ANL
Azərbaycan torpağında doğulmuş qəhrəmanların hünəri haqqında "Müharibənin əks-sədası" kitabı Moskvada çapdan çıxmışdır. Moskvada Azərbaycan torpağında doğulmuş qəhrəmanların hünəri haqqında "Müharibənin əks-sədası" kitabı çapdan çıxmışdır. Böyük Vətən müharibəsində Qələbənin 65-ci ildönümünə həsr olunmuş kitabın müəlli...
ANL
İsrailin Hadera şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan xiyabanın açılışı olmuşdur. Açılış mərasimində çıxış edən Hadera şəhərinin meri Xaim Avinat demişdir ki, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev dünya tarixində ədalətli və insanpərvər dövlət başçısı kimi yaddaşlarda yaşay...
ANL
Oman Diplomatik İnstitutunun baş direktoru Azərbaycan Diplomatik Akademiyasında olmuşdur. Oman Diplomatik İnstitutunun baş direktoru Əhməd bin Səlim Baomar və birinci katibi İsa Saleh Əl Şeyba Azərbaycan Diplomatik Akademiyasında (ADA) olmuşlar. Xarici işlər nazirinin müavini rektor Hafiz Paşayev ilə görüşdə iki qurum ...
ANL
Azərbaycanın dahi oğlu, ulu öndər Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır. Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdir. Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lide...
ANL
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moskvada böyük Qələbənin 65 illiyinə həsr olunmuş şənliklərdə iştirak etmişdir. Prezident Dmitri Medvedevin dəvəti ilə Rusiya Federasiyasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1941-1945-ci illərin Böyük Vətən müharibəsində Qələbəni...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin və Xorvatiya Prezidenti İvo Yosipoviçin görüşü. Rusiya Federasiyasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviçin mayın 9-da Moskvada görüşü olmuşdur. Görüşdə ölkələrimiz arasında müxtəlif sahələr...
ANL
Səfər başa çatdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri mayın 9-da başa çatmışdır. Vnukovo-2 hava limanında Azərbaycan Prezidentini Rusiyanın dövlət və hökumət nümayəndələri yola saldılar. Həmin gün Prezident İlham Əliyev Vətənə qayıtmışdır. Heydər Əliyev adına Beynəl...
ANL
Azərbaycan Dövlət İqtisad Universitetinin 80 illik yubileyinin keçirilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 2010-cu ilin noyabr ayında respublikamızın tanınmış ali təhsil ocaqlarından sayılan Azərbaycan Dövlət İqtisad Universitetinin fəaliyyətə başlamasının 80 illiyi tamam olur. Zəngin elmi-pe...
ANL
Rusiya Federasiyasının Prezidenti zati-aliləri cənab Dmitri Medvedevə. Hörmətli Dmitri Anatoliyeviç! Kemerovo vilayətindəki "Raspadskaya" şaxtasında partlayışlar nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirmişdir. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmal...
ANL
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə paytaxtda möhtəşəm gül bayramı təşkil edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev bayramda olmuşdur. Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar ...
ANL
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 6 illiyi münasibətilə təntənəli mərasim keçirilmişdir. Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir. Mayın 10-da "Buta" sarayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 8...
ANL
"Azəri inciləri" Türkiyədə. Bakı şəhəri Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin "Azəri inciləri" rəqs kollektivi üçün Türkiyədə keçirilən "23 Nisan" Beynəlxalq Uşaq Festivalında iştirak etmək artıq ənənəyə çevrilib. Minlərlə tamaşaçının toplaşdığı stadionda 20 ölkənin uşaq rəqs kollektivi iştirak edirdi. Azərb...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının müdafiə naziri Anatoli Serdyukovu qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 11-də Rusiya Federasiyasının müdafiə naziri Anatoli Serdyukovu qəbul etmişdir. Dövlət başçısı Moskvada 9 May münasibətilə keçirilən hərbi paradın yüksək sə...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın Los-Anceles dairəsinin şerifi Leroy Bakanı qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 11-də Amerika Birləşmiş Ştatlarının Los-Anceles dairəsinin şerifi Leroy Bakanı qəbul etmişdir. Görüşdə Azərbaycanın Los-Anceles dairəsinin hüquq-mühafizə orqanlar...
ANL
Təbii fəlakətlərdən daha böyük uğurla qorunmaq üçün yaxın zamanlarda kompleks tədbirlər planı təsdiqlənəcəkdir. Prezident İlham Əliyev Şirvan şəhərində daşqınlardan zərər çəkərək çadır düşərgəsində müvəqqəti məskunlaşan Sabirabad sakinləri ilə görüşmüş, təbii fəlakətlə bağlı səyyar müşavirə keçirmişdir. Azərbaycan Resp...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev "İntizar" operasının yeni quruluşda premyerasına tamaşa etmişdir. Mayın 11-də Heydər Əliyev Sarayında Heydər Əliyev Fondunun Beynəlxalq musiqi layihəsi çərçivəsində xalq artisti Firəngiz Əlizadənin "İntizar" operasının yeni quruluşda premyerası olmuşdur. Azərbaycan Respublikasının Pre...
ANL
Milli Parkda bayram konserti və möhtəşəm atəşfəşanlıq. Xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə Bakı Şəhəri İcra Hakimiyyəti ilə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti mayın 10-da Dən...
ANL
Ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü xarici ölkələrdə də qeyd edilmişdir. Mayın 10-da Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin qonaq evində xalqımızın ümummilli lideri, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr edilmiş təntənəli ...
ANL
Azərbaycan Diplomatik Akademiyasında dahi lider Heydər Əliyevin xatirəsi anılmışdır. Mayın 10-da Azərbaycan Diplomatik Akademiyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə akademiyanın əməkdaşları və magistrantları, gənc diplom...
ANL
"Əməkdar hüquqşünas" fəxri adı təntənəli şəraitdə təqdim olunmuşdur. Məhkəmə-Hüquq Şurasında keçirilən tədbirdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi hüquqi islahatların həyata keçirilməsində səmərəli fəaliyyətlərinə və vəzifələrini nümunəvi yerinə yetirdiklərinə görə dövlətimizin başçısı tə...
ANL
Dövlət təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün operativ tədbirlər görür. Mayın 11-də Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov iclası giriş sözü ilə açdıqdan sonra deputatlar gündəliyə təqdim olunan məsələləri təsdiq etdilər. Bundan sonra cari...
ANL
Azərbaycan-İsveçrə əlaqələrinin inkişafı üçün böyük potensial var. Mayın 11-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan İsveçrə parlamentinin İsveçrə-Azərbaycan dostluq qrupunun sədri xanım Kristin Egerzegi-Obristin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü. Qonaqları salamlayan Milli Məclisin Sədri...
ANL
İsveçrə Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır. Ölkəmizdə səfərdə olan İsveçrə parlamentinin İsveçrə-Azərbaycan dostluq qrupunun üzvləri mayın 11-də Milli Məclisə gəlmişdilər. Qonaqlar parlamentin binası ilə tanış olmuş, deputatlar üçün yaradılmış iş şəraitini yüksək qiymətləndirmişlər. İsveçrəli deputatlar, iş...
ANL
Beynəlxalq Paralimpiya Komitəsi Azərbaycanda idmanın inkişafını yüksək qiymətləndirir. Azərbaycan Prezidentinin ölkədə idmanın inkişafına göstərdiyi diqqət və qayğı beynəlxalq idman yarışlarında öz müsbət nəticələrini göstərir. Bu göstərici, eləcə də Azərbaycanın Səhiyyə, Gənclər və İdman, Təhsil, Əmək və Əhalinin Sosi...
ANL
Naxçıvan Muxtar Respublikası Ali Məclisində türkiyəli qonaqlarla görüş keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikada səfərdə olan Türkiyə Respublikasının Qars, Ərdəhan və İqdır valiləri Əhməd Kara, Mustafa Tekmen və Sayim Saffet Karahisarlı ilə görüşmüşdür. Qonaqları...
ANL
Şəmkir və Yenikənd SES-ləri ellərə nur paylayır. Ulu öndər Heydər Əliyev ölkənin hər yerində olduğu kimi, qərb bölgəsində də neçə-neçə əvəzsiz yadigar yaratdı. Zavodlar, fabriklər, mədəniyyət evləri, məktəblər, xəstəxanalar, yollar, körpülər, parklar, bağlarE Bu yadigarlar arasında Şəmkir və Yenikənd SES-in xüsusi yeri...
ANL
Heydər Əliyev Mərkəzi fəaliyyətdədir. Müstəqil Azərbaycan Respublikasının memarı ulu öndər Heydər Əliyev xalqımızın tarixinə unudulmaz dövlət xadimi, görkəmli siyasətçi kimi daxil olmuşdur. Onun müdrik daxili və xarici siyasəti sayəsində bu gün ölkəmiz dünyanın demokratik dövlətləri arasında özünəməxsus yer tutur. Ulu ...
ANL
Heydər Əliyev dövlət-vətəndaş cəmiyyəti institutlarının müasir modelini yaratmışdır. Dünya siyasət tarixində fenomenal şəxsiyyətlərdən olan Heydər Əliyevin xalqımızın inkişafı, Azərbaycanın tərəqqisi və qabaqcıl dünya ölkələri sırasına çıxması üçün əvəzedilməz xidmətləri olmuşdur. Heydər Əliyev müasir dövrdə müstəqil A...
ANL