text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Rusiya ilə Azərbaycan arasında hərbi-texniki sahədə əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Azərbaycanda işgüzar səfərdə olan Rusiyanın müdafiə naziri Anatoli Serdyukov mayın 11-də müdafiə naziri, general-polkovnik Səfər Əbiyevlə görüşmüşdür. A.Serdyukov ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanın... | ANL |
Tanınmış televiziya və radio jurnalisti Valid Sənani haqqında yazmaq barədə redaksiya rəhbərliyinin verdiyi tapşırıq həyatda, yaradıcılıq fəaliyyətimdə həmişə özümə bir ustad, müəllim sandığım insanla bağlı düşüncələrimi ifadə etmək, oxucularla, onu yaxından-uzaqdan tanıyanlarla bölüşmək şansı verdi. ...1973-cü ildə Az... | ANL |
Möhtəşəm, əzəmətli və şərəfli ünvan. Bu, Heydər Əliyev Sarayıdır. Ümummilli lider Heydər Əliyev respublikamızın bütün sahələri kimi, mədəniyyətin də inkişafı üçün böyük işlər görmüşdür. Ulu öndərin bu sahədə imzaladığı qərar və sərəncamlar əsasında tikilmiş və möhtəşəmliyi, milli koloritliyi və əzəmətliyi ilə seçilən b... | ANL |
Teatr cəzaçəkmə müəssisəsində... Ölkəmizdə son illər cəzaçəkmə müəssisələri və onların fəaliyyətində müasir tələblər səviyyəsinə cavab verən islahatlar aparılmaqdadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin humanist prinsiplərə və Azərbaycan Respublikası Konstitusiyasının müvafiq tələblərinə uyğun o... | ANL |
Almaniyalı rəssam Peter Föllerin sərgisində Azərbaycana həsr olunmuş əsərləri də nümayiş etdirilmişdir. Berlində tanınmış almaniyalı rəssam Peter Föllerin yaradıcılıq sərgisi keçirilmişdir. Azərbaycana dost münasibətilə seçilən P.Föller öz yaradıcılığında ölkəmizin ağrılı problemlərinə də müraciət etmişdir. Sərgidə rəs... | ANL |
Salyan Dövlət Kukla Teatrı Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkil etdikləri "Milli Teatr Festivalı - 2010" tədbirləri çərçivəsində Azərbaycan Dövlət Kukla Teatrında çıxış etmişdir. Teatr Abdulla Şaiqin əsəri əsasında Rəhman Əlizadənin qələmə aldığı "Tülkünün uçuşu" tamaşasın... | ANL |
Ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə Ağsu rayonunda "Mədəni irsə qayğıkeş münasibətin Heydər Əliyev nümunəsi" mövzusunda elmi konfrans keçirilib. Konfransdan əvvəl AMEA-nın vitse-prezidenti, akademik Nailə Vəlixanlı, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova, aka... | ANL |
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 6 illiyi münasibətilə təntənəli mərasim keçirilmişdir. Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir. Xəbər verdiyimiz kimi, mayın 10-da "Buta" sarayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliy... | ANL |
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 6 illiyi münasibətilə təntənəli mərasim keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin nitqi. - Hörmətli xanımlar və cənablar! Bu gün biz Azərbaycan xalqının böyük oğlu, ulu öndər Heydər Əliyevin anada... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ dövlət katibinin Cənubi Qafqaz regionu üzrə müşaviri xanım Tina Kaydanovu qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də ABŞ dövlət katibinin Cənubi Qafqaz regionu üzrə müşaviri xanım Tina Kaydanovu qəbul etmişdir. Görüşdə Azərbaycan ilə Amerika Bir... | ANL |
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri zati-aliləri cənab Devid Kamerona. Hörmətli cənab Baş nazir! Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri vəzifəsinə təyin edilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı ... | ANL |
Liviya inqilabının rəhbəri, Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsinin başçısı zati-aliləri cənab Müəmmər əl-Qəzzafiyə. Zati-aliləri! Tripoli beynəlxalq hava limanında baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların a... | ANL |
İnkişaf - məqsədimizdir" çoxcildliyinin dördüncü cildi çapdan çıxmışdır. "Neft və qaz kəmərlərinin inşası, Xəzərin neft və qaz ehtiyatlarının, dənizin Azərbaycan sektorundakı ehtiyatların işlənilməsi bu gün dünyada həyata keçirilən ən böyük enerji layihələridir. Bu layihələr çox uğurla həyata keçirilir. Bunun bir neçə ... | ANL |
Azərbaycan dövləti uşaq hüquqlarının təmin olunmasına daha həssas münasibət bəsləyir. Mayın 12-də Milli Məclis Sədrinin müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov ölkəmizdə səfərdə olan YUNİSEF-in Mərkəzi və Şərqi Avropa, MDB ölkələri üzrə regional direktoru Stiven ... | ANL |
YUNİSEF Azərbaycan hökumətinin səhiyyənin inkişafı, qaçqın uşaqların reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində gördüyü işləri yüksək qiymətləndirir. Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirmişlər ki, mayın 12-də nazir Elmar Məmmədyarov Bakıda səfərdə olan YUNİSEF-in Mərkəzi və Şərqi Avropa, Müstəqi... | ANL |
Avropa Komissiyası "Qonşuluq paketi" sənədlərini dərc etmişdir. Mayın 12-də Avropa Komissiyası "Qonşuluq paketi" adlanan sənədləri dərc etmişdir. Bura Avropa Qonşuluq siyasətinin beşillik icrasının ümumi qiymətləndirilməsi, keçən ilin inkişafına dair Azərbaycanda da daxil olmaqla 12 ölkə üzrə hesabat daxildir. Bu barəd... | ANL |
Azərbaycanın xarici işlər naziri ABŞ Cənubi Qafqaz regionu üzrə müşaviri ilə görüşmüşdür. Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirmişlər ki, mayın 12-də nazir Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan ABŞ dövlət katibinin Cənubi Qafqaz regionu üzrə müşaviri xanım Tina Kaydanov ilə görüşmüşdür. Görüşdə ikitərəfli, ... | ANL |
Serbiya Prezidenti Boris Tadiçin Azərbaycana rəsmi səfəri. Hava limanında qarşılanma. Mayın 12-də Serbiya Respublikasının Prezidenti Boris Tadiç Azərbaycana rəsmi səfərə gəlmişdir. Azərbaycanın və Serbiyanın dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarov... | ANL |
Mətbuatın dostu və böyük qayğıkeşi. "Mən ümid edirəm ki, gələcəkdə milli mətbuatımız daha da inkişaf edəcək, dövlət, hökumət tərəfindən lazımi tədbirlər görüləcəkdir. Siz bilirsiniz ki, ulu öndərimiz Heydər Əliyev mətbuata daim böyük diqqətlə yanaşırdı. Mətbuatın maddi-texniki bazasının möhkəmlənməsinə, ümumiyyətlə, mə... | ANL |
Erməni məkri baş tutmadı. Azərbaycan nümayəndə heyəti onun qarşısını vaxtında aldı. Müsahibimiz Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri, ölkəmizin AŞ PA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidovdur. - Səməd müəllim, AŞ PA-nın yaz sessiyasında Azərbaycan üçün əhəmiyyətli... | ANL |
Görkəmli ədəbiyyatşünas alim Cəfər Xəndanın 100 illik yubileyinə həsr olunmuş "Klassik Azərbaycan filologiyası və müasir problemlər" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. Mayın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetində "Klassik Azərbaycan filologiyası və müasir problemlər" mövzusunda görkəmli ədəbiyya... | ANL |
Türkiyənin Baş naziri və Rusiya Prezidenti Dağlıq Qarabağ problemini müzakirə etmişlər. Ankarada səfərdə olan Rusiya Prezidenti Dmitri Medvedev Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşmüşdür. Görüşdən sonra keçirilmiş birgə mətbuat konfransında Rəcəb Tayyib Ərdoğan demişdir ki, ATƏT-in Minsk qrupunun həmsədri... | ANL |
Neft sənayesində nanotexnologiyanın tətbiqi. Azərbaycan Respublikası Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət mükafatına təqdim edilmiş "Neft sənayesində nanotexnologiya" (fundamental elmi araşdırmalar, ixtira və tətbiq) adlı iş diqqətimi çəlb etdi. Bu iş müasir dövrdə dünya elminin prioritet istiqamətlərindən olan nan... | ANL |
Murmanskda kitab sərgisi və fotosərgi açılmışdır. Rusiya Federasiyası Murmansk vilayətinin qubernatoru yanında millətlərin işləri üzrə Məşvərət Şurasının üzvü Əlihüseyn Şükürov bildirmişdir ki, Ümumrusiya Azərbaycan Konqresinin Murmansk şöbəsinin mərkəzi ofisində "Heydər Əliyevin müstəqil Azərbaycanın yaranmasına və in... | ANL |
Türkmənistanda ümummilli lider Heydər Əliyevə həsr olunmuş kitabın təqdimatı keçirilmişdir. Mayın 10-da Aşqabaddakı "Prezident" mehmanxanasında Milli Məclisin deputatı Hüseynbala Mirələmovun Azərbaycanın Türkmənistandakı səfirliyi tərəfindən türkmən dilinə tərcümə edilmiş "Görkəmli şəxsiyyətlərin həyatı" silsiləsindən ... | ANL |
Türk tarixinin yorulmaz tədqiqatçısı. XX əsrdə türk xalqlarının istər qədim və orta əsrlər, istərsə də müasir tarixinin öyrənilməsində dünyanın aparıcı elmi mərkəzlərində və təhsil müəssisələrində çalışan görkəmli tədqiqatçı-alimlərlə bərabər, Türkiyədə müasir türk tarixşünaslığının banilərindən biri sayılan professor ... | ANL |
Azərbaycan Kənd Təsərrüfatı Akademiyası respublikada kənd təsərrüfatı mütəxəssisləri hazırlayan yeganə ali təhsil müəssisəsidir. Böyük maddi-texniki bazaya malik və yüksək ixtisaslı professor-müəllim kollektivini özündə birləşdirən akademiyanın maraqlı və zəngin inkişaf tarixi var. Bu gün illər ötüb keçsə də məzunların... | ANL |
Uğurla inkişaf edən Azərbaycan-Serbiya əlaqələri regional səviyyədə daha yaxşı anlaşmaya xidmət edəcəkdir. Serbiya Prezidenti Boris Tadiçin Azərbaycana rəsmi səfəri. Rəsmi qarşılanma mərasimi. Mayın 13-də Azərbaycan Respublikasında rəsmi səfərdə olan Serbiya Respublikasının Prezidenti Boris Tadiçin rəsmi qarşılanma mər... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin və Serbiya Prezidenti Boris Tadiçin təkbətək görüşü. Mayın 13-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Boris Tadiçin təkbətək görüşü olmuşdur. Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə, o ... | ANL |
Geniş tərkibdə görüş. Mayın 13-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Serbiya Prezidenti Boris Tadiçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olmuşdur. Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV görüş iştirakçılarına müraciətlə dedi: - Hörmətli cənab Prezi... | ANL |
Sənədlərin imzalanma mərasimi. Mayın 13-də geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan-Serbiya sənədlərinin imzalanması mərasimi olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Boris Tadiç "Azərbaycan Respublikası Prezidentinin və Serbiya Respublikası Prezidentinin Birgə Bəyannaməsi"ni ... | ANL |
Ali qonağın şərəfinə. Mayın 13-də Azərbaycan Prezidenti İlham Əliyevin adından Serbiya Prezidenti Boris Tadiçin şərəfinə rəsmi nahar verilmişdir. AzərTAc. | ANL |
Dövlət başçılarının mətbuat üçün bəyanatları. Mayın 13-də Azərbaycan-Serbiya sənədlərinin imzalanma mərasimi başa çatdıqdan sonra prezidentlər İlham Əliyev və Boris Tadiç mətbuat üçün bəyanatlarla çıxış etmişlər. Həqiqətən Serbiya hökumətinin nümayəndə heyəti ilə Bakıda - Azərbaycanda olmağımdan, Sizinlə və Siz... | ANL |
Dövlət başçılarının mətbuat üçün bəyanatları. Mayın 13-də Azərbaycan-Serbiya sənədlərinin imzalanma mərasimi başa çatdıqdan sonra prezidentlər İlham Əliyev və Boris Tadiç mətbuat üçün bəyanatlarla çıxış etmişlər. Azərbaycan Prezidenti İlham ƏLİYEV bəyanatla çıxış edərək dedi: - Hörmətli cənab Prezident! İlk növb... | ANL |
Serbiya Prezidenti Boris Tadiçin Azərbaycanın Baş naziri Artur Rasizadə ilə görüşü. Mayın 13-də Serbiya Prezidenti Boris Tadiç onun üçün ayrılmış iqamətgahda Azərbaycanın Baş naziri Artur Rasizadəni qəbul etmişdir. Prezident Boris Tadiç Bakıda keçirilən danışıqlardan razı qaldığını bildirərək qeyd etmişdir ki, Serbiya ... | ANL |
Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət. Azərbaycanda rəsmi səfərdə olan Serbiya Prezidenti Boris Tadiç mayın 13-də Fəxri xiyabana gəlmişdir. Serbiya dövlətinin başçısı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla andı, ulu öndərin məzarı önünə əklil qoydu. AzərTAc. | ANL |
Şəhidlərin xatirəsinə ehtiram. Azərbaycanda rəsmi səfərdə olan Serbiya Prezidenti Boris Tadiç mayın 13-də Şəhidlər xiyabanını ziyarət etmişdir. Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident Boris Tadiç Azərbaycanın azadlığı və suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəs... | ANL |
Heydər Əliyev Fondu ilə tanışlıq. Serbiya Respublikasının Prezidenti Boris Tadiç mayın 13-də Heydər Əliyev Fondunda olmuşdur. Ali qonağa Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış fondun məqsədləri və fəaliyyəti barədə məlumat verildi. Serbiya Prezidenti ulu öndərin şəxsi arxivindən götürülmüş və onu... | ANL |
Serbiya Prezidenti Boris Tadiç Milli Məclisdə olmuşdur. Azərbaycanda rəsmi səfərdə olan Serbiya Respublikasının Prezidenti Boris Tadiç mayın 13-də Milli Məclisə gəlmişdir. Parlamentin binası önündə ali qonağı Milli Məclisin Sədri Oqtay Əsədov və digər rəsmi şəxslər qarşılamışlar. Serbiya Prezidenti Milli Məclisin iclas... | ANL |
Bakıda Azərbaycan-Serbiya biznes-forumu keçirilmişdir. Mayın 13-də Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə ilk Azərbaycan-Serbiya biznes-forumu keçirilmişdir. Tədbirdə Azərbaycan və Serbiya tərəfdən hökumət rəsm... | ANL |
Səfər başa çatdı. Mayın 13-də Serbiya Prezidenti Boris Tadiçin Azərbaycana rəsmi səfəri başa çatmışdır. Azərbaycanın və Serbiyanın dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına Beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Serbiya dövlətinin başçısını Azərbaycanın Baş nazirinin... | ANL |
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Gürcüstanın birinci xanımı Sandra Elizabet Rulofs ilə görüşmüşdür. Mayın 13-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva ölkəmizdə səfərdə olan Gürcüstan Prezidentinin... | ANL |
Hörmətli qonağın şərəfinə. Mayın 13-də Azərbaycan Prezidentinin xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın adından Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin xanımı Sandra Elizabet Rulofsun şərəfinə nahar verilmişdir. AzərTAc. | ANL |
Gürcüstanın birinci xanımı ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdir. Azərbaycanda səfərdə olan Gürcüstanın birinci xanımı Sandra Elizabet Rulofs mayın 13-də Fəxri xiyabana gələrək görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur. Gürcü... | ANL |
Gürcüstanın birinci xanımı Sandra Elizabet Rulofs Talassemiya Mərkəzində olmuşdur. Azərbaycanda səfərdə olan Gürcüstanın birinci xanımı Sandra Elizabet Rulofsun başçılıq etdiyi nümayəndə heyəti mayın 13-də Talassemiya Mərkəzində olmuşdur. Mərkəzin direktoru Azər Kərimov müalicə ocağı barədə qonaqlara məlumat verərək bi... | ANL |
Daim xalqla birlikdə. Azərbaycan Prezidenti İlham Əliyevin dövlət idarəçiliyi siyasətində vətəndaşın sosial rifah amili daim öndə dayanır. Tarix boyu hər bir ölkədə hakimiyyətin xalqa xidmət səviyyəsi, ilk növbədə, onun ictimaiyyət qarşısında götürdüyü öhdəliklərə sadiqliyi əsasında müəyyənləşib. Xalqdan mandat almış h... | ANL |
Azərbaycan şəffaf və ədalətli parlament seçkilərinə hazırdır. Bütün dünyada seçkilər dövlətin və ictimai həyatın idarə olunmasında vətəndaşların ən kütləvi iştirak formasıdır. Bu mənada xalqın iradəsinin ifadəsi sayılan seçkilərin demokratik, azad keçirilməsi ölkədəki ictimai-siyasi sabitlikdən, ilk növbədə normal seçk... | ANL |
Azərbaycan ordusunun yüksək döyüş hazırlığı işğalçı ölkəni təşvişə salır. Son bir neçə ildə iqtisadi inkişaf göstəricilərinə görə dünyada lider mövqeyə çıxan Azərbaycan bir çox sahələrdə əldə etdiyi uğurlarla seçilən dövlətlər cərgəsində mövqelərini daha da möhkəmləndirməkdədir. Ölkəmiz ordu quruculuğu prosesində də ki... | ANL |
Dünyaya iqtisadi inteqrasiyanı sürətləndirən xarici ticarət strategiyası. "Respublikanın sosial-iqtisadi vəziyyətini inkişaf etdirmək üçün biz xarici ölkələrlə və dünyanın bütün şirkətləri ilə sıx əməkdaşlıq etməliyik. Azərbaycan ilə xarici ölkələr, şirkətlər arasında müştərək iş görməyi iqtisadiyyat sahəsində əsas ist... | ANL |
Musiqimizin tacı muğam. "Buta" sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının altı illiyi münasibətilə keçirilən təntənəli mərasimdə fondun təsis etdiyi "Qızıl çinar" Beynəlxalq mükafatının müxtəlif nominasiyalar üzrə 2010-cu ilin qalibləri el... | ANL |
Yekaterinburqda Azərbaycanın baş konsulluğunun açılış mərasimi olmuşdur. Yekaterinburqda Azərbaycan Respublikasının baş konsulluğunun ofisinin təntənəli açılış mərasimi olmuşdur. Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov tədbiri açaraq qeyd etmişdir ki, baş konsulluğun açılışı görkəmli siyasi xadim və d... | ANL |
Festivalın bağlanış mərasimində çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirmişdir ki, artıq üç ildir "Sağlam ailə güclü dövlətin əsasıdır" devizi altında 15 may - Beynəlxalq Ailə Gününə həsr olunmuş "Azərbaycan ailəsi" festivalı keçirilir. Heydər Əliyev Fondu ilə BMT... | ANL |
Niderlandın Kraliçası Ülyahəzrət Beatriksə. Ülyahəzrət! Tripoli şəhərinin hava limanında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxlu sayda həmvətəninizin həlak olması xəbəri məni son dərəcə sarsıtdı. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı v... | ANL |
Akademikin yubileyi qeyd olundu. İmam Mustafayevin təhsil illəri, əmək və elmi-pedaqoji fəaliyyəti Gəncə və Azərbaycan Dövlət Aqrar Universiteti ilə də bağlı olmuşdur. Bu günlərdə görkəmli ictimai xadimin anadan olmasının 100 illiyi ilə əlaqədar universitetdə tədbir keçirildi. ADAU-nun rektoru, professor Mirdamət Sadıq... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Çexiyanın Baş nazirinin müavini, xarici işlər naziri Yan Kohoutun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də Çexiya Respublikası Baş nazirinin müavini, xarici işlər naziri Yan Kohoutun başçılıq etdiyi nümayəndə hey... | ANL |
Azərbaycanın Baş naziri Çexiya XİN-in başçısı ilə görüşmüşdür. Mayın 14-də Azərbaycanın Baş naziri Artur Rasizadə Çexiya Baş nazirinin müavini, xarici işlər naziri Yan Kohoutun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Azərbaycan-Çexiya münasibətlərinin son illər fəal inkişaf etdiyini deyən Azərbaycan hökuməti... | ANL |
Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydalarının təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarını tənzimləyən qaydaların daha da sadələşdirilməsini təmin etmək məqsədilə qərara a... | ANL |
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 2011-ci ilin mart ayında Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi, tanınmış musiqi xadimi, respublikanın xalq artisti Cabbar Qaryağdı oğlunun anadan olmasının 150 illiyi tamam olur. Cabbar Qaryağdı oğlu muğamlarımızın mahir ifaçısı kimi milli musiqi mədəniyyə... | ANL |
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin bəyanatı. Ermənistan Respublikasının kütləvi informasiya vasitələrində yayılmış məlumatlara əsasən, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində 2010-cu il mayın 23-də qondarma "parlament seçkiləri"nin keçirilməsi planlaşdırılır. Azərbaycan Respublikasının Xa... | ANL |
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva YUNİSEF-in regional direktoru Stiven Allen ilə görüşmüşdür. Mayın 14-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Bakıda səfərdə olan YUNİSEF-in Mərkəzi, Şərqi Avropa ... | ANL |
Sankt-Peterburqda ulu öndər Heydər Əliyevin ad gününə və Naxçıvan Muxtar Respublikasının 85 illiyinə həsr edilmiş konfrans olmuşdur. Rusiyanın şimal paytaxtındakı tarixi binaların birində - Sankt-Peterburq Qanunverici Məclisinin yerləşdiyi Mariinsk sarayının böyük salonunda Naxçıvan Muxtar Respublikasının yaradılmasını... | ANL |
Gəncədə Yeni Azərbaycan Partiyası şəhər və rayon təşkilatları sədrlərinin respublika müşavirəsi keçirilmişdir. Yeni Azərbaycan Partiyasının Gəncədə şəhər və rayon təşkilatları sədrlərinin iştirakı ilə respublika müşavirəsi keçirilmişdir. Əvvəlcə müşavirə iştirakçıları partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliye... | ANL |
Azərbaycanda insan hüquq və azadlıqlarının təmini dövlətin prioritet vəzifəsidir. Mayın 14-də Ombudsman Aparatında Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının 2009-cu ildə tətbiq edilməsi vəziyyətinə həsr olunmuş konfrans keçirilmişdir. Sayca üçüncü olan konfransa Azərbaycan Re... | ANL |
Qazaxıstanda ATƏT PA-nın toplantısı keçirilir. Almatıda ATƏT-in "Avrasiya ölçüsü" Parlament Forumu və qurumun növbəti sessiyası keçirilir. Toplantıda Milli Məclis Sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə deputat qrupu da iştirak edir. Qazaxıstanın Almatı şə... | ANL |
Azərbaycan-Türkiyə əlaqələrində Naxçıvanın yeri. Naxçıvan həmişə strateji əhəmiyyətli bir bölgə olub. Dünyanın görkəmli dövlət xadimlərindən olan Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasətində də bu amil həmişə üstün yer tutub. Bəlkə də elə bu mənada müdrik insan, dahi rəhbər siyasi fəaliyyətinin ayrı-ayrı dövrlər... | ANL |
Müəllif Hüquqları Agentliyi və Azərbaycan Mətbuat Şurası "KİV-lərdə müəlliflik hüququ: problemlər və həlli yolları" mövzusunda "dəyirmi masa" keçirmişlər. Mayın 14-də Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində (MHA) Azərbaycan Mətbuat Şurası (MŞ) ilə birgə "Kütləvi informasiya vasitələrində (KİV) müəlliflik... | ANL |
Elm cəmiyyətdə ən yüksək yerdə olmağa layiqdir. İnsanlar insan olmağı öyrənməzdən əvvəl elm onlara İlahi qüvvə verdi. Amerika Birləşmiş Ştatlarının qurucularından biri Avraham Linkoln demişdi: "Dövlətin vəzifəsi yalnız varlığını sürdürmək deyil". Məhz onun təşəbbüsü sayəsində ABŞ-ın Milli Elmlər Akademiyası təsis edilm... | ANL |
Azərbaycanla Finlandiya arasında gömrük sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş imzalanmışdır. Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən bildirmişlər ki, mayın 10-11-də DGK-nın sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Finlandiya Milli Gömrük İd... | ANL |
Gül gözəlliyin, zərifliyin, xoş ovqatın rəmzidir. Onunla sevgimizi, ehtiramımızı, arzu və duyğularımızı da ifadə edirik. Ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar təşkil edilmiş Gül bayramına gələnlərin özləri də buraya bir çələng gətirmişdilər. Bu, xoş diləklərdən, dərin hörmətdən, minnətd... | ANL |
Ucalığın, ülviliyin ünvanı. Hər bir cəmiyyət müxtəlif ailələrin toplumundan ibarətdir. Adətən, cəmiyyətin ailəyə təsiretmə gücünü o zaman uğurlu saymaq mümkündür ki, bu təsir gücü qarşılıqlı olsun. Qarşılıqlı anlaşma, mövcud problemlərdən çıxış yolunun müəyyənləşdirilməsi, inamE Bütün bu məziyyətlərin olması həm ailəni... | ANL |
Ələkbər Məmmədovun 80 illik yubileyi qeyd olundu. Futbol, həqiqətən, böyük təsir gücünə malik, kütləvi və sevilən idman növlərindəndir. Ölkəmizdə də futbolun zəngin tarixi və ənənələri var. Bir vaxtlar "Neftçi", "Dinamo", "Kəpəz" kimi komandalarımızın nümayiş etdirdikləri səviyyəli oyunlar, qazandıqları uğurlar futbol ... | ANL |
Azərbaycan-Serbiya əlaqələrinin inkişafında yeni mərhələ. Azərbaycan dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələrini ümummilli mənafelərə əsaslanan xətlə inkişaf etdirməkdədir. Ölkəmizin Cənubi Qafqazdakı yerini və rolunu, iqtisadi potensialını düzgün qiymətləndirən nüfuzlu dövlətlər də respublik... | ANL |
ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupunun həmsədri xalqımızı təbrik etdi. ABŞ Konqresinin Nümayəndələr Palatasında Azərbaycan üzrə işçi qrupunun həmsədri Solomon Ortiz Respublika Günü münasibətilə Azərbaycan xalqına təbrik ünvanlamışdır. Demokrat konqresmen Nümayəndələr Palatasında bununla bağlı verdiyi bəyanatında... | ANL |
Norveçin Kralı əlahəzrət V Haralda. Əlahəzrət! Norveç Krallığının milli bayramı - Konstitusiya Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm. Əminəm ki, Azərbaycan ilə Norveç arasındakı münasibətlər xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənə... | ANL |
İordaniya Kralı II Abdullahın Azərbaycana rəsmi səfəri. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qarşılanma. Mayın 15-də İordaniya Kralı II Abdullah Azərbaycana rəsmi səfərə gəlmişdir. Hər iki ölkənin dövlət bayraqlarının asıldığı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəs... | ANL |
Azərbaycan ilə İordaniya arasında bütün sahələrdə sıx əməkdaşlıq mövcuddur. Ölkələrimiz müxtəlif sahələrlə sıx əməkdaşlıq edir. Azərbaycan ilə İordaniya arasında dostluq körpüsünün təməli hələ ölkəmiz keçmiş sovetlər ittifaqının tərkibində olarkən qoyulmuşdur. İordaniyada Azərbaycanın səfirliyi 2006-cı ildə açılsa da, ... | ANL |
Rus gənclərinin Azərbaycanın ictimai həyatında iştirakı və cəmiyyətə inteqrasiyası məsələləri konfransda müzakirə olunmuşdur. Mayın 15-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Rus Gəncləri Assosiasiyasının (ARGA) "Azərbaycanın rus gəncləri: respublikanın ictimai-siyasi, iqtisadi və mədəni... | ANL |
Çexiyanın xarici işlər naziri Bakının görməli yerləri ilə tanış olmuşdur. Bakıda səfərdə olan Çexiya Baş nazirinin müavini, xarici işlər naziri Yan Kohoutun başçılıq etdiyi nümayəndə heyəti "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olmuşdur. Gəzinti zamanı qonaqlara qoruq haqqında, eləcə də burada aparılmış s... | ANL |
Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Strasburqda bir sıra görüşlər keçirmişdir. Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Strasburqda Avropa Şurası Nazirlər Komitəsinin 120-ci sessiyası çərçivəsində bir sıra görüşlər keçirmişdir. Azərbaycanın Avropa Şurası yanında daimi nü... | ANL |
Yeni Azərbaycan Partiyasının Gəncədə keçirdiyi respublika müşavirəsi başa çatmışdır. Yeni Azərbaycan Partiyasının şəhər və rayon təşkilatları sədrlərinin Gəncədə keçirilən respublika müşavirəsi başa çatmışdır. Tədbirin ikinci günü YAP Gəncə şəhər təşkilatının iş təcrübəsinin öyrənilməsi və təbliği, eləcə də qarşıdan gə... | ANL |
Almatıda ATƏT-in "Avrasiya ölçüsü" Parlament Forumu və qurumun sessiyası mayın 15-də davam etmişdir. Azərbaycan Milli Məclisinin deputatlarının da iştirak etdiyi tədbirdə ekoloji problemlər, bazar iqtisadiyyatına aid məsələlər müzakirə olunmuşdur. "Avrasiya: inkişaf edən bazarlar və artan çağırışlar" mövzusunda məruzəl... | ANL |
Ombudsman Vyanada keçirilmiş beynəlxalq konfransda iştirak etmişdir. Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova ATƏT-in "Gender bərabərliyinin təşviqi və qadınların ictimai-siyasi həyatda iştirakı" mövzusunda Vyanada keçirilmiş konfransında iştirak etmişdir. Ombudsman aparatının mətbua... | ANL |
Azərbaycanın iqtisadi uğurları nüfuzlu təşkilatın diqqət mərkəzindədir. Beynəlxalq Valyuta Fondu ölkəmizdə bu sahədə həyata keçirilən siyasəti yüksək qiymətləndirir. Yaratdığı fəsadlar hələ də tam aradan qalxmayan qlobal maliyyə böhranının nəticələri həm də dünya miqyasında dövlətlərin seçdiyi iqtisadi inkişaf yolunun ... | ANL |
Gələcək naminə mənəvi əməkdaşlıq. Azərbaycan beynəlxalq miqyaslı mədəniyyətlərarası və dinlərarası dialoq məkanına çevrilir. "Bizim gücümüz... Azərbaycanda hökm sürən sabitliyin möhkəmlənməsindədir, dini və milli sülhün mövcudluğundadır". Son illər ölkəmizdə ardıcıl olaraq mədəniyyətlərarası və dinlərarası dialoq, mill... | ANL |
AŞ PA toplantısında milli azlıqlara Azərbaycanda göstərilən diqqət təqdir olundu. Yay sessiyası ərəfəsində Avropa Şurası Parlament Assambleyası Mədəniyyət, Elm, Təhsil Komitəsinin növbəti iclasının İstanbulda keçirilməsi təsadüfi deyildi. Türkiyənin ən böyük şəhəri 2010-cu ildə Avropanın Mədəniyyət paytaxtı elan edilmi... | ANL |
"Türk Dünyası Riyaziyyat Cəmiyyətinin Nəzəri və Tətbiqi Riyaziyyat Jurnalı"nın təqdimatı olmuşdur. Mayın 15-də Azərbaycanda Atatürk Mərkəzində Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC) mətbu orqanı olan "Türk Dünyası Riyaziyyat Cəmiyyətinin Nəzəri və Tətbiqi Riyaziyyat Jurnalı"nın - ("Turkic World Mathematics Society... | ANL |
İordaniya Kralı II Abdullahın Azərbaycana rəsmi səfəri. Mayın 16-da Azərbaycan Respublikasında rəsmi səfərdə olan İordaniya Kralı II Abdullahın rəsmi qarşılanma mərasimi olmuşdur. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Fəxri qarovul dəstəsinin r... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin və İordaniya Kralı II Abdullahın təkbətək görüşü. Mayın 16-da rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və İordaniya Kralı II Abdullahın təkbətək görüşü olmuşdur. Görüşdə Azərbaycan ilə İordaniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğ... | ANL |
Azərbaycanın və İordaniyanın dövlət başçılarının geniş tərkibdə görüşü olmuşdur. Mayın 16-da təkbətək görüş başa çatandan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və İordaniya Kralı II Abdullahın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olmuşdur. Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV görüş ... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin və İordaniya Kralı II Abdullahın mətbuat üçün bəyanatları. Mayın 16-da geniş tərkibdə görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və İordaniya Kralı II Abdullah mətbuat üçün bəyanatlarla çıxış etmişlər. Azərbaycan Prezidenti İlham ƏLİYEV bəyanatla çıxış edərək dedi: - Ə... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin və İordaniya Kralı II Abdullahın mətbuat üçün bəyanatları. Mayın 16-da geniş tərkibdə görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və İordaniya Kralı II Abdullah mətbuat üçün bəyanatlarla çıxış etmişlər. Xanımlar və cənablar! Bakıda yenidən olmağımdan olduqca məmnunam. Öl... | ANL |
Ali qonağın şərəfinə. Mayın 16-da Azərbaycan Prezidenti İlham Əliyevin adından İordaniya Kralı II Abdullahın şərəfinə rəsmi nahar verilmişdir. AzərTAc. | ANL |
İordaniya Kralı II Abdullahın Azərbaycanın Baş naziri Artur Rasizadə ilə görüşü. Mayın 16-da ölkəmizdə rəsmi səfərdə olan İordaniya Kralı II Abdullah onun üçün ayrılmış iqamətgahda Azərbaycanın Baş naziri Artur Rasizadəni qəbul etmişdir. Bakıda aparılan danışıqlardan məmnun qaldığını söyləyən Kral II Abdullah demişdir ... | ANL |
Səfər başa çatdı. Mayın 16-da İordaniya Kralı II Abdullahın Azərbaycana rəsmi səfəri başa çatmışdır. AzərTAc. | ANL |
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri. Mayın 17-də Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olmuşdur. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəs... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü. Mayın 17-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olmuşdur. Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlı... | ANL |
Geniş tərkibdə görüş. Mayın 17-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olmuşdur. Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV görüş iştirakçılarına müraciətlə dedi: - Hörmətli... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın mətbuat konfransı. Mayın 17-də geniş tərkibdə görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın mətbuat konfransı olmuşdur. Azərbaycan Prezidenti İlham ƏLİYEV bəyanatla çıxış edərək ded... | ANL |
Bakıda Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün abidəsi açılmışdır. Mayın 17-də Bakının Nəsimi rayonunda, Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısında, Səməd Vurğun və Bakıxanov küçələrinin kəsişməsindəki parkda, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün abidəsi açılmışdır. Açılış məra... | ANL |
Bakıda Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün abidəsi açılmışdır. Mayın 17-də Bakının Nəsimi rayonunda, Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısında, Səməd Vurğun və Bakıxanov küçələrinin kəsişməsindəki parkda, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün abidəsi açılmışdır. Açılış məra... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.