text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Novruz bayramı ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mərkəzi Aparatının və ərazi hərbi prokurorluqlarının rəhbər vəzifəli şəxsləri Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yüksəkrütbəli zabitləri, hərbi hissələrin dislokasiya olunduğu müvafiq rayonların icra hakimiyyəti orqanlarının rəhbərləri...
publikaz_normalized
Xalq artisti Tünzalə Ağayevanın yeni layihəsi işıq üzü görüb. Ağayeva sözügedən mahnı üçün kamera qarşısına keçib. Qırmızılara bürünən eşq qadını yeni mahnısı üçün klip də lentə aldırıb. Saç və makiyaj üzərində Elnur Həsənov çalışıb. Klipin art direktoru isə Murad Vəliyevdir. Ağayeva yeni işini bütün sevənlərə hədiyyə ...
publikaz_normalized
Futbol üzrə olimpiya çempionu Dani Alves apellyasiya şikayətinə qədər girov müqabilində həbsdən buraxılıb. Hazırda onun hesabları dondurulub. Braziliya və İspaniya pasportlarını təhvil verdiyi üçün futbolçu ölkəni tərk edə bilməyəcək. Daha öncə onun girov pulunu ödəyə bilmədiyi üçün həbsdə qaldığı barədə məlumat yayılm...
publikaz_normalized
Mingəçevir şəhərində avtomobil yolunun və piyada səkisinin bir hissəsində çökmə baş verib. Ətraflı videonu təqdim edirik:
publikaz_normalized
Onu gətirə bilməsələr…":"“Bavariya”nın idman direktoru Maks Eberl “Brayton”un baş məşqçisi Roberto De Zerbi ilə danışıb və italiyalı mütəxəssisə klubun onun xidmətində maraqlı olduğunu bildirib. Hazırda “Bavariya”nın əsas hədəfi Xabi Alonsodur, lakin “Bayer” onu saxlamaq istəyəcək. Həmçinin “Liverpul” da onun xidmətind...
publikaz_normalized
Türkiyəli aktyor Çağatay Ulusoyun baş rolunu canlandırdığı "Gaddar" serialına yeni aktyorlar daxil olacaq. İlterin layihədə "Kalender", Çelikkolun isə "Zakkum" obrazına həyat verəcəyi bildirilir.
publikaz_normalized
Xalq artisti Röya Ayxanın Moskvada təxirə düşən konserti ilə bağlı təşkilatçılardan açıqlama verilib. “Röya Ayxanın konserti daha uyğun bir tarixə qədər təxirə salınıb. Bütün biletlər qüvvədə qalacaq. Yeni tarix və saatla bağlı məlumat daha sonra veriləcək”, - məlumatda qeyd olunub. Qeyd edək ki, estrada ulduzunun kons...
publikaz_normalized
“Crocus City Hall”un yerində xatirə parkı salınsın":"Moskvada terror aktının baş verdiyi “Crocus City Hall”un yerləşdiyi ərazi ilə bağlı müzakirələr gedir. Təklifi Rusiya Dövlət Dumasının Ədalətli Rusiya Partiyasından olan deputatı, məşhur aktrisa Yelena Drapenko irəli sürüb: “Belə bir kədərli hadisədən sonra, mən istə...
publikaz_normalized
ticarət mərkəzi boşaldıldı - FOTO/VİDEO":"Bakının məşhur ticarət mərkəzlərindən biri olan "Dəniz Mall"da təşviş dolu anlar yaşanıb. Məlumata görə, ticarət mərkəzindən insanlar təxliyə edilib. "Daha sonra ticarət mərkəzinin "Instagram" səhifəsində məsələyə aydınlıq gətirilib. Bildirilib ki, texniki xəta səbəbindən yanğı...
publikaz_normalized
Barselonada eyniadlı futbol klubunun "Camp Nou" stadionundan göyərçinləri qovmaq üçün bir neçə şahin və qartal alınıb. Hazırda üç-dörd yırtıcı quşdan ibarət qrupun səhər saat 8-dən axşam saat 16-dək stadion ətrafında uçuşu təşkil edilir. Rəsmilər bu təşəbbüsün göyərçinləri parklara qovmağa imkan verəcəyini ümid edir. Q...
publikaz_normalized
Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə hallar üzrə koordinatoru Martin Qriffits istefa verib. BMT Baş katibi Antoniu Quterreş mühüm xidmətlərinə görə Qriffitsə minnətdarlığını bildirib. Məlumata görə, Qriffits iyunun sonuna kimi vəzifəsində qalacaq.
publikaz_normalized
İnanılmaz sevişmə səhnəsi idi":"Türk kinosunda "Sultan" ləqəbi ilə tanınan Türkan Şorayın son müsahibəsindəki açıqlamaları gündəm olub. Müjdat Gezenin verilişində qonaq olan əfsanəvi aktrisa "Mine" filmindəki sevişmə səhnələrindən söz açıb. Minedə bütün məsələ bir səhnə var, ora gəlir (...) Qadını dəli edirlər, deyirlə...
publikaz_normalized
Amerikanın təyyarə istehsalçısı "Boeing"in baş direktoru Devid Kelhun 2024-cü ilin sonunda şirkətin təyyarələrində yaranan texniki problemlər və insidentlər fonunda vəzifəsini tərk etmək qərarına gəlib. Şirkət qeyd edib ki, Kelhun şirkətin işini sabitləşdirmək və gələcəyə hazırlamaq üçün kritik işləri başa çatdırmaq üç...
publikaz_normalized
Rusiya Prezidenti Vladimir Putin "Crocus City Hall"da baş verən terror aktından sonra görülən tədbirləri müzakirə etmək üçün iclas keçirib. Daha öncə Kreml sözçüsü Dmitri Peskov toplantıda qurbanlara dəstək məsələsinin müzakirə ediləcəyini bəyan etmişdi.
publikaz_normalized
Muay Tay döyüşçüsü Şayan Heydəri həftə sonu Por Tor Tor Petçrungruanq ilə döyüşdə dəhşətli zədə alıb. Heydərinin ikinci raundda burnu sınsa da, nokauta düşməyib. İranlıya tibbi yardım göstərilib və rəqibi texniki nokautla qalib elan edilib. Rəqibinin apperkatından sonra Heydərinin burnu tamamilə yerindən çıxıb. Şərhçil...
publikaz_normalized
Rusiya “Crocus”da terror aktını kimin törətdiyini bilir. Crocus"da terror aktı radikal islamçıların əli ilə törədilib. Lakin bunu kimin sifariş etdiyi maraqlıdır", - Putin deyib. Rusiya lideri terroru Ukraynanın törətdiyini iddia edib: Hadisədən sonra terrorçular niyə Ukraynaya gedirdi? “Crocus”da baş verən terror aktı...
publikaz_normalized
Hər iki komanda yaxşı mübarizə apardı". Mütəxəssis oyunçuların meydana istəkli çıxdıqlarını bildirib: Bir neçə epizodlardan yararlana bilmədik. Komanda iki görüşdə istədiyimizin 70 faizini verdi". Əsədov hakimlər haqqında çox danışmaq istəməyib: Sanki bəzi epizodlarda əleyhimizə qərar verildi. Belə hallar komandanı bər...
publikaz_normalized
Martın 25-də axşam saatlarında Tbilisinin mərkəzindəki Cümə məscidində yanğın baş verib. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Lakin yanğının elektrik xətlərində yaranan qısa qapanmadan baş verdiyi ehtimal olunur. Hadisə yerinə cəlb olunmuş yanğınsöndürmə briqadası alovun məscidin digər otaqlarına və...
publikaz_normalized
Azərbaycan milli komandasının bu gün Bolqarıstanla keçirilən matçı üçün futbolçulara böyük məbləğdə pul mükafatı vəd olunubmuş. Lakin “FİFA series – Edition 2024” layihəsi çərçivəsində keçirilən bu oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb və milli üzvləri ən azı 40 min manat mükafatdan məhrum olublar. Qeyd edək ki, bu,...
publikaz_normalized
Moskva teraktında “izlər” hara çıxır?":"Moskva terrorunda hücumun baş verdiyi gecə “günahkarın” İŞİD-in elan edilməsinin mümkünlüyü haqda yazmışdıq: bu, Rusiyanın terroru Kiyevin üzərinə yıxmaq və Ukraynanın bombardman edilməsini “legitimləşdirmək” gedişinə qarşı atılan addım kimi görünür; Və İŞİD-Xorasanın məsuliyyəti...
publikaz_normalized
yeni münasibətlərə başlamaq üçün düşərli zamandır":"Qoç - Günün ilk yarısında müsbət təmayüllərin təsiri güclü olacaq. Bir sıra məsələlərin həllinin öhdəsindən asanlıqla gələcəksiniz. Ən çətin problemlərin çözülməsi zamanı standart düşünməyin. Yaxın ətrafınızdakı insanları yeni ideyalar və dəqiq müşahidələrlə təəccüblə...
publikaz_normalized
Belarusda Ermənistanın "Ararat konyak zavodu" şirkətinin məhsullarının idxalına və satışına qadağa qoyulub. Bildirilib ki, buna səbəb məhsullarda kimyəvi boyaq maddəsinin aşkarlanmasıdır. Məlumata görə, zavodun məhsulları satışdan çıxarılacaq və atılacaq.
publikaz_normalized
Müğənni Çingiz Mustafayev Hindistanda "Holi" festivalına (Rənglər festivalı) qatılıb. Həmin fotoları təqdim edirik:
publikaz_normalized
Türkiyənin Akkuyu Atom Elektrik Stansiyasının işçiləri avtomobil qəzasına uğrayıb. Hadisə nəticəsində 23 nəfər yaralanıb. Qəzaya düşənlərin tikintisi davam edən Akkuyu Atom Elektrik Stansiyasında işlədikləri bildirilib.
publikaz_normalized
Buxarestdən Kişineuya uçan “Tarom” aviaşirkətinə məxsus təyyarəni ildırım vurub. Pilotlar hava limanının dispetçerlərinə təyyarəni ildırım vurduğunu deyiblər. Təcili eniş insidentsiz baş tutub və sərnişinlər yarım saat sonra başqa təyyarə ilə daşınıb.
publikaz_normalized
Sankt-Peterburqun “Yeni Hollandiya” ictimai platformasının direktoru Roksana Şatunovskaya vəzifəsini tərk edib. Məlumata görə, buna onun həyat yoldaşı Nikolay Konaşenkonun Moskva yaxınlığındakı “Crocus City Hall”da baş vermiş terror aktı ilə bağlı sosial şəbəkədə yazdığı status səbəb olub. "Belə ki, Konaşenok teraktla ...
publikaz_normalized
Müğənni Türkan Vəlizadə yeni fotoları ilə diqqət çəkib. Türkan Vəlizadə şəkilləri "Kölgədə bitən ağacın kölgəsi olmaz" şərhi ilə paylaşıb. Hıəmin fotoları təqdim edirik:
publikaz_normalized
Cənab Toyvo Klaar qərəzli münasibətdən qurtula bilmir və yalnız Azərbaycan kəndlərinin qaytarılması ilə bağlı qanuni diskursu şər kimi görür, Ermənistan mətbuatında qanunsuz işğalın davam etdirilməsi üçün mübarizə çağırışlarına isə tamamilə məhəl qoymur. A.Hacızadə qeyd edib ki, sözügedən kəndlər ərazi mübahisəsi məsəl...
publikaz_normalized
“İndi robot olmağa daha yaxınam”":"Məşhur aktyor Arnold Şvartsenegger ürəyindən əməliyyat olunub. Onun sözlərinə görə, ürəyinə kardiostimulyator quraşdırılıb. “İndi robot olmağa daha yaxınam”, - sənətçi "Terminator" filmindəki obrazını xatırladaraq zarafat edib. Arnold əməliyyata görə ağır fiziki fəaliyyəti dayandırdığ...
publikaz_normalized
500-dək şübhəli saxlanıldı":"Fransa polisi narkotik cinayətlərinə qarşı genişmiqyaslı “Təmiz meydan” əməliyyatı zamanı 500-ə yaxın adamı saxlayıb. 496 şübhəli saxlanılıb", - Darmanen bildirib. Nazir qeyd edib ki, əməliyyat ötən həftə Marseldə başlayıb və bazar ertəsindən etibarən Paris regionunda, Lion, Dijon və Lilldə...
publikaz_normalized
2050-ci ilə qədər...":"Beynəlxalq alimlər qrupu dünyada doğum nisbətlərinin sürətlə azalması ilə bağlı həyəcan təbili çalıb. Alimlər 2050-ci ilə qədər ölkələrin 75%-nin əhalisinin azalacağını proqnozlaşdırıblar. Ehtimal olunur ki, əsrin sonunda ölkələrin 97%-i bununla üzləşəcək. 2100-cü ildə ancaq bir neçə ölkədə kifay...
publikaz_normalized
Kakaonun qiyməti tarixi maksimuma çatıb. Məhsul həftə ərzində 5 faiz, il ərzində 50 faiz bahalaşıb. İlk dəfə olaraq kakao misdən baha satılıb. Qiymət artımı Qərbi Afrikadakı əlverişsiz hava şəraiti ilə izah edilir. Məhsul qıtlığının yaxın aylarda şokolad qiymətlərinə təsir gözlənilir.
publikaz_normalized
Böyük Britaniyada fermerlər Londonun mərkəzində etiraz aksiyası keçiriblər. Onlar bu tendensiyanın yerli biznesə pis təsir göstərdiyini bildiriblər.
publikaz_normalized
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar 7 günlük tətil başa çatır. Bayramla əlaqədar 20, 21, 22, 23, 24, 25 və 26 mart qeyri-iş günləri idi.
publikaz_normalized
Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Rusiya prezidenti Vladimir Putinə bildirib ki, “Crocus”da baş verən terror aktı diqqətlə planlaşdırılıb, bütün təqsirləndirilən şəxslər dindirilərkən öz günahlarını etiraf ediblər. Onun sözlərinə görə, təqsirləndirilən şəxslər sifarişçilər və onun hazırlanmasında ...
publikaz_normalized
Real”ın ukraynalı qapıçısı Andrey Luninin nə qədər məvacib aldığı açıqlanıb. Bu, “kral klubu”nda ən aşağı maaşlardan biridir. Nəşr qeyd edir ki, buna və start heyətində zəmanət verilməyən yerə görə Lunin “Real”ı tərk edə bilər. Futbolçuya əsas namizədlərdən biri də "Arsenal"dır. Lunin bu mövsüm Kral Klubunun heyətində ...
publikaz_normalized
Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək. “Qarabağ Arena”da baş tutacaq qarşılaşma saat 16:00-da start götürəcək. Görüşü xorvatiyalı Dario Bel idarə edəcək. Qeyd edək ki, Azərbaycan millisi yer aldığı F qrupunda 3 xalla sonuncu pillədə ...
publikaz_normalized
Cəlilabad şəhərində yanğın olub. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
publikaz_normalized
Son on ay ərzində Türkiyədə separatçı terror təşkilatına qarşı 22 min 541 əməliyyat keçirilib. Onun sözlərinə görə, bu əməliyyatlar nəticəsində 60-ı ölü, 649-u yaralı olmaqla 830 terrorçu zərərsizləşdirilib. Bu terrorçulardan 121-i isə könüllü təslim olub. Diqqətə çatdırılıb ki, Türkiyənin 81 vilayəti və 922 rayonunda ...
publikaz_normalized
Ötən cümə günü axşam saatlarında Ermənistanın baş nazir Nikol Paşinyan Milli Assambleyada “Vətəndaş paktı” fraksiyasının deputatları ilə növbəti qapalı görüşü keçirib. İki saata yaxın davam edən görüş gərgin şəraitdə keçib. Əvvəlcədən planlaşdırılan görüş Ermənistanın Aİ üzvlüyünə namizəd olmaq üçün müraciətinin, daha ...
publikaz_normalized
Qərargahı Şanxayda yerləşən Hurun Araşdırma İnstitutuna əsaslanan “Nikkei Asia” mətbuat təşkilatının hesabatına görə, Mumbay 92 milyarderlə Pekini geridə qoyub və Asiya qitəsinin ən çox milyarderinin olduğu şəhər olub. Hindistanda cəmi 271 milyarder bar ki, onun da 92-si bu şəhərdədir. Mumbay iqtisadiyyatı 2023-cü ildə...
publikaz_normalized
Qayıtsan...":"Benfika"nın hücumçusu Anxel Di Maria ölümlə hədələnib. Mənbənin sözlərinə görə, Di Maria təhlükəni Rosarionun kənarındakı ailə evində alıb. Çantada olan təhdid mesajı maşından atılıb. Mesajda deyilir ki, Di Maria şəhərə qayıdarsa, hətta əyalət qubernatoru Maksimiliano Pullaro belə onların təhlükəsizliyinə...
publikaz_normalized
İtaliya Daxili İşlər Nazirliyi Pasxa bayramının yaxınlaşması ilə əlaqədar olaraq ölkədə təhlükəsizlik tədbirlərini və nəzarəti gücləndirib. Bu addım Rusiyanın paytaxtı Moskvada baş verən qanlı terror aktına görə Pasxa bayramı ərəfəsində mümkün təhlükələr nəzərə alınaraq atılıb. Məqsəd insanların və turistlərin təhlükəs...
publikaz_normalized
“Crocus Group” holdinqi tərəfindən Moskva vilayətində yaradılan üç “Vegas” ticarət və əyləncə mərkəzi çərşənbə axşamı, martın 26-dan etibarən fəaliyyətini bərpa edəcək. “VEGAS-ın bütün ticarət və əyləncə mərkəzləri martın 26-dan etibarən ziyarətçilərin üzünə açılacaq. Sizi hər gün gözləyirik!” - mesajda deyilir. Söhbət...
publikaz_normalized
200 min manata yaxın mənimsəmədə ittiham olunan 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyeva həbs edilib. Əliyeva müvəqqəti saxlanma məntəqəsinə yerləşdirilib. Əliyevanın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. O, 1 ilə yaxın məhkəmə proseslərinə gəlməyib. Onun haqda ötən ilin əvvəlində polis v...
publikaz_normalized
Bıçaqla kompüter klubuna hücum etdi - VİDEO":"Moskva vilayətinin Fryazino şəhərində bıçaqla silahlanmış şəxs kompüter klubuna soxularaq orada olan insanlara hücum edib. Naməlum şəxs otağa girərək iki nəfərə hücum edib. Bundan əvvəl o, başqa bir şəxsə pivə mağazasının yaxınlığında hücum edib. Müstəntiqlər onun hərəkətlə...
publikaz_normalized
“Starlink” qara bazarda satılır":"Amerikalı iş adamı İlon Maskın “SpaceX” şirkətinin “Starlink” internet terminalları dünyanın bir çox yerində qanunsuz olaraq alına bilər. Agentlik öz araşdırmasına əsaslanaraq “Starlink” dəstlərinin qara bazarda qanunsuz olaraq satıldığını iddia edib. Qara bazarda “Starlink”in aşkar mö...
publikaz_normalized
Necə girib? - FOTO":Vyetnamda bir kişinin qarnından cərrahi yolla 30 sm uzunluğunda diri ilanbalığı çıxarılıb. Quang Ninh əyalətindəki Hai Ha Rayon Tibb Mərkəzinə 34 yaşlı kişi şiddətli qarın ağrısı şikayəti ilə müraciət edib. Müayinələrdən sonra həkimlər kişinin qarnında ilanbağlığı olduğunu müəyyən ediblər. İlanbalığ...
publikaz_normalized
Venesuela prezidenti Nikolas Maduro Karakasda keçirilən yürüşdə ona qarşı sui-qəsdin qarşısının alındığını bildirib. Dieqo İbarra meydanında keçirilən mitinqdə Maduro bildirib ki, yürüşdə ona hücum etməyi planlaşdıran iki silahlı şəxs saxlanılıb. “Onlar artıq ifrat sağçı “Vente Venesuela” faşist partiyasının üzvləri ol...
publikaz_normalized
Qidaları daha iştahaaçan və göz oxşayan etmək üçün istifadə edilən rəngləndiricilərin sağlamlığa təsiri uzun müddətdir müzakirə olunan mövzudur. Qanun çərçivəsində istifadə olunmayan məhsullar sağlamlığa ziyan vurur. Bu vəziyyətdən ən çox təsirlənənlər uşaqlardır. Məhsulları bu qədər cəlbedici edən "qida boyası" kimi t...
publikaz_normalized
Ermənistanın İstintaq Komitəsi Armavir vilayətinin hakim köməkçisi Naira Qriqoryanın həbs olunduğunu təsdiqləyib. N.Qriqoryan barəsində həbs qətiimkan tədbiri seçilib. Naira Qriqoryan general Manvel Qriqoryanın qızıdır. Qeyd edək ki, bu, Qriqoryanlar ailəsi ilə bağlı ilk həbs olunma hadisəsi deyil. Bundan əvvəl Naira Q...
publikaz_normalized
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi öz üzərinə götürmək və COP29-a səmərəli ev sahibliyi etmək Azərbaycan üçün mühüm nailiyyət və xüsusi nəticədir. Bu, ölkəmizə həm çağırış, həm də fürsət təqdim edir. O vurğulayıb ki, Azərbaycanın COP29-a ev sahib...
publikaz_normalized
Çində bir ərzaq mağazası 18-30 yaş arası kassirlər axtaran iş elanı dərc edib. Çində bir supermarket şəbəkəsi 18-30 yaş arası kassir axtaran iş elanı dərc edərək sosial mediada işsizliklə bağlı müzakirələrə səbəb olub. Vətəndaşlar elanın görüntüsünü ölkədə Tvitterin ekvivalenti kimi istifadə edilən “Weibo”da paylaşaraq...
publikaz_normalized
26 nəfər xəstəxanalıq oldu":"Yaponiyada qırmızı düyü mayasından hazırlanan və pis xolesterini azaltdığı iddia edilən qida əlavələrindən istifadə edən 26 nəfər xəstəxanaya yerləşdirilib. Qida əlavəsi özəl bir şirkət tərəfindən istehsal olunur. Şirkətdən verilən açıqlamada bildirilib ki, böyrək çatışmazlığı da daxil olma...
publikaz_normalized
İngiltərənin paytaxtı Londonda polis məmuru 45 yaşlı italyan kinorejissor Klaudio Qaetaninin cəsədini talamaqda ittiham olunur. 2022-ci ilin sentyabrında Londonda velosiped sürərkən ölümcül infarkt keçirən kinorejissor teatr festivalında iştirak etmək üçün bir gün əvvəl İtaliyadan Londona gəlibmiş. Qaetaninin ailəsi ha...
publikaz_normalized
Xoşbəxtəm ki..." - VİDEO":"Avroviziya təmsilçimiz Dilarə Kazımova maraqlı etirafı ilə diqqət çəkib. Onun qurduğu ailəsi barədə etirafı marağa səbəb olub. Boşandığından xoşbəxt olduğunu deyən sənətçinin həmin açıqlamasını təqdim edirik:
publikaz_normalized
Qərbi Azərbaycan İcması Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın növbəti dəfə sərgilədiyi anti-Azərbaycan mövqeyini və media azadlığına qəsd edən yanaşmasını sərt şəkildə qınayır. Bildirilib ki, Avropa Birliyinin nümayəndəsi Ermənistandan işğal etdiyi Azərbaycan kəndlərindən çəkilməyi tələb...
publikaz_normalized
Təxminən 15 il əvvəl İsrail ABŞ-da ən güclü lobbiyə malik ölkə idi. O əlavə edib ki, əgər 15 il əvvəl siyasətçi olsaydın İsrail haqqında pis heç nə deyə bilməzdin, bu, sənin siyasi karyeranın sonu olardı: “Bu gün demək olar ki, əksinədir. İki cümləni bir araya gətirə bilmir. Onun xarici siyasəti dəhşətlidir. Onun yerin...
publikaz_normalized
Mamontlar qayıdır":"Harvard Universitetinin genetika alimi Corc Çörçün illərdir mamontları həyata qaytarmaq üçün araşdırma aparır. Mamontların boyu 4 metrə, çəkisi isə 6 tona qədər idi. Bu heyvanların nəsli kəsilməsi həddindən artıq ovlanma və iqlimin istiləşməsi səbəbindən baş verib. Alim layihəsi ilə bağlı son inkişa...
publikaz_normalized
Təəssüf ki...":"“İndi biz dost, qardaş Ermənistanla münasibətlərdə kifayət qədər çətin dövr yaşayırıq”. “Bu, qardaşlıqdan da artıqdır, çünki burada Ermənistanın özündən də çox erməni yaşayır. Yeri gəlmişkən, Rusiya Federasiyasının vətəndaşları olan bu ermənilərin iqtisadi fəallığı hələ də Ermənistanın ümumi büdcəsinin ...
publikaz_normalized
Həkim köməyə sərxoş gəldi - VİDEO":"Sosial şəbəkədə yayılan video insanların marağına səbəb olub. Diqqət çəkən məqam isə onun ayaq üstə zorla dayanması olub. Məlum olub ki, tibb işçisi ağır dərəcə sərxoşdur. Kənardan qeydə alınan görüntüdə həkimin yerə yıxıldığı görünür. Rusiyanın teleqaram kanallarında yayılan görüntü...
publikaz_normalized
Hər şey Moskvaya ötürüləcək":"Moskva vilayətində “Crocus City Hall” konsert salonuna hücumda iştirak edən iki nəfər Türkiyədə olub, lakin Moskvadan onlarla bağlı heç bir xəbərdarlıq olmayıb. Qeyd olunur ki, həbs edilən 4 terrorçudan ikisi əvvəllər Rusiya Federasiyası - Türkiyə - Rusiya Federasiyası marşrutu ilə hərəkət...
publikaz_normalized
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın həmişə vahid Çin siyasətini dəstəklədiyini açıqlayıb. “Ölkələrimiz arasında güclü siyasi əlaqələr mövcuddur. Biz həmişə vahid Çin siyasətini dəstəkləyirik. Bu yaxınlarda Çinin Tayvan...
publikaz_normalized
Xankəndi yenidən qurulur, binalar əvvəlki görkəminə qaytarılır. Buraya ilk köç isə Kərkicahana olacaq. Daha ətraflı "ATV Xəbər”in süjetində:
publikaz_normalized
Xəbərdarlıq edildi, təhlükəsizlik tədbirləri gücləndirildi":"Rusiyanın paytaxtı Moskvada törədilən terror aktından sonra Avropada təhlükəsizlik tədbirləri gücləndirilir. Rusiyanın paytaxtı Moskvada baş verən terror hadisəsi Avropa ölkələrində panikaya səbəb olub. Fransada terror təhlükəsi xəbərdarlığı ən yüksək səviyyə...
publikaz_normalized
“Səsini dinləyəndə az qalırsan...” - VİDEO":"Əməkdar artist Vasif Məhərrəmli növbəti açıqlaması ilə gündəmə gəlib. Tanınmayan o qədər gözəl ifaçılar var ki... İnanın ki, onların səslərini dinləyəndə az qalırsan ki, masanın altına girəsən. Amma o ifaçıların "şans"ı yoxdur və seçilmişlərdən deyil", - deyə V.Məhərrəmli vu...
publikaz_normalized
Görün nələr edirlər":"Jeff Bezosun kosmos şirkəti “Blue Origin” və “Sierra Space” arasında birgə müəssisə olan “Orbital Reef” dörd kritik mərhələni keçib. NASA-nın Kommersiya Aşağı Yer Orbitinin İnkişaf Proqramının meneceri Angela Hart "Bu mərhələlər kommersiya məkanının insan həyatını dəstəkləyə bilməsini təmin etmək ...
publikaz_normalized
Nə işlə məşğul olublar, ailələri haqda nə məlumdur?":"“Crocus City Hall”a hücum edən terrorçulardan birinin - 25 yaşlı Şəmsidin Fəriduni qonşuları cinayətkarın mənzilinə gələn jurnalistlərə onun ailəsi barədə danışıb. Yerli sakinlərin sözlərinə görə, onlar kişinin özünü görməsələr də, onun ailə üzvləri - üç azyaşlı uşa...
publikaz_normalized
ABŞ-ın Baltimor şəhərində yük gəmisi Frensis Skott Key körpüsünə çırpılıb. Bildirilir ki, həmin vaxt körpüdə 7 inşaat işçisi və 4 mülki avtomobil olub. Xilasetmə əməliyyatı davam edir. “The New York Times” körpüyə dəyən ziyanın miqyasının aydın olmadığını bildirib. Hadisə ilə əlaqədar körpünün bütün zolaqları hər iki i...
publikaz_normalized
El arasında quzuqarnı adlanan göbələyin yığım mövsümü başlayıb. Quzuqarnı ən dadlı və bahalı göbələklərdən sayılır. Qiymətin baha olması bu göbələyin yığılmasının çətinliyi ilə əlaqədardır. Meşədə əsasən qovaq ağaclarının altında tək-tək və qruplar halında bitir. Rəngi yarpaqlardan seçilmədiyindən onun yığılması olduqc...
publikaz_normalized
Əlcəzair və Tunisin 20 yaşadək futbolçulardan ibarət milli komandaları yoldaşlıq oyunu keçirib. Final fitindən əvvəl “Stad Mustafa Tşaker” stadionunda təəccüblü vəziyyət yaranıb. Yan xətt yaxınlığında hər iki komandanın futbolçularının iştirakı ilə əlbəyaxa dava olub. Daha sonra qarşıdurma alovlanıb və hər iki komandan...
publikaz_normalized
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Qarabağ müharibəsi qəhrəmanlarının övladları “Ədibin Evi”ni ziyarət ediblər. Onlar İçərişəhərdə yerləşən “Ədibin Evi”ndə 1929-1940-cı illərdə yaşayan görkəmli Azərbaycan yazıçısı, alimi və pedaqoqu Mir Cəlalın həyat və yaradıcılığı ilə tanış olub, ba...
publikaz_normalized
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Banqladeşi Milli Gün münasibətilə təbrik edib. Banqladeş hökumətini və xalqını Milli Gün münasibətilə təbrik edirik! Milli bayramınız mübarək, Banqladeş!", - təbrikdə qeyd olunub. "Congratulations to #Bangladesh and its people on the occasion of the #NationalDay! Happy National D...
publikaz_normalized
Görün işdən çıxarılanların sayı nə qədər olub":"ABŞ-da keçən ildən bəri aramsız olaraq davam edən ixtisarlar, şirkətlərin səmərəliliyi artırmaq və xərcləri azaltmaq səyləri sayəsində artmaqda davam edir. Daha az resursla daha çox iş görməyi hədəfləyən şirkətlər işçilərin sayını azaltmaqla yanaşı, səmərəliliyə diqqət ye...
publikaz_normalized
Martın 26-sı saat 11:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, dağlıq rayonlarda qar yağıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Şahdağda 54 sm, Qrızda 3 sm olub. Düşən yağıntının miqdarı Qaxda 20 mm, Şəkidə 19 mm, Qəbələ, Balakəndə 18 mm, Oğuzda 16 mm, Göyçay, Şahdağda 13 mm, Qrız...
publikaz_normalized
“iOS” əməliyyat sistemi əsasında qurulan cihazlar üçün məşhur “WhatsApp” messencerində videoları geri çəkməyə imkan verən yeni funksiya yaradılıb. Məlumata görə, “WhatsApp” tərtibatçıları videonun geri çəkilməsi variantını təqdim ediblər. “Videonu geri çəkmək üçün ekranın kənarına iki dəfə toxunmaq lazımdır” – nəşr yaz...
publikaz_normalized
Müğənni Xatirə İslam ailəsi ilə birlikdə Birləşmiş Ərəb Əmirliyinə tətilə yollanıb. Xatirə təyyarə fobiyası olduğunu dilə gətirib: Səhərə qədər gözümü yummamışam. Mənim təyyarə fobiyam var idi. Müğənni səfər zamanı çamadanının təyyarədə sındırıldığını bildirib.
publikaz_normalized
UEFA "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyevi iki oyunluq cəzalandırıb. Oyunçu Bakıda Almaniyanın "Bayer 04" klubuna qarşı 1/8 final mərhələsinin ilk görüşünü (2:2) buraxsa da, cavab qarşılaşmasında (2:3) meydana çıxmışdı. Bu o deməkdir ki, Cəfərquliyev daha bir avrokubok matçında çıxış edə bilməyəcək. Əlavə edək ki,...
publikaz_normalized
Kəmalüddövlənin atası, Elxanilər və moltanılar":"II Qarabağ savaşından sonra yalnız Qərbdə və İranda deyil, bir zamanlar dost bildiyimiz Hindistanda da anti-Azərbaycan təbliğat ifrat dərəcədə artıb. Sosial medianın hind seqmenti antimoğol, antimüsəlman kontentləri ilə doludur. 2022-ci ildə Twitter trendlərini təhlil ed...
publikaz_normalized
Mart ayının 27-də Azərbaycanda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın t...
publikaz_normalized
Rusiyada son hadisələrdən sonra dolların məzənnəsi yüksəlməyə başlayıb. İqtisadçı analitiklər düşünür ki, bu, terror təhlükəsi fonunda kapital axınının artması ilə bağlıdır. Proqnozlara görə, terror təhlükəsi ehtimalı azalarsa, yaya qədər rubl üçün mənfi amillər bərabərləşəcək. Buna görə də, valyuta almaq qərarı müəyyə...
publikaz_normalized
UEFA “Qarabağ”ı 45750 avro (təxminən 84532 manat) cərimələyib. “Qarabağ” “Braqa”ya qarşı pley-off mərhələsinin cavab matçında (2:3, əlavə vaxtda) lazer şüalarından istifadəyə görə 8000, təhqir xarakterli təxribatçı mesaj ucbatından 22500, ictimaiyyətə müraciət sistemindən düzgün istifadə edilməməsi səbəbindən 5000, kom...
publikaz_normalized
Sosial şəbəkədə yayılan görüntü insanlarn təşvişinə səbəb olub. Ətrafa işıq saçan obyektin nə olduğunu anlamaqda çətinlik çəkiblər. Görüntünün harada qeydə alındığı barədə dəqiq məlumat yoxdur. "Sözügedən videonu təqdim edirik:
publikaz_normalized
İngiltərənin nüfuzlu “FourFourTwo” portalı Braziliya tarixinin ən yaxşı hücumçularının reytinqini açıqlayıb. Siyahının ikinci pilləsində “Qızıl top”un ikiqat qalibi və ikiqat dünya çempionu Ronaldo, ikinci yerdə “Barselona”nın və “Milan”ın keçmiş ulduzu Ronaldinyo qərarlaşıb. Hələ də peşəkar şəkildə oynayan futbolçular...
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Goranboy rayonu, Goranlı kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Bildirilib ki, daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmə...
publikaz_normalized
Ağdamda itkin düşdüyü bildirilən qadının yeri bəlli olub. Onun öz istəyi ilə evdən getdiyi, hazırda isə Ağdam rayonu ərazisində olduğu bildirilir. ****" "25 yaşlı qadın itkin düşüb. Bildirilib ki, martın 25-i Ş. Qurbanova Ağdam RPŞ-nə ərizə ilə müraciət edərək baldızı E. Qurbanovanın itkin düşməsini bildirib. Aparılan ...
publikaz_normalized
Azərbaycandan yollar, kəmərlər Ermənistandan keçərək Türkiyəyə çatmalıdır":"Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olmasına töhfə vermək Ermənistan Respublikasının prioritetidir və bu kontekstdə mən regionun infrastrukturlarının açılmasına önəm verirəm. “Dünyanın kəsişməsi” layihəsi bir tərəfdən Qara dəniz...
publikaz_normalized
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan may ayında Amerika lideri Co Baydenlə danışıqlar aparmaq üçün ABŞ-a səfər edə bilər. “Əgər ABŞ-ın seçki təqvimində problem olmasa, Ərdoğan mayın ikinci həftəsində Vaşinqtona getməyə razı olacaq. Mayın 9-da Ərdoğanın Baydenlə danışıqlarına diqqət yetirə bilərsiniz”, - nəşr yazıb. ...
publikaz_normalized
Müdafiə Nazirliyində “ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır. Bildirilib ki, hərbi hissələrinə psixoloq ixtisası üzrə zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusunda olan müddətli həqiqi hərbi xidmətini başa vurmuş, ali təhsilli, 30 yaşınadək olan vətəndaşlar martın 27-dən aprelin 20-də...
publikaz_normalized
Teleməkanın yerli seriallarında olan "Gizli yara"nın çəkilişləri zamanı maraqlı hadisə yaşanıb. İkilinin gərgin anlarını canlandıran səhnədə rejissor aktrisaya vurduğu sillənin sürətini nəzarətdən çıxarıb. Şərt şəkildə ona vuran Kənan dərhal çəkilişi saxlayaraq Ülfəti sakitləşdirib. Sözügedən görüntünü təqdim edirik:
publikaz_normalized
Bunlar Ermənistanın rəsmi saytlarından silindi - FOTOFAKT":"Ermənistanın dövlət idarə orqanlarının saytlarında “artsax” haqqında qeydlər silinib. O iddia edib ki, bütün bunlar Azərbaycanın tələbi ilə edilir. “Yazılıb ki, saytın “yenilənməsi” ilə əlaqədar “qrtsax” bölməsi Xarici İşlər Nazirliyinin rəsmi saytından çıxarı...
publikaz_normalized
“Crocus Siti Holl”da törədilən terror aktı nəticəsində aykibudo üzrə məşqçi Yaroslav Sodritsov və onun üç ailə üzvü həlak olub. Martın 22-də Sodritsov ailəsi ilə birlikdə “Piknik” qrupunun konserti üçün “Crocus”a gəlib və terror aktından sonra onunla əlaqə kəsilib. Bazar ertəsi Rusiya Fövqəladə Hallar Nazirliyi Moskva ...
publikaz_normalized
Səhvi olmayan insan natamamdır. Bu gün onlar məni Aytən Səfərova edib". O bildirib ki, efirdə hər zaman qadınları müdafiə edir: Hər bir səhv insana Allahdan verilən imtahandır. Bir dəfə verirsən, sonra düzəltmək mümkün deyil. Bu gün hansı qapını seçirsənsə, gələcəkdə yolların bağlı ya da açıq olacaq. Mən ən çox efirdə ...
publikaz_normalized
Səudiyyə Ərəbistanının Baş Əyləncə İdarəsinin sədri Turki Əl-Şeyx bu ilin yayında “Uembli” stadionunda möhtəşəm boks gecəsi keçirməyi planlaşdırdığını açıqlayıb. “Hazırda biz Eddi Hern və Frank Uoarrenlə Londonda üçüncü rübdə böyük bir iş görmək imkanını araşdırırıq. Biz bunu müzakirə edirik və düşünürük ki, bir neçə h...
publikaz_normalized
Martın 23-də Lənkəran şəhərində “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “Act2Learn – Teatr Əsaslı təlim vasitəsilə Tədrisin Təkmilləşdirilməsi” layihəsinə start verilib. 5 gün davam edəcək proqram müddətində qeyri-formal təhsilin əsas istiqamətlərdən biri kimi teatra əsaslanan ...
publikaz_normalized
Sonaxanım Əliyeva özünə umac uma bilmir, başqasına əriştə kəsir". Ekspert bildirib ki, ailəsi ilə yola gedə bilməyən bir aktrisanın rayon əhalisini aşağılamağa ixtiyarı yoxdur: Dəfələrlə bir verilişdə olmuşuq. Öz doğma qardaşı ilə dil tapıb dolana bilməyən bir aktrisa kimdir ki, bu qədər insanı təhqir eləsin? Qardaşı i...
publikaz_normalized
Ağdərə rayonu ərazisində meşəlik zonada yerləşən dayaq məntəqəsindən 1 ədəd T-72B tankı, 4 ədəd D-20 artilleriya qurğusu, artilleriya mərmisi ilə dolu 3 ədəd "Ural" və 1 ədəd “Kamaz” markalı hərbi avtomobil və xüsusi texnikalar təhlükəsizlik qaydalarına riayət olunmaqla ərazidən təxliyə edilib. Bildirilib ki, Azərbayca...
publikaz_normalized
Xəbər verdiyimiz kimi, əməkdar artist Cavanşir Məmmədov bir müddət əvvəl efirlərin birində sənət adamlarını fəhlə ilə müqayisə edib öz yaşayışından şikayətlənmişdi. Sözügedən açıqlamaya video çəkərək münasibət bildirən fəhlə müğənniyə meydan oxuyub. Sosial şəbəklərdə gündəm olan həmin videonu təqdim edirik:
publikaz_normalized
Bakı Dəmir Yolu Vağzalının Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən avtodayanacaq stansiyasında parklanma tarifləri müəyyənləşib. Bildirilir ki, ilk 15 dəqiqə sürücülər üçün pulsuzdur. Parklanma qiymətləri aşağıdakı kimidir : 15-30 dəqiqə - bir manat," "30-60 dəqiqə - iki manat," "1-2 s...
publikaz_normalized
Biz çox yaxşı bilirik ki, Putin və Əliyevin (Rusiya və Azərbaycan prezidentləri - red.), agentləri kimlərdir - bütöv bir agent şəbəkəsi var. O, Daşnaksütyununun milli azadlıq mübarizəsini məhv etdiyini, II Əbdülhəmid, “Gənc Türklər”lə və DTK ilə əməkdaşlıq etdiyini bildirib. Aslanyan onu da əmin edib ki, Ermənistanın i...
publikaz_normalized