text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
KXDR hakimiyyəti Yaponiya yığmasının nümayəndə heyətini 2026-cı il dünya çempionatının seçmə oyunu üçün ölkəyə buraxmaqdan imtina edib. Mənbə iddia edir ki, bu qərar yeni STSS virusu - streptokok toksik şok sindromu ilə bağlı ola bilər. Bu virusun demək olar ki, 30 faizində ölümə səbəb olduğuna dair sübutlar var. Yapon...
publikaz_normalized
Müğənni Türkan Vəlizadə yeni fotolarını izləyiciləri ilə bölüşüb. O "Kölgədə bitən ağacın kölgəsi olmaz", - deyə, bildirib.
publikaz_normalized
London məhkəməsi Assanjın lehinə qərar verib. Məhkəmə həmçinin ABŞ hökumətinə üç həftə vaxt verib ki, Assanjın məhkəmədəki hüquqlarına hörmət ediləcəyinə və onun ölüm cəzası ilə üzləşməyəcəyinə dair təminat verilsin. London Ali Məhkəməsi tərəflərin lazımi sənədləri təqdim etməsi şərti ilə növbəti iclası mayın 20-nə təy...
publikaz_normalized
6 milyon manatlıq... - FOTO":"Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi əməliyyat keçirib, 6 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb. Bildirilib ki, “NARKOTƏLƏ” şərti adı altında martın əvvəlindən bu günə kimi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı paytaxt və bölgələrdə 30-a yaxın əmə...
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Bildirilib ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Bakı Regional Mərkəzinin xilasetmə qrupu çağırış üzrə cəlb olunub. Həyata keçirilən tədbi...
publikaz_normalized
Bu gün saat 15:30 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində 1999-cu il təvəllüdlü Sevil Əlillinin kəsilmiş-deşilmiş xəsarətlərlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
publikaz_normalized
87 yaşlı Əməkdar artist Kifayət Gəncəli (Məmmədova) bir müddət əvvəl insult keçirib. Proqramın çəkiliş heyəti və ekspert qismində çıxış edən Əməkdar artist Kübra Əliyeva sənətçiyə baş çəkmək üçün onun yaşadığı evə yollanıb. K.Gəncəliyə qulluq edən qızı Elza anasının qəfil səhhətinin pisləşdiyini və insult keçirdiyini a...
publikaz_normalized
Türkiyənin məşhur müğənnisi Demet Akalın Röyadan danışıb. Həmyerlilərimizə keçmiş olsun diləklərini çatdıran Akalın “Azərbaycanın məşhur ulduzu Röya həmin gün, o məkanda komandası ilə konsert verəcəkdi. Allaha şükürlər olsun ki, sağ-salamat oradan uzaqlaşa biliblər. Onu çox sevirəm, çox mədəni, sayğılı bir insandır”, d...
publikaz_normalized
VAZ-2106 tanınmaz hala düşdü - VİDEO":"Novxanı yolunda ağır qəza baş verib. Görüntülər sosial şəbəkələrdə yayılıb. Həmin görüntüləri təqdim edirik:
publikaz_normalized
Tovuz Baltiya" MMC-nin sahibi Naiq Məmmədhəsənovla Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi arasında qalmaqal yaşanır. Bu baxımdan, qurumu məhkəməyə verib. "Onun iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq. Orxan Həsənov iş üzrə hakim təyin edilib. "İşin detallarına gəlincə, Naiq Məmmədhəsənovun bir neçə bank...
publikaz_normalized
“Sən burada nə qələt yeyirsən?” - VİDEO":"Aparıcı, Aygün Bəylər sənətçidir? Bir bax gör, sənin qarşında kimdir? Aparıcıların çoxusu bilmir ki, kim sənətkar kim isə sənətçidir? "Sənətçi efirdə sənətini deyil, zinət əşyalarını reklam edən həmkarlarını sərt şəkildə tənqid edib: Allah hamının canını sağ eləsin. O qədər mil...
publikaz_normalized
Enerjidən yata bilmirəm... - VİDEO":"Aygün Ağayevanın çıxışı gündəm olub. Aygün Ağayeva enerjidən yata bilmədiyini, 48 saat ərzində cəmi 2 saatlıq yuxu ilə kifayətləndiyini vurğulayıb. Görüntülər sosial şəbəkələrdə yayılıb.
publikaz_normalized
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. Qarabağ Arena"da baş tutan qarşılaşma qonaqların qələbəsi ilə bitib - 3:0. Bu nəticədən sonra F qrupunda xallarının sayını 18-ə çatdıran Ukrayna liderdir. Azərbaycan millisi 3 xalla sonuncu pillədə qərar...
publikaz_normalized
Salyan rayon sakini itkin düşüb. Qeyd olunub ki, 1957-ci il təvəllüdlü Hüseyn İsrafil oğlu Süleymanov yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. boyu 170 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyidir. Evdən çıxan zaman üzərində qara rəngli gödəkcə, boz rəngli köynək, göy rəngli şalvar və qara rəngli ayaqq...
publikaz_normalized
ATV kanalının rəhbərliyi Zaur Baxşəliyevin verilişi ilə bağlı qərar qəbul edib. Zaur Baxşəliyevin canlı yayımda bildirdiyinə görə, veriliş sabahdan etibarən 16:30 da efirə çıxacaq. Veriliş 19:00 -dək efirdə olacaq.
publikaz_normalized
ölən və yaralananlar var":"Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib, 1 nəfər ölüb, 2 nəfər yaralanıb. VAZ-2106" və yük avtomobilinin toqquşması nəticəsində minik avtomobilinin sürücüsü, 1967-ci il təvəllüdlü Rasim Nadir oğlu Hacıyev hadisə yerində ölüb. Qəza zamanı daha 2 nəfər ağır xəsarət alıb. Yaralılar xə...
publikaz_normalized
Son illər Fransada, Almaniyada, Böyük Britaniyada, Çində, İranda və sonuncusu Rusiyada törədilən terror aktları bəşəriyyətin hansı təhlükə ilə üz-üzə qaldığını bir daha göstərdi. O qeyd edib ki, milliyətindən, dinindən, irqindən asılı olmayaraq terror törədənlər bütün insanlığın düşmənidirlər: “Müharibələrdə hər iki tə...
publikaz_normalized
Təkcə islamçılar yardım olmadan "Crocus City Hall"da terror aktı hazırlaya bilməzdilər. Onun fikrincə, burada "siyasi arxa plan" var. Və tək islamçılar belə bir aksiya hazırlaya bilməzdilər. Təbii ki, onlara köməklik edilib”, - deyə şöbə müdiri vurğulayıb. O qeyd edib ki, “Crocus”da terror aktı ilə bağlı ilkin məlumatl...
publikaz_normalized
Martın 26-da saat 15 radələrində Biləsuvar rayonu ərazisində 1999-cu il təvəllüdlü Sevil Əlilinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Hadisədən sonra Anar Məmiyev könüllü olaraq təslim olub və rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub. Faktla bağlı Biləsuvar rayon proku...
publikaz_normalized
fevralda söz vermişdi ki...":"Martın 26-da Ukrayna Prezidenti Volodimir Zelenski 2019-cu ilin oktyabrından bu vəzifədə çalışan ölkənin Milli Təhlükəsizlik və Müdafiə Xidmətinin (MDX) katibi Aleksey Danilovu vəzifəsindən azad edib. Ali Radanın deputatı Aleksey Qonçarenkonun sözlərinə görə, Danilov Norveçə səfir təyin ol...
publikaz_normalized
təbii fəlakət başladı":"Moskvada qarın sürətlə əriməsi səbəbindən aktiv daşqınlar başlayıb. Merin müavini Pyotr Biryukovun sözlərinə görə, daşqın aktiv fazaya keçib, su anbarları su ilə dolmağa başlayıb. Lakin proses rəvan getdiyindən ərazilərin su altında qalması gözlənilmir. Bu, həm də Moskva və Moskva vilayətini fas...
publikaz_normalized
Martın 26-da Gürcüstanın qərbində yerləşən Kobuleti kurort kəndində 5 məktəbdə tədris prosesi dayandırılıb və şagirdlər təxliyə olunub. Bildirilir ki, buna sosial şəbəkələrdə məktəblərə mümkün hücumla bağlı yayılan məlumatlar səbəb olub. Məktəblilər sosial şəbəkələrdə bununla bağlı oxuduqları məlumatlar barədə direktor...
publikaz_normalized
Azərbaycanda saxlanılan Qırğız Respublikasının 4 vətəndaşı ölkələrinə təhvil verilib. Belə ki, Qırğız Respublikası hüquq-mühafizə orqanlarının 23 mart 2024-cü il tarixli mətbuat açıqlamasında Qırğız Respublikası ərazisində 5 nəfər azərbaycanlının şübhəli şəxs qismində saxlanması barədə məlumat verilib. Azərbaycan Daxil...
publikaz_normalized
Türkiyədə polisin keçirdiyi əməliyyat zamanı mütəşəkkil cinayətkar dəstə çökdürülüb. Qeyd olunub ki, Tuncelidə eyni vaxtda keçirilən “Mahzen-20” əməliyyatları zamanı qruplaşmanın lideri Serdar Alp da daxil olmaqla 12 şübhəli saxlanılıb. Nazir ölkəni mütəşəkkil cinayətkar dəstələrdən təmizləməkdə qərarlı olduqlarını bil...
publikaz_normalized
Beverli Hillsdə ən böyük mülkdür":"Özbəkistanın eks-prezidenti İslam Kərimovun nəvəsi Mariam Tillayeva evsiz qalıb. Mülk 2013-cü ildə top modellər Gigi və Bella Hadidin atası Mohamed Hadidin şirkəti tərəfindən tikilib. Mülkün sahəsi 4,46 min kvadratmetrdir. Hollivud ulduzlarının evləri ilə müqayisədə belə Beverli Hills...
publikaz_normalized
“Qızıl top”un beşqat qalibi Kriştiano Ronaldo Portuqaliyada yeni “Ferrari” avtomobili – dəyəri 2,2 milyon dollardan çox olan “Daytona SP3” sürərkən görüntülənib. Məlumdur ki, Kriştianodan başqa eyni avtomobil Formula 1 pilotu Çarlz Leklerə məxsusdur. “Ferrari Daytona SP3” 2021-ci ildə təqdim edilib. Sportkarın kapotunu...
publikaz_normalized
Rusiyaya girişi qadağan edilmiş onlarla Qırğızıstan vətəndaşı Moskva hava limanında vətənə göndərilmək üçün gözləyir. Qeyd olunur ki, martın 26-da səfirliyin əməkdaşları Şeremetyevo hava limanına gedib, orada Rusiya FTX-nin Sərhəd Xidmətinin məsul əməkdaşları və “Aeroflot” aviaşirkətinin nümayəndələri ilə görüşüblər. N...
publikaz_normalized
Barbadoslu müğənni Rihanna "Vogue" jurnalının Çin versiyasının aprel buraxılışı üçün gözlənilməz çalarlara boyanmış qaşları ilə poza verib. 36 yaşlı ifaçı kadrlardan birində kağız yapışqan formasında çoxsaylı detalları olan sarı gödəkcədə görünüb. O, həmçinin ombasına ağ köynək bağlayıb və boynuna gümüş saat boyunbağı ...
publikaz_normalized
Sabah Ramazan ayının on yeddinci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 27-də imsak vaxtı saat 05:05-də, iftar vaxtı isə 19:14-dədir. Martın 27-si üçün namaz vaxtları: On yeddinci günün imsak vaxtı üçün duanı təqdim edirik: “Allahummə əhdini fihi lisalihil-ə-mal. Vəqzi li fi...
publikaz_normalized
“Qaraçı” və “Budulayın qayıdışı” filmlərində rol alan aktrisa Sonya Timofeyeva 79 yaşında vəfat edib. Onun sözlərinə görə, martın 14-də dünyasını dəyişən aktrisa ilə ən son ünsiyyətdə olan şəxs o olub. O qeyd edib ki, son səyahətində onu yalnız üç nəfər müşayiət edib. Sofiya Timofeyeva 1944-cü ildə köçəri qaraçı ailəsi...
publikaz_normalized
Aktrisa Ülviyyə Xəlilbəyli şikayət paylaşımı edib. “Nərimanov ərazisində yerləşən yanacaq doldurma məntəqəsi var. Nə qədər saxtakardılar, yalançıdırlar. Hər dəfə yanacağı verdiyim məbləğə görə vurmurlar. Başqa yerdə eyni məbləğə yanacaq doldururam, bilirəm ki, xətt harda dayanmalıdır. Bunlar isə hər dəfə mənə “atırlar”...
publikaz_normalized
ABŞ hakimiyyəti Suriya ilə bağlı sanksiya siyahısına bir Rusiya vətəndaşı və şirkətini əlavə edib. Qeyd olunub ki, məhdudiyyətlər altı fiziki şəxsə, o cümlədən rusiyalı Aleksey Makarova, həmçinin 12 hüquqi şəxsə şamil olunacaq. Onların arasında Rusiyanın “STG Logistic” şirkəti də var. Xatırladaq ki, martın 25-də Amerik...
publikaz_normalized
avtovağzallarda sıxlıq yarandı - VİDEO":"Novruz bayramı tətilinin başa çatması ilə bölgələrə gedənlər Bakıya üz tuturlar. Sərnişin çoxluğuna görə rayon avtovağzalları qrafiklərində dəyişiklik edib. Sərnişinlərin bəziləri sıxlıq olacağını təxmin etdikləri üçün bileti öncədən alıblar. "Novruz bayramı tətilinin son gününd...
publikaz_normalized
Rostov vilayətinin iki sakini yaşayış binasının şəxsi anbarında döyüş sursatı olan anbar aşkar ediblər. Agentliyin mənbəsinin sözlərinə görə, anbar Aksai şəhərinin Lenin prospektində yerləşən yaşayış binasının zirzəmisində yaradılan anbarda aşkar edilib. Tapan şəxslər - ata və oğul özləri bütün sursatları hüquq-mühafiz...
publikaz_normalized
Heç bir əsasımız yoxdur...":"Baltimorda Frensis Skott Key şossesi körpüsü qəsdən hərəkətə görə deyil, dəhşətli qəza nəticəsində dağılıb". Hazırda bunun qəsdən bir hərəkət olduğuna inanmaq üçün heç bir əlamətimiz, heç bir əsasımız yoxdur... bütün əlamətlər bunun dəhşətli bir qəza olduğunu göstərir", - Ağ Evdə çıxış edən...
publikaz_normalized
evlər təhlükə altındadır - FOTO":"Cəlilabad rayonu, Göytəpə şəhərində Göytəpəçayın kənarında torpaq sürüşməsi fəallaşıb. Onların sözlərinə görə, bir neçə gün ərzində yağan intensiv yağışlar nəticəsində fəallığı daha da artırıb. Artıq fərdi yaşayış evlərinin divarlarında iri çatlar meydana gəlib. Sakinlər problemdən çıx...
publikaz_normalized
Roma"dan istefaya göndərilən Joze Mourinyo ilə bağlı yeni iddia ortaya atılıb. İddialara görə, "Çelsi" rəhbərliyi də Maurisio Poçettinonun rəhbərliyi altında bu mövsüm uğurlu oyun nümayiş etdirə bilməyən kluba Joze Mourinyonu gətirməyi nəzərdən keçirir. Məlumata görə, "Bavariya" rəhbərliyi də mövsümün sonunda klubdan g...
publikaz_normalized
iki bacı...":"Göygöl şəhərində dəm qazından zəhərlənmə faktı qeydə alınıb. Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
publikaz_normalized
Kəpəyin görünməsi orqanizmdə biotin (vitamin B7) və omeqa-3 turşularının çatışmazlığını səbəbi ola bilər". Vitamin B7 bədəndə karbohidrat və yağ mübadiləsini tənzimləyən bir çox fermentin bir hissəsidir. Bundan əlavə, biotin sinir sisteminin fəaliyyətini və dərinin, saçın və dırnaqların yaxşı vəziyyətini qorumaq üçün l...
publikaz_normalized
bu dəfə fərqli kanalda - VİDEO":"Aparıcı Tarix Əliyev (Tolik) MTV-də daha bir verilişə aparıcılıq edəcək. O bildirib ki, layihə tezliklə təqdim olunacaq: “MTV-də yeni layihə başlayır. Heç vaxt belə formatda veriliş aparmamışam. Bu dəfə özüm istədim ki, edim. Proqramın adı “Toylar kralı”dır (vaxtı ilə ANS-də yayımlanıb)...
publikaz_normalized
Son proseslər fonunda Ermənistan hakimiyyətinin Qazaxın anklav olmayan 4 kəndinin (Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli) qaytarılması ilə bağlı mövqeyinin qətiləşdiyini demək mümkündür. Paşinyanın çıxışları erməni ictimaiyyətinə real vəziyyətin izah edilməsi idi. Erməni cəmiyyəti də baş nazirin anons...
publikaz_normalized
yaralananlar var":Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Minik və "Tır" markalı yük avtomobillərinin toqquşması ilə nəticələnən qəzada iki nəfər xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
publikaz_normalized
çoxlu pul itirə bilərsiniz":"Amma emosional fon əlverişsiz olduğundan baş verənlərdən narazı qala bilərsiniz. Yaranmış situasiyanı obyektiv dəyərləndirin. Belədə görəcəksiniz ki, durumun müsbət tərəfləri mənfi yönlərdən daha çoxdur. Mürəkkəb, ağır işlərə, genişmiqyaslı layihəyə başlamayın. Bütün diqqəti və səyləri cari...
publikaz_normalized
Bu il Almaniyada təşkil olunacaq Avropa çempionatına vəsiqə qazanan son üç iştirakçıdan biri məlum olub. Əsas və əlavə vaxtda qapılara qol vurulmadığı üçün görüş penaltilər seriyasına gedib. Burada daha dəqiq oynayan gürcülər ilk dəfə ölkə tarixində Avropa çempionatına vəsiqə qazanıb - 4:2. Qeyd edək ki, Uels - Polşa v...
publikaz_normalized
Baş İdarə hərəkətə keçdi":"Prezident Emmanuel Makron mənə Ukrayna üçün yeni hərbi yardım paketinin hazırlanması barədə göstəriş verib". Fransanın müdafiə departamentinin rəhbəri qeyd edib ki, hazırda qərargah və Silahlanma üzrə Baş İdarə bu məsələ üzərində işləyir. Lecornu əlavə məlumat verməyəcəyini bildirsə də, Frans...
publikaz_normalized
Çadda Silahlı cihadçı qrupların fəaliyyət göstərdiyi Çad gölü bölgəsində minanın partlaması nəticəsində 7 əsgər həlak olub. “Paytaxtdan təxminən 200 kilometr şimalda yerləşən Çad gölü əyalətinin Çuku Telia kəndində 7 Çad əsgəri öldürülüb, bir neçəsi yaralanıb”, - deyə Prezident özünün feysbuk səhifəsində qeyd edib. Bil...
publikaz_normalized
Ukrayna Prezidenti lodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDŞ) katibi Aleksey Danilovu bu qurumun nəyə lazım olduğunu anlamadığı üçün işdən çıxarıb. Onun sözlərinə görə, Ukrayna hakimiyyətlərinə lap əvvəldən Danilov və ümumilikdə Milli Təhlükəsizlik və Müdafiə Şurası lazım deyildi. Ekspert hesab edi...
publikaz_normalized
Böyük Britaniyada iki nazir istefa verib. Hər iki nazir növbəti ümumi seçkilərdə iştirak etməyəcəklərini bildiriblər. Leo Dokerti silahlı qüvvələr naziri, Luke Hall isə Təhsil Departamentində dövlət naziri vəzifəsinə təyin olunub.
publikaz_normalized
toz fırtınası özü ilə BƏLA GƏTİRİR":"Texas A&M Universitetinin amerikalı alimləri müəyyən ediblər ki, dünyanın ucqar bölgələrində baş verən toz fırtınaları müxtəlif allergenləri çox uzun məsafələrə daşıya bilir və onların digər qitələrə çatmasına şərait yaradır. Nümunələrin təhlili göstərib ki, küləklə birlikdə Sahara ...
publikaz_normalized
Crocus City Hall"da terror aktı törətməkdə təqsirləndirilən iki nəfər Türkiyəyə səfərləri zamanı İstanbulun mərkəzi bölgələrindəki otellərdə yaşayıblar. Nəşr vurğulayıb ki, söhbət Fatih və ya Şişli kimi prestijli sahələrdən gedir. İş üzrə təqsirləndirilən şəxslərdən biri Fəridun Şəmsiddin fevralın 20-də Türkiyəyə gəlib...
publikaz_normalized
"Azərbaycanı “Avroviziya-2024” mahnı müsabiqəsində ”Özünlə apar” mahnısı ilə təmsil edəcək Fahree və İlkin Dövlətov səhnəyə birinci yarımfinalda 12-ci çıxacaqlar. Qeyd edək ki, birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 mayda İsveçin Malmö şəhərində keçiriləcək. "Ölkəmiz birinci yarımfinalda ...
publikaz_normalized
Moskva yaxınlığındakı "Crocus City Hall"da baş verən terror aktı zamanı yüzlərlə insanın qaçmasına kömək edən tələbə təşkilatının rəhbəri həlak olub. Faciə günü təşkilatın iki üzvü ziyarətçilərə binadan çıxmağa kömək edib. Onlar deyiblər ki, terror aktı baş verən gün "Crocus"da 105 işçi olub, onların hamısı sağ qalıb. ...
publikaz_normalized
Azərbaycanın Gürcüstandakı səfirliyi bu ölkənin futbol üzrə milli yığma komandasını tarixdə ilk dəfə olaraq Avropa Çempionatına vəsiqə qazanması münasibətilə təbrik edib. Məlumat üçün qeyd edək ki, Gürcüstanın futbol üzrə milli komandası 2024-cü il Avropa Çempionatının qrup mərhələsinə vəsiqə qazanıb. Onlar Yunanıstanl...
publikaz_normalized
ARB TV-nin bir neçə verilişində saat dəyişikliyi edilib. Belə ki, Xoşqədəm Hidayətqızının aparıcısı olduğu “Səni axtarıram” proqramının saatı azaldılıb və 16:30-dan 19:00-a qədər yayımlanması müəyyən edilib. Bundan əlavə, Elgiz Əkbər və Pərvanə Tahirqızının təqdimatında efirə gedən “Elgizlə izlə”nin yayım saatı 14:00-d...
publikaz_normalized
yaralılar var":"Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, “Khazar” markalı avtomobillə toqquşan “Toyota Prius” markalı nəqliyyat vasitəsi öncə yol nişanına dəyib, daha sonra ağaca çırpılaraq aşıb. Qəza zamanı “Toyota Prius”un sürücüsü Murad İmanov və onun sərnişini (şəxsiyyəti dəqiqləşdirilir) ...
publikaz_normalized
ABŞ-ın şərqində yerləşən Baltimor şəhərində körpünün uçması nəticəsində azı 6 nəfərin öldüyü güman edilir. Məlumata görə, qəzadan bir nəfər sağ çıxıb. Qeyd edək ki, ötən gün Baltimorda Sinqapur bayrağı altında üzən gəmi Frensis Skott körpüsünə çırpılıb. Körpünün çökməsi nəticəsində bir neçə avtomobil metal konstruksiya...
publikaz_normalized
Ukrayna Dünya Bankının proqramı çərçivəsində Böyük Britaniya və Yaponiyadan 1,5 milyard dollar alacaq. Dünya Bankının Direktorlar Şurası inkişaf siyasətinə dəstək məqsədilə Ukraynaya kreditin bir hissəsi kimi 1,5 milyard dollar ayrılması qərarını təsdiqləyib. Bunun 984 milyon dollarını Yaponiya, 516 milyon dollarını is...
publikaz_normalized
Martın 25-i ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın evinə peyin atılıb. Hadisə Məxfi Xidmətin və bomba qruplarının müdaxiləsini tələb edib. Politico" xəbər verir ki, naməlum şəxs avtomobilin pəncərəsindən evə doğru peyin atıb. Məxfi Xidmət sözçüsü Entoni Quqlielminin sözlərinə görə, hadi...
publikaz_normalized
Dünyaya uşaq gətirmək vacib deyil":"Sevinirəm ki, Fətulla (qardaşının övladı - red.) Dünyaya uşaq gətirmək vacib deyil". Fətulla uşaq idi, çılğın, hər şeydən narazı idi. İndi hər şeyi düşünən, sakit, müdrik olub. Ailəni, hətta məni də o, idarə edir". Qeyd edək ki, N.Qasımova heç vaxt ailə qurmayıb. O, qardaşının övladı...
publikaz_normalized
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 35 ailə - 134 nəfər köçürülüb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlə...
publikaz_normalized
Fici adaları sahillərində 6,7 bal gücündə zəlzələ qeydə alınıb. Məlumata görə, yeraltı təkanların episentri 77 min nəfərdən çox əhalisi olan Suva şəhərindən 588 kilometr cənub-qərbdə yerləşib. Dağıntı və tələfat barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.
publikaz_normalized
Tailand sakini iktidarsızlığın qarşısını almaq üçün diri kərtənkələ yeməyə başlayıb. Çantaburi əyalətindən olan 59 yaşlı Sommai adlı kişinin ailəsi onun cinsi həyatını yaxşılaşdırmaq üçün canlı kərtənkələ yeməyi seçdiyini öyrəndikdən sonra media ilə əlaqə saxlayıb. Martın 21-də Sommai jurnalistlərin qarşısına çıxıb və ...
publikaz_normalized
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Ə.Alışov, C.Əhmədov, Ə.Heybətov və R.Dadaşova saxlanılıblar. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
publikaz_normalized
Kakao paxlasının dünya qiymətləri tarixdə ilk dəfə olaraq bir ton üçün 10 min dollar həddini keçərək əvvəlki qiymətdən bir neçə gün sonra yeni rekorda imza atıb. Qeyd olunub ki, çərşənbə axşamı hərracda kakao paxlasının may fyuçersləri hər ton üçün 10,070 dollara yüksəlib. İlin əvvəlindən kotirovkalar artıq 2,4 dəfə, s...
publikaz_normalized
Ukrayna Silahlı Qüvvələrinin (AFU) əsgərləri üzərində “Crocus City Hallda" yazılan olan "AGM-88 HARM" antiradar raketini buraxıblar. Qeyd olunur ki, nasazlıq səbəbindən raket Ukrayna hərbçilərinin mövqelərinə düşüb. Ukrayna Silahlı Qüvvələrinin digər döyüşçüləri raketin Rusiya tərəfindən buraxıldığını deyib. O, rusları...
publikaz_normalized
Bakının bir sıra yollarında tıxac yaranıb. Hal-hazırda yollardakı vəziyyət: Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;" "2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;" "3. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;" "4. 28 May küçəsi, Puşkin küçəsi ilə kə...
publikaz_normalized
Sabirabad sakinindən 12 kiloqram narkotik vasitə aşkarlanıb. Onun üzərinə baxış zamanı 12 kiloqramdan artıq heroin, tiryək, metamfetamin və marixuana aşkar edilib. Araşdırmalar zamanı S.Əliyevin sosial şəbəkələr vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan "Baba" adlı iranlı narkotacir tərəfinən kuryerliyə...
publikaz_normalized
Görün bu dəfə nə adlandırdı":"ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putini növbəti dəfə təhqir edib. Amerikalı milyarderlərə vergilərin artırılması ideyasını ifadə edən Ağ Evin rəhbəri bu vəsaitlərin Kiyevə yardım üçün gedə biləcəyini bildirib. O cümlədən, Ukraynanı “qəssab Putin”dən qorumaq qayğısına qalm...
publikaz_normalized
Məhkəmə bu hökmü verdi":"Kamçatkada məhkəmə Yelizovo şəhərinin deputatını davaya görə ev dustağı edib. Müstəntiqlər şəxsə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsi (xuliqanlıq) ilə cinayət işi açıblar. Məlumata görə, söhbət indi mer kimi fəaliyyət göstərən deputat Artyom Qaqloşvilidən gedir. Yelizov...
publikaz_normalized
Azərbaycan prezidenti İlham Əliyev Nikol Paşinyana Ermənistanda hakim komandanın üzvlərinin çıxışlarına görə iradını bildirib. Nəşr yazır ki, hakim komandanın deputatı Hakop Aslanyan ay yarım əvvəl “belimizi düzəltmək üçün 1-1,5 il vaxt lazımdır və o zaman biz azərbaycanlılarla başqa cür danışacağıq” açıqlamasını vermi...
publikaz_normalized
2024-cü il Avropa çempionatının final mərhələsinə vəsiqə qazandıqdan sonra Gürcüstan millisinin azarkeşləri qələbəni təntənəli şəkildə qeyd ediblər. Onlar çılğın şəkildə komandalarının tarixi uğurunu qeyd ediblər. Pley-off matçında Gürcüstan Yunanıstan komandasına qalib gəlib. Əsas və əlavə vaxt heç-heçə (0:0) başa çat...
publikaz_normalized
Bakının razılığı olmadan...":"Məlum olduğu kimi, Azərbaycan tərəfi dəfələrlə Avropa Birliyinin, xüsusilə də onun bəzi üzv dövlətlərinin regionumuza münasibətdə müəyyən yanaşmaları və fəaliyyətləri ilə bağlı öz mövqeyini açıq şəkildə ifadə edib. Bu bir faktdır ki, Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesi...
publikaz_normalized
Görün harada təhsil alıb":"Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının yeni katibi Aleksandr Litvinenkonun tərcümeyi-halında Rusiya xüsusi xidmət orqanları ilə bağlı bir “maraqlı detal” var. Xatırladaq ki, bir gün əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Aleksey Danilovu Milli Təhlükəsizlik və Müdafiə Şurasının ...
publikaz_normalized
Azərbaycanın Dövlət Gömrük Komitəsi (DGK) və Moldovanın Gömrük Xidməti arasında ikitərəfli əməkdaşlığa dair Birgə Bəyannamə imzalanıb. Məlumata görə, Komitənin nümayəndə heyəti Moldovada səfərdə olub. Azərbaycanın Moldovada səfiri Ülvi Baxşəliyevin də iştirak etdiyi görüşlərdə Azərbaycan və Moldova gömrük xidmətləri ar...
publikaz_normalized
Rusiya-Moldova münasibətlərində kritik gərginlik":"Moldova parlamentinin Qaqauz muxtariyyətini təmsil edən müstəqil deputatı Aleksandr Suxodolski bildirib ki, hazırda Rusiya ilə Moldova arasında siyasi mübarizə maksimum həddə çatıb. “Biz indi görürük ki, ölkə hakimiyyəti Qərb ölkələri tərəfindən təşviq edilən müəyyən s...
publikaz_normalized
Avro və rubl ucuzlaşdı":"Bu günün valyuta məzənnələri açıqlanıb. Avro bir qədər ucuzlaşaraq 1.8409, Rusiya rublu isə 0.0183 manat təşkil edib. Türk lirəsi isə bir qədər bahalaşaraq 0.0528 manat təşkil edib. Valyuta" "Kod" "Kurs" "ABŞ dolları" "USD" "1.7" "Avro" "EUR" "1.8409" "Avstraliya dolları" "AUD" "1.1098" "Argent...
publikaz_normalized
Nəsildən-nəslə böyüyür":"Yeni araşdırmalar göstərir ki, insan beyninin ölçüsü zamanla tədricən artır və bu, gənc nəsillərdə demans riskini azalda bilər. Yaddaş və öyrənmədə mühüm rol oynayan beyinin hipokampus adlanan xüsusi hissəsi tədqiq edilən ardıcıl nəsillər ərzində həcmcə genişlənib. Tədqiqata rəhbərlik edən Kali...
publikaz_normalized
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller aprelin 5-də Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ dövlət katibi Antoni Blinkenin iştirakı ilə Brüsseldə keçiriləcək görüşü şərh edib. “Mən bu barədə ətraflı danışmayacağam, Ermənistan və Azərbaycan hökumətləri ilə...
publikaz_normalized
2 qol və 1 asist - VİDEO":"Əlcəzair millisi “FİFA series - Edition 2024” layihəsi çərçivəsində 2-ci oyununu keçirib. Görüş 3:3 hesabı ilə yekunlaşıb. Qarabağ"ın futbolçusu Yassin Benzia da Əlcəzair millisinin əsas heyətində meydana çıxıb. 29 yaşlı yarımmüdafiəçi dubl edib. O, 22 və 70-ci dəqiqələrdə fərqlənib. Onun kom...
publikaz_normalized
Serbiya təhlükədədir, 48 saat ərzində...":"Son 48 saat ərzində Serbiya hakimiyyəti ölkənin həyati milli maraqlarını birbaşa təhdid edən xəbərlər alıb. O bildirib ki, respublikanı çətin günlər gözləyir: “Son 48 saat ərzində hansı xəbərləri aldığımızı indi demək mənim üçün asan deyil. Bu, Serbiyanın və Serb Respublikasın...
publikaz_normalized
xərçəngi məhv edirmiş":"Yeni araşdırmaya görə, qəhvə içənlərin bağırsaqlarında yenidən böyüyən xərçəng şişləri riski daha azdır. Tədqiqatlar göstərdi ki, spirtli içki qəbul edən kolorektal xərçəngi olan xəstələrin gələcəkdə residiv olma ehtimalı daha azdır. Gündə bir neçə fincan qəhvə içmək də erkən ölüm ehtimalını aza...
publikaz_normalized
“Oğlum Adili evləndirib, gəlini evə gətirdim. Bundan sonra 3 ay onlarla yaşamadım. Onlara ara-sıra baş çəkirdim ki, bilim evdə neynirlər. Gəlinin mənə olan əzizləməyini gördüm. Bundan sonra qərar verdim ki, tez-tez onlara baş çəkəcəyəm. Yalandan deyirdim ki, səhər efirə gedəcəyəm, amma tezdən gəlirdim gəlinimgilə. Ona ...
publikaz_normalized
Martın 22-də terror aktının baş verdiyi “Crocus City Hall” konsert zalı Vahid Dövlət Əmlak Reyestrindən (USRN) çıxarışda “Qazprombank”ın girovundadır. “Crocus International” şirkətinə məxsus sahəsi 38 min kvadratmetrdən çox olan 20 saylı bina 2023-cü ilin noyabr tarixli ipoteka müqaviləsi əsasında ipotekadadır”, - məlu...
publikaz_normalized
Talibanın ali lideri Qərb ölkələrinə mesajında ​​bildirib ki, hökumət qadınları zina etdiklərinə görə daşqalaq etmək təcrübəsini rəsmən tətbiq edəcək. Tezliklə zinaya görə cəza tətbiq edəcəyik. Onlar açıq şəkildə daşqalaq olunacaqlar", - Molla Hibətullah Axundzadə deyib. Xatırladaq ki, Taliban 2021-ci ilin avqustunda Ə...
publikaz_normalized
böyüklər üçün bezlərin istehsalı artrırılır":"Yaponiyada uşaq bezləri istehsalçısı körpələr üçün məhsul istehsalını dayandırmaq, bunun əvəzinə böyüklər üçün bez istehsalını artırmaq qərarına gəlib. Şirkətin satışları 2001-ci ildən bəri təxminən yarıya qədər azalıb. Yaponiyada böyüklər üçün bezlərin satışı 10 ildən çoxd...
publikaz_normalized
Avro-2024-ün pley-off mərhələsinin finalından sonra turnirin bütün iştirakçıları dəqiqləşib. Bu, Millətlər Liqasının pley-off yolunda baş tutan oyunlarından sonra reallaşıb. Gürcüstan və Polşa penaltilər seriyasında müvafiq olaraq Yunanıstan və Uelsi məğlub edərək bu uğura nail olub. Ukrayna isə İslandiyanı 2:1 hesabı ...
publikaz_normalized
İngiltərədə heyvansevər bir qadın xəstə olduğunu düşündüyü “körpə kirpi”ni baytara aparıb. O, kirpinin öldüyünü düşünüb, lakin sonra həqiqəti öyrənib. Onun tapdığı kirpi yox, papağın uc hissəsi olubmuş. Bir neçə saat ona qulluq etdikdən sonra pişik yemi verməsinə baxmayaraq, gecə boyu yerindən tərpənmədiyini görən “kir...
publikaz_normalized
Ermənistanın qaz kəməri Azərbaycanın nəzarətinə keçir":"Qazaxın anklav olmayan 4 kəndinin (Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli) Azərbaycana qaytarılacağı gözləntiləri fonunda ermənilərin müzakirə etdiyi məsələlərdən biri də Rusiyadan Ermənistana gələn qaz kəmərinin taleyinin necə olacağıdır. Kəndlər...
publikaz_normalized
Aİ-Ermənistan-ABŞ müştərək konfransı açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır və ikili standart yanaşmasına əsaslanır. XİN qeyd edib ki, sözügedən konfrans tam şəffaf şəkildə keçirilmir, regional inklüzivlikdən məhrumdur və regionda təşviq edilən və çox ehtiyac duyulan etimad quruculuğuna və inteqrasiyaya zi...
publikaz_normalized
Ötən il Keniyada meşədə tapılan yüzlərlə meyitin şəxsiyyəti müəyyən edildikdən sonra ailələrinə təhvil verilməsi prosesinə başlanıb. 2023-cü ilin aprelində kilsədə əməliyyat başladılıb. Kilsənin yerləşdiyi Şakahola meşəsindən çıxarılan 429 meyitin 238-nin böyük, 191-nin isə uşaq olduğu məlum olub.
publikaz_normalized
Ramazan bayramı qərarı verildi":"İtaliyada şagirdlərinin əhəmiyyətli hissəsinin müsəlman olduğu bir ibtidai məktəbin rəhbərliyi mərkəzi hökumətin və bölgə rəhbərliyinin etirazına baxmayaraq, Ramazan bayramının ilk gününü tətil etmək qərarına gəlib. Bu müddətdə məktəb rəhbərliyinin xüsusilə ifrat sağçı dairələrin təhdid...
publikaz_normalized
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasının "RoPax" tipli “Zərifə Əliyeva” gəmi-bərəsinin kapitanının böyük köməkçisi Elnur Vaqif oğlu Yaftumov vəfat edib. Bildirilir ki, o, 1982-ci ildə Bakıda anadan olub, 2003-cü ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının “Nəqliyyat radioavadanlı...
publikaz_normalized
9 kilo çəki atan məşhur müğənni buna necə nail olduğunu açıqlayıb. O, çox ciddi qidalanma rejiminə keçdiyini və az yediyini bildirib. D vitaminini nahar vaxtı (damcı şəklində) boranı çəyirdəyi yağı ilə qəbul edirəm. Mümkün qədər evdə hazırlanmış yeməklər və tərəvəzlər yeyirəm. Hətta evdə xırda peçenye kimi çörək bişiri...
publikaz_normalized
Avroviziya təmsilçimiz Nigar Camal şəxsi həyatı ilə gündəmə gəlib. 15 il əvvəlki vaxtlarını əks etdirən görüntü insanların marağına səbəb olub.
publikaz_normalized
Beynəlxalq axtarışa verilmiş Qırğızıstan gömrük xidmətinin sabiq rəis müavini Rayımbek Matraimov Azərbaycanda həbs edilib. Məlumatda qeyd olunur ki, saxlanılan şəxs artıq Bişkekə aparılıb. Rayımbek Matraimov qanunsuz həbslərin həyata keçirilməsində və çirkli pulların yuyulması ilə bağlı cinayət işlərində iştirakda itti...
publikaz_normalized
Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır. Ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər mart ayının 27-dən aprel ayının 26-dək Azərbaycan Ordusunun T...
publikaz_normalized
Tez-tez onlara zəng edir":"ABŞ-ın keçmiş prezidenti Barak Obama hazırkı dövlət başçısı Co Baydenin seçkilərdə Donald Trampa uduzacağından qorxur. Obama mütəmadi olaraq Ağ Evin aparat rəhbəri Jeffrey D. Zients və Bayden kampaniyasının digər rəsmilərinə strategiya qurmaq və məsləhətləri bölüşmək üçün zəng edir. Obamanın ...
publikaz_normalized
Martın 27-si saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda qar yağıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında da gecə saatlarında qısamüddətli yağış yağıb. Martın 26-sı gün ərzində müşahidə olunan güclü şimal-qərb küləyi səhər saatlarında mülayimləşib. Qa...
publikaz_normalized
2023-cü ilin dördüncü rübündə Rusiya fond bazarında qeyri-rezidentlərin sayı 6,6 faiz artaraq 29,1 min nəfərə, aktivləri isə 5,9 faiz artaraq 1,34 trilyon rubla çatıb. Nəşrin məlumatına görə artım dinamikası da yavaşlamağa başlayıb. Əvvəlki üç rübdə qeyri-rezident aktivlərinin dəyəri 20-35 faiz artıb. Əvvəllər artan tə...
publikaz_normalized
“Crocus City Hall”da terror aktında şübhəli bilinən Əlişir Qasımova məxsus olduğu iddia edilən Putilkovskoe şossesində yerləşən “Çayxana” kafesi fəaliyyətini dayandırıb. Kafenin binasında gələcək iş qrafiki ilə bağlı heç bir mesaj yoxdur, qonşu hamam da işi dayandırıb. Onun qapısındakı tarixsiz bildirişdə obyektin bağl...
publikaz_normalized