text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Azərbaycan ordusu bu istiqamətlərdə irəliləyəcək - FOTO/VİDEO":"Ermənistan parlamentinin müxalifətdən olan deputatı, hərbi ekspert Tiqran Abramyan 8 kəndin Azərbaycana qaytarılmasından sonra Tavuş bölgəsində yaranacaq vəziyyətlə bağlı xəritə yayıb. O, Azərbaycan ordusunun irəliləyərək, yerləşəcəyi yeni mövqelərin də xə...
publikaz_normalized
Şəxsi həyatı, açıqlamaları və sosial media paylaşımları ilə hər zaman diqqət mərkəzində olan Seda Sayan bu dəfə 2 milyon 665 min TL-lik çantası ilə gündəm yaradıb. Fransanın dünyaca məşhur "Hermes" brendinə məxsus çantanın qiyməti 83 min dollar, yəni 2 milyon 665 min TL-dir (təxminən 141 min manat). Ulduzun çantası "Ar...
publikaz_normalized
İnternet erası sona çatır, beyinlər bir-birinə bağlanacaq":"Amerikalı fizik və yazıçı Michio Kaku deyir ki, internet erası sona çatır, beynimiz birbaşa bir-birinə bağlı olacaq. Kaku kvant dövründə istehsal edilən texnologiya və kompüterlərin xəstəliklərin müalicəsindən kütlələrin qidalanmasına qədər bəşəriyyətin ən böy...
publikaz_normalized
Fransız xalqını başqa necə alçaltmaq olar?":"Fransada keçiriləcək Yay Olimpiya Oyunları öncəsi bu ölkədə böyük irqçilik qalmaqalı yaşanır. Bu, ölkədə böyük qalmaqala səbəb olub" "“The New York Times” yazır ki, oyunların təşkilat komitəsinin bu seçimi çoxlu sayda ölkə əhaləsinin franssız təbəqəsində, o cümlədən müxalifə...
publikaz_normalized
Türkiyənin Aydın şəhərinin Nazilli rayonunda dilənçi ona pul verməyən qadını bıçaqlayıb. Güçlünün pul verməməsi mübahisəyə səbəb olub. Bu zamanı dilənçi qadın bıçaqla masada oturan Güçlüyə sağ ayağından xəsarət yetirib. Hadisə yerindən qaçan dilənçi qadın isə qısa müddətdə yaxalanıb. Hadisə anı restoranın təhlükəsizlik...
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyi vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə Novruz bayramı ilə əl...
publikaz_normalized
Dövlət İmtahan Mərkəzi 2024/2025-ci tədris ili üçün Azərbaycanın orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu elan edib. Qeyd olunub ki, orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu martın 27‑dən aprelin 15-dək internet vasitəsilə aparılır. Abituriyentlər Dövlət İmtah...
publikaz_normalized
“Qucağında öldü” - VİDEO":"“Tarixin bir günü” verilişinin aparıcısı, tanınmış prodüser Tarix Əliyevə itki üz verib. “Sanki məni gözləyirdi ki, görsün və canını tapşırsın. Mən gələn kimi qucağımda öldü. Onsuzluğa alışmaq mənə çətin olacaq”, - deyən Tolik Baboş üçün çox darıxacağını bildirib.
publikaz_normalized
Gürcüstan millisi tarixdə ilk dəfə Avropa çempionatının final mərhələsinə yüksəlib. Həlledici görüşdə gürcülər Yunanıstana qalib gəlib (0:0, penaltilərdə 4:2). O, soyunub-geyinmə otağında əvvəlcə ləzginka rəqsi edib. Daha sonra masanın üzərində başqa rəqslə performansını davam etdirib. Eyni zamanda komanda yoldaşları i...
publikaz_normalized
2011-ci ildə mənə bir zəng gəldi. Dedilər ki, get filan yerdən "INFINITI QX56" markalı avtomobili götür. Getdim gördüm ki, sənəddə adım yazılıb: Qiyməti isə avtomobilin 110 min dollar idi, hardasa təxminən 200 min manat". Sənətçi bildirib ki, 13 il əvvəl ona qocalar evində çıxış etdiyi üçün bahalı avtomobil hədiyyə olu...
publikaz_normalized
qızının...":Qızının sevgilisini öldürmək üçün qatilə 40 min dollar ödədiyi iddia edilən keşiş həbs edilib. Yaralı şəxsin görüşdüyü qadının atası Viktorvildəki kilsənin keşişi Samuel Pasillasın qurbanı öldürməsi üçün killerə təxminən 40 min ödədiyi müəyyən edilib. 47 yaşlı Pasillas həbs edilib.
publikaz_normalized
Çoxları arseni və siçanotunu ölümcül zəhər kimi qəbul edir. Filmlərdə və hekayələrdə qarşımıza çıxan bu maddənin həm də süfrəmizdəki məhsulların tərkibində də olduğu üzə çıxıb. O qeyd edib ki, arsen yaşılımtıl rəngə malik kövrək, polad rəngli yarımmetaldır. Təbiətdə bu maddə iki əsas formada olur - üzvi və qeyri-üzvi. ...
publikaz_normalized
Avstraliyanın Melburn şəhərində açılmaq üzrə olan Koreya restoranının qarşısında asılan pankart həm bölgədə yaşayanları, həm də internetdə görənləri təəccübləndirib. Həmin şəxs açdığı restoranda qarşısında pankart asaraq belə yazıb: Sofia, kasıb olduğum üçün məndən ayrıldın. İndi Koreya restoranı açmağa pulum var. “The...
publikaz_normalized
4 türk öldü":"Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Solingen şəhərində köhnə tikilidə yanğın baş verib. Bundan başqa 21 nəfər yaralanıb, onlardan 9-nun vəziyyəti ağırdır. Aralarında körpə də olan 4 nəfərdən ibarət türk ailəsinin tamamilə taxtadan tikilmiş 100 illik binada ölməsi şəhərdə “Bina yandırılıbmı?” sua...
publikaz_normalized
Həm kişilərdə, həm də qadınlarda saç tökülməsinin səbəbi təkcə genetika deyil, həm də rasionda qida çatışmazlığı ilə əlaqədardır. O, bu barədə "Gazeta.ru"ya danışıb. Mütəxəssisin sözlərinə görə, saç tökülməsinə A, D, E, C vitaminləri, biotin (B7), fol turşusu (B9) və sianokobalamin (B12) olan qidaların kifayət qədər qə...
publikaz_normalized
Orucluqda “Crocus City Hall”a gələnləri tənqid edən Krasnoyarsk keşişi paylaşımını silib. Daha əvvəl din xadimi Telegram kanalında insanların orucluq ayının birinci həftəsinin cümə günü konsertə getmələrindən yazmışdı. Hər şeyi yeyib axmaq mahnılara qulaq asırıq. Düşmən isə yatmır, qəzəbli və həvəslidir”, - keşiş yazmı...
publikaz_normalized
Ölkədə boşanmalar çoxaldığı kimi, alimentin problemə çevrilməsi halları da artır. Aliment ödənmədiyi halda həmin şəxsləri hansı cəza gözləyir? Mövzu ilə bağlı "Xəzər Xəbər"in hazırladığı süjeti təqdim edirik:
publikaz_normalized
Aktyor Fərda Xudaverdiyev "Komedixana" proqramına qayıdıb. O, Ənvər Abbasovla fotosunu paylaşaraq bu sözləri yazıb:
publikaz_normalized
Gürcü əsilli rusiyalı müğənni Valeri Meladzenin qızı Sofiko ilk dəfə ana olub. O, “17 saylı Doğum Evi”nin fotosunu yayımlayıb. Sofiko Meladze 2022-ci ilin sentyabrında Savva Baibakovla ailə qurub. O, bacısı ilə birlikdə restoran biznesi ilə məşğuldur: 2022-ci ildə onlar "Omela" adlı restoran və şərab barının fəaliyyətə...
publikaz_normalized
Rusiya millisinin sabiq baş məşqçisi Stanislav Çerçesov "Qarabağ"ın qolkiperi Andrey Lunyev barədə danışıb. Təəssüf ki, Andrey Lunyevi iş başında görə bilmədik. Böyük ehtimalla o, Paraqvayla matçda millinin qapısını qoruyacaqdı. Lunyevlə Almaniyada tanış olmuşdum. Biz o vaxt Leverkuzendə oynayırdıq, otelə gəldi, uzun m...
publikaz_normalized
Bakının Sabunçu rayonun Nardaran qəsəbəsində qum karxanasında kranla beton lövhə arasında qalan kişi ölüb. Bildirilib ki, martın 26-da Sabunçu rayonu, Nardaran kəndi ərazisində yerləşən qum karxanasında 1978-ci il təvəllüdlü Ədalət Hüseynovun yük qaldırıcı avtomobillə (kran) beton lövhə arasında qalması nəticəsində alm...
publikaz_normalized
Səhnəyə çıxmazdan əvvəl içib, rolunu oynayıb və...":"Nağıllarda, rəvayət və əfsanələrdə, dastanlarda rast gəldiyimiz əfsanəvi Səməndər quşu. “Məlikməmməd” nağılında Məlikməmmədi qaranlıq dünyadan işıqlı dünyaya gətirən Səməndər quşunun dayanmadan 40 gün, 40 gecə uçduğu deyilir. Digər rəvayətə görə Səməndər quşu odun iç...
publikaz_normalized
Bir gündə":"NASDAQ birjasının bağlanışına yaxın “Truth” sosial şəbəkəsinin sahibi Donald Trampın “Trump Media & Technology” şirkətinin kapitallaşması 9 milyard dollara çatıb. “Reuters” “Great Hill Capital” analitiki Tomas Hayesdən sitat gətirib: “Bu, biznes perspektivlərinin göstəricisi kimi deyil, Tramp tərəfdarları a...
publikaz_normalized
Cəmisi iki ay...":"Rusiya ilə ehtimal olunan qarşıdurma halında, Britaniya ordusu iki aydan çox davam gətirə bilməyəcək. “Britaniya Rusiya ilə tammiqyaslı müharibədə iki aydan çox davam gətirməyəcək, çünki bizim sursat və silahımız yoxdur", - mənbə bildirib. Jurnalistin "bu doğrudurmu" sualını Baş Qərargah rəisinin müa...
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Bakı şəhərinin Xəzər rayonunun Qala qəsəbəsində qanunsuz tikinti işlərinin aparılması faktlarını aşkar edib. Bildirilib ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndəl...
publikaz_normalized
Müğənni Zeynəb Həsəni maraqlı açıqlaması ilə diqqət çəkib. Müğənni buna səbəb kimi sosiallaşmağı sevmədiyini göstərib. Sözügedən açıqlamanı təqdim edirik:
publikaz_normalized
Avropol rəhbərlərinin şəxsi sənədlərini kimlər oğurlayıb?":"Avropa Polis Agentliyinin (Avropol) icraçı direktoru Ketrin de Bolle və onun üç müavininin şəxsi sənədləri təşkilatın Haaqadakı mənzil-qərargahından ötən ilin payızında yoxa çıxıb. “Avropolun hüquq-mühafizə orqanı kimi rolunu nəzərə alsaq, işçi sənədlərinin yo...
publikaz_normalized
Məşhur müğənni Şakira "Emily in Paris" serialının yaraşıqlı aktyoru Lüsyen Laviskont ilə birlikdə restorandan çıxarkən görüntülənib. Qeyd edək ki, 31 yaşlı aktyor 47 yaşlı kolumbiyalı sənətçinin bu yaxınlarda təqdim etdiyi "Punteria" klipində də rol alıb. Paparatsilərin kameralarına tuş gələn ulduzlar jurnalistlərin su...
publikaz_normalized
Bakıda və Abşeron yarımadasında martın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 5-8° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55...
publikaz_normalized
Ərinə balta ilə ağır xəsarət yetirməkdə ittiham olunan 29 yaşlı Lalə İmaşovanın cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Xanım müttəhim üç azyaşlı uşaq anası olduğuna görə ibtidai və məhkəmə istintaqı dövründə həbsdə olmayıb. Onun barəsində başqa yerə getməmək haqda qətimkan tədbiri seçilib. Cinayət işi Bakı Ağ...
publikaz_normalized
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər. Bölgənin sila...
publikaz_normalized
Şimali Koreya dövlət televiziyası bağçılıqla bağlı BBC-nin proqramını yayımlayıb. “Blue jean” adlanan bu şalvarlar Şimali Koreyada Qərb imperializminin simvolu hesab olunduğu üçün qadağandır. Verilişin aparıcısı Alan Titçmarş bu vəziyyətə yumoristik reaksiya verib və bunun onun “reputasiyasını artırdığını” deyib. "Qeyd...
publikaz_normalized
Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin aprel ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli açıqlanıb. S/n" "Qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanı və idarəetmə qurumunun rəhbəri" "Qəbulun keçirildiyi şəhər, rayon" "Əhatə olu...
publikaz_normalized
Azərbaycanda Ramazan bayramı ilə əlaqədar iş və istirahət günlərinin yerləri dəyişdirilib. "Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. "Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 12 aprel iş günü ilə 6 aprel istirahət gününün yerləri dəyişdirilib. "Qeyd edək ki, 10, 11 aprel Azər...
publikaz_normalized
Onun qucaqladığı kişi kimdir? - FOTOLAR":"Dani Alveş təqribən 14-15 aylıq həbs həyatından sonra sərbəst buraxıldı. Futbolçu 1 milyon avro girov müqabilində apellyasiya şikayətinə baxılana qədər azadlıqda qalmağa davam edəcək. Ancaq onun həyatında heç nə əvvəlki kimi deyil. Demək olar ki, heç nəyi qalmayıb. Heç ömrünün ...
publikaz_normalized
Bayram tətili günlərində milli parkları 3 540 nəfər turist ziyarət edib. O qeyd edib ki, həmin günlər ən çox turist qəbul edərək ilk üçlükdə Göygöl, Şirvan və Abşeron milli parkları olub.
publikaz_normalized
Qarabağdan Ermənistana qayıdan separatçılar Qərb ölkələrində dəstək axtrışını davam etdirir. “Joxovurd” qəzeti yazır ki, görüşlərə qondarma “komitə”nin koordinatoru olan Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan rəhbərlik edir. “Oskanyan ABŞ və Avropada yüksək vəzifəli rəsmilərlə intensiv görüşlər keçirir...
publikaz_normalized
Erməni işğalından azad olunan Xocalı rayonuna ilk köç bu ilin may ayında olacaq. O bildirib ki, hazırda Xocalıda tikinti və abadlıq işləri həyata keçirilir: “Hazırda 500-ə qədər evdə bərpa işləri aparılır. May ayında ilkin olaraq 50 ailənin Xocalıya köçürülməsi nəzərdə tutulur”.
publikaz_normalized
Arvadı qoşulub qaçaraq… - FOTO/VİDEO":"“Biz çox gözəl bilirik ki, Solovyov, Simonyan, Qabrelyanov və başqaları müəyyən mənada Rusiya dövlətinin əsas ideoloji xəttini aparırlar. Onlar hökumətin siyasətinin təbliğatı ilə məşğul olan ruporlardır. Bu yaxınlarda Rusiyanın nüfuzlu media resursları sızdırılmış bir məlumatı ic...
publikaz_normalized
Bakının Xətai rayonunda 5 nəfər ailə üzvünü qəsdən öldürməkdə təqsirləndirilən Əhməd Əhmədovun tibbi ekspertizası başa çatıb. Əhməd Əhmədovun hadisəni törədərkən anlaqlı olub-olmaması ilə bağlı yekun rəy hələ hazır deyil. Yaxın günlərdə həkimlərin yekin rəyi açıqlanacaq. Qeyd edək ki, fevralın 22-də Xətai rayon Məhkəmə...
publikaz_normalized
Martın 26-da Gürcüstan millisi "Avro-2024"ün seçmə mərhələsinin finalında Yunanıstanı məğlub edərək (4:2, penaltilər seriyasında) adını turnirin final mərhələsinə yazdırıb. Bununbla bağlı Gürcüstanın Baş naziri İrakli Kobaxidze fərman imzalayıb. “Bu gün çox xoşbəxt bir gündür. Bizi birləşdirən xoşbəxtlik budur. Şəxsən ...
publikaz_normalized
1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə erməni quldurlarının Xocalıda törətdiyi soyqırımı zamanı qətlə yetirilən və bir müddət əvvəl rayon ərazisində aşkarlanan kütləvi məzarlıqda qalıqları tapılan Mahmudov Akif Seydulla oğlu ilə vida mərasimi başa çatıb. Vidada Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usu...
publikaz_normalized
Onun kabus olmağa haqqı yoxdur":"Fransa millisinin hücumçusu Kilian Mbappe millidəki son oyunlarına görə sərt tənqidlərə məruz qalıb. “Fransa millisində elə bir vəziyyət yoxdur ki, o, ardıcıl iki oyunda motivasiya olmasın. Fiziki cəhətdən meydandadır, amma xəyal kimi oynayır. Bu normal deyil, hətta ayıbdır. Kilian Fran...
publikaz_normalized
İsveçrənin Cenevrə şəhərində Qoşulmama Hərəkatı (QH) Parlament Şəbəkəsinin 3-cü konfransı keçirilib. Konfransda Bakı Təşəbbüs Qrupunun (BTQ) direktoru Abbas Abbasov və BTQ-nin İdarə Heyətinin üzvü, Avropa Parlamentinin sabiq deputatı, Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin Baş katibi Jean-Jacob Bicep də iştirak e...
publikaz_normalized
Daha çoxunu edə bilmədim":"İnter Mayami"nin hücumçusu Lionel Messi futbolçu karyerasını bitirdikdən sonra nə edəcəyi barədə danışıb. “Karyeramı bitirdikdən sonra nə edəcəyimi hələ düşünməmişəm. Gələcəyi düşünmədən hər gündən, hər andan həzz almağa çalışıram. Ümid edirəm ki, bir müddət də oynayacam və bu mənim xoşuma gə...
publikaz_normalized
Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Rza Talıbovun avtomobilinin Ali Məclisin həyətinə, özünün isə binaya buraxılması çaşqınlıq yaradıb. Buna görə, hətta mühafizə polisinin əməkdaşlarına töhmət verildiyi deyilir. Məlumatda bildirilib ki, Fuad Nəcəfli Rza Talıbovu qəbul etməkdən imtin...
publikaz_normalized
Ucar rayonunda 2000-ci il təvəllüdlü Rüzgar qısqanclıq zəminində yaranan mübahisə zamanı anası Jaləni (adlar şərti verilib – red.) Bu məsələni aydınlaşdırmaq məqsədilə 17 avqust 2023-cü ildə o, Moskva şəhərindən Bakıya qayıdıb. Avqustun 18-də gecə saat 4 radələrində Bakı Beynəlxalq Avtovağzal Kompleksinə gəlib və istin...
publikaz_normalized
2027-ci ildə IV Avropa Oyunları Türkiyənin İstanbul şəhərində keçiriləcək. Onun sözlərinə görə, Avropa Olimpiya Komitəsi bununla bağlı artıq qərar verib. Qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci ildə Bakıda keçirilib. 4 il sonra yarışlar Misnkdə (Belarus), 2023-cü ildə isə Krakovda (Polşa) baş tutub.
publikaz_normalized
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır. O qeyd edib ki, Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfərin cənazəsi yaxın gün...
publikaz_normalized
Kimləri saxlayırlar?":"Moskva vilayətinin Elektrostal şəhərindəki “Wildberries” anbarında Rusiyada qalma qaydalarını pozan miqrantlar saxlanılmağa başlayıb. Bildirilir ki, reyd zamanı Rusiya Qvardiyası və polis artıq ondan çox bazar işçisini saxlayıb. İnternetdə yayımlanan görüntülərdə binanın yaxınlığında hüquq-mühafi...
publikaz_normalized
Elgiz Əkbər aparıcısı olduğu verilişdə söylədikləri ilə diqqət çəkib. İştirakçı üçün əlindən gələni etdiyini deyən Elgiz qarşı tərəfi yalan danışmaqda ittiham edib. Həmin görüntüləri təqdim edirik:
publikaz_normalized
Prezident İlham Əliyev 25 dekabr 2017-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edib. Fərmana əsasən, İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyəti sədrinin Fondun istiqrazlarının buraxılması üçün emissiya prospektini təsdiq etmək vəzifəsi ləğv edilib.
publikaz_normalized
Azərbaycan Prezidenti İlham Əliyev Elçin Babayevin yenidən Bakı Dövlət Universitetinin rektor təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Resp...
publikaz_normalized
Tarixi rekord":"Real"a məxsus olan "Palmeyras"ın hücumçusu Endrik Braziliya millisinin heyətində rekorda imza atıb. O, "sambaçılar"ın heyətində İngiltərə ilə oyunda da fərqlənərək komandasına qələbə qazandırıb. Endrikə yığmanın formasında ikinci qolunu vurmaq üçün cəmi 49 dəqiqə bəs edib. Bu isə rekord göstərici deməkd...
publikaz_normalized
qaynadıb içdikdə...":"Tərkibində A, B6, C, E və K vitaminləri, dəmir və fosfor mineralları olan alma istehlakı gündəlik qida ehtiyaclarını qarşılamaqda güclü köməkçidir. Şəfa mənbəyi olan almanın özü kimi qabığı da sağlamlığa müəyyən faydalar verir. Alma qabığı çayının hazırlanması tərkibindəki sağlam liflər və fitokim...
publikaz_normalized
10 nəfər saxlanıldı - FOTO":"Şəmkir Rayon Polis Şöbəsinin və tabeli qurumlarının əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən 10 nəfər rayon sakini saxlanılıb. Aşkarlanan maddi sübutlar müvafiq ekspertizaya təqdi...
publikaz_normalized
Bakı Mühəndislik Universitetinin (BMU) beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyinat olub. Qeyd edilib ki, elm və təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Ətrabə Gül BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunub. 2019-cu ilədək BMU Dillər Məktəbinin direktoru olub. Yeni vəzifəyədək ...
publikaz_normalized
Bağışlamaq olmaz":"Crocus City Hall"da baş verən terror aktı hətta təcrübəli xilasediciləri də şoka salıb. Martın 22-də axşam Moskva Aviasiya Mərkəzinin Mi-26 yanğınsöndürmə helikopterinin ekipajı üçün ən çətin günlərdən biri oldu. Komandir Artur Şeleşkov AiF-lə söhbətində deyib ki, o və həmkarları artıq növbəni bitiri...
publikaz_normalized
Bu olmasaydı, milli komandadan gedərdim":"İnter Mayami"nin hücumçusu Lionel Messi maraqlı açıqlama verib. “Dünya Kubokunu qazanmaq bizim, ailələrimiz və bütün ölkə üçün sehr idi. Bu hisslər həyatımızın sonuna qədər bizimlə qalacaq. Əgər titul qazanmasaydıq, yəqin ki, milli komandanı tərk edərdim, amma xoşbəxtlikdən bun...
publikaz_normalized
Ermənistan Qazaxın işğal altında olan kəndlərinin Azərbaycana təhvil verilməsi ilə yanaşı, Gürcüstana da kənd qaytaracaq. Nəşr qeyd edir ki, Ermənistan təkcə Azərbaycanla yox, Gürcüstanla da sərhədləri delimitasiya etməyə hazırlaşır. “Uzun müddətdir ki, erməni-gürcü təmaslarında Paşinyanın müəyyən əraziləri Gürcüstana ...
publikaz_normalized
Rusiyanın Penza şəhərində keçirilən məhkəmə iclasında aktrisa Ramilə İsgəndər (Xisamova) törətdiyi cinayəti etiraf edib. Məhkəmədə aktrisa günahını etiraf edib və peşman olduğunu bildirib. "Ramilə İsgəndər 2023-cü il avqustun 29-da bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq xüsusilə külli miqdarda narkotik vasitə...
publikaz_normalized
Görənlər heyrətlənir - VİDEO":"İlk görənlərin tort və ya ev bəzəyi zənn etdiyi sevimli bayquş balalarının görüntüləri hər kəsi valeh edib. Həmin görüntüləri təqdim edirik:
publikaz_normalized
Bakı Metropolteni" QSC-nin "Nəsimi" stansiyasının vestibülündə yerləşən xidməti otaqlardan birinin dəhlizində əməkdaşın ehtiyatsızlığı səbəbilə qida yağı elektrik sobasının üzərinə dağılıb və alışma baş verib. Hadisə nəticəsində sərnişinlərin təhlükəsizliyinə xələl gəlməyib.
publikaz_normalized
AFFA "Fənərbağça"ya təklif göndərib":"Türkiyə Superliqasının 30-turunun "Trabzonspor" - "Fənərbağça" matçının sonunda yaşanan qalmaqaldan sonra İstanbul klubunun konqresi çağrılıb. Toplantıda "bülbüllər"in çempionatdan çəkilməsi, hətta başqa ölkəyə üz tutması ilə bağlı üzvlər arasında müzakirələr aparılacaq. Daha bir ş...
publikaz_normalized
Bu gün 48 yaşını qeyd edən məşhur aktrisa Nurgül Yeşilçay bir ayda 17 kq arıqlaması ilə bağlı yayılan iddialara aydınlıq gətirib. “Bir ayda 17 kq arıqlaya bilməzsən. Hətta ilk aylarda heç cür çəki ata bilmirsən və pəhrizdən imtina etmək istəyirsən. Vaz keçməsən, artıq arıqlamağa başlayarsan", - intervallı oruc saxlamaq...
publikaz_normalized
Magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar bu gün Bakının Yasamal və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət yaranıb. Qurum bununla əlaqədar abonentlərdən üzr istəyib.
publikaz_normalized
Keçmişinə mesaj göndərir - FOTO":"Cəsarətli dekoltesi ilə kameralar qarşısına keçən amerikalı şou-biznes ulduzu Kim Kardaşyan keçmiş həyat yoldaşı Kanya Vestin yeni həyat yoldaşı Bianka Censori ilə müqayisə edilib. Fotolar qısa müddətdə trendə çevrilib. "Fotolara "İndi də Brianka kimi davranır", "Keçmişinə mesaj göndər...
publikaz_normalized
“Bir dəfə yaralı barmağa...”":"“Mən Orxan Fikrətoğlunu çox yaxın adam hesab edirəm. O vəzifəyə gələndə mən onu qucaqladım, halallıq verdim, təbrik etdim və işdən çıxdım. Amma bir il ərzində nə Orxan Fikrətoğlu, nə də Turizm Agentliyi verdiyi bir sözü tutdu”. "O, vəzifədən getdikdən sonra gördüyü işlər barədə danışıb: "...
publikaz_normalized
Aktrisa Pərvin Abıyeva film və seriallardan aldığı qonorarını açıqlayıb. Abıyeva bildirib ki, gününə 1000 manat qonorar tələb edir: Son 7 ildir ki, mən heç bir seriala çəkilmirəm. Film sahəsinə gəldiyim zaman bir günə 500 manata çəkilmişəm. Seriallardan gələn təklifi qəbul etmirəm. Bir neçə dəfə təklif gəlib, amma mən ...
publikaz_normalized
Məlum olub ki, tortlar, konfetlər və digər şirniyyatlar nəinki çəkinin sürətlə artmasına təsir edir, həm də simamızda dəyişikliyə səbəb olur və insanı əks cinsin gözündə daha çirkin edir. Onlar səhhətində problemi və ya şəkəri olmayan 100-dən çox kişi və qadını dəvət ediblər. Sonra onlara iki səhər yeməyi variantı təkl...
publikaz_normalized
Məsələ həll olunub, Rusiya sərhədçiləri...":"Rusiya sərhədçilərinin İrəvandakı Zvartnots Beynəlxalq Hava Limanından çıxarılması məsələsi həll olunub, Ermənistan və Rusiya bu mövzunu müzakirə etmirlər. O vurğulayıb ki, erməni tərəfi üçün bu məsələ artıq həll olunub və bu məsələdə heç bir müzakirə ola bilməz. Simonyanın ...
publikaz_normalized
“Dövlətdə dəvə, övladda nəvə” deyib atalarımız. Nənələr, babalar nəvələrini sevdikləri üçün öz adlarını onlara qoymaqda maraqlıdırlar. Çox ailələrdə nənə və babaların öz istəyi ilə nəvəyə adının verilməsinin şahidi oluruq. Bundan əlavə valideynlər də hətta ölən ata-anasının ruhuna hörmət əlaməti olaraq öz övladlarına o...
publikaz_normalized
Gəncə şəhərində saxta sürücülük vəsiqəsi ilə avtomobil idarə edən şəxs məsuliyyətə cəlb edilib. Puplika.az-ın əldə etdiyi məlumata görə, bir müddət əvvəl DYP əməkdaşları tərəfindən saxlanılan 27 yaşlı Y.Yusubov onlara sürücülük vəsiqəsi təqdim edib. Lakin vəsiqənin həqiqiliyi şübhəli olduğundan yol polisi əməkdaşları o...
publikaz_normalized
Çıxarış veriləcək - DETALLAR":"Azərbaycanda yaxın vaxtlarda Mənzil-Tikinti Kooperativlərindən (MTK) mənzili yalnız elektron platforma vasitəsilə almaq mümkün olacaq. Bir müddət əvvəl bununla bağlı açıqlama verən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimov...
publikaz_normalized
Azərbaycan milli komandası İrəvanda keçiriləcək sambo üzrə Dünya Kubokunda iştirak etməyəcək. Abdullayevin sözlərinə görə, yarışda iştirakdan imtinanın əsas səbəbi iki ölkə arasında olan gərginlikdir: ”Daha əvvəl Ermənistanın ev sahibliyi etdiyi digər idman növləri üçün nəzərdə tutulan yarışlarda idmançılarımızın məruz...
publikaz_normalized
Zolaqları trend adlandırmaq çətindir: axı onlar uzun illərdir ki, moda arenasını tərk etmirlər və çətin ki nə vaxtsa bu aktuallığı əldən versinlər. Bu motiv çoxyönlü xüsusiyyətləri sayəsində həm dizaynerlərin, həm də modapərəstlərin favoritidir. Müxtəlif üslublarla asanlıqla uyğunlaşır, onlara ciddilik əlavə edir və is...
publikaz_normalized
Bu gün doğum gününü qeyd edən müğənni Roza Zərgərliyə efirdə gözlənilməz sürpriz olunub. Jerarın gəlişindən bixəbər olan Roza onu qucaqlayaraq kövrəlib. Oğlundan gül dəstəsi alan Zərgərli "Bəs mənə deyirdin ki, ayağın əzilib? O isə cavabında "Artıq yaxşıyam. Rozanın arzuya ehtiyacı yoxdur. Ona doğum günündə arzu edirəm...
publikaz_normalized
DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi, polis polkovniki Kamran Əliyev vəzifəsindən azad edilib.
publikaz_normalized
Beynəlxalq axtarışda olan Özbəkistan vətəndaşları öz ölkələrinə təhvil verilib. Özbəkistan Respublikasının vətəndaşları 1985-ci il təvəllüdlü Siyavuş Xalimoviçin Xasanov və 1990-cı il təvəllüdlü Sarvar Kamolitdin oğlu Abduraximovun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğ...
publikaz_normalized
Bakı şəhərinin Binəqədi rayonunda liftin qapısının arasında qalan qadın ölüb. Bildirilib ki, Binəqədi rayon sakini, 1979-cu il təvəllüdlü Aynurə Mehdiyevanın yaşadığı binadakı liftin qapıları arasında qalması nəticəsində aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.
publikaz_normalized
Prokuror keçmiş Elm və Təfəkkür Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən həmin universitetin rektoru Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevə iş istəyib. Növbəti məhkəmə iclası aprelin 6-na təyin edilib. Qeyd edək ki, istintaq materiallarına əsasən, "Təfəkkür" Universitet...
publikaz_normalized
Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının ərazisindəki ağaclıq sahədə saat 16:25-də mühafizəçi tərəfindən keçirilən baxış zamanı 33-36 həftəlik döl aşkar edilib. Sumqayıt Tibb Mərkəzindən verilən məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən əraziyə baxış keçirilib. Hadisəyə müvafiq hüquqi qiym...
publikaz_normalized
Danimarkanın keçmiş Baş naziri, habelə NATO-nun keçmiş baş katibi olmuş Anders Foq Rasmussenin rəhbərlik etdiyi “Ermənistanın Dostları Şəbəkəsi” adlı qrup tərəfindən hazırlanmış 21 mart 2024-cü il tarixli “Aİ-Ermənistan münasibətlərinin dərinləşməsi: Ermənistanda daha çox Avropa; Avropada daha çox Ermənistan” adlı hesa...
publikaz_normalized
Bakıda qadının liftdə ölümü ilə bağlı Binəqədi rayonu, 107 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Rüfət Süleymanov tutduğu vəzifədən azad edilib. Qeyd edilib ki, dünən Binəqədi rayonunda binada liftdə baş verən bədbəxt hadisə ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətində komissiya yaradılmış və hadisə komissiya tərə...
publikaz_normalized
Bayram günlərində (20-26 mart) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə şübhəsi ilə 19 müraciət daxil olub. R.Məmməd bildirib ki, onlardan 10-u dərman, 4-ü sirkə turşusu, 2-si dəm qazı, 2-si etannoldan zəhərlənmiş şəxs olub, 1 nəfər isə allergik reaksiya səbəbindən zəhərlənib. Onun sözlərinə görə, mürac...
publikaz_normalized
Vurğun Məmmədov Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının direktoru təyin olunub. Qeyd edək ki, V.Məmmədov bu təyinata qədər ADPU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışıb. Eyni zamanda, tarix üzrə fəlsəfə doktoru, ADPU-nun Azərbaycan tarixi kafedrasının dosentidir.
publikaz_normalized
Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin aprel ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb. Qəbulu aparan şəxs" "Qəbul günü" "Azərbaycan Respublikası Prezidentinin köməkçisi –" "Azərbaycan Respublikası Prezidenti Administrasiyasının" "İqtisadi siyasət və sənaye məsələləri şöbə...
publikaz_normalized
İş adamları Araz və Emin Ağalarovlar "Crocus"da terror aktı qurbanlarına yardım üçün 100 milyon rubl ayırıb. Xatırladaq ki, martın 22-də "Crocus City Hall"da terror aktı törədilib. Hadisə nəticəsində 140 nəfər ölüb, 180 nəfər yaralanıb.
publikaz_normalized
Rusiyada baş verən terror aktının bənzərini hər gün Türkiyədə törətmək istəyənlər var. Şükürlər olsun ki, PKK-nı öz sərhədlərimiz daxilində hərəkət edə bilməyəcək hala gətirdik. Təhlükəsizliyimizi, dincliyimizi, əmin-amanlığımızı, sabitliyimizi, firavanlığımızı pozmağa cəhd edənlərə heç vaxt yol vermədik və verməyəcəyi...
publikaz_normalized
Erməniəsilli rusiyalı milyarder Ruben Vardanyan Ukraynaya qarşı təcavüzə şərikdir. “Biz başa düşməliyik ki, bu, Rusiyanın Ukraynadakı addımlarına görə sanksiyaya məruz qalan şəxsdir. Rusiyanın hərbi potensialını gücləndirməyə çalışdığı da məlumdur. Onun (Vardanyanın) şirkətləri Ukraynada və Qarabağda hərbi mövcudluğun ...
publikaz_normalized
Səhiyyə Nazirliyinin yüksək vəzifəli şəxsi vəfat edib. Onun hansı səbəbdən vəfat ediyi məlum deyil.
publikaz_normalized
Rusiya Xarici İşlər Nazirliyi Bakı və İrəvanı Üçtərəfli İşçi Qrupun işini bərpa etməyə çağırıb. “Biz tərəfdaşlarımızı Üçtərəfli İşçi Qrup daxil olmaqla, üçtərəfli formatda əməkdaşlığı bərpa etmək üçün siyasi iradə göstərməyə çağırırıq”, - Zaxarova qeyd edib. Rusiya XİN sözçüsü vurğulayıb ki, Rusiya, Azərbaycan və Ermən...
publikaz_normalized
4800 il əvvələ aid edilir - FOTO":"Qahirədə müxtəlif rəsmlərlə bəzədilmiş, Misirin Qədim Krallığına aid sərdabə aşkarlanıb. Araşdırmalar sərdabənin fironların beşinci sülaləsinin sonu və ya altıncı sülalənin əvvəllərinə aid edilə biləcəyini göstərir. Bu məzarlıq Qırmızı Piramida şəhərciyinin sakinlərinə məxsus geniş qə...
publikaz_normalized
Türkiyə əhalisi arasında yaşı 65 və daha çox olan insanların sayı son 5 ildə 21,4 faiz artaraq 8 722 806 nəfərə çatıb. Məlumata görə, 2023-cü il etibarilə Türkiyədə yaşlıların ümumi əhaliyə nisbəti 10,2 faizə yüksəlib. Onların 44,5 faizini kişilər, 55,5 faizini qadınlar təşkil edib. Hesablamalara əsasən, gələcək illərd...
publikaz_normalized
Qış fasiləsində “Neftçi” ilə yollarını ayıran Aaron Olanarenin yeni klubu bəlli olub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumata görə, 30 yaşlı forvardla bu ilin sonunadək müqavilə imzalanıb. Qeyd edək ki, Aaron Olanare mövsümün birinci yarısında “Neftçi”nin heyətində ümumilikdə 15 matçda 3 qol və 2 məhsuldar...
publikaz_normalized
Tailand hakimiyyəti eynicinsli nikahları leqallaşdıran qanun qəbul edib. 400-ə yaxın palata üzvü qanun layihəsini dəstəkləyib, 10-u əleyhinə səs verib, 5 üzv isə bitərəf qalıb. Qanun Senatın yuxarı palatası və kral tərəfindən təsdiqlənərsə, 120 gündən sonra qüvvəyə minəcək. Qeyd edək ki, monarxiya idarəetmə sisteminə m...
publikaz_normalized
İqlim dəyişikliyi səbəbindən qlobal okean axınlarının, əsasən də Qolfstrimin əhəmiyyətli dərəcədə yavaşladığı aşkarlanıb. Alimlər istiliyi ekvatordan şimala daşıyan okean cərəyanları sistemi olan Atlantik meridional çevrilmə dövriyyəsi (AMOC) haqqında məlumatları təhlil ediblər. Məlum olub ki, 1955-ci ildən 1994-cü ilə...
publikaz_normalized
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və Elm və Təhsil Nazirliyinin “Məktəblinin Dostu” layihəsi arasında Anlaşma Memorandumu imzalanıb. Bununla da ETX daha geniş auditoriyaya çatmağı, həmçinin məktəblilərin kibertəhlükələr və onlayn risklər haqqında məlumatlılığının artır...
publikaz_normalized
Ermənistan KTMT Parlament Assambleyasının “Crocus City Hall”da törədilən terror aktını pisləyən bəyanatına qoşulmayıb. “Ermənistan KTMT üzvlüyünü dondurub. KTMT Ermənistan tərəfinə təklif verdi, biz də onu rədd etdik”, - Qulyan deyib. Xatırladaq ki, bundan əvvəl KTMT-yə üzv ölkələrin parlamentləri “Crocus City Hall”da ...
publikaz_normalized
Cənubi Qafqazın gələcəyi Fransa üçün yalnız Rusiya ilə hibrid müharibə və Afrika qitəsində uğursuzluqlar fonunda öz nüfuzunu qorumaq üçün bir vasitədir. M.Zaxarova qeyd edib ki, Fransanın Qafqazdakı mövcudluğu kəşfiyyat xarakteri daşıyır: “Fransanın Cənubi Qafqaz regionunda olması kəşfiyyat məlumatlarının toplanması, r...
publikaz_normalized