text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Fransanın məşhur “Le Fiqaro” nəşri Azərbaycana qarşı növbəti qərəzli məqaləsi ilə gündəmə gəlib. Yelisey sarayının tezisləri ilə işləyən “Le Fiqaro” qəzeti yazır ki, Makron ermənilərin taleyinə səmimi olaraq biganə yanaşmayan yeganə liderdir, amma Fransanın təşəbbüsləri nəticə vermir. Məsələn, ötən illər Qarabağa dair ... | publikaz_normalized |
Rusiya Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası prosesinə maksimum köməklik göstərməyə hazırdır. Biz öz tərəfimizdən bu işə Rusiyada nadir kartoqrafik materialların mövcudluğunu nəzərə alaraq maksimal dərəcədə yardım etməyə hazırıq. Analoji prinsiplər Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunika... | publikaz_normalized |
İraqın Elektroenergetika Nazirliyi İran Milli Qaz Şirkəti (NIGC) ilə saziş imzalayıb. Bildirilib ki, İraqın Elektroenergetika naziri Ziyad Əli Fadhel NIGC ilə 5 il müddətinə gündəlik 50 milyon kubmetrədək qaz tədarükünə dair müqavilə imzalayıb. Qurumdan verilən məlumata görə, saziş istehsal müəssisələrinin iş tempini s... | publikaz_normalized |
Bakıda 2500 manatlıq elektron siqaret oğurlanıb. Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisindəki mağazaların birindən 2500 manat dəyərində elektron siqaret oğurlamaqda şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə m... | publikaz_normalized |
Avstraliyalı Tim Tszyunun amerikalı Sebastian Fundora ilə döyüş üçün alacağı qonorarın məbləği məlum olub. Bu ödəniş Avstraliya idmanı üçün rekord olacaq. Əvvəlki rekord keçən il təxminən 6,5 milyon dollar qazanan qolfçu Kemeron Smitə məxsus idi. Qeyd edək ki, Tszyu və Fundora arasında döyüş martın 31-i gecə ABŞ-ın Las... | publikaz_normalized |
Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd ibn Salman Fransa Liqa 1-də çıxış edən “Monako” klubunu almaqda maraqlı olub. Ancaq klubun sahibi rusiyalı Dmitri Rıbolovlev aparılan danışıqlar uğursuz olub. İş adamı şahzadədən yüksək məbləğ tələb edib. Məbləğ açıqlanmasa da, qiymətin İbn Salmanı qane etmədiyi açıqlanıb. O, daha... | publikaz_normalized |
Sabah Ramazan ayının 18-ci günüdür. “Allahummə nəbbihni fihi libərəkati əsharih. Və nəvvir fihi qəlbi biziyai ənvarih. Və xuz bikulli ə-zai ilət-tibai asarih. Bi-nurikə ya münəvvirə qulubil-arifin”. “İlahi, bu gün məni səhərlərin bərəkəti ilə oyat! Qəlbimi bu səhərlərin ziyası ilə işıqlat! Bədən üzvlərimi bu günün təsi... | publikaz_normalized |
Çin elektromobil alıcılarına vergi güzəştlərinin tətbiqi ilə əlaqədar Ümumdünya Ticarət Təşkilatına ABŞ-dan şikayət edib. Rəsmi Pekin hesab edir ki, Çin istehsalı olan elektromobillərin daxil edilmədiyi vergi güzəştləri proqramı ədalətli rəqabəti pozur və Çin məhsullarının satışına mənfi təsir göstərir. Nazirlik Vaşinq... | publikaz_normalized |
Avropa İttifaqı (Aİ) ölkələri cari ilin yanvarında Azərbaycana 2 min tona yaxın neft məhsulları ixrac edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur. Aİ ölkələri arasında bu ilin yanvar ayında Azərbaycana neft məhsullarının ən böyük üç tədarükçüsü arasında Yunanıstan (500 min avro dəyərində 754 t... | publikaz_normalized |
Zaqatala şəhər Zəfər Murtuzəliyev adına 1 nömrəli tam orta məktəbin direktoru Mehparə Murtuzəliyeva Balakən rayon təhsil sektorunun müdiri vəzifəsinə təyin olunub. Bildirilib ki, bununla bağlı İdarənin müdiri səlahiyyətlərini icra edən, müdir müavini Günay Mahmudova müvafiq əmr imzalayıb. Qeyd edək ki, “Tərəqqi” medall... | publikaz_normalized |
“Öyle bir geçer zaman ki...” serialı ilə məşhurlaşan türkiyəli aktyor Erkan Petekkayaya ağır itki üz verib. Aktyor bu barədə sosial media hesabında məlumat yayıb: “Bu səhər əziz atam Akın Petekkayanı itirdik". Qeyd edək ki, aktyor Alzheimer xəstəsi olan anası Şerife Petekkaya və demansiya xəstəsi olan atası Akın Petekk... | publikaz_normalized |
Əməkdar artist Kifayət Gəncəli müalicə aldığı xəstəxanadan evə buraxılıb. O bildirib ki, K.Gəncəli xəstəxanaya yerləşdirildikdən sonra ona işemik insult diaqnozu qoyulub: O, səhhəti yaxşılaşdığından ambulator müalicə üçün evə buraxılıb". Qeyd edək ki, Kifayət Gəncəlinin "Qızıl fond"da 300-ə yaxın lent yazısı var. Onlar... | publikaz_normalized |
Rusiyanın paytaxtı Moskvanın şimal-qərbində yerləşən “Şuka” ticarət mərkəzi boşaldılıb. Hazırda insanlar mərkəzdən təxliyə edilib. Hadisə yerində polis və kinoloqlar işləyir. | publikaz_normalized |
Moskva vilayətində “Crocus City Hall” kompleksində terror zamanı qəhrəmanlıq göstərənlərdən biri də azərbaycanlı Kamil Nəsibov olub. Onun sözlərinə görə, iş gününün bitməsinə on dəqiqə qalmış Kamil həmkarını siqaret çəkməyə dəvət edib. Çölə çıxdıqdan bir neçə dəqiqə sonra isə atəş səsləri eşidiblər. Əvvəlcə nə baş verd... | publikaz_normalized |
Dünyaca məşhur restoranlar şəbəkəsinin sahibi, türkiyəli Nusret Gökçenin İstanbuldakı restoranına hücum təşkil edən iki cinayətkar qrupa qarşı əməliyyat keçirilib. O bildirib ki, “Nusr-Et” adlı iş yerinə silahlı hücumla bağlı “Mahzen-22” əməliyyatı keçirilib. Əməliyyat zamanı silahlı hücumu həyata keçirən mütəşəkkil ci... | publikaz_normalized |
Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat etdi. Nazir postundan azad edildikdən sonra 2004-cü ilin 16 dekabr tarixindən 2012-ci il oktyabrın 31-nə kimi Azərbaycanın Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri postunda çalışıb. Səfir vəzifəsini tərk etdikdən sonra təqaüdə çıxıb. | publikaz_normalized |
Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq. Kürdəmir və Göyçay rayonlarını təbii qazla təmin edən qaz təchizatı şəbəkəsində aşkar olunmuş qaz sızmalarının ləğvi, təmir-bərpa işlərinin aparılması, həmçinin sayğacların yeni çəkilmiş qaz xətlərinin üzərinə köçürülməsi, köhnə xətlərin ləğv edilməsi ilə bağlı... | publikaz_normalized |
Latviyanın xarici işlər naziri Krisjanis Karins rusiyalı diplomatlardan birini persona non-qrata elan edib. Bildirilib ki, rusiyalı diplomat aprelin 10-dək ölkəni tərk etməlidir. Qeyd edək ki, Rusiya XİN rəsmi Moskvanın Latviyanın bu qərarına müvafiq cavab verəcəyini bəyan edib. | publikaz_normalized |
Son 20 ilin ən güclü maqnit qasırğası nə vaxt bitəcək? Rusiyalı alimlər bildirirlər ki, plazma partlaması birbaşa Yerə yönəlib. Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun proqnozuna görə, günəş küləyinin artıq istiqamətini dəyişdiyinə baxmayaraq, planetimizin yaxınlığında gərginlik daha bir neçə gün d... | publikaz_normalized |
Fevralın 12-dən Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün sənəd qəbuluna start verilib. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək. Eyni zamanda, Həcc ziyarəti ilə bağlı sənəd qəbuluna dəyişiklik edilib. Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi Ramazan ayının sonuna ... | publikaz_normalized |
Xarkova hava bombası ilə zərbə endirildi":"Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov şəhərindəki yaşayış ərazisinə zərbə endirməsi nəticəsində 1 nəfər ölüb, 19 nəfər yaralanıb. Prezident xəsarət alanlar arasında iki azyaşlının olduğunu açıqlayıb. O, bütün zərərçəkənlərə lazımi yardımın göstərildiyini vurğulayıb. Mə... | publikaz_normalized |
Əməkdar artist Lalə Məmmədova yeni fotoları ilə diqqət çəkib. Lalə bu fotosessiya üçün stilist və vizajist Elnur Həsənovla əməkdaşlıq edib. Əməkdar artist sosial şəbəkədə paylaşdığı fotolarına tezliklə təqdim edəcəyi mahnının nəqarətini - "Sən yağışa baxarsan, mən yağışı öpərəm" - əlavə edib. | publikaz_normalized |
Əməkdar artist Cavanşir Məmmədov avtomobilini efirdə satışa çıxarıb. O bildirib ki, 1986-ci ilin "Rolls Royce" markalı retro maşınını satır: Bu avtomobil 4600 kilometr yol gedib. Öz adımdan da bu avtomobilin motoruna 1 il sığorta verirəm. Motoruna nəsə olsa özüm düzəltdirəcəyəm. Avtomobil ilə toylara getmirəm. Bu maşın... | publikaz_normalized |
2011-ci ildə mənə zəng gəldi. Dedilər ki, get filan yerdən "İnfiniti QX 56” markalı avtomobili götür. Getdim gördüm ki, sənəddə Yusif Mustafayev yazılıb. O vaxt qiyməti 110 min dollar idi, təxminən 200 min manat”. Sənətçi bahalı hədiyyəni ona qocalar evində çıxış etdiyi üçün verildiyini bildirib: Sonra dedilər ki, get ... | publikaz_normalized |
Rusiyanın xüsusi xidmət orqanları “Crocus City Hall”dakı terror aktı ilə bağlı təhqiqatı davam etdirir. “Fikir vermisinizsə, hələlik heç bir rəsmi versiya irəli sürülməyib. Hansı nəticə çıxacağını gözləmək lazımdır. Xüsusi xidmət orqanları əsaslandırılmış versiya irəli sürmək üçün işləyir”, – deyə Peskov qeyd edib. | publikaz_normalized |
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun sabiq baş katibi Anders Foq Rasmussenlə bağlı paylaşım edib. “NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin və onun ətrafının Ermənistan hökuməti və erməni lobbisi tərəfindən sifariş... | publikaz_normalized |
Mütəxəssislər havaların istiləşməsi ilə ağcaqanad, ev milçəyi, tarakan və gənə kimi həşəratların təhlükə saçacağı ilə bağlı xəbərdarlıq ediblər. İzzet Akça havaların isinməyə başladığı aprel və may aylarında həşəratların aktivləşdiyini bildirib. Professor bu həşəratların fil xəstəliyi, malyariya, KKKA kimi xəstəlikləri... | publikaz_normalized |
ABŞ-ın Merilənd ştatının Baltimor şəhərində körpünün uçması nəticəsində 6 nəfərin öldüyü təsdiqlənib. O bildirib ki, daha 7 nəfər ağır yaralanıb. | publikaz_normalized |
Martın 27-də AFFA İntizam Komitəsinin iclası keçirilib. Region Liqasının “Mil” (Beyləqan) – “Göyçay” FK oyunu bitdikdən sonra “Mil” komandasının azarkeşləri meydana daxil olaraq baş hakimi təhqir etdiyinə, onu vurmağa cəhd etdiyinə görə “Mil” komandasının növbəti 3 ev oyunu azarkeşsiz keçiriləcək. Region Liqasının “Gən... | publikaz_normalized |
son telefon zəngində bunları deyiblər - FOTO":"Ana, başımıza nəsə gəlsə, bizi bağışla". Bacların böyüyü Anna "Piknik" qrupunun qızğın pərəstişkarı idi. Amma o Rostovda yaşayırdı və uzun müddət idi ki, qrup bu şəhərdə konsert vermirdi. Odur ki, Anna qrupun Moskvadakı konsertində iştirak etmək üçün paytaxtda yaşayan bacı... | publikaz_normalized |
Xarici İşlər Nazirliyi sabiq milli təhlükəsizlik naziri, keçmiş səfir Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib. “Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Namiq Abbasovun vəfatı ilə əlaqədar, mərhum həmkarımıza Allahdan rəhmət diləyir, ailəsinə və yaxınlarına ... | publikaz_normalized |
təsadüfən həmin gün... - VİDEO":"Moskva vilayətində “Crocus City Hall” konsert kompleksində baş vermiş terror aktının şahidi olan azərbaycanlı Emil Hüseynov hadisə ilə bağlı danışıb. “Crocus City Hall”da qarderob işçisi olan Emil Hüseynov bildirib ki, baş verənlər gözlənilməz idi: “Fikirləşirdim ki, güllə dəysə, mən nə... | publikaz_normalized |
İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Daniel Kahneman 90 yaşında vəfat edib. Qızı onun harada və nə səbəbdən öldüyünü açıqlamayıb. Qeyd edək ki, Kahneman 1934-cü ilin martında Tel-Əvivdə anadan olub. O, 2002-ci ildə “iqtisadi elmdə psixoloji texnikanın tətbiqinə, xüsusən də qeyri-müəyyənlik şəraitində mühakimələrin... | publikaz_normalized |
hisslərinizi nəzarətdə saxlayın":"Qoç - çox istəsəniz də, tələsməyin. Bu gün təmkinli olun, hisslərinizi nəzarətdə saxlayın. Niyyət və planlarınızı reallaşdırmaq üçün daha əlverişli məqam gözləyin. Təcrübəli insanların məsləhətlərinə qulaq asın. Bu, minimal informasiyaya malik olaraq riskli davranmaqdan daha yaxşıdır. ... | publikaz_normalized |
Erməni revanşizmini körükləyən Qərb qanlı planı işə salır":"Aprelin 5-də Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşü Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edə bilər. Vaşinqton görüşün “Bakı... | publikaz_normalized |
Bəzi əczaçılar sosial şəbəkələrdə canlı yayımlar açaraq dərmanlarla bağlı məsləhətlər verirlər. Bununla yanaşı, müxtəlif xəstəliklərin müalicəsi üçün dərmanlar tövsiyə etdikləri videolar da paylaşırlar. Bəs aptek əməkdaşlarının xəstələrə dərman vasitələri ilə bağlı tövsiyələr vermək, təyin etmək kimi səlahiyyətləri var... | publikaz_normalized |
Fransanın əsas turizm obyektlərindən olan Strasburq kafedralı bomba qoyulması xəbərinə görə təxliyə edilib. Dini məbəd dərhal boşaldılıb, ərazidə axtarış aparılıb. Binanın daxilində və ətrafında axtarış zamanı heç bir təhlükəli predmet aşkar edilməyib. Bir neçə saatlıq yoxlamadan sonra kafedral yenidən ziyarətçilər üçü... | publikaz_normalized |
Bassiru Diomaye Faye seçkilərin ilk turunda qalib gələrək Seneqalın yeni prezidenti seçilib. Bildirilib ki, Diomaye Faye səslərin 54,28 faizini toplayıb. Onun rəqibi Amadu Baya isə seçicilərin 35,79 faizi etimad göstərib. Digər namizəd, Aliu Mamadu Dia cəmi 2,8 faiz səs qazana bilib. Mərkəzi Seçki Komissiyasının elan e... | publikaz_normalized |
Rusiya Prezidenti Vladimir Putin Ukraynaya yardım edən üçüncü ölkələri hədələyib. Dövlət başçısı bu məsələyə Tver vilayətində hərbi pilotlarla söhbəti zamanı toxunub. “Əgər F-16-lar üçüncü ölkələrin aerodromlarından Rusiya Silahlı Qüvvələrinə qarşı istifadə edilərsə, onlar Rusiya Federasiyası üçün qanuni hədəfə çevrilə... | publikaz_normalized |
Kəlbəcər rayonunda əl qumbaraları tapılıb. Belə ki, Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayonun Qozlu kəndi ərazisindən 14 ədəd “F-1” əl qumbarası və partlayıcı başlıqlar aşkar olunub. Partlayıcı sursatlar təhlükəsizlik məqsədilə ərazidən götürülüb. | publikaz_normalized |
Rusiyanın Kamçatka yarımadasının sahilində 5,6 maqnitudalı zəlzələ baş verib. Xidmətin verilənlərinə görə, zəlzələnin ocağı Ust-Kamçatsk yaşayış məntəqəsindən 40 km aralıda, 5 km dərinlikdə yerləşib. Hadisə nəticəsində tələfat və dağıntı barədə məlumat daxil olmayıb. | publikaz_normalized |
İtaliyanın şimalında 5 maqnitudalı zəlzələ olub. Məlumata görə, yerli vaxtla 22:19-da qeydə alınmış zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Yeraltı təkanların episentri əhalisi 8 min nəfər olan Tolmedzo kommunasından 13 km cənub-qərbdə olub. Tələfat və dağıntı barədə məlumat daxil olmayıb. | publikaz_normalized |
İlon Mask bir sıra “X” istifadəçiləri üçün “Premium”u pulsuz edəcək. Bu barədə sosial şəbəkənin sahibi İlon Mask öz məlumat verib. Qeyd edək ki, hazırda “X” sosial şəbəkəsində olan üç növ abunəlik üçün qiymətlər 3 dollardan 16 dollaradək dəyişir. | publikaz_normalized |
Avroviziya təmsilçimiz İlkin Dövlətovla bağlı maraqlı fakt üzə çıxıb. "İlkin müsabiqədə 16 yaşında olarkən yarışıb. O, seçim turunda Xalid Hacıyevin "Dönəcəksən" mahnısını səsləndirib. Doğma nəğmələr" proqramında da iştirak edib. | publikaz_normalized |
Bakının bir sıra yollarında tıxac yaranıb. Hazırda yollardakı vəziyyət: Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;" "2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;" "3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;" "4. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsi... | publikaz_normalized |
Estoniyada hüquq-mühafizə orqanları jurnalist Svetlana Burtsevanı həbs edib. Onun “Baltnews.com” internet nəşri üçün məqalələr yazdığı və fotoşəkillər çəkdiyi dəqiqləşdirilir. Nəşr qeyd edir ki, “Estoniya polisi onun beynəlxalq sanksiyaları pozmasından şübhələnir, çünki o, Aİ sanksiyaları altında olan bir nəşr üçün mat... | publikaz_normalized |
Rusiya Federasiyası hökumətinin son qərarına əsasən, aprelin 1-dən Rusiyada imtahanından keçmək və sürücülük vəsiqəsi almaq üçün SNILS təqdim etmək tələb olunur. Sənədə uyğun olaraq, imtahandan keçmək və Rusiya sürücülük vəsiqəsi almaq üçün müəyyən kateqoriyalı vətəndaşlar istisna olmaqla, SNILS təqdim etmək lazımdır. ... | publikaz_normalized |
Moskva vilayətindəki “Crocus Siti Holl”da terror aktını törədənlər İŞİD terror təşkilatının Əfqanıstan qanadına aid olan və Tacikistanda auditoriya üçün işləyən “Xorasanın səsi” Telegram kanalı vasitəsilə işə cəlb ediliblər. “Biz konkret şəxslə bağlı materialları nəzərdən keçirdik. Həmkarlarımızdan arayış var ki, o, te... | publikaz_normalized |
Bakıya qarşı hansı plan var?":"Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri, ASALA terror təşkilatının dəstəkçisi Murad Papazyan Ermənistanın hazırki vəziyyəti və rəsmi Parisin verdiyi dəstəklə bağlı müəyyən detalları açıqlayıb. Lakin bu müsahibədə müəyyən məqamlar da ortaya çıxıb. Papazyan bildiri... | publikaz_normalized |
Rusiya prezidenti Vladimir Putin "Crocus City Hall”da baş verən terror aktından sonra gecəni yuxusuz keçirib. Peskovun sözlərinə görə, departament rəhbərləri vaxtından asılı olmayaraq prezidentə hesabat veriblər. Bütün bunlar səhərə qədər davam etdi", - Peskov deyib. Onun sözlərinə görə, bütün zərərçəkənlər xəstəxanala... | publikaz_normalized |
təxribatlara son qoyulmasa...":"Belçikanın Baş naziri Aleksander De Kro Milli Təhlükəsizlik Şurasının iclasından sonra keçirdiyi mətbuat konfransında son günlər PKK terror təşkilatı tərəfdarlarının ölkənin müxtəlif bölgələrində türkləri hədəf alan hücumlarından danışıb. “PKK Avropada da terror təşkilatı sayılır. Bu mes... | publikaz_normalized |
Bu fəsad yarana bilər":"İngiltərədə aparılan bir araşdırma uşaqlıqda oturaq həyat tərzinin damar sərtliyinə təsir etdiyi məlum olub. 13 il müayinədən keçən bu insanlarda vaxtaşırı arterial sərtlik yoxlanılıb. Müəyyən edilib ki, uşaq və yeniyetmələrdə hərəkətsizlik müddətinin gündə 6 saatdan 9 saata qədər artırılması ar... | publikaz_normalized |
ŞOK SƏBƏB":"Alimlərin yeni araşdırması uzun burnun hamiləlik dövründə qidalanma ilə əlaqəli ola biləcəyini ortaya çıxarıb. Zülalla zəngin qidalanma körpənin burnunun daha uzun və geniş olması ehtimalını artırır, az proteinli pəhriz isə körpənin daha incə üz xüsusiyyətlərinə sahib olmasını şərtləndirir. | publikaz_normalized |
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Valyuta" "Məzənnə" "1 ABŞ dolları" "1,7000" "1 Avro" "1,8399" "1 Rusiya rublu" "0,0185" "1 Avstraliya dolları" "1,1104" "1 Argentina pesosu" "0,0020" "1 Belarus rublu" "0,5195" "1 Brazil... | publikaz_normalized |
Yaxın vaxtlarda "Real" Naço və Lukas Vaskeslə müqavilənin uzadıldığını elan edəcək. Qeyd olunur ki, tərəflər müqavilələri bir mövsümlük - 2025-ci ilin yayına qədər uzadacaqlar. Daha əvvəl klubun Toni Kroosla müqaviləni uzatmağı planlaşdırdığı məlum olub. Gələn həftə hər üç oyunçunun yeni sözləşməsi ilə bağlı rəsmi açıq... | publikaz_normalized |
İmamoğlu-Kılıçdaroğlu "savaşı" yenidən alovlandı":"Türkiyənin Cümhuriyyət Xalq Partiyasında (CHP) yenidən daxili qarşıdurmalar başlayıb. Keçmiş sədr Kamal Kılıçdaroğlunun tərəfdarları İstanbulun hər yerində pankartlar asaraq "Sizi kürəyinizdən bıçaqlayanlara səs yoxdur" mesajını veriblər. Kadıköyün keçmiş bələdiyyə səd... | publikaz_normalized |
milyonlarla insan ac qalacaq":"Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) 2022-ci ildə dünyada təxminən 783 milyon insanın aclıqla mübarizə apardığı halda, gündə 1 milyarddan çox yeməyin israf edildiyini açıqlayıb. Müvafiq olaraq, 2022-ci ildə 1,05 milyard tondan çox qida tullantıları istehsal olunub ... | publikaz_normalized |
“Atletiko”nun hücumçusu Memfis Depayın agenti müştərisinin “Barselona”nın sabiq müdafiəçisi Dani Alveşin həbsdən müvəqqəti azadlığa buraxılması üçün girov ödəməklə maddi yardım etməsi ilə bağlı yayılan məlumatı şərh edib. Bu, saxta xəbərdir, tamamilə yalandır". Keçən həftə məhkəmə Alveşi hökmdən verilən apellyasiya şik... | publikaz_normalized |
Birlikdə spirtli içki qəbul edən cütlüklər daha çox yaşayırlar":"Miçiqan Universitetinin tədqiqatçısı içki içən cütlüklərin birlikdə daha uzun ömür sürdüklərini açıqlayıb. Burditt bildirib ki, evlilik üçün yaxşı olan davranışlar mütləq sağlamlıq üçün yaxşı deyil. “Bu tədqiqatın məqsədi Sağlamlıq və Təqaüd Tədqiqatında ... | publikaz_normalized |
Rusiyada doğum səviyyəsi azalmaqda davam edir. “RBC” qəzeti bu rəqəmin son 17 ilin ən aşağı göstəricisi olduğunu yazıb. Əhali üzrə ekspertlər sayların azalmasını “demoqrafik çökəklik” adlanan fenomenlə izah edirlər. Ölkədə bir qadına düşən uşaq sayı 1999-cu ildən 2015-ci ilə qədər artdıqdan sonra yenidən azalmağa başla... | publikaz_normalized |
“Rusiya tərəfindən maliyyələşdirilən “Avropanın səsi” xəbər saytının Avropa İttifaqının (Aİ) və ölkənin təhlükəsizliyinə qarşı ciddi fəaliyyətlə məşğul olması Çex kəşfiyyatı tərəfindən müəyyən edilib”. O, qərargahı Praqada yerləşən Rusiya tərəfindən maliyyələşdirilən təbliğat şəbəkəsinin ifşa edildiyini açıqlayıb: “Söz... | publikaz_normalized |
Cəhri-Buzqov avtomobil yolunda qaya uçqunu baş verib. Qaya parçaları yolun hərəkət hissəsinə düşüb və avtomobillərin hərəkətini məhdudlaşdırıb. Sözügedən yolda yaranmış problemlə bağlı dərhal əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikası və canlı qüvvəsi cəlb edilib. Aparılan təxirəsalınmaz tə... | publikaz_normalized |
Nalayiq mesaj" söhbətinə görə":"Barselona"nın baş məşqçisi Xavi "El Pais"in jurnalisti Manuel Jaboisi məhkəməyə verib. Həmin görüşdən sonra “Avropanın klounları” adlı məqalə dərc olunub. Xavi buna pley-off çərçivəsində baş tutan "Napoli" ilə oyundan sonra reaksiya verib. Hər iki tərəf tənqid olunub və bu məsələyə konfr... | publikaz_normalized |
Ədliyyə Nazirliyinin əməkdaşı Akşin Mirtəbib oğlu Ağayev vəfat edib. A.Ağayev 2015-ci ildən Ədliyyə Nazirliyinin əməkdaşıdır. | publikaz_normalized |
qohumları etiraz edir":"İtaliyanın Trento əyalətinin Rovereto şəhərindən olan aristokrat 5 milyon avroluq sərvətini tibb bacısına vəsiyyət edib və yaxınlarını mirassız qoyub. Zadəgan nəslindən olan Mariya Mafatti ötən ilin noyabrında 80 yaşında dünyasını dəyişib. O, evli olmadığı üçün birbaşa varis təyin etməyib. 80 ya... | publikaz_normalized |
Bu qiymətə İncil satmağa başladı":"ABŞ-ın keçmiş prezidenti Donald Tramp seçkiqabağı kampaniyasını dəstəkləmək üçün İncil satmağa başlayıb. Tramp özünün “Truth Social” platformasında video yerləşdirərək tərəfdarlarını “Tanrı ABŞ-ı qorusun” üzlüyündə İncil almağa dəvət edib. Görüntülərdə o, sevimli kitabının İncil olduğ... | publikaz_normalized |
Avstraliyada iki qəza törədən və polisdən qaçan şübhəli gizlənmək üçün 36 saat girdiyi kanalizasiyada qalıb. Yardım çağırışını eşidənlər polisə və yanğınsöndürənlərə xəbər veriblər. Yanğınsöndürənlər tərəfindən xilas edilən şəxs bədənində sıyrıqlar olduğu üçün xəstəxanaya aparılıb. Təcili yardım xidmət sözçüsü bildirib... | publikaz_normalized |
Real" və Almaniya millisinin müdafiəçisi Antonio Rüdiger sosial şəbəkədə yayımladığı fotodan sonra yararan qalmaqalla bağlı açıqlama verib. Almaniyalı jurnalist Yulian Reixelt Rüdigerin bu jestini islamçı işarə adlandırıb və onu terror təşkilatı ilə əlaqələndirib. Bu açıqlamalardan sonra Rüdiger Reyxelti təhqir və böht... | publikaz_normalized |
Günəş enerjisi istehlakındakı kəskin artım elektrik enerjisinin qiymətlərinə təsir edə bilər. Azərbaycanın bərpaolunan enerji mənbələri üzrə potensialı 27 000 meqavat dəyərləndirilir. Mövzu ilə bağlı danışan millət vəkili Vüqar Bayramov deyib ki, ölkəmizdə bərpaolunan enerji mənbələri üzrə potensialın olması və enerji ... | publikaz_normalized |
Bakıda döyüş tətbiqinə yararlı 2 ədəd F-1 əl qumbarası və 2 ədəd UZRQM partladıcısı aşkarlanıb. Qeyd olunub ki, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) m... | publikaz_normalized |
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən eyni zamanda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyəti də koordinasiya olunur. Birinci Qarabağ müharibəsi nəticəsində itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatda olan 3890 vətəndaşımızın taleyinə aydınlıq gətirilm... | publikaz_normalized |
Küçə sözlərinə əl atırlar" - VİDEO":"Bəzi meyxanaçılar bizim uşaqlarımızın dinlərini, imanlarını, tərbiyələrini pozurlar". Söz xiridarları ilə qalmaqal yaşayan sənətçi onları və söylədikləri meyxanaları sərt şəkildə tənqid edib: Onlar söz tapmayanda, küçə sözlərinə əl atırlar. Ana-bacılarını ortalığa qoyurlar. Vacib de... | publikaz_normalized |
NATO-nun Şərqi Avropa və Qara dənizdəki fəaliyyəti alyans üzvlərinin Rusiya ilə müharibəyə hazırlaşmaqda fəallığının göstəricisidir. “Rumıniya hava bazasının genişləndirilməsi Şimali Atlantika blokunun Şərqi Avropa və Qara dəniz regionunun hərbiləşdirilməsini davam etdirdiyinə bir daha sübutdur”, - məlumatda deyilir. A... | publikaz_normalized |
Rusiya Ukraynadakı müharibədə qalib gələcəyi təqdirdə ən çox uduzan Almaniya olacaq. “Rusların nə edə biləcəyini düşünməyə çox vaxt sərf edirik. Bunun əvəzinə biz onları nə edə biləcəyimizlə narahat etməliyik”, - general deyib. O bildirib ki, Berlinin özünə inamı məhv ola və Rusiyanın nüvə təhlükəsinə məruz qala bilər.... | publikaz_normalized |
Onlar kimyəvi silahdan istifadə edəcəklər":"ABŞ-ın keçmiş prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə keçmiş müşaviri, "qırğı" ləqəbli Con Bolton bildirib ki, qeyri-qanuni miqrantlar Amerika ərazisində kimyəvi silahdan istifadə etməklə terror aktı törədə bilərlər. Hazırda sərhədi keçən çoxlu sayda çinli qeyri-qa... | publikaz_normalized |
Bu gün Ramazan ayının ilk Qədr (Əhya) gecəsidir. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev APA-ya açıqlamasında bildirib ki, İdarənin Şamaxı Astrofizika Rəsədxanasından əldə etdiyi təqvimə əsasən, martın 28-dən 29-na keçən gecə ilk Qədr gecəsi başlayacaq: Bundan əlavə, martın 30-u və aprelin 1-də Qədr... | publikaz_normalized |
Böyük hadisələri baş verməmişdən öncə proqnozlaşdırmağı ilə məşhurlaşan cizgi filmi Simpsonlar yeni proqnozları ilə gündəmdədir. "Son illərin ən güclü geomaqnit qasırğası olaraq qeydə alınan bu partlayış xüsusilə Şimali Amerika və müxtəlif bölgələrdə gündəlik həyata təsir etmə potensialına malikdir. Bu gözlənilməz part... | publikaz_normalized |
yaxın bir neçə ildə dünyada hər kəs...":"Yaxın bir neçə ildə dünyada hər kəs vaxtının bir saniyəsini itirəcək. Çünki qütb buzlarının əriməsi Yerin fırlanmasını və vaxtını da dəyişir. Günlərimizi təyin edən saatlar və dəqiqələr Yerin fırlanması ilə müəyyən edilir. Lakin bu fırlanma sabit deyil. Yerin səthində və onun ər... | publikaz_normalized |
Kursantlar... - VİDEO":"Heydər Əliyev adına Hərbi İnstitutun 2023-2024-cü illər üçün tədris planı və proqramına uyğun olaraq, "Hərbi Dəniz Qüvvələri" fakültəsinin kursantları ilə praktiki məşğələlər keçirilib. Qeyd edilib ki, məşğələlər zamanı baş komanda məntəqəsində idarəetmənin təşkili, döyüş gəmilərinin "Səfərə" və... | publikaz_normalized |
Ötən gün Xankəndi şəhərində silah-sursat aşkarlanıb. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər ərazisindən ümumilikdə 3 avtomat silahı, 7 qumbara, 6 tank əleyhinə qumbaraatan, 4 mina, 21 alışdırıcı, 29 patron darağı, 4200 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb. | publikaz_normalized |
Hazırkı geosiyasi vəziyyət Rusiya-Ukrayna müharibəsi və digər qanlı toqquşmalarla müşayiət olunur. O bildirib ki, bu toqquşmalar dünya nizamına ciddi təsir göstərməklə yanaşı, əməliyyat şəraitinin mürəkkəbləşməsinə səbəb olur: “Beynəlxalq aləmdə gedən proseslər təbii ki, ölkəmizdən də yan keçmir və o da sirr deyil ki, ... | publikaz_normalized |
Fransanın oyunlarına getməyin":"Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. Qeyd olunub ki, Azərbaycanın xalqlar arasında nifaqı geridə qoymağa xidmət edən, anlaşmaya, barışığa əsaslanan, alicənab və mərhəmətli siyasəti sayəsində sərbə... | publikaz_normalized |
“Putin bildirib ki, Rusiya heç bir halda NATO ölkələrinə hücum etmək fikrində deyil. Bununla bağlı bir çox nəşrlər yalan yazdı, bunlar Qərb ölkələrinin cəmiyyətini aldatmaq cəhdidir. Rusiya ancaq Qərb dövlətləri Rusiyaya hücum edəcəyi təqdirdə cavab verə bilər”. “Ən real yol isə odur ki, əgər F-16 təyyarələri Rusiyaya ... | publikaz_normalized |
“Qarabağ”ın futbolçusu Olavio Juninyo Fransanın “Tuluza” klubu ilə anlaşıb. Bildirilib ki, 27 yaşlı hücumçu Liqa 1 təmsilçisi ilə anlaşıb. Klub prezidenti Damyen Komollinin bu transferdə aktiv rol oynadığı vurğulanıb. Keçidin mövsümün sonunda rəsmiləşəcəyi qeyd edilib. Qeyd edək ki, forvardın ağdamlılarla müqavilə müdd... | publikaz_normalized |
ABŞ-ın birinci xanımı Cill Bayden pişiyi Villov haqqında uşaqlar üçün şəkilli kitab yazıb. 2020-ci il prezident seçkiləri kampaniyası zamanı Pensilvaniya ştatında fermada danışarkən səhnəyə tullanan pişik Cill Baydeni heyran edib. Bayden daha sonra pişiyi övladlığa götürərək ona doğma şəhəri, Pensilvaniya ştatının Vill... | publikaz_normalized |
Qəzzada öldürülən...":"Dünya şöhrətli amerikalı rejissor Stiven Spilberq ABŞ-dakı “USC Shoah” Fondunda çıxışında marjinallaşma, ekstremizm və radikallığın cəmiyyətlər arasında təhlükəli uçurum yaratdığını bildirib. “Keçmişi xatırlamayanlar onu təkrarlamağa məhkumdurlar. Tarixin təkrarına məruz qala biləcəyimiz vəhşilik... | publikaz_normalized |
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb. | publikaz_normalized |
Əskiparada səngər qazırlar - VİDEO":"Qazaxın işğal altında qalan kəndlərindən dördünün (Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli) Azərbaycana qaytarılması məsələsi Ermənistanda ciddi qarşıdurma yaradıb. Əks təqdirdə müharibənin başlaya biləcəyini qeyd edirlər. Erməni baş nazirin Tavuşa səfəri, Azərbaycan... | publikaz_normalized |
Almaniyanın Leypsiq şəhəri yaxınlığında sərnişin avtobusu aşıb. Qəza nəticəsində 5 nəfər ölüb. Hadisə yerinə polis, təcili yardım qrupları və helikopter göndərilib. Magistral yol hər iki istiqamətdə bağlanıb. Polis sözçüsü Olaf Hoppe ən azı 5 nəfərin öldüyünü, çox sayda insanın yaralandığını, yaralıların helikopterlərl... | publikaz_normalized |
Hökumət əməliyyat başlatdı - VİDEO":"Tailandın Lopburi şəhərində meymunların yemək axtarmaq üçün şəhəri zəbt etməsi böhrana səbəb olub. Meymunlar yemək axtarmaq üçün şəhərin mərkəzindəki evlərə, mağazalara girir, bəzən insanların çantalarına və yeməklərinə hücum edir. "Tailandın Təbii Sərvətlər və Ətraf Mühit Nazirliyi... | publikaz_normalized |
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75 %-dən 7,5 %-ə endirilməsi barədə qərar qəbul edib. Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, inflyasiya gözləntilərinin stabilləşməsi, risk balansında baş verən dəyişikliklər nəzərə... | publikaz_normalized |
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Ağdərə rayonunun Çiləbürt kəndi ərazisindən 2 qumbaraatan və pulemyot silahının hissəsləri aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırma aparılır. | publikaz_normalized |
Ötən il Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb. Bildirilib ki, həmin cinayət işlərindən 27-si dövlətə xəyanət, 12-si casusluq, 7-si dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə, 35-i terrorçuluq, terrorçuluğa hazırlıq və Azərbaycan hüdudları... | publikaz_normalized |
“Qarşıya qoyulan vəzifələrin lazımi səviyyədə icrası məsələsində xarici tərəfdaşlarla qurulmuş səmərəli və sıx münasibətlər çox böyük önəm kəsb edir”. “Qafqazinfo” xəbər verir ki, bunu “Respublika” qəzetinə müsahibəsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-polkovnik Əli Nağıyev deyib. “Hazırda Dövlət ... | publikaz_normalized |
Autizmli Kənana qarşı şiddət göstərənlər cavab verəcəklər, əlbəttə. Nəticədə ciddi düşünək - insanlıq, mərhəmət, haldan anlama və s. dəyərlər cəmiyyətimizdə nə qədər yetərincə təbliğ olunur?! Bu barədə sosial mediada videomüraciət paylaşan ulduz izləyicilərini daha diqqətli və həssas olmağa səsləyib. Bu hadisələr onu g... | publikaz_normalized |
“Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli sərkərdəliyi ilə tarixi qələbənin əldə edildiyi Vətən müharibəsi dövründə düşmənin bütün cəbhələrdə həyata keçirməyə çalışdığı təxribat-pozuculuq fəaliyyətinin, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində mümkün təhdidlərin qarşısının alınmasında... | publikaz_normalized |
Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdan qaçan separatçıların “başçısı” kimi təqdim olunan Samvel Şahramanyana cavab verib. “Ermənistanda bir hökumət var, o da bu zalda əyləşib. Qarabağdan gələn bəzi qruplar istər-istəməz Ermənistanın milli təhlükəsizliyinə təhdid yaradan addımlar atır, “mühacir hökumət” elan ... | publikaz_normalized |
İsveçrədə banklar Rusiya vətəndaşlığı olan müştərilərin eyni vaxtda başqa ölkənin pasportu olsa belə hesablarını bağlamağa başlayıb. Belə ki, İsveçrənin “Leolex” hüquq firmasının idarəedici partnyoru Roman Kudinovun sözlərinə görə, UBS və “Credit Suisse”-nin bir neçə ikili vətəndaşı olan müştəriləri bu problemlə üzləşi... | publikaz_normalized |
Əlcəzair millisinin və “Qarabağ”ın futbolçusu Yassin Benzia "Puşkaş" mükafatına namizəd ola bilər. 29 yaşlı yarımmüdafiəçi martın 26-da Əlcəzair millisinin “FİFA series - Edition 2024” layihəsi çərçivəsində Cənubi Afrika ilə oyununda baxımlı qol vurub. Buna görə Benzia "Puşkaş" mükafatına layiq görülə bilər. Qeyd edək ... | publikaz_normalized |
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı Kult.az-a müsahibə verib. - Sabir bəy, vaxtilə “Şöhrət” ordenindən imtina eləmişdiniz…" "- Bu suala bir neçə dəfə cavab vermişəm, təkrar edim. Bu orden mənə veriləndə Azərbaycanın bir milyon qaçqını var idi. Qəsəbələr də hələ tikilməmiş... | publikaz_normalized |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.