text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Ancaq ötən illər həmin gecə törədilən dəhşətli qətlin izlərini, onun qurbanı olan Azərbaycan fədaisini yaddaşlardan, xatirələrdən silə bilmədi. Əksinə, adı həmişə hörmətlə anıldı, uğrunda qurban getməyə belə hazır olduğu məqsədinə çatmaq üçün göstərdiyi inadkarlığa, fədakarlığa daim dərin rəğbət duyuldu. Onu həyatdan a...
ANL
Arnold Şvartsenegger Kaliforniyanın Azərbaycan icmasını təbrik etmişdir. Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan bildirmişlər ki, Kaliforniyanın qubernatoru, tanınmış ictmai xadim Arnold Şvartsenegger 28 may- Respublika Günü münasibətilə ştatın Azərbaycan mənşəli əhalisinə təbrik ünvanlamışdır. Təbrikdə amerika...
ANL
ABŞ Konqresində Azərbaycanın Respublika Günü qeyd olunmuşdur. Azərbaycanın ABŞ-dakı səfirliyindən bildirmişlər ki, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yaradılmasının 92-ci ildönümü münasibətilə ABŞ Konqresinin məşhur "Cannon Caucus" zalında təntənəli mərasim keçirilmişdir. Ziyafətdə Amerika Birləşmiş Ştatları Konqresini...
ANL
Dağıstan Prezidenti Azərbaycanın Zaqatala, Şəki və Qəbələ rayonlarında səfərdə olmuşdur. Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedov mayın 25-də respublikamızın şimal-qərb bölgəsinə gəlmişdir. Dağıstan Prezidentinin bölgəyə səfəri Zaqatala rayonundan başlamış...
ANL
Bakıda Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərinin VII konfransı başa çatmışdır. Bakının "Gülüstan" sarayında Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərinin "Gender bərabərliyi: de-yure və de-fakto gender bərabərliyinin təmin olunmas...
ANL
Bakı konfransı kişilər və qadınlar arasında bərabərliyin təmin olunması sahəsində qəbul edilən qanunların həyata keçirilməsi üçün əlavə imkanlar açmışdır. Mayın 25-də "De-yure və de-fakto gender bərabərliyinin təmin olunması" mövzusunda Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlə...
ANL
Fransa Xarici İşlər və Avropa İşləri Nazirliyi Dağlıq Qarabağda keçirilmiş "seçkiləri" pisləyən bəyanat vermişdir. Azərbaycanın Fransadakı səfirliyindən bildirmişlər ki, mayın 25-də Fransa Xarici İşlər və Avropa İşləri Nazirliyi qondarma "Dağlıq Qarabağ Respublikası"nda keçirilmiş "parlament seçkiləri"ni pisləyən bəyan...
ANL
İran Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilmiş "parlament seçkiləri"ni tanımır. İran İslam Respublikasının Azərbaycandakı səfirliyi Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində separatçı rejimin mayın 23-də keçirdiyi "parlament seçkiləri" ilə bağlı bəyanat yaymışdır. ...
ANL
Xarici işlər naziri Elmar Məmmədyarov Belçika Krallığının senatoru, Senatın fəxri sədri xanım Ann-Mari Lizin ilə görüşmüşdür. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 25-də Bakıda səfərdə olan Belçika Krallığının senatoru, Senatın fəxri sədri xanım Ann-Mari Lizini qəbul etmişdir. Xarici İşlər Nazirliyin...
ANL
Respublika Günü münasibətilə Tehranda bayram mərasimi təşkil edilmişdir. Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyi 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil etmişdir. Tehranın "Fərmaniyə" sarayında keçirilmiş qəbulda İran rəsmiləri, o cümlədən ölkənin bir sıra vilayətlərindən gəlm...
ANL
Misirin xarici işlər naziri ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişdir. Azərbaycanda səfərdə olan Misir Ərəb Respublikasının xarici işlər naziri Əhməd Abul Ğeytin başçılıq etdiyi nümayəndə heyəti mayın 25-də Fəxri xiyabana gələrək görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliy...
ANL
Azərbaycanın nümayəndəsi Londonda keçirilən Avropa Mühasiblər və Auditorlar Federasiyasının illik ümumi yığıncağında iştirak etmişdir. Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzov Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) London şəhərində keçirilən illik ümumi yığıncağında...
ANL
Sərkərdə qüdrəti və ana mətinliyi. Azərbaycan qadınları ölkəmizin hərb tarixində min illər boyu ərləri ilə çiyin-çiyinə vuruşublar, hərbin ən ağır məhrumiyyətlərinə dözüblər. Oğullarına, qardaşlarına və ərlərinə çətin məqamlarda arxa olublar. Onların içində qadın sərkərdələr də olub. Belələrindən biri Araz çayından şim...
ANL
Ötən əsrlərdə İçərişəhərdə Abşeron-Şirvan memarlığı üslubunda hamamlar inşa edilmişdi. Əhalinin sayı getdikcə artdığından Bakının bir çox kəndlərində də hamam tikintisinə başlanılmışdı. Sənətkar əli ilə yaradılan hamamlar, ilk növbədə, suya və rütubətə davamlı daşlardan tikilərdi. Ümumilikdə hamamların oxşar cəhəti, ba...
ANL
Qusarda kitab bayramı. Qusar rayon mərkəzi kitabxanasında vaxtaşırı tədbirlər, oxucu günləri və digər görüşlər keçirilir. Belə görüşlərdən biri respublikada yaxından tanınan, əslən qusarlı ziyalılarla ildə iki dəfə keçirilən tədbirdir. Bu cür tədbirlər təkcə görüş deyil, həm də əsl ədəbi məclisə, xoş ovqat yaradan qarş...
ANL
Pakistan Ədəbiyyat Akademiyasında "Azərbaycan poeziyası: dəryadan damla" kitabının təqdimatı olmuşdur. Tərtibatçısı Azərbaycanın bu ölkədəki səfiri Eynulla Mədətlinin olduğu bu kitaba akademik İsa Həbibbəyli ön söz yazmışdır. Kitabda Nizami Gəncəvi, Füzuli, Qövsi Təbrizi, Heyran Xanım, Hüseyn Cavid, Rəsul Rza kimi bir ...
ANL
Azərbaycanın ədalətli mövqeyi beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir. Bunu Avropa Parlamentinin qəbul etdiyi qətnamə bir daha təsdiqləyir. Azərbaycanın əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirdiyi Avropa təsisatlarından biri də Avropa İttifaqıdır. Avropa İttifaqı Azərbaycanla əlaqələrini təkcə TRASEKA və ...
ANL
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli 776 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı”nın təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 1-7-ci kateqoriya dövlət orqanlarında administrasiya (aparat) rəhbərləri ...
ANL
“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etm...
ANL
Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikasının Qanunu. Bu Qanun Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydalarını, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətləri tənzi...
ANL
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu. Su təchizatı sahəsində qanunvericiliyin tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən maneələr törədilməsi. Su təchizatı müəssisəsinin səlahiyyətli şəxsi tərəfindən su qanunvericiliyini...
ANL
2010-cu il aprelin 13-də Buxarest şəhərində imzalanmış "Mayeləşdirilmiş təbii qaz (LNG) və onun nəqli sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 2010-cu il aprelin 13-də Buxarest şəhərində imzalanmış "Mayeləşdirilmiş təbii qaz (LNG) və ...
ANL
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 20 aprel tarixli 991-IIIQD nömrəli qanununun tətbiq edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi barə...
ANL
Azərbaycan Xalq Cümhuriyyəti hansı tarixi sınaqlardan keçərək yarandı. Yüzillik əsarətdən xilas olan Azərbaycan xalqı 1918-ci ilin mayında öz istiqlalına qovuşdu. 1918-ci il may ayının 27-də Zaqafqaziya Seyminin Azərbaycan fraksiyası yaranmış siyasi vəziyyəti müzakirə edərək müvəqqəti Milli Şura yaratmaq haqqında qərar...
ANL
Müsəlman Şərqində ilk demokratik və hüquqi dövlət. Tarix sübut edir ki, hər hansı xalqın təşəkkülü və qarşıya qoyduğu konkret hədəflərə doğru irəliləməsi prosesində milli dövlətin mövcudluğu ən mühüm şərtlərdən biridir: əsrlər boyu özünütəsdiq imkanı əldə etməyə çalışan hər bir xalq ilk növbədə milli dövlətini yaratmağ...
ANL
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında 28 May - Respublika Gününə həsr olunmuş tədbir keçirilmişdir. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında professor-müəllim heyəti və tələbələrin iştirakı ilə 28 May - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 92-ci ildönümünə hə...
ANL
An-Mari LİZİN: Prezident İlham Əliyev Azərbaycanın işıqlı gələcəyini düşünən dövlət başçısıdır. Paris Siyasi Elmlər İnstitutunun professoru, İtaliyanın Turin şəhərindəki BMT Universitetlər Şurasının üzvü, Nyu-York Universitetinin beynəlxalq məsələlər üzrə məsləhətçisi olan senator dəfələrlə beynəlxalq konfranslarda Bel...
ANL
Gürcüstanın milli bayramı şərəfinə. Gürcüstanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Dövlət Müstəqilliyi Günü münasibətilə mayın 26-da Bakı Əyləncə Mərkəzində rəsmi qəbul təşkil etmişdir. Azərbaycanın və Gürcüstanın dövlət himnləri səslənmişdir. Gürcüstanın Azərbaycandakı müvəqqəti işlər vəkili Nikoloz Qo...
ANL
Moskvada "Qlobal tədqiqatların aktual problemləri" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) qlobal proseslər fakültəsində "Qlobal tədqiqatların aktual problemləri" mövzusunda beynəlxalq elmi konfrans və fakültənin yaradılmasının 5 illiyinə, həmçinin dialoq və...
ANL
Türkiyə Jandarma Qüvvələrinin qərargah rəisi Azərbaycanda səfərdədir. Türkiyə Jandarma Qüvvələrinin qərargah rəisi, general-polkovnik Mustafa Bıyık Azərbaycanda səfərdədir. Mustafa Bıyıkın rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri Fəxri xiyabanda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydə...
ANL
Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi Türkiyə Jandarma Qüvvələrinin qərargah rəisi ilə görüşmüşdür. Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyev Türkiyə Jandarma Qüvvələrinin qərargah rəisi, general-polkovnik Mustafa Bıyıkın rəhbərlik etdiyi nümayəndə h...
ANL
"Qız Qalası" Beynəlxalq İncəsənət Festivalının açılışı olmuşdur. Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Müasir İncəsənət Muzeyi və "Qız Qalası" incəsənət qalereyasının təşkilatçılığı ilə mayın 26-da "Qız Qalası" Beynəlxalq İncəsənət F...
ANL
Mavi səmanın ənginliklərində. Balakən Aviasiya Mərkəzi əvvəllər başqa adla fəaliyyət göstərib. Balakən-Bakı təyyarə reysi sərnişinlərə xidmət göstərib. 1985-ci ildə isə Balakən aeroportunun yerində 1924-cü ildən fəaliyyətə başlamış Bakı aeroklubunun əlavə bazası kimi Aviasiya İdman Klubu yaradılıb. Klub üçün Balakənin ...
ANL
İtaliya və Azərbaycan alimləri ölkəmizdəki palçıq vulkanlarında tədqiqatlar aparır. İtaliyanın Milli Tədqiqatlar Şurasının Geologiya Elmləri və Təbii Sərvətlər İnstitutunun mütəxəssisləri Anjelo Minissale və Marko Bonini ölkəmizdəki palçıq vulkanlarında tədqiqatlar aparmaq üçün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA...
ANL
Muğam əsərlərindən ibarət ən böyük sayt. "Muğam Radio" saytında muğam əsərlərinin ən böyük toplusu təqdim edilmişdir. Dünyada ilk və yeganə olan "Muğam Radio" xalq musiqisinin bu janrına aid əsərlərin ən böyük kolleksiyasını sənətsevərlərin mühakiməsinə vermişdir. Muğam kolleksiyası radiostansiyanın aşağıdakı ünvanlı s...
ANL
Azərbaycan müstəqil ölkə kimi böyük uğurla inkişaf edir. Prezident İlham Əliyev rəsmi qəbulda iştirak etmişdir. Azərbaycan Prezidenti İlham Əliyev rəsmi qəbulda iştirak etmişdir. Salona toplaşanlar Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı hərarətlə qarşıladılar. Azərbaycanın dövlət himni səsləndi. Dövlətimi...
ANL
Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət etmişdir. Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Respublika Günü münasibətilə paytaxtın İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət etmişdir. Abidənin ətrafı...
ANL
2010-cu il üçün Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatlarının verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının təklifləri əsasında qərara alıram: 2010-cu il üçün Azərba...
ANL
"Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. "Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilm...
ANL
“Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi qaydaları”nın və “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qərara alıram: 1. “Xüsusi təyinatlı təhsil müəssisələr...
ANL
“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanına əlavə edilməsi haqqında Azərbaycan Re...
ANL
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Hörmətli İlham Heydər oğlu! Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin. Siyasi, sosial-iqtisadi və mədəni sahələrdə uğurlar Azərbaycanın potensialını inamla artırmasını, regional və beynəlxalq məsələlər...
ANL
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Heydər oğlu Əliyevə. Cənab Prezident! Azərbaycan Respublikasının milli bayramı - 28 May - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına öz adımdan, eyni zamanda xalqım adından səmimi təbriklərimi bildirirəm. Ölkələrimiz arasında yaxşı inkişaf edən...
ANL
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Zati-aliləri, cənab Prezident! Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizi və dost Azərbaycan xalqını şəxsən öz adımdan və monqol xalqı adından səmimi qəlbdən təbrik edirəm. Qəti əminəm ki, Monqolustan ilə Azərbaycan arasında ənənəvi...
ANL
Şərəfli istiqlal yolunun başlanğıcı. Hər bir xalqın milli varlıq və özünüdərkinin ali təzahür forması olan müstəqil dövlət ideyasının praktik həyata vəsiqə alması əsrlərlə davam edən tarixi mücadil\ə nəticəsində mümkün olur. Dünyanın ən qədim etnoslarından biri olmaqla, bəşər sivilizasiyasına böyük töhfələr vermiş azər...
ANL
Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır. Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycan ulu öndər Heydər Əliyevin ideyaları və Prezident İlham Əliyevin qətiyyəti sayəsində gündən-günə daha da inkişaf edir, qüdrətlənir. Çoxəsrlik tarixi olan xalqımızın dövlətçilik salnaməsinin parlaq səhifələrindən b...
ANL
Moskvada "Azərbaycan Xalq Cümhuriyyəti: tarixi təcrübə və dərslər mövzusunda "dəyirmi masa" keçirilmişdir. Rusiya Federasiyası Prezidenti yanında Rusiya Dövlət Qulluğu Akademiyasında (RDQA) "Azərbaycan Xalq Cümhuriyyəti: tarixi təcrübə və dərslər" mövzusunda "dəyirmi masa" keçirilmişdir. Tədbir Ümumrusiya Azərbaycan Ko...
ANL
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın milli azadlığa, müstəqilliyə olan istək və arzularının məntiqi nəticəsi idi. Mayın 27-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 28 May - Respublika Günü münasibətilə tədbir keçirilmişdir. Mərasimdə AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Meh...
ANL
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında 28 May - Respublika günü qeyd olunmuşdur. 28 May Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə salnaməsinin və tarixinin ən şanlı səhifələrindəndir. Çünki çox qısa zaman kəsiyində Azərbaycan Xalq Cümhuriyyəti qədim tarixə və mədəniyyətə malik xalqımızın...
ANL
Respublika günü Londonda qeyd olunmuşdur. 28 May - Respublika günü münasibətilə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin təşkilatçılığı ilə Londonda tədbir keçirilmişdir. Bu barədə səfirlikdən AzərTAc-a verilmiş məlumatda bildirilir ki, tədbirdə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi və digər dövlət qurumlarını...
ANL
Moskvada Azərbaycan və Rusiya müdafiə nazirlərinin görüşü olmuşdur. Moskvada Rusiyanın və Azərbaycanın müdafiə nazirləri Anatoli Serdyukovun və Səfər Əbiyevin görüşü olmuşdur. Görüşdə ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur. İTAR-TASS RF müdafiə nazirinin mətbuat katibi İrina K...
ANL
Azərbaycanın ilk peykinin istehsalı ilə əlaqədar əsas müqavilə imzalanmışdır. Mayın 27-də Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi (BƏHM) ilə ABŞ-ın aparıcı peyk istehsalçısı olan "Orbital Sciences Corporation" şirkəti arasında Azərbayca...
ANL
Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturunda: 1.1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası;. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi;. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi;. Azərbaycan Ali Hərb...
ANL
Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları. Bu Qaydalar "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi qaydalarını tənzimləyir. Xüsusi təyinatlı təhsil müəssisələri mərkəzi icra hakimiyyəti orqanlarının tabeliyində təsis ed...
ANL
Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması qaydası. Bu qayda "Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Pre...
ANL
Azərbaycanın daxili işlər naziri Türkiyə Jandarm Qüvvələrinin qərargah rəisi ilə görüşmüşdür. Mayın 27-də Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Jandarm Qüvvələrinin qərargah rəisi, general-polkovnik Mustafa Bıyık ilə görüşmüşdür. Daxili İşlər Nazirl...
ANL
Xalq şairi Zəlimxan Yaqubun 60 illik yubileyi Milli Aviasiya Akademiyasında qeyd olunmuşdur. Mayın 27-də Milli Aviasiya Akademiyasında (MAA) elmi şuranın iclası keçirilmişdir. İclasda xalq şairi Zəlimxan Yaqubun 60 illik yubileyi ilə bağlı onun həyat və ədəbi fəaliyyətindən danışılmışdır. Əvvəlcə akademiyanın foyesində...
ANL
Meksika parlamentinin üzvləri Azərbaycanı milli bayram münasibətilə təbrik etmişlər. Azərbaycanın Meksikadakı səfirliyindən AzərTAc-a daxil olan məlumatda bildirilir ki, Respublika Günü münasibətilə Meksika Konqresinin Deputatlar Palatasında fəaliyyət göstərən Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupu Azərbayc...
ANL
Rumıniyada Respublika Günü münasibətilə tədbir keçirilmişdir. Azərbaycanın Rumıniyadakı səfirliyindən AzərTAc-a verilən məlumatda bildirilir ki, Respublika Günü münasibətilə səfirlikdə rəsmi qəbul keçirilmişdir. Tədbirdə Rumıniya Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Yulian Fota, Senatın sədri Mirç...
ANL
Kəsə və kəsərli söz sahibi. Prezidentin fəxri təqaüdçüsü, Dövlət mükafatı laureatı, əməkdar mədəniyyət işçisi, tanınmış şair Fikrət Sadıq ömrünün 80-ci baharını qeyd etməkdədir. Böyük ədəbiyyata, poeziyaya 1946-cı ildə "Azərbaycan gəncləri" qəzetində dərc edilən "Bahar" adlı şeiri ilə gələn Fikrət Sadığın öz həmkarları...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin Kür və Araz çaylarının daşması nəticəsində təbii fəlakətdən ziyan çəkmiş Salyan, Sabirabad, Saatlı və İmişli rayonlarına səfəri. Salyan rayonunda yeni qəsəbənin açılışı olmuşdur. Bu ilin aprel-may aylarında Kür və Araz çaylarının daşması nəticəsində yaranan təbii fəlakət zamanı Saly...
ANL
Prezident İlham Əliyev Sabirabad rayonunda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmişdir. Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 1-də xalqımızın ümummilli lideri Heydər Əliyevin Sabirabad rayonunun mərkəzində ucaldılan abidəsini ziyarət edərək gül dəstəsi qoymuşdur. Dövlət başçısına rayonda aparılan abadlıq...
ANL
Prezident İlham Əliyev Sabirabad rayonunun Mürsəlli kənd orta məktəbinin açılışında iştirak etmiş, Şıxlar kənd sakininin qonağı olmuşdur. Noyabrın 1-də Prezident İlham Əliyev Sabirabad rayonunun Mürsəlli kənd orta məktəbinin açılışında iştirak etmişdir. Bu ilin aprel-may aylarında Kür və Araz çaylarının daşması nəticəs...
ANL
Saatlı rayonunun Yeni Novruzlu kəndində təzə evlər sakinlərini qəbul etmişdir. Bu ilin yazında Kür və Araz çaylarıının daşması nəticəsində yaranan təbii fəlakət zamanı Saatlı rayonunun Yeni Novruzlu kəndi ərazisində evləri uçulan vətəndaşlar üçün təzə mənzillər tikilmişdir. Noyabrın 1-də Azərbaycan Respublikasının Prez...
ANL
İmişli rayonunda da yeni tikilmiş evlərin açılışı olmuşdur. Bu ilin aprel-may aylarında Kür və Araz çaylarının daşması İmişli rayonunun bir sıra kəndlərində evləri uçurmuşdur. Zərər çəkmiş vətəndaşlar üçün qısa müddətdə təzə evlər tikilmişdir. Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İmişli rayo...
ANL
Bakıda Milli Azərbaycan Tarixi Muzeyinin 90 illiyinə həsr edilmiş beynəlxalq elmi konfrans keçirilir. Noyabrın 1-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin 90 illiyinə həsr edilmiş "Muzeylər və mədəni irs" mövzusunda beynəlxalq elmi konfrans işə başlamışdır. İştirakçılar ə...
ANL
Küveyt hökuməti Azərbaycan ilə siyasi, iqtisadi və mədəni əlaqələrin daha da dərinləşməsində maraqlıdır. Azərbaycanın Küveyt Dövlətindəki səfirliyindən AzərTAc-a bildirmişlər ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov oktyabrın 24-dən 29-dək bu ölkədə səfərdə olmuşdur. Küveyt Dövləti Ba...
ANL
"Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında təslimetmə haqqında Müqavilə"nin ratifikasiya sənədlərinin mübadiləsi haqqında protokol imzalanmışdır. Noyabrın 1-də Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Çinin ölkəmizdəki səfiri Çjan Yannyan ilə görüşmüşdür. Xarici İşlər Nazirliyinin mətbu...
ANL
Sözdən alıb, saza deyim dərdimi... YUNESKO-nun irs siyahısına düşən folklor nümunələrindən biri də ozan-aşıq sənətidir. Ədəbiyyatı, onun əsas komponenti olan ədəbi-bədii söz mülkünü kökü tarixin minillik qatlarına uzanan, qollu-budaqlı bir ağaca bənzədirlər. Onu müxtəlif zamanlarda yaşamış, fərqli zövqlərə və dünyagörü...
ANL
Xalq yazıçısı Elçinin "Cəhənnəm sakinləri" tamaşasının premyerası olmuşdur. Noyabrın 1-də Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivinin təqdimatında "Cəhənnəm sakinləri" tamaşasının premyerası olmuşdur. AzərTAc xəbər verir ki, xalq yazıçısı Elçinin eyniadlı pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu re...
ANL
Xalq şairi Rəsul Rzanın kitabı Belqradda nəşr olunmuşdur. Xalq şairi Rəsul Rzanın Belqradda "Rənglər" və "Rəngli yuxular" silsilələrindən ibarət şeirlər kitabı çap olunmuşdur. Yeni nəşrdəki şeirləri serb dilinə Maya Teziç, rus dilinə Boris Slutski, David Samoylov, Yunna Morits, Leon Toom, Alla Axundova, Muza Pavlova, i...
ANL
Sloveniyalı professor Lahıc qəsəbəsindədir. Azərbaycan və Sloveniya arasında mədəni dialoqun genişləndirilməsinə xidmət edən "Dünən, bu gün, sabah" adlı layihənin əlaqələndiricisi, incəsənət professoru xanım Vesna Çrnivets oktyabrın 15-dən İsmayıllı rayonunun Lahıc qəsəbəsində səfərdədir. Azərbaycanın Sloveniyadakı səf...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının milli müdafiə naziri Vecdi Gönülün başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Türkiyə Respublikasının Milli Müdafiə naziri Vecdi Gönülün başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. ...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev bp-nin icraçı vitse-prezidenti Endi İnqlisi bu vəzifədə fəaliyyətinin başa çatması münasibətilə qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də bp-nin icraçı vitse-prezidenti Endi İnqlisi bu vəzifədə fəaliyyətinin başa çatması münasibətilə qəbul etmişd...
ANL
Mərkəzi Seçki Komissiyasının iclası. Noyabrın 2-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilmişdir. MSK-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda əvvəlcə 2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səsvermə ...
ANL
Braziliya Federativ Respublikasının yeni seçilmiş Prezidenti zati-aliləri xanım Dilma Rousseffə. Hörmətli xanım Rousseff! Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Braziliya dövlətlərarası münasibətləri, genişlənməkdə ...
ANL
Sabirabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla yerinə yetirilməsi sahəsində ölkənin bütün bölgələrində, o cümlədən Sabirabad ra...
ANL
Azərbaycan Respublikasında kənd təsərrüfatı işçilərinin təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər: "Dövlət qulluğunda fərqlənməyə görə" medalı il...
ANL
Azərbaycan Respublikasının kənd təsərrüfatı işçilərinə fəxri adların verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycanda kənd təsərrüfatının inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin: "Əməkdar dövlət qulluqçusu". Orucov Telman Əziza...
ANL
Türkiyə Prezidenti Abdullah Gülün Azərbaycana rəsmi səfəri haqqında miniatür kitab çapdan çıxmışdır. Azərbaycan Respublikası "Kitab" Cəmiyyətinin təşəbbüsü ilə İndiqo nəşriyyatında 100 nüsxə tirajla nəfis tərtibatda, ölçüləri 38x53 millimetr olan miniatür kitab işıq üzü görmüşdür. Yeni nəşr Türkiyə Prezidenti Abdullah ...
ANL
İnkişaf tarixinin yeni, sürətli dövrünü yaşayan müasir Azərbaycan mövcud olduğu regionda siyasi və iqtisadi cəhətdən dinamik tərəqqi edən dövlətə çevrilmiş, iqtisadiyyatının artım tempinə görə son bir neçə ildə dünyada lider mövqenin sahibi kimi çıxış etməyə başlamışdır. Artıq sosial-iqtisadi inkişaf sferasında özünəmə...
ANL
Azərbaycan-Ukrayna münasibətlərinin inkişafında yeni mərhələ başlanır. Ölkələrimiz arasındakı əməkdaşlıq Qara və Xəzər dənizləri regionlarının inteqrasiyasına yeni təkan verir. Beynəlxalq hüquq müstəvisində ən fəal siyasət yürüdən dövlətlər sırasında yer alan Azərbaycan müxtəlif dünya ölkələri və təşkilatları ilə istər...
ANL
bp Azərbaycan uşaqlarının dostudur. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəməri və "Şahdəniz" qazını daşıyan Cənubi Qafqaz Boru Kəməri boyunca səfər edən jurnalistlər bp-nin "Məktəb kitabxanaları" layihəsi ilə də tanış olmaq imkanı qazandılar. bp şirkəti Azərbaycanda işlədiyi ilk vaxtlardan ölkəmizin gənc nəsli...
ANL
Mərakeşdə Azərbaycan Mədəniyyəti Günləri keçirilmişdir. Mərakeş Krallığında Azərbaycan Mədəniyyəti Günləri keçirilmişdir.Azərbaycanın Mərakeşdəki səfirliyindən AzərTAc-a bildirmişlər ki, mədəniyyət günlərinin açılış mərasimi Rabatdakı V Məhəmməd adına Milli Teatrda olmuşdur. Mərasimdə Azərbaycanın mədəniyyət və turizm ...
ANL
Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin təməlqoyma mərasimi keçirilmişdir. Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 3-də Ələt qəsəbəsinin ərazisində Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin təməlqoyma mərasimində iştirak ...
ANL
Prezident İlham Əliyevin çıxışı. Bakıda, Ələt qəsəbəsində yeni Beynəlxalq Dəniz Ticarət Limanının təməl daşını qoyuruq. Bu gözəl hadisə münasibətilə hamınızı ürəkdən təbrik edirəm. Əminəm ki, yaxın zamanlarda burada, bu boş ərazidə möhtəşəm, müasir, ən yüksək standartlara cavab verən ticarət limanı yaradılacaqdır. Tica...
ANL
Rusiya Federasiyasının Prezidenti zati-aliləri cənab Dmitri Medvedevə. Hörmətli Dmitri Anatolyeviç! Rusiyanın görkəmli dövlət və ictimai-siyasi xadimi Viktor Stepanoviç Çernomırdinin vəfatı xəbəri məni dərindən kədərləndirmişdir. Sizə, Viktor Stepanoviç Çernomırdinin doğmalarına və yaxınlarına mənim ən səmimi başsağlığ...
ANL
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zaid Al Nəhəyana. Əlahəzrət! Ras Əl-Xeyma Əmirliyinin Hakimi Şeyx Saqr bin Məhəmməd Əl-Qasiminin vəfatı xəbərindən son dərəcə kədərləndim. Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin ...
ANL
Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir. Noyabrın 3-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir. Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə "Qarabağ" siyasi partiyalar blokunun təqdim etdiyi səlahiyyətli nümayəndələr qeyd...
ANL
Nazirlər Kabinetində görüş. AzərTAc xəbər verir ki, noyabrın 3-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının milli müdafiə naziri Vecdi Gönülün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Türkiyənin Azərbaycan üçün qardaş ölkə olduğunu deyən A.Rasizadə dövl...
ANL
Bu dəfə tamaşa Yerevandakı teatr səhnəsində deyil, Gorus şəhərində göstərilirdi. Tamaşanın baş qəhrəmanı hansısa sıravi artist deyil, Ermənistan prezidenti Serj Sarkisyanın özü idi - bəli, 1992-ci ilin fevralında Xocalı soyqırımının, Dağlıq Qarabağın və ona bitişik ərazilərin azərbaycanlı əhalisinə qarşı etnik təmizləm...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı Metropoliteninin perspektiv inkişaf planının müzakirəsinə həsr olunmuş iclas keçirilmişdir. Prezident İlham Əliyevin giriş nitqi. - Ölkəmizin nəqliyyat infrastrukturunun yaradılması və genişləndirilməsi ilə bağlı çox işlər görülür. Son illərdə qoyulan investisiyala...
ANL
Azərbaycan insan inkişafı indeksinin orta illik tempinə görə son 10 il ərzində aparıcı dövlət olmuşdur. Bu fikir Bakıda BMT İnkişaf Proqramının 2010-cu il İnsan İnkişafı Hesabatının təqdimat mərasimində xüsusi vurğulanmışdır. İnsan inkişafı indeksinin orta illik tempinə görə Azərbaycan keçmiş Sovet İttifaqı ölkələri ar...
ANL
Nüfuzlu "Pakistan Observer" qəzetində Heydər Əliyev Fondu ilə bağlı geniş məqalə dərc edilmişdir. Azərbaycanın Pakistandakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, bu ölkənin nüfuzlu ingilisdilli "Pakistan Observer" qəzetinin 4 noyabr tarixli nömrəsində Heydər Əliyev Fondu ilə bağlı geniş məqalə dərc edilmişdir. Məqal...
ANL
Ümumukraynanın "Den" qəzetində Azərbaycan haqqında analitik məqalə dərc edilmişdir. Xəbər verdiyimiz kimi, oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukrayna KİV-nin nümayəndələrinə müsahibə vermişdir. Nümayəndələr arasında "Den" qəzetinin xüsusi müxbiri Yuri Rayxel də vardı. Azərbaycan dövlətin...
ANL
Azərbaycan Beynəlxalq Layihə İdarəetmə Assosiasiyasının İstanbulda keçirilmiş 24-cü dünya konqresində təmsil olunmuşdur. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Beynəyxalq Layihə İdarəetmə Assosiasiyasının (BLİA) noyabrın 1-dən 3-dək İstanbulda keçirilmiş 24-cü dünya konqresinin açılışında iştira...
ANL
Sığorta-pensiya sisteminin davamlı inkişafına nail olunması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri uğurla reallaşdırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun Yeni Azərbaycan Partiyasının saytına müsahibəsi. - Səlim müəllim, ölkəmizin dinamik sosial-iqtisadi ...
ANL
Ulu ozan-aşıq sənətinə dövlətin qayğısı, millətin sevgisi. 72 dildə danışan saz Dədə Qorqudumuzun ruhunu yaşatdığını I Beynəlxalq Aşıq Festivalında bir daha göstərdi. Ustadlarımız söyləmişlər: aşıq gördüyünü çağırar. Bu o anlamı verir ki, ozan-aşıqlar elin-obanın, xalqın həyat tərzini dastanlaşdıran xüsusi sənət sahibl...
ANL
Azərbaycanda Türkmənistan Mədəniyyət Günlərinin təntənəli açılışı olmuşdur. Noyabrın 4-də Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycanda Türkmənistan Mədəniyyət Günlərinin təntənəli açılışı olmuşdur. Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin müdiri Fərəh Əliyeva xalqlarımız arasında dəri...
ANL
"Türk Dünyası Riyaziyyat Cəmiyyətinin nəzəri və tətbiqi riyaziyyat jurnalı"nın ikinci nömrəsi nəşr olunmuşdur. Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC) mətbu orqanı olan "Türk Dünyası Riyaziyyat Cəmiyyətinin nəzəri və tətbiqi riyaziyyat jurnalı"nın ikinci nömrəsi çapdan çıxmışdır. Jurnalda Azərbaycan, Türkiyə, Özbək...
ANL