text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Fransız mətbuatı: "Maliyyə böhranına baxmayaraq, Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir". Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu xarici siyasət və iqtisadi sahədə həyata keçirdiyi islahatlar, Fransada yeni təyin olunmuş səfir Elçin Əmirbəyovun Azərbaycanı tanıtmaq sahəsindəki səyləri nəticəsində so... | ANL |
Atatürk və Heydər Əliyev türk dünyasının liderləridir. Atatürk və Heydər Əliyev türk dünyasının liderləridir. Bu fikir Türkiyənin Bursa şəhərində keçirilən "Nizami Gəncəvidən Yunus Əmrəyə, Mustafa Kamal Atatürkdən Heydər Əliyevə uzanan sevgi və sülh yolu" VII beynəlxalq simpoziumunun açılışında səslənmişdir. Tədbir işt... | ANL |
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının bəyanatı. Azərbaycan Respublikasının erməni silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağ bölgəsində 2010-cu il mayın 23-də qondarma "parlament seckiləri" keçirilməsi nəzərdə tutulub. Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyan e... | ANL |
Hindistan Respublikasının Prezidenti zati-aliləri xanım Pratibha Devisinqh Patilə. Hörmətli xanım Prezident! Manqalor şəhərinin hava limanı yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə, bütün Hindista... | ANL |
Avropa Parlamentinin Cənubi Qafqaza dair qətnaməsi: Ədalətsiz stereotiplər və yalan üzərində qələbə. Xəbər verdiyimiz kimi, mayın 20-də Avropa Parlamenti "Avropa İttifaqının Cənubi Qafqazda strategiyasına dair tələb" adlı qətnamə qəbul etmişdir. Bu qətnamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanm... | ANL |
Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin 80 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir. Mayın 21-də Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) 80 illik yubileyi çərçivəsində "Aqrar təhsil sistemində innovasiya texnologiyalarının tətbiqi və beynəlxalq əməkdaşlıq formaları" mövzusu... | ANL |
Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının ikinci konfransı olmuşdur. Moskvadakı Beynəlxalq Ticarət Mərkəzində Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) II konfransı keçirilmişdir. Konfrans təşkilatın birillik fəaliyyətinə yekun vurmuş, onun inkişaf perspektivlərini müəyyən etmişdir. Tədbirin əvvəlin... | ANL |
Azərbaycan Dövlət Aqrar Universitetinin 80 illiyi təntənə ilə qeyd edilmişdir. Ölkəmizdə kənd təsərrüfatı kadrları hazırlayan yeganə ali təhsil ocağı olan Azərbaycan Dövlət Aqrar Universitetinin 80 yaşı tamam olmuşdur. Yubiley tədbirlərində iştirak etmək üçün Gəncəyə gələn respublikamızın tanınmış alimləri, ali təhsil ... | ANL |
Ukrayna Milli Elmlər Akademiyasının prezidenti, iki dəfə Sosialist Əməyi Qəhrəmanı, akademik B.Patonun müsbət qiymətləndirdiyi "Neft sənayesində nanotexnologiya" layihəsi Azərbaycan Respublikasinin Dövlət mükafatına təqdim olunmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin 2010-cu il 8 fevral tarixli fərmanı ilə "Azərbay... | ANL |
Böyük layihələrin müjdəçisi. Gələn ayın əvvəlində Azərbaycanda 17-ci dəfə Xəzər neft-qaz beynəlxalq sərgi və konfransı keçiriləcək. Dünya təcrübəsi göstərir ki, yalnız ən gərəkli və ə\həmiyyətli sərgilər belə uzunömürlü olur. Bu sözlər Xəzər neft-qaz sərgisinə də aiddir. Ötən illər ərzində sərginin mahiyyəti dəyişməyib... | ANL |
Ermənistanın işğal siyasətinə beynəlxalq aləmdə etiraz güclənir. Zəbt olunan Dağlıq Qarabağda separatçı rejimin keçirdiyi "seçki"ni dünya ictimaiyyəti qətiyyətlə pisləyir. Beynəlxalq hüquq müstəvisində Ermənistanın işğalçı dövlət olduğunu tam şəkildə sübuta yetirən, bu ölkə üzərində ciddi diplomatik qələbə qazanan Azər... | ANL |
Dövlət İdarəçilik Akademiyasında ixtisasartırma kursunun növbəti buraxılışı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) mayın 11-dən 22-dək "Yerli özünüidarəetmə və bələdiyyə idarəçiliyinin əsasları" istiqaməti üzrə keçirilmiş ixtisasartırma kursunun növbəti buraxılışı... | ANL |
Ustad aşıq anıldı. Rəşid Behbudov adına Mahnı Teatrında Borçalı mahalının ustad aşıqlarından olan Qaraçöplü aşıq Musanın 125 illik yubileyi təntənə ilə qeyd edildi. Xalq şairi, Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub aşıq Musa yaradıcılığından ətraflı söhbət açaraq qeyd etdi ki, haqq aşığı zəngin yaradıcılığı və mənalı... | ANL |
Validə Tutayuq ölkəmizdə nəbatat sahəsində ilk qadın akademikdir. Onun elmi-pedaqoji fəaliyyəti Gəncə ilə, Dövlət Aqrar Universiteti ilə sıx olmuşdur. Burada meyvə-tərəvəzçilik fakültəsini bitirmiş, uzun illər nəbatat, sonra isə seleksiya kafedrasına rəhbərlik etmişdir. Akademik Validə Tutayuq Bakıda və Moskvada nəşr o... | ANL |
Həkim məsuliyyəti. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev respublikamızda səhiyyənin inkişafına daim xüsusi diqqət yetirmiş, tibb işçilərinə böyük qayğı göstərmişdir. Ulu öndər qeyd etmişdir: "Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir". Bu diqqət və qayğı hazırda Prezident İlh... | ANL |
Beynəlxalq konfrans keçirildi. Azad Müəllimlər Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Dağlıq Qarabağ: reallıqlar, perspektivlər" mövzusunda beynəlxalq konfrans keçirdi. Maarifləndirmə missiyası daşıyan konfransda Azərbaycan ziyalılar... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 24-də Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedovun başçılıq ... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Misirin xarici işlər naziri Əhməd Abul Ğeytin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 24-də Misir Ərəb Respublikasının xarici işlər naziri Əhməd Abul Ğeytin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Dövlətimi... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş katibinin müavini xanım Aşa Rouz Migironun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 24-də BMT Baş katibinin müavini xanım Aşa Rouz Migironun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Avropa Şurasının q... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi Valter Kalinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 24-də BMT Baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi Valter Kalinin... | ANL |
Azərbaycan Prezidentı İlham Əliyev Avropa Şurası Baş katibinin müavini xanım Mod De Bur Bukikkionun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 24-də Avropa Şurası Baş katibinin müavini xanım Mod De Bur Bukikkionun başçılıq etdiyi nümayəndə heyətini qəbul ... | ANL |
Avropa Şurasına üzv dövlətlərin gender bərabərliyinə həsr olunmuş VII konfransının iştirakçılarına. Hörmətli konfrans iştirakçıları! Sizi Avropa Şurasına üzv dövlətlərin gender bərabərliyinə həsr olunmuş VII konfransının açılışı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə uzun ömür, cansağlığı və yeni-yeni uğ... | ANL |
İordaniyanın Kralı əlahəzrət II Abdullaha. Əlahəzrət! Əziz qardaşım! İordaniya Haşimilər Krallığının milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Azərbaycan-İordaniya dövlətlərarası münasibətlərini... | ANL |
M.Ə.Qənbərovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikasının ictimai həyatında fəal iştirakına görə Miri Əhəd oğlu Qənbərov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsin. İlham ƏL... | ANL |
“Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı. “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram: 1. “Ekoloji təmiz kənd təsərrüfa... | ANL |
Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasinin təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi məqsədi ilə qərara alıram: 1. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28.5-ci və 140.3-cü maddələrində nəzərdə tutulmuş “müv... | ANL |
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 6 sentyabr tarixli 576 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında Əsasnamə”yə əlavə və dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı. bələdiyyələrin elektron daşıyıcıda və kağız... | ANL |
Xidməti yaşayış sahələri verilən vətəndaşların kateqoriyalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Müəyyən edilsin ki, dövlət mənzil fondunun xidməti yaşayış sahələri işlədikləri və ya qulluq keçdikləri yaşayış məntəqəsində yaşayış sahəsi olmayan aşağıdakı şəxslərə verilir: 1.1. Az... | ANL |
Azərbaycan və Dağıstan iqtisadi sahədə əməkdaşlığı genişləndirmək niyyətindədirlər. Azərbaycan və Dağıstan qarşılıqlı faydalı iqtisadi əməkdaşlığı genişləndirmək niyyətindədirlər. Bu fikir Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə və Rusiya Federasiyasının Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maq... | ANL |
Dağıstan Prezidenti Milli Məclisdə olmuşdur. Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedov mayın 24-də Milli Məclisdə olmuşdur. Parlamentin binası önündə ali qonağı Milli Məclisin Sədri Oqtay Əsədov və digər rəsmi şəxslər qarşılamışlar. Dağıstan Prezidenti Mill... | ANL |
Hava limanında qarşılanma. Mayın 24-də Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedov Azərbaycana səfərə gəlmişdir. Heydər Əliyev adına Beynəlxalq hava limanında Dağıstan Respublikasının başçısını Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılamışl... | ANL |
Heydər Əliyev Fondu ilə tanışlıq. Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedov mayın 24-də Heydər Əliyev Fondunda olmuşdur. Ali qonağa Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış fondun məqsədləri və fəaliyyəti barədə məlumat verilmişdir. Dağıstan Prezidenti ulu öndər... | ANL |
Ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram. Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedov mayın 24-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur. Görkəmli oftalmoloq alim... | ANL |
Dağıstan Prezidenti Bakının görməli yerləri ilə tanış olmuşdur. Ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedov mayın 24-də paytaxtın görməli yerləri ilə tanış olmuşdur. Gəzintiyə "Kiçik Karvansara" abidəsindəki təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi - "İncə... | ANL |
Şəhidlər xiyabanını ziyarət. Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedov mayın 24-də Şəhidlər xiyabanına gələrək Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etmiş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymu... | ANL |
Nazirlər Kabineti 2010-2011-cı illərdə "Elektron hökumət"in formalaşdırılması üzrə Fəaliyyət Proqramını təsdiqləmişdir. Nazirlər Kabinetinin sərəncamı ilə 2010-2011-ci illərdə respublikada "Elektron hökumət"in formalaşdırılması üzrə Fəaliyyət Proqramını təsdiqləmişdir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin... | ANL |
TürkPA nüfuzlu beynəlxalq qurumlardan birinə çevriləcək. Mayın 24-də Milli Məclisin Sədri Oqtay Əsədov Bakıda keçirilən "TBMM - 90 il, Parlament diplomatiyası - TürkPA" Beynəlxalq konfransının iştirakçılarını qəbul etdi. Qonaqları salamlayan spiker TürkPA-nın yaradılması tarixinə toxundu və bildirdi ki, sözügedən qurum... | ANL |
Mayın 24-də Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Azərbaycan Respublikası Milli Məclisinin binasında fəaliyyətə başlamış ofisinin rəsmi açılış mərasimi keçirildi. Açılış mərasimində Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, Türkiyə Böyük Millət Məclisi Sədrinin müavini Nevzat Paktil, Qazax... | ANL |
TürkPA-nın nümayəndə heyəti ümummilli liderin məzarını ziyarət etmişdir. Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) nümayəndə heyəti mayın 24-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri düzmüşdür. So... | ANL |
TürkPA-nın nümayəndə heyəti Heydər Əliyev Fondunda olmuşdur. Mayın 24-də Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) nümayəndə heyəti Heydər Əliyev Fondunda olmuşdur. Burada qonaqlara fondun fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə... | ANL |
Mayın 24-də Azərbaycan Respublikası Milli Məclisinin binasında "TBMM - 90 il, Parlament diplomatiyası - TürkPA" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Tədbirdə Türkiyə Böyük Millət Məclisinin, Qazaxıstan parlamentinin deputatları, ATƏT-in Bakı ofisinin rəhbəri, eləcə də digər beynəlxalq təşkilatların nümayəndələ... | ANL |
Bakıda Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərin VII konfransı keçirilir. Mayın 24-də Bakının "Gülüstan" sarayında Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərinin "Gender bərabərliyi: de-yure və de-fakto gender bərabərliyinin təmin ol... | ANL |
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva BMT-nin Baş katibinin müavini xanım Aşa Rouz Migiro ilə görüşmüşdür. Mayın 24-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Avropa Şurasının qadınlar və kişilər arasınd... | ANL |
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Avropa Şurası Baş katibinin müavini Mod De Bur Bukikkio ilə görüşmüşdür. Mayın 24-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva "De-yure və de-fakto gender bərabərliyin... | ANL |
Söz verirəm ki, sifarişinizi lazımi yerlərdə səsləndirəcəyəm. Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərinin VII konfransında iştirak etmək üçün ölkəmizə gəlmiş BMT Baş katibinin müavini xanım Aşa Rouz Migiro Binəqədi rayonunda İdarəetmə və Texnologiya Kollecinin. 1 nömrəli yat... | ANL |
BMT Baş katibinin müavini məcburi köçkünlərin çalışdığı tikiş sexində olmuşdur. Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərinin VII konfransında iştirak etmək üçün ölkəmizə gəlmiş BMT baş katibinin müavini xanım Aşa Rouz Migiro Binəqədi rayonundakı 7-ci mikrorayonda məcburi köçk... | ANL |
Azərbaycandakı məcburi köçkünlərin insan hüquqlarının bərpa edilməsi üçün sülhün bərqərar olunması zəruridir. Azərbaycandakı məcburi köçkünlərin insan hüquqlarının bərpa edilməsi üçün sülhün bərqərar olunması zəruridir. Bunu mayın 24-də Nazirlər Kabinetində Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri... | ANL |
V.Kalin: "Səfərimin ən böyük faydası Azərbaycanın məcburi köçkünlərlə bağlı problemini bir daha dünya ictimaiyyətinə çatdırmağım olacaqdır". Səfərimin ən böyük faydası Azərbaycanın məcbiri köçkünlərlə bağlı problemini bir daha dünya ictimaiyyətinə çatdırmağım olacaqdır. Bunu ölkəmizdə səfərdə olan BMT Baş katibinin məc... | ANL |
Ərəb dünyası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və sülh yolu ilə həllinin tərəfdarıdır. Ərəb dünyası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və sülh yolu ilə həllinin tərəfdarıdır. Bu fikir mayın 24-də Azərb... | ANL |
Azərbaycanda kişi və qadınların hüquqları bərabərdir. Mayın 24-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan AŞ PA-nın Gender bərabərliyi üzrə komitəsinin sədri Mendes Botanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü. Qonaqları salamlayan Ziyafət Əsgərov ölkəmizdə gender bərabərli... | ANL |
Azərbaycanda insan hüquqlarının yüksək səviyyədə qorunması, bu sahə ilə əlaqədar qanunların qəbulu, beynəlxalq konvensiyaların təsdiqi təqdirəlayiqdir. Azərbaycanda məişət zorakılığına qarşı mübarizə və gender bərabərliyinin təmin olunması sahələrində əsaslı işlər görülmüşdür. Milli Məclisin insan alverinə qarşı mübari... | ANL |
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin bəyanatı. Azərbaycan Respublikası öz beynəlxalq tərəfdaşlarının 2010-cu il mayın 23-də Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində keçirilmiş "parlament seçkiləri"nin davam etməkdə olan sülh prosesinə mənfi təsir edəcəyi ilə bağlı narahatlığını bölüşür. Erm... | ANL |
ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma "seçkilər"lə bağlı birgə bəyanatla çıxış etmişlər. ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Bernar Fasye (Fransa) və Robert Bradke (ABŞ) Azərbaycanın Dağlıq Qarabağ bölgəsində separatçı rejim tərəfindən mayın 23-... | ANL |
Belçika Krallığı Senatının fəxri prezidenti, Müdafiə və Xarici Əlaqələr Komissiyasının sədri Quba məzarlığını ziyarət etmiş, erməni vəhşiliklərindən dəhşətə gəldiyini söyləmişdir. Mayın 24-də Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Ramiz Nəcəfov ölkəmizdə səfərdə olan... | ANL |
Mərkəzi Seçki Komissiyası vahid seçicilər siyahısının dəqiqləşdirilməsi prosesini başa çatdırmaqdadır. Mərkəzi Seçki Komissiyası (MSK) yanvar ayından etibarən həyata keçirməyə başladığı ölkə üzrə vahid seçicilər siyahısının dəqiqləşdirilməsi prosesini yekunlaşdırmaqdadır. Məntəqə seçki komissiyaları tərəfindən müvafiq ... | ANL |
Avropa Parlamenti növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi. Qurum Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş torpaqlarından dərhal çıxarılması barədə qətnamə qəbul edib. Dövlət müstəqilliyini əldə etdikdən sonra çoxqütblü inkişaf modelləri sırasından Qərb dəyərlərini seçən Azərbaycan... | ANL |
Azərbaycan ilə Misir arasında üç saziş imzalanmışdır. Mayın 24-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Misirin xarici işlər naziri Əhməd Əbul Ğeyt ilə görüşmüşdür. Görüşdən sonra birgə mətbuat konfransı keçirən nazirlər müzakirə olunmuş məsələlər haqqında məlumat vermişlər. E.Məmməd... | ANL |
Əhməd Abul Ğeyt: "Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır". Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk qrupunun vasitəçiliyi əsasında sülh yolu ilə həll olunmalıdır. Bu sözləri Azərbaycanda səfərdə olan Misirin xarici işlər naziri Əhməd Abul Ğeyt demişdir. Misirli nazir azərbaycanlı... | ANL |
Avropa Şurası İnsan Hüquqları və Hüquqi Məsələlər üzrə baş direktoru ilə görüş. Azərbaycanda səfərdə olan Avropa Şurası İnsan Hüquqları və Hüquqi Məsələlər üzrə baş direktoru Filip Buoya mayın 24-də Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür. Görüşdə Ramiz Rzayev Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukt... | ANL |
Avropa Şurası ilə Azərbaycan arasında səmərəli əməkdaşlıq davam edir. Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərinin "Gender bərabərliyi: de-yure və de-fakto gender bərabərliyinin təmin olunması" mövzusunda VII konfransda iştirak etmək məqsədilə Bakıda səfərdə olan Avropa Şuras... | ANL |
Milli Məclisdə "İnsan Hüquqları üzrə Müvəkkilin Azərbaycanda Milli Preventiv Mexanizm kimi rolunun gücləndirilməsi" mövzusunda konfrans keçirilmişdir. Mayın 24-də Bakıda ATƏT-in Bakı ofisinin, Azərbaycan Respublikası Milli Məclisinin və Ombudsman Aparatının birgə təşkilatçılığı ilə "İnsan Hüquqları üzrə Müvəkkilin Azər... | ANL |
Azərbaycanın Rusiyadakı səfirliyində Ulyanovsk vilayətinin təqdimatı olmuşdur. Azərbaycanın Rusiyadakı səfirliyində Ulyanovsk vilayətinin təqdimatı olmuşdur. Təqdimat mərasimində Rusiya Federasiyasının bu subyektinin nüfuzlu nümayəndə heyəti və ölkəmizin işgüzar dairələrinin nümayəndələri iştirak etmişlər. Azərbaycanın... | ANL |
MDB ölkələri baş prokurorlarının Əlaqələndirmə Şurası Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verir. Mayın 24-də Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov ölkəmizdə səfərdə olan MDB ölkələri baş prokurorlarının Əlaqələndirmə Şurasının icraçı katibi Valeri Yeroxin ilə görüşmüşdür. Baş Prokurorluğun mə... | ANL |
Ərzaq təhlükəsizliyi təminində elmi yanaşma vacibdir. Tarix boyu Azərbaycan alimləri bütün sahələr üzrə dünya elminə nadir və dəyərli töhfələr veriblər. Onların araşdırmalarının daim öz aktuallığını qoruyub saxlaması, yaratdıqları nəzəriyyələrdən qaynaqlanaraq dünyanın bir çox yerlərində elmdə, eləcə də texnologiyada v... | ANL |
Dövlət Dəniz Administrasiyası beynəlxalq əməkdaşlığı genişləndirir. Mayın 12-dən 21-dək London şəhərində Beynəlxalq Dəniz Təşkilatı Dəniz Təhlükəsizliyi Komitəsinin 87-ci sessiyası keçirilmişdir. 168 üzv dövlətin və müxtəlif beynəlxalq təşkilatların qatıldığı tədbirdə Azərbaycan Respublikasını Dövlət Dəniz Administrasi... | ANL |
Azərbaycanı Avropa ilə birləşdirən polad kəmər. Mütəxəssislərin fikrincə, nəhəng layihələrdə bir sıra şərtləri, məsələn, xərcləri, obyektlərin istismara verilməsi tarixini və s. əvvəlcədən tam dəqiqliyi ilə demək mümkün deyil. BTC nəhəng, lakin elə düzgün düşünülmüş layihə idi ki, əvvəlcədən deyilmiş vaxtda da başa çat... | ANL |
Dünya Ətraf Mühit Gününün Avropada qeyd edilməsi üçün seçilmiş üç şəhərdən biri də Bakı olmuşdur. Hər il BMT-in Ətraf Mühit Proqramı (UNEP) Dünya Ətraf Mühit Gününün Avropa regionunda qeyd edilməsi üçün qitə ölkələrindən baş şəhərlər seçir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda... | ANL |
Görkəmli iqtisadçı alim. İqtisadiyyat bütün dövlətlərin inskişafının əsasıdır. Təsadüfi deyil ki, məhz qüdrətli iqtisadi potensiala malik dövlətlər dünyada nüfuz sahibi hesab edilirlər. Bu gün Azərbaycan da qarşıya qüdrətli dövlət qurmaq məqsədini qoymuş və sürətli iqtisadi inkişaf xəttini seçmişdir. Hazırda bu yönümdə... | ANL |
Şərurun özü də abadlaşır, kəndləri də. Yüz min nəfərdən artıq əhalinin yaşadığı Şərurda rayonun 65 kəndi var. Əhalinin təxminən 85 faizi kəndlərdə yaşayır. İri kəndlərdən biri Yengicədir. Dörd mindən artıq əhalisi olan bu kənd rayon mərkəzindən 2 km aralıda yerləşir. XIX əsrin sonu, XX əsrin əvvəllərində Yengicə Şərur-... | ANL |
Əsrarəngiz Krit adası Azərbaycan turistlərinin yolunu gözləyir. Mayın 24-də "Hyatt Regensy" otelində keçirilən mətbuat konfransında Bakıdan Kaniya şəhərinə yeni aviareysin açılışı ilə bağlı pilot layihənin təqdimatı olub. Yunanıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab İoannis Metaksas media nümayəndələ... | ANL |
Dövlət idarəçiliyinə dair ilk dərslik. Cəmiyyətin fəaliyyətinin tənzimlənməsində idarəetmə prinsiplərinin aparıcı amil olması dünya elmi ictimaiyyətinə çoxdan məlum olsa da, onun inkişafı və təkmilləşməsində dövlət idarəçiliyinin rolu hələ kifayət qədər tədqiq olunmamışdır. Ümumi strategiyanın və lokal taktikanın zaman... | ANL |
Altmışını verib telə. Tarı düşməyib kökdən hələ... Milli musiqimizin şah əsərini kim yaradıb, görəsən, nənələrimiz, babalarımız, yoxsa Qorqudlaşan ozanlarımız? Bu suala kim dəqiq cavab verə bilər? Çətin, elə deyilmi... Klassik ədəbi növlərin içərisində istənilən qədər sevilən, əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə q... | ANL |
Musiqi ədəbiyyatı. Azərbaycan musiqi mədəniyyətinin ətraflı tədqiqi xalqın zəngin tarixinin, bütövlükdə mədəniyyətinin öyrənilməsi deməkdir. Xalqımız əsrlər boyu zəngin maddi və mənəvi mədəniyyət yaratmışdır. Ötən yüzillikdə Azərbaycan bütün Şərq aləmində ilk opera yaratdı, teatr və dramaturgiyamız yeni inkişaf mərhələ... | ANL |
Uşaq incəsənət məktəbinin şagirdi "Kapellhaus"da solo konsert vermişdir. Alman-Azərbaycan Mədəniyyət Birliyi "Kapellhaus"da 3 nömrəli uşaq incəsənət məktəbinin 8-ci sinif şagirdi Nilufər Cəfərlinin solo konserti olmuşdur. Məktəbin direktoru Dəyanət Quliyev bildirmişdir ki, gənc və istedadlı musiqiçi N.Cəfərlinin ifasın... | ANL |
İnqilab dəllalları - Parvus və Lenin. Avstriyada bir tarixçi qadın var, adı Elizabet Xereşdir. Vyana şəhərində yaşayan bu xanımı tarixçilər yaxşı tanıyırlar. Almaniyanın Leninə milyonlarla marka xərc çəkməsini sübuta yetirən nadir sənədi xanım Xereş aşkara çıxarmışdır. Almaniya Xarici İşlər Nazirliyinin arxivində 20 mi... | ANL |
Fərqlər və oxşarlıqlar. ABŞ və Azərbaycan fərqli və müqayisəolunmaz ölkələrdir. Məntiqlə düşünsək, iqtisadi və hərbi qüdrəti, beynəlxalq nüfuzu, inkişaf yolları tamamilə fərqli mərhələlərdən keçən, dünyanın ayrı-ayrı qitələrində yerləşən və başqa-başqa dillərdə danışan bu iki xalqı, iki dövləti müqayisə etmək çətindir.... | ANL |
"Aida" operasının tamaşasında üç dövlətin - Azərbaycan, Ukrayna və Gürcüstanın opera ulduzları iştirak etmişlər. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında üç dövlətin - Azərbaycan, Ukrayna və Gürcüstanın opera ulduzlarının iştirakı ilə Cüzeppe Verdinin "Aida" operasının tamaşası olmuşdur. Tamaşada Aida partiy... | ANL |
Fərid Əliyev beynəlxalq müsabiqədə növbəti uğurunu qazanmışdır. Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasının qəhrəmanı Əsgər bəy rolunun ifaçısı Fərid Əliyev mayın 18-də Yekaterinburqa SSRİ xalq artisti V.A.Kuroçkina adına gənc opera və müzikl artistlərinin III Beynəlxalq müsabiqəsində iştirak etmişdir. Solist-vo... | ANL |
Dövlət Miqrasiya Xidmətinin yeni inzibati binası istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev açılış ərasimində iştirak etmişdir. Mayın 25-də Dövlət Miqrasiya Xidmətinin yeni inzibati binasının açılışı olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir. Son illər Azərbaycanda... | ANL |
"Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 945-IIQ nömrəli qanunu ilə təsdiq edilmiş "Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları"na əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 20 aprel tarixli 993-IIIQD nömrəli qanununun tətbiq edilməsi haqqında... | ANL |
"Bakı şəhərinin Əzizbəyov rayonunun Xəzər rayonu adlandırılması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. "Bakı şəhərinin Əzizbəyov rayonunun Xəzər rayonu adlandırılması haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar hə... | ANL |
M.B.Əhmədzadəyə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsini rəhbər tutaraq qərara alıram: Məmməd Bahəddin oğlu Əhmədzadəyə fövqəladə və səlahiyyətli səfir diploma... | ANL |
M.B.Əhmədzadənin Azərbaycan Respublikasının Argentina Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram: Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbayc... | ANL |
Bakı şəhərində yerləşən Əjdərbəy məscidinin bərpası ilə əlaqədar tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Ötən əsrin əvvəllərində, 1912-1913-cü illərdə tanınmış xeyriyyəçi Hacı Əjdərbəy Aşurbəyov tərəfindən Bakı şəhərində tikilib istifadəyə verilmiş məscid Azərbaycanda mötəbər dini ibadət mə... | ANL |
2008-cı il iyunun 19-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası hökuməti və Amerika Birləşmiş Ştatları hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 2008-ci il iyunun 19-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respubl... | ANL |
2010-cu il martın 8-də Tripoli şəhərində imzalanmış "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsinin Xarici Əlaqələr və Beynəlxalq Əməkdaşlıq məsələləri üzrə Ümumxalq Komitəsi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə.... | ANL |
2010-cu il martın 16-da Nyu-York şəhərində imzalanmış "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Yamaykanın Xarici İşlər və Xarici Ticarət Nazirliyi arasında məsləhətləşmələrə dair Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 2010-cu il martın 16-da Nyu-Y... | ANL |
"Elektroenergetika haqqında" Azərbaycan Respublikasının Qanununa, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununa və "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 2 aprel tarixli 980-IIIQD nömrəli qanununun tət... | ANL |
Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 945-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları”na əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununa, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi qərara alı... | ANL |
Bakı şəhərinin Əzizbəyov rayonunun Xəzər rayonu adlandırılması haqqında. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: I. Bakı şəhərinin Əzizbəyov rayonu Xəzər rayonu adlandırılsın, Əzizbəyov rayon inzibati ərazi vahidi Xəzər rayon inzibati ərazi vahidi hesab edilsin. Bu qanun... | ANL |
"Azərbaycan Respublikası hökuməti və Qətər Dövləti hökuməti arasında onların diplomatik və xüsusi pasportlara malik müvafiq vətəndaşları üçün viza tələbinin ləğv edilməsi haqqında" sazişin təsdiq edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: "Azərbaycan Respub... | ANL |
Avropa Şurasının "İnsan alverinə qarşı mübarizə haqqında" Konvensiyasının təsdiq edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: Avropa Şurasının "İnsan alverinə qarşı mübarizə haqqında" 2005-ci il mayın 16-da Varşava şəhərində imzalanmış Konvensiyası Azərbaycan... | ANL |
Gürcüstanın Prezidenti zati-aliləri cənab Mixeil Saakaşviliyə. Hörmətli cənab Prezident! Gürcüstanın milli bayramı - Dövlət müstəqilliyinin bərpası günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Bu gün xalqlarımız arasındakı münasibətlər tarixən təşə... | ANL |
Mayın 25-də Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçirildi. Deputatlar gündəliyin müzakirəsinə keçməzdən əvvəl bir sıra məsələlərə dair fikirlərini bildirdilər. İlk söz alan deputat Gülhüseyn Əhmədov bəzi şəxslərin Aran rayonlarında baş verən təbii fəlakətdən siyasi dividend qazanmağa cəhd gös... | ANL |
Azərbaycan YUNESKO-da keçirilən Müxtəliflik Festivalında uğurla təmsil olunmuşdur. Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəliyindən bildirmişlər ki, 2009-cu ildə olduğu kimi, bu il də mayın 17-26-da YUNESKO-da Azərbaycanın birinci xanımı, xoşməramlı səfir Mehriban Əliyevanın mənəvi və maddi dəstəyi il... | ANL |
Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun uşaq problemləri ilə bağlı həyata keçirdikləri layihələr olduqca təqdirəlayiqdir. Avropa Şurasına üzv ölkələrin problemləri bizim hamımızın problemidir. Biz regional münaqişələrin insanların mənəvi-psixoloji vəziyyətinə mənfi təsirini yaxşı bilirik. Ona görə də regional m... | ANL |
Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığı uğurla inkişaf edir. Azərbaycanda səfərdə olan Avropa Şurasının Baş katibinin müavini xanım Mod De Bur Bukikkio mayın 25-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşdür. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, ölkəmizin Avropa Ş... | ANL |
Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının növbəti iclası keçirilmişdir. Mayın 25-də Baş nazir Artur Rasizadənin sədrliyi ilə Azərbaycan Prezidentinin 2010-cu il 8 fevral tarixli fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasını... | ANL |
Azərbaycançılıq məfkurəsi qloballaşmanın mənəvi aşınma təzahürlərinə qarşı etibarlı sipərdir. "Bütün inkişaf etmiş ölkələr kimi, indi Azərbaycan da öz fəaliyyətini bazar iqtisadiyyatı prinsipi əsasında qurur. Əlbəttə, dünya praktikası artıq sübut edib ki, bu, ən mütərəqqi yanaşmadır. Ancaq bəzi hallarda əgər mənəviyyat... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.