text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Hava limanında qarşılanma. Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan mayın 17-də Azərbaycana rəsmi səfərə gəlmişdir. Azərbaycanın və Türkiyənin dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qardaş ölkənin hökumət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Türkiy... | ANL |
Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət. Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan mayın 17-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur. Ali qonaq görkə... | ANL |
Səfər başa çatdı. Mayın 17-də Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatmışdır. Azərbaycanın və Türkiyənin dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Milli geyimli uşaqlar Rəcəb Ta... | ANL |
Türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət. Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan mayın 17-də Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət etdi. Türkiyənin Baş naziri abidənin önünə əklil qoydu. Ali qonaq Xatirə kitabına ürək sözlər... | ANL |
Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyevanın və Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğanın görüşü. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın və Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğanın görüşü olmu... | ANL |
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan Talassemiya Mərkəzində olmuşlar. Mayın 17-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan Talassemiya Mərkə... | ANL |
Azərbaycan xalçaları Türkiyə Baş nazirinin xanımını valeh etmişdir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan mayın 17-də "Azərilmə" Məhdud Məsuliyyətli Cəmiyyətində ... | ANL |
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan Filarmoniya bağında olmuşlar. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan may... | ANL |
Azərbaycan Prezidentinin və Türkiyə Baş nazirinin xanımları Dənizkənarı Milli Parkı gəzmişlər. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Türkiyənin Baş nazirinin xanımı Əminə Ərdoğan mayın 17-də Dənizkənarı Milli Parkda olmuşlar. Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan Dənizkənarı Milli Park ilə tanış oldu. 19... | ANL |
İordaniya Kralı II Abdullah Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin elektron hesablayıcı maşınlar zavodunda istehsal edilmiş silah-sursat və hərbi texnika ilə tanış olmuşdur. Azərbaycanda rəsmi səfərdə olan İordaniya Kralı II Abdullah mayın 16-da Müdafiə Sənayesi Nazirliyinin elektron hesablayıcı maşınlar zavodunda ol... | ANL |
Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında əməkdaşlıq müqavilələri imzalanmışdır. Mayın 16-da Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında iki müqavilənin imzalanma mərasimi keçirilmişdir. "Azərbaycan Respublikası hökuməti və... | ANL |
"Veçernyaya Moskva" qəzeti "Veçerniy Baku" adlı xüsusi əlavə ilə çapdan çıxmışdır. Moskvada çox populyar olan "Veçernyaya Moskva" qəzeti "Veçerniy Baku" adlı xüsusi əlavə ilə çapdan çıxmışdır. Xüsusi əlavə qəzetin Azərbaycanın paytaxtında olmuş və müasir Azərbaycanı öz gözləri ilə görmüş bir qrup jurnalisti tərəfindən ... | ANL |
Dünya Ərzaq Proqramı Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinin davam etdirilməsində maraqlıdır. Dünya Ərzaq Proqramı Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinin davam etdirilməsində maraqlıdır. Bu sözləri mayın 17-də BMT-nin Dünya Ərzaq Proqramının regional direktoru Dali Belqasmi Baş nazirin müavini, Qaçqınların... | ANL |
ABŞ Milli Hərbi Kollecinin nümayəndə heyəti Azərbaycan Diplomatik Akademiyasında olmuşdur. Azərbaycan Diplomatik Akademiyasından verilən məlumata görə, Pentaqonun yüksək rütbəli zabitlərindən ibarət ABŞ Milli Hərbi Kollecinin nümayəndə heyəti Cənubi Qafqaza səfəri çərçivəsində Azərbaycan Diplomatik Akademiyasında (ADA)... | ANL |
Çinin xarici işlər naziri ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəklədiyini söyləmişdir. Mayın 17-də Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov tranzit yol ilə ölkəmizdən keçən Çin Xalq Respublikasının xarici işlər naziri Yang Jieçhi ilə görüşmüşdür. Xarici İşlər Nazirliyinin m... | ANL |
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təmsilçiləri Böyük Vətən müharibəsinin azərbaycanlı veteranlarını təbrik etmişlər. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları Böyük Vətən müharibəsində Qələbənin 65-ci ildönümü münasibətilə Moskvada yaşayan azərbaycanlı veteranları evlərində təbrik etmişlər... | ANL |
Türkiyə və Azərbaycanın nazirləri əməkdaşlığa dair yeni protokol imzalamışlar. Ankarada Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyi ilə Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlığa dair yeni protokol imzalanmışdır. Sənədi Türkiyə tərəfindən nazir Ömər Dincər, Azərbaycan tərəfindən nazir... | ANL |
Gürcüstan Azərbaycanlı Gənclər İttifaqının I qurultayı keçirilmişdir. Mayın 15-də Marneuli şəhərindəki N.Nərimanov adına Mədəniyyət Sarayında Gürcüstan Azərbaycanlı Gənclər İttifaqının I qurultayı keçirilmişdir. Qurultayı ittifaqın təşəbbüs qrupunun rəhbəri Leyla Məmmədova açaraq tədbirdə Gürcüstanın müxtəlif bölgələri... | ANL |
Strateji Araşdırmalar Mərkəzində ABŞ-ın Milli Hərbi Kollecinin nümayəndə heyəti ilə görüş keçirilmişdir. Dünən Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyinin yüksək rütbəli zabitlərindən ibarət ABŞ-ın Milli Hərbi Kollecinin nümayəndə heyəti Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində Azərbaycan Respublikasının Pre... | ANL |
On səkkiz ildir ki, səksəkədəyik. Laçın dağlarının özü qədər ağır ayrılıq dərdini yana-yana, qovrula-qovrula yaşayırıq. Başımızda ildırımlar çaxsa da, ürəyimizdə fırtınalar qopsa da, intiqam anını, qisas məqamını gözləyirik. Bütün qarabağlılar kimi, laçınlılar da respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komand... | ANL |
Vüqarlı dağların sakinləri əyilməz. Düz on səkkiz ildir ki, Laçın dağları ilə birlikdə Ermənistanın işğalı altındadır. Bu müddət ərzində təcavüzkar, terrorçu, quldur ermənilər bu zirvəni "koridor" adlandırmaqda, "Dağlıq Qarabağ problemi"ni sülh danışıqları vasitəsilə aradan qaldırmağa çalışan beynəlxalq təşkilatlar isə... | ANL |
Qartalları haraylayan zirvələr. Yanıqlı bir nəfəsdə haray çəkilirdi: "Kəsilib dağların əhdi-ilqarı". Əslində əhdinə vəfasız bizlərik. Dağlar yenə öz yerindədir. Sinəsinə çəkilən namərd dağından bir az da bərkiyib, sərtləşib. Başı qarlı dağların zirvəsindən üzüaşağı şığıyan qartallar da gördüyü mənzərəyə mat qalıb. Hanı... | ANL |
Maddi-mənəvi xəzinəmiz zənginləşir. Muzeylər tarixin müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin müxtəlif olaylarından xəbər verən eksponatları komplektləşdirən, qoruyan, saxlayan, öyrənən, nümayiş etdirən maddi-mənəvi xəzinə sayılır. Muzey əslində elm, maarif müəssisəsidir. Ona sadəcə olaraq qiymətli əşyaların, mad... | ANL |
Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən, xalq şairi Rəsul Rzanın anadan olmasının 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı müxtəlif tədbirlər həyata keçirilir. Şairin anadan olduğu Göyçay şəhərindəki ev-muzeyinin əsaslı təmirdən sonra istifadəyə verilməsi ilə əlaqədar keçirilən açılış mərasimində m... | ANL |
Özbəkistanda "Altın kalam" beşinci Milli mükafatı laureatlarının arasında AzərTAc-ın müxbiri də vardır. Dünya Mətbuat Azadlığı Günü münasibətilə Özbəkistanda 2010-cu il üçün "Altın kalam" ("Qızıl qələm") beşinci Milli mükafatı laureatlarının elan olunması münasibətilə mərasim keçirilmişdir. Mükafatı alanlar arasında Az... | ANL |
Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Dövlət Aqrar Universitetinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilsin: "Əməkdar müəlli... | ANL |
Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Dövlət Aqrar Universitetinin aşağıdakı əməkdaşları "Tərəqqi" medalı ilə təltif edilsinlər: Axundov Akif ... | ANL |
Ə.A.Əsgərova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qə... | ANL |
Azərbaycan-Türkiyə münasibətləri daha da möhkəmlənir. Ölkələrimiz arasında əlaqələrin inkişaf səviyyəsi regional tərəqqiyə mühüm töhfələr verir. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni so... | ANL |
Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”yə əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu. Miqrasiya orqanlarının işçiləri xidməti vəzifələrini yerinə yetirərkən, qanunla müəyyən edilmiş qaydada... | ANL |
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu. 4-cü maddənin II hissəsində “şikayəti” sözündən sonra “və ya məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizə” sözləri əlavə edilsin. 8-ci m... | ANL |
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 2 aprel tarixli 986-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. “Vəkillər və vəkillik fəaliyyəti haqqında”... | ANL |
Azərbaycan Respublikasının birinci instansiya məhkəmələrinin bəzi hakimlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini, habelə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respubl... | ANL |
“Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”yə əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli 1007-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezid... | ANL |
Azərbaycanla İordaniya arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir. Azərbaycanın çoxəsrlik tarixi müsəlman Şərqində gedən bütün proseslərlə sıx bağlı olmuşdur. Odur ki, Azərbaycanın müsəlman Şərqinə, eləcə də islam ölkələrinin respublikamıza olan marağı və diqqəti təbiidir. Avropaya inteqrasiya ilə yanaşı, Şə... | ANL |
Yaponiya-Azərbaycan investisiya forumu keçirilmişdir. Tokio şəhərində Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 6-cı iclası çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Yaponi... | ANL |
İslam Konfransı Təşkilatı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. İslam Konfransı Təşkilatı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və BMT Təhlükəsizlik Şurasının bu məsələ ilə bağlı müvafiq qətnamələrinin tezliklə həyata keçirilməsinə çağırır. Təşkilatın rəsmi saytında bildirilir ki, bu sözləri İKT-nin baş kati... | ANL |
ATƏT məkanında sülhün bərqərar olması üçün quruma üzv ölkələr və digər beynəlxalq təşkilatların götürdüyü öhdəliklərin yerinə yetirilməsi mexanizmlərini hazırlamağın vaxtı çoxdan çatmışdır. Xəbər verdiyimiz kimi, mayın 14-dən 16-dək Qazaxıstanın Almatı şəhərində TRANS-ASİYA Parlament Forumunun ilkin proqram layihəsi çə... | ANL |
İslam Konfransı Gənclər Forumunun Avrasiya Regional Mərkəzi Bakıda fəaliyyət göstərəcəkdir. Mayın 18-də İslam Konfransı Təşkilatı xarici işlər nazirlərinin Düşənbədə öz işinə başlayan 37-ci sessiyasının açılış mərasimi çərçivəsində İslam Konfransı Gənclər Forumunun (İKGF) Avrasiya Regional Mərkəzinin yaradılması haqqın... | ANL |
İslam Konfransı Təşkilatı ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir. Azərbaycan İslam sivilizasiyasının ayrılmaz hissəsidir. 1991-ci ildə postsovet məkanında müsəlman ölkələri arasından İslam Konfransı Təşkilatına (İKT) üzv olmaq üçün birinci məhz Azərbaycan müraciət e... | ANL |
Bakıda NATO-nun Ali Mülki Fövqəladə Planlama Komitəsinin geniş iclası keçirilir. Mayın 18-də Bakıda 28 üzv və 22 tərəfdaş dövlətin daxil olduğu Avratlantik Tərəfdaşlıq Şurası (ATŞ) formatında NATO-nun Ali Mülki Fövqəladə Planlama Komitəsinin geniş iclası öz işinə başlamışdır. İclası açan NATO-nun əməliyyat planlaması ü... | ANL |
Rusiya Federasiyası XİN-in Diplomatik Akademiyasında Azərbaycanın Böyük Vətən müharibəsinə verdiyi töhfəyə həsr olunmuş tədbir keçirilmişdir. Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında İkinci Dünya müharibəsində Qələbənin 65-ci ildönümü münasibətilə Azərbaycanın Böyük Vətən müharibəsində Qə... | ANL |
XX əsrdə Azərbaycan poeziyasını yeni bədii yüksəkliyə qaldıran xalq şairi Rəsul Rza ictimai şüurumuzun formalaşmasına, təfəkkür tərzimizin təşəkkülünə güclü şəkildə təsir göstərmiş şəxsiyyət idi. Ümummilli lider Heydər Əliyevə məxsus fikirdir: "Rəsul Rza yaradıcılığı çox gözəldir, yüksək səviyyədədir, amma, eyni zamand... | ANL |
Mülki aviasiyamızın salnaməsini yaradan muzey. "Milli ənənələrimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu ənənələr əsasında tərbiyə etmək üçün muzeylər lazımdır və bu muzeyləri qoruyub saxlamaq vətəndaşlıq borcumuzdur". Heydər ƏLİYEV. Bu il aprelin 18-də 5 yaşını qeyd edən Milli... | ANL |
Sumqayıtda beynəlxalq konfrans. Sumqayıtda "Ekologiya ili" çərçivəsində "Çirklənmiş ərazilərin idarə edilməsi - keçid iqtisadiyyatı ölkələri üçün inkişaf imkanları" mövzusunda beynəlxalq konfrans öz işinə başlamışdır. Şəhər icra hakimiyyətinin başçısı Vaqif Əliyev çıxış edərək bildirdi ki, konfransda respublikamızın ai... | ANL |
Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar Hökumət Komissiyasının yaradılması haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Son vaxtlar yağan aramsız yağışlar nəticəsində Azərbaycan Respublikasının qırx rayonunun ərazisində subasma halları baş vermiş, ilkin məlumatlara ə... | ANL |
“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişiklik və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respub... | ANL |
“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişiklik və əlavələr edilməsi barədə Azərbaycan Respublikası Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi qəra... | ANL |
Azərbaycan təbiətin sınağından uğurla çıxır. Kür və Araz çaylarının daşması nəticəsində yaranan problemlərin həllində dövlət tərəfindən görülən işlər beynəlxalq miqyasda da təqdir olunur. Ana təbiət son illərdə bəşər övladını daha çox öz qüdrəti qarşısında sınağa çəkməkdədir. Elə bu səbəbdəndir ki, indi dünyanın ən fər... | ANL |
Kamerun Respublikasının Prezidenti zati-aliləri cənab Pol Biyaya. Hörmətli cənab Prezident! Kamerun Respublikasının milli bayramı - Unitar dövlətin elan edilməsi günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm. Ümidvaram ki, ölkələrimiz arasında təşəkkül tapmaqda olan müna... | ANL |
Tacikistanda səfərdə olan Azərbaycanın xarici işlər naziri bir sıra ölkələrin dövlət rəsmiləri ilə görüşmüşdür. Tacikistanın paytaxtı Düşənbədə keçirilən İslam Konfransı Təşkilatı xarici işlər nazirlərinin 37-ci sessiyasında iştirak edən xarici işlər naziri Elmar Məmmədyarov bir sıra ölkələrin dövlət rəsmiləri ilə ikit... | ANL |
Heydər Əliyev Fondunun YUNİSEF-lə əməkdaşlığı uğurlu nəticələr verir. Azərbaycan xalqının tarixən formalaşmış zəngin dəyərlər sisteminin qorunub saxlanılması və inkişaf etdirilməsi, milli genefondunun saflığının təmini qloballaşmanın diktə etdiyi qarşısıalınmaz proseslər fonunda xüsusi aktuallıq kəsb edir. Bu aktuallıq... | ANL |
Əsrlərə sığmayan şair ömrü. Mayın 19-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq şairi, SSRİ Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəsul Rzanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş poeziya gecəsi keçirilmişdir. Filarmoniyanın foyesində Rəsul Rzanın həyat və yaradıcılığı... | ANL |
"Azərbaycan Dövlət İncəsənət Muzeyi" albomunun təqdimatı olmuşdur. Mayın 19-da R.Mustafayev adına Dövlət İncəsənət Muzeyində "Azərbaycan Dövlət İncəsənət Muzeyi" albomunun təqdimatı olmuşdur. Albomun nəşrini muzeyin tarixində və Azərbaycan mədəniyyəti üçün böyük hadisə olduğunu vurğulayan mədəniyyət və turizm naziri, l... | ANL |
Bakı Dövlət Universitetində Atatürkün xatirəsi anılmışdır. Bakı Dövlət Universitetində (BDU) Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkü Anma, Gənclik və İdman Bayramı qeyd edilmişdir. Bu bayram böyük şəxsiyyət Atatürkün 1919-cu il mayın 19-da 18 silahdaşı ilə Samsuna gəlməsinə, burada yadelli işğalçılara q... | ANL |
Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə mayın 19-da Şəki şəhərində "Şəkinin sənət dünyası və Azərbaycan mədəniyyəti" mövzusunda "dəyirmi masa" keçirilmişdir. "Sənətkarlar evi"ndə keçirilən tədbirdə mərkəzin məsul nümayəndələri, habelə yerli sənətkarlar iştir... | ANL |
Məqsəd müasir kənd üçün səriştəli kadrlar hazırlamaqdır. Azərbaycan Kənd Təsərrüfatı İnstitutu nəinki yüksək ixtisaslı kadrlar hazırlamalı, həm də respublikada kənd təsərrüfatını daha da inkişaf etdirmək sahəsində elmi tədqiqatların mühüm mərkəzi olmalıdır. Heydər ƏLİYEV. Ulu öndər bu sözləri 1980-ci il dekabrın 16-da ... | ANL |
İçərişəhərdə yerləşən "Şirvanşahlar Sarayı Kompleksi" Dövlət Tarix-Memarlıq qoruq-muzeyində uzun illərin fasiləsindən sonra ayrı-ayrı fondlarda saxlanılan çox dəyərli maddi-mədəniyyət nümunələrindən ibarət yeni sərgi açılmışdır. Şirvanşahlar muzeyinin zəngin fondlarından Bakının tarixini əyani olaraq işıqlandıran və əs... | ANL |
Prezident İlham Əliyev paytaxtın müxtəlif yerlərində piyada keçidlərinin açılışında iştirak etmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mayın 20-də paytaxtın müxtəlif yerlərində yenidən qurulmuş və yeni inşa olunmuş piyada keçidlərinin açılışında iştirak etmişdir. Dövlət başçısı əvvəlcə Füzuli meydanında əsaslı yenidə... | ANL |
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 2012-ci ilin avqust ayında Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, tanınmış dirijor və bəstəkar, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı, Azərbaycan Dövlət Mükafatı və Beynəlxalq Nehru Mükafatı laureatı Niyazinin (Niyazi Zülfüqar... | ANL |
Türkiyə Respublikasının Prezidenti zati-aliləri cənab Abdullah Gülə. Hörmətli cənab Prezident! Əziz qardaşım! Zonquldak vilayətindəki "Karadon" kömür şaxtasında baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca sarsıtdı. Bu faciə ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, həlak olanların ailəl... | ANL |
İstanbulda "Heydər Əliyev və Azərbaycanda milli siyasət" kitabının təqdimatı olmuşdur. İstanbuldakı "Grand Cəvahir" hotelində Hidayət Orucovun Türkiyənin Dialoq-Avrasiya Platformasının "DA Yayıncılık" nəşriyyatında türk dilində çapdan çıxmış "Heydər Əliyev və Azərbaycanda milli siyasət" kitabının təqdimatı olmuşdur. Di... | ANL |
Türkiyənin Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda qondarma "parlament seçkiləri" ilə bağlı bəyanat yaymışdır. Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsində separatçı rejim tərəfindən mayın 23-də keçirilməsi nəzərdə tutulan qondarma "parlament seçkiləri" ilə bağlı bəyanat yaymışdır. Bəyanatda... | ANL |
V.Kalin: "Azərbaycan hökuməti məcburi köçkünlərlə bağlı məsuliyyətini aydın dərk edir". BMT rəsmisi bunu Nazirlər Kabinetində görüşdə demişdir. Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov mayın 20-də ölkəmizdə səfərdə olan BMT Baş katibinin ... | ANL |
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının BƏYANATI. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etmiş Ermənistan tərəfindən bu ərazilərdə həyata keçirilmiş etnik təmizləmə nəticəsində bir milyondan artıq azərbaycanlı əhali həmin torpaqlardan, o cümlədən Ermənistandakı tarix... | ANL |
Nazirlər Kabineti Dövlət informasiya ehtiyatlarının reyestrinin aparılması qaydaları haqqında Əsasnaməni təsdiq etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ölkədə "Dövlət informasiya ehtiyatlarının reyestrinin aparılması qaydaları haqqında Əsasnamə" təsdiq edilmişdir. Əsasnamə Dövlət informasiya e... | ANL |
Mətbuat Şurasının ATƏT-lə birgə layihəsi üzrə dəyərləndirmələr aparan bolqarıstanlı ekspert Oqnyan Zlatov şuranın İdarə Heyətinin üzvləri ilə görüşmüşdür. Mayın 19-da ATƏT-in Bakı ofisi tərəfindən ölkəmizə dəvət olunan ekspert, Bolqarıstanın media inkişafı üzrə mərkəzinin rəhbəri Oqnyan Zlatov ilə Azərbaycan Mətbuat Şu... | ANL |
Tokioda Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının və Yaponiya-Azərbaycan iqtisadi komitəsinin VI birgə iclası. Tokioda Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının və Yaponiya-Azərbaycan iqtisadi komitəsinin VI birgə iclası keçirilmişdir. Yüksək v... | ANL |
İslam Konfransı Təşkilatının Xarici İşlər Nazirləri Şurası Xocalı faciəsini insanlığa qarşı törədilmiş cinayət kimi tanımışdır. Mayın 20-də Tacikistanın paytaxtı Düşənbədə keçirilən İslam Konfransı Təşkilatı Xarici İşlər Nazirləri Şurasının (İKT XİNŞ) 37-ci sessiyasının yekun iclasında Dialoq və Əməkdaşlıq uğrunda İsla... | ANL |
Qazaxıstan enerji sahəsində Azərbaycanla daha sıx əməkdaşlıqda maraqlıdır. Qazaxıstan Azərbaycan ilə enerji sahəsində daha sıx əməkdaşlıqda maraqlıdır. Bunu ölkəmizdə səfərdə olan Qazaxıstanın Mangistau əyalətinin qubernatoru Krımbek Kuşırbayev mayın 20-də Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyanın iqtisadi əmə... | ANL |
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinə dair qətnamələri müharibə nəticəsində qaçqın düşmüş şəxslərin birmənalı şəkildə öz doğma yerlərinə qayıtmasını tələb edir. Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirmişlər ki, mayın 20-də nazir E.Məmmədyarov ölkəmizdə səfərdə olan BMT baş katibinin məcburi köç... | ANL |
Moskvada Cənubi Qafqaz ölkələrinin sosial-iqtisadi inkişafına həsr edilmiş beynəlxalq konfrans keçirilmişdir. Moskvada, "Prezident otel"də "Cənubi Qafqaz ölkələrinin sosial-iqtisadi inkişafı: problemlər və perspektivlər" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfransı MDU-nun tarix fakültəsi, "Vestnik Kavkaza" ... | ANL |
Bakı Dövlət Universitetində görkəmli alim və pedaqoq Cəfər Xəndanın 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Bakı Dövlət Universitetində (BDU) görkəmli ədəbiyyatşünas alim, pedaqoq, tənqidçi, şair, ictimai xadim Cəfər Xəndanın 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Əvvəlcə BDU-nun filolo... | ANL |
Bakıda dünyanın tanınmış alimləri elmi və texnoloji innovasiyalar sahəsində milli təcrübə və beynəlxalq əməkdaşlıq məsələlərini müzakirə edirlər. Mayın 20-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), Beynəlxalq Elmi və Texniki İnformasiya Mərkəzinin (BETİM) və AMEA-nın Elmi İnnovasiyalar Mərkəzinin birgə tə... | ANL |
Azərbaycan Diplomatik Akademiyasının rektoru yeni magistrlərlə görüşmüşdür. Xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının (ADA) rektoru Hafiz Paşayev diplomatiya və beynəlxalq münasibətlər üzrə yeni magistrlərlə görüşmüşdür. Tələbələri akademiyanın magistraturasına daxil olmaları münasibətilə təb... | ANL |
Dünən Bakının Binə qəsəbəsində yerləşən şəhid Pənah Məmmədov adına 46 saylı Laçın rayon orta məktəbində mərhum şair, filoloq-alim Ağa Laçınlının 70 illik yubileyi münasibətilə tədbir keçirilib. Müəllim və şagirdlərin, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə 46 saylı Laçın rayon orta mə... | ANL |
Altay Məmmədov anıldı. Görkəmli yazıçı, dramaturq və ədəbiyyatşünas-alim Altay Məmmədovun ümumən Azərbaycanın, eləcə də Gəncə şəhərinin ədəbi mühitində öz yeri, öz rolu olub. Bu günlərdə ədibin anadan olmasının 80 illiyi ilə əlaqədar olaraq anım tədbiri keçirildi. Yazıçılar Birliyi Gəncə bölməsinin sədri, əməkdar incəs... | ANL |
Hüseyn Ərəblinski adına Sumqayıt Musiqili Dram Teatrının aktyorları "İmena" ("Adlar") teatr festivalında iştirak üçün Donetskə yola düşmüşlər. Teatrın direktoru, Əməkdar Mədəniyyət İşçisi Mehman Şükürov bildirmişdir ki, festival mayın 21-24-də keçiriləcəkdir. Sumqayıt aktyorları Ukrayna tamaşaçılarına ispan mənşəli Fra... | ANL |
Gəncədə yubiley tədbiri. Yazıçılar Birliyinin Gəncə bölməsinin təşəbbüsü ilə şəhər mərkəzi kitabxanasında xalq şairi Rəsul Rzanın 100 illiyi ilə əlaqədar yubiley tədbiri keçirildi. Yazıçılar Birliyi Gəncə bölməsinin sədri, əməkdar incəsənət xadimi Məmməd Alim böyük sənətkarın həyat və yaradıcılıq yolu haqqında məruzə e... | ANL |
Sumqayıtda Kitab bayramı. Sumqayıtda III Ümumrespublika ənənəvi Kitab bayramı keçirilmişdir. Şəhərin "Nizami" meydanında keçirilən tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Qazaxıstanın Aktau şəhərinin yeni akimi Ospan Qazaxbayevin rəhbərlik etdiyi nümayəndə heyəti, Sumqayıt şəhər rəhbərliyi, mədəniyyət işç... | ANL |
Azərbaycan iqtisadi cəhətdən daha qüdrətli ölkəyə çevrilir. Cari ilin ilk dörd ayının yekunları ölkə iqtisadiyyatında yenə də dinamik inkişafın olduğunu göstərir. İqtisadi sferada nümayiş etdirdiyi inkişaf tempinə görə son 6 ildə dünya miqyasında lider dövlət statusunu uğurla daşıyan Azərbaycan sözügedən sahədə əldə et... | ANL |
Yəmən Respublikasının Prezidenti zati-aliləri cənab Əli Abdullah Salehə. Hörmətli cənab Prezident! Ölkənizin milli bayramı - Yəmən birliyi günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Ümidvaram ki, Azərbaycan ilə Yəmən arasındakı dostluq və əməkdaş... | ANL |
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycanda ətraf mühitin qorunmasında xidmətlərinə görə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aşağıdakı əməkdaşları təltif edilsinlər:... | ANL |
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarına "Əməkdar mühəndis" fəxri adının verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycanda ətraf mühitin qorunmasında xidmətlərinə görə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aşağıdakı əməkd... | ANL |
ABŞ Azərbaycanın Dağlıq Qarabağ bölgəsində separatçı rejimin keçirəcəyi "seçkiləri" tanımır. Birləşmiş Ştatlar daxil olmaqla, dünyanın heç bir dövləti qondarma "Dağlıq Qarabağ Respublikası"nı və həmçinin orada mayın 23-də keçiriləcək "parlament seçkiləri"ni tanımır. ABŞ-ın bu rəsmi mövqeyini AzərTAc-a Dövlət Departamen... | ANL |
Rusiyanın Rostov şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar beynəlxalq forum və elmi konfrans keçirilir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar mayın 21-də Rusiyanın Rostov şəhərində beynəlxalq forum və elmi-nəzəri ko... | ANL |
Avropa Parlamentinin qəbul etdiyi yeni qətnamədə Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal çıxarılması tələb olunur. Qətnamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərinə xüsusi yer verilmişdir. Qətnamənin "Dağlıq Qarabağ münaqişəsi" bölməsində qeyd olunmuşdur ... | ANL |
İslam Konfransı Təşkilatına üzv dövlətlər Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyir və dünya ictimaiyyətini bu məsələyə diqqət yetirməyə çağırır. Mayın 20-də İslam Konfransı Təşkilatına (İKT) üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri və xarici işlər nazirləri Tacikistanın paytaxtında keçirilən İKT Xari... | ANL |
BETİM-ə üzv dövlətlərin Səlahiyyətli Nümayəndələr Komitəsinin 61-ci iclasının yekun protokolu imzalanmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Beynəlxalq Elmi və Texniki İnformasiya Mərkəzinin (BETİM) "Elmi və texnoloji innovasiyalar: milli təcrübə və beynəlxalq əməkdaşlıq" mövzusunda Bakıda birgə keçird... | ANL |
Azərbaycanın Xarici İşlər Nazirliyi Avropa Parlamentinin qəbul etdiyi qətnaməni alqışlayır. Azərbaycanın Xarici İşlər Nazirliyi 2010-cu il mayın 20-də Avropa Parlamenti tərəfindən bu qurumun Bolqarıstandan olan üzvü Yevgeni Kirilovun məruzəsi əsasında "Avropa İttifaqının Cənubi Qafqazda strategiyasına tələb" adlı qətna... | ANL |
Azərbaycanın BMT yanındakı daimi nümayəndəsi qurumun baş katibinə Dağlıq Qarabağda "seçkilərlə" bağlı məktub göndərmişdir. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanındakı daimi nümayəndəsinin baş katibin adına 2010-cu il 10 may tarixli məktubu. Kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, Ermənistan Re... | ANL |
Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun Dağlıq Qarabağda keçiriləcək "seçkilər" haqqında bəyanatı. Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton Dağlıq Qarabağda keçiriləcək "seçkilər"lə bağlı mayın 21-də bəyanat... | ANL |
Bakıda BETİM-ə üzv dövlətlərin Səlahiyyətli Nümayəndələr Komitəsinin 61-ci iclası başa çatmışdır. Mayın 21-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin binasında Beynəlxalq Elmi və Texniki İntormasiya Mərkəzinin (BETİM) üzvü olan dövlətlərin Səlahiyyətli Nümayəndələr Komitəsinin 61-ci iclası keçirilm... | ANL |
Azərbaycan-İordaniya əlaqələri hər iki ölkəyə fayda verir. Müstəqil Azərbaycanın xarici siyasətdə atdığı bütün addımlar xalqımızın maraqları və dövlətimizin mənafeləri baxımından böyük əhəmiyyət kəsb edir. Bu uğurlu siyasətin tərkib hissəsi kimi müxtəlif xarici dövlətlərlə dostluq və qardaşlıq əlaqələrinin yaradılmasın... | ANL |
Azərbaycanın müdafiə qüdrəti daha da artır. Ölkəmizdə istehsal olunan hərbi təyinatlı məhsullara beynəlxalq miqyasda böyük maraq göstərilir. Dinamik inkişaf tempinə görə dünya dövlətləri arasında liderlər cərgəsində yer alan Azərbaycan ordu quruculuğu, Silahlı Qüvvələrinin maddi-texniki təminatında da mühüm nailiyyətlə... | ANL |
BMT Baş katibinin nümayəndəsi Valter Kalin məcburi köçkünlərin məskunlaşdıqları bölgələrdə olmuşdur. BMT Baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi Valter Kalin mayın 21-də məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları bölgələrə səfər etmişdir. Qonaq və onu müşayiət edənlər əvvəlcə havadan Füzu... | ANL |
Prezident Kitabxanasında "Ekologiya ili" çərçivəsində "Azərbaycan ekologiyası" adlı sənəd-informasiya resursu hazırlanmışdır. Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2010-cu il ölkəmizdə "Ekologiya ili" elan edilmişdir. "Ekologiya ili" çərçivəsində müxtəlif tədbirlər həyata keçirilir, spesifik sahələr üzrə ele... | ANL |
"Ədalətlilik, təhlükəsizlik və rifah media müstəvisində"mövzusunda beynəlxalq konfrans milli mətbuatımızın 135 illiyinə həsr olunmuşdur. Azərbaycan Sosial Rifah Partiyası və Mətbuat Şurasının birgə təşəbbüsü ilə milli mətbuatımızın 135 illiyinə həsr olunmuş "Ədalətlilik, təhlükəsizlik və rifah media müstəvisində" mövzu... | ANL |
Sahilə qayıdan ləpələr. "Buta" sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının altı illiyi münasibətilə keçirilən təntənəli mərasimdə Fondun təsis etdiyi "Qızıl çinar" Beynəlxalq mükafatın 2010-cu il qaliblərindən biri də xalq rəssamı Tahir Sal... | ANL |
Azərbaycan-İordaniya münasibətləri qarşılıqlı inam və etimada söykənir. Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkənin sosial-iqtisadi inkişafının təmin edilməsi dövlətimizin beynəlxalq miqyasda siyasi imicini daha da yüksəltmiş, onu beynəlxalq münasibətlər sisteminin bərabərhüquqlu subyektinə çevirmişdir. Beyn... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.