text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Azərbaycan Dövlət Neft Şirkətinə YUNESKO-nun yüksək mükafatı - medalı təqdim olunmuşdur. Yeni əsrin başlanğıcında elmin son nailiyyəti kimi nanoelmin inkişafı və nanotexnologiyaların yaradılması, bununla təbiətə, məişətə və istehsalata tətbiqi sahəsindəki xidmətlərə görə bir qrup rus alimi, Azərbaycan Dövlət Neft Şirkə...
ANL
Dövlət İdarəçilik Akademiyasında Ümumdünya Fəlsəfə Gününə həsr olunmuş "dəyirmi masa" keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) YUNESKO tərəfindən elan edilmiş Ümumdünya Fəlsəfə Gününə həsr olunmuş \"dəyirmi masa\" keçirilmişdir. DİA-dan AzərTAc-a bildirmişlər k...
ANL
Azərbaycan Diplomatik Akademiyası İsgəndəriyyə kitabxanası ilə əməkdaşlıq edəcəkdir. Ölkəmizdə səfərdə olan İsgəndəriyyə kitabxanasının direktoru İsmayıl Sarıgəldin noyabrın 20-də rəhbərlik etdiyi qurum ilə Azərbaycan Diplomatik Akademiyası (ADA) arasında əməkdaşlıq məsələlərini müzakirə etmişdir. Akademiyadan AzərTAc-...
ANL
Bakı Zirvə Görüşü Xəzərin statusu ilə bağlı danışıqlarda ən əhəmiyyətli mərhələlərdən birini təşkil etmişdir. Xəzəryanı ölkələrin dövlət başçılarının Bakıda keçirilən Zirvə Görüşü və bu görüş çərçivəsində imzalanmış sənədlər böyük əhəmiyyət kəsb edir. Bu fikri Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Mil...
ANL
Rusiya KİV-ləri Xəzəryanı dövlət başçılarının Bakıda keçirilən zirvə görüşünün nəticələrini təhlil edirlər. Rusiyanın aparıcı KİV-ləri Xəzəryanı dövlət başçılarının Azərbaycan paytaxtında keçirilən zirvə görüşünün nəticələrini geniş müzakirə edirlər. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Dmitri ...
ANL
Almaniya Federativ Respublikasının keçmiş xarici işlər naziri Hans-Ditrix Genşer Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişdir. Almaniya Federativ Respublikasının keçmiş xarici işlər naziri Hans-Ditrix Genşer Azərbaycan Respublikasına səfəri çərçivəsində noyabrın 23-də...
ANL
Noyabrın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu və Hollandiya Beynəlxalq Sosial Tarix İnstitutunun birgə təşkilatçılığı ilə "Şərq xalqlarının Bakı qurultayı - 1920: tarix və reallıqlar" mövzusunda beynəlxalq elmi konfrans işə başlam...
ANL
Bakıda "Neft və mədəniyyət - xalqın sərvəti kimi" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir. Noyabrın 23-də Muzey Mərkəzində "Neft və mədəniyyət - xalqın sərvəti kimi" mövzusunda ikigünlük beynəlxalq elmi-praktiki konfrans işə başlamışdır. Konfrans Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ...
ANL
Minskdə "Prezident A.Q.Lukaşenkonun Azərbaycan Respublikasına rəsmi səfəri" miniatür kitabının təntənəli təqdimatı olmuşdur. Belarus paytaxtında "Prezident A.Q.Lukaşenkonun Azərbaycan Respublikasına rəsmi səfəri" miniatür kitabının təntənəli təqdimatı olmuşdur. Kitabı Bakıdakı Miniatür Kitab Muzeyinin direktoru Zərifə ...
ANL
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfərə gəlmişdir. Türkmənistan Respublikasının Prezidenti Qurbanqulu Berdiməhəmmədov Bakıda keçiriləcək Xəzəryanı ölkələrin dövlət başçılarının Zirvə Görüşündə iştirak etmək üçün noyabrın 18-də Azərbaycana səfərə gəlmişdir. Heydər Əliyev Beynəlxalq Aeroport...
ANL
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycana səfərə gəlmişdir. Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Bakıda keçiriləcək Xəzəryanı ölkələrin dövlət başçılarının Zirvə Görüşündə iştirak etmək üçün noyabrın 18-də Azərbaycana səfərə gəlmişdir. Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın...
ANL
Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycana səfərə gəlmişdir. Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Bakıda keçiriləcək Xəzəryanı ölkələrin dövlət başçılarının Zirvə Görüşündə iştirak etmək üçün noyabrın 18-də Azərbaycana səfərə gəlmişdir. Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın ş...
ANL
Rusiya Prezidenti Dmitri Medvedevin Azərbaycana səfəri başa çatmışdır. Noyabrın 18-də Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin Azərbaycana səfəri başa çatmışdır. Heydər Əliyev Beynəlxalq Aeroportunda Rusiya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident Dmitri Medvedevi Azərbaycanın Baş n...
ANL
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri başa çatmışdır. Noyabrın 18-də Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri başa çatmışdır. Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkmənistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident Qurbanqulu ...
ANL
Lissabon zirvəsində Azərbaycan uğurları. 1949-cu ildə keçmiş SSRİ təhlükəsinə qarşı qurulan Şimali Atlantika Müqavilə Təşkilatının (NATO) sovetlər imperiyasının dağılmasından sonra yaşayıb-yaşamayacağına dair fəal müzakirələr başladı. Çünki səbəbin (SSRİ təhlükəsi) ortadan qalxmağı nəticəni (NATO) müzakirə mövzusuna çe...
ANL
AFSEA-nın "Fəlsəfə" jurnalı Beynəlxalq İndeks Mərkəzinin siyahısına daxil edilmişdir. Bu günlərdə ölkəmizə ictimai elmlərin böyük uğuru hesab edilə biləcək şad xəbər gəlmişdir. Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının (AFSEA) 2003-cü ildən başlayaraq nəşr etdirdiyi "Fəlsəfə və sosial-siyasi elmlər" j...
ANL
Üçüncü Zirvə Görüşü Xəzəryanı dövlətlərin əlaqələrinin inkişafında yeni mərhələnin əsasını qoydu. Bakıda əldə olunmuş razılaşmalar Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsində mühüm rol oynayacaq. Bir neçə gün öncə Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının Üçüncü Zirvə Görüşü keçirildi. Görüşdə bütün Xəzəryanı...
ANL
Heydər Əliyev Fondu tərəfindən şamaxılılara daha bir hədiyyə. Azərbaycanın bütün regionlarında, o cümlədən Şamaxıda irihəcmli infrastruktur layihələri həyata keçirilir və bu layihələr bölgənin sosial-iqtisadi, mədəni həyatında böyük dəyişikliklərə, insanların həyat səviyyəsinin daha da yaxşılaşmasına səbəb olur. Region...
ANL
Ağcabədidə sosial-iqtisadi inkişaf daha geniş vüsət alır. Dinamik sosial-iqtisadi inkişaf yolunda uğurla irəliləyən Azərbaycanın regionlarında yaşanan tərəqqi günü-gündən geniş vüsət alır, keyfiyyətcə özünün daha yüksək mərhələsinə qədəm qoyur. Bu kontekstdə Ağcabədi rayonu da özünün sürətli inkişaf dövrünü yaşamaqdadı...
ANL
Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir. Oktyabrın 18-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilmişdir. MSK-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda Milli Məclisə keçiriləcək seçkilərlə bağlı Komissiyaya daxil olmuş müraciətlərə baxılmışdır. M...
ANL
Sosial problemlər həll olunur. Goranboy və Göygöl rayonlarında su təchizatının yaxşılaşdırılması ilə əlaqədar yeni layihənin icrasına başlanılmışdır. Bununla əlaqədar Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsi yaxınlığında təməlqoyma mərasimi keçirilmişdir. Tədbirdə bildirildi ki, 3 milyon manatlıq layihə çərçivəsində ...
ANL
Azərbaycan xalçaları YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Azərbaycan xalçaları YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. AzərTAc xəbər verir ki, bu barədə qərar YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə komitəsinin Keniyanın paytaxtı Nayrobidə keçirilmiş beşinci iclasında ...
ANL
Qədim Gəncə ərazisində aparılan arxeoloji qazıntılar yeni faktlar üzə çıxarır. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları qədim Gəncənin xarabalıqlarında qazıntılar apararkən burada şəhərin antik dövrünə aid xeyli bəzək məmulatları və məişət əşyaları aşkar etmişlər. Qazıntı işləri zamanı üzə çıxan faktlar...
ANL
Peşəkar idmançılar yetişdirən mərkəz. Ölkəmizdə inkişafına xüsusi diqqət yetirilən, maddi-texniki bazası mütəmadi olaraq təkmilləşdirilən sahələr sırasında idman mühüm yer tutur. Son illərdə inşa edilən çoxsaylı olimpiya kompleksləri də bunun real təsdiqidir. Lakin etiraf edək ki, hər cür şəraiti olan olimpiya idman ko...
ANL
Yeni iş yerlərinin əksəriyyəti qeyri-neft sektorunda açılıb. Cari ilin doqquz ayında iş yerlərinin 90,6 faizi qeyri-dövlət sektorunda, mütləq əksəriyyəti isə qeyri-neft sektorunda yaradılıb.
ANL
Mərkəzi Seçki Komissiyası. Milli Məclisə seçkilərlə bağlı. yekun protokolunu təsdiq etmişdir. Noyabrın 22-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilmişdir. MSK-nın mətbiat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda 2010-cu il noyabrın 7-də dördüncü çağırış Azərbaycan...
ANL
Dünya azərbaycanlıları. Londonda toplaşır. Son illərdə xaricdə yaşayan azərbaycanlıların vahid amal, yekdil mövqe ətrafında səfərbər olması istiqamətində görülən işlər uğurlu nəticələr verir. Azərbaycan Prezidenti İlham Əliyevin diasporumuzun fəaliyyətinin daha da güclənməsi məqsədilə verdiyi tövsiyələr əməli işdə öz ə...
ANL
Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi İstanbulda müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirmişdir. Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi və Azərbaycanın İstanbuldakı baş konsulluğu İstanbuldakı Atatürk tələbə yataqxanasında müqəddəs Qurban bayramı münasibətilə qardaş ölkədə təhsil alan tələbələrimi...
ANL
AŞPA-nın Monitorinq komitəsində Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı fikir mübadiləsi aparılmışdır. Noyabrın 16-da Avropa Şurasının Parisdəki ofisində Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq komitəsinin yığıncağı keçirilmişdir. Komitə üzvləri gündəliyə çıxarılmış Bosniya və Herseqovinada...
ANL
Azərbaycanda noyabrın 7-də parlament seçkiləri beynəlxalq hüquq normalarına və demokratik prinsiplərə uyğun keçirilmişdir. Azərbaycanın Pakistandakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, məqalələrdə, çoxminlik müşahidəçi tərəfindən izlənilən, müxalifət də daxil olmaqla, bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilə...
ANL
AŞPA-nın iclasında Azərbaycanda keçirilmiş parlament seçkiləri müzakirə edilmişdir. Türkiyədə Avropa Şurası Parlament Assambleyasının növbəti iclası keçirilmişdir. İclasda Azərbaycanda keçirilmiş Milli Məclisə seçkilərlə bağlı məsələlər müzakirə edilmişdir. Seçkiləri müşahidə edən beynəlxalq təşkilatların nümayəndələri...
ANL
Ramiz Mehdiyev: Azərbaycanda seçkilər sabit və şəffaf şəraitdə keçirilmişdir. Azərbaycanda parlament seçkilərini izləyən bəzi avropalı müşahidəçilərin fikirlərində subyektiv yanaşmalar vardır. Azərbaycanda seçkilər sabit və şəffaf şəraitdə keçirilmişdir. Bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti Admi...
ANL
Budapeştdə V beynəlxalq. elmi konfrans işə başlamışdır. Noyabrın 22-də Azərbaycanın Budapeştdəki səfirliyində "Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu" seriyasından V beynəlxalq elmi konfrans işə başlamışdır. İclasda Azərbaycan, Macarıstan, Ukrayna, Türkiyə və Polşadan 50-dək alim iştirak edir. Konfrans Azərbayc...
ANL
AZƏRBAYCANIN BİRİNCİ XANIMI MEHRİBAN ƏLİYEVA İRAN PREZİDENTİNİN XANIMI ƏZƏM ƏS-SƏADƏT FƏRƏHİ İLƏ GÖRÜŞMÜŞDÜR. Noyabrın 17-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ölkəmizdə səfərdə olan İran Prezidentinin xanımı Əzəm əs-Səadət Fərəhi...
ANL
Hörmətli qonağın şərəfinə. Noyabrın 17-də Azərbaycan Prezidentinin xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın adından ölkəmizdə səfərdə olan İran Prezidentinin xanımı Əzəm əs-Səadət Fərəhinin şərəfinə nahar verilmişdir. AzərTAc.
ANL
İranın birinci xanımı İçərişəhərdə olmuşdur. Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Mahmud Əhmədinejadın xanımı Əzəm əs-Səadət Fərəhi noyabrın 17-də Bakının görməli yerləri ilə tanış olmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirmişlə...
ANL
Xaçmaz İdman Kompleksinin təməli qoyulmuşdur. Noyabrın 18-də Xaçmaz İdman Kompleksinin təməlqoyma mərasimi keçirilmişdir. Mərasimdə gənclər və idman naziri Azad Rəhimov, Xaçmaz Rayon İcra Nakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev iştirak etmişlər. Təməlqoyma mərasimindən əvvəl Heydər Əliyevin abidəsinin önünə əklil q...
ANL
Azərbaycan Dövlət Neft Şirkətinə YUNESKO-nun yüksək mükafatı - medalı təqdim olunmuşdur. Yeni əsrin başlanğıcında elmin son nailiyyəti kimi nanoelmin inkişafı və nanotexnologiyaların yaradılması, bununla təbiətə, məişətə və istehsalata tətbiqi sahəsindəki xidmətlərə görə bir qrup rus alimi, Azərbaycan Dövlət Neft Şirkə...
ANL
Geniş tərkibdə danışıqlar. Noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Mahmud Əhmədinejadın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olmuşdur. Qonaqları səmimi salamlayan Prezident İlham ƏLİYEV mübarək Qurban bayramı münasibətilə Prezident Mahmud Əhmədinejadı və İran xal...
ANL
İranda istehsal olunan avadanlıqla tanışlıq. Noyabrın 17-də Azərbaycan ilə İran arasında enerji və nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanmasından sonra Prezident Mahmud Əhmədinejad İranda istehsal olunan sutəmizləyici qurğunu, cərəyan tuneli mikroskopunu və uşaqların eşitmə qabiliyyətini...
ANL
Ali qonağın şərəfinə. Noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın şərəfinə rəsmi qəbul təşkil edilmişdir. AzərTAc.
ANL
Xəzəryanı ölkələrin dövlət başçılarının Zirvə Görüşünün sənədləri imzalanmışdır. Noyabrın 18-də Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının üçüncü Zirvə Görüşündən sonra sənədlərin imzalanması mərasimi olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Dmitri Medvedev, Qazaxıstan Prezidenti Nursultan Na...
ANL
Xəzəryanı ölkələrin dövlət başçıları mətbuata bəyanatlarla çıxış etmişlər. Xəbər verdiyimiz kimi, noyabrın 18-də Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının üçüncü Zirvə Görüşünün sənədlərinin imzalanmasından sonra prezidentlər mətbuata bəyanatla çıxış etmişlər. Azərbaycan Prezidenti İlham ƏLİYEVİN bəyanatı. - Hörmə...
ANL
Mahmud Əhmədinejad: İran ilə Azərbaycan arasında münasibətlər qardaşlıq əlaqələri üzərində qurulmuşdur. İran ilə Azərbaycan arasında münasibətlər qardaşlıq əlaqələri üzərində qurulmuşdur. Dostluq münasibətləri azalıb-çoxala bilər, qardaşlar isə hər zaman qardaş olaraq qalır. Bu sözləri Azərbaycanda səfərdə olan İran Pr...
ANL
Azərbaycan ilə İran arasında iqtisadi sahədə əməkdaşlıq üçün böyük potensial vardır. Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Mahmud Əhmədinejad noyabrın 17-də Baş nazir Artur Rasizadə ilə görüşmüşdür. Baş nazir Artur Rasizadə qardaş ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın inkişafı üçün böyük potensial...
ANL
Azərbaycan-İran əlaqələri yüksələn xətlə inkişaf edir. Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Mahmud Əhmədinejad noyabrın 17-də xarici işlər naziri Elmar Məmmədyarovla görüşmüşdür. Görüşdə Azərbaycan-İran hökumətlərarası komissiyanın fəaliyyəti geniş müzakirə olunmuşdur. Qeyd edilmişdir ki, Azərbaycan-İran əla...
ANL
Bakıda XVI Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi açılmışdır. Noyabrın 23-də Bakı Sərgi Mərkəzində "İteca Caspian" LLC və Böyük Britaniyanın İTE Group PLC şirkətlərinin birgə təşkilatçılığı ilə "BakuTel-2010" XVI Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi açılmışdır...
ANL
Şəhidlərin xatirəsinə ehtiram. Azərbaycan Respublikasında rəsmi səfərdə olan İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad noyabrın 17-də Şəhidlər xiyabanını ziyarət etmişdir. Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. İran Prezidenti Mahmud Əhmədinejad və nümayəndə heyətinin üzvləri Azərb...
ANL
Bakıda Regional Rabitə Birliyinin Rabitə Administrasiyaları Başçıları Şurasının 43-cü iclası keçirilmişdir. Noyabrın 23-də "Hyatt Regency-Naxçıvan" mehmanxanasında "Bakutel-2010" sərgisi çərçivəsində Regional Rabitə Birliyinin (RRB) Rabitə Administrasiyaları Başçıları Şurasının 43-cü iclası keçirilmişdir. Tədbiri giriş...
ANL
İran Prezidenti Mahmud Əhmədinejad Təzəpir məscid kompleksi ilə tanış olmuşdur. Noyabrın 18-də İran Prezidenti Mahmud Əhmədinejad Azərbaycana rəsmi səfəri çərçivəsində Təzəpir məscid kompleksində olmuşdur. Ali qonağı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə qarşıladı. Prezident Mahmud Əhmədi...
ANL
Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət. Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Mahmud Əhmədinejad noyabrın 17-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur. G...
ANL
İran Prezidenti Mahmud Əhmədinejadın Azərbaycana səfəri başa çatmışdır. Noyabrın 18-də İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın Azərbaycana səfəri başa çatmışdır. Heydər Əliyev Beynəlxalq Aeroportunda İran Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident Mahmud Əhmədinejadı Azərbayca...
ANL
Avropa İttifaqı üçün Cənubi Qafqaz regionunda əsas tərəfdaş Azərbaycandır. Avropa İttifaqı üçün Cənubi Qafqaz regionunda əsas tərəfdaş Azərbaycandır. Bu fikri Avstriya Federal Maliyyə Nazirliyinin dövlət katibi Andreas Şider Avstriya Azərbaycan Ticarət Palatasının Vyanada "İnkişaf edən Cənubi Qafqaz regionu - Azərbayca...
ANL
İnsan amilini önə çəkən sosial və investisiyayönümlü büdcə. Dünyanın inkişaf etmiş bir çox ölkələrinin onilliklər boyu keçdiyi mərhələləri qısa müddətdə arxada qoyaraq iqtisadi sahədə keçid dövrünü başa vuran Azərbaycan Cənubi Qafqaz regionunda mühüm rolu, mövqeyi ilə seçilən lokomotiv dövlətə çevrilmişdir. Qazanılan n...
ANL
Dost ölkədən xoş təəssüratla. Azərbaycanın bir qrup media təmsilçisi türk dünyasının ayrılmaz bir parçası olan Şimali Kipr Türk Cümhuriyyətinə - coşğun dalğaların qoynunda qərar tutmuş bu doğu Ağdəniz adasına sadiq bir dost, vəfalı bir qardaş evi kimi qədəm qoydular. Həm də bu uca türk ulusunun cümhuriyyət bayramı ərəf...
ANL
Bakıda Ümumhəmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin növbəti iclası keçirilmişdir. Noyabrın 23-də Bakıda Ümumhəmkarlar İttifaqları Konfederasiyası (ÜHİK) İcraiyyə Komitəsinin növbəti iclası keçirilmişdir. AzərTAc xəbər verir ki, ÜHİK-in sədri Mixail Şmakov iclası açaraq tədbirin təşkilinə və qonaqlara ...
ANL
Almaniyada Dünya Azərbaycanlı Gənclərinin I konqresinə hazırlıq işləri başa çatmaq üzrədir. Noyabrın 27-28-də Almaniyanın Frankfurt şəhərində keçiriləcək Dünya Azərbaycanlı Gənclərinin I konqresinə hazırlıq işləri başa çatmaq üzrədir. Tədbir Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Gəncliyi Dövlət Proqramı"na...
ANL
Deyirlər ki, TOY olacaq TOY sahibi soyulacaq. Hər bir valideynin həyatında həsrət, səbirsizlik və böyük sevinclə gözlədiyi günlərdən biri övladının xeyir işidir. Oğlan evi ilə hər şey aydın olsa da, qız anası tədarükünü körpəsi dünyaya gələndən görür. Hansı ana istəməz ki, övladını cah-calalla, bol cehizlə yola salması...
ANL
Plantasiyalar arasında keçən ömür. Tanınmış çayçı İlyas Əliyevin adını eşitsək də, özünü birinci dəfə görürdük. Maşınına oturub "Ləvəngi" dairəsini keçib qərb istiqamətinə tərəf yol aldıq. Çox çəkmir ki, Vilvan kəndinə çatırıq. Qırmızı kərpicdən zövqlə tikilən yaraşıqlı evlər, səliqəli çəkilmiş daş hasarlar, gül-çiçəkl...
ANL
Dövlət İdarəçilik Akademiyasında Avstriya mədəniyyət günləri ilə əlaqədar görüş keçirilmişdir. Noyabrın 23-də Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Avstriyanın mədəniyyət günlərinin keçirilməsi ilə əlaqədar Avstriya Respublikasının Azərbaycandakı səfiri xanım Silvia Mayer-Kay...
ANL
Azərbaycan Belarusla mədəniyyət sahəsində əməkdaşlığı genişləndirəcəkdir. Azərbaycanın Belarusdakı səfirliyinin təşəbbüsü ilə Üzeyir Hacıbəylinin "Arşın mal alan" musiqili komediyası Belarus Dövlət Akademik Musiqili Teatrında müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur. Premyerada iştirak etmək üçün mədəniyyət və turizm nazir...
ANL
Gəncədən gələn səs. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan yazıçı Altay Məmmədov ciddi, məsuliyyətli nasir olmaqla bərabər, həmişə öz əsərlərinin mərkəzində əhəmiyyətli mövzular araşdırmağı çox sevərdi. Yaşadığı dövrün insanları haqqında, onların fəaliyyəti, mənəvi keyfiyyətləri ilə bağlı neçə-ne...
ANL
"Ümid" yatağı Azərbaycanın neft-qaz sənayesinin uğurlu inkişafında mühüm rol oynayacaqdır. Prezident İlham Əliyev Xəzər dənizində "Ümid" qaz yatağının açılması münasibətilə Dövlət Neft Şirkətinin rəhbərliyi ilə görüşmüşdür. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq ABDULLAYEV görüşdə çıxış edərək...
ANL
"Ümid" yatağı Azərbaycanın neft-qaz sənayesinin uğurlu inkişafında mühüm rol oynayacaqdır. Prezident İlham Əliyev Xəzər dənizində "Ümid" qaz yatağının açılması münasibətilə Dövlət Neft Şirkətinin rəhbərliyi ilə görüşmüşdü. Noyabrın 24-də Prezident İlham Əliyev Azərbaycanın neft-qaz tarixində mühüm hadisələrdən biri - X...
ANL
Azərbaycan Respublikasında 2011-ci il üçün yaşayış minimumu haqqında. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: I. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti.
ANL
"Azərbaycan Respublikasında 2011-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində: 1.1. qüvvədə olan qanunvericilik aktlarının "Azərbaycan Resp...
ANL
Azərbaycan Respublikasında 2011-ci il üçün ehtiyac meyarının həddi haqqında. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: I. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2011-ci il üçün ehtiyac meyarının həddi 75 manat məbləğində təsdiq edilsin. İlham ƏLİYEV, Azə...
ANL
"Azərbaycan Respublikasında 2011-ci il üçün ehtiyac meyarının həddi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində: 1.1. qüvvədə olan qanunvericilik aktlarının "Azərbayc...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Polşanın Baş nazirinin müavini, iqtisadiyyat naziri Valdemar Pavlyakın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Polşa Respublikasının Baş nazirinin müavini, iqtisadiyyat naziri Valdemar Pavlyakın başçılıq etdi...
ANL
K.T.Xasiyevin Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram: Kamil Tacid oğlu Xasiyev Azərbaycan Respub...
ANL
O.Q.Həsənlinin Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsinə təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Oruc Qafar oğlu Həsənli Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsinə təyin edilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti.
ANL
K.T.Xasiyevin Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı vəzifəsindən geri çağırılması haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram: Kamil Tacid oğlu Xasiyev Azərbaycan Respublikası...
ANL
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin yaradılması haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 17 noyabr tarixli 2504 nömrəli Sərəncamı ilə Bakı şəhərində yaradılmış Dövlət Bayrağı Meydanı ölkəmizin q...
ANL
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanına əlavə edilməsi haqqında. A...
ANL
Azərbaycan Dövlət Musiqili Komediya Teatrının binasının yenidən qurulması ilə bağlı tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Dövlət Musiqili Komediya Teatrı yarandığı vaxtdan etibarən sənət tariximizə milli-mənəvi sərvətin bir çox qiymətli nümunələrini bəxş etmişdir. Teatr ölkəmiz...
ANL
"Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında\" Azərbaycan Respublikası Qanununun qüvvəyə mi...
ANL
"Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə min...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Monteneqronun xarici işlər naziri Milan Roçenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26-da Monteneqronun xarici işlər naziri Milan Roçenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Monteneqronun xarici ...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniyanın Yorq Hersoqu, Şahzadə Endryunu qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26-da Böyük Britaniyanın Yorq Hersoqu, Şahzadə Endryunu qəbul etmişdir. Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlərin müxtəlif sahələrdə, o cü...
ANL
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşlarına fəxri adların verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan xalqının ədəbi-mədəni irsinin qorunması və təbliği işində xidmətlərinə görə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin aşağıdakı əməkdaşl...
ANL
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan xalqının ədəbi-mədəni irsinin qorunması, tədqiqi və təbliği işində xidmətlərinə görə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzey...
ANL
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında. Azərbaycan Respublikasının Qanunu. Müəyyən edilsin ki, 2011-ci ildə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır: Gəlirlərin mənbələri Məbləğ (manatla). Məcburi dövlət sosia...
ANL
"Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər və əlavələr edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Pensiya islahatları üzrə qrant lahiyələrində Azərbaycan Respublikası tərəfinin payının maliyyələşdirilməsi ilə bağlı ver...
ANL
Nazirlər Kabinetində görüş. Azərbaycan ilə Polşa arasında iqtisadi sahədə əlaqələrin yüksək səviyyəyə çatdırılması üçün böyük potensial vardır. Bu fikir Azərbaycanın Baş naziri Artur Rasizadə ilə Polşa Baş nazirinin müavini, iqtisadiyyat naziri Valdemar Pavlyakın görüşündə səslənmişdir. A.Rasizadə son illər Polşa ilə A...
ANL
Bakıda Azərbaycan-Polşa biznes forumu keçirilmişdir. Noyabrın 24-də Bakıda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Polşa biznes forumu keçirilmişdir. Biznes forumu Polşanın Baş nazirinin müavini, iqtisadiyyat naziri Valdemar Pavlyakın Azərbaycana səfəri çərçivəs...
ANL
"Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında", "Sosial sığorta haqqında", "Məşğulluq haqqında" Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsin...
ANL
"Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında", "Sosial sığorta haqqında", "Məşğulluq haqqında" Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsin...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanın Baş nazirinin müavini Xıdır Saparlıyevi qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 25-də Türkmənistanın Baş nazirinin müavini Xıdır Saparlıyevi qəbul etmişdir. Baş nazirin müavini Xıdır Saparlıyev Türkmənistan Prezidenti Qurbanqulu Berdi...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 25-də ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bratkeni (ABŞ), Bernar Fasyeni (Fransa), İqor Popovu (Rusiya) və ATƏT-in ha...
ANL
Nazirlər Kabinetində Türkmənistanın nümayəndə heyəti ilə görüş keçirilmişdir. Noyabrın 25-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Azərbaycan-Türkmənistan Hökumətlərarası Komissiyanın iclasında iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Xıdır Saparlıyevin ba...
ANL
Dövlət qayğısı Ağdamın inkişafında yeni mərhələ açır. Həmin gün Qarabağın dilbər guşəsi olan Ağdamda bayram bayrama qarışmışdı. El-obanın minbir həvəslə, xoş arzu-niyyətlə Qurban bayramına hazırlıq gördüyü bir məqamda - noyabrın 11-də Prezident İlham Əliyevin Qarabağa səfəri reallaşdı. Ağdamlılar dövlət başçısını həmiş...
ANL
"Ümid" ümidləri doğrultdu. Geoloqların fikrincə, Xəzərdə belə yataqlar hələ çox açılacaq. Təbiət Azərbaycana onlarca belə nəhəng yataq bəxş edib. Onların hər birindən hasilatın alınması ölkəmizin neft sənayesi tarixində mühüm hadisəyə çevrilib. Neft sənayemizin salnaməsində artıq "Ümid" də öz yerini tutdu. Böyük perspe...
ANL
"BakuTel" XVI Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi çərçivəsində konfrans keçirilmişdir. Noyabrın 24-də \"Hyatt Regency - Naxçıvan\" mehmanxanasında \"BakuTel-2010\" XVI Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları N...
ANL
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, \"Qasid\" Açıq Səhmdar Cəmiyyətinin sədri Mirkazım Məhəmməd oğlu Kazımovun 60 yaşı tamam oldu. Mirkazım müəllim şərəfli həyat yolu keçmişdir. O, 1950-ci il oktyabrın 10-da Azərbaycanın bərəkətli diyarlarından biri olan Cəlilabadın Hasıllı kəndind...
ANL
ADU-da "Mədəniyyətlərarası dialoq: linqvistik, pedaqoji və ədəbi aspektlər" mövzusunda beynəlxalq elmi konfrans işə başlamışdır. Dünən Azərbaycan Dillər Universitetində Təhsil Nazirliyi, "Azəriqazbank", "Azərsun" Şirkətlər Qrupu və "British Council"un dəstəyi ilə "Mədəniyyətlərarası dialoq: linqvistik, pedaqoji və ədəb...
ANL
Dünyaya açılan pəncərə. Dövlət Aqrar Universitetində elektron kitabxana istifadəyə verildi. Bu, əsl möcüzəyə bənzəyir. İndi burada dünyanın hər hansı guşəsində olursa-olsun, ən müxtəlif elm-təhsil müəssisələri ilə əlaqə saxlamaq, lazımi ədəbiyyatı, materialları, faktları əldə etmək mümkündür. Təkcə Türkiyənin 21 kitabx...
ANL
Azərbaycan körpələrin ana südü ilə qidalandırılmasını fəal təbliğ edir. Körpələrin ana südü ilə qidalandırılmasının ana və uşaqlar üçün faydası, bu sahədə fəal təbliğat işlərinin aparılması noyabrın 25-də Bakı Biznes Mərkəzində Heydər Əliyev Fondu, BMT-nin Uşaq Fondu (YUNİSEF) və Səhiyyə Nazirliyinin birgə təşkilatçılı...
ANL
Bakıda Azərbaycan-Türkmənistan Hökumətlərarası Birgə Komissiyasının ikinci iclası keçirilmişdir. Noyabrın 25-də Bakıda Azərbaycan-Türkmənistan Hökumətlərarası Birgə Komissiyasının ikinci iclası keçirilmişdir. Komissiyanın həmsədri, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov ölkələrimiz arasında...
ANL
Bakıda "Vətəndaş cəmiyyətinin inkişafı və QHT-lərin dövlət tərəfindən maliyyələşdirilməsi: qazanılmış təcrübə və yeni imkanlar" mövzusunda beynəlxalq konfrans işə başlamışdır. Noyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə "Vətəndaş cəmiy...
ANL
Azərbaycan Diplomatik Akademiyası ilə Argentinanın Diplomatik Xidmət İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır. AzərTAc xəbər verir ki, ölkəmizdə səfərdə olan Argentinanın xarici işlər, beynəlxalq ticarət və din məsələləri üzrə nazir müavini Alberto Pedro D'Alotto noyabrın 25-də Azərbaycan Diploma...
ANL