text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Eyni dilə, ənənə və dəyərlərə malik olan türk alqları arasında əlaqələrin daha da yaxşılaşdırılması, vahid ideya və həmrəyliyə söykənən münasibətlərin qurulması tarixi zərurətə çevrilib. Onuncu dəfə bu ilin sentyabrında bir araya gələn türkdilli dövlətlərin başçıları bu zərurətin reallığa çevrilməsi üçün növbəti mühüm ...
ANL
Qadına hörmət hər bir sağlam cəmiyyətdə tərəqqinin mühüm şərtlərindəndir. İnsan haqlarının ali dəyər kimi qəbul edildiyi bütün demokratik dövlətlərdə qadın hüquq və azadlıqlarının təmini, gender bərabərliyinin qorunub saxlanılması məsələlərinə daim xüsusi həssaslıqla, diqqətlə yanaşılır. Sağlam cəmiyyətin sütunu, bünöv...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda yəhudi məktəbinin açılışı münasibətilə respublikamıza gələn yəhudi icmalarının nümayəndələrini qəbul etmişdir. Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda yəhudi məktəbinin açılışı münasibətilə respublikamıza gələn yəhudi icmalarının nümayəndələrini...
ANL
Bakının Xətai rayonunda yəhudi uşaqlar üçün "Xabad-Or-Avner" təhsil mərkəzinin açılışı olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 4-də Bakının Xətai rayonundakı Əbilov yaşayış massivində yəhudi uşaqlar üçün Heydər Əliyev Fondu və "Or-Avner" Fond...
ANL
Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinin aparılması qaydalarının təsdiq edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Fərdi məlumatların informasiya sistemləri barədə vahid məlumat bazasının yaradılmasını təmin etmək məqsədi ilə qərara alıram: 1. Fərdi məlumatların informasiya...
ANL
Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinin aparılması Qaydaları. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinin aparılması Qaydaları (bundan sonra - Qaydalar) "Fərdi məlumatlar haqqınd...
ANL
Azərbaycan Respublikasının təhsil işçilərinin təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə aşağıdakı təhsil işçiləri təltif edilsinlər: "Şöhrət" ordeni ilə. Heydərov Bayram Mirabbas oğlu. Qəhrəmanov Nadir Fərrux oğlu. Abbasova Zülafə Hacı...
ANL
Azərbaycan Respublikasının təhsil işçilərinə "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə aşağıdakı təhsil işçilərinə "Əməkdar müəllim" fəxri adı verilsin: Abbasov Məhəmmədəli Ədil oğlu. Abbasov Şahsuvar Sovqat ...
ANL
Oktyabrın 4-də Bakı Əyləncə Mərkəzində Trend informasiya agentliyinin fəaliyyətə başlamasının 15 illiyi ilə əlaqədar tədbir keçirilmişdir. Əvvəlcə agentliyin 15 illik fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilmişdir. Sonra Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çı...
ANL
Moskvada MDB dövlətlərinin Mədəni Əməkdaşlıq Şurasının yubiley iclası keçirilmişdir. Moskvadakı Tretyakov qalereyasında Müstəqil Dövlətlər Birliyinin üzvü olan dövlətlərin Mədəni Əməkdaşlıq Şurasının XXV yubiley iclası keçirilmişdir. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Azərbaycanın Rusiyadakı sə...
ANL
Azərbaycan nümayəndə heyəti Mərakeşdə Beynəlxalq Notariat İttifaqının XXVI Konqresində iştirak edir. Oktyabrın 3-də Mərakeş şəhərində Beynəlxalq Notariat İttifaqının XXVI Konqresi öz işinə başlamışdır. Mərakeşin Müasir Notariat üzrə Milli Palatası ilə əməkdaşlıq çərçivəsində Beynəlxalq Notariat İttifaqının təşkil etdiy...
ANL
Şərəfli yolun şanlı səhifələri. Tibb Universiteti Azərbaycan Respublikası, xalqı qarşısında böyük xidmətlər göstərmişdir. Heydər ƏLİYEV. Azərbaycan xalqının sağlamlığının təmin olunmasında, ölkə səhiyyəsinin inkişaf edib təşəkkül tapmasında, vətənimiz, həmçinin bir sıra xarici dövlətlər üçün 65 mindən çox yüksək ixtisa...
ANL
Azərbaycan-ABŞ münasibətləri yeni mərhələyə qədəm qoyur. Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın üçüncü ongünlüyündə ABŞ-a işgüzar səfəri və səfər zamanı keçirdiyi yüksək səviyyəli görüşlər iki ölkə arasında mövcud əlaqələrə yeni stimul verdi. ABŞ-da müxtəlif səviyyəli görüşlər keçirən Prezident İlham Əliyev Az...
ANL
Muğama verilən yüksək qiymət. Dövlət başçısına minnətdarlıq. Səhnəyə çıxdığım gündən çalışmışam ki, sənətimlə məşğul olum. Minilliklərin sınağından çıxmış və böyük ustadlarımızdan bizə əmanət qalmış xalq mahnılarını, muğamları məharətlə ifa edim. Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Xan Şuşinskinin, Zülfü Adıgözə...
ANL
Bakıda "Qarabağ daş dövründə" mövzusunda beynəlxalq elmi konfrans keçirilir. Oktyabrın 4-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun təşkilatçılığı ilə Azıx paleolit mağara düşərgəsinin kəşfinin 50 illiyinə həsr olunmuş "Qarabağ daş dövründə" mövzusunda beynəlxalq elmi konfr...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri. Naxçıvan hava limanında qarşılanma. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Naxçıvan Muxtar Respublikasına səfərə gəlmişdir. Naxçıvan beynəlxalq hava limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşd...
ANL
Naxçıvan şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət. Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 5-də xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək gül dəstəsi qoydu. Uzun müddətdir ki, blokada şəraitinin ağırlığına mətanətlə sinə gərən Naxçıvan...
ANL
Kəngərli rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsinin açılışı. Oktyabrın 5-də Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Kəngərli rayonuna gəldi. Rayon sakinləri dövlət başçısını hərarətlə qarşıladılar. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin rayon mərk...
ANL
Şərur rayonunun Yengicə kənd orta məktəbinin yeni binası istifadəyə verilmişdir. Oktyabrın 5-də Prezident İlham Əliyev Şərur rayonunun Yengicə kənd orta məktəbinin yeni binasının açılışında iştirak etmişdir. Məktəbin müəllim kollektivi dövlət başçısını hərarətlə qarşıladı. Prezident İlham Əliyev açılışı bildirən lenti ...
ANL
Rumıniyanın Prezidenti zati-aliləri cənab Trayan Beseskuya. Hörmətli cənab Prezident! Ananız Yelena Beseskunun vəfatı xəbəri məni son dərəcə kədərləndirdi. Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti.
ANL
Şərur rayonunun Maxta kənd orta məktəbinin yeni binasının açılışı olmuşdur. Oktyabrın 5-də Prezident İlham Əliyev Şərur rayonunun Maxta kənd orta məktəbinin yeni binasının açılışında iştirak etmişdir. Mərasimə toplaşanlar dövlət başçısını hərarətlə qarşıladılar. Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və bi...
ANL
Prezident İlham Əliyev Naxçıvan-Sədərək magistral yolunun açılışında iştirak etmişdir. Oktyabrın 5-də Prezident İlham Əliyev muxtar respublikada əsas strateji magistrallardan biri olan Naxçıvan-Sədərək yolunun açılışında iştirak etmişdir. İnşaatçılar dövlət başçısını hərarətlə qarşıladılar. Prezident İlham Əliyev açılı...
ANL
Sədərək Rayon Mərkəzi Xəstəxanası istifadəyə verilmişdir. Oktyabrın 5-də Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Sədərək rayonuna gəlmişdir. Sədərək rayonu Azərbaycanda yeganə inzibati ərazi vahididir ki, 3 dövlətlə həmsərhəddir. Ötən əsrin 90-cı illərinin əvvəllərində sədərəklilər Erm...
ANL
Prezident İlham Əliyev 2 nömrəli Sədərək orta məktəbinin yeni binasının açılışında iştirak etmişdir. Oktyabrın 5-də Prezident İlham Əliyev Sədərəkdəki 2 nömrəli orta məktəbin yeni binasının açılışında iştirak etmişdir. Məktəbin pedaqoji kollektivi dövlət başçısını hərarətlə qarşıladı. Prezident İlham Əliyev açılışı bil...
ANL
Oktyabrın 5-də Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Sədərəkdəki. Naxçıvan qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi. Dövlət başçısı ön xətdə yerləşən hərbi hissənin tabor mərkəzi ilə ...
ANL
Prezident İlham Əliyev Sədərək rayonunda yeni salınan Heydərabad qəsəbəsinin açılışında iştirak etmişdir. Oktyabrın 5-də Prezident İlham Əliyev Sədərək rayonunda yeni salınan Heydərabad qəsəbəsinin açılışında iştirak etmişdir. Rayon ictimaiyyətinin nümayəndələri dövlət başçısını hərarətlə qarşıladılar. Prezident İlham ...
ANL
Ordubad rayonunda su elektrik stansiyası, Naxçıvan şəhərində sənaye kompleksi, sosial və infrastruktur obyektləri istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində oktyabrın 5-də Ordubad rayonundakı Biləv Su Elektrik Stansiyasının açılışında iştirak etmişdir. ...
ANL
Davamlı iqtisadi inkişaf strategiyasının uğurları. Prezident İlham Əliyevin rəhbərliyi altında dünyanın qüdrətli ölkələrindən birinə çevrilmiş Azərbaycan iqtisadi tərəqqi yolunda inamla irəliləyir. Beynəlxalq hüquq məkanının müstəqil və kifayət qədər dinamik inkişaf edən subyektlərindən biri kimi xarakterizə olunan Azə...
ANL
Azad sahibkarlığın inkişafında yeni mərhələ. Son yeddi ildə Azərbaycan Prezidenti İlham Əliyev bir daha sübut etdi ki, sahibkarların güvənc yeridir. Ötən yeddi ildə iqtisadiyyatın liberallaşdırılması, haqsız rəqabətin aradan qaldırılması, özəl sektorun dəstəklənməsi, sahibkarlara güzəştli kreditlərin verilməsi sahəsind...
ANL
Azərbaycan Tibb Universitetinin 80 illik yubileyi təntənə ilə qeyd olunmuşdur. Oktyabrın 5-də Azərbaycan Tibb Universitetinin (ATU) 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Mərasimdə nazirlər, komitə sədrləri, Milli Məclisin deputatları, diplomatik korpusun nümayəndələri, ali təhsil müəssisələr...
ANL
Azərbaycanın geosiyasət elminə layiqli töhfə. Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun "Geosiyasət" dərsliyi yenicə çapdan çıxmışdır. ...Dövlətlərin, xalqların və bütövlükdə bəşər cəmiyyətinin taleyi necə olacaq, beynəl...
ANL
Misirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adını daşıyan eksperimental dillər məktəbi bir yaşını qeyd etmişdir. Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adını daşıyan eksperimental dillər məktəbi tədrisin keyfiyyətinə gö...
ANL
ADA-nın rektoru Hafiz Paşayev diplomatik təlim üzrə beynəlxalq forumda çıxış etmişdir. Azərbaycan Diplomatik Akademiyasının (ADA) rektoru Hafiz Paşayev Maltada keçirilmiş Diplomatik Təlim üzrə Beynəlxalq Forumda çıxış etmişdir. ADA-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, 1972-ci ildə yaradılmış Diplomatik Tə...
ANL
Almaniyanın milli bayramı şərəfinə. Oktyabrın 5-də Almaniyanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Alman Birliyi Günü münasibətilə "Park İNN-Azərbaycan" mehmanxanasında rəsmi qəbul təşkil etmişdir. Səfir Herbert Kvellen qonaqları salamlayaraq demişdir ki, Almaniya və Azərbaycan dinamik şəkildə inkişaf ed...
ANL
Mədəni əməkdaşlığın yeni töhfəsi. Sentyabrın sonlarında İran İslam Respublikasında Azərbaycan mədəniyyət günləri keçirildi. Dövlət müstəqilliyimizi qazandıqdan sonra qonşu ölkədə belə bir tədbir ilk dəfə idi ki baş tuturdu. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti Tehran və Təbriz...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ ətrafındakı ərazilərdə qiymətləndirici missiyasının üzvlərini, ATƏT-in Minsk qrupunun həmsədrlərini və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın ...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri oktyabrın 6-da başa çatmışdır. Naxçıvan beynəlxalq hava limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi Nax...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri. Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində oktyabrın 5-də Ordubad rayonundakı Biləv Su Elektrik Stansiyasının açılışında iştirak etmişdir. Dövlət başçısı əvvəlcə tənzimləyici bən...
ANL
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun çıxışı. - Möhtərəm cənab Prezident! Bu gün Azərbaycan özünün intibah dövrünü yaşayır. Bu intibahın əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Sizin rəhbərliyinizlə uğurla davam və inkişaf etdirilir. Azərbaycan iqtisadi sahədə keçid dövrün...
ANL
Prezident İlham Əliyevin çıxışı. Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gün, doğrudan da, Naxçıvan Muxtar Respublikasında çox əlamətdar bir gündür. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qeyd etdi ki, biz bu gün Naxçıvanda bir neçə iqtisadi, sənaye, sosial yönümlü obyektin açılışını qeyd e...
ANL
Məhdud fiziki imkanlı insanlar üçün Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Naxçıvan Regional İnformasiya Mərkəzi istifadəyə verilmişdir. Xəbər verdiyimiz kimi, oktyabrın 5-də Prezident İlham Əliyev məhdud fiziki imkanlı insanlar üçün Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Naxçıvan Regional İnformasiya Mərkə...
ANL
Prezident İlham Əliyev Gəmiqaya daş məhsulları kompleksinin açılışında iştirak etmişdir. Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 5-də Naxçıvan şəhərində Gəmiqaya daş məhsulları kompleksinin açılışında iştirak etmişdir. Müəssisənin kollektivi dövlət başçısını hərarətlə qarşıladı. Prezident İl...
ANL
Naxçıvan şəhərini içməli su ilə təmin edəcək su təchizatı sistemlərinin birləşdiyi paylayıcı qurğu istifadəyə verilmişdir. Xəbər verdiyimiz kimi, oktyabrın 5-də Prezident İlham Əliyev Naxçıvan şəhərini içməli su ilə təmin edəcək su təchizatı sistemlərinin birləşdiyi paylayıcı qurğunun istifadəyə verilməsi mərasimində i...
ANL
Məişət zorakılığının qarşısının alınması haqqında. Azərbaycan Respublikasının Qanunu. Bu Qanun yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çək...
ANL
"Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1058-IIIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar ...
ANL
Özbəkistanın milli bayramı şərəfinə. Oktyabrın 6-da Özbəkistanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Müstəqillik günü münasibətilə rəsmi qəbul təşkil etmişdir. Özbəkistanın Azərbaycandakı səfiri İsmatilla Erqaşev çıxış edərək ölkəsinin inkişaf yolundan danışmış, iqtisadi və mədəni sahələrdə böyük tərəqqi...
ANL
Görkəmli şərqşünas alim Aida İmanquliyevanın anadan olmasının 71 illiyinə həsr edilmiş sərgi açılmışdır. Oktyabrın 6-da Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, elm təşkilatçısı, professor Aida xanım İmanquliyevanın anadan olmasının 71 illiy...
ANL
Qafqazşünaslığa qiymətli töhfə. Tanınmış alim, pedaqoq, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikası təhsil nazirinin müavini, əməkdar müəllim İradə Hüseynovanın "Qafqazın tarix ensiklopediyası" kitabı bu günlərdə çapdan çıxmışdır. AzərTAc xəbər verir ki, ensiklopediya Qafqaz xalqlarının etno-siyasi, sosia...
ANL
Azərbaycan Tibb Universitetinin 80 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans işə başlamışdır. Oktyabrın 6-da Bakıda Azərbaycan Tibb Universitetinin (ATU) 80 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans öz işinə başlamışdır. AzərTAc xəbər verir ki, konfransda yerli mütəxəssislərlə yanaşı, Almaniya...
ANL
Tədbirdə Xəzəryanı ölkələrin və bir sıra digər dövlətlərin neft-qaz qurumlarının və Qazaxıstanda işləyən xarici neft şirkətlərinin rəhbərləri, tanınmış siyasi və ictimai xadimlər, ekspertlər iştirak etmişlər. Azərbaycanı bu forumda fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Dövlət Neft Şirkətinin prezidenti Rövnəq ...
ANL
Azərbaycan və Qazaxıstan fövqəladə hallar nazirlikləri arasında əməkdaşlıq haqqında saziş imzalanmışdır. Oktyabrın 5-6-da Astanada keçirilən "Kazenerji-2010" V Avrasiya enerji forumu çərçivəsində "Azərbaycan Respublikası hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının ...
ANL
"Atəşgah məbədi"ndə yeni ocaq yeri aşkar olundu. Doğma vətənimizdə tarixi qədim olan memarlıq abidələrimiz, dini inanc yerlərimiz, milli arxitektura üslubunda inşa edilən binalarımız göz oxşayır. Bu tikililər keçmişimizi yaşatmaqla, ölkəmizə gələn əcnəbi turistlərin də diqqətini cəlb edir. Son illərdə tarixi, mədəniyyə...
ANL
Yunanıstanın paytaxtı Afinada Üzeyir Hacıbəylinin 125 illiyi qeyd olunmuşdur. Yunanıstanın paytaxtı Afinada görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 125 illik yubileyinə həsr olunmuş konsert təşkil edilmişdir. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) rektoru, xalq artisti Fərhad Bədəlbəyli AzərT...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev bp-nin icraçı direktoru Robert Dadlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də bp-nin icraçı direktoru Robert Dadlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Dövlət başçısı Azərbaycan ilə bp aras...
ANL
Prezidentin mətbuat xidmətinin məlumatı. Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası hökumətinin sədri Vladimir Putinə telefonla zəng etmişdir. Dövlətimizin başçısı Vladimir Putinə ad günü münasibətilə təbriklərini çatdırmış, ona fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzul...
ANL
X.H.Mirzəzadənin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Xəyyam Hadi oğlu Mirzəzadə "Şərəf" ordeni ilə təltif edilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti.
ANL
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasının əsaslı yenidənqurma və bərpadan sonra açılışı olmuşdur. Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir. Prezident İlham Əliyev oktyabrın 7-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasının əsaslı yenidənqurma və təmir-bərpa işlərindən sonra açılışı...
ANL
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri təhlükəsizlik məsələlərinə nəzarət edən yüksək vəzifəli nümayəndələrin Birinci Beynəlxalq görüşündə iştirak etmişdir. Cari il oktyabrın 5-6-da Soçi şəhərində təhlükəsizlik məsələlərinə nəzarət edən yüksək vəzifəli nümayəndələrin Birinci Beynəlxalq görüşü ke...
ANL
"Kaspi" Təhsil Mərkəzi azərbaycanlı tələbələrə ABŞ universitetlərində MBA proqramı üzrə təhsil almaq imkanı yaradır. Oktyabrın 7-də "Park İNN" hotelində Azərbaycanın "Kaspi" Təhsil Mərkəzi və ABŞ-ın "Stady in America" ("Amerikada təhsil al") Beynəlxalq Tələbə Şirkətinin təşkilatçılığı ilə Amerika Birləşmiş Ştatlarının ...
ANL
İrəvan xanlığından bəhs edən kitabın ingilis və rus dillərində versiyasının təqdimatı keçirilmişdir. Oktyabrın 7-də Prezident Kitabxanasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutu və "Regionların İnkişafı" İctimai Birliyinin birgə layihəsi əsasında nəşr olunmuş "İrəvan xanlığı...
ANL
Koreya Respublikasının milli bayramı şərəfinə. Oktyabrın 7-də Koreya Respublikasının Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Dövlətin yaranması günü münasibətilə Beynəlxalq Muğam Mərkəzində rəsmi qəbul təşkil etmişdir. Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra qonaqları salamlayan səfir Li Ci-H...
ANL
Altı gün qardaş məmləkətdə. Bu yaxınlarda Mədəniyyət və Turizm Nazirliyinin xəttiylə Türkiyəyə ezamiyyətə yollanacağımı eşidəndə iki "nostalji" duyğu içimdə baş qaldırdı. Birincisi, SSRİ dönəmində qırmızı imperiyanın bizim nəzərimizdə yaratmaq istədiyi "düşmən Türkiyə" obrazı, sovet təbliğat maşınının antitürk ovqatınd...
ANL
Azərbaycan Kiyevdə təşkil edilmiş XVII Beynəlxalq "Ukrayna-2010" turizm salonunda layiqincə təmsil olunmuşdur. Kiyevdəki Beynəlxalq Sərgi Mərkəzində XVII Beynəlxalq "Ukrayna-2010" turizm salonunun açılışı olmuşdur. Sərginin açılışında Ukrayna Mədəniyyət və Turizm Nazirliyinin, bu ölkədə akkreditə edilmiş diplomatik kor...
ANL
Milli Kitabxanada yeni xidmət sahələri yaradılır. MDB məkanında ən böyük kitabxanalardan olan Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında 2003-cü ildən avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqinə başlanılması bu mədəniyyət ocağının fəaliyyət imkanlarını daha da artırmışdır. Hazırda kitabxanada ye...
ANL
Naxçıvan Muxtar Respublikasını "təbii bulaqlar muzeyi" adlandıranlar heç də yanılmırlar. İri çay vadilərində və onların yaxınlığında yerləşən mineral su mənbələri muxtar respublika ərazisində heç də bərabər səviyyədə paylanmayıb. Bu sarıdan Şahbuz rayonuna daha çox pay düşüb. Bu cəhətdən bağlar diyarı Ordubad da fərqlə...
ANL
İtaliyalı mütəxəssis Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin dəvəti ilə ölkəmizdə səfərdədir. İtaliyalı mütəxəssis, Şərq Xalçaları üzrə Beynəlxalq Konfrans (İCOC) Akademik Komitəsinin sədri Alberto Boralevi Mədəniyyət və Turizm Nazirliyinin, Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənə...
ANL
"Qara qağayı" filmi Dövlət Film Fonduna təqdim edilmişdir. "Qara qağayı" filmi uzun axtarışlardan sonra tapılaraq Dövlət Film Fonduna təqdim edilmişdir. Fondun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev AzərTAc-a bildirmişdir ki, rəssam Vüqar Əli tərəfindən təqdim edilmiş "Qara qağayı" filmini 1962-ci ildə rejis...
ANL
Ermənistanın təcavüzkar siyasəti beynəlxalq sülhə və təhlükəsizliyə ciddi təhdiddir. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev təhlükəsizlik məsələlərinə nəzarət edən yüksək vəzifəli nümayəndələrin Birinci Beynəlxalq görüşündə ölkəmizin münaqişə ilə bağlı ədalətli mövqeyini bir daha bəyan etmişdir....
ANL
İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənilmişdir. Oktyabrın 8-də Milli Məclisin növbəti iclası keçirildi. Parlamentin Sədri Oqtay Əsədov iclasın gündəliyinə təklif edilən məsələlər barədə məlumat verdi. Gündəlik təsdiq olunduqdan sonra müzakirələr başlandı. Öncə İnsan alverinə qarşı ...
ANL
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin seçilməsi haqqında. Azərbaycan Respublikası Milli Məclisinin Qərarı. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 24-cü maddəsinə əsasən Milli Məclisdə azlıq təşkil edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının, Müsavat Partiyasının təqdimatlarını, heç bir...
ANL
Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsinə həsr olunmuş müsabiqənin qalibləri mükafatlandırılmışlar. Oktyabrın 8-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsinə həsr olunmuş "Ərəb filologiyası sahəsində tələbələrin və gənc alimləri...
ANL
Ali Məhkəmənin növbəti Plenumu keçirilmişdir. Oktyabrın 8-də Ali Məhkəmədə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilmişdir. Ali Məhkəmənin sədri iclası açaraq bildirmişdir ki, respublikamız Avropaya inteqrasiya yolunda inamla addımlayaraq beynəlxalq münasibətlər sistem...
ANL
Azərbaycanda beynəlxalq standartlara cavab verən mükəmməl seçki sistemi formalaşdırılıb. 7 noyabr Milli Məclisə seçkilər günüdür. Demokratik cəmiyyətlərdə hakimiyyətin mənbəyi xalqdır. Bu mənada demokratik seçkilər dövlətin və ictimai həyatın idarə olunmasında vətəndaşların əsas iştirak formasıdır. İstənilən dövlətdə s...
ANL
AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda parlament seçkilərinə həsr olunan elmi-praktiki konfrans keçirilmişdir. Oktyabrın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda "Azərbaycanın modernləşmə kursu və 2010-cu ilin parlament seçkiləri" mövzusunda elmi-praktik...
ANL
TÜRKSOY ölkələrinin YUNESKO milli komissiyalarının toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən il Naxçıvanda Türkdilli ölkələrin dövlət başçılarının 9-cu zirvə toplantısında Türk Mədəni İrsinin Qorunması Fondunun təsis edilməsi ilə bağlı təklifi tədbir iştirakçıları tərəfindən dəstək...
ANL
Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış kimyaçı alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, kimya elmləri doktoru, professor, Əməkdar elm xadimi, Kimya Problemləri İnstitutunun direktoru Toğrul Nemət oğlu Şahtaxtinski 2010-cu il oktyabrın 8-də ömrünün 85-ci ilində vəfat etmişdir. O...
ANL
Beynəlxalq Valyuta Fondu cari ilin yekunları üzrə ölkəmizdə ümumi daxili məhsulun artım səviyyəsinin yenə yüksək olacağını bəyan edir. İqtisadi artım tempinə görə son bir neçə ildə dünya dövlətlərinin reytinq cədvəlində ilk yerdə dayanan Azərbaycan sözügedən sahə üzrə qazanılan nailiyyətlərin miqyasını davamlı olaraq g...
ANL
Azərbaycanın bölgələri tərəqqi edir. II Dövlət Proqramının da uğurlu icrası regionların davamlı inkişafını təmin etmişdir. Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin...
ANL
Avropanın enerji təhlükəsizliyinə daha bir töhfə. Azərbaycan neft-qaz sahəsində həyata keçirdiyi düşünülmüş strategiya əsasında son illər nəinki regionun aparıcı dövlətinə, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin başlıca təminatçılarından birinə çevrilmişdir. Respublikamızın bölgənin və qitənin enerji təhlükəs...
ANL
Kamillik və mənəviyyat zirvəsində. Hər bir insanın həyat yolunu, cəmiyyətdə mövqeyini, ictimai statusunu onun dərk edilmiş məsuliyyətə əsaslanan fəaliyyəti müəyyənləşdirir. Tanrının bəxş etdiyi ömür payını ləyaqətlə yaşayan, həyatının mənasını nəcib, xeyirxah əməllərdə taparaq bütövlükdə xalqının tərəqqisinə, maariflən...
ANL
Prezident İlham Əliyevin sərəncamları ilə təltif edilmiş təhsil işçilərinə fəxri adların vəsiqələri, orden və medallar təqdim olunmuşdur. Oktyabrın 9-da Təhsil Nazirliyində Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamı ilə təltif edilmiş bir qrup şəxsə fəxri adların vəsiqələri, ...
ANL
Naxçıvan folklor mühiti. Qədim və zəngin ənənələri olan folklorumuz Anadolu coğrafi regionundan başlayaraq Quzey və Güney Azərbaycanın oğuz ellərində məzmunca rəngarəng, üslub baxımından çeşidli yaradıcılıq ocaqları, mühitləri və məktəbləri yaratmışdır. Bu qaynaqlarda xalqımızın erkən dövr bədii yaradıcılıq nümunələri ...
ANL
Böyük sənətkarın təkrarsız yaradıcılığı yeni araşdırmalarda. AMEA-nın müxbir üzvü, əməkdar incəsənət və elm xadimi, professor Zemfira Səfərova 45 ildən artıqdır ki, Üzeyir Hacıbəyli yaradıcılığı ilə bağlı araşdırmalar aparır. Onun uzun illər dahi bəstəkarın həyat və yaradıcılığına aid topladığı məqalələr Azərbaycan və ...
ANL
Qədim Misirdə elektrikdən istifadə edirmişlər. Misirdə çox qədimlərdə elektrikdən istifadə edirmişlər.1937-ci ildə Bağdad yaxınlığında qazıntı işləri zamanı arxeoloq Vilhelm Keniq içərisində mis silindrlər olan gil bardaqlar tapmışdı. Həmin silindrlər gil bardaqların dibinə qətranla yapışdırılmışdı. Arxeoloq Keniq bu t...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev İranın müdafiə naziri Əhməd Vəhidinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də İran İslam Respublikasının müdafiə naziri Əhməd Vəhidinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Ölkələrimiz arasında...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev İranın xarici işlər nazirinin müavini, Prezidentin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsinin başçılıq etdiyi heyəti qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də İran İslam Respublikası xarici işlər nazirinin müavini, Prezidentin Xəzər məsələləri...
ANL
İspaniyanın kralı Əlahəzrət I Xuan Karlosa. Əlahəzrət! İspaniya Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram. Azərbaycan ilə İspaniya arasındakı münasibətlər bu gün dostluq və əməkdaşlıq məcra...
ANL
E.Z.Kərimovun Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram: Emil Zülfüqar oğlu Kərimov Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəla...
ANL
E.Z.Kərimovun Azərbaycan Respublikasının İtaliya Respublikasında,San Marino Respublikasında, Malta Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatı üzrə İnkişaf Fondu yanında daimi nümayəndəsi vəzifələrin...
ANL
E.H.Zeynalovun Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram: Elman Hidayət oğlu Zeynalov Azərbaycan R...
ANL
E.H.Zeynalovun Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram: Elman Hidayət oğlu...
ANL
T.N.Zülfüqarovun Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram: Tofiq Nadir oğlu Zülfüqarov Azərbayc...
ANL
T.N.Zülfüqarovun Azərbaycan Respublikasının Latviya Respublikasında və iqamətgahı Riqa şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılması haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respubl...
ANL
H.N.Nəcəfovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram: Hüseyn Nizami oğlu Nəcəfov Gürcüstanın Batumi şəhərində...
ANL
H.N.Nəcəfova birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsini rəhbər tutaraq qərara alıram: Hüseyn Nizami oğlu Nəcəfova birinci dərəcəli fövqəla...
ANL
İqtisadi inkişafdan modernləşməyə doğru. Ölkəmizə olan bu diqqət və marağın əsasında Prezident İlham Əliyevin fədakar fəaliyyəti dayanır. Artıq politoloji tədqiqatlarda "Azərbaycan modeli" haqqında fikirlər səslənir". Demokratiyanın "üçüncü dalğası"nın başlanğıc mərhələsi kimi səciyyələndirilən ötən əsrin 90-cı ...
ANL
RAGT Moskvada İÇV/QİÇS-ə qarşı mübarizə probleminə həsr edilmiş konfrans keçirmişdir. Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva və Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu akademik B.V.Petrovski adına Rusiya Elmi ...
ANL
"ÜNS" Teatrı yeni mövsümü görkəmli alim Aida İmanquliyevanın xatirəsinə həsr edilmiş konsert proqramı ilə açmışdır. Oktyabrın 10-da "ÜNS" Teatrında yeni mövsümün açılış mərasimi keçirilmişdir. AzərTAc xəbər verir ki, teatrın yeni mövsümünün açılışı XX əsrin tanınmış ziyalılarından biri, görkəmli şərqşünas alim, tərcümə...
ANL
Bosniya və Herseqovinanın Azərbaycanda yeni səfiri təyin olunmuşdur. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazir Elmar Məmmədyarov oktyabrın 11-də iqamətgahı Ankara şəhərində yerləşən Bosniya və Herseqovinanın Azərbaycanda yeni təyin olunmuş səfiri Draqolyub Lyepoyaya ilə görüşmüşdür....
ANL
Meksikanın Azərbaycanda yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini təqdim etmişdir. İqamətgahı Ankara şəhərində yerləşən Meksika Birləşmiş Ştatlarının Azərbaycanda yeni təyin olunmuş səfiri Jaime Enrike İnosensio Qarsiya Amarala oktyabrın 11-də xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşmüşdür. XİN-in mətbu...
ANL