text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Milan Roçe: "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunacağına inanıram". Azərbaycan iqtisadi, siyasi cəhətdən sabit, demokratik şəraitdə yaşayır və inkişaf edir. Mən Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin də sülh yolu ilə, beynəlxal...
ANL
Müdafiə Nazirliyinin genişləndirilmiş hərbi kollegiya iclası olmuşdur. Noyabrın 25-də Müdafiə Nazirliyinin genişləndirilmiş hərbi kollegiya iclası olmuşdur. Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, iclasda kollegiya üzvləri, müdafiə nazirinin müavinləri, idarə, müstəqil şöbə, xidmət rəisləri, birlik, birləşmə və...
ANL
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisə seçkilərin nəticələrinin yoxlanılması və təsdiq olunmasına dair məsələyə baxmışdır. Noyabrın 26-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 2010-cu il noyabrın 7-də Milli Məclisə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və ...
ANL
Qəbələdə Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə MDB Dövlətlərarası Şurasının 38-ci iclası keçirilmişdir. Noyabrın 25-də Qəbələ şəhərində MDB ölkələrinin standartlaşdırma, metrologiya, akkreditasiya və sertifikatlaşdırma üzrə milli orqanları rəhbərlərinin 38-ci iclası keçirilmişdir. AzərTAc xəbər verir...
ANL
Azərbaycan parlamentarizmi: ənənədən müasirliyə. Layihə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidmətinin dəstəyi ilə hazırlanmışdır. "İzvestiya" qəzetinin 25 noyabr tarixli nömrəsində Azərbaycanda parlamentarizmin yaranması və inkişafı tarixinə, xüsusən noyabrın 7-də keçirilmiş parlament seçkilərinə hazırlıq, s...
ANL
Kiyevdə çağırılan GUAM ölkələrinin Milli Əlaqələndiricilər Şurasının 20-ci iclası sona çatmışdır. GUAM Katibliyinin rəsmi saytında verilən məlumata görə, noyabrın 23-24-də təşkilatın mənzil-qərargahında GUAM-ın Milli Əlaqələndiricilər Şurasının (MƏŞ) 20-ci iclası keçirilmişdir. İclasda xarici işlər nazirlərinin müavinl...
ANL
İstanbulda OANA Baş Assambleyasının 14-cü iclası keçirilmişdir. İstanbulda Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA) Baş Assambleyasının 14-cü iclası keçirilmişdir. İclasda OANA-nın üzvü olan agentliklərin, o cümlədən Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) rəhbərləri iştirak etmişlər....
ANL
YUNESKO ilə Azərbaycan arasında yeni bir müqavilə imzalanmışdır. AzərTAc xəbər verir ki, noyabrın 24-də YUNESKO-nun mənzil-qərargahında Azərbaycanda elmin inkişafı sahəsində həyata keçirilən islahatlara Yaponiya hökumətinin yardımı ilə bağlı YUNESKO və Azərbaycan arasında müqavilə imzalanmışdır. Mərasimi açan YUNESKO b...
ANL
Budapeştdə başa çatmış beynəlxalq elmi konfrans "Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu" mövzusuna həsr olunmuşdur. Noyabrın 25-də Macarıstanın paytaxtı Budapeştdə "Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu" mövzusunda keçirilən beynəlxalq elmi konfrans öz işini başa çatdırmışdır. Azərbaycanın bu ölkədəki ...
ANL
"Azercell"in ev sahibliyi ilə keçirilən "Mobil rabitə və sosial inkişaf" adlı forumda tanınmış alimlər iştirak etmişdilər. "Azercell Telekom" MMC-nin təşəbbüsü və Qafqaz Universitetinin əməkdaşlığı ilə baş tutan bu tədbirin əsas məqsədi mobil rabitənin iqtisadi və sosial inkişafa olan mühüm təsirlərini təqdim etməklə b...
ANL
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti Belarusda səfərdə olmuşdur. Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Belarusda rəsmi səfərdə olmuşdur. Nazirlikdən AzərTAc-a bildirmişlər ki, səfər çərçivəsində nümayəndə heyəti Belarusun föv...
ANL
Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, noyabrın 26-da nazir Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi ilə...
ANL
Nazirlər Kabineti əhalinin sağlamlığının qorunması və profilaktikası, habelə xəstəliklərin müalicəsinə dövlət qayğısının artırılması məqsədi ilə bir sıra qərarlar qəbul etmişdir. Noyabrın 26-da Azərbaycan Respublikasının Nazirlər Kabineti əhalinin sağlamlığının qorunması və profilaktikası, habelə xəstəliklərin müalicəs...
ANL
Azərbaycan ilə Monteneqro arasında iki mühüm sənəd imzalanmışdır. AzərTAc xəbər verir ki, noyabrın 26-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Monteneqronun xarici işlər naziri Milan Roçenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Görüşdə Azərbaycan ilə Monteneqro arasında ...
ANL
Azərbaycan Milli Elmlər Akademiyası ilə Fransa Milli Araşdırmalar Mərkəzi arasında müqavilə bağlanmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov Fransaya səfəri çərçivəsində noyabrın 24-də Parisdə YUNESKO-nun mənzil-qərargahında bu qurum ilə AMEA arasında Azərbaycanda elmin inkişafı sah...
ANL
"Azərbaycanda Torpaq Kadastr Sisteminin təkmilləşdirilməsi" layihəsi ilə bağlı tədbir keçirilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində Koreya Respublikasının xarici işlər və ticarət nazirlikləri ilə birgə həyata keçirilmiş "Azərbaycanda Torpaq Kadastr Sisteminin təkmilləşdirilməsi" layihəsinə dair tədbir keçiril...
ANL
ADU-da keçirilən beynəlxalq elmi konfransa yekun vurulmuşdur. Azərbaycan Dillər Universitetində (ADU) keçirilən "Mədəniyyətlərarası dialoq: linqvistik, pedaqoji və ədəbi aspektlər" mövzusunda beynəlxalq elmi konfransa noyabrın 26-da yekun vurulmuşdur. AzərTAc xəbər verir ki, ABŞ, İtaliya, Fransa, Almaniya, Koreya Respu...
ANL
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilmişdir. Noyabrın 26-da Daxili İşlər Nazirliyində (DİN) daxili işlər orqanlarında qanunçuluğa riayət olunması, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi sahəsində həyata keçirilən tədbirlərin, şəhər, rayon polis orqanlarının növbətçi hissələrində, "T...
ANL
Noyabrın 26-da "Avropa" hotelində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi və SayberNet, FORS Europe və Oracle şirkətlərinin təşkilatçılığı ilə "Oracle Exadata Business" forumu keçirilmişdir. Dövlət müəssisələri və kommersiya şirkətlərinin nümayəndələri üçün təşkil olunan tədbir inteqrallaşdırılmış va...
ANL
Vətəndaş mənafeyinə xidmət edən siyasətin növbəti qələbəsi. Azərbaycanın son beş ildəki uğurları 2010-cu ilin 7 noyabr seçkilərinin nəticələrinə də birmənalı təsirini göstərdi. Seçkilər hər bir xalqın gələcək müqəddəratı baxımından mühüm siyasi proses kimi səciyyələnməklə konkret zaman kəsiyində dövlətin inkişaf strate...
ANL
Ermənistana növbəti diplomatik zərbə. Bu təcavüzkar dövlət yenə də NATO-nun zirvə toplantısında fiaskoya uğradı. Dövlət müstəqilliyinə qovuşduqdan sonra çoxqütblü inkişaf modelləri sırasından Qərb dəyərlərini seçən Azərbaycan bir sıra aparıcı beynəlxalq təşkilatlarla yanaşı, NATO ilə əməkdaşlığa da xüsusi önəm vermişdi...
ANL
Azərbaycan Respublikasının dördüncü çağırış Milli Məclisinin ilk iclası olmuşdur. - Hörmətli xanımlar və cənablar! Hörmətli deputatlar! Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gün dördüncü çağırış Milli Məclis öz işinə başlayır. Bu münasibətlə sizin hamınızı təbrik edirəm, bütün deputatlara məhsuldar fəaliyyət arzu...
ANL
Azərbaycan: neftdən yüksək texnologiyalara doğru. Xəbər verdiyimiz kimi, noyabrın 23-dən 26-dək Bakıda XVI Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi keçirilmişdir. "Evronyus" televiziyası sərginin açılışından hazırladığı reportajda Azərbaycan Prezidenti İlham Əliyevdən müsahibə almışdır. Azərb...
ANL
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Milli Məclisə seçkilərin nəticələrini təsdiq etmişdir. AzərTAc xəbər verir ki, noyabrın 29-da Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilmişdir. İclasda 2010-cu il noyabrın 7-də Milli Məclisə keçirilmiş seçki...
ANL
Azərbaycan Respublikasının dördüncü çağırış Milli Məclisinin ilk iclası olmuşdur. Noyabrın 29-da dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak etmişdir. Deputatlar dövlətimizin başçısını hərarətli alqışlarla qarşıladılar. İclası Mi...
ANL
Əsrimizin görkəmli dövlət xadimi. Rumıniyada "İlin adamı" elan edilən Prezident İlham Əliyevin xidmətləri dünya miqyasında yüksək qiymətləndirilir. Dinamik sosial-iqtisadi inkişafa malik olan və bu sahədə uğurlu bir modelin əsasını qoyan Azərbaycan beynəlxalq miqyasda digər sferalar üzrə də qazandığı uğurlar baxı...
ANL
2010-cu il noyabrın 7-də keçirilmiş dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinə dair. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədrlik edən), Sona Salmanova, Fikrət B...
ANL
Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev hakim partiyadan Milli Məclisə seçilmiş deputatlarla görüşmüşdür. Noyabrın 29-da dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev hakim partiyadan Milli Məclisə seçilmiş deputatlarla görüşmüşdür. Prezident deputatları salamlayaraq dedi: - İlk növ...
ANL
Albaniya Respublikasının Prezidenti zati-aliləri cənab Bamir Topiyə. Hörmətli cənab Prezident! Milli bayramınız - Bayraq günü münasibətilə Sizi və bütün xalqınızı səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, Azərbaycan ilə Albaniya arasında təşəkkül tapmış münasibətlərin inkişafı bundan sonra da dostluq və əməkdaşlıq məcra...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın Alman Marşal Fondunun prezidenti Kreyq Kennedini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da ABŞ-ın Alman Marşal Fondunun prezidenti Kreyq Kennedini qəbul etmişdir. ABŞ-ın Alman Marşal Fondunun prezidenti Kreyq Kennedi son illər Bakıda həya...
ANL
Azərbaycan Respublikası Milli Məclisi komitələri sədrlərinin seçilməsi haqqında. Azərbaycan Respublikası Milli Məclisinin Qərarı. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: Azərbaycan Respublikası Milli Məclisinin deputatları aşağıdakı komitələrin sədrləri seçilsinlər: Əli Məhəmməd oğlu Hüseynov - Hüquq siya...
ANL
O.S.Əsədovun Azərbaycan Respublikası Milli Məclisinin Sədri seçilməsi haqqında. Azərbaycan Respublikası Milli Məclisinin Qərarı. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: Azərbaycan Respublikası Milli Məclisinin deputatı Oqtay Sabir oğlu Əsədov Azərbaycan Respublikası Milli Məclisinin Sədri seçilsin. Dördün...
ANL
Mavritaniya İslam Respublikasının Prezidenti zati-aliləri cənab Məhəmməd uld Əbdüləzizə. Hörmətli cənab Prezident! Mavritaniyanın milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Ümidvaram ki, Azərbaycan ilə Mavritaniya arasında yaranmış dostluq və əməkdaşlıq münasibət...
ANL
Z.A.Əsgərovun Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini seçilməsi haqqında. Azərbaycan Respublikası Milli Məclisinin Qərarı. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ziyafət Abbas oğlu Əsgərov Azərbaycan Respublikası Milli Məclisi Sədri...
ANL
V.F.Ələsgərovun Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini seçilməsi haqqında. Azərbaycan Respublikası Milli Məclisinin Qərarı. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: Azərbaycan Respublikası Milli Məclisinin deputatı Valeh Feyruz oğlu Ələsgərov Azərbaycan Respublikası Milli Məclisi Sədrinin m...
ANL
IV çağırış Milli Məclis Azərbaycan xalqının siyasi iradəsini tam əks etdirir. Milli Məclis Azərbaycanın inkişafında çox mühüm rol oynayır. Üeni qanunlar qəbul olunur, Milli Məclisin beynəlxalq fəaliyyəti möhkəmlənir və derutatların seçicilərlə görüşləri çox mütəmadi xarakter alır. Bu, çox önəmlidir, çünki seçicilərin q...
ANL
B.Ə.Muradovanın Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini seçilməsi haqqında. Azərbaycan Respublikası Milli Məclisinin Qərarı. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: Azərbaycan Respublikası Milli Məclisinin deputatı Bahar Əvəz qızı Muradova Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müav...
ANL
Almaniyanın Frankfurt şəhərində Dünya Azərbaycanlı Gənclərinin I konqresi keçirilir. Noyabrın 27-də Almaniyanın Frankfurt şəhərində Dünya Azərbaycanlı Gənclərin (DAG) I Konqresi öz işinə başlamışdır. Konqresi Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi \"Azərbaycan Gəncliyi Dövlət Proqramı\"na uyğun olaraq Diasp...
ANL
YUNESKO-da Azərbaycanla bağlı həqiqətlər səsləndirilmişdir. Noyabrın 24-26-da YUNESKO-nun mənzil iqamətgahında Dünya Veteranlar Federasiyasının veteranlar və müharibə qurbanları ilə bağlı qanunvericilik üzrə yeddinci beynəlxalq konfransı keçirilmişdir. Azərbaycanı beynəlxalq tədbirdə Prezident Administrasiyasının İctim...
ANL
Bakıda Azərbaycan və Türkiyə əməkdaşlığının inkişafına həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir. Noyabrın 27-də Beynəlxalq Atatürk Düşüncə Təşkilatı (BADT) və Tələt Paşa Komitəsinin təşəbbüsü ilə Bakı dəniz vağzalının konfrans zalında beynəlxalq konfrans keçirilmişdir. AzərTAc xəbər verir ki, 14 ölkədən 90-dək nü...
ANL
Türkdilli Xəbər Agentlikləri Birliyinin məşvərət toplantısı keçirilmişdir. İstanbulda Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA) məşvərət toplantısı keçirilmişdir. Toplantını giriş sözü ilə açan TKA Baş Məclisinin sədri, AzərTAc-ın baş direktoru Aslan Aslanov bildirmişdir ki, son illər fəaliyyətini intensivləşdirmiş...
ANL
İntellektual imkanları məhdud olan uşaqların sağlamlığının qorunmasına dair tarixi bəyannamə imzalanmışdır. Dünya Səhiyyə Təşkilatının (DST) Avropa regional bölməsinin üzvü olan 53 ölkədə səhiyyə sahəsində siyasəti müəyyənləşdirən qurumlar intellektual imkanları məhdud olan uşaq və yeniyetmələrin yüksək keyfiyyətli səh...
ANL
Bu yerlərin dəyişməyən rəngi var. Burada dünya öz rəngindədir, heç birini itirməyib. Yaşamaq, ayaq üstə durmaq üçün bir kimsə o birinin haqqına sahib çıxmır, varına-qazancına göz dikmir. Əksinə, burada camaat bir-birindən dolanır, əlinin zəhməti ilə yaşam mücadiləsi verir, haqqını bilir. Əlbəttə, halallıqla. Sən demə, ...
ANL
Sığorta-pensiya sistemindəki islahatlar əmək pensiyaçılarının etibarlı sosial müdafiəsini təmin edir. Əhalinin sosial müdafiəsinin iqtisadi inkişafın əsas məqsədi kimi müəyyən olunması və bu siyasətin Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində ölkəmizin bütün aztəminatlı təbəqəsinə...
ANL
bp kəndli gənclərin biliklərə və peşələrə yiyələnməsinə dəstək verir. bp şirkəti Azərbaycanda bir sıra iri neft-qaz və ixrac layihələrinə əməliyyatçılıq etməklə yanaşı, həm də genişmiqyaslı sosial proqramlar həyata keçirir. Həmin proqramlar müxtəlif illərdə ayrı-ayrı adlar altında reallaşsa da, məqsədləri eynidir. Onla...
ANL
Azərbaycan xalçası YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olub. Mövzuya giriş kimi yenidən yada salmalı olduq. Qədim zamanlarda şah oğlu bir gözəl qıza elçi düşür. Qız çox ağıllı və uzaqgörən imiş. Onu var-dövlət maraqlandırmırmış. Bu səbəbdən də oğlandan soruşur ki, hansı sənətin sahibisən? Qızın ağıllı s...
ANL
Müasir geosiyasətin mükəmməl elmi-nəzəri tədqiqi. Müasir dövrdə hər bir dövlətin beynəlxalq münasibətlər sistemində layiqli mövqe tutaraq özünü bərabərhüquqlu tərəfdaş kimi təsdiqləməsi, milli maraq və mənafeyini yüksək səviyyədə müdafiə etməsi, qlobal təhdid və çağırışlara adekvat cavab verməsi, diplomatik əməkdaşlıq ...
ANL
Bakının Xocahəsən kəndi. Bakının Xocahəsən kəndi ilə bağlı alimlərin apardığı elmi araşdırmalar az olsa da, sakinlərinin ərazi ilə bağlı məlumatları böyük əhəmiyyət kəsb edir. Belə ki, kəndin tarixini yaşadan 4 qəbiristanlıq, yaşlı sakınlərin fikrincə, bu ərazinin hələ ərəblərin Azərbaycana gəlişindən əvvəl mövcudluğun...
ANL
İstanbulda Avropa ədliyyə nazirlərinin 30-cu konfransı keçirilmişdir. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, noyabrın 24-dən 26-dək İstanbulda Avropa Şurası və Türkiyə hökumətinin birgə təşkilatçılığı ilə Avropa ədliyyə nazirlərinin növbəti konfransı keçirilmişdir. 1961-ci ildən mütəmadi ke...
ANL
Ağdamda təhlükə potensiallı sənaye müəssisələrində texniki təhlükəsizliyin təmin edilməsi ilə bağlı seminar-müşavirə keçirilmişdir. Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin tədbirlər planına uyğun olaraq, Ağdam rayonunun Quzanlı qəsəbəsində Qara...
ANL
Frankfurtda Dünya Azərbaycanlı Gənclərin I Konqresi başa çatdı. Konqresdə Dünya Azərbaycanlı Gəncləri Birliyinin təsis edilməsi ilə əlaqədar Təşəbbüs qrupu yaradılmışdır. Almaniyanın Frankfurt şəhərində keçirilən Dünya Azərbaycanlı Gənclərin I Konqresi noyabrın 28-də öz işini başa çatdırmışdır. Tədbirin ikinci gününün ...
ANL
YUNESKO-da Azərbaycanla bağlı həqiqətlər səsləndirilmişdir. Noyabrın 24-26-da YUNESKO-nun mənzil iqamətgahında Dünya Veteranlar Federasiyasının veteranlar və müharibə qurbanları ilə bağlı qanunvericilik üzrə yeddinci beynəlxalq konfransı keçirilmişdir. Azərbaycanı beynəlxalq tədbirdə Prezident Administrasiyasının İctim...
ANL
Əbədiyaşarlıq zirvəsi fəth edən dirijor. Xalqımızın dünya mədəniyyəti və incəsənətinə bəxş etdiyi istedadlı və unudulmaz simalardan biri dirijor və bəstəkar, özünün ifaçılıq fəaliyyəti ilə Azərbaycanın musiqi tarixində böyük rol oynamış Niyazi Zülfüqar oğlu Hacıbəylidir. O, dahi bəstəkar Üzeyir bəyin böyük qardaşı Züfü...
ANL
Dastanlarda izi qalan ustad. Azərbaycan aşıq ədəbiyyatının dərin qatlarının üzə çıxmasında elmi və ədəbi ictimaiyyətin ayrı-ayrı nümayəndələrinin müstəsna xidmətləri var. Bu əvəzedilməz sərvətin toplanıb dünya ədəbiyyatı inciləri sırasına qovuşması istiqamətində müstəqil dövlətimizin yürütdüyü mədəniyyət siyasəti ilə y...
ANL
"Şifahi ənənəli Azərbaycan professional musiqisi: Muğam-dəstgahlar və zərbi-muğamlar" kitabının təqdimatı. Noyabrın 26-da Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda ittifaqın katibi, xalq artisti, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabovun rus dilində nəşr edilmiş \"Şifahi...
ANL
Tarixin təhrifi, Serj Sarkisyanın illüziyaları. XXI yüzilliyin astanasında ovaxtkı sovetlər birliyində ölkə idarəçiliyində yaranmış hərki-hərkilikdən istifadə edən erməni separatçıları \"Böyük Ermənistan\" xülyalarını reallaşdırmaq üçün əllərinə fürsət düşdüyünü zənn edərək Azərbaycanın yeni-yeni ərazilərini, eləcə də ...
ANL
"Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə...
ANL
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın təkbətək görüşü. Noyabrın 17-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın təkbətək görüşü olmuşd...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın yanacaq və energetika naziri Yuri Boykonu qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Ukraynanın yanacaq və energetika naziri Yuri Boykonu qəbul etmişdir. Görüşdə Azərbaycan ilə Ukrayna arasında energetika sahəsində əməkdaşlığın hazır...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın ölkəmizdəki səfiri Masamitsu Okini diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Masamitsu Okini diplomatik fəaliyyət mü...
ANL
Prezident İlham Əliyev Bakıda "Caspian Agro-2010" III Beynəlxalq kənd təsərrüfatı, ərzaq emalı və qablaşdırma sərgisi ilə tanış olmuşdur. Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev adına İdman-Konsert Kompleksində "Caspian Agro-2010" III Beynəlxalq kənd təsərrüfatı, ərzaq emalı və...
ANL
M.İ.İbrahimovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan muğam sənətinin inkişafındakı xidmətlərinə görə Mənsum İsrafil oğlu İbrahimov "Şöhrət" ordeni ilə təltif edilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti.
ANL
Çin Xalq Respublikasının Sədri zati-aliləri cənab Hu Szintaoya. Hörmətli cənab Sədr! Milli bayramınız - Çin Xalq Respublikasının yaranması günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Qədim ənənələrə malik Azərbaycan-Çin əlaqələri bu gün hərtərəfli inkiş...
ANL
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2010-cu il büdcəsində dəyişikliklər edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Dövlət Neft Fondunun vəsaiti hesabına həyata keçirilən qaçqın və məcburi köçkünlərin sosial-məişət məsələləri və məskunlaşması ilə bağlı tədbirlərin, habelə Samur-Abşeron suva...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Bakının Nizami rayonunda salınacaq parkın və burada yaradılacaq musiqili fəvvarənin ərazisi ilə tanış olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Bakının Nizami rayonunda salınması nəzərdə tutulan parkın və burada quraşdırılacaq musiqili fəvvarənin ər...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinə gətirilən yeni avtomobillərə baxış keçirmişdir. Bakı şəhərində taksi xidmətinin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə paytaxta Avropa standartlarına cavab verən müasir avtomobillər gətirilmişdir. Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yen...
ANL
Milli Məclisin payız sessiyası öz işinə başladı. Sentyabrın 30-da Milli Məclisin payız sessiyası Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə işinə başladı. Parlamentin Sədri Oqtay Əsədov bildirdi ki, ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadi, siyasi, mədəni və digər sahələrdə...
ANL
Azərbaycanın Macarıstandakı səfirinin nüfuzlu "Magyar Nemzet" qəzetində müsahibəsi dərc olunmuşdur. Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevin ölkənin ən nufuzlu qəzetlərindən biri "Magyar Nemzet" qəzetində müsahibəsi dərc olunmuşdur. Müsahibədə səfir diqqəti sentyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliye...
ANL
ABŞ-da fəaliyyət göstərən Qarabağ Fondunun dəstəyi ilə Bakıda "Mənim Şuşam" rəsm sərgisi açılmışdır. Sentyabrın 30-da S.Bəhlulzadə adına rəsm qalereyasında Qarabağ Fondunun dəstəyi ilə gənc rəssam Həlimə Ələsgərovanın əsərlərindən ibarət "Mənim Şuşam" rəsm sərgisi açılmışdır. Tədbirdə çıxış edən Qarabağ Fondunun Avropa...
ANL
2003-cü ilin 1 oktyabrında ümummilli liderin layiqli siyasi varisi kimi cəmiyyətə təqdim etdiyi cənab İlham Əliyev hər bir azərbaycanlının Prezidenti olduğunu ötən dövrdə əməli fəaliyyəti ilə təsdiqləmişdir. Siyasi fəaliyyətin istənilən məqbul formasının ən son hədəfi reallığa adekvat mütərəqqi ideya və proqramların xa...
ANL
Azərbaycan Prokurorluğu yeni inkişaf və müasirləşmə mərhələsindədir. "Son illər prokurorluqda sağlam iş mühitinin yaradılması üçün ciddi işlər görülmüş, dövlətçilik, qanunçuluq prinsipləri ön plana çəkilmiş, cəmiyyətimizdə prokurorluğa ictimai etimad artmış və onun nüfuzu yüksəlmişdir.". Azərbaycanda hüquqi dövlətin ba...
ANL
Avazı mülayim, üslubu dürüst. Muğam bizim hamımıza ilham verən və eyni zamanda hər birimizin ruhunu oxşayan ecazkar aləmdir. Bu aləmin zənginliyi bizim hamımızın mənəvi zənginliyi deməkdir. Azərbaycan opera səhnəsinə köhnə qiyafədə yeni Məcnun, milli musiqi xəzinəmizə, qədim muğamlarımıza maraqlı ifa tərzi, cilvə gətir...
ANL
Bu günün beynəlxalq səviyyədə qeyd olunmasının məqsədi yaşlı nəsli təmsil edən insanlara mənəvi dəstəyin göstərilməsi, gənc nəsildə ahıllara qayğının və diqqətin formalaşdırılmasının təmin edilməsidir. Hesablamalara görə, Azərbaycanda ahıllar əhalinin cəmi 4 faizini təşkil edir. Dünyada digər yaş qrupları ilə müqayisəd...
ANL
Prezident İlham Əliyev Azərbaycan Tibb Universitetinin tədris-terapevtik klinikasının açılışında iştirak etmişdir. Oktyabrın 1-də Azərbaycan Tibb Universitetinin tədris-terapevtik klinikasının açılış mərasimi olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmiş...
ANL
AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda akademik Ramiz Mehdiyevin Moskvada dərc edilmiş "Azərbaycanın kursu: sabitləşmədən modernləşməyə doğru" məqaləsinin müzakirəsi keçirilmişdir. Oktyabrın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda Azərbaycan Respublikası Prezi...
ANL
Azərbaycan Respublikası Prezidentinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nun təsdiq edilməsi haqqında” 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanına və “Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” 2008-ci il 9 iyul tarixli 2934 nömrəli Sərəncamına əlavələr və dəyişikliklər edilməsi b...
ANL
“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 30 mart tarixli 692 nömrəli Fərmanına əlavə edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. İlham Əliyev, Azərbaycan Respublikasını...
ANL
Süleyman Vəzirovun 100 illik yubileyinin keçirilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 2010-cu ilin noyabr ayında Azərbaycanın görkəmli neftçisi, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatı, Azərbaycan Respublikasının əməkdar elm və texnika xadimi Süleyman Azad oğlu Vəzirovun anada...
ANL
Parlamentin fəaliyyətinin əsas istiqamətləri təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş hüquqi, demokratik və dünyəvi dövlətin yaradılması prosesini davam etdirməkdən ibarət olmuşdur. Müsahibimiz Azərbaycan Respublikası Milli Məclisinin Sədri, YAP Siyasi Şurasının üzvü Oqtay Əsədovdur. - Oqtay müəllim, artıq üç...
ANL
Dağıstanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevın adını daşıyan orta məktəbin güləş zalının təntənəlı açılış mərasimi keçirilmişdir. Azərbaycan Güləş Federasiyasının (AGF) təşkilati və maliyyə işləri üzrə vitse-prezidenti Babək Babayevin başçılığı ilə nümayəndə heyəti Dərbənd rayonunun Cemikənd kəndindəki...
ANL
Prokurorluq işçiləri peşə bayramlarını qeyd etmişlər. Müstəqil dövlətçiliyimizin və Azərbaycanın ən yeni tarixinin yaradıcısı ulu öndər Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli sərəncamına müvafiq olaraq hər il oktyabrın 1-i prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Prokurorluq işçilərinin peşə bayr...
ANL
Azərbaycan Respublikası Hərbi Prokurorluğunda peşə bayramı günü qeyd edilmiş və buradakı korpusda Bakı Hərbi Prokurorluğunun açılışı olmuşdur. Oktyabrın 1-də Azərbaycan Respublikası Hərbi Prokurorluğunda peşə bayramı günü qeyd edilmiş və buradakı korpusda Bakı Hərbi Prokurorluğunun açılışı olmuşdur. Mərasim iştirakçıla...
ANL
Musiqi salnaməsində silinməz izlər. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi ilə əlaqədar Bakıda Beynəlxalq musiqi festivalı keçirildi. Artıq ikinci ildir ki, ölkəmizdə bu cür beynəlxalq əhəmiyyətli festivala start verilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamın...
ANL
Jurnalistikamızın tanınmış nümayəndəsi Şamil Şahməmmədovun 75 illik yubileyi qeyd edilmişdir. Oktyabrın 1-də Azərbaycan Mətbuat Şurasında tanınmış jurnalist Şamil Şahməmmədovun 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Şuranın sədri Əflatun Amaşov, "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deput...
ANL
Azərbaycan və Özbəkistan əlaqələri uğurla inkişaf edir. Prezident İlham Əliyevin Özbəkistana rəsmi səfəri iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edən mühüm hadisə oldu. Xarici siyasət sahəsində də uğurlara imza atan dövlətlərdən biri kimi xarakterizə olunan Azərbaycan müxtəlif dünya ölkələri, t...
ANL
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na əlavə edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Məcəllənin 326-4.3-cü maddəsində nəzərdə tutulmuş in...
ANL
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 yanvar tarixli 837 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”ndə dəyişikliklər edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti.
ANL
“Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli 396 nömrəli Fərmanına əlavə edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. “...
ANL
“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununa, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezid...
ANL
Koreya Respublikasının Prezidenti zati-aliləri cənab Li Men Baka. Hörmətli cənab Prezident! Ölkənizin milli bayramı - Dövlətin yaranması günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm. Bu gün dost ölkələrimiz arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. Əminəm ki, münasib...
ANL
Almaniya Federativ Respublikasının Prezidenti zati-aliləri cənab Kristian Vulfa. Hörmətli cənab Prezident! Milli bayramınız - Alman birliyi günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Azərbaycan-Almaniya münasibətlərinin hazırkı inkişaf səviyyəsi, istər ikitərəfli qayda...
ANL
"Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. "Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqini təmin...
ANL
“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 31 may tarixli 1019-IIIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına əlavələr edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentin...
ANL
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsı barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-cı il 29 avqust tarixli 389 nömrəli fərmanına əlavə edilməsi haqqında. A...
ANL
Azərbaycan Respublikası və Mavritaniya İslam Respublikası arasında 2010-cu il iyulun 15-də Bakı şəhərində imzalanmış sənədlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası və Mavritaniya İslam Respublikası arasında 2010-cu il iyulun 15-də Bakı şəhərində imzalanmış aşağıdakı sənədlər...
ANL
2010-cu il iyulun 13-də Ankara şəhərində imzalanmış "Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Türkiyə Respublikasının Kapital Bazarı Şurası arasında əməkdaşlıq və informasiya mübadiləsi haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. ...
ANL
2010-cu il iyulun 15-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Portuqaliya Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 2010-cu il iyulun 15-də Ba...
ANL
Azərbaycan diplomatiyasının BMT uğuru. Prezident İlham Əliyevin BMT Baş Məclisinin 65-ci sessiyasındakı çıxışı dünyanın diqqətini növbəti dəfə Dağlıq Qarabağ münaqişəsinə yönəltdi. Beynəlxalq hüququn artıq kifayət qədər güclü, nüfuzlu müstəqil subyektinə çevrilmiş Azərbaycan diplomatiya sahəsində də çevik siyasəti, had...
ANL
Vətənpərvərlik, nikbinlik və birlik. RAGT-nin vəzifəsi Azərbaycan gənclərini Rusiya vətəndaş cəmiyyətinə fəal inteqrasiyaya həvəsləndirmək və istiqamətləndirməkdir. Rusiya ilə Azərbaycanın münasibətlərində ictimai diplomatiyanın rolu ilbəil artır. İki ölkənin humanitar qarşılıqlı fəaliyyət prosesləri, politologiya dili...
ANL
RAGT-nin sədri, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva: Fəaliyyətimizin prioritet istiqaməti Rusiya-Azərbaycan mədəniyyətlərarası dialoqun qurulmasıdır. "Real işlər, həyata keçirilmiş ideyalar, nail olunmuş məqsədlər əminliklə deməyə imkan verir ki, RAGT özünü təsdiq etmiş birlikdir. Hazır...
ANL