text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşının təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikasının iqtisadi mənafelərinin qorunmasında xidmətlərinə və gömrük orqanlarında səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Dövlət Gömrük Ko...
ANL
Rusiya-Azərbaycan münasibətlərində qarşılıqlı inam və etimad nümunəsi. Xarici siyasətdə varislik ənənələrinin qorunması Azərbaycanın son illərdəki uğurlarını şərtləndirən amillər sırasında xüsusi vurğulana bilər: ümummilli lider Heydər Əliyev müstəqil respublikamızın milli mənafelərə əsaslanan tarazlaşdırılmış xarici s...
ANL
Humanitar Əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Forumunun iştirakçıları - "Tribuna" qəzetinin baş redaktoru Oleq Kuzin, "Selskaya jizn" qəzetinin baş redaktoru Şamun Kagermanov və "İzvestiya" qəzetinin baş redaktoru Vitali Abramov və başqaları ilə AzərTAc-da görüşümüzün əvvəlində Ş.Kagermanov Bakıya xüsusi olaraq gətirdiyi...
ANL
Azərbaycan yeni iqtisadi inkişaf mərhələsində. "Biz öz iqtisadiyyatımızı inkişaf etdiririk. Azərbaycan iqtisadi cəhətdən artıq oturuşmuş dövlət kimi tanınır. Mən hesab edirəm ki, biz artıq iqtisadi sahədə keçid dövrünü başa vurmuşuq". Dövlət suverenliyinin bərpasından sonra Azərbaycanda demokratik dövlət quruculuğunun ...
ANL
Elmdə islahatlara bir addım. Həqiqətənmi elmdə islahatların aparılması üçün bir addım yetərlidir? Hər bir dövlət texnoloji proseslərin ləngliyinin nə demək olduğunu beynəlxalq rəqabət müstəvisində dəqiq təsəvvür edir. Nəhəyət ki, dövlət rəsmiləri səviyyəsində Azərbaycanda da bu narahatçılıq ortaya qoyuldu. Xüsusilə də,...
ANL
"Silahlı münaqişələr zamanı mədəni dəyərlərin qorunması" mövzusunda konfrans keçirilmişdir. Yanvarın 27-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) təşkilatçılığı ilə "Silahlı münaqişələr zamanı mədəni dəyərlərin qorunması" mövzusunda konfrans keçirilmişdir. BQXK-nın ...
ANL
Davos İqtisadi Forumu işini davam etdirir. İsveçrənin kurort şəhərində açılmış 40-cı Dünya İqtisadi Forumunun illik toplantısı işini davam etdirir. Forumda müasir dövrün siyasi-iqtisadi problemlərin, qlobal inkişafın doğurduğu əsas çətinliklərin həlli üçün işgüzar tərəfdaşlığın genişlənməsinə yardım məsələləri müzakirə...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Valdis Zatlersin görüşü. Yanvarın 28-də İsveçrədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Valdis Zatlersin Davosda görüşü olmuşdur. Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəl...
ANL
Azərbaycan Prezidenti "Neft və qaz geosiyasəti: yeni sərhədlər" mövzusunda sammitdə iştirak etmişdir. Yanvarın 28-də Davosda nahar əsnasında "Neft və qaz geosiyasəti: yeni sərhədlər" mövzusunda sammit keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev sammitdə iştirak etmişdir. AzərTAc.
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin və İsveçrə Prezidenti Doris Loyhardın görüşü. Yanvarın 28-də Davosda Azərbaycan Prezidenti İlham Əliyevin və İsveçrə Prezidenti xanım Doris Loyhardın görüşü olmuşdur. Xanım Doris Loyhard Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə rəsmi səfərini xatırlatdı və qeyd etdi ki, bu, ço...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin və Polşa Prezidenti Lex Kaçinskinin görüşü olmuşdur. Yanvarın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Davosda Polşa Prezidenti Lex Kaçinski ilə görüşmüşdür. Görüşdə bildirildi ki, Azərbaycan ilə Polşa arasında münasibətlər müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər sa...
ANL
Prezident İlham Əliyevin şahzadə Endryu ilə görüşü. Yanvarın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Davosda Böyük Britaniyanın York hersoqu, şahzadə Endryu ilə görüşmüşdür. Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında iqtisadi əlaqələrin uğurla inkişaf etdiyi qeyd olundu. Bu sahədə əməkdaşlığın perspektivləri ilə ...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin və İordaniya Kralı II Abdullahın görüşü. Yanvarın 28-də Davosda Azərbaycan Prezidenti İlham Əliyevin İordaniya Kralı II Abdullah ilə görüşü olmuşdur. Görüşdə Azərbaycan ilə İordaniya arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu, yüksək səviyyəli səfərləri...
ANL
Rusiya-Azərbaycan humanitar əlaqələri keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. İqtisadi, siyasi və hərbi potensialı ilə beynəlxalq münasibətlər sistemində mühüm yeri olan Rusiya Federasiyası ilə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, keçmiş Sovetlər birliyi dövründən mövcud olan çoxşaxəli əlaqələri çağdaş geosiy...
ANL
Azərbaycan bizim həyatımızın bir hissəsidir. Azərbaycan bizim həyatımızın bir hissəsidir. Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun iştirakçıları ilə AzərTAc-da keçirilmiş görüşün leytmotivi məhz bu sözlər oldu. Ölkəmizin əsas informasiya agentliyinin qonaqları arasında Moskva Jurnalistlər İttifaqın...
ANL
Çjan Yannyan: İnformasiya mübadiləsi xalqların bir-birini daha yaxşı anlamasına və qarşılıqlı fəaliyyətinə yol açır. Yanvarın 28-də Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Çjan Yannyan Azərbaycan Dövlət Teleqraf Agentliyi - AzərTAc-da olmuşdur. Baş direktor Aslan Aslanov qonağa Şərqdə ilk demokratik dövlətin - A...
ANL
Londonda Azərbaycanın iştirakı ilə Əfqanıstana dair beynəlxalq konfrans keçirilir. Yanvarın 28-də Londonda açılmış Əfqanıstana dair beynəlxalq konfransın əsas mövzusu əfqan barışığı planları olmuşdur. Tədbirdə BMT-nin baş katibi Pan Gi Mun, Əfqanıstan Prezidenti Həmid Kərzai, Böyük Britaniyanın Baş naziri Qordon Braun,...
ANL
Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlıq əlaqələri möhkəmlənir. Azərbaycan Respublikasının beynəlxalq əlaqələrində Avropa Şurası mühüm yer tutur. Bəşər tarixində insan hüquq və azadlıqlarının təmin olunmasının regional sisteminin əsası məhz bu təşkilat çərçivəsində qoyulmuşdur. İndiyədək Avropa Şurası çərçivəsi...
ANL
Müsahibimiz Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayevdir. - Ötən il Musiqili Komediya Teatrının da tarixçəsinə yeni, həm də unudulmaz səhifələr yazıldı, maraqlı premyeralarla yadda qaldı. Biz son iki ildə repertuarımızı bayağı, süni gülüş doğuran bir sıra tamaşalardan təmizləyib sağlam, ...
ANL
Türk Musiqi Birliyi kanalı dünyaya yayılır. Türk xalqlarının müasir musiqilərini dünyaya çatdırmaq məqsədilə yaradılan Türk Musiqi Birliyi kanalı TMB 2009-cu il dekabrın 2-dən fəaliyyətə başlayıb. Hələlik izlənməsi TÜRKSAT vasitəsilə mümkün olan kanalın yaxınlarda kabel televeziyaları ilə daha geniş yayımlanması nəzərd...
ANL
Qırğızıstanda fəaliyyət göstərən beynəlxalq Atatürk-Alatoo Universitetində Azərbaycan ədəbiyyatı fakültəsi açılmışdır. Bişkek şəhərində fəaliyyət göstərən SEBAT Təhsil Mərkəzinə daxil olan Beynəlxalq Atatürk-Alatoo Universitetində 2010-cu ilin əvvəlində ilk dəfə olaraq Azərbaycan ədəbiyyatı fakültəsi açılmışdır. Bu bar...
ANL
Misirdə Azərbaycan Mədəniyyəti günləri böyük maraqla qarşılanmışdır. Azərbaycan Respublikası hökuməti və Misir Ərəb Respublikasının hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair sazişə uyğun olaraq, yanvarın 24-dən 28-dək Misir Ərəb Respublikasında Azərbaycan Mədəniyyəti günləri keçirilmişdir. Mədəniyyət və T...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə işgüzar səfəri. Prezident İlham Əliyev Dünya İqtisadi Forumunun "Qlobal enerji mənzərəsi" mövzusunda iclasında iştirak etmişdir. Xəbər verdiyimiz kimi, yanvarın 28-də İsveçrənin Davos şəhərində 40-cı Dünya İqtisadi Forumunun "Qlobal enerji mənzərəsi" mövzusunda iclası keçi...
ANL
Azərbaycanın xarici işlər naziri Londonda Əfqanıstana dair beynəlxalq konfransda çıxış etmişdir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 28-də Londonda keçirilmiş Əfqanıstana dair beynəlxalq konfransda çıxış etmişdir. Xarici siyasət idarəsinin rəhbəri bəyan etmişdir ki, Azərbaycan Əfqanıstanda sülhü...
ANL
Azərbaycan-Yamayka münasibətləri müzakirə edilmişdir. Ölkəmizin BMT-dəki daimi nümayəndəliyindən bildirmişlər ki, Yamaykanın illik diplomatik həftəsində iştirak etmək məqsədi ilə Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi və Yamaykadakı səfiri Aqşin Mehdiyev həmin ölkənin Baş nazirinin müavini, xarici işl...
ANL
26 Bakı komissarı güllələnən zaman Stepan Şaumyan onların arasında olmamışdır. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov yanvarın 29-da Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirdiyi mətbuat konfransında bildirmişdi...
ANL
Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu hər iki ölkənin nüfuzlu elitasını bir araya toplamışdır. "Bakıda keçirilmiş Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunda hər iki ölkənin nüfuzlu elitası bir araya toplaşmışdır. MDB üzvü olan başqa ölkələrdə keçirilmiş oxşar forumların heç birin...
ANL
Qaçqın və məcburi köçkünlərə dövlət qayğısı artır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində onlar tezliklə doğma torpaqlarına qayıdacaqlarına əmindirlər. Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı onun hər bir vətəndaşının həyatında özünü göstərməkdə, insanların rifah halının günü-gündən yaxşıla...
ANL
Nazirlər Kabineti 2011-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin Azərbaycan Prezidentinə vaxtında təqdim olunması barədə sərəncam qəbul etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirmişlər ki, Nazirlər Kabin...
ANL
İlk azərbaycanlı vitse-admiral. Azərbaycan dünya tarixinə təkcə zəngin dövlətçilik təcrübəsinə malik müdrik siyasi xadimlər, ali kamillik zirvəsinin sahibi olan görkəmli elm korifeyləri, ilahi poeziya ulduzları deyil, həm də qüdrətli sərkərdələr məmləkəti kimi daxil olub. Belə şəxsiyyətlərdən biri də ilk azərbaycanlı v...
ANL
Regionların İnkişafı İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov və tarix elmləri doktoru Kərim Şükürovun "Azərbaycan beynəlxalq münasibətlər və diplomatiya tarixi (1639-1828)" dördcildliyinin ilk cildi nəşr olunmuşdur. AMEA-dan bild...
ANL
Yurda ünvanlanan şeirlər. Aslan Kəmərlinin poeziyasında ana yurdun mənzərəsi - dağı, dərəsi, gül-çiçəyi ağrı-acıları əks olunurdu. Bəzən də onun şeirlərində bir vətəndaş etirazı, vətəndaş harayı eşidilirdi. Xüsusilə də son illər ermənilərin torpaq iddiaları, soydaşlarımızın məruz qaldığı zülmlər, düçar olduğumuz ədalət...
ANL
“Azərbaycan Respublikası Baş Prokurorluğu strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 745 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikasının Prezidenti.
ANL
"Azərbaycan Respublikasının miqrasiya orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı"nın təsdiq edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar qərara alı...
ANL
Azərbaycan Respublikası Prezidentinin Fərmanı. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti.
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Bakının şəhərətrafı qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı Sabunçu və Suraxanı rayonlarında görülən işlərlə tanış olmuşdur. Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə martın 9-da Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqti...
ANL
"Naşa molodyoj" ümumrusiya gənclər jurnalının mart nömrəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın müsahibəsi dərc edilmişdir. Rusiyada çox populyar olan bu jurnalın üz qabığında Leyla xanım Əliyevanın fotoşəkli verilmişdir. Onun fotoşəkli jurnalın içə...
ANL
Azərbaycanı daim yeniləşdirən, dinamik inkişaf etdirən, beynəlxalq hüququn daha güclü müstəqil subyektinə çevirən yeganə qüvvə İlham Əliyev hakimiyyətidir. Bahar MURADOVA: "Ölkəmizdə nəyisə dəyişmək üçün nə radikal müxalifətin, nə də kənar qüvvələrin gücü yetərlidir". Bu gün müasir Azərbaycanı xarakterizə edən əsas cəh...
ANL
Xanım Baronessa Meri Qoudi: "Azərbaycanın bugünkü inkişaf modeli bir örnəkdir". Azərbaycanda səfərdə olan Böyük Britaniya Lordlar Palatasının və Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü xanım Baronessa Meri Qoudi martın 31-də Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova i...
ANL
Laçınlılar akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabını müzakirə etmişlər. Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində yerləşən Laçın Rayon İcra Hakimiyyətində Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının müz...
ANL
Azərbaycanın və Böyük Britaniyanın deputatları beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlıq edirlər. Azərbaycanın və Böyük Britaniyanın parlamentləri arasında çox isti münasibətlər vardır. Deputatlarımız beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlıq edirlər. AzərTAc xəbər verir ki, bu sözləri Milli Məclisin Beynəlxalq m...
ANL
Prezident Kitabxanasının "Azərbaycanlıların soyqırımı və deportasiyası" adlı elektron resursu yenilənmişdir. AzərTAc xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının əməkdaşları xalqımızın başına gətirilən faciələri dünya ictimaiyyətinin nəzərinə çatdırmaq üçün Azərbaycan,...
ANL
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Palata Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və "Konstitusi...
ANL
Soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilmişdir. Martın 31-də Daxili İşlər Nazirliyinin (DİN) Çevik Polis Alayında nazirliyin bütün xidmət sahələri əməkdaşlarının iştirakı ilə Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anma mərasimi keçirilmişdir. Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla ya...
ANL
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anma mərasimi keçirilmişdir. Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anma tədbiri keçirilmişdir. Mərasimdə çıxış edən məru...
ANL
1918-ci ilin Quba qırğını əvvəlcədən planlaşdırılmış və düşünülmüş formada həyata keçirilən soyqırımı cinayətinin bir mərhələsidir. Quba rayonunda aşkar edilmiş kütləvi məzarlıqdakı skelet sümükləri Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin mütəxəssisləri tərəfindən ekspertiza olunu...
ANL
BMT-nin "ikili standart" yanaşmaları təşkilatın nüfuzunu sarsıdır. Liviya barədə qətnaməni operativ icraya yönəldən təşkilatın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrinə laqeyd münasibət bəsləməsi haqlı narazılıq doğurur. Liviya diktatoru Qəzzafinin dinc üsyançılara qarşı kütl...
ANL
Korrupsiya hüquqpozmalarına qarşı ən qəti tədbirlər görülür. Prokurorluq orqanları tərəfindən korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin daha da gücləndirilməsi, korrupsiya hüquqpozmalarına qarşı ən qəti tədbirlərin görülməsi təmin olunur. Respublika Baş Prokurorluğunun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki,...
ANL
Mixael Dreyer: "Bakıda Beynəlxalq muğam festivalının yüksək səviyyədə təşkili məni valeh etmişdir". Mən muğam sənətinin vurğunuyam və dəfələrlə Azərbaycan xanəndələrinin iştirakı ilə digər ölkələrdə keçirilən muğam gecələrində olmuşam. Bu sözləri "Muğam aləmi" II Beynəlxalq muğam festivalının iştirakçısı, almaniyalı mu...
ANL
Akademik Bəkir Nəbiyev: "Bakı forumu öz miqyası etibarilə çox geniş coğrafiyanı əhatə edir". "Hazırda biz elə bir zamanda yaşayırıq ki, iki proses bir-birini daban-dabana izləyir və çox gərgin mübarizə münasibətlərindədir. Bu proseslərdən biri - müasir dünyamızda dağıdıcılıqla, pozuculuqla, ara qarışdırmaqla, nəinki ay...
ANL
Azərbaycan və Türkiyə arasında əməkdaşlığın inkişafında mətbuat mühüm rol oynayır. Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Yavuz Bayram Maraş "İki sahil" qəzetinin redaksiyasında olmuşdur. Qəzetin redaksiyasından AzərTAc-a bildirmişlər ki, Y.B.Maraş tarixi köklərə malik olan Azərbaycan və Türkiyə arasındak...
ANL
Azərbaycan Diplomatik Akademiyasının tələbələri Daşkənd Dövlət Şərqşünaslıq Universitetində olmuşlar. Özbəkistanda olan Azərbaycan Diplomatik Akademiyasının (ADA) tələbələri Daşkənd Dövlət Şərqşünaslıq Universitetində olmuşlar. Universitetin prorektoru Gülçöhrə Rasieva bu ali təhsil ocağı haqqında azərbaycanlı tələbələ...
ANL
Azərbaycanın dinamik iqtisadi inkişafı bəzi xarici və daxili qüvvələri ciddi narahat edir. Bütün sivil cəmiyyətlərdə inkişaf və tərəqqi ictimai-siyasi sabitlik amilinə söykənir. Bu həqiqət sübuta ehtiyacı olmayan aksiom kimi Azərbaycan reallığında da təsdiqini tam tapıb. İndi siyasi baxışlarından asılı olmayaraq hər kə...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Bakının şəhərətrafı qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı Xətai və Nizami rayonlarında görülən işlərlə tanış olmuşdur. Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə martın 9-da Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi...
ANL
Bakı şəhəri Suraxanı rayonunun Bülbülə qəsəbəsində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Bakı şəhərinin Suraxanı Rayonu İcra Hak...
ANL
Bakı şəhəri Nizami rayonunun Keşlə qəsəbəsində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Bakı şəhərinin Nizami Rayonu İcra Hakimiyyə...
ANL
Bakı şəhəri Xətai rayonunun Əhmədli qəsəbəsində yeni xəstəxananın tikintisilə bağlı tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Bakı şəhərinin Xətai Rayonu İcra Hakimiyyətinə Əhmədli qəsəb...
ANL
Nazirlər Kabineti bir sıra qərarlar qəbul etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabineti bir sıra qərarlar qəbul etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 7 sentyabr tarixli sərəncamına əsasən Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) ilə bp Eksploreyşn Opereytinq Kompani Limited ş...
ANL
Xələf Xələfov: Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası ilə bağlı danışıqlar prosesi davam edir. Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası ilə bağlı danışıqlar prosesi davam edir. AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov demişdir. Növbəti danı...
ANL
Milli Məclisdə görüş. Aprelin 1-də Milli Məclisin Sədri Oqtay Əsədov Gürcüstanın Azərbaycanda yeni təyin olunmuş səfiri Teymuraz Şaraşenidze ilə görüşmüşdür. Parlamentin sədri səfirə diplomatik fəaliyyətində uğurlar arzulamış, ümidvar olduğunu bildirmişdir ki, o, iki ölkə arasında münasibətlərin daha da inkişaf etməsi ...
ANL
Mifdən reallığa. Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, fikirlərini həyata tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tuturlar. Heydər ƏLİYEV. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, nəzəriyyə ...
ANL
İndi ərəb olmaq fikrinə düşüblər". Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov aprelin 1-də "Media forum" saytına müsahibə vermişdir. - İctimai Palata aprelin 2-də Fəvvarələr meydanında mitinq keçirməyi planlaşdırır. - Aprelin 2-də etirazçıların Fəvvarələr meydanına daxil olmasın...
ANL
Azərbaycanlı gənclər Daşkənddəki Dünya İqtisadiyyatı və Diplomatiya Universitetində müəllim və tələbələrlə görüş keçirmişlər. Özbəkistanda səfərdə olan Azərbaycan Diplomatik Akademiyasının (ADA) tələbələri Daşkənddəki Dünya İqtisadiyyatı və Diplomatiya Universitetində (DİDU) müəllim və tələbələrlə görüşmüşlər. Universi...
ANL
İslam Konfransı Təşkilatı məkanında ilk dəfə Azərbaycanda "İKT modeli - Beynəlxalq təhsil layihəsi"nin təqdimatı olmuşdur. Aprelin 1-də Bakıda "Park İNN-Azərbaycan" hotelində Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏİKGF) təşkilatçılığı ilə İslam Konfransı Təşkilatı (İKT) məkanında ilk dəfə "İK...
ANL
Yaponiya hökuməti Azərbaycan Prezidentinə təşəkkür etmişdir. Yaponiya hökuməti bu ölkədə baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə əlaqədar göstərdiyi dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkür etmişdir. AzərTAc xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin saytında rəsmi məluma...
ANL
"Euronews" telekanalı Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas media tərəfdaşıdır. Dünyanın nüfuzlu "Euronews" televiziya kanalının Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun geniş coğrafiyada təbliği üçün əsas media tərəfdaşı kimi çıxış etməsi bu tədbirin möhtəşəmliyi...
ANL
Sərhədsiz dünya idealı uğrunda: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu. Mərkəzi Avropanın aparıcı xəbər agentliyi Avstriya Mətbuat Agentliyi (APA) AzərTAc-ın Avstriya üzrə xüsusi müxbiri Elgün Niftəliyevin "Sərhədsiz dünya idealı uğrunda: Mədəniyyətlərarası Dialoqun Dünya Forumu" adlı məqaləsini yaymışdır. Məqalə a...
ANL
Nəyisə dəyişdirmək, nəyəsə nail olmaq üçün əvvəlcə özünü, düşüncəni dəyişməlisən. Müsahibimiz Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanovadır. Bununla belə onlar qeyri-qanuni əməllərini davam etdirmək istiqamətində səylər göstərirlər. Sizcə radikal düşərgə nəyə nail olmaq istəyir? - Nəyisə dəyişdi...
ANL
İntellektual gənclər müxalifətin radikal qanadının çağırışlarına yox deyir. Hər bir cəmiyyətin aparıcı qüvvəsi gənclikdir. Dövlətlərin inkişafı, üzləşdiyi problemlərin həlli də böyük ölçüdə gəncliyin fəaliyyətindən asılıdır. Azərbaycan gəncliyi də ölkənin müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində daim fəallıq nü...
ANL
Xalq yaxşını yamandan yaxşı seçə bilir. Azərbaycanın məqsədyönlü daxili və xarici siyasəti sayəsində qazandığı uğurlar, milli dövlətçiliyin, demokratikləşmə prosesinin, ictimai həyatın müxtəlif sahələrinin müasir dünyanın tələblərinə uyğunlaşdırılması intellekt səviyyəsindən və sosial təbəqəsindən asılı olmayaraq, hər ...
ANL
Quba ölkəmizin şimal qapısı və müdafiə baxımından mühüm strateji əhəmiyyətli mərkəzlərindən biridir. Bu gün olduğu kimi, ötən əsrin əvvəllərində də Quba hərbi qüvvələri Bakı ətrafında dislokasiya etməyə əlverişli imkanlara malik region kimi ermənilərin diqqətini özünə cəlb etmişdir. Daşnaksütyun partiyasının üzvlərinin...
ANL
"Sümüktökülən dərə" - dəhşətli qırğınların şahidi. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzadılmasında qeyri-konstruktiv mövqe tutan işğalçıların məkrli niyyətlərinin ifşa edilməsi üçün informasiya mübarizəsi şəbəkəsinin genişləndirilməsinin vacibliyini xüsusi q...
ANL
Pakistanın nüfuzlu "Daily Times" və "The news" qəzetlərində azərbaycanlıların soyqırımı günü ilə əlaqədar materiallar dərc olunmuşdur. Pakistanın ingilisdilli "Daily Times" qəzetinin 30-31 mart nömrələrində 1918-ci ilin mart-aprelində azərbaycanlılara qarşı törədilmiş soyqırımla bağlı, "The News" qəzetinin 31 mart nömr...
ANL
Azərbaycanın dinamik inkişafı ölkədə daha şəffaf idarəetmə mexanizmlərinin tətbiqini zərurətə çevirir. İnkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, cəmiyyətin demokratik inkişafının ümdə şərtlərindən biri də dövrün tələblərinə cavab verən kadr potensialının formalaşdırılması, çevik və işlək mexanizmlər üzərində döv...
ANL
Yeni ədəbiyyatın manifesti. Ötən əsrin iyirminci illəri ədəbiyyat tariximizə yeni şeirimizin yaranıb formalaşdığı, yüksəlib inkişaf etdiyi, həm də təzadlı, ziddiyyətli, qarşılıqlı ittihamlar və diskussiylarla dolu bir mərhələ kimi daxil olmuşdur. Aparılan bütün diskussiyaların məzmunu isə təbii ki, yeni yaradılacaq poe...
ANL
Qeyri – adi təfəkkür tərzi ilə seçilərdi. 1953-cü ildə M.Lomonosov adına Moskva Dövlət Universitetinin fizika fakültəsini bitirib. Həmin ildə SSRİ EA Yer Fizikası İnstitutunun seysmologiya ixtisası üzrə aspiranturasına daxil olub. 1958-ci ildə sethi dalğalar nəzəriyyəsi problemlərinə həsr olunmuş "Üç yaxın stansiyalard...
ANL
Yeni nəşrlər. Prezident təqaüdçüsü, şair Cavad Cavadlının yeni kitabı "Sürgün" adlanır. Akademik İsa Həbibbəyli ön söz əvəzi kitaba yazdığı "Vətənin əbədi harayı"nda bildirir: "C.Cavadlı əsrin bəlalarını amansız tənqid edən kəskin tənqidi yazıları, felyetonları ilə haqqı tapdalananların haqqının özünə qaytarılmasında, ...
ANL
Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin vətəndaşları, sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar… Mən buna əminəm. Heydər ƏLİYEV. İcra hakimiyyətinə çoxlu mək...
ANL
Soyqırımı qurbanlarının xatirəsi uca tutulur. 31 Mart - Azərbaycanlıların soyqırımı günü münasibətilə Bərdə rayon ictimaiyyəti geniş tərkibdə mərasim keçirmişdir. Mərasim iştirakçıları öncə, Şəhidlər xiyabanını ziyarət etmiş, Qarabağ savaşında ermənilər tərəfindən qətlə yetirilmiş şəhidlərin məzarı üstünə qərənfillər d...
ANL
Azərbaycanın "Azərreyl" voleybol klubu Çellenc Kubokunun sahibi olmuşdur. Bakıda keçirilən final oyununu Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da izləmişlər. Aprelin 2-də "Sərhədçi" Olimpiya İdman Mərkəzində Avropa Voleybol Konfederasiyasının qadın voleybol komandaları arasında Çellenc Kuboku ya...
ANL
Xalqa layiqli xidmət. Prezident İlham Əliyev bu missiyası ilə Azərbaycan vətəndaşlarının alternativsiz etimad və ümid ünvanıdır. Müasir Azərbaycanın əsas xarakterik xüsusiyyətlərindən olan sürətli inkişafın ən mühüm cəhətlərindən biri yaşanan tərəqqinin hər bir vətəndaşın, ailənin həyatında da öz əksini tapmasıdır. Bu,...
ANL
Kəlbəcərdən olan məcburi köçkünlər BMT-yə müraciət etmişlər. Kəlbəcər rayonunun işğalından 18 il ötür. Azərbaycanın müxtəlif rayonlarında məcburi köçkün həyatı yaşayan kəlbəcərlilər Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına (BMT TŞ) müraciət etmişlər. Müraciətdə deyilir: "Ermənistanın işğalçılıq siyasəti ...
ANL
Vaşinqtonda "Azərbaycan İrsi Həftəliyi" uğurla başa çatmışdır. ABŞ-ın Qarabağ Fondunun təşəbbüsü ilə keçirilən Vaşinqtonda "Azərbaycan irsi həftəliyi" uğurla başa çatmışdır. Həftəlik çərçivəsində şəhərin tarixi Linkoln konsert salonunda Azərbaycan və ümumən türk xalqları mədəniyyətini geniş şəkildə təqdim edən iki kons...
ANL
Azərbaycanda Beynəlxalq meşələr ilinin rəsmi açılışı olmuşdur. Beynəlxalq meşələr ilinin Azərbaycanda rəsmi açılışı ilə əlaqədar BMT-nin Bakıdakı nümayəndəliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə aprelin 2-də Sabunçu dairəsi - Heydər Əliyev Beynəlxalq Nava Limanı magistral avtomobil yolunun və Suraxanı dai...
ANL
Bakıda Qara Qarayev adına IV Beynəlxalq müasir musiqi festivalı açılmışdır. Aprelin 2-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Qara Qarayev adına IV Beynəlxalq müasir musiqi festivalının təntənəli açılış mərasimi keçirilmişdir. Təbdirdə Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin müdiri Fə...
ANL
Məkrli siyasətin qurbanı dağlar. Qalalar, abidələr, məbədlər məskəni olan Kəlbəcər işğal olunmaya bilərdi... 18 il öncə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmiş əzəli-ədəbi yurdlarımızdan biri də Kəlbəcərdir. O Kəlbəcər ki, vaxtilə dünyanın məşhur səyyahlarından biri sayılan Abex onun haqqında belə deyi...
ANL
Yer üzünün zövqünü, səfasını, xoşbəxtliyin rəngini, tamını, məqamların alisini, əbədisini millətinə, xalqına, bəşəriyyətə təmənnasız xidmətdə tapmış neçə adam göstərə bilərsiniz? Belələrini sadalamaq üçün bəzən bircə əlin beş barmağı belə, kifayət edir. Çünki dünya malından qane olmadan bu dünya üçün hansısa bir işləri...
ANL
Bir səsin əbədiliyi. Görkəmli mədəniyyət xadimi, Şərq musiqisinin parlaq ulduzu, məşhur xanəndə, Azərbaycan vokal məktəbinin banisi Cabbar Qaryağdıoğlunun anadan olmasının 150 illiyi tamam olur. Ölkə başçısı İlham Əliyevin imzaladığı sərəncama əsasən, Cabbar Qaryağdıoğlunun xatirəsi bu günlərdə daha çox anılır, onun şə...
ANL
Naftalan dünya səviyyəli kurort mərkəzinə çevriləcəkdir. Naftalan neftinin hikməti hamıya bəllidir. Hələ XII yüzillikdə işbilənlər xam nefti müalicə üçün çıxarıb satırdılar. Sonralar möcüzəli neftin hikməti hamıya bəlli oldu. Şəhər salındı, yollar çəkildi, sanatoriyalar yaradıldı. Ötən əsrin sonlarında Naftalan bütün s...
ANL
Bir sıra şeir və publisistik kitabları ilə tanınan Sahib Əliyev bu dəfə oxucuların görüşünə hekayələri ilə gəlmişdir. "Gecikmiş etiraf" adlanan kitabında müəllifin ayrı-ayrı illərdə yazılmış hekayələri toplanmışdır. Həmin hekayələr hadisələrin qısa və konkret təsviri ilə diqqəti daha çox cəlb edir. Şübhə etmirik ki, Sa...
ANL
"Dünyanın ən qabaqcıl təcrübəsi öyrənildi, ən inkişaf etmiş ölkələrin dağ-xizək imkanları araşdırıldı və burada ən qabaqcıl texnologiyalar, ən gözəl təcrübə tətbiq olunur. Mən ümid edirəm ki, burada birinci mərhələni əhatə edən bütün işlər yaxın zamanlarda başa çatacaq və beləliklə, bu ilin sonuna qədər artıq bu gözəl ...
ANL
Həmvətənimiz Araz Ağalarov Uzaq Şərqdə möhtəşəm tikinti layihəsini həyata keçirir. Moskvadakı Mərkəzi Jurnalistlər Evində Russkiy adasında Uzaq Şərq Federal Universitetinin (UŞFU) tikintisinə həsr edilmiş mətbuat konfransı keçirilmişdir. Tikinti işlərinin baş podratçısı həmvətənimiz Araz Ağalarovun başçılıq etdiyi "Kro...
ANL
"İNEPO-AVRASİYA" Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüş olmuşdur. Bakıda keçirilən ənənəvi Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadasının (İNEPO-EUROASİA) bir qrup iştirakçısı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirilmişdir. Görüşdə Əfqanıstan, L...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Bakının şəhərətrafı qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı Qaradağ rayonunun Qobustan və Ələt qəsəbələrində görülən işlərlə tanış olmuşdur. Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə martın 9-da Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbəl...
ANL
Parlaq istedad çoxcəhətli yaradıcılıqda özünü göstərir. Azərbaycan mədəniyyətinin çox maraqlı və istedadlı nümayəndələrindən olan Ağadadaş Qurbanov teatrsevərlərin böyük məhəbbətini qazanan, parlaq istedadı və aktyor məziyyətləri ilə seçilən sənətkarlardan idi. Onun Azərbaycan dram sənətinin tarixindəki yeri ilə bağlı ...
ANL
Qazaxıstan Respublikasının Prezidenti zati-aliləri cənab Nursultan Nazarbayevə. Sizin yenidən Qazaxıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizin seçkilərdə qələbəniz Qazaxıstan xalqının Sizə yüksək etimadını, Sizin həyata keçirdiyiniz, dövlətçiliyin və hüquq...
ANL
Ömrün və sənətin zirvəsində. Azərbaycan mədəniyyətinin, teatr və kino sənətinin ötən yüzillikdə intibah dövrünü yaşadığını inkar etmək qeyri-mümkündür. Folklordan rişələnən, meydan tamaşalarından yol başlayan səhnə sənətinin inkişafında isə korifeylərin təfəkkürü, elmi, biliyi əvəzedilməzdir. Yəni, həmin inkişafın apar...
ANL
Ən böyük sərvət sağlamlıqdır. Ümumdünya Səhiyyə Assambleyasının təşəbbüsü ilə 1950-ci ildən dünya ictimaiyyəti hər il aprelin 7-də Ümumdünya Sağlamlıq Gününü qeyd edir. 1948-ci ilin həmin günü Birləşmiş Millətlər Təşkilatının səhiyyə məsələləri üzrə ixtisaslaşmış agentliyi - Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yaradılmış...
ANL
A.Q.Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycanda neft sənayesinin inkişafına böyük töhfələr vermiş A.Q.Əliyevin xatirəsini əbədiləşdirmək məqsədilə qərara alıram: 1....
ANL
Davamlı inkişaf üçün təhsil sistemində islahatlar əsas şərtdir. Davamlı inkişaf üçün ən vacib və həlledici amillər təhsil və idarəetmə ilə bağlı olduğuna görə dünya birliyi fəaliyyətini bu istiqamətdə qurmuşdur. Hələ 1992-ci ildə BMT-nin Rio-de-Janeyroda (Braziliya) keçirilən "İnkişaf və ətraf mühit" adlı beynəlxalq sa...
ANL