text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Ədəbiyyat kəhkəşanının sönməz ulduzu. Tarixən hər bir xalqın dünya miqyasında tanınmasında, məşhurlaşmasında və inkişafında onun sayılıb-seçilən ziyalıları, elm xadimləri də mühüm rol oynayışlar. Yüksək zəkası, istedadı ilə fərqlənən belə nüfuzlu elm adamları, ilk növbədə, cəmiyyətdə yüksək mənəvi idealların möhkəmlənm... | ANL |
Balaş Azəroğlu. Azərbaycan ədəbi ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycanın xalq şairi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Balaş Azəroğlu (Balaş Allahbaxış oğlu Abizadə) 2011-ci il aprelin 24-də ömrünün 90-cı ilində vəfat etmişdir. 1947-ci ildə Bakıya qayıtdıqdan sonra elə həmin il Azərbayc... | ANL |
Xalq şairi Balaş Azəroğlu son mənzilə yola salınmışdır. Aprelin 25-də Bakı ictimaiyyətinin nümayəndələri 90 yaşında dünyasını dəyişmiş Azərbaycanın xalq şairi Balaş Azəroğlunu son mənzilə yola salmışdır. AzərTAc xəbər verir ki, mərhumun cənazəsi Aktyorlar evinin salonunun matəmsayağı bəzədilmiş səhnəsində postament üzə... | ANL |
Akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının müzakirəsi keçirilmişdir. Gəncə. Vaxt ötdükcə akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" adlı kitabı ictimaiyyətin diqqətini daha çox cəlb edir. Artıq bu dəyərli əsər Gəncənin ali təhsil ocaqlarında oxucuların stolüstü kitabına ç... | ANL |
Görkəmli alim haqqında mükəmməl biblioqrafiya. Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası tərəfindən 1964-cü ildən bəri "Azərbaycanın elm və mədəniyyət xadimləri" seriyası ilə hazırlanıb çap edilən universal xarakterli, geniş əhatəli retrospektiv şəxsi biblioqrafik vəsaitlər ölkəmizin biblioqrafik ... | ANL |
Aqrar siyasətin yeni mərhələsi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir: "İqtisadiyyatımızın çoxşaxəli iqtisadiyyat kimi formalaşmasında qeyri-neft sektorunun ink... | ANL |
Qondarma "erməni soyqırımı" xarici mətbuatda. Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırovun Türkiyənin "Star" qəzetində qondarma "erməni soyqırımı" iddialarını ifşa edən "Soyqırımı dükanı nə zaman bağlanacaq?" başlıqlı məqaləsi dərc olunmuşdur. Məqalədə vurğulanır ki, erməni diasporu "soyqırımı" məsələsinin tarixçilərə... | ANL |
Ermənistanda ikinci Çernobıl təhlükəsi. Ermənistandakı Metsamor AES seysmik zonada yerləşən bir obyekt kimi Türkiyə, İran, Gürcüstan və Azərbaycan üçün çox böyük təhlükə mənbəyidir. Azərbaycanın Baş naziri Artur Rasizadə bir çox ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə bu günlərdə Kiyevdə keçirilən nüvə en... | ANL |
Xalq artisti, "Qızıl Dərviş" mükafatı laureatı Yusif Muxtarov 30 ildən çox Azərbaycan radiosunun aparıcı diktoru olub. Bakı Bələdiyyə Teatrının yaradıcılarından biri kimi bu mədəniyyət ocağının sərəncamçı direktoru vəzifəsini daşıyırdı. Azərbaycan kinosunun inkişafında da özünəməxsus xidmətləri olub. Bir çox bədii və t... | ANL |
Azərbaycanda gender siyasəti uğurla həyata keçirilir. Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının Neftçala rayonunda keçirdiyi "dəyirmi masa"da bu məsələ geniş müzakirə edilmişdir. Ölkə qanunvericiliyində son zamanlar gender siyasəti və qadın haqları sahəsində bir sıra mühüm sənədlər qəbul edilmişdir.... | ANL |
Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağı keçirilmişdir. Aprelin 26-da Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağı keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yığıncaqda iştirak etmişdir. Dövlətimizin başçısı əvvəlcə Azərbaycan Milli Elmlər Akademiyasının binası... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi. Hörmətli xanımlar və cənablar! İlk növbədə, məni akademiyaya dəvət etdiyinizə görə sizə minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, yığıncaq çox uğurlu keçəcəkdir və Azərbaycan elminin gələcək inkişafı üçün burada çox dəyərli fikirlər səslənəcəkdir. Akademiyanın əsa... | ANL |
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimovun çıxışı. -Möhtərəm cənab Prezident! Dərin və məzmunlu çıxışınıza görə Sizə öz minnətdarlığımı bildirirəm! Yola saldığımız 2010-cu il də ölkəmizin həyatı üçün əlamətdar hadisələrlə, irimiqyaslı quruculuq işləri ilə zəngin olmuş, respublikamızın ... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqi. - Mən burada səslənən təkliflərə münasibətimi bildirmək istəyirəm. Hesab edirəm ki, bu təkliflər çox dəyərlidir. Bunlar nəzərə alınacaq və müvafiq tapşırıqlar veriləcəkdir ki, qaldırdığınız məsələlər tezliklə öz həllini tapsın. Burada bir neçə məsələ qaldırıldı. İstərdi... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri, Ümumhəmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının prezidenti Mixail Şmakovu qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Rusiya Federasiyası Müstəqil Həmkarlar İttifaqları Federas... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Məhəmməd Mehdi Axundzadəni qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da İran İslam Respublikası Prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Məhəmməd Mehdi Axundzadəni qəbul etmiş... | ANL |
Rəhimzadənin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Arif Qafar oğlu Rəhimzadə "Şöhrət" ... | ANL |
R.Ş.Həsənovun Zəngilan Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram: Ramiz Şamil oğlu Həsənov Zəngilan Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilsin. İ... | ANL |
V.N.Quliyevin Zəngilan Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram: Vəli Nəcəfqulu oğlu Quliyev Zəngilan Rayonu İcra Hakimiyyətinin başçısı v... | ANL |
T.A.Qaraşovun Neftçala Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram: Taleh Azay oğlu Qaraşov Neftçala Rayonu İcra Hakimiyyətinin başçısı vəzif... | ANL |
T.A.Qaraşovun Astara Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram: Taleh Azay oğlu Qaraşov Astara Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilsin. İlham ... | ANL |
İ.M.Vəliyevin Neftçala Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram: İsmayıl Məhərrəm oğlu Vəliyev Neftçala Rayonu İcra Hakimiyyətinin başçısı təyin edils... | ANL |
İ.M.Vəliyevin Qobustan Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram: İsmayıl Məhərrəm oğlu Vəliyev Qobustan Rayonu İcra Hakimiyyətinin başçısı... | ANL |
M.H.Quliyevin Astara Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram: Mahir Hacı oğlu Quliyev Astara Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsin... | ANL |
M.H.Quliyevin Biləsuvar Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram: Mahir Hacı oğlu Quliyev Biləsuvar Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilsin. ... | ANL |
A.M.Məmmədovun Biləsuvar Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram: Adil Məcnun oğlu Məmmədov Biləsuvar Rayonu İcra Hakimiyyətinin başçısı ... | ANL |
A.M.Məmmədovun Qobustan Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram: Adil Məcnun oğlu Məmmədov Qobustan Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilsin.... | ANL |
Gəncədə görkəmli alim və yazıçı Mir Cəlal Paşayevin xatirəsi yad edilmişdir. Görkəmli alim və yazıçı Mir Cəlal Paşayevin anadan olmasının 108 illiyi vaxtilə təhsil aldığı və işlədiyi Gəncədə qeyd edilmişdir. Bu münasibətlə ədibin ev-muzeyində keçirilən xatirə gecəsində iştirak edən şəhər ictimaiyyətinin nümayəndələri, ... | ANL |
Ötən əsrin ən dəhşətli qəzalarından biri - Çernobıl Atom Elektrik Stansiyasındakı partlayışdan 25 il ötür. Aprelin 26-da Çernobıl faciəsinin azərbaycanlı iştirakçılarının konfransı keçirilmişdir. Çernobıl Əlilləri İttifaqının sədri Mirhəsən Həsənov bildirmişdir ki, qəzanın nəticələrinin aradan qaldırılmasında 8 min azə... | ANL |
Qubadlı rayonu ictimaiyyətinin nümayəndələri "Gorus-2010: absurd teatrı mövsümü" kitabını müzakirə etmişlər. Qubadlı rayonu ictimaiyyətinin nümayəndələri "dəyirmi masa" arxasında Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabını müzakirə etmişlər. ... | ANL |
Azərbaycan gəncliyi yeni inkişaf mərhələsində. Həyata keçirilən məqsədyönlü dövlət siyasəti ölkənin dinamik tərəqqisində gənclərin rolunu artırır. Hər zaman aparıcı sosial-demoqrafik qrup kimi dəyərləndirilən gənclik istənilən cəmiyyətin inkişafında daim hərəkətverici qüvvə sayılır. Bunu şərtləndirən əsas səbəblərdən b... | ANL |
Erməni yalanları ifşa olunur. AzərTAc xəbər verir ki, Beynəlxalq Əqli Mülkiyyət Günü ilə əlaqədar Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi (MHA) və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) birgə təşkilatçılığı ilə İçərişəhərdə, "Kiçik Karvansara"da "İT-İP: yeni biliklərin ötürülməsi və qorun... | ANL |
Mərasim iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Qubanın mərkəzində ucaldılmış abidəsi önünə tər çiçəklər düzüblər. Sonra tədbir rayon Mədəniyyət evində davam edib. Qonaqlar burada "Şəfəq" qəzetinin müxtəlif illərdəki fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Yubiley tədbirini Quba Rayon İcra H... | ANL |
İşçi qrupunun iclası başlanmışdır. Aprelin 26-da Bakıda Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın hazırlanması üzrə işçi qrupunun ikigünlük iclası öz işinə başlamışdır. AzərTAc xəbər verir ki, Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Xəzəryanı ölkələrin rəhbərlərinin Bakı sammitindən sonra işçi... | ANL |
Elektron erada şəffaf distant vergi auditi zamanın tələbidir. Bu günlərdə Avropa İttifaqının Qonşuluq Siyasəti çərçivəsində "Kompüter əsaslı audit sistemi sahəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstəyin göstərilməsi" Tvinninq layihəsinin təqdimatı keçirildi. Vergilər Nazirliyinin benefisiarı olduğu bu l... | ANL |
Azərbaycan Milli Aviasiya Akademiyasının tələbəsi Beynəlxalq Olimpiadanın qalibidir. Azərbaycan Milli Aviasiya Akademiyasının (AMAA) tələbəsi Emil Vahablı A.F.Mojayski adına Beynəlxalq Aviasiya Olimpiadasından zəngin "qənimətlərlə" qayıtmışdır. Təxminən 40 ölkənin gənc aviasiya tədqiqatçılarının qoşulduqları bu intelle... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı Sabunçu qəsəbəsində görülən işlərlə tanış olmuşdur. Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr edilmiş müşav... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev bp şirkətinin icraçı direktoru Robert Dadlini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də bp şirkətinin icraçı direktoru Robert Dadlini qəbul etmişdir. Görüşdə Azərbaycan ilə bp şirkəti arasında uzun illər uğurlu əməkdaşlıq həyata keçirildiyi vurğu... | ANL |
Oqtay Əsədov: TürkPA-nın yaradılması müasir dünyanın çağırışları qarşısında xalqlarımızın qüvvələrini birləşdirmək üçün atılan uğurlu addım olmuşdur. Azərbaycan Milli Məclisinin Sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti TürkPA-nın Astanada keçirilən ikinci plenar iclası çərçivəsində Qazaxıstan parlamenti M... | ANL |
Azərbaycan Milli Məclisinin Sədri Oqtay Əsədov Qazaxıstan parlamenti Senatının sədri Kayrat Mami ilə görüşmüşdür. Astanada keçiriləcək TürkPA-nın ikinci plenar iclası çərçivəsində Qazaxıstan parlamenti Senatının sədri Kayrat Mami Azərbaycan Milli Məclisinin Sədri Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti ilə görüş... | ANL |
Azərbaycan Milli Məclisinin Sədri Türkiyə və Qırğızıstan parlamentlərinin rəhbərləri ilə görüşmüşdür. Aprelin 27-də Azərbaycan Milli Məclisinin Sədri Oqtay Əsədov Astanada keçirilən TürkPA-nın ikinci plenar iclası çərçivəsində Türkiyə Böyük Millət Məclisinin rəhbəri Mehmet Əli Şahinlə görüşmüşdür. Oqtay Əsədov türkiyəl... | ANL |
Aprelin 27-də Astanadakı "Sülh və həmrəylik" sarayında TürkPa-nın ikinci plenar iclası öz işinə başlamışdır. İclasda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin sədrləri Oqtay Əsədov, Ural Muxamedcanov, Axmatbek Keldibekov və Mehmet Əli Şahin, həmçinin TürkPA-nın baş katibi Ramil Həsənovun başçılığı... | ANL |
Nazirlər Kabineti son vaxtlar bir sıra mühüm qərarlar qəbul etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabineti son vaxtlar bir sıra mühüm qərarlar qəbul etmişdir. "Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublika... | ANL |
Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan, dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tuta... | ANL |
"Azərbaycan Milli Elmlər Akademiyası işçilərinin əməkhaqlarının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 1 iyul tarixli 967 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bə... | ANL |
R.R.Məmmədovun Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Rəşad Rəfael oğlu Məmməd... | ANL |
Hüquqi dövlətin banisi. Tarixi təcrübə sübut edir ki, hər hansı dövlətin inkişafını, dünya birliyində öz layiqli yerini tuta bilməsini şərtləndirən əsas amillərdən biri də xalqın özünə lider olaraq seçdiyi şəxsin fərdi keyfiyyətləridir. Çünki dövlətin böyük və ya kiçikliyindən, malik olduğu iqtisadi potensialdan asılı ... | ANL |
"Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur... Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda, hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövr... | ANL |
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılmışdır. Aprelin 27-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının nümayəndələri Fəxri xiyabana gələrək görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad etmiş, məzarı üzərinə əklil qoymuşlar. Ümummill... | ANL |
MTN-in Heydər Əliyev adına Akademiyasının əməkdaşları və kursantları Heydər Əliyev Fondunda olmuşlar. Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının əməkdaşları və kursantları aprelin 27-də Heydər Əliyev Fondunda olmuşlar. Qonaqlara Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fond... | ANL |
Elmi-intellektual inkişaf prosesində keyfiyyətcə yeni mərhələ başlayır. Prezident İlham Əliyev AMEA-nın illik ümumi yığıncağında elmə dövlət qayğısının davamlı xarakter daşıdığını bir daha bəyan etdi. Hər bir dövlətin, xalqın gələcək inkişafı onun malik olduğu elmi-intellektualdan asılıdır. Milli intibahı təmin edən ən... | ANL |
Şirvan şəhərində "Gorus-2010: absurd teatrı mövsümü" kitabının müzakirəsinə həsr olunmuş elmi-nəzəri konfrans keçirilmişdir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabı soydaşlarımız, habelə bütün Azərbaycan vətəndaşları tərəfindən... | ANL |
Paris yenə də heyrətdə idi. Fransada Azərbaycan Mədəniyyəti günləri. Ölkə Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" imzaladığı sərəncama uyğun olaraq Heydər Əliyev Fondu müxtəlif layihələr hazırlayaraq gerçəkləşdirir. Bunlardan biri də Fondun öl... | ANL |
Azərbaycanlı rəssamların əsərləri fransızlarda böyük maraq doğurmuşdur. Azərbaycanın müstəqilliyini bərpa etməsinin 20 illiyi ilə bağlı Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin Azərbaycan-Fransa dostluq qrupunun sədri Mehriban xanım Əliyevanın təşəbbüsü və təşkilatçılığ... | ANL |
Azərbaycan ilə Küveyt arasında münasibətlər yüksək səviyyədə inkişaf edir. Azərbaycanın Xarici İşlər Nazirliyindən AzərTAc-a bildirmişlər ki, aprelin 27-də nazir Elmar Məmmədyarov Küveyt Diplomatik Akademiyasının rəhbəri, səfir Əbdüləziz Əl-Şareh ilə görüşmüşdür. Görüşdə Ə.Əl-Şareh ölkəmizə səfərindən məmnunluğunu qeyd... | ANL |
Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın hazırlanması üzrə işçi qrupunun növbəti iclası Moskvada keçiriləcəkdir. AzərTAc xəbər verir ki, Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın hazırlanması üzrə işçi qrupunun Bakıda keçirilmiş 28-ci iclası başa çatmışdır. AzərTAc xəbər verir ki, aprelin 27-də icl... | ANL |
Gənclər Təşkilatları Milli Şurasında gənclərin problemləri müzakirə olunmuşdur. Aprelin 27-də Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına üzv olan təşkilatların nümayəndələrinin görüşü keçirilmişdir. Milli Şuranın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbirdə dövlət proqramının hazırlanmasında... | ANL |
Azərbaycan və Litva Respublikası prokurorluqları arasında korrupsiya və digər növ hüquqpozmaların araşdırılması və qarşısının alınması sahəsində əməkdaşlığa dair memorandum imzalanmışdır. Aprelin 26-da Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralovun dəvəti ilə Litva Respublikasının baş prokuroru Darius Valis v... | ANL |
Azərbaycan ilə Litvanın prokurorluq və məhkəmə orqanları arasında işgüzar münasibətlərin yaranması əlaqələrin hərtərəfli inkişafına xidmət edir. Azərbaycanda səfərdə olan Litva Respublikasının baş prokuroru Darius Valis və Xüsusi İstintaq Xidmətinin baş direktoru Zimantas Paseviçius aprelin 27-də Ali Məhkəmənin sədri R... | ANL |
Bakıda miqrasiya proseslərinin tənzimlənməsi istiqamətində həmkarlar ittifaqlarının rolu müzakirə edilir. AzərTAc xəbər verir ki, aprelin 27-də Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı, Beynəlxalq Əmək Təşkilatı və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyi ilə "... | ANL |
AHİK-in təşkilatçılığı ilə beynəlxalq konfransın iştirakçıları Heydər Əliyevin məzarını ziyarət etmişlər. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə Bakıda keçirilən "Miqrasiya problemləri və çağırışlar: Həmkarlar ittifaqlarının rolu" mövzusunda beynəlxalq konfransın iştirakçıları aprelin 27... | ANL |
Robert Dadli: ARDNŞ ilə bp arasında əməkdaşlıq ruhu həmişə yüksək olmuşdur. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, aprelin 27-də qurumun prezidenti Rövnəq Abdullayev bp şirkətinin icraçı direktoru Robert Dadlinin başçılıq etdiyi nümayəndə heyəti ilə g... | ANL |
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən zaman-zaman işğalı əvvəllər çarizmin, sonralar isə sovet imperiyasının şovinizm siyasətinin nəticəsi idi. Erməni vandalizminin çirkin oyunlara daim yardımçı olmaları burada da özünü göstərmişdir. Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinin və digər ərazilərinin ötən ... | ANL |
Unudulması mümkün olmayan faciə. Erməni qəsbkarlarının törətdiyi Xocalı soyqırımından 19 il keçsə də, bu faciənin əzab və ağrılarını canında, qanında və varlığında hiss edən bir çox soydaşlarımız hələ də o müdhiş hadisənin təsiri altındadır. Xocalı soyqrımı xalqımıza qarşı erməni xəyanətinin törətdiyi sayca nə birinci,... | ANL |
Hər bir işçinin təhlükəsizliyi və sağlamlığı əsas şərtdir. Aprelin 28-i Beynəlxalq Əmək Təşkilatı və Beynəlxalq Azad Həmkarlar Konfederasiyası tərəfindən Ümumdünya Əməyin Mühafizəsi Günü kimi müəyyənləşdirilmişdir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da ənənəvi olaraq hər il bu tarixi müvafiq tədbirlər pro... | ANL |
"Vətəndaş cəmiyyətinin formalaşmasında medianın rolu" mövzusunda konfrans keçirilmişdir. AzərTAc xəbər verir ki, aprelin 27-də Suraxanı Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) və rayon icra hakimiyyətinin təşkilatçılığı i... | ANL |
Ukrayna Prezidenti Viktor Yanukoviçin Azərbaycana rəsmi səfəri. Rəsmi qarşılanma mərasimi. Aprelin 28-də Azərbaycan Respublikasına səfərə gələn Ukrayna Prezidenti Viktor Yanukoviçin rəsmi qarşılanma mərasimi olmuşdur. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi ... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin təkbətək görüşü. Aprelin 28-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin təkbətək görüşü olmuşdur. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələr... | ANL |
Azərbaycan və Ukrayna Prezidentləri Şurasının üçüncü iclası. Aprelin 28-də Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin təkbətək görüşü başa çatandan sonra iki ölkənin Prezidentləri Şurasının üçüncü iclası olmuşdur. İclasda Azərbaycan və Ukrayna nümayəndə heyətlərinin üzvləri iştirak et... | ANL |
Azərbaycan-Ukrayna sənədləri imzalanmışdır. Aprelin 28-də Azərbaycan və Ukrayna Prezidentləri Şurasının üçüncü iclasından sonra Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimi olmuşdur. "Azərbaycan Respublikası və Ukrayna prezidentlərinin strateji tərəfdaşlıq münasibətlərinin gələcək inkişafı barədə Birgə Bəyannam... | ANL |
Azərbaycan və Ukrayna prezidentlərinin birgə mətbuat konfransı. Aprelin 28-də Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin birgə mətbuat konfransı olmuşdur. Dövlət başçıları jurnalistlər qarşısında bəyanatlarla çıxış etdilər... | ANL |
Azərbaycan və Ukrayna prezidentlərinin birgə mətbuat konfransı. Aprelin 28-də Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin birgə mətbuat konfransı olmuşdur. Dövlət başçıları jurnalistlər qarşısında bəyanatlarla çıxış etdilər... | ANL |
Ali qonağın şərəfinə. Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə səfərdə olan Ukrayna Prezidenti Viktor Yanukoviçin şərəfinə rəsmi ziyafət verilmişdir. Dövlət başçıları ziyafətdə nitq söyləmişlər. Azərbaycan Prezidenti İlham Əliyevin nitqi. - Çox hörmətli Viktor Fyodoroviç! Əzi... | ANL |
Ali qonağın şərəfinə. Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə səfərdə olan Ukrayna Prezidenti Viktor Yanukoviçin şərəfinə rəsmi ziyafət verilmişdir. Dövlət başçıları ziyafətdə nitq söyləmişlər. Azərbaycan Prezidenti İlham Əliyevin nitqi. - Çox hörmətli Viktor Fyodoroviç! Əzi... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupunun həmsədri Bill Şusterin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də ABŞ-ın Pensilvaniya ştatından respublikaçı, Konqresin Silahlı Qüvvələr və Nəqliyyat komitələrinin üz... | ANL |
Azərbaycanın Baş naziri Artur Rasizadə və Ukrayna Prezidenti Viktor Yanukoviç birgə işçi nahar etmişlər. Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə və ölkəmizdə rəsmi səfərdə olan Ukrayna Prezidenti Viktor Yanukoviç aprelin 28-də birgə işçi nahar etmişlər. Səmimi söhbət zamanı Azərbaycan ilə Ukrayna arasında ... | ANL |
Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət. Azərbaycan Respublikasında rəsmi səfərdə olan Ukrayna Prezidenti Viktor Yanukoviç aprelin 28-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əkli... | ANL |
Şəhidlərin xatirəsinə ehtiram. Azərbaycan Respublikasında rəsmi səfərdə olan Ukrayna Prezidenti Viktor Yanukoviç aprelin 28-də Şəhidlər xiyabanını ziyarət etmişdir. Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Ukrayna Prezidenti Viktor Yanukoviç və nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəqilliyi ... | ANL |
Ukrayna Prezidenti Viktor Yanukoviç Azərbaycana rəsmi səfərə gəlmişdir. Aprelin 28-də Ukrayna Prezidenti Viktor Yanukoviç Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Ukray... | ANL |
Səfər başa çatdı. Ukrayna Prezidenti Viktor Yanukoviçin Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatmışdır. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Ukrayna Prezidenti Viktor Yanukoviçi hava limanında Azərbaycan Res... | ANL |
Aprelin 28-də Astanadakı "Sülh və Həmrəylik" sarayında tükdilli ölkələrin müstəqilliklərinin 20 illiyinə həsr edilmiş TürkPA-nın ikinci plenar iclası başa çatmışdır. İclasda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin sədrləri Oqtay Əsədovun, Mehmet Əli Şahinin, Ural Muxamedcanovun, Axmatbek Keldibe... | ANL |
Milli Məclisdə görüş. Aprelin 28-də Milli Məclis sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov ABŞ-ın Pensilvaniya ştatından respublikaçı, konqresin Silahlı Qüvvələr və Nəqliyyat komitələrinin üzvü, Azərbaycan üzrə işçi qrupunun həmsədri Bill Şusterin başçılıq etdiyi A... | ANL |
ABŞ Azərbaycanın qlobal enerji təhlükəsizliyində artan rolunu, regional və beynəlxalq sabitliyin təmin olunmasında iştirakını yüksək qiymətləndirir. Aprelin 28-də xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Pensilvaniya ştatından respublikaçı, Konqresin Silahlı Qüvvələr və Nəqliyyat komitələrinin üzvü, Azərbaycan üzrə... | ANL |
Qarşılıqlı səfərlər ikitərəfli əlaqələrimizin dərinləşməsinə və genişlənməsinə xidmət edir. ABŞ-ın Pensilvaniya ştatından respublikaçı, Konqresin Silahlı Qüvvələr və Nəqliyyat komitələrinin üzvü, Azərbaycan üzrə işçi qrupunun həmsədri Bill Şuster aprelin 28-də Milli Məclisdə jurnalistlər üçün brifinq keçirmişdir. Bill ... | ANL |
Uğurlu hüquqi islahatların müəllifi. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan demokratik hüquqi dövlət quruculuğu prosesi Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin müəyyən etdiyi müasirləşmə kursu çərçivəsində davam etdirilir. Ölkəmizdə həyata keçirilən hüquqi islahatlara tarixi prizma... | ANL |
Görkəmli alim, akademik Zərifə Əliyevanın xatirəsi yad edilmişdir. Aprelin 28-də Azərbaycan oftalmologiya elminin görkəmli nümayəndəsi, Milli Elmlər Akademiyasının bu sahədə ilk akademiki, fədakar alim və qayğıkeş insan Zərifə xanım Əliyevanın anadan olmasının 88-ci ili tamam olmuşdur. Həmin gün Azərbaycan oftalmologiy... | ANL |
Qəlblərdə əbədi yaşayacaq xatirə. Həyat fəlsəfəsi və mənəvi dünyası kifayət qədər zəngin olan, oftalmologiya elminin inkişafına böyük töhfələr verən akademik Zərifə xanım Əliyevanın xatirəsi bu gün də insanların qəlbində yaşayır, əziz tutulur. Elə bunun nəticəsidir ki, görkəmli alimin xairəsi ilə bağlı müxtəlif anım tə... | ANL |
Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 88 illiyinə həsr olunmuş elmi konfrans keçirilmişdir. Aprelin 28-də Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 88 illiyinə həsr olunmuş elmi konfrans keçirilmişdir. AzərTAc xəbər verir ki, səhiyyə naziri O... | ANL |
Kürdəmirdə akademik Zərifə xanım Əliyevanın doğum günü qeyd olunmuşdur. Gözün histomikroskopik, histokimyəvi araşdırmaları, klinik-diaqnostik istiqamətdə apardığı genişmiqyaslı tədqiqatlar, gözün müxtəlif mənşəli xəstəliklərinə dair qiymətli monoqrafiya, peşə oftalmologiyası, sənaye zəhərlərinin görmə orqanlarına təsir... | ANL |
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 88-ci ildönümünə həsr edilmiş konfrans-sərgi açılmışdır. Aprelin 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında görkəmli oftalmoloq alim, ictimai xadim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 88-ci il... | ANL |
Yeni Azərbaycan Partiyası Naftalanda "Azərbaycan gəncliyi və müasirlik" mövzusunda konfrans keçirmişdir. Yeni Azərbaycan Partiyası Naftalan şəhərində "Azərbaycan gəncliyi və müasirlik" mövzusunda konfrans keçirmişdir. Konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə əklil qoymuşlar.... | ANL |
və "İteca Caspian" şirkətlərinin təşkilatçılığı ilə "AİTF-2011" 10-cu Yubiley Azərbaycan Beynəlxalq turizm və səyahətlər, 2-ci Ümumrespublika daxili turizm sərgilərinin açılış mərasimi keçirilmişdir. Sərgilərin açılış mərasimində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək ölkəmiz müstəqillik ... | ANL |
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda keçirilən 10-cu Azərbaycan Beynəlxalq turizm və səyahətlər, 2-ci Ümumrespublika daxili turizm sərgiləri ilə tanış olmuşlar. Aprelin 29-da Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Sərgi Mərkəzində keçirilən 10-cu Azərbaycan Beynəlxalq turizm və səyah... | ANL |
Niderlandın Kraliçası Ülyahəzrət Beatriksə. Ülyahəzrət! Ölkənizin milli bayramı - Kraliça günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Niderland münasibətlərinin, dostluq və əməkdaşlıq əlaqələrimizin inkişafı bund... | ANL |
Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetə. Ülyahəzrət! Nəvəniz - Şahzadə Uilyamın toyu münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizə ən xoş arzularımı yetirir, yeni ailə həyatına qədəm qoyan gənclərə möhkəm cansağlığı və xoşbəxtlik diləyirəm. Hörmətlə, İlham ƏLİYEV, Azərbaycan Respublikas... | ANL |
Amerika Birləşmiş Ştatlarının Prezidenti zati-aliləri cənab Barak Obamaya. Hörmətli cənab Prezident! Ölkənizdə baş vermiş təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsa... | ANL |
Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədə. Əlahəzrət! Mərakeş şəhərində törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi olduqca sarsıtdı. Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorun bütün təzahürlərini qətiyyətlə pisləyir, terrorizmə qarşı mübarizəni hər cür dəstəkləyirik. Baş vermiş ... | ANL |
Azərbaycan Milli Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutlarının maddi-texniki bazasın... | ANL |
Bakı şəhərinin Sabunçu rayonunda yeni poliklinikanın tikintisi ilə bağlı tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Sabunçu qəsəbəsində yeni poliklinikanın tikintisi və onun lazımi avadan... | ANL |
İnkişaf - məqsədimizdir" çoxcildliyinin altıncı cildi çapdan çıxmışdır. Bu siyasət davam etdirilir. Azərbaycan prezident seçkilərindən keçən dövr ərzində də bu yolla gedir. Xarici siyasətimiz də, eyni zamanda, ölkə daxilində islahatlar da həmin ümumi istiqamət çərçivəsində aparılır. Mən dəfələrlə demişəm ki, Azərbaycan... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.