text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Azərbaycan Müəllimlər İnstitutunda "Müdriklik zirvəsi" kitabının təqdimat mərasimi keçirilmişdir. Aprelin 29-da Azərbaycan Müəllimlər İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə çap olunmuş "Müdriklik zirvəsi" kitabının təqdimat mərasimi keçirilmişdir. AzərTAc xəbər verir k... | ANL |
Kürdəmirdə ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş "Kitab bayramı" keçirilmişdir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar tədbirlər çərçivəsində Kürdəmir rayonunun Carlı kəndində "Kitab bayramı" keçirilmişdir. YAP Kürdəmir rayon təşkilatının, rayon m... | ANL |
Sosial sabitlikdən sosial rifaha. "Bizim düşünülmüş siyasətimiz, iqtisadi potensialımız, güclü sosial siyasətimiz vardır. Bütün siyasətimizin başında Azərbaycan vətəndaşı dayanır.". Sosial siyasətin tarixi və nəzəri aspektləri. "Sosial siyasət" termininin yaranma tarixi çox da qədim deyil. Bununla belə, bəşər tarixi bo... | ANL |
Elmə dövlət qayğısı Azərbaycanda inkişafın davamlılığına xidmət edir. Prezident İlham Əliyevin elm adamlarına himayədarlığı alimlərin məsuliyyətini daha da artırır. İqtisadi tərəqqi, demokratikləşmə və insan hüquqlarının etibarlı təminatı baxımından özünün yüksək inkişaf mərhələsinə çatmış dövlətlərin bu nailiyyətləri ... | ANL |
Azərbaycan gəncliyi hər zaman dövlətin qayğısını hiss edir. Prezident İlham Əliyevin müxtəlif sahələrdə uğurlar qazanmış bir qrup gənclə görüşü bu diqqətin bariz təcəssümüdür. Yeni nəslin hərtərəfli inkişafının əsas şərtlərndən biri gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında aktiv iştirakının... | ANL |
Gürcüstan Azərbaycan ilə hüquqi əməkdaşlığın dərinləşməsinə böyük önəm verir. Azərbaycanda səfərdə olan Gürcüstanın ədliyyə naziri - baş prokuroru Zurab Adeişvili aprelin 29-da ədliyyə naziri Fikrət Məmmədovla görüşmüşdür. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ölkələrimiz arasındakı dostlu... | ANL |
Möhkəmlənən münasibətlər hüquq-mühafizə orqanlarının fəaliyyətində yeni prespektivlər açacaqdır. Gürcüstanın ədliyyə naziri - baş prokuroru Zurab Adeişvilinin başçılığı ilə Azərbaycanda səfərdə olan nümayəndə heyəti aprelin 29-da Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür. Ali Məhkəmənin sədri Azərbaycanın və Gürc... | ANL |
Küveyt Diplomatik İnstitutunun baş direktorunun Azərbaycana səfəri başa çatmışdır. Küveyt Diplomatik İnstitutunun baş direktoru, səfir Əbdüləziz əl-Şarehin Azərbaycana səfəri başa çatmışdır. Azərbaycan Diplomatik Akademiyasından (ADA) AzərTAc-a bildirmişlər ki, səfər çərçivəsində baş direktor xarici işlər naziri Elmar ... | ANL |
Gənclər təşkilatlarının nümayəndələri "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının hazırlanması ilə bağlı təkliflərini vermişlər. AzərTAc xəbər verir ki, gənclər və idman nazirinin müavini İntiqam Babayev Dövlət Proqramının əhəmiyyətindən danışmış və gənclərin bu proqramla bağlı təkliflərini verməsini ... | ANL |
Görkəmli kimyaçı alim, akademik İzzət Orucovanın 100 illiyinə həsr olunmuş müsabiqəyə yekun vurulmuşdur. Bu münasibətlə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tərəfindən görkəmli kimyaçı alim, akademik İzzət Orucovanın anadan olmasının 100 illiyinə həsr olunmuş "Gənc tədqiqatçıların kimya sahəsin... | ANL |
Görkəmli fırça ustası Hüseyn Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Dövlət İncəsənət Muzeyində rəssamın fərdi sərgisi açılmışdır. Görkəmli fırça ustası, xalq rəssamı Hüseyn Əliyevin anadan olmasının 100 illiyi münasibətilə aprelin 29-da R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində rəssamın fərd... | ANL |
"Azərbaycan dəmiryolçusu" qəzeti 80 illik yubileyini qeyd etmişdir. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində (QSC) qurumun və Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin orqanı olan "Azərbaycan dəmiryolçusu" qəzetinin 80 illik yubileyi qeyd edilmişdir. AzərTAc xəbər verir ki, yubile... | ANL |
"Azərbaycan Hava Yolları" QSC fəaliyyətində həddindən artıq qazanc və yüksək gəlir əldə etmək məqsədini güdmür. "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) bazar iqtisadiyyatı və xarici aviaşirkətlər tərəfindən kəskin rəqabət şəraitində fəaliyyət göstərən kommersiya strukturu olmaqla yanaşı, Qərb texnikası... | ANL |
Özbəkistanda Azərbaycan Gəncləri günləri davam edir. Özbəkistanda keçirilən Azərbaycan Gəncləri günlərinin iştirakçıları - Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində olmuşlar. Qonaqlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin binanın qarşı... | ANL |
Uşaq ədəbiyyatının inkişafı diqqət tələb edir. Uşaq kitabının yaranmasına nəzər salsaq bu tarix 1477-ci ildən yunan müəllifi Ezopun mahnılarının yazılı kitab şəklində çap edilməsilə başlayır. Sonralar yazılaraq kitablara köçürülən başqa xalq nağıllarına da maraq artır, azyaşlılar bu cür nağıl kitablarına ciddi münasibə... | ANL |
Erməni saxtakarlığına növbəti zərbə. AzərTAc xəbər verir ki, bu günlərdə "Yazıçı" nəşriyyatında tanınmış publisist-alim Hikmət Babaoğlunun "Akdamardan Sarı Gəlinədək erməni yalanı" kitabı nəşr olunmuşdur. Əməkdar jurnalist Hikmət Babaoğlunun bu kitabında ermənilərin Azərbaycan xalqının tarixinə, maddi və mənəvi abidələ... | ANL |
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında. Azərbaycan Respublikasının Qanunu. məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında.”;. Məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi barədə işlər üzr... | ANL |
Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında. Azərbaycan Respublikasının Qanunu. uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə;”. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törədikləri korrupsiya cinayəti və qulluq ... | ANL |
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında. Azərbaycan Respublikasının Qanunu. Məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin pozulması. Məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə, yəni şəxs tərəfindən digər şəxsin onun mülk... | ANL |
"Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 180-IVQD nömrəli qanununun tətbiqi barədə. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tu... | ANL |
"Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 181-IVQD nömrəli qanununun tətbiqi barədə. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq "Azərbayc... | ANL |
Azərbaycan kino xadimlərinə fəxri adların verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə aşağıdakı kino xadimlərinə Azərbaycan Res... | ANL |
"Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 183-IVQD nömrəli qanununun tətbiqi barədə. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq "Az... | ANL |
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 175-IVQD nömrəli qanununun tətbiqi və "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri ... | ANL |
Böyük Britaniyada nəşr olunan "Exchange" beynəlxalq biznes və diplomatiya jurnalında Azərbaycanın uğurlarından bəhs edilmişdir. Böyük Britaniyada nəşr olunan "Exchange" beynəlxalq biznes və diplomatiya jurnalının iyul nömrəsində Azərbaycanın bu ölkədəki səfiri Fəxrəddin Qurbanovun müsahibəsi dərc edilmişdir. Səfirlikdə... | ANL |
Düşünülmüş, sürətli və davamlı inkişaf. Ən böyük milli sərvət kimi dəyərləndirilən müstəqillik bəşər tarixində adıkeçən bütün xalqlar üçün hər zaman özünüifadənin yüksək forması olaraq səciyyələndirilib. Bu mənada təsadüfi deyil ki, müstəqil yaşayan, öz hüquqlarını suveren şəkildə reallaşdıran xalqların əldə etdiyi nai... | ANL |
Mərakeşin milli bayramı şərəfinə. Avqustun 1-də Mərakeş Krallığının Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Taxt-tac günü münasibətilə rəsmi qəbul təşkil etmişdir. Mərakeşin Azərbaycandakı səfiri Həsən Hami çıxış edərək ölkəsinin inkişaf yolundan danışmış, siyasi və iqtisadi sahələrdə böyük tərəqqiyə nail ol... | ANL |
Azərbaycan nümayəndə heyəti DTT-yə üzvlük prosesi çərçivəsində Cenevrədə danışıqlar aparmışdır. Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin rəhbərliyi ilə İqtisadi İnkişaf, Sənaye və Energetika, Kənd Təsərrüfatı nazirlikləri və Dövlət Gömrük Komitəsinin əməkdaşlarından ibarət nümayəndə heyəti iyu... | ANL |
İctimai Televiziya və Radio Yayımları Şirkəti "Euronews"un qazandığı təcrübəni və beynəlxalq etibarı paylaşan ilk telekanal olacaqdır. "Euronews" telekanalı Azərbaycanın İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə imzaladığı əməkdaşlıq müqaviləsi barədə press-reliz yaymışdır. Bu barədə AzərTAc-a İctimai Televiziy... | ANL |
Trend-in Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovla müsahibəsi. - Ermənistandakı iqtisadi vəziyyəti necə şərh edərdiniz? - Ermənistandakı həm siyasi, həm də iqtisadi vəziyyəti, bir sözlə - tənəzzül kimi xarakterizə etmək olar. Bu, Ermənistanın son on... | ANL |
Mingəçevir şəhərinə infotur təşkil edilmişdir. Azərbaycan Prezidentinin 2011-ci ilin "Turizm ili" elan etməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq regionlarda turizmin müxtəlif növlərini inkişaf etdirmək, turizm xidməti obyektlərinə yerli turizm şirkətlərinin səfərlərinin mütəmadi təşkili, daxili turizm bazarının f... | ANL |
Yaddaşımızın ekran salnaməsi. Azərbaycan kinosunun tarixi keçmişinə aydınlıq gətirməmişdən öncə qeyd etməliyik ki, bu sahənin də inkişafında xalqımızın ümummilli lideri Heydər Əliyevin xidmətləri çox böyük olub. Xalqımızın taleyində, dövlətçiliyimizin tarixində, milli kinomuzun inkişafında silinməz izləri qalan ulu önd... | ANL |
Qəbələ III Beynəlxalq Musiqi Festivalının rəsmi açılışı və qala-konsert olmuşdur. Heydər Əliyev Fondunun təşkil etdiyi Qəbələ III Beynəlxalq Musiqi Festivalının rəsmi açılışı və qala-konsert olmuşdur. AzərTAc xəbər verir ki, bu münasibətlə iyulun 30-da "Qafqaz Resorte" otelinin qarşısındakı parkda açıq səma altında keç... | ANL |
Makedoniya Respublikasının Prezidenti zati-aliləri cənab Gyorge İvanova. Hörmətli cənab Prezident! Ölkənizin milli bayramı - Respublika günü münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Əminəm ki, Azərbaycan ilə Makedoniya arasındakı dostluq münasibətlərinin, ikitə... | ANL |
Şəhərin hər guşəsi abad və təmiz olmalıdır. Gəncədə məsələ belə qoyulub və bu istiqamətdə çox iş görülür. Gəncə əsasən birmərtəbəli şəhərdir. Ona görə də çox geniş sahəyə yayılıb. Xüsusən qonşuluqdakı kənd rayonları ilə qovuşan yerlərdə illər boyu qanunlu-qanunsuz, planlı-plansız çoxlu evlər, obyektlər tikilib. Onları ... | ANL |
Vyetnam Sosialist Respublikasının Prezidenti zati-aliləri cənab Çıonq Tan Şanqa. Hörmətli cənab Prezident! Vyetnam Sosialist Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında təşəkkül tapmış d... | ANL |
Bakı şəhərində İstiqlal Muzeyinin tikintisi ilə bağlı tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Bakı şəhərində İstiqlal Muzeyinin tikintisi üçün Azərbaycan Respublikasının 2011-ci il döv... | ANL |
"Nabukko" layihəsinin taleyi Azərbaycandan asılıdır. ABŞ-ın "Wall Street" jurnalında Alessandro Torellonun "Nabukko" qaz kəməri layihəsində Azərbaycanın rolu barədə məqalə dərc olunmuşdur. Müəllif yazır ki, müstəqilliyini bərpa etdikdən və Qərb şirkətləri ilə neft müqavilələri bağladıqdan sonra Azərbaycan təbii qazın i... | ANL |
Düşünülmüş, sürətli və davamlı inkişaf. Əsrə möhürünü vuran "Əsrin müqaviləsi". Bu dövrdə xarici neft şirkətlərinin Azərbaycana gəlişini təmin etmək üçün həllini gözləyən daha bir vacib məsələ beynəlxalq səviyyədə danışıqlar aparmaq bacarığında olan, neft sahəsində ölkəmizlə əməkdaşlığın perspektivinə xarici şirkətləri... | ANL |
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına daxil olmuş tələbələrlə görüş keçirilmişdir. Avqustun 2-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rektoru, professor Nərgiz Paşayeva bu nüfuzlu ali məktəbə daxil olmuş tələbələr və onların valideynləri ilə görüşmüşdür. Azə... | ANL |
"Kaspi" qəzetinin 130 illik yubileyi ilə əlaqədar növbəti tədbir keçirilmişdir. "Kaspi" qəzetinin 130 illik yubileyi çərçivəsində keçirilən müsabiqələrə təqdim olunmuş materiallar əsasında tərtib edilmiş "Kaspi" qəzetinin yaranması və fəaliyyəti" və "Mübariz yol" kitabları çapdan çıxmışdır. Avqustun 2-də Beynəlxalq Mət... | ANL |
Ermənistanın Türkiyədən ərazi tələbi və Qars müqaviləsini tanımaq istəməməsi iki ölkə arasında diplomatik münasibətlərə əngəldir. Türkiyə Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin (USAK) sədr müavini, professor Kamer Kasım "Sarkisyanın söylədikləri..." sərlövhəli analitik məqaləsində Ermənistanın Türkiyədən ərazi təl... | ANL |
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri tarixi əhəmiyyət daşıyır. Rəhbərlik etdiyi partiyanın parlament seçkilərində qələbədən bir ay sonra Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri qardaş və dost dövlətlərimizin arasında əlaqələrin yüksək səviyyəsinin bariz nüm... | ANL |
AMEA-nın Rəyasət Heyətində MDB ölkələrinin gənc arxeoloqlarının yay məktəbi layihəsi iştirakçıları ilə görüş keçirilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Mahmud Kərimov Azərbaycanda keçirilən MDB ölkələrinin gənc arxeoloqlarının yay məktəbi layihəsinin iştirakçıları ilə görüş keçirm... | ANL |
Kitabı özündən sonra çıxdı. Onun həyat yolu haradan başlamışdısa, orada da qırıldı. Naxçıvanda doğulub böyümüşdü, elə bir yaz günü Naxçıvanda da faciəli şəkildə həyatını itirdi. İndən belə başqa bir ömür yaşayacaq - kitablarda, xatirələrdə, yaxınlarla, dostlarla münasibətlərdə. Doqquzuncu kitabı özündən sonra doğuldu, ... | ANL |
Müdrikliyin zirvəsində. XX əsr Azərbaycan estetik fikir və ədəbi tənqidinin görkəmli nümayəndəsi, ədəbiyyatşünas-alim, pedaqoq, filologiya elmləri doktoru, professor, Milli Elmlər Akademiyasının həqiqi üzvü Məmməd Cəfər Cəfərov barəsində düşünəndə unudulmaz Kamal Talıbzadənin sözlərini xatırlayıram. Böyük ləyaqət sahib... | ANL |
Qəbələ III Beynəlxalq Musiqi Festivalında dahi rus bəstəkarı S.Raxmaninova həsr edilmiş konsert olmuşdur. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ III Beynəlxalq Musiqi Festivalı çərçivəsində "Nostalji... Raxmaninov" adlı konsert olmuşdur. Konsertdə festivalın bədii rəhbəri Dmitri Yablonski (violonçel... | ANL |
Amerika Birləşmiş Ştatlarının Prezidenti zati-aliləri cənab Barak Obamaya. Hörmətli cənab Prezident! Əlamətdar yubileyiniz - anadan olmağınızın 50 illiyi münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında təşəkkül t... | ANL |
Azərbaycanda özəl sektor yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin son 8 ildə elmi əsaslarla yürütdüyü sosial-iqtisadi strategiya nəticəsində cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunması inkişaf prosesində yüksək dinamizmi və məqsədyönlülüyü təmin etmişdir. Paytaxtın və r... | ANL |
Düşünülmüş, sürətli və davamlı inkişaf. "Neft Fondunun yaradılması neft strategiyamızın vacib elementlərindən biri olmuşdur. Neftin satışından gəlirlər əldə etməyə başladıqdan dərhal sonra Neft Fondu təsis edilmişdir. Fond çox müasir və şəffaf quruluşa malikdir və onun fəaliyyəti və gəlirləri haqqında məlumatlar müntəz... | ANL |
Azərbaycanda audit: təşəkküldən beynəlxalq standartlara doğru. "Azərbaycan Respublikasının iqtisadiyyatı inkişaf etdikcə və onun dünya təsərrüfat sisteminə inteqrasiyası gücləndikcə iqtisadi-maliyyə münasibətlərində şəffaflığın təmin olunmasında, iqtisadi cinayətkarlığa və korrupsiyaya qarşı mübarizədə auditin imkanlar... | ANL |
Azərbaycanlı gənclərin lobbiçilik fəaliyyətinin daha da gücləndirilməsi məsələləri müzakirə olunmuşdur. Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclər Təşkilatının (ASAİF) fəalları, idarə heyətinin və məclisin üzvləri Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) Preziden... | ANL |
Maestro Niyazinin 100 illik yubileyinə hazırlıqla bağlı "dəyirmi masa" keçirilmişdir. Avqustun 3-də Klassik Musiqisevənlər Klubu Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə SSRİ-nin və Azərbaycanın xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, Cəvahirləl Nehru adına Beynəlxalq müka... | ANL |
Praqada "Buta" Azərbaycan mətbəxi restoranı açılmışdır. Bu günlərdə Praqada "Buta" Azərbaycan milli mətbəxi restoranının təntənəli açılışı olmuşdur. Açılış mərasimində Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə, bu ölkədə akkreditə olunmuş xarici diplomatlar, o cümlədən Gürcüstanın səfiri Nino Nakaşidze, habelə Çexi... | ANL |
Bakıda Azərbaycan Silahlı Qüvvələrinin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda akkreditə olunmuş hərbi attaşe və hərbi nümayəndələrinin toplantısı keçirilir. Avqustun 3-də Bakıda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda akkreditə olunmuş hərbi attaşe və hərbi nümayə... | ANL |
İstifadə edilməyən Günəş və külək enerjisi Azərbaycanın itirilən qiymətli sərvətidir. Yer kürəsində ümumi yanacaq ehtiyatı təxminən 400 milyard tondur. Dünyada elektrik enerjisinin 94 faizi ənənəvi enerji hesabına alınır. Amma ənənəvi enerji sonsuz deyil. Hazırda dünyada əsas enerji mənbəyi yanacaqdır, yəni neft, qaz v... | ANL |
Qəbələ III Beynəlxalq Musiqi Festivalının iştirakçıları Şəkidə konsert vermişlər. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ III Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun 3-də Şəki şəhərində səyyar konsert təşkil olunmuşdur. Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayın... | ANL |
Bakının simvollarından biri Dənizkənarı Bulvarın görkəmi ildən-ilə dəyişir, gecələri gündüzündən romantik olur. İlin fəslindən asılı olmayaraq, insanlar burada özlərini daha gümrah, daha yaxşı hiss edirlər. Ümummilli lider Heydər Əliyevin 1998-ci il 29 dekabr tarixli "Bakı şəhərindəki Dənizkənarı Bulvara Milli Park sta... | ANL |
Azərbaycan investorlar üçün cəlbedici ölkədir. Bunun nəticəsidir ki, ölkəmiz xarici sərmayələrin həcminə görə MDB məkanında birinci sıralardadır. Ölkədə əlverişli biznes mühitinin yaradılması, daxili və xarici investorların fəaliyyətinə geniş imkanların açılması, sərmayədarların hüquqlarının etibarlı şəkildə qorunması,... | ANL |
Azərbaycan beynəlxalq donor ölkəsinə çevrilir. İqtisadi qüdrətini davamlı şəkildə yüksəldən ölkəmiz dünya miqyasında kreditor mövqelərini gücləndirir. Dinamik templərə malik inkişafını yeni uğurlara imza atmaqla davam etdirən Azərbaycan artıq iqisadi baxımdan dünyanın qüdrətli ölkələrindən birinə çevrilməkdədir. Sosial... | ANL |
Düşünülmüş, sürətli və davamlı inkişaf. İqtisadi, siyasi, hərbi böhran Azərbaycanı çox ağır vəziyyətə salmışdı və daxili çəkişmələr, özbaşınalıq, anarxiya və xaos demək olar ki, Azərbaycanın gələcəyini də şübhə altına qoyurdu. 1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyevin siyasi hakimiyyətə qayıtmasından sonra vəziyyə... | ANL |
Bu, ümummilli lider Heydər Əliyevin əsas prinsipi idi. "...Biz ayrı-ayrı vəzifəli şəxslərin davranışında özünü büruzə verən nalayiq hallara, pozğunluq təzahürlərinə göz yuma bilmərik. Mənəviyyat, əxlaq bütün işimizə nüfuz etməlidir. Kadrları açıq-aşkar, kütlələrin gözü qarşısında secmək, onlar haqqında kollektivin, ada... | ANL |
On üç yaşlı azərbaycanlı qızın erməni terrorunun qurbanı olması məsələsi BMT-də qaldırılmışdır. AzərTAc BMT-nin mətbuat mərkəzinə istinadla xəbər verir ki, Azərbaycanın Ermənistan ilə həmsərhəd rayonu olan Tovuzun Əlibəyli kəndində 13 yaşlı Aygün Şahmalıyevanın erməni təxribatı nəticəsində həlak olması məsələsi BMT-də ... | ANL |
Almaniyanın nüfuzlu qəzetlərində Dağlıq Qarabağ həqiqətlərinə dair məqalələr dərc olunmuşdur. Almaniyanın nüfuzlu "Die Welt" və "Frankfurter Rundschau" qəzetlərində isveçrəli jurnalist Andre Vidmerin Dağlıq Qarabağ həqiqətlərinə dair geniş məqalələri dərc edilmişdir. Məqalələrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ mü... | ANL |
"Deutsche Welle": Azərbaycan səmərəli model yaratmışdır. Avqustun 2-də Almaniyanın məşhur "Deutsche Welle" nəşrində Azərbaycan haqqında geniş məqalə dərc olunmuşdur. Məqalə əsasən "Vestnik Kavkaza" analitik informasiya agentliyinin baş redaktoru Aleksey Vlasovun təhlili və dedikləri üzərində qurulmuşdur. 2012-ci ildə A... | ANL |
Müəllimini sevənlər, onlardan bilgi alanlar həmişə həyatda uğur qazanırlar. Elə müəllimlər də olur ki, unudulmur, qürurla adı çəkilir, gənclərə nümunə göstərilən şəxsiyyət kimi tanınırlar. Həyatda ən çox sevilən, yaddaşlarda iz qoyan məhz müəllim olur - öz peşəsinin vurğunu, bu müqəddəs ada şərəf gətirən müəllimE 75 ya... | ANL |
Jurnalistika tariximizin tədqiqinə dəyərli töhfə. "Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan AzərTAc-ın tarixi və keçdiyi inkişaf yolu ilə bağlı indiyə qədər ayrıca tədqiqat işi aparılmamışdır. Ayrı-ayrı yubiley məqalələrini, bəzi jurnalist xatirələrini nəzərə almasaq, demək ol... | ANL |
Rusiya, Norveç və Gürcüstan musiqiçiləri Qəbələ III Beynəlxalq Musiqi Festivalı çərçivəsində birgə konsert proqramı ilə çıxış etmişlər. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ III Beynəlxalq Musiqi Festivalı çərçivəsində "Yeni Rusiya" Dövlət Simfonik Orkestrinin növbəti konserti olmuşdur. AzərTAc xəb... | ANL |
Qarabağ ağrılı yaddaşlarda. Qarabağ tariximizin yaddaşıdır. Yadellilər zaman-zaman onu odlara qalasalar, qəddini əysələr də, sındıra bilməyiblər. Qarabağa diş qıcayan daşnaklar və XX əsrdə Azərbaycan torpaqlarında yaradılmış və şovinizmin qidalandırdığı, terrorçuluğun yuvası olan Ermənistanın iki əsr ərzində dəfələrlə ... | ANL |
Dəbdəbə əsarəti. Ondan necə xilas olmalı. Xeyli vaxtdır ölkə ictimaiyyətini narahat edən problemlərdən biri, bəlkə də ən ağrılısı ciddi müzakirə mövzusudur. Söhbət toy və yas mərasimlərində israfçılıqdan, dəbdəbədən gedir. Məsələ, həqiqətən, son dərəcə ciddidir. Xüsusilə yas mərasimlərinin keçirilməsi vətəndaş üçün ağı... | ANL |
Abşeron rayonunun ərazisində yeni Zooloji Parkın tikintisi ilə bağlı tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Abşeron rayonunun ərazisində yeni Zooloji Parkın tikintisi üçün Azərbaycan ... | ANL |
Şirvan Milli Parkı. Doqquz iqlim qurşağında yerləşən Azərbaycan zəngin təbiətə malikdir. Yeraltı və yerüstü sərvətləri ilə məşhur olan respublikamız Qafqaz və Kiçik Asiya, Qara dəniz və Xəzər dənizi regionunda qədim mədəniyyətə, Avropada isə ən zəngin bioloji müxtəlifliyə malik ölkələrdən biri kimi dəyərləndirilir. Ümu... | ANL |
Azərbaycanın xarici ticarət dövriyyəsi sürətlə artır. Cari ilin ilk yarısında xarici ticarətdə yenidən böyük həcmdə müsbət saldo yaranıb. Qloballaşma prosesinin daha geniş vüsət aldığı indiki dövrdə istənilən ölkənin iqtisadi yüksəlişində xarici ticarət faktoru daha böyük rol oynamağa başlayıb. Çünki xarici ticarət sos... | ANL |
Düşünülmüş, sürətli və davamlı inkişaf. "Ölkəmizin inkişafı üçün özəl sektorun möhkəmlənməsi xüsusi əhəmiyyət daşıyır. Biz gündəlik fəaliyyətdə özəl sektorun, sahibkarlığın inkişafı üçün əlimizdən gələni edirik. Mən sahibkarlarla həm Bakıda, həm bölgələrdə mütəmadi qaydada görüşürəm. Dövlət tərəfindən sahibkarlığın ink... | ANL |
Cəmiyyətin azadlığı fikrin və sözün azadlığı qədərdir. "Fikir azadlığı olduqda kritikanın faydası olacaqdır ki, nəhayət, get-gedə müxtəlif fikir və rəylərin toqquşmasından haqq yerini tutacaq və mədəniyyət aləmində tərəqqiyat zühur edəcəkdir". "Con Stuart Mill azadlıq haqqında" əsərindən. Ümummilli lider Heydər Əliyevi... | ANL |
Əhməd Davudoğlu Azərbaycan xarici işlər nazirinin müavini ilə görüşmüşdür. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovla görüşmüşdür. Görüşdə tərəflərin iki ölkə arasında siyasi məsləhətləşmələr çərçivəsində Türkiyə-Azərbaycan əlaqələrinə dair fikir mübadiləsi ap... | ANL |
Qəbələ III Beynəlxalq musiqi festivalı başa çatdı. "Qafqaz Resort otel" məmləkətimizin axar-baxarlı, dilbər guşələrindən olan qədim Qəbələdə - başı buludlara dayanan dağlar qoynunda yerləşir. Bu yerlərin füsunkar gözəllikləri hər kəsi heyran edir. 23 iyuldan - "Qafqaz Resort otel"də III Beynəlxalq Qəbələ Musiqi Festiva... | ANL |
Qəbələ III Beynəlxalq Musiqi Festivalı "Euronews" telekanalında. V.Spindler: Qəbələ Yer kürəsinin ən gözəl guşələrindən biridir. "Euronews" telekanalında Qəbələdə keçirilən III Beynəlxalq Musiqi Festivalı haqqında reportaj yayımlanmışdır. AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ənənəvi olaraq ... | ANL |
Qızılağac qoruğu. Bu, Göygöl Dövlət Təbiət Qoruğudur. Ötən əsrin sonlarında ölkədə baş verən anarxiya, xaos, təbii ki, bu təbiət aləmindən də izsiz keçməmişdir. Baxımsızlıq, özbaşınalıq, qeyri-qanuni ovla məşğul olmaq, brakonyerlik qoruqlara da öz mənfi təsirini göstərmişdir. Yalnız ümummilli lider Heydər Əliyevin yeni... | ANL |
Düşünülmüş, sürətli və davamlı inkişaf. Özəlləşdirmə siyasəti yeni mərhələdə. Dövlət əmlakının özəlləşdirilməsi siyasəti sonrakı dövrdə ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilərək Azərbaycan iqtisadiyyatına yeni töhfələr qazandırdı, Dövlət başçısı bu istiqamətdə xeyli sayda fərman ... | ANL |
Məhkəmə orqanlarının müstəqilliyini təmin edən mütərəqqi islahatlar. İnkişaf etmiş demokratik dövlətlərin təcrübəsi göstərir ki, hüquqi və demokratik cəmiyyət quruculuğunun başlıca şərtlərindən biri də yeni dövrün tələblərinə cavab verən hüquq islahatlarının aparılması, ədalət mühakiməsini həyata keçirən məhkəmələrin m... | ANL |
Şamaxı-Ağsu arxeoloji ekspedisiyasının internet saytı yaradılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən Şamaxı-Ağsu Arxeoloji ekspedisiyasının internet saytı yaradılmışdır. İnstitutdan AzərTAc-a bildirmişlər ki, internet saytında ekspedisiyanın üzvləri haqqında ətrafl... | ANL |
Fəttah Heydərov: Heydər Əliyev Fondunun çox uğurlu layihələrindən olan beynəlxalq musiqi festivalı uzun illər keçiriləcək və Qəbələ mədəniyyət mərkəzinə çevriləcəkdir. Bu gün haqlı olaraq Qafqazın İsveçrəsi adlandırılan Qəbələdə mədəniyyətimizin və incəsənətimizin böyük hamisi Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ... | ANL |
Xoreoqrafiya sənətinin ulduzu. Xalq artisti, baletmeyster Rəfiqə Axundovanın adı təkcə Azərbaycan xoreoqrafiya sənətinin tarixinə yazılmayıb. Ömrünün 60 ildən çoxunu Azərbaycan baletinin inkişafına həsr edən azərbaycanlı qadın sənətkar həm də uzun illər xarici ölkələrdə pedaqoq, baletmeyster kimi də fəaliyyət göstərib.... | ANL |
Şuşanın ölməz musiqisi İtaliyada səsləndi. "Şuşanın dağları" ansamblının xarici ölkəyə səfəri uğurlu olmuşdur. Doğma ocaqlarından didərgin salınmış bir milyonadək qaçqın və məcburi köçkün soydaşımızın problemləri Azərbaycan dövlətinin gündəlik qayğısına çevrilmişdir. Ümummilli liderimiz Heydər Əliyevin ən böyük arzusu ... | ANL |
Yayın cırhacırında səmənidən danışsam, təəccüblənəcəksiniz ki, heç hənanın yeridirmi? Onilliklərdir ki, biz səmənini baharın rəmzi kimi yazda xatırlayırıq. Hansı qapıdan içəri girsən, Novruz süfrəsində boynuna qırmızı lent bağlanan yaşıl səməni görəcəksən. Sonra da solmuş səməniləri atırıq zibilliyə. Düzdür, qubalılar ... | ANL |
Prezident İlham Əliyev Bakının Yasamal və Nəsimi rayonlarında 225 və 35 nömrəli orta məktəblərdə aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 8-də Bakının Yasamal rayonundakı 225 nömrəli və Nəsimi rayonunun ərazisində yerləşən 35 ... | ANL |
Sinqapur Respublikasının Prezidenti zati-aliləri cənab Sellapan Ramanatana. Hörmətli cənab Prezident! Sinqapur Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram. Ümidvaram ki, Azərbaycan ilə Sinqapur arasında təşəkkül tapmış münasibətlər daim dostl... | ANL |
Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı yüksələn xətt üzrə inkişaf edir. Azərbaycanın balanslı diplomatiya ilə ayrı-ayrı dövlətlərlə münasibətlərdə bərabərhüquqlu tərəfdaşa çevrilməsinə, beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurmasına, milli mənafeyini lazımi səviyyədə müdafiə etməsinə n... | ANL |
Düşünülmüş, sürətli və davamlı inkişaf. "Dağlıq Qarabağın müstəqilliyi barədə qanunsuz iddialar beynəlxalq hüququn hamı tərəfindən bəyənilmiş normaları ilə bir araya sığmır. Biz həmin iddialarla heç zaman razılaşmayacağıq, Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol verə bilmərik. Erməni tərəfi, ... | ANL |
Elektron müraciətlər dövlətin vətəndaşlarla ünsiyyətinin müasir formasıdır. Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı öz müasirliyinə, geniş informasiya tutumuna, dizaynına və sair parametrlərinə görə diqqəti ən çox cəlb edən saytlardan biridir. Bu sayt gündən-günə təkmilləşdirilir və artıq respublika,... | ANL |
Kiçik şəhərin böyük şöhrəti. Yaranışından üzü bəri Qəbələ dağları, yaşıl ormanları belə büsat görməmişdir. Artıq üçüncü ildir ki, Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Musiqi Xadimləri İttifaqının təşkilatçılığı ilə bu bölgədə keçirilən beynəlxalq musiqi festivalının yaratdığı ... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 9-da Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə yola düşmüşdür. Dövlətimizin başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə və Bakı Şəhər İcra Hakimiy... | ANL |
Soçinin Beynəlxalq Aeroportunda qarşılanma. Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına işgüzar səfərə gəlmişdir. Dövlətimizin başçısını Soçinin Beynəlxalq Aeroportunda şəhərin meri Anatoli Paxomov və digər rəsmi şəxslər qarşıladılar. AzərTAc. | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin görüşü. Avqustun 9-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin görüşü olmuşdur. Azərbaycan dövlətinin başçısını salamlayan Rusiya Prezidenti Dmitri MEDVEDEV dedi: - Hörmə... | ANL |
Səfər başa çatdı. Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri başa çatmışdır. Azərbaycan dövlətinin başçısını Soçinin Beynəlxalq Aeroportunda şəhərin meri Anatoli Paxomov və digər rəsmi şəxslər yola saldılar. Dövlətimizin başçısı həmin gün axşam Bakıya qayıtmı... | ANL |
Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında. Azərbaycan Respublikasının Qanunu. Vəsiyyət edən öz əli ilə yazdığı və imzaladığı vəsiyyətnaməni zərfə qoyub bağlayaraq üç şəxsin yanında notariusa və ya Azərbaycan Respublikası konsulluqlarının vəzifəli şəxslərinə verə bilər. Həmin şəxsləri... | ANL |
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə. Azərbaycan Respublikasının Konstitusiya Qanunu. 1.1-ci maddədə “edilməsi” sözündən sonra “və bu Konstitusiya Qanunu ilə müəyyən edilmiş hallarda insan hüquqla... | ANL |
“Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2011-ci il 10 iyun tarixli 159- IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan ... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.