text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 163-IVKQD nömrəli Konstitusiya Qanununun tətbiqi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərənca...
ANL
Nəqliyyat Nazirliyində ilin birinci yarısının yekunları müzakirə edilmişdir. Avqustun 9-da Nəqliyyat Nazirliyində Azərbaycan Respublikasının yol-nəqliyyat kompleksinə daxil olan sahələr üzrə ilin birinci yarısının yekunlarına həsr olunmuş kollegiya iclası keçirilmişdir. Nazirliyin mətbuat katibliyindən AzərTAc-a bildir...
ANL
Baş Prokurorluqda "Elektron Sənəd Dövriyyəsi" Proqramının təqdimat mərasimi keçirilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, avqustun 9-da dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə "Elektro...
ANL
Azərbaycanda səfərdə olan Çin Xalq Respublikası Silahlı Milis Qüvvələrinin yüksək rütbəli zabitlərindən ibarət nümayəndə heyəti Daxili Qoşunların komandanı ilə görüşmüşdür. Ölkəmizdə səfərdə olan Çin Xalq Respublikası Silahlı Milis Qüvvələrinin yüksək rütbəli zabitlərindən ibarət nümayəndə heyəti avqustun 9-da Daxili Q...
ANL
Düşünülmüş, sürətli və davamlı inkişaf. Son 19 ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məşğul olan əsas beynəlxalq təşkilat isə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) olmuşdur. 1992-ci il fevralın 27-28-də ATƏM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclasında ilk dəfə ola...
ANL
Azərbaycanın modern dövlət quruculuğunda turizmin yeri və rolu yüksəlir. Qloballaşan dünyada turizmin strateji əhəmiyyətli sahə kimi nəzərdən keçirilməsi onun təkcə mənfəətli iqtisadi fəaliyyət növü olması ilə şərtlənmir. Müasir dövrdə turizmin inkişafı həm də təbliğati-siyasi mahiyyət daşımaqla hər bir dövlətin beynəl...
ANL
Regional telekanallarda regionlar necə görünür. Müstəqillik dövründə Azərbaycanda teleradio yayımı böyük inkişaf yolu keçib. Hazırda televiziya kanallarının texniki imkanları və auditoriyası hədsiz dərəcədə genişlənib. Bir çox ümumrespublika kanalları peyk, region kanalları isə internet vasitəsilə dünyaya yayımlanır. A...
ANL
Almaniyanın "Nitro" jurnalında "Azərbaycana tərəf?" sərlövhəli məqalə dərc olunmuşdur. Almaniyanın "Nitro" jurnalında Azərbaycanda səfərdə olmuş alman jurnalist İzabel Ulrixin "Azərbaycana tərəf?" sərlövhəli məqaləsi dərc olunmuşdur. Ölkəmizin xristian əcdadlarına, həmçinin fars, ərəb, türk və rus işğallarına görə mədə...
ANL
Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və d...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Dominika Birliyinin Baş naziri Ruzvelt Skerritin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Dominika Birliyinin Baş naziri Ruzvelt Skerritin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Görüşdə qarşılıqlı ...
ANL
Nazirlər Kabinetində görüş. Azərbaycan Respublikasında rəsmi səfərdə olan Dominika Birliyinin Baş naziri Ruzvelt Skerrit avqustun 10-da Baş nazir Artur Rasizadə ilə görüşmüşdür. Bakıya səfərinin qarşılıqlı münasibətlərin inkişafına təkan verəcəyinə əminliyini söyləyən Ruzvelt Skerrit iki dövlət arasında münasibətlərin ...
ANL
Azərbaycan demokratiyanın bariz nümunəsidir. Azərbaycanda rəsmi səfərdə olan Dominika Birliyinin Baş naziri Ruzvelt Skerrit avqustun 10-da Milli Məclisdə olmuşdur. Parlamentin binası önündə qonağı Milli Məclis Sədrinin müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov qarş...
ANL
Dominika Birliyinin Baş naziri ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişdir. Azərbaycanda rəsmi səfərdə olan Dominika Birliyinin Baş naziri Ruzvelt Skerrit avqustun 10-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heyd...
ANL
Azərbaycan Prezidentinin insanpərvər və mərhəmətli addımından siyasi spekulyasiya məqsədilə istifadə edilməməlidir. Bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov "Trend"ə müsahibəsində bildirmişdir. - Eks-prezident Ayaz Mütəllibov oğlunun vəf...
ANL
Çin Xalq Respublikasının yüksək rütbəli zabitləri Şəkidə olmuşlar. Çin Xalq Respublikası Silahlı Milis Qüvvələrinin yüksək rütbəli zabitlərindən ibarət nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində avqustun 10-da Şəkidə olmuşdur. AzərTAc xəbər verir ki, çinli qonaqlar Şəkinin görməli yerləri ilə tanış olmuş, qədim t...
ANL
Düşünülmüş, sürətli və davamlı inkişaf. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə ilk gündən obyektiv, prinsipial mövqeyi ilə seçilən təşkilatlardan biri də məhz İslam Konfransı Təşkilatı (İKT) olmuşdur. İKT hələ 1993-cü ildə Pakistanın Kəraçi şəhərində keçirilmiş xarici işlər nazirlərinin 21-ci konfransında E...
ANL
Sabah mütləq olacaq. Nasir, tərcüməçi, publisist, əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü Ələviyyə Babayeva mənalı ömrünün 90-cı zirvəsinə qədəm qoymaqdadır. Ötən əsrdən üzü bəri ədəbiyyatımıza bədii töhfələrini bağışlayan nasir xanımlarımızın sayı elə də çox deyil. Ələviyyə Babayeva insan mənəviyyatından, arzu...
ANL
Fərhad Bədəlbəyli: Qəbələ III Beynəlxalq Musiqi Festivalı həm də bir sıra yenilikləri ilə yadda qalacaqdır. Azərbaycanın ev sahibliyi ilə keçirilmiş daha bir mədəniyyət bayramının - Qəbələ III Beynəlxalq Musiqi Festivalının artıq tarixə çevrilməsinə baxmayaraq, dünya səviyyəli bu gözəl tədbirlə bağlı polemika səngimək ...
ANL
Azərbaycanı Milli Aviasiya Akademiyası təmsil edəcək. Azərbaycanı bu sərgidə Milli Aviasiya Akademiyası təmsil edəcəkdir. AzərTAc sərginin təşkilat komitəsinin rəsmi saytına istinadla xəbər verir ki, tədbirdə dünyanın 40-dək ölkəsindən 842 təşkilat öz məhsullarını nümayiş etdirəcəkdir. Sərgi çərçivəsində bir sıra tədbi...
ANL
“Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Teleradio yayımı: Milli Televiziya və Radio Şuras...
ANL
“Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikası Konstitusiyas...
ANL
Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin Müdiriyyətinin yaradılması haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabineti avqustun 10-da Nəqliyyat Nazirliyinin nəzdində tikilən təsərrüfat hesablı Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin Müdiriyyətinin yaradılması haqqında qərar qəbu...
ANL
Azərbaycan İrana nota vermişdir. Avqustun 11-də İranın ölkəmizdəki səfiri Məmmədbaqir Bəhrami avqustun 9-da "Fars" xəbər agentliyinin yaydığı İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Seyid Həsən Firuzabadinin Azərbaycan rəhbərliyinin və xalqının ünvanına yersiz fikirlərlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə (...
ANL
İranın ölkəmizdəki səfirliyi Azərbaycanın ünvanına söylənilmiş fikirləri təkzib etmişdir. İranın ölkəmizdəki səfirliyi Azərbaycanın ünvanına söylənilmiş fikirləri təkzib etmişdir. Səfirlikdən AzərTAc-a daxil olmuş təkzibdə deyilir: "İran İslam Respublikasının xarici işlər nazirinin göstərişinə əsasən İran İslam Respubl...
ANL
Qədim Şamaxı gəncləşir. Bura günü-gündən abadlaşan, gözəlləşən, inkişaf edən Azərbaycanın bir guşəsi - qədim Şamaxı torpağıdır. Şamaxının son illərdə sürətlə dəyişdiyini rayon mərkəzinə daxil olmadan yollar boyu da görmək olur. Çox sayda yaraşıqlı evlər tikilib, gözoxşayan yaşıllıqlar salınıb. Şamaxının özü də tanınmaz...
ANL
Soçi görüşü Azərbaycan və Rusiya əlaqələrinin sürətli inkişafına yeni təkan verir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli baxımından da görüş yüksək qiymətləndirilir. Əldə etdiyi nailiyyətlərlə artıq kifayət qədər qüdrətli dövlət kimi qəbul edilən Azərbaycan mövcud olduğu regionda lider...
ANL
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin bəyanatı heç bir çərçivəyə sığmır. "Təəssüf və təəccüblə, həmçinin ürək ağrısı ilə bu cür hadisələrə münasibət bildirmək lazım gəlir. Azərbaycan İran İslam Respublikası ilə münasibətlərini həmişə mehriban qonşuluq, dostluq və faydalı əməkdaşlıq prinsiplərinə sadiq olaraq ...
ANL
Dominika Birliyinin Baş naziri Heydər Əliyev Fondunda olmuşdur. Azərbaycanda rəsmi səfərdə olan Dominika Birliyinin Baş naziri Ruzvelt Skerritin başçılıq etdiyi nümayəndə heyəti avqustun 11-də Heydər Əliyev Fondunda olmuşdur. Qonaqlara Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədi və fəal...
ANL
Dominika Birliyinin Baş naziri Ruzvelt Skerrit Milli Azərbaycan Tarixi Muzeyində olmuşdur. Azərbaycanda səfərdə olan Dominika Birliyinin Baş naziri Ruzvelt Skerritin başçılıq etdiyi nümayəndə heyəti avqustun 11-də Milli Azərbaycan Tarixi Muzeyində olmuşdur. AzərTAc xəbər verir ki, qonaqlara muzeyin tarixi barədə ətrafl...
ANL
Gənclər yeniləşmənin əsas təşəbbüskarlarıdırlar. Bunu nəzərə alan dövlətimiz gənclərə yüksək diqqət və qayğı göstərir. Azərbaycan regionda sürətlə inkişaf edən, milli maraqlarını qoruyan dövlətdir. Son 8 ildə uğurla həyata keçirilən siyasi-iqtisadi islahatların nəticəsidir ki, beynəlxalq təşkilatlar ölkəmizin mövcud in...
ANL
Rusiya və Qazaxıstanın Azərbaycandakı səfirləri Qəbələdə Beynəlxalq yay düşərgəsinin iştirakçıları ilə görüşmüşlər. Rusiya və Qazaxıstanın ölkəmizdəki səfirləri Vladimir Doroxin və Serik Primbetov avqustun 11-də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı, Müstəqil Dövlətlər Birliyinə üzv ...
ANL
Düşünülmüş, sürətli və davamlı inkişaf. "Biz Azərbaycanda demokratik respublika, vətəndaş cəmiyyəti quraraq, sivilizasiyalararası cəmiyyət uğrunda mübarizə apararaq, ümumi dünyəvi, bəşəri dəyərlərin hamısından istifadə etməliyik. Biz çalışmalıyıq ki, Azərbaycan uzun illərdən sonra, ilk dəfə müstəqilliyini aldıqdan sonr...
ANL
Qloballaşma dövründə informasiyanın yeri və rolu. İnsan daima nəsə öyrənməyə, nədənsə xəbər tutmağa can atır. O, eyni zamanda bildiklərini də başqaları ilə bölüşmək istəyir. Həm də çalışır ki, informasiya alma və ötürmə prosesi mümkün qədər tez baş versin. Tarix boyu informasiyanın növündən asılı olaraq onun əldə edilm...
ANL
Azərbaycanlı tələbə liderlər ABŞ-da ölkəmiz haqqında təqdimatla çıxış etmişlər. ABŞ-ın Alabama Hantsvill Universitetinə dəvət olunmuş azərbaycanlı tələbələr İREX-in "İctimai məsuliyyət üzrə Azərbaycan tələbə liderləri üçün Birləşmiş Ştatlar institutu tədrisi" (SUSI) layihəsi çərçivəsində "Azərbaycan günü" keçirmişlər. ...
ANL
Bakıda "Həmkarlar ittifaqlarının kampaniyaları və onlara səmərəli informasiya dəstəyi" mövzusunda regional konfrans keçirilir. Avqustun 11-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyasının (BHİK) Pan Avropa Regional Şurasının təşkilatçılığı ilə həmkarlar itti...
ANL
Bir səsin zərifliyi. Ötən əsrin ortalarında konsert salonlarında, radio dalğalarında zərif, cingiltili bir səs, ürəklərə bal kimi yayılan xoş avaz eşidildi. "Oxuyur Bakı məktəblisi Elmira Rəhimova". Sonralar bu təqdimat daha möhtəşəm salonlardan eşidilməyə başladı. Bu qaraşın yeniyetmənin özünəməxsus ifaçılıq qabiliyyə...
ANL
Artıq 25 ölkə Azərbaycanda keçiriləcək "Eurovision-2012" müsabiqəsində iştirakını təsdiqləmişdir. Daha iki ölkə Azərbaycanda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsində iştirakını təsdiqləmişdir. AzərTAc xəbər verir ki, San-Marino və 2011-ci ildən müsabiqəyə qayıdan, builki yarışmanın böyük beşliyinə daxil olan İ...
ANL
Şeyxülislam müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi açmışdır. Azərbaycan Prezidenti İlham Əliyev iftar mərasimində iştirak etmişdir. Avqustun 12-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açmışdır. Azərbaycan Prezident...
ANL
Nazirlər Kabineti avqust ayında yeni qərarlar qəbul etmişdir. Nazirlər Kabineti avqust ayında yeni qərarlar qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin dördüncü abzasına əsasən və Dövlət Neft Şirkətinin Maliyyə, İqtisadi İnkişaf, Vergilər, Ədliyyə nazirlikləri və Dövlət Gömrük Komitəsi i...
ANL
Azərbaycan ərzaq təhlükəsizliyini qoruyan ölkədir. Azərbaycan bir sıra qabaqcıl dövlətlərin onilliklər boyu keçdiyi inkişaf mərhələsini qısa zaman kəsiyində sürətlə adlayaraq iqtisadi potensialını gündən-günə artırmaqdadır. Həyata keçirilən sosial-iqtisadi islahatların, infrastruktur layihələrinin səmərəli nəticələr ve...
ANL
Düşünülmüş, sürətli və davamlı inkişaf. Şəxsi toxunulmazlıq hüququ Azərbaycan Respublikasının Konstitusiyasında əsas insan hüquqlarından biri kimi öz əksini tapmışdır. Əsas Qanunun 32-ci maddəsində qeyd olunur ki, hər kəsin şəxsi toxunulmazlıq, şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ var və qanunla nəzərdə tutu...
ANL
Ümummilli lider Heydər Əliyev 13 avqust 2001-ci ildə milli-mənəvi dəyərlərin qorunması və sosial ədalət haqqında bəyanat vermişdir. Uzun illər azadlıq həsrətilə yaşayan xalqımız dövlət müstəqilliyini qazandıqdan sonra qəribə mənzərələrlə üzləşdi. Mənəviyyatla mənəviyyatsızlıq üz-üzə dayandı. Adət-ənənəyə, milli mentali...
ANL
Azərbaycan Mətbuat Şurası YUNESKO ilə birgə layihə həyata keçirir. Mətbuat Şurası (MŞ) YUNESKO ilə birgə "Azərbaycan jurnalistlərinin qlobal iqlim dəyişmələri sahəsində peşəkarlığının artırılması məqsədi ilə təlim proqramının hazırlanması" adlı növbəti layihənin icrasına başlamışdır. Şuradan bildirmişlər ki, layihənin ...
ANL
"Azərbaycan" qəzetinin internet saytı yeniləndi. Qloballaşma prosesinin geniş vüsət aldığı dünyada dinamik inkişafı səciyyələndirən əsas göstəricilərdən biri də informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiq olunma dərəcəsidir. Müasir dünyanın ayrılmaz bir hissəsi olan Azərbaycanda da İKT-nin inkişafı priori...
ANL
Azərbaycan Somaliyə yardım ilə əlaqədar BMT-nin Çoxtərəfli Etimad Fondu ilə saziş imzalamışdır. Avqustun 11-də Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev və BMT-nin Çoxtərəfli Etimad Fondunun ofisinin icraçı əlaqələndiricisi Bisrat Akiullu müvafiq olaraq Azərbaycan hökuməti və BMT-nin İnkişaf Proq...
ANL
Qahirədə "Azərbaycan günü" keçirilmişdir. Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı (MƏR) səfirliyindən daxil olmuş məlumatda bildirilir ki, Azərbaycanın müstəqilliyinin 20 illiyi ilə bağlı İSESKO-nun rabitə və ictimaiyyətlə əlaqələr üzrə eksperti Salah Əlcəfəravinin, Misirin ictimai-siyasi, mədəniyyət və...
ANL
Gülüstan qalasına aparan gizli yol aşkara çıxarılmışdır. Şamaxı rayonundakı Gülüstan qalasında Şamaxı-Ağsu Arxeoloji Ekspedisiyası tərəfindən aparılan qazıntı işləri davam edir. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutundan bildirmişlər ki, ekspedisiya Gülüstan qalasına aparan yeraltı ...
ANL
Heç bir ölkə müstəqil Azərbaycan dövlətinin daxili işlərinə qarışa bilməz. İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Həsən Firuzabadinin avqustun 9-da verdiyi hədələyici ruhlu açıqlamada Azərbaycan xalqının, dövlətinin və Prezidentinin ünvanına səsləndirdiyi sərsəm fikirlər cəmiyyətimizin...
ANL
Dağlıq Qarabağ münaqişəsi haqqında ingilis dilində yeni sənədli film çəkilib. Dağlıq Qarabağ münaqişəsi haqqında ingilis dilində çəkilmiş "Kimdir günahkar?" sənədli filmi yaxın günlərdə ictimaiyyətə təqdim olunacaqdır. AzərTAc xəbər verir ki, bu layihə Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət D...
ANL
"Həmkarlar ittifaqlarının kampaniyaları və onlara səmərəli informasiya dəstəyi" mövzusunda regional konfrans başa çatmışdır. Avqustun 12-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyasının (BHİK) Pan Avropa Regional Şurasının təşkilatçılığı ilə həmkarlar ittifa...
ANL
Sumqayıt həqiqətləri"nin təqdimatı. Ermənilərin "ssenari"si əsasında hazırlanan və 1988-ci ilin fevralında Sumqayıtda törədilmiş qanlı hadisələrdən bizi 23 ildən artıq bir zaman kəsiyi ayırır. Həmin hadisələr zamanı öncədən görünməyən tərəflər sonradan aydınlaşır, ermənilərin Sumqayıtda törətdikləri cinayət tam çılpaql...
ANL
Müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı. - Hörmətli şeyx həzrətləri! Hörmətli din xadimləri! Müqəddəs Ramazan ayında bizim görüşlərimiz artıq gözəl ənənəyə çevrilibdir. Bu ənənənin artıq böyük tarixi vardır. Bu ənənənin təməlini qoyan ulu öndər Heydər Əliyev və şe...
ANL
Şeyxülislam müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi açmışdır. Azərbaycan Prezidenti İlham Əliyev iftar mərasimində iştirak etmişdir. Xəbər verdiyimiz kimi, avqustun 12-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açmışdı...
ANL
Düşünülmüş, sürətli və davamlı inkişaf. Milli Məclisin qərarları və Konstitusiya Məhkəməsinin rəyi əsasında referenduma çıxarılmış yeni əlavə və dəyişikliklər mahiyyətcə Konstitusiyanın daha da təkmilləşməsinə, insan və vətəndaş hüquq və azadlıqları ilə bağlı prinsipial əhəmiyyətli məsələlərin bu sənəddə daha dolğun if...
ANL
İdmanın sürətli yüksəliş dövrü. Müstəqilliyin ilk illərində ölkəmizin düşdüyü böhranlı vəziyyət və laqeyd münasibət digər sahələr kimi idman komplekslərinin dağılmasına, tanınmış idmançılarımızın başqa dövlətlərin bayraqları altında beynəlxalq yarışlarda iştirakına, ölkənin idman potensialının məhvinə gətirib çıxarmışd...
ANL
Azərbaycan və ABŞ arasında gömrük xidməti sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur. Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev ABŞ-ın ölkəmizdəki səfiri Mətyu Brayzə ilə görüşmüşdür. DGK-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Aydın Əliyev Azərbayca...
ANL
Gəncənin cənnətməkan guşəsi. Sadəcə olaraq, gəzinti üçün, istirahət üçün bağ deyil, bizim milli tarixi sərvətimizdir". "Xan bağı" Gəncənin düz mərkəzində yerləşir. Bu yaraşıqlı mədəniyyət və istirahət mərkəzi Cavad xanın adı ilə bağlıdır. Cavad xan təbiət vurğunu idi. Bağmanda onun 52 hektar bağı var idi. Səfərə gedən ...
ANL
Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edərkən söylədiyi nitqində demişdir: "Bizim milli dəyərlərimizi, dini dəyərlərimizi təbliğ etməliyik. İslam dini qardaşlıq, dostluq dinidir. İslam dini dünyada sü...
ANL
Ankarada III Beynəlxalq Ramazan festivalı çərçivəsində Azərbaycan gecəsi keçirilmişdir. Ankaranın Keçiörən bələdiyyəsinin təşkil etdiyi III Beynəlxalq Ramazan festivalı çərçivəsində ölkəmizin Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə Azərbaycan gecəsi keçirilmişdir. Gecədə Türkiyə Böyük Millət Məclisinin deputatları,...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin Siyəzən və Şabran rayonlarına səfəri. Siyəzəndə Heydər Əliyev Mərkəzi açılmışdır. Avqustun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Siyəzən rayonuna gəlmişdir. Dövlətimizin başçısı əvvəlcə Siyəzən şəhərinin mərkəzində salınmış Heydər Parkında ümummilli lider Heydər Ə...
ANL
Prezident İlham Əliyev Siyəzən Uşaq İncəsənət Məktəbinin açılışında iştirak etmişdir. Avqustun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Siyəzən Uşaq İncəsənət Məktəbinin yeni inşa olunmuş inzibati binasının açılışında iştirak etmişdir. Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi. ...
ANL
Prezident İlham Əliyev Şabranda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişdir. Azərbaycan Prezidenti İlham Əliyev respublikamızın şimal bölgəsinə səfəri çərçivəsində avqustun 15-də Şabran rayonunda olmuşdur. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Şabran şəhərinin mərkəzində ucaldı...
ANL
Şabranda Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev Mərkəzi açılmışdır. Avqustun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şabran şəhərində inşa olunmuş Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir. Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi. Prezident İlham Əliyev...
ANL
Azərbaycan Prezidenti Şabran Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olmuşdur. Avqustun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şabran Tarix-Diyarşünaslıq Muzeyinin əsaslı təmirdən sonra açılışında iştirak etmişdir. Dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsdi. Məlumat verildi ki, Azə...
ANL
Prezident İlham Əliyev Şabran Mədəniyyət Sarayı ilə tanış olmuşdur. Avqustun 15-də Azərbaycan Prezidenti İlham Əliyev əsaslı şəkildə yenidən qurulan və təmir edilən Şabran Mədəniyyət Sarayı ilə tanış olmuşdur. Məlumat verildi ki, əvvəllər kinoteatr kimi fəaliyyət göstərən binanın əsaslı təmirinə 2007-ci ildən başlanılm...
ANL
Prezident İlham Əliyev Şabran Uşaq Yaradıcılıq Mərkəzinin açılışında iştirak etmişdir. Avqustun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şabran rayonuna səfəri çərçivəsində Uşaq Yaradıcılıq Mərkəzinin açılışında iştirak etmişdir. Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi. Məluma...
ANL
Mədəniyyət və istirahət parkı ilə tanışlıq. Avqustun 15-də Prezident İlham Əliyev Şabran Mədəniyyət Sarayı ilə tanışlıqdan sonra yaxınlıqdakı Məmmədağa Nəzirov adına mədəniyyət və istirahət parkında oldu. Bildirildi ki, Məmmədağa Nəzirov İkinci Dünya müharibəsində faşizm üzərində qələbəyə tarixi töhfələrini verən qəhrə...
ANL
Prezident İlham Əliyev Şabran Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak etmişdir. Avqustun 15-də Prezident İlham Əliyev Şabran Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak etmişdir. Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına məlumat verdi ki, bu gün ölkəmizdə ən çox diqqət göstərilən və müasir səviy...
ANL
Prezident İlham Əliyev Şabran rayonunda 10,7 kilometrlik birinci mərhələsi istismara verilən Vəlvələçay-Taxtakörpü kanalı ilə tanış olmuşdur. Avqustun 15-də Prezident İlham Əliyev Şabran rayonunda 10,7 kilometrlik birinci mərhələsi istismara verilən Vəlvələçay-Taxtakörpü kanalı ilə tanış olmuşdur. "Meliorasiya və Su Tə...
ANL
Prezident İlham Əliyev Taxtakörpü Su Anbarının su elektrik stansiyası ilə birlikdə inşa edildiyi ərazidə olmuşdur. Avqustun 15-də Vəlvələçay-Taxtakörpü kanalının istismara verilən birinci mərhələsi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Taxtakörpü Su Anbarının su elektrik stansiyası ilə birlikdə inşa edildiyi əra...
ANL
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hüquqi sahədə əməkdaşlıq genişlənir. Avqustun 15-də Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov ölkəmizdə səfərdə olan Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Dövlətlərimiz...
ANL
Azərbaycanda nəşr edilən aylıq ictimai-siyasi, elmi-populyar "Geostrategiya" jurnalının iyul nömrəsi çapdan çıxmışdır. Təsisçisi "Kaspi" Geosiyasi Araşdırmalar Mərkəzi olan jurnalın baş redaktoru tarix elmləri doktoru, professor Əli Həsənovdur. Nəşrə başladığı qısa müddət ərzində "Geostrategiya" jurnalı geniş populyarl...
ANL
Ədliyyə Nazirliyinin kollegiya iclasında mühüm məsələlər müzakirə edilmişdir. Avqustun 15-də Ədliyyə Nazirliyində kollegiya iclası keçirilmişdir. AzərTAc nazirliyin saytına istinadla xəbər verir ki, kollegiyada çıxış edən ədliyyə naziri Fikrət Məmmədov ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının dö...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev MDB ölkələri Dövlət Başçılarının Düşənbədə keçiriləcək Sammitində iştirak etməyəcəkdir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 2-3-də MDB ölkələri Dövlət Baş...
ANL
Sumqayıt inkişafının yeni mərhələsinə qədəm qoyur. Tərəqqisinin dinamik mərhələsini yaşayan Azərbaycan bu gün beynəlxalq hüququn kifayət qədər nüfuzlu, qüdrətli müstəqil subyektlərindən biri kimi çıxış edir. Bunu şərtləndirən əsas səbəblərdən biri Azərbaycanın tarix üçün kifayət qədər qısa sayıla biləcək zaman kəsiyind...
ANL
Azərbaycanın müstəqilliyinin bərpasının iyirminci ildönümü və Ramazan ayı münasibətilə "Xəliciyyə" telekanalında ölkəmizə həsr olunmuş canlı veriliş yayımlanmışdır. Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının iyirminci ildönümü və Ramazan ayı münasibətilə ölkəmizin Misir Ərəb Respublikasındakı səfiri Şahin Ab...
ANL
"The Washington Post": Azərbaycanın ərazisi olan Dağlıq Qarabağ erməni əsgərləri və etnik erməni qüvvələrinin nəzarəti altında saxlanılır. ABŞ-ın nüfuzlu "The Washington Post" qəzetinin 14 avqust tarixli nömrəsində "Sovet İttifaqının dağılmasından 20 il sonra keçmiş respublikalar ümidverici və narahatedici gələcəklərlə...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Bakıdakı 189 və 150 nömrəli məktəblərin binalarında əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 16-da Bakının Səbail rayonundakı 189 və Yasamal rayonundakı 150 nömrəli orta ümumtəhsil məktəblərinin binal...
ANL
2011İndoneziya Respublikasının Prezidenti zati-aliləri cənab Susilo Bambanq Yudhoyonoya. Hörmətli cənab Prezident! Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Əminəm ki, Azərbaycan ilə İndoneziya arasındakı dostluq və əməkdaşlıq mün...
ANL
Siyəzən və Şabran rayonlarının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Qısa müddət ərzində rayonların sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş vermiş, bir sıra mühüm infrastruktur layihələri yerinə yetirilmiş, yeni...
ANL
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Xidməti vəzifələrini yerinə yetirərkən əldə etdikləri yüksək nailiyyət...
ANL
L.S.Qəndilovun Azərbaycan Respublikasının Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram: Lətif Seyfəddin oğlu Qəndilov Azərbaycan R...
ANL
G.Q.İsmayılzadənin Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram: Gürsel Qüdrət oğlu İsmayılzadə Azərbaycan Respublika...
ANL
G.Q.İsmayılzadənin Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram: Gürsel Qüdrət oğlu İsmayılzadə Azərbaycan Respublika...
ANL
E.P.Poluxova fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram: Elxan Polux oğlu Poluxova fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verils...
ANL
E.P.Poluxovun Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram: Elxan Polux oğlu Poluxov Azərbaycan Re...
ANL
Y.T.Əliyevin Azərbaycan Respublikasının Çin Xalq Respublikasında, Vyetnam Sosialist Respublikasında, Koreya Xalq Demokratik Respublikasında və Monqolustanda fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılması haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasın...
ANL
Düşünülmüş, sürətli və davamlı inkişaf. "Parlament seçkiləri Azərbaycanda demokratik inkişaf istiqamətində atılmış növbəti mühüm addımdır. Bildiyiniz kimi, seçkilər çox azad, ədalətli, şəffaf şəkildə, rəqabət şəraitində keçirildi. Bütün namizədlər üçün bərabər imkanlar yaradılmışdır və seçkilərin nəticələri Azərbaycan ...
ANL
Nazirlər Kabineti Azərbaycanda iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında qərar qəbul etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabineti iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında qərar qəbul etmişdir. Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirmişlər ki, bu qərar Əmək Məcəlləsin...
ANL
Qazaxda akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının müzakirəsinə həsr olunmuş elmi-nəzəri konfrans keçirilmişdir. Qazax Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının müzakirəsi...
ANL
İnsan hüquqlarına hörmət Azərbaycanın demokratik inkişafının prioritet xəttidir. Müasir dövrdə hər bir ölkənin beynəlxalq münasibətlər sisteminə qatılması, maraq və mənafelərini beynəlxalq hüququn verdiyi imkanlar hesabına təmin etməsi, sivil birgəyaşayış normaları ilə tənzimlənən dünya siyasətində iştirakı ilk növbədə...
ANL
Uğurlarımız ölkəmizdən kənarda da diqqət çəkir və yüksək qiymətləndirilir. Azərbaycan dünyada ən sürətli iqtisadi inkişaf tempinə malik ölkələr arasında yer aldı. Uğurla həyata keçirilən siyasətin nəticəsidir ki, ölkəmizin makroiqtisadi sabitliyi qorunub saxlanılmış, qeyri-neft sektoru dinamik şəkildə inkişaf etmişdir....
ANL
Milli bayrağımıza məhəbbətlə. XX əsr Azərbaycan ictimai-milli fikri və mədəni mühitində Üzeyir bəy Hacıbəylinin xüsusi yeri var. O, jurnalist, publisist və redaktor, pedaqoq, bəstəkar, dramaturq, musiqi nəzəriyyəçisi, bacarıqlı təşkilatçı kimi çoxcəhətli fəaliyyət istiqamətlərinin hər birində özünü birinci növbədə yüks...
ANL
Minillik tarixi olan Şirvanşahlar dövləti burada mövcud olmuşdur. Şirvan ərazisində minillik tarixi dövrü əhatə edən Şirvanşahlar dövlətinin (VI-XVI əsrlər) mövcudluğu barədə qədim mənbələrdə xeyli məlumatlar var. Şamaxının da həmin dövlətin paytaxtı olaraq adı bir çox qədim mənbələrdə göstərilir. II minillikdə yaşamış...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı Xəzər rayonunun Şağan qəsəbəsində görülən işlərlə tanış olmuşdur. Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr...
ANL
Azərbaycanda bütün dinlərin nümayəndələri özlərini rahat hiss edirlər. Bu fikirləri Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində bildirmişdir. İslam dininin saflığını, humanist mahiyyətini nümayiş etdirən Ramazan bayramı hər zaman olduğu kimi, bu gün də azərbaycanlıların müqəddəs bayramı k...
ANL
Ümumbəşəri sənətkar Müslüm Maqomayevin xatirəsi yad olunmuşdur. Avqustun 17-də - zəmanəmizin görkəmli müğənnisi, Azərbaycanın və SSRİ-nin xalq artisti Müslüm Maqomayevin doğum günündə böyük sənətkarın xatirəsi anılmışdır. AzərTAc xəbər verir ki, tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri Fəxr...
ANL
Emin Ağalarov: Müslüm Maqomayev bütün dövrlərin musiqiçisidir və ikinci belə bir sənətkar dünyaya gəlməyəcəkdir. Avqustun 17-də zəmanəmizin görkəmli musiqiçisi, Azərbaycanın və SSRİ-nin xalq artisti Müslüm Maqomayevin doğum günü münasibəti ilə böyük sənətkarın xatirəsini yad etmək üçün Fəxri xiyabana gələn tanınmış bəs...
ANL
Vətənin başladığı yer. sualına cavablar da müxtəlifdir. Bəzilərinə görə Vətən beşikdən, bəzilərinə görə ayağını ilk basdığı torpaqdan, bəziləri üçün isə sərhəddən başlanır... O nöqtədən ki, mənsub olduğun ölkənin ərazisidir, hər addımı sənin üçün Vətəndir, müqəddəsdir, çalın-çarpaz gəzə bilirsən, harasında istəsən, yaş...
ANL
İnsan hüquqlarına hörmət Azərbaycanın demokratik inkişafının prioritet xəttidir. Konstitusiya əsas qanun kimi uzunmüddətli qüvvədə olması nəzərdə tutulan və hüquqi xüsusiyyəti, məzmun sabitliyi ilə səciyyələnən normativ-hüquqi aktdır. Lakin Konstitusiyanın sabitliyi onun daimi dəyişməzliyi kimi başa düşülməməlidir. Kon...
ANL