text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
İlk hədəf dünyəvi, demokratik dövlət qurmaq, millətin azadlıq, istiqlal duyğusunu dünyaya çatdırmaq idi. 1918-1920-ci illər Azərbaycan xalqının siyasi şüurunun təşəkkül tapdığı, milli özünüdərk prosesinin vüsət aldığı bir dövrdür. Azərbaycan Xalq Cümhuriyyəti çox mürəkkəb tarixi şəraitdə meydana gəldi. Birinci Dünya mü... | ANL |
Prezidentin mətbuat xidmətinin məlumatı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevə telefonla zəng etmişdir. Dövlət başçısı Rusiya Federasiyasının Federal Məclisinin Dövlət Dumasına keçirilən seçkilərdə siyahısına Dmitri Medvedevin başçılıq etdiyi... | ANL |
zati-aliləri cənab Dmitri Medvedevə. Hörmətli Dmitri Anatolyeviç! Rusiya Federasiyasının Federal Məclisinin Dövlət Dumasına seçkilərdə siyahısına Sizin başçılıq etdiyiniz "Yedinaya Rossiya" Partiyasının qələbəsi münasibətilə səmimi təbriklərimi qəbul edin. Seçkilərdə qələbə Sizin həyata keçirdiyiniz, ölkədə dövlətçiliy... | ANL |
Rusiya Federasiyası hökumətinin sədri, «Yedinaya Rossiya» Partiyasının sədri. zati-aliləri cənab Vladimir Putinə. Hörmətli Vladimir Vladimiroviç! Rusiya Federasiyasının Federal Məclisinin Dövlət Dumasına seçkilərdə "Yedinaya Rossiya" Partiyasının qələbəsi münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizin başçılıq etdiyini... | ANL |
Təhsil müəssisələrində çalışan işçilərin. əməkhaqlarının artırılması haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq təhsil müəssisələrində çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğı... | ANL |
Əlillərin və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması diqqət mərkəzindədir. Vətəndaşların sosial təminat məsələləri Azərbaycanda dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Elə buna görə də artıq necə illərdir geniş miqyasda həyata keçirilən sosial müdafiə tədbirləri hətta dünya iqtisadiyyatının ... | ANL |
Əhalinin sosial müdafiəsi gücləndirilir. Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda sosial islahatlar genişlənir, əhalinin rifah halının yaxşılaşmasına diqqət artırılır. Bu mənada, minumum əməkhaqqının ardıcıl şəkildə artırılması intensiv xarakter daşımaqdadır. Bunun nəticəsidir ki, ölkəmizdə vət... | ANL |
Azərbaycan regionda lider mövqeyini qoruyub saxlayır. Ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyur. "Hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və ə... | ANL |
Azərbaycan regionda lider mövqeyini qoruyub saxlayır. Ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyur. "Hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və ə... | ANL |
Fuad Ələsgərov: Korrupsiyaya qarşı mübarizə. və şəffaflığın təmin edilməsi dövlət siyasətinin, inkişafımızın prioritetlərindən biridir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvü Fuad Ələsgərovun AzərTAc-a m... | ANL |
Azərbaycanın birinci xanımı Mehriban. Əliyevanın İtaliyaya və Vatikana səfəri. yerli mətbuatda geniş işıqlandırılmışdır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın İtaliyaya və Vatikana səfəri yerli mətbuatda geniş işıqlandırılmışdır. "Cronaca di Roma" qəzetinin 2 dekabr tarixli ... | ANL |
Azərbaycanda rabitənin inkişaf tarixi. Azərbaycanda rabitənin tarixi çox qədimdir, yazılı məlumatların qasidlər vasitəsilə mübadiləsi qədimdən məlumdur. Azərbaycanda rabitə əlaqələri müxtəlif qasidlər, çaparlar, dəvə karvanları və digər formada mövcud olmuşdur. Dövlət səviyyəsində poçtun əsası 1501-ci ildə Səfəvilər dö... | ANL |
Bakıda V Beynəlxalq Mstislav Rostropoviç. festivalının təntənəli açılış mərasimi keçirilmişdir. Dekabrın 4-də Heydər Əliyev Sarayında V Beynəlxalq Mstislav Rostropoviç festivalının təntənəli açılış mərasimi keçirilmişdir. Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Mstislav Rostropoviç Fondunun birgə t... | ANL |
Dəyərli insan. "Bakı" və "Baku" axşam qəzetlərinin yaradıcısı və redaktoru, BDU-nun jurnalistika fakültəsinin müəllimi Nəsir Əsədulla oğlu İmanquliyev. Bu tarixi şəxsiyyət barədə çox danışılıb, çox yazılıb. Neçə-neçə onilliklər ötsə də, sözün əsl mənasında, müəllim kimi şərəfli adı daşıyan dəyərli insanın keçdiyi ömür ... | ANL |
Minsk şəhərində «Zərifə Əliyeva». kitabının təqdimat mərasimi olmuşdur. Azərbaycanın Belarusdakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, Minsk şəhərindəki Belarus Milli Kitabxanasında Milli Məclisin deputatı, yazıçı-publisist Hüseynbala Mirələmovun müəllifi olduğu "Zərifə Əliyeva" kitabının təqdimat mərasimi keçirilmi... | ANL |
Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin. nümayəndə heyəti Abu-Dabidə keçirilən. Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində Qlobal Polis Simpoziumu keçirilir. Abu-Dabi Polisinin və Los Anceles Əyaləti Şerifinin Departamentinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının fövqəladə hall... | ANL |
Modernləşməyə xidmət edən milli ideya. Hər bir xalqın formalaşma və tarixi təkamül prosesində müəyyən mütərəqqi fikir və ideyalar səfərbəredici amilə çevrilərək onun gələcək tərəqqisinə etibarlı ideoloji, siyasi, mənəvi-iqtisadi zəmin hazırlamışdır. Cəmiyyətdə mütləq çoxluğun qəbul etdiyi, bölüşdüyü müsbət yüklü ideya,... | ANL |
Azərbaycanın dövlət siyasətinin əsas məqsədi əhalinin və xalqın rifahının yaxşılaşdırılmasına xidmət etməkdir. Azərbaycanın dövlət siyasətinin əsas məqsədi əhalinin və xalqın rifahının yaxşılaşdırılmasına xidmət etməkdir. AzərTAc xəbər verir ki, bu fikirlər dekabrın 6-da Azərbaycan Respublikasının Prezidenti yanında Dö... | ANL |
Pakistanın nüfuzlu «States Times» qəzetində Qəbələdə keçirilmiş beynəlxalq düşərgə ilə bağlı məqalələr dərc olunmuşdur. Pakistanın nüfuzlu "States Times" qəzetində noyabrın 24-dən 27-dək Qəbələdə keçirilmiş "Ekoloji idarəçilikdə gənclərin rolu: bu gün və sabah" gənc ekoloqların beynəlxalq düşərgəsində iştirak etmiş pak... | ANL |
Festival çərçivəsində daha bir konsert olmuşdur. Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Mstislav Rostropoviç Fondunun birgə təşkilatçılığı ilə Bakıda keçirilən V Beynəlxalq Mstislav Rostropoviç festivalı çərçivəsində dekabrın 6-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında növbəti k... | ANL |
Görkəmli alimin ömür səhifələri. Yüksək elmli, zəkalı insanlar tarixən cəmiyyətin inkişafında, millətin formalaşmasında və yeni nəslin tərbiyəsində mühüm rol oynayır. Buna görə də onlar hamı tərəfindən sevilir, yaddaşlara əbədi həkk olunurlar. Belə şəxsiyyətlər yüksək zirvəni qeyri-adi əməksevərlikləri, intəhasız ürək ... | ANL |
Xalq yazıçısı Elçinin «Şekspir» əsəri Londonda nümayiş etdirilmişdir. Dekabrın 5-də Londonun "The Horse Hospital" İncəsənət Mərkəzində yerləşən "Avanqard" Teatrında görkəmli Azərbaycan dramaturqu, xalq yazıçısı Elçinin "Şekspir" komediyasının ingilis dilində premyerası olmuşdur. Elçin Əfəndiyev tamaşanın nümayişində iş... | ANL |
Şuşaya həsr edilən tədbir keçirilmişdir. Sumqayıt şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə H.Ərəblinski adına Dövlət Dram Teatrında S.Vurğun adına dram teatrının yaradıcı kollektivi tərəfindən işğal altında olan Şuşanın xatirəsinə həsr olunan bədii kompozisiya nümayiş etdirilmişdir. Tədbirdə iştirak edən şəhər icra... | ANL |
Kanadanın Vankuver şəhərində Azərbaycan mədəniyyət mərkəzi açılmışdır. Azərbaycanın Kanadadakı səfirliyindən bildirmişlər ki, dekabrın 5-də Vankuver şəhərində, bu ölkədə ilk dəfə Azərbaycan mədəniyyət və icma mərkəzi fəaliyyətə başlamışdır. Azərbaycan mədəniyyət və icma mərkəzində Azərbaycan dilinin, musiqisinin və mil... | ANL |
Mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin sosial müdafiəsini... | ANL |
Senator MakKeyn: ABŞ müttəfiqlik münasibətlərini Azərbaycan kimi etibarlı tərəfdaşlarla qurmalıdır. Dekabrın 6-da Vaşiqntonda "Azerbaijan America Alliance" - "Azərbaycan Amerika İttifaqı" (AAİ) yeni qeyri-hökumət təşkilatının təqdimat mərasimi keçirilmişdir. Təqdimat mərasimində ABŞ Konqresi və hökumət dairələrinin nüm... | ANL |
Bakıda «Müstəqilliyin 20 illiyi: mütərəqqi, ədalətli və dinamik dövlət quruculuğuna gedən yolda əldə olunmuş nailiyyətlər və qarşıya çıxan çətinliklər» mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Dekabrın 7-də Bakıda Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və BMT-nin İnkişaf Pro... | ANL |
Bakıda «Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu» mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. Dekabrın 7-də Bakıda "Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu" mövzusunda elmi-praktiki konfra... | ANL |
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Rusiyanın ali məktəblərinin birinci kursunda təhsil alan azərbaycanlı tələbələrlə görüşmüşdür. Dekabrın 7-də Moskvadakı Beynəlxalq Ticarət Mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla xanım Əliyev... | ANL |
Bakıda «MDB: İnnovasiyalarda tərəfdaşlıq» mövzusunda beynəlxalq konfrans işə başlamışdır. Dekabrın 7-də Bakı Dövlət Universitetində (BDU) "MDB: İnnovasiyalarda tərəfdaşlıq" mövzusunda ikigünlük beynəlxalq konfrans (Road Show) işə başlamışdır. Konfransın əsas məqsədi gənclərin yeniliklərə sürətlə uyğunlaşma qabiliyyətin... | ANL |
Azərbaycanın xarici işlər naziri ATƏT XİNŞ-in iclasında çıxış etmişdir. ATƏT-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) Litva paytaxtında keçirilən iclasında iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu nüfuzlu forumda çıxış etmişdir. O, tədbirin gözəl təşkil olunmasına və qonaqpərvərliyə görə Lit... | ANL |
Hər bir vətəndaşın mənafeyini əsas tutan sosial və investisiya yönümlü büdcə. Müasir dövrdə hər bir dövlətin davamlı və sabit inkişafının ən mühüm göstəricilərindən biri də onun büdcəsidir. Bir qayda olaraq büdcə müzakirələri dünyanın bütün ölkələrində gərgin diskussiyalarla yadda qalmaqla onun iqtisadi inkişaf perspek... | ANL |
Azərbaycan nümayəndə heyəti Cenevrədə BMT-yə üzv dövlətlərin nazirlər səviyyəsində hökumətlərarası tədbirində iştirak edir. AzərTAc xəbər verir ki, Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) təşkilatçılığı ilə dekabrın 7... | ANL |
İstanbulda İkinci İşgüzarlıq Sammiti keçirilmişdir. Tədbirdə Leyla xanım Əliyevanın təşəbbüsü yüksək qiymətləndirilmişdir. Dekabrın 3-dən 6-dək İstanbulda "İşgüzarlıq, dəyərlər və inkişaf" adlı İkinci İşgüzarlıq Sammiti keçirilmişdir. İslam Konfransı Gənclər Forumundan AzərTAc-a bildirmişlər ki, ABŞ Prezidenti Barak Ob... | ANL |
Bakıda Latviya rəssamlarının sərgisi açılmışdır. Azərbaycanda Latviya mədəniyyəti günləri çərçivəsində "Qız qalası" qalereyasında Latviya rəssamlarının sərgisi açılmışdır. AzərTAc xəbər verir ki, ekspozisiyada Latviyanın iki tanınmış rəssamının - Aleksey Naumovun və Andris Vitolinsin işləri təqdim edilmişdir. Sərginin ... | ANL |
Azərbaycan ilə Bolqarıstan arasında əlaqələr yüksək səviyyədədir. Dekabrın 7-də Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimov respublikamızın dövlət müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü ilə əlaqədar bu ölkənin nüfuzlu "Standart" qəzetinə müsahibə vermişdir. Səfirlikdən AzərTAc-a bildirmişlər ki, müsahibə... | ANL |
Zülmətdə parlayan ulduz. Ötən əsrin əvvəllərində Azərbaycan səhnəsi aktrisa sarıdan çox korluq çəkirdi. Uzun illər qadın rollarını min cür maneə və təhqirə məruz qalan, sənət yanğılı aktyorlar ifa ediblər. Sonra bir müddət özgə millətin aktrisaları böyük çətinliklərə dözərək zəif çiyinlərini bu ağır yükün altına verdil... | ANL |
«Literaturnaya qazeta»da və «Naşe vremya» jurnalında Mirzə İbrahimov haqqında məqalələr dərc edilmişdir. Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının mətbu orqanı olan "Naşe vremya" jurnalının dördüncü nömrəsində Azərbaycanın tanınmış yazıçısı Mirzə İbrahimov haqqında geniş məqalə dərc edilmişdir. Qeyd etmək l... | ANL |
AMEA-da Məhəmmədhüseyn Şəhriyarın 105 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir. Dekabrın 7-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin binasında AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə XX əsr Şərq poeziyasının görkəmli nümayənd... | ANL |
Azərbaycan gəncləri Parisdə keçirilən «Fəaliyyətdə incəsənət!» adlı beynəlxalq tədbirdə iştirak edirlər. Parisdə keçirilən "Fəaliyyətdə incəsənət!" adlı beynəlxalq tədbirdə ölkəmizi Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Gülsel Səfərova, onun müavini Nərgiz Eyvazova, bu qurumun fəalları... | ANL |
Dünyaya açılan yeni pəncərə. Azərbaycan dövlətinin elmə, mədəniyyətə verdiyi diqqətin nəticəsində son illər respublikamızda elmin müxtəlif sahələrinə dair bir-birindən dəyərli məcmuələr, ədəbi-bədii jurnallar, qəzetlər işıq üzü görür və onların sayı günü-gündən artır. Belə nəşrlərdən biri də "Folklorşünaslıq məsələləri... | ANL |
Dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında (Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olanlar istisna olmaqla) çalışan işçilərin əməkhaqlarının artırılması haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-... | ANL |
Nazirlər Kabineti yeni qərarlar qəbul etmişdir. Nazirlər Kabineti yeni qərarlar qəbul etmişdir. "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli fərmanının 1-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə Naz... | ANL |
Nazirlər Kabineti 2012-ci ildə Novruz, Ramazan və Qurban bayramları haqqında qərar qəbul etmişdir. Dekabrın 7-də Azərbaycan Respublikasının Nazirlər Kabineti "2012-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında" qərar qəbul etmişdir. Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir. Qərar imzalandı... | ANL |
Parlament nümayəndə heyətinin Macarıstana səfəri davam edir. Xəbər verildiyi kimi, Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Macarıstanın paytaxtı Budapeşt şəhərində səfərdədir. Dekabrın 8-də nümayəndə heyəti Macarıstan Milli Assambleyasında olmuş, ölkə parlamentinin fəaliyyəti ilə ya... | ANL |
Azərbaycanlı deputatın hazırladığı məruzədə Ermənistanın ekologiyamıza vurduğu zərərlər ifşa edilmişdir. Parisdə Avropa Şurasının qərargahında Parlament Assambleyasına daxil olan ayrı-ayrı komitələrin bir-birinin ardınca iclasları keçirilir, 2012-ci ilin yanvar ayında baş tutacaq qış sessiyasının gündəliyinə daxil edil... | ANL |
Cenevrədə BMT-yə üzv dövlətlərin nazirlər səviyyəsində keçirilən hökumətlərarası tədbirində Azərbaycanın qaçqın və məcburi köçkün problemindən geniş söhbət açılmışdır. Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 7-8-də BMT-nin Qaçqınlar ü... | ANL |
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri TÜRK-İŞ-in Baş məclisində iştirak etmişdir. Türkiyə İşçi Sindikatları Konfederasiyasının (TÜRK-İŞ) XXI Baş məclisində 50 ölkənin həmkarlar ittifaqı təşkilatının rəhbərləri iştirak etmişlər. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisi... | ANL |
ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 18-ci iclasının işi başa çatmışdır. İclasda qəbul edilmiş yekun sənəddə xarici işlər nazirləri bu təşkilatın səmərəsinin artırılmasına yönəlmiş növbəti addımlar haqqında qərar qəbul etmişlər. Sənəddə ATƏT regionunda uzanan münaqişələrin tənzimlənməsi məsələsi əks etdirilmiş, möv... | ANL |
Azərbaycanın xarici işlər naziri Brüsseldə İSAF nazirlər görüşündə çıxış etmişdir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 8-də Brüsseldə Əfqanıstanda Təhlükəsizliyə Yardım üzrə Beynəlxalq Qüvvələrin (İSAF) üzvü olan ölkələrin XİN başçılarının iclasında çıxış etmişdir. Nazir Əfqanıstandakı mövcud və... | ANL |
Azərbaycan nümayəndə heyəti Tbilisidə korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş konfransda iştirak edir. Dekabrın 7-də Tbilisidə korrupsiyaya qarşı mübarizə məsələlərinə həsr olunmuş regional konfrans öz işinə başlamışdır. Gürcüstanın Ədliyyə Nazirliyi, Baş Prokurorluğu və ABŞ-ın Ədliyyə Departamentinin birgə təşkilat... | ANL |
«Müstəqil Azərbaycan 20: Mətbuatımızın cəmiyyətin inkişafında rolu» mövzusunda konfrans keçirilmişdir. Dekabrın 8-də Yasamal Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkilatçılığı ilə "Müstəqil Azərbaycan 20: Mətbuat... | ANL |
Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsü - İDEA çərçivəsində Bakıda ilk ağacəkmə kampaniyası keçirilmişdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın bu ilin iyulunda təsis etdiyi Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsü - İDEA çərçivəsində ilk ağacəkmə kampaniyası... | ANL |
Əhalinin məşğulluq strategiyasının mükəmməl Azərbaycan modeli. Modern tərəqqi yolunda yeni nailiyyətlərə imza atmaqla dinamik inkişafını uğurla davam etdirən müasir Azərbaycan qazandığı sosial-iqtisadi müvəffəqiyyətlər və bu sahədə nümayiş etdirdiyi artım tempilə təkcə mövcud olduğu regionda yox, həm də dünya miqyasınd... | ANL |
Sumqayıtın dinamik inkişafı yeni vüsət alır. Abadlıq və quruculuq işlərinin əsas ünvanına çevrilən şəhər daha böyük uğurlara imza atır. Yüksək dinamizmə əsaslanan, tərəqqisini uğurla davam etdirən Azərbaycan imza atdığı yeni və möhtəşəm nailiyyətlər sayəsində getdikcə daha qüdrətli dövlətə çevrilməkdədir. Bunun nəticəs... | ANL |
Zirvəli dağa nə bələdçi... Ötən əsrin ikinci başlanğıcında, daha dəqiq desək, 1958-ci ilin əvvəlində Azərbaycanın mətbuat səmasında yeni qoşa ulduz parladı. Həyata gəlişi ilə şimşək çaxmasını xatırlatsalar da onlar şimşək ömrü yaşamadılar, uzunömürlü məşələ çevrildilər. Yeni nəşrin sükanı da jurnalistika aləmində yeni ... | ANL |
Tarixi və mədəni irsin qorunması vacib şərtdir. Dövlət müstəqilliyinin bərpasından ötən 20 il ərzində respublikada sürətli iqtisadi inkişafa nail olunması mədəni və sosial sahələrdə də özünü göstərir. Xalqımızın tarixi keçmişini özündə əks etdirən mədəni dəyərlərinin qorunub saxlanmasında mühüm rol oynayan layihələr hə... | ANL |
İllər öncə Daşaltıda olmuşam, Daşaltını görmüşəm, Daşaltıdan keçmişəm, Cıdır düzündən baxıb uzaqdakı Kirs dağını, yaxınlıqdakı Daşaltını görmüşəm, amma min təəssüf ki, işğal altındakı başqa kəndlərimiz, şəhərlərimiz kimi faciələrə beşik olan, Daşaltı adlanan bu kənddə bir daşa dönüb qalmaq üçün başqaları kimi mənim də ... | ANL |
Cəlaləddin Nəmini Miyanəci: Azərbaycan beynəlxalq arenadakı mövqelərini daha da gücləndirmək strategiyasını uğurla həyata keçirir. Dünya şöhrətli siyasi xadim Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdandan sonra Azərbaycan-İran münasibətlərinin normal məcraya salınmasına böyük səylər göstərdi və tarixi n... | ANL |
Çexiyanın Hradec Kralove Universitetində azərbaycanlı alimlərlə görüş. AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) Çexiyaya ezam olunmuş əməkdaşları texnika elmləri üzrə fəlsəfə doktorları Fərhad Yusifov və Məhəmməd Şərifov Çexiyanın Hradec Kralove Universitetinin informatika və menecment fakültəsinin dekan müa... | ANL |
«Eurovision» müsabiqəsi zamanı Azərbaycanın enerji sistemi heç bir problemlə qarşılaşmayacaq. 2012-ci ilin may ayında Azərbaycanda keçiriləcək "Eurovision" beynəlxalq mahnı müsabiqəsi zamanı elektrik enerjisinə olan tələbatın artımı ilə əlaqədar Azərbaycan enerji sistemi heç bir problemlə qarşılaşmayacaq. Bu barədə "Az... | ANL |
Birgə əməkdaşlığa dair memorandum imzalanmışdır. Dekabrın 8-də Bakı Dövlət Universitetinin (BDU) rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Yaponiyanın TOKYO BOEKI Ltd şirkətinin prezidenti Kadzuei Uçida ilə görüşmüşdür. AzərTAc xəbər verir ki, görüşdə akademik A.Məhərrəmov müasir dünyada elmin önəmli r... | ANL |
«İRS» jurnalının italyan dilində versiyası nəşr olunmağa başlamışdır. Azərbaycan Respublikasının İtaliya Respublikasındakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan həqiqətlərinin dünyada təbliği sahəsində geniş xidmətləri olan "İRS" jurnalının italyandilli versiyası "IRS-Patrimonio"nun ilk sayı işıq üzü görm... | ANL |
Rabitə və informasiya texnologiyaları. sahəsi işçiləri peşə bayramlarını qeyd etmişlər. Hər il dekabr ayının 6-da Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsi işçiləri peşə bayramlarını qeyd edirlər. Bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2006-cı il 2 dekabr tarixli sərəncamı ilə təsis ol... | ANL |
Azərbaycanın xarici işlər naziri Almaniyada keçirilən. Əfqanıstan üzrə Beynəlxalq konfransda çıxış etmişdir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 5-də Almaniyanın Bonn şəhərində keçirilən Əfqanıstan üzrə Beynəlxalq konfransda çıxış etmişdir. Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər k... | ANL |
M.V.Lomonosov adına Moskva Dövlət Universitetində Azərbaycanın dövlət. müstəqilliyini bərpa etməsinin 20-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir. Dekabrın 5-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetində Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 20-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir. Heydər Əl... | ANL |
Jurnalist mənəviyyatı. və mətbuat əxlaqı. Dünyaya gələndə insanın ən yaxşı bildiyi şey qidalanma, bir də müxtəlif formada səslər çıxarma ( buna ətraf aləmə reaksiya da demək mümkündür) olur. Bunlardan biri onun bioloji varlıq kimi yaşamasına, digəri isə ətrafdakılarla əlaqə qurmasına kömək edir. Ərzaq növlərinin dəyişm... | ANL |
Misirin Ayn-Şəms Universitetində «Azərbaycan günü» keçirilmişdir. Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, ölkənin Ayn-Şəms Universitetində Azərbaycan Respublikasının müstəqilliyinin 20 illiyi ilə əlaqədar "Azərbaycan günü" keçirilmişdir. Tədbirdə Ayn-Şəms Universitetinin tələb... | ANL |
Fransa Senatında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı «dəyirmi masa» keçirilmişdir. Fransa Senatının, Azərbaycanın Fransadakı səfirliyinin və Dağlıq Qarabağın azərbaycanlı icmasının təşəbbüsü ilə dekabrın 8-də Senatda "Ermənistan ilə Azərbaycan arasında münaqişə, unudulmuş münaqişə" və "ATƏT-in Mi... | ANL |
Abşeron səhiyyəsinin tarixi və nailiyyətləri. Kənd təsərrüfatı rayonu kimi tanınmış Abşeron eyni zamanda ərazisinə və ümumi inkişafına görə Bakıətrafı yaşayış məntəqələri sırasında birinciliyini qoruyub saxlayır. Abşeron rayonunun 1963-cü ildə inzibati ərazi vahidi kimi yaranmasında məqsəd Bakı və Sumqayıt şəhər əhalis... | ANL |
«Bir addım» qısametrajlı bədii film beynəlxalq. kinofestivalda Azərbaycanı təmsil edəcəkdir. MDB Humanitar Əməkdaşlıq üzrə Beynəlxalq Fondu Qırğız Respublikasının "Aytış" İctimai Fondu ilə birgə dekabrın 12-dən 15-dək Bişkekdə MDB, Baltik respublikaları və Gürcüstan kinematoqrafçılarının iştirakı ilə "Qırğız Respublika... | ANL |
Parisdə fransız dilində çap olunmuş «İrs» jurnalının. ilk nömrəsinin təqdimatı keçirilmişdir. Fransa Senatında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən "dəyirmi masa" çərçivəsində fransız dilində ilk nömrəsi işıq üzü görmüş "İrs" ("Heritage") jurnalının təqdimatı olmuşdur. Jurnalın baş redak... | ANL |
«Məişət zorakılığının qarşısının alınması haqqında». qanunun şərhi kitabının təqdimatı olmuşdur. Dekabrın 9-da "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikası Qanununun şərhi kitabının təqdimat mərasimi keçirilmişdir. AzərTAc xəbər verir ki, mərasimdə ölkəmizdə akkreditə olunmuş diplomatik k... | ANL |
Milli mətbuatımızın korifeyi Nəsir İmanquliyevin. 100 illik yubileyi ilə bağlı konfrans keçirilmişdir. Dekabrın 9-da Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurası milli mətbuatımızın görkəmli nümayəndəsi, alim və ictimai xadim, professor Nəsir İmanquliyevin 100 illik yubileyi ilə bağlı "Nəsir İmanquliyev irsi... | ANL |
Sankt-Peterburqdakı Dövlət Rus Muzeyində Azərbaycanın. xalq rəssamı Hüseyn Əliyevin əsərlərindən ibarət sərginin. Sankt-Peterburqdakı Dövlət Rus Muzeyində Azərbaycanın xalq rəssamı Hüseyn Əliyevin əsərlərindən ibarət sərginin müddəti 2012-ci il yanvarın 16-dək uzadılmışdır. AzərTAc xəbər verir ki, sərginin müddətinin y... | ANL |
Bu hüquqları qorumaq dövlətin ali məqsədidir. 10 dekabr Ümumdünya İnsan Hüquqları Günüdür. Müasir dünyada insan hüquqları xalqların milli mədəniyyətinin ayrılmaz hissəsinə, bəşəriyyətin mənəvi-hüquqi və siyasi ideallarının ali təzahürünə çevrilib. İnsan hüquqlarını qorumaq və onlara hörmət etmək hər bir dövlətin əsas m... | ANL |
protokolunun təsdiq edilməsi barədə Azərbaycan. Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı. Sədr Məzahir Pənahov. Katib Mikayıl Rəhimov. | ANL |
Mərkəzi Seçki Komissiyasının iclası. Dekabrın 9-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilmişdir. MSK-nın mətbuat xidmətindən bildirmişlər ki, əvvəlcə Komissiyanın 2011-ci il 17 noyabr tarixli iclasının protokolu təsdiq edilmişdir. Sonra "Azərbaycan Respublikası Mərkəzi ... | ANL |
2011-ci il noyabrın 30-da keçirilmiş bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş 06 dekabr 2011-ci il tarixli 2 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı. 2011-ci il noyabrın 30-da keçirilmiş bəzi bələdiyyələrə t... | ANL |
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi Qaydalari. Bu qaydalar "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli... | ANL |
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən normativ xarakterli aktların hazırlanması və qəbul edilməsi qaydalarının təsdiq edilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi ba... | ANL |
TARİXİ HƏQİQƏTLƏR. Son yarım əsrdə tarix elminin bir neçə istiqamətində ardıcıl və uğurlu tədqiqat işləri həyata keçirən akademik Ramiz Mehdiyev zəngin rəsmi materiallara əsaslanaraq ərsəyə gətirdiyi kitablar, sözün əsl mənasında, bilik xəzinəsidir. Ümumiyyətlə, ensiklopedik biliyə malik olan bu məhsuldar elm xadiminin... | ANL |
kitabı Bişkekdə rus dilində çap edilmişdir. Bişkekdəki Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondunun sifarişi ilə paytaxtdakı "Biytiktik" nəşriyyatında Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin "Gorus - 2010: absurd teatrı mövsümü" kitabı rus dilində çap edilmişdir. Fondun sədri Nüsrə... | ANL |
Ulu öndər Heydər Əliyevin əziz. xatirəsi ehtiramla yad edilmişdir. Dekabrın 9-da Səbail rayon ictimaiyyətinin nümayəndələrinin, Milli Məclisin deputatlarının və çoxsaylı qonaqların iştirakı ilə Akademik Milli Dram Teatrında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi. Tədbir iştirakçıları ... | ANL |
Baş Prokurorluqda ümummilli lider Heydər Əliyevin. xatirəsinə həsr olunmuş anma mərasimi. Dekabrın 9-da Azərbaycan Respublikasının Baş Prokurorluğunda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anma mərasimi keçirilmişdir. Mərasim iştirakçıları əvvəlcə Baş Prokurorluğun inzibati binasının foyesində ulu önd... | ANL |
Əsir və itkin düşmüş, girov götürülmüş. vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının. fəaliyyətinin illik yekunlarına dair iclası keçirilmişdir. Dekabrın 9-da Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 2011-ci ildəki fəaliyyətinin yekunlarına həsr edilmiş iclası keçirilmişdir. A... | ANL |
Cənubi Qafqaz regionunun ilk beynəlxalq. səviyyəli akademik jurnalının təqdimatı olmuşdur. Dekabrın 9-da Bakıda Cənubi Qafqaz regionunun ilk beynəlxalq səviyyəli "Caucasus International" akademik jurnalının təqdimat mərasimi keçirilmişdir. Mərasimdə dövlət və hökumət rəsmiləri, ölkəmizdə akkreditə olunmuş diplomatik ko... | ANL |
Milli Məclisdə görüş. Dekabrın 9-da Milli Məclis Sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Avropa Parlamentinin üzvləri Dominik Rike, Filip Bullan və Belçika Parlamentinin üzvü Alen Desteks ilə görüşmüşdür. Milli Məclis Sədrinin birinci müavi... | ANL |
Sosial təminat müəssisələrində çalışan işçilərin. əməkhaqlarının artırılması haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, sosial təminat müəssisələrində çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək və on... | ANL |
Milli Məclisin Sədri Oqtay ƏSƏDOV: «Azərbaycan Macarıstanla əlaqələrin inkişafına böyük əhəmiyyət verir». Macarıstanda səfərdə olan Milli Məclisin Sədri Oqtay Əsədov dekabrın 9-da ölkə Prezidenti Pal Şmittlə görüşmüşdür. Macarıstanın dövlət başçısı Azərbaycan nümayəndə heyətini səmimi salamlayaraq ölkəsinin Azərbaycanl... | ANL |
Novruz Məmmədov: Belə təəssürat yaranır ki, ABŞ-ın erməni diasporu qarşısında. hansısa ciddi öhdəlikləri vardır. AzərTAc xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ABŞ dövlət katibi Hillari Klintonun Azərbaycanla bağlı qeyri-obyektiv tənqidi b... | ANL |
Dağlıq Qarabağ münaqişəsində. Azərbaycanın mövqeyi haqlıdır. ATƏT-in Minsk qrupunun həmsədrləri əvvəldən bilirdilər ki, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyi haqlı mövqedir. AzərTAc xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ATƏT-in Minsk qrupun... | ANL |
Avropa Parlamentinin üzvləri Ağdam rayonunda olmuşlar. Avropa Parlamentinin üzvləri Dominik Rike və Filip Bulan Azərbaycana səfərləri çərçivəsində dekabrın 10-da Ağdam rayonunda olmuşlar. AzərTAc xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətində Avropa Parlamentinin üzvləri ilə görüş keçirilmişdir. Rayon icra hakimiyyəti... | ANL |
Bakıda keçirilən V Beynəlxalq Mstislav Rostropoviç. Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Mstislav Rostropoviç Fondunun birgə təşkilatçılığı ilə Bakıda keçirilən V Beynəlxalq Mstislav Rostropoviç festivalına dekabrın 10-da yekun vurulmuşdur. AzərTAc xəbər verir ki, konsertdən əvvəl jurnalistlərə ... | ANL |
Ən böyük azərbaycanlı. Həştərxanda ulu öndərin xatirəsinə sonsuz ehtiramın nümunəsi olan möhtəşəm abidə, füsunkar park, modern məktəb Rusiya ilə Azərbaycan arasında dostluğun rəmzinə çevrilib. Ötən əsrin son onilliyində mürəkkəb ictimai-siyasi şəraitdə müstəqilliyini əldə edən Azərbaycanın qısa zaman kəsiyində qüdrətli... | ANL |
Azərbaycanı dünyaya tanıdan şəxsiyyət. Ulu öndər Heydər Əliyev elə bir şəxsiyyət, görkəmli siyasətçi olmuşdur ki, onun gördüyü işləri tarixçilər uzun illər boyu öyrənəcək, tədqiq edəcək, əsərlər yazılacaq, ideyaları nəsillərdən-nəsillərə keçərək yaşayacaqdır. XX əsrin sonuna otuz il qalmış müttəfiq respublikalardan bir... | ANL |
Heydər Əliyev və Qədim Qəbələ. Azərbaycan tarixinə, arxeologiyasına, etnoqrafiyasına, mədəniyyətinə aid kitablarda, əyani vəsaitlərdə, foto-sərgilərdə qədim Qəbələ şəhərinin Qala bürcləri əks olunmuşdur. Bu bürclər qədim Azərbaycan mədəniyyətinin bir sübutuna çevrilmişdir, elə həmin bürclərlə tariximizin, mədəniyyətimi... | ANL |
Hər gəlişi ilə bir dünyalıq sevinc gətirirdi. 1982-ci ildə ulu öndər Heydər Əliyevə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi məsul bir vəzifə tapşırıldı. Sovetlər ölkəsinin rəhbərliyində önəmli olan bu postda da ulu öndərin istedad və bacarığı, dərin bilik və səriştəsi özünü aydın göstərirdi. Ümummilli liderə... | ANL |
Xilaskarlıq və quruculuq missiyası. Lider şəxsiyyətlərin tarixdəki rolunu aydınlaşdırmağa çalışmış böyük filosofların fərqli elmi-nəzəri konsepsiyaları bir ortaq nöqtədə kəsişir: bütün dövlətlərin inkişaf səviyyəsini müəyyənləşdirən başlıca meyar iqtisadi potensialla yanaşı, həm də milli lider amili ilə şərtlənir. Mill... | ANL |
Xalqın əbədi və tükənməz sevgi ünvanı. Hər bir xalqın milli varlıq və özünütəsdiqinin parlaq ifadəsinə çevrilən müstəqil dövlətçilik konsepsiyasının fenomenal liderlərin adı ilə bağlılığı birmənalı şəkildə qəbul edilir. Azərbaycan kimi spesifik dəyərləri, mentaliteti, dövlətçilik ənənələri və milli demokratiya modeli o... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.