text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Birləşmiş Millətlər Təşkilatının Baş katibi zati-aliləri cənab Pan Gi Muna. Hörmətli cənab Baş katib! Nigeriyanın Abuca şəhərində BMT-nin qərargahı qarşısında törədilmiş partlayış nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi son dərəcə sarsıtdı. Bu amansız hadisə terrorizmə qarşı hər zaman və hamılıqla mübarizə apar... | ANL |
Nigeriya Federativ Respublikasının Prezidenti zati-aliləri cənab Qudlak Conatana. Hörmətli cənab Prezident! Abuca şəhərində terror aktı törədilməsi nəticəsində çoxsaylı insan tələfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq. Bu dəhşətli hadisədən hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir, onun bütün təzahürlərinə q... | ANL |
Meksika Birləşmiş Ştatlarının Prezidenti zati-aliləri cənab Felipe Kalderon İnoxosaya. Hörmətli cənab Prezident! Monterrey şəhərində baş vermiş faciə nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Meksika xalqına öz adımdan və Azərbayca... | ANL |
Azərbaycan Almaniyaya nota vermişdir. Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı (AFR) səfirliyi sentyabrın 16-dan 22-dək Almaniyada keçirilməsi planlaşdırılan Ermənistan mədəniyyət günləri çərçivəsində qondarma Dağlıq Qarabağın separatçı rejiminə həsr olunmuş konsertin təşkil olunmasının qarşısını... | ANL |
Ramazanın fəziləti. "Ayların sultanı" adlanan, İlahidən möhürlü Ramazan sona çatmaqdadır. Bu ayın məziyyətləri həmişə hər bir müsəlmanda xoş ovqat yaradır, qürur doğurur, onun iradəsini, səbr və dözümünü sınağa çəkir. Bəxtəvər o kəsə ki müqəddəs Ramazan ayını Rəbbimizin buyurduğu, peyğəmbərimizin söylədiyi fəzilətlərlə... | ANL |
Düşünülmüş, sürətli və davamlı inkişaf. "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) Dövlət Proqramı (2006-2015-ci illər)", "Texniki-peşə təhsilinin inkişafı Dövlət Proqramı (2007-2010-cu illər)", "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təh... | ANL |
Vətəndaşların sosial müdafiəsi daim diqqət mərkəzindədir. 2011-ci il Azərbaycanda iqtisadiyyatın inkişafı, dövlət proqramlarının icrasının uğurla davam etdirilməsi ilə yanaşı, əhalinin sosial rifahının yaxşılaşmasına xidmət edən çoxsaylı tədbirlərin həyata keçirilməsi ilə əlamətdardır. Həyata keçirilən düşünülmüş sosia... | ANL |
"Azəri-Çıraq-Günəşli" yataqlarının işlənməsində növbəti mərhələ. Çıraq Neft Layihəsinə (ÇNL) başlamaq barədə qərarın verildiyi vaxtdan yarım il ötür. Dəyəri 6 milyard dollar olan bu layihə Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının işlənməsində növbəti bir mərhələdir. Layihənin məqsədi AÇG... | ANL |
Naftalanın əvvəlki şöhrəti qayıdır. Möcüzəli neft şəfa verir. Təbib qüdrətli Naftalanda şərait yaxşılaşdıqca müalicəyə gələnlərin sayı get-gedə artır. Təkcə cari ilin yeddi ayı ərzində bura ölkənin müxtəlif guşələrindən dörd mindən çox adam gəlmişdir. Bu da ötən ildəkindən xeyli çoxdur. O da bəllidir ki, "Azərbaycan Re... | ANL |
Kanadada Azərbaycan Tədqiqatlar İnstitutu təsis edilmişdir. Kanadada Azərbaycan Tədqiqatlar İnstitutu (KATİ) təsis edilmişdir. Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirmişlər ki, Kanadanın dünya şöhrətli Vaterloo Universitetinin bazasında fəaliyyət göstərən KATİ Azərbaycan üzrə tədqiqatlar sahəsində aparıc... | ANL |
Aİ-nin Əddis-Əbəbədə keçirilən konfransında Azərbaycanın Somaliyə yardımı qeyd olunmuşdur. Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyindən AzərTAc-a daxil olmuş məlumatda bildirilir ki, Afrika İttifaqının (Aİ) təşkilatçılığı ilə Efiopiyanın paytaxtı Əddis-Əbəbədə "Afrika burnu regionunda quraqlıq ... | ANL |
Jurnalistlər arasında "De-institusionalizasiya" mövzusunda müsabiqə elan edilmişdir. Avqustun 27-də "İrəli" İctimai Birliyi və "Dünyaya Baxış" təşkilatı "De-institusionalizasiya ilə bağlı ictimai məlumatlılığın artırılması" layihəsi çərçivəsində elan olunmuş müsabiqə ilə bağlı seminar keçirmişlər. AzərTAc xəbər verir k... | ANL |
Azərbaycanın Qarsdakı baş konsulluğu Ramazan bayramı münasibətilə şəhid ailələri və yoxsullara yardım etmişdir. Azərbaycanın Qarsdakı baş konsulluğu müqəddəs Ramazan bayramı ərəfəsində bu vilayətdəki şəhid ailələri və yoxsullara 306 qutu ərzaq yardımı göstərmişdir. Baş konsulluğumuzun əməkdaşları yardım paketlərini Qar... | ANL |
Əməksevər insanlar bərəkət ünvanlarının həsrətindədirlər. "...O torpaqlar əməksevər insanların qeyrət, bərəkət ünvanı idi. Qubadlılar Qarabağa, Laçına, Kəlbəcərə Ermənistandan gələn yolun üstündə möhtəşəm qala kimi dayanmışdılar. Onun işğalından da bərk sarsıldım". Heydər ƏLİYEV. İşğal tariximizin daha bir gününə gəlib... | ANL |
Türkiyə Cümhuriyyətinin təməl günü. 1914-cü ildə Birinci Dünya müharibəsinə qoşulan Türkiyə bir-birinin ardınca ağır məğlubiyyətlərə düçar oldu. Bundan sonra qalib dövlətlər "xəstə adam" adlandırdıqları Osmanlı dövlətinin torpaqlarını öz aralarında bölüşdürmək barədə razılığa gəldilər. Mudros planına görə, türk milləti... | ANL |
Köhnə kişilərdən biri. Redaksiya planlaşmalarında hamılıqla qəzetin "gününə ağlayandan" sonra Baş redaktorumuz mütləq yaradıcılıq məsələlərinə toxunur, yaxşı mövzu tapmaqla bağlı tövsiyələrini verir, deyir ki, bir qızıl dənəsini yüzlərlə-minlərlə qum dənəsinin içindən axtarıb tapırlar. Oxunaqlı mövzu da elədir. Axtarın... | ANL |
Hüququndan keçən əsgər - Mehdi Hüseynzadə. "Bu gün Sloveniya-Azərbaycan əlaqələrinin tarixində çox əlamətdar və unudulmaz bir gündür. Bu gün biz Azərbaycan xalqının böyük oğlu, qəhrəman Mehdi Hüseynzadənin - Mixaylonun memorial muzeyinin açılışına toplaşmışıq. Mehdi Hüseynzadə burada sloveniyalı dostları ilə bərabər pa... | ANL |
Musiqi terapiyası. Musiqi lap qədim zamanlardan bəri müalicə məqsədilə istifadə olunur. Ona görə ki, insanın həyatı həmişə musiqi ilə əlaqədə cərəyan etmişdir. O, gözünü işıqlı dünyaya açandan dərhal sonra anasının muğam üstündə beşik laylasını dinləmiş, yaşa dolduqca xoşuna gələn melodiyaları züm-zümə etmişdir. Hippok... | ANL |
Azərbaycanın AFR-dəki səfirliyi Almaniyanın Ştutqart şəhərində Ermənistanın növbəti fitnəkarlığının qarşısının alınması istiqamətində müvafiq tədbirlər görür. Ermənistan tərəfindən "Ermənistan mədəniyyət günləri Ştutqart-2011" çərçivəsində təşkil edilən tədbirlər arasında bu il sentyabrın 19-da Ştutqart şəhərində qonda... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Braziliyanın ölkəmizdəki səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 30-da Braziliya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Paula Antonio Pereire Pintonun diplom... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 30-da ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Robert Bradkeni (ABŞ), Fransadan olan sabiq həmsədr... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Həştərxan şəhərinin meri Sergey Bojenovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 30-da Rusiya Federasiyasının Həştərxan şəhərinin meri Sergey Bojenovun rəhbərlik etdiyi nümayəndə heyətini q... | ANL |
Rumıniyanın Prezidenti zati-aliləri cənab Trayan Beseskuya. Hörmətli cənab Prezident! Rumıniyanın milli bayramı - Birlik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Bu gün Azərbaycan-Rumıniya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksə... | ANL |
Azərbaycanın Baş naziri Qırğızıstan Prezidentinin andiçmə mərasimində iştirak etmək üçün Bişkekdə səfərdədir. Noyabrın 30-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Qırğız Respublikasının yeni seçilmiş Prezidenti Almazbek Atambayevin andiçmə mərasimində iştirak etmək üçün Bişkekə yola düşmüşdür. Bu barədə ... | ANL |
Azərbaycanın Baş naziri Artur Rasizadə Qırğızıstanın yeni seçilmiş Prezidenti ilə görüşmüşdür. Qırğızıstan Prezidentinin andiçmə mərasimində iştirak etmək üçün Bişkekə gələn Azərbaycanın Baş naziri Artur Rasizadə bu ölkənin yeni seçilmiş dövlət başçısı Almazbek Atambayev ilə görüşmüşdür. Baş nazir Artur Rasizadə Almazb... | ANL |
Vatikanda Azərbaycanın müstəqilliyinin bərpasına həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişdir. Noyabrın 29-da Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycanın Vatikandakı səfirliyinin dəstəyi ilə Vatikanda Azərbaycan Respublikasının dövlət müstəqi... | ANL |
Britaniya mətbuatının «Məkrli Albionu». "Bakinski raboçi" qəzetinin baş redaktoru Rəhman Hacıyevin qəzetin 30 noyabr tarixli nömrəsində "Britaniya mətbuatının "Məkrli Albionu" sərlövhəli məqaləsi dərc edilmişdir. AzərTAc həmin məqaləni təqdim edir. "İngilis sizin fikirlərinizə hörmət edir, lakin sizin hisslərinizlə əsl... | ANL |
Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın nümayəndə heyəti Çin Xalq Respublikasında rəsmi səfərdədir. Çin Xalq Respublikasının Kadrlar və Sosial Təminat Nazirliyinin dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilovun rəhbərlik ... | ANL |
Ümumrusiya Azərbaycan Konqresinin üçüncü qurultayından sonra qurumun birinci işçi iclası keçirilmişdir. Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) mərkəzi aparatında konqresin noyabrın 25-də Moskvada keçirilmiş üçüncü qurultayından sonra birinci işçi iclası olmuşdur. İclasda konqresin gələcək fəaliyyəti, yaxın perspektivd... | ANL |
Azərbaycanın nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatı Assambleyasının 27-ci sessiyasında iştirak etmişdir. Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının (ARDDA) rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin nüfuzlu orqanı olan Beynəlxalq Dəniz Təşkilatı (BDT) Assambleyasının Londond... | ANL |
Bu bəladan qurtulmağın bircə yolu var - ehtiyatlı və təmiz olmaq. XX əsrdə bəşəriyyətin qarşılaşdığı ən böyük problemlərdən biri QİÇS - Qazanılmış İmmun Çatışmazlığı Sindromudur. Adından da göründüyü kimi, QİÇS insanla doğulan, insana xas xəstəliklərdən deyil. O, insanın sonrakı fəaliyyəti nəticəsində "qazandığı", əldə... | ANL |
Bakıda Beynəlxalq Miqrasiya Təşkilatının yaranmasının 60 illiyinə həsr edilmiş tədbir keçirilmişdir. Noyabrın 30-da Bakıda Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) yaranmasının 60 illiyinə həsr edilmiş tədbir keçirilmişdir. AzərTAc xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının miqrasiya sahəsində fəaliyyət göstər... | ANL |
Minimum aylıq əməkhaqqının artırılması haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasında əhalinin maddi rifahını daha da yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıra... | ANL |
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti əlahəzrət şeyx Xəlifə bin Zayed Al Nəhyana. Əlahəzrət! Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Əminəm ki, ölkələrimiz arasındakı dostluq münasibətlərinin daim möhkə... | ANL |
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri, Dubay Əmiri əlahəzrət şeyx Məhəmməd bin Rəşid Al Məktuma. Əlahəzrət! Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı münasibətilə Sizi ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı dostluq və əməkdaşlıq müna... | ANL |
Laos Xalq Demokratik Respublikasının Prezidenti zati-aliləri cənab Çoummali Sayasoneyə. Hörmətli cənab Prezident! Ölkənizin milli bayramı - Respublika günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm. Əminəm ki, Azərbaycan ilə Laos arasında təşəkkül tapmış münasibətlərin dostluq və əməkdaşlıq zəminində i... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Qana Respublikasının ölkəmizdəki səfirinin etimadnaməsini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də Qana Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Set Korantenqin etimadnaməsini qəbul etmişdir. Səfir Set Korantenq fəxri qarovul... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzairin ölkəmizdəki səfiri Mouloud Hamainin etimadnaməsini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mouloud Hamainin etimadnaməsini qəbul etmişdir. Səfir Mo... | ANL |
Prezident İlham Əliyev Portuqaliyanın Azərbaycandakı səfiri xanım Luisa Bastos de Almeidanın etimadnaməsini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də Portuqaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Luisa Bastos de Almeidanın etimadnaməsini qəbul etmi... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Banqladeşin ölkəmizdəki səfiri Zulfiqur Rəhmanın etimadnaməsini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də Banqladeş Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zulfiqur Rəhmanın etimadnaməsini qəbul etmişdir. Səfir Zulfiqur ... | ANL |
Prezident İlham Əliyev Həbəşistanın Azərbaycandakı səfiri Mulatu Teşomenin etimadnaməsini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də Həbəşistan Federativ Demokratik Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mulatu Teşomenin etimadnaməsini qəbul etmişdir. Səfir Mu... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Danimarkanın ölkəmizdəki səfiri Ruben Madsenin etimadnaməsini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də Danimarka Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ruben Madsenin etimadnaməsini qəbul etmişdir. Səfir Ruben Madsen fəxri qaro... | ANL |
Prezident İlham Əliyev Vyetnamın Azərbaycandakı səfiri Fam Suan Şonun etimadnaməsini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də Vyetnam Sosialist Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fam Suan Şonun etimadnaməsini qəbul etmişdir. Səfir Fam Suan Şon fəxri qaro... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın «VTB» bankının prezidenti, idarə heyətinin sədri Andrey Kostini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də Rusiya Federasiyası "VTB" bankının prezidenti, idarə heyətinin sədri Andrey Kostini qəbul etmişdir. Görüşdə MDB-yə üzv olan dövlət... | ANL |
Qırğızıstanın yeni seçilmiş Prezidentinin andiçmə mərasimi olmuşdur. Mərasimdə Azərbaycanın Baş naziri Artur Rasizadə iştirak etmişdir. Dekabrın 1-də Toktoqul Satılqanov adına Qırğızıstan Milli Filarmoniyasında bu ölkənin yeni seçilmiş Prezdenti Almazbek Atambayevin andiçmə mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycanı... | ANL |
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İtaliyanın Baş nazirinin xanımı ilə görüşmüşdür. İtaliyada səfərdə olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva dekabrın 1-də ölkənin Baş naziri Mario Montinin xanımı Elza Monti ilə görüşmüşdür. Görüşdə ölkələrimizin mədəniyyət və təhs... | ANL |
Ermənilər Qafqaz Albaniyası tarixini heç vaxt saxtalaşdıra bilməyəcəklər. Ermənilər Qafqaz Albaniyası tarixini heç vaxt saxtalaşdıra bilməyəcəklər. Çünki tarixçi alimlərin əlində bununla bağlı kifayət qədər faktlar vardır. Bu fikir dekabrın 1-də Bakıda öz işinə başlamış "Qafqaz Albaniyasının Azərbaycanın və Qafqazın ta... | ANL |
Qazaxıstanın milli bayramı şərəfinə. Dekabrın 1-də Qazaxıstanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Müstəqillik gününün 20-ci ildönümü münasibətilə "Kempinski Badamdar" otelində rəsmi qəbul təşkil etmişdir. Səfir Serik Primbetov ötən müddətdə ölkəsinin keçdiyi inkişaf yolundan danışaraq bildirmişdir ki, ... | ANL |
Bir sıra ölkələrin Azərbaycandakı səfirləri ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmişlər. Qananın, Əlcəzairin, Portuqaliyanın, Banqladeşin, Həbəşistanın, Danimarkanın və Vyetnamın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri Set Korantenq, Mouloud Hamai, Luisa Bastos de Almeida, Zulfiqur Rəhman, Mulatu Te... | ANL |
"Hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elm... | ANL |
Mədəniyyətlərin birgəyaşayışının Azərbaycan təcrübəsi. Müzakirələrin gedişində ən mühüm suallardan biri də belə səslənir: multikulturalizm demokratiya ilə bir araya sığa bilirmi? Ona görə ki, son vaxtlar Avropada multikulturalizmlə yanaşı demokratiyanın da böhran yaşadığı qeyd edilir. Bu əsasən də bir çox məsələlər bar... | ANL |
Elə ilk nömrələrindən oxucuların sevimli qəzetinə çevrilən "Bakı" axşam qəzetini yaratmaq üçün nə qədər səy, əsaslandırıcı dəlil lazım idi. Azərbaycan mətbuatının liderlərindən biri Nəsir İmanquliyev çoxdan arzusunda olduğu "Bakı" şəhər qəzetini yaratmaq üçün Azərbaycan KP Mərkəzi Komitəsinə müraciət etmişdi. Mərkəzi K... | ANL |
Peşəkar neftçi, yaradıcı mühəndis, istedadlı alim. Yaşasaydı bu gün məşhur neft ustası, ixtiraçı-alim, sovetlər dönəmində Lenin və Azərbaycan SSR Dövlət mükafatı laureatları adını almış texnika elmləri doktoru, professor, respublikanın fəxri neftçisi Bəhmən Əbiş oğlu Hacıyevin 85 yaşı tamam olardı. Bəhmən Hacıyev Azərb... | ANL |
Kiyevdə Ukraynadakı Azərbaycanlı Gənclər İttifaqının II Ümumukrayna forumu keçirilir. Dekabrın 1-də "Ukrayna evinin" böyük zalında Ukraynadakı Azərbaycanlı Gənclər İttifaqının (UAGİ) II Ümumukrayna forumu işə başlamışdır. Tədbir Azərbaycanın Kiyevdəki səfirliyinin, Azərbaycan Dövlət Neft Şirkətinin, Ukrayna Azərbaycanl... | ANL |
Gənc Azərbaycan musiqiçiləri Bolqarıstanda beynəlxalq müsabiqənin qalibi olmuşlar. Bolqarıstanın Stara-Zaqora şəhərində nəfəs alətlərinin gənc ifaçılarının VI Beynəlxalq müsabiqəsi keçirilmişdir. AzərTAc xəbər verir ki, müsabiqədə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində orta ixtisas musiqi məktəb-stu... | ANL |
Minsk qrupunun həmsədrləri: Sülh razılaşması bütün qaçqın və məcburi köçkünlərin öz əvvəlki yaşayış yerlərinə dönməsi hüququnu özündə ehtiva etməlidir. Regiona növbəti səfərini yekunlaşdırmış ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yaymışlar. ATƏT-in rəsmi saytında yerləşdirilmiş bəyanatda bildirilir ki, həmsədrlər ... | ANL |
MDB-nin iştirakçısı olan dövlətlərin IV Bakı Beynəlxalq Bank Konfransı öz işinə başlamışdır. Dekabrın 1-də Azərbaycanda MDB-nin iştirakçısı olan dövlətlərin "MDB-nin maliyyə bazarları: qlobal qeyri-sabitlik şəraitində sabit inkişaf yolları" mövzusunda IV Bakı Beynəlxalq Bank Konfransı öz işinə başlamışdır. Tədbir MDB İ... | ANL |
«Azərbaycan nağılları»nı ingilisdillilər də oxuyacaqlar. Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə Türkiyədə ingilis dilində nəfis şəkildə nəşr olunan "Azərbaycan nağılları"nın və eyni adlı diskin təqdimolunma mərasimi keçirilib. Dünya ədəbi nümunələrinin müxtəlif dillərə çevrilməsi mədəni həyatda əlamətd... | ANL |
Ədəbi və musiqili səyahət. Azərbaycanın müstəqilliyinin 20 illiyinin beynəlxalq aləmdə də qeyd edilməsi onun inkişafının və Avropaya inteqrasiyasının göstəricilərindəndir. Son vaxtlar bu istiqamətdə həyata keçirilən tədbirlər silsilə xarakteri daşıyır. Almaniyanın Blankenheim şəhərində fəaliyyət göstərən "Alte Kanzlay"... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev İsveç Krallığının ölkəmizdəki səfirinin etimadnaməsini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də İsveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mikael Erikssonun etimadnaməsini qəbul etmişdir. Səfir Mikael Eriksson fəxri qarovul d... | ANL |
Prezident İlham Əliyev Xorvatiyanın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Xorvatiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Drajen Hrastiçin etimadnaməsini qəbul etmişdir. Səfir Drajen Hrastiç fəxri qarovul dəstəsini... | ANL |
Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsində çalışan şəxslərə «Əməkdar mühəndis» fəxri adının verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycanda rabitə və ... | ANL |
Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsində çalışan şəxslərin təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycanda rabitə və informasiya texnologiyala... | ANL |
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İtaliya Prezidenti Ciorcio Napolitano ilə görüşmüşdür. İtaliyada səfərdə olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva dekabrın 2-də İtaliya Respublikasının Prezidenti Ciorcio Napolitano ilə görüşmüşdür. Mehriban xanım Əliyeva Azərbayca... | ANL |
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın İtaliyaya səfəri barədə «Roma xronikalari» qəzetində məqalə dərc olunmuşdur. İtaliyanın nüfuzlu "Roma xronikaları" qəzetinin 2 dekabr tarixli nömrəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın İtaliyaya səfəri və ölkənin baş nazirinin xanımı Elza Monti ilə görüşü ... | ANL |
İsveçin və Xorvatiyanın Azərbaycandakı səfirləri ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmişlər. İsveçin və Xorvatiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri Mikael Eriksson və Drajen Hrastiç dekabrın 2-də Heydər Əliyev Sarayının qarşısındakı parka gələrək ulu öndərin abidəsini ziyarət etmişlər. Dip... | ANL |
Gender əsaslı məişət zorakılığı ilə bağlı seminar keçirilir. Dekabrın 2-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və UNESCO-nun Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Gender əsaslı məişət zorakılığının aradan qaldırılması məqsədi ilə cəmiyyətin maarifləndirilməsində KİV-lərin rolu" m... | ANL |
Gürcüstanın nüfuzlu «Axali Taoba» qəzetində «Azərbaycan demokratiya və tərəqqi yolunda yeni uğurlara imza atmaqdadır» sərlövhəli məqalə dərc olunmuşdur. Gürcüstanın nüfuzlu "Axali Taoba" qəzetinin 2 dekabr tarixli nömrəsində AzərTAc-ın xüsusi müxbiri İslam Əliyevin "Azərbaycan demokratiya və tərəqqi yolunda uğurlara im... | ANL |
Sumqayıtda Prezident İlham Əliyevin ölkəyə rəhbərliyinin 8 illiyinə həsr olunmuş «dəyirmi masa» keçirilmişdir. Dekabrın 2-də Sumqayıt Şəhər Tarix Muzeyinin konfrans zalında "İlham Əliyev 8 il hakimiyyətdə" mövzusunda "dəyirmi masa" keçirilmişdir. AzərTAc xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti və Yeni Azərbayca... | ANL |
Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin əməkdaşları üçün müasir iş şəraiti yaradılmışdır. Dekabrın 2-də Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin inzibati binası əsaslı təmirdən sonra istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbayca... | ANL |
Ukraynadakı Azərbaycanlı Gənclər İttifaqının II Ümumukrayna forumu çərçivəsində Kiyevdə tədbirlər keçirilmişdir. Xəbər verildiyi kimi, dekabrın 1-də Kiyevdə Azərbaycanın Ukraynadakı səfirliyinin, Azərbaycan Dövlət Neft Şirkətinin, Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) və Xaricdə təhsil alan və təhsil almış azərbay... | ANL |
Azərbaycan-Türkiyə münasibətlərinə dair beynəlxalq konfrans. Azərbaycan Respublikası Prezidenti yanında və Türkiyənin Xarici İşlər Nazirliyi nəzdində strateji araşdırmalar mərkəzlərinin (SAM) birgə təşkilatçılığı ilə Konya şəhərinin Səlcuk Universitetində Azərbaycan-Türkiyə münasibətlərinə dair beynəlxalq konfrans keçi... | ANL |
Rumıniyanın milli bayramı şərəfinə. Dekabrın 2-də Rumıniyanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Birlik günü münasibətilə rəsmi qəbul təşkil etmişdir. AzərTAc xəbər verir ki, səfir Daniel Kristian Çiobanu ötən müddətdə ölkəsinin keçdiyi inkişaf yolundan danışmışdır. Azərbaycan-Rumıniya münasibətlərinə t... | ANL |
Malayziyanın nüfuzlu «New Straits Times» qəzeti Azərbaycan haqqında yazır. Malayziyanın geniş oxucu kütləsinə malik ingilisdilli "New Straits Times" qəzetində Azərbaycan haqqında məqalə dərc olunmuşdur. Azərbaycanın Malayziyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, məqalə səfir Tahir Kərimovun müsahibəsi əsasında ... | ANL |
Tarixin yaralı səhifələri. Bir məqamı yenidən vurğulamaq istərdik ki, bu deportasiyanın adı "könüllü köçürülmə" idi. Əslində isə azərbaycanlılara qarşı əsl soyqırımı həyata keçirildi. İlk növbədə, respublikanın paytaxtı olan İrəvan şəhəri və ona yaxın yaşayış məntəqələri azərbaycanlılardan təmizləndi, sonra rayon mərkə... | ANL |
Xəlqilik və realizm nümunəsi. Naxçıvan Dövlət Universitetində xalq yazıçısı Mirzə İbrahimovun anadan olmasının 100 illiyinə həsr olunmuş "Xalqın böyük dayağı" adlı elmi konfrans keçirildi. Tədbiri giriş sözü ilə rektor, akademik İsa Həbibbəyli açaraq görkəmli yazıçı, tanınmış ictimai-siyasi xadim Mirzə İbrahimovun bədi... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportundakı yeni aerovağzal kompleksində aparılan inşaat işlərinin gedişi ilə tanış olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də Heydər Əliyev Beynəlxalq Aeroportundakı yeni aerovağzal kompleksində aparılan inşaat işlərinin ged... | ANL |
Tailandın Kralı Əlahəzrət Bhumibol Adulyadejə. Əlahəzrət! Ölkənizin milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Tailand münasibətləri bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf ... | ANL |
İtaliyanın paytaxtı Azərbaycanı yenidən kəşf etdi. Romada Azərbaycanın müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirildi. Dekabrın 2-də Romada Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü və ... | ANL |
Daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti cinayətkarlığa qarşı mübarizəni bundan sonra da qətiyyətlə davam etdirəcək. Dekabrın 3-də Daxili İşlər Nazirliyində (DİN) "Şəhər, rayon polis orqanlarının növbətçi hissələrində, "Təhlükəsiz şəhər" və "102" xidmətlərində", həmçinin bağlı qalmış ölümlə nəticələn... | ANL |
Mətbuat Şurası idarə heyətinin iclasında Azərbaycan mətbuatının klassiki Nəsrulla İmanquliyevin 100 illik yubileyi ilə bağlı məsələ müzakirə olunmuşdur. Azərbaycan Mətbuat Şurası idarə heyətinin iclası keçirilmişdir. Şuradan AzərTAc-a bildirmişlər ki, iclasda əvvəlcə Azərbaycanın tanınmış ictimai-siyasi xadimi və publi... | ANL |
Baku Steel Company» Almaniya firması ilə müqavilə bağlayıb. "Baku Steel Company" MMC və Almaniyanın Siemens VAİ firması arasında istehsalın yenidən qurulması üçün 15 milyon avro dəyərində investisiya qoyulmasını nəzərdə tutan müqavilə bağlanmışdır. Layihədə mövcud sobanın Almaniyanın Siemens VAİ firmasının istehsalı ol... | ANL |
Düşünülmüş, sürətli və davamlı inkişaf. Dinamik inkişaf göstəricilərinə malik Azərbaycan müdafiə potensialının davamlı olaraq gücləndirilməsi istiqamətində də böyük nailiyyətlərə imza atmışdır. Bunun nəticəsidir ki, hazırda Cənubi Qafqazda ən güclü və peşəkar ordu məhz Azərbaycana məxsusdur. Proseslərin inkişafı zaman ... | ANL |
Alim və istehsalatçı. Hər bir insanın şəxsiyyət kimi dəyəri onun elmi, ziyalılığı, vətənə və xalqa xidmət məramı ilə ölçülür. Belə adamlar hədsiz dərəcədə qayğıkeş və əltutan olur, ətrafındakılara daim kömək edir, öz yaradıcı potensiallarını ölkəsinin gələcəyinə yönəldir, istək və arzularını reallaşdırmaq üçün hər cür ... | ANL |
Azərbaycan mədəniyyət tarixini fədakarlığı, can yanğısı, zəhmət və istedadı ilə zənginləşdirən, teatr və kino sənətinin inkişafında xüsusi əməyi olan xalq artisti Həsənağa Salayev çətin, şərəfli bir ömür yaşadı. Lentlərin yaddaşında qalmış yadigar səslər, müxtəlif xarakterli obrazların surətləri bu görkəmli səhnə ustas... | ANL |
Azərbaycanlı ziyalıların və incəsənət xadimlərinin görüşü. Görüşü AAKM-in icraçı direktoru Samirə Patser-İsmayılova açaraq Berlində fəaliyyətdə olan ziyalılar arasında səmərəli ünsiyyətin qurulması imkanlarını, eləcə də birgə iş əməkdaşlığı üçün yollar araşdırılmasını təklif etmişdir. Berlin-Bakı Qalereyasının icraçı d... | ANL |
Zəhmətin bəhrəsi. Elmlər Akademiyalarının Beynəlxalq Assosiasiyasının (EABA) Kitab Nəşri üzrə Şurasının milli mədəniyyətdə, elmdə töhfələr vermiş ən yaxşı əsərlər üçün bu ilin əvvəlində təsis etdiyi D.S.Lixaçov adına mükafat uğrunda müsabiqə başa çatıb. Müsabiqədə bir çox ölkələrdən elmlər akademiyalarının, elmi kitabx... | ANL |
Azərbaycanın beynəlxalq mədəni turizm marşrutu Avropada maraq doğurub. Avropa Şurasının mədəniyyət, mədəni və təbii irs üzrə direktoru Robert Palmer noyabrın 23-24-də Lüksemburqda keçirilən Avropa Şurasının Mədəni Marşrutlar üzrə Məşvərət Forumunda mədəni marşrutların sosial, iqtisadi və mədəni inkişaf sahələrinin öyrə... | ANL |
Azərbaycan ilə Macarıstan arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın perspektivləri müzakirə edilmişdir. Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora Mədəniyyət və Turizm Nazirliyində olmuşdur. Nazir Əbülfəs Qarayev ilə görüşdə Azərbaycan və Macarıstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə... | ANL |
Səhiyyə müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, səhiyyə müəssisələrində çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qay... | ANL |
Prezidentin mətbuat xidmətinin məlumatı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da Rusiya Federasiyasının Baş naziri Vladimir Putinə telefonla zəng etmişdir. Dövlət başçısı Rusiya Federasiyasının Federal Məclisinin Dövlət Dumasına keçirilən seçkilərdə Vladimir Putini başçılıq etdiyi "Yedinaya Ros... | ANL |
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanat yayılmışdır. ATƏT-in Nazirlər Şurasının Vilnüsdə keçirilən 18-ci illik toplantısında iştirak edən Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərlərinin (Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ-ın dövlət katibi Hillari Kl... | ANL |
ATƏT XİNŞ-nin iclasında Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyi qeyd edilmişdir. ATƏT-in Xarici İşlər Nazirləri Şurasının Vilnüsdə keçirilən 18-ci iclası çərçivəsində bir sıra xarici ölkələrin nümayəndələri öz bəyanatlarında Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini vurğulamışlar. ABŞ dövlət katibi Hill... | ANL |
Əhməd Davudoğlu: ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ probleminin həlli istiqamətində səylərini gücləndirməlidir. ATƏT-in Nazirlər Şurasının Vilnüsdə keçirilən 18-ci iclasında çıxış edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirmişdir ki, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ probleminin həlli istiqamətində səyl... | ANL |
Bakıda Azərbaycan-Pakistan Hökumətlərarası Komissiyanın V iclası olmuşdur. Bakıda Azərbaycan-Pakistan Hökumətlərarası Komissiyanın V iclası olmuşdur. AzərTAc xəbər verir ki, iclasda iqtisadiyyat, enerji, qarşılıqlı ticarət, kənd təsərrüfatı, ədliyyə, gömrük, həm quru, həm də hava nəqliyyatı ilə daşımalar barədə məsələl... | ANL |
Azərbaycanın xarici işlər naziri Vilnüsdə bır sıra ikitərəfli görüşlər keçirmişdir. ATƏT-in Nazirlər Şurasının Litvanın paytaxtı Vilnüsdə keçirilən 18-ci iclasında iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bir sıra ikitərəfli görüşlər keçirmişdir. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Azər... | ANL |
Dekabrın 6-da Milli Məclisin növbəti iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, "Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər parlamentin plenar iclaslarında geniş müzakirə edilmişdir. Müzakirələr zamanı qaldır... | ANL |
Xəbər verdiyimiz kimi, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva noyabrın 28-dən dekabrın 2-dək Vatikanda və Romada səfərdə olmuş, ölkəmizin müstəqilliyinin bərpa edilməsinin 20 illiyi ilə bağlı təntənəli tədbirlərdə iştirak etmiş, bir sıra görüşlər keçirmişdir. Azərbaycanın birinc... | ANL |
Əli Həsənov: İranda keçirilən görüşlərdə qarşılıqlı anlaşma və bir-birinin daxili işinə müdaxilə etməmək kimi ortaq nöqtələr tapıldı. Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli HƏSƏNOVun İrana səfərinin yekunları barədə "Trend"ə müsahibəsi. - Sizin başçılıq etdiyiniz Azərbay... | ANL |
Hansı birincidir: hədəflər, yoxsa nəticələr? Təcrübə ən acı yoldur. Ən düzgün yol düşüncə yoludur". Müasir dövlətin əsas göstəricilərindən biri sürəkli dəyişən reallığa həssaslıq, mövcud strateji fazanın başlanğıc və sonunun fərqində olmaq, çevik manevrlər etməkdir. XXI əsrdə siyasət həmişəkindən daha çox intellektual ... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.