text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Gəncəlilər deyirlər: şəhərin ən ağır günlərində. ulu öndər Heydər Əliyev həmişə bizimlə olub. Gəncə Azərbaycanın, Azərbaycan xalqının qədim, zəngin tarixini özündə əks etdirən bir diyardır, gözəl şəhərdir. Biz hamımız - harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı - Gəncə ilə, onun qədim və zəngin tarixi il... | ANL |
Ümummilli lider Heydər Əliyevə həsr edilmiş. «Dövlət» adlı filmin təqdimatı olmuşdur. Dekabrın 10-da Yeni Azərbaycan Partiyasının təşəbbüsü və təşkilatçılığı ilə rejissor Vaqif Mustafayevin ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı çəkdiyi silsilə filmlərin "Dövlət" adlı 11-ci seriyasının təqdimat m... | ANL |
Moldovada ümummilli lider Heydər Əliyevin. həyat və fəaliyyətinə həsr edilmiş «Xüsusi təyinat». filminin təqdimatı olmuşdur. Dekabrın 9-da Moldovanın Beynəlxalq Azad Universitetində tanınmış rejissor Vaqif Mustafayevin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş "Xüsusi təyin... | ANL |
Dünya miqyaslı siyasətçi. 12 dekabr ümummilli lider Heydər Əliyevin anım günüdür. Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış və unu... | ANL |
cənab Blez Kompaoreyə. Hörmətli cənab Prezident! Ölkənizin milli bayramı - Respublika günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Ümidvaram ki, Azərbaycan ilə Burkina-Faso arasında təşəkkül tapmış dostluq münasibətləri daim inkişaf edərək əməkdaşlıq imkanlarımızı genişləndirəcəkdir. Bu bayra... | ANL |
Kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma sahələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rə... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Nəsimi rayonundakı 96 nömrəli uşaq bağçasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Nəsimi rayonundakı 96 nömrəli uşaq bağçasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı v... | ANL |
Şimali Kiprdə Uluslararası Folklor Konfransı keçirilmişdir. Bir neçə ildir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu "Ortaq türk keçmişindən Ortaq türk gələcəyinə" devizi altında Uluslararası Folklor Konfransı keçirir. İndiyə kimi Bakıda bu deviz altında 6 konfrans keçirilmişdir. Ötən il növbəti konf... | ANL |
Gənclərin cəmiyyət həyatında layiqli. iştirakı üçün bütün şərait yaradılıb. Gənclik hər bir dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən böyük qüvvə olduğu üçün cəmiyyətin aparıcı təbəqəsi sayılır. Ona görə gənc nəslin inkişafı, gənclərin mükəmməl vətəndaş kimi yetişməsi sivil cəmiyyətlərdə qarşıya qoyulan... | ANL |
Müdafiə Nazirliyində. Bakıda səfərdə olan Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinin nəqliyyat komandanı Uilyam Freyzer dekabrın 12-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşmüşdür. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə regiondakı vəziy... | ANL |
Xarici İşlər Nazirliyində. Dekabrın 12-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Meksika Senatının üzvü Karlos Ximenes Masiasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, görüşdə nazir Azərbaycanın M... | ANL |
Meksika Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır. Dekabrın 12-də Milli Məclisin Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Meksika Senatının üzvü, senator Karlos Ximenes Masias və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşlər. İşçi qrupunun rəhbəri Ülv... | ANL |
Buxarestdə ümummilli lider Heydər Əliyevin. xatirəsi ehtiramla yad edilmişdir. Dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının səkkizinci ildönümü ilə əlaqədar Buxarestin mərkəzindəki Heydər Əliyev xiyabanında Azərbaycanın Rumıniyadakı səfirliyi tərəfindən anma mərasimi keçirilmişdir. Məra... | ANL |
İnsan hüquq və azadlıqlarına etibarlı təminat. Müasir dövrdə bütün sivil cəmiyyətlərdə insanın təbii və sonradan qazanılmış hüquqlarının təminatına, ümumbəşəri humanist dəyərlərin bərqərar olmasına, eləcə də bu sahə üzrə ixtisaslaşan demokratik institutların fəaliyyətinə xüsusi qayğı ilə yanaşılır. İnsan hüquq və azadl... | ANL |
Azərbaycanın baş ziyarətgahı. Ulu öndərin həyatı hər birimiz üçün örnəkdir. Öz əməli, missiyası ilə tarixdə silinməz izlər qoymuş şəxsiyyətlər azdır. Amma hər xalqın, millətin təkamül tarixində belə şəxsiyyətlər olub. Vətənimiz üçün kifayət qədər mürəkkəb və keşməkeşli bir dönəmdə xalqının imdadına çatan ulu öndər Heyd... | ANL |
Düşənbədə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən. bəhs edən «Azərbaycanın yeni tarixində dərin iz qoyan insan». kitabı rus və ingilis dillərində nəşr olunmuşdur. Azərbaycanın Tacikistandakı səfirliyinin dəstəyi ilə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən "Azərbaycanın yeni tarixində dərin... | ANL |
Parisdə ümummilli lider Heydər Əliyevin xatirəsinə. həsr olunmuş anma mərasimi keçirilmişdir. Azərbaycanın Fransadakı səfirliyində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anma mərasimi keçirilmişdir. AzərTAc xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, Azərbaycan Respublikasının UNESCO yanında d... | ANL |
Ulu öndər Heydər Əliyevin əziz xatirəsi. Həştərxanda da anılmışdır. Rusiya Federasiyasının Həştərxan şəhərində ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anma mərasimi keçirilmişdir. Ulu öndər Heydər Əliyevin adını daşıyan 11 nömrəli orta məktəbdə təşkil edilən mərasimdə Həştərxan vilayətinin və şəhər... | ANL |
Toşiyuki Fucivara: Azərbaycanın bugünkü sürətli. inkişafının təməlində məhz Heydər Əliyevin müəyyən. Ömrünün 40 ilini Yaponiya Xarici İşlər Nazirliyi sistemində çalışmış, 1999-2002-ci illərdə Yaponiyanın Azərbaycanda səfiri olmuş, hazırda Yaponiya Beynəlxalq Münasibətlər İnstitutunun baş direktoru işləyən Toşiyuki Fuci... | ANL |
Milli Təhlükəsizlik Nazirliyində ümummilli. Ümummilli lider Heydər Əliyevin vəfatının 8-ci ildönümü ilə bağlı Milli Təhlükəsizlik Nazirliyində anma mərasimi keçirilmişdir. Əvvəlcə Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti general-leytenant Eldar Mahmudov başda olmaqla Fəxri xiyabana gələrək Azərbaycanın təhlükəsizl... | ANL |
Ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu. hər bir azərbaycanlı üçün örnəkdir. Dekabrın 12-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anma mərasimi keçirilmişdir. Mərasim iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini bir ... | ANL |
Sərdar Ünsal: «Heydər Əliyev türk dünyasının. ən böyük liderlərindən biridir». Heydər Əliyev türk dünyasının ən böyük liderlərindən biridir. Ulu öndər Heydər Əliyev qısa müddətdə Azərbaycanı sürətli inkişaf yoluna çıxarmış, türk dünyası, o cümlədən Türkiyə ilə ən yüksək dostluq və qardaşlıq əlaqələrinin qurulmasına müh... | ANL |
Ulu öndər Heydər Əliyevin əziz xatirəsi. Təbrizdə də anılmışdır. Azərbaycan Respublikasının Təbrizdəki baş konsulluğunda ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anma mərasimi keçirilmişdir. Mərasimdə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, ruhuna Qurani-Kərimdən ayələr... | ANL |
Moskvada Azərbaycan xalqının ümummilli lideri. Heydər Əliyevin nurlu xatirəsi ehtiramla yad edilmişdir. Dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin nurlu xatirəsi Moskvada ehtiramla yad edilmişdir. Tədbirin əvvəlində Azərbaycanın Rusiyadakı səfirliyində Heydər Əliyevin büstü önünə tər çiçəklər q... | ANL |
Heydər Əliyev və Azərbaycanın milli inkişaf siyasəti: xarakteristikası, əsas vəzifələri və tələbləri. Hər bir dövlətin daxili və xarici vəziyyətini, milli maraq dairələrini və onların təminatını, beynəlxalq aləm və region ölkələri ilə münasibətlərinin taktikasını, vəzifələrini, yollarını, vasitələrini və ehtiyatlarını,... | ANL |
Milli Məclisdə qəbul. Dekabrın 12-də Milli Məclisin Sədri Oqtay Əsədov Rusiya Federasiyası Dağıstan Respublikası Milli Şurasının Sədri Məhəmməd-Sultan Məhəmmədovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Görüşdə qeyd edildi ki, Dağıstan nümayəndə heyəti Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət x... | ANL |
Meksika Dağlıq Qarabağ münaqişəsinin həllində. Azərbaycanın ədalətli mövqeyini bundan. sonra da dəstəkləyəcəkdir. Meksika Senatının üzvü Karlos Ximenes Masiasın başçılığı ilə Azərbaycanda səfərdə olan nümayəndə heyəti dekabrın 12-də Milli Məclisin Sədri Oqtay Əsədovla görüşmüşdür. Milli Məclisin Sədri demişdir ki, Azər... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Silahlı. Qüvvələrinin nəqliyyat komandanı. Uilyam Freyzeri qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 12-də ABŞ Silahlı Qüvvələrinin nəqliyyat komandanı Uilyam Freyzeri qəbul etmişdir. ABŞ Silahlı Qüvvələrinin nəqliyyat komandanı Uilyam Freyzer bu ... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Meksika Senatının. üzvü Karlos Ximenes Masiasın başçılıq etdiyi. nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Meksika Senatının üzvü Karlos Ximenes Masiasın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Dövlətimizin başçısı ... | ANL |
Azərbaycan Respublikası vətəndaşlarının 2012-ci il yanvarın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər t... | ANL |
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi. qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır. Azərbaycan Prezidenti İlham Əliyev ümummilli liderHeydər. Əliyevin məzarını ziyarət etmişdir. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın üm... | ANL |
Bakıda biznes inkubatorların fəaliyyəti və gənclərin. mobil sahibkarlığına dəstək mövzusunda beynəlxalq. konfrans işə başlamışdır. Dekabrın 13-də "Hilton" hotelində "Biznes inkubatorların fəaliyyəti və gənclərin mobil sahibkarlığına dəstək: dünya ölkələrində qazanılmış təcrübə və Azərbaycanda bu sahənin inkişaf perspek... | ANL |
İkinci Qəbələ Beynəlxalq incəsənət-rəsm sərgisində. Azərbaycan Mədəniyyət Fondu və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası növbəti birgə layihələrinin hazırlıq işlərini tamamlamaq üzrədir. AzərTAc xəbər verir ki, artıq ənənəyə çevrilmiş İkinci Qəbələ Beynəlxalq incəsənət-rəsm sərgisi deka... | ANL |
Milli Təhlükəsizlik Nazirliyinin bu günlərdə həyata keçirdiyi əməliyyat. tədbirləri nəticəsində narkotiklərin qaçaqmalçılığında və qanunsuz dövriyyəsində təqsirli bilinən şəxslər ifşa olunmuşdur. Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən bu günlərdə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotiklərin ... | ANL |
Korrupsiyaya qarşı mübarizə tədbirləri davam etdirilir. Prokurorluq orqanları tərəfindən korrupsiya hüquqpozmalarına qarşı kəsərli mübarizə tədbirləri davam etdirilir. Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, son günlər bu kateqoriyadan olan cinayət faktlarının aşkar edilməsi istiqamətində bir s... | ANL |
Vladimir Doroxin: Rusiya-Azərbaycan münasibətlərinin əsas. xüsusiyyəti ondan ibarətdir ki, bu münasibətlər təbii xarakter daşıyır. Adətən, ilin sonunda görülmüş işlərə yekun vurulur, perspektivlər müəyyən edilir. Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin AzərT... | ANL |
iqtisadi inkişaf, uğurlar əldə etmişdir. Meksika Azərbaycan ilə sıx əməkdaşlıq etmək niyyətindədir. AzərTAc xəbər verir ki, bu sözləri ölkəmizdə səfərdə olan Meksika nümayəndə heyətinin rəhbəri, senator Karlos Ximenes Masias bildirmişdir. Səfərlərində əsas məqsədin parlament diplomatiyası, neft sektoru, ticarət sahələr... | ANL |
AzərTAc İslam Xəbərlər Agentliyinin işində fəal iştirak edir. Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) Beynəlxalq İslam Xəbərlər Agentliyinin (İİNA) işində fəal iştirak edir. Bu sözləri Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının mənzil-qərargahında Beynəlxalq İslam Xəbərlər Agen... | ANL |
Fövqəladə Hallar Nazirliyinin maddi-texniki. bazasının gücləndirilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının gücləndirilməsi məqsədi ilə qərara alıram: 1. A... | ANL |
Bioinformatika müasir biologiya elminin zirvəsidir. 10 noyabr 2011-ci il tarixdə Bakı şəhərində "Kempinski Badamdar" otelində AMEA ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında imzalanmış əməkdaşlıq proqramı çərçivəsində Azərbaycanda bioinformatika elminin inkişafına həsr olunmuş elmi seminar keçirilmişd... | ANL |
Rəyasət Heyətində görüş olmuşdur. Azərbaycan Milli Elmlər Akademiyasının(AMEA) Rəyasət Heyətində Nobel mükafatçısı Ada Yonaf ilə görüş keçirilmişdir. Akademiyadan bildirmişlər ki, tədbirdə AMEA-nın prezidenti, akademik Mahmud Kərimov, AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzinin rəhbəri, fizika üzrə fəlsəfə doktoru İ... | ANL |
Azərbaycan Respublikası Fövqəladə. Hallar Nazirliyinin əməkdaşlarına ali. hərbi rütbələrin verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin... | ANL |
Azərbaycan Respublikası Fövqəladə. Hallar Nazirliyinin bir qrup əməkdaşının. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Fövqəladə hallar zamanı əhalinin xilasetmə əməliyyatlarında xidməti vəzifələrini yerinə ye... | ANL |
Ulu öndərin tikib-qurduğu işıqlı şəhər. Neçə ildir ki, Heydər Əliyev cismən aramızda yoxdur. Amma onun adı dillərdə, məhəbbəti könüllərdədir. Müqəddəs arzuları, ideyaları həyatından artıq sevdiyi, həmişə azərbaycanlı olmağı ilə fəxr etdiyi doğma yurdun hər tərəfində reallığa çevrilir. Ulu öndər Azərbaycanın bütün bölgə... | ANL |
Qürur doğuran xatirələr. Dahilərin ömrü illərlə deyil, gördükləri işlərlə ölçülür. Möhtəşəm işlərin sayı-siyahısı bəlli olmayanda, əməllərin qiyməti ölçüyə-biçiyə sığmayanda xalq məhəbbəti, el-oba sevgisi yaranır. Ulu öndər Heydər Əliyev gördüyü işlərlə vaxtın-zamanın ölçüsünü elə dəqiq nizamlayırdı ki, xalq ən çətin m... | ANL |
Azərbaycan Respublikası Fövqəladə Hallar. Nazirliyinin əməkdaşlarına «Əməkdar mühəndis». Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycanda iqtisadiyyatın inkişafında səmərəli fəaliyyətlərinə görə Azərbayc... | ANL |
F.Q.Səmədovaya Azərbaycan Respublikası Prezidentinin. fərdi təqaüdünün verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbay... | ANL |
Ağsu şəhərinin mərkəzində ikimərtəbəli yaraşıqlı bir bina var. Burada Heydər Əliyev Mərkəzi yerləşir. Açılışda iştirak edən ölkə Prezidenti İlham Əliyev Heydər Əliyev Mərkəzinin ağsulu gənclərin kamil bir vətəndaş kimi yetişməsində mühüm rol oynayacağını xüsusi qeyd edib. Mərkəzdə fəaliyyət göstərən informasiya texnolo... | ANL |
H.C.Xudiyevə «Əməkdar jurnalist» fəxri adının verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycanda mətbuat sahəsində səmərəli fəaliyyətinə görə Hikmət Cəmil oğlu Xudiyevə "Əməkdar jurnali... | ANL |
Küveytdə ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilmişdir. Azərbaycanın Küveytdəki səfirliyi tərəfindən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş anma mərasimi təşkil olunmuşdur. Səfirlikdən bildirmişlər ki, mərasimdə diplomatik nümayəndəliyimizin əməkdaşları, Küveyt şəhərində yaşayan həmvətənlərim... | ANL |
Dağlarda dəryaça yaradılır. Şəmkirdə nur, bolluq və bərəkət çeşmələri çağlayır. Ulu öndər Heydər Əliyevin tapşırığı ilə Şəmkir və Yenikənd su elektrik stansiyaları inşa olundu. İndi isə Prezident İlham Əliyevin təşəbbüsü ilə Şəmkirçayın üzərində, dağların başında nəhəng dəryaça yaradılır. Prezident İlham Əliyev dağlar ... | ANL |
Kiyevdə «Heydər Əliyev: Deyilən söz yadigardır». kitabının təqdimatı olmuşdur. Ukrayna Azərbaycanlı Gənclər Birliyindən (UAGB) AzərTAc-a bildirmişlər ki, Kiyevdə UAGB-nin təşəbbüsü ilə Regionlararası Heyətin İdarəolunması Akademiyasında "Heydər Əliyev: Deyilən söz yadigardır" aforizmlər kitabının təqdimat mərasimi keçi... | ANL |
Ümumxalq məhəbbəti. Xalq üçün çalışanlar, onun maddi-mənəvi xəzinəsinə töhfə verən dövlət xadimləri, sənət adamları isə əbədiyaşarlıq qazanaraq heç vaxt unudulmurlar. Belə nadir şəxsiyyətlərdən biri ümummilli lider Heydər Əliyevdir. İndiki yaşlı, orta, gənc nəslin nümayəndələri haqlı olaraq fəxr edirlər ki, onunla eyni... | ANL |
Ankarada ulu öndər Heydər Əliyevin əziz xatirəsi anılmışdır. Azərbaycan xalqının ümummilli lideri, türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin əziz xatirəsi Azərbaycanın Türkiyədəki səfirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Ankaranın "Şeraton" hotelində keçirilən geniş mərasimdə anı... | ANL |
Əskişəhərdə ulu öndər Heydər Əliyevə. həsr olunmuş xatirə gecəsi keçirildi. Dekabrın 12-də Əskişəhərdə fəaliyyət göstərən "Əskişəhər Azərbaycanlılar Dərnəyi"nin təşəbbüsü ilə Anadolu Universitetində Heydər Əliyevin xatirə gecəsi keçirildi. Gecədə Əskişəhərdə fəaliyyət göstərən Anadolu və Osmanqazi universitetlərində də... | ANL |
Yeni Azərbaycan Partiyası rayon təşkilatlarının konfransları keçirilmişdir. Səbail. Dekabrın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının IX konfransı keçirilmişdir. Konfrans iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin univer... | ANL |
Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr inkişaf etməkdədir. Azərbaycan dünya məmləkətləri sırasında layiqli yerlərdən birini tutur. Son 20 ildə, yəni Azərbaycan öz müstəqilliyinə ikinci dəfə qovuşduqdan sonra keçən zaman ərzində çox böyük uğurlu nəticələrə imza atıb. İlk vaxtlarda çətin və kəşməkəşli, hətta dö... | ANL |
Novruz Məmmədov: Azərbaycanın nüfuzu, reytinqi və. imkanları artıq regiondan daha geniş üfüqlərə yayılıb. Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun ilin yekunlarına dair Trend-ə müsahibəsi. - Yola saldığımız il Azərbaycanın xarici siyasətinin dünya arenasında bir sıra ... | ANL |
qanun layihəsi müzakirəyə çıxarıldı. Dekabrın 13-də spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirildi. İlk olaraq "Azərbaycan Respublikası hökuməti və Kolumbiya Respublikası hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq ara... | ANL |
Azərbaycan Respublikasının. Mülki Prosessual Məcəlləsində. dəyişikliklər edilməsi haqqında. Azərbaycan Respublikasının Qanunu. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
«Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2011-ci il 15 noyabr tarixli 238-IVQD nömrəli Qanununun tətbiqi və «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələlər... | ANL |
Azərbaycan Respublikasının İnzibati Xətalar. Məcəlləsində dəyişiklik edilməsi haqqında. Azərbaycan Respublikasının Qanunu. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində. dəyişikliklər edilməsi haqqında. Azərbaycan Respublikasının Qanunu. Qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, idxal etmə, satma və ya yayma. Müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları... | ANL |
«Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş. şəxslərin sosial adaptasiyası haqqında» Azərbaycan. Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı b... | ANL |
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində. dəyişikliklər edilməsi haqqında. Azərbaycan Respublikasının Qanunu. Dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulmasına, yəni: 300.0.1. müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmadan vətəndaşların dini təhsil müəssisələrində təhsil almaq üçün xaricə ... | ANL |
«İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində. peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında». Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasın... | ANL |
«İcra məmurları haqqında» Azərbaycan Respublikasının. Qanununda dəyişikliklər edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
«Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət. vəsiqəsi haqqında» Azərbaycan Respublikasının. Qanununda dəyişiklik edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
«Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın. əsasları haqqında» Azərbaycan Respublikasının. Qanununda dəyişikliklər edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı. olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq. istəyən əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə»də dəyişiklik edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti... | ANL |
«İcra məmurları haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 2011-ci il 15 noyabr tarixli 236-IVQD nömrəli Qanununun tətbiqi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rə... | ANL |
Xalq şairi Səməd Vurğunun ev-muzeyinin. əsaslı təmiri haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Xalq şairi Səməd Vurğunun Bakı şəhərində yerləşən (Tərlan Əliyarbəyov küçəsi, 6) ev-muzeyinin əsaslı... | ANL |
«Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi Haqqında» Azərbaycan Respublikasının 2011-ci il 15 noyabr tarixli 237-IVQD nömrəli Qanununun tətbiqi barədə. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, ... | ANL |
«Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində. dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəy... | ANL |
«Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində. dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikasının. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişi... | ANL |
Qədir Çərkəz oğlu Rüstəmov. Azərbaycanın musiqi mədəniyyətinə ağır itki üz vermişdir. Milli musiqi sənətinin görkəmli nümayəndəsi, xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Qədir Çərkəz oğlu Rüstəmov 2011-ci il dekabr ayının 14-də ömrünün 77-ci ilində vəfat etmişdir. Orta məktəbi bitirərək o,... | ANL |
Bakıda «Səriştəlilik, müstəqillik, qərəzsizlik, şəffaflıq, səmərəlilik –. müasir dövrün tələbləri prizmasından Azərbaycanda məhkəmə-hüquq. islahatları» mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Dekabrın 14-də Ali Məhkəmədə "Səriştəlilik, müstəqillik, qərəzsizlik, şəffaflıq, səmərəlilik - müasir dövrün tələbləri pri... | ANL |
«Əsrin müqaviləsi»nin açdığı yol yeni zirvələrə doğru gedir. Azərbaycanın dünya birliyində mövqeyinin yüksəlməsi artıq hamı tərəfindən etiraf olunan həqiqətdir. Respublikanın sosial-iqtisadi inkişafı getdikcə sürətlənir, ölkədə quruculuq işləri daha böyük miqyas alır, şəhər, kənd və qəsəbələrin siması tamamilə dəyişir,... | ANL |
İqtisadi artım və ölkənin sosial-iqtisadi inkişafı. Həmişə olduğu kimi, indiki dövrdə də iqtisadi artım bütün ölkələr üçün ən mühüm və zəruri makroiqtisadi göstərici hesab edilir. Çünki iqtisadi artımın mahiyyəti əvvəlki ilə nisbətən cari dövrdə həyat səviyyəsini daha yüksək təmin etməyi, daha çox və keyfiyyətli məhsul... | ANL |
Fədakar alim. Hər bir alimin dəyəri onun intellekti, hazırladığı kadrlar və elmə verdiyi töhfələrlə qiymətləndirilir. Belə alimlərdən biri keçmiş SSRİ Daxili İşlər Nazirliyinin əməkdar işçisi, hüquq elmləri doktoru, professor, Milli Aviasiya Akademiyasının "Hüquqşünaslıq" kafedrasının müdiri İbrahim Quliyevdir. İ.Quliy... | ANL |
Təbiətşünaslığa və ətraf mühitin. mühafizəsinə həsr edilmiş ömür. Hər bir dövr ictimai-siyasi hadisələri, iqtisadi inkişaf səviyyəsi ilə fərqləndiyi kimi, yaradıcı, qurucu, məşhur elm xadimləri və mütəxəssisləri ilə də yadda qalır. XX əsrdə yaşayıb yaratmış görkəmli alimlərdən biri də akademik Həsən Əlirza oğlu Əliyev ... | ANL |
Məqbərələr tanınmış şəxsiyyətlərə ehtiram rəmzidir. Zamanın sınaqlarından keçərək bu günümüzə gəlib çıxmış bir sıra maddi-mədəniyyət abidələri sırasında məqbərələr də tarixilik baxımından mühüm əhəmiyyət daşıyır. Onlar da maddi-mədəniyyət abidələri kimi, özlərində tarixin və şəxsiyyətlərin izlərini qoruyub saxlayır. O ... | ANL |
deyib, telli sazını Qazax elinə, gözəl Qarabağa salam verməyə, Göyəzən dağının zirvəsini gəzməyə səsləyən, şair Vaqiflə birlikdə Cıdır düzündə gəzib-dolaşmağı arzulayan, şeir süfrəsi açıb sənətsevərləri söz məclisinə dəvət edən, pərdə-pərdə ötərək səs-səsə verib Vurğunun gəzdiyi yerləri soraqlayan aşıq Əhməd bu gözəl q... | ANL |
Prezidentin mətbuat xidmətinin məlumatı. Dekabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana telefonla zəng etmişdir. Prezident İlham Əliyev Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana cərrahiyyə əməliyyatının uğurla keçməsi ilə əlaqədar xoş arzularını çatdırmış... | ANL |
Dekabrın 14-də Azərbaycanda Atatürk Mərkəzində publisist Mənzərə Sadıqovanın "Yaşam" kitabının təqdimatı olmuşdur. AzərTAc xəbər verir ki, kitabda müəllifin bədii-fəlsəfi düşüncələri, lirik yaradıcılığı, elmi-publisistik məqalələri toplanmışdır. Kitab geniş oxucu kütləsi, tədqiqatçılar, ali məktəblərin jurnalistika fak... | ANL |
«Azərbaycan Dövlət Qulluğu Sistemi». Dövlət müstəqilliyimizin bərpasının 20 illiyini qeyd etdiyimiz bu günlərdə Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəcəb Rəhimlinin müəllifliyi ilə "Azərbaycan Dövlət Qulluğu Sistemi" adl... | ANL |
Bişkekdəki «Biyiktik» nəşriyyatında «Prezident İlham Əliyev». kitabının üçüncü cildi rus dilində nəşr edilmişdir. Qırğızıstandakı Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondu və Bakıdakı "Femina" şirkətinin sifarişi ilə Bişkekdəki "Biyiktik" nəşriyyatında "Prezident İlham Əliyev" kitabının üçüncü cildi rus dilində nəşr ... | ANL |
Tanınmış xanəndə Qədir Rüstəmov son mənzilə yola salınmışdır. Dekabrın 15-də milli musiqi sənətinin görkəmli nümayəndəsi, xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Qədir Rüstəmov son mənzilə yola salınmışdır. Vida mərasimində hökumət rəsmiləri, Milli Məclisin deputatları, mədəniyyət və ictima... | ANL |
«Sona bülbüllər» üçüncü dəfə yetim qaldı. "Sona bülbüllər" yetim qaldı... Zatən bu yetimliyin tarixi çoxdan yazılmışdı. Artıq neçə gündü onun adı qəzet səhifələrindən, radio-televiziya ekranlarından düşmürdü. O vaxt oxuduğu mahnılarla, muğamlarla baş-başa qalan Qədir indi öz ölümüylə, əcəliylə üz-üzə dayanmışdı. Köməyi... | ANL |
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması. prosesinə daha fəal dəstək verəcəkdir. Cari il Avropa İttifaqının (Aİ) Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində iştirakı nöqteyi-nəzərindən mühüm hesab olunur. AzərTAc xəbər verir ki, bu sözləri jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Ro... | ANL |
Korrupsiyaya qarşı mübarizə tədbirləri. ardıcıl və sistemli olaraq davam etdirilir. Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, prokurorluq orqanları mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiyanın, vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə hallarının qarşısının alı... | ANL |
«Körfəz Müdafiə və Aerospeys» sərgisində Azərbaycanın. müdafiə təyinatlı məmulatları xarici ölkələrin nümayəndələri. tərəfindən böyük maraqla qarşılanmışdır. Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar dekabrın 12-dən 14-dək Küveytdə keçirilmiş "Körfəz M... | ANL |
Azərbaycan ilə İsrail arasında əlaqələr. böyük potensiala malikdir. Dekabrın 15-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan İsrail Xarici İşlər Nazirliyinin baş katibi Rafael Barakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-... | ANL |
ABŞ Dövlət Departamenti: ATƏT-in Minsk qrupunun. həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin. tənzimlənməsinə dair səylərini əlaqələndirirlər. ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, Fransa və Rusiya Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinə nail olmaq üçün səylərini əlaqələndirirlər. ABŞ dövlət katibin... | ANL |
üzümçülüyün inkişafına dair Dövlət Proqramı. Azərbaycan Respublikası Prezidentinin. Azərbaycanda üzümçülük və şərabçılığın inkişafının mövcud vəziyyəti. Üzümçülük və şərabçılıq aqrar-sənaye sahələri arasında xüsusi yer tutmaqla, əlavə dəyər yaradılması və iqtisadi səmərəlilik baxımından ölkə iqtisadiyyatı üçün mühüm əh... | ANL |
Azərbaycan Mərkəzi Bankı dövlətin. sosial-iqtisadi inkişaf strategiyasına fəal dəstək verir. Bankları çox vaxt ölkənin təsərrüfat orqanizminin ürəyi adlandırırlar. Banklarsız bu gün həyatımızı təsəvvür etmək çətindir. Amma iqtisadiyyatla az və ya çox dərəcədə əlaqəsi olan hər kəs bilir ki, banklar pul təsərrüfatının ay... | ANL |
Milli ideya məsələsinəmükəmməl elmi baxış. Eyni təsərrüfat sisteminə, dilə, dinə, milli-mənəvi irsə, adət-ənənə və dəyərlər sisteminə xas insanlar qrupu qərinələr boyu milli dövlətlərini yaratmaq idealı ilə yaşasalar da, bunu gerçəkləşdirmək hamısına nəsib olmur. Bu mənada, istənilən xalqın qarşıya qoyduğu hədəflərə do... | ANL |
Akademik Ramiz Mehdiyevin «Azərbaycan: qloballaşma dövrünün tələbləri». kitabı fars dilində nəşr olunmuşdur. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, görkəmli filosof alim, akademik Ramiz Mehdiyevin "Azərbaycan: qloballaşma dövrünün tələbləri - keçmişin dərsləri, bu günün reallıqları və gələcəyin... | ANL |
Azərbaycanın və Türkiyənin Ədliyyə akademiyaları. arasında əlaqələr genişlənir. Türkiyə Ədliyyə Akademiyasının rəhbəri Hüseyn Yıldırımın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, səfər çərçivəsində nümayəndə heyəti Fəxri xiyabanda ulu ö... | ANL |
Milli Məclisdə görüş. Azərbaycanda səfərdə olan İsrailin Xarici İşlər Nazirliyinin nümayəndə heyəti dekabrın 15-də Milli Məclis Sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərovla görüşmüşdür. Z.Əsgərov demişdir ki, ölkələrimiz və xalqlarımız arasında münasibətlər getdikcə... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.