text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Azərbaycan əhalisinin mütləq əksəriyyəti. Prezident İlham Əliyevi dəstəkləyir. Azərbaycan əhalisinin mütləq əksəriyyəti Prezident İlham Əliyevi dəstəkləyir. "Rəy" Monitorinq Mərkəzinin dekabrın 16-dan 19-dək keçirdiyi ictimai rəy sorğusunun nəticələri belə deməyə əsas verir. Sorğunun nəticələrindən məlum olmuşdur ki, ə... | ANL |
Azərbaycanın iştirakı olmadan regionda heç. bir layihə gerçəkləşdirilə bilməz. Müstəqil Azərbaycan ötən 8 ildə inanılmaz dərəcədə dəyişib, zamanı qabaqlayaraq onilliklərə bərabər yol qət edib. İqtisadi sahədə keçid dövrünün ağır sosial-iqtisadi, mənəvi-psixoloji çətinliklərini mətinliklə geridə qoyan respublikamız bütü... | ANL |
«Eurovision» müsabiqəsinə hazırlıq çərçivəsində Heydər Əliyev. Fondu ilə İctimai Televiziya və Radio Yayımları Şirkəti. arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanmışdır. 2012-ci ilin mayında Bakıda keçiriləcək "Eurovision" mahnı müsabiqəsinə hazırlıq çərçivəsində Heydər Əliyev Fondu ilə İctimai Televiziya və... | ANL |
Azərbaycan alimi beynəlxalq elmi jurnalın. redaksiya heyətinin üzvü seçilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika elmləri doktoru Ramiz Alıquliyev "International Journal of Information Processing and Management" (IJIPM) jurnalının redaksiya heyətinin ü... | ANL |
Sabirabad Muğanın quruculuq və abadlıq ünvanına çevrilib. Muğan Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Zəngin tarixi olan bu bərəkətli diyar bütün zamanlarda diqqət mərkəzində olub. Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövr ərzində Muğanın mərkəzi sayılan Sabirabada 14 dəfə səfə... | ANL |
Prezident İlham Əliyevin həssas münasibəti. Eyni zamanda, mən çox şadam ki, bu günü hamımız üçün müqəddəs olan Qarabağ torpağında qeyd edirəm" - Prezident İlham Əliyevin dekabrın 24-də Ağcabədi rayonunun Taxtakörpü ərazisində məcburi köçkünlər üçün salınan yeni qəsəbənin açılışı zamanı sakinlərlə görüşdə dediyi bu sözl... | ANL |
Dövlət proqramı üzümçülüyün inkişafı üçün zəmin yaradacaq. Hələ qədim zamanlardan üzüm əkib becərmək kənd adamının başlıca məşğuliyyət növlərindən biri olmuşdur. Onlar yetişdirdikləri məhsulun bir hissəsini satıb ehtiyaclarına sərf etmiş, qalanını isə doşab (bəhməz) bişirib soyuq qış aylarına saxlamışlar. Üzüm doşabı, ... | ANL |
Milli həmrəyliyin etibarlı təminatçısı. Prezident İlham Əliyev ulu öndərin milli birlik və həmrəylik. siyasətini inamla davam etdirir. Azərbaycan xalqı, ümumən dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız hər il dekabrın 31-də milli həmrəylik gününü qeyd edir. Qədim tarixə malik xalqımız bu əlamətdar bayram... | ANL |
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunmuşdur. Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyindən verilən məlumata görə, qurumun dəstəyi ilə Nyu-Yorkda fəaliyyət göstərən Azərbaycan icma təşkilatları Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü təntənəli şəkildə qeyd etmişlər. Tədbirin əvvəlində ... | ANL |
Bu, Vətən eşqi idi. Neçə il öncə bir yay günündə dünyasını dəyişmiş Şahmar Əkbərzadə Azərbaycan mətbuatının inkişafında əməyi olan publisistlərdən biri idi. Ötən əsrin 80-ci illərində ədəbiyyata, mətbuata gələn Şahmar Əkbərzadə xeyli müddət "Azərbaycan gəncləri", "Kommunist" (indiki "Xalq qəzeti") qəzetlərinin redaksiy... | ANL |
«Pal küçəsinin oğlanları». Gənclərə vətənpərvərlik ruhu aşılayan əsər. Milli ordumuzun zabiti, Macarıstan Respublikası Budapeşt Şəhər Məhkəməsinin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilmiş Ramil Səfərovun bu günlərdə Bakıda "Pal küçəsinin oğlanları" adlı kitabı işıq üzü görmüşdür. R.Səfərovun tərcümə üçün seçdiyi... | ANL |
«Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikasının 2011-ci il 25 oktyabr tarixli 218-IVQD nömrəli. qanununun tətbiqi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu madd... | ANL |
Azərbaycan şeiri Ərciyəsin ətəklərində səsləndi. Ərciyəs dağı sadəcə Kayseri şəhərinin deyil, bütün Türkiyənin qüruru olan gözəl bir məkandır. Hər il istər Türkiyənin müxtəlif yerlərindən, istərsə də dünyadan çox sayda turist buraya tətilə gəlir. Ərciyəs qış-yay ağappaq qarla örtülü olur. Ona görə də burada xizək yarış... | ANL |
Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda. çalışan işçilərin əməkhaqlarının artırılması haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilər... | ANL |
və bərpa olunan enerji mənbələrindən istifadəyə dair Dövlət. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Müasir dövrdə enerji resurslarına tələbatın daim artması, enerji istehsalı zamanı yaranan ekoloji problemlər və texnogen fəlakətlər, dünyada alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin sürətlə g... | ANL |
«Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 2011-ci il 25 oktyabr tarixli 219-IVQD nömrəli qanununun tətbiqi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109... | ANL |
«Bələdiyyə qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununda. dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının. qanununun tətbiqi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Bələdiyyə qulluğu haqqında... | ANL |
2011-ci il oktyabrın 20-də Almatı şəhərində imzalanmış «Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyi rasında əməkdaşlıq haqqında Protokol»un təsdiq edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsi... | ANL |
2011-ci il oktyabrın 19-da Bakı şəhərində imzalanmış «Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Ekvador Respublikasının Xarici İşlər, Ticarət və İnteqrasiya Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol»un. təsdiq edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikası Konst... | ANL |
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2012-ci il büdcəsinin təsdiq edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2012-ci il büdcəsini formalaşdırmaq və Fondun... | ANL |
vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (proqramı). Fərmanı ilə təsdiq edilmişdir. 2012-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (proqramı). Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin xərc istiqamətləri. Azərbaycan Respublikası Dövlə... | ANL |
edilməsi ilə bağlı xərclər smetası. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2012-ci ildə idarə edilməsi ilə bağlı xərclər smetası. Xərclərin adları. Xərclərin. məbləği. ƏMƏYİN ÖDƏNİŞİ. Ştatda olan işçilərin əməkhaqq... | ANL |
«Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında». Azərbaycan Respublikasının Qanununda dəyişikliklər. Azərbaycan Respublikasının Qanunu. Bələdiyyələrin fəaliyyətinin inzibati nəzarət qaydasında araşdırılmasının nəticələri bələdiyyə tərəfindən əhaliyə elan edilir və bələdiyyə binasının qarşısında xüsusi lövhələrd... | ANL |
«Bələdiyyə qulluğu haqqında» Azərbaycan Respublikasının. Qanununda dəyişikliklər edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. 2-ci hissədə "cədvəlini" sözündən sonra ", bələdiyyə qulluqçusunun vəzifə təlimatını" sözləri əlavə edilsin. 2.2. aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin: "Bələdiyyənin icra apara... | ANL |
«Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında». Azərbaycan Respublikasının Qanununda. dəyişiklik edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
Gədəbəy rayonunun bəzi ərazi vahidlərinin. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə uyğun olaraq qərara alır: Azərbaycan Respublikasının Gədəbəy rayonunun aşağıdakı ərazi vahidlərinin adları dəyişdiri... | ANL |
Prezident İlham Əliyev Buzovna qovşağı tunel və yol. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da Buzovna qovşağı tunel və yol ötürücüsünün açılışında iştirak etmişdir. Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər planına uyğun olaraq paytaxtın müxtəlif rayonlarında mü... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Vergilər Nazirliyi Departamentinin. inzibati binasının qarşısında salınan yeni parkda görülən. işlərlə maraqlanmışdır. Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 29-da Vergilər Nazirliyinin Xüsusi Rejimli Vergi Xidməti Departamentinin inzibati binasının qarşısında salınan yeni parkla... | ANL |
Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi açılmışdır. Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir. Dekabrın 29-da Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi açılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir. Dövlətimizin başçısı mə... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Bakının Bülbül. prospektindəki parkın əsaslı yenidənqurma işlərindən. sonrakı vəziyyəti ilə tanış olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da Bakının Bülbül prospektindəki parkın əsaslı yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşdur. Görül... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Seynt-Vinsent. və Qrenadinin Baş naziri Ralf Qonzalvesi qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da Seynt-Vinsent və Qrenadinin Baş naziri Ralf Qonzalvesi qəbul etmişdir. Baş nazir Ralf Qonzalves Prezident İlham Əliyevə anadan olmasının 50 illiyi ... | ANL |
hazırlanması ilə əlaqədar «dəyirmi masa» keçirilmişdir. Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə" sərəncam imzalamışdır. Dekabrın 29-da "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının h... | ANL |
Bu il Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü böyük təntənə ilə qeyd olundu. Ötən dövrdə ölkəmiz çətin sınaqlardan çıxdı, kəşməkeşli 90-cı illəri arxada qoyaraq dünyanın inkişaf edən dövlətləri sırasında önəmli yer tutdu. Tariximizin ən əlamətdar hadisəsini - müstəqilliyimizin 20 illiyini qeyd etdiyimiz bir ... | ANL |
Azərbaycan ilə ABŞ arasında kütləvi qırğın silahlarının yayılmasının. qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında Sazişə. dəyişikliklər edilməsi barədə Protokol imzalanmışdır. Dekabrın 29-da Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov ABŞ-ın Azərbaycandakı səfiri Mətyu Brayzə ilə görüşmüşdür... | ANL |
İlin yekunlarına görə fərdi jurnalist yazıları müsabiqəsinin. qaliblərinə mükafatlar təqdim olunmuşdur. Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu dekabrın 29-da 2011-ci ilin yekunları ilə bağlı fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlan... | ANL |
Vəcihə Səmədova adına sərgi salonunda. sərgisi açılmışdır. Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə Vəcihə Səmədova adına sərgi salonunda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rəssamlıq fakültəsi tələbələrinin əsərlərindən ibarət "Azərbaycan... | ANL |
İnsan hüquqları sahəsində Milli Fəaliyyət Proqramı. müəyyən etdiyi məqsədlərə hədəflənmişdir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov AzərTAc-a müsahibə vermişdir. - Bir neçə gün əvvəl Azərbaycan Respublikasının Prezidenti İnsan hüquqlarının... | ANL |
Ölkə başçısının müdrik siyasəti qələbəyə. Cənab Prezident! Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi Sizə böyük minnətdarlıq hissi ilə müraciət etməkdən şərəf duyur, xalqımızın xoşbəxt gələcəyi, ölkəmizin dinamik inkişafı və firavanlığı naminə səmərəli fəaliyyətinizdə yeni uğurlar arzulayır... | ANL |
Milli birliyin rəmzi. Müstəqilliyinin bərpasının 20-ci ildönümü tamam olmuş Azərbaycan Respublikası ötən dövrdə milli dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə etmiş, özünün hüquqi-siyasi, sosial-iqtisadi dayaqlarını möhkəmləndirmiş, demokratik inkişaf səviyyəsinə, beynəlxalq aləmdə tutduğu mövqeyə görə regio... | ANL |
ATİB Fransa parlamentində qondarma erməni soyqırımının. inkarını cinayət hesab edən qanun layihəsinin. Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) 22 dekabr 2011-ci il tarixində Fransa parlamenti tərəfindən qondarma erməni soyqırımını inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsin... | ANL |
Latviyanın Azərbaycan diasporu Fransa parlamentinin aşağı. palatası tərəfindən qondarma erməni soyqırımı barədə qanun. layihəsinin qəbul edilməsi ilə əlaqədar etiraz bildirmişdir. Riqadakı "Ocaq" Azərbaycan Mədəniyyəti Mərkəzi Fransa parlamentinin aşağı palatası tərəfindən qondarma erməni soyqırımının tanınmamasının kr... | ANL |
Qondarma erməni soyqırımı ilə bağlı qanun layihəsi. Fransa Senatının gündəliyinə daxil edilməmişdir. Qondarma erməni soyqırımını inkar edən şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsi təsdiqlənmək üçün Fransa Senatının gündəliyinə daxil edilməmişdir. Bu barədə "Le Figaro" qəzetinə Xalq ... | ANL |
Prezident İlham Əliyev Bakı Metropoliteninin yenidən qurulmuş «Koroğlu» stansiyasının açılışında iştirak etmişdir. Dekabrın 30-da Bakı Metropoliteninin "Koroğlu" (keçmiş "Məşədi Əzizbəyov") stansiyasının yenidənqurmadan sonra açılışı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyev... | ANL |
Prezident İlham Əliyev paytaxtın Heydər Əliyev prospektində salınan parkın və musiqili alov fəvvarəsinin açılışında iştirak etmişdir. Dekabrın 30-da Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva paytaxtın Heydər Əliyev prospektində, Bakı Metropoliteninin "Koroğlu" stansiyasının qarşısında, köhnə sənaye müəssisələri... | ANL |
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki «İmamzadə» kompleksinin bərpası ilə əlaqədar işlərin sürətləndirilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Gəncə Dövlət Tarix-Mədəniyyət Qor... | ANL |
«Lənkəran rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2011-ci il 25 oktyabr tarixli 222-IVQ nömrəli qanununun tətbiqi barədə. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutar... | ANL |
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi zamanı aşağıdakılar təmin... | ANL |
Lənkəran rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə uyğun olaraq qərara alır: Azərbaycan Respublikasının Lənkəran rayonunun in... | ANL |
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 15 noyabr tarixli 242-IVQD nömrəli Qanununun tətbiqi haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər... | ANL |
2011-ci il oktyabrın 20-də Batumi şəhərində imzalanmış «Azərbaycan espublikasının Daxili İşlər Nazirliyi və Gürcüstanın Daxili İşlər Nazirliyi rasında əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi və cinayətkarlıqla bağlı informasiya mübadiləsi sahəsində əməkdaşlıq haqqında Saziş»in təsdiq dilməsi barədə. Azərbayc... | ANL |
Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının Sədri zati-aliləri cənab Raul Kastro Rusa. Hörmətli cənab Sədr! Kuba Respublikasının milli bayramı - Azadlıq günü münasibətilə Sizi və Sizin simanızda bütün Kuba xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan... | ANL |
Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil etmişdir. Heydər Əliyev Fondu "Buta" sarayında uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, kimsəsiz və valideyn himayəsindən məhrum, təhsildə xüsusilə fərqlənən uşaqlar üçün Yeni il şənlikləri keçirir. Dekabrın 30-da fondun prezidenti, Azərbaycanın... | ANL |
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın Azərbaycanın dünyada tanıdılması istiqamətindəki fəaliyyəti ölkə gənclərinin bu işə qoşulmasına səbəb olmuşdur. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın Azərbaycanın dünyada tanıdılması istiqamətindəki fəaliyyəti ölkə gənclərinin bu iş... | ANL |
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın Azərbaycanın dünyada tanıdılması istiqamətindəki fəaliyyəti ölkə gənclərinin bu işə qoşulmasına səbəb olmuşdur. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın Azərbaycanın dünyada tanıdılması istiqamətindəki fəaliyyəti ölkə gənclərinin bu iş... | ANL |
Nazirlər Kabineti yeni qərarlar qəbul etmişdir. Nazirlər Kabineti yeni qərarlar qəbul etmişdir. Dekabrın 28-də "Büdcə ili ərzində vahid xəzinə hesabında olan vəsaitin qalığının (sərbəst qalığın) idarəetməyə verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 6 aprel... | ANL |
İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə deputatları təbrik etdi. Parlament adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik ünvanlayan spiker dövlətimizin başçısına ö... | ANL |
Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti. Əziz soydaşlar, dəyərli həmvətənlər! Böyük və qüdrətli Azərbaycan xalqının övladlarını dil, əqidə və əməl birliyinə söykənən milli-mənəvi bütövləşməyə çağırış günündə hər birinizi hörmətlə salamlayırıq. Ulu öndərim... | ANL |
Müdafiə naziri ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşmüşdür. Dekabrın 30-da müdafiə naziri, general-polkovnik Səfər Əbiyev ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mətyu Brayzə ilə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşmüşdür. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişl... | ANL |
Milli Assambleyada qəbul edilən qanunun yaxın vaxtlarda müzakirəsi Senatın gündəliyinə salınmamışdır. Dekabrın 22-də Fransanın Milli Assambleyada qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı cəza verilməsi ilə bağlı qanunun qəbul edilməsini az qala özlərinin tarixi qələbəsi kimi qələmə verməyə səy göstərən erməni... | ANL |
Azərbaycan Respublikası Milli Məclisinin Fransa Respublikasının Senatına Müraciəti. Hörmətli həmkarlar! Bu il dekabrın 22-də Fransa Respublikasının Milli Assambleyasında "erməni soyqırımı"nın inkar edilməsinə görə cəza müəyyənləşdirən qanun layihəsinin qəbul olunduğu barədə aldığımız xəbər bizi son dərəcə narahat edir.... | ANL |
Paytaxtımızın dünəni və bu günü «Bakı. Böyük şəhərin nəbzi»ndə. Günbəgün yeniləşən, qədimliyini müasirliyinin harmoniyasında təcəssüm etdirən Azərbaycan paytaxtının füsunkar cazibəsini geniş şəkildə əks etdirən "Bakı. Böyük şəhərin nəbzi" adlı orijinal tərtibatlı yeni foto-kitab işıq üzü görmüşdür. AzərTAc xəbər verir ... | ANL |
Azərbaycan ilə NATO arasında FTƏP-in 3-cü mərhələsi razılaşdırılmışdır. Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının (FTƏP) 3-cü mərhələsi Azərbaycan Respublikası ilə NATO arasında razılaşdırılmışdır. Sənəd siyasi və təhlükəsizlik, müdafiə və hərbi, ictimai məlumatlandırma, mülki fövqəladə planlaşdırma, məlumatların təhlü... | ANL |
Türk Dünyası Riyaziyyat Cəmiyyəti Fransa parlamentinin qondarma «erməni soyqırımı» ilə bağlı qərarını qətiyyətlə pisləmişdir. Türk Dünyası Riyaziyyat Cəmiyyəti (TDRC) Fransa parlamentinin qondarma "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması barədə qəbul etdiyi qanun layihəsini qətiyyətlə pi... | ANL |
Dünya azərbaycanlıları vahid ideya və məqsədlər ətrafında təşkilatlanır. Milli birlik və həmrəylik ideyası sivil insan cəmiyyəti formalaşandan mövcud olmuş, mürəkkəb təkamül mərhələlərindən keçərək təkmilləşmiş, hər bir xalqın vahid məqsədlər ətrafında birləşməsində vacib rol oynamışdır. Qloballaşan dünyada ayrı-ayrı x... | ANL |
Azərbaycan haqqında sevgi ilə. Orta statistik obıvateli razı salmaq üçün başını salmağa koması, balasının qarnını doyurmağa təknəsində çörəyi, güzəranını təmin etmək üçün alababat bir işi oldumu, bəsidir. Ancaq vətəndaşı razı salmaq bir qədər çətin məsələdir. Çünki burada cəmiyyət, qarşılıqlı hüquq və vəzifələr, ictima... | ANL |
Əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur. Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli Lvov şəhərinə səfər etmişdir. Səfir Lvov vilayəti Dövlət Administrasiyasının rəhbəri M.Kostyuk və şəhərin meri A.Sadovoy ilə görüşmüşdür. Görüşlərdə Lvov vilayəti ilə Azərbaycan arasında elmi, mədəni, iqtisadi əlaqə... | ANL |
2011-ci ildə Lənkəran şəhərinin «Azərbaycanın folklor paytaxtı» elan edilməsi ilə bağlı yekun tədbir keçirilmişdir. 2011-ci ildə Lənkəran şəhərinin "Azərbaycanın folklor paytaxtı" elan edilməsi ilə bağlı yekun tədbir keçirilmişdir. AzərTAc xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycanın qeyri-maddi mədən... | ANL |
Şəmkir işıqlı yol üstədir. Bu yerlərdə iki güclü su elektrik stansiyası fəaliyyət göstərir: Şəmkir və Yenikənd SES-lər. İndi də dağların başında nəhəng dəryaça yaradılır. Orada da digər işlər görülməklə yanaşı, 49 meqavat elektrik enerjisi istehsal ediləcək. Deməli, üç güclü-qüvvətli işıq mənbəyi olacaq. Buna görə də b... | ANL |
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" ölkəmizin bütün bölgələrində olduğu kimi, İmişlidə də uğurla həyata keçirilir. İmişli xüsusən son illər fərqli bir inkişaf yolu keçmişdir. Bu, sənayeləşməyə verilən böyük önəmlə bağlıdır. İmişlidə sənaye müəssisələrini... | ANL |
Qloballaşma və milli maraqlarımız. Ulu öndərin hər xarici səfərində orada yaşayan soydaşlarımıza ilk və son əmanəti: "Milli kökünüzdən ayrılmayın, azərbaycanlı olduğunuzu unutmayın". Qloballaşma əsrində hadisələr istiqaməti bilinməyən, mürəkkəb geosiyasi, dini, milli şəraitdə dəyişir, inkişaf edir ki, nəyisə bəri başda... | ANL |
Dağlarda çaxan şimşək. Dağların əzəməti, vüqarı, əyilməzliyi də məhz şimşəklərin burada daha çox çaxmasında, igidlərinin qorxmazlığındadır. Azərbaycan torpaqlarının zirvələri də daim şimşəklərin çaxdığı, igidlərin əyilmədiyi, düşmənlə üz-üzə, göz-gözə qaldığı əlçatmazlıqdır. Ötən əsrin sonlarından erməni daşnakla rının... | ANL |
Ünsiyyətin ünvanı. Vaxtilə xalq yazıçısı Mirzə İbrahimov onun haqqında belə yazırdı: "Şərqiyyə xanım Özbəkistan və Azərbaycan arasında ən etibarlı mənəvi körpüdür". Lap kiçik yaşlarından Özbəkistanda yaşayan Şərqiyyə Şıxəliyeva Azərbaycanın görkəmli şair və yazıçılarının əsərlərini özbək dilinə tərcümə edən, eləcə də b... | ANL |
Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu getdikcə artır. Davos şəhərində keçirilən ənənəvi Dünya İqtisadi Forumu əlamətdar hadisələrlə yadda qalmışdır. Azərbaycanın zəngin enerji resursları həm ölkəmizin iqtisadi potensialını gücləndirir, həm də regional əməkdaşlıqda çox mühüm rol oynayır. Tikilib istifadəy... | ANL |
Prezident İlham Əliyevin tapşırığına əsasən Qahirəyə göndərilmiş xüsusi təyyarə 103 azərbaycanlını Vətənə gətirmişdir. Misir Ərəb Respublikasında baş verən hadisələrlə əlaqədar bu ölkədə müvəqqəti və daimi əsaslarda olan Azərbaycan vətəndaşlarının Vətənə qayıtması üçün Misirdən evakuasiya edilməsinə dair Prezident İlha... | ANL |
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi mətbuat xidmətinin məlumatı. Misir Ərəb Respublikasında baş verən hadisələrlə əlaqədar bu ölkədə müvəqqəti və daimi əsaslarda olan Azərbaycan Respublikasının vətəndaşlarının Vətənə qayıtması üçün Misir Ərəb Respublikasından evakuasiya edilməsinə dair Azərbaycan Respublikas... | ANL |
Azərbaycanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Misir Ərəb Respublikasında baş verən son hadisələrlə bağlı xəbərdarlıq etmişdir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Misir Ərəb Respublikasında (MƏR) baş verən son hadisələrlə bağlı xəbərdarlıq etmişdir. Nazirliyin rəsmi saytında ... | ANL |
Ölkənin kompleks inkişafı davam edir. Nazirlər Kabinetinin iclasında səslənən fikirlərdən aydın oldu ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət ötən ildə də müsbət nəticələrin əldə edilməsini şərtləndirib. Respublikamızda uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası 2010-cu ildə də mil... | ANL |
Qəbələdə "Milli mənəvi dəyərlər və gənclik" mövzusunda "dəyirmi masa" keçirilmişdir. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin təşkilatçılığı ilə Qəbələdə "Milli mənəvi dəyərlər və gənclik" mövzusunda "dəyirmi masa" keçirilmişdir. AzərTAc xəbər verir ki, birliyin bütün şəhər və rayonlardakı təşkilatlarının rəhbər... | ANL |
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının məlumatı. Yanvarın 31-də Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilmişdir. Şuranın katibliyindən AzərTAc-a bildirmuişlər ki, iclasda aidiyyəti dövlət qurumlarının müraciəti əsasında bir neçə sahə üzrə tariflərə baxılmış və müvafiq qərarlar qə... | ANL |
Korrupsiyaya qarşı mübarizə diqqət mərkəzindədir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən yanvarın 27-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş iclası keçirilmiş, əhalinin haqlı narazılığına səbəb olan korrupsiya halları vu... | ANL |
Dövlət İdarəçilik Akademiyasında gənclər günü münasibətilə "dəyirmi masa" keçirilib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə birlikdə "Müasir gənclərin sosial statusu" mövzu... | ANL |
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası olmuşdur. F.Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası olmuşdur. İclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusu və 1 saylı Bakı yerli İqtisad Məhkəməsinin ... | ANL |
Azərbaycan-NATO Beynəlxalq Məktəbinin qış sessiyası yeni strateji konsepsiyanın öyrənilməsinə həsr olunur. AzərTAc xəbər verir ki, yanvarın 31-də Bakıda "NATO-nun yeni strateji konsepsiyası: qavrama və çağırışlar" mövzusunda Azərbaycan-NATO Beynəlxalq Məktəbinin (NİSA) növbəti qış sessiyası öz işinə başlamışdır. Fevral... | ANL |
Qarabağ Fondu Vaşinqtonda Azərbaycan rəssamının sərgisini təşkil etmişdir. Yanvarın 26-da Qarabağ Fondu Pepco şirkətinin sponsorluğu ilə Vaşinqtonun nüfuzlu Edison Qalereya salonunda ABŞ-ın tanınmış rəssamı - əslən azərbaycanlı olan Abol Bahadorinin "Bölünmüş rənglər" adlı sərgisini təşkil etmişdir. Fonddan AzərTAc-a b... | ANL |
Azərbaycan vətəndaşının Misirdə öldürülməsi faktı ilə bağlı cinayət işi başlanmışdır. Cari il yanvarın 29-da Misirin paytaxtında baş verən kütləvi iğtişaş zamanı Azərbaycan Respublikasının Qahirədəki səfirliyinin əməkdaşı, 1987-ci ildə anadan olmuş Qocayev Nicat Rza oğlunun qətlə yetirilməsi ilə bağlı Azərbaycan Respub... | ANL |
Hər bir azərbaycanlı gənc çalışır ki, ölkəmiz daha da çiçəklənsin və böyük uğurlar əldə etsin. AzərTAc xəbər verir ki, Gənclər Təşkilatları Milli Şurasına üzv olan təşkilatların nümayəndələri yanvarın 31-də Milli Şuranın yaradılmasının 15 illiyi və 2 fevral - Gənclər Günü ilə əlaqədar Fəxri xiyabanda müstəqil Azərbayca... | ANL |
Ölkəmizdə ən böyük həcmdə tikilən ilk su kəməri. XXI əsrin birinci onilliyi ölkənin tarixinə bir çox mühüm hadisələrlə yazıldı. Onlardan biri də çox böyük zəhmət və maliyyə vəsaiti hesabına paytaxt Bakıya Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsidir. Hələ 1890-cı ildə şəhər dumasının üzvü Hacı Zeynalabdin Tağıyev və böyü... | ANL |
Azərbaycanda Layihələrin İdarə Edilməsi Məktəbi təsis edilmişdir. bp və onun "Azəri-Çıraq-Günəşli", Bakı-Tbilisi-Ceyhan, "Şahdəniz" və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları Azərbaycanda Layihələrin İdarə Edilməsi Məktəbinin təsis edilməsi üçün 1 milyon dollar vəsait ayıracaqlar. Özəl və ictimai sektorl... | ANL |
İnkişafın Azərbaycan modeli: regionların sürətli inkişafı. İnkişaf etmiş dövlətlərin təcrübəsi sübut edir ki, iqtisadiyyatın sabit və tarazlı tempini qorumaq üçün regional inkişafda tarazlılığın, hər bir bölgənin tarixi məşğulluq ənənələrinin qorunub saxlanılması vacib şərtlərdən biridir. Dövlət başçısı İlham Əliyevin ... | ANL |
Oğuz tezliklə turizm mərkəzlərindən birinə çevriləcək. Ötən il Oğuz rayonunda xeyli tikinti və abadlıq işləri görülüb. Rayonun siması tamamilə dəyişib. Yenidənqurma işləri bu gün də uğurla davam etdirilir. Başı ağ çalmalı dağlar qoynuna sığınmış Oğuz şəhəri yaraşıqlı tikililəri, abad küçə və yolları ilə diqqəti cəlb ed... | ANL |
Cavanlaşan qədim Culfa. Öncə Culfanın yaranma tarixindən, yerləşdiyi geostrateji mövqedən, memarlıq abidələrindən danışmaq istəyirik. Orta əsrlər tarixi üzrə görkəmli alim-tədqiqatçı, tarix elmləri doktoru, professor Hacıfəxrəddin Səfərlinin fikrincə, Culfanın, hələlik tam dəqiqləşdirilməsə də, yaranma tarixi VI əsrdən... | ANL |
Qüsurlu reytinq, yoxsa ictimai maraq... Özəl televiziya kanalları bunlardan hansını seçməlidir? Son günlər bir çox özəl televiziya kanallarında yayımlanan bəzi veriliş və proqramların səviyyəsi yenidən ictimaiyyətin və medianın gündəmində müzakirə mövzusudur. Əslinə baxanda, bu mövzu Prezident Administrasiyasının rəhbə... | ANL |
Milli maraqları əsas tutan çevik və qətiyyətli diplomatiya. Azərbaycan 2010-cu ildə xarici siyasət sahəsində mühüm uğurlara imza atmışdır. Tarixə çevrilmiş 2010-cu il müstəqil Azərbaycan üçün bir sıra əlamətdar hadisələrlə zəngin olmuş, dünya maliyyə böhranı şəraitində iqtisadi inkişaf tempini qoruyub saxlayan, qlobal ... | ANL |
Milli Məclisin yaz sessiyası başladı. Fevralın 1-də Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyası öz işinə başladı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Milli Məclisin Sədri Oqtay Əsədov deputatları sessiyanın başlanması münasibətilə təbrik etdi və onlara qanun yaradıcılığı işində uğ... | ANL |
Azərbaycan avropalı tərəfdaşları ilə bütün sahələri əhatə edən proqramlar üzərində işləyir. "...Azərbaycan müstəqil siyasət yürüdən, regionda yaxşı mövqeyə malik olan və gələcəyə böyük ümidlərlə baxan müstəqil ölkədir. Azərbaycanın coğrafi mövqeyi çox əlverişlidir. Hazırda biz Şərq-Qərb, Şimal-Cənub daşıma dəhlizləri s... | ANL |
Maliyyə Nazirliyində geniş tərkibdə kollegiya iclası keçirilmişdir. Fevralın 1-də Azərbaycan Respublikasının Maliyyə Nazirliyində 2010-cu ilin yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş tərkibdə kollegiya iclası keçirilmişdir. Nazir Samir Şərifov bildirmişdir ki, Prezident İlh... | ANL |
Azərbaycanda Avropa kontinental məhkəmə sistemi tətbiq olunur. Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Jozef Debono Qrex və Pedro Aqramunt fevralın 1-də Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşlər. Ali Məhkəmədən AzərTAc-a bildirmişlə... | ANL |
Azərbaycan səfiri etimadnaməsini Bruneyin Sultanına təqdim etmişdir. Azərbaycanın Malayziyada və eyni zamanda, Bruney Darüssalamdakı səfiri Tahir Kərimov etimadnaməsini Bruneyin Sultanı Hacı Həssənal Bolkiah Muizzaddin Vaddaulaha təqdim etmişdir. Səfirlikdən AzərTAc-a bildirmişlər ki, etimadnaməni qəbul edən Sultan səf... | ANL |
"İrəli" Gənclər Mərkəzi açılmışdır. AzərTAc xəbər verir ki, rəmzi açılışı bildirən lenti gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Respublikası Prezidenti Administrasiyası siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov və "İrəli" İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Ceyhun Osma... | ANL |
Gənclər siyasəti uğurla həyata keçirilir. Dövlətin və xalqın gələcəyi gəncliyin əlindədir. Sabahını düşünən millət, hər şeydən əvvəl, gəncini düşünməli, öz gələcəyini təmin etmək üçün onun gücünə, zəkasına, iradəsinə əmin olmalıdır. Bunun üçün dövlətin və cəmiyyətin birgə fəaliyyəti, məqsədyönlü, gələcəyə istiqamətlənm... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.