text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
"Gənclər və təhsil" mövzusunda konfrans keçirilmişdir. Fevralın 1-də Gəncliyə Yardım Fondunda Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin (TUMİB) təşkilatçılığı ilə Gənclər Gününə həsr olunmuş "Gənclər və təhsil" mövzusunda konfrans keçirilmişdir. AzərTAc xəbər verir ki, tədbiri TUMİB-in sədri Çingiz Bayramov ...
ANL
Cəmiyyətin gələcək tərəqqisi onların əlindədir. Gənclik və onun gələcək təlim-tərbiyə modelinin sağlam təməllər üzərində qurulması hər bir cəmiyyəti düşündürən məsələlərdir. Bu baxımdan ümummilli lider Heydər Əliyevin "Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı ol...
ANL
Sumqayıtlı gənclər vətənpərvər ruhda böyüyürlər. Gəncliyi əbəs yerə ömrün illərinin əvəzolunmaz anları adlandırmırlar. Qəlbində alov püskürən duyğular, sabaha doğru can atan arzular, xariqələr yaradan əməllər və daha deyə bilmədiyimiz neçə hisslər məhz gəncliyə xas olan yaşam tərzidir. Amma unutmayaq ki, yaşadığımız dö...
ANL
Ekoloji vəziyyətin sağlamlaşdırılması və ətraf mühitin qorunması prioritet vəzifələrdəndir. 2010-cu ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu istiqamətdə mühüm işlər görmüşdür. "Mən çox şadam ki, Ekologiya ili çərçivəsində həm dövlət tərəfindən böyük işlər görüldü, həm də özəl sektor bu işlərə qoşuldu. Ən sevindir...
ANL
İqtisadi Əməkdaşlıq Təşkilatının nəşr etdirdiyi "ECO Tourist Guide-Book" kitabının 67 səhifəsi Azərbaycan Respublikasına həsr edilmişdir. İqtisadi Əməkdaşlıq Təşkilatının nəşr etdirdiyi 545 səhifəlik "ECO Tourist Guide-Book" ("İƏT-in turist bələdçi-kitabı") kitabının 67 səhifəsi Azərbaycan Respublikasına həsr edilmişdi...
ANL
Təbrizdə çıxan nüfuzlu "Ərk" qəzetində 20 Yanvar faciəsindən bəhs edən məqalə dərc olunmuşdur. Təbrizdə fars dilində nəşr olunan nüfuzlu "Ərk" qəzetində 20 Yanvar faciəsi ilə bağlı məqalə dərc olunmuşdur. Tutarlı faktlar əsasında oxuculara çatdırılır ki, Mixail Qorbaçov başda olmaqla, keçmiş sovet dövlətinin sonuncu rə...
ANL
VƏTƏN keşiyində müzəffər ORDU. O ordu yenilməz və güclüdür ki, əsgəri düşünmədən Vətən naminə ölümə hazırdır. Ən böyük hakim olan zaman da bu deyimin nə qədər həqiqət olduğunu tarixin qanla yazılmış səhifələrində dəfələrlə sınaqdan çıxarıb. Bu mənada təsadüfi deyil ki, hər bir ölkənin qüdrətini göstərən əsas cəhətlərdə...
ANL
Yeni tariflər əhalinin sosial vəziyyətinə ciddi təsir göstərməyəcəkdir. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının yanvarın 31-də keçirilmiş iclasında bir neçə sahə üzrə tariflərə baxılmış və müvafiq qərarlar qəbul edilmişdir. Tarif (qiymət) Şurasının katibi Elşən Əsədov AzərTAc-ın qərarın əsas mahiyyəti və ap...
ANL
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası olmuşdur. F.Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlərin nümayə...
ANL
Tanınmış ziyalı, minlərlə tələbəyə elm öyrətmiş insan haqqında yazmaq həm məsuliyyətlidir, həm də şərəfli. Axı alimin böyüklüyü onun mənəviyyat dünyası ilə intellektual aləminin harmoniyasıdır. Digər tərəfdən isə bu məsuliyyət həmin alimin nüfuzu, elmə verdiyi töhfələri, insanlara, vətənə, millətə, dövlətə münasibəti i...
ANL
Bakıda kanadalı pianoçu Nina Koqan ilə görüş. Fevralın 1-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində kanadalı pianoçu Nina Koqan ilə görüş keçirilmişdir. AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən muzeyin direktoru Alla Bayramova N.Koqanın mənalı ömür yolundan və zəngin yaradıcılığından söz açmışdır. Bildirmişdi...
ANL
AŞ PA-da ermənilərin növbəti yalanı. Xəbər verdiyimiz kimi, Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) erməni nümayəndə heyəti bu yaxınlarda Strasburqda növbəti "qarşıdurma" yaratmağa çalışmış, tələsik şəkildə "Dağlıq Qarabağ Respublikasında demokratik dövlətin qurulması" adlı hüquqi cəhətdən savadsız yazılı bəyan...
ANL
Azərbaycan regionun əsas güc mərkəzinə çevrilib. Ötən yeddi ildə bütün sahələr üzrə əldə edilmiş yüksək nəticələr nüfuzlu beynəlxalq qurumlar tərəfindən də təqdir edilir. İqtisadi, siyasi, hüquqi, mədəni, humanitar və digər sahələrdə həlledici uğurlar qazanmış müstəqil respublikamız dünya miqyasında dinamik inkişaf edə...
ANL
"Xocalı soyqırımının on doqquzuncu ildönümünün keçirilməsinə dair tədbirlər planı" təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə "Xocalı soyqırımının on doqquzuncu ildönümünün keçirilməsinə dair tədbirlər planı" təsdiq edilmişdir. Tədbirlər planında Xətai rayonunda, Naf...
ANL
Türkiyənin Mərsin vilayətindəki bir körpüyə ümummilli lider Heydər Əliyevin adının verilməsi qərara alınmışdır. Türkiyənin Mərsin vilayətinin Tarsus bələdiyyəsi ərazisindəki körpüyə ümummilli lider Heydər Əliyevin adının verilməsi qərara alınmışdır. AzərTAc Türkiyənin Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu ba...
ANL
Mərkəzi Seçki Komissiyasının iclası olmuşdur. Fevralın 2-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilmişdir. MSK-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, M.Pənahov gündəlikdə duran məsələlərlə bağlı komissiya üzvlərinə məlumat vermişdir. İlk növbədə əvvəlki iclas...
ANL
Dövlət müstəqilliyinin bünövrəsi. Azərbaycanda dövlət müstəqilliyinə nail olmaq XX əsrin əsas ideallarından biri olmuşdur. Tanınmış ictimai-siyasi xadimlər, böyük mütəfəkkirlər müxtəlif formalarda ölkəmizin müstəqillik qazanması, milli dövlətçiliyin bərqərar olması, xalqımızın azadlığa çıxması üçün daim düşünüb-daşınmı...
ANL
Prezident İlham Əliyevin qəbul etdiyi mühüm qərarlar 2010-cu ildə əhalinin sosial müdafiəsinə dəyərli töhfələr vermişdir. Dünyada maliyyə böhranının sona yetmədiyi 2010-cu ildə Azərbaycan daha da inkişaf etmiş, sosial müdafiə proqramları müvəffəqiyyətlə icra olunmuşdur. Düşünülmüş iqtisadi siyasətin inamla həyata keçir...
ANL
İqtisadi İnkişaf Nazirliyində geniş kollegiya iclası keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı əsasında Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin sədrliyi ilə 2011-ci il yanvarın 27-də keçirilmiş Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş iclasında verilmi...
ANL
Səhiyyə Nazirliyində geniş kollegiya iclası keçirilmişdir. Fevralın 2-də Səhiyyə Nazirliyində əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi məsələlərinə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir. Nazirlikdən AzərTAc-a bildirmişlər ki, tibb müəssisələrinin baş həkimlərinin və elmi-tədqiqat instit...
ANL
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və "Konstitusiya ...
ANL
II Azərbaycan-Almaniya Cərrahiyyə Günləri çərçivəsində müxtəlif mövzularda məruzələr oxunmuşdur. Heydər Əliyev Fondunun dəstəyi ilə akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində keçirilən II Azərbaycan-Almaniya Cərrahiyyə Günləri davam edir. Tədbirin üçüncü günü Almaniyanın Heydelberq Universitetinin Mannheim ...
ANL
Ombudsman AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri ilə görüşmüşdür. Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Jozef Debono Qrex və Pedro Aqramunt ilə görüşmüşdür....
ANL
İordaniya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycanın haqlı mövqeyini daim dəstəkləyir. Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı səfiri Elman Araslı bu ölkə parlamentinin yuxarı palatasının - Senatın sədri Tahir Masri ilə görüşmüşdür. Səfirlikdən AzərTAc-a bildirmişlər ki, g...
ANL
Gürcüstan Respublikasının Prezidenti Mixeil Saakaşvilinin anası, Beynəlxalq Qara Dəniz Universitetinin prorektoru Giuli Alasaniya Qafqaz Universitetində olmuşdur. Gürcüstan Respublikasının Prezidenti Mixeil Saakaşvilinin anası, Beynəlxalq Qara Dəniz Universitetinin prorektoru professor Giuli Alasaniyanın rəhbərlik etdi...
ANL
Bakıda Azərbaycan-Yunanıstan hökumətlərarası komissiyasının üçüncü iclası keçirilmişdir. AzərTAc xəbər verir ki, fevralın 2-də Bakıda Azərbaycan Respublikası ilə Yunanıstan Respublikası arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyasının üçüncü iclası keçirilmişdir. Təd...
ANL
Vladimir Xarçenko: "Azərbaycan Milli Aviasiya Akademiyası regionun aparıcı təhsil ocağıdır". Ukrayna Milli Aviasiya Universitetinin prorektoru professor Vladimir Xarçenko fevralın 2-də Azərbaycan Milli Aviasiya Akademiyasında (AMAA) olmuşdur. AzərTAc xəbər verir ki, AMAA-nın dünya standartlarına tamamilə cavab verən mü...
ANL
Mərkəzi Seçki Komissiyasında AŞ PA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri ilə görüş olmuşdur. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Jozef Debono Qrex və Pe...
ANL
UPX üzrə yeni tariflərin tətbiqi xidmətlərin keyfiyyətinə müsbət təsir göstərəcəkdir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) tabeliyində olan "Azərpoçt" MMC-nin göstərdiyi universal poçt xidmətlərinin (UPX) əvvəlki tarifləri Tarif (qiymət) Şurası tərəfindən 2002-ci ilin oktyabr ayında təsdiq edilmişd...
ANL
Azərbaycanın ən istedadlı gəncləri ötən ilin yekunlarına görə mükafatlandırılmışlar. Ötən ilin yekunlarına görə müxtəlif sahələrdə nailiyyətlər qazanmış Azərbaycanın yaradıcı və istedadlı gəncləri fevralın 2-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında mükafatlandırılmışlar. AzərTAc xəbər verir ki, 2 fe...
ANL
İçərişəhərdə "Qədim şəhər gənc fotoqrafların gözü ilə" adlı fotosərgi açılmışdır. Fevralın 2-də İçərişəhərin ərazisində yerləşən Müasir İncəsənət Mərkəzində Gənclər Gününə həsr olunmuş "Qədim şəhər gənc fotoqrafların gözü ilə" adlı fotosərgi açılmışdır. AzərTAc xəbər verir ki, sərginin açılış mərasimində İçərişəhər Döv...
ANL
Bank kartları bazarının inkişafında Azərbaycan Beynəlxalq Bankının əhəmiyyətli rolu. Azərbaycan Beynəlxalq Bankı (ABB) bank kartları biznesinə xüsusi önəm verir. Məlumdur ki, plastik kartlardan istifadə olunmaqla nağdsız hesablaşmaların inkişaf etdirilməsinin ümumiqtisadi əhəmiyyəti vardır və bu, ABB-nin fəaliyyətinin ...
ANL
Səfir Mətyu Brayza: Dağlıq Qarabağ münaqişəsinin dinc və ədalətli həlli yollarının axtarılması prioritet məsələ olacaqdır. "Dağlıq Qarabağ münaqişəsinin dinc və ədalətli həlli yollarının axtarılması səfir kimi mənim üçün prioritet məsələ olacaqdır". Səlahiyyətlərinə başlamaq üçün bu həftə Bakıya yola düşəcək Birləşmiş ...
ANL
Davos Forumu Azərbaycanın beynəlxalq nüfuzunun artdığını bir daha təsdiq etdi. Davos Forumu kimi tanınan Dünya İqtisadi Forumunun əsası alman əsilli isveçrəli iqtisadiyyat professoru Klaus Şvabın 1971-ci ildə avropalı şirkət idarəçiləri ilə birgə təşkil etdiyi kiçik bir toplantıyla qoyulub. İlk dövrlərdə Avropa İdarəet...
ANL
Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti zati-aliləri cənab Mahinda Racapaksaya. Hörmətli cənab Prezident! Milli bayramınız - Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Ümidvaram ki, Azərbaycan ilə Şri-Lanka arasında yaranmış dostluq münasibətlərinin inkiş...
ANL
Ölkəmiz Avropa ideallarına sadiqliyini real addımlarla nümayiş etdirir. Fevralın 3-də Milli Məclisin Sədri Oqtay Əsədov Avropa Şurası Parlament Assambleyasının təşkilata üzv dövlətlər tərəfindən öhdəliklərin yerinə yetirilməsi üzrə Komitəsinin (Monitorinq Komitəsi) Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt Font de...
ANL
İdxal-ixracın strukturunda ərzaq məhsulları xüsusi yer tutur. Ticarət əlaqələrinin genişlənməsi onların rəqabət qabiliyyətini yüksəldir. İndi Azərbaycanın onlarca yaxın-uzaq ölkədə ticarət tərəfdaşları var. Təkcə keçən il Azərbaycan dünyanın 147 ölkəsi ilə idxal-ixrac əməliyyatları aparıb. Ticarət əlaqələri zamanı xari...
ANL
"Ekologiya İli" çərçivəsində respublika ərazisində 8 milyondan artıq ağac və kol bitkisi əkilmişdir. "Ekologiya İli" çərçivəsində respublika ərazisində 8 milyondan artıq ağac və kol bitkisi əkilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzərTAc-a bildirmişlər ki, bu fakt nazirlikdə keçirilmiş kollegiya iclasınd...
ANL
Azərbaycanla Avropa Şurası arasında sıx əməkdaşlıq mövcuddur. Fevralın 3-də Milli Məclisdə təmsil olunan bir sıra partiyalar və bitərəf deputatlarla Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) üzv dövlətlər tərəfindən öhdəliklərin yerinə yetirilməsi üzrə komitəsinin (Monitorinq Komitəsi) həmməruzəçiləri Pedro Aqram...
ANL
AŞ PA-nın Monitorinq Komitəsinin nümayəndə heyəti Sumqayıtda olmuşdur. Ölkəmizdə səfərdə olan AŞ PA-nın Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Mora (İspaniya), Cozef Debono Qrex (Malta) və Monitorinq Komitəsinin katibi Aqnieşka Naçilio Sumqayıt şəhərində olmuşlar. Şəhər icra hakim...
ANL
AŞ PA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Ədliyyə Nazirliyində olmuşlar. Fevralın 3-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt de Mora və Jozef Debono Qrex ilə görüşmüşdür. Nazirlik...
ANL
Azərbaycan prokurorluğu Avropa hüquq təcrübəsinin öyrənilməsini prioritet vəzifə kimi qəbul etmişdir. Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin həmməruzəçiləri Jozef Debono Qrex və Pedro Aqramunt de Mora fevralın 3-də Baş prokuror Zakir Qaralovla görüşmüşlər. Yanvar ayın...
ANL
Vergilər Nazirliyi vətəndaşları narazı salan halların qarşısını almaq üçün əlavə tədbirlər görəcək. Vergilər Nazirliyində Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına həsr olunmuş iclasında və dövlət başçısının göstərişi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın yanvar ayı...
ANL
Gömrük Məcəlləsi Milli Məclisin müzakirəsinə təqdim olunmuşdur. Fevralın 3-də Milli Məclisin İqtisadi siyasət və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilmişdir. AzərTAc xəbər verir ki, iclasda əvvəlcə "Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin layihəsi haqqında" qanun layihəsinə baxıl...
ANL
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və "Konstitusiya ...
ANL
Dünyəvi həyat tərzinə əsaslanan Azərbaycan qadını inkişafına, hüquqlarına və yüksək səviyyəsinə görə Şərqə nümunədir. Gövhər BAXŞƏLİYEVA: "XXI əsrdə baş örtüyünə qayıtmaq geriyə - cəhalətə dönüş və qazanılan nailiyyətlərdən imtinadır". Azərbaycanın dini tolerantlığın bütün dünya miqyasında ən mükəmməl örnəklərindən bir...
ANL
V.Veliçkonun "Qafqaz. Rus işi və tayfalararası məsələlər" kitabı Azərbaycanda yenidən nəşr olunmuşdur. Fevralın 3-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində XIX əsrin sonu - XX əsrin əvvəllərinin görkəmli rus jurnalisti və publisisti V.L.Veliçkonun "Qafqaz" Nəşriyyat Evi tərəfindən çap olunmuş "Qafqaz. Rus işi və ta...
ANL
Beynəlxalq Qara Dəniz Universitetinin prorektoru Azərbaycan Diplomatik Akademiyasında olmuşdur. Ölkəmizdə səfərdə olan Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin anası, Beynəlxalq Qara Dəniz Universitetinin prorektoru professor Giuli Alasaniya fevralın 3-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) xarici işlər nazirin...
ANL
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti jurnalistlər arasında müsabiqə elan etmişdir. "Azərbaycanda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi" layihəsi "Hüququn KİV-də yayılması" proqramı çərçivəsində jurnalistlər arasında "Əmək hüququ: Azərbaycan qanunvericiliyi və təcrübəsi" mövzusunda müsabiqə elan etmişdir. Az...
ANL
Azərbaycanı davamlı yüksəliş yoluna çıxaran iqtisadi model. Bazar iqtisadiyyatı yolunu seçmiş hər bir dövlətin iqtisadi strategiyasının formalaşmasına təsir göstərən oxşar cəhətlər olsa da, ümumən dayanıqlı, sabit və tarazlı inkişaf modelinin irəli sürülərək uğurla həyata keçirilməsi olduqca mürəkkəb prosesdir. Təcrübə...
ANL
Daşkənddə nəşr olunan "Exo istorii" jurnalının son nömrəsində Azərbaycan alimlərinin məqalələri dərc edilmişdir. Daşkənddə özbək, ingilis və rus dillərində nəşr olunan "Exo istorii" jurnalının son nömrəsində Azərbaycan alimləri Nəsibət Mehdiyeva və Afət Rüstəmbəyovanın ölkəmizlə bağlı məqalələri dərc edilmişdir. AzərTA...
ANL
Ankarada Azərbaycan rəssamlarının sərgisi açılmışdır. Müstəqilliyin bərpasından sonra Türkiyə-Azərbaycan diplomatik əlaqələrinin iyirminci ildönümü münasibətilə keçiriləcək tədbirlər çərçivəsində fevralın 2-də Ankara Rəsm və Heykəl Muzeyində azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi açılmışdır. Sərginin təşkil...
ANL
Dünya şöhrətli azərbaycanlı alim. İdeyaları ilə dünya elmini zənginləşdirən Lütfi Zadənin anadan olmasının 90 ili tamam olur. Fərəhlənirik ki, öz elmi kəşfləri ilə hamını heyrətə gətirən planetin bu böyük alimi və fenomeni bizim həmyerlimizdir. Anası Feyga 1918-ci ildə Tiflisdə qızlar gimnaziyasını bitirmişdir. Sonrala...
ANL
Ömrünü dəyərli işlərə həsr edib. Elmi ictimaiyyət arasında adı böyük hörmət və ehtiramla çəkilən tanınmış ziyalılardan biri də Azərbaycan Milli Elmlər Akademiyası Şəki Regional Elmi Mərkəzinin direktoru, geologiya-mineralogiya elmləri doktoru, professor Zəkəriyyə Mabud oğlu Əlizadədir. Onun barəsində bir insan, şəxsiyy...
ANL
İlmələnmiş naxışlarda zamanın və rənglərin harmoniyası. Xalçaçılıq sənətində xalqımızın tarixi keçmişi, mədəniyyəti və məişəti, bir sözlə, həyat tərzi yaşayır. Bu mənada xalçaçılıq digər sənət növlərindən xüsusilə fərqlənir. Xalçaçıların barmaqlarında düyünlənən naxışlar ilmələrin dili ilə açılır-bükülür. Bu sirlər və ...
ANL
Azərbaycanın xalq artisti ABŞ-ın "Fulbrayt-Heys" təqaüdü laureatı adına layiq görülmüşdür. Tanınmış Azərbaycan bəstəkarı, xalq artisti, Bakı Musiqi Akademiyasının professoru Tofiq Bakıxanov Amerika Birləşmiş Ştatlarının "Fulbrayt-Heys" təqaüdü laureatı adına layiq görülmüşdür. C.Gerşvin öz yaradıcılığında simfonizm və ...
ANL
AMEA Rəyasət Heyətində Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin anası, Beynəlxalq Qara Dəniz Universitetinin prorektoru professor Giuli Alasaniyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AzərTAc-a bildirmişlər ki, AMEA Rəyasət Heyətində Gürcüstan Prez...
ANL
Çingiz Abdullayevin yeni kitabı azərbaycanlıların tarixi faciəsindən bəhs edir. Fevralın 3-də Kitab klubunda xalq yazıçısı Çingiz Abdullayevin "Sonuncu divarın daşları" kitabının təqdimat mərasimi keçirilmişdir. Tədbirdə Kitab klubunun direktoru Elxan Rzayev görkəmli yazıçının yeni əsəri haqqında ətraflı məlumat vermiş...
ANL
İtən vaxt tapılmaz. İşlənmə məqamından asılı olaraq zamanın müxtəlif çalarlarını da əks etdirir. Ya bəlkə də vaxt gözə görünmədiyindən hansı qiymətdə, hansı bahalıqda, hansı mərtəbədə olduğu xəyalımıza gəlmir? Deyirlər ki, dünyada ən dəqiq millət almanlardır. Dəfələrlə səyahətlər zamanı biz bunun şahidi olmuşuq. Bəlkə ...
ANL
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılmasının 5 illiyi qeyd edilmişdir. 2006-cı il fevralın 6-da dövlət başçısının fərmanına əsasən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) yaradılmışdır. Ötən illərdə ölkə rəhbərliyinin komitəyə daimi diqqəti nəti...
ANL
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qaradağ rayonunun Çeyildağ qəsəbəsində yeni məktəb binası istifadəyə verilmişdir. Fevralın 4-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qaradağ rayonunun Çeyildağ qəsəbəsində yeni məktəb binası istifadəyə verilmişdir. AzərTAc xəbər verir ki, şəhid Səyavuş Muradov adına 224 nömrəli məkt...
ANL
Ötən il Konstitusiya Məhkəməsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilmişdir. Dünən Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində aparatın 2010-cu ildə fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat iclası keçirilmişdir. İclasda ötən il məhkəməyə daxil olmuş mürac...
ANL
Gürcüstan hər zaman Azərbaycanın dəstəyini hiss edir. Dünən Milli Məclis Sədrinin müavini Bahar Muradova Azərbaycanda səfərdə olan Gürcüstan Universitetinin Himayədarlar Şurasının sədri, Qafqaz Dostluq Evinin rəhbəri xanım Giuli Alasaniya ilə görüşmüşdür. Qonağı Azərbaycanda görməkdən məmnunluq ifadə edən və parlament ...
ANL
Professor Giuli Alasaniya: "ADU-da gürcü dilinin tədrisi təhsil və əməkdaşlıq sahəsində böyük nailiyyətdir". Fevralın 4-də Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin anası, Gürcüstandakı Beynəlxalq Qara dəniz Universitetinin prorektoru, professor Giuli Alasaniyanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dillər Uni...
ANL
Azərbaycanın xarici işlər naziri Münxen konfransında iştirak edir. Fevralın 4-də Münxendə təhlükəsizlik siyasətinə dair növbəti üçgünlük konfrans işə başlayır. Konfransda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iştirak edir. Münxen konfransı 1962-ci ildən etibarən siyasi xadimlərin, yüksək vəzifəli diplomatl...
ANL
Seminarda narkotiklərə qarşı mübarizə məsələləri müzakirə olunmuşdur. Bakıda Narkotiklərə Qarşı Milli Təbliğat İctimai Birliyi (NQMT İB) Mini Dublin Qrupu (MDQ) ilə birgə seminar keçirmişdir. Seminarda bu il Brüsseldə keçiriləcək illik iclasda müzakirə olunacaq məsələlərə baxılması, ölkəmizdə 2010-cu ildə istər hüquq-m...
ANL
Strateji Araşdırmalar Mərkəzinin sosial şəbəkələrdə səhifələri açılmışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) "Facebook" və "Twitter" sosial şəbəkələrində səhifələri açılmışdır. Mərkəzdən AzərTAc-a verilən məlumatda bildirilir ki, son zamanlar sosial şəbəkələr insanları...
ANL
Məhkəmə sistemində korrupsiya ilə mübarizə işi gücləndirilir. Məhkəmə-Hüquq Şurasının məhkəmə sistemində korrupsiya ilə mübarizəyə həsr olunmuş geniş iclası keçirilmişdir. İclasda Ali Məhkəmənin, bütün apelyasiya instansiyası məhkəmələrinin rəhbərliyi, ixtisaslaşmış, habelə rayon (şəhər) məhkəmələrinin sədrləri iştirak...
ANL
Azərbaycan ilə Latviya arasında hüquqi əməkdaşlıq genişlənir. Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Azərbaycanda səfərdə olan Latviyanın ətraf mühitin mühafizəsi və regional inkişaf naziri Raymonds Veyonisin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Ədliyyə Nazirliyinin mətbuat xidmətin...
ANL
Prokurorluq orqanları qanunçuluğun möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirir. Fevralın 4-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon, şəhər və ərazi hərbi prokurorlarının iştira...
ANL
Erməni yalanı: etnik "özünüifadə"nin antihumanitar formulu. Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi məkanda milli maraq və mənafeyini layiqincə müdafiə edən Azərbaycanın yeni dünya nizamının reallıqlarına cavab verən tarazlı xarici siyasətinin uğurlarını təmin edən mühüm amillərdən biri "hücum diplomatiyası"dır. Bir vaxt...
ANL
Katarijna Pisarska: "Polşa Azərbaycanı Avropanın ayrılmaz parçası hesab edir". Ölkəmizdə səfərdə olan Polşanın Avropa Diplomatiya Akademiyasının direktoru, xanım Katarijna Pisarska Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) olmuşdur. SAM-dən AzərTAc-a bildirmişlər ki, elmi heyə...
ANL
Regionların inkişaf etdirilməsiölkə iqtisadiyyatının neft-qaz sektorundan asılılığını azaldır. Müxtəlif təbii sərvətlərlə zəngin və zəruri istehsal sahələrinin inkişafı üçün əlverişli imkanlara malik olan Azərbaycan uzun müddət imperiyanın tərkibində olduğu üçün iqtisadiyyatını öz mənafeyinə uyğun inkişaf etdirə bilməm...
ANL
Şəhərsalma və layihələndirmə sahəsində şəffaflığın artırılması əsas müzakirə mövzusu olmuşdur. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində (DŞAK) geniş kollegiya iclası keçirilmişdir. DŞAK-ın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbirdə şəhərsalma və layihələndirmə sahəsində şəffaflı...
ANL
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Gəncə Şəhər Əhalinin Sosial Müdafiə Mərkəzi arasında canlı əlaqə yaradılmışdır. Fevralın 4-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) videokonfrans zalından Gəncə Şəhər Əhalinin Sosial Müdafiə Mərkəzi ilə birbaşa canlı əlaqə yaradılmışdır. Nazir Füzuli Ələk...
ANL
Qədim və müasir Zeyvə. Naxçıvan-Sədərək magistral yolunun kənarında yerləşən Zeyvə kəndində yeni sosial obyektlərin istifadəyə verilməsi onun sakinlərinə sevinc bəxş edib. Çünki bu gün ölkədə, eləcə də Naxçıvan Muxtar Respublikasında aparılan genişmiqyaslı quruculuq tədbirlərindən onlara da pay düşüb. Burada tikilib is...
ANL
Beynəlxalq jurnalın xüsusi buraxılışı dünya şöhrətli alim Lütfi Zadənin 90 illiyinə həsr olunmuşdur. Bakıda ingilis dilində nəşr olunan "Applied and Computational Mathematics" ("Tətbiqi və hesablama riyaziyyatı") beynəlxalq jurnalının məşhur həmyerlimiz - Kaliforniya Universitetinin professoru, Berkli Soft Computinq Mə...
ANL
Dahi bəstəkar Qara Qarayevin adı Azərbaycan mədəniyyəti tarixinə qızıl hərflərlə yazılmışdır. Fevralın 4-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "Qara Qarayev. Həyat və yaradıcılığı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin materiallarında" kitabının təqdimat mərasimi keçirilmişdir. Tədbirdə mədəniy...
ANL
Vətəni sevməyən insan olmaz. Klassik ədəbiyyatımızın görkəmli poeziya ustası Abbas Səhhət Vətənə həsr etdiyi məşhur şeirini qələmə alarkən Azərbaycanın dövlət kimi mövcudluğunu demirik, heç konkret sərhədləri belə yox idi. O zaman şairin heç Qarabağ dərdi də olmamışdı. Amma ikicə misrası ilə Vətəni sevməyənlərə elə qiy...
ANL
Harada Vətən var, orada şəhidlik, qəhrəmanlıq var. Dünyaya bəsirət gözüynən baxan aşıq Veysəl deyirdi: "Mənim sadiq yarım qara torpaqdır". Bir dəyərli qələm sahibi isə deyir: "Dünyada bir aşiq tanıyıram, torpağın, yurdun aşiqi. Yerdə qalan bütün sevdalar ötəri, gəldi-gedərdi". Hər iki məqamda söhbət bizə babaların əman...
ANL
Münxendə təhlükəsizlik məsələlərinə dair konfrans davam edir. Fevralın 4-də Münxendə təhlükəsizlik məsələlərinə dair 47-ci konfrans açılmışdır. Konfransda 50 ölkəni təmsil edən nümayəndələr, o cümlədən dövlət və hökumət başçıları, nazirlər, parlament üzvləri və ekspertlər iştirak edir. Konfransın işində Azərbaycanı ölk...
ANL
Latviyalı qonaqlar Suraxanı rayonu Heydər Əliyev Mərkəzində olmuşdur. Azərbaycanda səfərdə olan Latviyanın ətraf mühitin mühafizəsi və regional inkişaf naziri Raymonds Veyonisin rəhbərlik etdiyi nümayəndə heyəti Suraxanı rayonu Heydər Əliyev Mərkəzində olmuşdur. Rayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, qon...
ANL
Azərbaycan ilə Türkiyə arasında hərtərəfli əlaqələr dinamik inkişaf edir. Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) nümayəndə heyəti Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə ilə görüşmüşdür. ATİB-in ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, görüşdə komitənin ...
ANL
Korrupsiyaya qarşı mübarizədə hüquqi maarifləndirmə işi genişləndirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, yanvarın 27-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş iclası keçirilmiş, əhalinin haqlı naraz...
ANL
Londondakı konfransda amerikalı tarixçi erməniləri ifşa etmişdir. London İqtisadiyyat Universitetində keçirilmiş "Türk-erməni münasibətləri: əsassız ittihamlar, yalanlar və erməni problemi" mövzusunda konfransda çıxış edən ABŞ-ın Luisvill Universitetinin professoru Jastin MakKarti ermənilərin soyqırımı iddialarının uyd...
ANL
Azərbaycanın Misirdəki səfirliyi fəaliyyətini davam etdirir. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Misirdə 2011-ci il yanvarın 25-dən başlayan kütləvi iğtişaş və etiraz aksiyalarının daha da kəskinləşməsini, insan həyatına təhlükə yaradan halların meydana çıxma...
ANL
Karib adalarından Vətənə... Azərbaycan gəncliyinin son illər Vətənə ləyaqətli xidməti bütün sahələrdə özünü göstərməkdədir. Təbii ki, bu, ilk növbədə, yetişməkdə olan gəncliyə dövlət və hökumət tərəfindən göstərilən qayğının bariz nümunəsidir. Azərbaycandan kənarda yaşayıb, onu layiqincə təmsil etmək isə bu torpaqda do...
ANL
Ermənistan tənəzzülün kəskin mərhələsinə qədəm qoyur. Ağır sosial-iqtisadi vəziyyət demoqrafiya probleminin daha da dərinləşməsinə səbəb olub. Sosial-iqtisadi problemlər məngənəsində boğulan Ermənistanda bütün sahələrdə olduğu kimi, sosial sferada da yaşanan çətinliklərin miqyası durmadan genişlənir. Real vəziyyəti qiy...
ANL
Azərbaycan Kinematoqraflar İttifaqında Az.TV-nin istehsalı olan "Çinar ömrü" adlı sənədli filmin təqdimat mərasimi keçirildi. Yeni ekran əsəri xalq şairi Rəsul Rzanın həyat və yaradıcılığından bəhs edir. Filmin ssenari müəllifi xalq yazıçısı Anar, quruluşçu rejissoru Ramiz Həsənoğlu, operatoru Eldar Məmmədovdur. Təqdim...
ANL
Tibb elminə sanballı töhfə. İnkişafının dinamik mərhələsini yaşayan Azərbaycan üçün xarakterik xüsusiyyətlərdən biri mövcud tərəqqinin bütün mühüm sahələr üzrə özünü qabarıq şəkildə büruzə verməsidir. Elə bu da inkişaf göstəricilərinə görə Azərbaycanın dünya miqyasında liderlər cərgəsinə çıxmasını təmin edən əsas fakto...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidanı qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də Türkiyənin Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidanı qəbul etmişdir. Dövlətimizin başçısı Türkiyənin Milli İstihbarat Təşkilatının rə...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Fransa Senatının nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də Fransa Senatının nümayəndə heyətini qəbul etmişdir. Görüşdə Fransa Senatı nümayəndə heyətinin ölkəmizə səfərinin münasibətlərimizin daha da genişləndirilməsi baxımından...
ANL
Azərbaycanla Fransa arasında əlaqələrin hərtərəfli inkişafı üçün daha geniş imkanlar var. Fevralın 7-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Fransa-Azərbaycan işçi qrupunun üzvləri ilə görüşmüşdür. Azərbaycanla Fransa arasındakı əlaqələrdən söz açan parlamentin sədri bildirmişdir ki, rəsmi Bakı müna...
ANL
Lütfi Zadənin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Elm və texnologiyaların inkişafına verdiyi töhfələrlə mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi görkəmli xidmətlərinə görə Lütfi Zadə (Lütfi Rəhim oğlu Ələsgərzadə) "Dostluq" ordeni ilə təltif edilsin...
ANL
Nazirlər Kabineti bir neçə mühüm qərar qəbul etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabineti bir neçə mühüm qərar qəbul etmişdir. Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi gey...
ANL
Azərbaycan xarici işlər naziri ABŞ dövlət katibi ilə görüşmüşdür. Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Münhendə keçirilən 47-ci Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ-ın dövlət katibi Hillari Klintonla görüşmüşdür. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, gö...
ANL
Elmar Məmmədyarov Münhendə ikitərəfli görüşlər keçirmişdir. Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Almaniyanın Münhen şəhərində keçirilən 47-ci Təhlükəsizlik Konfransında iştirak edir. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, fevralın 5-də Elmar Məmmədyarov konf...
ANL
Azərbaycan-NATO Beynəlxalq Məktəbinin növbəti qış sessiyası başa çatmışdır. Azərbaycan Xarici İşlər Nazirliyi və NATO İctimai Diplomatiya İdarəsinin dəstəklədikləri Azərbaycan-NATO Beynəlxalq Məktəbinin (NİSA) növbəti qış sessiyası fevralın 6-da başa çatmışdır. AzərTAc xəbər verir ki, yanvarın 31-dən başlamış sessiyada...
ANL
Cəlilabad hər ili uğurla yola salır, sabaha inamla addımlayır. Bu gün Cəlilabadın sürətli tərəqqisi göz önündədir. Bu inkişafın nəticəsində Cəlilabad həm cənub bölgəsinin, həm də Azərbaycanın ən inkişaf etmiş rayonlarından birinə çevrilmişdir. Cəlilabad ölkəmizin ən qədim yaşayış məskənlərindəndir. Tarixi mənbələrdə on...
ANL
ABŞ-ın xarici siyasəti dünya nizamında ciddi fəsadlar törədir. Ötən əsrin son onilliyində mürəkkəb siyasi şəraitdə dövlət müstəqilliyinə nail olan Azərbaycan son 17 ildə sürətli inkişaf edərək dünya miqyasında lider mövqeyə malik ölkələrdən biri kimi çıxış etməyə başlayıb. Həyata keçirilən uğurlu siyasətin davamı olara...
ANL