text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Azərbaycan və Türkiyə xüsusi xidmət orqanlarının işgüzar və səmərəli əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunmuşdur. Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun dəvəti ilə Türkiyə Cümhuriyyəti Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan fevralın 6-7-də ölkəm...
ANL
Müdafiə Sənayesi Nazirliyində şəffaflığın artırılması məsələsi müzakirə edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın yanvarın 27-də keçirilmiş iclasında verilmiş tapşırıqlardan irəli ...
ANL
ATƏT-in Bakı ofisinin nümayəndəsi Azərbaycanda ekologiya sahəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndirmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsində ATƏT-in Bakı ofisinin iqtisadiyyat və ətraf mühit üzrə rəhbəri Yan Olssonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keç...
ANL
Dünya şöhrətli alim. Dünya elm aləmində Lütfi Zadə soy adı ilə tanınan Lütfi Ələsgərzadə 1921-ci ildə Bakıda jurnalist-psixoloq ailəsində anadan olmuşdur. O, burada ingilis təmayüllü məktəbdə oxumuş, sonra Tehran Universitetinin mühəndis-elektrik fakültəsinə daxil olmuşdur. Lütfi 1942-ci ildə həmin universiteti bitirən...
ANL
Yoxlanılan qurumlara göndərilən təqdimatların vaxtında və tam icrası təmin edilməlidir. Hesablama Palatasının (HP) ötən ilin yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir. AzərTAc xəbər verir ki, palatanın sədri Heydər Əsədov ötən il qlobal maliyyə-iqtisadi böhra...
ANL
Ötən il torpaq qanunvericiliyinin pozulması ilə bağlı 1370 fakt müəyyən edilmişdir. Fevralın 7-də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində (DTXK) ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilmişdir. DTXK-nın sədri akademik Qərib Məmmədov bildirmişdir ki, 1999-cu ildə hüquqi status almış 2667 bələdiyyənin ...
ANL
Ermənilər öz məkrli niyyətlərini siyasi-ideoloji müstəvidən açıq təxribata məhz bu şəhərdə keçirdilər. Sumqayıt hadisələrindən 23 il keçir. Yaşlı və orta nəslin nümayəndələri 23 il əvvəl - 1988-ci il fevral ayının 27-28-də Sumqayıtda erməni millətçilərinin xaricdə yaşayan havadarlarının və Daşnaksütyun partiyasının dəs...
ANL
İlk hədəf Malıbəyli - Quşçular idi. Ermənilərin Xocalıdan əvvəl törətdikləri faciələr. Azərbaycan XX əsrin əvvəllərindən bəri bir neçə dəfə bu cür təcavüzə, qırğına, soyqırımına, ərazi işğalına məruz qalsa da, başlanan növbəti dalğaya hazır deyildi. Odur ki, qəfil gələn qara buluda Azərbaycan cəmiyyətinin həm siyasi-ps...
ANL
Arxeoloji qazıntıların böyük əhəmiyyəti var. Turizmin ən gəlirli sahələrindən biri olan arxeoturizmlə bağlı iri layihələrin gerçəkləşdirilməsinin vaxtı çoxdan çatıb. Şəxsi müşahidələrimizə əsaslanaraq qeyd edə bilərik ki, bu insanların bəziləri, hətta öz ölkələrində görmədiyi arxeoloji materialların çoxunu bu qazıntıla...
ANL
Mingəçevir turizm mərkəzinə çevrilir. Mingəçevir Kür çayının sağ və sol sahilini əhatə edir. Onun iqlimi və coğrafi mövqeyi ilin bütün fəsillərində turizm üçün çox əlverişlidir. Buna görə də Mingəçevirdə su idman növləri ilə il boyu məşğul olmaq imkanı yaranır. Yay mövsümündə fəaliyyətə başlayan şirin sulu çimərlik şəh...
ANL
Mömünə Xatın türbəsi və Qarabağlar abidəsinin YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi istiqamətində iş aparılır. Azərbaycanın daha iki mədəniyyət abidəsinin - Mömünə Xatın türbəsi və Qarabağlar abidəsinin YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi istiqamətində iş aparılır. Bu bar...
ANL
Azərbaycanın ənənəvi xalçaçılıq sənəti dünyada təbliğ olunur. Fevralın 7-də Mədəniyyət və Turizm Nazirliyi Muzey Mərkəzində Azərbaycan xalçaçılıq sənətinin YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsin Reprezentativ siyahısına daxil edilməsi ilə bağlı təqdimat mərasimi keçirilmişdir. Məqsəd ölkəmizin qeyri-maddi mə...
ANL
Azərbaycan xalçalarının qədimliyini Avropa rəssamlarının əsərləri də təsdiq edir. Heydər Əliyev Fondu tərəfindən "Azərbaycan xalçaları" kataloqu nəşr edilmişdir. AzərTAc xəbər verir ki, nəfis tərtibatla Azərbaycan ictimaiyyətinə təqdim olunmuş kataloqun birinci səhifəsi Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və...
ANL
İmzalanmış sənəd Azərbaycan-Yunanıstan münasibətlərində mühüm rol oynayacaqdır. Bakıda Azərbaycan ilə Yunanıstan arasında iqtisadi, sənaye və texnoloji sahədə əməkdaşlıq üzrə imzalanmış protokol Azərbaycan-Yunanıstan münasibətlərinin inkişafında mühüm rol oynayacaqdır. AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycan-Yuna...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Litva Seyminin sədri xanım İrena Dequtienenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Litva Seyminin sədri xanım İrena Dequtienenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. İki ölkə arasında siyasi s...
ANL
Nazirlər Kabinetində görüş. Fevralın 8-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə rəsmi səfərdə olan Litva Seyminin sədri xanım İrena Dequtienenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. İki ölkə arasındakı münasibətlərin inkişafından məmnunluğunu ifadə edən Baş nazir siyasi sahədə qarş...
ANL
Litva Azərbaycanla əməkdaşlığın genişləndirilməsinin tərəfdarıdır. Fevralın 8-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Litva Seyminin sədri İrena Dequtienenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. 2009-cu ildə Litva Respublikasına səfərini xatırladan parlamentin sədri bu səfərlərin Azərba...
ANL
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycanda mədəniyyət, turizm sahələrində xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin aşağıd...
ANL
S.A.Məlikovaya "Əməkdar mədəniyyət işçisi" fəxri adının verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycanda mədəniyyət sahəsində xidmətlərinə görə Sevda Atif qızı Məlikovaya "Əməkdar mədəniyyət işçisi" fəxri adı verilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti.
ANL
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşlarının "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiklərinə görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin aşağıdakı əməkda...
ANL
Lütfi Zadə: "Dostluq" ordeninə layiq görülməyimdən şərəf duyuram. "Bu yüksək mükafata layiq görülməyimdən şərəf duyuram və mənə göstərdiyi səmimi münasibətə görə bütün Azərbaycan xalqına dərin təşəkkürümü bildirirəm". ABŞ-ın Berkli Universitetinin professoru, dünya şöhrətli alim Lütfi Zadə (Lütfi Ələsgərzadə) elm və te...
ANL
Litva Seyminin sədri xanım İrena Dequtienenin Azərbaycana rəsmi səfəri. Litva Seyminin sədri xanım İrena Dequtiene fevralın 8-də Azərbaycana rəsmi səfərə gəlmişdir. Heydər Əliyev Beynəlxalq Aeroportunda Litva Seyminin sədrini Milli Məclis Sədrinin müavini Bahar Muradova və digər rəsmi şəxslər qarşılamışlar.
ANL
Litva Seyminin sədri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdir. Azərbaycanda rəsmi səfərdə olan Litva Seyminin sədri xanım İrena Dequtiene fevralın 8-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad e...
ANL
Şəhidlərin xatirəsinə ehtiram. Ölkəmizdə rəsmi səfərdə olan Litva Seyminin sədri xanım İrena Dequtiene fevralın 8-də Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşdur. Qo...
ANL
Litva Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir. Litva Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan sərhədlərinin toxunulmazlığı prinsipi çərçivəsində həllini dəstəkləyir. AzərTAc xəbər verir ki, bunu fevralın 8-də Azərbaycanda rəsmi ...
ANL
Prezident Kitabxanası Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinə Azərbaycan haqqında 153 kitab və elektron məlumat bazaları hədiyyə etmişdir. Fevralın 8-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinə (RİMM) kitablar hədiyyə etmişdir. Bu münasibətlə R...
ANL
Dövlət qayğısı Ağdamın inkişafına təkan verir. Son dövrlərdə böyük dövlət qayğısı və himayəsi nəticəsində mühüm inkişaf yolu keçən Ağdam rayonu 2010-cu ili də böyük nailiyyətlərin əldə olunduğu dövr kimi geridə qoydu. Bu sahədə qazanılan uğurlar dünən Ağdamda keçirilən 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunları...
ANL
Azərbaycanın və Macarıstanın prokurorluq orqanları arasında əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. Fevralın 8-də Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov ölkəmizdə səfərdə olan Macarıstan Respublikasının hərbi prokuroru Arpad Kovaçın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Respublika prokur...
ANL
Dağlıq Qarabağ münaqişəsinin həllində Fransanın rəsmi mövqeyi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməkdən ibarətdir. Fevralın 8-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Fransa Senatının üzvləri Natali Qule və Andre Vilin başçılıq etdikləri nümayəndə heyəti ilə görüşmüşdür. Xarici İ...
ANL
Əhalinin sosial müdafiəsi və məşğulluq strategiyası uğurla reallaşır. "Yeddi il ərzində Azərbaycanda yoxsulluq 4-5 dəfə aşağı düşmüşdür. Bu, bir daha göstərir ki, bizim apardığımız islahatlar və iqtisadi artım ilk növbədə Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına yönəldilibdir. Onu da göstərir ki, Az...
ANL
Nərimanov rayonu sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoyur. Fevralın 8-də Bakının Nərimanov rayonunda ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir. Yığıncağı açan rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev sosial-iqtis...
ANL
MDB və Şərqi Avropa dövlətləri ilə müqayisədə Azərbaycanda cinayətkarlığın səviyyəsi çox aşağıdır. Daxili işlər naziri general-polkovnik Ramil Usubov fevralın 8-də Niderland Krallığının ölkəmizdəki səfiri Arjen Peter Uijterlinde ilə görüşmüşdür. DİN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, R.Usubov qonağa nazi...
ANL
Xocalı ümidlə, inamla yaşayır. Xocalı faciəsindən on doqquz il keçir. Aylar, illər ötdükcə yaralar nəinki sağalmır, əksinə, daha dərindən qövr eləyir. Həmin amansız qırğının nəticəsində min nəfərdən artıq dinc sakin müxtəlif dərəcəli güllə yarası aldı. Səkkiz ailə tamamilə məhv edildi. Şəhid olanlardan 56 nəfəri xüsusi...
ANL
Zəngilanlılar qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirəcəklər. Fevralın 8-də YAP Nərimanov rayon təşkilatının binasında Zəngilan Rayon İcra Hakimiyyətinin ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağı keçirilmişdir. İştirakçılar əvvəlcə binanın foyesində ümummilli lider Heydər Əliyevi...
ANL
Pakistan jurnalında Dağlıq Qarabağ münaqişəsinə dair məqalə dərc olunmuşdur. Pakistanda nəşr edilən "The Diplomatic İnsight" jurnalının yanvar buraxılışında "Dağlıq Qarabağ və Kəşmir: İki münaqişə, iki xalq, eyni dərd" sərlövhəli məqalə dərc olunmuşdur. Azərbaycanın Pakistandakı səfirliyindən AzərTAc-a bildirmişlər ki,...
ANL
AMEA Rəyasət Heyətinin iclasında akademiyanın Şəki Regional Elmi Mərkəzinin 2010-cu ildəki elmi və elmi-təşkilati fəaliyyəti müzakirə olunmuşdur. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. İclasda AMEA Şəki Regional Elmi Mərkəzinin 2010-cu ilin yekunlarına dair hesabatı m...
ANL
Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş olduğu Davosda bir daha təsdiqləndi. Keçən ay keçirilmiş Davos İqtisadi Forumunda Azərbaycanın etibarlı tərəfdaş olduğu bir daha vurğulanıb. Dünyanın tanınmış siyasət və biznes dairələrinin bir araya gəldiyi tədbirdə ölkəmizə böyük maraq hiss edilib. Bu maraq son illərdə ...
ANL
"Paşa Sığorta" və "Paşa Həyat Sığorta"-nın rəhbərləri Adam Smith Conferences çərçivəsində Moskva Sığorta Forumunun işində iştirak etmişlər. "Paşa Sığorta" və "Paşa Həyat" sığorta şirkətlərinin rəhbərləri fevralın 1-2-də Moskvadakı "Marriott Grand Hotel" mehmanxanasında keçirilmiş Adam Smith Conferences çərçivəsində MDB...
ANL
Azərbaycan Auditorlar Palatası ilə Macarıstan Auditorlar Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. Azərbaycan və Macarıstan auditorlarının peşə qurumları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, audit sahəsində inteqrasiya proseslərinin daha da inkişafına hərtərəfli yardım göstəril...
ANL
Avropa İttifaqının Azərbaycanla əməkdaşlığı vətəndaş cəmiyyətinin inkişafına töhfə verəcək. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev fevralın 8-də Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Roland ...
ANL
Türkiyə və Rumıniya "Nabukko" layihəsinin həyata keçirilməsi üçün səylərini artıracaq. Buxarestdə səfərdə olan Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız Rumıniyanın iqtisadiyyat, ticarət və biznes mühiti naziri İon Ariton ilə birgə keçirdiyi mətbuat konfransında Azərbaycan və Mərkəzi Asiya təbii qazını ...
ANL
Tehranda Rəşt (İran)-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun tikintisi ilə bağlı Memorandum imzalanmışdır. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Arif Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyətinin Tehrana ikigünlük səfəri başa çatmışdır. Aparılan danışıqlar əsasında "Şimal-Cənub" be...
ANL
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-bildirmişlər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və "Konstitusi...
ANL
Azərbaycanın yeni diplomatik qələbəsi Ermənistanı təşvişə salıb. AŞ PA-da Dağlıq Qarabağ üzrə alt komitənin fəaliyyətinin yenidən bərpa edilməsi münaqişə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaqdır. Diplomatik sferada Ermənistan üzərində qazandığı qələbəni yeni uğurlarla daha da m...
ANL
Ayrılığın hekayəti. Araz boyu atlar dördnala çaparaq Xudafərin körpüsünə yaxınlaşsa da, süvarilər istəklərinə çata bilmədilər. Onların haqlamaq istədiyi dəstə çoxdan Arazın o tayına keçmişdi. Əllərindən almaq istədikləri ləl-cavahiratı da aparmışdılar. Qaralan havanın rəngindən xiffət tökülürdü. Şamaxının hakimi Mustaf...
ANL
Xəzərin layla çaldığı kənd. Sabunçu rayonunun mərkəzindən 16 kilometr şimalda yerləşən bu kənd həm də Abşeronun qədim yaşayış məskəni hesab olunur. Nardaran sözünün mənşəyi ilə bağlı müxtəlif fikirlər var. Nardaran kəndi ərazisinə görə bir neçə məhəlləyə bölünür. Ağa məhəlləsi (Şeyx Məhəmməd Əmin məhəlləsi). Qum məhəll...
ANL
Şəhidlər anıldı. Bakının Nərimanov rayonundakı 212 saylı orta məktəbin və "Xocalı Soyqırımı Tanıtma" İctimai Birliyinin təşkilatçılığı ilə Gözdən Əlillər Cəmiyyətinin akt zalında Xocalı şəhidlərinin anım mərasimi keçirilmişdir. Tədbir Dövlət himni və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin b...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin Qazax və Tovuz rayonlarına səfəri. Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da respublikamızın qərb bölgəsinə səfəri çərçivəsində Qazax rayonuna gəlmişdir. Dövlətimizin başçısı əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Qazax şəhərinin mərkəzində ucaldılmış ab...
ANL
Qazax rayonu ictimaiyyətinin nümayəndələri ilə görüş. Fevralın 9-da Azərbaycan Prezidenti İlham Əliyev Qazax rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür. Prezident İlham ƏLİYEV qazaxlılara müraciətlə dedi: - Mən sizi ürəkdən salamlayıram. Yenidən sizinlə görüşə gəlmişəm. Bu gün də Qazax rayonunda bir neçə tədb...
ANL
Prezident İlham Əliyev Qazax rayonunda Sınıqkörpü sərhəd gömrük məntəqəsinin açılışında iştirak etmişdir. Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da Qazax rayonunda Sınıqkörpü sərhəd gömrük məntəqəsinin açılışında iştirak etmişdir. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Prezident İlham Əliyevə məlumat verər...
ANL
Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun açılışı. Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun açılışında iştirak etmişdir. Dövlət başçısı yolun yenidən qurulması sxemi ilə tanış oldu. Nəqliyyat naziri Ziya Məmmədov dövlət başçısına məlumat verərək bildirdi k...
ANL
Qazax rayonunun Birinci Şıxlı kəndində yeni məktəb tikilmişdir. Prezident İlham Əliyev fevralın 9-da Qazax rayonunun Birinci Şıxlı kəndində yeni məktəb binasının açılışında iştirak etmişdir. Azərbaycan Prezidentinin "Qəza vəziyyətində olan ümumtəhsil məktəblərinin yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında" 2...
ANL
Səməd Vurğun Poeziya evində əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da Qazax rayonunun Yuxarı Salahlı kəndində əsaslı təmir və yenidənqurma işləri aparılmış Səməd Vurğun Poeziya evinin açılışında iştirak etmişdir. Dövlət başçısı əvvəlcə Poeziya evinin qarşısında x...
ANL
Prezident İlham Əliyev Tovuzda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişdir. Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da respublikamızın qərb bölgəsinə səfəri çərçivəsində Tovuz rayonuna gəlmişdir. Dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edərək gül ...
ANL
Tovuzda yeni mədəniyyət və istirahət parkı salınmışdır. Fevralın 9-da Prezident İlham Əliyev Tovuz şəhərində yeni salınmış mədəniyyət və istirahət parkının açılışında iştirak etmişdir. Dövlət başçısı açılışı bildirən lenti kəsdi və parkı gəzdi. Məlumat verildi ki, parkın tikintisinə 2009-cu ilin əvvəllərində başlanmışd...
ANL
Fevralın 9-da Tovuzda Olimpiya-İdman Kompleksi istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. Dövlət başçısı açılışı bildirən lenti kəsdi və kompleks ilə tanış oldu. Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin respublikamızda idmanın inkişafına göstərdikləri diqq...
ANL
Bozalqanlı kəndində süd emalı zavodu tikilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da Tovuz rayonunun Bozalqanlı kəndi ərazisində tikilmiş süd emalı zavodunun açılışında iştirak etmişdir. "Gilan Holdinq"in sifarişi ilə tikilmiş müəssisənin istehsal sahəsi 3,9 min kvadratmetrdir. Maksimum güclə işlədikdə is...
ANL
Tovuz rayonu ictimaiyyətinin nümayəndələri ilə görüş. Fevralın 9-da Azərbaycan Prezidenti İlham Əliyev Tovuz rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür. Prezident İlham ƏLİYEV tovuzlulara müraciətlə dedi: - Mən sizi ürəkdən salamlayıram. Bu gün Tovuzda çox yaxşı açılış tədbirlərində iştirak etmişəm. Olimpiya ...
ANL
Fevralın 9-da Azərbaycan Prezidenti İlham Əliyev yenidən qurulmuş Tovuz-Böyük Qışlaq-Qaralar avtomobil yolunun açılışında iştirak etmişdir. Prezident İlham Əliyevin "Tovuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" 2009-cu il 7 oktyabr tarixli sərəncamına əsasən, həmin ilin...
ANL
Azərbaycan-Litva biznes forumu keçirilmişdir. Fevralın 9-da Bakı Biznes Mərkəzində Litva Seyminin sədri xanım İrena Dequtienenin ölkəmizə rəsmi səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Litva biznes forumu...
ANL
Litva Seymi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Heydər Əliyev Fondunda olmuşdur. Bakıda səfərdə olan Litva Seyminin sədri xanım İrena Dequtienenin başçılıq etdiyi nümayəndə heyəti fevralın 9-da Heydər Əliyev Fondunda olmuşdur. Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılan f...
ANL
Milli Azərbaycan Tarixi Muzeyinin zəngin eksponatları Litva Seyminin sədrində böyük maraq doğurmuşdur. Ölkəmizdə rəsmi səfərdə olan Litva Seyminin sədri xanım İrena Dequtiene fevralın 9-da Milli Azərbaycan Tarixi Muzeyində olmuşdur. Qonağa muzeyin tarixi barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, muzeyin ye...
ANL
Azərbaycan ilə Litva arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Fevralın 9-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Litva Seyminin sədri xanım İrena Dequtienenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildir...
ANL
Azərbaycan səfiri etimadnaməsini İtaliya Prezidentinə təqdim etmişdir. Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov etimadnaməsini İtaliya Prezidenti Ciorcio Napolitanoya təqdim etmişdir. Səfirlikdən AzərTAc-a bildirmişlər ki, mərasimdə V.Sadıqov Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və ölkəmizə səfə...
ANL
Gələcəkdə Heydər Əliyev Fonduna müraciət edəcək xəstələr almaniyalı mütəxəssislər tərəfindən teletəbabət vasitəsilə təmənnasız konsultasiya ediləcəklər. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Səhiyyə Nazirliyinin M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində İkinci Azərbaycan-Almaniya Cərrahiyyə Günləri keçiri...
ANL
Bakıda "Strukturlaşan dialoq" mövzusunda seminar keçirilir. AzərTAc xəbər verir ki, fevralın 9-da Bakıda Avropa İttifaqının (Aİ) təşkilatçılığı ilə "Strukturlaşan dialoq" mövzusunda seminar başlanmışdır. Üç gün davam edəcək seminarın məqsədi Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində tərəfdaş ölkələrd...
ANL
Azərbaycan ilə Avropa Şurası arasında insan hüquqları sahəsində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. AzərTAc xəbər verir ki, fevralın 9-da Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin təşkilatçılığı ilə ölkəmizin Avropa Şurasına (AŞ) üzv qəbul edilməsinin 10 illiyinə həsr olunmuş "dəyirmi masa" ke...
ANL
İnkişafın Azərbaycan modeli:iqtisadiyyatda ənənələr bərpa edilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində respublikamızın son 7 ildə dinamik və kompleks inkişaf mərhələsinə qədəm qoyması bütün dünyada böyük maraqla izlənilir. Bu illərdə makroiqtisadi sabitlik qo...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin Gəncə şəhərinə və Samux rayonuna səfəri. Gəncədə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət. Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da respublikamızın qərb bölgəsinə səfəri çərçivəsində Gəncə şəhərinə gəlmişdir. Dövlət başçısı şəhərin Heydər Əliyev meydanında ulu öndər...
ANL
Prezident İlham Əliyev əsaslı yenidənqurma işləri aparılmış "Xan bağı" mədəniyyət və istirahət parkı ilə tanış olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da Gəncədə əsaslı yenidənqurma işləri aparılmış "Xan bağı" mədəniyyət və istirahət parkı ilə tanış olmuşdur. Dövlət başçısının tapşırığına əsasən ayrılmı...
ANL
Gəncə şəhəri ictimaiyyətinin nümayəndələri ilə görüş. Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da Gəncədə əsaslı yenidənqurma işləri aparılmış "Xan bağı" mədəniyyət və istirahət parkı ilə tanışlıqdan sonra şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür. Prezident İlham ƏLİYEV gəncəlilərə müraciətlə dedi: - Mə...
ANL
Gəncədə fiziki qüsurlu insanlar üçün Regional İnformasiya Mərkəzi açılmışdır. Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da Gəncədə fiziki qüsurlu insanlar üçün Regional İnformasiya Mərkəzinin açılışında iştirak etmişdir. Heydər Əliyev Fondunun fiziki cəhətdən qüsurlu insanların cəmiyyətə inteqrasiyası istiqamətində...
ANL
Yevlax-Gəncə avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanışlıq. Azərbaycan Prezidenti İlham Əliyev Gəncəyə səfəri çərçivəsində fevralın 9-da Bakı-Gürcüstan sərhədi avtomagistralının bir hissəsi olan Yevlax-Gəncə yolunda tikinti işlərinin gedişi ilə tanış olmuşdur. Nəqliyyat naziri Ziya Məmmədov dövlət başçısına 5...
ANL
Prezident İlham Əliyev Gəncədə "İmamzadə" dini kompleksində tikinti-bərpa işlərinin gedişi ilə tanış olmuşdur. Prezident İlham Əliyev fevralın 9-da Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən "İmamzadə" dini kompleksində tikinti-bərpa işlərinin gedişi ilə tanış olmuşdur. Qafqaz Müsəlmanları İdarəsi sədrini...
ANL
Prezident İlham Əliyev Samuxda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmişdir. Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da respublikamızın qərb bölgəsinə səfəri çərçivəsində Samux rayonunda olmuşdur. Dövlət başçısı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. AzərTAc.
ANL
Prezident İlham Əliyev Samuxda meyvə qurudulması və emalı müəssisəsinin açılışında iştirak etmişdir. Prezident İlham Əliyev fevralın 9-da Samuxda "NAA Agrotara" MMC-nin meyvə qurudulması və emalı müəssisəsinin açılışında iştirak etmişdir. Dövlət başçısı MDB məkanında ilk dəfə Azərbaycanda yaradılan müəssisəni işə saldı...
ANL
Samux Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışı olmuşdur. Prezident İlham Əliyev fevralın 9-da Samux Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak etmişdir. İkimərtəbəli binanın foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulmuş, ümummilli liderin və Azərbaycan Prezidenti İlham Əl...
ANL
Samux rayonu ictimaiyyətinin nümayəndələri ilə görüş. Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da Samux Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür. Prezident İlham ƏLİYEV görüşə toplaşanlara müraciətlə dedi: - Mən sizi ürəkdən salamlayıra...
ANL
Samux rayonunda 500 kilovoltluq yardımçı stansiya istifadəyə verilmişdir. Prezident İlham Əliyev fevralın 9-da Samux rayonunda 500 kilovoltluq "Samux" yardımçı stansiyasının açılışında iştirak etmişdir. "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev dövlət başçısına məlumat verərək bildirdi ki, rayonun Lək kəndi ər...
ANL
Azərbaycanın sosial-iqtisadi inkişafında daha bir uğurlu il. Bunu deməyə bütün əsaslar var. Keçən ilin yekunlarına nəzər salsaq görərik ki, nəinki iqtisadiyyatımız 5 faiz artmışdır, makroiqtisadi vəziyyət də sabit olaraq qalmışdır". Sürətli inkişaf dövrünü yaşayan Azərbaycan tarix üçün kifayət qədər qısa sayıla biləcək...
ANL
Milli Məclisdə görüş. Fevralın 10-da Milli Məclisin Sədri Oqtay Əsədov Avropa Parlamentinin üzvləri İvo Vayqlı və Pino Arlaççini qəbul etmişdir. Spiker qonaqları səmimi salamlayaraq onları Milli Məclisdə görməyindən məmnun olduğunu bildirdi. Qeyd edildi ki, Azərbaycan Avropa İttifaqı və onun strukturları ilə əlaqələrin...
ANL
Latviyanın Azərbaycandakı səfiri "İrəli" İctimai Birliyinin qonağı olmuşdur. Fevralın 10-da Latviyanın Azərbaycandakı səfiri Hardiys Baumanis "İrəli" İctimai Birliyinin (İB) qonağı olmuşdur. Əvvəlcə diplomat "İrəli" Gənclər Mərkəzi ilə tanış olmuş, onun fəaliyyəti ilə maraqlanmışdır. İB-nin mətbuat xidmətindən AzərTAc-...
ANL
Litva Azərbaycanla bütün sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlıqda maraqlıdır. Litva Azərbaycanla bütün sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlıqda maraqlıdır. Bu fikir fevralın 10-da Azərbaycanın Sənaye və Energetika Nazirliyində (SEN) ölkəmizdə rəsmi səfərdə olan Litva Seyminin sədri xanım İrena Deq...
ANL
Litva Seyminin sədri Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olmuşdur. Bakıda səfərdə olan Litva Seyminin sədri xanım İrena Dequtienenin başçılıq etdiyi nümayəndə heyəti fevralın 10-da Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olmuşdur. AzərTAc xəbər verir ki, muzeyin direktoru, Mill...
ANL
Piter Semnebi: "Cənubi Qafqazda münaqişələrin qarşısını almaq üçün daha çox vasitələrə və gücləndirilmiş səylərə ehtiyac vardır". Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Vyanada ATƏT-in Daimi Şurasının iclasında çıxış etmişdir. Xüsusi nümayəndə Avropa İttifaqını və ATƏT-i Cənubi Qafq...
ANL
Avropa Parlamentinin üzvləri: "Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik". Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildimişlər ki, fevralın 10-da nazir Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Avropa Parlamentinin üzvləri İvo Vaygel və Pino ...
ANL
İrena Dequtiene: Azərbaycan Litvanın maye qazla təchiz olunmasına kömək edə bilər. Azərbaycan ilə Litva arasında münasibətlər getdikcə daha yaxın və səmimi olacaqdır. AzərTAc xəbər verir ki, bu sözləri Litva Seyminin sədri İrena Dequtiene Azərbaycana səfərinin yekunlarına həsr edilmiş mətbuat konfransında demişdir. O q...
ANL
İran İslam Respublikasının Prezidenti zati-aliləri cənab Mahmud Əhmədinejada. Hörmətli cənab Prezident! İran İslam Respublikasının milli bayramı - İslam inqilabı günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Əminəm ki, Azərbay...
ANL
Şuşa YUNESKO-nun musiqi şəhəri nominasiyasına təqdim edilmişdir. Rayon icra hakimiyyətində keçirilmiş hesabat yığıncağından qeydlər. Fevralın 10-da "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin qərargahında Şuşa Rayon İcra Hakimiyyətinin ötənilki fəaliyyətinə və bu il qarşıd...
ANL
XXI əsrdə ictimai elm və cəmiyyət: milli və qlobal məkanın çağırışları və yeni vəzifələr. Azərbaycanda müstəqilliyin əldə edilməsindən sonra ötən 20 ildə qazanılan iqtisadi inkişaf və uğurlara dayaqlanaraq Prezident İlham Əliyevin irəli sürdüyü: yeni əsrdə elmə və biliyə əsaslanan yeni cəmiyyətin qurulması vəzifəsinin ...
ANL
Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş yazı müsabiqəsinin nəticələri açıqlanmışdır. Fevralın 10-da Beynəlxalq Mətbuat Mərkəzində "Kaspi" qəzetinin keçirdiyi Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda bədii əsər və publisistik yazı müsabiqəsinin nəticələri aç...
ANL
İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnvestisiya Şəbəkəsinin veb portalının təqdimatı keçirilmişdir. İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AzPROMO) təşkilatçılığı ilə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Ticarət və İnvestisiya Şəbəkəsinin veb portalı ...
ANL
ARDNŞ-in Ekologiya İdarəsində ATƏT-in Bakı ofisinin nümayəndələri ilə görüş keçirilmişdir. ARDNŞ-in Ekologiya İdarəsi ətraf mühitin mühafizəsi, mədən ərazilərində və digər obyektlərdə ekoloji tarazlığın qorunması sahəsində apardığı genişmiqyaslı fəaliyyəti çərçivəsində beynəlxalq qurumlarla səmərəli əməkdaşlıq edir. Bu...
ANL
Azərbaycanın və Macarıstanın hüquq-mühafizə orqanlarının əməkdaşlığı üçün yaxşı zəmin var. Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyev ölkəmizdə səfərdə olan Macarıstan Respublikasının hərbi prokuroru Arpad Kovaçın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Görüşdə Xanlar Vəliyev qonaqlara Prezide...
ANL
İlk uşaq baletinin müəllifi. Anadan olmasının 90 illiyi böyük ehtiramla yad edilən görkəmli bəstəkar, xalq artisti, professor Əşrəf Abbasov Azərbaycan mədəniyyətinin inkişafında özünəməxsus cəfakeşlik və xidmət göstərmiş sənətkar idi. O, Şuşa şəhərində doğulmuşdu. Elə ilk musiqi təhsilini də burada almışdı. Doğrudur, o...
ANL
Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Xəstəlikləri Sanatoriyasının yeni binasının tikintisi ilə bağlı tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Respublika əhalisinin sağlamlığının qorunması ilə bağlı görülən tədbirlər çərçivəsində ölkəmizdə müasir tibbi avadanlıqlarla təchiz olunmuş yeni...
ANL
S.N.Ələkbərova 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsinin verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikası vergilər nazirinin müavini Sahib Nurəddin oğlu Ələkbə...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin Goranboy rayonuna və Naftalan şəhərinə səfəri. Azərbaycan Prezidenti İlham Əliyev respublikamızın qərb bölgəsinə səfəri çərçivəsində fevralın 10-da Goranboy rayonunda olmuşdur. Dövlət başçısı xalqımızın ulu öndəri Heydər Əliyevin Goranboy şəhərinin mərkəzindəki Heydər parkında ucald...
ANL
Prezident İlham Əliyev Goranboyda məcburi köçkünlər üçün salınmış yaşayış məhəlləsinin açılışında iştirak etmişdir. Prezident İlham Əliyev fevralın 10-da Goranboy rayonuna səfəri çərçivəsində 688 məcburi köçkün ailəsi üçün nəzərdə tutulan və birinci mərhələdə 165 ailənin məskunlaşacağı yeni yaşayış məhəlləsinin istifad...
ANL
Prezident İlham Əliyev Naftalanda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmişdir. Azərbaycan Prezidenti İlham Əliyev fevralın. 10-da respublikamızın qərb bölgəsinə səfəri çərçivəsində Naftalan şəhərində olmuşdur. Dövlət başçısı xalqımızın ulu öndəri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət ...
ANL