text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Sumqayıtda törədilən iğtişaşlar mətbuat səhifələrində. 1988-ci ildə dünya mətbuatı Sumqayıtda baş verən hadisələrə bir sıra materiallar həsr etdilər. Həmin materialları təhlil etdikdə görürük ki, Qərb mətbuatı birtərəfli və loyal mövqe tutur və yaxud Dağlıq Qarabağın Azərbaycandan alınıb Ermənistana verilməsini "zəruri... | ANL |
ABŞ Konqresində Xocalı soyqırımının qurbanlarını anan bəyanatlar səsləndirilmişdir. 1992-ci ilin fevralında erməni silahlı qüvvələri tərəfindən Azərbaycanda həyata keçirilən amansız Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı faciə qurbanlarının xatirəsi ABŞ Konqresinin Nümayəndələr Palatasında anılmışdır. Azərbaycan ... | ANL |
Əzab və işgəncələrlə dolu bu faciəni bil və xatırla! Bu məsum, günahsız insanların - soyqırımı qurbanlarının sonsuz həyat eşqinin, yaşayıb-yaratmaq istəyinin yarı yolda qırılmasının şahidi ol! Bu insanların dodaqlarında əbədiyyətə qovuşmuş "Nə üçün" sualına cavab tapmağa çalış! Ən nəhayət, insanlıq və haqq naminə ədalə... | ANL |
Vəhşi heyvandan da betər... Ananın gözü görə-görə oğlunu, uşağın bəbəkləri qarşısında atasını güllələdilər. Qadınlara, qocalara, körpələrə olmazın işgəncə verdilər. Görünməmiş vəhşiliklər törətdilər. İnsanları kəsdilər, doğradılar, dondurdular, yandırdılar... Yarımca qətrə vicdana sahib olan kəslər bunları edə bilməzdi... | ANL |
ABŞ-dakı Azərbaycan diasporu "Xocalıya ədalət" kampaniyasının loqosu ilə köynəkləri təqdim etmişdir. AzərTAc xəbər verir ki, Xocalı faciəsinin 19-cu ildönümü ilə bağlı ABŞ-dakı Azərbaycan diasporu "Xocalıya ədalət" beynəlxalq kampaniyasının loqosu ilə köynəkləri təqdim etmişdir. "Xocalıya ədalət" loqosu ilə köynəklərin... | ANL |
Küveytdə "Xocalı soyqırımı" kitabı nəşr edilmişdir. Xocalı faciəsinin 19-cu ildönümü ilə bağlı Azərbaycanın Küveytdəki səfirliyinin təşəbbüsü ilə ərəb dilində "Xocalı soyqırımı" kitabı nəşr edilmiş, eləcə də faciə haqqında filmin ərəb dilində diskləri hazırlanmışdır. Səfirlikdən AzərTAc-a bildirmişlər ki, kitab ümummil... | ANL |
Erməni qəddarlığının ifşası. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında türkiyəli jurnalist, professor Cem Oğuzun çəkdiyi "Qaçqın: Anar Usubovun uzun səyahəti" filminin təqdimat mərasimi keçirildi. Filmin nümayişindən öncə Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsəno... | ANL |
Azərbaycanda elə şöhrətli, nəcabətli və möhtəşəm nəsillər var ki, onları həmişə dərin ehtiramla, həm də minnətdarlıq duyğuları ilə yad edirik: elmin, mədəniyyətin, maarifın inkişafında silinməz izlər qoyaraq adlarını tarixə yazan Bədəlbəylilər soyadı kimi. Qarabağdan pərvazlanan bu məşhur nəslin şəcərəsi qədim və çoxşa... | ANL |
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarına döyüş bayrağının təqdim olunması mərasimində iştirak etmişdir. Fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə ... | ANL |
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çıxışı. Sizi döyüş bayrağı almağınız münasibətilə ürəkdən təbrik edirəm, fəaliyyətinizdə uğurlar arzulayıram. Fövqəladə Hallar Nazirliyinin yaranmasından beş il keçir. Bu müddət ərzində nazirliyin bütün strukturları formalaşdı və bu gün müasir t... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Hərbi İdman Şurasının prezidenti Hamad Kalkaba Malboumu qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 23-də Beynəlxalq Hərbi İdman Şurasının prezidenti Hamad Kalkaba Malboumu qəbul etmişdir. Dövlətimizin başçısı Hamad Kalkaba Malboumu Beynəlxal... | ANL |
Qafqaz Müsəlmanları İdarəsinin sədri dünya dini liderlərinə və beynəlxalq təşkilatlara müraciət ünvanlamışdır. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar dünya dini liderlərinə və beynəlxalq təşkilatlara müraciət ünvanlamışdır. Müraciətdə deyilir... | ANL |
Estoniya Respublikasının Prezidenti zati-aliləri cənab Toomas Hendrik İlvesə. Hörmətli cənab Prezident! Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan-Estoniya münasibətləri bu gün hərtərəfli inkişaf yoluna qədəm q... | ANL |
Yeni Zelandiyanın Baş naziri zati-aliləri cənab Con Kiyə. Hörmətli cənab Baş nazir! Ölkənizdə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün xalqınıza şəxsə... | ANL |
Ə.M.Abıyevin Daşkəsən Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram: 1. Əhəd Mikayıl oğlu Abıyev Daşkəsən Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilsin.... | ANL |
Beynəlxalq sərgidə nümayiş etdirilən Azərbaycan guşəsi böyük marağa səbəb olmuşdur. Fevralın 23-də Əl-Küveyt şəhərində beynəlxalq sərgi açılmışdır. Azərbaycanın Küveytdəki səfirliyindən AzərTAc-a bildirmişlər ki, sərgidə Azərbaycan, ABŞ, Böyük Britaniya, Fransa, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, H... | ANL |
"Azərbaycan Hava Yolları" QSC və "Air France" şirkəti birgə istismar haqqında razılaşma imzalamışlar. "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) və "Air France" şirkəti birgə istismar haqqında razılaşma imzalamışlar. Razılaşmaya əsasən, şirkətlər fevralın 22-dən etibarən Paris və Bakı arasında reyslər həy... | ANL |
Türkiyənin Sparta şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılacaqdır. Türkiyədə Sparta bələdiyyəsinin dəstəyi ilə Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş anım tədbir keçirilmişdir. AzərTAc xəbər verir ki, tədbirdə Sparta bələdiyyəsinin başçısı Yusif Ziya Günaydın, Türkiyənin bir çox icti... | ANL |
Almaniya ilə hüquqi əməkdaşlıq inkişaf edir. Fevralın 23-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Almaniyanın ölkəmizdəki səfiri Herbert Kvellen və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) məsul nümayəndələri ilə görüşmüşdür. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişl... | ANL |
"Azərbaycan Respublikasının dövlət idarəetməsi sistemi modernləşmə mərhələsində" mövzusunda elmi konfrans keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) 2010-cu ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekunlarına həsr olunmuş "Azərbaycan Respublikasının dövlət... | ANL |
Auditorlar Palatasında şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizədə qarşıda duran vəzifələr müzakirə edilmişdir. Fevralın 23-də Auditorlar Palatası Şurasının iclası keçirilmişdir. Palatanın mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, iclasda şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizədə ... | ANL |
BDU-nun jurnalistika fakültəsində təhsil alan əlaçı tələbələrə qəzet redaksiyalarında təcrübə keçmək və işlə təmin olunmaq üçün şərait yaradılacaqdır. Fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVİDDF) təşəbbüsü ilə Bakı Dövlət Uni... | ANL |
Yaxud Xocalı faciəsi barədə rekviyem. Fidan körpənin köksünə saplanan bu qanlı xəncərin dəstəyinə diqqətlə baxın: Erməni-Qriqoryan xaçı və sovet imperiyasının rəmzi sayılan Kremlin qızıl ulduzlu qülləsi... Məhz bu qoşa iblisin tandemi (ittifaqı) sayəsində dünyada bənzəri olmayan Xocalı soyqırımı həyata keçirilmişdir...... | ANL |
Xocalı faciəsi "Soyqırımının Beynəlxalq Hüquqi Norması"nın yurisdiksiyasına düşən cinayətdir. Mənşəcə latın sözü olub soykökü məhv etmək mənasını daşıyan "genosid" termininin müxtəlif izahları mövcuddur. Bu termini beynəlxalq mütəxəssislər milli qrupların həyati əhəmiyyətli əsas dayaqlarının məhv edilməsinə yönəldilmiş... | ANL |
Qusarın siması daha da müasirləşir. Azərbaycanın dinamik iqtisadi inkişafını özündə təcəssüm etdirən və bu tərəqqiyə özünəməxsus töhfələr verən rayonlardan biri də Qusardır. Rayon üzrə ötən ilin sosial-iqtisadi yekunları ölkəmizin bütün bölgələrində olduğu kimi, Qusarın da intibah dövrünü yaşadığını bariz formada nümay... | ANL |
Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir. Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fəaliyyət göstərən Azərbaycan Cəmiyyəti Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı anma mərasimi keçirmişdir. Mərasimdə bir sıra xalqların diasporlarının nümayəndələrinə 19 il əvvəl Xocalıda törədilmiş vəhşil... | ANL |
Həqiqət dünyadan gizlədildi, cinayətkarlar istintaqdan. Sumqayıt hadisələrindən 23 il keçir. Sumqayıtda qanlı terror fevralın 27-də baş tutsa da, bu ssenari çoxdan hazırlanmışdı. Əslində bütün bunlar nə Sumqayıtla, nə də sumqayıtlılarla bağlı idi. Bu şəhər yalnız əlverişli məkan, sərfəli mövqe kimi seçilmişdi. Araşdırm... | ANL |
Köhnəlməyən şeirlər. Şair, nasir, dramaturq, pedaqoq Abdulla Şaiq Azərbaycan ədəbiyyatının çox görkəmli və unudulmaz simalarından biridir. Zəngin mənəviyyata malik olan bu şəxsiyyətin həyat və yaradıcılığına hansı yöndən işıq salınsa maraqlı faktlar qarşısında heyrətlənməyə bilmirsən. Hansı sənətin, işin, xidmətin qulp... | ANL |
Şahbuzun musiqili ünvanı. Çox yox, cəmi 4-5 il əvvələ qədər Şahbuz rayonunun mərkəzində çoxmərtəbəli binalar yox dərəcəsində idi. Bu şəhərdə üçmərtəbəli cəmi 2 bina var idi ki, onun biri rayon icra hakimiyyəti, digəri isə respublika əhəmiyyətli müəssisə olan ahıl və kimsəsizlər pansionatı üçün inşa olunmuşdu. 2007-ci i... | ANL |
Azərbaycan istedadlar diyarıdır. Bu istedadlar içərisində dünyada tanınmaqda olan bir sənətkar da var - Əyyub Quliyev. 15 yaşında ikən Bakı Musiqi Akademiyasının dirijorluq fakültəsinə daxil olub, əməkdar incəsənət xadimi, professor Yalçın Adıgözəlovun sinfində təhsil almış, professor Rauf Abdullayevin yanında təcrübə ... | ANL |
Tehran musiqisevərləri "Qarabağ" mahnısını ayaqüstə hərarətlə alqışlamışlar. İranda keçirilən 26-cı Beynəlxalq "Fəcr" musiqi festivalında ölkəmizi Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xalq Çalğı Alətləri Orkestri təmsil etmişdir. Fevralın 22-də orkestrimiz Tehranın "Əndişə" sarayında möhtəşəm... | ANL |
Abşeronun nadir nemətləri. Abşeronun nadir nemətlərindən biri də zeytundur. Yarımadanın təbii iqlim şəraiti zeytunçuluğun sənaye əsasında inkişaf etdirilməsi üçün olduqca əlverişlidir. Təsadüfi deyildir ki, qiymətli ərzaq olan zeytunun bağçılığın inkişafında yüksək səmərəsi nəzərə alınaraq ilk zeytunçuluq təsərrüfatı m... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın dövlət katibinin birinci müavini Ceyms Staynberqin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də ABŞ-ın dövlət katibinin birinci müavini Ceyms Staynberqin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Ə... | ANL |
Küveyt Dövlətinin Əmiri əlahəzrət Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabaha. Əlahəzrət! Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Əminəm ki, xalqlarımızın iradəsini ifadə edən Azərbaycan-Küveyt müna... | ANL |
O.S.Sadıqzadənin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə xalq rəssamı Oqtay Seyid Hüseyn oğlu Sadıqzadə "Şərəf" ordeni ilə təltif edilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
Azərbaycan Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən tədbirlər çərçivəsində ölkədə heyv... | ANL |
Küveytin nüfuzlu "Əl-Nahar" qəzetində Xocalı faciəsi ilə bağlı məqalə dərc olunmuşdur. Fevralın 23-də Küveytin nüfuzlu "Əl-Nahar" qəzetində xalqımızın tarixində qanlı iz buraxmış Xocalı faciəsinin 19-cu ildönümü ilə bağlı geniş məqalə dərc olunmuşdur. Azərbaycanın Küveytdəki səfirliyindən AzərTAc-a bildirmişlər ki, məq... | ANL |
Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva fondun təşəbbüsü ilə Xəzər rayonunda bir sıra təhsil ocaqlarının yenidənqurmadan sonra açılışında iştirak etmiş, turizm obyektlərində aparılan tikinti, əsaslı təmir və bərpa işlərinin gedişi ilə tanış olmuşdur. Azərbaycanın birinci xanımı, Heyd... | ANL |
Aleksandr Mişarin: "Rus və Azərbaycan xalqları arasında ümumi cəhətlər çoxdur, əməkdaşlığımızın humanitar-mədəni komponenti daha da inkişaf edəcəkdir". AzərTAc xəbər verir ki, "MK-Ural" qəzetinin 24 fevral tarixli nömrəsində Sverdlovsk vilayətinin qubernatoru Aleksandr Mişarinin "Azərbaycan ilə humanitar və iqtisadi əm... | ANL |
İcra sahəsində korrupsiya ilə mübarizə gücləndirilir. Prezident İlham Əliyevin korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair tapşırıqları ilə əlaqədar aparılan genişmiqyaslı tədbirlər çərçivəsində Ədliyyə Nazirliyində icra xidmətinin Bakı şəhəri və ətraf bölgələrin yerli qurumlarının bütün əməkdaşlarının iştira... | ANL |
Korrupsiyaya qarşı mübarizə məsələləri Gənclər və İdman Nazirliyinin kollegiya iclasında müzakirə edilmişdir. Prezident İlham Əliyevin tapşırığı əsasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın 2011-ci il yanvarın 27-də keçirilmiş iclasında diqqə... | ANL |
Daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə və korrupsiya hüquqpozmasına yol verdiklərinə görə Yol Patrul Xidmətinin üç əməkdaşı xidmətdən xaric olunmuşdur. Daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə və korrupsiya hüquqpozmasına yol verdiklərinə görə Yol Patrul Xidmətinin üç... | ANL |
Fevralın 24-də Bakı Dövlət Universitetində (BDU) rektorluğun geniş iclası olmuşdur. İclasda Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən islahatlar, Azərbaycanın regionun aparıcı dövləti kimi beynəlxalq nüfuzunun ildən-ilə yüksəlməsi, ölkədə təhsilin inkişafı sahəsində görülən işlər və digər məsə... | ANL |
Vyanada ATƏT PA-nın qış sessiyası keçirilir. Fevralın 24-də Vyanada ATƏT Parlament Assambleyasının (ATƏT PA) X qış sessiyası öz işinə başlamışdır. Sessiyada Azərbaycanı Milli Məclis sədrinin müavini, ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Parlament nümay... | ANL |
Azərbaycan-Ukrayna parlamentlərarası əməkdaşlıq yüksək səviyyədədir. Ukraynada rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ali Radanın sədri Vladimir Litvin ilə görüşmüşdür. Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə ölkələrimiz arasında siyas... | ANL |
Macarıstanın Azərbaycandakı səfirliyinin yeni binasının açılışı olmuşdur. Fevralın 24-də Macarıstanın Azərbaycandakı səfirliyinin yeni binasının açılışı olmuşdur. Açılış mərasimində xarici işlər nazirinin müavini Xələf Xələfov, Macarıstanın xarici işlər üzrə dövlət katibi Jolt Nemet, Avropa Parlamentinin vitse-preziden... | ANL |
Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov "MK-Ural" qəzetinə müsahibəsində əməkdaşlığın perspektivləri barədə açıqlama vermişdir. Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov "MK-Ural" qəzetinə geniş müsahibə vermişdir. Müsahibədə ölkəmizlə Sverdlovsk vilayəti arasında əməkdaşlığın indiki v... | ANL |
Azərbaycandakı Amerika Ticarət Palatasının aylıq işgüzar iclası keçirilmişdir. Fevralın 24-də Azərbaycandakı Amerika Ticarət Palatasının aylıq işgüzar iclası keçirilmişdir. İclasda Amerika Birləşmiş Ştatlarının Azərbaycanda yeni təyin olunmuş səfiri Mətyu Brayzə çıxış etmişdir. Səfir demişdir ki, enerji sahəsi ilə yana... | ANL |
İnkişafın Azərbaycan modeli: aqrar sahənin inkişafı. Müstəqil Azərbaycan sosial-iqtisadi inkişafının elə həlledici mərhələsindədir ki, respublikanın milli iqtisadi inkişaf modelinin nəzəri-praktik əsaslandırılması baxımından aqrar sektorda həyata keçirilmiş islahatlara nəzər salmaq, bu sahədə qarşıda duran vəzifələri m... | ANL |
Heydər ƏLİYEV: "Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir". Mərasimdə çıxış edən Heydər Əliyev Xocalıda dinc azərbaycanlıların faciəli surətdə həlak olmasını, şəhid olmasını Azərbaycan xalqının qəhrəmanlığının, mətanətinin, cəsarəti... | ANL |
Beynəlxalq hüquq normaları Xocalı faciəsinin soyqırımı olduğunu tam təsdiqləyir. Müsahibimiz Azərbaycan Respublikası hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar VƏLİYEVdir. Erməni faşizminin mənfur xislətini tamamilə ifşa edən bu kütləvi və amansız soyqırımı aktı Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütöv... | ANL |
Xocalı soyqırımı bəşəriyyətə və insanlığa qarşı yönəlmiş cinayətdir. Keçmişini unudanların onu yenidən yaşamaq məcburiyyətində qalması tarixin ibrət dərsidir. Azərbaycanın çağdaş tarixində də unudulması mümkün olmayan, bütövlükdə xalqın yaddaşına dərin iz salaraq onu daim mübarizə və qisas ruhunda kökləyən elə faciəli ... | ANL |
SSRİ rəhbərliyi Sumqayıt hadisələrinin qarşısının alınması üçün heç bir tədbir görməmişdir. Sumqayıt hadisələrindən 23 il keçir. 23 il əvvəl - 1988-ci ilin fevral ayında erməni millətçilərinin xaricdə yaşayan havadarlarının və "Daşnaksütyun" partiyasının dəstəyi ilə Sumqaytda qanlı aksiya törətməsi sonradan alovlanan E... | ANL |
Tarixin bağışlamayacağı qanlı cinayət. Xocalı soyqırımı erməni qəsbkarlarının insanlıq və bəşəriyyət əleyhinə qanlı əməllər törətdiyinin əyani sübutudur. Tarixi faktlar təsdiqləyir ki, "Dənizdən-dənizə Ermənistan" xülyası ilə yaşayan erməni ideoloqları müəyyən xarici havadarlarının köməyi ilə müxtəlif vaxtlarda azərbay... | ANL |
Həmin gecə insan adlandırılmağa layiq olmayan cəlladlar tərəfindən bir şəhərin güllələrlə yazılmış ölüm hökmü oxundu. Erməni quduzları növbəti dəfə Xocalıda təkcə Azərbaycan xalqına yox, bütün bəşəriyyətə qarşı sözlə ifadəsi mümkün olmayan bir cinayət törətdilər. Bundan əvvəl də azərbaycanlılara qarşı soyqırımı həyata ... | ANL |
Şamaxıdakı Heydər Əliyev Mərkəzində istedadlı gənclər yetişir. Son illər uğurlu inkişaf dövrünü yaşayan Şamaxı şəhərindəki möhtəşəm tikililərdən biri də Heydər Əliyev Mərkəzinin binasıdır. Burada ulu öndərin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən 555 eksponat saxlanılır. Heydər Əliyev irsini araşdıran 15 nə... | ANL |
Qəbələ qışda da füsunkardır. Azərbaycanın bənzərsiz gözəlliklərə malik rayonlarından biri də Qəbələdir. Son dövrlər görülən abadlıq-quruculuq işləri, həyata keçirilən sosial-iqtisadi layihələr Qəbələni daha da füsunkar etməklə yanaşı, insanların güzəranlarını da xeyli yaxşılaşdırıb. Qeyd etmək lazımdır ki, rayonun turi... | ANL |
Xocalı soyqırımı sülh və bəşəriyyət əleyhinə cinayətdir. Lakin tarixin elə ağrı-acılı, qanlı-qadalı səhifələri də olub ki, onların dəhşətləri zaman keçdikcə üzə çıxır, "yaralarından təkcə qan yox, qanlı göz yaşları süzülür", Xocalı müsibəti, Xocalı dəhşətləri, nəhayət, bu gün Avropanın bir çox məkanlarında eşidilməkdə ... | ANL |
Türkiyədə Xocalı soyqırımına həsr olunmuş sərgi keçirilmişdir. Diasporla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADeF) təşkilatçılığı ilə Sabancı Mədəniyyət Mərkəzində Xocalı soyqırımına həsr olunmuş sərgi keçirilmişdir. TADeF-in sədri Bilal Dündar bildirmişdir ki, s... | ANL |
AzərTAc xəbər verir ki, MŞ İdarə Heyətinin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşlarının, jurnalın redaksiya heyətinin, KİV nümayəndələrinin iştirakı ilə təşkil olunan tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalın kollektivini əlamətdar hadisə münasibətilə təbrik etmiş, Azərbaycan elminin təb... | ANL |
II Respublika muğam müsabiqəsinin qalibləri müəyyənləşdirilmişdir. Fevralın 24-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında II Respublika muğam müsabiqəsinin yekununa həsr edilmiş tədbir keçirilmişdir. AzərTAc xəbər verir ki, müsabiqə Heydər Əliyev Fondunun prezidenti, Y... | ANL |
Almaniyada Azərbaycan ədəbiyyatı və musiqisinin təqdimat mərasimi keçirilmışdir. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı tədbirlər planına uyğun olaraq Almaniyanın Koblenz şəhərindəki Namedy qəsrində "Azərbaycan özünü təqdim edir - Azərbaycana ədəbi və musiqi ilə səyahət" m... | ANL |
Azərbaycanda bugünkü kütləvi informasiya vasitələri bolluğunda jurnalist qıtlığı var. Sözsüz ki, söhbət peşəkar, sözünün və özünün qədrini bilən jurnalistlərdən gedir. Belə jurnalistlərin böyük bir qismi ya təqaüd yaşındadır, ya da məsuliyyətsiz sözün meydan suladığı indiki vaxtda etiraz əlaməti olaraq geri çəkilib. Am... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın daxili işlər naziri Vano Merabişvilini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Gürcüstanın daxili işlər naziri Vano Merabişvilini qəbul etmişdir. Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrd... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebini səlahiyyət müddətinin başa çatması ilə əlaqədar qəbul etm... | ANL |
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin yaradılması və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin strukturu”nda dəyişiklik edilməsi haqqında. Azərbayca... | ANL |
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddə... | ANL |
A.N.Alıyevin Füzuli Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram: 1. Alı Nuşrəvan oğlu Alıyev Füzuli Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilsin. İlh... | ANL |
N.M.Muxtarovun Füzuli Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram: 1. Nəbi Muxtar oğlu Muxtarov Füzuli Rayonu İcra Hakimiyyətinin başçısı vəz... | ANL |
Ukrayna Prezidenti Azərbaycan XİN-in başçısı ilə görüşmüşdür. AzərTAc Ukrayna Prezidenti mətbuat xidmətinə istinadla xəbər verir ki, fevralın 24-də Ukrayna Prezidenti Viktor Yanukoviç Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşmüşdür. Ukrayna dövlətinin başçısı Ukrayna-Azərbaycan münasibətlərinin davam... | ANL |
Bakının Pirşağı qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulan 34 nömrəli şəhər səhiyyə kompleksi istifadəyə verilmişdir. Mərasimdə fondun prezidenti Mehriban xanım Əliyeva iştirak etmişdir. Fevralın 25-də Bakının Pirşağı qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı surətdə yenidən qurulan ... | ANL |
ATƏT PA ötən il noyabrın 7-də Azərbaycanda keçirilmiş parlament seçkilərini yüksək qiymətləndirmişdir. Fevralın 24-25-də Vyanada keçirilən ATƏT-in Parlament Assambleyasının (ATƏT PA) X qış sessiyasının daimi komitəsində müxtəlif ölkələrdə keçirilmiş parlament seçkilərinə dair hesabatlar dinlənilmişdir. 2010-cu il noyab... | ANL |
İkitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur. Yunanıstanda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fevralın 25-də bu ölkənin Baş naziri Qeorqios Papandreu ilə görüşmüşdür. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan ilə Yunanı... | ANL |
Beynəlxalq mühasibat uçotu sisteminə keçidin zəruriliyi müzakirə olunmuşdur. Fevralın 25-də Bakıda "Milli mühasibat uçotu sistemində islahatlar: ilkin nəticələr" mövzusunda konfrans keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Azərbaycanın maliyyə naziri Samir Şərifov ölkəmizdə beynəlxalq mühasibat uçotu sisteminə keçidi... | ANL |
Beynəlxalq Mətbuat İnstitutu Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır. AzərTAc xəbər verir ki, fevralın 25-də Beynəlxalq Mətbuat Mərkəzində Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) nümayəndə heyətinin Azərbaycan səfərinin yekunlarına dair mətbuat konfransı keçirilmişdir. Fevralın 21-dən Azərbaycanda səfərdə olan BMİ-nin dir... | ANL |
"Məcburi köçkün Anar Usubovun həyat hekayəsi" filminə baxış keçirilmişdir. Fevralın 25-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı yeni çəkilmiş "Məcburi köçkün Anar Usubovun həyat hekayəsi" filminə baxış keçirilmişdir. ADA-dan AzərTAc-a bildirmişlər ki, tədbirdə filmin ba... | ANL |
Azərbaycan xalqı böyük bir müsibət yaşadı. Dinc sakinlərin qanına susamış erməni cəlladları bir gecənin içində aman demədən yüzlərlə günahsız insanın qanını axıtdılar. Hər tərəfi bürüyən bəyaz qar axıdılan məsum insanların qanından al qırmızıya boyandı. Bütöv bir şəhər yer üzündən silinmişdi. Bəşər tarixindən gəlib keç... | ANL |
Moskvada "Xocalıya ədalət" kampaniyası çərçivəsində konfrans keçirilmişdir. Azərbaycanın Rusiyadakı səfirliyi, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi, Ümumrusiya Azərbaycanlılar Konqresi, Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) İslam Konfransı Təşkilatının Gənclər Forumu ilə birlikdə "Xocalıya ədalət" bey... | ANL |
Almaniya Bundestaqında "İnsanlığa qarşı cinayət unudulmur. Xocalı qətliamının qurbanlarının və Azərbaycana qarşı təcavüzün xatirəsinə" həsr olunmuş tədbir. Alman-Azərbaycan Münasibətlərinin İnkişafı Cəmiyyəti (GeFDAB) ölkəmizin Almaniyadakı səfirliyinin dəstəyi ilə Bundestaqda Xocalı faciəsinin 19-cu ildönümünə həsr ol... | ANL |
İşğal olunmuş Azərbaycan torpaqları Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində düşməndən azad olunacaq. Fevralın 25-də Konstitusiya Məhkəməsində Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir. AzərTAc xəbər verir ki, əvvəlcə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad... | ANL |
Mübarizliyin zəfər, şəhidliyin şərəf yolu. Deyirlər ki, xoşbəxtlik xəfif meh kimi gəlir. Bədbəxtlik isə tufanı xatırladır - dağıda-dağıda, yıxıb uçura-uçura gəlir. Zəfər və şərəf yolu keçmiş xalqımızın tarixində və taleyində xoşbəxtliklə bədbəxtlik bir-birini əvəzləyib. Xoşbəxtliyə qovuşduğumuz günlər, bədbəxtliyin ağr... | ANL |
Sən Xocalıya qayıdacaqsan. O vaxt sən dünyaya təzəcə göz açmışdın. Hələ ana südünün şirinliyindən başqa bir təam dadmamışdın. Düşmən gülləsindən aldığın yaralar yaman ağrı-acılar duydurdu sənə... O vaxt sən beşiyində mışıl-mışıl yatırdın. Həzin ana laylasından qeyri hələ heç bir nəğmə eşitməmişdin. Düşmən topundan-tüfə... | ANL |
Nərimanov rayonunda Xocalıdan olan şəhid ailələri ilə görüş. Fevralın 25-də Nərimanov Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının nümayəndələri rayon ərazisində məskunlaşan Xocalıdan olan şəhid ailələri ilə görüşmüşlər. Əvvəlcə Xocalı şəhidlərinin xatirəsi sükutla yad edilmişdir.... | ANL |
XOCALI soyqırımı, genosidi - bunun adı belədir. Bu sözləri Prezident İlham Əliyev Goranboyda xocalılılarla görüşü zamanı dedi. "Xocalı faciəsi iki yüz ildən çox müddətdə davakar erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir.". Heydər ƏLİYEV. Aylar, il... | ANL |
Xocalı soyqırımı bəşər tarixində misli görünməmiş cinayətdir. Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Xocalı faciəsinin on doqquzuncu ildönümünə həsr edilmiş anma mərasimi keçirilmişdir. Əvvəlcə Xocalı faciəsində həlak olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Mərasimi giriş sözü ilə aça... | ANL |
"Xocalıya ədalət" kampaniyası çərçivəsində dünya universitetlərində flaşmob aksiyalar keçirilmişdir. AzərTAc xəbər verir ki, xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə İsveçin Linköping, Almaniyanın Potsdam və Türkiyənin Mərmərə, İstanbul, Ankara, Erciyez, Çukurova, 19 Mayıs və TOBB universitetl... | ANL |
İçim zülmət, çölüm zülmət, dardayam. Ətrafımda yalquzaqlar ulaşır, Hara qədəm qoyuramsa, ayağım, Ölənlərin qanlarına bulaşır! Sakinləri otlaq kimi biçilmiş, Al qanları şərab kimi içilmiş, Sahibi yox məzarlıqmı bu şəhər? Gözlər gördüm, neştər ilə oyulmuş, Üzlər gördüm, dəriləri soyulmuş. Kim doğrayıb bu günahsız qolları... | ANL |
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan xalq yazıçısı Əli Vəliyev özünəməxsus ədəbi irsə malik, silsilə romanları ilə nəsrimizi zənginləşdirən unudulmaz nasirlərdən biri idi. Əli Vəliyev həm də xalqımızın taleyini öz şəxsi həyatında yaşamış, onun ağrı-acılarını ürəyində daşımış, erməni-daşnak zülmünün ... | ANL |
Xocalı faciəsi erməni millətçilərinin Azərbaycan xalqına qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir. Azərbaycan Prezidenti İlham Əliyev faciə qurbanlarının xatirəsini anma mərasimində iştirak etmişdir. On doqquz il əvvəl - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı... | ANL |
Sükut dəqiqəsi. Fevralın 26-da Bakı vaxtı ilə saat 17:00-da Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Həmin anda paytaxtın küçələrində nəqliyyat vasitələrinin hərəkəti dayandırılmışdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin! AzərTAc. | ANL |
Xocalı soyqırımı Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın apardığı etnik təmizləmə siyasətinin bir mərhələsi idi. Bu fikir İsraildə keçirilmiş anma mərasimində səsləndirilmişdir. Xocalı faciəsinin 19-cu ildönümü dünyanın hər yerində olduğu kimi, İsraildə də qeyd edilmişdir. "İsrail-Azərbaycan" Beynəlxalq As... | ANL |
Xocalı faciəsi - vəhşiliyin, qəddarlığın son həddi. Azərbaycan Texniki Universitetində Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə AzTU-nun həyətində şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri qoymuş və universitetin foyesində təşkil olun... | ANL |
Sankt-Peterburq şəhərində Xocalı faciəsi ilə bağlı konfrans keçirilmişdir. Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, fevralın 25-də Sankt-Peterburqun M.Qorki adına Mədəniyyət Evində Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi və baş konsulluğun b... | ANL |
Nahaq qan yerdə qalmaz. "Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edərkən, onların qarşısında hər birimiz vicdan və vətəndaşlıq borcu haqqında düşünürük. Bu borcu ödəməyin ən yaxşı yolu Xocalı qəhrəmanlarının uğrunda öz həyatlarını qurban verdikləri idealları yaşatmaq, müstəqil Azərbaycan dövlətini qorumaq, onun s... | ANL |
Qəddarlıq. Müharibə qan-qada, ölüm-itim, dağıntı, dəhşətləri ilə yadda qalır. Ona görə də müharibənin yaraları dərin və sağalmazdır. Tarixin elə ağrı-acılı, qanlı-qadalı səhifələri olub ki, onların dəhşətləri zaman keçdikcə üzə çıxır, yaralarından qan süzülür. Elə Xocalı müsibəti kimi... Qarabağ savaşlarında faciələrim... | ANL |
Arzuların çin olsun... O növrəstə gəlini tanıya bilməzsiniz indi... Bir saçını ağ, bir saçını qara hörə-hörə, torpaq uğrunda qurban getmiş ömür-gün yoldaşının yadigarlarını böyüdə-böyüdə ömrünü şam kimi əritdi. Qoymadı ki, isti ana qucağında balalarını boran-qar vura. Bir yandan da mətinləşdi, övladlarının kürəyi arxas... | ANL |
Xocalı soyqırımı yaddaşlardan silinməyəcək. Cinayətin ağırlığına görə Xatın və Sonqmi kimi dəhşətli faciələrlə bir sırada dayanan Xocalı qətliamı əslində neçə on illərdən bəri ermənilərin öz havadarlarının dəstəyi ilə azərbaycanlılara qarşı yürütdüyü etnik təmizləmə siyasətinin məntiqi nəticəsi idi. Erməni silahlı qüvv... | ANL |
Xocalı faciəsi Latviya jurnalistinin gözləri ilə. Riçardas Lapaytis çox az sayda Pribaltika jurnalistlərindən biridir ki, o, Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətini və Qarabağ müharibəsi haqqında həqiqətləri başqalarının söhbətlərindən eşitməyib. O, 1992-1993-cü illərdə dəfələrlə Azərbaycana səfər etmiş, ön cəb... | ANL |
Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı anım mərasimləri keçirilmişdir. "Rosbalt" informasiya agentliyində "Xocalı soyqırımı: Qarabağ münaqişəsinin dəhşətli hadisəsi haqqında həqiqət" mövzusunda mətbuat konfransı keçirilmişdir. Mətbuat konfransı erməni hərbi cinayətkarlarının Azərbaycanın Xocalı şəhərinin dinc sak... | ANL |
Meksikalı deputat: Markos Peres: "Xocalı yer üzündən hər hansı təbii fəlakət nəticəsində deyil, məhz insan əli ilə dünya xəritəsindən silinmişdir". Azərbaycanın Meksikadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, fevralın 23-də Mexikonun Xatirə və Dözümlük Muzeyində Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı "Xocalı... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.