text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
"Chinar Hotel & SPA Naftalan" kompleksinin yenidənqurmadan sonra açılışı olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev fevralın 10-da Naftalanda "Chinar Hotel & SPA Naftalan" kompleksinin yenidənqurmadan sonra açılışında iştirak etmişdir. Dövlət başçısı açılışı bildirən lenti kəsdikdən sonra komplekslə tanış oldu. Nafta... | ANL |
"Qaşaltı" sanatoriyası Naftalanın yeni sağlamlıq ocağıdır. Dövlət başçısı açılışı bildirən lenti kəsdi və sanatoriya ilə tanış oldu. Dünyada kurort şəhəri kimi tanınan Naftalanın inkişafı ulu öndər Heydər Əliyevin daim diqqət mərkəzində olmuşdur. Hələ 1982-ci il fevralın 19-da Azərbaycan Kommunist Partiyası Mərkəzi Kom... | ANL |
Kürdəmir-Ucar magistral avtomobil yolunun yenidən qurulmuş 42 kilometrlik hissəsi istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev fevralın 10-da Kürdəmir-Ucar magistral avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilmiş 42 kilometrlik hissəsinin açılışında iştirak etmişdir. Dövlət başçısı yolun yeni... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Fransanın nəqliyyat məsələləri üzrə dövlət katibi Tyeri Marianini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 11-də Fransanın nəqliyyat məsələləri üzrə dövlət katibi Tyeri Marianini qəbul etmişdir. Dövlətimizin başçısı Azərbaycan ilə Fransa arasında əla... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 11-də ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasyeni (Fransa), İqor Popovu (Rusiya), Robert Bradtkeni (ABŞ) və ATƏT-in h... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Konkisürmə İttifaqının Prezidenti Ottavio Çinqvantonu qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 11-də Beynəlxalq Konkisürmə İttifaqının Prezidenti Ottavio Çinqvantonu qəbul etmişdir. Beynəlxalq Konkisürmə İttifaqının Prezidenti Ottavio Çinq... | ANL |
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı hesabat verildi. Fevralın 11-də Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirildi. Gündəliyin müzakirəsinə keçməzdən əvvəl deputatlar bir sıra məsələlərlə bağlı fikirlərini bildirdilər. Onlar ölkəmizdə korrupsiya ilə mübarizə sahəsində görülə... | ANL |
ATƏT-in Minsk qrupunun həmsədrləri regiona son səfərlərinin yekunlarına dair bəyanat yaymışlar. ATƏT-in Minsk qrupunun həmsədrləri fevralın 8-11-də Bakı və Yerevana səfərlərinin nəticələri barədə bəyanat yaymışlar. Bəyanatda bildirilir ki, həmsədrlər regiona səfərləri çərçivəsində ATƏT-in hazırkı sədrinin şəxsi nümayən... | ANL |
Mərkəzi Seçki Komissiyasında ATƏT Parlament Assambleyasının nümayəndə heyəti ilə görüş olmuşdur. Fevralın 11-də ATƏT Parlament Assambleyasının vitse-prezidenti Volfqanq Qrossurukun rəhbərlik etdiyi seçkisonrası missiyanin üzvləri Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşmüşdür. Mərkəzi Seçki Komissiyası... | ANL |
Litva Seyminin sədri xanım İrena Dequtienenin Azərbaycana rəsmi səfəri başa çatmışdır. Fevralın 11-də Litva Seyminin sədri xanım İrena Dequtienenin Azərbaycana rəsmi səfəri başa çatmışdır. Heydər Əliyev Beynəlxalq Aeroportunda Litva Seyminin sədrini Milli Məclis Sədrinin müavini Bahar Muradova və digər rəsmi şəxslər yo... | ANL |
İranın milli bayramı şərəfinə. İranın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - İslam inqilabının 32-ci ildönümü münasibətilə "Gülüstan" sarayında rəsmi qəbul təşkil etmişdir. AzərTAc xəbər verir ki, əvvəlcə tədbirdə Azərbaycan Respublikasının və İran İslam Respublikasının dövlət himnləri səslənmişdir. Tədbird... | ANL |
Avropa Parlamentində "Azərbaycanda məcburi köçkünlər: Dağlıq Qarabağdan - Xocalıdan Bakıya" adlı tədbir keçirilmişdir. Sərhədsiz İnsan Hüquqları Təşkilatı (SİHT) Avropa Parlamenti sədrinin müavini Laslo Tokeşin himayəsi ilə "Azərbaycanda məcburi köçkünlər: Dağlıq Qarabağdan - Xocalıdan Bakıya" adlı tədbir keçirilmişdir... | ANL |
XXI əsrdə ictimai elm və cəmiyyət: milli və qlobal məkanın çağırışları və yeni vəzifələr. Cəmiyyətin idarə edilməsi paradiqmalarının mahiyyət dəyişikliklərinə uğraması, XXI əsrin inkişaf templərinin və fəaliyyət tiplərinin dinamik surətdə yeniləşməsi ilə bağlılıqda bu sahədə mövcud olan baxışlara yenidən nəzər salınmas... | ANL |
"İqtisadi inkişafa xidmət edən vergi islahatları" mövzusunda "dəyirmi masa" keçirilmişdir. Bakı Biznes Mərkəzində Milli Məclisin komitə sədrlərinin, iqtisadçı alimlərin və işgüzar dairələrin vergi xidməti işçilərinin peşə bayramına həsr olunmuş "İqtisadi inkişafa xidmət edən vergi islahatları" mövzusunda tədbir keçiril... | ANL |
Ağsuda "Arxeoloji turizmin inkişaf perspektivləri" mövzusunda seminar keçirilib. Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyduqdan sonra şəhərin "Qəhrəmanlar parkı"nda Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş ağsuluların abidəsini ziyarət etmişlər. Heydər Əliyev Se... | ANL |
Ölkənin yanacaq-energetika kompleksinin inkişafı ilə bağlı 6 il əvvəl qəbul olunmuş Dövlət Proqramı uğurla icra edilir. Azərbaycan qədim zamanlardan neft ölkəsi kimi tanınır. Keçmiş SSRİ kimi nəhəng ölkənin əsas neft təchizatçısı da Azərbaycan olmuşdur. İkinci Dünya müharibəsində neft məhsullarına artan tələbatı Azərba... | ANL |
Milli Məclisdə qəbul. Fevralın 12-də Milli Məclisin Sədri Oqtay Əsədov ATƏT PA-nın vitse-prezidenti Volfqanq Qrossrukun başçılığı ilə qurumun seçki sonrası missiyasının üzvlərini qəbul etdi. Parlamentin Sədri qonaqları səmimi salamlayaraq müstəqil Azərbaycanın ATƏT və onun qurumları ilə əlaqələrin inkişafına böyük önəm... | ANL |
Ölkədə rüşvətxorluğa, korrupsiyaya qarşı ictimai nəzarət daha güclü olmalı və ciddi mübarizə aparılmalıdır. Bu fikirləri Prezident İlham Əliyev Qazax və Tovuz rayonlarına səfəri zamanı səsləndirmişdir. Ötən son 8 ildə Azərbaycanda özəl sektorun inkişafı daha da sürətlənmiş, respublikamızda sahibkarlığın inkişafına diqq... | ANL |
Penitensiar sistemdə qanunçuluğun təmin edilməsində müsbət nəticələr əldə olunmuşdur. Fevralın 11-də Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Baş İdarəsində xidmətin 2010-cu ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş Əməliyyat Şurası keçirilmişdir. Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər... | ANL |
Astanada keçirilən "Nur Otan" partiyasının qurultayında Azərbaycan Milli Məclisinin deputatları iştirak etmişlər. Astanada hakim "Nur Otan" partiyasının 13-cü qurultayı keçirilmişdir. Qurultayda partiyanın Siyasi Şurasının üzvləri, səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələri, politoloqlar, xarici ölkələrdən... | ANL |
Heydər Əliyev Fondunun dəstəyi ilə Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndində yeni məktəb binası tikilir. Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsinin Qardabani rayonundakı Qaracalar kəndində yeni məktəb binası inşa olunur. Müasir standartlara uyğun tikilən bina yeni dərs ilinədək istifadəyə veriləcəkdir. Qardab... | ANL |
Vətənin mərd oğulları. Biz onları kifayət qədər tanıyır və tanıdırıqmı. Bir neçə məktəbdə, mədəniyyət ocağında, eləcə də hərəkətin gur olduğu yerlərdə müxtəlif yaşlı insanlara belə bir sualla müraciət etdik: - Gəncənin neçə Milli Qəhrəmanı var? Əksəri iki-üç nəfərdən artıq Milli Qəhrəmanın adını yada sala bilmədi. Gənc... | ANL |
Həqiqəti boğmağa hesablanan yalanlar, uydurmalar, şayiələr... Sumqayıt hadisələrindən 23 il keçir. Hadisələr Sumqayıtın dördüncü məhəlləsində başladı, günün günorta çağı, hamının gözü qabağında. Amma əsl təxribatçıları heç kəs üzdən tanıya bilmirdi. Hay-küy yaradanlar, mitinqlərdə çıxış edənlər yerlilərdən çox gəlmələr... | ANL |
Nə vaxtsa o yurdlarımıza qayıdacağıq. Xudafərin körpüsünə çatanda iranlı sürücüyə - qardaş, mümkünsə maşını burada bir dəqiqəliyə saxla - deyə müraciət etdim. O maşını saxlayıb soruşdu: - Ağa, burada neyləmək istəyirsən? Yarızarafat dedim ki, bu körpü vasitəsi ilə Arazın o tayına gedib-qayıtmaq istəyirəm. Sürücünün təə... | ANL |
Gülüstan və Türkmənçay müqavilələri. O vaxtdan bəri tariximizin hər səhifəsində erməni qanının izi var. Tarixin bütün dövrlərində xalqımız müxtəlif siyasi- hərbi münaqişələrə cəlb olunmuş, nəticədə zaman-zaman əraziləri işğal olunmuş, insanları qətlə yetirilmişdir. Müharibələr nəticəsində xalqın minilliklər boyu formal... | ANL |
Prezident İlham Əliyev ötən ilin dekabrında tarzən Bəhram Mansurovun 100 illik yubileyinin keçirilməsi barədə sərəncam imzaladı. Böyük bir nəslin davamçısı olan Bəhram Mansurov Azərbaycan muğamlarının keşiyində mətanətlə dayanan, onu yad təsirlərdən məhəbbətlə qoruyan və öz sənətində yaşadan istedadlı tarzən idi. Muğam... | ANL |
Opera səhnəsinin yeni ulduzu. Bakıda doğulub boya-başa çatmış və Milli Opera və Balet Teatrında fəaliyyət göstərmiş lirik-dramatik soprano Dinara Əliyeva öz ifaçılıq məharəti ilə Azərbaycandan uzaqlarda da yaxşı tanınır. O, vokalçıların 2007-ci ildə Afinada keçirilən Mariya Kallass adına Beynəlxalq müsabiqədə ikinci mü... | ANL |
Kiçiklərin məhəbbəti, böyüklərin münasibəti. Paytaxt Bakının mədəniyyət ocaqları sırasında uşaq və yeniyetmələrin sevimli ünvanına çevrilmiş Bakı Uşaq Teatrı fəaliyyətə başladığı gündən öz kiçik tamaşaçılarının bədii təfəkkürlərinin formalaşmasında xüsusi rol oynamaqla bərabər, maraqlı və həm də çətinliklərlə dolu on i... | ANL |
Berlində İranın Azərbaycanın daxili işlərinə qarışmasına etiraz aksiyası keçirilmişdir. Almaniyadakı Azərbaycan diaspor təşkilatlarının təşəbbüsü ilə fevralın 12-də İranın Berlindəki səfirliyi qarşısında daha bir etiraz aksiyası keçirilmişdir. Aksiya iştirakçıları İranın Azərbaycanın daxili işlərinə qarışmasını, İran K... | ANL |
Azərbaycanı hər yerdə olduğu kimi tanıtmalıyıq. Bu vəzifə yurdunu yaxşı tanıyan və ürəkdən sevən insanların üzərinə düşür. İndi turizm dünya iqtisadiyyatının prioritet sahələrindən birinə çevrilmişdir. Bu tendensiya Azərbaycanda da özünü göstərir. Hazırda dünya ölkələrinin milli gəlirinin əsas hissəsi turizm sənayesini... | ANL |
Zəfəran. Abşeronun nadir nemətləri. Abşeron torpağının altı "qara qızıl"la zəngin olduğu kimi, üstü də qızıla bərabər nadir nemətlərin yetişdirilməsi üçün əlverişli məkan hesab olunur. Abşeronda becərilən nadir nemətlərdən biri - ən qiymətlisi zəfərandır. Dünyanın bir sıra ölkələrində, o cümlədən İspaniyada, İtaliyada,... | ANL |
Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş rəsm müsabiqəsinin birinci turu yekunlaşmışdır. Fevralın 12-də Kitab klubunda ANS Şirkətlər Qrupunun təşkilatçılığı ilə keçirilən Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş rəsm və əl işləri müsabiqəsinin birinci turuna yekun vurulmuşdur. AzərTAc xəbər veri... | ANL |
Prezident İlham Əliyev "Birlik" kubokunu qazanmış Bakının "İnter" klubunun futbolçularını qəbul etmişdir. Fevralın 14-də Prezident İlham Əliyev "Birlik" kubokunu qazanmış Bakının "İnter" klubunun futbolçularını və məşqçilərini qəbul etmişdir. Prezident İlham ƏLİYEV "Birlik" kuboku yarışlarında qazanılmış qələbə münasib... | ANL |
Serbiya Respublikasının Prezidenti zati-aliləri cənab Boris Tadiçə. Hörmətli cənab Prezident! Ölkənizin milli bayramı - Dövlətçilik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, Azərbaycan-Serbiya münasibətlərinin inkişafı, dostluq əlaqələrimiz... | ANL |
N.İ.Rzayevin "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Nizaməddin İsmayıl oğlu Rzayev "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
2011-ci il yanvarın 31-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Fələstin dövlətinin Xarici İşlər Nazirliyi arasında Fələstin dövlətinin Azərbaycan Respublikasındakı səfirliyinin fəaliyyətinə maddi-texniki yardım göstərilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə. Azərbaycan ... | ANL |
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yol patrul xidməti əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində bəzi tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yol patrul xidmətini həyata keçirən... | ANL |
Azərbaycanda "Mədəniyyət" telekanalı fəaliyyətə başladı. Fevralın 14-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycanda yeni "Mədəniyyət" kanalının fəaliyyətə başlaması münasibətilə mərasim keçirilmişdir. AzərTAc xəbər verir ki, dövlət və hökumət rəsmilərinin, Milli Məclis deputatlarının, tanınmış alimlərin, mədəniyyət və inc... | ANL |
Avstriyanın Azərbaycandakı səfiri Qafqaz Müsəlmanları İdarəsində olmuşdur. Fevralın 14-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Avstriyanın Azərbaycandakı səfiri xanım Silvia Mayer-Kaybiç ilə görüşmüşdür. QMİ-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, diplomatı Avstriyaya sə... | ANL |
Azərbaycan və Fransa arasında mənəvi əlaqələrin perspektivləri müzakirə edilmişdir. Fransanın Azərbaycandakı səfiri Qabriel Keller fevralın 14-də Qafqaz Müsəlmanları (QMİ) İdarəsində olmuşdur. Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Şeyxülislam Allahşükür Paşazadə ilə görüşdə Azərb... | ANL |
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri ətraf mühit bölməsi üzrə Avropa Nazirlər Şurasının üzvü seçilmişdir. Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov ətraf mühit bölməsi üzrə Avropa Nazirlər Şurasının üzvü seçilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Ümumdünya Səhiyyə Təşkilatın... | ANL |
Auditorlar Palatasının nümayəndə heyəti Avropa Komissiyasının konfransında iştirak etmişdir. Avropa Komissiyası tərəfindən Brüssel şəhərində auditin müasir problemlərinə dair "Maliyyə hesabatı və audit: dəyişmə zamanı?" mövzusunda konfrans keçirilmişdir. Palatanın mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, ko... | ANL |
Ölkə Prezidentinin sosialyönümlü iqtisadi siyasəti və vətəndaşların müraciətləri. "Mən hər bir məmurdan tələb edirəm ki, öz vəzifə borcuna vicdanla yanaşsın, tapşırılan sahədə yaxşı işləsin, insanları narahat edən problemləri həll etsin. Bütün ərizə və müraciətlərə vaxtlı-vaxtında cavab versin". Xalqın bəhrələndiyi dav... | ANL |
Abşeron daha sürətli inkişaf mərhələsinə qədəm qoyur. Sosial-iqtisadi tərəqqi sahəsində özünəməxsus cəhətləri ilə seçilən, dayanıqlı və davamlı yüksəliş xarakterinə malik inkişafın Azərbaycan modelinə bu gün beynəlxalq miqyasda da kifayət qədər böyük maraq göstərilir. Bu modelin qısa zaman kəsiyində böyük uğurlara, möh... | ANL |
Dəyərli alim, nəcib ziyalı, layiqli vətəndaş. Hər bir millətin bəşəri miqyasda tanınmasında, məşhurlaşmasında və mütərəqqi yolla inkişafında onun sayılıb-seçilən ziyalılarının, elm xadimlərinin xidmətləri danılmazdır. Yüksək zəkası, istedadı, əxlaqi keyfiyyətləri ilə seçilən belə irfan sahibləri yaşadıqları zamanın föv... | ANL |
AMEA-nın "Xəbərlər" jurnalının biologiya elmləri seriyasının yeni nömrəsi dünya şöhrətli akademik Cəlal Əliyevin və yetirmələrinin tədqiqatlarına həsr olunmuşdur. Azərbaycan Milli Elmlər Akademiyasının dövri nəşri olan "Xəbərlər" jurnalının biologiya elmləri seriyasının 2010-cu il üçün birgə 5-6-cı nömrəsi çapdan çıxmı... | ANL |
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. "Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi t... | ANL |
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında Əsasnamə”yə dəyişiklik və əlavə edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 2.1.9-cu bənddə “regionların sosial-iqtisadi inkişafın... | ANL |
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanı ilə təsdiqSahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmişdir. Bu əsa... | ANL |
2010-cu il dekabrın 29-da imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatlarının "Uşaqların Xilası" (Save the Children) Təşkilatı arasında Uşaq və Ailələrə Dəstək mərkəzlərinin təhvili haqqında Saziş"in təsdiq edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 2010-cu il dekabrın 2... | ANL |
2011-ci il yanvarın 17-də Riqa şəhərində imzalanmış "Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Latviya Respublikasının Dövlət Gəlirləri Xidməti arasında vergi qanunvericiliyinə əməl edilməsi məsələləri üzrə qarşılıqlı inzibati yardım və məlumat mübadiləsi haqqında Saziş"in təsdiq edilməsi barədə. Azərbaycan Resp... | ANL |
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikasında turizmin daha da inkişaf etdirilməsi və turizm fəaliyyəti üçün əlverişli şəraitin yaradılması zərurətini nəzərə alaraq, turizm ehtiyatlarından səmərəli istifadə olunmaqla zəngin coğrafi landşafta malik ölkəmizin təbiət abidələrinin və eləcə də ... | ANL |
Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikasında pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədi ilə və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə uyğun olaraq qərara alıram: 1. 1.2... | ANL |
Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin hazırlanması haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Biometrik informasiya texnologiyaları əsasında Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin istehsalı və tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezid... | ANL |
2011-ci il yanvarın 13-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Rusiya Federasiyasının Narkotiklərin Dövriyyəsinə Nəzarət üzrə Federal Xidməti arasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizədə əməkdaşlıq ha... | ANL |
2011-ci il yanvarın 10-da Əl-Küveyt şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında iqtisadi və texniki əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 2011-ci il yanvarın 10-da Əl-Küveyt şəhərində imzalanmış “Azərbaycan Re... | ANL |
2010-cu il iyunun 7-də İstanbul şəhərində imzalanmış “Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Türkiyə Respublikası Enerji və Təbii Sərvətlər Nazirliyi arasında təbii qazın satışı və nəqli üzrə Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 2010-cu il... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev "Mir" Dövlətlərarası Teleradio Şirkətinə müsahibə vermişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də "Mir" Dövlətlərarası Teleradio Şirkətinə müsahibə vermişdir. Müsahibədə dövlətimizin başçısı Azərbaycanın sürətli iqtisadi inkişafı, Ermənistan-Azərbaycan, Da... | ANL |
Litva Respublikasının Prezidenti zati-aliləri xanım Dalya Qribauskayteyə. Hörmətli xanım Prezident! Milli bayramınız - Litva dövlətinin bərpası günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Azərbaycan ilə Litva arasındakı ənənəvi dostluq və əməkdaşlıq mün... | ANL |
Azərbaycan demokratiyaya sadiqdir. ABŞ-ın nüfuzlu "The Washington Post" qəzeti 14 fevral tarixli nömrəsində Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Yaşar Əliyevin məqaləsini dərc etmişdir. Məqalədə Fred Hiattın qəzetin 7 fevral tarixli nömrəsində dərc olunmuş yazısına tutarlı dəlillərlə cavab verilmişdir. Y.Əliyev mə... | ANL |
Səfir Sabine Ulman Şaban: "Siz bugünkü Azərbaycanla fəxr edə bilərsiniz!". Fevralın 15-də Milli Məclis Sədrinin müavini Bahar Muradova İsveçrə Konfederasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Sabine Ulman Şabanı qəbul etdi. Qonağı səmimi salamlayan vitse-spiker ona gələcək diplomat... | ANL |
Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. AzərTAc xəbər verir ki, fevralın 15-də Sənaye və Energetika Nazirliyində 2006-cı il noyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Xose Manuel Barrozu arasında imzalanmış "Avropa İttifaqı... | ANL |
Avropa İttifaqı Azərbaycana bərpa olunan enerji resurslarından səmərəli istifadədə kömək edəcəkdir. Hazırda Avropa İttifaqı (Aİ) ilə Azərbaycan enerji sahəsində mühüm bir mərhələni yaşayır. Bir müddət əvvəl Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun Azərbaycana səfəri zamanı siyasi məsələlər barədə razılıqlar ə... | ANL |
Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan AGRI layihəsinin texniki iqtisadi əsaslandırılmasını 2012-ci il aprelin 1-dək hazırlamaq barədə razılığa gəlmişlər. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan AGRI (Azerbaijan-Georgia-Romania Interconnenector) layihəsinin texniki iqtisadi əsaslandırılmasını 2012-ci il ap... | ANL |
Azərbaycan nefti Ukraynanın, region ölkələrinin və bütövlükdə Avropanın enerji təhlükəsizliyini möhkəmləndirir. Neftin nəql edilməsi "Ukrtransnafta" ASC və "Belorusskaya neftyanaya kompaniya" Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında neftin nəqli ilə əlaqədar xidmətlər göstərilməsi barədə bu il yanvarın 17-də imzalanmış ... | ANL |
Azərbaycan Beynəlxalq Bankı - Moskva Rusiyanın bank sektorunda öz mövqelərini möhkəmlədir. Bir sıra ölkələrin bank sahələrini də əhatə etmiş dünya iqtisadi böhranının neqativ nəticələrinə baxmayaraq, Azərbaycan Beynəlxalq Bankı - Moskva 2010-cu ili müsbət nəticələrlə başa vurmuş və hətta Rusiyanın davamlı bankı sertifi... | ANL |
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və "Konstitu... | ANL |
Azərbaycanda DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi ilə bağlı proqram təsdiq edilmişdir. AzərTAc xəbər verir ki, Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisində DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi və inkişafı Proqramı"nı təsdiq etmişdir. Proqramın əlaqələndirici orqanı Rabitə və İnform... | ANL |
"Mədəniyyət haqqında" qanuna əlavə və dəyişikliklər olacaqdır. Fevralın 15-də Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirildi. İclası açan komitənin sədri Nizami Cəfərov ilk olaraq 2010-cu ilin payız sessiyası ərzində komitədə görülən işlər barədə məlumat verdi. Qeyd edildi ki, bu dövrdə komitənin 3 iclası keçir... | ANL |
"Mədəniyyət haqqında" qanuna əlavə və dəyişikliklər olacaqdır. Fevralın 15-də Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirildi. İclası açan komitənin sədri Nizami Cəfərov ilk olaraq 2010-cu ilin payız sessiyası ərzində komitədə görülən işlər barədə məlumat verdi. Qeyd edildi ki, bu dövrdə komitənin 3 iclası keçir... | ANL |
Möhtəşəm tarixi keçmişə malik Azərbaycan zaman-zaman üzləşdiyi ən ağır sınaqlardan belə şərəflə çıxmağı bacarıb. Bununla mövcudluğunu, milli varlığını daha da möhkəmləndirib, illər, əsrlər keçdikcə geridə hər zaman zəngin bir keçmiş qoyub. Elə bu səbəbdəndir ki, hər bir azərbaycanlı öz tarixi ilə, ata-babalarının keçdi... | ANL |
Dövlət Dəniz Administrasiyasının kollektivi öz fəaliyyətində beynəlxalq əməkdaşlığı prioritet hesab edir. Ölkəmizdə dəniz nəqliyyatı sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsi, korrupsiyaya şərait yaradan halların aşkarlanması və aradan qaldırılması, habelə dəniz nəqliyyatında baş vermiş və gözlənilən fövqəl... | ANL |
Sumqayıt hadisələrindən 23 il keçir. İkinci Dünya müharibəsindən sonra Qərbin SSRİ-yə qarşı elan etdiyi "soyuq müharibə" 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərində artıq öz nəticəsini verməkdə idi. Sov.İKP MK-nın Baş katibi Mixail Qorbaçov bütün siyasi fəaliyyətinin böyük bir hissəsini Avropanın SSRİ-ni iflasa u... | ANL |
Korrupsiyaya qarşı mübarizə daha da gücləndirilməlidir. Fevralın 15-də Nəqliyyat Nazirliyində (NN) kollegiya iclası keçirilmişdir. Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbirdə kollegiyanın sədri, nazir Ziya Məmmədov Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın yanvarın 27-də keçirilmiş iclasında ... | ANL |
Təhsil Nazirliyində kollegiya iclası olmuşdur. Fevralın 15-də Təhsil Nazirliyində "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planında (2007-2011-ci illər) nəzərdə tutulan tədbirlərin icrasına həsr olunmuş kollegiya iclası keçirilmişdir. Azərb... | ANL |
Əlverişli coğrafi mövqeyi, flora və faunasının zənginliyi, gözəl təbiəti, dənizi, mədəni-tarixi irsi, ləziz mətbəxi və yüksək qonaqpərvərlik ənənələri ölkəmizdə kütləvi turizmin inkişafı üçün böyük perspektivlər açır. "İpək yolu" kimi tarixi yol ölkəmizin ərazisindən keçir, qərbdən şərqə, şimaldan cənuba gedən turizm m... | ANL |
Məqsəd vətənpərvər ruhlu gənclər yetişdirməkdir. "Hər bir millətin mədəni tərəqqisi məktəblə, məktəbin tərəqqisi isə müəllimlərlə bağlıdır". Bu fikir xalqımızın görkəmli maarifçilər nəslinin böyük nümayəndəsi Nəriman Nərimanova aiddir. Ziyalı adına layiq olan bu müqəddəs peşə adamları özlərinə məxsus nəcib keyfiyyətlər... | ANL |
Sənətin böyük Ağası. Qəribə səslənsə də, bu fikir bizim deyil. Görkəmli heykəltaraş Ömər Eldarov bu sözləri dərin ehtiram və məhəbbətlə bir xalq rəssamı haqqında söyləyib: "Böyükağa Mirzəzadə - Böyük Ağadır. Sənətin həqiqətən böyük Ağası". Azərbaycan milli rəngkarlıq məktəbinə Avropa ruhunu gətirərək onun daha da zəngi... | ANL |
Hindistanda Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsi elan edilmişdir. AzərTAc xəbər verir ki, Hindistanda "Xocalı - gələcək üçün ibrət" inşa yazı müsabiqəsi elan olunmuşdur. Azərbaycanın Hindistandakı səfirliyinin dəstəyi və "Athena Ventures" şirkətinin təşkilatçılığı ilə Xocalı soyqırımın... | ANL |
ABŞ-ın CNN telekanalında Azərbaycanla bağlı növbəti reportaj yayımlanır. AzərTAc xəbər verir ki, dünyanın nüfuzlu CNN telekanalının "World View" xəbər proqramında Azərbaycanla bağlı növbəti reportaj yayımlanır. Bu reportajda İsmayıllı rayonundakı İvanovka kəndinin tarixindən, sakinlərin həyatından və buradakı Nikolay N... | ANL |
Normativ hüquqi aktlar haqqında. Azərbaycan Respublikasının Konstitusiya Qanunu. Bu Konstitusiya Qanunu normativ hüquqi aktların hazırlanması, qəbul olunması, rəsmiləşdirilməsi, dərc edilməsi, qüvvədə olması, şərh edilməsi və sistemləşdirilməsi qaydalarını müəyyən edir. ÜMUMİ MÜDDƏALAR. Bu Konstitusiya Qanununda istifa... | ANL |
Azərbaycanın Paralimpiya idmançılarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycanda paralimpiya hərəkatının inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi" medalı ilə təltif edilsinlər: Abdullayev Zahir Abdulla oğlu. İbrahimov Ramin İbrahim oğ... | ANL |
Q.C.Hüseynovun "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Qorxmaz Cavanşir oğlu Hüseynov "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
"Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Konstitusiya Qanununun tətbiq edilməsini təmin... | ANL |
"Dövlət və yerli özünüidarə orqanlarının aktlarının elektron informasiya sistemləri vasitəsilə açıqlanması Qaydası"nın təsdiq edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. "Dövlət və yerli özünüidarə orqanlarının aktlarının elektron informasiya sistemləri vasitəsilə açıqlanması Qaydası" təsdiq edils... | ANL |
Dövlət və yerli özünüidarə orqanlarının aktlarının elektron informasiya sistemləri vasitəsilə açıqlanması Qaydası. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli fərmanı ilə təsdiq edilmişdir. Bu Qayda "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci il... | ANL |
Ədliyyə Nazirliyinin Penitensiar xidmətində korrupsiyaya qarşı mübarizə ilə bağlı geniş müşavirə keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin korrupsiya ilə mübarizənin gücləndirilməsinə dair tapşırığından irəli gələn məsələlər Ədliyyə Nazirliyinin geniş kollegiya iclasında ətraflı müzakirə edilərək qəti tədbirl... | ANL |
Buxarestdə AGRİ layihəsinin həyata keçirilməsi məsələləri müzakirə olunmuşdur. Buxarestdə Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan (AGRİ) mayeləşdirilmiş təbii qaz əlaqələndirici layihəsi üzrə nazirlərin iclası keçirilmişdir. AzərTAc xəbər verir ki, iclasda Azərbaycanı sənaye və energetika naziri Natiq Əliyev, ARDNŞ-in... | ANL |
Almaniya öz vətəndaşlarının Azərbaycanın işğal olunmuş rayonlarına səfər etmələrini məsləhət görməyən dövlətlərə qoşulmuşdur. Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş torpaqlarında yaradılmış oyuncaq rejim ətrafında beynəlxalq təcrid halqası daralmaqdadır. AFR XİN ölkə vətəndaşlarının Azərbaycanın işğal olunmuş... | ANL |
Gəncənin tarixi haqqında yeni kitab. Son illərdə qədim Gəncə tarixinin araşdırılıb təbliğ edilməsinə xüsusi diqqət yetirilir. Əsrlərin yadigarı olan abidələr bərpa olunur, elmi-praktiki konfranslar keçirilir, kitablar nəşr edilir. "Gəncə tarixinin aktual problemləri" mövzusundakı ikinci elmi-praktik konfransın material... | ANL |
Fransa XİN: Dağlıq Qarabağ Azərbaycanın lap mərkəzində yerləşən işğal edilmiş ərazidir. ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın Xarici İşlər Nazirliyinin rəsmi saytında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair sənəd yerləşdirilmişdir. Sənəddə Dağlıq Qarabağ bölgəsi Azərbaycanın iş... | ANL |
Tarix boyu özgə torpaqlarına göz dikən ermənilərin nə qədər mənfur, xəyanətkar bir xislətə malik olduqlarını zaman daim qabarıq şəkildə büruzə verib. XVIII əsrdən etibarən Azərbaycan ərazilərinə köçürülməyə başlanan ermənilərin iç üzü, hər fürsətdə xəyanətə, vəhşət törətməyə hazır olmaları xalqımıza daha yaxşı bəllidir... | ANL |
Qaradağlı faciəsi. 1985-ci ildə Mixail Qorbaçovun Sov.İKP MK-ya Baş katib gəlməsilə mərkəzin Azərbaycana münasibəti kökündən dəyişdi. Bundan yararlanan ermənilər millətimizə qarşı ekspansiyanın növbəti mərhələsinə keçdilər. 1987-ci ilin sonlarından etibarən Yerevanda Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləş... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin "Mir" Dövlətlərarası Teleradio Şirkətinə müsahibəsi. Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də "Mir" Dövlətlərarası Teleradio Şirkətinə müsahibə vermişdir. AzərTAc həmin müsahibənin mətnini təqdim edir. - Hörmətli cənab Prezident, keçən... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Kubanın xarici işlər naziri Bruno Eduardo Rodriqes Parrilyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Kubanın xarici işlər naziri Bruno Eduardo Rodriqes Parrilyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul e... | ANL |
Prezident İlham Əliyev Gürcüstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidzenin etimadnaməsini qəbul etmişdir. Səfir Teymuraz Şa... | ANL |
Prezident İlham Əliyev ABŞ-ın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mətyu Brayzənin etimadnaməsini qəbul etmişdir. Səfir Mətyu ... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev İranın informasiya texnologiyaları və kommunikasiya naziri Reza Tağıpur Ənvərinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də İran İslam Respublikasının informasiya texnologiyaları və kommunikasiya naziri Reza Ta... | ANL |
Azərbaycan Kuba ilə bütün sahələrdə əlaqələrin inkişafında maraqlıdır. Fevralın 17-də Azərbaycanın Baş naziri Artur Rasizadə ölkəmizdə rəsmi səfərdə olan Kubanın xarici işlər naziri Bruno Eduardo Rodriqes Parrilyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Ölkələrimiz arasında münasibətlərin inkişafından məmn... | ANL |
Kubanın xarici işlər naziri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişdir. Azərbaycanda rəsmi səfərdə olan Kubanın xarici işlər naziri Bruno Eduardo Rodriqes Parrilya fevralın 17-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliye... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.