text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Azərbaycan ilə Kuba arasında bir çox sahələrdə əməkdaşlığın inkişafı üçün geniş potensial mövcuddur. Fevralın 17-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan kubalı həmkarı Bruno Eduardo Rodriqes Parrilya ilə görüşmüşdür. AzərTAc xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərə... | ANL |
Azərbaycan ilə Kuba arasında əlaqələrin hərtərəfli inkişafı üçün geniş imkanlar vardır. Azərbaycanda rəsmi səfərdə olan Kubanın xarici işlər naziri Bruno Eduardo Rodriqes Parrilya fevralın 17-də Milli Məclisin Sədri Oqtay Əsədovla görüşmüşdür. O.Əsədov demişdir ki, ölkələrimiz arasındakı əlaqələrin qədim tarixi vardır.... | ANL |
Azərbaycanda yeni təyin olunmuş səfirlər ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmişlər. Gürcüstanın və ABŞ-ın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirləri Teymuraz Şaraşenidze və Mətyu Brayzə fevralın 17-də Heydər Əliyev Sarayının qarşısındakı parka gələrək, ulu öndərin abidəsini ziyarət e... | ANL |
Mətyu Brayzə: Prezident Obamanın məni səfir postuna təyin etməsi onun ABŞ-Azərbaycan əlaqələrinə böyük önəm verdiyini göstərir. Prezident Obamanın məni səfir postuna təyin etməsi onun ABŞ-Azərbaycan əlaqələrinə böyük önəm verdiyini göstərir. Bu sözləri Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəlad... | ANL |
Avropa Şurası baş katibinin Azərbaycanda yeni xüsusi nümayəndəsi təyin edilmişdir. Avropa Şurası baş katibinin Azərbaycanda yeni xüsusi nümayəndəsi təyin edilmişdir. Bu vəzifədə Konstantin Erokostopulos çalışacaqdır. K.Erokostopulos bundan əvvəl Yunanıstanın Avropa Şurasındakı daimi nümayəndəliyinin rəhbəri, qurumun ba... | ANL |
Avropa Şurasının baş katibinin xüsusi nümayəndəsi vəzifəsinə ilk dəfə olaraq Azərbaycan vətəndaşı təyin edilmişdir. Avropa Şurasının baş katibi Töborn Yanqland bir sıra ölkələrdə özünün yeni xüsusi nümayəndələrini - AŞ ofislərinin rəhbərlərini təyin etmişdir. Həmin xüsusi nümayəndələrdən biri Azərbaycan vətəndaşı Ülvi ... | ANL |
Qaradağlı" filminin təqdim olunması ilə yad edilmişdir. Fevralın 17-də "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması" İctimai Birliyinin qərargahında Qaradağlı faciəsinin 19-cu ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir. Anma mərasimində Prezident Administrasiyasının, Nazirlər Kabinetini... | ANL |
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının yaranmasının 15 illik yubileyi qeyd olunmuşdur. Fevralın 17-də "Gülüstan" sarayında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) yaranmasının 15 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilmişdir. AzərTAc xəbər verir ki, məras... | ANL |
YAP nümayəndə heyətinin Rumıniyaya səfəri başlamışdır. Fevralın 16-da Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov, icra katibinin müavini Mübariz Qurbanlı və Milli Məclisin deputatı Asəf Hacıyevdən ibarət YAP nümayəndə heyətinin Rumıniyaya səfəri başlamışdır. İki ölkənin hakim partiyaları a... | ANL |
Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi BMT-nin Baş katibinə Ermənistan tərəfindən atəşkəs rejiminin pozulmasının davam etməsi barədə məlumat vermişdir. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Aqşin Mehdiyev 2010-cu ilin dekabr və 2011-ci ilin yanvar aylarında E... | ANL |
İzmirdə türk dünyası ölkələrinin əməkdaşlığına dair konfrans keçirilmişdir. Türkiyənin İzmir şəhərindəki Egey Universiteti Türk Dünyası Araşdırmaları İnstitutunda "Türk Əməkdaşlıq Şurası və türkdilli dövlətlər arasında əməkdaşlıq" mövzusunda konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə açan Egey Universiteti Türk D... | ANL |
Ədliyyə Nazirliyinin geniş kollegiya iclası keçirilmişdir. Ədliyyə Nazirliyinin kollegiya iclasında 2010-cu ildə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunmuşdur. Ədliyyə nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazir Fikrət Məmmədov kollegiyada çıxış edərək ümummilli liderimiz Heydər Əl... | ANL |
Binəqədi rayonu sosial-iqtisadi inkişafın yeni mərhələsində. Son illər paytaxtın Binəqədi rayonu özünün sosial-iqtisadi inkişafının mühüm mərhələsini yaşayır. 2011-ci ildə də rayonda bu istiqamətdə nəzərəçarpan irəliləyiş əldə olunmuşdur. Əhalinin sosial rifahının yaxşılaşdırılması, işsizliyin azaldılması, yeni, müasir... | ANL |
Corc Vaşinqton Universitetində "Dağlıq Qarabağ münaqişəsi: hüquqi təhlil" kitabının təqdimatı keçirilmişdir. Fevralın 16-da ABŞ-ın nüfuzlu Corc Vaşinqton Universitetinin Beynəlxalq Münasibətlər Məktəbində Azərbaycan Araşdırmaları üzrə Vaşinqton Mərkəzinin təşkilatçılığı ilə alman alimi Heyko Krüqerin "Dağlıq Qarabağ mü... | ANL |
Şüşə sənayesinin inkişafına mane olan nədir. İqtisadçılar bu sahədə idxaldan asılılığı aradan qaldırmağın yolunu tarixi ənənələri olan istehsal müəssisələrinin işə salınmasında görürlər. Qlobal böhranla müşayiət olunan son illərdə Azərbaycanda baş verən yüksəliş və tərəqqi, iqtisadiyyatın sürətli artım tempi respublika... | ANL |
"Əsrin müqaviləsi"nin kulminasiyası. 2005-ci il fevralın 18-də ölkə Prezidenti İlham Əliyev Xəzərdə, Bakıdan təxminən 100 kilometr şərqdə yerləşən "Mərkəzi Azəri" platformasında neft hasilatına başlanmasına həsr olunmuş təntənəli mərasimdə iştirak etdi. Bu yatağın işlənməsi "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsinin mühüm... | ANL |
"Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar qərara alıram: 1. 1.5. həmi... | ANL |
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi və sosial siyasətin həyata ke... | ANL |
“İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AIDS) yayılmasının qarşısının alın... | ANL |
“İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AIDS) yayılmasının qarşısının alın... | ANL |
"Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında" sazişin təsdiq edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: "Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında" 2010-cu il noyabrın 18-də Bakı şəhərində imzalanmış saziş təsdiq edilsin. İ... | ANL |
"Azərbaycan Respublikası hökuməti və İtaliya Respublikası hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında" sazişin təsdiq edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: "Azərbaycan Respublikası hökuməti... | ANL |
“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. 2.1-ci maddədə “Məhkəmə qərarlarının icrası haqqında”, “Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında” sözləri “İcra haqqında”, “İcra məmurları haqqında” söz... | ANL |
T.A.Kərimovun Salyan Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Tahir Abuzər oğlu Kərimov Salyan Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
T.A.Kərimovun Daşkəsən Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Tahir Abuzər oğlu Kərimov Daşkəsən Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
E.R.Vəliyevin Yevlax Şəhəri İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Elmar Rüstəm oğlu Vəliyev Yevlax Şəhəri İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
E.R.Vəliyevin Gəncə Şəhəri İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Elmar Rüstəm oğlu Vəliyev Gəncə Şəhəri İcra Hakimiyyətinin başçısı təyin edilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
E.Ə.Əzizovun Gəncə Şəhəri İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Eldar Əziz oğlu Əzizov Gəncə Şəhəri İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
E.Ə.Əzizovun Sumqayıt Şəhəri İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Eldar Əziz oğlu Əzizov Sumqayıt Şəhəri İcra Hakimiyyətinin başçısı təyin edilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
V.Q.Əliyevin Sumqayıt Şəhəri İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Vaqif Qadir oğlu Əliyev Sumqayıt Şəhəri İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
V.Q.Əliyevin Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin birinci müavini təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Vaqif Qadir oğlu Əliyev Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin birinci müavini təyin edilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezi... | ANL |
Q.Ç.Səmədovun Yevlax Şəhəri İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Qoca Çərkəz oğlu Səmədov Yevlax Şəhəri İcra Hakimiyyətinin başçısı təyin edilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Fransanın mədəniyyət naziri Frederik Mitteranın görüşü. Fevralın 17-də Parisdə Azərbaycan Respublikasının müstəqilliyini yenidən bərpa etməsinin 20-ci ildönümünə və "Azərbaycan" kitabının təqdimatına həsr olunmuş təntənəli mərasim çərçivəsində Azərbaycanın birinci xanımı,... | ANL |
Parisdə Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə və "Azərbaycan" kitabının təqdimatına həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Mərasimdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak etmişdir. Fevralın 17-də Parisdə Azərbaycan Respublikasının müstəqilliyini bərpa etməsinin 20-ci ildö... | ANL |
Yeni Azərbaycan Partiyası ilə Rumıniyanın hakim Demokrat Liberal Partiyası arasında "Əməkdaşlıq haqqında anlaşma memorandumu" imzalanmışdır. Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyətinin Rumıniyaya səfəri uğurla başa çatmışdır. Səfər çərçivəsində YAP nümayəndə heyətinin Rumıniyanın hakim Demokrat Liberal Parti... | ANL |
Bakı Dövlət Universitetində internet saytının və "Universitetin dostu" mükafatının təqdimatı olmuşdur. Fevralın 18-də Bakı Dövlət Universitetində (BDU) bu ali məktəbin mətbuat və informasiya şöbəsinin internet saytının (press.bsu.edu.az) və "Universitetin dostu" mükafatının təqdimatı olmuşdur. Tanınmış alimlərin, təhsi... | ANL |
Nazirlər Kabineti dövlət əhəmiyyətli su anbarlarının etibarlı mühafizəsinin təmin edilməsi və texniki vəziyyətinə nəzarətin həyata keçirilməsi məqsədilə sərəncam qəbul etmişdir. Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsa... | ANL |
Türkiyə parlamentində "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə" müzakirə olunmuşdur. Türkiyə Böyük Millət Məclisinin xarici işlər komissiyası "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım h... | ANL |
Sahibkarlığın inkişafına yönələn çevik islahatlar. Son illər sahibkarlığa dövlətin maliyyə dəstəyinin gücləndirilməsi işinin səmərəli təşkili, büdcədən güzəştli kreditlərin ayrılması formalaşmış təkmil mexanizmi əsasında aparılır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu işlər sonradan həyata keçirilən... | ANL |
Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər görülür. Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilmişdir. İclasda Şuranın korrupsiyaya qarşı mübarizə üzrə 2011-ci il fevralın 4-də keçirilmiş geniş iclasında qarşıya qoyulmuş konkret tapşırıqların icrası vəziyyəti ilə bağlı məlumat dinlənilmişdir. Ədli... | ANL |
Korrupsiyaya şərait yaradan halların aradan qaldırılması işi FHN sistemində daim diqqət mərkəzindədir. Fevralın 18-də Fövqəladə Hallar Nazirliyində (FHN) 2010-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilmişdir. AzərTAc xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kə... | ANL |
Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin yaradılmasının 6-cı ildönümü və döyüş sırasına yeni daxil edilən itisürətli qayıqlara baxış keçirilmişdir. Fevralın 18-də Dövlət Sərhəd Xidməti (DSX) Sahil Mühafizəsinin yaradılmasının 6-cı ildönümü və döyüş sırasına yeni daxil edilən itisürətli qayıqlara baxış keçirilmişdir. Ə... | ANL |
"Qarabağa qayıdacağıq" kitab-albomu işıq üzü görmüşdür. "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyi və Şuşa Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə "Letterpress" nəşriyyat evi "Qarabağa qayıdacağıq" kitab-albomunu Azərbaycan, rus və ingilis dillərində çap etmişdir. AzərTAc xə... | ANL |
SSRİ-nin milli münaqişələr zəminində dağıdılması ssenarisinin müəllifləri antierməni iğtişaşlarının ünvanı kimi Sumqayıtı seçmişdilər. Bu hadisələrin baş tutması Qarabağ uğrunda ümummilli erməni hərəkatına təkan verə biləcək tutarlı bir siyasi bəhanə kimi lazım idi. 1988-ci ilin fevralında ermənilər və onların xaricdək... | ANL |
Əlinə qələm alandan ümidlərini şeh kimi misralara ələyərək onu çiçək, gül ətrində təqdim etməyi bacaran xalq şairi Nəriman Həsənzadə yazlı-payızlı ömrünün 80-ci ilini tamamlamaqdadır. misraları adamı üşütsə də, Nəriman müəllimin şux yerişi, şax duruşu bizi sevindirdi. Səmimiyyət bir yaz havası kimi onun varlığına dolub... | ANL |
Azərbaycan filmləri son beş ildə 90-dan çox kinofestivalda nümayiş olunmuşdur. Son beş ildə dövlət sifarişi ilə 23 tammetrajlı film çəkilmiş, bu müddətdə ekranlaşdırılmış qısametrajlı bədii filmlərin sayı isə 20-yə çatmışdır. Mədəniyyət və Turizm Nazirliyindən AzərTAc-a bildirmişlər ki, həmin ekran əsərlərinin böyük ək... | ANL |
Əlil uşaqlara diqqət cəmiyyətin sosial sifarişidir. Fiziki və psixoloji sağlamlığını itirmiş, yaxud anadangəlmə qüsurlu olan insanların cəmiyyətə inteqrasiyası bütün dünyada dövlət və qeyri-hökumət təşkilatlarının başlıca vəzifələrindən sayılır. Bəs, dünyada belə insanların sayı nə qədərdir? BMT-nin məlumatlarında bu r... | ANL |
Azərbaycan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Rusiya Federasiyası və Türkmənistan prezidentlərinin Birgə Bəyanatının təsdiq edilməsi haqqında. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: Azərbaycan Respublikası, İran İslam Respublikası, Qazaxısta... | ANL |
"Azərbaycan Respublikası hökuməti və Qazaxıstan Respublikası hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında" sazişin təsdiq edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: "Azərbaycan ... | ANL |
"Azərbaycan Respublikası və Portuqaliya Respublikası arasında diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslər üçün vizaların ləğv edilməsi haqqında" sazişin təsdiq edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: "Azərbaycan Respublikası və Portuqaliya Re... | ANL |
"Azərbaycan Respublikası hökuməti və Monteneqro hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslər üçün vizaların ləğv edilməsi haqqında" sazişin təsdiq edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: "Azərbaycan Respublikası hökuməti və Monteneqr... | ANL |
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: I. 1-ci bənddə “tədris müəssisələrinə və ixtisasartırma ku... | ANL |
"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 21 dekabr tarixli 38-IVQD nömrəli qanununun tətbiq edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin S... | ANL |
"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına dəyişikliklər və əlavələr edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbay... | ANL |
Azərbaycanın işğal altındakı bütün əraziləri azad olunmalıdır. Bu fikirləri Prezident İlham Əliyev "Mir" Dövlətlərarası Teleradio Şirkətinə müsahibəsində bildirmişdir. Ümummilli lider Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi dövlətçilik fəlsəfəsi respublikamızın müasir dünyada xüsusi yerini müəyyənləşdirmək... | ANL |
Dövlət İdarəçilik Akademiyasında "Cəmiyyət və din" mövzusunda "dəyirmi masa" keçirilmişdir. Fevralın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) "Cəmiyyət və din" mövzusunda "dəyirmi masa" keçirilmişdir. AzərTAc xəbər verir ki, tədbirdə ayrı-ayrı dövlət və hökumət qurumlar... | ANL |
Mənəviyyatımızın əks-sədası. Dünyanın ana dili uğrunda belə qətiyyətlə mübarizəyə qalxması çox mühüm əhəmiyyət kəsb edir. Bir daha təsdiqlənir ki, həm nitqimizdə, həm də yazılarımızda ədəbi dilin tələblərinə tabe olmaq, onun qayda-qanunlarına əməl etmək hər birimizin vətəndaşlıq borcudur. Dil insanın mənəvi aləminin ək... | ANL |
Xocalı soyqırımı qurbanlarının xatirəsi Xarkovda da anılmışdır. AzərTAc xəbər verir ki, İslam Konfransı Gənclər Forumu (İKGF), Ukrayna Azərbaycanlı Gənclər Birliyi (UAGB) və Xarkov Azərbaycanlılar Konqresinin (XAK) təşkilatçılığı ilə Xarkovda Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı toplantı keçirilmişdir. "Xocalıy... | ANL |
Mənəvi dəyərlərin daşıyıcısı. Hər bir dilin özünəməxsus qanunları var. Dil də məhz bu qanunlar çərçivəsində yaşayır. Dil insan ruhunu, fikirlərini və hisslərini bəyan edir. Dil sadəcə olaraq, əlaqə və ünsiyyət vasitəsi deyil. Əgər belə olsaydı, Yer kürəsi üzərində yaşayan bütün insanlar üçün sadəcə bir dilin mövcud olm... | ANL |
Polad Bülbüloğluna Beynəlxalq Mədəniyyət və İncəsənət Akademiyasının fəxri akademiki adı verilmişdir. Tanınmış mədəniyyət xadimi, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğluna Beynəlxalq Mədəniyyət və İncəsənət Akademiyasının fəxri akademiki adı verilmişdir. Fəxri akademik diplomlarının ... | ANL |
ABŞ-da "Qarabağ: keçmişə və gələcəyə baxış" adlı yeni təqvim çap edilmişdir. "Qarabağ: keçmişə və gələcəyə baxış" adlanan təqvim Dağlıq Qarabağ bölgəsinin keçmişini və özünəməxsus ruhunu ifadə edir. Fondun Avropa və MDB ölkələri üzrə nümayəndəliyindən AzərTAc-a bildirmişlər ki, Dağlıq Qarabağın gözəl təbiətini və füsun... | ANL |
Filmin istehsalı başa çatmışdır. "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində "Deyilənlər gəldi başa" sənədli televiziya filminin istehsalı başa çatmışdır. QSC-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, filmdə görkəmli ictimai xadim, xalq yazıçısı Yusif Səmədo... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Abşeron rayonu ərazisində inşa olunmuş AZMDF zavodunun açılışında iştirak etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21-də Bakı-Şamaxı yolunun 15-ci kilometrliyində, Abşeron rayonu ərazisində inşa olunmuş AZMDF zavodunun açılışında iştirak etmişdir. Müəssisə... | ANL |
Prezident İlham Əliyev Abşeron rayonunun Hökməli qəsəbəsində "M-Line" Məhdud Məsuliyyətli Cəmiyyətinin mebel fabrikinin açılışında iştirak etmişdir. Fevralın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron rayonunun Hökməli qəsəbəsində "M-Line" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) mebel fabrikinin aç... | ANL |
Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaş... | ANL |
Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin işçilərinə “Əməkdar Mühəndis” fəxri adının verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq Azərbaycanda nəqliyyat-yol infras... | ANL |
Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin işçilərinə "Əməkdar Mühəndis" fəxri adının verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq Azərbaycanda nəqliyyat-yol infras... | ANL |
Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin işçilərinin təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq Azərbaycanda nəqliyyat-yol infrastrukturunun inkişafındakı... | ANL |
Ə.İ.Abasova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan ... | ANL |
Estoniya Respublikasının Prezidenti zati-aliləri cənab Toomas Hendrik İlvesə. Hörmətli cənab Prezident! Xaapsalu şəhərindəki uşaq evində baş vermiş yanğın nəticəsində insan tələfatı xəbəri məni olduqca sarsıtdı. Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Estoniy... | ANL |
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 fevral tarixli Sərəncamı ilə təsdiq edilmişdir. edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun. artırılması üzrə Dövlət Proqramı”na. Tədbirin adı. Tədbirin məqsədi. İcra müddəti. Yaşayış şəraitinin yaxşılaşdırılması ... | ANL |
AŞ PA-nın sədri erməniləri ədalətli olmağa çağırmışdır. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Mövlud Çavuşoğlu erməni siyasətçilərinin və jurnalistlərinin yalançı rəylərinə etirazını bildirmişdir. AzərTAc Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, Londonda səfərdə olmuş AŞ PA-nın sədri ermənilərin "Da... | ANL |
Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi bir neçə ölkə ilə ikitərəfli əməkdaşlığa dair niyyət protokolu imzalamışdır. Mərasimdə Azərbaycan nümayəndə heyəti də iştirak etmişdir. Dünyanın 70 ölkəsindən 1050-dən çox şirkətin qatıldığı sərgidə Müdafiə Sənayesi Nazirliyi 71 adda müdafiə təyinatlı məmulatla təmsil olunur. Sər... | ANL |
Mustafa Kabakçı: "Xocalı soyqırımının ildönümünü geniş şəkildə qeyd etməklə dünya ictimaiyyətinin diqqətini bir daha Dağlıq Qarabağ probleminə yönəltmək istəyirik". Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Mustafa Kabakçı bildirmişdir ki, qardaş ölkənin deputatları bu il də Xocalı soyqırımının ildönü... | ANL |
Azərbaycanın dövlət qurumlarının təmsilçiləri Türkiyədə səfərdə olmuşlar. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) sədrinin müavini Vəfadar Misirovun rəhbərliyi ilə dövlət orqanlarını təmsil edən nümayəndə heyəti Türkiyədə səfərdə olmuşdur. DQMK-dan AzərTAc-a bildirm... | ANL |
"Biz bütün ölkələrlə yalnız qarşılıqlı maraqlar və hörmət əsasında bərabərhüquqlu münasibətlər qururuq. Biz Azərbaycan xalqının dəstəyinə arxalanırıq və bu dəstək Prezident kimi mənə xarici siyasəti müstəqil şəkildə aparmaq üçün əlavə güc verir. Mən məhz buna arxalanıb müstəqil siyasət aparıram". Xarici siyasətdə dəyiş... | ANL |
Heydər Əliyev: "Amansızlığına, vəhşiliyinə, kütləviliyinə və törədilən cinayətlərin ağırlığına görə Xocalı faciəsi insanlığın tarixində qara ləkə kimi qalacaq". "Böyük Ermənistan" xülyasını Azərbaycan torpaqları hesabına reallaşdırmaq istəyən ermənilər tarix boyu xalqımızın başına olmazın müsibətlər gətirərək, saysız-h... | ANL |
Dövlət başçısının qayğısı Ağdamı inkişafın və quruculuğun möhtəşəm ünvanına çevirib. ... Bura Quzanlı qəsəbəsində yeni salınmış qaçqın şəhərciyidir. Ötən ilin sonlarında istifadəyə verilib. Açılışına respublika Prezidenti İlham Əliyev də gəlmişdi. Dövlət başçısının qarabağlılara isti münasibəti burada hər addımda hiss ... | ANL |
ASTARA Azərbaycanın cənub mirvarisidir. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" Astara rayonunda uğurla həyata keçirilir. Dövlət proqramının icrası nəticəsində rayonun sosial-iqtisadi inkişafı, turizm, yol və digər infrastruktur layihələrinin həyata keçirilm... | ANL |
Əgər o vaxt hakimiyyətdə Heydər Əliyev olsaydı, Xocalı faciəsi baş verməzdi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun köməyi ilə Azərbaycanın qədim yaşayış məskənlərindən olan Xocalını işğal edərək yer üzündən silən ermənilər, şəhərin sakinlərinə qarşı kütləvi qətliam həyata keçirməklə XX əsrd... | ANL |
Qarabağın azad ediləcəyi gün uzaqda deyil. Amansız və ədalətsiz müharibənin başlanmasından 23 il ötür. "Böyük Ermənistan" yaratmaq xülyasında olan ermənilər tarix boyu Azərbaycan ərazilərinə göz dikiblər. Təcavüzkar dövlət növbəti dəfə ötən əsrin 80-ci illərinin sonlarından Azərbaycana qarşı torpaq iddiasını qaldırdı, ... | ANL |
Az qala bir əsrdir ki, ermənilər tarixdə olmayan hadisəni dünya ictimaiyyətinə qəbul etdirmək, tanıtdırmaq üçün dəridən-qabıqdan çıxırlar. Erməni mənfurlarının dəyirmanına su tökən və onlara ağalıq edən bəzi havadarları isə, təəssüf ki, bir çox hallarda əsl həqiqətləri bilərəkdən tarixin saxtalaşdırılmasının iştirakçıs... | ANL |
SSRİ-nin siyasi rəhbərliyi, güc strukturları iğtişaşların mahiyyətini və törənmə səbəblərini araşdırmaqda, tədbir görməkdə qətiyyən maraqlı deyildilər. Sumqayıt hadisələrindən 23 il keçir. Sumqayıt iğtişaşları erməni terror təşkilatlarının xaricdəki havadarları və erməni lobbisi ilə birgə hazırladıqları ssenari əsasınd... | ANL |
Elin gözəli, çərşənbənin əzəli. Bu il dünya qardan, çovğundan, şaxtadan, tufandan, qasırğadan çox əziyyət çəkdi. Hələ də bir çox xarici ölkələrdə qışın fəsadları davam etməkdədir. Bakıya isə elə də güclü qar yağmadı. Uşaqlar xüsusilə onun həsrətini çəksə də, şəhərimiz davamlı olaraq ağ örpəyə bürünmədi. Bəzi bölgələrim... | ANL |
II Respublika muğam müsabiqəsinin birinci turu başlanmışdır. Fevralın 21-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında II Respublika muğam müsabiqəsinin birinci turunun başlanmasına həsr olunmuş mərasim keçirilmişdir. AzərTAc xəbər verir ki, tanınmış mədəniyyət xadimlərin... | ANL |
Gənc Tamaşaçılar Teatrında Təhsil Nazirliyi və "Çağ" Öyrətim İşlətmələri Azərbaycan Türkiyə özəl liseyləri tərəfındən "Ana dilimizi sevek, sevdirək" müsabiqəsi keçirildi. Tədbirdə təhsil nazirinin müavini Elmar Qasımov ulu öndərin Azərbaycan dilinə verdiyi böyük töhfələrdən söhbət açdı. Azərbaycan türk özəl liseyi, "Ça... | ANL |
Prezidentin hər səfəri bir tarixdir. Redaksiyamızın Gəncədəki müxbir məntəqəsində bir neçə ağsaqqalla oturub söhbət edirdik. Onlar Prezident İlham Əliyevin qərb bölgəsinə tarixi səfərindən söz açıb regionlara olan qayğı və diqqətə görə dövlət başçısına öz dərin minnətdarlıqlarını bildirirdilər. Ağsaqqallar xüsusən müqə... | ANL |
Bruney-Darüssalamın Sultanı əlahəzrət Hacı Həssənal Bolkiaha. Əlahəzrət! Ölkənizin milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Əminəm ki, Azərbaycan ilə Bruney-Darüssalam arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bun... | ANL |
Xocalı soyqırımının 19-cu ildönümü münasibətilə Xocalı əhalisinin dünya dövlətlərinə, Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına MÜRACİƏTİ. Biz - 1992-ci il fevralın 26-da Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində erməni millətçiləri tərəfindən törəd... | ANL |
Mərkəzi Seçki Komissiyasının tərkibi yenidən formalaşdı. Milli Məclisin iclasında. Fevralın 22-də spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirildi. Gündəliyin müzakirəsinə keçməzdən əvvəl deputatlar bəzi məsələlərlə bağlı fikirlərini bildirdilər. Bir sıra dövlətlərin öz vətəndaşlarına E... | ANL |
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi haqqında. Azərbaycan Respublikası Milli Məclisinin Qərarı. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.7-ci və 24-cü maddələrinə əsasən, Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının, heç bir siyasi part... | ANL |
"Cənub Qaz Dəhlizi haqqında" Birgə Bəyannamə təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə çıxarılmışdır. Fevralın 22-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilmişdir. AzərTAc xəbər verir ki, əvvəlcə komitənin 2010-cu ilin payız sessiyası dövründə gördüyü işlərin hesabatı din... | ANL |
Nazirlər Kabineti bir sıra mühüm qərarlar qəbul etmişdir. Ölkə iqtisadiyyatının inkişafı və sosial sahənin təkmilləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin imzaladığı fərman və sərəncamların icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti son günlər bir sıra qərarlar qəbul etmişdir. Nazirlər Ka... | ANL |
Akademik Cəlal Əliyev məktəbinin yeni uğurları. Fevralın 22-də "Park-İNN Azərbaycan" hotelində molekulyar biologiya və biotexnologiya mövzusunda seminar keçirilmişdir. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov seminarı açaraq bildirmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda iqtisadi ... | ANL |
Etibarın və səmimiyyətin vacibliyi. 2010-cu ilin sonunda "Jurnalistlərin dostu" mükafatının təqdim olunma mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışı zamanı Azərbaycanın son dövrlər informasiya müharibəsində nailiyyət əldə etməsi məsələsinə toxunaraq bildirmişdir: "Bu gün mən tam əminlik... | ANL |
"TRT" telekanalının Bakı nümayəndəliyinin Xocalı faciəsinin 19-cu ildönümü ilə bağlı hazırladığı "Duyun artıq" filminin təqdimatı olmuşdur. AzərTAc xəbər verir ki, fevralın 22-də Türkiyənin Azərbaycandakı səfirliyində "TRT" telekanalının Bakı nümayəndəliyinin Xocalı faciəsinin 19-cu ildönümü ilə bağlı hazırladığı "Duyu... | ANL |
Azərbaycanda səfərdə olan ATƏT sədrinin münaqişələr üzrə xüsusi nümayəndəsi XİN-də olmuşdur. Azərbaycanda səfərdə olan ATƏT sədrinin münaqişələr üzrə xüsusi nümayəndəsi Gedryus Çakuolis Xarici İşlər Nazirliyində olmuşdur. Nazir müavinləri Araz Əzimov və Mahmud Məmmədquliyev ilə görüşən qurum rəsmisi həlli vacib məsələl... | ANL |
Qafqaz Müsəlmanları İdarəsində peyğəmbərin Mövlud məclisi təşkil edilmişdir. təvəllüd günü münasibətilə Qafqaz Müsəlmanları İdarəsində Mövlud məclisi təşkil edilmişdir. Qafqaz Müsəlmanları İdarəsinin Dini-Elmi Şurasının və Qazilər Şurasının iştirakı ilə hazırlanmış tədbirin əvvəlində peyğəmbərin ruhuna dualar oxunmuşdu... | ANL |
Ağcabədi rayonundakı Taxtakörpü ərazisində yerləşən Laçın Rayon İcra Hakimiyyətində 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunmuşdur. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzi meydanındakı abidəsi önünə tər çiçəklər düzmüş, H... | ANL |
Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi Türkiyədə səfərdədir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimovun başçılıq etdiyi nümayəndə heyəti Ankarada səfərdədir. Arzu Rəhimov Türkiyənin daxili işlər naziri Bəşir Atalayla görüşmüşdür. Türkiyəli nazir görüşdən əvvəl jurnalistlərə bildirmiş... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.