text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Vətənin keşiyində layiqincə dayanan müzəffər Azərbaycan Ordusu. Müasir dünya reallığında dövlətin qüdrətini xarakterizə edən əsas məqamlardan biri onun yüksək döyüş qabiliyyəti ilə seçilən silahlı qüvvələrə malik olmasıdır. Çünki belə qüvvələr təhlükəsiz şəraitdə inkişafın davam etdirilməsinin, ölkənin mümkün kənar müd...
ANL
Hüquq elmində dəst-xətti olan alim. Ziyalılıq elə bir zirvədir ki, bu ucalığa qovuşanlar yüksək mənəvi keyfiyyətləri, sağlam həyat amalı və şəxsiyyətlərinin bütövlüyü ilə çoxlarından fərqlənirlər. Belə insanların cəmiyyətdəki müstəsna yeri və rolu daha aydın duyulur. Elmə səmimi bağlılığı, vətənpərvər ictimai-siyasi fə...
ANL
Mədəniyyətimizin tarixinə dair dəyərli tədqiqat. Orta əsrlərdə müxtəlif elm sahələri ilə məşğul olmuş azərbaycanlı alimlər islam mədəniyyətinin inkişafında misilsiz xidmətlər göstərmişlər. Ərəbdilli mənbələrdə bu alimlər tez-tez xatırlanır, onların yaradıcılığından söhbət açılır, elm aləmində rolları qeyd olunur. Belə ...
ANL
Şirvan xəzinəsinə aparan yollar. Azərbaycan torpaqlarının yeraltı və yerüstü sərvətlə - xəzinə ilə dolu olması yaxın-uzaq düşmənlərin, onlara göz dikənlərin zaman-zaman rahatlığını pozub. Ona görə də yadellilər bu torpağı torba ilə daşımaqdan belə, çəkinməyiblər. Tarixən başı qalmaqallar çəkmiş obalarımızdan biri Şirva...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin Sumqayıt şəhərinə səfəri. İyulun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərinə gəlmişdir. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Prezident...
ANL
Nəsimi adına Sumqayıt şəhər dənizkənarı parkında əsaslı yenidənqurma və abadlıq işlərinin gedişi ilə tanışlıq. Azərbaycan Prezidenti İlham Əliyev iyulun 7-də Nəsimi adına Sumqayıt şəhər dənizkənarı mədəniyyət və istirahət parkında görülən əsaslı yenidənqurma və abadlıq işlərinin gedişi ilə tanış olmuşdur. Şəhər ictimai...
ANL
Sumqayıt şəhər 1 saylı Uşaq-Gənclər İdman Məktəbi əsaslı təmir və yenidənqurmadan sonra açılmışdır. Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfəri çərçivəsində 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak etmişdir. Məktəbin müəllim və şagirdləri dövlətimizin başçısını ...
ANL
Heydər Əliyev Parkında yenidənqurma və abadlıq işlərinin gedişi ilə tanışlıq. İyulun 7-də Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıtın 9-cu mikrorayonu ərazisində şəhərin Heydər Əliyev prospekti ilə Zülfü Hacıyev və Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsində yerləşən Heydər Əliyev Parkında aparılan yenidənqurma və abad...
ANL
"Kimyaçı" Mədəniyyət Sarayının qarşısındakı meydan yenidən qurulacaqdır. Azərbaycan Prezidenti İlham Əliyev iyulun 7-də Sumqayıtda Dövlət Neft Şirkətinin "Azərikimya" İstehsalat Birliyinin tabeliyində olan Üzeyir Hacıbəyli adına "Kimyaçı" Mədəniyyət Sarayının qarşısında yaradılacaq meydanın sxemi ilə tanış olmuşdur. Dö...
ANL
Cümə məscidi Prezidentin tapşırığı ilə yenidən qurulur. İyulun 7-də Prezident İlham Əliyev Sumqayıt şəhərindəki Cümə məscidində aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olmuşdur. Dövlətimizin başçısına məlumat verildi ki, Cümə məscidi 1990-cı ildə şəhər əhalisinin şəxsi vəsaiti hesabına tikilərək istifadə...
ANL
Sumqayıt Texnologiyalar Parkında yaradılan yeni müəssisələrlə tanışlıq. Azərbaycan Prezidenti İlham Əliyev iyulun 7-də Sumqayıt Texnologiyalar Parkında yaradılan yeni müəssisələrlə tanış olmuşdur. Dövlətimizin başçısı əvvəlcə yüksəkgərginlikli elektrik avadanlığı zavoduna gəldi. "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin p...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Bakının şəhərətrafı qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı Xəzər rayonunda görülən işlərlə tanış olmuşdur. Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə martın 9-da Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına h...
ANL
Bakı şəhərində müasir İdman-Konsert Kompleksinin inşa edilməsi haqqında. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Bakı şəhərində beynəlxalq standartlara cavab verən müasir İdman-Konsert Kompleksi inşa edilsin. Kompleksin layihələndirilmə və tikinti işlər...
ANL
Qloballaşmanın vüsət aldığı və informasiya cəmiyyətinin sürətlə formalaşdığı hazırkı mərhələ Azərbaycan Respublikasında sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin daha fəal iştirakını təmin etmək istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir. Məhz buna görə də cəmiyyəti...
ANL
R.S.Yaqubovun "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycanda tibb sahəsində xidmətlərinə görə Rüfət Səttar oğlu Yaqubov "Tərəqqi" medalı ilə təltif edilsi...
ANL
Belarus Respublikasının Baş naziri Mixail Myasnikoviçin Azərbaycana rəsmi səfəri. Azərbaycanda rəsmi səfərdə olan Belarus Respublikasının Baş naziri Mixail Myasnikoviç Gəncədə görüşlərini başa çatdırdıqdan sonra iyulun 7-də Bakıya gəlmişdir. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aer...
ANL
Qədim Gəncədə səmərəli görüşlər. Belarus Respublikasının Baş naziri Mixail Myasnikoviç iyulun 7-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir. AzərTAc xəbər verir ki, səfərini Gəncədən başlayan Belarusun Baş naziri şəhərin Beynəlxalq hava limanında böyük hörmət və ehtiramla qarşılanmışdır. Buradan şəhərin mərkəzi...
ANL
Rusiya Federasiyasının Prezidenti zati-aliləri cənab Dmitri Medvedevə. Hörmətli Dmitri Anatolyeviç! "Bulqariya" teploxodunun qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirmişdir. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına,...
ANL
Dünya azərbaycanlılarının III qurultayının Qətnaməsi. Dünya azərbaycanlılarının III qurultayının doğma Vətənimizdə - müstəqil dövlət kimi iyirminci ildönümünü yaşayan Azərbaycan Respublikasında keçirilməsi hər birimizin qəlbini qürur hissi ilə doldurur. XX yüzilliyin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti qurucuları...
ANL
Ukrayna Prezidenti zati-aliləri cənab Viktor Yanukoviçə. Hörmətli Viktor Fyodoroviç! Rovno vilayətində qocalar evində yanğın nəticəsində insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirmişdir. Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. İlham ƏLİYEV, Azərbaycan Respublikasın...
ANL
Türkmənistanın Prezidenti zati-aliləri cənab Qurbanqulu Berdiməhəmmədova. Hörmətli Qurbanqulu Məlikquliyeviç! Abadan şəhərində baş vermiş partlayışlar nəticəsində insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin! ...
ANL
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Son illər ərzində aparılan davamlı islahatlar siyasəti ölkəmizin iqtisadi qüdrətinin əhəmiyyətli dərəcədə güclənməsinə imkan vermiş, dinamik sosial-iqtisadi inkişafı və insanlarımızın rifah halının yaxşılaşmasını təmin etmişdir. Məqsədyönlü iqtisadi inkişaf strategiyasın...
ANL
Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. 46 min nəfər əhalinin yaşadığı 21 kəndi, 6 məcburi köçkün qəsəbəsini ...
ANL
Fiziki şəxslərin də onlayn rejimində qeydiyyata alınmasına başlandı. Xəbər verildiyi kimi, Vergilər Nazirliyi tərəfindən sahibkarlığın qeydiyyatının müasir beynəlxalq standartlara tam uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində cari il iyul ayının 1-dən etibarən fiziki şəxslərin İnternet Ver...
ANL
Bakı şəhərində müasir İdman-Konsert Kompleksinin tikintisi ilə bağlı əlavə tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Bakı şəhərində müasir İdman-Konsert Kompleksinin tikintisini təmin et...
ANL
Milli Məclisdə görüş. İyulun 11-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Rumıniyanın hakim Demokrat Liberal Partiyasının nümayəndə heyəti ilə görüşmüşdür. Görüşdə Rumıniya-Azərbaycan münasibətlərindən, iqtisadi, mədəni və digər sahələrdə əldə edilən nailiyyətlərdən danışılmışdır. ...
ANL
Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə olundu. Fransada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyulun 6-da bu ölkənin xarici islər və Avropa məsələləri naziri Alən Jupe ilə görüşmüşdür. Görüşdə Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 24-də Kazanda keçirilmiş görüşünün dava...
ANL
ATƏT-dən Dağlıq Qarabağ çağırışı. ATƏT Parlament Assambleyası təşkilat çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün daha fəal səylər göstərməyə çağırmışdır. AzərTAc xəbər verir ki, bu barədə ATƏT PA-nın bazar günü Belqradda başa çatan illik iclasının yekun bəyannaməsində qeyd edilm...
ANL
Avropa Parlamentində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr keçirilmişdir. Strasburqda Avropa Parlamentinin plenar sessiyası çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin vəziyyətinə dair müzakirələr keçirilmişdir. AzərTAc xəbər verir ki, Avropa...
ANL
Azərbaycanda səfərdə olan Çinin nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişdir. İyulun 11-də Azərbaycan-Çin Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyası çərçivəsində yaradılmış Azərbaycan Respublikası və Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Vila...
ANL
ATƏT Parlament Assambleyasının yay sessiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ qaldırılmışdır. Serbiyanın paytaxtı Belqradda ATƏT Parlament Assambleyasının yay sessiyası davam edir. Sessiyada iştirak edən Azərbaycan parlament nümayəndə heyəti Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələ qaldır...
ANL
Azərbaycanda səfərdə olan Buxarest şəhərinin ikinci sektorunun merinin başçılıq etdiyi nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişdir. Azərbaycanda səfərdə olan Buxarest şəhərinin ikinci sektorunun meri, Rumıniya Bələdiyyələr Assosiasiyasının sədr müavini Nekulay Ontsa...
ANL
Buxarestdə ümummilli lider Heydər Əliyevin abidəsinin ucaldılması Rumıniyada ulu öndərin xatirəsinə böyük ehtiramın göstəricisidir. Rumıniyanın hakim Demokrat Liberal Partiyasının Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında görüş keçirilmişdir. AzərTAc xəbər ve...
ANL
Elmin inkişaf perspektivləri ilə bağlı yeni prioritetlər müəyyənləşir. Uzaq-yaxın tarixdən xalqlara çox abidələr miras qala bilər - fəqət, bunların heç biri öz dəyərinə və etnosun xalqa, millətə çevrilməsi prosesindəki müstəsna roluna görə elm, təhsil və mədəniyyət məbədləri ilə müqayisə oluna bilməz. Azərbaycan tarixi...
ANL
Petros Eftimiu Azərbaycanın və Ermənistanın qurumdakı nümayəndə heyətləri ilə birgə görüş keçirmişdir. Belqradda keçirilən ATƏT Parlament Assambleyasının 20-ci sessiyası çərçivəsində qurumun Cənubi Qafqaz və Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi təyin edilmişdir. Bu vəzifəyə təyin edilən Joao Soareş Qafqazd...
ANL
"Super" qrupun "sonbeşiyi"... Ömürlüyündən çıxarış: "Fəlsəfə elmləri doktoru, professor Əlikram Zakir oğlu Abdullayev jurnalistika ixtisası üzrə Azərbaycan Dövlət Universitetini (indiki BDU) 1962-ci ildə fərqlənmə diplomu ilə bitirmiş, bir müddət respublika mətbuatında işlədikdən sonra məzunu olduğu ali məktəbin Fəlsəf...
ANL
Rumıniya-Azərbaycan əlaqələri uğurla inkişaf edir. İyulun 11-də Milli Məclisdə Rumıniyanın hakim Demokrat Liberal Partiyasının nümayəndə heyətinin başçısı, Buxarest şəhərinin 2-ci sektorunun meri, Rumıniya Bələdiyyələr Assosiasiyasının sədr müavini Nekulay Ontsanu Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işç...
ANL
Lənkəranın qəhrəmanlıq abidələri. Ölkəmizin gözəl guşəsi olan Lənkərana gələnlər burada, ilk növbədə, qəhrəmanlıq abidələri ilə rastlaşırlar. Dəmiryolu ilə şəhərə səfər edənləri vağzalda qatardan düşərkən hər kəsdən əvvəl məğrur bir heykəl qarşılayır. Tank şəkilli postament üzərində dayanan əzəmətli abidə bu yurdun igi...
ANL
Bakıda "Davamlı inkişaf mədəniyyəti: formalaşma problemləri və perspektivləri" mövzusunda Beynəlxalq elmi konfrans işə başlamışdır. İyulun 11-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşəbbüsü ilə "Davamlı inkişaf mədəniyyəti: formalaşma problemləri və persp...
ANL
Arxivlər xalqımızın mənəvi sərvətlərini qoruyur. Yerləşdiyi geosiyasi məkanın daim yadellilər tərəfindən dəfələrlə işğala məruz qalması Azərbaycan ərazilərinin tapdaq altına düşməsi ilə yanaşı, onun maddi və mənəvi sərvətlərinin talan olunmasına da şərait yaradıb. Azərbaycandan çox-çox uzaqlarda, dünyanın müxtəlif ölkə...
ANL
Sumqayıt teatrının səhnəsində yazıçı Elçinin "Qatil" dramının premyerası olmuşdur. Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının səhnəsində Azərbaycanın xalq yazıçısı Elçinin eyniadlı dram əsəri əsasında "Qatil" tamaşasının premyerası olmuşdur. Teatrın baş rejissoru, respublikanın əməkdar artisti Firu...
ANL
Azərbaycanlı müğənni I Türkdilli ölkələr səs müsabiqəsinin qalibi olmuşdur. Azərbaycanlı müğənni Cəlal Abbasov Türkiyənin Mersin vilayətinin Silifke şəhərində 20 müğənninin iştirakı ilə keçirilmiş I Türkdilli ölkələr səs müsabiqəsinin qalibi olmuşdur. TÜRKSOY-un təşəbbüsü ilə keçirilmiş müsabiqədə Qazaxıstan, Qırğızıst...
ANL
Azərbaycanlı alimlər Rusiyada "Gənc filosof məktəbi"ndə iştirak etmişlər. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə, AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı, fəlsəfə elmləri namizədi Roida Rzayeva və digər alimlərdən ibarət Azərbaycan ...
ANL
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti.
ANL
Vətəndaşların müraciətlərinə diqqət və tələbkarlıq artırılır. 2011-ci ili ölkənin hərtərəfli inkişafı ili, vətəndaşların problemlərinə və qayğılarına diqqətin artırılması ili kimi də səciyyələndirmək olar. Bu il yanvarın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin geniş iclasında, on...
ANL
Qubada "İnformasiya rəsmiləri üçün rəsmi sənədlərə çıxış" mövzusunda seminar keçirilmişdir. Qubada Azərbaycan Mətbuat Şurasının və Avropa Şurasının ölkəmizdəki nümayəndəliyinin təşəbbüsü ilə "İnformasiya rəsmiləri üçün rəsmi sənədlərə çıxış" mövzusunda ikigünlük treninq-məşğələ keçirilmişdir. Şuradan AzərTAc-a bildirmi...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Belarusun Baş naziri Mixail Myasnikoviçi qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 8-də Belarus Respublikasının Baş naziri Mixail Myasnikoviçi qəbul etmişdir. Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla və dinamik şəkildə ...
ANL
Azərbaycan tolerantlığın dünyaya örnək olan mükəmməl nümunəsini yaradıb. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından artıq 20 il ötür. Bu 20 ildə müstəqil dövlətimiz və xalqımız çox ağır sınaqlara məruz qaldı, hətta azadlığımız itirilmək təhlükəsi ilə üzləşdi. 1992-ci ildə bir-birini əvəzləyən səriştəsiz iqtidarlar...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 8-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul etmişdir. Dövlətimizin başçısı Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun ölkəmiz...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun baş katibinin müavini Qabar İklodini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 8-də NATO-nun baş katibinin müavini Qabar İklodini qəbul etmişdir. Görüşdə Azərbaycan ilə NATO arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı, ölkəmizdə həyata...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Güləş Federasiyasının prezidenti Rafael Martinettini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 8-də Beynəlxalq Güləş Federasiyasının prezidenti Rafael Martinettini qəbul etmişdir. Görüşdə ölkəmizdə idmana dövlət səviyyəsində yüksək şəraitin y...
ANL
Naxçıvan Dövlət Universitetində İKT-nin inkişafı ilə bağlı beynəlxalq simpozium keçirilib. Naxçıvan Dövlət Universitetində "Elektron Naxçıvan - 6: Naxçıvan Dövlət Universiteti və əlaqədar olduğu lokal şəbəkədə İKT-nin vəziyyəti" mövzusunda beynəlxalq simpozium keçirilib. Tədbiri universitetin rektoru, akademik İsa Həbi...
ANL
Latviya Respublikasının Prezidenti zati-aliləri cənab Andris Berzinşə. Hörmətli cənab Prezident! Latviya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Biz Azərbaycan-Latviya münasibətlərinə böyük əhəmiyyət veririk. Əminəm ki, dövlətlərarası münasibətlərimiz, dostluq ...
ANL
Pekində keçirilmiş Beynəlxalq Əməkdaşlıq üzrə 2-ci Sərgi Layihələri konfransında Azərbaycana böyük maraq olmuşdur. Çin Xalq Respublikasının paytaxtı Pekində Beynəlxalq Əməkdaşlıq üzrə 2-ci Sərgi Layihələri konfransı keçirilmişdir. Pekin Beynəlxalq Sərgi Mərkəzində təşkil olunan tədbirə dünyanın bir neçə ölkəsinin dövlə...
ANL
Belarus Respublikasının Baş naziri Mixail Myasnikoviçin Azərbaycana rəsmi səfəri. Azərbaycan Respublikasında rəsmi səfərdə olan Belarus Respublikasının Baş naziri Mixail Myasnikoviç iyulun 8-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin x...
ANL
Fidan İtaliyanı fəth edir. Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, beynəlxalq müsabiqələr laureatı, respublikanın əməkdar artisti Fidan Hacıyeva bu günlərdə İtaliyadan qayıtmışdır. Dünya opera sənətinin beşiyi sayılan bu ölkənin Montefiore şəhərindəki Teatro Malatestanın səhnəsində Cakoma Puççininin "Suor A...
ANL
Meksikanın nüfuzlu "Mundo İnternacional" jurnalı Azərbaycan haqqında yazmışdır. Meksikanın nüfuzlu "Mundo İnternacional" jurnalında Azərbaycan haqqında məqalə dərc edilmişdir. Ölkəmizin Meksikadakı səfirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, məqalədə ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilmə...
ANL
Nazirlər Kabinetində görüş. Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə iyulun 8-də ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikasının Baş naziri Mixail Myasnikoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Əvvəlcə Baş nazirlərin təkbətək görüşü olmuşdur. Sonra görüş geniş tərkibdə davam etdirilmiş...
ANL
Səfər başa çatdı. Belarus Respublikasının Baş naziri Mixail Myasnikoviçin Azərbaycan Respublikasına rəsmi səfəri iyulun 8-də başa çatmışdır. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Belarus Respublikasının Baş naziri M...
ANL
Astanada rus dilində çıxan "Turan Times" qəzetində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinə həsr olunmuş geniş material dərc edilmişdir. Astanada rus dilində nəşr olunan "Turan Times" qəzetində AzərTAc-ın Orta Asiya və Qazaxıstan üzrə xüsusi müxbiri Qulu Kəngərlinin Azərbaycanın birinci xa...
ANL
Milli Məclisdə görüş. İyulun 8-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkəmizdə səfərdə olan Asiya, Afrika və Okeaniyanın 11 ölkəsinin BMT yanında daimi nümayəndəliklərinin əməkdaşları ilə görüşmüşdür. Qonaqlara ölkəmizin iqtisadi-siyasi müstəvidə əldə et...
ANL
Azərbaycanda NATO standartlarına uyğun peşəkar istehkamçı - minaaxtaranlar yetişmişdir. Azərbaycanda NATO standartlarına uyğun, peşəkar istehkamçı - minaaxtaranlar formalaşmışdır. Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) yarandıqdan sonra Azərbaycanda bu sahədə mühüm işlər ...
ANL
ATƏT-in Parlament Assambleyasının Təhlükəsizlik və Siyasi Məsələlər üzrə Ümumi Komitəsində keçirilən müzakirələr başa çatmışdır. Xəbər verdiyimiz kimi, iyulun 7-də Belqradda ATƏT-in Parlament Assambleyasının Təhlükəsizlik və Siyasi Məsələlər üzrə Ümumi Komitəsinin iclası keçirilmişdir. İclasda əsas məsələlərdən biri ki...
ANL
Milli birlik və həmrəylik Azərbaycanı daha güclü dövlətə çevirir. Sürətli tərəqqisinin yeni mərhələsini yaşayan Azərbaycan üçün xarakterik xüsusiyyətlərdən biri də ölkədə möhkəm zəminlərə söykənən milli birliyin yaranmasıdır. Bu birliyin yaranmasına xidmət edən siyasətin müəllifi qismində isə ulu öndər Heydər Əliyevdir...
ANL
Yeni yüksəliş dövrü başlanır. Ölkəmiz müstəqillik qazanandan sonra Azərbaycan üçün ən əlamətdar hadisələrdən biri dünyanın müxtəlif bölgələrində yaşayan soydaşlarımız arasında milli birliyin yaranması, getdikcə daha möhkəm təməllər üzərində bərqərar olmasıdır. Dünya azərbaycanlıları arasında azərbaycançılıq fəlsəfəsi ə...
ANL
Xalqın və dövlətin maraqlarını daim uca tuturuq. Bu qəzet çoxtirajlı "Zavod həyatı" qəzetinin bazasında yaradıldı. 1965-ci ildə mətbuat orqanları sırasına daxil olan "Zavod həyatı" neftçilərin fədakar əməyi, əldə olunan uğurlar barədə ictimaiyyəti ətraflı məlumatlandırırdı. "İki sahil" müstəqil nəşr olduğundan adı kimi...
ANL
Xəyalların həqiqətə çevrildiyi şəhər. Sürətli tərəqqi tempi ilə seçilən Azərbaycan regionları sırasında özünəməxsus yerlərdən birini də Yevlax tutur. Yevlaxın böyük iqtisadi potensiala malik olduğunu yüksək dəyərləndirən ulu öndər Heydər Əliyevin vaxtilə dilə gətirdiyi "Mən Yevlaxı daha gözəl, daha abad görmək istəyirə...
ANL
Emin Ağalarov Yaşıl Teatrda geniş konsert proqramı ilə çıxış etmişdir. Rusiyada yaşayan tanınmış azərbaycanlı müğənni-bəstəkar Emin Ağalarov Bakıdakı Yaşıl Teatrda möhtəşəm konsert proqramı ilə çıxış etmişdir. AzərTAc xəbər verir ki, konsertdə Azərbaycan Prezidenti İlham Əliyevin qızları - Heydər Əliyev Fondunun vitse-...
ANL
Güləş üzrə beynəlxalq "Qızıl Qran-pri" turnirinin final mərhələsinin təntənəli açılış mərasimi olmuşdur. İyulun 8-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə "Qızıl Qran-pri" Beynəlxalq turnirinin...
ANL
Yüksək aqrotexniki qulluq Qobustanın taxıl sahələrində bol məhsuldan xəbər verir. Dövlətin qayğısı sayəsində iqtisadiyyatın ən sürətli inkişaf edən sektorları sırasında kənd təsərrüfatı xüsusi yer tutur. Prezident İlham Əliyev bu sahənin inkişaf perspektivlərindən danışarkən xüsusi vurğulayıb ki, suvarılan ərazilərdə t...
ANL
Monteneqronun Prezidenti zati-aliləricənab Filip Vuyanoviçə. Hörmətli cənab Prezident! Ölkənizin milli bayramı - Dövlətçilik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Monteneqro arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalq...
ANL
Bahar Muradova: "ATƏT Parlament Assambleyasında həmsədrlərin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinə dair dinləmələr olacaq". - ATƏT PA-nın yay sessiyasında hansı məsələlər müzakirə olundu? Azərbaycan nümayəndə heyəti sessiyanın gedişində hansı məsələləri qaldırdı? - ATƏT PA-nın Belqradda keçirilən 20-ci yay sessiyası...
ANL
Əli Həsənov: "Tərəflərdən hər hansı birinin tam qələbəsi məsələsi yoxdur". Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Media forum" saytının suallarını cavablandırıb. - Nazirlər Kabinetinin bu gün keçirilən iclasında Dağlıq Qarabağ münaqişəsinin həlli, sülh danışıqlarında yaranm...
ANL
Müasir İncəsənət Muzeyində "Azərbaycan əcnəbilərin gözü ilə" adlı fotosərgi açılmışdır. İyulun 12-də Heydər Əliyev Fondu və BMT-nin İnkişaf Proqramı tərəfindən Müasir İncəsənət Muzeyində "Azərbaycan əcnəbilərin gözü ilə" adlı fotosərgi açılmışdır. AzərTAc xəbər verir ki, sərgidə Azərbaycanın birinci xanımı, Heydər Əliy...
ANL
Sosial-iqtisadi və mədəni yüksəliş xəttinin uğurlu davamı. Davamlı inkişaf, tərəqqi və yüksəliş prosesi bu gün müstəqil Azərbaycanın siyasi simasını müəyyən edir. Sürətli intibah yolunda olan, qarşıya qoyduğu hədəflərə inamla yetişən, bütün sahələrdə yeniləşən respublikamız beynəlxalq aləmdə mövqelərini ildən-ilə möhkə...
ANL
Nazirlər Kabineti yeni qərarlar qəbul etmişdir. Nazirlər Kabineti iyul ayında yeni qərarlar qəbul etmişdir. "Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan, dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi-tədqiqat müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında" Azərbaycan Respublikası P...
ANL
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmova KİV-in "Xüsusi rəğbət" mükafatı təqdim olunmuşdur. İyulun 12-də Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmova kütləvi informasiya vasitələri (KİV) ilə səmərəli əlaqələrinə görə "Xüsusi rəğbət" mükafatı təqdim olunmu...
ANL
Rumıniyalı qonaqlar Bakıda həmyerliləri Corce Eneskunun abidəsini ziyarət etmişlər. Yeni Azərbaycan Partiyasının (YAP) dəvəti ilə Buxarestin II sektorunun meri Nekulay Ontsanunun başçılıq etdiyi nümayəndə heyəti iyulun 10-dan ölkəmizdə səfərdədir. Milli Məclisın deputatı, YAP beynəlxalq əlaqələr şöbəsinin müdiri Asəf H...
ANL
Bakı Müasir İncəsənət Muzeyi rumıniyalı qonaqlarda xoş təəssürat yaratmışdır. Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının dəvəti ilə Rumıniyanın hakim Demokrat Liberal Partiyasının nümayəndə heyəti iyulun 10-dan ölkəmizdə səfərdədir. AzərTAc xəbər verir ki, Buxarest şəhərinin II sektorunun meri Nekulay Ontsanun...
ANL
Qarşılıqlı səfərlərin təşkili Azərbaycan ilə rumın xalqları arasında münasibətlərin daha da genişlənməsinə xidmət edir. Rumıniyanın hakim Demokrat Liberal Partiyasının ölkəmizdə səfərdə olan nümayəndə heyəti iyulun 12-də Azərbaycan Yazıçılar Birliyində (AYB) olmuşdur. AzərTAc xəbər verir ki, AYB-nin sədri, xalq yazıçıs...
ANL
Xəzərdən Aralıq dənizinə uzanan "yol". Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilişi ideyası XX əsrin 90-cı illərinin ortalarında yaranmışdı. Layihə bir çox sınaqlardan keçdi və ulu öndər Heydər Əliyevin səyi, mübarizəsi, dünyada olan nüfuzu sayəsində qalib gəldi. BTC tikildikdən sonra onun araya-ərsəyə gəlməs...
ANL
"The News" qəzetində müstəqil Azərbaycanın inkişafından bəhs edən məqalə dərc olunmuşdur. Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, Meksikanın "The News" qəzetində Therese Marqolisin müəllifliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, süqutunun səbəbl...
ANL
Füzuli rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. 16 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Əhm...
ANL
Fransa Respublikasının Prezidenti zati-aliləri cənab Nikola Sarkoziyə. Hörmətli cənab Prezident! Ölkənizin milli bayramı - Bastiliyanın alınması günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Biz dost ölkələrimiz arasında bərqərar olmuş çoxşaxəli ...
ANL
Əfqanıstan İslam Respublikasının Prezidenti zati-aliləri cənab Həmid Kərzaiyə. Hörmətli cənab Prezident! Qardaşınız Əhməd Vali Kərzainin qətli xəbərindən son dərəcə kədərləndim. Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə səbir diləyir, dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləs...
ANL
Mehriban xanım Əliyeva Beynəlxalq Gimnastika Federasiyasını 130 illik yubileyi münasibətilə təbrik etmişdir. Azərbaycan Gimnastika Federasiyasının prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyeva Beynəlxalq Gimnastika Federasiyasının 130 illiyi münasibətilə bu qurumun rəhbəri Bruno Qrandiyə təbrik məktubu göndərmi...
ANL
İslam dini toy və yas mərasimlərində israfçılığa yol verilməsinin əleyhinədir. İyulun 13-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) toy və yas mərasimlərinin təşkili və keçirilməsi qaydaları, vəqf olunmuş qəbiristanlıq ərazilərində məzar yerlərinin satılması, dəbdəbəli qəbirüstü abidələrin ucaldılması və günümüzün reallığ...
ANL
Milli inkişaf konsepsiyasının banisi. Xalqların zəngin mənəvi-intellektual potensialının, milli məfkurə, özünüdərk hissinin konkret zaman və məkanda parlaq şəkildə üzə çıxması, qərinələr boyu zənginləşən dövlətçilik ənənələrinin vahid sistem halına gəlməsi uzunmüddətli təkamül prosesinin məntiqi nəticəsində gerçəkləşir...
ANL
Konstitusiya Məhkəməsinin əsas məqsədləri. "...Konstitusiya Məhkəməsi ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində fəal iştirak etmiş, qəbul etdiyi qərarlarla hər kəsin Azərbaycan Konstitusiyasına, qanunlarına hörmət və ehtiramının, ədalət, azadlıq və humanizm kimi prinsiplərin möhkəmləndirilməsin...
ANL
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında məzunların növbəti buraxılışı olmuşdur. Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında məzunların növbəti buraxılışına həsr olunmuş mərasim keçirilmişdir. Mərasimdə Milli Təhlükəsizlik Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin rəhbə...
ANL
Gənclərin qlobal ətraf mühit kampaniyasına start verildi. Heydər Əliyev Fondunun fəaliyyəti fərqli sivilizasiyaların uğurlu dialoquna, keçmişlə gələcək arasında körpü salınmasına, insanlara yüksək mənəvi-etik dəyərlərin əxz edilməsinə yönəlmişdir. İctimai həyatımızın ayrı-ayrı sahələrində gerçəkləşdirilən layihələr, be...
ANL
Elin böyük sərvəti. Neçə vaxtdır ki, Dövlət Aqrar Universitetinin əsaslı surətdə yenidən qurularaq işıqlı və yaraşıqlı zalı maraqlı görüşlər mərkəzinə çevrilib. Bu günlərdə həmin mərkəzdə "Heydər Əliyev irsi və milli-mənəvi dəyərlərin qorunması" mövzusunda "dəyirmi masa" keçirilmişdir. Tədbirdə şəhərdəki ali məktəbləri...
ANL
Avstriyanın nüfuzlu "Virtşaftsblatt" qəzetində Dağlıq Qarabağ münaqişəsinə dair məqalə dərc olunmuşdur. Avstriyanın nüfuzlu "Virtşaftsblatt" qəzetində "Dağlıq Qarabağ münaqişəsi regionun iqtisadiyyatını iflic edir" başlıqlı məqalə dərc olunmuşdur. Məqalənin müəllifi Cənubi Qafqazı təbii sərvətlərlə zəngin, lakin siyasi...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Bakının şəhərətrafı qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı Suraxanı rayonunda görülən abadlıq və yenidənqurma işləri ilə tanış olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr edilmiş müşavirə...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev "bp-Azərbaycan" şirkətinin rəhbəri Rəşid Cavanşiri qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 14-də "bp-Azərbaycan" şirkətinin rəhbəri Rəşid Cavanşiri qəbul etmişdir. bp ilə Azərbaycan arasında uzun illər davam edən uğurlu əməkdaşlığın önəmini qeyd edən ...
ANL
Tərtər rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. 9 min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Bayandur-Poladlı avtomobil yolunun tikintisi məqsədi...
ANL
K.F.Heydərovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Kəmaləddin Fəttah oğlu Heydərov "Şöhrət" ordeni ilə təltif edilsin. İlham ƏLİYEV, A...
ANL
R.C.Cavanşirin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə Rəşid Cəmil oğlu Cavanşir "Şöhrət" ordeni ilə təltif edilsin. İlham ƏLİYEV, Azərbaycan Respublika...
ANL
Uşaq qatilləri məsum qanı tökməkdən usanmır. Onları haqlı olaraq mələklər, Yer üzünün ən sevimli varlıqları adlandırırlar. Dahi Dostoyevski isə uşaqları dünyanın ən böyük səadəti sayır. Onlarsız həyatın sevinci, insanlığın gələcəyi yoxdur! Dünyanın hər zaman ən məsum, günahsız varlıqları də məhz uşaqlar olub. Hər bir a...
ANL
"2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"nın hazırlanması ilə bağlı Dövlət Komissiyasının ilk iclası keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 11 iyul tarixli Sərəncamına əsasən yaradılmış "2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"...
ANL