text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Milli mətbuat yeni yüksəliş mərhələsindədir. Demokratik inkişaf yolu seçən, fikir plüralizminin mövcud olduğu vətəndaş cəmiyyəti quruculuğunu qarşıya məqsəd qoyan hər bir dövlət üçün əsas prioritetlər sırasında söz və mətbuat azadlığının təmin olunması, kütləvi informasiya vasitələrinin inkişafına hər cür şərait yaradı...
ANL
Sabirabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. 34 min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirən...
ANL
Özbəkistan Respublikasının Prezidenti zati-aliləri cənab İslam Kərimova. Hörmətli İslam Abduqəniyeviç! Ölkənizdə baş vermiş zəlzələ nəticəsində insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, y...
ANL
Bizi qələbəyə və ucalıqlara aparan yol. Çox hörmətli, zati-aliləri cənab İlham Əliyev! Biz - Füzuli rayonu ictimaiyyətinin nümayəndələri cəbhə bölgəsində yaşayan əhaliyə göstərdiyiniz hədsiz qayğı və diqqətə, son dərəcə isti və doğma münasibətə görə bütün rayon sakinləri adından Sizə minnətdarlığımızı bildiririk. Cənab...
ANL
M.A.İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə gizir Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəh...
ANL
Azərbaycanın Milli Qəhrəmanı M.A.İbrahimovun xatirəsinin əbədiləşdirilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun xatirəsini əbədiləşdirmək məqsədilə qərara alıram: 1. Azərbaycan Respublikasının Nazirlər Kabineti Biləsuvar rayonunun orta...
ANL
Müstəsna xidmət və rəşadət. İl tamam olub ki, adı dillər əzbərinə çevrilmiş igid Azərbaycan oğlu Mübariz İbrahimov şəhidlik zirvəsinə yüksəlib. Doğulub böyüdüyü Biləsuvar rayonunun Əliabad kəndi isə ziyarətgah kimi hər gün onlarla insanın dualarını eşidir. Ölümü ilə ölümsüzlüyə qovuşan Mübariz İbrahimov bir daha təsdiq...
ANL
Azərbaycan Diplomatik Akademiyası Afrika və Asiya ölkələrinin diplomatları üçün kurslar keçirir. İyulun 21-də Azərbaycan Diplomatik Akademiyası (ADA) ilk dəfə olaraq Afrika və Asiya ölkələrindən gəlmiş diplomatlar üçün kursların keçirilməsinə başlamışdır. AzərTAc xəbər verir ki, "Xəzər hövzəsi ölkələrinin öyrənilməsi" ...
ANL
Qocaman jurnalistlərin Azərbaycan mətbuatının inkişafındakı xidmətləri yüksək qiymətləndirilmişdir. İyulun 21-də Mətbuat Şurasında (MŞ) qocaman jurnalistlərlə görüş keçirilmişdir. AzərTAc xəbər verir ki, tədbirdə müxtəlif dövrlərdə Azərbaycan mətbuatında çalışmış jurnalistlər, BDU-nun jurnalistika fakültəsinin müəlliml...
ANL
Bununla da XIX əsrdə Azərbaycanda ana dilində qəzet nəşrinə son qoyuldu. Azərbaycan ziyalıları ana dilində yeni nəşrlər üçün nə qədər təşəbbüs göstərsələr də, icazə verilmədiyindən geriyə əliboş qayıdırdılar. Ölkədə bir dənə də olsun mətbu orqanı fəaliyyət göstərmirdi. "Kəşkül"ün başına toplaşan maarifçi insanlar pərən...
ANL
"Eurovision-2011" mahnı müsabiqəsindəki qələbə bütün Azərbaycanın uğurudur. Mayın ortalarında, tarixçilərin dili ilə desək, Köhnə dünyanın (hərçənd, bu ifadənin özündə aşkar bir yanlışlıq var, çünki əslində, Qoca Şərqin tarixi daha qədimdir), yəni Avropanın hər yerində günün əsas hadisəsinin - Almaniyanın Düsseldorf şə...
ANL
Siz həmişə bizimləsiz... Hər gün onların qarşısından keçib gedirik. Hərdən ayaq saxlayırıq. Baxışlarımız toqquşur. Bu lal sükutun özü saysız xatirələrin qaysağını qoparır, hər yada düşən xatirə üzümüzün əzalarını mum kimi əridərək ya təbəssüm, ya da hüzn "peyzajı" çəkir. Onlar qocalmadılar. Zaman elə bu yaşlarındaca sa...
ANL
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası olmuşdur. Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası olmuşdur. İclasda Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılmışdır. Konstitusiya Məhkəməsinin...
ANL
"Tədbirlər Planı"nın icrasına həsr olunmuş ilk iclas keçirilmişdir. Tədbirdə nazir Əbülfəs Qarayev Tədbirlər Planının icrasının təşkilində əlaqələndirici orqan kimi Mədəniyyət və Turizm Nazirliyinin üzərinə düşən vəzifələrdən, sənədin təsdiq edilməsinin dövlətimizin başçısının mədəniyyət və turizm sahəsinə böyük diqqət...
ANL
Haşım bəy Vəzirovun nəşrləri və jurnalistikası. Azərbaycan ictimai-mədəni fikir tarixində özünəməxsus yeri olan ədib, naşir və jurnalistlərdən biri də Haşım bəy Vəzirovdur. Hər şeydən əvvəl qüvvətli milli təəssüb hissinə, mübariz ruhlu iradəyə, yorulmaq və usanmaq bilməyən bir fəallığa malik olan Haşım bəy milli ədəbi ...
ANL
Ucalığa qovuşan illər. Əlinə qələm aldığı gündən könlünü sözə elə bağladı ki, illər gəncliyini qocalığa - əslində, ucalığa qovuşdursa da, şehli arzularına zərrəcə qırov da düşmədi. Həmişəki şövqlə, həvəslə, əqidə və amalla, ən başlıcası, peşəkarlıqla, jurnalistikaya böyük sevgi ilə yazıb-yaratdı. Min bir diqqət və zəhm...
ANL
Jurnalistikamızın təşəkkülü. Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun dəstəyi ilə "Azərbaycan mətbuat tarixi antologiyası"nın ikinci cildi işıq üzü görüb. Kitabda Azərbaycan mətbuatı və jurnalistikasının inkişafı tarixini və onun elmi-nəzəri prinsip...
ANL
Türkiyəli jurnalistlər Şamaxıda Türk şəhidliyi kompleksində və Cümə məscidində olmuşlar. Azərbaycanda səfərdə olan Türkiyənin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri Bakı-Şamaxı yolu yaxınlığında yerləşən Türk şəhidliyi kompleksini ziyarət etmişlər. Türkiyəli jurnalistlər Türk şəhidliyi kompleksindəki m...
ANL
Türkiyə Prezidenti Abdullah Gül Qafqaz Müsəlmanları İdarəsinin sədrini qəbul etmişdir. Xəbər verdiyimiz kimi, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Diyanət İşləri Başqanlığının dəvəti ilə Türkiyədə səfərdədir. Türkiyə Prezidenti Abdullah Gül İs...
ANL
Xəzər neftçiləri. Ola bilsin bu yataqları istismar edən idarənin Qum adasında yerləşdiyi, bəlkə də əvvəllər həmin müəssisənin adının da məhz belə olduğu üçün. İndi isə idarə Bahar Enerji Əməliyyat Şirkəti adlanır. Bir topa boru kəməri onlarla sanki qoşa yol gedir. Borular sarı, narıncı, ağ rəngdədir. Nabələd insan üçün...
ANL
Norveçin Kralı Əlahəzrət V Haralda. Əlahəzrət! Oslo şəhərində törədilmiş terror aktları nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi olduqca sarsıtdı. Biz bu dəhşətli hadisələrdən son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyirik. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələ...
ANL
Ştefan Füle: "Avropa İttifaqı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin razılaşdırılmış prinsiplər əsasında həllinə kömək etməkdə davam edir". Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin razılaşdırılmış prinsiplər əsasında həllinə kömək etməkdə davam edir. Bunu jurnalistlərə açıql...
ANL
Azərbaycanda turizm sektorunun inkişafına böyük diqqət göstərilir. Azərbaycanın müxtəlif guşələrində müşahidə olunan abadlıq, tərəqqi və yüksəliş ötən 8 ildə həyata keçirilən uğurlu iqtisadi siyasətin parlaq nəticəsidir. Ötən müddətdə mövcud potensialın səmərəli realizə edilməsi, əmək ehtiyatlarının və digər resursları...
ANL
"Mən Azərbaycan haqqında nə bilirəm?" müsabiqəsinin iştirakçıları Strateji Araşdırmalar Mərkəzində olmuşlar. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov iyulun 23-də Strateji Araşdırmalar Mərkəzində (SAM) "Mən Azərbaycan haqqında nə bilirəm...
ANL
Dağlıq Qarabağ münaqişəsi regionun ümumi inkişafına ciddi maneələr yaradır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov iyulun 22-də ölkəmizdə səfərdə olan ABŞ-ın Trumen Milli Təhlükəsizlik layihəsinin nümayəndə heyəti ilə görüşmüşdür. E.As...
ANL
"Mən Azərbaycan haqqında nə bilirəm?" mövzusunda müsabiqənin iştirakçıları Heydər Əliyev Fondunda olmuşlar. Gənclər və İdman Nazirliyinin Azərbaycanın xarici ölkələrdəki səfirlikləri ilə birgə bu ilin yanvar-may aylarında tələbələr arasında keçirdiyi "Mən Azərbaycan haqqında nə bilirəm?" mövzusunda müsabiqənin iştirakç...
ANL
Azərbaycan Diplomatik Akademiyasında "açıq qapı" günü keçirilmişdir. Azərbaycan Diplomatik Akademiyası (ADA) bu il ilk dəfə Beynəlxalq Münasibətlər və Biznesin İdarəedilməsi bakalavr proqramları üzrə tələbə qəbul edəcəkdir. Hazırda akademiyada yalnız beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistratura pil...
ANL
Bazar iqtisadiyyatının ən vacib atributlarından hesab edilən sahibkarlığın dinamik inkişafı ölkə rəhbərliyi tərəfindən həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindən olaraq qalır. Bu kontekstdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda sahibkarlığın bütün növləri indi sürətli tərə...
ANL
yeni mərhələsini yaşayır. Yayın qızmar günlərindən birində yolumuz Ağsu rayonuna düşdü. Ağsu aşırımını yarı eləyəndən sonra gözəl təbiət mənzərələrini başqa görüntülər əvəz edir - günü-gündən daha da abadlaşan Ağsu şəhəri elə uzaqdan adamın diqqətini çəkir. Şəhərin girişində əzəmətlə dalğalanan dövlət bayrağı şəhərə xü...
ANL
Sabirabad Muğanın ən abad şəhərinə çevrilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sürətli tərəqqiyə xidmət edən məqsədyönlü siyasəti sayəsində ölkənin bütün bölgələri kimi, Sabirabad da sosial-iqtisadi inkişaf istiqamətində böyük uğurlar qazanır. Sabirabadda tikinti, quruculuq və abadlıq işlərinə yenidə...
ANL
Azərbaycanda kapital bazarının modernləşdirilməsı. İnkişaf etmiş bazar iqtisadiyyatı şəraitində qiymətli kağızlar investisiya prosesində aparıcı rol oynayır. Qiymətli kağızların köməyi ilə investorların sərbəst pul vəsaitlərindən iqtisadiyyatın ən müxtəlif sahələrində istehsal məqsədləri üçün istifadə edilir. Xarici öl...
ANL
"Schlumberger" üçün Azərbaycan çox doğmadır. Bu gün "Schlumberger" Azərbaycanın neft-mədən sahəsində elə geniş çərçivədə xidmətlər göstərir ki, onun xarici şirkət olduğu az qala unudulub. Burada şirkətin əməkdaşları ilə də tanış olduq. Əslində, "Schlumberger" transmilli şirkətdir. Onun vətəni Fransadır, orada keçən əsr...
ANL
Uzun ömrün naxışları. Sovet dönəmində yaşayıb-yaradanların bir çoxunun xalq və hökumət qarşısında xidmətləri SSRİ-nin müxtəlif mükafatları ilə qeyd edilirdi. Memar Mikayıl Ələsgər oğlu Useynovun əməyi də dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Lakin adlı-sanlı memarın əməyinə, yaradıcılığına verilən qiymətdən sö...
ANL
Qəbələdə keçirilən pianoçuların II Beynəlxalq müsabiqəsinin qalibinə 30 min dollar pul mükafatı verilmişdir. Heydər Əliyev Fondunun təşkil etdiyi Qəbələ III Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən pianoçuların II Beynəlxalq müsabiqəsinin final mərhələsi başa çatmışdır. AzərTAc xəbər verir ki, iyulun 22-də "Q...
ANL
Qəbələ III Beynəlxalq Musiqi Festivalı başlanmışdır. Heydər Əliyev Fondunun təşkil etdiyi Qəbələ III Beynəlxalq Musiqi Festivalına iyulun 23-də start verilmişdir. AzərTAc xəbər verir ki, "Qafqaz Resorte" mehmanxanasında keçirilən musiqi bayramının açılışından əvvəl iştirakçılar Ağdam rayonunun ermənilər tərəfindən işğa...
ANL
Tanınmış azərbaycanlı müğənni Emin Ağalarov Böyük Britaniyanın paytaxtı Londonda ilk konsertini bu sözlərlə açmışdır. Londonun mərkəzindəki "Under The Bridge" klubunda təşkil edilmiş konsertdə Emin Ağalarov bu ölkədə çox sevilən mahnılarını ifa etmişdir. Emin Ağalarovun yaradıcılığı Britaniya dinləyicilərinə yaxşı tanı...
ANL
Xocalılılar üçün qəsəbə salınır. Goranboy şəhərinin yanında geniş bir sahədə qızğın inşaat işləri gedir. Bir yanda müasir görkəmli beşmərtəbəli evlər, yaxınlıqda isə daha 9 bina tikilir. Nəhəng kranlar, beton ötürənlər, müxtəlif yük maşınları, ustalar, fəhlələr aramsız işləyir. Ortada isə Xocalı soyqırımı üçün xatirə a...
ANL
Yevlax Şəhər Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. 180 çarpayılıq Yevlax Şəhər Mərkəzi Xəstəxanasının tikintisinə başlamaq üçün Azərbaycan ...
ANL
C.İ.Məmmədxanova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərba...
ANL
S.Ə.Rzayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan ...
ANL
Yarımilliyin yekunları inkişafın dinamikasını göstərir. Dağlıq Qarabağda erməni separatçılarının Azərbaycan dövlətinə qarşı başladığı məkrli oyun davam edir və onun yaxın tarixi 20 ildən çoxdur. 1994-cü ildə atəşkəs başladıqdan sonra ara-sıra eşidilən güllə səsləri ilə yanaşı, vasitəçilərin iştirakı ilə danışıqlara sta...
ANL
Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin razılaşdırılan prinsiplər əsasında həll edilməsinin tərəfdarıdır. Türkiyə Dağlıq Qarabağ münaqişəsinin razılaşdırılan prinsiplər əsasında həll edilməsinin tərəfdarıdır. AzərTAc xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Abdullah Gül jurnalistlərə açıqlama...
ANL
Qədim diyarın yeni dövranı. Ümummilli lider Heydər Əliyevin respublikada hakimiyyətə gəldiyi 1969-cu ilədək Azərbaycan SSRİ-nin iqtisadi cəhətdən geridə qalmış regionlarından biri idi. Geniş iqtisadi resurslarının, zəhmətsevər insanlarının olmasına baxmayaraq, respublikada süstlük, passivlik vardı. Planlar yerinə yetir...
ANL
Azərbaycan milli mətbuatının. AzərTAc xəbər verir ki, iyulun 22-də "Min bir gecə" istirahət mərkəzində Azərbaycan milli mətbuatının 136 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan mediasının nümayəndələrin...
ANL
İşğalçı - erməni-sovet hərbi birləşmələri, işğala məruz qalan isə Qarabağın bir parçası olan Ağdamdır. Ağcabədi, Tərtər, Bərdə, Kəlbəcər, Əsgəran və Xocavənd, eləcə də Füzuli rayonu ilə həmsərhəd olan Ağdam Qarabağın ən qədim yaşayış məntəqələrindəndir. Güclü kənd təsərrüfatına malik olan Ağdam işğala qədər eyni zamand...
ANL
Cari ilin birinci yarısında cinayətkarlığın mütəşəkkil və transmilli növlərinə qarşı məqsədyönlü mübarizə aparılmışdır. İyulun 22-də respublikanın daxili işlər orqanlarının cari ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətinin yekun...
ANL
Biz hərb istəmirik, amma hərbə hazırıq. İtkilərimiz böyük, dərdlərimiz ağır olsa da, zaman öz axarındadır. Toy məclisləri qururuq, yas mərasimlərini yola veririk. Gül-çiçəkli yazı sevinclə qarşılayır, qışın şaxtasına-sazağına dözürük. Yenə də həyata körpələr göz açır, yenə də adamlar ömrünü başa vurub dünyadan köç edir...
ANL
Leyləklər yolumuzu gözləyir. Jurnalistika da aviasiya kimidir: şturvalın arxasına keçib birinci dəfə səmaya qalxan pilot birdəfəlik göylərə vurulduğu kimi, işıq üzü görmüş təzə mətbəə boyalı qəzet səhifəsində ilk imzasını oxuyan qələm sahibi də bu peşəyə həmişəlik könül bağlayır. Təki ilham qabında azdan-çoxdan barıtın...
ANL
Bakının zəngin mənəvi sərvətləri. Azərbaycanda ailə və məişət məsələləri bədii, publisistik və tarixi əsərlərdə əsas mövzulardan sayılıb. Xalqımızın qədim köklərə malik olması bu məsələnin daim öyrənilməsini zərurətə çevirib. Lakin zaman keçdikcə bu sahədə əldə edilən yeni məlumatlar onun bir daha tədqiqi ehtiyacını or...
ANL
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 1999-cu il 15 aprel tarixli 122 nömrəli, "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanunu...
ANL
Maldiv Respublikasının Prezidenti zati-aliləri cənab Məhəmməd Naşidə. Hörmətli cənab Prezident! Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı Azərbaycan xalqı adından və öz adımdan səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Maldiv münasibətlərinin inkişafı daim xalqlarımızın məna...
ANL
Azərbaycan və Polşa prezidentləri birgə mətbuat konfransı keçirmişlər. İyulun 25-də Azərbaycan-Polşa sənədlərinin imzalanması mərasimindən sonra prezidentlər İlham Əliyev və Bronislav Komorovski birgə mətbuat konfransı keçirmişlər. Dövlət başçıları əvvəlcə bəyanatlarla çıxış etdilər. Azərbaycan Prezidenti İlham Əliyevi...
ANL
Azərbaycan-Polşa sənədləri imzalanmışdır. İyulun 25-də Prezident İlham Əliyevin və Prezident Bronislav Komorovskinin iştirakı ilə Azərbaycan-Polşa sənədlərinin imzalanma mərasimi olmuşdur. "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Polşa Respublikasının Kənd Təsərrüfatı və Kəndin İnkişafı Nazirliyi arası...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin və Polşa Prezidenti Bronislav Komorovskinin təkbətək görüşü. İyulun 25-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Bronislav Komorovskinin təkbətək görüşü olmuşdur. Görüşdə Azərbaycan ilə Polşa münas...
ANL
Polşa Prezidenti Bronislav Komorovskinin Azərbaycana rəsmi səfəri. İyulun 25-də Azərbaycan Respublikasında rəsmi səfərdə olan Polşa Respublikasının Prezidenti Bronislav Komorovskinin rəsmi qarşılanma mərasimi olmuşdur. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi...
ANL
Azərbaycan-Polşa sənədləri imzalanmışdır. İyulun 25-də Prezident İlham Əliyevin və Prezident Bronislav Komorovskinin iştirakı ilə Azərbaycan-Polşa sənədlərinin imzalanma mərasimi olmuşdur. "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Polşa Respublikasının Kənd Təsərrüfatı və Kəndin İnkişafı Nazirliyi arası...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın müdafiə naziri Anatoli Serdyukovu qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 25-də Rusiyanın müdafiə naziri Anatoli Serdyukovu qəbul etmişdir. Prezident İlham Əliyev Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o c...
ANL
Polşa Prezidenti Azərbaycan xalçaları ilə tanış olmuşdur. Azərbaycanda rəsmi səfərdə olan Polşa Respublikasının Prezidenti Bronislav Komorovski iyulun 25-də "Azərilmə" Məhdud Məsuliyyətli Cəmiyyətinin "Sehirli ilmələr" qalereyasında olmuşdur. Qonağa məlumat verildi ki, xalçaçılıq Azərbaycan xalqının ən qədim sənətlərin...
ANL
Elmdə islahatlar yeni dövrün tələblərinə uyğunlaşdırılır. Bu elə bir dövr idi ki, həm respublika daxilində, həm də qlobal geosiyasi kontekstdə cərəyan edən proseslər ölkənin varlığı üçün real təhlükəyə çevrilmişdi. Bütün sahələrdə böhran vəziyyəti hökm sürürdü. Bununla da ölkə çətin və ciddi sınaqlarla üz-üzə dayanmışd...
ANL
Azərbaycan qlobal iqtisadi layihələri daxili imkanları hesabına gerçəkləşdirir. Azərbaycanın son illərdə dinamik inkişafını təmin edən başlıca amillərdən biri məhz milli iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi, habelə prioritet istehsal sahələrinin uzlaşdırılması, inkişaf potensialının qar...
ANL
Bakıda beynəlxalq ekspertlərin iştirakı ilə "Hakimlər və hüquqşünaslar üçün "yay məktəbi"nin açılışı olmuşdur. İyulun 25-də Bakıda "İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının (İHAK) 5-ci və 6-cı maddələrinin tətbiqi" mövzusunda hakim və hüquqşünaslar üçün "yay məktəbi"nin açılış...
ANL
Bakıda "Davamlı inkişaf üçün fotosintez tədqiqatları" mövzusunda Beynəlxalq konfrans keçirilir. İyulun 24-də Azərbaycan Milli Elmlər Akademiyasında "Davamlı inkişaf üçün fotosintez tədqiqatları" mövzusunda Beynəlxalq konfrans işə başlamışdır. AzərTAc xəbər verir ki, konfransın sədri Fotosintez Tədqiqatları üzrə Beynəlx...
ANL
Milli Məclisdə görüş. Azərbaycanda səfərdə olan Polşa Respublikasının Prezidenti Bronislav Komorovski iyulun 25-də Milli Məclisə gəlmişdir. Parlamentin binası önündə ali qonağı Milli Məclisin Sədri Oqtay Əsədov və digər rəsmi şəxslər qarşıladılar. Polşa dövlətinin başçısı əvvəlcə Milli Məclisin iclas salonuna baxdı, pa...
ANL
Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət. Azərbaycan Respublikasında rəsmi səfərdə olan Polşa Respublikasının Prezidenti Bronislav Komorovski iyulun 25-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, ...
ANL
Şəhidlərin xatirəsinə ehtiram. Azərbaycan Respublikasında rəsmi səfərdə olan Polşa Respublikasının Prezidenti Bronislav Komorovski iyulun 25-də Şəhidlər xiyabanını ziyarət etmişdir. Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Polşa Prezidenti Bronislav Komorovski və nümayəndə heyətinin üzvləri Azərbay...
ANL
AzərTAc ilə Polşa Xəbər Agentliyi arasında əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Azərbaycan Dövlət Teleqraf Agentliyində - AzərTAc-da Polşa Xəbər Agentliyinin (PAP) İdarə heyətinin sədri Yerji Pasiorkovski ilə görüş olmuşdur. Görüşdə AzərTAc ilə PAP arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Az...
ANL
"Azərbaycan mətbuat tarixi antologiyası" kitabının ikinci cildi çapdan çıxmışdır. Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun vəsaiti hesabına "Azərbaycan mətbuat tarixi antologiyası" kitabının ikinci cildi "Elm və təhsil" nəşriyyatında çapdan çıxmışdır. Azərbayca...
ANL
Qəbələ III Beynəlxalq Musiqi Festivalı çərçivəsində kamera musiqisi konserti və orkestrin çıxışı olmuşdur. Heydər Əliyev Fondunun təşkil etdiyi Qəbələ III Beynəlxalq Musiqi Festivalı çərçivəsində kamera musiqisi konserti və orkestrin çıxışı olmuşdur. İyulun 24-də "Qafqaz Resorte" hotelində keçirilən konsertin ilk hissə...
ANL
Polşa Prezidenti Bronislav Komorovskinin Azərbaycana rəsmi səfəri. Azərbaycan-Polşa biznes forumu. Xəbər verdiyimiz kimi, iyulun 25-də Bakı Biznes Mərkəzində Azərbaycan Prezidenti İlham Əliyevin və Polşa Prezidenti Bronislav Komorovskinin iştirakı ilə Azərbaycan-Polşa biznes forumu keçirilmişdir. Dövlətimizin başçısı P...
ANL
Polşa Prezidenti Bronislav Komorovskinin Azərbaycana rəsmi səfəri. Azərbaycan-Polşa biznes forumu. Xəbər verdiyimiz kimi, iyulun 25-də Bakı Biznes Mərkəzində Azərbaycan Prezidenti İlham Əliyevin və Polşa Prezidenti Bronislav Komorovskinin iştirakı ilə Azərbaycan-Polşa biznes forumu keçirilmişdir. Dövlətimizin başçısı P...
ANL
Heydər Əliyev Fondu ilə tanışlıq. Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasında rəsmi səfərdə olan Polşa Respublikasının Prezidenti Bronislav Komorovski iyulun 25-də Heydər Əliyev Fondunda olmuşdur. Burada Polşa dövlətinin başçısını Azərbaycan Prezidenti İlham Əliyev qarşıladı. Prezident İlham Əliyev ali qonağa Azə...
ANL
Ali qonağın şərəfinə. Xəbər verdiyimiz kimi, iyulun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Polşa Respublikasının Prezidenti Bronislav Komorovskinin şərəfinə rəsmi ziyafət təşkil edilmişdir. Azərbaycan Prezidenti İlham ƏLİYEV ziyafətdə çıxış edərək dedi: - Hörmətl...
ANL
İçərişəhərlə tanışlıq. Azərbaycanda rəsmi səfərdə olan Polşa Respublikasının Prezidenti Bronislav Komorovski iyulun 26-da İçərişəhərlə tanış olmuşdur. Elektromobillə gəzinti zamanı ali qonağa YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlaşdırma v...
ANL
Bibiheybət buxtasında mühəndis Pavel Pototskinin məzarını ziyarət. İyulun 26-da Polşa Respublikasının Prezidenti Bronislav Komorovski Bibiheybət buxtasında tanınmış polşalı mühəndis, Azərbaycanda neft sənayesinin inkişafında böyük xidməti olan Pavel Pototskinin məzarını ziyarət edərək əklil qoymuşdur. Dövlət Neft Şirkə...
ANL
Səfər başa çatdı. Polşa Respublikasının Prezidenti Bronislav Komorovskinin Azərbaycana rəsmi səfəri iyulun 26-da başa çatmışdır. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Polşa Respublikasının Prezidenti Bronislav Komor...
ANL
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası ilə Rumıniya arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Nikolae Ureke "Dostluq" ordeni ilə təltif edilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti.
ANL
H.S.Zeynalova fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram: Həsən Sultan oğlu Zeynalova fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi ver...
ANL
K.S.Məmmədova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbayca...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 26-da Rumıniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolae Urekeni qəbul etmişdir. Dövlətimizin başçısı Azərbaycanla Rumıniya arasında güclü...
ANL
Azərbaycan sürətlə inkişaf edən ölkədir. İyulun 26-da Milli Məclisin Sədri Oqtay Əsədov Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, Mühafizəkarlar Partiyasından olan Azərbaycanın Dostlar Qrupunun sədr müavini Kristofer Pinçerin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri ilə görüşmüşdür. Qonaqları Azərbayc...
ANL
Böyük Britaniya Parlamenti üzvlərindən ibarət nümayəndə heyəti Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, Azərbaycanın dostları qrupunun sədr müavini Kristofer Pinçerin...
ANL
İspaniya Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır. İyulun 26-da Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycanda səfərdə olan İspaniya Krallığının Deputatlar Konqresinin xarici əlaqələr komitəsinin sədri Xosep Antonio Duran ilə görüşmüşdür. Görüşdə Ziyafət Əsgərov Milli Məclisin fəaliyyəti, tərk...
ANL
Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. İyulun 26-da İspaniya Krallığı Deputatlar Konqresinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşmüşdür. Qonaqları Azərbaycanda görməkdən məmnunluğunu ifadə ...
ANL
Ukrayna mayeləşdirilmiş qaz satışının təşkilində Azərbaycanla əməkdaşlıq haqqında memorandumu təsdiq etmişdir. AzərTAc Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, Ukrayna hökuməti mayeləşdirilmiş təbii qaz satışının təşkilində Azərbaycanla əməkdaşlıq haqqında memorandumu təsdiq etmişdir. Ukrayna Nazirlər Kabinetinin m...
ANL
Neft, qaz, yoxsa informasiya texnologiyaları? 1994-cü ildə ulu öndər Heydər Əliyevin inanılmaz səyləri nəticəsində Bakı şəhərində 8 ölkəni təmsil edən 13 aparıcı neft şirkətinin iştirakı ilə "Əsrin müqaviləsi" imzalandı. Beləliklə, müstəqil Azərbaycan dövlətinin tarixində yeni era başlandı. Vətəndaş müharibəsindən xila...
ANL
İlhan Aküzüm: "Türkiyə 80 milyon Azərbaycan sevdalısının vətənidir". Türkiyənin ilk və hələlik sonuncu azərbaycanlı naziri ilə tanışlığımızın tarixi çox da böyük deyil. Elə o vaxt - iki-üç il əvvəl, İstanbulda da diqqətimi çəkən ətrafındakıların xüsusi rəğbətlə - sayın bakanım - deyə müraciət etdiyi İlhan bəyin son dər...
ANL
Turizmin inkişafı prioritet məsələdir. İqtisadi sahədə keçid dövrünün başa çatması Azərbaycanın sosial-iqtisadi inkişafı yolunda yeni, keyfiyyətcə daha yüksək mərhələnin təməlini qoyub. Ölkəmizdə aparılan uğurlu islahatlar iqtisadiyyatımızın hərtərəfli və çoxşaxəli tərəqqisinə, xalqın rifah halının yüksəldilməsinə, sos...
ANL
"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi İdarə Heyətinin yığıncağı keçirilmişdir. İyulun 25-dən Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi İdarə Heyətinin növbəti yığıncağı keçirilmişdir. AzərTAc xəbər verir ki, icmanın rəhbəri, ...
ANL
Bakıda "Davamlı inkişaf üçün fotosintez tədqiqatları" mövzusunda konfrans davam edir. Bakıda "Davamlı inkişaf üçün fotosintez tədqiqatları" mövzusunda Beynəlxalq elmi konfrans davam edir. Beynəlxalq konfransın ölkəmizdə keçirilməsi akademik Cəlal Əliyevin fotosintezin tədqiqi üzrə əldə etdiyi böyük uğurlar, fotosintezi...
ANL
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri. Rəsmi qarşılanma mərasimi. İyulun 27-də Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olmuşdur. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağı...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü. İyulun 27-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olmuşdur. Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşl...
ANL
Geniş tərkibdə görüş. İyulun 27-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur. Prezident İlham ƏLİYEV görüşü açaraq dedi: - Hörmətli cənab Baş nazir, əziz qardaşım! Sizi Azərb...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransı. İyulun 27-də geniş tərkibdə görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransı olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransı. İyulun 27-də geniş tərkibdə görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransı olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin...
ANL
Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət. İyulun 27-də Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş...
ANL
Türkiyənin Baş naziri Şəhidlər xiyabanını ziyarət etmişdir. Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan iyulun 27-də Şəhidlər xiyabanını ziyarət etmişdir. Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Baş nazir Rəcəb Tayyib Ərdoğan və Türkiyənin nümayəndə hey...
ANL
Ali qonağın şərəfinə. İyulun 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın şərəfinə rəsmi ziyafət verilmişdir. Prezident İlham ƏLİYEV ziyafətdə çıxış edərək dedi: - Hörmətli cənab Baş nazir, əziz qardaşım, hörmət...
ANL
Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlmişdir. Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan iyulun 27-də Azərbaycana rəsmi səfərə gəlmişdir. Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qardaş ölkənin hökumət b...
ANL
Səfər başa çatdı. Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri iyulun 27-də başa çatmışdır. Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ə...
ANL
Peru Respublikasının Prezidenti zati-aliləri cənab Olyanta Moyses Umala Tassoya. Hörmətli cənab Prezident! Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Peru arasında təşəkkül tapmış münasibətlər bundan sonra da dostluq və əməkdaşlıq ...
ANL